Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1339/2025 21.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X7 (sədrlik edən), Ələkbərli Roman Nəriman oğlu və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Şahid9 iştirakları ilə, xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzəyurd yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası CM-in) 126.1-ci və 228.4 (xx.xx.2025-ci ilədək qüvvədə olan) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuş və qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmişdir.
İşin faktiki halları:
2. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilən qatlanan ov bıçağını əldə edərək, üzərində gəzdirmişdir. Sonuncu xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində fəhlə işlədiyi Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarında olarkən üzərində gəzdirdiyi həmin bıçaqla şəxsi münasibətlər zəminində tanışı Zərərçəkmiş şəxs qarın boşluğuna bir dəfə zərbə endirmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daxili qanaxma, qaraciyərin sağ payı və qalxançənbər bağırsağın zədələnməsi, sağ 8-ci qabırğanın kortikal nahiyəsinin xətvari yerdəyişməyən sınığı ilə müşayiət olunan qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın dostudur, sonuncuyla eyni məktəbdə paralel siniflərdə oxumuşlar və əvvəllər birlikdə təxminən 5 ay Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarında fəhlə işləmişlər. Təqsirləndirilən şəxsla yaxın münasibətləri var, sonuncu həm də onun qonşusudur və onların heç vaxt ədavət və ya düşmənçilikləri olmamışdır. O və Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 12:00 radələrində işdə olduqları vaxt firmadan anbara gətirilmiş ərzaq məhsullarını anbarın digər işçiləri ilə birgə rəflərə yığmaqla məşğul olmuşlar. Təqsirləndirilən şəxs əlindəki qənd qutusunu piştaxtaya qoymağa aparmış, qutuları açmaq üçün açılıb-qatlanan bıçaqdan istifadə etmişdir. O, sonununcunun əlindəki bıçağı ona göstərməsini istəmişdir. Həmin bıçağı o, əvvəl də bir dəfə görmüş, xoşu gəlmiş və baxmaq istəmiş, lakin Təqsirləndirilən şəxs bıçağı ona verməmişdir. Təqsirləndirilən şəxs bıçaqla iş gördüyünü, yəni qutu ağzı açdığını bildirsə də, o, əl çəkməmiş və sonuncunu zarafatyana əliylə itələyib bıçağı göstərməsini bildirmiş, bu vaxt Təqsirləndirilən şəxs arxasında anbarın digər işçisi Nurlan da dayanıb mal qoyması üçün gözləmişdir. Anbarın mal yığılan piştaxtaların qarşısı nisbətən qaranlıq olduğundan, Təqsirləndirilən şəxs əlindəki bıçağı göstərmək üçün qaldırdığını görmədən, o, yenə Təqsirləndirilən şəxs üstünə gedib zarafatyana əvvəlcə əliylə itələmiş, sonra sonuncunun üstünə gedib hər iki əliylə boynundan tutub qucaqlamağa çalışmışdır. Təqsirləndirilən şəxs geri çəkilməyə çalışsa da, anbarın digər işçisi Nurlan adlı şəxs Təqsirləndirilən şəxs arxasında olduğu üçün sonuncu tam geriyə çəkilə bilməmişdir. Elə bu anda Təqsirləndirilən şəxs qucaqlayıb boynundan sıxan kimi qarnında ağrı və istilik hiss etmiş və beləcə də sonuncunun əlindəki bıçağın qarnına batdığını anlamışdır. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin bıçağı Təqsirləndirilən şəxs gəzdirdiyini görməmiş, bıçaqdan xoşu gəldiyi üçün baxmaq istəmişdir. Sonuncu bıçağı paket ağzı açmaq üçün istifadə etmiş, hadisə anında anbar qaranlıq olduğuna görə o, Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görməmiş, əlini sonuncunun çiyninə atmaq istəyəndə bıçaq bir dəfə ona dəymişdir. O, bıçaq ona dəyəndə hiss etməsə də, sonradan bıçaq dəyən yerdə istilik hiss etmiş və həmin yerə əlini toxunduranda qan gəldiyini görmüş, dərhal Təqsirləndirilən şəxs kömək istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Rəhmanı çağırmış, sonra da xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ilə təxmini eyni boydadırlar. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında mübahisə olmamış, onlar bir yerdə böyümüşlər. Təqsirləndirilən şəxs tutulmasını istəmədiyi üçün hadisədən dərhal sonra ona nə olduğunu soruşanlara yalandan yıxıldığını demişdir. Əslində isə hadisədən 10 gün qabaq iş yerində polkadan yıxılmış, yıxılandan sonra sinə nahiyəsində ağrı hiss etmiş, xəstəxanda yoxlansa da, onda heç bir problem çıxmamamışdır, lakin həmin hissə indi də ağrıyır. Bıçaq onun qabırğasına dəyməmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonunuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə sonuncuya cəza təyin edilməməsini və müddətli həqiqi hərbi xidmətə gedəcəyindən məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın 23 avqust 2024-cü il tarixli, 471 saylı ekspert rəyi onun tərəfindən tərtib edilmişdir. E.Ə.Güləliyevə aid həkim rentgenoloqun xx.xx.2024-cü il tarixli müayinəsində göstərilən döş qəfəsinin sağ yarısının 8-ci qabırğasının kortikal nahiyəsinin xətvari yerdəyişməyən sınığı xəstəlik tarixinin son klinik diaqnozunda qeyd olunmadığından, həmin xəsarət dərəcə təyinində texniki səbəbdən ekspert rəyinin nəticə hissəsində qeyd olunmamışdır. E.Ə.Güləliyevin almış olduğu xəsarətin, yəni qarın boşluğunun ön səthinin sağ yarısından qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan daxili qanaxma, qaraciyərin sağ payı və qalxançənbər bağırsağın zədələnməsi və döş qəfəsinin sağ yarısının 8-ci qabırğasının kortikal nahiyəsinin xətvari yerdəyişməyən sınığı olan xəsarətlərin və yerləşmə yeri, eləcə də, xəstəlik tarixində həkim-cərrahın qeydlərini nəzərə alaraq, döş qəfəsinin sağ yarısının orta qoltuqaltı xəttdə yerləşməsi, eləcə də, qaraciyərin və qalxançənbər bağırsağın zədələnməsi və Vİİİ qabırğanın yerdəyişməyən sınığını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən kənar şəxs tərəfindən vurulma nəticəsində əmələ gələ bilərdi. E.Ə.X8 Mərkəzin uşaq cərrahiyyə şöbəsində, palatada, çarpayıda arxası üstə uzanmış vəziyyətdə məhkəmə-tibbi müayinə etmişdir. Həmin vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs işlədiyi mağazanın anbarında tanışı Emilin cib bıçağı ilə sonuncunun Zərərçəkmiş şəxs vurması nəticəsində xəsarət aldığını bildirmişdir. Sonuncunun adına tərtib olunmuş xəstəlik tarixində qeyd olunduğu kimi, Zərərçəkmiş şəxs xəsarəti dəmir batması nəticəsində aldığını ona söyləməmişdir. Bundan əlavə, həkim-cərrahın yara kanalının təsvirini, eləcə də, məhkəmə-tibbi müayinə zamanı həmin xəsarətin dəmir batması zamanı yaranması inandırıcı deyildir. Bundan başqa məhkəmə iclasında Şahid10 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, yaraya xəstəxanada baxmış, yaranın dərinliyini isə cərrah qeyd etmişdir. Qara ciyərin və bağırsağın zədələnməsi olduğuna görə yaranın dərin olduğu müşahidə edilmişdir. Dərinliyə görə, həmçinin xəsarətin istiqamətinə görə müəyyən etmək olur ki, xəsarət qəsdən yetirilib və yara daxilə keçmişdir. İki nəfərin bir-birini itələməsi və ya arxadan gələn şəxslərin dəyməsi nəticəsində rəydə qeyd olunan xəsarət yetirilə bilməzdi. Zərbə güclü olduğundan bıçaq dərinə getmiş və rəydə qeyd olunan yara meydana gəlmişdir. Qucaqlama ilə bıçağın dərinə getməsi və o yaranın yaranması mümkün olmazdı. Zərərçəkmiş şəxs qabırğasında sınıq olmuş və həmin sınıq bıçağın vurulduğu hissəyə düşmüşdür və qabırğanın məhz bıçaqla vurulan xəsarət nəticəsində sına bilməsi mümkündür.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2013cü il tarixdən etibarən "xxxx" MMC-də ekspeditor işləmiş, Şahid6 və Şahid4 da həmin tarixdən etibarən mal payladığı “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının sahibi və əməkdaşı kimi tanımışdır və hər ikisi ilə normal münasibətləri olmuşdur. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin mağazanın anbarında işləmələri ilə heç vaxt maraqlanmamış və bu barədə məlumatı da olmamışdır. xx.xx.2024-cü ildə saat təxminən 11-12:00 radələrində işlədiyi firmanın mallarını “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarına apararaq, mağazanın sahibi Şahid6 ilə mal hesabatı ilə bağlı söhbət etdiyi zaman mağazanın mal qəbulu işçisi kimi tanıdığı Şahid4 əvvəlkinin yanına gələrək, anbarda fəhlə işləyən “Elcan” adlı işçinin yıxıldığını, qarnına dəmir batdığını və qarnından əli ilə tutduğu yerdən qan gəldiyini gördüyünü bildirmişdir. Şahid6 dərhal Şahid4 Zərərçəkmiş şəxs xəstəxanaya aparmasını tapşırmış və ondan Şahid4lə birlikdə gedərək lazım olan köməkliyi etməsini xahiş etmişdir. Bundan sonra Şahid4 digər işçilərin köməyi ilə Zərərçəkmiş şəxs əvvəlkinin idarə etdiyi “Ford” markalı avtomobilə əyləşdirmişdir. O, Şahid4 və Zərərçəkmiş şəxslə birlikdə avtomobilə əyləşmiş və onlar Qobustan qəsəbəsində yerləşən xəstəxanaya getmişlər. Orada Zərərçəkmiş şəxs həkimlərə təhvil verdikdən sonra bir qədər gözləmiş, sonra isə həkimlərdən sonuncunun qarnına dəmir deyil, bıçaq batdığını öyrənmişdir. Daha sonra Zərərçəkmiş şəxs Qobustan xəstəxanasından Bakı şəhərində yerləşən 1 saylı X12 aparıldığını görüb oradan əvvəlcə mağazaya qayıtmış və Şirkətin avtomobilini götürüb mağazadan digər mal paylamalı olduğu ünvanlara yollanmışdır. Bundan sonra nə baş verməsi barədə heç bir məlumatı olmamışdır. O, Hadisə vaxtı mağazanın daxilində sahibi Şahid6 otağında olduğu üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi hadisəsinin birbaşa şahidi olmamışdır. Lakin sonradan hadisə vaxtı mağazanın anbarında fəhlə işləyən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-biri ilə zarafatlaşdıqları vaxt əvvəlkinin əlindəki bıçağın təsadüfən Zərərçəkmiş şəxs qarnına batdığını eşitmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs onun qohumu Şahid9 bioloji oğludur. Onun övladı olmadığınından qohumu Şahid9 Təqsirləndirilən şəxs lap körpə vaxtlarından saxlamaları üçün onunla arvadına vermiş və arvadı ilə həmin vaxtdan Təqsirləndirilən şəxs öz övladları kimi sevib saxlamışlar. Sonuncu onları öz ailəsi, yəni valideynləri olaraq tanıyır və sevir. Təqsirləndirilən şəxs hazırda bioloji anası Şahid9 ilə ailə kimi münasibəti, həmçinin heç bir ədavəti və ya düşmənçiliyi yoxdur və olmamışdır. O, sutkalıq iş rejimində işlədiyindən xx.xx.2024-cü ildə səhər saatlarında evdən çıxıb işə getmiş, həmin gün evdən ona xəbər edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona görə də yaşadıqları ərazi üzrə Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə getmiş və orada öyrənmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə gündüz saatları işdə olduğu vaxtı dostu və iş yoldaşı olan Zərərçəkmiş şəxslə zarafatlaşarkən əlindəki dəmirlə xəsarət yetirdiyi üçün sonuncunu xəstəxanaya aparmış, Təqsirləndirilən şəxs isə Polis Bölməsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özündən öyrənmişdir ki, sonuncu dostu Zərərçəkmiş şəxslə zarafatlaşarkən üzərində olmuş qutu ağzını açmaq üçün istifadə etdiyi bıçaq ehtiyatsızlıqdan sonuncunun qarnına batmış və Zərərçəkmiş şəxs xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs 2 gün Polis İdarəsində saxlanıldıqdan sonra azad edilərək, evə buraxılmışdır. Sonuncunun Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı heç vaxt görmədiyindən xüsusiyyətləri barədə heç bir məlumatı yoxdur. Sonradan Təqsirləndirilən şəxs sonuncunun iş yerində olan qutuların qapağını açmaq üçün həmin bıçağı alıb evdə saxladığını öyrəniş, lakin nə onun, nə də arvadının həmin bıçaqdan xəbərləri olmamış, Təqsirləndirilən şəxs gizlətdiyi üçün evdə bıçaq olduğunu onlara bildirməmişdir. Maddi çətinlikləri olduğu üçün yay tətili ərəfəsində Təqsirləndirilən şəxs işləyib evə pul qazanmaq və evin maddi təminatına az da olsa, köməklik etmək istədiyi bildirmişdir, iş yeri evlərinin yaxınlığında olduğu üçün sonununun işləmək istəyinə qarşı gəlməmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, sonuncuyla yaxın ailə münasibətləri vardır. Təqsirləndirilən şəxs oğlunun sinif yoldaşı, dostu və iş yoldaşı kimi tanımış və əvvəlki ilə də normal münasibəti vardır, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü ildə saat 12:00 radələrində işdə olduğu zaman Bakı şəhəri, Qobustan qəsəbəsi ərazisində yerləşən X13 xəstəxanasından ona zəng olunmuş və bildirilmişdir ki, oğlu Zərərçəkmiş şəxs həmin xəstəxanadır. Ona görə, işdən çıxıb həmin xəstəxanaya getmiş, orada sonuncuyla görüşmüş və xəstəxanaya gətirilməsinin səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs ona “Təbriz Topdan və Pərakəndə satış” mağazasının anbarında işləyərkən qarnına dəmir batdığını dediyindən, həkimlər ondan soruşanda, oğlunun qarnına işdə dəmir batdığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində X12 aparılmış, sonuncunun arxasından taksi ilə həmin xəstəxanaya getmişdir. Orada Zərərçəkmiş şəxs əməliyyatının nəticəsini gözləyərkən, həkimlər sonuncunun hansı şəraitdə xəsarət aldığını soruşmuş, o, Zərərçəkmiş şəxs qarnına dəmir batdığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs əməliyyatdan çıxarılmış, hadisədən bir neçə saat sonra isə Zərərçəkmiş şəxs işdə olarkən, iş yoldaşı və dostu Təqsirləndirilən şəxs əlində bıçaq olarkən zarafatlaşdıqları zaman əvvəlkinin qarnına həmin bıçağın batdığını öyrənmişdir. Buna görə də Təqsirləndirilən şəxs digər iş yoldaşları ilə köməkləşib E.E.X9 Mərkəzinə aparmışlar. Onun və Zərərçəkmiş şəxs bununla bağlı Təqsirləndirilən şəxs şikayətləri yoxdur və olmayacaqdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təqribən 15 ilə yaxındır ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasında əvvəllər işçi kimi, hazırda isə mal qəbulçusu kimi işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin mağazanın anbarında fəhlə kimi çalışmışlar, o, həmin şəxsləri yalnız işçi kimi qəbul edildikləri gün sonra tanımışdır. Onun Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. O, xx.xx.2024-cü ildə saat 12:00 radələrində işlədiyi mağazanın anbarında mağazaya gətirilən ərzaq mallarını qəbul etmiş, həmin vaxtı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qəbul edilən malları yük avtomobilindən boşaldaraq, anbarın rəflərinə yığmışlar. O, anbarın çöl qapısının qarşısında dayanıb siyahı üzrə malların sayımını həyata keçirdiyi zaman Zərərçəkmiş şəxs əli ilə qarnını tutaraq, anbarın qapısından çıxıb ona tərəf gəldiyini görmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs və anbarın digər işçiləri Kənan, Nurlan və Nahid adlı şəxslər Zərərçəkmiş şəxs qoluna girib sonuncuya yeriməkdə kömək etmişlər. O, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda, sonuncu rəfdən yıxıldığını və yerdə olan dəmirin qarnına batdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs dəfələrlə hansı şəraitdə və necə yıxıldığını soruşmuş, lakin sonuncu təkidlə bildirmişdir ki, rəfdən yerə yıxılmışdır. Zərərçəkmiş şəxs qarnını tutan əlində qan izlərini gördükdən sonra həyəcanlanmış və sonuncunun dərhal xəstəxanaya aparılmalı olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs işçilərin köməyi ilə idarə etdiyi «Ford» markalı **-TH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşdirərək, Fikrət adlı şəxslə birlikdə Qobustan qəsəbəsində yerləşən xəstəxanaya aparmış, orada Zərərçəkmiş şəxs həkimlərə təhvil verdikdən sonra bir qədər orada gözləmişdir. Sonra Təqsirləndirilən şəxs da xəstəxanaya getmiş və ondan nə etməli olduğunu soruşmuş, o da, sonuncuya evə getməsini tapşırmışdır. Sonra o, yenidən işlədiyi mağazaya qayıtmış, bir neçə saat sonra isə ona məlum olmuşdur ki, hadisə Zərərçəkmiş şəxs dediyi kimi yox, tamam fərqli olmuşdur. Belə ki, həmin vaxt xəstəxanada olan Bəhlul adlı şəxs zəng edərək, həkimlərin Elcanın bədənində bıçaq xəsarəti olduğunu dediklərini bildirmiş, bundan sonra o, anbarın işçilərini sorğu-sual etmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs anbarda digər işçi Təqsirləndirilən şəxs ilə zarafat etdikləri zaman sonuncunun əlində olan bıçaq təsadüfən Zərərçəkmiş şəxs qarnına batmışdır. Bir qədər sonra polislər ambara gəlmiş, Təqsirləndirilən şəxs da həmin vaxtı polis əməkdaşları ilə birlikdə olmuş, polis əməkdaşlarının iştirakı ilə anbarın içərisinə, yəni hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. O, hadisənin birbaşa şahidi olmamış, hadisənin baş verməsinin səbəbi Zərərçəkmiş şəxs anbarda rəflərə mal yığdıqları vaxt Təqsirləndirilən şəxs ilə zarafatlaşması, bu zaman sonuncunun əlində olan bıçağın təsadüfən Zərərçəkmiş şəxs qarnına batması olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı şəraitdə və nə ilə xəsarət yetirdiyini konkret olaraq görməmiş, hadisə vaxtı anbarın qapısının qarşısında olmuş və oradan anbarın içərisi görünməmişdir. O, hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs söyüş söydüyünü və təhqiramiz ifadələr işlətdiyini eşitməmiş, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olması barədə heç bir məlumatı olmamışdır, həmin şəxslərin yaxın dost olduqlarını bilmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqribən 10 ilə yaxındır ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasında işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin mağazanın anbarında fəhlə kimi çalışmışdır. O, sonuncuları əvvəllər tanımamış, hər iksini işçi kimi qəbul edildikləri gündən bəri tanımışdır, həmin şəxslərlə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində nahar etmək üçün yaşadığı evə getmiş, həmin gün evdə olduğu zaman saat 12:30 radələrində mağazanın anbar müdiri olan Şahid6 ona zəng edərək, anbarda fəhlə işləyən Zərərçəkmiş şəxs yıxılaraq xəsarət aldığını və buna görə də, mağazanın anbar müdiri işləyən Şahid4 tərəfindən Qobustan qəsəbəsində yerləşən xəstəxanaya aparıldığını demişdir. Şahid6 ona eyni zamanda tapşırmışdır ki, dərhal Zərərçəkmiş şəxs yaşadığı evə gedib valideynlərinə bu barədə məlumat versin, eləcə də, sözügedən xəstəxanaya gedib orada sonuncunun vəziyyəti ilə maraqlanıb lazımi köməkliyi etsin. O, dərhal evdən çıxıb Zərərçəkmiş şəxs yaşadığı Qobustan qəsəbəsində yerləşən ünvana getmiş və sonuncunun valideynlərinə məlumat vermiş, Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə Qobustan qəsəbəsində yerləşən xəstəxanaya getmiş, xəstəxananın qarşısında Şahid4 mağazanın digər işçiləri ilə birlikdə dayandıqlarını görmüşdür. O, Şahid4 hadisə barəsində soruşmuş, sonuncu həmin gün saat bundan bir neçə dəqiqə əvvəl mağazanın anbarında işləyən Zərərçəkmiş şəxs mağazaya gətirilən ərzaq məhsullarını yük avtomobilindən mağazanın anbarına daşıyarkən, necəsə yıxıldığını və sonuncunun qarın nahiyəsinə dəmir batdığını bildirmişdir. O, Şahid4 hadisəni öz gözü ilə görüb-görmədiyini soruşduqda, sonuncu Zərərçəkmiş şəxs xəsarət alan zaman anbarın içərisində olmadığı üçün hadisənin dəqiq olaraq necə baş verdiyini görmədiyini bildirmiş, lakin Zərərçəkmiş şəxs özünün yıxılaraq xəsarət aldığını dediyini qeyd etdmişdir. Bundan sonra o, xəstəxananın içərisinə girib həkimlərdən Zərərçəkmiş şəxs vəziyyətini soruşduqda, ona sonuncunun qarnından bıçaq xəsarəti aldığını demişlər. O, dərhal mağazanın müdiri Şahid6 zəng edib bu barədə məlumat vermişdir. Bir qədər sonra təcili tibbi yardım avtomobili ilə E.E.X6 mərkəzə aparmışlar, o isə mağazaya getmişdir. Orada mağazanın anbarında işləyən işçiləri toplayıb hadisə barədə məlumat almış, hadisə baş verən zaman anbarda ərzaq daşıyan işçilər Zərərçəkmiş şəxs anbarda fəhlə işləyən Emillə zarafat edən zaman sonuncunun əlindəki bıçağın təsadüfən Zərərçəkmiş şəxs qarnına batdığını bildirmişlər. Bir qədər sonra polislər mağazaya gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs da polis əməkdaşları ilə birlikdə olmuşdur. Polis əməkdaşlarının iştirakı ilə anbarın içərisinə, yəni hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı şəraitdə və nə ilə xəsarət yetirdiyini konkret olaraq görməmiş, sonuncuların yaxın dost olduqlarını bilmişdir. Bundan başqa məhkəmə iclasında Şahid5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiyi anbar qaranlıq deyildir. Ola bilsin ki, nə vaxtsa işıqlar sönəndə, texniki problem olanda anbar qaranlıq olsun. Təqsirləndirilən və zərərçəkmiş şəxsin əmək müqavilələrinin olub-olmadığını dəqiq bilmir, lakin hər bir halda yetkinlik yaşına çatmayanlar qanuni nümayəndələrinin etibarnaməsi əsasında işə qəbul edilirlər.
10. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildən etibarən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarında fəhlə işləyir, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi anbardan iş yoldaşı kimi tanımış, hazırda sonuncularla heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. O, xx.xx.2024-cü ildə saat 12:00 radələrində işlədiyi “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarında işdə olduğu zaman firmadan gələn ərzaq mallarını digər işçilərlə birlikdə yük avtomobilindən anbarın rəflərinə daşıyıb yığmışlar. Həmin vaxt iş yoldaşları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onlarla birlikdə malları rəflərə yığmaqla məşğul olmuşlar. Anbarda işçilərin malları rəflərə yığmalarına mağazanın işçisi Şahid4 nəzarət etmişdir. Şahid4 telefonuna zəng gəldikdən sonra sonuncu telefonla danışmaq üçün anbardan bayıra çıxmış, bu zaman anbarda onun qarşısında əlində qənd aparan Təqsirləndirilən şəxs əlindəki qənd torbasını səhvən yerə dağıtmış, bu vaxt o, Təqsirləndirilən şəxs arxasında əlində qənd torbası ilə dayanmışdır ki, sonuncudan sonra əlindəki torbanı rəfə yerləşdirsin. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb zarafatlaşaraq güləşməyə başlamış, əvvəlki Təqsirləndirilən şəxs boynundan tutub yerə yıxmağa çalışanda, Zərərçəkmiş şəxs qəfildən “Deyəsən qarnıma nəsə girdi” - demişdir. Bunu eşitdikdən sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs yaxınlaşmış və əvvəlkinin əlindəki bıçağın Zərərçəkmiş şəxs qarnına batdığını görmüşdür. Dərhal Təqsirləndirilən şəxs, o və həmin vaxt anbarda olan Kənan və Nahid adlı işçilər köməkləşib Zərərçəkmiş şəxs anbarın çöl qapısına tərəf aparmışlar. Həmin vaxt çöldə dayanmış Şahid4 baş vermiş hadisə ilə bağlı məlumat vermişlər, sonuncu dərhal Zərərçəkmiş şəxs firmanın avtomobilinə əyləşdirərək, xəstəxanaya aparmışdır və təxminən 02 saat sonra xəstəxandan geri qayıdaraq, ona, eləcə də, anbardakı şəxslərə E.E.X5 Mərkəzə aparıldığını və orada əməliyyat olunduğunu demişdir. Bundan təqribən 1 saat sonra polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə anbara gəlmiş, hadisənin necə baş verməsi barədə onları sorğu-sual etmişlər. Təqsirləndirilən şəxs da polis əməkdaşları ilə birlikdə anbara gəlmiş və hadisənin necə baş verdiyini danışmışdır. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə oradan çıxıb getmişlər. İstintaq dövründə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla hədələməmiş, o, hadisədən əvvəl və ya hadisə vaxtı Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs vurmağa hazırlaşdığını görməmişdir Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs hadisə vaxt bir-biri ilə mübahisə və ya dava etməmiş, hadisə baş verməzdən əvvəl o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərinin ünvanına söyüş və ya təhqiramiz ifadələr işlətdiyini eşitməmişdir. O, sonuncuların yaxın dost olduqlarını bilmişdir.
11. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin iyun-avqust ayları ərzində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarında fəhlə işləmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sözügedən anbardan iş yoldaşı kimi tanımışdır. O, xx.xx.2024-cü ildə saat 12:00 radələrində işlədiyi “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarında firmadan gələn ərzaq mallarını digər işçilərlə birlikdə yük avtomobilindən anbarın rəflərinə daşıyıb yığmaqla məşğul olmuşdur. Həmin vaxt iş yoldaşları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onlarla birlikdə malları rəflərə yığmışlar və mağazanın işçisi olan Rəhman malların yığılmasına nəzarət etmişdir. O, anbarın içərisində əlindəki qənd torbasını rəfə qoymağa aparanda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs güləşməyə başladıqlarını görmüş, daha sonra yük götürmək üçün anbarın çöl qapısına tərəf gedib orada dayanmışdır. O, avtomobildən qənd torbasını götürüb geri qayıdan zaman işçilərin Zərərçəkmiş şəxs çölə tərəf apardıqlarını görmüşdür. Bundan sonra Rəhman dərhal Zərərçəkmiş şəxs avtomobilə əyləşdirərək, xəstəxanaya aparmış, təxminən iki saat sonra Rəhman xəstəxanadan geri qayıtmışdır. O, bu zaman Xıdırlı kəndinə mal aparmaq üçün avtomobilə əyləşib oradan çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs konkret olaraq necə və nə ilə vurduğunu görməmiş, hadisə baş verməzdən əvvəl o, sonuncu və Təqsirləndirilən şəxs hər hansı birinin söyüş söydüyünü və ya təhqiramiz ifadələr işlətdiyini eşitməmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olması barədə onun heç bir məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaxın dost olduqlarını bilmişdir.
12. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin iyul-avqust ayları ərzində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarında fəhlə işləmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi anbardan iş yoldaşı kimi tanımışdır. O, xx.xx.2024-cü ildə saat 12:00 radələrində işlədiyi “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarında işdə olduğu zaman firmadan gələn ərzaq mallarını digər işçilərlə birlikdə yük avtomobilindən anbarın rəflərinə daşıyıb yığmışlar. Həmin vaxtı iş yoldaşları olan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da onlarla birlikdə malları rəflərə yığmışlar, mağazanın işçisi olan Rəhman malların yığılmasına nəzarət etmişdir. Rəhmanın telefonuna zəng gəldikdən sonra sonuncu telefonla danışmaq üçün anbardan bayıra çıxmışdır. Bu zaman o, anbarda əlində qənd torbası aparan Təqsirləndirilən şəxs səhvən torbanı yerə dağıtdığını görmüşdür. O, bu vaxt sonuncunun arxasında əlində qənd torbası ilə gözləmişdir ki, Təqsirləndirilən şəxs sonra əlindəki torbanı rəfə yerləşdirsin. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb zarafat etmək məqsədi ilə sonuncu ilə güləşməyə başlamış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs boynundan tutub yerə yıxmağa çalışanda qəfildən “Deyəsən qarnıma nəsə girdi” - demişdir. O, bunu görüb dərhal əlindəki qənd torbasını yerə atmış və Zərərçəkmiş şəxs yaxınlaşıb görmüşdür ki, sonuncunun köynəyində qan ləkəsi vardır. Zərərçəkmiş şəxs köynəyini qaldırdıqda, o, sonuncunun qarnından qan axdığını görüb dərhal yerdən parça götürmüş, Zərərçəkmiş şəxs yarasının üstünə sıxmış və həmin vaxt orada olan Təqsirləndirilən şəxs Nahid və Nurlan adlı şəxslərlə köməkləşib Zərərçəkmiş şəxs anbarın çöl qapısına tərəf aparmışlar, orada dayanmış Rəhman adlı şəxsə baş vermiş hadisə barədə məlumat vermişlər. Rəhman dərhal Zərərçəkmiş şəxs avtomobilə əyləşdirib xəstəxanaya aparmış, təxminən 02 saat sonra xəstəxanadan geri qayıdaraq demişdir ki, sonuncunu X12 aparıb orada əməliyyat etmişlər. Bundan təqribən 1 saat sonra polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə anbara gəlmiş və hadisənin necə baş verməsi barədə sorğu-sual etmiş, sonuncu da polis əməkdaşlarına hadisənin necə baş verdiyini danışmış, sonra polis əməkdaşları E.İ.X10 aparmışlar. Hadisənin baş vermə səbəbi Təqsirləndirilən şəxs anbarda rəflərə mal yığan zaman Zərərçəkmiş şəxs əvvəlkinin boynunu qolunun arasına salaraq, sıxması və bu zaman Təqsirləndirilən şəxs əlindəki bıçağın təsadüfən Zərərçəkmiş şəxs qarnına batması olmuşdur. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs zarafatyana güləşdikləri vaxt bir-biri ilə mübahisə və ya dava etməmişlər, sonuncu Zərərçəkmiş şəxs bıçaqla hədələməmiş, o, hadisədən əvvəl və ya hadisə vaxtı Təqsirləndirilən şəxs qəsdlə Zərərçəkmiş şəxs bıçaqla vurmaq istədiyini görməmişdir. Hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərinin ünvanına söyüş və ya təhqiramiz ifadələr işlətdiyini eşitməmişdir. Onun Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı ədavət və ya düşmənçiliyin olması barədə heç bir məlumatı olmamışdır, həmin şəxslərin yaxın dost olduqlarını bilmişdir.
13. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən etibarən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasını işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mağazanın anbarına işçi kimi qəbul olunduqdan sonra tanımış, hər ikisi onun mağazasının anbarında fəhlə olaraq işləmişlər, həmin şəxslərlə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində o, mağazada öz iş otağında olduğu zaman mağazada işləyən Rəhman onun yanına gedərək, işçilərdən “Elcan” adlı işçinin anbarda iş görən zaman yıxıldığını və sonuncunun dediyinə görə, qarnına dəmir parçasının batdığını bildirmiş, o, dərhal Rəhmana, əvvəlkini avtomobilə əyləşdirərək, xəstəxanaya aparmasını tapşırmışdır. Rəhman otaqdan çıxıb getdikdən bir neçə dəqiqə sonra o özü də otaqdan çıxaraq, anbara getmiş, bu vaxtı artıq Zərərçəkmiş şəxs avtomobilə əyləşdirmiş və xəstəxanaya aparmağa hazırlaşmışlar. O, orada Rəhmana təcili olaraq Zərərçəkmiş şəxs xəstəxanaya çatdırmağı tapşırmış və bundan sonra Rəhman avtomobilin sükanına əyləşib sürüb getmiş, həmin vaxt Rəhmanla birgə mağazaya mal gətirən Şirkət işçisi olan “Fikrət” də eyni avtomobildə xəstəxanaya getmişdir. Rəhmanla Fikrət getdikdən sonra o, mağazaya öz otağına qayıtmış, təqribən 15-20 dəqiqə sonra Rəhmana zəng edib Zərərçəkmiş şəxs vəziyyəti ilə maraqlanmışdır. Rəhman Zərərçəkmiş şəxs səhhətində elə bir ciddi xəsarət olmadığını, yaranın səthi olduğunu, lakin Qobustan xəstəxanasında həkimlərin sonuncunun Bakı şəhərindəki xəstəxanaya aparılmalı olduqlarını bildirdiklərini demişdir. Bundan sonra o, mağazanın müdir müavini olan Bəhlula zəng etmiş və hadisə barədə məlumat verdikdən sonra, xəstəxanaya gedərək orada nə köməklik lazım olsa, etməsini və Zərərçəkmiş şəxs valideynlərinə xəbər verilməsini tapşırmışdır. Şahid4 bir qədər sonra onun yanına gedərək, Zərərçəkmiş şəxs bədənində bıçaq xəsarəti olmasını bildirmişdir. Bundan təqribən 30 dəqiqə sonra Bəhlul xəstəxanadan geri qayıtmış və ona, Zərərçəkmiş şəxs təcili yardım avtomobili ilə xəstəxanaya göndərildiyini, sonuncunun valideynlərinin məlumatlandırıldığını bildirmişdir. Bundan sonra o, saat təxminən 13:00 radələrində mağazadan çıxıb evinə getmiş, evdə olduğu vaxt günorta saatlarında Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin əməkdaşları onunla əlaqə saxlayıb Zərərçəkmiş şəxs bıçaqlanması bildirərək ondan hadisənin tam olaraq necə baş verdiyi barədə ətraflı öyrənib məlumat verməsini istəmişlər. O, dərhal mağazanın işçisi olan Şahid4 zəng edib hadisənin əslində necə baş verməsi barədə öyrənib ona təcili məlumat verməsini tapşırmışdır. Bundan təxminən 1 saat sonra öyrənmişdir ki, Zərərçəkmiş şəxs və mağazanın anbarında fəhlə işləyən Təqsirləndirilən şəxs adlı şəxs öz aralarında zarafat etdikləri zaman sonuncu təsadüfən əlində olmuş bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. O, dərhal bu barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin əməkdaşlarına məlumat vermişdir. O, heç vaxt Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hansısa ədavətin və ya düşmənçiliyin olması barədə heç bir şey eşitməmiş, həmin şəxslər təxminən 3-4 ay əvvəl lazım olduqda, gəlib mağazanın anbarında fəhlə işləmişlər. O, baş vermiş hadisənin cinayət olduğunu bilməmiş, ona ilkin olaraq hadisənin Zərərçəkmiş şəxs yııxılması nəticəsində baş verdiyini bildirdiklərindən bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verməmişdir.
14. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmış Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs bioloji anası olsa da, sonuncunun atası tərəfindən tərk edildiyi, maddi çətinliklərlə üzləşdiyi üçün, həmçinin qohumları Şahid8 və sonuncunun arvadı övlad sahibi ola bilmədikləri üçün Təqsirləndirilən şəxs sonunculara saxlamağa vermişdir. Təqsirləndirilən şəxs körpəlikdən onun qohumları Şahid8 və sonuncunun arvadı tərəfindən öz övladları kimi böyüdülmüşdür. Onun Təqsirləndirilən şəxs ilə ailə kimi münasibəti, heç vaxt ədavəti və düşməçiliyi olmamışdır. O, qohumları Şahid8 və sonuncunun arvadı tərəfindən Təqsirləndirilən şəxs yaxşı baxıldığını və ailə kimi saxlanıldığını bilmişdir. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında o, iş yerində olduğu zaman qohumu Şahid8 onunla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs iş yoldaşını ehtiyatsızlıqdan dəmirlə vurub xəsarət yetirdiyini, xəsarət alan uşağın xəstəxanada müalicə olunduğunu bildirmişdir. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğunu və sonra azad edildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs bioloji atası İlahi Əzizov əvvəlki doğulduqdan dərhal sonra onları tərk edib getdiyinə görə, onun İlahi Əzizovun harada olması, ümumiyyətlə yaşayıb-yaşamaması barədə məlumatsız olmuş, sonuncu ilə heç bir formada əlaqə saxlamamışdır.
15. 21.07.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i\v 57).
16. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə təqdimat təmin edilməmiş və sonuncu məhkəmə iclasından dərhal buraxılmışdır (İ cild i/v 108-113).
17. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (İ cild i/v 114).
18. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin 471 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - qarın boşluğunun ön səthinin sağ yarısından qarın boşluğuna bir ədəd nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan daxili qanaxma, qaraciyərin sağ payı və qalxançənbər bağırsağın zədələnməsi deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir (İ cild i/v 144-147).
19. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞnin maddi sübutların ekspertizasının 361/MTKŞ-2024 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthinin sağ yarısında iki ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (İ cild 170-174).
20. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞnin maddi sübutların ekspertizasının 496/2024-MTBŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyəti təstiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə A(İİ)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə A(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində tədqiqat zamanı qan aşkar olunmadı (İ cild i/v 176-180).
21. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞnin maddi sübutların ekspertizasının 477/MTKŞ-2024 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində olan (qarının ön səthinin sağ yarısından qarın boşluğuna nüfuz edən yara) bir ədəd deşilmiş-kəsilmiş yara ilə, ona məxsus məxsus qısaqol koftanın ön səthinin sağ yarısında olan bir ədəd deşilmişkəsilmiş zədə yerləşmə nahiyələrinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın üzərində olan digər bir ədəd deşilmiş-kəsilmiş zədəyə uyğun onun bədən səthində xəsarət əks olunmamışdır, bu da hadisənin baş vermə şəraitindən, zədələrin əmələ gəlmə mexanizmindən, lokalizasiyasından, paltarın hərəkətli olmasından asılı olaraq, zədələrin yetirildiyi anda iz törədən alətin yalnız qısaqol koftanı zədələməsi ilə izah oluna bilər(İ cild i/v 212-215).
22. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞnin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, T 154/2025 saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs daxili qanaxma, qaraciyərin sağ payı və qalxançənbər bağırsağın zədələnməsi, sağ 8-ci qabırğanın kortikal nahiyəsinin xətvari yerdəyişməyən sınığı ilə müşayiət olunan qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət deşici-kəsici alətin təsirindən törənmiş, bıçaqla yetirilməsi inkar olunmur, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2025-ci ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aldığı xəsarət iş üzrə alınmış ifadələrdə göstərilən şəraitdə, yəni bir-biri ilə zarafat edərkən Təqsirləndirilən şəxs əlində olan bıçağın ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qarın nahiyəsinə batması nəticəsində yaranmasından daha çox, yetirilmiş zərbə nəticəsində yaranmasına uyğun gəlir (İİ cild i/v 15-18).
23. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 762 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Sonuncunun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild i/v 19-21).
24. 22.07.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (İ cild i/v 76).
25. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs anası Şahid9 əvvəlkinin qanuni nümayəndəsi qismində tanınmışdır (İİ cild i/v 144-146).
26. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə və xx.xx.2024-cü il tarixli protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin anbarın sağ tərəfində divarına müxtəlif içkilərin (əsasən “Coca-Cola”) kasetləri yığılmışdır, kamera ilə üzbəüzdə giriş qapısı və anbarın bayır tərəfi görünür, sol tərəfində boş taxta rəflər (piştaxtalar) və sol tərəfə doğru digər otağa giriş yerləşir. Videogörüntü saat 11:53 dəqiqədən etibarən anbarda quraşdırılmış videokameranın monitorunda əks olunaraq, lentə alınmışdır. Videogörüntünün 0:00:10 dəqiqəsində (10-cu saniyəsində) anbarın sol tərəfdəki otaqdan bir nəfər göy rəngli qısaqol köynək və bir nəfər tünd göy rəngli uzunqol köynək geyinmiş şəxslər köməkli şəkildə ortalarında olan qara rəngli qısaqol kofta geyinmiş şəxsi hər iki qollarından tutaraq, anbarın giriş qapısına tərəf apardıqları, giriş qapısı tərəfdə qara rəngli rəngli kofta geyinmiş şəxsin qarnından tutaraq, bir anlıq aşağıya, yerdə olan taxta rəfin üzərində oturmağa çalışdığı, onların ətrafında və giriş qapısı tərəfdə əlavə 3-4 nəfər kişi cinsli şəxslərin toplaşdığı, göy rəngli qısaqol köynək geyinmiş şəxsin giriş qapısına tərəf yaxınlaşaraq, orada dayanmış digər kişi cinsli şəxsə nə isə dediyi, 1-2 saniyə sonra geri qayıtdığı, qara rəngli kofta geyinmiş şəxsin qolundan tutaraq, onu piştaxtaya oturmağa kömək etdiyi və sonra həmin göy rəngli qısaqol köynək və tünd göy rəngli uzunqol köynək geyinmiş şəxslərin köməkli şəkildə ortalarındakı qara rəngli qısaqol kofta geyinmiş şəxsi hər iki qollarından tutaraq, anbarın giriş qapısına tərəf apararaq, bayıra çıxardıqları müşahidə olunur. Videogörüntü 0:00:33-cü saniyə davam edir və həmin anda başa çatır (İ cild i/v 25-26).
27. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qaradağ rayon, Qobustan qsəbəsi, 1-ci massiv, təzə yurdlar adlanan ərazidə yerləşən fəri №-siz ünvanın daxilində olan üzəri qızılı rəngli parça ilə örtülmüş, mavi rəgli divanın iç hissəsində 01 ədəd sapı mebel rəngli dizayn ilə işlənmiş, dəmir materialdan hazırlanmış qatlanan bıçağı təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sapı mebel rəngli dizayn ilə işlənmiş, dəmir metaldan hazırlanmış qatlanan bıçağın açıq vəziyyətdə 27 sm, bağlı vəziyyətdə isə 17 sm uzunluğu vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sapı mebel rəngli dizayn ilə işlənmiş, dəmir metaldan hazırlanmış qatlanan bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (İ cild i/v 30-32).
28. xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokol və fotocədvəldən görünür ki, xx.xx.2024-cü ildə saat 10:30-dan 11:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs habelə onun qanuni nümayəndəsi və müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılmış və hadisənin baş verdiyi yer Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarı müəyyən edilmişdir. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs əli ilə hadisə yerini göstərmiş və ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə bir daha təsdiq etmişdir (İ cild i/v 217-221).
29. 18.04.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Təbriz Topdan və Pərakəndə Satış” mağazanın anbarında quraşdırılmış kamera ilə lentə alınmış videogörüntünün əks olunduğu bir ədəd DVD disk və cinayətin predmeti olmuş 01 ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli, deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan ov bıçağı iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İİ cild i/v 50-70).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
30. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur, onlar eyni məktəbdə paralel siniflərdə oxumuşlar. Sonuncu ilə münasibətləri çox yaxındır, aralarında heç vaxt heç bir ədavət va ya düşmənçilik olmamışdır. O, təqribən bir il, Zərərçəkmiş şəxs isə təqribən 9 aydır ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 56 ünvanda yerləşən “Təbriz Topdan və Pərakəndə Satış” mağazasının anbarında fəhlə işləyir. Onda malların açılmasında istifadə etdiyi bıçaq olmuş, həmin bıçağı ondan əvvəl işləmiş işçidən almış və daimi üstündə gəzdirməmişdir. xx.xx.2024cü ildə saat 12:00 radələrində o və Zərərçəkmiş şəxs işlədikləri anbarda olan zaman orada işləyən digər işçilərlə birlikdə anbara gələn malları yerbəyer etməklə məşğul olmuşlar. Bu zaman o əlində bıçaqla malın qutusunu açamağa gedəndə Zərərçəkmiş şəxs ondan baxmaq üçün bıçağı istəmiş, o da “gedib-gəlim, sonra baxarsan” deyə bildirmişdir. O, Zərərçəkmiş şəxs bıçağı vermək üçün geri qayıdanda qaça-qaça gəlmiş, lakin işlədikləri yer çox qaranlıq olduğuna görə sonuncu bıçağı görmədən onun üstünə atlanmış və beləcə də bıçaq Zərərçəkmiş şəxs batmışdır. Arxadan da digər işçilər mal gətirdiklərinə görə geri çəkilməyə çalışsa da, tam geriyə çəkilə bilməmiş, Zərərçəkmiş şəxs qarnından çoxlu qan axdığını görmüş və əlində olan bıçağı orada da yerə atıb dərhal sonucunun qolunan girərək, iş yoldaşları Nurlan və Kənanın köməyi ilə Zərərçəkmiş şəxs anbardan bayıra çıxartmışdır. Nə edəcəyini bilmədiyi üçün mağazanın qarşısına tərəf qaçaraq, orada dayanan anbar nəzarətçisi işləyən Rəhmanı çağırmış və baş vermiş hadisəni danışmışdır. Bundan sonra Rəhman gəlib Zərərçəkmiş şəxs vəziyyəti ilə maraqlanmış, həmin vaxt mağazaya mal gətirən "xxxx" firmasında ekspeditor işləyən Fikrəti çağıraraq, Zərərçəkmiş şəxs xəstəxanaya aparmağa kömək etməyi xahiş etmişdir. Sonuncunu köməkləşərək Rəhmanın idarə etdiyi “Ford” markalı avtomobilə əyləşdirmişlər və Rəhman avtomobili sürüb Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. O da yoldan keçən taksini saxladaraq əyləşib Rəhmanın avtomobilinin arxasınca xəstəxanaya getmişdir. Sonra ona işlədikləri anbarın sahibi Şahid6 onu görmək istədiyini bildirmişlər. O, bir qədər xəstəxanada gözlədikdən sonra anbara getmiş, orada Şahid6 otağına qalxmış, sonuncu hadisənin necə baş verdiyini və Zərərçəkmiş şəxs nə üçün vurduğunu soruşmuş, o da hadisənin qərəzli olmadığını və tamamilə təsadüfən zarafat etdikləri vaxt baş verdiyini bildirmişdir. O, oradan çıxıb piyada yaşadığı evə getmiş, evdə olduğu zaman 5-10 dəqiqə sonra polis əməkdaşları evə gələrək, onu Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, bıçağı əvvəl işləyən işçidən almış və paletlərin ağzını açmaq üçün istifadə etmişdir. Paletlərin ağzını açmaq üçün ayrıca alətlər versələr də, həmin alətlər itdiyindən o, həmin bıçağı istifadə etmiş, digər şəxslərin bıçağı olmamışdır. O, kiçik nəzarətçi olduğuna görə malların qəbulu və paletlərin açılması ilə o məşğul olmuşdur. Paletləri çöldə açmış və çöldən açıq şəkildə gətirmişdir. Bıçaq iki ay olar ki, onda olmuş, həmin bıçağı Zərərçəkmiş şəxs daha öncə də bir dəfə görmüş, o da həmin vaxt bıçağı gizlətmişdir. Bıçaq açılıb-bağlandığına görə yəqin ki, Zərərçəkmiş şəxs maraqlı gəlmiş, sonuncu ondan bıçağı istəsə də, o verməmişdir. Zərərçəkmiş şəxs bıçağı hədiyyə kimi deyil, baxmaq üçün istəmişdir. Sonuncu onu əli ilə itələyərək bıçağı göstərməsini istəmiş, o bıçağı artıq göstərmək üçün çıxartsa da, anbar qarışıq, dar və qaranlıq olduğuna Zərərçəkmiş şəxs həmin bıçağı görmədən yenə də zarafatlaşaraq, əli ilə onun boynundan tutub özünə tərəf çəkməyə davam edəndə bıçaq əvvəlkinə batmışdır. Bıçaq Zərərçəkmiş şəxs bir dəfə dəymiş, sonuncunun paltarı zədələnmişdir. Lakin Zərərçəkmiş şəxs paltarının iş yerində də zədələnməsi ehtimalı da var. Bıçaq dəyəndən sonra Zərərçəkmiş şəxs qarnını tutub oturmuş, o sonuncuya baxanda bıçağın batdığını görmüşdür. Zərərçəkmiş şəxs ilə aralarında heç vaxt mübahisə olmamış, onlar qardaş kimi bir yerdə böyümüşlər. Hadisə zamanı arxada 2-3 nəfər olmuşdur. Zərərçəkmiş şəxs ondan şikayətçi deyil, o xəstəxanadan evə gedəndə əvvəlki ona zəng edərək heç bir probleminin olmadığını, narahat olmamasını bildirmişdir. Daha sonra əməlindən səmimi peşman olduğunu və əfv edilməsini məhkəmədən xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
31. Maddə 126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
32. Maddə 228.4. (xx.xx.2025-ci ilədək qüvvədə olan). Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
33. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
34. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
35. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 36.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 37.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
38. Maddə 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
39. Maddə 70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
40. Maddə 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər.
41. Maddə 84.1. Cinayət törədərkən 14 (on dörd) yaşı tamam olmuş, lakin 18 (on səkkiz) yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.
42. Maddə 84.2. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
43. Maddə 85. Yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir.
44. Maddə 86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.
45. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi:
46. Maddə 181.1. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
47. Maddə 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
48. Maddə 21.3. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
49. Maddə 28.5. şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
50. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
51. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
52. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
53. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
54. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
55. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
56. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
57. Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
58. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir).
59. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
60. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
61. Maddə 351.2 və 351.3.4. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
62. Maddə 435.4.2. Yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir.
63. Maddə 435.4.3. Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir.
«Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı Qərarı:
64. Qərarın 1-ci bəndi. Yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir.
65. Qərarın 11-ci bəndi. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir.
66. Qərarın 12-ci bəndinin 5-6-cı abzasları. Yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
67. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. 68.Qərarın 25-ci bəndi. Şərti məhkum etmə, haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır.
“Azərbaycan Respublikası CPM-in 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarı:
69. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
70. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Avropa Məhkəməsinin Presedent Hüququ:
71. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə dair 29 noyabr 1985-ci il tarixli X1ydaları:
72. Maddə 17. Yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə baxışının gedişində və hökm çıxarılan zaman məhkəmənin ümumi qəbul olunmuş beynəlxalq-hüquqi prinsipləri rəhbər tutması qeyd edilmişdir. Həmin prinsiplərə aşağıdakılar daxildir; a) yetkinlik yaşına çatmayan şəxs başqa şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan ciddi əmələ yol verməmişdirsə, yaxud digər ciddi cinayəti təkrar törətməkdə təqsirli bilinməmişdirsə və ya digər müvafiq təsir tədbirləri mövcud olmadıqda, onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədə uyğun qəbul edilməmişdir; b) yetkinlik yaşına çatmayan şəxsin islah müəssisəsinə yalnız son tədbir kimi və zəruri olan minimum həddə yerləşdirilməlidir; c) yetkinlik yaşına çatmayan şəxsin azadlığının məhdudlaşdırılması haqqında qərar, bu məsələyə mükəmməl baxıldıqdan sonra və müddəti mümkün qədər minimuma endirilməklə qəbul olunmalıdır; ç) təsir tədbirləri bütün hallarda nəinki cinayətin hallarına və ağırlığına, həm də yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, həmçinin cəmiyyətin tələbatına uyğun gəlməlidir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
73. Beləliklə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etiraf edici ifadəsi, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, fotoşəkillər, DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığına dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan xəsarət yetirmə və qanunsuz olaraq soyuq silah gəzdirməsi cinayətlərini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.1 və 228.4-cü (xx.xx.2025-ci ilədək qüvvədə olan) maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 54-cü bəndi).
74. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 31 və 32-ci bəndləri).
75. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ehtiyatsızlıq kimi deyil qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi qiymətləndirilməlidir.
76. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, T 154/2025 saylı rəyinə və məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert Şahid10 məhkəməyə verdiyi ifadəsinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs aldığı xəsarət iş üzrə alınmış ifadələrdə göstərilən şəraitdə, yəni bir-biri ilə zarafat edərkən Təqsirləndirilən şəxs əlində olan bıçağın ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qarın nahiyəsinə batması nəticəsində yaranmasından daha çox, yetirilmiş zərbə nəticəsində yaranmasına uyğun gəlir (hökmün 4 və 22-ci bəndləri).
77. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
78. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşmançılığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, eləcə də zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.
79. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.
80. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 126.1 və 228.4-cü (xx.xx.2025-ci ilədək qüvvədə olan) maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir.
81. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, cinayət törədərkən onun yetkinlik yaşına çatmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, eləcə də zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ona cəza təyin edilməməsini xahiş etməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlərin etməsini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.
82. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır (hökmün 46-cı bəndi).
83. Hökmün icrasına nəzarət yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir.
84. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış, təhsil, iş yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifəsi qoyulmalı, üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilməlidir.
85. Maddi sübutlar ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə digər maddi sübut Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerində saxlanılan soyuq silah hesab edilən 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli kofta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 53-cü bəndi).
86. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 58-ci bəndi).
87. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 45 və 57-ci bəndləri).
88. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
89. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4cü(xx.xx.2025-ci ilədək qüvvədə olan) və 126.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 126.1-ci maddəsi ilə 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 228.4-cü maddəsi ilə 04(dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddət sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış, təhsil, iş yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerində saxlanılan, soyuq silah hesab edilən 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli kofta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli