Məhkəmə qərarları › İş №1(101)-1343/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1343/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1343/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1981-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində dörd azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Şəfəq qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 3, mənzil 6-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üstündə və yaşadığı evdə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əfşin” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada bir ədəd bağlamada olmaqla ümumi təmiz çəkisi 1359,598 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və 20 ədəd konvalyutda üzərilərində “Methadone 40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, cəmi 208 ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 8,32 qram olan (1 ədəd həbdə 0,04 qram) narkotik vasitə hesab edilən külli miqdarda metadon preparatlarını və təmiz çəkisi 344,840 qram olan ağ rəngli kristallik formada maddə kustar üsülla hazırlanmış psixotrop maddə hesab edilən küllü miqdarda metamfetamini 10 mart 2021-ci il tarixdə axşam saatlarında qanunsuz əldə edərək sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşımaqla yaşadığı Bakı şəhəri Yasamal rayonu X10 küçəsi ev 3 mənzil 6 ünvanda yerləşən evin yataq otağında olan taxta konstruksiyalı dolabda saxlamış, 11 mart 2021-ci il tarixdə yaşadığı evin yataq otağında olan taxta konstruksiyalı dolabda saxladığı narkotik vasitə hesab edilən həmin heroinin 49,598 qram çəkidə olan hissəsini bir bükümdə, təmiz çəkisi 39,840 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin bir bükümdə ayırıb və üzərində “Methadone 40” göstəricisi olan 1 ədəd konvolyutda 8 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,32 qram(1 ədəd həbdə 0,04 qram) təşkil edən narkotik vasitə hesab edilən metadon preparatları əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyaraq istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə yaşadığı evdən çıxmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 23:15 dəqiqədə Bakı şəhəri Yasamal rayonu X10 küçəsi 3 saylı binanın qarşısında saxlanılaraq baş idarənin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə olmaqla 49,598 qram çəkidə olan hissəsini bir bükümdə, təmiz çəkisi 39,840 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin, digər bükümdə təmiz çəkisi 39,840 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin və üzərində “Methadone 40” göstəricisi olan 1 ədəd konvolyutda 8 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,32 qram(1 ədəd həbdə 0,04 qram) təşkil edən narkotik vasitə hesab edilən metadon preparatları aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 12 mart 2021-ci il tarixdə saat 01:45 dəqiqədə Ziya Atakişimyevin yaşadığı ünvana baxış və axtarış keçirilərkən yataq otağında olan taxta konstruksiyalı dolabda saxladığı 1 ədəd yaşıl rəngli sellofanın torbanın içərisində olmaqla 1 ədəd bükümdə təmiz çəkisi 305,0 qram olan ağ rəngli kristalik formada psixotrop maddə metamfetamin, 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010,0 qram və 300,0 qram olmaqla ümumi təmiz çəkisi 1310,0 qram olan qəhvəyi rəngli narkotik vasitə heroin, 20 konvalyutda olmaqla təsir maddəsinin ümumi miqdarı 8,0 qram təşkil edən 200 ədəd qəhvəyi rəngli dərman həbi narkotik vasitə metadon və 4 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əslən Beyləqan rayon sakinidir. Evlidir, öhdəsində 18 yaşına çatmamış 4 uşağı var. Ailəsini dolandırmaq üçün Bakı şəhərinə köçmüş, burada kirayəşin kimi yaşamaqla ev təmiri işləri ilə məşğul olmuşdur. O, sosial şəbəkə olan «İnstagram» səhifəsində təmir etdiyi mənzil və evlərin fotoşəkillərini nümayiş etdirmiş, həmin səhifədə özünü iranlı kimi təqdim edən Əfşin adlı şəxs ona yazaraq gördüyü işləri bəyəndiyini, ondan İrana gəlib evini təmir etməsini xahiş etmişdir. Lakin həmin vaxt pandemiya ilə əlaqədar sərt karantin rejimi olduğu üçün o, Əfşinin dəvətini qəbul edə bilməmiş, həmçinin karantinlə bağlı Bakıdakı işləri dayanmış, maddi vəziyyəti pisləşmişdir. Bu ilin fevral ayının sonlarında Əfşinlə ağır maddi durumu haqqında danışaraq ona köməklik etməsini xahiş etmişdir. Əfşin ona bildirmişdir ki, Bakı şəhərində ona deyəcəyi yerdən narkotik vasitə və psixotrop maddələri götürüb onun deyəcəyi ünvana qoysa ona köməklik edəcəkdir. O da Əfşinin təklifi ilə razılaşmışdır. Bundan sonra qardaşı Zaur Atakişiyevin adına olan "xxxx" tərəfindən verilmiş plastik kartın şəkilini çəkərək «Whats App» proqramı vasitəsi ilə Əfşinə göndərmişdir. Qardaşı Zaur həmin plastik kartını nə üçün ondan aldığını bilməmişdir. Əfşin ona ayrı-ayrı vaxtlarda həmin kartdakı hesaba maddi köməklik kimi ümumilikdə 2000 manat pul göndərmişdir. Bundan sonra 10 mart 2021-ci il tarixdə saat 23 radələrində Əfşin ona «Whats App» proqramı vasitəsi ilə səs ataraq Yasamal rayonu, 158 №-ci məktəbin yaxınlığında olan yerə torba qoyulduğunu, həmin torbanı götürüb özündə saxlamasını, onun növbəti tapşırığını gözləməyini bildirmişdir. O, Əfşinin dediyi kimi etmiş və qeyd olunan yerdən torbanı götürərək kirayə yaşadığı Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsi ev 3 mənzil 6 ünvanına gətirərərək yataq otağındakı dolabın üstünə qoymuşdur. Ailə üzvülərinin isə bundan xəbəri olmamışdır. 11 mart 2021-ci il tarixdə Əfşin onunla «Whats App» proqramı vasitəsi ilə əlaqə saxlayaraq göndərdiyi torbadan bir qədər heroin və tabletka götürərək onun deyəcəyi yerə qoyulmasını tapşırmışdır. O da torbadan bir qədər heroin və tabletka götürərək yaşadığı evdən axşam vaxtı çıxmış, yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə idarəyə getmişdir. İdarədə ona müdafiəçi təqdim edilmiş, sonuncunun iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, sonra isə onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuş, bundan sonra o, özü könüllü olaraq əynində olan qara rəngli uzunqol qış gödəkçənin sağ yan cibindən 1 bükümdə psixotrop maddə metamfetamini, 1 bükümdə, narkotik vasitə -heroini və icərisində 8 ədəd ’’Metadon 40” həbləri olan 1 ədəd konvalyutu təqdim etmişdir. Bu əşyalardan savayı üzərindən 1 ədəd “Red Mi” markalı mobil telefon, qardaşı Zaura məxsus 1 ədəd **********312829 nömrəli plastik kart, 1 ədəd şəxsiyyət vəsiqəsi və 3 ədəd açar aşkar olunmuşdur. Aşkar olunmuş heroin və psixotrop maddə metamfetamin qablaşdırılmış və imzalanmış, tərtib olunmuş protokola da imzasını qoymuşdur. Həmçinin polis əməkdaşlarına Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onun iştirakı ilə yaşadığı ünvana videçəkiliş aparılmaqla baxış keçirilmiş, ona narkotik vasitələri təqdim etməyi təklif olunmuş, özü evin girişindən sağ tərəfdə yerləşən yataq otağında olan taxta dolabından narkotik maddələr olan sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə qonaq otağında olan masanın üzərinə qoyulmuş və içərisindən 4 ədəd elektron tərəzi, 1 bükümdə, psixotrop maddə metamfetamin, 2 bükümdə, narkotik vasitə heroin, 20 konvalyutda ümumilikdə 200 ədəd “Metadon40” həbi olan kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisi 313 qram, heroinin çəkisi isə ümumilikdə 1 kq 318 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər həmin sellofan torbada qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Etdiyi əməldən peşmandır. Özünü ona görə qismən təqsirli bilir ki, o, iranlının təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin satışında iştirak etməmiş, yalnız deyilən əşyaları iranlının dediyi yerdən götürüb digər yerə qoymalı idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş tədbirlə bağlı tanımışdır. Belə ki, həmkarı Şahid3 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yayması barədə məlumat daxil olmuş, həmin məlumat barədə Şahid3 rəhbərliyə məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması və saxlanılması üçün əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid3 və o təyin edilmiş, qrupa rəhbərliyi isə Şahid3 etmişdir. Həmin tarixdə əməliyyat tədbirlərinə başlayaraq Təqsirləndirilən şəxs Yasamal rayonu, H.Zərdabi küçəsi 3 saylı binanın ətrafında olması barədə məlumat əldə edərək həmin ərazini nəzarətə götürmüşlər. Elə həmin vaxt saat artıq 23 radələrində H.Zərdabi küçəsində Təqsirləndirilən şəxs müşahidə edərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncu Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra ona narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olmasında şübhəli olduğunu bildirib onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs özü könüllü olaraq, heç bir müqavimət göstərmədən onlarla birlikdə İdarəyə gəlmişdir. Bundan sonra idarənin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən müdafiəçi dəvət olunmaqla onların iştirakı ilə videoçəkiliş aparılmaqla Nəcəf Aburşunun xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduqda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, bir bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və bir ədəd konvalyutda, içərisində 8 ədəd «Metadon 40» həbinə bənzər kütlələri masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində olan “Red Mi” markalı mobil telefon, Zaur Atakişiyevin adına olan plastik kart, Təqsirləndirilən şəxs məxsus şəxsiyət vəsiqəsi və üç ədəd açar aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və baxışa dair protokol tərtib edilmişdir. Artıq həmin hadisədən bir neçə ay keçdiyi üçün və demək olar ki, hər gün digər tədbirlərdə iştirak etdiyi üçün Təqsirləndirilən şəxs aşkar olunmuş qanunsuz maddələrin dəqiq çəkisini xatırlamasa da ibtidai istintaqa verdiyi ifadələrini və tərtib olunmuş baxış protokolunda göstərilən halları təsdiq edir. Təqsirləndirilən şəxs aşkar olunmuş mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik kart götürülmüş, 3 ədəd açarlar isə özünə qaytarılmışdır. Atakişiyev təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik maddələri ona “istaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əfşin” göndərmiş, həmin maddələri o, sonuncunun deyəcəyi ünvanlara qoymalı, həmin yerlərin fotoşəkillərini isə iranlıya göndərməli idi. Ziya bildirmişdir ki, iranlının göndərdiyi maddələrin yalnız bir qismi üzərindədir, qalan maddələr isə Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı mənzildədir və həmin narkotik maddələri könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq təhqiqatçı, müdafiəçi, Təqsirləndirilən şəxs, o və həmkarı Şahid3 Ziyanın bildirdiyi ünvana getmiş, orada Ziya öz açarı ilə yaşadığı evin qapısını açmış, həmin vaxt evdə heç kəs olmamış və Ziya mənzilin girişindən sağ tərəfdə yerləşən yataq otağında olan taxta konstruksiyalı dolabdan bir ədəd yaşıl rəngli sellofan torbanı təqdim etmişdir.X5 həmin torbanı qonaq otağında olan masanın üzərinə qoyaraq torbaya baxış keçirdikdə içərisindən 4 ədəd elektron tərəzi, bir bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə və 20 konvalyutda ümumi olaraq 200 ədəd “Metadon 40” həbi aşkar etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, xatırladığı qədər heroinin çəkisi bir kq-dan artıq olmuş, metamfetaminə bənzər kütlənin çəkisinin 300 qramdan çox olmuşdur. Aşkar olunmuş kütlələr həmin sellofan torbada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. 11 mart 2021-ci il tarixdə idarəyə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, bina 3 mənzil 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri,Yasamal rayon ərazisində dövriyyəsi ilə məşgul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanuna uyğun olaraq tədbirin keçirilməsinə dair qərar, tədbirdə iştirak edən əməkdaşların siyahısı barədə əmr qəbul edilmişdir. Əmrə əsasən qrupa o və həmkarı Şahid2 daxil edilmişdir. Məlumata əsasən onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana çıxaraq 3 saylı binanın qarşısında ərazini müşahidə etməyə başlamışlar.11 mart 2021-ci il tarixdə, saat 23:15 radələrində Təqsirləndirilən şəxs X10 küçəsi ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etməklə Təqsirləndirilən şəxs olduğunu təsdiq etdikdən sonra onlar ona narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşgul olmasında şübhəli olduğunu bildirərək DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla birlikdə idarəyə gəlmişdir. Bundan sonra idarənin təhqiqatçısı Nəcəf Aburşu müdafiəçi dəvət edərək videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxışdan əvvəl Ziyaya üzərində olan əşyaları masanın üzərinə qoymasını təklif etmişdir. Artıq vaxt 12 mart 2021-ci il tarixə, saat 00:20 -yə təsadüf etmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, birbükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və bir ədəd konvolyutda, içərisində 8 ədəd «Metadon 40» həbinə bənzər kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, ondan aşkar olunmuş maddələr metamfetamin, heroin və metadondur. Bundan savayı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Red Mi” markalı mobil telefon, bir ədəd Zaur Atakişiyevin adına olan **********312829 nömrəli plastik kart, bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyət vəsiqəsi və üç ədəd açar aşkar olunmuşdur.X5 tərəfindən qanunsuz maddə və kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 51(əlli bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 41(qırx bir) qram olmuşdur. Bundan sonra həmin heroinə, metamfetaminə, “Metadon 40” həbinə bənzər maddə və kütlələr içərisi boş ağ rəngli zərfə qoyulmuş, zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçisi,iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik kart götürülmüş, 3 ədəd açarlar Təqsirləndirilən şəxs qaytarılmışdır. Atakişiyev özü, heç bir təzyiq olmadan bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik maddələri “instaqram” sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əfşin” adlı şəxsin vasitəsilə sonuncunun deyəcəyi ünvanlara çatdırmaq üçün bir gün əvvəl əldə etmiş, Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı mənzildə əlavə olaraq Əfşinin göndərdiyi narkotik maddə saxladığını, onları təqdim edə biləcəyini, mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 3 mənzil 6 ünvana yollanmışlar.12.03.2021-ci il tarixdə saat 01:45 də onun, qrup üzvü Şahid2, vəkil Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncuya məxsus mənzilin qarşısına gəlmişlər, Təqsirləndirilən şəxs öz açarı ilə qapını açmış, bundan sonra onun dəvəti ilə baxışın iştirakçıları mənzilə daxil olmuşlar. Bütün bu prosedurlar videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs mənzilin girişindən sağ tərəfdə yerləşən yataq otağında olan taxta konstruksiyalı dolabdan bir ədəd, yaşıl rəngli sellofan torbanı təqdim etmişdir.X5 həmin torbanı qonaq otağında olan masanın üzərinə qoyaraq iştirakçıların gözü önündə torbaya baxış keçirdikdə içərisindən dörd ədəd elektron tərəzi, bir bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, iki bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər iyirmi) konvolyutda ümumi 200 ədəd “Metadon 40” həbinə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisi 313 qram, heroinə bənzər kütlənin çəkisi ümumilikdə 1kq 318 qram olmuşdur. Aşkar olunmuş kütlələr həmin sellofan torbada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Mənzilin digər otaqlarında iş üzrə əhəmiyət kəsb edən predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə və mənzilə baxış və götürmə aparılması prosesi onun tərəfindən “SONY” markalı videokamera vasitəsi ilə çəkilişi aparılmış, Təqsirləndirilən şəxs qarşı istər o saxlanılan zaman, istərsə də üzərinə və mənzilinə baxış keçirilən zaman hər hansı fiziki zor tətbiq olunmamış, prosesual hərəkətlər müdafiəçisinin iştirakında aparılmış və ona bütün zəruri hüquqları izah edilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, 11 mart 2021-ci il tarixədək Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamışdır. Şahid3 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən onu saxlayan polis əməkdaşlarını ilk dəfə saxlanıldığı 11 mart 2021-ci il tarixdə görmüşdür, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 11.03.2021-cİ il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu X10 küçəsi ev 3 mənzil 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” 12 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkilişlə aparılmış baxış zamanı Təqsirləndirilən şəxs əynindəki, qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 1bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər və 1 ədəd konvalyutda, içərisində 8 ədəd «Metadon 40» həbinə bənzər kütlələri təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Red Mi” markalı mobil telefon, 1 ədəd Zaur Atakişiyevin adına olan **********312829 nömrəli plastik kart, 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 3 ədəd açar aşkar edilmişdir. Heroinə, metamfetaminə, “Metadon 40” həbinə bənzər maddə və kütlələr qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsiyyət vəsiqəsi, plastik kart və 3 ədəd açar Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olduğunu, həmin kütlələri “istagram” sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əfşin” adlı şəxsdən onun deyəcəyi ünvanlara çatdırmaq üçün əldə eidiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı mənzildə də narkotik vasitə və maddələr saxlayır, onları təqdim edə bilər, mənzilə baxış keçirilməsinə etiraz etmir. Məhkəmədə elan edilib araşdırılmış “mənzilə baxış keçirilməsi haqqında” 12 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, bina 3 mənzil 6 ünvanda yerləşən mənzilə videoçəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs mənzilin girişindən sağ tərəfdə yerləşən yataq otağında olan taxta konstruksiyalı dolabdan 1ədəd, yaşıl rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Baxış zamanı torbanın içərisindən 4 ədəd elektron tərəzi, 1bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər 20 konvalyutda ümumi 200 ədəd “Metadon 40” həbinə bənzər kütlələr aşkar edimişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən metamfetaminə bənzər kütlənin çəkisi 313 qram, heroinə bənzər kütlənin çəkisi ümumilikdə 1kq 318 qram təşkil etmişdir. Aşkar olunmuş kütlələr qablaşdırıaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar olunmuş narkotik maddələrin İran İslam Respublikası vətəndaşı “Əfşin” adlı şəxsin vasitəsilə onun deyəcəyi ünvanlara çatdırmaq üçün 10 mart 2021-ci il tarixdə əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 11.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13.03.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 12 mart 2021-ci il tarixli, 6/1014 saylı rəyindən müəyyən olunur ki. tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, yazılar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin və bir ədəd sellofan torbanın içərisində olan: - “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri qeyd edilmiş kağız paketin içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 49,598 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 39,840 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim olunmuş ümumi sayı 8 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,32 qram (1ədəd həbdə 0,04 qram) təşkil edir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən....”sözləri qeyd edilmiş bir ədəd sellofanın torbanın içərisində bir ədəd bağlamada təmiz çəkisi 305,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1010,0 qram, 300,0 qram ümumi təmiz çəkisi 1310,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş ümumi sayı 200 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 8,0 qram (1ədəd həbdə 0,04 qram) təşkil edir Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının-Erazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir. Təqdim edilmiş 3 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Dörd ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin izşəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinlər ilə müqaisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kompuüter-texniki ekspertizanın 29 aprel 2021-ci il tarixli, 5/301 saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi” markalı arxa markalanma göstəricisinə görə “M1908C3JG” modelli mobil smartfont hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Xiaomi” markalı arxa markalanma göstəricisinə görə “M1908C3JG” modelli mobil smartfonun daxilindəki “Nar”.mobil operatoruna məxsus “**********7 09553618” (İCCİD) seriyalı nbmrəli “SİM” danışıq kartının yaddaşından (40 ədəd kontakt, 01 ədəd SMS, 19 ədəd silinmiş SMS, 30 ədəd zəng qeydi) məlumatlar müəyyən olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi ekspertizasının 26.04.2021-ci il tarixli, 1264 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası SN-i «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 06.04.2021-ci il tarixli, 723 saylırəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixitatrik müəssisələrə müraciət etməmiş, hazır ki, müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə eyhtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onda hazırda hər hansı bir xəstəlik əlamətləri aşkarlanmır. Məhkəmədə elan edilib araşdırılmış “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 07.05.2021-ci il tarixli və 26.04.2021-ci il tarixli protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***- **-** saylı və ***-***-**-** saylı mobil nömrələr ilə müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqların, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlagədar şübhəli məzmunlu sms yazışmalarının aparılması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “bank məlumatlarınına baxış keçirilməsi haqqında” 30.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, X3 məxsus 5243 7544 1031 2829 saylı plastik kartdan 01.01.2021-12.03.2021-ci il tarixlərinə olan dövr üçün çıxarışlarına baxış keçirilmiş və baxış zamanı 5243 7544 1031 2829 saylı plastik kartdan 01.01.2021- 12.03.2021-ci il tarixlərinə olan dövr üzrə müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil və ATM vasitəsi ilə məxaric olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsinin 020-4558-1221 saylı, 16.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhəddini keçməsi barədə məlumat yoxdur. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində 2006, 2008, 2010 və 2012-ci il təvəllüdlü uşaqları var, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında» 01.06.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalan - 344,740 qram çəkidə psixotrop maddə metamfetamin, 1359,448 qram çəkidə narkotik vasitə heroin, 197 ədəd narkotik vasitə «Metadon» həbləri, 04 ədəd elektron tərəzi, 01 ədəd «Xiaomi» markalı mobil telefon və 01 ədəd "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş 5243 7544 1031 2829 saylı plastik kart Bakı şəhəri, Yasamal RPİ-nə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk, mənzilə baxış keçirilən zaman qeydə alınmış videogörüntünün əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən alınmış 1 ədəd disk, "xxxx" MMC-dən alınmış 01 ədəd disk, "xxxx" Kommersiya Bankı ASC-dən alınmış 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edtidlmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 1359,598 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağaq olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş küllü miqdarda ümumi təmiz çəkisi 344,840 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağaq olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş təsir maddəsinin ümumi miqdarı 8,32 qram olan 208 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə «Metadon» həblərini əldə etdikdən sonra ayrı-ayrılıqda bükümlərə bölərək bir bükümdə təmiz çəkisi 49,598 qram olan narkotik vasitə heroini, bir bükümdə çəkisi 39,840 qram olan psixtrop maddə olan metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edən 8 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə “Metadon” həblərini üzərində saxlayaraq daşımış, iki bükümdə təmiz çəkisi 1310,0 qram olan narkotik vasitə heroini, bir ədəd bağlamada təmiz çəkisi 305.0 qram olan psixtroop maddə metamfetamini və 20 konvolyutda olmaqla 200 ədəd «Metadon» narkotik vasitəsini kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanda saxlamaqla Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün verdiyi ilkin etirafedici izahatı, ibtidai istintaqa verdiyi ilkin şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələri, məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, mənzilə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə himayəsində 2006, 2008, 2010 və 2012-ci il təvəllüdlü uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 11 mart 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal RPİ-də saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalan - 344,740 qram çəkidə psixotrop maddə metamfetamin, 1359,448 qram çəkidə narkotik vasitə heroin, 197 ədəd narkotik vasitə «Metadon» həbləri və 04 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd «Xiaomi» markalı mobil telefon və 01 ədəd "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş 5243 7544 1031 2829 saylı plastik kart və CD disklər cinayət işinin materiallarında saxlanılmaldır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 118,65 (yüz on səkkiz manat altmış beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Şahid1, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Şahid1 üçün Bakı şəhəri”Mərkəz” Vəkil Bürosunun nəfinə 120 (yüz iyirmi) manat müdafəçi Müdafiəçi üçün isə 240 (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-də saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalan - 344,740 qram çəkidə psixotrop maddə metamfetamin, 1359,448 qram çəkidə narkotik vasitə heroin, 197 ədəd narkotik vasitə «Metadon» həbləri və 04 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd «Xiaomi» markalı mobil telefon və 01 ədəd "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş 5243 7544 1031 2829 saylı plastik kart və CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 118,65 (yüz on səkkiz manat altmış beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi Şahid1 üçün 120 (yüz iyirmi) manat pul Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar