Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-134/2024 21.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi - Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2bs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs son üç il ərzində görüşüb yaşadığı mənzilə gətirərək orada cinsi əlaqədə olduğu Şahid2 ilə növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat 01 radələrindən etibarən iki saat ərzində mobil telefon vasitəsi ilə danışdıqdan sonra həmin gün saat 11 radələrində onu nalayiq sözlərdən istifadə etməklə mənzilin yataq otağına çağırdıqda o, əri Zərərçəkmiş şəxs davamlı olaraq yüngül həyat tərzi sürən Şahid2 ilə əxlaqsız hərəkətlərindən və mütəmadi olaraq onu nalayiq ifadələrlə söyüb təhqir etməsindən əsəbləşərək, mətbəxdən zavod üsulu ilə hazırlanmış, tiyəsinin uzunluğu 175 mm, dəstəyinin uzunluğu 130 mm olan soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürərək yataq otağına girmiş və qısqanclıq zəminində aralarında baş vermiş mübahisə qisas almaqdan ötrü qəsdən öldürmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 3 ünvanının yataq otağında Zərərçəkmiş şəxs həmin bıçaq ilə biri daxilə nüfiız etməklə cəmi on dörd ardıcıl bıçaq zərbəsi vuraraq kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik döş qəfəsinin döş boşluğuna nüfuz edərək sol ağciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olmaqla döş qəfəsinin ön səthinin sol yarısında iki ədəd deşilmiş-kəsilmiş, sağ burun qanadında bitən bir ədəd kəsilmiş, sol bazu oynağının üst səthinin bir ədəd, sol bazu oynağının bayır səthinin bir ədəd deşilmişkəsilmiş, sol bazunun bir ədəd, sol saidin bir ədəd, sağ əlin bir ədəd, sağ diz oynağı nahiyəsinin İki ədəd, sol budun bir ədəd və sol baldırın iki ədəd kəsilmiş yaraları xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, əri Nurani həmişə onunla pis rəftar etmiş, onu döymüş lakin Naxçıvandan Bakı şəhərinə köçdükdən sonra həm də spirtili içkilərə aludə olmuş və evə pozğun qadınlar gətirməyə başlamışdır. O Nuraninin bu hərəkətlərinə etiraz etdikdən Nurani onu hər zaman döymüşdür. Nurani Rəsmiyyə adlı qadını bir neçə dəfə evlərinə gətirmişdir. Nurani evə gətirdiyi qadınlarla qonaq otağında cinsi əlaqədə olmuş, vəziyyət o yerə çatmışdır ki, oğlu Elmar atalarının digər otaqda qadınlarla əlaqədə olmasını başa düşmüşdür. Hətta qızı gecə yatanda qadınların səslərini eşidib bu səslərin nə olması barədə ona suallar vermişdir. Nuraninin bu hərəkətlərinə dözməsinin yeganə səbəbi uşaqlarının olması olmuşdur. Rəsmiyyə adlı qadın da Nuranidən qorxmuş, bir dəfə Nurani onu da döymüş, burnundan qan açılmış, Rəsmiyyəyə tibbi yardım götərmişdir. Hadisə baş verən gün Nurani yenə də onu alçaldan sözlər demiş, Rəsmiyyəni evə gətirib onu evin sahibi edəcəyini söyləmişdir. Nurani hadisə günü onu təhqir etməyə başlamış, o da dözməmiş bıçaq götürərək onu vurub yaralamaq fikrinə düşmüşdür. Düşünmüşdür ki, Nuranini yaraladıqdan sonra Nurani bir neçə gün xəstəxanada qalar, o da bundan istifadə edərək uşaqlarla bir neçə gün rahat nəfəs almış olar. Bu niyyətlə Nuranini ilk olaraq bıçaqla boyun nahiyəsindən vurmuş, sonra üzünü ona çevirdiyi vaxt daha bir neçə dəfə bıçaqla zərbələr endirmişdir. Nuranini təxminən 3 dəfə vurduğumu xatırlayır, digər zərbələri necə vurmasını isə xatırlamır. Nuranini vurandan sonra Nurani üzərinə gəlməyə başlamış, o da bıçaqla evdən çölə qaçmışdır. Qonşu bloka daxil olaraq bir neçə qapını döymüş, qışqıraraq polis və tibbi yardım çağırmaları üçün yalvarmış, lakin heç kim qapını açmamışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək onu aparmışlar. Nuranini necə vurmasını uşaqları görməmiş, həmin vaxt onlar qonşu otaqda olmuşlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs qardaşıdır. Nurani 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə evlənmiş, 2009-cu ildən isə Naxçıvan şəhərindən Bakı şəhərinə köçmüşlər. Birgə nikahdan dörd uşağı dünyaya gəlmişdir. Qardaşı ondan böyük olduğu üçün münasibətlərində məsafə olmuşdur. Tez-tez telefonla danışsalar da, ay ərzində üç və ya dörd dəfə görüşmüşlər. Lakin yaşadıqları ünvan 3 ünvanında demək olar ki, heç vaxt olmamışdır. Qardaşının ailəsi həmin evdə təxminən yeddi-səkkiz ildən artıq yaşamışlar. Nuraninin Əfsanə ilə münasibəti barədə məlumatı olmamış, çünki qardaşının yaşadığı evə getməmişdir. Qardaşı ilə görüşən zaman ailədaxili münasibəti barədə heç nə soruşmamışdır. xx.xx.2022-ci il tarixində saat 11 radələrində həmin ərazinin sahə rəisi Tural ona zəng edərək qardaşının arvadı Əfsanə tərəfindən öldürüldüyünü bildirmiş, o da dərhal qardaşının yaşadıqları mənzilə getmiş və Nuraninin arvadı Əfsanə tərəfindən mətbəx bıçağı ilə öldürüldüyünü öyrənmişdir. O, evə girdikdən sonra qardaşının meyiti dəhlizdə, qonaq otağının girişində yerləşmiş, meyitin bədən səthi üzərində çoxsaylı bıçaq xəsarətləri, paltarlar və dəhlizin döşəməsində qan ləkələri olmuşdur. Sonradan qardaşı Nuraninin yaşadıqları evə yüngül həyat tərzi sürən Rəsmiyyə adlı qadın gətirərək sonuncu ilə mütəmadi olaraq üç il müddətində cinsi əlaqədə olmasını öyrənmişdir. Bundan əlavə Nurani ilə Əfsanənin münasibətinin də yaxşı olmadığını eşitmişdir. Onun əvvəlcədən qardaşının ailəsilə bağlı məlumatı olmamış, bunları sonradan öyrənmişdir. Qardaşının arvadı Əfsanə tərəfindən öldürülməsilə bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə zamanı qanuni nümayəndəsinin və pedaqoqun iştirakı ilə dindirilmiş azyaşlı Şahid1 ifadəsində göstərmişdir ki, mərhum atası Nurani kikboksinq idman növü üzrə məşqçi olmuşdur. Təxminən 4-5 il əvvəldən atası ilə anası arasında münaqişələr başlamış, atası alkoqollu içki düşkünü olmuş, mütəmadi olaraq anasını döymüş, evlərində tez-tez dava-dalaş olmuşdur. Atası adətən içkili olduğundan onunla və bacı-qardaşlarım ilə pis davranmışdır. Evlərində dava-dalaşlar başladığı zamandan bəri atası tanımadığı qadınları evə gətirmiş, evdə olarkən daimi olaraq atasının evə gətirdiyi qadının otaqda səslərini eşitmişdir. Hadisədən iki gün əvvəl, yəni 31 avqust 2022-ci il tarixdə, atası Rəsmiyyə adlı qadınla evə gəlmişdir. Hadisə günü saat 10:00 radələrində oyanmış, anası onlara səhər yeməyi vermişdir. Təxminən 10-15 dəqiqə sonra yataq otağından atasının qışqırıq səslərini eşitmiş, atasının yataq otağından qonaq otağına doğru gəldiyini görmüşdür. Atası onlara tərəf baxmış və iki-üç dəfə ayağa qalxıb sonda yerə yıxılmışdır. Daha sonra polis əməkdaşı qapını açıb və mənzilə daxil olmuşdur. Anasının atasına necə xəsarət yetirməsini görməmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Museyib qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən üç ildir ki, tanıyır, onuna kafelərin birində işləyərkən tanış olmuşdur. Bir müddət danışdıqdan sonra Nurani ona cinsi əlaqədə olmağı təklif etmiş və yaşadığı mənzilə aparacağını bildirmişdir. O (YƏNİ KİM?) mütəmadi içki aludəçisi olmuş və davranışlarına nəzarət etməmişdir. O isə Nuraninin yaşadığı və arvadı, uşaqları olan mənzilə getməyəcəyini bildirmişdir. Ailəli olduğuna görə buna etiraz etdikdə, Nurani onu vurmuşdur. Daha sonra Nurani ona arvadı Əfsanənin razı olduğunu, onu qəbul edəcəyini bildirmişdir. Bundan sonra o, Nurani ilə birgə Nuraninin ailəsi ilə yaşadığı evinə getmişdir. Daha sonra Nurani ilə o, qonaq otağında cinsi əlaqədə olmuşlar. O həmin kafedə işlədiyi dövr ərzində Nurani həmişə onu döymüşdür. Nurani onu əri və oğlu ilə şantaj edərək münasibəti saxlamağa vadar etmişdir. Nuraninin hərəkətləri barədə 3 il ərzində polisə şikayət etməmişdir. O Nuraninin evinə getdikdə Əfsanə ona xoş gəldiyini, narahat olmamasını, sərbəst olmasını bildirmişdir. Nurani onun üzərinə bir neçə dəfə bıçaq da çıxarmışdır. Əfsanə ilə münaqişələri olduqlarını bilməmişdir. Hadisə baş verən gündən 1 həftə qabaq onlarda olmuşdur. Nurani Əfsanəyə də, ona da əziyyətlər verirdi. İçki içəndən sonra mənasız səbəblərə görə onları döyürdü. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Əfsanə qonşusudur. Hadisə günü evdə olmuşdur. Səs eşitmiş, pəncərədən baxanda adamların yığışdığını görmüşdür. Sonradan eşitmişdir ki, Əfsanə ərini bıçaqla vurub. 2019-cu ildən həmin evdə yaşamağa başladığı dövrdən hadisə baş verən tarixə qədər Əfsanəgilin evində səs-küy eşitməmiş lakin Əfsanə dərdləşən zaman əri Nuranidən gileylənmiş və ondan qorxduğunu tez-tez dilə gətirmişdir. Əfsanəgilin evinə kimin gəlibgetməsi barədə məlumatı olmamış lakin Nurani öldükdən sonra Nuraninin yaşadığı mənzilə yüngül həyat tərzi sürən qadınlar gətirdiyini eşitmişdir. Əfsanə ona əri Nuraninin onu vurduğunu bildirmişdir . Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Əfsanə qonşusudur. Hadisə günü evə gələrkən Əfsanənin əlində bıçaq görmüşdür. 7-ci blokun qabağında olarkən polisə zəng vurmuşdur. Bir neçə dəqiqə sonra sahə müvəkkili hadisənin baş verdiyi əraziyə gəlmiş, Əfsanəyə yaxınlaşaraq bıçağı əlindən almış və bundan bir qədər sonra da hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Hadisə ilə bağlı maraqlandıqda yaşadığı blokdan sonrakı blokda yaşayan ailədə arvadın öz ərini bıçaqlayaraq öldürdüyünü bilmişdir. Eşitdiyinə əsasən baş vermiş hadisənin səbəbi ailədaxili münaqişə olmuşdur. Zərərçəkmiş şəxs şəxsən tanımasa da, mənfi cəhətləri haqqında eşitmişdir. xx.xx.2022-ci il tarixili şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 24-25). Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 92-94). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır (cild 1, iş vərəqi 3-9). xx.xx.2022-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək xx.xx.2022-ci il tarixdə törətmiş olduğu cinayət əməlini hadisə yerində əyani şəkildə ardıcıllıqla göstərmiş, bu barədə videoçəkilişdən istifadə etməklə protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 85-86). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA EXT X9 Şəxsi Xətai rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 76 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində alnın mərkəzi hissəsindən başlayaraq sağ burun qanadında bitən kəsilmiş yara, döş qəfəsinin ön səthinin sol yarısında 3 ədəd deşilmiş-kəsilmiş yaralar, sol bazu oynağının üst səthinin, sol bazu oynağımn bayır səthinin deşilmiş-kəsilmiş, sol bazunun, sol saidin, sağ əlin, sağ diz oynağı nahiyəsinin, sol budun, sol baldırın kəsilmiş yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələrlə və saniyələrlə ölçülən vaxt vahidi ərzində) törənmişlər, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən, kəsilmiş yaralar isə iti kənarlı əşya (alət) ola bilsin ki, eyni konstruksiyalı bıçaq təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə döş qəfəsinin bir ədəd döş boşluğuna nüfuz edərək sol ağciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanm əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfiız edərək sol ağciyərin və ürəyin zədələnməsinə ilə müşayiət olunmuş deşilmişkəsilmiş yarası, çoxsaylı kəsilmiş və kəsilmiş-deşilmiş yaralar nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən o, xəsarət yetirən şəxslə üzbəüz olmaqla müxtəlif duruş vəziyyətlərində ola bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir (cild 1, iş vərəqi 138-142). “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsi”-nin xx.xx.2022-ci il tarixli 8499 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışdırlar (cild 1, iş vərəqi 95). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X13 tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 2838 nömrəli ekspert rəyindən görünür: - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; - Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, emosional sabitlik, şəraitə qane olmaq, tələbkar olmamaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl psixi- emosional durumunda Zərərçəkmiş şəxs hərəkətləri - ona qarşı fiziki (döyməsi, saçından tutub sürütləməsi və s.) və psixoloji təzyiq (özü və uşaqları evdə olduğu halda əxlaqsız qadınları evə gətirərək həmin qadınlarla cinsi əlaqədə olması, uşaqlarının onların intim səslərini eşitməsi, həmin qadınların gözü qarşısında onu vurması, nalayiq ifadələrlə təhqir edərək alçaltması, bundan sonra da əxlaqsız qadınları evə gətirib uşaqların gözü qarşısında onlarla cinsi əlaqədə olacağını deməsi, anası və bacısı ilə cinsi əlaqədə olmaq istəyini dəfələrlə bildirməsi və s.) göstərməsi ilə əlaqədar hadisədən əvvəl psixi-emosional vəziyyətində gərginlik, stress, bezikmə kimi hallar əmələ gətirərək yaşantılarını dərinləşdirmiş, cinayət əməlini törədərkən davranışını motivasiya edərək psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaratmışdır. Təqsirləndirilən şəxs keçirdiyi emosional vəziyyət onun şüur və dərketmə qabiliyyətini məhdudlaşdırmadığından o, emosional halına görə hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, yəni fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 170-174). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının nəticəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli 22/642 nömrəli rəyindən görünür ki, hadisə yerində qanabənzər ləkələrdən götürülmüş 07 (yeddi) ədəd tampon, 01 (bir) ədəd bıçağın dəstəyi, 01 (bir) ədəd bıçağın tiyəsi, 01 (bir) ədəd ağ rəngli döşək üzü, 01 (bir) ədəd krem rəngli yastıq üzü, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş - 01 (bir) ədəd ağ rəngli mayka, 01 (bir) ədəd qara rəngli tuman və Təqsirləndirilən şəxs təqdim etdiyi - 01 (bir) ədəd göy rəngli qısaqol köynəyin ön sağ tərəfində aşkar edilmiş qanabənzər ləkələrdən götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs təqdim etdiyi - 01 (bir) ədəd qara rəngli bridjin ön tərəfində aşkar edilmiş qanabənzər ləkələrdən götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar qarışıq tiplidir, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materialların qarışığından ibarətdir. Təqsirləndirilən şəxs məxsus 01 (bir) cüt başmağın altında olan ləkələrdə kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 143-149). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 məhkəmə tibbi-kriminalistika şöbəsi tərəfindən təqdim edilmiş 24 oktyabr 2022-ci il tarixli 536-MTKŞ/2022 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd, maykanın ön səthinin sol nahiyəsində bir ədəd parça defektli zədə, maykanın ön səthinin sol yuxarı nahiyəsində üç ədəd və tumanın ön səthinin sol yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar edilmişdir. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Zədələr eyni predmetlə yetirilməyə xarakterikdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol yuxarı nahiyəsində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısında olan üç ədəd deşilmişkəsilmiş yaraları ilə və tumanın ön səthinin sol yuxan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol saidin kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Maykamn Ön səthinin sağ yuxarı nahiyəsində aşkar olunmuş bir ədəd parça defektli zədə onun bədəni üzərində öz əksini tapmamışdır, bu da, yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədəninin alının mərkəzi hissəsindən başlayaraq sağ burun qanadında bitən kəsilmiş yara sağ əlində olan kəsilmiş yara onun paltarları üzərində Öz əksini tapmamışlar, bu da həmin nahiyələrin paltarın örtülməməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədəninin sol bazu oynağının üst səthində, sol bazu oynağının bayır səthində olan deşilmiş-kəsilmiş yaralar onun paltarları (mayka və tuman) üzərində öz əksini tapmamışlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs qızma məxsus köynəyin ön səthinin sağ nahiyəsində iki ədəd dəlibkeçən və şortun ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd parça defektli zədə aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zədələr eyni predmetlə yetirilməyə xarakterikdirlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs qızma məxsus ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş döşək üzünün şərti ön səthinin sol nahiyəsində bir ədəd və yastıq üzünün şərti ön səthinin sol yuxarı nahiyəsində iki ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Yastıq üzünün şərti sol yan tikişi üzərində aşkar olunmiş bir ədəd natamam sökülmə zədəsi yastıq üzünün müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Zədələr eyni predmetlə yetirilməyə xarakterikdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 156-162). Məhkəmə-psixiatrik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 1474 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyi üçün onun psixiatrik və psixioloji müayinəsini stasionar şəraitdə davam etdirilməsi, stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri hesab olunmuşdur. Məhkəmə-psixiatrik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 113 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Orta dərəcəli depressiv pozuntu, təşviş əlamətləri ilə» formasında psixi patologiya müəyyən edilir; bu pozuntu onda cinayət əməlini törətdikdən sonra yaranmış və hal-hazırda da davam edir; Təqsirləndirilən şəxs hazırda əziyyət çəkdiyi psixi patologiya onu öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edir; depressiv pozuntunun uzun müddət ərzində özünü göstərən və davametmə müddəti uzandıqca klinik mənzərəsinə psixotik xarakterli simptomların qoşula biləcəyi ciddi patologiya olduğu nəzərə alınmalıdır; bu psixi pozuntu gedişatında şəxsin özünə qarşı təhlükə kəsb etdiyi üçün stasionar şəraitdə davamlı müşahidə və müalicə aparılmasını tələb edir; Təqsirləndirilən şəxs hazırda özünü büruzə verən depressiv pozuntu orta dərəcədə ifadə olunur və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatrik stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbiri tətbiq edilməsi məsləhət görülür; Təqsirləndirilən şəxs hal-hazırda öz prosessual hüquq vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyildir; Təqsirləndirilən şəxs şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən psixi fəaliyyətin müvəqqəti pozulması sırasına aid edilən «Situasiya ilə əlaqəli kəskin stress nəticəsində patoloji affekt» keçirmişdir; psixi fəaliyyətin müvəqqəti pozulması cinayət əməli törətmiş şəxsin birmənalı olaraq anlaqsız hesab edilməsinə əsas verən dörd tibbi meyardan biridir; bu səbəbdən ƏX.Qalabəyli təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür; anlaqlılıq və anlaqsızlıq terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid edilir; Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda deyildir; Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməlləri törədən zaman fizioloji affekt vəziyyətində olmamış; o, qərarın təsviri hissəsində göstərilən əməlləri törədən zaman məhkəmə-psixiatrik ekspertizası tərəfindən müəyyən edilən patoloji affekt vəziyyəti keçirmişdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə xx.xx.2024-cü il tarixli 35 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Orta dərəcəli depressiv pozuntu, təşviş əlamətləri ilə» formasında psixi patologiya müəyyən edilir; bu pozuntu onda cinayət əməlini törətdikdən sonra yaranmış və hal-hazırda da davam edir; Təqsirləndirilən şəxs hazırda əziyyət çəkdiyi psixi patologiya onu öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edir; depressiv pozuntunun uzun müddət ərzində özünü göstərən və gedişində psixotik xarakterli simptomlarla müşahidə oluna bilən ciddi psixi patologiyadır; bu psixi patologiya şəxsin özünə qarşı təhlükə kəsb etdiyi üçün stasionar şəraitdə davamlı müşahidə və müalicə aparılmasını tələb edir; bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburiyyət tədbirinin tətbiq edilməsi məsləhət görülür; Təqsirləndirilən şəxs hal-hazırda öz prosessual hüquq vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyildir; Təqsirləndirilən şəxs şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən psixi fəaliyyətin müvəqqəti pozulması sırasına aid edilən «Situasiya ilə əlaqəli kəskin stress nəticəsində patoloji affekt» keçirmişdir; psixi fəaliyyətin müvəqqəti pozulmas cinayət əməli-törətmiş şəxsin birmənalı olaraq anlaqsız hesab edilməsinə əsas verən dörd tibbi meyardan biridir; bu səbəbdən ƏX.Qalabəyli təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır; buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqsız hesab edilməlidir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür; anlaqlılıq və anlaqsızlıq meyarı yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid olduğu üçün cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmamasını qiymətləndirilməsi tibbi və hüquqi nöqteyinəzərdən düzgün hesab edilmir; Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməllərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, məhkəmə ekspertiza rəyləri və iş üzrə olan digər dəlillərin məcmusu ilə tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı iş üzrə tədqiq edilmiş sübutların məcmusu, o cümlədən çoxsaylı şahidlərin ifadələri, ekspertiza rəyləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi fəaliyyətin müvəqqəti pozulması sırasına aid edilən “Situasiya ilə əlaqəli kəskin stress nəticəsində patoloji affekt” vəziyyəti keçirməklə anlaqsız vəziyyətdə CM-in 120.1-ci mdadəsində nəzərdə tutulan ictimai təhlükəli əməlləri törətmişdir və hazırkı psixi vəziyyətinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburiyyət tədbirinin tətbiqinə ehtiyac vardır. Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinə görə ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası CM-in 21.2-ci maddəsinə görə anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-in 93.1-1-ci maddəsinin tələbinə görə şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə (maddə 93.1-1.1); cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə (maddə 93.1-1.2); cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə (maddə 93.1-1.3) təyin edilir. Həmin Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli, 8 nömrəli qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Azərbaycan Respublikası CM-in 21.1 -ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir; bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tətbiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, ittiham olunan əmələ görə anlaqsız hesab edilərək Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşdüyünü, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertiza rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. "Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin 30 avqust 1955-ci il tarixdə keçirilmiş Birinci Konqresində qəbul edilmiş "Məhkumlarla davranışın minimal standart qaydalarında” müəyyən edilir ki, psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir (82-ci qayda). Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri (BMTnin Baş Assambleyasının 17 dekabr 1991 -ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir) nəzərdə tutur ki, cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsipləri tam həcmdə tətbiq edilməlidir (20-ci prinsip). Məhkəmə psixiatrik ekspertizasının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmə, göstərilən konstitusion və beynəlxalq normaları, habelə Azərbaycan Respublikası CPM-in göstərilən maddələrini rəhbər tututaraq və işin hallarına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olan cinayət əməlini törətmiş hesab edilməli, həmin əməlləri anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməli, qərar icra edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X12 həvalə edilməli; Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası CM-in 93.2-ci maddəsinin tələbinə görə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaradır. Həmin məcəllənin 93.1.1 -ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CM-in 94-cü maddəsinin tələbinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsində məqsəd, həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə, habelə yuxarıda şərh olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiartiya Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 113 saylı və 09 mart 2024-cü il tarixli 35 saylı ekspert rəylərinə əsasən məhkəmə hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır, buna görə də onun əməli ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalı, Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil; Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona hazırda cəza təyin edilməsi və cəzanın icrası mümkün deyil. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 348.2.1-ci maddəsinin tələbinə görə, əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Xətai rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd qara rəngli bridc, bir cüt başmaq, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli tuman, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi dəstəyi qara rəngli olan bir ədəd mətbəx bıçağı, bir ədəd ağ rəngli döşək üzü və bir ədəd krem rəngli yastıq üzü məhv edilməlidir. İş üzrə mülki iddianın, məhkəmə məsrəflərinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli qərarı baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 348 və 477 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X12 həvalə edilsin. İş üzrə maddi sübut olmaqla Xətai rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli qısaqol köynək, bir ədəd qara rəngli bridc, bir cüt başmaq, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli tuman, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi dəstəyi qara rəngli olan bir ədəd mətbəx bıçağı, bir ədəd ağ rəngli döşək üzü və bir ədəd krem rəngli yastıq üzü məhv edilsin. İş üzrə mülki iddianın, məhkəmə məsrəflərinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu, qərarın surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-134/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-134/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver