Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-134/2020 10.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Abasov Əliövsəd Məzahir oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət kollegial tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X1 və X3, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxxxxxx 1965-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, X12, 5 a ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, «X6» MMC-nin direktoru vəzifəsində işləmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2, və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətə xxxxlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx xxxxx 1965-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən 1 il 5 ay 20 gün müddətə xxxxlığın məhdulaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkmə müddəti başa çatmış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 63, mənzil 19 ünvanda yaşayan, əvvəlki cinayətə görə cəzaçəkməsi ilə bağlı barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər: Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə «X6» MMC-nin adına Ukraynadan Azərbaycan Respublikasına metal məmulatları gətizdirib gömrük rüsumu məbləğinin ucuz qiymətə ödənilməsini təşkil etməklə əldə edəcəkləri qazancı öz aralarında bölüşdürəcəklərinə dair razılığa gəlmiş, xx xxxxxx 2014-cü il tarixdə Ukraynadan gəmi vasitəsilə Azərbaycan Respublikası Suraxanı rayonu Hövsan Dəniz Limanına sifarişçi X5 və Şahid1 çatdırılması üçün «X6» MMC-nin ünvanına 2.429,530 ton armatur və 203,464 ton dəmir qurğular (katinka) gətirilmiş, Kənan Rəhimov və Şahid1 həmin əmlakın gömrük rüsumu məbləğinin ucuz qiymətə ödənilməsini təşkil etməsi üçün 618.500 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ödəmiş, lakin Təqsirləndirilən şəxs2 əmlakın gömrük rüsumunu daha ucuz qiymətlə və çox qısa, yəni yarım saat müddətində ödəməklə gömrükdən keçirilməsini təşkil edəcəyini vəd verdiyi halda ona ödənilmiş pulu Təqsirləndirilən şəxs1 tam məbləğdə verməyərək aldığı pulun 100.000 ABŞ dolları məbləğində olan hissəsini Təqsirləndirilən şəxs1lə əvvəllər aralarında yaranmış borcun hesabına götürərək qalan 518.500 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs1 ödəmiş, Təqsirləndirilən şəxs1 isə əmlakın vəd verilən qiymətə gömrükdən keçirilməsi ilə bağlı ümumiyyələ heç bir fəaliyyət göstərməyərək həmin puldan 200.000 ABŞ dollarını öz məqsədləri üçün istifadə etmiş (ifadələrə əsasən depozitə qoymuş), bununla bağlı tərəflər arasında mübahisə yaranmış, Kənan Rəhimov və Şahid1 onlara məxsus olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdikləri 618.500 ABŞ dolları məbləğində pulu geri tələb etdikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin pulun yalnız 300.000 ABŞ dolları məbləğində hissəsi qaytarmış, pulu tam şəkildə geri qaytara bilmədiklərindən qısa müddət ərzində həmin malların gömrük rəsmləşdirilməsi məsələsini həll edəcəklərini bildirmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs2 razılığı ilə əslində qaytarmaq məqsədləri olmadığı halda cinayətin törədilməsindən xəbərsiz olan MMC-nin iş icraçısı işləyən Şahid2 vasitəsilə sonuncunun etibarlı münasibətlərdə olduğu Zərərçəkmiş şəxs Məhəmməd oğluna yalan vəd verib Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq guya pulun alınmasının növbəti günü 150.000 ABŞ dolları, 3 gün ərzində əsas məbləğin qalan 150.000 ABŞ dollarını və əlavə olaraq 40.000 ABŞ dolları qaytaracaqları müqabilində Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs qeyd edilən şərtlər əsasında xx xxxxxxxx 2014cü il tarixdə 235.320 Azərbaycan manatına ekvivalent olan 300.000 ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 28 ünvanında yerləşən «Bakond» tircarət mərkəzəinin yanında Təqsirləndirilən şəxs2la birlikdə Muxtarovun idarə etdiyi avtomobildə gəlmış cinayətin törədilməsindən xəbərsiz olan Şahid2 vermiş, Şahid2 isə Zərərçəkmiş şəxs verdiyi 300.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tapşırığı və qeyd edilən şərtlərlə və müddət ərzində pulu Zərərçəkmiş şəxs qaytaracaqlarına dair vədləri əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Kənan Rəhimov və Şahid1 qarşısında götürdükləri öhdəliyin icrasına sərf etmiş, Təqsirləndirilən şəxs1 pulun alınmasının növbəti günü, yəni pulun bir hissəsinin qaytarılmalı olduğu x xxxxxxxx 2014-cü il tarixdə pulun qaytarılmasından imtina etmiş və pulun qaytarılmasının ona heç bir aidiyyəti olmamasını və pulun əmlakın sahibi Təqsirləndirilən şəxs2 tərəfindən qaytarlmalı olduğunu Şahid2 bildirmiş, Təqsirləndirilən şəxs2 da həmin tarixdə əmlakın ona aidiyyətinin olmamasını - «əmlakın sahibləri tərəfindən onun həmin əmlaka şərikliyindən çıxarıldığını» və pulun qaytarılmasının ona da aidiyyətinin olmamısını bildirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus olan 235.320 manat məbləğində külli miqdarda pulu ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişlər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişlər. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs1 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməmiş və ardıcıl olmayan ziddiyyətli ifadələr verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2la 2014-cü ildə təsadüf nəticəsində tanış olmuş, həmin vaxtlarda müxtəlif tinkinti obyektlərinin daş, çınqıl və armaturla təmin edildməsi ilə məşğul olmuş, Bakıya armatur gətirmiş gəmi barəsində Faiqlə mobil telefon vasitəsilə söhbət edərkən Səxavət adlı şəxsin vasitəsilə tanış olduğu Şahid2 də onun avtomobilində olmuş, Dilqəm onun Faiqlə danışdıqlarını eşitmiş, Şahid2 telefonu ondan alaraq Faiqlə malların gömrükdən keçirilməsi ilə özü məşğul ola biləcəyini demiş, o, Dilqəmə 650.000 ABŞ dolları pul vermiş, Dilqəm ona 304.000 ABŞ doları qaytarmış, qalan pulun Xancanda olduğunu demiş, Dilqəmin Xancana pul verməməsi məsələsi barəsində ona Dilqəmin bacısı zəng vuraraq: «Sən pulları vermisən Dilqəmə, o da pulları sağa-sola dağıdır, sənin pullarını dağıdacaq, Dilqəmin bütün Respublikaya borcu var»,- demiş, Dilqəmə dərhal zəng vurub pulu qatyarmasını tələb etmiş, sonuncu Ayna Sultanovanın heykəlinin yaxınlığında ona 204.000 manat məbləğində pul qaytarmış, qalan pulu Xancana verdiyini və 5.000 ABŞ dolları da “faizdən verdiyini” demiş, Xancanı əvvəllər tanımamış, daha sonra maraqlandıqda ona Xancanın hacı adam olduğunu, heç vaxt faizə pul vermədiyini demişlər, Xancan Dilqəmdən şikayət etmiş, Nərimanov rayon polis idarəsində Dilqəm barədə cinayət işi qaldırılmış, həmin cinayət işində onun şahid qismində ifadəsi olmuş, polis idarəsində Dilqəm müstəntiqdən xahiş edərək onu və Faiqi kabinetdən kənara çıxartdırmış, sonuncu koridorda ona yalvararaq Xancandan vaxt almağı xahiş edərək pulu tezliklə ödəyəcəyini bildirmiş, həmin vaxt Xancan polis idarəsinə gəlmiş, o, sonuncudan xahiş edərək konkret olaraq Dilqəmin və ya Faiqin adlarını çəkmədən vaxt verilməsini istəmiş, Xancan həmin vaxt onu və Faiqi tanımadığını, onlarla düşmənçiliyi olmadığını, pulu Dilqəmə verdiyini, pulunu Dilqəmdən tələb etdiyini demiş, təxminən 4-5 gündən sonra Faiq ona zəng vurmuş, Xancana 50.000 ABŞ dolları pul ödədiyini demiş, o, Faiqdən günahı olmaya-olmaya nəyə görə Xancana pul ödədiyini soruşduqda, Faiq təzyiqlər olunduğundan və qorxduğu üçün Xancana 50.000 ABŞ dollarını ödədiyini demiş, Dilqəmə zəng vurub ona pulları tam şəkildə verdiyini, özünün 46.000 ABŞ dollarının Dilqəmdə qaldığını demiş, həmin 46.000 ABŞ dollarına görə Azərbaycan Respublikası Baş Prokurorluğuna, Korrupsiyaya qarşı mübarizə idarəsinə, Baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə Dilqəm barədə şikayət etmişdir; Təqsirləndirilən şəxs2 rəsmi şəkildə onun şirkətinin icraçı direktoru olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, X6 MMC-nin direktoru olmuş, Şahid2 isə onun yanında işləmiş, ölkəyə vətəndaşlar tikinti materialları gətirən zaman onun şirkətinin adına gətirmişlər, 2014-cü ilin avqust ayının 15-də o Dilqəmə Bakı gömrük idarəsinə gələn materialın ödənişini tapşırmışdır. Belə ki, şirkətin adına 806 ton armatur gəlmişdir. Həmin armaturun gömrük rüsumu 226.000 ABŞ dolları təşkil etmişdir. O buna görə Dilqəmə 126.000 ABŞ dolları verib bildirmişdir ki, pulun qalanını da mallar gömrükdən keçdikdən sonra verəcək. Həmçinin əvvəlcədən malın rüsumunun bir hissəsini ödədikdən sonra malı gömrükdən çıxarmağın mümkün olduğunu da bildirmişdir. Bundan sonra Dilqəm ona Xancan adında bir tanışının olduğunu, bu işi Xancanın həll edəcəyini demişdir. O da Dilqəm ilə razılaşmışdır. Sonra Dilqəm ona Xancanın gömrükdən malların keçməsi üçün pul tam ödənilməli olduğunu dediyini bildirmişdir. O da Dilqəmə Xancan işi həll etdikdən sonra ona (Xancana) 5.000 manat hörmət edəcəyini demişdir. Dilqəm də Xancan ilə danışdıqdan sonra mallarının gömrükdən keçməsi üçün 100.000 ABŞ dolları tapıb həll edəcəyini demişdir. O da Dilqəmə Xancan həll etdikdən sonra onun pulunu verəcəyini demişdir. Xancan malları gömrükdən keçirdikdən sonra o, Dilqəmə 100.000 ABŞ dolları və 5.000 manat vermişdir ki, aparıb Xancana versin. Həmin gündən bir gün sonra o, Dilqəmə şirkətin adına 2.600 ton armatur gəldiyini bildirmişdir. Həmin armaturun Trestdə rüsumu 708.752 ABŞ dolları təşkil etmişdir. O Dilqəmə halhazırda şirkətdə 330.000 ABŞ dolları olduğunu bildirmişdir. Dilqəm də ona Xancana deyəcəyini və onun həll edəcəyini demişdir. O, pulu Dilqəmə vermişdir ki, aparıb Xancana versin. Sonra Dilqəm ona zəng edib Xancan armaturun hər tonuna 10 ABŞ dolları olmaqla 26.000 ABŞ dolları məbləğində pulu 330.000 ABŞ dollarının üzərindən götürdüyünü demişdir. O isə Dilqəmə Xancan işi həll etməmiş niyə öz xeyrini götürdüyünü demişdir. Həmin gündən təxminən 20 gün keçdikdən sonra mallar gömrükdən keçməmişdir. O, Dilqəmdən malların nə vaxt gömrükdən keçəcəyini soruşduqda Dilqəm ona demişdir ki, Xancan işin tezliklə həll olacağını deyir. Təxminən bir ay keçdikdən sonra o, Dilqəmdən pulunu geri istəmişdir. Dilqəm də 304.000 ABŞ dollarını gətirib ona vermişdir. Sonra Dilqəm ona zəng edib bildirmişdir ki, Xancan malların gömrükdən keçməsi üçün pulun tam olmadığını və əlavə olaraq 300.000 ABŞ dolları da lazım olduğunu deyir. Həmçinin bildirmişdir ki, malların gömrükdən keçməsi üçün Xancan həmin pulu tapıb verəcəyini deyir və üzərində 40.000 ABŞ dolları faiz ilə pulunu geri istədiyini demişdir. O isə Dilqəmə malların Faiqə məxsus olduğunu onun bu işlə heç bir əlaqəsi olmadığını, gedib Faiq ilə danışmasını bildirmişdir. Qeyd etmişdir ki, Faiq şirkətdə müavin vəzifəsində çalışmışdır, mallar da ona məxsus olmuşdur. Bundan sonra onun heç nədən xəbəri olmamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, X9 malları gömrükdən keçirtmək üçün 300.000 ABŞ dollarını tapacağını və üzərində əlavə olaraq 40.000 ABŞ dolları istədiyini bildirikdə Faiq onunla razılaşmışdır. Lakin Xancan pulu verdikdən sonra mallar gömrükdən keçsə də Faiq verdiyi sözə əməl etməmişdir, Xancanın 300.000 ABŞ dollarını geri qaytarmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı özünü CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2014-cü ilin aprel ayında o, Təqsirləndirilən şəxs1lə tanış olmuş, onun özünün şirkəti olmuş, 2006-cı ildən tikinti materallarının xarici ölkələrdən Azərbaycana gətirib topdan və pərakəndə satışı ilə məşğul olmuş, monopolist firmalar olduğundan xaricdən malı həmin firmalara gətirmiş, rüsum nə qədərdisə onu həmin firmalara ödəmiş, başqa heç nəyə qarışmamışdır; Təqsirləndirilən şəxs1 ona güclü şirkəti olduğunu və həmin şirkət vasitəsilə onun üçün aşağı rüsumla mallarını Azərbaycan Respublikasına keçirməyə kömək edəcəyini bildirmiş, bu səbəblə Təqsirləndirilən şəxs1lə münasibətləri yaranmış, sonuncunun firması ilə onun Rusiyada və başqa ölkələrdə olan firmaları müqavilələr bağlamış, taxta materialların gətirilməsində 900 ABŞ doları, armaturun gətirilməsində bir tonda 15 ABŞ dolları fərq etdiyinə görə o, Təqsirləndirilən şəxs1 şirkəti vasitəsi ilə Azərbaycana taxta materiallar və armatur gətirməyə başlamış, armaturun «rastamojkası» 280 ABŞ dolları olmuş, istintaq materiallarına əsasən Zərərçəkmiş şəxs 290 ABŞ dolları alaraq 10 ABŞ dolları özünə götürmüş, sonuncu 280 ABŞ dollarına armaturları «rastamojka» etdirmiş, o, Xancanla «rastamojka»nı 265 ABŞ dolarına razılaşmış, Xancanın guya «rastamojka» üçün 10 ABŞ dolları götürməsi, sonra onun üçün faizə pul tapması yalan söhbət olmuş, ilk əvvəllər taxta materiallar gətirmiş, həmin materiallar gəlib çıxmamışdan qabaq onun mobil telefonuna hər gün Rusiyadan çıxan taxta ilə dolu vaqonun hansı şəhərdə olması barədə SMS gəlmiş, mal Azəbaycana çatmağa bir gün qalmış Təqsirləndirilən şəxs1lə görüşmüş, gələn mal üçün gömrük rüsumunu sonuncuya ödəmiş, səhəri ona zəng edərək mallarını gəlib götürməyini demiş. sonra tanışları Kənan və Samir üçün 8 vaqonda 531 ton olmaqla X12na Ukraynadan armatur gəlmiş, həmin armaturu sonuncular üçün «rastamojka» etməyi öhdəsinə götürmüş, o, Təqsirləndirilən şəxs1 yanına gəlib gömrük rüsumunu sonuncuya ödəmiş, lakin mallar boşaldılmamış, Şəhriyar adlı gömrük işçisi 100.000 ABŞ dolları «raztamojka»dan pul əskik verildiyini demiş, o, bu barədə xxxxa bildirmiş, xxxx malların boşaldılıb-boşaldılmamasını soruşduqda o boşaldıldığını demiş, xxxx ona işində olmağını tapşırmış, bundan sonra onun bir vaqon taxta materiallarından ibarət yükü gəlmiş, həmin malın da «raztamojka»sını ödəmiş, mallar maşınlara yüklənmiş, Keşlə stansiyasının qapısından çıxdığı vaxt stansiyanın əməkdaşları maşınları saxlayıb çıxmağa imkan verməmiş, həmin əksik 100.000 ABŞ dollarının ödənilməli olduğunu bildirmişlər, həmin vaxt gəmi ilə vağzala 806 ton armatur gəlsə də, mal buraxılmamış, gömrükdən 100.000 ABŞ dolları verməyi, 100.000 ABŞ dolları da borcu qaldığını bildirmişlər; o, Ayna Sultanova heykəlinin yaxınlığında 100.0000 ABŞ dollarını Təqsirləndirilən şəxs1 vermiş, mallar buraxılmış, 2.600 ton armatur gətirən gəmi Hövsan limanında dayanmış, o, Təhsil Nazirliyinin yanında Təqsirləndirilən şəxs1 rüsum pulunu malın boşalması üçün vermiş, lakin mal 15-20 gün boşalmamış, xxxxa tez-tez zəng vuraraq malın boşalmamasının səbəbini soruşmuş, sonuncu dəfə zəng edəndə xxxx malın tezliklə boşalacağını demiş, həmin vaxt xxxxdan telefonu tanımadığı bir şəxs götürüb özünü Dilqəm kimi təqdim etmiş, onunla danışmağa başlamış, xxxx müəllimin işçisi olduğunu, xxxx müəllimi bir daha narahat etməməyi, xxxx müəllimin işlərini artıq özü həll edəcəyini bildirmiş, öz telefon nömrələrini ona vermiş, özü zəng edəcəyini demiş, lakin səhərisi gün Dilqəm ona zəng vurmamış, o, Dilqəmə zəng vurduqda sonuncu cavab verərək işi olduğunu, kənar yerdə olduğunu, avtovağzala getdiyini, uşağını rayona yola salıb onlarla görüşəcəyini, axşam saat 20:30-da «ağsaqqal»la görüşəcəyini və bu məsələni həll edəcəklərini demişdir; bundan sonra saat 20:30-da o, Kənan və Samirlə Şuşa restoranın yanında Dilqəmi gözləmiş, zəng vurduqları vaxt Dilqəm onlara sabahısı gün saat 9:00da «Gənclik» mehmanxanasının qarşısında olmaqlarını, onlarda olan 300.000 ABŞ dollarını gətirməyi bildirmiş, qalan pulu düzəldə bilib-bilmədiklərini soruşmuş, o, pulların hamısını artıq verdiyini bildirmişdir; Kənan ona pul üçün Sumqayıt şəhərinə getdiyini, bir saata onunla görüşəcəyini, Dilqəmin yalan danışdığını deyərək oradan getmiş, o, Samirlə qalmış, Dilqəm ona zəng vuraraq harada olduğunu soruşduqda, «Kosmos» mağazasının yanında olduğunu demiş, Dilqəm «Amay» ticarət mərkəzinin yanında olduğunu bildirmiş, sürücünü buraxaraq onun arxasınca gələ bilib-bilməyəcəklərini soruşmuş, o arxasınca dediyi yerə gələ biləcəyini bildirmiş, Samir və o, Dilqəmi dediyi yerdə götürüb Keşlə bazarının yaxınlığındakı «Arpa» çay evinə gəlmiş, orada Dilqəm bir neçə yerə zəng vurduqdan sonra pulun gətirildiyini demiş, “Bakond” ticarət mərkəzinin qarşısına getməyi təklif etmiş, “Bakond” ticarət mərkəzinin qarşısına Dilqəmlə onun avtomobilində, Kənan və Samir isə öz avtmobillərində getmiş, Dilqəm onu gözləyən şəxsə çox yaxın getməməyi tapşırmış, Dilqəm təxminən 200 metr aralıda avtomobili saxlatdırıb düşmüş, oraya gəlmiş «X15» markalı ** PV *** nömrəli avtomobilə yaxınlaşmış, həmin avtomobilə əyləşmiş, o, öz avtomobilini arxaya verərək ağacların arasında saxlamış, bir neçə dəqiqədən sonra Dilqəm zəng vuraraq ondan harada olduğunu soruşmuş, o, ağacların arasında olduğunu demiş, Dilqəm həmin avtobildən əlində çanta ilə düşmüş, çantanı gətirib onun avtomobilinə «atmış», Kənan və Samir öz avtomobillərində, o və Dilqəm onun avtomobilində arxa-arxaya Trestə getmişlər, Dilqəm onları Trestə daxil olmağa qoymamış, sonuncu həm onun avtomobilindəki çantanı, həm də Samirgildəki içərisində pul olan çantanı götürərək Trestə qalxmış, geri qayıdıb əlavə 100.000 ABŞ dolları pul lazım olduğunu demiş, bundan sonra Kənan gedib 100.000 ABŞ dollarını gətirib Dilqəmə vermiş, Dilqəm yenidən Trestə daxil olub geri qayıdaraq onlara mallarını boşalda biləcəklərini demiş, bundan sonra o, Dilqəmin kimdən pul aldığını bilməmiş, mallar boşaldıqdan bir neçə gün sonra Dilqəm ona zəng vuraraq görüşməli olduqlarını, pulu qaytarmalı olduqlarını, pulun üzərinə faiz gəldiyini demiş, o, təəccüblənərək nə faiz, nə pul söhbəti olduğunu soruşduqda Dilqəm Xancandan əvvəlcə 100.000 ABŞ dolları aldığını, üstündə 5.000 ABŞ dolları verdiyini, götürdüyü 300.000 ABŞ dollarına görə Xancan 40.000 ABŞ dolları əlavə istədiyini demişdir; istintaq Zamanı Xancanla üzləşdirildiyi vaxt Xancan ona pul vermədiyini, onunla heç bir alış-verişi olmadığını, pulunu Dilqəmə verdiyini, əvvəlcə Dilqəmin ondan 100.000 ABŞ doları götürüb üstündə 5.000 ABŞ dolları qaytardığını, sonda isə 300.000 ABŞ dollanı götürüb əlavə olaraq 40.000 ABŞ dolları qaytarmalı olduğunu demişdir; o, Xancandan pul almamış, Xancanı sonradan tanımışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, fərdi olaraq xarici dövlətlərdən tikinti-inşaat materialları gətirib topdan müxtəlif şəxslərə satır və malın üzərinə müəyyən məbləğdə faiz əlavə edib bu yolla qazanc əldə edir. 2014-cü ilin iyun ayında «xxxx» Kommersiya ticarət şirkətinin rəhbəri olan Təqsirləndirilən şəxs1 Aşuralı oğlu ilə tanış olmuşdur. Həmin vaxta kimi o X12nda olan şirkətlər ilə müqavilə bağlamaq yolu ilə gətirmiş olduğu armaturları və tikinti materiallarını «rastamojka» etdirmişdir. xxxx ilə tanış olan vaxta kimi təxminən 10 ilə yaxın müddətdə o bu formada işləmişdir. xxxx ilə tanışlıqdan sonra aralarında olan razılaşmaya görə o tikinti-inşaat materiallarını xarici dövlətdən sifariş verib alaraq nəqliyyat vasitələri ilə Respublikamıza gətirməli olmuşdur, həmin malın gömrükdən keçirilməsi, yəni rüsumun ödənilməsi («rastamojka») isə Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirilməli olmuşdur. xxxx vasitəsi ilə olan «rastamojka» zamanı onun bir qədər az xərci çıxmışdır. xxxx ilə o bir müddət birlikdə bu formada işləmişlər və onların arasında hər hansı narazılıq olmamışdır və hər ikisi üzərlərinə düşən öhdəliyi yerinə yetirmişlər. Sonra o Samir və Kənan adlı tanışlarına da xxxx ilə işlməsini və onlara da gətirmiş malları xxxxa məxsus «xxxx» Kommersiya tikinti MMC ilə müqavilə bağlamaqla mallarını həmin MMC vasitəsi ilə «rastamojka» olunmasını bildirmişdir. Təxminən 2 dəfə onlar xxxxa məxsus «xxxx» Kommersiya tikinti MMC vasitəsi ilə Samir və Kənanın armaturlarını «rastamojka» etmişlər və o «rastamojka» xərcini alıb xxxxa vermişdir və o da demiş olduğu müddət ərzində gömrük işlərini həll etmişdir, həmin şəxslərin malı ölkəyə buraxılmışdır. 2014-cü ilin avqust ayında Samir və Kənan sifariş ilə Ukrayna Respublikasından 2.429,530 ton armatur və 203.464 ton xüsusi üsulla hazırlanmış dəmir qurğuları (katinka) gəmi vasitəsilə Azərbaycan Respublikasına gətizdirmişlər. Gətirilmiş malın gömrükdən keçirilməsi məsələsi isə razılaşmalarına görə Təqsirləndirilən şəxs1 öhdəsinə düşmüşdür. Belə ki, xxxx daha aşağı məbləğlə gömrük rüsumunu həll edəcəyini demişdir və hər ikisinə qazanc qalacaqmış. Hansı ki, onlar bir neçə dəfə bu yolla malı «rastamojka» etmişlər. Həmin gətirilmiş tonda olan armaturun gömrük xərci 618.500 ABŞ dolları olmuşdur və həmin gömrük xərcinin ödənməsi üçün tələb olunan məbləği Samir və Kənan ona Xətai prospektində olan Təhsil Nazirliyinin yanında olan valyuta mübadilə məntəqəsinin yanında ona vermişlər və o, 618.500 manat pulu götürüb onlara malın həmin gün Hövsanda olan limandan boşaldılacağını demişdir. O, həmin pulu götürüb Təhsil Nazirliyinin yanında onu gözləyən Təqsirləndirilən şəxs1 avtomobilinə yaxınlaşıb sonuncuya 518.500 ABŞ dolları vermiş və xxxxa əvvəlki işdən olan 100.000 ABŞ dolları borcunu çıxdığını demişdir, pulu xxxxa verməsini Samir və Kənan arxadan avtomobilləri ilə gələn zaman görüb bilmişlər, xxxx pulu qəbul edib bir saatdan sonra malın boşalmasının mümkün olacağını bildirmişdir, lakin mal 20 gün müddətinə Hövsanda limanda qalmış, xxxx həmin malı gömrükdən keçirmədiyi üçün malı gəmidən boşalda bilməmişlər. Hər dəfə xxxx bu gün və ya sabah səhər dəyərək onlara vəd vermişdir. Sonra o, gömrük məsələlərinin nə yerdə qaldığını öyrənmək üçün Trestə getmişdir. Həmin vaxt Trest müdiri olan Rövşən adlı şəxs ona xxxx Kommersiya MMC-nin onlara borcu olduğunu, keçən dəfədən borclu qaldıqları üçün icazə verilmədiyini bildirmişdir. O da xxxxa zəng edərək məsələnin nə yerdə olduğunu soruşmuşdur. Daha sonra ona bu gün Tresdə olduğunu, oradan gömrük rüsumunun tam olaraq ödənilmədiyini bildirildiyini demişdir. Bunun necə ola biləcəyini xxxxa deyən zaman xxxx onu metronun «Əcəmi» stansiyasnın yaxınlığına çağırmış və orada ona 300.000 dollar pul verərək Dilqəmə pulun hamısını vermədiyini demişdir. Ondan bunun səbəbini soruşan zaman xxxx Dilqəmə tam etibar etmədyini demişdir. Pulun qalan hissəsini necə alacağını soruşan zaman isə xxxx Dilqəmin məsələni özü həll edəcəini demişdir. Bundan bir gün sonra Dilqəm ona zəng edərək narahat olmamalarını, «xxxx müəllimin bu işləri ona tapşırdığını»,- demiş və öz mobil nömrəsini ona verərək bundan sonra onunla (Şahid2lə) əlaqə saxlamasını bildirmişdir. Həmin ərəfədə o, Samir və Kənanın verdiyi 618.500 ABŞ dollarından 300.000 ABŞ dollarını onlara qaytarmış və sonuncular ondan mütmadi olaraq mal və ya pulu tələb edən zaman o, görüşüb birlikdə notariat kantoruna getməklə öz adından borc müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Çünki onlardan (Kənan və Samirdən) pulu o almışdır. Sonra Dilqəm zəng edərək onu Amay ticarət mərkəzinin yanından götürüb Keşlə bazarının yanına aparmasını və orda işləri həll edəcəyini demişdir. O, Samir ilə ona aid olan avtomobillə Dilqəmi gedib qeyd edilən ünvandan götürmüşlər və Keşlə bazarının qaşısında olan «Arpaçay» kafesinə getmişlər, Kənan da həmin ünvana gəlmiş və Dilqəm indi pul götürməli olduğunu, işi həll edəcəyini demişdir. Yerdə qalan 300.000 ABŞ dollarını xəbər alan zaman Kənan pulun avtomobilində olmasını bildirmişdir. Dilqəmə həmin vaxtı zəng gəlmiş, sonuncu zəng edənin pulu verən şəxs olduğunu, onları “Bakondun” qarşısında gözlədiyini bildirmişdir. Dilqəm və o, həmin ünvana getmiş, Samir və Kənan da onların arxası ilə avtomobilləri ilə getmişlər. Bakondun qarşısında **-KD-*** dövlət qediyyat nişanlı «Land Cruiser» markalı avtomobilin dayanmasını görmüşdür. Dilqəm ona çox yaxın sürmədən arxada saxlamasını bildirmiş və düşüb həmin avtomobilə minmişdir. Sonra daha bir 002 dövlət qediyyat nişanlı «Audi» cip markalı avtomobil gəlmişdir və ordan bir hündür boylu oğlan həmin maşından düşüb bir ədəd əl çantasını «Land Cruiser» markalı avtomobilə «atmışdır». Sonra həmin avtomobil çıxıb getmiş, bir neçə dəqiqədən sonra Dilqəm ona zəng etdərək Trestə gəlməsini bildirmişdir. Onlar Trestə getmiş, Dilqəm onların avtomobilində olan deməsinə görə içərisində 300.000 ABŞ dolları olan əl çantasını və Kənan və Samirdə olan əl çantasını götürüb Trestə keçmiş, onları isə Trestə getməyə qoymamışdır. Sonra onların yanına gəlib pul çatmadığını, əlavə olaraq 100.000 ABŞ dolları lazım olduğunu demişdir. Kənan avtomobilindən 100.000 ABŞ dolları da gətirib Dilqəmə vermişdir. Dilqəm yenə Trestə keçmiş və 30 dəqiqə sonra malları boşaltmalarıı bildirmişdir. Həmin gündən bir neçə gün sonra Dilqəm ona zəng etmiş və harada olmasını xəbər almış, ona görüşmək lazım olduğunu demişdir. Bundan sonra onu «Kiyev» restoranının yanına dəvət etmiş və o da həmin ünvana getmişdir. Həmin vaxt Dilqəmin yanında Xancan kimi adını bildiyi 300.000 ABŞ dollarını Dilqəmə vermiş şəxsin tanışları da olmuşdur. Dilqəm ona demişdir ki, pulu qaytamaq lazımdır. O isə onda pul olmadığını demiş və oradan getmişlər. Sonra Xancan, o, xxxx və Dilqəm Kiyev restoranının yanında görüşmüşlər. Həmin vaxt orada Xancanla birlikdə Xancanın qaynı Elsəvər, Vüsal adlı şəxslər, tanımadığı başqa şəxslər də olmuşdur. Ümumi söhbət belə olmuşdur ki, nə olur olsun Xancanın pulu qayıtmalıdır, qayıtmayacağı təqdirdə onlara problem yaradılacaqdır. O, Kənan və Samirdən gömrük üçün 618.000 ABŞ dolları alıb həmin pulu tam olaraq xxxxa verdiyini, sonradan xxxxın ona 300.000 dollar qaytararaq yerdə qalan pulun Dilqəmdə olduğunu dediyini bildirmişdir. xxxx da bunu təstiq etmişdir. Samir və Kənan buna şahiddir. Daha sonra xxxx hər kəsin yanında Dilqəmə “sənə pulu verdim niyə həll etmədim” demişdir. Dilqəm də həqiqətən də 300.000 dollar pulun ona verildiyini təstiq etmiş, lakin 300.000 ABŞ dollarına həll etmək mümkün olmadığını, həmin pulu xxxxa qaytardığını bildirmişdir. Sonradan xxxx evi olduğunu, evinin çıxarışını verə biləcəyini demişdir. Razılaşmaya əsasən xxxx evinin çıxarışını verməli olmuşdur. Sonra hər kəs dağılışmış, sonra xxxx pulu verməyəcəyini demişdir. Bundan sonra xxxxa zəng çatmamış, o da barəsində cinayət işinin başlanacağından qorxaraq gücü çatdığı qədər pulu məcbur olub ödəmişdir. İşdə olan xx xxxx 2019-cu il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 həmçinin göstərmişdir ki, o, Şahid1 və Kənan Rəhimovdan aldığı 618.500 manat pulu götürüb onlara malın həmin gün Hövsanda olan limandan boşaldılacağını demiş, o, həmin pulu götürüb Təhsil Nazirliyinin yanında onu gözləyən Təqsirləndirilən şəxs1 avtomobilinə yaxınlaşıb sonuncuya 518.500 ABŞ dolları vermiş və xxxxa əvvəlki işdən olan 100.000 ABŞ dolları borcunu çıxdığını demiş… bir müddət sonra xxxxl və Dilqəmlə görüşmüş, Dilqəmə demişdir ki, xxxx deyir ki, pulun 300.000 ondadır (Dilqəmdədir), Dilqəm isə pulun onda olmadığını, qatytarıb xxxxa verdiyini bildirmiş, xxxxı «sıxan» zaman sonuncu bildirmişdir ki, pulun 200.000 ABŞ dollarını gömrüyə guya depozitə qoymuş, hələlik çıxara bilmir, Dilqəm baş verənlərin şahidi olmuş, xxxxla aralarında mübahisə olmuş, xxxxa demişdir: «Sən kimsən ki, sənə verilən pulu depozitə qoyursan»,- xxxx da demişdir ki, narahat olmasın, məsələni həll edəcək, lakin günü-günə satırdı (2-ci cild iş vərəqi 158-162). Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onu aldadaraq 100.000 ABŞ dollarını mənimsəməsi faktı Təqsirləndirilən şəxs1 məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündə öz əksini tapmışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Şahid2 sonuncunun qardaşı Zahidin vasitəsilə tanımış, 2014-cü ilin avqust ayının birinci yarısı Dilqəm ona zəng edib Ukraynadan Bakı şəhərinə 30.000 ton armatur tikinti materialı gətirilməsi barədə müqavilələri olmasını, bundan bir gün sonra isə zəng edib həmin armaturun bir hissəsinin artıq Bakı şəhərinə Gəmi Limanına gətirilməsini və gömrük rüsumunun keçirilməsinə pulları çatmadığına görə sonuncuya köməklik edib həmin malın gəmidən boşaldılmasına köməklik etməyi xahiş etmiş, Dilqəm ondan 3 günə qaytarmaq şərti ilə 100.000 ABŞ dolları borc pul istəmiş, o, Dilqəmə 100.000 ABŞ dolları borc pul vermiş, aralarında olan razılığa əsasən Dilqəm 3 gün keçəndən sonra ondan götürdüyü 100.000 ABŞ dolları borcu qaytarmış və əlavə olaraq ona 5.000 manat “hörmət etmiş», təxminən bir həftə sonra Dilqəm ona zəng edib növbəti malın, yəni armaturun Gəmi Limanına gəldiyini bildirərək gətirilmiş armaturun boşaldılması üçün Trestə pul ödənişi olmasını və əllərində 300.000 ABŞ dolları olduğunu, lakin 300.000 ABŞ dolları çatmadığını demiş, o, həmin vaxt Goranboy rayonunda olduğundan Trestə zəng edib malların buraxılmasını və 3 günə rüsum pulunun ödəniləcəyini demiş, lakin dövlət rüsumunun tam olaraq ödənilməli olduğu bildirilmiş, buna görə gəmidən armaturun boşaldılmasında 15 gün gecikmə olmuş, bundan sonra avqust ayının axırı sentyabr ayının əvvəlində Bakı şəhərinə qayıtdıqda, Dilqəm mütəmadi zəng edərək köməklik etməyi xahiş etmiş, Dilqəm sentyabr ayının əvvəlində malın buraxılması üçün 300.000 ABŞ dolları borc pul istədikdə sonuncuya köməklik etmək qərarına gəlmiş, Dilqəmlə zəngləşmiş, Dilqəm avtomaşınla “Bakond” ticarət mərkəzi qarşısına gəlib sonradan adını bildiyi Faiq adlı şəxslə ona yaxınlaşmış, Dilqəmdən borc verəcəyi pulu neçə günə qaytarmasını soruşduqda Dilqəm mal çıxan gün 150.000 ABŞ dolları, 3 gün sonra isə 150.000 ABŞ dollarını qaytaracağına söz vermiş, bundan sonra həmin vaxt Dilqəmə 234.400 manat təşkil edən 300.000 ABŞ dolları borc vermiş, Dilqəm Faiqlə çıxıb gedəndə Trestə zəng edərək Dilqəmin armatur üçün tələb olunan rüsum pulunu gətirməsini bildirmiş, həmin pulu qəbul edib malın buraxılmasına icazə verməyi xahiş etmiş, 3 gün sonra Dilqəmə zəng etmiş, verdiyi pulun qaytarılmasını soruşduqda sonuncu hələ malı tam boşaltmadığını deyərək 2 günə qaytaracağına söz vermiş, lakin pulu qaytarmadığı üçün bir neçə dəfə Dilqəmə zəng etmiş, heç bir nəticə olmadığı üçün özü Dilqəmi tapmış, sonuncu Faiq və xxxx adlı şəxslərlə gəlib Keşlə bazarı qarşısında görüşmüş, həmin vaxta kimi o, xxxx adlı şəxsi tanımamış, Dilqəm xxxxı firmanın müdiri kimi, orada iştirak edən Kənan və digər bir nəfər şəxsi isə malın sahibi kimi təqdim etmiş, söhbət zamanı Kənan gətirilən armaturun özlərinə məxsus olmasını, malın Bakı şəhərinə çatmamış əvvəlcədən tələb olunan rüsum pulunun onlardan tam alındığını, buna baxmayaraq mallar limanda gecikmə ilə qaldığı üçün əlavə cərimə tələb olunmasını, sonuncunun heç bir günahı olmadığını bildirmiş, o, malın onun pulu hesabına gəmidən çıxarılmasını Kənana bildirmiş, həmin vaxt Dilqəm, xxxx və Faiq öz aralarında danışıb mübahisə etməyə başlamışlar; bundan sonra o, Nərimanov RPİ-yə gəlib bu barədə müraciət edərək ərizə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o həmyerlisi və uşaqlıq dostu X4 öz şəxsi vəsaitləri ilə Bakı şəhərinə armatur gətirib burada satışı ilə məşğul olmuşlar, onlar əvvəllər gətirdikləri malları «Azintrans» firmasının adına sənədləşdirib gətirirmişlər, o, 2014-cü ilin iyun ayında Təqsirləndirilən şəxs2la tanış olmuş, söhbət zamanı Faiq «X6» şirkətində işlədiyini, malları ucuz şəkildə Bakıya gətirtdirə biləcəyini demiş, o, sonuncunun təklifinə inanmış, 2014-cü ilin iyun ayından başlayaraq ayrı-ayrı vaxtlarda Ukrayna Respublikasından Bakı şəhərinə dəmiryol vasitəsi ilə bir neçə dəfə armatur gətirmişlər, həmin armaturu gətirəndə razılaşma əsasında, Faiqin onlara təklif etdiyi kimi «X7» MMC-nin adına göndərilmiş, Bakı şəhərində Faiq ilə görüşmüş, aralarında olan razılığa əsasən tələb olunan pulu sonuncuya vermiş, Faiq isə həmin pulu Trestə keçirmiş, bundan sonra onlara icazə verilmiş, həmin armaturu bolaşdıb icarəyə götürdükləri yerə aparıb müxtəlif şəxslərə satmış, həmin vaxt 200.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişlər, heç bir problem yaranmamış, xx xxxxxx 2014-cü il tarixdə o, Kənanla təkrarən Ukraynadan Bakı şəhərinə gəmi vasitəsi ilə armatur gətirmiş, mal Bakı şəhərinə daxil olan kimi Faiqə müraciət etmiş, sonuncunun tələb etdiyi pulu tam şəkildə Nərimanov rayonu ərazisində Faiqə vermiş, sonuncu yenə Trestə aparıb pulu keçirəcəyini bildirmiş, lakin bu dəfə malları Bakı Gəmi Limanında bir neçə gün qalmış, buna səbəb Faiqin verdikləri pulu Trestə çatdırması ilə bağlı problem olmuş, nəticədə malları gəmidən boşaldıb icarəyə götürdükləri yerə aparmış, iki gün sonra, xx xxxxxx 2014-cü il tarixdə, Hövsan gəmi limanına Ukraynadan armatur və katinka materialı gəlmiş, o və Kənan bu barədə Faiqə müraciət etmiş, gətirdikləri mala görə tələb olunan 618.500 ABŞ dollarını iki dəfəyə Faiqə vermiş, Faiq yarım saata məsələnin həll olunacağını və göstəriş olunan kimi malı gəmidən boşaltmaqlarını bildirmiş, onlar arxayın olub getmiş, müəyyən vaxt keçəndən sonra Faiqdən bir xəbər olmadığı üçün ona zəng etmiş, lakin heç bir nəticə olmamış, bununla belə malları 20 gün gəmidə qalmış, mal gəmidən vaxtında boşaldılmadığına görə onlara cərimə tətbiq olunmuş, Kənanla o verdikləri pulu Faiqdən geri tələb etdikdə Faiq gətirib Kənana 618.000 ABŞ dollarından 300.000 ABŞ dollarını Nərimanov adına istirahət parkının yanında qaytarmış, sonuncu pulun qalan hissəsini xxxxa verdiyini, xxxxın isə Dilqəm vasitəsi ilə müəllim deyilən bir nəfər şəxsə verdiyini demiş, verdikləri puldan 318.500 ABŞ dolları Faiqdə qalmış, Faiqlə söhbət zamanı ona verdikləri pulu qaytara bilmirsə, notariat kontoruna gedib həmin pulu sənədləşdirməyi demiş, Faiqlə metronun «Gənclik» stansiyası yaxınlığında yerləşən notariat kontorunun qarşısında görüş təyin etmiş, lakin sonuncunun işi olduğu üçün gecikmiş, Kənan zəng edib Faiqin Dilqəm adlı bir nəfər şəxslə gəldiyini demiş, Dilqəm həmin vaxt Faiqə: “Müəllim deyilən şəxs göstəriş verib, Dilqəm Sumqayıt şəhərinə gedir qalan pulu oradan götürüb gətirəcəkdir”,- demiş, növbəti gün X14 prospektində yerləşən notariat kontorunun yanında görüş təyin etmiş, müəyyən vaxt keçdikdən sonra Faiq həmin yerə gəlmiş, orada olduqları vaxt Faiqə zəng gəlmiş, Faiq zəng edənin Dilqəm olduğunu, notariat kontorunda heç bir sənədləşmə aparmağa ehtiyac olmadığını, pulun məsələsinin həll olunduğunu bildirmiş, sadəcə olaraq Dilqəm maşınsız olduğu üçün gedib onu «Amay» ticarət mərkəzi qarşısından götürmək lazım olduğunu demiş, o, həmin vaxta kimi Dilqəmi tanımamış, sonra birlikdə «Amay» ticarət mərkəzi qarşısına gedib orada Dilqəmi görmüş, Dilqəm onların avtomaşınına oturmuş, söhbət zamanı Faiq onları göstərib: “Pul bu şəxslərindir”,demiş, həmin vaxt xxxx adlı şəxs orada olmamış, o geri dönüb Dilqəmdən pulların harada olduğunu soruşmuş, Dilqəm zəng gələcəyini deyərək bir yerdə oturub çay içməyi təklif etmiş, həmin vaxt Dilqəmə zəng gəlmiş, Dilqəm və Faiq kənara çəkilib söhbət edib qayıtmışlar, o Dilqəm ilə Faiqin öz aralarında nə danışdıqlarını bilməmiş, Dilqəm ondan pulun qalanının harada olduğunu soruşmuş, o sonuncuya əsəbləşib: “Bu sualı mən verməliyəm, mən bütün pulu Faiqə tam vermişəm”,- demiş, həmin vaxt Dilqəm müəllim deyilən şəxsin zəng edəcəyini, ya 300.000 ABŞ dolları ilə gətirilən armaturu Trestdən buraxılmasına icazə alacağını, yada ki, onda qalan pullarını qaytaracağını demiş, onlar Keşlə bazarının yanına gəlib çayxanada oturub çay içmiş, Dilqəm həmin vaxt müəllim deyilən şəxsə zəng etmiş, həmin şəxs 15 dəqiqədən sonra «Bakond» ticarət mərkəzinin qarşısında olmasını təklif etmiş, Dilqəm tək gedəcəyini və onların getməyinə ehtiyac olmadığını demiş, həmin vaxt şəriki Kənan, qaytarılan 300.000 ABŞ dolları ilə onu yaxında avtomaşında oturub gözləmiş, Dilqəm ona Kənanla gedib onu Trestin qarşısında gözləməyi təklif etmiş, Dilqəm Faiqlə aralarında 150.000 ABŞ dollarını xxxxın 9-cu mikrorayona gətirəcəyi barədə söhbət etmiş, o və Kənan xxxxı tanımamış, Dilqəmi isə birinci dəfə görmüşlər, o, Kənanla özlərində olan 300.000 ABŞ dolları və əlavə 100.000 ABŞ dolları ilə Trestin qarşısına getmiş, müəyyən vaxtdan sonra Faiq və Dilqəm Trestin qabağına gəlmiş, çantada 300.000 ABŞ dollarını onlara göstərmiş, onlar sonuncuya inanaraq özlərində olan 400.000 ABŞ dollarını Dilqəmə vermiş, Dilqəm Trestin binasına daxil olmuş, Faiq isə bayırda onların yanında qalmış, təxminən 20 dəqiqə sonra Dilqəm bayıra çıxmış, malların gömrükdən keçdiyini, gedib boşaltmalarını demiş, onlar həmin dəqiqə gömrük işçisi ilə əlaqə saxlamış, həqiqətən gedib malı boşalda biləcəkləri məlum olmuşdur; o, Kənanla oradan gəmi limanına gedib malları boşaltmış, avtomaşınlara yükləyərək aidiyyatı yerə aparmış, bir neçə gün sonra o yas mərasimi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında olarkən ona bir nömrədən zəng gəlmiş, telefonda danışarkən özünü Eliş kimi təqdim edən şəxs Xancan müəllimin qohumu olduğunu bildirmiş, o, Xancan müəllimin kim olduğunu soruşmuş, həmin şəxs onların armaturunun Trestdə buraxılmasına göstərişi Xancan müəllimin verdiyini, ona 300.000 ABŞ dolları borcları olduğunu və pulu nə vaxt qaytaracaqlarını soruşmuş, o, gömrük və Trestlə bağlı heç kimə borclarının olmadığını demiş, Eliş əlavə edərək 300.000 ABŞ dollarını Dilqəmin gətirib verdiyini, həmin pulun onların olduğunu demiş, o, Dilqəmin həmin pulu onlara borc vermədiyini, digər tərəfdən həmin pulun Trestə köçürülməsi üçün onların əlavə pul verdiklərini bildirmişdir; belə ki, Faiq onlara bu işi ucuz görməyi söz vermiş, sonda isə bu iş onlara ucuz yox baha başa gəlmiş, guya bu məsələnin həli üçün 618.000 ABŞ dolları xərcləməli olduqları halda, 718.000 ABŞ dolları məbləğində pul xərcləmiş, Bakı şəhərində olan zaman 9-cu mikrorayonda «Zeytunluq» deyilən yerdə Faiq, Kənan, Xancanın qohumu olan şəxslər, həmçinin xxxx və Dilqəm görüşmüş, görüş zamanı o və Kənan pulu tam olaraq Faiqə verdiklərini demiş, lakin həmin söhbətlərdən heç nəyə aydınlıq gətirmək mümkün olmamış, sonradan o Xancanın polisə şikayət etdiyini bilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2014-cü ilin may ayında «X7» MMC-də iş icraçı vəzifəsində işləmiş, həmin şirkətin rəhbəri Təqsirləndirilən şəxs1 olmuş, 2014-cü ilin avqust ayının 15-də şirkətin rəhbəri xxxx ona Bakı gömrük idarəsinə gələn materialın ödənişini tapşırmış, belə ki, şirkətin adına 806 ton armatur gəlmiş, həmin armaturun gömrük rüsumu 226.000 ABŞ dolları təşkil etmiş, xxxx ona buna görə 126.000 ABŞ dolları verərək pulun qalanını mallar gömrükdən keçdikdən sonra verəcəyini bildirmiş, həmçinin əvvəlcədən malın rüsumunun bir hissəsini ödədikdən sonra malı gömrükdən çıxarmağın mümkün olduğunu demiş, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı gömrük idarəsinə getmiş, orada ona gedib bu məsələni, Nərimanov rayonu, Dərnəgül ərazisində yerləşən Trestdə həll etməyini demişlər, o, Trestə getmiş, orada ona gətirilən malın rüsum haqqının tam ödənilməli olduğu bildirilmiş, o, bu barədə xxxxa dedikdə xxxx ondan Xancandan xahiş edərək işin həll edilməsini xahiş etmiş, sonra öz aralarında məsələni həll edəcəklərini demiş, o, Xancanı qardaşı Zahidin vasitəsilə tanımış, əvvəllər bir neçə dəfə Xancan ilə iş görmüşlər, o, Xancana zəng edib bu barədə məlumat vermiş, Xancan ona görüşüb söhbət etməyi təklif etmiş, həmin gün Xancanın yaşadığı metronun «Gənclik» stansiyası yaxınlığında olan evin həyətinə getmiş, orada Xancanla görüşüb söhbət zamanı ona şirkətin adına armatur tikinti materialı gəldiyini, Trestdə gətirlən malın rüsumu ödənildikdən sonra malın götürülməsinə icazə verildiyini, bunun üçün 226.000 ABŞ dolları tələb olunduğunu, lakin hazırda 100.000 ABŞ dolları çatmadığını bildirmiş, Xancan Trestə veriləsi 226.000 ABŞ dolları tam ödənilməli olduğunu təsdiqləmiş, həmçinin hər yerdə bir ton armatur üçün 290 ABŞ dolları keçirildiyini, lakin onun armaturunun hər tonu üçün 280 ABŞ dolları keçirməyini və hər bir tonda qalan 10 ABŞ dollarını isə ona verməyini demiş, o, şirkətin rəhbəri xxxxa zəng edərək Xancanla olan söhbəti xxxxa bildirmiş, xxxx bu söhbətlərin bu cür həll olunduğunu bildirmiş, Xancanın bu məsələni həll etdikdən sonra səhəri gün sonuncuya 5.000 manat verəcəyini demiş, o, Xancana zəng edərək bu məsələni Trestdə həll etdikdən sonra sonuncuya 5.000 manat xeyir verəcəyini demiş, Xancan onunla razılaşmış, sonuncu bir nəfər şəxsə zəng edərək iki dəfəyə qaytarmaq şərti ilə 100.000 ABŞ dolları istəmiş, o, bu barədə şirkət rəhbərinə məlumat vermiş, xxxx ona problem olmadığını, səhər həmin pulu qaytaracağını demiş, o, Xancana bunu bildirdikdə Xancan onunla razılaşmış, həmin gün o, Xancanla birlikdə Nərimanov rayon məhkəməsi yaxınılığında Xancanın pul istədiyi şəxslə görüşüb 100.000 ABŞ dollarını Xancan həmin şəxsdən alıb ona vermiş, o, həmin pulu götürüb özündə olan pulun üzərinə qoymuş, ümumilikdə 226.000 ABŞ dollarını Trestdə aparıb vermiş, bundan sonra o, şirkətə qayıdıb xxxxa məsələnin həll olunmasını birdirmiş, növbəti gün xxxx ona aparıb Xancana verməsi üçün 5.000 manat vermiş, o, həmin pulu aparıb Xancanın yaşadığı evin yanında sonuncuya vermiş, həmin gün xxxx ona zəng edərək 100.000 ABŞ dolları götürüb borc götürdüyü şəxsə qaytarmağı tapşırmış, o, gedib xxxxdan sonuncunun iş yerində 100.000 ABŞ dollarını götürmüş, Xancana zəng edib xxxxın borc götürdüyü pulu qaytardığını demiş, bir gün əvvəl Xancandan götürdü pulu aparıb Xancanın özünə qaytarmış, eyni zamanda Xancana xxxxın şirkətinin ünvanına yaxın günlərdə mal gələcəyini, xxxxın təkrar olaraq ona müraciət etmək istədiyi bildirmiş, Xancan isə heç bir problemin olmadığını demiş, bundan iki gün sonra xxxx ona şirkətin adına 2.600 ton armatur gəldiyini, həmin armaturun gömrük rüsumunun Trestdə 708.752 ABŞ dolları təşkil etdiyini, şirkətdə isə hal-hazırda ancaq 330.000 ABŞ dolları olduğunu və həmin pulun Trestə ödəmək üçün az olduğunu demiş, o, yenə Xancana zəng edib armatur gəldiyini, lakin hazırda 330.000 ABŞ dolları olduğunu demiş, Xancan ona Bakıxanov qəsəbəsində yas mərasimində olduğunu və həmin pul ilə birlikdə onun yanına gəlməyini demiş, o, xxxxa zəng etmiş, sonuncuya Xancanın onu çağırdığını demiş, xxxx 330.000 ABŞ dollarını götürüb Ayna Sultanova abidəsi yanında ona vermiş, o, həmin pulu götürüb, şirkətin sürücüsü Ramazan adlı cavan oğlanla birlikdə Bakıxanov qəsəbəsində Xancanın olduğu yas mərasiminə getmiş, orada Xancana zəng etmiş, Xancan oğlunun ona yaxınlaşacağını, pulu oğluna verməsini tapşırmış, bir neçə dəqiqədən sonra bir nəfər tanımadığı oğlan ona yaxınlaşmış, o, 330.000 ABŞ dollarını həmin oğlana vermiş, sonra Xancana zəng edərək pulu dediyi oğlana verdiyini bildirdikdən sonra oradan getmiş, təxminən 10 dəqiqə keçdikdən sonra Xancan ona zəng edib pulun bütün məbləğinin, yəni 330.000 ABŞ dollarının, həmin oğlana verdiyini irad tutmuş, qayıdıb həmin pulu götürməsini tapşırmış, o, yenidən Bakıxanov qəsəbəsinə qayıtmış, Xancana zəng etmiş, Xancan nə qədər mal gəldiyini soruşmuş, o, 2.600 ton armatur gətirildiyini demiş, Xancan ona hər bir ton armatur üçün 290 ABŞ dolları ödəmə tələb olunduğunu, sonuncu hər ton üçün 280 ABŞ dollarına həll edəcəyini və bunun müqabilində 26.000 ABŞ dolları məbləğində xeyri olacağını deyərək 26.000 ABŞ dollarını sayıb həmin oğlana verməyini, qalan 304.000 ABŞ dollarını isə özündə saxlamağını, işi həll edəndən sonra aparıb Trestə keçirməsini tapşırmış, o, 330.000 ABŞ dollarının üstündən 26.000 ABŞ dollarını götürərək Xancanın dediyi oğlana qaytarmış, qalan pulu isə özündə saxlamışdır; o, bu barədə xxxxa məlumat vermiş, xxxx bu işin məhz bu cür həll olunduğunu etiraf etmiş, o, bundan sonra 304.000 ABŞ dollarını iki gün sonra gətirib Ayna Sultanova abidəsi yanında xxxxa qaytarmış, buna səbəb Xancanla əlaqə saxladıqda məsələni Trestdən həll edəcəyini deməsi olmuş, pulu xxxxa qaytardıqdan sonra Xancan məsələni gec həll etmiş, xxxx narahat olub ondan 26.000 ABŞ dollarını geri istəmiş, Xancana tez-tez zəng edib armaturun Bakı Gəmi Limanında qaldığını və hər gün üzərinə faiz gəldiyini demiş, Xancan ona narahat olmamağını, qısa müddətdə həll edəcəyini demiş, o, bu barədə xxxxa məlumat vermiş, xxxx ona malın əsas sahibinin Faiq olduğunu, Faiqlə şərik olduğunu və Faiq onu narahat etməsini demiş, buna görə onun telefon nömrəsini Faiqə verəcəyini, bu barədə Faiqə məlumat verməyini demiş, həmin vaxta kimi o, Faiqi tanımamış, xxxx ona Faiqin şirkətdə müavin olduğunu demiş, lakin o, Faiqi heç vaxt şirkətdə görməmiş, bu söhbət 2014-cü ilin avqsut ayının axırlarında olmuş, bir az keçdikdən sonra Faiq ona zəng edərək özünü təqdim etmiş, gətirilmiş armaturun nə vaxt Gəmi Limanından götürülə biləcəyini soruşmuş, o, Faiqə Xancanla mütəmadi danışdığını, o məsələni həll edən kimi malın götürülməsinə icazə veriləcəyini demiş, x xxxxxxxx 2014-cü il tarixdə Xancan ona zəng edərək xxxxda olan 304.000 ABŞ dollarının çox az olduğuna görə xxxxla əlaqə saxlayaraq əlavə nə qədər pul düzəldə biləcəyini öyrənməyini tapşırmış, o, xxxxa zəng etmiş, lakin xxxx cavab verməmişdir; o, Faiqə zəng edib xxxxın telefona cavab vermədiyini, Xancanın isə Bakı şəhərinə gəldiyini demiş, Faiq ona xxxxı tapa bilmədiyini, lakin xxxxdan 300.000 ABŞ dollarını götürdüyünü və hazırda onda olduğunu demiş, o, Xancanın pulun çox az olduğunu dediyinə görə həmin pulun üzərinə əlavə pul tapıb qoymasını təklif etmiş, Faiq çalışacağını demiş, x xxxxxxxx 2014-cü il tarixdə Faiq ona zəng edərək gətirilmiş malın sahibləri, yəni sonuncunun şəriki olan şəxslərin əlavə 100.000 ABŞ dolları düzəltdiklərini demiş, o, bu barədə Xancana zəng edib bildirmiş, Xancan bu işlə məşğul olduğunu və günün ikinci yarısı ona məlumat verəcəyini demiş, həmin gün Xancanın telefon zəngindən sonra Faiqə zəng edib məsələnin bu gün həll olunacağını demiş, sonuncu həmin vaxt onun harada olmağını soruşmuş, o, «Amay» ticarət mərkəzinin yanında olduğunu demiş, müəyyən vaxt keçəndən sonra Faiq avtomaşınla yanında Kənan adlı bir nəfər şəxslə gəlib onu götürmüş, Faiq Kənanı öz şəriki kimi təqdim etmiş, bundan sonra onlar Nərimanov rayonunda yerləşən Keşlə bazarı deyilən yerə gedib çay evində oturub çay içmiş, həmin vaxt Xancan ona zəng edərək harada olduğunu soruşmuş, o, Xancana mal sahibləri ilə çay evində oturduğunu demiş, Xancan bir nəfər şəxsin olduğunu, həmin şəxsin 300.000 ABŞ dolları verə biləcəyini, lakin pulu qaytaranda əlavə faiz olmaqla 40.000 ABŞ dolları istədiyini demiş, o, telefonu yerə qoymadan Xancanın dediklərini Faiqə danışmış, Faiq bu işin qaydasının məhz bu cür olduğunu, yəni pulun 150.000 ABŞ dollarını növbəti gün, qalan 150.000 ABŞ dollarını və əlavə 40.000 ABŞ dolları faiz ilə birlikdə x xxxxxxxx 2014-cü il tarixdə qaytaracağını demiş, həmin sözləri o, telefonda Xancana təkrar demiş, Xancan ona zəngini gözləməyini tapşırmış, bir saat sonra Xancan ona zəng edərək «Bakond» ticarət mərkəzinin yanına gedib pulu ondan (Xancandan) götürməyini demiş, saat təxminən 15:00 radələrində o, Faiqin idarə etdiyi avtomaşınla Faiqlə birlikdə «Bakond» ticarət mərkəzi qarşısına getmiş, Xancanın avtomaşınının da orada dayandığını görmüş, avtomaşından düşüb Xancanla görüşmüş, mal sahibləri Kənan və Samir başqa bir avtomaşında gözləmişlər, onun həmin şəxslərlə heç bir tanışlığı olmamış, bir neçə dəqiqə sonra onun bir neçə gün əvvəl Nərimanov rayon məhkəməsinin inzibati binasının yaxınlığında 100.000 ABŞ dolları götürdüyü şəxs «Audi» markalı avtomaşınla gəlib onların yanında dayanmış, salondan bir nəfər şəxs çıxıb içərisində 300.000 ABŞ dolları olan çantanı Xancana vermiş, Xancan həmin pulu həmin şəxsdən götürüb ona vermiş, o, pulu götürüb Faiqin idarə etdiyi avtomaşına əyləşmiş, birlikdə Dərnəgül şossesində olan Trestə getmiş, orada o, avtomaşından düşüb Xancan verən pulu və Faiqin ona verdiyi 400.000 ABŞ dollarını götürüb Trestin binasına daxil olmuş, oradan ona yenə də bir az pulun çatmadığını demişlər, o, çıxıb Faiqə bu barədə bildirmiş, Faiq: “Narahat olma, xxxx müəllim həll edəcək”,- demiş; onlar şirkətə getmiş, orada xxxxı tapa bilməmiş, Faiq xxxxa zəng vuraraq 8.000 ABŞ dollarını çatmadığını demiş, xxxx Səxavət adlı bir oğlanın metronun «Memar Əcəmi» stansiyasının yanına lazım olan pulu gətirəcəyini demiş, Səxavət adlı şəxs deyilən yerə gəlib onlara 18.000 ABŞ dolları vermiş, o, Faiqlə həmin pulu da götürüb Trestə gəlmiş, yuxarı qalxaraq tələb olunan pulu ödəmiş, əlində 5.800 ABŞ dolları qalmış, Faiqdən qalan pulu nə edəcəyini soruşduqda Faiq həmin pulu Zərərçəkmiş şəxs verməyini demiş, o, Xancana zəng vuraraq Trestə ödənişdən sonra 5.800 ABŞ dolları pul qaldığını demiş, Xancan Elişi göndərdiyini və həmin pulu Elişə verməyini demiş, o, həmin pulu Elişə vermiş, Faiq avtomobillə onu gətirib evinə düşürtmüş, Faiqdən ayrılan zaman bir daha Xancana veriləcək pulu gecikdirməməsini demiş, aralarında olan razılığa əsasən 3 gün müddətində pullar tam şəkildə Xancana qaytarılmalı olmuş, lakin 3 gün tamam olduqdan sonra pullar qatyarılmamış, o, Xancanın yanına gəlib bu barədə sonuncuya məlumat vermiş, onlar bir yerə yığılmış, Xancanın qohumu Elşən gəlmiş, lakin Təqsirləndirilən şəxs1 zəng çatmamış, Faiq xxxxın yaşadığı evi tanıdığını demiş, bundan sonra o, Faiqlə birlikdə xxxxın yaşadığı evin yanına gedib gözləmiş, müəyyən vaxtdan sonra xxxx evlərinə gələn zaman onunla görüşmüş, həmin vaxt Xancanın qaynı Elsevərə zəng etmiş, Elsevər 9-cu mikrorayonda Zeytunluq bağına getməyi, Xancanın orada onları gözlədiyini demiş, o, həmin yerə gedib Xancanla görüşmüşlər, söhbət zamanı Xancan yenə pulunu vermələrini demiş, söhbət zamanı onlar xxxx və Faiqin həmin pulu düzəldib verəcəkləri şərti ilə əlavə vaxt verilməsi barədə razılaşmış, lakin sonuncular pulu verməmişlər, xxxx Xancana pulların hazırda depozitdə olduğunu, həmin pulları çıxarda bilmədiyini, lakin özünə məxsus iki mərətəbəli evin sənədlərini verə biləcəyini demiş, bu zaman Elsevər xxxxla gedib evinin sənədini götürmüş, orada Təqsirləndirilən şəxs1 205.000 ABŞ dolları, Təqsirləndirilən şəxs2 95.000 ABŞ dolları verməli olması barədə razılığa gəlinmiş, o, xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhər prokurorluğuna ərizə ilə müraciət edərək material üçün gömrük orqanına keçirdiyi pul qaytarılmadığına görə həmin material üzərinə saxlanc təyin edilməsini bildirmiş, ərizə yazan zaman onun məqsədi mal üzərinə həbs qoyulması, Xancanın pulu ilə alınan malın Xancana verilməsi və Xancanla aralarında olan problemin həll olunmasından ibarət olmuşdur. İşdə olan xx xxxxxx 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, «… iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Dilqəmlə zəngləşərək “Bakond» ticarət mərkəzinin qarşısında sonuncu ilə görüşmüş, Dilqəm həmin yerə bir avtomobillə gəlmiş, avtomobilin salonunda sonradan adının bildiyi Faiq adlı şəxs də olmuş, orada Dilqəmdən pulu neçə günə qaytaracağını soruşmuş, Dilqəm gəmidən mal boşaldılan gün 150.000 ABŞ dolları, 3 gündən sonra isə 150.000 ABŞ dolları qaytarılacağını bildirmiş, bundan sonra Dilqəmə 234.000 manat təşkil edən 300.000 ABŞ dollarını vermiş və sonuncu Faiqlə çıxıb getmişdir» (1-ci cild iş vərəqi 208-211). İşdə olan xx xxxxxx 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, «… iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Xancan ona demişdir ki, bir nəfər şəxs 300.000 ABŞ dolları verə bilər, lakin pulu qaytaranda əlavə faiz olmaqla 40.000 ABŞ dolları istəyir; bu barədə xxxxa demiş, xxxx bildirmişdir ki, mallar gömrükdə qaldıqca cərimə yazılır, təcili işi həll etsin, malın şəriki Faiqdir, onunla danışsın, o, Xancanını ona dediklərini Faiqə demiş, Faiq isə bildirmişdir ki, bu işin qaydasıdır, Xancana pulun 150.000 ABŞ dollarını gəmidən mal boşaldılandan sonra növbəti gün, qalan 150.000 ABŞ dollarını və əlavə 40.000 ABŞ dolları faizi isə xx xxxxxxxx 2014-cü il tarixdə qaytarılacaq» (1-ci cild iş vərəqi 212-214). Qeyd edilən üzləşdirmə zamanı verilən ifadələrdən görünür ki, Şahid2 Zərərçəkmiş şəxs 300.000 ABŞ dollarını Təqsirləndirilən şəxs1 tapşırığı və Təqsirləndirilən şəxs2 razılığı ilə, sonununcuların həmin pulu iş üzrə müəyyən edilmiş müddət ərzində faizlə birlikdə qaytarmaları şərti ilə almışdır. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı həmin məbləğdə pulun Zərərçəkmiş şəxs onlar tərəfindən qaytarmaq vədi ilə alınmasının inkar etmələri onların həmin pulları qaytarmayaraq dələduzluq yolu ilə mənimsəmək niyyətlərini təsbit edir və mülki hüquq münasibətlərindən fərqləndirir. Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2018-ci il tarixdə Şahid2lə aparılan üzləşdirmə zamanı işin həm faktini hallarına, həm də özünün ibtidai istinaq zamanı verdiyi ifadələrinə zidd olaraq göstərmişdir ki, Şahid2 verdiyi 330.000 ABŞ dolları onun özünə məxsus olmuş, Təqsirləndirilən şəxs2 isə ona ümumiyyətlə pul verməmişdir (1-ci cild iş vərəqi 228-230). Eyni zamanda Təqsirləndirilən şəxs1 həmin üzləşdirmə zamanı bildirmişdir ki, «… Şahid2 ifadəsi həqiqətə uyğundur, Zərərçəkmiş şəxs həqiqətən bildirmişdir ki, Xancan 300.000 ABŞ dollarını onlara tapıb verə bilər və gömrük rəsmiləşdirilməsindən sonra həmin məbləği üzərində 40.000 ABŞ dolları faizlə birlikdə Xancana qaytarmalıdırlar» (1-ci cild iş vərəqi 228-230). Həmin üzləşmə zamanı Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, «… Şahid2 ifadəsi həqiqətə uyğundur, o, həqiqətən də Dilqəmə 300.000 ABŞ dolları vermiş, Dilqəm də həmin pulu Xancana vermiş, Xancan da həmin puldan 26.000 ABŞ dolları öz xeyrini götürərək Dilqəmə 304.000 ABŞ doları qaytarmış, Dilqəm də həmin 304.000 ABŞ dollarını ona qaytarmış, sonradan Dilqəmi tapa bilmədiyinə görə 26.000 ABŞ dollarını Dilqəmdən geri ala bilməmişdir» (1-ci cild iş vərəqi 228-230). Qeyd edilən üzləşmədən görünür ki, Şahid2 göstərdiyi kimi Təqsirləndirilən şəxs1 ona 600.000 ABŞ dolları verməmiş, cəmi 300.000 ABŞ dolları pul vermiş, həmin pul Təqsirləndirilən şəxs1 Dilqəm tərəfindən 26.000 əskik olmaqla, yəni 304.000 ABŞ dolları məbləğində qaytarılmış, sonradan Zərərçəkmiş şəxs verdiyi 300.000 ABŞ dolları isə irəli sürülmüş ittihamda göstərildiyi kimi qaytarılmaq şərti ilə Dilqəmin vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmişdir (1-ci cild iş vərəqi 228-230). İşdə olan xx xxxxxx 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 göstərmişdir ki, «… Samir və Kənanın verdiyi 618.500 ABŞ dolları məbləğində puldan 100.000 ABŞ dolları məbləği xxxx ona borclu olduğu üçün çıxaraq xxxxa 518.500 ABŞ dolları məbləğində pul vermiş, bunu xxxx özü ona demiş, sonradan xxxx iş həll olunmayanda 300.000 ABŞ dollarını ona qaytarmış, yerdə qalan pulun Dilqəmdə olduğunu desə də, lakin sonradan xxxx özü etiraf etmişdir ki, pulun 200.000 ABŞ dolları depozitdədir, bunu Dilqəm də eşitmiş, belə ki, xxxx 300.0000 ABŞ dollarını (ona) qaytarmış... 100.000 ABŞ dolları məbləğində pulu isə (Təqsirləndirilən şəxs1) ona borclu olduğu üçün Samir və Kənanın verdiyi 618.500 ABŞ dolları məbləğində puldan çıxıb (xxxxa) vermiş, 200.000 ABŞ dolları isə xxxxın özündə olmuşdur» (2-ci cild iş vərəqi 28-31). Həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 göstərmişdir ki, «…Təqsirləndirilən şəxs2 ona heç bir məbləğdə pul verməmiş, o, öz cibindən Dilqəmə 330.000 ABŞ dolları məbləğində pul vermiş, sonra Dilqəm ona 304.000 ABŞ dollarını qaytaranda o da həmin puu özünə götürmüş, Faiqə verməmiş, çünki öz pulu olmuşdur» (2-ci cild iş vərəqi 28-31). Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 həmçinin göstərmişdir ki, «…Dilqəm ona zəng edib demişdir ki, Xancan deyir ki, malların gömrükdən keçməsi üçün pul tam deyil, əlavə olaraq 300.000 ABŞ dolları lazımdır, həmin pulu tapıb verər malları gömrükdən keçirsinlər, sonra üzərində 40.000 ABŞ dolları faiz ilə ona (Xancana) geri qaytararlar, o, isə Dilqəmə demişdir ki, mallar Faiqindir, onun bu işlə heç bir əlaqəsi yoxdur, gedib Faiqlə danışsın, bundan sonra onun heç nədən xəbəri olmamış, ona sonradan məlum olmuşdur ki, X9 malları gömrükdən keçirtmək üçün 300.000 ABŞ dolları tapacağını və üzərində əlavə olaraq 40.000 ABŞ dolları istədiyini bildirdikdə, Faiq onunla razılaşmış, lakin Xancan pulu verdikdən sonra mallar gömrükdən keçsə də Faiq verdiyi sözə əməl etməmiş, Xancanın 300.000 ABŞ dollarını geri qaytarmamışdır» (2-ci cild iş vərəqi 28-31). Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 həmçinin göstərmişdir ki, «… Təqsirləndirilən şəxs2 yalan ifadə verir, o, Faiqə 200.000 ABŞ dollarını depozitə qoyduğunu deməmiş, Faiq ona heç bir məbləğdə pul verməmiş, 100.000 ABş dolları məbləğində pulu əvvəl ona verməsi yalandır» (2-ci cild iş vərəqi 28-31). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə xxxxlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (2-ci cild iş vərəqi 66-69). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətə xxxxlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (2-ci cild iş vərəqi 32-34). İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli xx/xx-1638-39 saylı məktubudan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətə xxxxlığın məhdudlaşdırılması cəzası xx xxxxxx 2020-ci il tarixdə başa çatır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmələri təsdiqini tapmışdır. Belə ki, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Kənan Rəhimova və Şahid1 məxsus olan əmlakın gömrük rüsumu məbləğinin ucuz qiymətə ödənilməsini təşkil etməsi üçün sonuncular tərəfindən Təqsirləndirilən şəxs2 618.500 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş, Təqsirləndirilən şəxs2 əmlakın gömrük rüsumunu daha ucuz qiymətlə və çox qısa, yəni yarım saat müddətində ödəməklə gömrükdən keçirilməsini təşkil edəcəyini vəd vermiş, lakin ona ödənilmiş pulu Təqsirləndirilən şəxs1 tam məbləğdə verməyərək aldığı pulun 100.000 ABŞ dolları məbləğində olan hissəsini Təqsirləndirilən şəxs1lə əvvəllər aralarında yaranmış borcun hesabına götürərək qalan 518.500 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs1 ödəmiş, Təqsirləndirilən şəxs1 isə əmlakın vəd verilən qiymətə gömrükdən keçirilməsi ilə bağlı ümumiyyələ heç bir fəaliyyət göstərməyərək həmin puldan 200.000 ABŞ dollarını işdə olan ifadələrdən göründüyü kimi öz məqsədləri üçün istifadə edərək depozitə qoymuş, Kənan Rəhimov və Şahid1 618.500 ABŞ dolları məbləğində pulu geri tələb etdikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlarda qalan 300.000 ABŞ dollarını geri qaytarmış, qalan hissəsini qaytara bilməmiş, Şahid2 vasitəsilə sonuncunun etibarlı münasibətlərdə olduğu Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs x xxxxxxxx 2014-cü il tarixdə pulun verilməsinin növbəti günü 150.000 ABŞ dolları, növbəti 3 gün ərzində isə qalan 150.000 ABŞ dollarını və əlavə olaraq 40.000 ABŞ dolları qaytaracaqları müqabilində 300.000 ABŞ dollarını «Bakond» ticarət mərkəzinin yanında Təqsirləndirilən şəxs2la birlikdə Muxtarovun idarə etdiyi avtomobildə gəlmış Şahid2 vermiş, Şahid2 isə Zərərçəkmiş şəxs verdiyi 300.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tapşırığı və qeyd edilən şərtlərlə və müddət ərzində pulu qaytaracaqlarına dair vədləri əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Kənan Rəhimov və Şahid1 qarşısında götürdükləri öhdəliyin icrasına sərf etmiş, Təqsirləndirilən şəxs1 Şahid2 malın sahibinin Təqsirləndirilən şəxs2 olmasını bildirmiş, pulun alınmasının növbəti günü Təqsirləndirilən şəxs2 əmlakın sahiblərinin onu şəriklikdən uzaqlaşdırdıqlarını və bu səbəbdən də həmin pulların götürüməsinin və qaytarılmasının ona heç bir aidiyyətinin olmamasını bildirərək pulların qaytarılmasından imtina etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus olan 235.320 manat məbləğində külli miqdarda pulu ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs alınmış 300.000 ABŞ dollarının götürülməsinə və qaytarılmasına aidiyyətləri olmamasını təkidlə təsbit etmələri və aidiyyətləri olmasını təkidlə inkar etmələri bu münasibətlərin mülki hüquq münasibətləri müstəvisində deyil, cinayət hüquq münasibətləri müstəvisində olmasını təsdiq edir. Mülki hüquq münasibətlərinə əsasən əqd - hüquqauyğun hərəkət olmaqla, xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn və hüquqi nəticələr yaradan hərəkətdir İş üzrə isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 300.000 ABŞ dollarını alarkən növbəti gün 150.000 ABŞ dolları, 3 gün sonra isə 150.000 ABŞ dolları və əlavə olaraq 40.000 ABŞ dolları qaytarmalarına dair verdikləri vədi yerinə yetirmək məqsədlərinin olmaması işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 pulun alınmasının növbəti günü, yəni pulun bir hissəsinin qaytarılmalı olduğu x xxxxxxxx 2014-cü il tarixdə, pulun qaytarılmasından emtina etmiş və pulun qaytarılmasının ona heç bir aidiyyəti olmamasını və pulun əmlakın sahibi Təqsirləndirilən şəxs2 tərəfindən qaytarlmalı olduğunu Şahid2 bildirmişdir. Təqsirləndirilən şəxs2 da həmin tarixdə əmlakın ona aidiyyətinin olmamasını - «şərikləri tərəfindən onun əmlakın şərikliyindən çıxarıldığını» və pulun qaytarılmasının ona da aidiyyətinin olamamısını bildirmişdir. Bu baxımdan da baş vermiş münasibətlər etibarlı əqd kimi hesab edilə bilməz, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin bütün əlamətləri mövcuddur. İşin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən dvörlərdə də dələduzluq cinayətlərini törətmələrinə görə məhkum olunmuşlar. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 «X6» MMC-nin direktoru vəzifəsində işləyən dövrdə, 2014-2017-ci illər ərzində bir neçə dələduzluq cinayəti törətmiş - birlikdə biznes fəaliyyəti ilə məşğul olduğu Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müxtəlif obyektlərin tikintisinə dair tenderini qazandıracağına vəd verib Təqsirləndirilən şəxs2 11.800 manat almış, xarici ölkələrə qurğuşun külçələrinin ixrac olunmasına lisenziya alınmasını təşkil edəcəyinə vəd verib Təqsirləndirilən şəxs2 100.000 ABŞ dollarını almış, birlikdə məşğul olduqları müxtəlif biznes fəaliyyətlərində yaranacaq problemlərini aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinə vermək üçün 10.000 manat pulunu alaraq Təqsirləndirilən şəxs2 rüşvət verməyə təhrik etmiş, birlikdə məşğul olduqları müxtəlif biznes fəaliyyətlərinin yoxlanılması zamanı yarana biləcək problemləri aradan qaldırılması üçün Hesablama Palatasının vəzifəli şəxslərinə vermək üçün 5.000 manat pulunu alaraq Təqsirləndirilən şəxs2 rüşvət verməyə təhrik etmiş, birlikdə məşğul olduqları müxtəlif biznes fəaliyyətlərinə yarada biləcəkləri süni manelərin aradan qaldırılması üçün Milli Təhlükəsizli Nazirliyinin vəzifəli şəxslərinə vermək üçün 5.000 manat pulunu alaraq Təqsirləndirilən şəxs2 rüşvət verməyə təhrik etmiş, Bakı şəhərinə qum və çınqıl gətirilməsi adı ilə Faiq Muxtarodan 150.000 manat pul almış, Təqsirləndirilən şəxs2 rayonlardan ğbirinə rəis təyin etdirəcəyi adı ilə sonuncudan 81.186 manat pul alaraq rüşvət verməyə təhrik etmiş, Araz Babayev adlı şəxsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müxtəlif obyektlərin tikintisinə dair tenderini qazandıracağına vəd verib sonuncudan 14.000 manat almış, Asif Alıyev adlı şəxsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müxtəlif obyektlərin tikintisinə dair tenderini qazandıracağına vəd verib sonuncudan 13.480 manat almış, Xalıq Şükürov adlı şəxsi dövlət orqanlarında hüquqşünas kimi işə düzəltdirəcəyinə yalandan vəd verib sonuncudan 13.000 manat pul almış, Zəfər Əliyev adlı şəxsi ali təhsil müəssisəsinə hüquq fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verərək sonuncudan 7000 manat pul alaraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmə əsasən, Təqsirləndirilən şəxs2 2014-2016-cı illər ərzində bir neçə dələduzluq cinayəti törətmiş - Tural Orucov adlı şəxsdən sonuncunun Füzuli Hərbi Məhəkəməsində olan cinayət işini müsbət həll edəcəyi adı ilə 12.500 manat pulunu almış, Nurəddin Abbasov adlı şəxəsdən sonuncunu Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri rayonlarının birinə həkim komissiyasına müfəttiş vəzifəsinə işə qəbul etdiricəyi adlı ilə 35.000 manat pulunu almış, Ergün Cəlilov adlı şəsxdən sonuncunu Bakı Texniki Kollecinə qəbul etdirməsi adı ilə 8.000 manata pulunu almış, Nurəddin Abbasov adlı şəxsdən Rusyadan ucuz qiymətə tikinti materialları gətirəcəyi adı ilə aldadaraq sonuncudan 46.200 manat pul almışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sankisyasında beş ildən on ilədək xxxxlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş xxxxlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. x xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş xx xxxxxxx 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında “yeddi ildən on iki” (ilədək müddətə xxxxlıqdan məhrum etmə) sözləri “beş ildən on” (ilədək müddətə xxxxlıqdan məhrum etmə) sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş xxxxlıqdan məhrum etmə cəzasının müddəti azaldılmaqla yüngülləşdirilmişdir. Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CM-in 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməllərini 2014-cü ilin avqust-sentyabr aylarında, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində edilmiş x xxxxxx 2017-ci il tarixli dəyişikliklərə qədər törətdiyini nəzərə alaraq barəsində CM-in 178.3.2-ci maddəsinə münasibətdə hazırda qüvvədə olan cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə xxxxlıqdan məhrum etmə cəzası x xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş xx xxxxxxx 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə uyğunsuzluq yaratmır. Belə ki, həmin qanuna əsasən CM-in 178.3.2-ci maddəsinin sanksiyasında hazırda beş ildən on ilədək müddətə xxxxlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir, bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür; dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Qeyd olunan qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əmlakı ələ keçirmək məqsədilə əmlakın mülkiyyətçisi olan Zərərçəkmiş şəxsla Şahid2 arasında yaranmış etibarlı münasibətlərdən istifadə etmişlər. Belə ki, Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər də o, Təqsirləndirilən şəxs1 xahişi ilə Zərərçəkmiş şəxs əlavə 5.000 manat xeyir müqabilində 100.000 ABŞ dolları məbləğində pul istəmiş, sonuncu həmin pulu vermiş, xxxx Əiyev malları rəsmləşdirildikdən sonra 5.000 manat və 100.000 ABŞ dolları məbləğində pulu geri qaytarmışdır. Həmin xüsusat həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı verilmiş ifadələrdə öz əksini tapmışdır. Göründüyü kimi, Şahid2 əvvəllər Təqsirləndirilən şəxs1 xahişi ilə Zərərçəkmiş şəxs borc pul almış, həmin pul daha sonra qaytarıldığından Şahid2 ilə Zərərçəkmiş şəxs arasında Təqsirləndirilən şəxs1 göstərdiyi fəaliyyətlə bağlı etibarlı münasibət yaranmışdır. Təsadüfi deyil ki, Şahid2 və Zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, Şahid2 ikinci dəfə də pul istəyərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adını çəkmiş, Zərərçəkmiş şəxs əvvəlki etibarlı münasibətləri nəzərə alaraq pul vermək qərarına gəlmişdir. Qeyd edilən münasibətlərdə Şahid2 isə müdafiə tərəfinin iddia etdiyi kimi cinayətin iştirakçısı deyil, cinayətin törədilməsindən xəbərsiz şəxs olmuşdur. Belə ki, cinayət məhz Şahid2lə Zərərçəkmiş şəxs arasında yaranmış etibarlı münasibətlərdən təqsirləndirilən şəxslərin sui-istifadə edilməsi ilə törədilmişdir. Zərərçəkmiş şəxs qeyd edilən məbləği məhz Şahid2 aldığı borcu vaxtında qaytardığını nəzərə alaraq vermişdır. Göründüyü kimi, hazırkı cinayət işinin faktiki xarakteri spesifikliyi ilə seçilir. Bu iş klassik dələduzluğun özünəmxsus formasıdır. Lakin hazırkı işdə təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxs arasındakı münasibətləri əlaqələndirən şəxs də münasibətlərdə iştriak etmiş, lakin həmin şəxsin iştirakı cinyətdə iştirakçılıq deyil, cinayətin törədilməsindən xəbərsiz olaraq iki tərəfi bir-biri ilə əlaqələndirən formada olmuşdur. Belə ki, zərərçəkmiş şəxs pulu təqsirləndirilən şəxslərə verdiyini bilmişdir. Əlaqələndiricinin rolu isə ondan ibarət olmuşdur ki, məhz onun əlaqələndiricilik fəaliyyəti nəticəsində zərərçəmiş şəxsdə təqsirləndirilən şəxslərə qarşı inam, etibar yaranmışdır. Belə ki, əlaqələndirici şəxs əvvəllər də təqsirləndirilən şəxslərin birinə (Təqsirləndirilən şəxs1) münasibətdə zərərçəkmişlə əlaqələndiricilik etmiş, təqsirləndiirlən şəxs də vaxtında öhdəliyi icra etmişdir. Buna görə də, əlaqələndircinin sayəsində zərərçəkmiş şəxsdə təqsirləndirilən şəxslərə qarşı inam, etimad formalaşmış, təqsirləndirilən şəxslər isə məhz bu inam və etimaddan suiistifadə etmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri özünü müdafiə xarakterli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələr bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, Şahid2 650.000 ABŞ dolları pul vermiş, Dilqəm isə ona 304.000 ABŞ doları qaytarmış, qalan pul isə Zərərçəkmiş şəxs olmuşdur. Halbuki, ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 ona ümumiyyətlə pul verməməsini, bir sıra ifadələrində Şahid2 şəxsi vəsaiti hesabına 650.000 ABŞ dolları verməsini, bir sıra ifadələrində isə 330.000 ABŞ dolları verdiyini və Zərərçəkmiş şəxs armaturun hər tonuna 10 ABŞ dolları olmaqla 26.000 ABŞ dolları məbləğində pulu 330.000 ABŞ dollarının üzərindən götürdüyünü göstərmişdir. Şahid2 Təqsirləndirilən şəxs1 aldığı 330.000 ABŞ dollarından 304.000 ABŞ dollarını qaytarması Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə zamanı verdiyi ifadələrində təsbit olunmuşdur. Zərərçəkmiş şəxs 2.600 ton dəmir məmulalarının hər tonuna 10 ABŞ dolları məbləğində pul götürməsi (Təqsirləndirilən şəxs1 ibtidai istintaq ifadəsinə görə) sadə riyazi hesablamalara əsasən bu 26.000 ABŞ dolları təşkil edir. 330.000 ABŞ dollarından 26.000 ABŞ dolları çıxdıqda isə 304.000 ABŞ dolları qalır. Bu halda Təqsirləndirilən şəxs1 Şahid2 650.000 ABŞ dolları pul verməsinə dair məhkəmə istintaqında verdiyi ifadə həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi kimi Şahid2 650.000 ABŞ dolları vermiş olsaydı, sonuncu 26.000 ABŞ dolları məbləğində pulu (dəmir məmulatlarının hər tonuna 10 ABŞ dolları pul) götürərək 624.000 ABŞ dolları məbləğində pul qaytarardı. Lakin Zərərçəkmiş şəxs 624.000 ABŞ dolları deyil, 304.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Həmin xüsusat Zərərçəkmiş şəxs və Şahid2 ifadələri ilə də təsdiq olunmuşdur. Şahid2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərmişlər ki, Zərərçəkmiş şəxs 26.000 ABŞ dolları məbləğində pulu əvvəlcədən götürməsinə Təqsirləndirilən şəxs1 iradını bildirmişdir. Bundan başqa, iş materiallarından da göründüyü kimi, dəmir məmulatlarının rüsumu 708.752 ABŞ dolları təşkil etmişdir. Belə ki mal sahibləri X5 və Şahid1 əvvəl verdikləri 618.000 ABŞ dollarına əlavə olaraq daha 100.000 ABŞ dolları məbləğində ödəniş etdikdən sonra mallar rəsmləşdirilmişdir. Təqsirləndirilən şəxs1 Şahid2 650.000 ABŞ dolları vermiş olduğu halda əlavə vəsait cəlb edilməsi üçün Zərərçəkmiş şəxs müraciət etməyə zərurət yaranmazdı. Təqsirləndirilən şəxs1 məhkəmə zamanı verdiyi ifadələrində aldığı və qaytardığı pul məbləğləri barədə bir-birinə uyğun olmayan qeyri-dəqiq məbləğlər göstərilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrindən göründüyü kimi onlar malların gömrük rəsmləşdirilməsində əlaqələndirici fəaliyyətlə məşğul olmuş, həmin prosedurlar barədə onların kifayət qədər məlumatları olmuş, belə olan halda 708.752 ABŞ dollarına rəsmləşdirilməli olan əmlak üçün Şahid2 əvvəl 650.000 ABŞ dolları verib əlavə olaraq Şahid2 300.000 ABŞ dolları borc alması üçün Şahid2lə razılığa gəlmələri real deyil. Belə ki, peşəkar fəaliyyətlə məşğul olan və bu sahədə kifayət qədər təcrübəyə malik olan subyektlərin bazar qiymətlərini bilməməsi, primitiv məsələlərə sadəlövhcəsinə inanaraq aldanılması da reallığa uyğun deyil. Zərərçəkmiş şəxs məxsus olan pul vəsaitini Şahid2 dələduzluq yolu ilə ələ keçirməsinə dair təqsirləndirilən şəxslər tərəifndən ağlaban dəlil irəli sürə bilməmələri, yəni Şahid2 etibarını qazanmış şəxsdən (Zərərçəkmiş şəxs) pul alıb, tanımadığı mal sahiblərinə sonunculardan heç bir mənfəət əldə etmədən verməsi və bununla da etibarını qazanmış şəxsin etibarını heç bir şəxsi məqsədi olmadan itirməsi və sonuncuya ziyan vurmaqla qarşısında günahkar qalmas üçün heç bir məntiqli səbəb yoxdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadələrində, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadələrində, göstərmişdir ki, Kənan Rəhimovun və Şahid1 ona verdikləri 618.500 ABŞ dollarından 100.000 ABŞ dollarını çıxıb Təqsirləndirilən şəxs1 518.500 ABŞ dolları vermiş, Təqsirləndirilən şəxs1 ona 300.000 ABŞ dollarını qaytarmış, qalan 200.000 ABŞ dollarını isə depozitə qoyaraq geri götürə bilmədiyini demişdir. Təqsirləndirilən şəxs2 həmin hallarla bağlı istintaq zamanı verdiyi ifadələrini məhkəmə zamanı təkzib etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi ifadələrində Təqsirləndirilən şəxs1lə arasında hazırki ittihamla əlaqəsi olmayan əvvəlki sövdələşmələr üzrə sonuncunun ona 100.000 ABŞ dolları məbləğində borcunun olmasına dair ifadə vermiş, lakin həmin borcun ödənilib-ödənilməməsi, ödənildiyi təqdirdə isə necə ödənilməsini barədə açıqlama verməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsində 650.000 ABŞ dolları məbləğində Şahid2 pul verməsi xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 Şahid2 330.000 ABŞ dolları məbləğində pul verməsi və həmin məbləğdən 304.000 ABŞ dolları geri alması öz təsdiqini tapmışdır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ümumiyyətlə tanımadığını bildirsə də, qeyd olunan hadisədən əvvəl Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs 100.000 ABŞ dolları məbləğində pul aldığı işin materiallarında öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı verdiyi ifadəsində Şahid2 kimdən pul aldığını bilmədiyini qeyd etmiş, lakin elə həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Dilqəm bir neçə yerə zəng vurduqdan sonra pulun gətirildiyini demiş, «Bakond»un qarşısına getməyi təklif etmiş, «Bakond»un qarşısına Dilqəmlə onun avtomobilində, Kənan və Samir isə öz avtmobillərində getmiş, Dilqəm onu gözləyən şəxsə çox yaxın getməməyi tapşırmış, təxminən 200 metr aralıda avtomobili saxlatdırıb düşmüş, oraya gəlmiş «X15» markalı ** PV *** nömrəli avtomobilə yaxınlaşmış, həmin avtomobilə minmiş, o, öz avtomobilini arxaya verərək ağacların arasında saxlamış, bir neçə dəqiqədən sonra Dilqəm zəng vuraraq harada olduğunu soruşmuş, o ağacların arasında olduğunu demiş, Dilqəm həmin avtobildən əlində çanta ilə düşmüş, çantanı gətirib onun avtomobilinə atmışdır. Şahid2 ifadələrində Zərərçəkmiş şəxs 300.000 pulun alınmasına dair telefon danışığı zamanı Təqsirləndirilən şəxs2 onun yanında olduğunu, danışığın məzmunundan Təqsirləndirilən şəxs2 xəbərdar olduğunu, həmin məbləğdə pulun Zərərçəkmiş şəxs alınmasına Təqsirləndirilən şəxs2 razılıq verdiyini, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs pulların iki dəfəyə, hər dəfə 150.000 ABŞ dolları olmaqla, 3 gün ərzində qaytarılması tələblərini qəbul etdiyi barədə Zərərçəkmiş şəxs məlumat verdiyini göstərmişdir. Şahid2 həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2 malın sahibi olmasını bildirmiş, lakin pulun alınmasının növbəti günü Təqsirləndirilən şəxs2 pulların qaytarılmasından imtina edərək, həmin pulların götürüməsinin və qaytarılmasının ona heç bir aidiyyətinin olmamasını, əmlakın sahiblərinin onu şəriklikdən uzaqlaşdırdıqlarını bildirmişdir. Şahid1 da ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Şahid2lə birlikdə Trestin qabağına gəlmiş, gətirdikləri çantada 300.000 ABŞ dollarını onlara göstərmişlər. Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, «… Dilqəmlə zəngləşmiş, Dilqəm avtomaşınla “Bakond” ticarət mərkəzi qarşısına gəlib sonradan adını bildiyi Faiq adlı şəxslə ona yaxınlaşmış, Dilqəmdən borc verəcəyi pulu neçə günə qaytarmasını soruşduqda Dilqəm mal çıxan gün 150.000, üç gün sonra isə 150.000 ABŞ dollarını qaytaracağına söz vermiş, bundan sonra həmin vaxt Dilqəmə 300.000 ABŞ dolları nisbətdə, 234.400 manat borc vermişdir». Göründüyü kimi, Şahid2 Təqsirləndirilən şəxs2 razılığı ilə Zərərçəkmiş şəxs 300.000 ABŞ dolları məbləğində pul vəsaiti almış, həmin vəsaitin pulun alınması prosesində iştirak etmiş, pulun alınmasından və qaytarılması şərtlərindən məlumatı və razılığı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən xxxxlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən 1 il 5 ay 20 gün müddətə xxxxlığın məhdulaşdırılmasın cəzasına məhkum edildiyindən, qeyd edilən məhkumluq Təqsirləndirilən şəxs2 hazırki iş əməlində residiv yaratmır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və Bakı şəhəri Yasamal Rayon Məhkəsinin xx xxxxxx 2018ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə xxxxlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki cinayət işi üzrə cinayət əməlini isə 2014-cü ilin sentyabr ayında, yəni sonuncu iş üzrə məhkəmə hökmü çıxarılanadək törətmişdir Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə təqsirləndirildiyi ittiham üzrə cinayət əməlini 2014-cü ilin avqust-sentyabr aylarında, yəni Bakı Ağır Cinayətlər Məhkəsinin xx xxxxxx 2018-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cianyət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarının 17-ci bəndinin 3-cü abzasından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Bakı Ağır Cinayətlər Məhkəsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 11 (on bir) il müddətə xxxxlıqdan məhrumetmə cəzasının başlanğıcı xx xxx 2018-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə xxxxlıqdan məhruetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq və əlavə cəzaları birləşdirmək yolu ilə ona qəti cəza təyin edilməli və cəzanın çəkilmə müddəti xx xxx 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasının yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasının yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. «İnsan hüquqlarının və əsas xxxxlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı xxxxlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti xxxxlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, xxxxlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini öz qulluq mövqeyindən istifadə edərək törətdiyini də nəzərə alaraq, məhkəmə kollegiyası həmin maddə ilə nəzərdə tutulmuş xxxxlıqdan məhrum etmə cəzası ilə yanaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinin tələblərinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idaretmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya xxxxlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin ediləcək müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müstəqil icra edilməsini və cəzaların icrasının onun yaşadığı yer üzrə İcra və Probasiya şöbələrinə həvalə edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə xxxxlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə xxxxlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş xxxxlıqdan məhrum etmə cəzasını təyin etməyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə xxxxlıqdan məhruetmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti cəza təyin eməyi və cəzaçəkməsinin başlanğıcının xx xxx 2018-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş xxxxlıqdan məhrum etmə cəzasını təyin etməyi, cəzaçəkməsinin başlanğıcının xx xxxxxx 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş x xxxxxxxx 2014-cü il tarixdə 205.400 ABŞ dollarına ekvivalent olan 161.117,76 manat məbləğində mülki iddia təmin edilməli, 161.117,76 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dəymiş ziyanın ödənilməsi məqsədi ilə Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas xxxxlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345- 349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə xxxxlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə xxxxlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş 8 (səkkiz) il müddətə xxxxlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə xxxxlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş xxxxlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş xxxxlıqdan məhrum etmə cəzasının başlanğicı xx xxx 2018-ci il tarixdən hesablansın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə xxxxlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs olunsun, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş xxxxlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş xxxxlıqdan məhrum etmə cəzasının başlanğicı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş x xxxxxxxx 2014-cü il tarixdə 205.400 ABŞ dollarına ekvivalent olan 161.117,76 manat məbləğində mülki iddia təmin edilsin, 161.117,76 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dəymiş ziyanın ödənilməsi məqsədi ilə Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2yevə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.