Məhkəmə qərarları › İş №1(101)-1340/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1340/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1340/2024 29.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədi ilə dələduzluq etmiş, təkrarən özgənin əmlakını soyğunçuluq yolu ilə talamış, saxlanc yerinə daxil olmaqla özgə əmlakını soyğunçuluq yolu ilə talamış, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə, yəni zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgə əmlakını əldə etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə 14 noyabr 2022-ci il tarixdə, saat 04:50 dəqiqədə ünvan 1 ünvanda yerləşən kioskun qapısını əli ilə vurub kilidi sındırıb açaraq qanunsuz olaraq içəri daxil olub saxlanc yeri hesab olunan pulların yığılması üçün nəzərdə tutulmuş yerdən Zərərçəkmiş şəxs4 məxsus 230 manat pul vəsaitini sonuncunun gözü qarşısıda götürüb hadisə yerindən qaçıb uzaqlaşaraq açıq yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 230 (iki yüz otuz) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə 18 noyabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X9 Ticarət Birliyinə aid kioskda satıcı işləyən Şahid3 pul stəyib sonuncunun qohumluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 məlumatlı olmasını yalandan bildirib aldatmaqla sonuncuya məxsus 550 manat pulu Şahid3 alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 19 noyabr 2022-ci il tarixdə, saat 04:00 dəqiqədə Nümayəndə satıcı işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 57 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət departamentinin X9 Ticarət Birliyinə aid kioskda olan müşahidə kameralarına baxmaq adı ilə daxil olub saxlanc yeri hesab olunan pulların yığılması üçün nəzərdə tutulmuş yerdən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər Uzrə Ticarət Birliyinə məxsus 580 manat məbləğində pul vəsaitini götürüb oradan uzaqlaşaraq açıq yolla talayıb zərərçəkmiş Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X9 Ticarət Birliyinə ümumilikdə 580 (beş yüz təksən) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, habelə onun əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməklə 20 noyabr 2022-ci il tarixdə, saat 23:30 dəqiqədə ünvan 5 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X9 Ticarət Birliyinə aid 007 saylı kioska gələrək orada satıcı işləyən Şahid2 özünü cinayətkar aləmdə tanınmış şəxslər ilə yaxın əlaqələri olan şəxs kimi təqdim edərək sonucuya zor göstərib kiosku dağıdacağı ilə hədə-qorxu gələrək kassada olan Zərərçəkmiş şəxs1 məxsus 600 manat pulu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 22 noyabr 2022-ci tarixdə saat 10:30 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında piyada səkisinin üzərində lotereya satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3 bir ədədinin dəyəri 9 manat 40 qəpik olan 40 ədəd və bir ədədinin dəyəri 4 manat 70 qəpik olan 40 ədəd lotereya biletlərini alaraq pulunu verməyəcəyini bildirib hadisə yerindən qaçıb uzaqlaşmaqla açıq talayıb zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs3 ümumilikdə 564 (beş yüz altmış dörd) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 01 dekabr 2022-ci tarixdə saat 04:45 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1 ünvanında yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X9 Ticarət Birliyinə aid kioska yaxınlaşıb satıcı Şahid1 kioskda olan pulları ona verməsini bildirib sonuncudan 750 manat pul vəsaitini alıb hadisə yerindən uzaqlaşmaqla açıq talayıb zərərçəkmiş Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X9 Ticarət Birliyinə ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə icasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dərman istifadə etdiyinə görə hadisələrin necə baş veridyini xatırlamır. Lakin ittiham aktında göstərildiyi kimi köşklərin birindən 230 manat mələğində pul götürdüyünü, eləcə də Zərərçəkmiş şəxs2 məxsus 550 manat və Şahid2 məxsus 600 manat pulu ələ keçirməsini, Zərərçəkmiş şəxs3 bir ədədinin dəyəri 9 manat 40 qəpik olan 40 ədəd və bir ədədinin dəyəri 4 manat 70 qəpik olan 40 ədəd lotereya biletlərini oğurlamaqla 564 manat pul məbləğində ziyan vurmasını, Xətai prospektindəki köşkdən 750 manat pul götürdüyünü təsdiq edir. Zərərçəkmiş şəxslərdən birinə qarşı hədə qorxu ilə tələb etmə yolu ilə əmlakını ələ keçirməsi epizodu istisna olmaqla, həmçinin həmin epizod da daxil olmaqla bütün epizodlar da özünü yalnız soyğunçuluq cinayətlərin törətməsində təqsirli bilir. Belə ki, heç kimə münasibətdə hədə qorxu tətbiq etməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 20 noyabr 2022-ci il tarixdə, saat 23:30 dəqiqədə ünvan 5 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X9 Ticarət Birliyinə aid 007 saylı kioska gələrək orada satıcıya işləyən Şahid2 özünü cinayətkar aləmdə tanınmış şəxslər ilə yaxın əlaqələri olan şəxs kimi təqdim etsə də, kioskun sahibinin kim olmasını soruşsa da və onunla telefon əlaqəsi saxlasa da o, heç kəsə hədə-qorxu gəlməmiş və kassadan 600 manat pulu özü götürərək ələ keçirmiş, həmçinin saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, cavan olmasını zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 vurduğu ziyanı tam həcimdə ödədiyini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, DVD disklərdə olan videogörüntülər, üzləşdirmə protokolları, hadisə yerini əks etdirən fotoşəkillərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi müştəri kimi tanımış, sonuncu lotoreya bileti almağa gəlmişdir. Hadisə günü təqsirləndirilən şəxs yenidən köşkə gələrək 50 manatlıq lotareya bileti almaq istədiyini bildirdikdə sonuncuya tərəfindən lotoreya bileti satilmadığını vurğulanmışdır. Lakin təqsirləndirilən şəxs köşkün qapısını qırıb, şüşəni söküb dağıtmış, oradan 150 manat pul və 80 manatlıq da lotareya bileti götürərək uzaqlaşmışdır. O, təqsirləndirilən şəxsin əlində soyuq silah görməsə də qolunda soyuq silah olmasını hiss etmişdir. Ona dəyən 230 manat məbləği təşkil edən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən qaytarılmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ziyanının tam həcimdə ödənildiyini və sonuncuya qarşı tələb və şikayətinin olmamasını bildirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona Vüqar Əliyev adlı işçisi zəng edərək bir nəfərin onu axtardığını bildirmiş, o, da təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə danışarkən sonuncu 6-7 nəfərlə onu gözlədiyini və hadisə yerinə gəlməsini tələb etmişdir. Uzaqda olması səbəbindən ertəsi günü görüşməyi Mehdiyə təklif etsə də, onu gözlədiklərini bildirmişdir. Onun sahib olduğu ticarət obyektinə Mehdinin gəlmə səbəblərini aydınlaşdırmaq cəhdləri boşa çıxmışdır. Ramana adlanan ərazidən hadisə yerinə gələnə kimi isə, işçisi ona zəng vuraraq Mehdi adlı şəxsin ona hədə-qorxu gələrək kassadan 600 manat pulu götürüb, oradan uzaqlaşdığını bildirmişdir. Sonradan işçisi ona bildirmişdir ki, Mehdi sonuncuya hədə-qorxu gələrək silahının olduğunu qeyd etmişdir. Hadisənin bütün görüntüləri obyektdə yerləşdirilmiş kamera vasitəsilə də qeydə alınmışdır. Kamera görüntülərindən görmüşdür ki, Mehdi içəri daxil olduqdan sonra silahlı olduğunu, müdür ilə probleminin olduğunu bildirir, eyni zamanda ətrafı dağıdacağı ilə hədə qorxu gəlir. Satıcı isə həmin hədə-qorxunun təsiri altında pulu kassadan götürüb sayaraq Mehdiyə verir. Bundan başqa Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ziyanının tam həcimdə ödənildiyini və sonuncuya qarşı tələb və şikayətinin olmamasını bildirir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə günü ona məxsus 20 yanvar metrostansiyası yaxınlığında yerləşən Həsən bəy Zərdabi küçəsində yerləşən obyektə yaxınlaşmış, özünü oğru aləminin nümayəndəsi kimi təqdim edərək obyektin qapısını qırmağa başlamışdır. Həmin obyektin işçisi zəng edərək onu obyektə çağırmışdır. O, obyektə gəldikdə Mehdi başqa şəxs tərəfindən göndərildiyini, həmin ərazidə hadisə baş verdiyini və köşkdə quraşdırılmış kamera görüntülərinin çıxarılmasının zəruri olduğunu bildirmişdir. Daha sonra onlar Mehdi ilə birlikdə çölə çıxmış, üstü nazik olduğuna görə o, jaketini Mehdiyə vermiş və onu idarə etdiyi avtomobilə mindirərək “Köz Tantuni” dönərin yanında düşürtmüşdür. Daha sonra işçisi ona zəng edərək Mehdinin onun adından istifadə edərək, 550 manat pulu götürərək çıxıb getdiyini bildirmişdir. Onlar obyektdə olan müşahidə kamerasının görüntülərini polis əməkdaşlarına təqdim etmişdirlər. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti ona vurulmuş ziyanın qaytarılmasından ibarətdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayından ünvan 9 ünvanın yaxınlığında piyada səkisinin üzərinə qoyulmuş taxtanın üzərində Azərlotereya satmaqla məşğul olmuşdur. Belə ki, Azərlotereyanı alaraq oraya gətirib qoymuş və satışını həyata keçirmişdir. Sata bilmədiyi lotereyaları isə özü ilə birlikdə evə aparıb səhəri günü satmaq üçün gətirmişdir. Saat 10-11 radələrindən axşam saat 17- 18 radələrinə qədər qeyd etdiyi yerdə Azərlotereya satmışdır. Azərlotereyaları özü pulla almışdır. 22 noyabr 2022-ci il tarixdə saat 10:30 dəqiqədə işlədiyi yerdə olan zaman bir nəfər müştəri yaxınlaşıb 40 ədəd 10 manatlıq, 40 ədəd isə 5 manatlıq lotereya biletləri istəmişdir. Bundan sonra bir nəfər də şəxs yaxınlaşıb iki ədəd Azərlotereya istəmişdir. İkinci gələn şəxs iki ədəd Azərlotereya istədiyi üçün ilkin olaraq həmin şəxsi yola salmışdır. Sonra isə digər şəxsin sifarişini yerinə yetirmişdir. Belə ki, ümumilikdə 80 ədəd Azərlotereyaları həmin şəxsə vermiş və 600 manat verməli olduğunu bildirmişdir. Lakin həmin şəxs pul verməmiş və demişdir ki, pul verməyəcək. Həmin şəxsdən pulu verməsini xahiş etdikdə sonuncu "ala bilirsənsə gəl görüm nətər ala bilirsən” ifadələrini işlətmişdir. Həmin şəxsdən pulunu bir daha istədikdə sonuncu cibindən qara rəngli tutacağı olan bıçaq çıxarıb göstərib sakit qalmağını bildirmişdir. Sonra isə həmin şəxs qaçaraq Bakı Metropolitenin “20 Yanvar" stansiyası istiqamətinə getmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, sonradan həmin şəxsi tanımış, lakin adını və soyadını bilməmiş, sonradan öyrənmişdir ki, o, M.H.Abaszadədir. Sonuncu Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayır. Hadisədən sonra Mehdinin yaşadığı evə gedərək sonuncunu səsləmiş, lakin atası çıxıb Medinin evdə olmadığını bildirmişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 564 manat maddi ziyan dəymişdir. Belə ki, 10 manatlıq lotereya biletinin bir ədədinin maya dəyəri 9 manatlıq 40 qəpik, 5 manatlıq lotereya biletinin bir ədədinin maya dəyəri isə 4 manat 70 qəpik təşkil etmişdir. Təqsirləndirilən şəxs onu vurmamış, xəsarət yetirməmiş, sonuncu yalnız cibindən bıçaq çıxarmış və sakit qalmağını demişdir. Mehdi ona hədə-qorxu gəlməmiş, xəsarət yetirəcəyini bildirməmiş, xəsarət yetirməklə hədələməmiş və ona qarşı zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Nümayəndə ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanda yaşamışdır. 2021-ci ilin dekabr ayından Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentində satıcı işləmişdir. Belə ki, həmin vaxtdan ünvan 11 ünvanda yerləşən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin tabeliyində olan kiosku işlətmişdir. 19 noyabr 2022-ci il tarixdə saat 04 radələrində kioskda olan zaman bir nəfər şəxs gələrək özünü kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan şəxsin bibisi oğlu kimi təqdim edərək işlədiyi ərazidə bibisi nəvəsinin bıçaqla qətlə verirdildiyini və sonuncunun nəşini tapa bilmədikləri üçün kioskun müşahidə kamerasına baxmaq istədiyini bildirmişdir. Polis əməkdaşlarının icazəsi olmadan kameraya baxa bilməyəcəyini bildirmişdir. Daha sonra tanımadığı şəxsin təkid etdiyini görüb özünə məxsus mobil telefonla işlədiyi kioskda satıcı işləyən Şahin adlı şəxsə zəng etmiş və baş verənlər barədə dedikdən sonra onunla danışması üçün mobil telefonunu tanımadığı şəxsə vermişdir. Həmin şəxs Şahinlə danışdıqdan sonra bildirmişdir ki, Şahin görüntülərə baxmasına razılıq vermiş və həmin şəxs kioska daxil olmuşdur. Bundan sonra həmin şəxs kioskda quraşdırılmış kamerada olan görüntülərə baxmış və bundan sonra demişdir ki, Şahin ona hörmət etdiyinə görə qarşılığında o da sonuncuya hörmət edəcək, yəni pul verəcəkdir. Bu sözləri dedikdən sonra həmin şəxs kioskdan pullar olan yerdən 4 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq pul əskinasları götürmüş, yaxınlıqda saxladığı özünə məxsus avtomobildə 500 manatlıq pul əskinasının olduğunu, həmin 500 manatlıq pul əskinası xırdalayıb Şahinə hörmət edəcəyini demişdir. Həmçinin tanımadığı şəxs demişdir ki, 100 manat da xırda pul versin, ona da hörmət edəcəkdir. Pullar saxlanılan yerdən 3 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinasları götürüb həmin şəxsə vermiş və onlar birlikdə kioskdan küçəyə çıxmışlar. Bundan sonra həmin şəxs 20 manat pul vermiş və onlar birlikdə köşkdən 100-150 metr aralanan zaman qorxmuş və kioskda olan soyuducunun qapısının açıq qalmasını bəhanə edərək kioska tərəf qayıtmışdır. Tanımadığı həmin şəxs isə kioskdan götürdüyü 580 manat pulu qaytarmamış və bundan sonra onun hara getməsini bilməmişdir. Həmçinin Nümayəndə əlavə olaraq bildirmişdir ki, həmin hadisə zamanı sonradan adının Mehdi olduğunu bildiyi şəxs xəsarət yetirməmiş və bu səbəbdən də heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Hadisə zamanı Mehdinin əlində bıçaq və yaxud da digər hər hansı bir əşya görməmişdir. Lakin, həmin vaxtı Mehdi sağ əlini cibindən çıxartmadığına görə sonuncunun sağ cibində hansısa əşya saxlamasından şübhələnmişdir. Lakin hadisə baş verən zaman Mehdinin əlində heç bir əşya olmamışdır. Mehdinin sağ əli əynindəki şalvarının sağ cibində olsa da, sonuncu cibindən silah çıxarmamış, həmin silahla, ümumiyyətlə hər hansı bir əşya və yaxud predmetlə hədələməmiş, xəsarət də yetirməmişdir. Hadisə nəticəsində satıcı kimi işlədiyi Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə 580 manat ziyan dəymişdir. Hadisə baş verən zaman yaxınlıqda heç kim olmadığına görə hadisənin şahidi olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilməmişdir Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş və ifadəsi elan olunmuş Şahid1 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Noyabr prospekti 1 ünvanda olan kioskda satıcı işləmişdir. Həmin kiosku Bakı şəhər Ticarət və Xidmət Departamenti X9 Ticarət Birliyinə məxsusdur. Orada əmək müqaviləsi əsasında işləmişdir. Kioskda müxtəlif markalı siqaretlər, sərinləşdirici içkilər və şirniyyatlar satılmışdır. İş saatları hər gün axşam saaı 18 radələrindən növbəti gün saat 06 radələrinə qədər olmuşdur. Aylıq əmək haqqı 600 manatdır. Kioskda müşahidə kameraları vardır və 24 saat kameralarla müşahidə aparılır. İş fəaliyyəti müştərilərin sifariş, yəni istəklərini yerinə yetirməkdir. 01 dekabr 2022-ci il tarixdə saat 04:45 dəqiqədə kioskda olmuşdur. Telefona baxan zaman küçədən səs eşitmiş və kioskdan çıxmışdır. Çıxdıqda bir nəfər cavan oğlan görmüşdür. Həmin şəxs ona işarə edib kioskun sol tərəfinə çağırmışdır. Həmin şəxs ilə birlikdə sol tərəfə keçmişdir. Həmin şəxs onu sorğu-sual etmişdir. Belə ki, adını, soyadını və haradan olmağını soruşmuşdur. Həmin şəxsə cavab verdikdən sonra sonuncu ondan kioskda nə qədər pul olmasını soruşmuş, o, isə ona pulun məbləğini bilmədiyini bildirmişdir. Həmin şəxs üzərində silahı olmasını demiş və ondan qorxmuşdur. Həmin şəxs pulları ona verməyini istəmişdir. Qorxaraq kioska daxil olmuş və orada olan bütün pulları götürüb çıxmışdır. Pulun hamısını həmin şəxsə vermişdir. Həmin şəxs pulu saymaq 750 manat götürüb qalan qismini qaytarıb vermiş və bildirmişdir ki, "qaytardığım pul sənindir, bu pulu götür çıx aradan”. Həmin şəxsə heç nə deməmişdir. Bundan sonra həmin şəxs getmişdir. Həmin şəxs getdikdən sonra sonuncunun qaytardığı pulları kioska qoymuşdur. Sonra bir nəfər şəxs gəlmiş və siqaret istəmişdir. Həmin şəxsə kioskdan bir ədəd siqaret verib pulunu almışdır. Bundan sonra kioskun qarşısında olan taqları içəri qoymuş və kioskı bağlayıb səhər növbəsi gəldikdə kioskı təhvil verib getmişdir. Həmin günü DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o köşkdə olduğu zaman təqsirləndilən şəxs ona yaxınlaşmış və “köşkün” sahibinin kim olduğunu soruşmuşdur. Obyektin sahibinin sabah gələcəyi bildirilsə də təqsirləndirilən şəxsin problem yarandığını və “köşkün” sahibinə zəng etməsini ondan xahiş etmişdir. “Kioskun” sahibi Zərərçəkmiş şəxs1 olmuşdur. O, “kioskun” sahibi ilə əlaqə yaratmış və sonuncu təqsirləndirilən şəxslə telefonla danışmışdır. Cahad ona gələ bilmədiyini və problemi özünün həll etməsini bildirmişdir. O, “whatsapp” vasitəsilə təqsirləndirilən şəxslə Cahadı danışdırmışdır. Mehdi ona üç maşın insanla Gəncədən gəldiyini, Rufo Gəncinskinin xalası uşağı olduğunu və Cahadın böyük bir səhv etdiyini bildirmişdir. O, Mehdiyə səhər gəlməsini, münaqişə yaranmaması üçün köşkdən çıxaraq siqaret və su təklif etmişdir. Mehdi ona kənarda qalmasını və onunla işinin olmadığını, köşkü dağıdacaqlarını, üzərində silahının olduğunu bildirmişdir. Lakin silahın odlu və ya soyuq silah olması barədə heç nə deməmiş, silahı çıxardaraq nümayiş etdirməmiş, sadəcə qorxduğu üçün Təqsirləndirilən şəxs tələbinə əsasən yə pulu kassadan götürərək sonuncuya vermişdir. O, ətrafda maşınlar görməmiş, lakin Mehdinin dediyi sözlərin hamısına inanmış, dağıtmaq dedikdə isə köşkün avadanlıqlarının və digər məhsulların dağıdılmağını başa düşmüşdür. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs ona köşkü dağıdacağını, üzərində silahın olmasını bildirmiş və sonuncunun tələbinə əsasən o, qorxaraq pulu kassadan götürərək Təqsirləndirilən şəxs şəxsən vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadə verərək göstərmişdir ki, o işdə olarkən Mehdi onun müdiri ilə gələrək hadisə baş verdiyini və buna görə də obyektdə olan kameradan video-görüntüyə baxmalı olduğunu, özünün hansısa bir “mafiyanın” üzvü olduğunu bildirmişdir. Mehdi müdirlə getdikdən təxminən 15 dəqiqə sonra yenə geri qayıtmış və ondan 550 manat pul verməsini tələb etmiş, müdirin məlumatlı olmasını bildirmişdir. Gecə olduğu və çəkindiyi üçün qeyd olunan məbləği o Mehdiyə vermişdir. Vurulan ziyan hələ də ödənilməmişdir. Mehdi ondan 550 manat məbləğində pulu istədikdən sonra o, qorxduğu üçün pulun alınma səbəbini soruşmamış və müdirlə qeyd edilə xüsusatı dəqiqləşdirməmişdir. Onun Mehdidən qorxma səbəbi “mafya” adamları ilə əlaqəsinin olmasını bildirməsi olmuşdur. Pul isə iş yerinə məxsus olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, DVD disklərdə olan görüntüləri, üzləşdirmə protokollarını, hadisə yerini əks etdirən fotoşəkilləri habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin İ cild 204-205-ci vərəqələrində olan olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, M.Ə.Abbaszadə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 43-48-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, M.Ə.Abbaszadə barəsində verilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməyərək, zaldan dərhal həbsdən azad olunmuşdur. Cinayət işinin İİ cild 10-11-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli Bakı Şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi A.İsmayılzadənin qərarından görünür ki, həmin tarixdən M.Ə.Abbaszadə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 133-cü vərəqəsində olan olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, M.Ə.Abbaszadə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 161-162-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli Bakı Şəhəri Səbail rayon prokurorun qərarından görünür ki, həmin tarixdən M.Ə.Abbaszadə barəsində verilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir. Cinayət işinin İ cild 26-27-ci vərəqələrində olan olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, M.Ə.Abbaszadə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 76-80-cı vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, M.Ə.Abbaszadə barəsində xx.xx.2022-ci tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 293-294-cü vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, M.Ə.Abbaszadənin həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİİ cild 145-146-cı vərəqələrində olan olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-1027/2023 nömrəli hökmünə əsasən M.Ə.Abbaszadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 il, həmin Məcəlləsinin 180.2.2-ci və 180.2.3-ci maddələri ilə 03 il, həmin Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəlləsinin 66.3-cü maddəsinə əsasən sonuncuya təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən M.Ə.Abbaszadənin 23 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək, 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla onun üzərində 06 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının çəkilməsi müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair hökm edilmişdir. Cinayət işinin İİİ cild 182-184-cü vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-2475/2023 nömrəli qərardan görünür ki, M.Ə.Abbaszadənin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1027/2023 nömrəli xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı və xx.xx.2023-cü il tarixli hökmü ləğv edilmiş, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə hazırlıq iclası mərhələsinə göndərilmiş, məhkum olunmuş M.Ə.Abbaszadə tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmasına xitam verilmiş, sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İV cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, M.Ə.Abbaszadənin barəsində seçilmiş olan həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 4-cü vərəqəsində olan 01 dekabr 2021-ci il tarixli “Raport”dan görünür ki, Bakı şəhəri Xətai rayonu 8 noyabr prospekti Ağ çiçəyim gül salonu ilə üzbəüz köşkdən Şahid1 zəng edərək həmin gün saat 04:00-05:00 radələrində işlədiyi köşkə gələn 2 nəfər şəxsin ona silah göstərərək kassadakı 600-700 manat pulu götürüb getmələri barədə məlumat vermişdir. Cinayət işinin İ cild 5-ci vərəqəsində olan 01 dekabr 2022-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid1 adlı şəxs müraciət edərək 01 dekabr 2022-ci il tarixdə saat 04:45 radələrində işlədiyi Xətai rayonu, 8 noyabr prospekti, 1 ünvanında yerləşən köşkə 2 nəfər şəxsin yaxınlaşaraq özlərini kriminal aləmin üzvü kimi təqdim edərək belindəki silahı göstərərək ona hədə qorxu gəlib köşkdən 600-700 manat arası pulu götürdüklərini, həmin şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Cinayət işinin İ cild 96-97-ci vərəqələrində olan Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yerləşən köşkdən 18 noyabr 2022-ci il tarixdə gecə saatlarında baş vermiş hadisənin videogörüntülərini əks etdirən “DVD” formatlı diskdən görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yerləşən köşkə daxil olmuş və 550 manat məbləğində pulu götürərək oradan uzaqlaşmışdır. Cinayət işinin İ cild 92, 96-97-ci vərəqələrində olan 21 noyabr 2022-ci il tarixli ərizədən, eyni tarixli “Hadisə yerində baxış keçirilməsi haqqında” protokolundan və ona əlavə edilmiş foto şəkillərldən görünür ki, Şahid2 işlədiyi Səbail rayonu, Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən qəzet və siqaret satılan köşkə bir nəfər şəxsin yaxınlaşaraq 600 manat pulunu alıb qaytarmayan şəxs barəsində müvafiq qanuni tədbirlər görməsini xahiş etməsi barədə ərizəsinə əsasən keçirilmiş baxış istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, hadisə yeri Səbail rayonu, Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yolun sol kənarında səkinin yanında yerləşən yaşıl rəngli köşkün qarşısıdır. Vətəndaş Şahid2 ərizəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir. Cinayət işinin İ cild 143-145-ci vərəqələrində olan 26 noyabr 2022-ci il tarixində “Diskə baxış keçirilməsi haqqında” protokoldan və müşahidə kameralarında qeydə alınan DVD diskdə olan videogörüntülərdən görünür ki, ünvan 16 ünvanda yerləşən köşkdə müşahidə kameralarında 20 noyabr 2022-ci il tarixdə axşam saatlarında qeydə alınaraq köçürülmüş DVD diskdə 4 ədəd “mp4” formatları aşkar edilmişdir. Həmin görüntülər 20 noyabr 2022-ci il tarixdə axşam saatlarında qeydə alınmışdır. Birinci görüntüdə iki nəfər şəxs yolun kənarında köşkün qarşısında dayanaraq söhbət etmişlər, onların hər ikisi siqaret çəkmiş, ikinci görüntüdə köşkün kassası açıq haldadır, kassada müxtəlif əskinazlar vardır, kassanın yanında iki nəfər şəxs dayanmış, həmin şəxslərin yalnız əlləri görsənmiş, onlardan biri kassada olmuş əskinaslardan götürmüş, sonra isə bir qismini kassaya qoymuş, əlində olan pulları isə sayaraq kassaya qoymuş, sonra yenidən kassadan pullardan götürüb sayaraq pulları kassaya qoymuş, daha sonra yenidən kassada olan pullardan götürüb sayaraq yerinə qoymuş, bundan sonra kassanın yuxarı hisssində olan pullardan götürərək saymış, üçüncü görüntüdə kioskun qarşısında birinci görüntüdə olan iki nəfər şəxsin köşkə daxil olmasını və köşkün içərisində açıq halda içərisində pullar olan kassaya yaxınlaşır, dördüncü görüntüdə yalnız köşkün qarşısı görsənir. Baxış zamanı də Mehdi Əlihüseyn oğlu bildirmişdir ki, həmin şəxslərdən biri o, digər şəxs isə işləyən satıcıdır, pulları kassadan götürən özüdür və görüntü cinayət hadisəsini əks etdirir (cild 1, iş vərəqə 144). Cinayət işinin İ cild 156-158-ci vərəqələrində olan 26 noyabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı o, 26 noyabr 2022-ci il tarixdə saat 23:30-da Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən kioskda işləyən satıcıya hədə-qorxu gələrək kassadan 450-500 manat məbləğində pulu götürməsini deyərək ifadəsini göstərdiklərini bir daha təsdiq edib yerini göstərmiş, bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin İ cild 177, 181-184-cü vərəqələrində olan 21 noyabr 2022-ci il tarixli ərizədən, eyni tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Nümayəndə satıcı kimi işlədiyi ünvan 17 ünvanda yerləşən köşkə 19 noyabr 2022-ci il tarixdə saat 04:00 radələrində köşkdə olan müşahidə kameralarına baxmaq adı ilə daxil olub əlini cibinə salaraq cibində silah varmış kimi görüntü yaradaraq kassadan 600 manat məbləğində pul vəsaitini götürüb oradan uzaqlaşan şəxs barəsində qanuni tədbirlərin görülməsi barədə ərizəsinə əsasən keçirilmiş baxış istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, cinayət hadisəsi ünvan 17 ünvanda yerləşən kioskda baş vermişdir. Nümayəndə ərizəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir Cinayət işinin İ cild 225-227-ci vərəqələrində olan 24 noyabr 2022-ci il tarixli “Şəxsin tanınması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 3 nəfər şəxs ilə birlikdə zərərçəkmiş şəxs Nümayəndə tanınmaya təqdim edilmiş, sonuncu ümumilikdə 4 nəfər şəxsin arasında Təqsirləndirilən şəxs tanıyıb əli ilə göstərərək 19 noyabr 2022-ci tarixdə işlədiyi kioskda 580 manat pul götürən şəxs olmasını bildirmişdir. Cinayət işinin İ cild 233-235-ci vərəqələrində olan24 noyabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Abaszadə X5 ifadəsi yerində yoxlanılması zamanı o, 9 noyabr 2022-ci il tarixdə saat 04:00 dəqiqədə ünvan 18 ünvanda yerləşən kioska daxil olub oradan 580 manat pulu götürməsini deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq edib hadisə yerini göstərmişdir. Cinayət işinin İİ cild 16-ci vərəqəsində olan Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən təqdim edilmiş DVD formatlı diskdə qeydə alınmış video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 04:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 57 ünvanında yerləşən kioska daxil olmuş və pulların yığılması üçün nəzərdə tutulmuş yerdən 580 manat məbləğində pulları götürüb oradan uzaqlaşmışdır. Cinayət işinin İİ cild 20-22-ci vərəqələrində olan Zərərçəkmiş şəxs2 18 noyabr 2022-ci il tarixli ərizəsi, eyni tarixli “Baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 18 noyabr 2022-ci il tarixdə ona məxsus köşkdən ondan xəbərsiz, lakin sonuncunun adından istifadə etməklə 550 manat pul alaraq uzaqlaşmış şəxs barəsində müvafiq qanuni tədbirlər görülməsi barədə ərizəsinə əsasən keçirilmiş baxış istintaq hərəkətləri ilə müəyyən edilmişdir ki, hadisəsi Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 19 ünvanda köşkdə baş vermişdir. Zərərçəkmiş şəxs2 isə ərizəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Cinayət işinin İİ cild 75, 78-79-cü vərəqələrində olan 22 noyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs3 ərizəsi, eyni tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, lotoreya satışı ilə məşğul olduğu 3-cü mikrorayon dairəsində yerləşən köşkə yaxınlaşaraq ondan 600 manat lotereya bileti əldə etmiş, lakin biletlərin ödənişini verməkdən imtina etmiş, bıçaq nümayiş etdirərək hadisə yerindən uzaqlaşmış şəxslər barəsində qanuni tədbirlər görülməsini xahiş etməsi barədə Zərərçəkmiş şəxs3 ərizəsi əsasında aparılmış baxış istintaq hərəkəti əsasında müəyyən edilmişdir ki, hadisə yeri Azərlotoreya məntəqəsinin quraşdırıldığı yer,yəni, ünvan 20 ünvandan 20 yanvar metrostansiyası istiqamətinə gedən yolun piyada səkisidir (cild 2, iş vərəq 75, 78-79). Cinayət işinin İİ cild 112, 113-116-cı vərəqələrində olan 25 noyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs4 ərizəsi, eyni tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, satıcı kimi işlədiyi köşkə qanunsuz daxil olaraq köşkdən ona məxsus 230 manat pulu soyğunçuluq yolu ilə talamış şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etməsi barədə Zərərçəkmiş şəxs4 ərizəsinə əsasən keçirilmiş baxış istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, cinayət hadisəsi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən kioskda baş vermişdir. Zərərçəkmiş şəxs4 ərizəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir. Cinayət işinin İİ cild 136-139-cu vərəqələrində olan 29 noyabr 2022-ci il tarixli “İfadələrin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Abaszadə X5 ifadəsi yerində yoxlanılması zamanı o, 14 noyabr 2022-ci il tarixdə saat 04:50 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində olan kioska daxil olub oradan 230 manat pulu götürməsini deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq edərək hadisə yerini göstərmişdir. Cinayət işinin İİ cild 159-160-cı vərəqələrində olan Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində olan kioskda 14 noyabr 2022-ci il tarixdə baş vermiş hadisənin videogörüntülərini əks etdirən DVD diskə baxış keçirilməsi haqıqnda 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilmiş disk "DVD” formatlıdır, disk açıldıqda içərisində 02 ədəd “mp4” formatları aşkarlanmış, həmin 02 ədəd “mp4” formatları özündə görüntüləri əks etdirmiş, birinci görüntü 09 dəqiqə 58 saniyə, ikinci görüntü isə 10 dəqiqədən ibarətdir. Birinci görüntüdə bir nəfər üzü tüklü şəxs kioska yaxınlaşaraq başını kioskun kiçik pəncərəsindən içəri daxil edərək satıcı ilə danışmış, sonra həmin şəxs kioskun sol tərəfinə keçmiş, bir neçə dəqiqə sonra şəxs yenidən kioskun qarşısına gəlmiş, həmin şəxs yenidən başını kioskun pəncərəsindən içəri daxil etmiş, sonra isə əllərini pəncərədən içəri daxil etmiş, kioskun satıcısı ona mane olmaq istəmiş və onun əlindən tutub kioskun pəncərəsindən geri itələyir, həmin şəxs də yenidən kioskun sol tərəfinə keçmiş, bir neçə dəqiqə sonra həmm kioskun satıcısı ilə kioskun qarşısına çıxıb söhbət etmiş, sonra onlar ikisidə kioska olmuş, daha sonra ilkin olaraq həmin şəxs, arxasınca isə satıcı kioskdan çıxmış, görüntüdə kioskun içərisində satıcı əyləşmiş, bir nəfər şəxs kioskun pəncərəsindən içəri daxil etmiş və satıcı ilə danışmış, həmin şəxs satıcıya kiçik kardon təqdim etdikdən sonra həmin şəxs getmiş, satıcı qalxaraq qapıya yaxınlaşmış, sonra isə əyləşmiş, həmin şəxs yenidən pəncərənin qarşısına gəlmiş və başını pəncərədən kioska daxil etmiş, əlini pəncərədən içəri daxil etmiş, bu zaman satıcı onun əlindən tutmuş və onu çıxarmaq istəmiş, sonra həmin şəxs getmiş və kioskun içərisinə daxil olmuş, şəxsin başında papaq vardır, o, kioskdakı əşyaları götürüb yoxlamış, sonra o, satıcı ilə kioskdan çıxır, daha sonra geri qayıtmış və pulları götürür. Baxış zamanı Abaszadə X10 bildirmişdir ki, həmin şəxslərdən biri o, digər şəxs isə kioskda işləyən satıcıdır, pulları kassadan götürən şəxs özüdür və görüntüdə cinayət hadisəsi törətməsi əks olunur Cinayət işinin İİ cild 200-221-ci vərəqələrində olan 31 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X1 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 111 ünvanda, ünvan 21 H.B.ünvan 2 ünvanda və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində olan kiosklarda cinayət törədilməsini əks etdirən 04 ədəd “DVD” disklərin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınması müəyyən edilmişdir. Cinayət işinin İİ cild 190-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinə görə cinayət məsuluyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuşdur. Saxlanc yerlərinə qanunsuz olaraq girməklə müşaiyət olunan soyğunçuluq əməli isə Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə tövsif olunur. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə əməlinin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 17-ci bəndinin məzmunundan görünür ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır.[5] Həmin Qərarın 18-ci bəndində isə göstərilir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CMnin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara, cinayət işi materillarına əlavə edilmiş DVD disklərdə olan görüntülərə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, üzləşdirmə protokollarına əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 230 (iki yüz otuz) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etməsi, Zərərçəkmiş şəxs2 məxsus 550 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 57 ünvanda yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər Uzrə Ticarət Birliyinə məxsus 580 manat məbləğində pul vəsaitini saxlanc yerinə daxil olmaqla soyğunçuluq yolu ilə talaması, Zərərçəkmiş şəxs1 məxsus 600 manat pulu hədə-qorxu ilə tələb edərək ələ keçirməsi, Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 564 (beş yüz altmış dörd) manat məbləğdə pul vəsaitini soyğunçuluq yolu ilə talaması, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1 ünvanında yerləşən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin X9 Ticarət Birliyinə məxsus 750 (yeddi yüz əlli) manat məbləğdə pul vəsaitini soyğunçuluq yolu ilə talaması sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri tövsif edilməlidir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Sonuncuya qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 qarşı 600 manat pulu hədə-qorxu ilə tələb etmək yolu ilə deyil soyğunçuluq yolu ilə əldə etməsi kimi təkid etməsi barədə verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli və təqsirləndirilən şəxsin dindirmə, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması protokollarından (İ cild i/v 35-37, 153- 155, 96-97 və 156-158) və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki (İ cild i/v 76-80), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında törətdiyi əməli könüllü olaraq tam etiraf etmiş, əməlindən peşman olduğunu bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamış, şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş Təqsirləndirilən şəxs ilə Şahid2 üzləşdirmə protokolundan həmçinin məhkəmə iclasında verilmiş ifadələrdən də görünür ki, əvvəlki sonuncuya köşkü dağıdacağını, üzərində silahın olmasını bildirmiş və onun tələbinə əsasən Şahid2 qorxaraq pulu kassadan götürərək Təqsirləndirilən şəxs şəxsən vermişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəci ilə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə, onun əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə əməlinin təkrar törədilməsi kimi qiymətləndirilməlidir. Belə ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, 2 №li Qərarına əsasən hədə-qorxu ilə tələb etmənin soyğunçuluqdan və quldurluqdan fərqləndirilməsi məsələsini həll edərkən nəzərə alınmalıdır ki, əgər zor tətbiq etmə soyğunçuluq və quldurluqda əmlakı ələ keçirmə və yaxud onu əldə saxlama üsuludursa, zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmədə bu hədənin təsirini gücləndirmə vasitəsidir. Soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verdiyi halda, hədə-qorxu ilə tələb etmədə təqsirli şəxsin qəsdi tələb olunan əmlakın gələcəkdə əldə edilməsinə və yaxud quldurluqda və soyğunçuluqda olduğu kimi əmlakın ələ keçirilməsinə deyil, hədənin icra edildiyi vaxt və yaxud gələcəkdə əmlaka olan hüququn əldə edilməsinə və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsinə yönəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 180.2.2 və 180.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 182.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 182.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə təkrar törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ona qarşı şikayət və tələblərinin olmamasını, onlara qarşı vurulmuş ziyanın tam şəkildə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmalı və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 gün müddət, ümumilikdə 02 gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır Həmçinin məhkəmə hesab edir ki, digər zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş hüquqi şəxs Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər üzrə Ticarət Birliyinə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 180.2.2 və 180.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 182.2.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək 01 gün, 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək 01 gün müddət, ümumilikdə 02 gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 06 (altı) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Digər zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş hüquqi şəxs Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər üzrə Ticarət Birliyinə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdikləri 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar