Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1343/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9 və Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Rusiya Federasiyası, Novosibirsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı övladı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi nəticəsində sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdikdən sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə saat 20:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən, yəni opioidlərdən və metafetamin, amfetaminlərdən istifadə edərək həmin maddələrin təsiri altında idarə etdiyi “VAZ-2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində yerləşən Zığ-Hövsan şossesi istiqamətindən “Halikarnas balıkçısı” restoranı istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan vaxtı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı halda bunu etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, onunla eyni istiqamətdə yolun sağ kənarı ilə, lakin əks istiqamətdə hərəkət edən piyada Zərərçəkmiş şəxs Firuddin qızını ehtiyatsızlıqdan vurduqdan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərini pozaraq, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X16” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda bunu etməyərək, yol nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə Zərərçəkmiş şəxs daxili orqanların zədələnməsi və ikitərəfli çanaq sümüklərinin çoxsaylı sınıqları ilə müşayiət olunan qarının küt travması, sol diz oynağı sümüklərinin qapalı sınığı, alının qançırı, burun belinin sıyrığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq, Bakı şəhəri, 3 nömrəli Şəhər Klinini Xəstəxanasına aparılması və həmin günü daxili orqanların zədələnməsi nəticəsində baş vermiş qanitirmədən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Hadisədən bir neçə ay əvvəl "VAZ 2102" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini baş etibarnamə əsasında almış və hərdən idarə etmişdir. Lakin onun ümumiyyətlə heç bir nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. 17 fevral 2022-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi "VAZ 2102" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı evdən çıxmış və avtomobil ilə Zığ-Hövsan şossesindən “Halikarnas balıkçısı” adlı restoran istiqamətində yolun sağ kənarı ilə 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxtı avtomobildə tək olmuş, sərnişin və ya yük olmamışdır. Suraxanı rayonu, Qum adası yaşayış sahəsi ilə hərəkətdə olan vaxtı həmin ərazidə yolun sağ tərəfində yerləşən "Geofizika" idarəsinin qarşısında qəflətən yolun sağ kənarı ilə əks istiqamətdə yolun sağ çiyni ilə asta yeriş ilə hərəkət edən 2 nəfər piyada qadının hərəkət etdiyini görmüşdür. Məsafə az olduğuna görə tormoz etsə də, təhlükənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin piyada qadınlardan birini, yəni avtomobil yoluna yaxın olan qadını vurmuşdur. O, avtomobili saxlayıb vurduğu piyadaya yaxınlaşmışdır. O, həmin an X13 zəng vurmuşdur. Daha sonra təlaşlı olduğundan hadisə barəsində məlumat vermək üçün hadisə yerindən uzaqlaşaraq atasının iş yerinə gedərək onu hadisə barəsində xəbərdar etmişdir. Lakin idarə etdiyi avtomobil hadisə yerində qalmışdır. Sonra o, tanıdığı və Suraxanı rayon Polis İdarəsininn 30-cu Polis şəbəsində işləyən Bəşir adlı polis əməkdaşına zəng edərək onunla görüşmüşdür. O, Bəşirə baş verən hadisəni danışdıqdan sonra Bəşirlə birlikdə Suraxanı rayon Polis İdarəsinə getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, üzərində telefon olmadığından o, yoldan keçən maşını saxladıb həmin maşının sahibinin telefonundan X13 özü zəng etmişdir. O, həmin maşının sahibini tanımamışdır. O, narkotik vasitəni hadisədən 10 gün qabaq Lənkəran rayonunda toyda olan zaman qəbul etmişdir, lakin narkotik vasitənin növü yadında qalmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmədə ifadəsində göstərdi ki o, anket məlumatlarında qeyd olunan ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Mahiyyəti üzrə bildirmək istəyir ki, o, hadisə baş verən gün saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən avtomobil servisindən çıxıb evə tərəf gəlmiş, evə gəlib çatan kimi ona qohumu zəng edərək arvadını avtomobilin vurmasını demişdir. O da evə gələn zaman yolda yol nəqliyyat hadisəsinin baş verməsinin şahidi olsa da, hadisə yerində vurulanın onun arvadı olduğunu bilməmişdir. Ona görə də avtomobilini saxlamayıb evə gəlmişdir. O, evə çatanda telefonda ona dedikdən sonra o, həmin dəqiqə hadisə olan yerə qayıtmışdır. Hadisə baş vermiş yer Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində yerləşən Geofizika idarəsinin qarşısı olmuşdur. O, həmin yerə getdikdə arvadının yerdə uzandığını görmüş, arvadı sağ olmuş və xırıldamışdır. Hadisə yerinə gəlmiş X16 avtomobili ilə o və gəlinləri Pərvanə həyat yoldaşını 3 saylı Şəhər Xəstəxanasına aparmışlar. Orada cərrahi müdaxilə olunsa da, arvadı xəstəxanada rəhmətə getmişdir. O, hadisə yerinə gəldikdə sürücünü orada görməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X4 bildirdi ki, xəstəxanaya Təqsirləndirilən şəxs tərəfindən heç kim gəlməmişdir. Təqsirləndirilən şəxslə barışmır, ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun həm qohumu, həm də qonşusudur. 17 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində yaxınlıqda yerləşən "ARAZ" marketə bazarlıq etmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə birlikdə evdən çıxıb piyada getməyə başlamışlar. O, Mahirə ilə piyada yolun sol kənarı, yəni yol çiyni ilə əks istiqamətdə "Halikarnas Balıkçısı" restoranı istiqamətindən Zığ-Hövsan şossesi istiqamətində hərəkət etmişlər. O, sol tərəfdə, Mahirə isə onun sağ tərəfində, yəni yola yaxın hərəkət etmişlər. Hərəkətdə olan vaxtı yolun sol tərəfində yerləşən Geofizika idarəsinin qarşısında xəbərləri olmadan qarşıdan gələn tanımadığı bir avtomobil qəflətən Mahirəni vurub yerə yıxmışdır. O, əvvəl elə bilmişdir ki, avtomobil onu vurmuşdur, sonradan çevrilib Mahirǝyǝ “maşın az qala məni vurmuşdu” deyə bildirmək istədikdə Mahirənin yanında olmamasını və yerdə uzanmış vəziyyətdə olmasını görmüşdür. O, baxanda avtomobilin “VAZ” markalı, furqon tipli olmasını görmüşdür. Sürücü avtomobildən düşüb başına vura-vura qaçmışdır. O, sürücüyə “gəl kömək et” deyə bildirdikdə, ona polisə gedəcəyini deyib qaçaraq hadisə yerindən uzaqlaşmışdır, avtomobil isə hadisə yerində qalmışdır. Həmin vaxtı yoldan keçən sərnişin avtobusu saxlamış və sərnişinlər yaxınlaşıb kömək etmiş, həmçinin evə də məlumat vermişlər. Bir qədər keçmiş Mahirənin əri Azad hadisə yerinə gəlmişdir. Hadisə yerində olan şəxslərdən kim isə X13 zəng etmiş və bir qədər keçmiş X16 avtomobili hadisə yerinə gəlmişdir. O, Azad ilə birlikdə Mahirəni Sabunçu qəsəbəsi ərazisində yerləşən 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Lakin həkimlər ilkin müdaxilə etsələr də, Mahirənin həyatını xilas edə bilməmişlər və xəstəxanada Mahirənin ölməsi məlum olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Azada onun həyat yoldaşı zəng vurub hadisəni xəbər vermiş, X13 isə avtobusdan düşənlər zəng etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs işlədiyi ərazidə, yəni Suraxanı rayonu, Qum adası yaşayış sahəsində yaşayan sakin kimi tanıyır, başqa heç bir münasibətləri olmamışdır. 17 fevral 2022ci il tarixdə 20:30 radələrində mobil telefonuna zəng gəlmiş, o, telefona cavab verəndə Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs onunla görüşmüş və ona bir qədər əvvəl idarə etdiyi “VAZ-2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zığ-Hövsan şossesindən “Halikarnas balıkçısı” istiqamətində hərəkətdə olan vaxtı Geofizika idarəsinin qarşısında onunla eyni istiqamətdə yolun sağ kənarı, yəni yol çiyni ilə hərəkət edən piyada qadını avtomobilin ön hissəsi ilə vurmasını, lakin vurduğu piyadaya yardım etməyərək hadisə yerindən uzaqlaşaraq onun yanına gəlməsini bildirmişdir. Bundan sonra o, Amidə Suraxanı rayon Polis İdarəsinə gedib hadisə barədə ətraflı məlumat verməyi təklif etmiş və Amid etiraz etmədən onunla birlikdə Suraxanı RPİ-yə gəlmişdir. Həmin vaxtı ona Amidin hadisə nəticəsində vurduğu piyada qadının şəxsiyyətinin Mustafayeva Mahirǝ Firuddin qızı olması və xəstəxanada ölməsi məlum olmuşdur. O, hadisə yerində olmamış və hadisənin necə, hansı şəraitdə baş verməsi barədə dəqiq heç nə deyə bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur və özünə məxsus “VAZ-2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. O, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində yerləşən “Halikarnas balıkçısı” restoranında mühafizəçi işləyir. 17 fevral 2022-ci il tarixdə saat 20:00 radələrində işdə olan vaxtı oğlu Təqsirləndirilən şəxs qışqıraraq, “ay ata, adam vurmuşam” deyərək başına vura-vura üstünə gəlib yanından keçərək çıxıb getməsini görmüşdür. Lakin onun hara getməsini bilməmişdir. O, iş yerindən küçəyə çıxanda avtomobil yolunda insanların toplaşmasını görüb həmin yerə yaxınlaşmışdır. Həmin vaxtı o, “Halikarnas balıkçısı” restoranı istiqamətində yolun kənarında bir nəfər qadının yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Hadisə yerində olan şəxslər həmin qadını tərpətməməyi və X16 həkimlərinin gələcəyini bildirmişlər. Həmin vaxtı o, oğlu Təqsirləndirilən şəxs hadisə yerində görməmişdir. Bir qədər keçmiş X16 həkimləri gəlib həmin qadını aparmışlar. Həmin vaxtı ona oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin piyada qadını vurması məlum olmuşdur. Avtomobil hadisə yerində yolda dayanmışdır. O, digər oğlu Şahid4 zəng edərək hadisə yerinə çağırmış, bir qədər keçmiş oğlu Elmar hadisə yerinə gəlmişdir. Həmin vaxtı artıq hadisə yerində heç kim olmamış və orada olan şəxslər çıxıb getmişlər. Oğlu Amidin hadisə vaxtı idarə etdiyi avtomobil yolda hərəkətə mane olduğuna görə digər oğlu Elmara avtomobili bir qədər irəlidə, yəni təxminən 100 metr məsafədə yerləşən iş yerinin qarşısına aparmağı bildirmiş və Elmar avtomobili idarə edərək həmin yerə aparmışdır. Bir qədər keçmiş polis əməkdaşları iş yerinə gəlmiş və evakuator vasitəsi ilə avtomobili duracağa aparmışlar. Sonradan ona oğlu Amidin polisə getməsi məlum olmuşdur. Həmçinin ona sonradan oğlu Amidin idarə etdiyi avtomobil ilə vurduğu piyada qadının xəstəxanada ölməsi məlum olmuşdur. O, həmin qadını tanımamış, lakin ona sonradan Zərərçəkmiş şəxs olması məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və özünə məxsus “VAZ-2102” markalı, 59 BH-583 dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 17 fevral 2022-ci il tarixdə saat 20:20 radələrində yaşadığı evdə olan vaxtı atası Şahid3 ona zəng edərək işlədiyi “Halikarnas balıkçıs” restoranına çağırmışdır. O, atasının iş yerinə getmiş, həmin vaxtı atası ona qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə piyada qadını vurmasını, həmçinin avtomobilin hadisə yerində olmasına görə avtomobili iş yerinin qarşısına gətirməsini bildirmişdir. O, baxanda qardaşının avtomobilinin atasının iş yerindən təxminən 100 metr uzaqda yolda olmasını görmüş və avtomobili idarə edərək atasının iş yerinin qarşısına aparmışdır. Sonradan ona qardaşının polisə getməsi, həmçinin qardaşının idarə etdiyi avtomobil ilə vurduğu piyada qadının ölməsi məlum olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:20-də 3 saylı Şəhər Kliniki Xəstəxanasından tibb bacısı Musayeva məlumat verərək bildirmişdir ki, Hövsan qəsəbəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Firuddin qızı vəfat etmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 17 fevral 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan və narkotik vasitə və psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə etdiyi “Vaz 2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 50 km sürətlə Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində yerləşən Zığ-Hövsan şossesi istiqamətindən “Halikarnas balıkçısı" restoranı istiqamətində hərəkətdə olan zaman Geofizika idarəsinin qarşısında idarə etdiyi avtomobilin ön hissəsi ilə yolu sağdan sola keçməyə çalışan 1990-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs Firuddin qızını vurub yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində piyada Zərərçəkmiş şəxs Firuddin qızı almış olduğu bədən xəsarətlərindən 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölmüşdür (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yeri küçədir, yolun hərəkət hissəsi düzdür, örtüyün növü asfalt-betondur, örtüyün vəziyyəti qurudur, yol örtüyünün eni 8 metrdir, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni isə 4 metrdir, hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa qırıq-qırıq xətlər vardır, hərəkət hissəyə sağdan və soldan torpaq sahəsi birləşir, sonra sağdan torpaq sahəsi, soldan isə tikili birləşir, yol (küçə) şəhər elektrik işığı ilə işıqlandırılır. Vurulan piyadanın sayı 1-dir, piyadanın vurulma yeri piyadanın hərəkət istiqamətində olan yoldur, şinlərin izləri yoxdur, tormozlanma izləri yoxdur, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələri yoxdur, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri yoxdur. Yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesində “Halikarnas balıkçısı” restoranına gedən yolda Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman onun hərəkət istiqamətinə nəzərən yolun sağında yerləşən Geofizika idarəsinə çatdıqda həmin idarənin qarşısında yolun sağından soluna keçməyə çalışan və yola daxil olub 2,3 metr məsafə qət etmiş piyadanı vurmuş və piyada aldığı xəsarətlərdən vəfat etmişdir (cild 1, iş vərəqi 5-14). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022-ci il tarixli, 1/746 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və metamfetamin, amfetaminlərdən istifadə etmişdir (cild 1, iş vərəqi 18). İşə əlavə edilmiş sənədlərin surətindən görünür ki, “VAZ 2102 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur, baş etibarnamə əsasında xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir (iş vərəqi 19-21). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 096-1454-1222 saylı arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X3 mövcud deyildir (cild 1, iş vərəqi 47). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 həmin iş üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 80). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3-9136-10 saylı məktubundan görünür ki, Səfərov X6 Rayon Məhkəməsiının 1(010)-56/2021 saylı, xx.xx.2021-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə hər ay qazancından 20% dövlət nəfinə tutulmaqla islah işləri növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və idarənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqi 139). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2719 saylı məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsi, nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 100). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/928 saylı rəyindən görünür ki: İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 105-107). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 23 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir:
1. Mərhum Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – daxili orqanların zədələnməsi və ikitərəfli çanaq sümüklərinin çoxsaylı sınıqları ilə müşayiət olunan qarının küt travması, sol diz oynağı sümüklərinin qapalı sınığı, alının qançırı, burun belinin sıyrığı həyatı olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər.
2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb daxili orqanların zədələnməsi nəticəsində baş vermiş qanitirmə olmuşdur. Ölüm meyidin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir (cild 1, iş vərəqi 108-111). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs həmin vaxt özünü itirdiyinə görə piyadaya yardım etmədən hadisə yerindən qaçdığını bildirmişdir (iş vərəqi 117-118). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən bildirmişdir ki, 17 fevral 2022-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus idarə etdiyi “VAZ 2102" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı evdən çıxmış, idarə etdiyi avtomobil ilə Zığ-Hövsan şossesindən “Halikarnas balıkçısı” adlı restoran istiqamətində yolun sağ kənarı ilə 50 km/saat sürətlə hərəkətdə olmuş, həmin vaxtı avtomobildə tək olmuş, sərnişin və ya yük olmamış, Suraxanı rayonu, Qum adası yaşayış sahəsi ilə hərəkətdə olan vaxtı həmin ərazidə yolun sağ tərəfində yerləşən Geofizika idarəsinin qarşısında qəflətən yolun sağ kənarı ilə əks istiqamətdə yolun sağ çiyni ilə asta yeriş ilə hərəkət edən 2 nəfər piyada qadının hərəkət etməsini görmüş, məsafə az olduğuna görə tormoz etsə də, təhlükənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin piyada qadınlardan birini, yəni avtomobil yoluna yaxın olan qadını vurmuş, o, avtomobili saxlayıb vurduğu piyadaya yaxınlaşmış, lakin hadisə yerində qalmamış və qaçaraq hadisə yerindən uzaqlaşmış, idarə etdiyi avtomobil hadisə yerində qalmış, sonra o, tanıdığı və Suraxanı RPİ-nin 30-cu PŞ-də işləyən Bəşir adlı polis əməkdaşına zəng edərək onunla gorüşmüş, о, Bəşirə baş verən hadisəni danışdıqdan sonra onunla birlikdə Suraxanı rayon Polis İdarəsinə getmişdir. Həmçinin Təqsirləndirilən şəxs ümumiyyətlə nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinin olmamasını, hadisədən əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində tanımadığı şəxsdən narkotik maddə alıb istifadə etməsini və yol-nəqliyyat hadisəsini törədən vaxtı da narkotik maddənin təsiri altında olmasını, hadisə vaxtı nə qarşıda, nə arxada, həmçinin əks istiqamətdə heç bir nəqliyyat vasitəsinin hərəkət etməməsini və həmin hadisəyə heç bir maneənin olmamasını, hadisə vaxtı yolun küçə işıqları ilə işıqlandırılmasını, yolun quru və düz, havanın yağmursuz olmasını, hadisə vaxtı İdarə etdiyi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasını və heç bir problemin olmamasını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs piyadanı vurduğu yeri göstərməsinə görə piyadanın vurulma yeri Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış sahəsində yerləşən Zığ-Hövsan şossesi istiqamətindən “Halikarnas balıkçısı” restoranı istiqamətinə gedən hərəkət hissəsinin sağ kənarı olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 121-122). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1451 saylı rəyindən görünür ki: İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2102 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblarinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir (cild 1, iş vərəqi 140-143). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübut kimi haqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ-2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs arvadı X8 qaytarılmışdır (cild 1, iş vərəqi 103). İşdə olan nikah haqqından şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə X10 ilə nikaha daxil olmuş, himayəsində xx.xx.2016-cı il təvəllüdlü Səfərova Məryəm adlı övladı vardır (cild 1, iş vərəqi 169-171). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263- 1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV hissəsində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı: - nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; - zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “X16” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; - hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi nəticəsində sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdikdən sonra yol-nəqliyyat hadisəsi yerindən qaçması kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-56/2021 saylı hökmündən görünür ki, Səfərov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-56/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancınn 20%-i dövlət nəfinə tutulmaqla 01 (bir) ay islah işləri cəzasına məhkum edilmiş, 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8ci bəndinə əsasən cəzadan azad edimişdir (cild 1, iş vərəqi 90-99). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası hədlərində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz müddətə azalıqdan məhrum etmə cəzası, 264-cü maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, 264-cü maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5ci maddəsinin tələbləri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 19 fevral 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanlmışdır (iş vərəqi 34, 70-75, 201-204). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 18 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələrinin sanksiyalarında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ 2102” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Təqsirləndirilən şəxs arvadı X8 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizaları cəmi 213 (iki yüz on üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 263- 1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı)ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “VAZ 2102” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Təqsirləndirilən şəxs arvadı X8 qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 213 (iki yüz on üç) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.