Məhkəmə qərarları › İş №1(101)-134/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-134/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-134/2023 10.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müəllimpsixoloq X2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, natamam təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində, nömrəsiz evdə müvəqqəti qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 yanvar 2022-ci il tarixdə tanışı Şahid1 azyaşlı qızı, xx xxxxxxxx 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid3 və sonuncunun 2 övladı ilə birlikdə kirayədə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində yerləşən nömrəsiz evdə baxmaq üçün qəbul edib Zərərçəkmiş şəxs azyaşlı olmasından köməksiz vəziyyətdə olduğunu bilərək bundan istifadə edərək, onu qəbul etdikdən sonra mütəmadi olaraq onu döyüb, onun saçından tutub başını döşəməyə vuraraq, bədəninin müxtəlif nahiyələrinə dağ basaraq, sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik boyunun sol yan səthinin yuxarı üçdə birinin qançırı, sağ çiyin nahiyyəsinin səthi kəsilmiş yarası, sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik döş qəfəsinin ön səthinin sol və sağ yarısının yuxarı üçdə birinin, kürək arxası nahiyədə onurğa üzərində, sağ kürək nahiyəsinin, sağ bazunun orta üçdə birinin arxa səthinin, sağ əlin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin yanıq yaraları, sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik sağ və sol sarğı nahiyəsinin, sol budun orta üçdə birinin ön səthinin, sol budun orta-aşağı üçdə birinin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin, sağ dizaltı çuxurun yanıq yaraları, 22 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixə keçən gecə təxminən saat 01:00 radələrində isə sonuncuya sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurub ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs ifadələrində özünü təqsirli bilməyərək göstərdi ki, vəfat etmiş Zərərçəkmiş şəxs onun dostu Talehin qızıdır. Onunla Taleh arasında hər hansı ədavət yoxdur. O, Məryəmi öldürməmişdir. Ona işgəncə də verməmişdir. Uşağa işgəncəni öz atası Taleh verib. Məryəmin atası onun qonşusu olub. Məryəmə Xəyalə baxırdı. Uşağın anası yox idi. O, uşağa baxdığına görə özünü təqsirli bilir. Məryəmin atası Məryəmi baxmağa vermişdi. Məryəmi atası Taleh hadisədən 2-3 gün qabaq onlara gecə gətirmişdi. Məryəm zəif uşaq idi. Onun bədənində xəsarətlər var idi və açıq görsənirdi. O özü həmin vaxtda su maşını sürmüşdür. Məryəmi gətirəndə onun bədəninin ombasında yanıq var idi. Uşaq öləndə o, uşağa süni nəfəs vermişdir. O, uşağa heç bir zərər vurmamışdır. Uşağın bədənindəki xəsarətləri özləri yetiriblər. Kimin yetirdiyini bilmir. Hadisə vaxtı o, narkotikanın təsiri altında olmuşdur. Hadisə baş verən gecə saat 12:00 radələrində o, evə gəlib. İfadələrinə başqa əlavəsi yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə təkrar dindirilərkən ifadələrində göstərdi ki, hadisə olan günü evə gələrək, maşını yolun qırağında saxlayıb, özü qapını açaraq evə girmişdir. O, evə gələndə uşaqlar yatılı olmuşdur. Məryəm də Xəyalənin yanında olub. O, öz otağına girəndə, Məryəmi öz yatağında inildəyən görüb. O, evə gecə saat 12:00- 00:00 radələrində gəlib. O, uşağı həmin vəziyyətdə görəndə ona köməklik göstərmişdir. Xəyaləni çağıraraq nə olduğunu soruşub. Xəyalə cavab vermədi. Xəyalənin dili tutulmuşdu. Xəyaləni ayıltmaq üçün ayağına, qoluna vurub. Sonra evdən çıxaraq qonşusu Əbdülgilə dükana gedib, daha sonra Yasamal rayonuna getmişdir. Evə 04:00- 05:00 saat aralığında gəlmişdir. Əbdül qonşusudu, ona Məryəmin ölümü barədə danışıb. X22 öldürdüyünü, amma öz boynuna götürəcəyəni deyib. Əbdül də bunu təsdiqləyə bilər. Əbdül qonşuluqda yaşayır, soyadını və atasının adını bilmir. Evə qayıdanda görüb ki, Məryəmi dəsmala bükərək, Xəyalə, Allahverdi və Vüsal aparıb quyuya atıblar. Allahverdi və Vüsal yalan ifadə veriblər. O, onlara Məryəmi nə quyuya qum atmaq üçün bel verib, nə də Məryəmin meyitini çarpayının altında gizlətməyib. Yasamal rayonunda xalası oğlunun yanında olmuşdur. Xalası oğlunun adı Rüstəmov Rafiqdir. Onun xalası oğlu kirayə evdə yaşayır. Məryəmin ölümündən sonra onun Yasamal rayonuna gedibqayıtmağı dörd saat çəkmişdir. O, evə gələndə Məryəmin meyidini artıq quyuya atmışdılar. Bağ evində eyvanda qırmızı dəstəkli bel var idi, o, evdən çıxanda həmin bel eyvanda idi, lakin evə gələndə bel yerində deyildi. Polisə hadisə barədə heç bir məlumat verməyib. Yaşadıqları evin döşəməsi betondan idi. Məryəmi heç vaxt döyməmişdir. İbtidai istintaqda verdiyi ifadələrinin heç biri ilə tanış olmamışdır. Məryəm çox sakit uşaq idi. İşləmədiyinə görə Talehi Zenfira evdən qovub deyə, o, Məryəmə yazığı gəldiyinə görə götürüb saxlamışdır. Taleh uşağa işgəncələr verirdi, hətta gözünə siqaret basmışdı. Taleh Məryəmi yaşadıqları evə gətirəndə onun bədənində siqaretin yanıq izləri var idi. Taleh Məryəmi sonuncu dəfə 13 yanvar tarixində onun yaşadığı bağ evinə gətirmişdi. Məryəmin omba hissəsi Xəyalə Məryəmi çimizdirib çıxarandan sonra yanmışdır. Həmin vaxt o, evdə olmamışdır. Məryəm tam olaraq danışa bilmirdi. Fikrini ifadə edə bilmirdi. Məryəm onlara gətiriləndə onun səhhətində hər hansı bir problemin olduğu barədə ona məlumat verilməyib. Yanvar ayının 22-si o, Məryəmi döyməmiş, əksinə ona köməklik göstərib. Xəyalə ağlayraq ondan cinayəti öz boynuna götürməyi xahiş etmişdir. O, evə gələndə Məryəm ağlamırdı, halsız idi. O, meyiti çarpayının altında gizlətməmişdir. Yaşadığıqları bağ evində kəndirdən düzəldilmiş yelləncək var idi və o, evə qayıdanda həmin kəndir kəsilmiş vəziyyətdə idi. Xəyalə Məryəmin yaşadıqları evdə qalmağına razı deyildi. Uşağa baxmaq istəməməyi və deyinməyi üstündə bir neçə dəfə o da Xəyaləni vurub. İl yarım olar ki, Xəyalə ilə birlikdə yaşayırlar. Elə vaxt olub ki, Xəyalənin dili tutularaq, üç-dörd saat danışmayıb. Hadisə baş verən günün səhər saatlarında o, işdə olmuşdur işə gedəndə maşın donduğu üçün maşının motoruna su tökməyə Allahverdi və Vüsal ona kömək ediblər. Onun işdə olduğunu onunla eyni növbədə işləyən maşınların sürücüləri təsdiq edə bilər. Onun işlədiyi həyətin kamerası da var idi. Məşədi ləqəbli şəxs, sürücülərdən Yavər, Valeri, Namiq, Vüqar, İlqar onun işdə olduğunu təsdiq edə bilər. Dedikləri şəxslərin ünvanlarını bilməsə də onları göstərə bilər. Polis bölməsində iyirmi nəfər onu döyərək, başını yarıblar. Polis əməkdaşları onu Yasamal rayonunda gecə saat 01:00 radələrində tutmuşdular. Polislər onu təxminən hadisə baş verdikdən on-on beş gün sonra tutublar. Daha sonra polislər Xəyalə və uşaqları da polis bölməsinə gətirdilər, bir gün saxlayıb buraxdılar. O, isə üç gün polis bölməsində qalmışdır. Xəyalə onunla bölmədə qalanda ağladığına görə o, Xəyaləyə hadisəni öz üzərinə götürəcəyini bildirmişdir. Onu əvvəlcə polislər qoyun oğurluğu ilə tutmuş, daha sonra Məryəmin meyitini quyuya atdığını bildirmişdilər. Əməliyyat müvəkkili Şəhriyar, prokurorluğun müstəntiqi və polis müstəntiqi Toğrul onu Məryəmin atıldığı quyuya apardılar. Polislər tərəfindən onu hadisə yerinə aparılanda heç bir sənəd tərtib olunmadı. Vəkili ilk dəfə məhkəmədə görmüşdür. Xəyalə və uşaqlarla ilk dəfə müvəqqəti saxlama yerində də üzləşmişdir. Məryəmi onun öldürdüyünü deyiblər. Cinayət işinin istintaqı zamanı ona heç bir sənəd təqdim olunmamışdır. Müdafiəçisini soruşmuşdur, dedilər ki, müdafiəçiyə ehtiyac yoxdur. Müstəntiq ona cəzasınıın dörd ildən səkkiz ilə qədər olduğunu bildirmişdir. Yanvar ayının 22-si o, Məryəmi döyməmişdir. Əksinə ona köməklik göstərib. Xəyalə ağlayraq ondan cinayəti öz boynuna götürməyi xahiş etmişdir. O da bunu etmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadələrində göstərmişdir: “Ona Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilir. Şahid3, sonuncunun 2007-ci il təvəllüdlü oğlu Allahverdi, 2008-ci il təvəllüdlü oğlu Vüsal ilə birlikdə yaşamışdır. Heç bir yerdə rəsmi olaraq işləməmişdir. Ailədə 3 bacı, 4 qardaş olmuşlar. Şahid3 ilə 2021-ci ilin fevral ayından qeyri-rəsmi olaraq ər-arvad münasibətində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları nömrəsiz fərdi evdə yaşamışlar. 2017-ci ildən etibarən narkotik vasitə olan marixuana istifadəçisi olmuş, son 6 aydır ki narkotik vasitələri iynə yolu ilə qəbul etmişdir. Şahid1 təxminən 7-8 il bundan əvvəl bir qonşu kimi görüb tanımış, get-gedə Talehin özü və atası Rövşənlə aralarında dostluq münasibətləri yaranmışdır. Talehin atası Rövşənlə dəfələrlə birlikdə narkotik vasitə qəbul etmişlər. Lakin Talehlə narkotik vasitə qəbul etməmiş, lakin Talehin atası Rövşənlə narkotik vasitə qəbul etməsinin bir neçə dəfə şahidi olmuşdur. Talehin Məryəm adında bir qızı olmuşdur. Taleh hər dəfə işləməyə gedəndə qızı Məryəmi gətirib onlara qoymuş, işləyib qayıtdıqdan sonra isə gəlib qızı Məryəmi onlardan götürmüşdür. Sonuncu dəfə Taleh qızı Məryəmi işləməyə gedərkən xx.xx.2022-ci il tarixində onlara gətirmişdir. xx.xx.2022-ci il tarixinə kimi Məryəm onlarda qalmışdır. Həmin günlər ərzində evlərində heç bir xoşagəlməz hadisə baş verməmişdir, yəni həmin günlər ərzində ailə üzvlərindən heç biri tərəfindən Məryəmə qarşı heç bir fiziki və mənəvi təzyiq göstərilməmişdir. Sadəcə həmin günlər ərzində Məryəmin omba nahiyəsi odun sobasına dəyib yanmışdır. Arabir də Məryəmi tənbeh etmək üçün yüngül şəkildə vurmuşdur. 2022-ci il yanvar ayının 22-dən 23nə keçən gecə təxminən 01 radələrində o, Məryəmin halının pisləşdiyini görmüşdür. Həmin vaxt Məryəm yatdığı çarpayıda xırıldamışdır. O, Məryəmə süni nəfəs verməyə çalışmış, daha sonra sinəsindən basaraq massaj etməyə başlamışdır. Lakin nə qədər etməyə çalışsa da, bunun bir xeyiri olmamışdır. Daha sonra Məryəmin öldüyünü bilmişdir. Çıxıb məhəllədə biraz gəzişmiş, təxminən 2-3 saatdan sonra qayıdıb evə gəlmişdir. Sonra Məryəmin meyitini bükərək Allahverdi və Vüsala Məryəmin meyitini qonşu həyətdə yerləşən su quyusuna aparıb atmağı və üzərinə qum, mişar daşları tökmələrini tapşırmışdır. Allahverdi və Vüsal da onun dediyi kimi etmişlər, o isə özünü pis hiss etdiyindən onların yanına getməmişdir. Həmin gün Taleh bir neçə dəfə övladı Məryəm üçün onların evinə gəlsə də, o, müxtəlif səbəblər gətirərək Məryəmin şəhərdə xalasıgildə olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Xəyaləyə övladlarını da götürüb anasıgilə getmələrini bildirmiş, özünün isə rayona gedəcəyini bildirmişdir. Xəyalə də övladlarını götürüb anasıgilə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xəyaləyə zəng vuraraq görüşmək istədiyini bildirmiş, həmin vaxt o, artıq polis əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra onu, Xəyaləni və sonuncunun övladlarını 1-ci PŞ-nə gətirmişlər. Şahid1 ilə aralarında ədavət və düşmənçilik olmamışdır. Məlum hadisə günü, yəni 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Məryəmin halı pisləşən zaman təcili tibbi yardıma, Məryəmin ölümünü bildikdən sonra hüquq-mühafizə orqanlarına qorxduğu və narkotik vasitənin təsiri altında olduğundan məlumat verməmişdir. Eyni zamanda onun bu hərəkəti etməkdə məqsədi müəyyən müddət məsuliyyətdən yayınmaq olmuşdur. Mütəmadi olaraq narkotik vasitə istifadəçisi olmuş, lakin arabir spirtli içki də qəbul etmişdir. Əvvəllər ürəyində olan xəstəliklə bağlı dəfələrlə müalicə almış, lakin hər hansı xəstəliklə bağlı hər hansı bir müalicə müəssisəsində qeydiyyatda olmamışdır. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs sakitləşdirmək üçün yüngül şəkildə 1-2 dəfə çiyin nahiyəsindən vurmuşdur. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs sakitləşdirmək üçün yüngül şəkildə 1-2 dəfə çiyin nahiyəsindən vurduqdan sonra Məryəm hələ də özünü yaxşı hiss etsə də qəflətən Məryəmin halı pisləşmiş və o hərəkətsiz vəziyyətdə düşüb qalmışdır. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs öldüyünü onun nəbzini yoxladıqdan sonra nəbzinin vurmadığını, nəfəsinin gəlmədiyini gördükdən sonra bilmişdir. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs döyəndən sonra onun hərəkətsiz vəziyyətə düşdüyünü gördükdə nəbzini yoxlamış və artıq nəbzinin vurmadığını görmüşdür. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə olarkən onun nəfəsinin gedib-gəldiyini yoxlamış, artıq Məryəmin nəfəs almadığının şahidi olmuşdur. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə qaldıqdan sonra onu parçaya bükərkən Məryəmin bədəni buz kimi soyuq olmuşdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs atası Şahid1 tərəfindən onlara gətirilərkən, eyni zamanda məlum hadisə zamanı, yəni Zərərçəkmiş şəxs öldüyü gün əynində hansı paltarların olmasını aradan zaman müddəti keçdiyinə görə xatırlaya bilmir. 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs halı pisləşdikdən sonra o, Məryəmin üzünə su vurub ayıltmaq istəmişdir. Həmin vaxt Məryəmin paltarları islaq olduğuna görə Məryəmi parçaya bükərkən onun paltarlarını çıxartmış və çılpaq şəkildə parçaya bükmüşdür. Daha sonra Allahverdi və Vüsala Məryəmin meyitini qonşu həyətdə yerləşən su quyusuna aparıb atmalarını bildirmiş, sonuncular da onun dediyi kimi etmişlər. O, həmçinin bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Əsasən qəbul etdiyi narkotik vasitələr metamfetamin, heroin və marixuana olmuşdur. Həmin narkotik vasitəni də adını dəqiq xatırlamadığı şəxslərdən nəğd şəkildə pul ödəyib əldə etmişdir. X11 və X8 məxsus olan cəmi 16 baş xırdabuynuzlu heyvanların otarılması sahibləri tərəfindən ona həvalə olunmuşdur. O da bu işi qeyri-rəsmi nikah münasibətində yaşadığı Xəyalənin övladları Allahverdi və Vüsala həvalə etmişdir. Həmin xırdabuynuzlu heyvanları xx.xx.2022-ci il tarixdə X13 vasitəsilə ümumilikdə 1.500 manata X1. O, əvvəllər heyvan alışı və satışı ilə məşğul olmadığına görə xx.xx.2022-ci il tarixdə satdığı 16 baş xırdabuynuzlu heyvanın hər birinin diri çəkisi və bazar qiyməti barədə heç bir məlumatı olmamışdır. Həmin xırdabuynuzlu heyvanların satışından əldə etdiyi pulu şəxsi ehtiyaclarına, eyni zamanda narkotik vasitələr alması üçün xərcləmişdir”. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadələri ibtidai istintaq zamanı hadisə yerində yoxlanılan zaman o, hadisə günü Zərərçəkmiş şəxs halının pisləşdiyi, sonuncuya halı pisləşən zaman kömək etməyə çalışdığı, Zərərçəkmiş şəxs öldükdən sonra sonuncunun meyitini bükərək qoyduğu təxmini yerləri, hadisəni törətdiyi yeri və şəraiti, o cümlədən onun göstərişi və təhriki ilə Zərərçəkmiş şəxs meyitinin qeyri-rəsmi nikah münasibətində yaşadığı Şahid3 övladları Allahverdi və Şahid6lar tərəfindən atıldığı quyunu və həmin quyunun yerləşdiyi ərazini göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X18 ifadəsində göstərmişdir ki, sosial şəbəkə vasitəsilə tanış olduğu qızlarla birlikdə kirayədə yaşayır. Hal-hazırda mağazada satıcı işləyir. Mərhum Zərərçəkmiş şəxs onun qızı olmuşdur. O, təxminən 2017-ci ildə Şahid1 ilə sosial şəbəkə vasitəsilə tanış olub ailə qurmuş, 2018-ci ildə Məryəm adlı qızları dünyaya gəlmişdir. Onlar ailədə 3 bacı, 1 qardaş olmuşlar. Onlar uşaq olanda atası ilə anası ayrılmış, daha sonra anası ikinci dəfə Türkiyə Cümhuriyyəti vətəndaşı ilə ailə həyatı qurmuşdur. O, Talehlə ailə həyatı qurduqdan sonra ilk vaxtlarda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində Talehin ailəsi ilə bir evdə yaşamışlar. Həmin evdə Talehlə ondan savayı, Talehin anası Gülənbər, atası Rövşən və bacısı Zeynəb də yaşamışlar. Lakin bir müddət keçdikdən sonra Talehlə o, həmin evdən çıxaraq müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Talehlə ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan Talehlə münasibətləri soyuqlaşmağa başlamışdır. Buna əsas səbəb isə Talehin heç bir yerdə işləməməsi və narkotik vasitələrdən istifadə etməsi olmuşdur. 2019-cu ilin may ayında artıq Talehin hərəkətlərinə dözə bilməyərək övladı Məryəmi Talehin himayəsində qoyaraq çıxıb getmişdir. Evdən çıxdıqdan sonra bir müddət anasıgillə birlikdə yaşamış, daha sonra anasıgilin Türkiyəyə köçməsindən sonra sosial şəbəkə vasitəsilə tanıdığı xanımlarla birlikdə kirayə ev tutub yaşamağa başlamışdır. Həmin vaxtdan 13 oktyabr 2020-ci il tarixə kimi Talehlə və onun ailəsi ilə heç bir formada əlaqə saxlamamış, övladı Məryəmdən də heç bir məlumatı olmamışdır. 13 oktyabr 2020-ci ildə Bakı Metropoliteninin Əhmədli metostansiyasının yaxınlığında küçədə getdiyi vaxt Talehin yaxınlıqda yerləşən marketdən çıxdığını görmüşdür. Taleh də həmin vaxt onu görmüşdür. Həmin vaxt Taleh onun ardınca gələrək ona söhbət etmək istədiyini, onunla barışmaq istədiyini bildirmişdir. O isə heç bir zaman onunla barışmayacağını, onunla birlikdə olmaq istəmədiyini bildirdikdə Taleh cibindən çıxardığı bıçaqla ona zərbələr endirməyə başlamışdır. Həmin vaxt o, aldığı xəsarətlərlə bağlı Sabunçu 3 saylı ŞKX-ya aparılmış, Taleh isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra o, anasıgillə birlikdə çıxıb Türkiyəyə getmiş, 2021-ci ilin dekabr ayında qayıtmışdır. 2021-ci ilin dekabr ayında övladı Məryəmdən imtina etməyi ilə bağlı notariat kontorunda ərizə yazmışdır. Əslində uşaqdan imtina etməsinə səbəb Talehin Məryəmin sənədlərini düzəltdirmək istəməsi olmuşdur, çünki həmin vaxta qədər övladı Məryəm onun soyadını daşımışdır. Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən Talehgilin qonşusu və Talehin atası Rövşənin dostu kimi görüb tanımışdır. Mehman bildiyi qədəri ilə anası ilə birlikdə yaşamışdır. Eyni zamanda Mehman Talehlə də dostluq etmişdir. Mehman narkotik vasitə istifadəçisi olmuş, Talehlə və Talehin atası Rövşənlə birlikdə narkotik vasitə qəbul etmişlər, hətta dəfələrlə bunun şahidi olmuşdur. 01 fevral 2022-ci il tarixdə, təxminən saat 21 radələrində o, işdən evə çıxıb evə gəlmişdir. O, evdə olan zaman sosial şəbəkədə övladı Zeynəb Hüseynlinin ölü halda quyudan tapıldığını oxumuşdur. Televiziya proqramından bu haqda eşitdikdən sonra xəbərin doğruluğuna əmin olmuşdur. Mehman narkotik vasitə istifadəçisi olmaqla bərabər, arabir onun spirtli içki içməsinin də şahidi olmuşdur. Təqsirləndirilən şəxsla arasında heç bir zaman ədavət olmamış, Mehmanla Talehin və sonuncunun atası Rövşənin arasında düşmənçilik və ədavətin olub-olmaması ilə bağlı dəqiq bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs hər hansı bir formada işgəncə verməsinin şahidi olmamış, bununla bağlı kənar şəxslərdən də bir söz eşitməmişdir. Taleh isə onunla bir yerdə yaşadıqları vaxtlarda qızları Zərərçəkmiş şəxs qarşı mehriban olmuş, lakin o, Talehdən ayrıldıqdan sonra Taleh onunla barışmayacağı təqdirdə özünü və qızları Məryəmi öldürəcəyi ilə hədələmiş, hətta ona iki dəfə qızları Məryəmi öldürəcəyi ilə bağlı hədə-qorxu videoları çəkib göndərmişdir. Hətta Taleh ona bir neçə dəfə bıçağı Məryəmin boğazına dirəyib qayıtmayacağı təqdirdə Məryəmi öldürəcəyi ilə bağlı hədə-qorxu videoları da çəkib göndərmişdir. Lakin həmin görüntülərin olduğu telefonunu itirdiyindən həmin görüntüləri istintaqa təqdim edə bilməyəcəyini, yalnız Talehin Məryəmin boğazına uzatma kabeli bağlayaraq ona işgəncə verməsi ilə bağlı Talehin ona göndərdiyi videogörüntüləri CD formasında istintaqa təqdim edə biləcəyini, lakin təqdim etdiyi həmin videogörüntüdəki məkanın hara olmasını bilmir, lakin işgəncə verilən azyaşlının qızı Məryəm, həmin görüntüdə fonda olan səs keçmiş əri Talehə məxsusdur. Şahid3 ifadələrində göstərdi ki, heç yerdə işləmir, evdar qadındır. O, 2006-cı ildə ailə qurmuş, həmin nikahdan 2007-ci il təvəllüdlü Allahverdi və 2008-ci il Vüsal adlı uşaqları var. 2019-cu il avqust ayında birinci həyat yoldaşından rəsmi olaraq boşanmışdır. Övladları onun himayəsində qalmışdır. Boşandıqdan sonra da övladları ilə Xaşaxuna bağları ərazisində yaşamışdır. Təqsirləndirilən şəxs ilə o, 2021-ci ilin fevral ayında tanış olmuşlar. İlk tanışlıq dövrlərində o, Mehmana yaşca ondan böyük olduğunu desə də, Mehman ondan əl çəkməmiş və onunla evlənəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən də O, Mehmanla bir yerdə yaşamağa başlamışlar. Hətta Mehmanla münasibət qurduğuna görə atası və anası da ondan küsmüşlər. Mehmanın narkotik vasitə istifadəçisi olduğunu sonuncu ilə münasibət qurduqdan qısa müddət sonra bilmişdir. Həmin vaxt o, Mehmana bu vərdişindən əl çəkməsini bildirmiş, Mehman da bu vərdişini tərgidəcəyini bildirmişdi, lakin Mehman verdiyi sözə əməl etməyərək narkotik vasitədən istifadəsini davam etdirdi. Şahid1 Mehmanın qonşusu və dostu kimi tanmışdır. Mehman həm də Talehin atası Rövşənlə dostluq edirdi. Mehman Rövşənlə birlikdə narkotik vasitə qəbul edidi. Mehmanın Talehlə narkotik vasitə qəbul etməsinin şahidi olmamışdır. Talehin Məryəm adında bir qızı var idi. Taleh hər dəfə işləməyə gedəndə qızı Məryəmi gətirib onlarda qoymuş, işləyib qayıtdıqdan sonra isə gəlib qızı Məryəmi onlardan götürmüşdür. Mehman isə əsəbi insandır. O, narkotik vasitə qəbul etdikdən sonra onu, övladlarını və hətta Məryəmi də döymüşdür. O, Mehmanın bir neçə dəfə Məryəmi döyməsini gözü ilə görmüşdür. Sonuncu dəfə Taleh Məryəmi işləməyə gedərkən 01 yanvar 2022-ci il tarixində onlara gətirmişdir. 22 yanvar 2022-ci il tarixinə kimi Məryəm onlarda qalmışdır. Həmin günlər ərzində də övladları Allahverdi və Vüsal, eyni zamanda onun özü tərəfindən Məryəmə qarşı heç bir fiziki və mənəvi təzyiq göstərilməmişdir. Sadəcə bu günlər ərzində Məryəmin omba nahiyəsi evlərində olan odun sobasına dəyib yanmışdı. 2021-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə təxminən 01:00 radələrində o, Mehmanın qışqırıq səsini eşidib yuxudan ayılmışdır. Həmin vaxt Mehman ona Məryəmin halının pisləşdiyini dedi. O, gəlib baxanda Məryəmin hərəkətsiz halda olduğunu, onun ağzından su axdığını görmüşdür. Mehman həmin vaxt Məryəmə kömək edib sonuncunu ayıltmaq üçün üzünə su vurmuşdu, lakin Məryəm ayılmadı. Mehman Məryəmin öldüyünü dedi. O, həmin vaxt Mehmana təcili tibbi yardım çağırmasını və Məryəmin atasıgilə bu barədə məlumat verməsini bildirmişdir, Mehman isə ona və övladlarına hədə-qorxu gələrək bu barədə kiməsə məlumat verəcəkləri təqdirdə onları öldürəcəyini dedi və harasa çıxıb getdi, təxminən 2-3 saatdan sonra qayıdıb gəldi. Mehman Məryəmin meyitini bükərək Allahverdi və Vüsala verib Məryəmin meyitini qonşu həyətdə yerləşən su quyusuna aparıb atmağı və üstünə qum, mişar daşları tökməsini tapşırıb, aparmayacaqları təqdirdə onları da öldürməklə hədələyib onlara narahat olmayın, bunu siz etsəniz, sizi azyaşlı olduğunuza görə məsuliyyətə cəlb etməyəcəklər dedi. Allahverdi və Vüsal da Məryəmin meyitini aparıb Mehmanın dediyi quyuya atıb qayıdıb evə gəldilər. O isə həmin vaxt qorxduğundan Mehmangilin yanına getməmişdir. Həmin gün Taleh bir neçə dəfə Məryəm üçün onların evlərinə gəlsə də, Mehman müxtəlif səbəblər gətirərək Məryəmin şəhərdə xalasıgildə olduğunu dedi. Daha sonra Mehman onu və uşaqlarını Yasamal rayonuna aparmış, orada bir gün kirayə qaldıqdan sonra Bilgəhə gəlmiş, təxminən beş gün də orada kirayə evdə qalmışlar. 29 yanvar 2022-ci il tarixdə Mehman ona uşaqlarnı da götürüb anasıgilə getməsini tapşırıb özünün rayona gedəcəyini dedi. O da övladlarını götürüb anasıgilə getmişdir. 31 yanvar 2022-ci il tarixdə səhər saatlarında Mehman ona zəng vuraraq görüşmək istədiyini bildirmiş, o, həmin vaxt Mehmanı polis əməkdaşlarının yanında görəndə bilmişdir ki, Mehman polis əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra onu da, övladlarını da Mehmanla birlikdə polis şöbəsinə gətirmişlər. Əvvəlki vaxtlarda və sonuncu dəfə Məryəm onlarda qalan zaman Mehman heç bir səbəb olmadan Məryəmə qarşı işgəncələr verirdi, ona fiziki zor tətbiq edirdi. Mehmanın Məryəmin üzünə, başına sillə ilə vururdu. O, bir neçə dəfə Məryəmin saçından yapışaraq onun başını döşəməyə vurmuşdur. Mehman ona Məryəmin öldüyünü bildirdikdən sonra o, Məryəmin nəfəs alıb-almadığını yoxlamamış, həmin vaxt Məryəmin ağzından köpük və su gəldiyini görüb onun artıq ölmüş olduğunu düşünmüşdür. 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Mehmanın səsinə yuxudan ayıldığı zaman Məryəmi Mehmanın qucağında çılpaq görmüşdür. Mehmandan Məryəmin nə üçün uşağın çılpaq olduğunu soruşduqda Mehman ona Məryəmin halının pisləşdiyini, ona kömək etmək üçün üzünə su vurduğunu və bu zaman Məryəmin paltarları islandığına görə onları çıxartdığını dedi. Məryəmi Mehman döyüb öldürüb. Onun özünün Məryəmin ölümünə heç bir aidiyyəti olmayıb. Mehman səbəbsiz olaraq Məryəmi döyürdü. Axırı da belə oldu. O, Mehmana dəfələrlə uşağı sahiblərinə qaytarmağı demişdir. Mehman isə buna məhəl qoymayıb, uşağı saxlayırdı. Hətta uşaq onun yanında yatanda, Mehman yatmış uşağı oyadıb onun yanından götürüb aparıb döyürdü və özü ilə yatızdırırdı. O da Mehmandan qorxub heç kimə bu barədə məlumat verməmişdir. Məryəmin ölümünda özünün heç bir iştirakı olmayıb. O, uşağa əl də vurmayıb. Mehman yalan deyir, Məryəmi Mehman döyüb öldürüb. Şahid3 digər ifadələrində göstərdi ki, imkansızlıqda övladları Allahverdi və Vüsalı internat məktəbinə qoymuşdur. İnternat məktəbinə ayda 100 manat ödəniş edir. Onda bəzən dilinin tutulduğu anlar baş verir. O, nevroloji müalicə almamışdır. Taleh onu atası Rövşənin evdən çıxartdığını, buna görə də Məryəmi gətirib onların yaşadığı bağ evinə qoyacağını, özü işdən qayıtdıqdan sonra Məryəmi götürəcəyini söyləmişdir. Yanvarın 1-i axşam Taleh Məryəmi onların yaşadığı bağ evinə gətirdi. X19rın yaşadığı bağ evinə qoyduqdan iki-üç gün sonra işdən qayıdanda Məryəmi öz evinə aparırdı. Məryəmin yanvar ayının 1-dən həmin ayın 22-si tarixi aralığında nənəsi, atası onların yaşadığı bağ evinə gəlmişlər, lakin Məryəmi aparmamışlar. O, Məryəmin öz evlərində qalmasına uşağa nəsə olar deyə qorxduğu üçün narazılıq etmişdir. Bu səbəbdən Mehman onu dəfələrlə döyüb. Mehman Məryəmi döyürdü, işgəncə verirdi, o da buna görə Məryəmin onların evində qalmasına narazılıq edirdi. Mehmanın Məryəmi döyməyinə səbəb Məryəmin onların evindən atası Talehin yanına getməyini istəməsi idi. Mehman deyirdi ki, özü Məryəmə baxmaq istəyir. Məryəm özü ona Mehmanın Məryəmi yandırdığını demişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqda Məryəmin yıxılıb peçə dəydiyini, ona görə yandığını demişdir. Məryəm ona nə deyibsə onu deyir, Mehmanın Məryəmi yandırdığını gözü ilə görməmişdir. Onların yaşadığı bağ evi iki otaqdan ibarətdir. Yaşadıqları evin qarşısında balkon var. Adətən Allahverdi, Vüsal, Məryəm üçü birlikdə bir otaqda, onunla Mehman birlikdə ayrı otaqda yatmışlar. Uşaqlar yatdığı otaqda televizor var idi. Hadisə olan gündən əvvəl Mehmanın Məryəmə axırıncı dəfə nə vaxt işgəncə verdiyini xatırlamır. Hadisə olan günü Mehman səhər işə getdi, günorta radələrində işdən gəldi. Mehman evə gəldikdən sonra Mehman evdən çıxmayıb. Mehman evə gələndə ona qapını heç kim açmayıb, qapı açıq idi. Mehman hadisə olan günü evdə olanda o, yatmağa getmişdir. Allahverdi və Vüsal ondan əvvəl yatmışlar. Mehman Məryəmi zorla aparıb öz yanında yatızdırıb. Bundan sonra o, Mehmanın qışqırığına yuxudan ayılıb. Mehman qışqırırdı ki, uşağın ürəyi getdi. O, Məryəmi görəndə Məryəm çılpaq idi. Mehman bayırdan su gətirib, Məryəmin üzünə su vuraraq ona süni nəfəs verirdi, sonra da Mehman Allahverdi və Vüsalı Mehman çağıraraq oyatdı. Onlar otağa gəldilər. Mehman Məryəm öləndən sonra getdi, təxminən iki saat sonra qayıtdı. Mehmanın hara getdiyini dəqiq bilmir, deyəsən qonşuluğa, dükana getmişdi. Mehman gedəndən sonra o, və uşaqlar qorxduğuna görə heç nə etmədilər. Mehman Məryəmin meyidini çarpayının altına qoymuşdu. O, soruşanda ki, nəyə görə meyidi çarpayının altına qoymusan, Mehman dedi ki, qoy orada qalsın. Mehman qayıdandan sonra Allahverdi və Vüsala Məryəmin meyidini aparıb, quyuya atmasanız, sizi öldürəcəm dedi. Bundan sonra Mehman özü Məryəmin meyidini bükdü. Meyidi bükmək üçün nazik parçadan istifadə etdi. Meyidi bükmək üçün Mehman iki parçadan istifadə etdi. Meyid parçadan əlavə qalın ağ rəngli bir şeyə də büküldü, amma nə olduğunu xatırlamır. Məryəmin meyidini quyuya atmaq üçün Vüsal və Allahverdi birlikdə apardılar. O, Vüsal və Allahverdinin bel götürdüyünü görməmişdir. Evdə bel görməmişdir. Mehmanın da onun övladlarından hər hansı birinə bel verildiyini görməmişdir. Mehman uşaqlara demişdi ki, Məryəmin meyidinin üstünə daş tökün. Qayıdandan sonra Allahverdi və Vüsal Məryəmin meyidinin üstünə daş və qum tökdüklərini dedilər. Məryəmin meyidinin atıldığı quyunu tanıyır. Allahverdi və Vüsal Məryəmin meyidini quyuya atdıqlarını görməmişdir. Uşaqların meyidi quyuya atıb evə gəlmələri otuz dəqiqə çəkdi. Quyunun yanında həmişə plasmas vedrə var idi. Uşaqlar meyidi quyuya atanda Mehman evdə idi. Evdə uşaq yelləncəyi yox idi. Uşaqlar meyidin üstünə nə qədər qum, nə qədər daş atdıqlarını demədilər. Uşaqların meyidi evin harasından götürdüyünü xatırlamır. Mehman Məryəmin saçından tutaraq döşəməyə çırpıb. Onların yaşadığı evdəki döşəmə taxtadır. Məryəmi yatızdırmaq üçün Mehman öz yanına apardı. Bundan sonra özü isə yatmağa getmişdir. Məryəmin meyidinin tapılmağından bir həftə əvvəl Allahverdi, Vüsal, Mehman və özü polis bölməsinə aparılmışılar. Mehmanla özü arasında üzləşmə müvəqqəti saxlama məntəqəsində aparılanda, uşaqları da yanında idi. O, özü Məryəmi heç vaxt döyməmişdir, Məryəmə yüngülcə belə toxunmayıb. Mehman dedi ki, “aparıb meyidi quyuya atmasanız sizi öldürəcəm”. Şahid7 ifadələrində göstərdi ki, iki qardaşdırlar. Digər qardaşının adı Vüsaldır. Atası ilə anası 2019-cu il avqust ayında boşanmışlar. Onlar analarının himayəsində qalmışlar və anası ilə atası boşandıqdan sonra da anası ilə onlar Xaşaxuna bağları ərazisində yaşamışlar. Təqsirləndirilən şəxs ilə anası 2021-ci ilin fevral ayında tanış olmuşlar. Həmin vaxtdan etibarən də Mehmanla bir yerdə yaşamağa başlamışlar. Mehman narkotik vasitə istifadəçisidir. Şahid1 anası Mehmanla münasibət qurduqdan sonra bir qonşu kimi tanımış və bilmişdir ki, Mehman Talehin özü ilə, həm də Talehin atası Rövşənlə dostluq edir. Mehman Talehin atası Rövşənlə birlikdə narkotik vasitə qəbul edirdi. Mehmanın Talehlə narkotik vasitə qəbul etməsinin şahidi olmamışdır. Talehin Məryəm adında bir qızı var idi. Taleh işləməyə gedəndə qızı Məryəmi gətirib onlarda qoymuş, işdən qayıtdıqdan sonra isə gəlib Məryəmi onların evindən aparmışdır. Mehman əsəbi idi. O, narkotik vasitə qəbul etdikdən sonra onu, qardaşını, anasını və Məryəmi də döymüşdür. Sonuncu dəfə Taleh Məryəmi 01 yanvar 2022-ci il tarixində onlara gətirmişdi. 22 yanvar 2022-ci il tarixinə kimi Məryəm onlarda qalmışdır. Anası Xəyalə, qardaşı Vüsal və onun tərəfindən Məryəmə qarşı heç bir fiziki təzyiq etməmişlər. 2021-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə təxminən 01 radələrində o yatmışdır. Məryəmin ağlamaq səsini eşidib yuxudan ayıldığı zaman Məryəm çılpaq vəziyyətdə Mehmanın qucağında idi. O, qorxduğundan Mehmandan Məryəmin nə səbəbdən çılpaq olması ilə bağlı heç bir söz soruşmamışdır. Mehman əsəbləşib Məryəmi döydü, ona beş-altı sillə vurdu, Məryəmin halı pisləşdi, sonra da Mehman Məryəmin öldüyünü deyib evdən çıxıb harasa getdi və təxminən iki-üç saatdan sonra qayıdıb gəldi. Mehman sonra Məryəmin meyitini bükərək ona və qardaşı Vüsala verərək meyiti qonşu həyətdə yerləşən su quyusuna aparıb atıb üzərinə qum, mişar daşları tökməyi tapşırdı. Onlar da Mehmanın dediyi kimi etmişlər. Məryəmin meyitini quyuya atıb üstünə qum və mişar daşları tökmüşlər. Həmin günün səhəri Taleh bir neçə dəfə Məryəm üçün onların evinə gəlib getdi. X33 şəhərdə xalasıgildə olduğunu dedi. Daha sonra Mehman onları Yasamal rayonuna apardı. Onlar orada da bir gün kirayədə qaldıqdan sonra Bilgəhə gəlmişlər, təxminən beş gün də orada ev kirayə edib həmin evdə qalmışlar. Məryəmi Mehman döyüb öldürüb. Onun anasının Məryəmin ölümünə heç bir aidiyyəti yoxdur. Məryəmi onun anası tərəfindən öldürülməsi yalandır. O, Mehmanın Məryəmin üzünə, başına sillə ilə vurmasını, bir neçə dəfə isə Məryəmin saçından yapışaraq onun başını döşəməyə vurmasını görmüşdür. 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Məryəm öldükdən sonra o və qardaşı Vüsal Mehmanın göstərişi ilə Məryəmin meyitini aparıb qonşu həyətdə yerləşən quyuya atmış və üzərinə yaxınlıqdan götürdükləri qum və mişar daşlarını tökmüşlər. Mehman onları bunu etməyəcəkləri təqdirdə döyəcəyini bildirib, onlara demişdir ki, dediyini etməsələr onları da öldürüb həmin quyuya atacaqdır. O da qardaşı Vüsalla qorxudan Mehmanın dediklərinə əməl etmişlər. Mehmanın dediklərini icra etdikdən sonra Mehman onlara demişdir ki, olanlar barədə kiməsə danışsanız, sizi də öldürərəm. Mehman əvvəllər də onları döydüyündən onlar sonuncudan qorxub məlum hadisədən sonrakı günlərdə baş verənlər barədə heç kimə məlumat verməmişlər. O və qardaşı Vüsalla Məryəmi parçaya bükülmüş vəziyyətdə aparıb quyuya atdıqdan sonra onun üzərinə təxminən on vedrə qum tökmüşlər. Məryəmi quyuya atdıqdan sonra üzərinə qum tökdükdən sonra onlar yaxınlıqdakı mişar daşları yığınından təxminən on-on beş ədəd mişar daşı götürüb quyuya atmışlar. Həmin işi də qardaşı Vüsalla birlikdə icra etmişlər. Şahid7 digər ifadələrində göstərdi ki, onlar evdə dörd nəfər birlikdə yaşayırlar. O, Təqsirləndirilən şəxs, qardaşı Vüsal və anası Xəyalə bir evdə qalırlar. Mehman anası ilə tanış olana qədər anası, özü və qardaşı Mehmanın evinin qonşuluğunda tək yaşamışlar. Qardaşı Vüsal ilə birlikdə Bilgəhdə yerləşən 11 nömrəli məktəbdə oxuyurlar. Onları məktəbə heç vaxt Mehman aparıb-gətirməyib. Mehman nə onu, nə qardaşını, nə də Məryəmi əzizləmirdi. Mehman xasiyyətcə qışqırıb-bağıran biridi. Anası işləmir, evdar qadındı. Anası Xəyaləni işləməyinə Mehman icazə verməyib. Evin azuqələrini Mehman təmin edirdi. Mehmanla birlikdə yaşadıqları ev iki otaqdan ibarətdir. Mehman odun peçi olan otaqda yatırdı. Mehman iki gündən bir Məryəmi döyürdü. Məryəm atası Talehin yanına getmək istədiyinə görə Mehman Məryəmi döyürdü, saçından tutub yerə çırpırdı. Məryəm ona Mehmanın özünün onu yandırdığını deyib. Onların yaşadığı bağ evində odun peçi var, Mehman Məryəmi həmin peçə vurub yandırmışdı. O, Məryəm yanan günü həyətdə olmuşdur. O, evə gələndə Məryəmin yandığını görüb. Məryəmi yandığına görə onu xəstəxanaya aparmayaraq, hadisədən sonra Məryəmə qulluq etsin deyə xalasının evinə göndəriblər. Mehman Məryəmi döyəndə həmişə narkotik vasitənin təsiri altında olurdu. O, Mehmanın Məryəmin atası Taleh ilə birlikdə narkotik vasitədən istifadə etdiyini görmüşdür. Onlar narkotik vasitə çəkəndə anası Xəyalə narazılıq edirdi. Mehman narkotik vasitənin təsiri altında olanda qızarırdı. Xəyalə Məryəmin öldüyü gündən iki gün əvvəl Məryəm atasını istədiyinə görə Mehman tərəfindən döyülüb. O, mənəvi təzyiq deyəndə döymək kimi başa düşür. Mehman Məryəmin başını divara, döşəməyə çırpırdı. Onların yaşadığı evin döşəməsi taxtadandı. Həmin gün Mehman uşağı döyəndə X28 döyməsinə görə narazılığını bildirdi. Mehman da Xəyaləni döydü. Mehman Məryəmə görə Xəyaləni çox döyüb. Anası “uşağı vurma” deyəndə Mehman anasının üzərinə balta ilə də gəlib. Anasının üstünə gəldiyi baltanı odun doğramaq üçün istifadə edirlər. Məryəmin öldüyü günü xatırlayır, həmin gün qardaşı ilə birlikdə internat məktəbində yox, evdə olublar. Hadisə olan günü Mehman su maşını işlətmirdi, su doldurmağa getməmişdi. Mehman hadisə günü günorta saat təxminən 12-də evdən çıxmış, bir-iki saat sonra evə qayıtmışdı. Mehman dəfələrlə gedib-gəlmişdir. Mehman gələndə hava qaralmışdı. Hadisə olan günü özü, anası Xəyalə, qardaşı Vüsal yaşadıqları evdə bir otaqda yatmışlar. Mehmanla Məryəm isə digər otaqda idilər. Anasının dediyinə görə Mehman Məryəmi anasının yanından zorla öz yanına aparmışdı. Özü, anası Xəyalə, qardaşı Vüsal televizora baxdıqdan sonra yatmışlar. Televizor onların yatdıqları otaqda yerləşir. Məryəm hadisə günü evdə qaçırdı. Mehman gələndə Məryəm yatmamışdı, qaçıb, oynayırdı. Hadisədən də qabaq, lakin həmin günü Məryəm evdə uzanıb yatırdı, Məryəm yeriyə bilmirdi, ağlayırdı, soruşanda dedi ki, Mehman döyüb ona görə ağlayır. Məryəmin öldüyünü o, gözü ilə görüb. Gecə o, anası və qardaşı birlikdə yatanda birdən Mehmanın “Məryəm ölüb” qışqırtısını eşidərək oyanıblar. Ondan qabaq da o, Məryəmin də qışqırırıq səslərini eşitmişdir. Mehmanın səsini eştdikdən sonra o, anası, qardaşı Mehmangili olan otağa keçəndə Məryəmin çılpaq vəziyyətdə yerdə uzandığını görmüşlər. Məryəmin meyidi odun peçi olan otaqda, döşəmənin üstündə idi. Mehman Məryəmi anasının yanından aparanda Məryəmin əynində paltar olub. Anası Mehmandan soruşanda nəyə görə Məryəm bu vəziyyətdədi, Mehman Məryəmin üzərinə su sərpmək üçün soyundurduğunu dedi. Mehman Məryəmi döyəndən sonra halı pisləşəndə həmişə onun üzərinə evdəki vedrənin içində olan sudan səpirdi. Onlar otağa gələndə Məryəm nəfəs almırdı. Məryəmin bədəni isti idi, oyatmaq istəyiblər, lakin oyanmadığını görüblər. Mehman Məryəmin meyidini yatdığı otaqdan götürdüyü ədyala, sonra isə pərdəyə bükərək, “bu uşağı aparıb quyuya atmasaz sizi öldürəcəm” dedi. Pərdəni və ədyalı da Mehmana anası verib. Meyidi Mehman qalın sarı “skoç”nan bağlayıb, dedi ki, “Məryəmin üzərinə qum sonra daş atın ki, görən olmasın”. Anası Mehmanın belə deməyinə heç nə deməyərək, ağladı. X25yuya atılmasında köməklik etməyib. Məryəmi quyuya tərəf aparanda onu həm o, həm də qardaşı Vüsal tutmuşdur. Onlar özləri həmin quyunu həyətdə gəzəndə görmüşlər. Mehman da quyunu görmüşdü. Mehman Məryəmi həmin quyuya atmağı tapşırmışdı. Məryəm tərpənmirdi, nəfəs almırdı, ölmüşdü. O və Vüsal Məryəmi ikisi birlikdə quyuya ataraq, üzərinə qum, sonra isə daş tökmüşlər. Məryəm quyuya atılanda Mehman evdəydi. Qumla, daş quyunun yanında var idi. O və Vüsal qumu bel ilə vedrəyə yığaraq, vedrə ilə daşıyıb Məryəmin üstünə atıblar. Vedrə həmişə quyunun yanında olurdu. Onlara evdən bel götürmələrini də Mehman deyib. Meyidi aparıb quyuya atdıqdan sonra evə gəlib Mehmandan beli götürüblər. Əvvəlcədən vedrəni heç kim ora gətirib qoya bilməzdi. Hərəsi beş vedrə qum atıb. Məryəm olan quyuya qardaşı və o, hərəsi beş dənə olmaqla, on dənə kubik atıblar. Atacaqları qumun miqdarını Mehman onlara deyib. Evə gələndə Məryəmi quyuya atdıqlarını Mehmana demişlər. Mehman onlar bunu deyəndən sonra gedib quyuya baxmadı. X30yuya atdıqlarını bilirdi. Mehman onu, anası və qardaşını evə açarla bağlıyırdı ki, evdən çıxmasınlar. Mehman heç kimə polisə xəbər verməyə qoymurdu. Mehman anasının üstünə beş dəfə balta ilə gəlib. Məryəm evdə olmayanda onların yaşadığı evdə dava olmurdu. Anası “camaatın uşağını nəyə görə bizim evə gətirmisən, uşaq ölər, üstümüzdə qalar” deyirdi. X42 atasına qaytarırdı, lakin Mehman yenidən öz evinə gətirirdi. Məryəmin atası Taleh də Məryəmi döyürdü, uşağa işgəncə verirdi. Məryəmi atasına təhvil verəndə Mehmanın Məryəmi döydüyünü deyiblər, lakin Taleh heç nə deməyərək, yenə özü gətirib Məryəmi onların yaşadığı evə qoyurdu. Mehman hadisə günü Məryəm öləndən sonra evdən getməyib. Mehman Talehlə narkotik vasitə çəkəndə anası narazılıq edirdi. İbtidai istintaqda verdiyi ifadədə işlətdiyi işgəncə xarakterli hərəkətlər sözünü döymək kimi başa düşür. Axırıncı dəfə anasını nənəsigilin Zirədə yerləşən evində görüb. Şahid6 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs anası Xəyalənin qeyri-rəsmi həyat yoldaşı kimi tanıyır. Onun Allahverdi adında bir qardaşı var. Allahverdi ondan yaşca böyükdür. Mehman anası ilə tanış olana qədər anası, özü və qardaşı Mehmanın evinin qonşuluğunda yaşamışlar. Anası Mehmanla birlikdə yaşayanadək o və qardaşı internat məktəbində oxumurdular. Beş ay olar ki, anası ilə əlaqəsi kəsilib, hal-hazırda harada olması barədə məlumatım yoxdur. Hadisə olan günü Mehman Məryəmi öldürəndən sonra ağlamağa başladı, sonra isə dostunun yanına qonşuluğa getdi. O, Mehmanın hansı dostunun yanına getdiyini bilmir, adı yadından çıxıb. Mehman evdən çıxdıqdan iyirmi dəqiqə sonra qayıtdı. X34 öldürməsi barədə kiməsə məlumat vermək üçün qapıdan çıxanda Mehmanın gəldiyini görüb qayıdıblar. Anasının mobil telefonu olmamışdır. Mehmanın içəri girməyi üçün qapını o, açdı. Mehman evə gəlib sonra çıxanda ona deyib ki, yatma, 20 dəqiqə sonra gələndə qapını açarsan. Ona görə də yatmayaraq onu gözləyib. 30 kiloluq daşı qaldrımağa gücü çatmır. Mehmanın Məryəmi çarpayının altına qoyduğunu görüblər. Niyə ora qoyduğunu soruşanda deyib ki, kimsə gəlsə görməsin deyə ora qoyur. Qardaşı ilə birlikdə meyidi quyuya tərəf daşıyıblar. Evdən bir dənə bel, bir dənə vedrə götürüblər. Bel ilə vedrəni o, götürüb. Meyidi qardaşı götürüb. Hadisə olan günü sonuncu dəfə Mehman həm günorta, həm axşam tərəfi Məryəmi döydü. Mehman uşağı qaldırıb yerə çırparaq, sillə vururdu. İbtidai istintaq zamanı verdiyi ifadəsində Mehmanın Məryəmi döydüyünü demiş, işgəncə verdiyini deməmişdir. Mehman anasını döyüb, lakin niyə döydüyünü bilmir. Anası Mehmana deyirdi ki, Məryəmi valideynlərinə ver. Lakin Mehman vermirdi. Anası Xəyalə uşağın atasına demişdi ki, Mehman uşağı döyür, uşağı götür, bağçaya qoy, lakin Taleh Məryəmi götürməmişdi. O, təqsirləndirilən şəxsə böhtan atmır. O, yalan danışmır. Xəyalə onun anasıdır. Onun anasının harada olması barədə heç bir məlumatı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 göstərmişdi: “Evdə 2 qardaşıq. Məndən savayı 2007-ci il təvəllüdlü Allahverdi adlı qardaşım vardır. Atamla anam 2019-cu il avqust ayında rəsmi olaraq boşanmışlar. Biz isə anamızın himayəsində qalmışıq. Anamla atam boşandıqdan sonra da anamla biz Xaşaxuna bağları ərazisində yaşamışıq. Təqsirləndirilən şəxs ilə anam 2021-ci ilin fevral ayında tanış olmuşlar. Həmin vaxtdan etibarən də Mehmanla bir yerdə yaşamağa başlamışıq. Mehmanın narkotik vasitə istifadəçisi olduğunu anamla münasibət qurduqdan qısa müddət sonra bildim. Şahid1 barəsində onu deyə bilərəm ki, həmin şəxsi Mehmanla münasibət qurduqdan sonra bir qonşu kimi tanımışam, həmin vaxt bilmişəm ki Mehman Talehin özü ilə, həm də Talehin atası Rövşənlə dostluq edir. Bildirmək istəyirəm ki, Mehman Talehin atası Rövşənlə birlikdə narkotik vasitə qəbul etmişlər. X35 narkotik vasitə qəbul etməsinin şahidi olmamışam. Talehin Məryəm adında bir qızı var idi. Taleh hər dəfə işləməyə gedəndə qızı Məryəmi gətirib bizdə qoyurdu, işləyib qayıtdıqdan sonra isə gəlib qızı Məryəmi bizdən götürürdü. Mehman əsəbi insan idi, narkotik vasitə qəbul etdikdən sonra bizi, anamı və hətta Məryəmi də döyməkdən çəkinmirdi. Sonuncu dəfə Taleh qızı Məryəmi işləməyə gedərkən xx.xx.2022-ci il tarixində bizə gətirdi. xx.xx.2022-ci il tarixinə kimi Məryəm bizdə qaldı. Ümumiyyətlə, heç vaxt və hətta həmin günlər ərzində də anam Xəyalə, qardaşım Allahverdi və mənim tərəfimdən Məryəmə qarşı heç bir fiziki və mənəvi təzyiq göstərilməmişdir. Sadəcə bu günlər ərzində Məryəmin omba nahiyəsi evimizdə olan odun sobasına dəyib yanmışdı. 2021-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə təxminən 01 radələrində mən yatmamışdım. Məryəmin ağlamaq səsini eşitdim, həmin vaxt Mehman əsəbləşib Məryəmi döydü. Daha sonra Mehmanın Məryəmi çılpaq halda aparıb suya salmasının şahidi oldum. Həmin vaxt Mehman mənə Məryəmin halının pisləşdiyini bildirdi. Daha sonra Mehman harasa çıxıb getdi, təxminən 2-3 saatdan sonra qayıdıb gəldi. Mehman sonra Məryəmin meyitini bükərək mənə və qardaşım Vüsala Məryəmin meyitini qonşu həyətdə yerləşən su quyusuna aparıb atmağı və üzərinə qum, mişar daşları tökməyimizi tapşırdı. Biz də onun dediyi kimi etdik, Məryəmin meyitini quyuya atıb üstünə qum və mişar daşları tökdük. Həmin gün Taleh bir neçə dəfə övladı Məryəm üçün bizim evimizə gəlsə də, Mehman müxtəlif səbəblər gətirərək Məryəmin şəhərdə xalasıgildə olduğunu bildirdi. Daha sonra Mehman bizi götürərək Yasamal rayonuna apardı, orada 1 gün kirayə qaldıqdan sonra Bilgəhə gəldik, təxminən 5 gün də orada kirayə evdə qaldıq. xx.xx.2022-ci il tarixdə Mehman anama bizi də götürüb nənəmgilə getməyimizi bildirdi, özünün isə rayona gedəcəyini bildirdi. Anamla biz nənəmgilə getdik. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mehman anama zəng vuraraq görüşmək istədiyini bildirdi, biz həmin vaxt Mehmanı polis əməkdaşlarının yanında görəndə bildik ki, Mehman polis əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra bizi də, anamı da Mehmanla birlikdə 1-ci PŞ-nə gətirdilər”. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid7 və Şahid6 onların ifadələri hadisə yerində yoxlanılan zaman hadisə günü Zərərçəkmiş şəxs halının pisləşdiyi, sonuncuya halı pisləşən zaman Mehmanın kömək etməyə çalışdığı, Zərərçəkmiş şəxs öldükdən sonra Mehmanın sonuncunun meyitini bükərək qoyduğu yerləri, o cümlədən Mehmanın göstərişi və təhriki ilə Zərərçəkmiş şəxs meyitinin o və qardaşı Vüsal tərəfindən atıldığı quyunu və Zərərçəkmiş şəxs meyitini quyuya atdıqdan sonra üzərinə tökdükləri qum və mişar daşlarını götürdükləri yeri göstərmişlər. Şahid4 ifadələrində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs oğlu Talehin qızıdır. O, 1995-ci ildə Gülənbər adlı qadınla ailə qurmuşdur. 2019-cu ildə arvadı ilə rəsmi şəkildə boşanmışlar. Taleh təxminən 2017-ci ildə Günel adlı qıxla ailə həyatı qurmuşdu. Onların 2018-ci ildə Məryəm adlı qızları dünyaya gəlmişdi. Məryəm 6 aylıq olanda Talehlə Günel ayrıldılar. Məryəm onların himayəsində qalmışdır. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Mehman Xəyalə adlı qadınla yaşayırdı. Xəyalənin əvvəlki nikahından iki oğlu var. Mehmanla onun ədavət olmamışdır. Əksinə o özü və oğlu Taleh Mehmanla yaxın dostluq münasibətində olmuşdur. O, Mehmanı tanımamışdan əvvəl özü narkotik vasitə olan marixuana istifadəçisi olmuşdur. Mehmanı tanıdıqdan sonra metamfetamin də istifadə etməyə başlamışdır. Mehman onun nəvəsi Məryəmi həqiqətən çox istəyirdi. 2021-ci il yay aylarından etibarən Məryəm müxtəlif vaxtlarda fasilələrlə Mehmangilin evində qalmışdır. Sonuncu dəfə oğlu Taleh Kürdəxanı qəsəbəsinə fəhləlik etməyə getməzdən əvvəl qızı Məryəmi aparıb Mehmangilə qoymuşdu. Təxminən bir həftə keçmiş Taleh qayıdıb gəldi. Taleh gələnə kimi o, dəfələrlə Mehmanla əlaqə saxlayıb Məryəmi evə aparmaq istədiyini bildirsə də Mehman müxtəlif bəhanələr gətirək Məryəmi ona göstərməmişdir. Taleh də dəfələrlə Mehmanın evinə getsə də qızı Məryəmi görə bilmədiyini deyirdi. Mehman müxtəlif bəhanələr gətirərək Məryəmi atasına göstərməmişdir. 23 yanvar 2022-ci il tarixdə oğlu Taleh ona Mehmangilin yaşadığı evdən çıxıb getdiklərini, qapılarının da bağlı olduğunu dedi. Həmin tarixdə nə Mehmandan, nə də Məryəmdən xəbər çıxmadı. Həmin gün axşam anası Zenfira Məryəmin qonşuluqda yaşayan Mehman tərəfindən oğurlanması ilə bağlı DİN-in 102 zəng mərkəzinə məlumat verdi. 29 yanvar 2022-ci il tarixdə axşam saatlarında Mehmanın qardaşları onların evlərinə gələrək Talehə yalandan Mehmanın üstünə şər atmamasını, Məryəmin Mehmangildə olmamasını bildirib Talehə hədə-qorxu gəldilər. 30 yanvar 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-dən anası Zenfiraya zəng edib Mehmanın tutulduğu bildirdilər. Mehman narkotik vasitə istifadəçisi idi. Onlar dəfələrlə birlikdə narkotik vasitə də qəbul etmişlər. O, Məryəmi Mehmangildə olduğu vaxt o, Məryəmin kürəyində yanıq izləri görmüşdür. O, Mehmandan bu barədə soruşduqda Mehman Məryəmin kürəyinin odun sobasına dəyib yandığını demişdi. Mehman arvadını da tez-tez döyürdü, o özü də dəfələrlə bunun şahidi də olmuşdur. Hadisənin baş verməsinin səbəbi və halları barəsində ona heç nə məlum deyildir. Şahid1 ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxsı təxminən on bir ildir tanıyır. Onun qonşusudur. Dostluq etmişlər. Aralarında ədavətləri yoxdur. Onun özü başqa iş üzrə Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub hazırda istintaq təcridxanasında saxlanılır. O, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində yerləşən nömrəsiz evdə atası Şahid4, atasının anası X6, 11 yaşlı bacısı X7 və qızı 2018-ci il təvəllüdlü Məryəmlə birlikdə yaşamışdır. Heç bir yerdə işləməmişdir. Ofisiantlıq və kuryerliklə məşğul olmuşdur. O, 2017-ci ildə X14 qaçırıb onunla ailə qurmuşdur. Birgə nikahlarından Məryəm adlı qızları olmuşdur. Atası narkotik vasitələrin aludəçisi olduğuna görə anası Gülənbər Əliyeva, sonra da Günel onları tərk edib getmişlər. Mehman Xəyalə adlı qadınla qeyri-rəsmi birlikdə yaşayır. Xəyalənin əvvəlki nikahından iki oğlu var. Mehman onun atası Rövşənlə də yaxın dostluq münasibətində olmuşdur. Onun atası Rövşəni Mehman narkotik vasitələrin istifadəsinə öyrətmişdir. Atası hazırda narkotik vasitə istifadəçisidir. Nənəsi Zenfira yaşlı olduğundan və evin xərclərini qarşılaya bilməməsi səbəbindən ona qızı Məryəmi də götürərək evdən qovmuşdur. O da təxminən 01 yanvar 2022ci il tarixdə qızı Məryəmi götürüb evdən getmişdir. O, Kürdəxanıya işləmək üçün gedəcəyindən elə həmin gün Məryəmin paltarlarını da yığaraq onu Mehmangilə qoyaraq Kürdəxanıya getmişdir. Təxminən dörd gündən sonra işi dayanmış və o, qayıdıb nənəsigilə gəlmişdir. Həmin vaxtdan etibarən o, dəfələrlə Məryəmi görmək üçün Mehmanın evinə getsə də Məryəmi görə bilməmişdir. Mehman müxtəlif bəhanələr gətirərək Məryəmi ona göstərməmişdir. 23 yanvar 2022-ci il tarixdə nənəsi Mehmana zəng vuraraq Məryəmi evlərinə gətirməsini dedi. Mehman isə Məryəmi xalasının qızıgilə apardığını bildirərək qızı gətirmək üçün getdiyini dedi, lakin həmin gün nə Mehmandan, nə də Məryəmdən xəbər çıxmadı. Buna görə də həmin gün axşam nənəsi Məryəmin qonşuluqda yaşayan Mehman tərəfindən oğurlanması ilə bağlı DİN-in 102 zəng mərkəzinə məlumat verdi. 29 yanvar 2022-ci il tarixdə axşam saatlarında Mehmanın qardaşı Yusif onların evlərinə gələrək Məryəmin orada olubolmamasını dəqiqləşdirib Məryəmin Mehmangildə də olmamasını dedi. O, bir neçə dəfə işləməyə gedəndə Məryəmi aparıb Mehmangildə qoymuşdur. Mehman da bir dəfə Məryəmin bədənini dişləyib gömgöy etmişdi. Bir dəfə də Məryəmin kürəyi yanmış vəziyyətdə Mehmangildən gətirmişdir. O, Mehmanın arvadı Xəyaləni də döydüyünü bir neçə dəfə gözü ilə görmüşdür. O, istintaq zamanı Günel Hüseynlinin prokurorluğunda təqdim etdiyi videogörüntüyə baxmışdır. Görüntülərdə danışan şəxs özü və qızı Zərərçəkmiş şəxsdir. Zərərçəkmiş şəxs boğazına asılmış kabeli də o dolamış və həmin kabeli tavanın taxtasına bağlamış, eyni zamanda Məryəmin ayağının altına stulu o, qoymuşdur. O, Məryəmin boğazına bıçaq yaxınlaşdırmışdır ki, Güneli fikrindən daşındırıb evə geri qaytarsın. Fikri yalnız Güneli qorxutmaq olmuşdur. Məryəm küçədə nalayiq sözlər öyrənib evdə təkrarladığı üçün o, Məryəmi dəfələrlə döymüş, sözə baxmadığı üçün çimdikləmiş, cəzalandırmaq üçün siqaretin yanan ucu ilə bədəninə dağ basmışdır. Lakin heç vaxt qızı Məryəmi öldürmək niyyəti olmamışdır, çünki qızını bir ata kimi çox istəmişdir. Qızına qarşı etdiyi kobud hərəkətlərə görə çox peşmandır. Bildiyinə görə Məryəmi Mehman döyərək öldürmüşdür. Bunu ona istintaq zamanı deyiblər. Hazırda bunu ona kimin dediyini xatırlamır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, evdar xanımdır. 3 qız, 4 oğlan övladı vardır. 1998-ci ildən etibarən ailəvi şəkildə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yaşamışlar. Mehman yaş etibarilə onun 4-cü övladıdır. Ailə üzvləri arasında, eləcə də kənar şəxslərlə aralarında heç bir zaman düşmənçilik və ədavət olmamışdır, bununla bağlı kənar şəxslərdən də bir söz eşitməmişdir. Mehman subay olmaqla Xəyalə adlı qadınla tanış olana qədər onlarla birlikdə yaşamışdır. Oğlu Mehman 2021-ci ilin fevral ayında Xəyalə adlı qadınla tanış olmuş və onunla birlikdə yaşamağa başlamışdır. Mehmanın narkotik vasitə istifadəçisi olduğunu bilmiş, yəni kənardan da bu barədə sözlər eşitmişdir. Həmin vaxt o, Mehmana bu vərdişindən əl çəkməsini bildirmişdir. X46 ilə yaşamağa başlayandan sonra narkotik vasitələrdən istifadə edib-etməməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Şahid4 və onun oğlu Talehi bir qonşu kimi görüb tanımışdır. Rövşən taksi sürücüsü olaraq fəaliyyət göstərmiş, Talehin isə nə işlə məşğul olması barədə məlumatı olmamışdır. Həm Rövşən, həm də Talehin oğlu Mehmanla münasibətləri yaxşı olmuşdur. Hətta Taleh müxtəlif vaxtlarda azyaşlı övladı Məryəmi gətirib Mehmangildə qoymuş və Məryəm Mehmangildə qalmışdır. Məryəm də Mehmangili çox istəmişdir. Mehman da mehrini həmin uşağa salmış və Məryəmə qarşı həmişə mehriban davranmışdır. xx.xx.2022-ci ildə qızının övladının ad gününü keçirmək üçün yığışıb Mehmanın yaşadığı evə getmişlər və həmin ad gününü onların evində qeyd etmişlər. Həmin vaxt Məryəm də Mehmangildə olmuşdur. Həmin gün mehriban şəkildə ad gününü qeyd etdikdən sonra ayrılmışlar. Mehmanı sonuncu dəfə xx.xx.2022-ci ildə digər oğlunun toy şənliyində görmüşdür. Həmin toya Mehman qeyri-rəsmi şəkildə yaşadığı Xəyalə və Talehin azyaşlı qızı Məryəm ilə birlikdə gəlmişdir. Həmin toydan çıxanda da mehriban şəkildə görüşüb ayrılmışlar. Həmin gündən sonra məlum hadisəyə qədər Mehmanla heç bir formada əlaqə saxlamamış və onu görməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə böyük oğlu Yusif ona zəng vuraraq Mehmanın polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həmin vaxta qədər Mehmanın hər hansı bir cinayət əməli törətməsi barədə heç bir məlumatı olmamışdır, bununla bağlı kənar şəxslərdən də bir söz eşitməmişdir. Mehman arabir spirtli içki qəbul etmiş, lakin Mehmanın narkotik vasitədən istifadə etdiyini kənar şəxslərdən eşitmişdir. X48 Hüseynlinin babası Rövşən və atası Talehlə yaxın dostluq münasibətində olmuşlar. Məryəmin atası Taleh müxtəlif vaxtlarda Məryəmi gətirib Mehmangilin evində qoymuş, daha sonra gəlib aparmışdır. Heç bir zaman Mehmanın Zərərçəkmiş şəxs qarşı onların evində qaldığı müddətdə işgəncə xarakterli hərəkətlər və fiziki zor tətbiq etməsinin şahidi olmamış, bununla bağlı kənar şəxslərdən də bir söz eşitməmişdir. Oğlu Mehman hər hansı bir ruhi, psixi xəstəlikdən əziyyət çəkməmiş və bununla bağlı hər hansı bir müalicə müəssisəsində qeydiyyatda olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailədə 3 bacı, 4 qardaş olmuşlar. 1998-ci ildən etibarən ailəvi şəkildə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yaşamışlar. Mehman onun qardaşı olmaqla yaş etibarilə evin 4-cü övladı olmuşdur. Ümumiyyətlə, ailə üzvləri arasında, eləcə də kənar şəxslərlə aralarında heç bir zaman düşmənçilik və ədavət olmamışdır. Mehman subay olmaqla Xəyalə adlı xanımla tanış olana qədər onlarla birlikdə yaşamışdır. Qardaşı Mehman 2021-ci ilin fevral ayında Xəyalə adlı xanımla tanış olmuş və onunla birlikdə yaşamağa başlamışdır. Mehmanın narkotik vasitə istifadəçisi olduğunu bilmiş, yəni kənardan da bu barədə sözlər eşitmişdir. Həmin vaxt o, Mehmana bu vərdişindən əl çəkməsini bildirmişdir. X46 ilə yaşamağa başlayandan sonra da narkotik vasitələrdən istifadə etmişdir. Şahid4 və sonuncunun oğlu Talehi bir qonşu kimi görüb tanımışdır. Rövşən taksi sürücüsü olaraq fəaliyyət göstərmiş, Taleh isə heç bir yerdə işləməmişdir. Həm Rövşən, həm də Talehin qardaşı Mehmanla münasibətləri yaxşı olmuşdur. Hətta Taleh müxtəlif vaxtlarda azyaşlı övladı Məryəmi gətirib Mehmangildə qoymuş və Məryəm Mehmangildə qalmışdır. Məryəm də Mehmangili çox istəmişdir. Mehman da meylini həmin uşağa salmış və Məryəmə qarşı həmişə mehriban davranmışdır. xx.xx.2022-ci ildə bacısının övladının ad gününü keçirmək üçün yığışıb Mehmanın yaşadığı evə getmiş və həmin ad gününü orada qeyd etmişlər. Həmin vaxt Məryəm də Mehmangildə olmuşdur. Həmin gün mehriban şəkildə ad gününü qeyd etdikdən sonra ayrılmışlar. Mehmanı sonuncu dəfə xx.xx.2022-ci ildə digər qardaşının toy şənliyində görmüşdür. Həmin toya Mehmanla qeyrirəsmi şəkildə yaşadığı Xəyalə və Məryəm ilə birlikdə gəlmişdir. Həmin toyda da mehriban şəkildə görüşüb ayrılmışlar. Sonuncu dəfə Mehmangilə təxminən xx.xx.2022-ci ildə getmişdir. Həmin vaxt Məryəmi yenə Mehmangildə görmüşdür. Həmin vaxt Məryəmin üzündə və əlində cızıqların olduğunu görüb nə baş verdiyini soruşduqda Mehman Məryəmin həmin xəsarətləri öz evlərində aldığını bildirmişdir. Həmin gündən sonra xx.xx.2022-ci il tarixə qədər Mehmanla heç bir formada əlaqə saxlamamış və sonuncunu görməmişdir, çünki Mehmanın mobil nömrəsinə zəng çatmamışdır. Talehin və qonşuların deməsindən bilmişdir ki, Mehman evdən çıxaraq getmiş və Məryəmi də özü ilə aparmışdır. xx.xx.2022-ci il tarixdə qardaşı Mehman ona tanımadığı bir nömrədən zəng vurmuşdur. O, Mehmana harada olduğunu və Məryəmi hara apardığını soruşduqda Mehman Məryəmi apararaq atası Talehə verdiyini və Məryəmin atasının yanında olduğunu bildirmişdir. O da həmin gün Talehgilə gəlmiş və Mehmanın ona yalan danışdığını, Məryəmi atasıgilə gətirmədiyini bilmişdir. xx.xx.2022-ci il tarixdə polis bölməsindən ona zəng olunmuş və o zaman qardaşı Mehmanın polis əməkdaşları tərəfindən saxlanıldığını bilmişdir. Həmin vaxta qədər qardaşı Mehmanın hər hansı bir cinayət əməli törətməsi barədə heç bir məlumatı olmamışdır, bununla bağlı kənar şəxslərdən də bir söz eşitməmişdir. Mehman arabir spirtli içki qəbul etmiş, lakin Mehmanın narkotik vasitədən istifadə etdiyini bilmişdir. Heç bir zaman Mehmanın Zərərçəkmiş şəxs qarşı Mehmangildə qaldığı müddətdə işgəncə xarakterli hərəkətlər və fiziki zor tətbiq etməsinin şahidi olmamış, bununla bağlı kənar şəxslərdən də bir söz eşitməmişdir. Qardaşı Mehman hər hansı bir ruhi, psixi xəstəlikdən əziyyət çəkməmiş və bununla bağlı hər hansı bir müalicə müəssisəsində qeydiyyatda olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə tibb eksperti X15 ifadələrində göstərmişdir: “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X44 Xəzər Rayon Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli, 117 saylı rəydə qeyd olunan Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş sağ çiyin nahiyyəsinin səthi kəsilmiş yarası xəsarətinin Zərərçəkmiş şəxs ölümündən bir neçə gün əvvəl öz boyu hündürlüyündən yıxılması nəticəsində yerdə olan iti kənarlı əşyanın, o cümlədən də, şüşə qırıntılarının təsirindən yarana bilməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı meyitin sellofan və parçaya bir neçə qat şəklində büküldüyü müəyyən edilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin atıldığı quyunun dib hissəsinin qum örtüklü olmasını, meyit quyuya atıldıqdan sonra təkrar olaraq üzərinə qum tökülməsini və üzərindən mişar daşı parçalarının atılması Zərərçəkmiş şəxs meyiti üzərində ölümdən sonra xəsarətlərin yaranmamasına səbəb olmuşdur. Eyni zamanda mərhum Zərərçəkmiş şəxs meyitinin quyuya atılmazdan əvvəl sellofan və parçaya bir neçə qat şəklində bükülməsi quyuya atılması zamanı meyit üzərində xəsarətlərin yaranmamasının digər səbəbidir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər həyatidirlər, yəni sonuncunun meyiti üzərində ölümündən sonra yaranan xəsarətlərin olması təkzib olunur. Meyit üzərində olan xəsarətlərin hamısı rəydə öz əksini tapmışdır. Mərhum Zərərçəkmiş şəxs sellofan və parçaya sıx şəkildə bükülmüş olduğundan sağ olsa idi belə mexaniki asfiksiyadan (havasızlıqdan) ölməli olacaqdı. Meyitin məhkəmə-tibbi müayinəsi zamanı mexaniki asfiksiya aşkar olunmamışdır. Bu da ona dəlalət etmişdir ki, mərhum Zərərçəkmiş şəxs həmin quyuya meyit şəklində atılmışdır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülərək histoloji müayinəyə göndərilmiş analizlərin cavabından görünür ki, mərhum Zərərçəkmiş şəxs baş beyinə qansızma aşkar olunur. Qansızma birbaşa olaraq həyati əlamətdir. Mərhum Zərərçəkmiş şəxs ölümündən bir və ya bir neçə gün əvvəl küt əşya qismində baş nahiyəsinə əllə zərbələr vurulması nəticəsində baş beyinə qansızmanın yaranması inkar olunmur. Həmçinin onu da qeyd etmək mümkündür ki, insan baş beyinə qansızma xəsarəti aldıqdan bir müddət sonra da ölə bilər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə Tibbi Ekspertizasının 28 fevral 2022-ci il tarixli, 117 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar, boyunun sol yan səthinin yuxarı üçdə birinin qançırı, döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birində - sol qoltuqaltı nahiyyəyə yaxın, döş qəfəsinin ön səthinin sağ yarısının yuxarı üçdə birinin, kürəkarxası nahiyyədə onurğa üzərində, sağ kürək nahiyyəsinin, sağ bazunun orta üçdə birinin arxa səthinin, sağ əlin arxa səthinin, sağ və sol sarğı nahiyyəsinin, sol budun orta üçdə birinin ön səthinin, sol budun orta-aşağı üçdə birinin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin, sağ dizaltı çuxurun yanıq yaraları, sağ çiyin nahiyyəsinin səthi kəsilmiş yarası aşkar edilmişdir. Boyunun sol yan səthinin yuxarı üçdə birinin qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun ölümündən 2-3 gün əvvələ; sağ çiyin nahiyyəsinin səthi kəsilmiş yarası kəsici təsirə malik əşya (alət) təsirindən törənmiş, törənmə müddəti onun ölümündən 3-5 gün əvvələ uyğun gələ bilərlər, istər birlikdə, istərsə də ayrı-ayrılıqda, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur.Döş qəfəsinin ön səthinin sol və sağ yarısının yarısının yuxarı üçdə birinin, kürəkarxası nahiyyədə onurğa üzərində, sağ kürək nahiyyəsinin, sağ bazunun orta üçdə birinin arxa səthinin, sağ əlin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin yanıq yaraları yüksək hərarətin (ola bilsin siqaret közünün) təsirindən törənmişlər, törənmə müddətləri onun ölümündən 1,5-2 həftə və ondan əvvəl müddətə uyğun gələ bilər, canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərəvurma əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Sağ və sol sarğı nahiyyəsinin, sol budun orta üçdə birinin ön səthinin, sol budun ortaaşağı üçdə birinin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin, sağ dizaltı çuxurun yanıq yaraları yüksək hərarətin təsirindən törənmişlər, törənmə müddətləri onun ölümündən 5-7 gün əvvələ uyğun gəlirlər, canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar küt əşya (əşyalar) - (əl ilə fiziki qüvvə tətbiq etməklə) və ya öz boyundan hündür yüksəklikdən başı üzərinə qumlu yer səthinə düşməsi) təsirindən törənmişlər, törənmə müddətləri onun ölümündən əvvələ uyğun gəlirlər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmamn əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə uyğun gəlir və xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, əl ilə yetirilməyə, siqaret közü ilə yandırılmaya, sağrı və aşağı ətrafların yüksək tempraturlu əşyalara təması (sıxılması) səbəbindən, həmçinin öz boyundan hündür yüksəklikdən başı üzərinə qumlu yer səthinə düşməsi nəticəsində əmələ gəlməsi inkar olunmur. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, oturaq, yarıuzamqlı və s. ola bilərdi). Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 7-8 gün əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs qızlıq pərdəsi tamdır, arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfınktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası” X47 tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli, 1759 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X29 verilmiş 11 fevral 2022-ci il tarixli, 348 saylı rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansıpsixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Nitqi ardıcıldır, mühakimələrində bir qədər qeyri-səmimidir. Müayinə zamanı ümumən emosional sabitliyi, hadisə ilə bağlı məlumat verən zaman isə bir qədər emosionallaşdığı, özünü müdafiə etməyə çalışdığı, emosional sferasında gərginlik halının yarandığı müşahidə edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxsm hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs inadkarlıq, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılaına qarşı biganəlik, özünümüdafiə etməyə meyillilik, kobudluq, hirslilik, şəxsiyyətinin mənəvi keyfiyyətlərinin aşağı olması, laqeydlik, aqressiv davranışlara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlərdən sonra törətdiyi cinayət əməlini gizlətməyə çalışmasına əsasən belə qənaətə gəlmək mümkündür ki, o, hadisə zamanı şüur və davranışlarına təsir göstərən, dərketməsini məhdudlaşdıran psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq etdiyi hərəkətləri tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışındandan görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətmədiyiyni Zərərçəkmiş şəxs o, yox, onunla birlikdə faktiki olaraq onunla ər-arvad kimi yaşayan X9 tərəfindən öldürüldüyünü göstərdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərmişdir: “ … O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs sakitləşdirmək üçün yüngül şəkildə 1-2 dəfə çiyin nahiyəsindən vurmuşdur. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs sakitləşdirmək üçün yüngül şəkildə 1-2 dəfə çiyin nahiyəsindən vurduqdan sonra Məryəm hələ də özünü yaxşı hiss etsə də qəflətən Məryəmin halı pisləşmiş və o hərəkətsiz vəziyyətdə düşüb qalmışdır. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs öldüyünü onun nəbzini yoxladıqdan sonra nəbzinin vurmadığını, nəfəsinin gəlmədiyini gördükdən sonra bilmişdir. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs döyəndən sonra onun hərəkətsiz vəziyyətə düşdüyünü gördükdə nəbzini yoxlamış və artıq nəbzinin vurmadığını görmüşdür. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə olarkən onun nəfəsinin gedib-gəldiyini yoxlamış, artıq Məryəmin nəfəs almadığının şahidi olmuşdur. O, 2022-ci il yanvar ayının 22-dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə qaldıqdan sonra onu parçaya bükərkən Məryəmin bədəni buz kimi soyuq olmuşdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs atası Şahid1 tərəfindən onlara gətirilərkən, eyni zamanda məlum hadisə zamanı, yəni Zərərçəkmiş şəxs öldüyü gün əynində hansı paltarların olmasını aradan zaman müddəti keçdiyinə görə xatırlaya bilmir. 2022-ci il yanvar ayının 22dən 23-nə keçən gecə Zərərçəkmiş şəxs halı pisləşdikdən sonra o, Məryəmin üzünə su vurub ayıltmaq istəmişdir. Həmin vaxt Məryəmin paltarları islaq olduğuna görə Məryəmi parçaya bükərkən onun paltarlarını çıxartmış və çılpaq şəkildə parçaya bükmüşdür. Daha sonra Allahverdi və Vüsala Məryəmin meyitini qonşu həyətdə yerləşən su quyusuna aparıb atmalarını bildirmiş, sonuncular da onun dediyi kimi etmişlər. O, həmçinin bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Əsasən qəbul etdiyi narkotik vasitələr metamfetamin, heroin və marixuana olmuşdur. Həmin narkotik vasitəni də adını dəqiq xatırlamadığı şəxslərdən nəğd şəkildə pul ödəyib əldə etmişdir. X11 və X8 məxsus olan cəmi 16 baş xırdabuynuzlu heyvanların otarılması sahibləri tərəfindən ona həvalə olunmuşdur. O da bu işi qeyri-rəsmi nikah münasibətində yaşadığı Xəyalənin övladları Allahverdi və Vüsala həvalə etmişdir. Həmin xırdabuynuzlu heyvanları xx.xx.2022-ci il tarixdə X13 vasitəsilə ümumilikdə 1.500 manata X1. O, əvvəllər heyvan alışı və satışı ilə məşğul olmadığına görə xx.xx.2022-ci il tarixdə satdığı 16 baş xırdabuynuzlu heyvanın hər birinin diri çəkisi və bazar qiyməti barədə heç bir məlumatı olmamışdır. Həmin xırdabuynuzlu heyvanların satışından əldə etdiyi pulu şəxsi ehtiyaclarına, eyni zamanda narkotik vasitələr alması üçün xərcləmişdir”. Məhkəmədə onun bu ifadələri şahidlər Şahid3, Şahid7, Şahid6 ifadələri ilə təsdiq olundu. Bu səbəbədən də məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini həqiqətəuyğun, məhkəmənin sonrakı mərhələsində verdiyi ifadələrinini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünki məhkəmənin qənaətinə görə istinad olunan şahidlər və Təqsirləndirilən şəxs özünün ittihamı təsdiq edən ifadələri işin faktiki hallarına uyğundur. Onların bu ifadələri məhkəmədə araşdırılmış ittihamı təsdiq edən sübutlarla təsdiqini tapdı. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X21rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsi və onun həmin əməllərini Azərbaycan Respublikası CM-nin CM-in 126.3-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci 362 manat təşkil edir. Məhkəmə həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünki Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsi sübuta yetirildi. Ekspertiza xərclərinin də onun tərəfindən törədilmiş əməlinin ibtidai istintaqı zamanı xərcələnməsi müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd beli, qum və mişar daşı nümunələri (qablaşdırılmış və möhürlənmiş vəziyyətdə) sahibsiz və istehlakdan çıxmış tullantı kimi qiymətləndirib məişət tullarntısı kimi atılmasını əsaslı sayır. Məhkmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Məhkmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi təqsirli bilindiyi cinayət əməlini kömksiz və azyaşlı şəxsə qarşı törətməsi müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, habelə cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli törətməmişdən qabaq, əməli törədərəkən və törətdikdən sonrakı davranışlarını təhlil etdikdə müəyyən olundu ki, o, öz qurbanına ağır bədən xəsarətləri yetirərəkən az yaşlı, köməksiz uşaqla cansız əşya kimi davranmış, səbəbsiz olaraq onunla xüsusi amansızlıqla davranmış, qurbanı vəfat etdikdən sonra da qurbanını yetkinlik yaşına çatmayan uşaqların vasitəsi ilə quyuya atdırıb, gizlədib, məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ilkin mərəhələsində qismən etirafedici ifadələr verib, sonradan isə həmin ifadələrini inkar edib törətdiyi əməli başqa şəxsin törətdiyini iddia edib əvvəlki ifadələrindən imtina etdi. Məhkəmə Təqsirləndirilən şəxs bu davranışını da məsuliyyətdən yayınmaq və başqasının taleyinə etinadsızlığın təzahürü kimi qiymətləndirir. Məhkəmənin bu qənaəti məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə Psixiatrik Ekspertizasının 11 fevral 2022-ci il tarixli, 348 saylı rəyi baxımdan da əsaslıdır. Həmin rəy ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs mühakimələrində bir qədər qeyri-səmimidir, özünü müdafiə etməyə çalışır, onda inadkarlıq, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, özünümüdafiə etməyə meyillilik, kobudluq, hirslilik, şəxsiyyətinin mənəvi keyfiyyətlərinin aşağı olması, laqeydlik, aqressiv davranışlara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malik olması müəyyən olunmuşdur. Məhkəmə, göstərilənləri Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirib ona təyin olunacaq cəzaya təsir edən həllar kimi nəzərə alır və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından nisbətən daha yüngül cəza təyin etmək üçün əsaslar müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 01 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 02 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyin edərkən və cəzanın başlanğıcını müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, ona təyin edilmiş cəzanın onun tərəfindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məkəmə narkoloji ekspertizasının 17 fevral 2022-ci il tarixli, 766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, ekspertizanın rəyini nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməsini, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiasını olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 01 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsindən 312 (üç yüz on iki ) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bel, qum və mişar daşı nümunələri (qablaşdırılmış və möhürlənmiş vəziyyətdə) istehlakdan çıxmış sahibsiz məişət tullantısı kimi qiymətləndirilsin və tullansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar