Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1341/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 6 sentyabr 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli, 1(101)- 444/2014 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 9 may 2020-ci il tarixli, 7(003)-440/2020 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 fevral 2024-cü il tarixdə, saat 17:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür.
2. Belə ki, o, 25 oktyabr 2023-cü il tarixdə, saat 16:50 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsindən Sabunçu qəsəbəsi istiqamətində yolun sağ tərəfində yerləşən qutab evinin qarşısında olarkən onunla birgə fəhlə işləyən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş xırda mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsini bəhanə gətirərək yüngül dərəcəli sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə yaxınlıqda yerdən götürdüyü küt alət olan dəmir parçasını əlinə götürüb ardınca yolu keçərək Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində yerləşən “Louvre” şadlıq sarayının qarşısına qaçıb ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq orada xuliqanlıq niyyəti ilə əlindəki küt alət olan dəmir parçası ilə müdafiəsiz vəziyyətdə olan Zərərçəkmiş şəxs əllərini qaldıraraq imdad diləməsinə məhəl qoymayıb xüsusi əzab verməsini dərk edərək müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə sonuncunun baş nahiyəsinə zərbələr endirərək burun nahiyəsinin bir ədəd əzilmiş cırılmış yarası, sağ gözyuvası ətrafı və boyun nahiyələrinin dərialtı hematomaları, ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanı, sağ almacıq və sağ əng sümüklərinin yerini dəyişən açıq, qəlpəli sınıqlarına səbəb olan sağ yanaq nahiyəsinin bir ədəd və üst dodağın sağ yarısının bir ədəd (cəmi iki ədəd) əzilmiş-cırılmış yaraları, ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa az ağır zərərvurmanı və ölümünə səbəb olan baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına və maddəsinə qansızma ilə müşayiət olunan sağ təpə-alın sümüklərinin sağ gicgah və ənsə sümüklərinə keçən açıq, qəlpəli sınıqlarına səbəb olan sağ təpə-alın nahiyəsinin bir ədəd, sol gicgah sümüyünün və çənə sümüyünün sol oynaq başının açıq qəlpəli sınığına, sol daxili yuxu arteriyasının zədələnməsinə səbəb olan sol qulaq seyvanının sol gicgah nahiyəsinə keçən bir ədəd (cəmi iki ədəd) əzilmişcırılmış yaraları ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik xəsarətlər yetirib, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür.
İşin halları və dəlilləri:
3. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə fəhləlik etmişdir. Onun Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti olmamış, sonuncu ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyindən Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə kəllə və təpik zərbələri ilə sonuncunun baş nahiyəsinə zərbələr endirmiş, lakin bu zaman hər hansı dəmir və ya taxta parçasından, habelə digər küt alətdən istifadə etməmişdir. Hadisə təxminən saat 17-18 radələrində baş vermiş, hadisə baş verərkən onlara heç kim müdaxilə etməmişdir. Həmin gün, yəni 25 oktyabr 2023-cü il tarixdə az miqdarda spirtli içki qəbul etdiyindən yüngül dərəcəli sərxoş olmuşdur. Hadisə baş verdikdən sonra onu heç kim tutmamış, o, polis əməkdaşlarına özü təslim olmuşdur.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, tutulana qədər Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, nömrəsiz fərdi evdə tək yaşamışdır. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149cu maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra müxtəlif işlərdə işləsə də, bir aya yaxındır Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında fəhləliklə məşğul olmuşdur. Sonuncu dəfə, yəni 25 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində Zabrat dairəsinə gedərək fəhlələrin dayandığı yerdə iş tapmaq üçün gözləmişdir. Orada ondan başqa digər fəhlələr də olmuşdur. Saat 17 radələrində acdığı üçün üzü Sabunçu qəsəbəsi istiqamətində yolun sağ tərəfində yerləşən qutab evinə qutab yemək üçün getmişdir. Həmin vaxt onunla birgə fəhlə işləyən Zərərçəkmiş şəxs həmin qutab evinə gələrək özü üçün qutab sifariş verərkən o, çölə çıxmışdır. Təxminən 1-2 dəqiqə sonra Firdovsi ona yaxınlaşaraq “Hər gün işləyirsən, işləməyən bizik” ifadəsini işlədəndə o, Firdovsiyə oğurluq etmədiyini, işləyib çörək pulu qazandığını bildirmişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş və mübahisə zamanı Firdovsi onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, əsəbi olduğu üçün Firdovsini vurmaq istəmiş və buna görə yaxınlıqda olan küt dəmir parçasını əlinə götürmüşdür. Həmin vaxt Firdovsi artıq yolu keçərək “Louvre” şadlıq sarayının qarşısında dayanmışdır. O, əlindəki küt dəmir parçası ilə Firdovsiyə yaxınlaşmış, lakin sonuncuya həmin dəmir parçası ilə deyil, kəllə ilə baş nayihəsinə bir dəfə zərbə vurmuşdur. Həmin zərbədən sonra Firdovsi yerə yıxılmış və o, yerdə uzanıqlı vəziyyətdə olarkən təpiklə baş nayihəsinə iki dəfə zərbə yetirmişdir. Həmin zərbələrdən sonra Firdovsinin başından qan gəlməyə başlamış və dərhal yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşaraq onu xidməti avtomobillərinə əyləşdirib 15-ci polis bölməsinə aparmışlar. Hadisə 25 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi, “Louvre” şadlıq sarayının qarşısında baş vermişdir. Onun Firdovsinin baş nayihəsinə kəllə və təpiklə zərbələr endirməkdə məqsədi onu öldürmək olmamışdır. Belə ki, hadisə ərəfəsində Firdovsi onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbi olduğundan onu vurmuşdur. O, Firdovsiyə ilk zərbəni, yəni kəllə vurarkən qarşılıqlı olaraq ayaq üstə olmuşlar. Firdovsi kəllə zərbəsindən sonra yerə yıxılmış və yerdə uzanıqlı vəziyyətdə olarkən ayaqüstə təpiklə onun baş nayihəsinə zərbələr endirmişdir. Onun Firdovsiyə yetirdiyi zərbələr ümumi olaraq bir dəqiqə ərzində baş vermiş və Firdovsi ona qarşı nalayiq ifadələr işlətmişdir. Firdovsi hadisə zamanı ona müqavimət göstərməmiş və onu vurmamışdır, hadisə zamanı hər hansı xəsarət almamışdır. Hadisə zamanı içkili olsa da, narkotik vasitə təsiri altında olmamış və narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamışdır, dispanserdə qeydiyyatda deyildir. Hadisə zamanı onun əynində qara rəngli sviter, tünd boz rəngli cins şalvar və bir cüt tünd yaşıl rəngdə idman ayaqqabısı, Firdovsinin əynində isə qara rəngli gödəkçə, göy rəngli cins şalvar, göy rəngli uzun qol köynək və bir cüt qara rəngdə ayaqqabı olmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs arxasınca qaçarkən əlində küt dəmir parçası olmuş, lakin Firdovsiyə həmin dəmir parçası ilə deyil, təpik və kəllə ilə zərbələr endirmişdir. Həmin dəmir parçasını hadisə zamanı hadisə yerinə yaxın xatırlamadığı bir yerə atmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə- i.v.) 32-34; 61-64; 183-186).
5. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra məhkəmədə verdiyi ifadəsinə əlavə olaraq göstərdi ki, o, törətdiyi əməldən peşmandır, lakin ibtidai istintaq zamanı müstəntiq qərəzli olaraq ifadələrində guya əməlindən peşman olmamasını yazmışdır. Törətdiyi əməldən peşman olmaması ilə bağlı ibtidai istintaqdakı ifadəsində göstərilənlər düzgün deyildir. Həmçinin həmin ifadəsində onun guya əlində dəmir parçası olması ilə bağlı göstərilənlər həqiqətə uyğun deyildir. İfadəsinin həmin hissəsini də təsdiq etmir. Təqsirləndirilən şəxs bir daha bildirdi ki, Zərərçəkmiş şəxs onun ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyindən Firdovsiyə kəllə və təpiklə zərbələr vurmuşdur. Həmin zərbələri vurmaqda məqsədi Firdovsini öldürmək olmamışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməsini xahiş etdi.
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
8. Belə ki, məhkəmədə dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Goranboy rayonu, Qarasüleymanlı kəndində anası X13 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma atasıdır. Valideynləri 1993-cü ildə ailə həyatı qurmuş və nikahlarından o və bacısı Afət Nəcəfova dünyaya gəlmişdir. Bacısı hazırda evlidir və onlardan ayrı yaşayır. Anası ilə atası ailədaxili münasibətlərin pozulması səbəbindən sonradan rəsmi qaydada boşanmışlar. Atası uzun müddət Sabunçu rayonu, Zabrat qəsəbəsində köhnə zavod ərazisində yaşamışdır. Belə ki, atası orada yaşadığı müddətdə Zabrat dairəsində fəhləlik edərək onların və özünün maddi ehtiyacını qarşılamış, 2-3 aydan bir rayona evlərinə gəlmiş və ara-sıra telefonla danışmışlar. Sonuncu dəfə atasını hadisədən bir neçə ay öncə Goranboy rayonunda görmüşdür. Çünki həmin ərəfədə o, işi ilə bağlı Rusiya Federasiyasında olmuşdur. Lakin hadisə günü, yəni 25 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında o, atası ilə mobil telefonla danışaraq hal-əhval tutmuşdur. Həmin vaxt atası onunla normal danışmış, sadəcə işin az olması ilə bağlı şikayətlənmişdir. O, Rusiya Federasiyasının Stavropol şəhərində özü üçün işlərini yoluna qoyduqdan sonra atasını da yanına gətirərək işləməsini istəmişdir. O, atası ilə bir qədər danışdıqdan sonra sağollaşmış və atası həmin vaxt ona hər hansı problemi və ya kiminləsə ədavətinin olması barədə bir söz deməmişdir. Buna baxmayaraq, elə həmin günün axşam saatlarında anası ona zəng edərək atasının ölümü barədə məlumat vermişdir. Bildiyinə görə, 25 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs adlı şəxsin atası ilə aralarında yaranan mübahisə zamanı Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi, "Louvre” şadlıq sarayının önündə atasının baş nahiyəsinə vurub xəsarət yetirərək öldürmüşdür. Bu barədə bildikdən sonra aviabilet alaraq Azərbaycan Respublikasına geri qayıtmış və atasının yas mərasiminə özünü çatdırmışdır. Atasını vəhşicəsinə öldürmüş Təqsirləndirilən şəxs tanımır. Atasının heç kimlə düşmənçiliyi və mübahisəsi olmamışdır.
9. Zərərçəkmiş şəxsin hüquqi varisi N.T.Nəcəfov ifadəsinə əlavə edərək göstərdi ki, o, təqsirləndirilən şəxsi hadisədən sonra tanımış, Təqsirləndirilən şəxsla aralarında hadisədən əvvəl hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Hadisənin birbaşa şahidi olmamış, hadisə barədə ona qohumları zəng edib xəbər verdikdən sonra hadisənin videogörüntülərini “Youtube” sosial şəbəkəsindən izləmişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq olmamış, olması da mümkün deyildir. İfadəsinin sonunda N.T.Nəcəfov Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsini xahiş etdi.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birgə Kəlbəcər rayonu, Çəpli kəndi qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 76-cı məhəllədə, nömrəsiz fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşı olmuşdur. Belə ki, o, 1993-cü ildə X13 ilə ailə həyatı qurmuş və nikahlarından oğlu Niyaməddin, qızı Afət dünyaya gəlmişdir. Qardaşı qızı hazırda evlidir və onlardan ayrı yaşayır. Yoldaşı ilə oğlu Niyaməddin hazırda Goranboy rayonunda yaşamışlar. Qardaşı ilə yoldaşı ailədaxili münasibətlərin pozulması səbəbindən sonradan rəsmi qaydada boşanmışlar. Uzun müddətdir Firdovsi Sabunçu rayonu, Zabrat qəsəbəsində köhnə zavod ərazisində yaşamışdır. Belə ki, qardaşı orada yaşadığı müddətdə Zabrat dairəsində fəhləlik edərək ailəsinin və özünün maddi ehtiyacını qarşılamışdır. Tez- tez olmasa da, 4-5 aydan bir onu görmüş və qardaşı kimi ara-sıra mobil telefonla əlaqə saxlamışdır. Sonuncu dəfə Firdovsini 4 ay əvvəl Türkiyədə yaşayan qardaşı Malik Bakıya gələrkən görüşərkən görmüşdür. Hadisə günü, yəni 25 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında qardaşı Famil ona zəng edərək Sabunçu polisinin onunla danışdığını və Firdovsinin ölümü barədə məlumat verdiyini deyərək 25 oktyabr 2023-cü if tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs adlı şəxsin qardaşı ilə aralarında yaranan mübahisə zamanı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi, “Louvre” şadlıq sarayının önündə qardaşının baş nahiyəsinə vurub xəsarət yetirərək öldürdüyünü bildirmişdir. Bu barədə bildikdən sonra dərhal Sabunçuya gələrək morqa yollanmış, daha sonra qardaşının meyitini gördükdən sonra onu dəfn etmək üçün Goranboy rayonuna aparmışlar. Qardaşına xəsarət yetirərək öldürən Təqsirləndirilən şəxs tanımır. Qardaşının heç kimlə düşmənçiliyi və mübahisəsi olmamışdır. Hadisənin birbaşa şahidi olmamış, hadisənin videogörüntülərini “Youtube” sosial şəbəkəsi vasitəsilə izləmişdir. Qardaşı Firdovsini dəfn edərkən baş və sifət nahiyəsində çoxsaylı yara izləri olduğunu görmüşdür.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, kafedə oturarkən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs kafenin yaxınlığında səbəbini bilmədiyi məsələ barəsində sözlü mübahisə etmiş, daha sonra kafedən uzaqlaşmışlar. Bu zaman o, kafeni tərk etmədiyindən hadisənin birbaşa şahidi olmamış, hadisənin necə baş verdiyini görməmişdir. Belə ki, hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermiş, Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxs mübahisə edərkən sonuncunun əlində hər hansı dəmir parçası, eləcə də digər predmet olmasını, habelə onun Firdovsini döydüyünü və ya vurduğunu görməmişdir.
12. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 26 oktyabr 2023-cü il tarixdə, saat 10:00-dan 11:00-dək verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadələrdə göstərmişdir ki, o, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi 54 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bundan əvvəl müxtəlif sahələrdə çalışsa da, son 1 aydır Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında üzü Sabunçu qəsəbəsi istiqamətində sağ tərəfdə adsız kafe işlədir. İşlətdiyi kafenin yaxınlığında iş axtarmaq üçün daima fəhlələr dayanır və həmin fəhlələr adətən çay içmək üçün onun işlətdiyi kafedə əyləşirlər. 25 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində kafenin yaxınlığında dayanan fəhlələrdən biri Zərərçəkmiş şəxs tanımadığı başqa biri ilə işlətdiyi kafedə əyləşmiş və onlar çay içmişlər. Çay içdikdən sonra Firdovsinin yanında olan şəxs kafeni tərk edərək yolun o biri tərəfinə keçmişdir. Firdovsi isə qutab yemək üçün kafenin sağ tərəfində yerləşən Fidan xanımın işlətdiyi “qutab evinə” getmişdir. Bundan təxminən 3- 4 dəqiqə sonra yaxınlıqda olan fəhlələrdən Təqsirləndirilən şəxs Firdovsi ilə qutab evinin qarşısında mübahisə etdiklərinin şahidi olmuş, lakin buna çox əhəmiyyət verməmişdir. Bundan bir iki dəqiqə sonra isə Adilin əlində küt dəmir parçasına oxşar bir alətlə Firdovsinin arxasınca üzü “Louvre”şadlıq sarayı istiqamətində qaçmasının və Firdovsinin Adildən canınını qurtarmaq istəməsinin şahidi olmuşdur. Həmin vaxt onlar yolu keçərək qaçdıqları üçün hərəkətdə olan avtomobillər siqnal verərək dayanmışlar və həmin maşınların saxlanılması səbəbindən o, hadisənin hansı formada baş verməsinin şahidi ola bilməmişdir, çünki həmin maşınlar Adil və Firdovsini görmək üçün maneə yaratmışlar. Baş vermiş hadisədən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və o, həmin istiqamətdə getdikdə Firdovsinin baş nayihəsindən xəsarət alaraq öldüyünün şahidi olmuşdur. Bundan öncə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında hər hansı mübahisənin şahidi olmamışdır. Belə ki, Firdovsi bir insan kimi sakit təbiətli olmuş, fəhlə olsa da, davranışlarında hər hansı problem olmasının şahidi olmamışdır. Buna baxmayaraq, Adil isə tanıdığı qədərilə dava-dalaşa meyilli və gündəlik içki aludəşisi olmuşdur. Hadisə zamanı o, Adilin əlində olan küt əşyanın dəmir parçası olduğunu görmüş, lakin həmin aləti ani gördüyü üçün onun forması və əlamətləri barədə heç nə xatırlamır (Cild 1, i.v. 42-44).
13. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmədə verdiyi ifadəsinə əlavə olaraq göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Həmin ifadədə Adilin əlində küt dəmir parçasını olmasını görməmişdir.
14. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 Rafail qızının 26 oktyabr 2023-cü il tarixdə verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadələrdə göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna yolu nömrəsiz fərdi yaşayır. Bundan əvvəl müxtəlif sahələrdə çalışsa da, son 1 aydır Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında üzü Sabunçu qəsəbəsi istiqamətində sağ tərəfdə qutab evi işlədir. İşlətdiyi kafenin yaxınlığında işləmək üçün daima fəhlələr dayanır və həmin fəhlələr qutab yemək üçün onun işlətdiyi kafedə əyləşirlər. Dünən, yəni 25 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində o, kafedə öz işinin başında olarkən ilk öncə Təqsirləndirilən şəxs kafeyə gəlmiş və qutab sifariş vermişdir. Daha sonra onun ardınca Zərərçəkmiş şəxs gəlmiş və yemək üçün 2 ədəd qutab sifariş vermişdir. Təxminən 3-4 dəqiqə sonra Firdovsi çölə çıxmış, onun ardınca təxminən 1-2 dəqiqə sonra isə Adil də çölə çıxmışdır. Bundan 3- 4 dəqiqə sonra o, maşın siqnallarının səsini eşitmiş və nə baş verdiyini öyrənmək üçün çölə çıxmışdır. Bu zaman Firdovsinin üzü “Luvr” şadlıq sarayı istiqamətində qaçdığının və Adilin də onun arxasınca qaçdığının, Firdovsinin isə Adildən canınını qurtarmaq istəməsinin şahidi olmuşdur. Həmin vaxt onlar yolu keçərək qaçdıqları üçün hərəkətdə olan avtomobillər siqnal verərək dayanmışlar və həmin maşınların saxlanılması səbəbindən o, hadisənin hansı fomada baş verməsinin şahidi ola bilməmişdir, çünki həmin maşınlar Adil və Firdovsini görmək üçün maneə yaratmışlar. Baş vermiş hadisədən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və o həmin istiqamətdə getdikdə Firdovsinin baş nayihəsindən xəsarət alaraq öldüyünün şahidi olmuşdur. Bundan öncə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında hər hansı mübahisənin şahidi olmamışdır. Belə ki, Firdovsi bir insan kimi sakit təbiətli, zəhmətkeş olmuşdur. Adili də öncədən bir neçə dəfə qutab yeməyə gələndə görsə də, necə biri olduğu barədə məlumatı olmamışdır. Hadisə zamanı yalnız onların qaçdıqlarını görmüş və Adilin əlində hər hansı alətin olub-olmamasına fikir verməmişdir (Cild 1, i.v. 45-47).
15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, habelə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 25 oktyabr 2023-cü il tarixdə, saat 18:10-da Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən 6 sentyabr 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tanışı xx xxxx 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə kafedə yeyib içdikdən sonra yaranmış münaqişə zamanı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi, “Louvre” şadlıq sarayının önündə dəmir parçası ilə sonuncunun baş nahiyəsinə vurub xəsarət yetirərək öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında həmin tarixdə Sabunçu rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşunas X14 tərəfindən Zərərçəkmiş şəxs qəsdən öldürülməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə ********* saylı cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.1).
17. “Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi, “Louvre” şadlıq sarayının önü, hərəkətdə olan yol zolağındadır. Zərərçəkmiş şəxs meyitinin ayaq hissəsi “Luvr” şadlıq sarayı istiqamətində, baş hissəsi Zabrat dairəsi istiqamətində olmaqla meyiti asfalt örtükdə uzanıqlı vəziyyətdədir. Zərərçəkmiş şəxs baş nahiyəsindən aldığı xəsarətə görə meyitinin baş hissəsinin ətrafında asfalt örtük üzərində qanabənzər kütlə var və pambıq vasitəsilə hopdurulmaqla nümunələr müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış zamanı hər hansı əhəmiyyət kəsb edən hal, əşya və ya iz, həmçinin hadisə yerində şübhəli əşya və ya predmet müşahidə edilməmişdir. Protokola əlavə edilmiş fotocədvəl görünür ki, hadisə yeri hərəkətin intensiv olduğu ərazidə yerləşir. Belə ki, meyitin olduğu yerin ətrafında “Louvre” şadlıq sarayı, “50 X27”, “Bolmart” Marketlər şəbəkəsinin marketi və digər ictimai-iaşə obyektlərini yerləşir. Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya X4” Sabunçu rayon şöbəsində davam etdirilmişdir. Zərərçəkmiş şəxs meyiti təşrih masası üzərində arxası üstə uzadılmışdır və meyitin əynində qarşısı “zamoklu” qara rəngli “balonka” gödəkçə, belində qara kəmər olan göy rəngli cins şalvar, göy rəngli uzunqol köynək, ağ mayka və ayaqlarında bir cüt qara ayaqqabı vardır. Paltarlar qana və toza bulaşmışdır... Sağ təpə-alın nahiyəsində 3,7x0,9 sm ölçüdə bir qədər çəp istiqamətdə yerləşmiş, kənarları nahamar və sıyrıntılı, tündqırmızı rəngli qansızmalı, uzunsov formalı, dibi sümük toxumasında qurtaran yara vardır, yara dibində sınmış sümük qəlpələri görünür. Sol gicgah nahiyəsində 3,8x1,8 sm ölçüdə kənarları nahamar və sıyrıntılı, tünd-qırmızı rəngli qansızmalı, bir qədər uzunsov formalı yara vardır. Həmin səviyyədə sol qulaq sırğalığında da 1,5x0,5 sm ölçüdə kənarları nahamar, qansızmalı yara vardır. Əllə müayinə etdikdə sol gicgah sümüyünün və sol çənə sümüyünün oynaq başının açıq, qəlpəli sınıqları vardır. Göz qapaqları örtülüdür, qüzehli qişa qəhvəyi rəndgdədir, sol göz konyuktivası çəhrayı rəngdə, sağ göz konyuktivası qansızmalıdır... Sağ gözyuvası ətrafı nahiyədə 7,0x5,0 sm ölçüdə göyümtül-qırmızı rəngli, düzgün olmayan dairəvi formalı şişkinlik vardır... Sağ yanaq nahiyəsində 4,5x0,8 sm və üst dodağın sağ yarısında 3,0x0,6 sm ölçülərdə kənarları nahamar, tünd-qırmızı rəngli qansızmalı, aralarında toxuma atmaları olan uzunsov formalı yaralar vardır. Əllə müayinə etdikdə yaralar səviyyəsində sağ almacıq və sağ əng sümüklərinin çoxqəlpəli açıq sınıqları vardır. Burun nahiyəsində öndə 3,0x0,6 sm ölçüdə eyni xarakterli yara vardır. Əllə müayinə etdikdə burun sümükləri tamdır. Qulaq dəlikləri qanlıdır, əllə müayinədə qulaq seyvanı qığırdaqları tamdır... Boyunun orta və yuxarı 1/3-nin sol yarısının ön-yan səthində 12,0x9,0 sm ölçüdə dərisi göyümtül-qırmızı rəngli, əllə müayinə etdikdə yumşaq konsistensiyalı, üzərində basıqlıq əmələ gələn şişkinlik (dərialtı hematoma) vardır.... Sağ diz oynağının ön səthində 1,5x1,0 sm ölçüdə ətraf sağlam dəri səviyyəsindən cüzi aşağıda yerləşmiş qırmızımtıl rəngli, səthi quru, oval formalı sıyrıq vardır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilməmişdir (Cild 1, i.v. 2-5).
18. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan” 25 oktyabr 2023cü il tarixli, 1/5742 nömrəli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə, saat 20:05-də müayinə zamanı Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunda olması müəyyən edilmişdir (Cild 1, i.v. 14).
19. “Şübhəli şəxsin tutulması haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Natiq Məmmədov tərəfindən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:10-da müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 16-17).
20. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs törədilmiş cinayətdə özünü təqsirli bilərək, X11 ilə aralarında yaranmış mübahisə zəminində sonuncu onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbləşərək qeyd olunan əməli törətməsini bildirərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.” (Cild 1, i.v. 79-81).
21. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 27 oktyabr 2023cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə, saat 16:55-dən 17:45-dək Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə həmin ifadələr müdafiəçi X8 iştirakı ilə yerində yoxlanılmışdır. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerinə qədər olan hissəsini qısa olaraq nəql etdikdən sonra ona əvvəllər haqqında ifadə verdiyi və ya hazırda verə biləcəyi şəraiti və yerləri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs Əsgərov X19 rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi, “Louvre” şadlıq sarayının qarşısında dayandıqda hadisə yerinin bura olduğunu bildirərək göstərmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində Zabrat dairəsinə gedərək fəhlələrin dayandığı yerdə iş tapmaq üçün gözləmişdir. Saat 17 radələrində acdığı üçün üzü Sabunçu qəsəbəsi istiqamətində yolun sağ tərəfində yerləşən qutab evinə qutab yemək üçün getmişdir. Həmin vaxt onunla birgə fəhlə işləmiş X9 həmin qutab evinə girərək özü üçün qutab sifariş verərək çölə çıxmışdır. Təxminən 1-2 dəqiqə sonra Firdovsi ona yaxınlaçaraq “Hər gün işləyirsən, işləməyən bizik” ifadəsini işlətdikdə ona oğurluq etmədiyini, işləyib çörək pulu qazandığını bildirmişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş və bu zaman Firdovsi onun ailə üzlərinə qarşı nalayiq ifadələr işlətmişdir. Belə ki, əvvəlcə əlində hər hansı əşya olmasa da, Firdovsi danışığı ilə onu əsəbləşdirdikdən sonra sonuncunu vurmaq istəmiş, buna görə də yaxınlıqda olan küt dəmir parçasını əlinə götürmüşdür. Həmin vaxt “Louvre” şadlıq sarayının qarşısında dayandıqdan sonra əlindəki küt dəmir parçası ilə ona yaxınlaşmış, lakin ona həmin dəmir parçası ilə deyil, kəllə ilə baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin zərbədən nəticəsində Firdovsi yerə yıxıldıqdan sonra o, uzanıqlı vəziyyətdə olarkən təpiklə baş nahiyəsinə 2 dəfə zərbə yetirmiş, nəticədə Firdovsinin başından qan gəlməyə başlamışdır. O, Firdovsiyə ilk zərbəni, yəni kəllə vurarkən qarşılıqlı olaraq ayaq üstə olmuşlar. Belə ki, ona yetirdiyi zərbələr ümumi olaraq bir dəqiqə ərzində baş vermişdir. Firdovsiyə zərbələr endirdikdən sonra onun başından qan gəlməyə başlamış, dərhal yaxınlıqda olan polis əməkdaşları hadisə barədə məlumat aldıqları üçün onlara yaxınlaşaraq onu xidməti avtomobillərinə əyləşdirib 15-ci Polis Bölməsinə aparmışlar. Əlində olmuş dəmir parçasını hadisə zamanı hadisə yerinə yaxın xatırlamadığı yerə atmışdır. O, Zərərçəkmiş şəxs zərbələr endirərkən ətrafda kənar şəxslər olmuşdur. Onunla Zərərçəkmiş şəxs arasında ədavət və ya düşmənçilik olmamışdır. İfadənin yerində yoxlanılması istintaq hərəkəti gündüz vaxtı, təbii işıqlanma şəraitində aparılmış, iş üzrə sübut əhəmiyyətə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilib götürülməmişdir. Protokolda Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı “İphone” markalı mobil telefonla foto təsvirlər çəkilərək protokola əlavə edilməsi qeyd olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokola əlavə edilməsi üçün vəsatət, təklif və s. qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 82-84).
22. “Zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında” 2 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixli ərizə əsasında X7 ölmüş zərərçəkmiş şəxs, mərhum atası X5 hüquqi varisi qismində tanınmışdır (Cild 1, i.v. 88-91).
23. Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Çəpli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli 33 nömrəli arayışa əsasən Zərərçəkmiş şəxs barəsində nümayəndəliyə heç bir narazılıq və şikayət olmaması, cəmiyyət arasında, xeyirdə və şərdə səmimi və mədəni davranışa malik olan şəxs kimi müsbət xarakterizə edilmişdir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2-də vəfat etdiyi tarixədək müvəqqəti məskunlaşmışdır. Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşından rəsmi şəkildə boşanmışdır (Cild 1, i.v. 102-103).
24. X29 Alayının 8-ci Patrul Bölüyünün polis nəfərləri, polis baş serjantları X16, X18 və serjant X21 tərəfindən Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi, polis polkovniki Samir Həsənova ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə, təxminən saat 17:10 radələrində Zabrat dairəsinə yaxın ərazidə xidmətdə olarkən 2927 nömrəli efir vasitəsilə təcili olaraq Zabrat dairəsinə yaxınlaşmaları bildirilmişdir. Həmin ünvana dərhal yaxınlaşdıqdan sonra “Louvre” şadlıq sarayının qarşısında 1 nəfər şəxsin qanlar içərisində uzandığını görmüşlər. Təkrar efir vasitəsilə cinayət törədən şəxsin Zabrat dairəsində yerləşən 085 adlı kafeyə girdiyi bildirildikdə dərhal həmin ünvana yaxınlaşmışlar. Həmin şəxsin “Bolmart” marketin içərisində bir əlində bıçaq olduğunu gördükdə sonuncunu zərərsizləşdirərək şübhəli şəxs qismində 15-ci PB-yə gətirilməsini təmin etmişlər (Cild 1, i.v. 111).
25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (Cild 1. i.v. 114).
26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən və ona əlavə edilmiş müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli, 1(101)-444/2014 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 9 may 2020-ci il tarixli, 7(003)-440/2020 saylı qərarı ilə həmin hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş qalan 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (Cild 1, i.v. 115-123; Cild 2;).
27. “Baxış keçirilməsi haqqında” 8 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Sabunçu Rayon Polis İdarəsinin təhlükəsiz şəhər kameralarının görüntülərini əks etdirən xidməti otaqda olan kompüter vasitəsilə Sabunçu rayonu, Zabrat dairəsində quraşdırılmış TŞ9-010 nömrəli videomüşahidə kamerası vasitəsi ilə 25 oktyabr 2023-cü il tarixdə, saat 16:54-də qeydə alınmış görüntüyə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq bir ədəd müddəti 25 saniyə olan həmin videogörüntünün əks olunduğu diskə müstəntiq N.B.Məmmədov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsinə dair 8 dekabr 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən Təqsirləndirilən şəxs hadisə zamanı Sabunçu rayonu, Zabrat dairəsində, “Louvre” şadlıq sarayının qarşısında yolun kənarında əlində tutduğu küt dəmir əşya ilə Zərərçəkmiş şəxs üzərinə hücüm edərək sonuncunun əllərini qaldıraraq özünü qorumağa çalışmasına və uzaqlaşmaq istəməsinə baxmayaraq, baş nahiyəsinə zərbə endirməsi, həmin zərbə nəticəsində yerə yıxılan Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə yerdə uzanıqlı olarkən baş nahiyəsinə yenidən bir neçə dəfə həmin küt əşya və təpiklə zərbələr endirərək öldürməsi, hadisə zamanı ətrafda çoxsaylı insanlar olması, avtomobillərin hərəkətini dayandıraraq hadisəyə baxmaları, hadisə yerinin ətrafında insanların və avtomobillərin hərəkətinin həddən artıq intensiv olduğu çoxsaylı ictimai-iaşə obyektlərinin olması müşahidə edilmişdir (Cild 1, i.v. 124-125).
28. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X24 Sabunçu Rayon Şöbəsinin 17 noyabr 2023-cü il tarixli, 288 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına və maddəsinə qansızma ilə müşayiət olunan sağ təpə-alın sümüklərinin sağ gicgah və ənsə sümüklərinə keçən açıq, qəlpəii sınıqlarına səbəb olan sağ təpə-alın nahiyəsinin bir ədəd; sol gicgah sümüyünün və çənə sümüyünün sol oynaq başının açıq qəlpəli sınığına, sol daxili yuxu arteriyasının zədələnməsinə səbəb olan sol qulaq seyvanının sol gicgah nahiyəsinə keçən bir ədəd əzilmiş-cırılmış yaraları, sağ almacıq və sağ əng sümüklərinin yerini dəyişən açıq, qəlpəli sınıqlarına səbəb olan sağ yanaq nahiyəsinin bir ədəd, üst dodağın sağ yarısının bir ədəd əzilmiş-cırılmış yaraları, burun nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yarası, sağ gözyuvası ətrafı və boyun nahiyələrinin dərialtı hematomaları, sağ diz oynağı nahiyəsinin sıyrığı kimi xəsarətlər müəyyən edilmişdir. Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs ölümündən az əvvəl bərkküt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən 25 oktyabr 2023-cü il tarixdə dəmir parçası ilə yetirilə bilər. Dərəcəsinə görə baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına və maddəsinə qansızma ilə müşayiət olunan sağ təpə-alın sümüklərinin sağ gicgah və ənsə sümüklərinə keçən açıq, qəlpəli sınıqlarına səbəb olan sağ təpə-alın nahiyəsinin bir ədəd; sol gicgah sümüyünün və çənə sümüyünün sol oynaq başının açıq qəlpəli sınığına, sol daxili yuxu arteriyasının zədələnməsinə səbəb olan sol qulaq seyvanının sol gicgah nahiyəsinə keçən bir ədəd (cəmi iki ədəd) əzilmiş-cırılmış yaraları ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Sağ almacıq və sağ əng sümüklərinin yerini dəyişən açıq, qəlpəli sınıqlarına səbəb olan sağ yanaq nahiyəsinin bir ədəd, üst dodağın sağ yarısının bir ədəd (cəmi iki ədəd) əzilmiş-cırılmış yaraları ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa az ağır zərərvurmanın, burun nahiyəsinin bir ədəd əzilmiş cırılmış yarası, sağ gözyuvası ətrafı və boyun nahiyələrinin dərialtı hematomaları ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın, sağ diz oynağı nahiyəsinin sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Xəsarətlər qısa müddət ərzində yetirilidiyindən yetirilmə ardıcıllığını təyin etmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ təpə-alın və sol gicgah sümüklərinə kəllə əsasına keçən açıq, qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin qişalarına və maddəsinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs xarici cinsiyyət üzvlərində və anus dəliyində xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, benzodiazepin törəmələri və salisiatlar aşkar edilməmişdir (Cild 1, i.v. 131-140).
29. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X31 18 dekabr 2023-cü il tarixli, 592/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin arxa hissəsində sağda bir ədəd və sağ qolun ön hissəsində bir ədəd cırılmış zədələr aşkar edildi. Bu zədələr gödəkçənin müvafiq nahiyələrinin hər hansı bir səthə ilişib dartılaraq əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, sviter, mayka, tuman, bir cüt corab, bir cüt ayaqqabı və papaq üzərində hər hansı bir zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus şalvar, sviter və bir cüt ayaqqabı üzərində hər hansı bir zədə aşkar edilmədi (Cild 1, i.v. 142-145).
30. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X31 Məhkəmə tibbi-biologiya şöbəsinin 18 dekabr 2023-cü il tarixli, 792/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A- /beta/H/ll/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/lİl/. Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus şalvar, 1 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus sviter, gödəkçə, mayka, papaq, 1 cüt ayaqqabı və hadisə yerindən 1 ədəd pambıq çubuq ucundakı pambıq üzərin hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda, A, H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A- /beta/H/lf/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə B-alfa/llİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus papaqlı sviter, Zərərçəkmiş şəxs məxsus şalvar, trusik, 1 cüt corab üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı (Cild 1, i.v. 147-152).
31. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X6” X24 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 3483 nömrəli rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prossesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxsdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədən zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayətləri törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs kobudluq, qıcığa qarşı həssaslıq, söz götürməmək, hirslilik, impulsivlik, inadkarlıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik, emosional reaksiyalara meyillilik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (Cild 1, i.v. 154-157).
32. Naxçıvan Muxtar Respublikası, Şərur Rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli, 365 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs uzun müddət ərzində Şəhriyar kəndində olmamış, əvvəllər həmin kənddə olduğu müddət onun barəsində nümayəndəliyə hər hansı müraciət daxil olmamışdır (Cild 1, i.v. 159-160).
33. “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Zərərçəkmiş şəxs (1 ədəd qara rəngli gödəkçə, 1 belində qara rəngli kəməri olan göy rəngli cins şalvar, göy rəngli uzun qol köynək, ağ rəngli mayka, boz rəngli trusik, bir cüt qara rəngli ayaqqabı və bir cüt qara rəngli corab), Təqsirləndirilən şəxs (1 ədəd qara rəngli sviter, 1 ədəd tünd boz rəngli cins şalvar və bir cüt tünd yaşıl rəngdə idman ayaqqabısı) paltarları və Sabunçu rayonu, Zabrat dairəsində quraşdırılmış TŞ9-010 nömrəli videomüşahidə kamerası vasitəsi ilə 25 oktyabr 2023-cü il tarixdə, saat 16:54-də qeydə alınmış görüntünü əks etdirən DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, eləcə də aşkar olunduğu yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmaqla həmin maddi sübut olan paltarların məhkəmənin qərarı ilə qanuni həllini tapanadək rayon prokurorluğunda saxlanılması qərara alınmış, cinayət işinin materiallarında bəzi sənədlərindəki ”Luvr” yazısının “Louvre” kimi oxunmasının nəzərə alınması qeyd edilmişdir (Cild 1, i.v. 161-171).
34. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 177- 178).
35. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.B.Məmmədov tərəfindən tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 28 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.203-214).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
36. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
38. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
39. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
40. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
41. CM-in 120.2.2-ci maddəsində qəsdən xuliqanlıq niyyəti ilə adam öldürməyə görə, həmin Məcəllənin 120.2.4-cü maddəsində isə qəsdən xüsusi amansızlıqla adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddələrin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
42. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir.
43. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.
44. Hökmün 43-cü bəndində qeyd edilən qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.
45. Məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə yaxınlıqda yerdən küt dəmir parçasını əlinə götürərək ardınca yolu keçərək Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində yerləşən “Louvre” şadlıq sarayının qarşısına qaçıb ətrafda insanların və avtomobillərin hərəkətinin intensiv və çoxsaylı ictimai-iaşə müəssisələrinin olduğu yerdə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq və öz şəxsiyyətinin üstünlüyünü nümayiş etdirərək yolun hərəkət hissəsində hərəkətdə olan sərnişin mikroavtobusunun qarşısında xuliqanlıq niyyəti ilə əlindəki küt dəmir parçası ilə müdafiəsiz vəziyyətdə olmaqla ondan uzaqlaşmağa çalışan Zərərçəkmiş şəxs əllərini qaldıraraq imdad diləməsinə məhəl qoymayıb xüsusi əzab verməsini dərk edərək müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə sonuncunun baş nahiyəsinə əvvəlcə küt dəmir parçası ilə zərbələr endirmiş, avtomobillər hadisəni görərək hərəkət istiqamətini dəyişməyə və dayanmağa məcbur qalmış, ətrafda olan insanlar isə həmin yerə doğru hərəkət etmiş, Təqsirləndirilən şəxs daha sonra həmin zərbələrin təsirindən yerdə hərəkətsiz vəziyyətdə uzanıqlı olan Zərərçəkmiş şəxs baş nahiyəsinə əvvəlcə küt dəmir parçası, daha sonra isə təpiklə çoxsaylı zərbələr vurmaqla sonuncunu xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir.
46. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
47. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
48. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.
49. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada CM-in 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
50. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
51. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı təkidlə hadisənin baş verməsinə guya zərərçəkmiş şəxsin ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməsinin səbəb olmasını, zərərçəkmiş şəxsə dəmir parçası ilə deyil, yalnız təpik və kəllə ilə zərbələr endirdiyini, hadisə zamanı əlində hər hansı predmet, o cümlədən ümumiyyətlə dəmir parçası olmamasını, habelə onun Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını göstərmişdir.
52. Halbuki, məhkəmə istintaqı tədqiq edilmiş sübutlarla, o cümlədən hadisənin baş vermə görüntülərini özündə əks etdirən videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsi əlində uzun dəmir parçası (küt əşya) ilə sonuncunun acizcəsinə əllərini havaya qaldıraraq zərbələrin təsirindən qorunmağa çalışmasına, ondan mərhəmət diləməsinə məhəl qoymadan Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinə doğru qovaraq, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, əlində olan uzun dəmir parçası ilə üzərinə hücum edərək qəsdən baş nahiyəsinə zərbələr endirdikdən sonra Zərərçəkmiş şəxs yerə yıxılıb hərəkətsiz qalmasına baxmayaraq, yenidən həmin dəmir parçası, habelə təpiklə baş və digər nahiyələrinə dəfələrlə zərbələr endirərək sonuncunu xuliqanlıq niyyəti və xüsusi amansızlıqla öldürmüşdür.
53. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs dəmir parça ilə deyil, kəllə və təpiklərdən istifadə etməklə zərbələr endirməsi, onun Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması, sonuncunun ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməsi səbəbindən xəsarətlər yetirmək istəməsi xüsusatları işin faktiki halları ilə öz təsdiqini tapmadığından tam inkar edilir və məhkəmə, onun məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Həmin hallar mötəbərliyi şübhə altına alına bilinməyən videogörüntü və məhkəmə-tibbi ekspertiza rəyləri ilə də öz təsdiqini tapır.
54. Məhkəmə eyni zamanda şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs əlində dəmir parçasını görməməsi, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalaması kimi göstərdiyi hallarla bağlı qeyd edir ki, hökmün 12-ci bəndində göstərdildiyi kimi Şahid1 hadisədən qısa müddət sonra ibtidai araşdırma orqanına ifadə vermiş və baş vermiş hadisəni ətraflı olaraq göstərmişdir. Eyni zamanda, Şahid1 həmin ifadəsində göstərdikləri hadisədən qısa müddət sonra hökmün 14-cü bəndində qeyd edilmiş şahid qismində dindirilmiş Şahid2 Rafail qızının ifadəsi ilə və iş materiallarında olan digər sübutlarla da tam təsdiq edilir.
55. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
56. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
57. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
58. CM-in 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır.
59. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.
60. CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs 35 yaşında olmaqla özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
61. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (hökmün 26 və 58-ci bəndləri). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Xüsusilə təhlükəli görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz.
62. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddə yaxın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
63. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir.
64. CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edilmiş şəxslərin cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur.
65. CM-in 56.2-ci maddəsinə əsasən isə xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının bir hissəsini (ilk üç ilini) həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
66. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər zorakı ağır cinayət əməlini törətməyə görə uzun müddət ərzində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, cəzasının bir hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, qısa müddət sonra xüsusilə ağır cinayət törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ölmüş zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak edən yaxın qohumlarından üzr istəmək və ya bağışlanmağını bildirmək əvəzinə onlarla münaqişə etməyə çalışması, habelə hadisənin gedişini özündə əks etdirən video görüntülərlə təqsirləndirilən şəxsin insan həyatına biganə münasibət göstərməsi və məhkəmə iclasının gedişini əsassız olaraq pozmağa çalışması onun şəxsiyyətinin müstəsna dərəcədə təhlükəli olması qənaətinə gəlməyə əsas verir.
67. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
68. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
69. İşdə materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarı ilə əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
70. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır.
71. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
72. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus hadisə baş verən zaman üzərində olmuş 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd belində qara kəməri olan göy rəngli cins şalvar, göy rəngli uzun qol köynək, ağ rəngli mayka, boz rəngli trusik, 1 (bir) cüt qara rəngli ayaqqabı və 1 (bir) cüt qara rəngli corab ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə və ya digər qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli sviter, 1 (bir) ədəd tünd boz rəngli cins şalvar və 1 (bir) cüt tünd yaşıl rəngdə idman ayaqqabısı sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır.
73. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.
74. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 6 (altı) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir.
75. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
76. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
77. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 193, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 19 (on doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 25 oktyabr 2023cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd belində qara kəməri olan göy rəngli cins şalvar, göy rəngli uzun qol köynək, ağ rəngli mayka, boz rəngli trusik, 1 (bir) cüt qara rəngli ayaqqabı və 1 (bir) cüt qara rəngli corab ölmüş zərərərçəkmiş şəxsin hüquqi varisinə və ya digər qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli sviter, 1 (bir) ədəd tünd boz rəngli cins şalvar və 1 (bir) cüt tünd yaşıl rəngdə idman ayaqqabısı sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 1 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu (təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.