Məhkəmə qərarları › İş №1(101)-134/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-134/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-134/2022 19.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 və müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi6 iştirakı ilə 12 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, 4 yanvar 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, xx xxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri, 9 avqust 1990-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “Lombard” fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 9ıda yaşayan, barəsində həbs qətimkan tədbir seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 240.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, 2020-ci ilin oktyabr-noyabr aylarında Türkiyə Respublikası İstanbul şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə və həmin şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşları X12, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 ilə tamah və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə və qabaqcadan əldə olunmuş razılığa uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələrin Azərbaycan Respublikasında qanunsuz dövriyyəsi həyata keçirildikdən sonra cinayətkar qrupun azərbaycanda olan üzvü Təqsirləndirilən şəxs4 adına "xxxx" ASC-də açılmış bank hesabları üzrə pul vəsaitlərinin digər hesablara köçürülməsinə, o cümlədən cinyətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən cinayətkar fəaliyyəti müqabilində Təqsirləndirilən şəxs3 çatdırılası pul vəsaitinin Təqsirləndirilən şəxs4 bank hesabına köçürülərək Təqsirləndirilən şəxs3 çatdırılmasına tamah niyyəti ilə əvvəlcədən razılıq vermiş, ümumi cinayətkar niyyətə və qabaqcadan əldə olunan razılığa uyğun olaraq o, 3 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Türkiyə Respublikası İstanbul şəhərində cinayətkar qrupun istintaqa məlum olmayan üzvündən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə iki ədəd “Corn Flakes” və bir ədəd “Coco Pops” şirniyyat paketinin içində gizlədilmiş külli miqdarda, təsiredici miqdarı 4095 qram olan 13.650 ədəd preqabalin güclü təsiredici maddəsinin, 2 ədəd “Nestle Nesquik” plastik qutularının içində gizlədilmiş 3 bükümdə külli miqdarda, 552,9 qram kokain narkotik vasitəsinin, bir ədəd “Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusunun içərisində gizlədilmiş təsiredici miqdarı külli miqdarda, 51,54 qram olan 283 ədəd MDMA (metiiendioksimetamfetamin) maddəsinin, “Bebelac” uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə gömrük nəzarətindən gizlədilmiş külli miqdarda, 971,5 qram olan metamfetamin psixotrop maddəsinin yerləşdirilərək saxlanıldığı üzərinə “X45” sözləri yazılmış sarı rəngli çamadanı 1500 manat müqabilində Bakı şəhəri, Yasamal rayonunda Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 təhvil vermək üçün tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, saxlamış, 3 noyabr 2021-ci il tarixdə saat 21 radələrində J2 126 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri ondan götürərək 250 ABŞ dollar müqabilində Azərbaycan Respublikasında qanunsuz dövriyyəsini həyata keçirmək üçün Təqsirləndirilən şəxs3 təhvil verilməsi məqsədi ilə sonuncunun tapşırığına əsasən 4 noyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 10 ünvanına getmiş, həmin gün saat 16:40-da cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 həmin maddələri qeyd olunan ünvanda ondan təhvil aldıqdan sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən həmin gün saat 17 radələrində 1500 ABŞ dolları müqabilində həmin maddələri cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 götürürək qanunsuz dövriyyəsini həyata keçirmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, “Tri Korona” adlanan yaşayış massivinin yaxınlığına getmiş, həmin gün saat 17 radələrində həmin maddələri Təqsirləndirilən şəxs2 təhvil alarkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılsa da, Təqsirləndirilən şəxs3 hadisə yerindən qaçmağa nail olmuş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu həmin gün saat 20:10-da ünvan 11 ünvanında saxlanılmış, daha sonra cinayətkar qrupun digər üzvünün müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs4 5 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, "Neftiçilər” Metro Stansiyasının çıxışında saxlanılmışdır; həmçinin o, istintaqa məlum olmayan vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,193 qram kokain narkotik vasitəsini qəsdən əldə etmiş, daşıyaraq ünvan 12 ünvanında yaşadığı mənzildəki dolabın yuxarı rəfində olan kiçik ölçülü karton qutunun içərisində 1 ədəd şəffaf selofan bükümdə saxlamış, 4 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, 2020-ci ilin oktyabr-noyabr aylarında əvvəlcədən tanıdığı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3, onun vasitəsi ilə Türkiyə Respublikası İstanbul şəhərində yaşayan X12 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər və həmin şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə tamah və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinə, ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələrin Azərbaycan Respublikasında qanunsuz dövriyyəsi həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs4 adına Bakı şəhərində fəaliyyət göstərən "xxxx" ASC-də açılımış bank hesabları üzrə pul vəsaitlərinin digər hesablara köçürülməsinə, o cümlədən cinyətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən cinayətkar fəaliyyəti müqabilində qrupun üzvü Təqsirləndirilən şəxs3 çatası pul vəsaitinin Təqsirləndirilən şəxs4 bank hesabına köçürülərək Təqsirləndirilən şəxs3 çatdırılmasına tamah niyyəti ilə əvvəlcədən razılıq vermiş, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1, 3 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Türkiyə Respublikası İstanbul şəhərində cinayətkar qrupun istintaqa məlum olmayan üzvündən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə iki ədəd “Corn Flakes” və bir ədəd “Coco Pops” şirniyyat paketinin içində gizlədilmiş külli miqdarda, təsiredici miqdarı 4095 qram olan 13.650 ədəd preqabalin güclü təsiredici maddəsinin, 2 ədəd “Nestle Nesquik” plastik qutularının içində gizlədilmiş 3 bükümdə külli miqdarda, 552,9 qram kokain narkotik vasitəsinin, bir ədəd “Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusunun içərisində yerfıstığının altında gizlədilmiş təsiredici miqdarı külli miqdarda, 51,54 qram olan 283 ədəd MDMA (metilendioksimetamfetamin) maddəsinin, "Bebelac” uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə gömrük nəzarətindən gizdilmiş külli miqdarda, 971,5 qram olan metamfetamin psixotrop maddəsinin yerləşdirilərək saxlanıldığı üzərinə ‘X45" sözləri yazılmış sarı rəngli çamadanı 1500 manat müqabilində Bakı şəhəri, Yasamal rayonunda ona çatdırmaq üçün tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, saxlamış, həmin tarixdə saat 21 radələrində J2 126 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, Təqsirləndirilən şəxs2 Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Təqsirləndirilən şəxs1 götürərək 250 ABŞ dollar müqabilində Azərbaycan Respublikasında qanunsuz dövriyyəsini həyata keçirmək üçün Təqsirləndirilən şəxs3 təhvil verilməsi məqsədi ilə sonuncunun tapşırığına əsasən 4 noyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 10 ünvanına getmiş, həmin gün saat 16:40-da Təqsirləndirilən şəxs2 həmin maddələri qeyd olunan ünvanda cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 təhvil aldıqdan sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən həmin gün saat 17 radələrində 1500 ABŞ dolları müqabilində həmin maddələri cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 götürürək qanunsuz dövriyyəsini həyata keçirmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, “Tri Korona” adlanan yaşayış massivinin yaxınlığına getmiş, həmin gün saat 17 radələrində həmin maddələri Təqsirləndirilən şəxs2 təhvil alarkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılsa da, Təqsirləndirilən şəxs3 hadisə yerindən qaçmağa nail olmuş, lakin keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 20:10-da ünvan 11 ünvanında saxlanılmış, daha sonra cinayətkar qrupun digər üzvünün müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs4 5 noyabr 2020- ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, "Neftiçilər” Metro Stansiyasının çıxışında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ona görə ki, o, 2020-ci ilin oktyabr-noyabr aylarında Azərbaycan Respublikasında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4, həmçinin Türkiyə Respublikası İstanbul şəhərində X12 və onun vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər və Təqsirləndirilən şəxs1 ilə tamah və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinə razılıq vermiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 250 ABŞ dolları müqabilində həmin maddələrin Təqsirləndirilən şəxs1 götürərək Azərbaycan Respublikasında qanunsuz dövriyyəsini həyata keçirmək məqsədi ilə ona təhvil verilməsinə tapşırıq vermiş, Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələrin Azərbaycan Respublikasında qanunsuz dövriyyəsi həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs4 adına Bakı şəhərində fəaliyyət göstərən "Unibank” ASC-də açılmış bank hesabları üzrə pul vəsaitlərinin digər hesablara köçürülməsi və cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən cinayətkar fəaliyyəti müqabilində ona çatası pul vəsaitinin Təqsirləndirilən şəxs4 bank hesabına köçürülərək ona çatdırılmasına tamah niyyəti ilə əvvəlcədən razılıq vermiş, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 3 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Türkiyə Respublikası İstanbul şəhərində cinayətkar qrupun istintaqa məlum olmayan üzvündən malların aşkar edilməsini çətinləşdirən üsullardan İstifadə edilməklə iki ədəd "Corn Fiakes” və bir ədəd “Coco Pops” şirniyyat paketinin içində gizlədilmiş külli miqdarda, təsiredici miqdarı 4095 qram olan 13.650 ədəd preqabalin güclü təsiredici maddəsinin, 2 ədəd “Nestle Nesquik” plastik qutularının içində gizlədilmiş 3 bükümdə külli miqdarda, 552,9 qram kokain narkotik vasitəsinin, bir ədəd Emsal kuruyemiş silindr formalı şirniyyat qutusunun içərisində yerfıstığının altında gizlədilmiş təsiredici miqdarı külli miqdarda, 51,54 qram olan 283 ədəd MDMA (metilendioksimetamfetamin) maddəsinin, "Bebelac" uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə gömrük nəzarətindən gizdilmiş külli miqdarda, 971,5 qram olan metamfetamin psixotrop maddəsinin yerləşdirilərək saxlanıldığı üzərinə “X45” sözləri yazılmış san rəngli çamadanı 1500 manat müqabilində Bakı şəhəri, Yasamal rayonunda ona çatdırmaq üçün tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, saxlamış, həmin tarixdə saat 21 radələrində J2 126 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 onun tapşırığına əsasən Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş həmin maddələri Təqsirləndirilən şəxs1 götürərək 250 ABŞ dollar müqabilində Azərbaycan Respublikasında qanunsuz dövriyyəsini həyata keçirmək üçün ona təhvil verilməsi məqsədi ilə 4 noyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 10 ünvanına getmiş, həmin gün saat 16:40-da Təqsirləndirilən şəxs2 həmin maddələri qeyd olunan ünvanda cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 təhvil aldıqdan sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, Təqsirləndirilən şəxs3 cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən həmin gün saat 17 radələrində 1500 ABŞ doWarı müqabilində həmin maddələri cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 götürürək qanunsuz dövriyyəsini həyata keçirmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, “Tri Korona” adlanan yaşayış massivinin yaxınlığına getmiş, həmin gün saat 17 radələrində həmin maddələri Təqsirləndirilən şəxs2 təhvil alarkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılsa da, o, hadisə yerindən qaçmağa nail olmuş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:10-da ünvan 11 ünvanında saxlanılmış, daha sonra cinayətkar qrupun digər üzvünün müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs4, 5 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, "Neftİçilər” Metro Stansiyasının çıxışında saxlanılmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs4 təqsirləndirilir ona görə ki, o, 2020-ci ilin oktyabr-noyabr aylarında əvvəlcədən tanıdığı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3, Türkiyə Respublikası İstanbul şəhərində yaşayan X12 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə və həmin şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinə, ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələrin Azərbaycan Respublikasında qanunsuz dövriyyəsi həyata keçirildikdən sonra onun adına Bakı şəhərində fəaliyyət göstərən "xxxx" ASC-də açdımış bank hesabları üzrə pul vəsaitlərinin digər hesablara köçürülməsinə, o cümlədən cinyətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən cinayətkar fəaliyyəti müqabilində qrupun üzvü Təqsirləndirilən şəxs3 çatası pul vəsaitinin onun bank hesabına köçürülərək sonuncuya çatdırılmasına tamah niyyəti ilə əvvəlcədən razılıq vermiş, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1, 3 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Türkiyə Respublikası İstanbul şəhərində cinayətkar qrupun istintaqa məlum olmayan üzvündən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə iki ədəd “Corn Flakes” və bir ədəd “Coco Pops” şirniyyat paketinin içində gizlədilmiş külli miqdarda, təsiredici miqdarı 4095 qram olan 13.650 ədəd preqabalin güclü təsiredici maddəsinin, 2 ədəd “Nestle Nesquik” plastik qutularının içində gizlədilmiş 3 bükümdə külli miqdarda, 552,9 qram kokain narkotik vasitəsinin, bir ədəd "Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusunun içərisində yerfıstığının altında gizlədilmiş təsiredici miqdarı külli miqdarda, 51,54 qram olan 283 ədəd MDMA (metilendioksimetamfetamin) maddəsinin, “Bebelac” uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə gömrük nəzarətindən gizdilmiş külli miqdarda, 971,5 qram olan metamfetamin psixotrop maddəsinin yerləşdirilərək saxlanıldığı üzərinə “X45” sözləri yazılmış sarı rəngli çamadanı 1500 manat müqabilində Bakı şəhəri, Yasamal rayonunda Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 çatdırmaq üçün tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, saxlamış, həmin tarixdə saat 21 radələrində J2 126 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, Azərbaycan Respublikasınin gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Təqsirləndirilən şəxs1 götürərək 250 ABŞ dollar müqabilində Azərbaycan Respublikasında qanunsuz dövriyyəsini həyata keçirmək üçün Təqsirləndirilən şəxs3 təhvil verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs3 tapşırığına əsasən 4 noyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 10 ünvanına getmiş, həmin gün saat 16:40 da Təqsirləndirilən şəxs2 həmin maddələri qeyd olunan ünvanında cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 təhvil aldıqdan sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun tapşırığına əsasən həmin gün saat 17 radələrində 1500 ABŞ dolları müqabilində həmin maddələri cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 götürürək qanunsuz dövriyyəsini həyata keçirmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, “Tri Korona" adlanan yaşayış massivinin yaxınlığına getmiş, həmin gün saat 17 radələrində həmin maddələri Təqsirləndirilən şəxs2 təhvil alarkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılsa da, Təqsirləndirilən şəxs3 hadisə yerindən qaçmağa nail olmuş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:10-da ünvan 13 ünvanında saxlanılmış, daha s,onra cinayətkar qrupun digər üzvünün müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs4, 5 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftiçüər” Metro Stansiyasının çıxışında saxlanılmışdır; bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qəsdən tamah və satış məqsədi ilə qanunsuz olaraq bir ədəd plastik dərman flakonunda təsir maddəsinin ümumi miqdarı 0,87 qram təşkil edən 87 ədəd açıqqəhvəyi rəngli narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan metandienon güclü təsiredici maddəsini əidə etmiş, üzərinə geyindiyi pencəyin sol iç cibində saxlamış, daşımış, 5 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23 L ünvanında yerləşən inzibati binasında əməkdaşlar tərəfindən üzərində şəxsi axtarış aparılarkən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.2 və 240.3.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs X4 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 1 az yaşlı övladı var, əri 2015-ci ildə vəfat etmiş, tutulmamışdan 7-8 ay bundan qabaq tanışları ilə məclisdə olarkən ilk dəfə olaraq metamfetamin psixotrop maddəsi və “nəşə” deyilən narkotik vasitə istifadə etməyə başlamış, həmin maddələri falqalara büküb istifadə etmiş, 2017-ci ildə Məmməd Məmmmədov adlı şəxslə qeyri-rəsmi nikahda yaşamış, Məmməd narkotik vasitə istifadəçisi olmuş, Məmməd narkotik vasitələri "Ziko” ləqəbli əsl adı Dadaş və ya Orxan olan şəxsdən əldə etmiş, həmin şəxs bəzi adamlara adını Orxan, bəzi adamlara Dadaş demiş, narkotik vasitənin pulunu Məmməd Dadaş adlı şəxsin bank hesabına köçürmüş, daha sonra kuryerlər vasitəsi ilə narkotik vasitəni Bakı şəhərində müvafiq yerlərə yerləşdirmiş, gizli nömrələrlə əlaqə saxlamışar və narkotik vasitəni yerləşdirildiyi yerdən Məmməd götürmüşdür. “Ziko” ləqəbli Dadaş deyilən şəxsin nömrəsi onun telefonuna yazılmış, həmin nömrələrin +90 546 855 414 77 və +**********1 nömrələri olmuş, daha sonra o, Məmməd deyilən şəxsdən ayrılmışı, ayrıldıqdan sonra Dadaş adlı şəxs onun istifadə etdiyi (055) ***-**-** nömrəsinə mesaj yazaraq Məmmədin narkotik vasitə istifadəsindən vəfat etdiyini bildirmiş, daha sonra o, öz istifadəsi üçün Dadaşla əlaqə saxlamış, narkotik vasitə əldə etmiş və həmin narkotik vasitəyə görə “Ziko” ləqəbli şəxsin ona təqdim etdiyi "xxxx" hesabında olan bank hesab nömrəsinə pulu köçürmüş və daha sonra kuryerlər onun nömrəsinə gizli nömrədən zəng edərək ünvanları bildirmişlər və o, ünvanlardan gedib narkotik və psixotrop maddələri götürüb istifadə etmişdir, onunla telefon əlaqəsi zamanı Dadaş adlı şəxsə maddi imkanının olmadığını bildirmiş, “Ziko” ləqəbli Dadaş adlı şəxs isə ona bütün xərclərini ödəyəcəyini təklif etmiş, onun Türkiyəyə gələcəyini, narkotik vasitələrinin yerləşdirildiyi əl yükünü götürəcəyini və Türkiyədən Azərbaycan Respublikasına aparacağını, həmin malların keçirilməsinə görə 1.500 manat pul ona verməyi təklif etmiş, “Ziko" ləqəbli şəxslə razılaşmış, 28 sentyabr 2020-ci ildə Türkiyə Respublikasına gedib 1 oktyabr 2020-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş, 28 sentyabr 2020-ci il tarixdə Türkiyədə olanda “Ziko” ləqəbli şəxs onu İstanbul şəhərində “X42” Otelində yerləşdirmiş, 1 oktyabr 2020-ci il tarixdə saat təxminən 13 radələrində əl yükünü ona vermiş və ona özünün təyin etdiyi reysdə heç bir problem olmayacağını bildirmiş, həmin yükü 1 oktyabr 2020-ci ildə Bakı şəhərinə gətirmiş və onun telefonuna gizli nömrədən zəng gəlmiş və ona Bakı şəhərində Tennis Akademiyasının yanında onunla görüşəcəyini bildirilmiş, o, da həmin şəxslə həmin binaların birinin yanında görüşmüş, həmin şəxs başını örtdüyü üçün sifəti yadından çıxdığına ona görə tam təsvir edə bilmir. Bundan sonra o, evə gəlmiş, Dadaş adlı şəxs onun Kapitalbank ASC-də olan hesabına 1.500 manat pul köçürmüşş, daha sonra, Bakıda olarkən əvvəllər tanıdığı Şehmuz adlı şəxslə telefonla danışmış və sonuncu onu İstanbula dəvət etmiş, biletini və oteli Şehmuz adlı şəxs almış, həmin şəxsin narkotik istifadəçisi olmamış, şəxsi əlaqələri olmuşdur. 28 oktyabr 2020-ci il tarixində İstanbul şəhərinə getmiş, hava limamnda onu Şehmuz adlı şəxs qarşılamış, onu oteldə yerləşdirmiş, səhər o, oteli tərk etmiş, axşam yenə görüşməli olduqlarını, lakin Şehmuz adlı şəxs ona zəng etmiş və və Covid-19 testi verdiyini, analizin pozitiv çıxdığını qeyd etmiş, 29 oktyabr 2020-ci İl tarixdə “Ziko ləqəbli" Dadaş onunla əlaqə saxlamış və ona lazım olduğunu, harada olduğunu soruşmuş və Dadaş da ona Türkiyə Respublikasında olduğunu bildirmiş, Dadaşa başqa şəxslə olduğunu, Dadaş isə oteli dəyişərək “X42” otelinə yerləşməyi bildirmiş, daha sona Dadaş ona Türkiyədən Azərbaycan Respublikasına narkotik vasitə keçirmək lazım olduğunu bildirmiş, o, 1.500 manat müqabilində yenidən narkotik vasitəni Türkiyədən Azərbaycan Respublikasına keçirmək lazım olduğunu təklif etmiş, həmin təkliflə razılaşmış, 03 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Dadaş özü otelə gələrək sarı rəngli çantanı ona vermiş, o, həmin əl yükünün içində narkotik vasitə olduğunu bilmiş, “Ziko” ləqəbli şəxs ona narahat olmamamasını, yoxlama zamanı açıb baxa biləcəklərini demiş, onda əminlik yaratmış, əl yükündə gizlədilmiş narkotik vasitənin aşkar edilməyəcəyini bildirmişdir. 4 noyabr 2020-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən hava limanında otaqda həmin çantaya yoxlama keçirilərkən müxtəlif şirniyyat paketlərinin içindən narkotik vasitələr aşkar olunmuş və həmin predmetlər gömrük əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüş, ümumilikdə təxminən külli miqdarda müxtəlif adda narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir; 2020-ci ilin sentyabr ayının əvvəllərində 100 manat müqabilində “Ziko” ləqəbli şəxsdən şəxsi istifadə üçün 1 bükümdə 0,3 qram çəkidə narkotik vasitə kokain əldə etmiş, həmin narkotik vasitəsini Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən hazırda yerini xatırlamadığı yaşayış məzilinin blokundan götürmüş, həmin ünvanın yerini o zaman “Ziko” ləqəbli şəxs «WhatsApp» proqramı vasitəsi ilə ona demişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində 100 manat müqabilində "Ziko" ləqəbli şəxsdən şəxsi istifadə üçün əldə etdiyi 1 bükümdə 0,3 qram çəkidə narkotik vasitə kokainin bir hissəsini burnuna çəkməklə istifadə etmiş, digər hissəsini isə yaşadığı ünvan 12 ünvanda dolapda kiçik bir karton qutunun içində saxlmış, evinə onun iştirakı ilə keçirilən baxış zamanı həmin kokain narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. 4 noyabr 2020-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirdiyi narkotik vasitə ilə Türkiyə Respublikasında 4 nəfər məşğul olmuş, onların hamısı cinayətkar qrupun üzvləri olmuş və onunla əsl adı Dadaş olduğunu bilən, bəzi şəxslərə adını Orxan kimi təqdim edən, ləqəbi “Ziko” olan, təxmini 37-38 yaşı olan şəxsin əlaqə saxlamış, digər 3 nəfər isə onunla yox, Azərbaycan Respublikasında olan həmin narkotik vasitələrin çatacağı digər şəxslərlə əlaqə saxlamış, “Ziko” ləqəbli şəxs heç kəsə səs göndərməmiş, sadəcə mesaj yazmış, sadəcə 1 dəfə görüntülü danışmışdır Təqsirləndirilən şəxs2 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 7-8 ildir tanımış, uşaqlıqları bir yerdə keçmiş, yaxın dost olmuşlar, Rəsul heç vaxt narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, o, özü narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmuş, 04 noyabr 2020-ci il tarixdə o və Rəsul sonuncunun taksi kimi idarə etdiyi avtomobilini usta yanında düzəltdirərkən, Şamxal adlı tanışı Rəsula zəng edərək Türkiyədən Bakı şəhərinə Samirə adlı qadının vasitəsilə çanta gətirildiyini, çantada qızılzinyət əşyaları, antikvariat mallarının və kiçik xalçanın olmasını, həmin çantanın X16 evinə çatdırmaq lazım olduğunu, həmin qadının Yasamal rayonu ərazisində olduğunu, qadının uşağının xəstə olması ilə əlaqədar evdən çıxa bilmədiyini demişdir. Rəsul Şamxalın xahişi ilə razılaşmamış, avtomobilinin xarab olduğunu, nə vaxt düzələcəyini bilmədiyini demişdir. Rəsul Şamxalla danışdıqdan sonra sonuncunun sözlərini ona demiş, o, özü Şamxalla danışmış, Şamxal ona həmin işi görəcəyi təqirdə 200 manat pul verəcəyini demiş, onun pula ehtiyacı olduğundan Şamxalın təklifi ilə razılaşmış, bundan sonra Şamxal ona Samirə adlı qadının mobil telefon nömrəsini göndərmiş, o, taksi çağıraraq Günəşli qəsəbəsindən Yasamal rayonu ərazisinə getmiş, Samirə ilə görüşərək içərisində qızıl-zinyət əşyaları, antikvariat malları və xalça olduğunu fikirləşdiyi çantanı Samirədən almış, çantanı götürdükdən sonra pulu olmadığına görə Rəsula zəng edərək əgər Yasamal rayonu ərazisindədirsə onu da götürməsini xahiş etmiş, Rəsul ona artıq avtomobilini düzəltdirdiyini, 20 yanvar metrostansiyası yaxınlığına müştəri apardığını, müştərini düşürdükdən sonra onun arxasınca gələcəyini demiş, Samirədən içində nə olduğunu bilmədiyi çantanı qəbul etdikdən sonra ona Gömrük idarəsinin təxminən 20 nəfər əməkdaşları yaxınlaşaraq tutmuşlar, gömrük idarəsinin əməkdaşlarının tapşırığı ilə Rəsula zəng edərək gəlib onu Yasamal rayonu ərazindəki «Tri karona» adlanan yerdən götürməsini demişdir. Bundan sonra onu Gömrük idarəsinə aparmışlar, orada gömrük əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, xəsarətlər almış, Rəsula qarşı həqiqətə uyğun olmayan ifadələr verməyə məcbur edilmiş, Rəsulun da təzyiqlərə məruz qaldığını görmüş, ondan tələb edilmişdir ki, onun özünün və Rəsulun da Samirədən götürdüyü çatada narkotik vasitələr olmasından xəbərlərinin olması barədə ifadə versin, təzyiqlər nəticəsində ibtidai istintaq zamanı həqiqətə uyğun olmayan izahat və ifadələr vermiş, ifadələri ona oxunmamış, ifadələri saxtalaşdırılmış, 18 iyun 2021-ci il tarixli dindirmə protokolunu imzalamaqdan imtina etsə də, lakin cinayət işi ilə tanış olarkən həmin ifadənin onun əvəzinə başqa şəxs tərəfindən imzalandığı məlum olmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadəsində daimi iş yerinin olmadığını, narkotik maddələrdən və psixotrop maddələrdən 2 ildən çoxdurki İstifadə etdiyini, Təqsirləndirilən şəxs3 7-8 ildir tanıdığını və Təqsirləndirilən şəxs3 bacısının həyat yoldaşı Ziya adlı tanışına görə tanıdığını, Ziya ilə tanışlığının hər ikisinin uşaqlıqda sovetski kimi bilinən yerdə yaşadıqları vaxtdan yarandığını və sonradon Ziya Rəsulun bacısı İlə boşanıb Rusiyaya köçsə də, Rəsulla əlaqəsinin davam etdiyini, 2020-ci ilin yay aylarından Rəsulun narkotik və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olduğunu bildirmiş, onun sifarişi ilə müxtəlif ölkələrdən Azərbaycana narkotik gətirildiyini və satdığını, uzun müddət görüşmədiyini və 3 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 onun nömrəsinə (055) ***-**-** saylı nömrədən zəng edib görüşmək İstədiyini qeyd etmiş. Rəsulun onun yanına gəldiyini, onunla bir qədər müxtəlif mövzularda söhbət etdiyini və sonra sağollaşdığını bildirmiş, Rəsulun 3 noyabr 2020-ci il tarixdən əlavə 4 noyabr 2020-ci il tarixdə ona zəng etdiyini, saat 12-13 radələrində Rəsulla telefonda danışanda Türkiyədən Şamxal adlı bir nəfər azərbaycanlının Bakıya mal göndərdiyini və həmin malı gedib götürülməli olduğunu qeyd etmiş, o, malın nə olduğunu soruşanda Rəsulun çamadanda narkotik və psixotrop maddələrin olduğunu, həmin malın gömrükdən gizli olaraq keçirildiyini, həmin malı bir nəfər azərbaycanlı qızın Türkiyədən gizli şəkildə təyyarə ilə Azərbaycana gətirdiyini və gömrükdən də gizli şəkildə keçirdiyini qeyd etmiş, ilkin danışıq zamanı da, 3 noyabr 2020-ci il tarixdə onunla danışan zamanı qız vasitəsi ilə narkotik vasitə və psixotrop maddənin Türkiyədən Azərbaycana keçiriləcəyi barədə ona məlumat verdiyini, gedib bu malı həmin qızdan götürüb Bakıda çatası adama, yəni sifarişçiyə verməli olduğunu bildirmiş, o, Rəsuldan niyə malı özünün götürmədiyini soruşduqda, Rəsul isə ona, malı gətirən qıza görsənmək istəmədiyini bildirmiş, Rəsul bu işdən 500 dollar pul götürəcəyini demiş, işi birlikdə görəcəyi təqdirdə yarı-yarı bölüşüb ona 250 dollar verəcəyini bildirmiş, o, da, maddi imkanı aşağı olduğu üçün pula ehtiyacı olduğundan Rəsulla razılaşmış və ona problemin olmadığını, işi görə biləcəklərini qeyd etmiş, Rəsuldan malı harda götürmək lazım olduğunu soruşduqda, malı gətirən qızın 04 noyabr 2020-ci il tarixdə Yeni Yasamal tərəfdə olacağını, Yeni Yasamalda olan «Bizim market”in yanına gedib onu gözlədiyini, bir qədər keçdikdən sonra, taksiyə minib Rəsulun dediyi həmin yerə getdiyini, oraya çatanda Rəsula zəng etdiyinə bildirmiş, onunla telefonla danışanda “İnşaatçılar” metrostansiyası tərəfdə “Günəş” petrolun yanında olduğunu, bir neçə dəqiqəyə çatacağını bildirmişdir. Rəsul əvvəlcədən qızla onun danışıb görüşməli olduğunu dediyi üçün ona kontur vurmasını söylədiyini bildirmiş, onun da kontur göndərdiyini, bir qədər keçdikdən sonra, Rəsulun idarə etdiyi maşınla “Bizim Market”in yanına gəldiyini və onun maşınına oturduğunu, maşında da bir qədər söhbət etdikdə Rəsulun Türkiyədən gələn həmin yükdə çoxlu miqdarda kokain, metamfetamin və preqabalin var deyib işin böyük iş olduğunu söylədiyini, ona öz telefonundan qızın nömrəsini göstərmiş və öz telefonundan qıza yığdığını bildirmiş, həmin qızın nömrəsini ona Şamxalın göndərdiyini qeyd etmiş, (070) ***-**-** saylı nömrəni Rəsulun telefonundan baxıb öz telefonunda yığdığını və həmin qızla danışmağa başlamamışdan qabaq Rəsulun onun səsini «WhatsApp» vasitəsilə yazıb narkotiki Türkiyədən göndərən Şaxmal adlı həmin şəxsə göndərdiyini qeyd etmiş, o, qızla danışanda qızın adının Samirə olduğunu öyrənmiş, Samirə ilə telefonla danışan zannan Türkiyədən gətirdiyi malı ondan götürməli olduğunu və harada görüşə biləcəklərini soruşduğunu, Samirənin ondan harada olduğunu soruşduqda Yeni Yasamalda «Bizim market”in yanında olduğunu demiş, Samirə də, ona yuxarı tərəfdə qalmağını və “Ləziz" restoranının yanında onu gözləməyini demiş, həmin restoranın onların Rəsulla dayandıqları yerdən 200-300 metr yuxarıda olduğunu və Samirənin onu "Ləziz” restoranının yanına çağırdığını, Rəsula deyəndə Rəsul maşından düşüb həmin yerə piyada gedəcəyini bildirmiş, onun da maşınla onun arxası ilə qalxacaq. Rəsul qızla görüşüb malı təhvil alandan sonra, bir taksiyə minib, şəhər tərəfə getməyini bildirmiş, Rəsulun onu izləyib və bir qədər aralanandan sonra, ona zəng edib, taksidən düşüb maşına qayıtmağını, belə təhlükəsiz olacağını söylədiyini qeyd etmişdir. Rəsulun bu şəkildə malı təhvil alandan sonra, Şamxala xəbər edəcəyini və içi narkotiklə yüklü olan çamadanı Bakı şəhərində kimə təhvil veriləcəksə aparıb orada həmin şəxsə təhvil verməli olduğunu demiş, həmin çamadanı sifarişçiyə təhvil verəndən sonra, pulu bölüşəcəklərini və onun payını verəcəyini bildirmiş, Samirə adlı həmin xanımla danışandan və Rəsulla bu məsələləri razılaşdırdıqdan sonra, maşından düşdüyünü və piyada “Ləziz” restoranına tərəf qalxmağa başladığını, Samirə adlı xanımla zəngləşib görüşən vaxtı bir neçə nəfərin onlara yaxınlaşdığını və gömrük xidmətinin əməliyyatçıları olduqlarını bildirib onu maşına apardıqlarını, bundan sonra, o, əməliyyat işçilərinin yanında olan onun telefonuna zəng gəldiyini, əməliyyatçılar telefonu ona verdikdən sonra, o danışanda zəng edən özünü təqdim edib adının Şamxal olduğunu demiş və Rəsulun zəng etdiyini, lakin o telefonu götürmədiyi üçün onunla danışa bilmədiyini bildirmiş və harada olduğunu soruşduğunu demiş, o, da, ümumi cavab verərək malın onda olduğunu, Rəsulun özünü qəribə apardığını, buna görə zənglərini götürmədiyini demiş, Şamxalın ona «WhatsApp» vasitəsilə həm zəng etdiyini, həm də yazdığını qeyd etmişdir. Şamxalın ona zəng etdiyi və yazdığı nömrələr (055) ***-**-** saylı və +**********01 saylı nömrələr olduğunu bildirmiş, o, "Şamxal" adlı şəxsi əvvəllər tanımadığını, Rəsul deyəndən sonra o şəxsin adının Şamxal olduğunu öyrəndiyini, Rəsulun malı Türkiyədən həmin şəxsin göndərdiyini və Bakıda kimə çatacağını həmin şəxsin deyəcəyini, o, Təqsirləndirilən şəxs3 ilə dövriyyəsində sövdələşdiyi qanunsuz predmetləri Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirən X5 barədə həmin xanımı əvvəl tanımadığını, 4 noyabr 2020ci il tarixdə ilk dəfə Rəsul onun nömrəsini dedikdən sonra, telefonla danışdığım və həmin gün, saat 15-16 radələrində də gömrükdən gizli yolla keçirib gətirdiyi narkotik yükünü təhvil almaq üçün görüşdüyünü, malı kimin təhvil alacağını dəqiq bilmədiyini, bunu ona Rəsulun deyəcəyini, həmin şəxslə Rəsulu Şamxalın əlaqələndirəcəyini, Rəsulla razılaşmış olduqları narkotiki Samirədən təhvil alandan sonra, Rəsulla görüşəcəkləri və malı aparıb sifarişçiyə təhvil verəcəklərini bildirmişdir. Bununla yanaşı, o, ifadəsində iki ildən çoxdur ki, müxtəlif narkotiklərdən və psixotrop maddələrdən istifadə etdiyini, aradabir nəişə kimi bilinən marixuana, "kakos” kimi bilinən heroin, qara deyilən tiryək narkotik maddələrindən istifadə etdiyini, həmçinin, "şüşə" və yaxud patı deyilən metamfetamin da çəkdiyini, lirika kimi tanına preqabalin həbləri də atdığını, ümumilikdə demək olar ki, bütün narkotik və psixotrop maddələrin və yaxın zamana kimi daimi istifadə etdiyim, istifadə etdiyi maddələri Bakı şəhərində tanımadığını, müxtəlif şəxslərdən aldığını, o, əvvəllər narkotik vasitələrin, psixotrop, yaxud güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi, eləcə də, qaçaqmalçılıq cinayətlərini törətmədiyini, əvvəllər narkotik vasitə satmadığını və qaçaqmalçılıq etmədiyini, ona məxsus mobil telefon aparatına keçirilmiş baxış zamanı bir nəfər iranlı şəxsin ona qaçaqmalçılıq yolu ilə narkotik maddə göndərməsi ilə bağlı danışıqların olduğunun müəyyən edildiyini və həmin iranlı şəxsi tanımadığını, həqiqətən də bu barədə danışıq olduğunu bildirmişdir. Belə ki, istifadə etməyi üçün iranlıya ona gömrükdən keçirib narkotik göndərməyini istədiyini qeyd etmişdir (4-cü cild iş vər 22-25) Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 7-8 ildir ki tanımış, sonuncu ilə uşaqlıqları bir yerdə keçmiş, yaxın dost olmuşlar, o, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və alqı-satqısı, daşınması, qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. 04 noyabr 2020-ci il tarixdə Cəmil və o, onun taksi kimi idarə etdiyi avtomobilini usta yanında düzəltdirərkən, ona Şamxal adlı tanışı zəng edərək Türkiyədən Bakı şəhərinə Samirə adlı qadının vasitəsilə çanta gətirildiyini, çantada qızıl-zinyət əşyalarının, antikvariat mallarının və kiçik xalçanın olmasını, həmin çantanı X16 evinə taksi kimi çatdırmaq lazım olduğunu, həmin qadının Yasamal rayonu ərazisində olduğunu, qadının uşağının xəstə olması ilə əlaqədar evdən çıxa bilmədiyini demişdir. O, Şamxalın xahişi ilə razılaşmamış, avtomobilinin xarab olduğunu, nə vaxt düzələcəyini bilmədiyini demişdir. Şamxalla danışdıqdan sonra sonuncunun sözlərini Cəmilə danışmış, Cəmil özü Şamxalla danışmış, Cəmil Şamxalın təklifi ilə razılaşmış, taksi çağıraraq Günəşli qəsəbəsindən Yasamal rayonu ərazisinə getmişdir. O, avtomobilini düzəltdirdikdən sonra müştəri mindirərək müştərini 20 Yanvar metrostansiyası yaxınlığına apararkən yolda Cəmil ona zəng vurmuş, taksiyə verməyə pulunun olmadığını demiş və gəlib onu (Cəmili) Yasamal rayonu ərazindəki «Tri korona» adlanan yerdən götürməsini xahiş etmişdir. Bundan sonra o, 20 Yanvar metrostansiyası yaxınlığında müştərini düşürmüş, Cəmilin bildirdiyi yerə, yəni «Tri korona» adlanan yerə çatarkən bir neçə mülki geyimli şəxsin onun avtomobilini saxlatdırmaq və onu avtomobildən düşürmək istədiklərini görüb, həmin şəxslərin X43 idarəsinin əməkdaşlarının olduğunu, özünə məxsus «Saipa» markalı avtomobili çox vaxt inzibati qanun pozuntuları ilə idarə etdiyinə görə onu saxlayaraq cərimə meydançasına aparmaq istədiklərin fikirləşib, avtomobilini saxlamayaraq bir neçə avtomobili əzərək sürüb oradan uzaqlaşmış və evinə getmişdir. Həmin gün, yəni 04 noyabr 2021-ci il tarixdə saat 20-21 radələrində dövlət Gömrük idarəsinin əməkdaşları onun Yeni Günəşli qəsəbəsi, Massiv D, ev 28 ünvanına gələrək kobud formada, təzyiqlər göstərərək «Hyundai Sonata» markalı avtomobildə Gömrük idarəsinə aparmışlar, idarədə «Anar» adlı əməkdaşın xidməti otağına aparılmış, həmin otaqda və idarənin başqa otaqlarında onu tutan əməkdaşlar tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalmış, yalan, saxta, həqiqətə uyğun olmayan ifadələr verməyə məcbur edilmiş, özü ilə bərabər atasının və ailə üzvlərinin həbs ediləcəyi ilə hədələnmiş, eyni zamanda digər otaqda olan dostu Cəmilə də ona edilənlər edilmiş, Təqsirləndirilən şəxs2 yalandan onun üzünə durmağa və ona qarşı yalan ifadələr verməyə məcbur etmişlər. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələrinin heç birini təsdiq etmir, həmin ifadələri təzyiq altında vermiş və imzalamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 verdiyi ifadəsində 2015-ci ildən bəri taksi sürücüsü olduğunu, 5 il bundan əvvəl avtomobilinə müştəri kimi əyləşmiş Şamxal adlı şəxslə əlaqələrinin yarandığını, həmin şəxslə söhbət edərkən şəxsin ona narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu bildirdiyini, həmin vaxtlarda yaşının az olması səbəbindən narkotik vasitələrin necə bir şey olmasının ona maraqlı gəldiyini, buna görə də Şamxaldan ona marixuana təşkil etməsini istədiyini və bu qaydada bir neçə dəfə Şamxaldan marixuana narkotik vasitəsi alaraq istifadə etdiyini, elə həmin vaxtlardan Şamxallə dostluq münasibətlərim yarandığını və mütəmadi olaraq əlaqə saxladıqlarını, təqribən 2 il olar ki, Şamxalın Türkiyə Respublikasında yaşadığını və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu, həmçinin Azərbaycanda narkotik almaq istəyən şəxsin Şamxalın mobil nömrəsinə «WhatsApp» vasitəsilə yazdığını və Şamxalın ona plastik bank kartının şəklini göndərdiyini, müştərinin həmin karta pulu göndərdikdən sonra Şamxalın müştəriyə Bakı şəhərində müəyyən bir yer deyərək müştərinin də həmin yerdən narkotiki götürdüyünü söyləmiş, o, eyni zamanda ifadəsində Şamxalın «WhatsApp» vasitəsilə ona zəng vuraraq istanbul şəhərindən Bakı şəhərinə narkotik vasitələr göndərəcəyini və həmin narkotik vasitələri onun deyəcəyi şəxsə çatdırmağın müqabilində ona 1.500 ABŞ dolları verəcəyini söylədiyini, özünün isə səhhətində müəyyən problemlər olduğu üçün və pula ehtiyacı olduğu üçün təklifi ilə razılaşdığını, Şamxalın narkotik vasitələr olan çantanın bir qızda olduğunu, həmin qızla Yeni Yasamal qəsəbəsində görüşərək təhvil almağı və “Çıraq plazanın” yanma gedərək orada gözləyəcək şəxsə çatdırmağı ona söyləməsini, qızın (070) ***-**-** mobil nömrəsini və qəbul edəcək şəxsin +**********0 mobil nömrəsini də ona göndərdiyini, Şamxalın ona verəcəyi 1.500 ABŞ dollarını Təqsirləndirilən şəxs4 götürəcəyini, Samirin də Neftçilər metro stansiyasının yaxınlığında lombardda İşlədiyini, öz bildiyi qədərlə də Şamxalın Azərbaycana pul göndərməli olduqda Samirin plastik kartına göndərdiyini, bu işi başqa bir adam vasitəsilə etməyi düşündüyünü, əvvəllər tanıdığı və narkotik vasitələrdən istifadə etdiyini bildiyi Təqsirləndirilən şəxs2 zəng vuraraq Şamxalın ona etdiyi təklif barədə məlumat verdiyini, əgər narkotik vasitələr olan çantanı qəbul edib deyiləcək şəxsə çatdırarsa ona 250 ABŞ dolları pul verəcəyini, Cəmilin onunla razılaşdığını və özünün də bu barədə Şamxala məlumat verdiyini, daha sonra Cəmilə zəng vuraraq Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində “Bizim marketin" yanına gəlməsini bildirdiyini, saat 15 radələrində Cəmillə görüşdüklərini, Cəmilə onun idarə etdiyi avtomobilə oturduqdan sonra Şamxalın ona göndərdiyi nömrəyə zəng vurmasını və çantanı götürəcək şəxs olduğunu deməsini bildirdiyini, Cəmilin də qızın nömrəsinə zəng vuraraq dediklərini həmin qıza çatdırdığını, qızın da Yeni Yasamalda '‘Ləziz" restoranının yanına gəlməsini dediyini, özünün isə Cəmilə çantanı aldıqdan sonra yoldakı taksilərdən birinə əyləşməsini və şəhər tərəfə getməsini dediyini, Cəmilin çantanı götürərək taksiylə şəhərə gedəcəyi və onun da öz avtomobili ilə həmin taksini izləyəcəyini, daha sonra isə görüşüb çantanı Şamxalın dediyi şəxsə çatdıracaqları barədə razılaşdıqlarını, bununla da onun yaranacaq hər hansı problemi Cəmilin üstünə ataraq məsuliyyətdən yaxa qurtaracağım düşündüyünü, Cəmilin avtomobildən düşərək “Ləziz” restoranının yanına getməyə başladığını, bir neçə dəqiqə sonra Cəmilə zəng etdiyini, lakin həmin şəxsin onun zənglərinə cavab vermədiyini, daha sonra Şamxalla əlaqə saxlayaraq Cəmilin telefonu açmadığını dedikdən sonra Cəmilin nömrəsini göndərməsini istədiyini, bir qədər sonra yenidən Cəmilə zəng etdiyi zaman onun telefonu açdığını və “tri koronanın" yanında olduğunu, həmçinin çantanın olduğunu bildirdiyini, Cəmilə “Çıraq plazanın” yanına getməsini dedikdə isə ona taksiyə verməyə pulu olmamasını bildirdiyini, bundan sonra isə “ona gözlə gəlirəm sənə taksi pulu verməyə” dediyini, özünün “tri koronanın" yanına getdiyini və Cəmilə zəng vuraraq yerini dediyini, bu zaman bir neçə şəxsin ona yaxınlaşaraq avtomobildən düşməsini söyləmələrini, özünün isə dərhal avtomobili ilə ərazidən uzaqlaşaraq evə getdiyini, təqribən bir saat sonra çölə çıxaraq yaşadığı binanın qabağına getdiyini, bu zaman bir neçə şəxsin ona yaxınlaşaraq gömrük əməkdaşları olduqlarını bildirib onlarla getməli olduğunu bildirmələrini qeyd etmiş, o, Şamxal Məmmədovun +**********01 və (055) 452- 72-94 mobil nömrələrini istifadə etdiyini, öz mobil telefonunda isə dedikləri barədə Şamxalla “WhatsApp” proqramında danışıqların olduğunu bildirmiş, Təqsirləndirilən şəxs3 həmçinin təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi zamanı özünün narkotik vasitə istifadəçisi - marixuana istifadəçisi olduğunu, Təqsirləndirilən şəxs4 narkotik vasitə satdığını eşitdiyini, lakin ondan narkotik vasitə almadığını bildirmişdir (1-ci cild iş vərəqi 237-241) Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3, 240.3.2 və 240.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddələrin satışı ilə məşğul olmamış, ilkin dindirmə zamanı şübhəli və təqsirlənsirilən şəxs qismində verdiyi ifadələrdən məlumatsızdır, adına olan bank hesablarından pul vəsatininın çıxarılması narkotik vasitələrin alqı-satıqısı ilə bağlı olmamışdır, cinayət işinin materiallarında olan dindirmə protokollarındakı ifadələrini təsdiq etmir, həmin ifadələri o, imzalamamışdır. Müxtəif şəxslərlə yazışmalarında istifadə etdiyi «Qara» və «Qara köynək» sözləri adi paltar olan qara rəngli köynəklərdən söhbət getmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş verdiyi Təqsirləndirilən şəxs4 6 noyabr 2021-ci il tarixli ifadəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 74 ünvanında yerləşən lombardı işlətdiyini, mobil telefon və digər elektron əşyaları girov müqabilində qəbul etməklə müəyyən faizlə vətəndaşlara nağd pul verməkdən ibarət olduğunu bildirmiş, təqribən 5 il bundan “Neftçilər” metro stansiyası yaxınlığında işlədiyi telefon mağazasında Təqsirləndirilən şəxs3 ilə tanış olduğunu, vaxt keçdikcə Rəsulla dostluq münasibətlərinin yarandığını, 2020-ci ilin oktyabr ayında Rəsulun ona zəng vuraraq ona plastik bank kartı lazım olduğunu və əgər kartını versə bunun müqabilində 150 manat pul verəcəyini dediyini, onun isə Rəsulla razılaşdığını və ona məxsus "xxxx" plastik kartı verdiyini və ondan 150 manat pul aldığını bildirmişdir. 2020-ci ilin sonlarında işdən çıxdıqdan sonra Rəsulla görüşdüyünü, onun avtomobilində yol gedərkən Rəsulun ona Bibiheybət tərəfdə yerə çanta qoyduqlarını, gedib onu götürəcəklərini qeyd etmiş, o, çantada nə olduğunu soruşduqda çantanın içərisində narkotik maddələrin otduğunu və onunla getməyə etiraz etmədiyini, Rəsulla birlikdə Bibiheybət tərəfdə dəniz qırağında tam dəqiq tanımadığı bir yerə getdiklərini, Rəsulun avtomobildən düşərək biraz geriyə gedib yerdə olan çantanı götürdüyünü və maşına əyləşdiyini, daha sonra Rəsulla birlikdə onların evinə getdiklərini bildirmiş, Rəsulun evdə həmin çantanı açaraq içərisini yoxladığını, ardınca Rəsulun həmin çantanı götürərək getdiyini bildirmişdir. Rəsulun son vaxtlar narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu bildiyini, çünki bir neçə dəfə onun mobil telefonunda narkotik vasitələr olan bağlama şəkilləri gördüyünü, ona bu barədə sual verdikdə göndərən şəxsin türkiyədə işlədiyini, onu heç kimin tuta bilməyəcəyini bildirmiş, 2020-ci ilin sonlarında Rəsulun ona zəng vuraraq avtomobilinin cərimə meydançasına aparıldığını bildirərək ondan 350 manat pul istədiyini, onun da Rəsula istədiyi 350 manat pulu verdiyini, daha sonra bir neçə gün Rəsulu tapa bilmədiyini qeyd etmiş, daha sonra lombardın yaxınlığında telefon mağazası işlədən Samir və Seymur qardaşları ilə söhbət edərkən onlara plastik kartını Rəsula verdiyini, onun plastik kartından narkotik vasitələrin alqı-satqısında istifadə etməsindən şübhələndiyini bildirmiş, onlar bu hadisənin başqa bir nəfərin də başına gəldiyini, həmin şəxsə məxsus plastik kartdan Türkiyədə yaşayan şəxs vasitəsilə narkotik alqı-satqısında pulların köçürülməsi üçün istifadə olunduğunu və kartın sahibinin buna görə tutulduğunu dediklərini, bu zaman onun kartından da bu məqsədlə istifadə etdiyini düşündüyünü qeyd etmiş, Seymurun həmin Türkiyədə yaşayan şəxsi tanıdığını ona dedikdə o, Seymurdan onun adına olan kartın onda olub olmamasını soruşmasını istədiyini, Seymurun Türkiyədə yaşayan şəxslə «WhatsApp» vasitəsilə əlaqə saxlayaraq narkotik vasitələrin onlayn satışında hansı plastik kartdan istifadə etdiyini soruşduğunu, həmin şəxs mesajla kartın Təqsirləndirilən şəxs4 yəni, onun adına olduğunu bildirmişdir. O, Seymurdan həmin Türkiyədə yaşayan şəxsin +**********01 mobil nömrəsini alaraq «WhatsApp» vasitəsilə onunla əlaqə saxlayıb kartını blok edəcəyini, həmin şəxsin kartda 4000 manata yaxın pulu olduğunu və o pulu çıxartdıb deyəcəyi şəxsə verdikdən sonra blok edə biləcəyini bildirmiş, o, kartda olan pulu çıxartdıqdan sonra həmin puldan 350 manat Rəsulun ona olan borcunu götürdüyünü, geridə qalan hissəni isə Türkiyədə yaşayan şəxsin dediyi hesaba göndərdiyini, həmin gün özünə yeni kart sifariş verdiyini və bir neçə saat sonra kartı götürdüyünü, daha sonra həmin şəxsin onunla əlaqə saxlayaraq kartının ona lazım olduğunu dediyini və, kartı onun deyəcəyi şəxsə verməsini xahiş etdiyini qeyd etmiş, o, həmin şəxslə razılaşdıqdan sonra ona zəng gəidiyini və kartı götürəcək şəxs olduğunu bildirərək onun yerini soruşduğunu, az sonra həmin tanımadığı və uzun müddət keçdiyi üçün mobil nömrəsini unutduğu şəxs lombarda gələrək ondan kartı götürdüyünü, o, Rəsulun və Türkiyədə yaşayan şəxsin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu, bu alqı-satqıdan əldə edilən gəlirin transferində onun plastik kartından istifadə etdiklərini bildiyini, bir dəfəsində Rəsulla birlikdə hətta narkotik götürməyə də getdiyini, bütün etdiyi əməllərdən və bu alqı-satqı proseslərində iştirak etməyindən çox peşman olduğunu, lakin maddi sıxıntılarının ucbatından və qeyd olunan pullar müqabilində bu işdən geri dönə bilmədiyini qeyd etmişdir. Plastik bank kartını blok edib yenisini çıxartdıqdan sonra artıq Türkiyədə yaşayan şəxsin onun kartından narkotik vasitələrin alqı-satqısından əldə edilmiş gəlirin transferində istifadə etdiyini bildiyi halda nə üçün bunu bilə-bilə kartını yenidən həmin şəxsin istifadəsinə verdiyi barədə suala o, səhv etdiyini, bundan çox peşman olduğunu bildirmişdir. 5 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə həyata keçirilmiş, şəxsi axtarış və götürmə zamanı üzərindən ağ rəngli üzərinə “GP Methanon 10 (methandienone 10 mg)” sözləri yazılmış 1 ədəd plastik qabda 87 həblə bağlı idmanla məşğul olmaq məqsədi ilə həmin həbləri Türkiyədən internet vasitəsi ilə əldə etdiyini, sifariş verdiyi internet saytını unutduğunu, təxminən 5 oktyabr 2020-ci il tarixdə poçt vasitəsi ilə həmin dərmanların ona göndərildiyini bildirmiş, həmin həbin 13 ədədini istifadə etdiyini, 87 ədədini istifadə etməyi düşündüyünü, həbləri gündə iki dəfə istifadə etməyi düşündüyünü qeyd etmiş, həmin həbləri 50 manata əldə etdiyini, pulu kart vasitəsi ilə Türkiyə Respublikasında göndərdiyini, həmin hesab nömrəsini unutduğunu bildirmişdir. Video çəkilişlə həyata keçirilmiş şəxsi axtarış və götürmə zamanı o, həmin həbləri sifariş əsasında "xxxx" MMC-dən götürdüyünü bildirsə də, daha sonra dindirmə zamaın həmin dərmanı poçtdan götürmədiyini, həmin dərmanı onun evinə gətirib verdiklərini, həmin şəxsi tanımadığını bildirmişdir. “GP Methanon 10 (methandienone 10 mg)" sözləri yazılmış dərmanların dövriyyəsinin qadağan olduğunu bilmədiyi halda nəyə görə həmin maddələrin harada əldə etməyi barədə dəqiq məlumat vermədiyi haqqında suala cavab vermək istəmədiyini bildirmişdir (1-ci cild iş vərəqi 289-292 və 318-320). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə zamanı şahid qismində dindirilmiş X25 ifadəs verərək göstərmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X26 gömrük postunun inspektoru olmuş, HNBGİ-nin “Skanlaşdırma və X7 Tətbiqi" şöbəsinə təhkim olunmuş, 2010-cu ildən gömrük orqanlarında xidmət etmiş, 3 noyabr 2020-ci il tarixindən 04 noyabr 2020-cİ il tarixinə keçən gecə xidməti vəzifəsini Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal 1 gömrük postunun gəliş zalının bunkerində yerləşən rentgen aparatının monitoru qarşısında yerinə yetirmiş, saat 21:00 radələrində J2 176 saylı İstanbul-Bakı aviareysi ilə gələn şəxsiyyəti sonradan məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus baqaj Hava Limanının 1-ci Terminalının bunkerində yerləşən rentgen aparatından keçirilərkən monitorda həmkarı Şahid2la birlikdə şübhəli təsvirlər görsəndiyini müşahidə etmiş, həmin baqaj xüsusi işarələnərək gəliş zalına yönləndirilmiş, Təqsirləndirilən şəxs1 gəliş zalında baqaj lentinin üzərindən baqajlarını götürüb "Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçmək istəyərkən gömrük əməkdaşı Zaur Ağahəsənov tərəfindən saxlanılaraq “Qırmızı Kanal” buraxılış sisteminə yönləndirilmiş, orada Təqsirləndirilən şəxs1 məxsus əşyalar rentgen aparatından keçirildikdən sonra sərnişin baqajın içərisindəki əşyalara yoxlama keçirilməsindən ötrü gəliş zalındakı yoxlama otağına dəvət olunmuş, otaqda hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus üzərində “X45" sözləri yazılmış sarı rəngli çamadanın içərisindəki iki ədəd “Corn Flakes" və bir ədəd “Coco Pops" şirniyyat paketinin içinə yerləşdirilmiş gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi təxminən 7.000 qram olan 13.650 ədəd ağ-qırmızı rəngli kapsula, iki ədəd “Nestle Nesqutk” plastik qutularının içinə yerləşdirilmiş, ümumi çəkisi təxminən 980 qram olan kəskin iyə malik şəffaf rəngli kristal şəklində maddə, bir ədəd "Emsal kuruyemiş” silindr formatı şirniyyat qutusunun içərisində yerfıstığının altına yerləşdirilmiş ümumi çəkisi təxminən 109 qram olan 118 ədəd narıncı rəngli, 113 ədəd bənövşəyi rəngli, 52 ədəd çəhrayı rəngli həb, iki ədəd “Bebelac" uşaq yeməyinin içinə yerləşdirilmiş sellofan paketin içindən ümumi çəkisi təxminən 608 qram olan ağ rəngli toz şəkilli maddə aşkar olunmuş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən qeyri-qanuni əşyaların aşkar olunmamış və aşkar olunan əşyalar fakt üzrə araşdırma ilə əlaqədar olaraq qablaşdırılmış və protokol əsasında götürülmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1" X26 gömrük postunun rəis müavini vəzifəsində işləmiş, 3 noyabr 2020-ci il tarixindən 04 noyabr 2020-ci il tarixinə keçən gecə xidməti vəzifəsini Baş İdarənin məsul növbətçisi kimi yerinə yetirmiş, saat 21:00 radələrində J2 176 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus baqaj Hava Limanının 1-ci Terminalının bunkerində yerləşən rentgen aparatından keçirilərkən gömrük əməkdaşı Şahid2 və Şahid1 monitorda şübhəli təsvirlər görmüş, bu səbəbdən həmin baqaj xüsusi işarələnərək gəliş zalına göndərildiyini qeyd etmiş, Təqsirləndirilən şəxs1 gəliş zalında baqajın lentinin üzərindən baqajlarını götürüb “Yaşıl Kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçmək istəyərkən onun tərəfindən saxlanılaraq “Qırmızı Kanal” buraxılış sisteminə yönləndirilmiş, orada Təqsirləndirilən şəxs1 məxsus əşyalar rentgen aparatından keçirildikdən sonra sərnişin baqajın içərisindəki əşyalara yoxlama keçirilməsindən ötrü gəliş zalındakı yoxlama otağına dəvət olunmuş, otaqda hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı Samir Şahverdiyevaya məxsus üzərində ‘‘X45" sözləri yazılmış sarı rəngli çamadanın içərisindəki iki ədəd “Corn Flakes" və bir ədəd “Coco Pops" şirniyyat paketinin içinə yerləşdirilmiş gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi təxminən 7.000 qram otan 13.650 ədəd ağ-qırmızı rəngli kapsula; iki ədəd “Nestle Nesquik” plastik qutularının içinə yerləşdirilmiş ümumi çəkisi təxminən 980 qram olan kəskin iyə malik şəffaf rəngli kristal şəklində maddə, bir ədəd “Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusunun içərisində yerfıstığının altına yerləşdirilmiş ümumi çəkisi təxminən 109 qram olan 118 ədəd narıncı rəngli, 113 ədəd bənövşəyi rəngli, 52 ədəd çəhrayı rəngli həb, iki ədəd “Bebelac” uşaq yeməyinin içinə yerləşdirilmiş sellofan paketin içindən ümumi çəkisi təxminən 608 qram olan ağ rəngli toz şəkilli maddə aşkar olunmuş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən qeyri-qanuni əşyalar aşkar olunmamış və aşkar olunan əşyalar fakt üzrə araşdırma ilə əlaqədar olaraq qablaşdırılmış və protokol əsasında götürüldüyünü qeyd etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 3 noyabr 2020-ci il tarixindən 4 noyabr 2020-ci il tarixinə keçən gecə xidməti vəzifəsini Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal 1 gömrük postunda “Skanlaşdırma və X7 Tətbiqi" şöbəsində növbə başçısı olaraq yerinə yetirdiyini bildirmişdir. Saat 21:00 radələrində J2 176 saylı İstanbul-Bakı aviareysi ilə gələn şəxsiyyəti sonradan məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus baqaj Hava Limanının 1-ci Terminalının bunkerində yerləşən rentgen aparatından keçirilərkən Şahid1la birlikdə monitorda şübhəli təsvirlər görmüş, bu səbəbdən həmin baqajın onun tərəfindən xüsusi işarələnərək gəliş zalına göndərilmiş, Təqsirləndirilən şəxs1 gəliş zalında baqaj lentinin üzərindən baqajlarını götürüb “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçmək istəyərkən gömrük əməkdaşı Zaur Ağahəsənov tərəfindən saxlanılaraq “Qırmızı Kanal” buraxılış sisteminə yönləndirilmiş, orada Təqsirləndirilən şəxs1 məxsus əşyalar rentgen aparatından keçirildikdən sonra sərnişin baqajın içərisindəki əşyalara yoxlama keçirilməsindən ötrü gəliş zalındakı yoxlama otağına dəvət olunmuş, otaqda hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus üzərində “X45” sözləri yazılmış sarı rəngli çamadanın içərisindəki iki ədəd “Corn Flakes” və bir ədəd “Coco Pops” şirniyyat paketinin içinə yerləşdirilmiş gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi təxminən 7.000 qram olan 13.650 ədəd ağ-qırmızı rəngli kapsula; iki ədəd “Nestle Nesquik” plastik qutularının içinə yerləşdirilmiş ümumi çəkisi təxminən 980 qram olan kəskin iyə malik şəffaf rəngli kristal şəklində maddə, bir ədəd “Emsal kuruyemiş" silindr formalı şirniyyat qutusunun içərisində yerfıstığının altına yerləşdirilmiş ümumi çəkisi təxminən 109 qram olan 118 ədəd narıncı rəngli, 113 ədəd bənövşəyi rəngli, 52 ədəd çəhrayı rəngli həb, iki ədəd “Bebelac" uşaq yeməyinin içinə yerləşdirilmiş sellofan paketin içindən ümumi çəkisi təxminən 608 qram olan ağ rəngli toz şəkilli maddə aşkar olunmuş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən qeyri-qanuni əşyalar aşkar olunmamış, aşkar olunan əşyaların fakt üzrə araşdırma ilə əlaqədar olaraq qablaşdırılmış və protokol əsasında götürülmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 3 noyabr 2020-ci il tarixindən 4 noyabr 2020-ci il tarixinə keçən gecə Hava Limanında olarkən saat 21:30 radələrində bir nəfər gömrük əməkdaşının ona yaxınlaşaraq İstanbul- Bakı aviareysi ilə gələn bir nəfər sərnişinin əşyalarının yoxlanılmasında və üzərində keçirilən şəxsi yoxlamada hal şahidi kimi iştirak etməyini xahiş etmiş, o, razılığını bildirmiş və Hava Limanının gəliş zalındakı yoxlama otağına gəlmiş, gömrük əməkdaşı otaqda əvvəllər tanımadığı 1 nəfər şəxsi təqdim edərək, həmin şəxsin J2 176 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 olduğunu, ona məxsus əşyalara yoxlama aparılacağım bildirmiş, gömrük əməkdaşı ona və digər hal şahidinə hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs1 məxsus üzərində “X45” sözləri yazılmış sarı rəngli çamadanın içərisindəki iki ədəd "Corn Flakes” və bir ədəd "Coco Pops” şirniyyat paketinin içinə yerləşdirilmiş ümumi çəkisi təxminən 7.000 qram olan 13.650 ədəd ağ-qırmızı rəngli kapsula, iki ədəd “Nestle Nesquik” plastik qutularının içinə yerləşdirilmiş ümumi çəkisi təxminən 980 qram olan kəskin iyə malik şəffaf rəngli kristal şəklində maddə, bir ədəd “Emsal kuruyemiş" silindr formalı şirniyyat qutusunun içərisində yerfıstığının altına yerləşdirilmiş ümumi çəkisi təxminən 109 qram olan 118 ədəd narıncı rəngli, 113 ədəd bənövşəyi rəngli, 52 ədəd çəhrayı rəngli həb, iki ədəd “Bebelac” uşaq yeməyinin içinə yerləşdirilmiş sellofan paketin içindən ümumi çəkisi təxminən 608 qram olan ağ rəngli toz şəkilli maddə aşkar olunmuş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən qeyri-qanuni əşyalar aşkar olunmamış, aşkar olunan əşyalar fakt üzrə araşdırma ilə əlaqədar olaraq qablaşdırılmış və protokol əsasında götürülmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Hüquqpozmalarla mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, DGK-nın Əməliyyat-İstintaq Baş idarəsinin “Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən o, şöbə rəisi Sənan Şahbəndiyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin rəis müavini X9, həmin şöbənin əməliyyat müvəkkili X10, həmin şöbəyə təhkim olunmuş inspektor X11, Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakları ilə narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirən Təqsirləndirilən şəxs1 məxsus “Mİ Note 9” markalı mobil telefonuna daxil olan zənglər nəzarətdə saxlanılmış və ümumi çəkisi təxminən 7.000 qram olan 13.650 ədəd ağ-qırmızı rəngli kapsul, ümumi çəkisi təxminən 980 qram olan kəskin iyə malik şəffaf rəngli kristal şəklində maddə, ümumi çəkisi təxminən 109 qram olan 118 ədəd narıncı rəngli, 113 ədəd bənövşəyi rəngli, 52 ədəd çəhrayı rəngli həb, ümumi çəkisi təxminən 608 qram olan ağ rəngli toz şəkilli madcəni ondan qəbul edəcək (+99455) ***-**- ** mobil telefon nömrəsinin istifadəçisi olan şəxsin saxlanılması məqsədilə əməliyyat tədbirində istifadə edilməsi üçün "X45” sözləri yazılmış sarı rəngli 1 ədəd çamadanın daxilinə yerləşdirilmiş, sözügedən material üzrə əməliyyat tədbirləri davam etdirilmiş və içərisində ümumi çəkisi təxminən 7.000 qram olan 13.650 ədəd ağ-qırmızı rəngli kapsul, ümumi çəkisi təxminən 980 qram olan kəskin iyə malik şəffaf rəngli kristal şəklində maddə, ümumi çəkisi təxminən 109 qram olan 118 ədəd narıncı rəngli, 113 ədəd bənövşəyi rəngli, 52 ədəd çəhrayı rəngli həb, ümumi çəkisi təxminən 608 qram olan ağ rəngli toz şəkilli maddənin yerləşdirildiyi üzərində “X45” sözləri yazılmış sarı rəngli 1 ədəd çamadanı təhvil alacaq şəxsin ünvan 10 ünvanında gözlədiyi müəyyən edilmiş, bundan sonra əməliyyat tədbiri davam etdirilmiş və 4 noyabr 2020-ci il saat 16:40 radələrində sözügedən ünvanda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaxınlaşaraq “X45” sözləri yazılmış sarı rəngli 1 ədəd çamadanı ondan təhvil alarkən saxlanılaraq şifahi sorğu-sual edilmiş, o, həmin sorğu-sual zamanı özünün təhvil aldığı çantanın ona məxsus olmadığını və həmin çantanın **-LS-*** qeydiyyat nişanlı, “Saipa” markalı minik avtomobilinin sürücüsü olan, əvvəllər tanıdığı Rəsul adlı şəxsə aid olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 istifadəsində olan “Samsung" markalı mobil telefonuna daxil olan zənglər nəzarətdə saxlanılmış, Rəsul adlı şəxsin Təqsirləndirilən şəxs2 olduğu ərazini bildirmiş və onun Bakı şəhəri Zahid Xəlilov küçəsində olduğu müəyyən edilərək onunla birlikdə həmin əraziyə gedilmiş və orada **-LS-*** qeydiyyyat nişanlı, “Saipa” markalı minik avtomobilinin sürücüsü əməliyyat müvəkkillərinin ona yaxınlaşdığını gördükdə **-LS-*** qeydiyyyat nişanlı, “Saipa” markalı minik avtomobilini kobud şəkildə idarə edərək yaxın ətrafda dayanmış bir neçə minik avtomobillərinə zərər yetirərək ərazidən uzaqlaşmış, bundan sonra araşdırma aparılması məqsədilə Təqsirləndirilən şəxs2 saxlanılaraq Əməliyyat- İstintaq Baş İdarəsinə dəvət edilmiş, Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında üzərində "X45” sözləri yazılmış sarı rəngli 1 ədəd çamadanın daxilinə yerləşdirilmiş ümumi çəkisi təxminən 7.000 qram olan 13.650 ədəd ağ-qırmızı rəngli kapsul, ümumi çəkisi təxminən 980 qram olan kəskin iyə malik şəffaf rəngli kristal şəklində maddə, ümumi çəkisi təxminən 109 qram olan 118 ədəd narıncı rəngli, 113 ədəd bənövşəyi rəngli, 52 ədəd çəhrayı rəngli həb, ümumi çəkisi təxminən 608 qram olan ağ rəngli toz şəkilli maddəyə yenidən baxış keçirilərək qablaşdırılmış, bundan sonra təxirəsalınmaz əməliyyat tədbirləri davam etdirilərək "Rəsul” adlı şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş, həmçinin olduğu yer müəyyən edilərək 4 noyabr 2020-ci il tarixdə, saat 20:10 radələrində ünvan 16 ünvanında saxlanılaraq Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Hüquqpozmalarla mübarizə şöbəsinin rəisi Şahid3 Şahid4 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, hadisədən 1 il qabaq narkotik vasitə istifadə etməyə başlamış, toy məclisində olanda ilk dəfə siqaretin içində adını xatırlamadığı yoldaşları ona vermiş, özü və qardaşı Samir narkotik maddə istifadə etmiş, “Neftçilər” Metrostansiyasının yanında Təqsirləndirilən şəxs4 işlədiyi dükan onun işlədiyi dükanla üzbəüz olmuş, Təqsirləndirilən şəxs4 uzun müddətdir ki, tanımış, Təqsirləndirilən şəxs4 3-4 dəfə istifadə etmək üçün narkotik vasitə almış, Təqsirləndirilən şəxs3 “Neftçilər” Metrostansiyasının yanında telefon dükanında satıcı işləmiş, daha sonra isə işdən çıxdıqdan sonra sürücü kimi işləmiş, Təqsirləndirilən şəxs3 narkotik vasitə istifadəçisi olması və satışı ilə məşğul olması barədə məlumatı olmamışdır, ibtidai istintaq zamanı verdiyi ifadəsinin Rəsulun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hissəsini təsdiq etmir, həmin ifadəni oxumadan imzalamışdır. İbitidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 1 il bundan qabaq narkotik vasitə istifadə etməyə başlamış, toy məclisində olanda ilk dəfə siqaretin içində adını xatırlamadığı yoldaşları ona vermiş, özü və qardaşı Samir narkotik maddə istifadə etmiş, “Neftçilər” Metrostansiyasının yanında telefon dükanında Təqsirləndirilən şəxs4 adlı şəxs işləmiş, Təqsirləndirilən şəxs4 işlədiyi dükan onun işlədiyi dükanla üzbəüz olmuş, Təqsirləndirilən şəxs4 uzun müddətdir ki, tanımış, təxminən 2020-ci ilin sentyabr ayında günorta yeməyinə gedərkən Təqsirləndirilən şəxs4 onda “qara” adlı narkotik maddə olduğunu ona bildirmiş, həmin maddəni ona sata biləcəyini təklif etmiş, o, ilk olaraq Təqsirləndirilən şəxs4 narkotik vasitənin satışı ilə məşğul olduğuna inanmamış, çünki hamı Təqsirləndirilən şəxs4 dindar, namaz qılan adam kimi tanımış, bəziləri hətta "Hacı” deyərək Təqsirləndirilən şəxs4 çağırmış, o, Təqsirləndirilən şəxs4 təklifini eşitdikdə hətta təəccüblə ondan: “Samir, səndən çıxmayan iş, səndən nə əcəb”, - soruşmuş, Samir ona arada belə şeylərin olduğunu bildirmiş, o, Samirdən “qara” dediyi narkotik maddəni göstərməyi təklif etdiyi zaman Samir cibindən selefona bükülmüş kiçik bir büküm çıxartmış və onun “qara” deyilən narkotik maddə olduğunu bildirmiş, həmçinin, bükümünü 10 manata sata biləcəyini söyləmiş, istifadə etmək məqsədi ilə ondan 10 manat müqabilində 1 bükümdə “qara” adlı narkotik maddə almış, qardaşı Samirə Təqsirləndirilən şəxs4 aldığı narkotik vasitəni göstərmiş və “qara” deyilən maddənin olduğunu söyləmiş, həmin bükümün yarısını istifadə etməsi üçün qardaşına vermiş, bir neçə müddətdən sonra onda və qardaşında ayaq ağrıları, halsızlıq başlamış, Təqsirləndirilən şəxs4 bunun səbəbini soruşanda Təqsirləndirilən şəxs4 onlara “lomkada” olduqlarını demiş, yəni yenidən həmin narkotik maddədən atmalı olduqlarını bildirmiş, daha sonra isə Təqsirləndirilən şəxs4 3-4 dəfə də həmin narkotik maddədən almış, həmin narkotik maddəni almaq üçün istifadəsində olan (050) ***-**-** nömrəsindən Samirin istifadəsində olan (055) ***-**-** nömrəsində «WhatsApp» proqramı vasitəsi ilə mesaj yazıb istəmiş, o, dükanın qabağında narkotik maddə olan bükümləri ona vermiş, sonuncu dəfə 1 bükümü 10 manata yox, 15 manata satmış, özünün də həmin narkotik vasitələri qardaşı ilə birlikdə istifadə etdiklərini, daha sonra qardaşı Samirə narkotik vasitələri Təqsirləndirilən şəxs4 aldığını bildirmiş, telefonla danışıq vaxtı “Qara”, “qara köynək” deyiləndə narkotik vasitə nəzərdə tutulmuş, Təqsirləndirilən şəxs4 narkotik vasitəni haradan aldığını biməmiş, Təqsirləndirilən şəxs3 “Neftçilər” Metrostansiyasının yanında telefon dükanında satıcı işləmiş, daha sonra isə işdən çıxdıqdan sonra sürücü kimi işləmiş, Təqsirləndirilən şəxs3 də narkotik vasitə istifadəçisi olmuş, hər gün Təqsirləndirilən şəxs4 yanına gəlmiş, 3-4 il bundan qabaq qonşu dükanda işləyən Təqsirləndirilən şəxs3 Şamxal adlı şəxsi onun işlədiyi dükana gətirərək ona dostu kimi təqdim etmiş, ona həmin şəxsin Türkiyə Respublikasından gəldiyini, pulunun çox olduğunu, Şamxalın narkotik vasitələrin istifadəçisi olduğunu, bir müddət Neftçilər Metrostansiyası tərəfdə Şamxalın Rəsulla birlikdə narkotik vasitə, xüsusi ilə "ekstazi” adlı həblərin satışını həyata keçirdiyini eşitmişdir (2-ci cild iş vərəqi 135-138). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Samir Salmanlovnu nakotik vasitələrin satışı ilə məşğul olmasından xəbəri olsa da, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul omlası barədə bilməmiş, ibtidai istintaq zamanı bu barədə deməmiş, ifadəsinin həmin hissəsini oxumadan imzalamışdır. İbtidai istintaq zamanı şahid qismində dinidirlmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 qardaşı Şahid8 dediklərini təsdiq edərək əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs4 bir dəfə ona yaxınlaşaraq özündə “qara” adlı narkotik vasitə və “metadon” adh dərmanın olduğunu, qardaşı ilə yanaşı, lazım olduğu halda ona sata biləcəyini də təklif etmiş, qardaşı Təqsirləndirilən şəxs4 3-4 dəfə narkotik vasitəni 10 manata almış, Təqsirləndirilən şəxs3 də narkotik vasitə istifadəçisi olmuş, hər gün Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 yanına gələrək Təqsirləndirilən şəxs4 narkotik vasitənin 1 bükümünü 10 manata götürüb 13 manata satışını həyata keçirmiş, bir müddət Neftçilər Metrostansiyası tərəfdə Şamxal Rəsulla birlikdə narkotik vasitə, xüsusi ilə “ekstazi” adlı həblərin satışını həyata keçirmişdir (2-ci cild iş vərəqi 139-142) Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, Rasim Nəzərovun 2019-cu ilin sonlarında onunla əlaqə saxlayaraq oğlu Təqsirləndirilən şəxs3 işsiz olduğunu bildirmiş, ona icarəyə vermək üçün nəqliyyat vasitəsi almağı ondan xahiş etmiş, 2019-cu ilin noyabr ayının sonrarında **-LS-*** dövlət nömrə nişanlı "Saipa 132” markalı nəqliyyat vasitəsini təxminən 4.700 manata adını xatırlamadığı şəxsdən almış, həmin tarixdən etibarən etibarnamə əsasında **-LS-*** dövlət nömrə nişanlı “Saipa 132” markalı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs3 təqdim etmiş, pandemiya şəraiti olduğuna görə Rəsul ona demək olar ki, aylıq icarə haqqı ödəməmiş, əldə olunan pul vəsaitini Rəsulun maşının təmirinə xərcləmiş, 4 noyabr 2020-ci i tarixdə günorta vaxtlarında Rəsul ona zəng ədərək onunla görüşmək istədiyini, özünün isə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli məhləsində olduğunu bildirmiş, daha sonra gömrük əməkdaşları ona zəng edərək Təqsirləndirilən şəxs3 soruşmuş, həmin şəxslərə Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsinin idarə etmək üçün verdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs3ylə maşınla bağlı söhbət edərkən o, 4 noyabr 2020-ci il tarixdə saat 20:10-da ünvan 16 ünvanında gömrük əməkdaşları tərəfindən saxlanılmış və DGK-ın Əməliyyat İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsilərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 3 noyabr 2020-ci tarixli yoxlama və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, 4 noyabr 2020-ci il tarixdə saat 21 radələrində J2 126 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus çamadan Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsininin Heydər Əliyev X26nın 1-ci Terminalında rentgen aparatından keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə edilmiş, gömrük nəzarəti zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərinə “X45” sözləri yazılmış sarı rəngli çamadanın içərisindəki iki ədəd "Corn Flakes” və bir ədəd “Coco Pops” şirniyyat paketinin içində gizlədilmiş külli miqdarda, təsiredici miqdarı 4095 qram olan 13.650 ədəd preqabalin güclü təsiredici maddəsi, 2 ədəd “Nestle Nesquik” plastik qutularının içində gizlədilmiş 3 bükümdə külli miqdarda, 552,9 qram kokain narkotik vasitəsi, bir ədəd “Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusunun içərisində yerfıstığının altında gizlədilmiş təsiredici miqdarı külli miqdarda, 51,54 qram olan 283 ədəd MDMA (metilendioksimetamfetamin) maddsəsi, “Bebelac” uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə gömrük nəzarətindən gizdilmiş külli miqdarda, 971,5 qram olan metamfetamin psixotrop maddəsini aşkar edilib götürülmüşdür (1-ci cild iş vərəqi 10-11). İşdə olan 4 noyabr 2020-ci il tarixli baxış keçirməsi və götürilmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ərizəsinə əsasən onun Bakı şəhəri, ünvan 17 ünvanında kirayədə yaşadığı mənzilə daxil olarkən sağ tərəf istiqamətində üçüncü otağın içərisində sol divar hissəsində yerləşdirilmiş dolabın yuxarı rəfində olan kiçik ölçülü karton qutunun içərisində olan 1 ədəd şəffaf sellofan paketin daxilində aliminium folqaya bükülmüş, çəkisi qablaşdırılmış halda təqribən 1 qram olan ağ rəngli toz halındə maddə aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 110). İşdə olan 5 noyabr 2020-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 onun müdafiəçisi Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili X14, istintaq şöbəsinin böyük müstəntiqi gömrük xidməti baş leytenantı X22, DGK-nın “Azərterminal” Kompelks Birliyinin mühafizəçisi X3 iştirakları ilə “Canon” markalı video çəkiliş ilə həyata keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 üzərinə geyindiyi pencəyin sol iç cibindən ağ rəngli üzərinə “GP Methanon 10 (methandienone 10 mg)” sözləri yazılmış 1 ədəd plastik qabda olan 87 ədəd həb aşkar edilmiş və həmin həblər ekspertiza tədqiqatına təqdim edilməsi məqsədi ilə götürlərək qablaşdırılmışdır (1-ci cild iş vərəqi 272-273) İşdə olan 13 noyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protkoldan və ona əlavə eidlmiş fotşəkildən görünrü ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi” modelli mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (055) ***-**-** nömrəyə mobil telefon nömrəsi ilə +1(774) *** ** ** saylı mobil nömrəsi arasında 03 noyabr 2020-ci il, 04 noyabr 2020-ci ilmüxtəlif vaxtlarda 17 dəfə damşğın həyata keçirildiyi müəyyən edilmiş, bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (055) ***-**-** nömrəyə 04 noyabr 2020-ci il tarixdə ********** nömrəsindən 2 dəfə, ********** nömrəsindən 1 dəfə, 055 *** ** ** nömrəsindən 1 dəfə zəng daxil olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 “WhatsApp“ proqramı vasitəsi ilə (055) ***-**-** nömrədən cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvünün istifadə etdiyi +1(774) *** ** ** saylı mobil nömrəyə 03 noyabr 2020-ci il tarixdə “Mən burdayam çıxdım, kimə verəcəm yığsın, gözləmə zalındıyam, gəlsin götürsün sumkanı“ məzmunlu mesaj yazmış, cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Təqsirləndirilən şəxs1 ' Yasamalda səni gözləyir taksiyə min get ora, X41 market tərəfə“, Təqsirləndirilən şəxs1 cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvünə "Onda Yasamala gedirəm, yığsın mənə ki hardadt", cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Təqsirləndirilən şəxs1 “Gözlə gəlir adam 1 saata çatır“ məzmunlu mesajlar yazmışdır (2-ci cild iş vərəqi 14-17). İşdə olan 10 noyabr 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “Samsung A01” markalı mobil telefona iş üzrə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı kimi qeydiyyatdan keçmiş profildən +**********01 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun “«WhatsApp»” profili arasında iş üzrə mühüm əhəmiyyət kəsb edən danışıqlar həyata keçirilmişdir. 04 noyabr 2020-ci il tarixdə olan mesajların məzmunundan görünür ki, cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü X31 Nəzirlinin mobil nömrəsinə “Sən bu işi həll et, qardaşın səni pis vəziyyətdə qoymaz. Rahat ol”, “Belə də bütün xərcləri də canla-başla ödəyəcəm, ayıb olar ki. Təki xeyirliyə olsun. Amma belə 85-90% mən inanıram ki, problemsiz olacaq, çünki qız bu qədər rahat danışırsa, görüntülü danışırsa, nə ola bilər ki. Düş malını götür, get”, Təqsirləndirilən şəxs3 isə ona “Proklatka qurmasa yaxşıdı”, cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzov isə ona “Mən inanmıram ki, proklatka qursun. Həm də birinci dəfə deyil ki, biz onla İş görürük, 7-ci, 8-ci dəfədir”, Təqsirləndirilən şəxs3 isə ona “Sən də get-gedə sayı qaldırısan, əvvəl 2-3 idi, sonra 4-5 oldu, indi də 6-7 oldu. Elə demirəm, mal keçib rahatlıqla başa düşürəm. Sadəcə bunun davamı var da. Uşağı verər rasxoda. Uşağı da versə, uşaq da məni verəcək”, Şamxal Novruzov isə Rəsul Nəzrliyə “Rahat ol, qaqa. Təki bir-birimizlə işimiz olsun. Birbirimizi yola verməyəcəyik İndi? Bu qaqaşdan xəbər çıxmadı?”, “Nə oldu ki bu? Məhlənin içində hara yoxa çıxdı? Birdən malı götürüb yoxa çıxar” Təqsirləndirilən şəxs3 isə ona “9 dəfə yığdım. Yox elə şey eləməz. Məhlə uşağıdı. Evlərinə qədər tanıyıram. Bir dənə sən də yığ da. Qorxuram ki, bu yanar, mən də yanaram. Tez-tez yığ”, Şamxal Novruzov isə Rəsul Nəzrliyə “İndi danışdım. Qaqaş deyir ki, karonanın yanındayam. Deyir ki, Rəsul hoqqa verir, tapa bilmirəm. Qaqaşı yollamısan, özün durmusan qırağa. Salamatçılıqdı? Get də. Taksiyə de Çıraq Plazanın qabağına getsin. Sən də sür ora ki, onun pulunu verəsən”, “Mən yığıram, həmin dəqiqə açır telefonu. Deyir, bayaqdan Rəsulu tapa bilmirəm. Çıraq Plazanın qabağında F-35 gözləyir, sən də üzü o tərəfə sür, taksiyə də de, ora getsin kəsə”, Rəsul Nəzrli isə ona “Bunun özü də məni şübhələndirir. Zəng edirəm, gec cavab verir”, daha sonra Rəsul Nəzrli isə ona “Yanıb ee bu. Tuturdular məni. Yazma da mənə yaxşı. O uşağın “«WhatsApp»”ına yaz da. Amma mənim adımı çəkmə. Deyirəm bəlkə sabah sübut olar ona görə”, Şamxal Novruzov isə Rəsul Nəzrliyə “«WhatsApp»”ına niyə yazıram. Yığdım götürmədi. Yarım saat keçsin yığacam yenə. Samirdə də bir xəitdi. Get yanma. Demişəm özünə, Samirin yanma get, Çat yanına. Deyəcəm sənə 150 manat verəcək. Başının çarəsinə bax” Təqsirləndirilən şəxs3 ona “Kartın içində pul var?” Şamxal Novruzov isə Rəsul Nəzrliyə "Kart var ki? Kimdə kart var ki? Səndəki kart işləmir, bu heç. Samir yazdı mənə. Get onun yanma. Bu qaqaşa zəng çatmır. Bu söhbət nəsə başqa söhbətə oxşayır”, Təqsirləndirilən şəxs3 ona “Adam danmaq istəyirlər bəlkə? Sən yığırsan? Mesaj yaz da. Ya da yazma. Samir nə qədər çəkdi?” Şamxal Novruzov isə Təqsirləndirilən şəxs3 “Qaqa, bunu necə öyrənək? Bu nəsə başqa söhbətə oxşayır. Malı fıriadaree bu”, "O mala nəsə olsa, bütün batalyonu ora tökərlər. Keçiləsi mal deyil də. Mən səni tanıyıram da. Sən də o uşağı bizə calamısan” Təqsirləndirilən şəxs3 ona “Vallah, qabağımı 4 nəfər formada olan adam kəsdi, amma polis forması deyildi, vergi, sərhəd bunlardan idi. Onun evini, anasını tanıyıramee mən, məni verdi rasxoda, səni də verməsə yaxşıdı” məzmunlu mesaj yazmışdır (1-ci cild iş vərəqi 323-326). İşdə olan 13 noyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A01” modelli mobil telefona baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Safarov” kimi qeydiyyatdan keçmiş profillə istifadəçi adı qeyd edilməmiş, +1(719)204-4848 saylı mobil operator nömrəsində qeydiyyatdan keçmiş “«WhatsApp»” profili arasında danışığın olduğu müəyyən edilmişdir. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü X32 Səfərova “Yanındakı qardaşlar varee, dövlət işçiləri, onlara de ki, bundan sonra biz adam göndərməyəcəyik. Özünüzü yormayın. Mənim sənlə də problemim yoxdu. Sənin o biri qaqaşla münasibətin var. Özünüzə yaxşı baxın” məzmunlu mesaj yazmışdır. Bununla yanaşı, baxış zamanı Təqsirləndirilən şəxs2 ilə “baba iran” və “Mehemmed” adlı ilə qeydiyyatdan keçmiş İran İslam Respublikasına məxsus operatorlarla narkotik vasitələrin əfqı-satqısı ilə bağlı danışıqlar həyata keçirilmişdir 2-ci cild iş vərəqi 8-10). İşdə olan 25 noyabr 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protkoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs4 məxsus “İphone 6S” markalı mobil telefona iş üzrə baxış keçirilmiş və müəyyən edilmişdir ki, o, istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “S.S” kimi qeydiyyatdan keçmiş profildən Türkiyə mobil operatoruna məxsus +**********01 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Türk” kimi qeyd edilmiş “WhatsApp” profili olan cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovla arasında iş üzrə mühüm əhəmiyyət kəsb edən danışıqlar həyata keçirilmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 Türkiyə Respublikasında olan cinayətkar qrupun üzvü Şamxal Novruzova “Salam, Səmirdi. Rəsul düz deyir, o söhbətdə mən özüm olmuşam. Haqq-hesba olmamışdan 1 gün qabaq mənlə getmişdi əmanətin dalınca. Getdik, götürdük, gəldik. Həmin gün gecə bizdə idi. Mən də dedim ki, çoxdu, qalsın evdə. Sonra nəsə problem olar. Sənlə sonra svyaza çıxdı, bilmədim necə oldusa, elə hamısı götürüldü. Haqq-hesab hamısı olmuşdu. Yalan söhbət yoxdu. Maşın tutulmağını da düz deyir. Onun səhərisi günü maşın tutulmağı ilə elə bilmişdi ki, bunu o haqq-hesaba görə saxlayıblar. Söhbət ilk növbədə pul hamıya vacibdi, hamı ailə saxlayır, problemi var. Kart söhbətində də bir kəlmə söz demişəm ki, kartı sən istəmisən, demişəm ki, problem yoxdu. Artıqlaması ilə pulunu vermisən, Allah köməyin olsun. Düzdü, o pul da yarı-yarıya bölüşdürülüb, hamısı mənim cibimə getməyib. Yəni sənin adından verilən pul da yarıbayarı bölünüb” məzmunlu mesaj yazmışdır. Bununla yanaşı baxış zamanı müəyyən edilmişdir ki, Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrə ilə istifadəçi adı “Seymur Ekizler" kimi qeydiyyatdan keçmiş profil üzrə (050) ***-**-** saylı mobil telefon üzrə "WhatsApp” proqramı vasitəsi ilə iş üzrə mühüm əhəmiyyət kəsb edən danışıqlar həyata keçirilmişlər. Şəxsiyyəti sonradan müəyyən edilmiş Şahid8 Təqsirləndirilən şəxs4 “Salam, qardaşım, Qardaşım, ölürəm brat lomkadan”, Təqsirləndirilən şəxs4 isə ona “Qaqa ikimizin canı yoxdur, Sabah deyilər”, Şahid8 Təqsirləndirilən şəxs4 “Qara var ata? Ayda, hardan alaq, pulunu verib götürərdik”, Təqsirləndirilən şəxs4 isə ona "Heç yerdə yoxdu e qaqa”, Şahid8 Təqsirləndirilən şəxs4 “Hər yeri yoxlamışam, heç kimdə yoxdur“ mesajını yazmış daha sonra növbəti gün “Salam, qaqa, qara köynək gəlib?“ mesajını yazmış, Şahid8 Təqsirləndirilən şəxs4 “Salam əmisi, hə qadan alım sənin, başım da necə ağrıyırsa pul düzüm qoşum gələcəm yanına“ Təqsirləndirilən şəxs4 isə ona “Yaxşı“ məzmunlu mesaj yazmışdır (2-ci cild iş vərəqi 84-91 İşdə olan 01 dekabr 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) 741-81-76, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (055) 825-18-20, (055) 200-23-03, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş (055) 408- 54-54, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (055) ***- **-** nömrəli mobil telefonlardan 01 oktyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək daxil və xaric olan zənglərin siyahısı, göndərilən və qəbul edilən sms-lərin mətnləri, daxil olan və çıxan zəng nömrələrin məxsus olduğu şəxlərə dair dislokasiyası, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatlarına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** nömrəli ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan (070) ***-**-** nömrə arasında 04 noyabr 2020-ci il tarixdə (16:20, 16:26) ümumilikdə 2 dəfə uzunmüddətli danışıq həyata keçirilmiş, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş (055) ***-**-** nömrəli ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan (055) ***-**-** nömrə arasında 29 oktyabr 2020 (2 dəfə), 30 oktyabr 2020 (4 dəfə), 01 noyabr 2020, 02 noyabr 2020, 04 noyabr 2020-ci il tarixdə (8 dəfə) ümumilikdə 14 dəfə uzunmüddətli danışıq həyata keçirilmiş, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş (055) ***-**-** nömrəli ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan (055) ***-**-** nömrə arasında 05 oktyabr 2020, 19 oktyabr 2020 (4 dəfə), 20 oktyabr 2020 (6 dəfə), 21 oktyabr 2020 (8 dəfə), 22 oktyabr 2020 (16 dəfə), 23 oktyabr 2020-ci il tarixdə (13 dəfə) ümumilikdə 47 dəfə uzunmüddətli danışıq həyata keçirilmiş, Təqsirləndirilən şəxs3 İstifadəsində olan (055) ***-**-** nömrə ilə cinayətkar qrupun üzvü Şmxal Novruzovun istifadə eydiyi (055) ***-**-** nömrəsi arasında 07 oktyabr 2020, 10 oktyabr 2020, 12 oktyabr 2020, 14 oktyabr 2020, 15 oktyabr 2020, 19 oktyabr 2020, 26 oktyabr 2020 (2 dəfə), 27 oktyabr 2020, 28 oktyabr 2020-ci il tarixlərdə ümumilikdə 10 dəfə uzunmüddətli danışıq həyata keçirilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** nömrəli ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan (055) ***-**-** nömrə arasında 03 noyabr 2020-ci il tarixdə (13:48, 14:14, 14:37, 14:48, 15:16), 04 noyabr 2020-ci il tarixdə (13:42, 14:45, 14:59, 15:13, 15:23, 15:26, 15:44,15:58, 16:05, 15:08, 16:29, 16:40, 16:51, 16:56, 17:01) ümumilikdə 20 dəfə uzunmüddətli danışıq həyata keçirilmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində olan (055) ***-**-** nömrəsinin “SMS” məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun istifadəsində olan (055) ***-**-** mobil nömrə tərəfindən 2020-ci ilin oktyabr ayında “Ay qaqaş, sviyaza çıx“, “A gədə telefona bax“, “Telə bax tez“, “Rəsul sivyaza çıx mən nən, işim var vacib”, “Rəsul kişisən, sivyaza çıx, işim var təcili, məni başqa şeylərə məcbur etmə, kod gələcək onu demək lazımdır, mənlə əlaqə saxla vacibdi sən öl” məzmunlu mesajlar göndərilmişdir; bununla yanaşı, Təqsirləndirilən şəxs3 istifadəsində olan (055) ***-**-** nömrəsinin “SMS" məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş (055) ***-**-** nömrəsi tərəfindən 2020-ci ilin oktyabr ayında “Qaqa mənə tez yığ”, “Səsin gəlmir”, “Qaqa səsin gəlmir, başqa telefon qoy, mənlə əlaqə saxla” məzmunlu mesajlar göndərilmişdir; bundan əlavə, baxış zamanı Təqsirləndirilən şəxs4 istifadəsində olmuş (055) ***-**-** nömrə ilə cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun istifadəsində olan (055) ***- **-** mobil nömrəsi arasında danışıq həyata keçirildiyi təsdiq edilmiş, Təqsirləndirilən şəxs4 (055) ***-**-** nömrəsinə cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvü Şamxal Novruzovun istifadə etdiyi (055) ***-**-** mobil nömrəsi tərəfindən “Qaqa pulu sən çəkdirdin?” məzmunlu mesaj göndərildiyi müəyyən edilmişdir (cild 2 iş vərəqi 115). İşdə olan Təqsirləndirilən şəxs4 məsus hesablaşma hesabları üzrə bank sənədlərindən və bank hesablarından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs4 həmin bankda AZ12UBAZ**********1010AZN003, AZ39UBAZ**********1010AZN002,AZ66UBAZ**********1010AZN001, AZ46UBAZ**********1012AZN002 və AZ73UBAZ05277 964841010AZN001 nömrəli bank hesablarının olduğu və həmin hesablar üzrə ümumlikdə 85.802,96 manat məbləğində bank əməliyyatlarının aparıldığı müəyyən edilmişdir; Təqsirləndirilən şəxs1 ifadəsində “Ziko” ləqəbli şəxsdən narkotik vasitə əldə etdiyini və həmin narkotik vasitəyə görə “Ziko” ləqəbli şəxsin ona təqdim etdiyi "xxxx" hesabında olan bank hesab nömrəsinə pulu köçürdüyünü bildirmişdir; Təqsirləndirilən şəxs3 ifadəsində Şamxalın ona narkotik vasitənin realizəsi üçün verəcəyi 1.500 ABŞ dollarım Təqsirləndirilən şəxs4 götürəcəyini, narkotik vasitələrlə bağlı Şamxalın Azərbaycana pul göndərməli olduqda Samirin plastik kartına göndərdiyini qeyd etmişdir (3-cü cild iş vərəqi 227-345). İşdə olan Kapital Bank ASCdən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 məsus bank sən4169-7413-6827-3502 nömrəli hesablaşma hesabı üzrə bank sənədlərinin, o cümlədən həmin hesab üzrə mədaxil və məxaric əməliyyatlarının əks edildiyi ödəniş tapşırıqlarının, bank əməliyyatlarına dair reyestrin, hesablaşma hesabının açıhmasına dair ərizənin və digər zəruri sənədlərin əsilləri məhkəmə qərarına əsasən "xxxx" ASC-nin Baş ofisindən götürülmüş və baxış zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatar bir daha öz təsdiqini taparaq narkotik vasitə və psixotop maddələrin alqı-satqısı ilə bağlı ona məxsus bank hesabı üzrə əməliyyatların aparıldığı müəyyən edilmişdir (3-cü cild iş vərəqi 4). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 04 noyabr 2020-ci il tarixli 6/2383 nömrəli ekspert rəyindən görünür ki, "X45” sözləri yazılmış sarı rəngli çamadanın içərisindəki iki ədəd “Corn Flakes” və bir ədəd "Coco Pops” şirniyyat paketinin içində gizlədilmiş maddə təsiredici miqdarı 4095 qram olan 13.650 ədəd preqabalin güclü təsiredici maddəsi, 2 ədəd “Nestle Nesquik” plastik qutularının içində gizlədilmiş 3 bükümdə maddə 552,9 qram kokain narkotik vasitəsi, bir ədəd “Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusunun içərisində yerfıstığmın altında gizlədilmiş maddə təsiredici miqdarı 51,54 qram olan 283 ədəd MDMA (metilendioksimetamfetamin) maddsəsi, “Bebelac” uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə maddə 971,5 qram olan metamfetamin psixotrop maddəsidir (1-ci cild iş vərəqi 63-68). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 23 noyabr 2020-ci il tarixli 6/2465 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş 0,193 qram çəkidə olan ağ rəngli toz şəkilli maddə kokain narkotik vasitəsidir (2-ci cild iş vərəqi 220-221). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 11 dekabr 2020-ci il tarixli 6/2467 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş 87 ədəd dərman həblərinin əsas təsir edici maddəsi metandoenondur və təsir maddəsi 0,87 qramdır (2-ci cild iş vərəqi 225-228 İşdə olan məhkəmə kompüter-texniki ekspertiza üzrə 16 dekabr 2020-ci il tarixli 5/875 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qızma məxsus mobil telefon sensor ekranlı “Androin 10” əməliyyat sistemi ilə təchiz olunmuş “X44 9” markalı smartfon tipli mobil telefondur, işlək vəziyyətdədir (2-ci cild iş vərəqi 231-233). Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində ifadə verərkən ibtidai istintaq zamanı onun adından yazılmış dindirmə protokollarının heç birini imzalamadığını bildirən və həmin protokollardakı imzaların onun tərəfindən icra olunub-olunmamasını yoxlanmasın xahiş edən Təqsirləndirilən şəxs4 olunun vəsatəti əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə 21 dekabr 2021-ci il tarixli 4/1605 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, 1(101 )-1402/2021 nömrəli cinayət işinin 1-ci cildinin 276-278- ci vərəqlərində olan şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolun 1-ci vərəqində imza qrafalarındakı imzalar, 2-ci vərəqində imza qrafalarında və aşağı sol küncündəki imzalar, 3-cü vərəqində sonuncu “Cavab:” qrafasındakı yazılar və "Şübhəli şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 1-ci cildinin 289-291-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunun 1-ci vərəqində olan imzalar və əlyazma yazı, 2-ci vərəqinin aşağı sağ tərəfindəki imza və 3-cü vərəqində sonuncu “Cavab:” qrafasındakı yazılar və “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 3-cü cildinin 41-45-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunun 1-4-cü vərəqində olan imzalar və 5-ci vərəqində sonuncu “Cavab:” qrafasındakı yazılar və “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 1ci cildin 258-ci vərəqində olan xx.xx.2020-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 1-ci cildin 259-cu vərəqində olan xx.xx.2020-ci il tarixli vəkillərin siyahısının təqdim edilməsi protokolunda “Şübhəli şəxs: Samir Saimanov” qrafasındakı imza, 1-ci cildin 263-cü vərəqində olan 05.11,2020-ci il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxsin və ya müdafiəçinin vəsatətləri” qrafasındakı yazılar və “Şübhəli şəxs: Samir Saimanov” qrafasındakı imza, 1-ci cildin 269-cu vərəqində olan 05,11,2020-ci il tarixli bildirişdə “Şübhəli şəxs: Samir Saimanov” qrafasındakı imza, 1-ci cildin 270-ci vərəqində olan xx.xx.2020-ci il tarixli “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin izah edilməsi haqqında” protokoldakı “Tanış oldum” yazıları və “Şübhəli şəxs: Samir Saimanov” qrafasındakı imza, 1-ci cildin 271-ci vərəqində olan 05 noyabr 2021-ci il tarixli “etiraz edilə bilən şəxslərin siyahısının şübhəli şəxsə elan edilməsi və etiraz edilə bilən şəxslər barəsində şübhəli şəxsə məlumat verilməsi haqqında” protokolda “Şübhəli şəxsin və ya müdafiəçinin vəsatətləri” qrafasındakı yazılar və “Şübhəli şəxs: Samir Saimanov” qrafasındakı imza, 1-ci cildin 272-273-cü vərəqlərində olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokolun 1-ci vərəqinin aşağı sol küncündəki imzadan 2-ci vərəqində “Şübhəli şəxs: Samir Saimanov" qrafasındakı və “Protokolun surətini 5 noyabr 2020 il tarixdə aldım: Samir Saimanov” qrafasındakı imzalardan, 1-ci cildin 279-cu vərəqində olan 05.11,2020-ci il tarixli telefonun və əşyaların könüllü olaraq təqdim edilməsi barədə protokolda “Təhvil verdi: X19” qrafasındakı imza, 1-ci cildin 286-cı vərəqində olan 06.11,2020-ci il tarixli “təqsirləndirilən şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişin 1-ci səhifəsinin aşağı hissəsindəki imza, 1-ci cildin 287-ci vərəqində olan 06 noyabr 2021-ci il tarixli etiraz edilə bilən şəxslərin siyahısının təqsirləndirilən şəxsə elan edilməsi barədə protokolda “təqsirləndirilən şəxsin və ya müdafiəçinin vəsatətləri” qrafasındakı yazılar və imza, “Təqsirləndirilən şəxs: Samir Saimanov” qrafasındakı imza, 1-ci cildin 288-ci vərəqində olan 06.11,2020-ci il tarixli protokolda “etirazım yoxdur” yazıları və “Təqsirləndirilən şəxs: Samir Saimanov” qrafasındakı imza, 1-ci cildin 292-ci vərəqində olan xx.xx.2020-ci il tarixli ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokolda “etirazım yoxdur, etirazım yoxdur, tanış olduk” yazıları və “Təqsirləndirilən şəxs: Samir Saimanov” qrafasındakı imza, 1-ci cildin 293-294-295-296-cı və 299-300-301-ci vərəqlərində olan 06 noyabr 2021-ci il tarixli ekspertiza təyin olunması barədə qərarın təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokollarda “tanış oldum etirazım yoxdur”, “Qərar mənə elan olundu etirazım yoxdur” yazıları və “Təqsirləndirilən şəxs: Samir Saimanov” qrafasındakı imzalar, 1-ci cildin 309-cu vərəqində olan 06.11,2020-ci İl tarixli həbsə alma və həbsdə saxlamanın qanuni əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim edilən sənədlərlə tanış etmə haqqında protokolda “tanış oldum etirazım yoxdur” yazıları və "Təqsirləndirilən şəxs: Samir Saimanov” qrafasındakı imza, 1ci cildin 318-320-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunda1-2-ci vərəqlərindəki imzalar, 3-cü vərəqində sonuncu “Cavab:” qrafasındakı yazılar və “Təqsirləndirilən şəxs: X39! oğlu" qrafasındakı imza, 1-ci cildin 355-ci vərəqində olan xx.xx.2020-ci il tarixli ekspertizanın təyin edilməsi haqqında qərarın elan edilməsi haqqında protokolda “Qərarla tanış oldum etirazım yoxdur” yazıları və “Təqsirləndirilən şəxs: X19” qrafasındakı imza, 3-cü cildin 132-134-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolunun 1-ci vərəqində “İmza: Samir Saimanov” qrafasındakı və aşağı sağ tərəfindəki imzalar, 2-ci vərəqin aşağı sağ tərəfindəki imza, 3-cü vərəqin sağ tərəfində sonuncu “cavab” qrafasındakı yazılar və “Təqsirləndirilən şəxs: X19” qrafasındakı imza, 3- cü cildin 135-138-ci vərəqlərində olan xx.xx.2021-ci İl tarixli üzləşdirmə protokolunun 1-ci vərəqində “İmza: Samir Saimanov” qrafasındakı və aşağı sağ tərəfindəki imzalar, 2-3-cü vərəqlərin aşağı sağ tərəfindəki imzalar, 4-cü vərəqin sağ tərəfində sonuncu “cavab” qrafasındakı yazılar və “Təqsirləndirilən şəxs: X19” qrafasındakı imza, 3-cü cildin 28-ci vərəqində olan xx.xx.2021-ci il tarixli etirazın təmin edilməməsi haqqında AR Baş prokurorluğun qərarının elan edilməsi.haqqında protokolda “Qərarla tanış oldum” yazıları və ‘Təqsirləndirilən şəxs: X19” qrafasındakı imza, 4-cü cildin 29-cu vərəqində olan xx.xx.2021-ci il tarixli ərizədə “Təqsirləndirilən şəxs: X19” qrafasındakı imza, 4-cü cildin 30-cu vərəqində olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi haqqında protokoldakı əlyazmalar və "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 32-ci vərəqində olan xx.xx.2021 -ci il tarixli vəkilin cinayət işində müdafiəçi qismində iştirakına xitam verilməsi haqqında qərarın 2- ci vərəqində 'Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 35-ci vərəqində olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarın sonuncu vərəqində "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 36-cı vərəqində olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxsə qismində cəlbetmə qərarının surətinin və hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokoldakı əlyazmalar və "Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 38-ci vərəqində olan Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinə dair bildirişin 2-ci vərəqində 'Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 39-44-cü vərəqlərində olan 18 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsəin əlavə dindirilməsi protokolunun 1-5-cİ vərəqlərindəki imzalar və sonuncu "cavab” qrafasındakı yazılar və ‘Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 45-ci vərəqində olan xx.xx.2021-ci il tarixli etirz edilə bilən şəxslərin siyahısının təqsirləndirilən şəxsə elan edilməsi və etiraz edilə bilən şəxslər barəsində təqsirləndirilən şəxsə məlumat verilməsi haqqında protokolda "etirazım yoxdur” yazıları və "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4- cü cildin 46-ci vərəqində olan xx.xx.2021-ci il tarixli protokolda “etirazım yoxdur hüquqlarım mənə izah edildi” yazıları və "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 48-ci vərəqində olan xx.xx.2021-ci il tarixli qərarın sonunda "Qəbul etdim Salmanov S xx.xx.2021" yazıları və həmin yazıların qarşısındakı imza, 4-cü cildin 116-cı vərəqində olan xx.xx.2021-ci il tarixli protokolun orta hissəsindəki əlyazmalar və “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 122-ci vərəqində olan xx.xx.2021-ci il tarixli protokolun aşağı hissəsindəki əlyazmalar və "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 124-cü vərəqində olan xx.xx.2021-ci il tarixli vəsatətin rədd edeilməsi haqqında qərarın sonunda “Qərarla tanış oldum Salmanov S xx.xx.2021” yazıları və "Salmanov S” yazısının üst hissəsindəki imza, 4-cü cildin 124-cü vərəqində olan ərizədəki yazılar (yuxarı sol küncdəki yazılardan və imzadan başqa) və "təqsirləndirilən şəxs: Salmanov” yazıları qarşısındakı imza, 4-cü cildin 129-130-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolun 1-ci vərəqinin aşağı hissəsindəki əlyazmalar və imzalar, 2-ci vərəin yuxarı hissəsindəki əlyazmalar və ‘Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imza, 4-cü cildin 132-ci vərəqində olan xx.xx.2021-ci il tarixli vəsatətin rədd edilməsi haqqında qərarın sonunda “Qərarla tanış oldum Salmanov S xx.xx.2021” yazıları və "Salmanov S” yazısı sonundakı imza - SALAMANOV SAMİR KAMİL oğlu tərəfindən icra olunmuşdur; 2. Ekspertizaya təqdim edilmiş, 1 (101 )-1402/2021 nömrəli cinayət işinin 1 -ci cildin 257-ci vərəqində olan əməliyyat tədbirinin davam etdirilməsi və şəxsin saxlanılması haqqında 05 noyabr 2021-ci il tarixli protokolda "Saxlanılan şəxs 1. Təqsirləndirilən şəxs4” qrafasındakı imzanın, 1 -ci cildin 272-273-cü vərəqlərində olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokolun 1-ci vərəqində "Şübhəli Şəxs: Təqsirləndirilən şəxs4” qrafasındakı imzanın - Təqsirləndirilən şəxs4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub - olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə zamanı məhkəmə-xətşünaslıq ekspertizası üzrə 21 dekabr 2021-ci il tarixli 4/1605 saylı ekspert rəyi elan edildikdən sonra Təqsirləndirilən şəxs4 bir daha qeyd edilən protokolların onun tərəfindən imzalanmadığı, ekspert rəyinə inanmadığını bildirmişdir. İşdə olan təqsirləndirilən şəxs qismində ifadə verərkən ibtidai istintaq zamanı 18 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunu imzalamadığını bildirən və həmin protokoldakı imzaların onun tərəfindən icra olunub-olunmamasını yoxlanmasın xahiş edən Təqsirləndirilən şəxs2 vəsatəti əsasında təyin edilmiş məhkəməxətşünasılaq ekspertizası üzrə 09 dekabr 2021-ci il tarixli 4/1607 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 1 (101)-1402/2021 nömrəli cinayət işinin 4-cü cildinin 22-25-ci vərəqlərində olan 18 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunda “İmza” qrafalarındakı və “Təqsirləndirilən şəxs” qrafasındakı imzalar - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Məhkəmə zamanı məhkəmə-xətşünaslıq ekspertizası üzrə 18 iyun 2021-ci il tarixli 4/1605 saylı ekspert rəyi elan edildikdən sonra Təqsirləndirilən şəxs2 bir daha qeyd edilən protokolun onun tərəfindən imzalanmadığı, ekspert rəyinə inanmadığını bildirmişdir. İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlama üzrə 14 dekabr 2020-ci il tarixli 3450 nömrəli ekspert rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatlarından periodik istifadə halları olub. Lakin, hazıra narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (2-ci cild 240-242). İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlama üzrə 14 dekabr 2020-ci il tarixli 3448 nömrəli ekspert rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 psixotrop maddə olan metafetamindən istifadə halları olub. Lakin, hazıra narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 243- 245). İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlama üzrə 21 dekabr 2020-ci il tarixli 3513 nömrəli ekspert rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Narkomaniya xəstəiiyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 234- 236). İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlama üzrə 21 dekabr 2020-ci il tarixli 3496 nömrəli ekspert rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 237). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş 10 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 97). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş 10 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 93). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş 10 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 95). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş 21 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 18 yanvar 2017-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin tarixdə həmin İdarə tərəfindən cinayət işi üzrə icraata Cinayət Prossesual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur (2-ci cild iş vərəqi 99). İşdə olan 19 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 3 noyabr 2020-ci tarixli yoxlama və əşyaların götürülməsi haqqında protokol, 5 noyabr 2020-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında protokol, 4 noyabr 2020-ci il tarixli baxış keçiriməsi və götürilmə haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 4 noyabr 2020-ci il tarixli, 6/2383 nömrəli, 23 noyabr 2020-ci il tarixli, 6/2465 nömrəli, 11 dekabr 2020-ci il tarixli, 6/2467 nömrəli, 16 dekabr 2020-ci il tarixli, 5/875 nömrəli ekspert rəyi ekspert rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 Narkoloji Tibbi yoxlamanın 14 dekabr 2020-ci il tarixli 3450, 14 dekabr 2020-ci il tarixli 3448 nömrəli, 21 dekabr 2020-ci il tarixli 3513 nömrəli, 21 dekabr 2020-ci il tarixli 3496 nömrəli rəyləri, video çəkiliş və səs yazılarının olduğu elektron daşıyıcılar (CD), ifadələr, baxış protkoliarı, həmçinin işdə olan digər sənədlər sübut növu kimi qəbul olunmuş, Təqsirləndirilən şəxs3 məxsus “Samsung A01” markalı mobil telefon, Təqsirləndirilən şəxs4 məxsus “İphone 6S” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung AOT' modelli mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus “Redmi” modelli mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb edən məlumatları daşığına görə maddi sübutlar cinayət işinə edilmişdir (4cü cild iş vərəqi 72-107). İşdə olan 19 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İlkin tədqiqat zamanı 552,9 qram, tədqiqatlardan sonra 552,8 qram olan narkotik vasitə - kokain, ilkin tədqiqat zamanı 971,5 qram, tədqiqatlardan sonra 971,4 metamfetamin psixotrop maddəsi, ilkin tədqiqat zamanı 283 ədəd, tədqiqatlardan sonra 271 ədəd olan MDMA (metilendioksimetamfetamin) maddsəsi, ilkin tədqiqat zamanı 13.650 ədəd, tədqiqatlardan sonra 13620 ədəd olan preqabalin güclü təsiredici maddəsi, ilkin tədqiqat zamanı 87 ədəd, tədqiqatlardan sonra 85 ədəd olan metandienon maddəsi, ilkin tədqiqat zamanı 0,193 qram, tədqiqatlardan sonra 0,143 qram olan narkotik vasitə kokain və “X45” sözləri yazılmış sarı rəngli çamadan, ‘‘Corn Flakes”, “Coco Pops” şirniyyat paketi, 2 ədəd “Nestle Nesquik” plastik qutuları, ədəd "Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusu, “Bebelac” uşaq yeməyi qabı maddi sübut kimi tanınmış, narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələr cinayət təqibi üzrə icraat başa çatanadək Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağında, ‘‘X45” sözləri yazılmış sarı rəngli çamadan, narkotik vasitənin aşkar edildiyi “Corn Flakes”, “Coco Pops" şirniyyat paketi, 2 ədəd “Nestle Nesquik” plastik qutuları, ədəd “Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusu, “Bebelac” uşaq yeməyi qabı “DGK-nın “Azərterminal Kompleks” Birliyində saxlanılması üçün verilmişdir (4-cü cild iş vərəqi 72-107). İşdə olan şübhəli şəxsin tutulması haqqında 03 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 03 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 47). İşdə olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 03 noyabr 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 191-196). İşdə olan şübhəli şəxsin tutulması haqqında 04 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 95). İşdə olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 04 noyabr 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 223-228). İşdə olan şübhəli şəxsin tutulması haqqında 04 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 04 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 151). İşdə olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 04 noyabr 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 251-256). İşdə olan şübhəli şəxsin tutulması haqqında 05 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 05 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 268). İşdə olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 05 noyabr 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 310-312). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri özlərini və bir-birilərini müdafiə xarakterli və işin faktiki hallarına uyğun olmayan hesab edir, onların ibtidai istintaq zamanı verdikləri ifadələrini isə işin faktiki hallarına tam uyğun hesab ediir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 özlərinin vəsatətləri əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizaları üzrə ekspert rəylərinin doğruluğunu şübhə altına almaları da sonuncuların məhkəmə zamanı verdikləri ifadələrinin səmimiliyini şübhə altına alır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən, kokain narkotik vasitəsinin külli miqdarının aşağı həddi 1 qram, metamfetamin psixotrop maddəsinin külli i miqdarının aşağı həddi 2 qram, MDMA psixotrop maddəsinin külli miqdarının aşağı həddi 5 qram, Azərbaycan Respublikasının 18 mart 2005-ci tarixli № 180-VQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının» siyahılarına əsasən preqabalin güclü təsir edən maddənin külli miqdarının aşağı həddi 5 qram, metandienon güclü təsir edən maddənin külli miqdrının aşağı həddi 2,5 qram təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə və Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməlləri həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 240.2.2-ci maddələri düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 240.2.2-ci maddəsinin saknsiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 234.1 və 240.2.2-ci maddələri az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://e-qanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.2.2 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 03 noyabr 2020-ci il tarixdən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkmələrinin başlanğıcı 04 noyabr 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs4 cəza çəkməsinin başlanğıcı 05 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 03 noyabr 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası X2 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 04 noyabr 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 04 noyabr 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.2.2 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 05 noyabr 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama üzrə 21 dekabr 2020-ci il tarixli 3513 nömrəli və 21 dekabr 2020-ci il tarixli 3496 nömrəli ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəiliyi aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görüldüyündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onları ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə eyni zamanda hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama üzrə 14 dekabr 2020-ci il tarixli 3450 nömrəli və 14 dekabr 2020-ci il tarixli 3448 nömrəli ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyi aşkar olunmadığından, narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmadığından və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görüldüyündən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, X4 cinayət əməllərini mülkiyyətində olan «Redmi» markalı mobil telefon vasitəsilə, Təqsirləndirilən şəxs3 cinayət əməllərini «Samsung A01» markalı mobil telefonla, Təqsirləndirilən şəxs2 cinayət əməllərini «Samsung A01» markalı mobil telefonla, Təqsirləndirilən şəxs4 cinayət əməllərini «İphone 6S» markalı mobil telefonla törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-ci maddəsinə əsasən «Redmi», «Samsung A01», «Samsung A01» və «İphone 6S» markalı mobil telefonlar xüsusi müsadirə edilməli və cinayət işinin materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 552,8 qram narkotik vasitə kokain, 971,4 psixotrop maddə metamfetamin, 271 ədəd həb psixotrop maddə MDMA (metilendioksimetamfetamin), 13.620 ədəd həb güclü təsiredici maddə preqabalin, 85 ədəd həb güclü təsiredici maddə metandieon, 0,143 qram narkotik vasitə kokain, Dövlət Gömrük Komitəsinin «Azərterminal Kompleks» Birilyindən saxlnılan üzərində “X45” sözləri yazılmış sarı rəngli çamodan, ‘‘Corn Flakes”, “Coco Pops” şirniyyat paketləri, 2 ədəd “Nestle Nesquik” plastik qutuları, 1 ədəd "Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusu, 1 ədəd “Bebelac” uşaq yeməyi qabı məhv edilməli və 4 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi, məhkəmə kompüter-texniki və məhkəməxətşünslıq ekspertizaları üzrə tədqiqatlarının dəyəri 559,76 manat (beş yüz əlli doqquz manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 3 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 4 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 4 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 240.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.2.2 və 240.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 5 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: - Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonraqalıq qalan 552,8 qram narkotik vasitə kokain, 971,4 psixotrop maddə metamfetamin, 271 ədəd həb psixotrop maddə MDMA (metilendioksimetamfetamin), 13.620 ədəd həb güclü təsiredici maddə preqabalin, 85 ədəd həb güclü təsiredici maddə metandieon, 0,143 qram narkotik vasitə kokain hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Dövlət Gömrük Komitəsinin «Azərterminal Kompleks» Birilyindən saxlanılan üzərində “X45” sözləri yazılmış sarı rəngli çamodan, ‘‘Corn Flakes”, “Coco Pops” şirniyyat paketləi, 2 ədəd “Nestle Nesquik” plastik qutuları, 1 ədəd "Emsal kuruyemiş” silindr formalı şirniyyat qutusu, 1 ədəd “Bebelac” uşaq yeməyi qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 4 ədəd CD disk cinayət işində saxlanılsın. - cinayət işinin materiallarında saxlanılan bir ədəd «Redmi», bir ədəd «Samsung A01», bir ədəd «Samsung A01» və bir ədəd «İphone 6S» markalı mobil telefonlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə olunsun və cinayət işinin materiallarına əlavə edilsin. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi, məhkəmə komputer-texniki və məhkəməxətşünaslıq ekspertizaları üzrə tədqiqatların 559,76 manat (beş yüz əlli doqquz manat yetmiş altı qəpik) dəyəri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Samirə İlham qızı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar