Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1342/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, heç bir yerdə işləməmiş, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 10 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-689/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin avqust ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə əldə edərək istintaqla müəyyən olunmayan qaydada və istintaqa məlum olmayan tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində əvvəlcədən təyin olunmuş ünvanda yerləşdirdiyi bir ədəd bağlamada ümumi təmiz çəkisi 954,992 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və bir ədəd bağlamada ümumi təmiz çəkisi 602,6 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb bunun müqabilində şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İran İslam Respublikası vətəndaşından 1500 (bir min beş yüz) manat miqdarında gəlir əldə etmək şərti ilə Bakı şəhəri Səbail rayonu X14 küçəsi ev 108 mənzil 19 nömrəli ünvanda yerləşən evin mətbəxində olan taxta konstruksiyalı dolabda saxlamış, 10 sentyabr 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin mətbəxində olan taxta konstruksiyalı dolabda saxladığı narkotik vasitə hesab edilən həmin heroinin ümumilikdə 940,7 qram olmaqla ayrılıqda təmiz çəkiləri 343,3 qram, 233,2 qram və 364,2 qram çəkidə külli miqdarda olan hissəsini üç ədəd bükümdə ayırıb bir ədəd “Puma” əmtəə nişanlı qara rəngli əl çantasının içərisinə qoyaraq istintaqa məlum olayan şəxslərə satmaq niyyəti ilə yaşadığı evdən çıxaraq ünvan 5 ünvanına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 13:45 dəqiqədə ünvan 5 ünvanın qarşısında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, ünvan 6 ünvanda yerləşən inzibati binada həmin tarixdə saat 15:10 dəqiqədən 15:23 dəqiqəyədək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əlində saxlayaraq daşıdığı bir ədəd qara rəngli “Puma” əmtəə nişanlı əl çantasının içərisində üç ədəd bükümdə olmaqla ayrılıqda təmiz çəkiləri 343,3 qram, 233,2 qram və 364,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan əmtəə nişanı istintaqa məlum olmayan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 17:10 dəqiqədən 17:20 dəqiqəyədək yaşadığı Bakı şəhəri X14 küçəsi ev 108 mənzil 19 nömrəli ünvanda baxış və götürmə istintaq hərəkəti aparılarkən mətbəxdə olan taxta konstruksiyalı dolabda saxladığı bağlamadan bir ədəd bükümdə olmaqla təmiz çəkisi 602,6 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə olmaqla təmiz çəkisi 14,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan əmtəə nişanı istintaqa məlum olmayan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, şübhəli şəxs qismində tutulmazdan əvvəl ara-sıra narkotik vasitələrdən istifadə edib. 10 sentyabr 2023cü il tarixdə şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı tərəfindən əvvəldən müəyyən edilmiş yerə qoyulmuş narkotik vasitə olan marixuana almağa getmişdir. O, təyinat yerinə çatdıqdan sonra orada həmçinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu görmüşdür. İran vətəndaşına zəng edib həmin maddələr barədə soruşduqda sonuncu ona hazırda daşıyıcının olmadığını bildirmiş, 2-3 bükümdə olan maddəni bir qadına çatdırmasını ondan xahiş etmiş, o, sonuncuya etiraz etməmişdir. İran vətəndaşının ona verdiyi nömrə ilə əlaqə saxlamış və zənginə cavab verən qadın ona təyinat ünvanını bildirmişdir. Təyinat nöqtəsinə çatmış, pilləkən ilə qalxarkən mülki geyimli şəxs yaxınlaşıb, özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu BNMİ-ni inzibati binasına aparmışlar. Polis İdarəsində olarkən polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilmişdir. Üzərində aşkar edilmiş narkotik vasitənin çəkisi ittiham aktında daha artıq göstərilmişdir. Həmçinin, Bakı şəhəri Yasamal rayonunda yaşadığı mənzilə də polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bu zaman polis əməkdaşları onu mənzilin başqa otağında keçirmişlər. Evdə təminən 10-15 qram marixuana və bir miqdar metamfetamin olmuşdur, ittiham aktında göstərilən miqdarla razı deyil. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması bağlı idarəyə məlumat daxil olduğundan 10 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin əmri əsasında rəhbəri o, olmaqla əməliyyat qrupu təşkil olunmuş və 10 sentyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində BNMİ-nin əməliyyat müvəkkilli Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 8 ünvanının yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanda piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Sonuncu da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Yelmar Vahabov onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi Nizami Canıyevin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları təqdim etməsini təklif etmişdir. Sonuncu da əlində saxladığı bir ədəd qara rəngli əl çantasını təqdim edərək içərisindəki bükümlərdə narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlələr və əlavə olaraq bir ədəd elektron tərəzi aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddənin heroin, olmasını və satıb qazanc əldə etmək məqsədi ilə “Seyid” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin bir hissəsini isə yaşadığı ünvan 9 mənzildə gizlətdiyini və həmin mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon və üç ədəd plastik pul kartı da təhqiqatçı tərəfindən müvafiq qaydada götürülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd etdiyi kimi daha sonra isə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvana yollanmışlar. Orada da təhqiqatçı Yelmar Vahabov şübhəli video çəkiliş aparılmaqla onların və müdafiəçi Nizami Canıyevin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək şəxsi axtarış və götürmə zamanı göstərdiklərinə əsasən evdə gizlətdiyi narkotik vasitəni təqdim etməsini təklif etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs evin mətbəxinə keçərək taxta konstruksiyalı dolabda gizlətdiyi bağlamanı təhqiqatçıya təqdim etmişdir. Həmin bağlama təhqiqatçı tərəfidən açıldıqda içərisində iki ədəd büküm və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra isə həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərilərindən narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin heroin və metamfetamin olmasını bildirərək şəxsi axtarış və götürmə zamanı göstərdiklərini təsdiq etmişdir. Həmçinin mənzilin digər otaqlarına baxış keçirilsə də heç bir qanunsuz predmet aşkar olunmamışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə və maddələr, həmçinin elektron tərəzi zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra göstərmişdir ki, “Seyid” adlı şəxs barəsində onlara heç bir əməliyyat məlumatı daxil olmadığından həmin şəxs barəsində əhəmiyyətli sayıla biləcək hər hansı bir məlumat mövcud deyildir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ilə oxşar məzmunlu ifadə vemişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki görüntülərdən görünür ki, 10 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqlardan birində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının və 22 saylı vəkil bürosunun müdafiəçisi Nizami Canıyevin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, içərisində üç ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd əmtəə nişanı istintaqa məlum olmayan elektron tərəzi olan qara rəngli əl çantasını təqdim etmiş və təqdim etdiyi həmin narkotik vasitələri satış məqsədi ilə “Seyid” adlı İran İslam Respublikası vətəndaşından əldə etməsini bildirmişdir. Həmçinin onun üzərindən özünə məxsus olan bir ədəd “Redmi” markalı mobil telefon və üç ədəd plastik bank kartları aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs, yaşadığı ünvan 9 ünvanda da narkotik vasitə və psixotrop maddələr saxlamasını etiraf etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2023-cü tarixli 3-16-16/2-6/4815 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş üç ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 343,3 qram, 233,2 qram, 364,2 qram, ümumi təmiz çəkisi 940,7 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. 2 nömrəli bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 602,6 qram olan ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 14,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. 1 və 2 nömrəli bağlamalardakı narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 954,992 qramdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki görüntülərdən görünür ki, 10 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanda baxış keçirilməsi istintaq hərəkəti aparılan zaman o, içərisində bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd psixotrop maddə olan metamfetamin, həmçinin, bir ədəd əmtəə nişanı istintaqa məlum olmayan elektron tərəzi olan bağlamanı təqdim etmiş və təqdim etdiyi həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə “Seyid” adlı İran İslam Respublikası vətəndaşından əldə etməsini bildirmişdir. Həmin narkotik vasitələr, psixotrop maddələr və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən mobil telefon «REDMİ» markalı, “M1908C3JG” modelli mobil smartfonun yaddaşındakı (kontaktlar, zənglər, SMS mesaj, audio, foto, video fayllar,”Whatsapp” proqram təminatı və “Tik Tok” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşdan pozulmuş məlumatlaR müəyyən olunmuşdur. Təqdim edilmiş «REDMİ» markalı “M1908C3JG” modelli mobil smartfonun yaddaşında hal hazırda “İnstagram” sosial şəbəkəsinə aid proqram təminatı müəyyən olunmamışdır. İş materiallarında olan məhkəmə kompyuter texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5-1398 nömrəli rəyinə əlavə edilmiş yaddaş qurğusuna baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonda olan sms yazışmalarının mətnindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, üzərində Bakcell 15012/2023 yazısı olan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 02 ədəd sadə fayl müəyyən edilmişdir. CD diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki,üzərində Nar 53/2-61200/23 yazısı olan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 02 ədəd sadə fayl müəyyən edilmişdir.CD diskin içərisində istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 14 dekabr 2023-cü il tarixli 8209 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-ambulator psixiatrik ekspertizasının 26 dekabr 2023-cü il tarixli 3477 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs halhaxırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional- iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində , hərəkət və davranışın iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman hər hansı psixi xəstəlik müəyyən edilmir.Təqsirləndirilən şəxs hadisə baş verən zaman öz hərəkətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli qərarı ilə Amnistiya Qərarının 4-cü bəndi tətbiq olunmaqla cəzası 06 ay azaldılmış, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə hesab edir ki, şəxsi axtarış və mənzildə keçirilmiş baxış zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin çəkisinin ittiham aktında qeyd ediləndən daha az olması, polis əməkdaşları tərəfindən oan fiziki güc tətbiq edilməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, iş materiallarından 10 sentyabr 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə keçirilmiş axtarış və baxış zamanı aşkar edilmiş, qablaşdırılıb üzəri imzalanaraq möhürlənmiş 05 ədəd bükümün narkotik vasitə tərkibli olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi və müvafiq ekspert rəyinə əsasən ekspertiza təhqiqatına göndərilmiş bükümlərin ayrı-ayrılıqda təmiz çəkilərinin 343,3 qram, 233,2 qram, 364,2 qram, ümumi təmiz çəkisinin 940,7 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisinin 602,6 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 14,292 qram narkotik vasitə heroin olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilməsi barədə ifadəsinə münasibətdə qeyd edir ki, Bakı şəhər Yasamal rayon polis idarəsinin 16 mart 2024-cü il tarixli məktubundan, Təqsirləndirilən şəxs məxsus tibbi sənədlərin və aktların surətindən müəyyən olunur ki, 0.09.2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılan Xəlilov X8 RPl-nin MSY-nə təhvil verilmişdir. MSY-ə daxil olarkən Təqsirləndirilən şəxs tərəflərindən bədən baxışı keçirilmiş, gözlə görülə bilən heç bir xəsarət izi aşkar edilməmiş, sonuncu 10 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək MSY-də olduğu zaman heç bir fiziki zorakılığa məruz qalmadığını, üzərində xəsarət və şikayətinin olmadığını bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 12 fevral 2024-cü il tarixli məktubundan və ona əlavə olunmuş “Məhkumun tibbi kitabçası”ndan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə təcridxanaya daxil olmuş, sonuncunun ilkin tibbi müayinəsi zamanı bədənində xəsarət aşkar edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 10 sentyabr 2023-cü il tarixdə, saat 13:45 dəqiqədə ünvan 11 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-ni inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o bir ədəd qara rəngli əl çantasının içərisindən üç ədəd bağlamada heroini və bir ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli şalvarın sağ yan cibindən 103 manat pul, bir ədəd açar və bir ədəd qolbaq, həmin şalvarın sol yan cibindən içərisində 070 *** ** ** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, 20 qəpik pul, bir ədəd sürücülük vəsiqəsi və üç ədəd üzərində 4098 5844 6420 0185, 4127 2093 0867 2903 və 4169 7388 7639 2626 nömrələri olan plastik bank kartları aşkar olunmuşdur. Sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin ümumilikdə çəkisi 955 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzi qablaşdırılmışdır. DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Redmi” markalı mobil telefon, üç ədəd bank kartı və bir ədəd sürücülük vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Bir ədəd açar, bir ədəd qolbaq və 103 manat 20 qəpik isə özünə qaytarılmışdır. O, daha sonra üzərindən aşkar edilmiş kütlələrin və elektron tərəzinin Özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Seyid” adlı şəxsin vasitəsilə bir ay əvvəl Bakı şəhəri Binəqədi rayonu ərazisində əvvəlcədən təyin olunmuş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Seyid” adlı şəxsin ona 1.500 manat pul verəcəyini, həmçinin, Bakı şəhəri Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini və yaşadığı mənzilə getdiklərini göstərmişdir. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə mətbəxdə olan taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bükümdə heroini, bir ədəd bağlamada metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 17 qram, metamfetaminin çəkisi isə 608 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmışdır. DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir. O, həmçinin göstərmişdir ki, “Seyid” adlı şəxsin anket məlumatlarını bilmir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, tərtib edilmiş sənədlərə özü imza etmişdir. Adı və soyadının qarşısında olan imzalar özünə məxsusdur. O, polis idarəsində nə izahat verən zaman nə də ki, sənədlərə imza edərkən ona qarşı hər hansı bir formada psixi, fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, atası X4 “Birinci Qarabağ” müharibəsi veteranı olmasını və ictimai faydalı fəaliyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 45 saylı MKİS tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 12 ünvanında qeydiyyatda olduğu müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 022470 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X7 müharibə veteranıdır. İş materiallarında olan “Azərbaycan vətən müharibəsi veteranları” X6 rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən X5 1994-cü il tarixindən Azərbaycan Vətən Müharibəsi Veteranları (Təşkilatı) birliyinin Səbail rayon şöbəsinin üzvüdür. Ramiz Xəlilov 27 Sentyabr 2020-ci il tarixində başlayan vətən müharibəsi zamanı Müdafiə Nazirliyinin kardinasiya mərkəzinin üzvü kimi qeydiyyata düşmüş, öz evində X18 Əliyev adına muzey yaratmış Müzəffər Ali Baş X10 daxili və xarici siyasətini dəstəkləyir, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2023cü il taixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-689/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 940,550 qram, 14,192 qram narkotik vasitə heroin və 602,5 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş 02 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu üzərində "xxxx" və “17192/21” söz və rəqəmləri yazılmış bir ədəd CD modelli disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD modelli disk, bir ədəd yaddaş qurğusu, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman və yaşadığı mənzilə baxış və götürmə aparılan zaman videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən üzərində “ZYKLEN ” söz və rəqəmləri yazılmış iki ədəd DVD-R modelli disklər Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ümumilikdə, 161 (yüz altmış bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 940,550 qram, 14,192 qram olan narkotik vasitə - heroin və 602,5 qram psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş 02 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş bir ədəd “REDMİ” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu üzərində "xxxx" və “17192/21” söz və rəqəmləri yazılmış bir ədəd CD modelli disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD modelli disk, bir ədəd yaddaş qurğusu, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman və yaşadığı mənzilə baxış və götürmə aparılan zaman videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən üzərində “ZYKLEN ” söz və rəqəmləri yazılmış iki ədəd DVD-R modelli disklər Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ümumilikdə 161 (yüz altmış bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1342/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1342/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver