Məhkəmə qərarları › İş №1(101)-1343/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1343/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1343/2023 18.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 2000-ci ildə Abşeron rayonu Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsi, ev 37-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Telegram” sosial şəbəkəsi vasitəsi ilə tanışı Şahid1 cinsi əlaqədə olmaq niyyətində olması ilə bağlı SMS yazıb göndərmiş Zərərçəkmiş şəxs Şahid1 qadın və cinsi azlığın nümayəndəsi olmadığını izah etmək məqsədi ilə 10 noyabr 2022-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanına dəvət edilmiş Zərərçəkmiş şəxs izah etmək istədikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsinə görə özünü təhqir edilmiş kimi hesab etməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş açılıb-qatlanan bıçağı açıq vəziyətə gətirib kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs sol bud nahiyəsindən və döş qəfəsinin sol nahiyəsindən qəsdən vurub, ona sol budun 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən və hemorragik şok və sol tərəfli hemopnevmotoroksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol ağciyərin, diafraqmanın və mədənin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 qonşusudur, Zərərçəkmiş şəxs isə tanımamışdır. 10 noyabr 2022-ci il tarixdə saat 18 radələrində xalası oğlu Şahid2 hərbi xidmətdən məzuniyyətə gəlməsi ilə əlaqədar onu görmək üçün yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsinə getmişdir. Saat 21 radələrində xalası oğlu Fərhadla birlikdə çay evinə gedərək çay içmək qərarına gəlib evdən çıxmışlar. Evdən çıxarkən Fərhad dostu Rəşada “watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə sms yazaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Nur” çay evinə gələcəyini bildirmişdir. Bundan sonra Fərhadla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Nur” çay evinə getmişdir. Çay evinə daxil olduqda Rəşadla digər dostu Şahid3 oturub çay içdiklərini görmüşdür. Rəşad ona və onlarla birlikdə olan şəxslərə bildirdi ki, bir nəfər şəxs ona mesaj yazaraq görüşməyi, daha doğrusu cinsi əlaqədə olmağı təklif edir. Rəşad 17 yaşında olmaqla yaşadıqları Kürdəxanı qəsəbəsində maşın ehtiyat hissələri mağazasında işləyir. Rəşaddan həmin şəxsin nə üçün belə bir söhbət etdiyini soruşduqda, Rəşad dəfələrlə həmin şəxsə kişi olduğunu, kişilərlə cinsi əlaqədə olmadığını bildirdiyini, lakin həmin şəxs ondan əl çəkməyib, mütəmadi olaraq ona sms yazdığını demişdir. Bu səbəbdən Rəşad həmin şəxsi Kürdəxanıya məsələni araşdırmaq üçün dəvət etdiyini, həmin şəxslə görüşdüyü zaman onun yanında olmasını xahiş etmişdir. Rəşaddan həmin şəxsin saat neçədə gələcəyini soruşduqda Rəşad təxminən 22-23 radələrində gələcəyini bildirmişdir. Rəşadla razılaşmış və Zərərçəkmiş şəxs gələnədək evə gedib yemək yeyib qayıdacağını demişdir. Fərhadla Baloğlan isə məhəllədə onları gözləyəcəklərini demişlər. O, ofisiant işlədiyi üçün üzərində həmişə bıçağı olan qapaq açan gəzdirirdi. Evdən həyətə çıxdıqdan bir neçə dəqiqə sonra Rəşad da həyətə gəlmişdir. Saat təxminən 23 radələrində hal-hazırda məhkəmə zalında gördüyü Zərərçəkmiş şəxs “Telegram” vasitəsi ilə Rəşada sms yazaraq çatdığını demişdir. Bu səbəbdən o, yaşadığı evin həyətinə keçmiş, lakin həyətin qapısını açıq saxlamışdır. Bir neçə dəqiqə sonra “Prius” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil yaşadığı məhəllədə dayanmış və içərisindən bir nəfər, yəni Zərərçəkmiş şəxs düşmüşdür. Bayram Rəşadla görüşüb söhbət edə-edə piyada hərəkət etməyə başlamışdır. Bayram onun yaşadığı fərdi yaşayış evinin qarşısından keçdiyi zaman qapının açıq olduğunu, onun isə dayanaraq gözlədiyini görüb qaçmağa başlamışdır. Həmin vaxtı Rəşad yüksək səslə onu çağırdığına görə o, yaşadığı evin həyətindən küçəyə çıxaraq Bayramın arxasınca qaçmış, ondan dayanmasını tələb etmiş, lakin Bayram dayanmayıb qaçaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də əsəbləşib Bayramın arxasınca qaçıb cibindən bıçağı olan qapaqaçanı çıxarıb, Bayrama çatıb bıçaqla onun istiqamətində iki dəfə zərbə atmış, həmin zərbələrdən biri Bayramın sol bud nahiyəsindən, ikincisi döş qəfəsinin sol nahiyəsindən dəymişdir. Bundan sonra o, dayanmış Bayram isə qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra üzərində olmuş bıçaq olan funksional qapaq açanı kanala tullayıb yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs onun və digərlərin ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbləşib onu bıçaqla vurmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Şahid1 isə sosial şəbəkələrdən tanıyır. Rəşad həmin şəbəkədə özünü qız adı ilə təqdim etdiyi üçün onunla tanış olub görüşmək istədiyini həmin şəbəkə vasitəsilə bildirmişdir. 10 noyabr 2022ci il tarixdə saat 21 radələrində yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Digah ərazi dairəsində yerləşən evdə olarkən istifadəsində olan mobil telefona “Telegram” sosial şəbəkəsindən sms daxil olmuşdur. Qız adı ilə çıxış edən şəxs, yəni sonradan adını bildiyi Şahid1 ona görüş təklif edib olduğu yerlə bağlı “məkan” atmışdır. Razılaşıb “məkan” atıldığı ünvana, yəni Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə “Bolt” programı vasitəsi ilə taksi sifariş vermişdir. Az bir müddətdən sonra “Prius” markalı, taksi avtomobili gəlmiş, həmin avtomobil ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə getmişdir. Orada avtomobildən düşdükdən sonra sürücü avtomobili idarə edib çıxıb getmiş o, isə ona sms yazan şəxsin sosial şəbəkə hesabına sms yazaraq çatdığını bildirmişdir. Bu zaman əvvəllər tanımadığı heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı Şahid1 ona yaxınlaşıb, həmin ünvana nə məqsədlə gəldiyini soruşmuşdur. Ondan uzaqlaşmaq istədikdə Rəşad yüksək səslə “Yunis qaçdı, onu saxla” deyərək qışqırmışdır. Rəşadın səsinə evlərdən birinin həyətindən hal-hazırda məhkəmə zalında gördüyü əvvəllər tanımadığı heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı Təqsirləndirilən şəxs çıxıb qarşısını kəsmək istəsə də, o həmin şəxsdən yayınıb qaçmağa davam etmişdir. Təqsirləndirilən şəxs yüksək surətlə qaçaraq sol tərəfdən ona yaxınlaşıb, sol bud və döş qəfəsinin sol nahiyəsindən zərbə endirmişdir. İlk əvvəl yumruqla vurulduğunu düşünüb dayanmadan qaçmağa davam edərək oradan uzaqlaşmışdır. Artıq həmin şəxslərdən uzaqlaşdıqdan sonra sinəsindən qan gəldiyini, halının pisləşdiyini görüb qarşıdan gələn avtomobilin qarşısına keçərək onu saxlatmışdır. Sürücü avtomobili saxladıqdan sonra o, avtomobilə əyləşmış, onu oradan aparmasını xahiş etmişdir. Bu zaman sürücünün onu həmin ünvana gətirən şəxs olduğunu görmüşdür. Sürücü onu yaşadığı Abşeron rayonu, Digah qəsəbəsinə gətirib düşürdükdən sonra ailə üzvləri onu götürüb xəstəxanaya aparmışdırlar. Xəstəxanada ona məlum olmuşdur ki, bıçaqla vurulub xəsarət alıb. Təqsirləndirilən şəxsin yaxınları onun xəstəxana xərclərini ödəmiş, bu səbəbdən onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Kürdəxanı qəsəbəsindəki məhəllə uşağı kimi tanıyır, onunla dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs isə hadisə gününə qədər tanımamışdır. Həmçinin bu iş üzrə şahid keçən və hal-hazırda həbsdə olan Şahid1 onun sinif yoldaşı və məhəllə uşağı olmaqla dostudur.xx.xx.2022-ci il tarixdə saat 18 radələrində dostları Təqsirləndirilən şəxs, hal-hazırda hərbi xidmətdə olan Şahid2 və Şahid1lə məhəllədə Yunisin evinin qarşısında oturub söhbət edirdilər. Həmin vaxt Rəşad «Teleqram» sosial şəbəkəsində cinsi azlığın nümayəndəsi ilə yazışmaqla məzələndiyini bildirmişdir. Rəşad hətta həmin şəxsin Kürdəxanıya onunla görüşə gələcəyini, həmin şəxsi cəzalandırmaq istədiyini bildirmişdir. Bu sözləri eşidən Təqsirləndirilən şəxs ona və Fərhada məhəllədən onun evinin həyətinə onunla birlikdə keçmələrini demiş, Rəşada isə məhəllədə gələn şəxsi qarşılayan zaman onu səsləməsini demişdir. Rəşad məhəlləyə çıxmış və bir müddət keçdikdən sonra Rəşadın qışqıraraq Yunisi çağırmasını eşitmişdir. Yunis həmin dəqiqə yola tərəf qaçmış, o və Şahid2 Yunisin arxasınca qaçmışlar. Yola çıxdıqda görmüşdür ki, Rəşadla görüşə gələn Zərərçəkmiş şəxs Rəşaddan və Yunisdən qaçaraq uzaqlaşır, bu vaxt həmin Zərərçəkmiş şəxs Yunisin ünvanına söyüş söyməsini eşitmişdir. Bundan sonra Bayramın arxasınca yalnız Yunis qaçmış və hava qaraldığı üçün Yunisin Bayrama çatıb-çatmadığını, aralarında nə baş verdiyini görməmişdir. Bir azdan Yunis onların yanına qayıtmış və Zərərçəkmiş şəxs söyüş söydüyü üçün bıçaqla vurduğunu demişdir. Bundan sonra onlar hərəsi öz evlərinə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadıqları məhəllədən tanıyır. Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar tanımış, əvvəllər heç bir tanışlığı və düşmənçiliyi olmamışdır. 10 noyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olduğu zaman “Telegram” sosial şəbəkəsindən tanıdığı Zərərçəkmiş şəxs ona sms yazaraq cinsi əlaqədə “aktiv” olduğunu bildirərək birlikdə cinsi əlaqədə olmağı təklif etmişdir. Zərərçəkmiş şəxs kişi olduğunu, kişilərlə cinsi əlaqədə olmadığını dedikdə, Bayram onun bir neçə kişi ilə cinsi əlaqədə olduğu barədə məlumatının və görüntülərinin olduğunu deyərək onunla da cinsi əlaqədə olmasını təklif etişdir. O isə cinsi azlıqlara mənsub olmadığını, kişi cinsinə mənsub şəxslərlə cinsi əlaqədə olmadığını bildirmişdir. Sonra Zərərçəkmiş şəxsı guya sonuncuda olan nalayiq görüntüləri təqdim etməsi üçün görüşə dəvət etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3la birlikdə yaşadıqları məhəllənin ərazisində olmuşdur. Yunisə bir şəxslə problemi olduğunu, həmin şəxsin məhəlləyə gələcəyini deyərək Yunisin yanında olmasını xahiş etmişdir. Belə ki, o yetkinlik yaşına çatmamış, Yunis isə ondan yaşlı idi. Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə taksi ilə gəlmiş və onların çox olduğunu görüb, başqa niyyətlərinin olduğunu düşünərək onları ümumi söymüş və oradan uzaqlaşmaq üçün qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyüş söydüyü üçün arxası ilə qaçmış, onlar isə Yunisin arxası ilə getmişlər. Təqsirləndirilən şəxs geri gəldiyini gördükdə ondan nə olduğunu soruşmuş, Yunis isə Zərərçəkmiş şəxsı bıçaqla vurduğunu bildirmişdir. Sonra onlar kömək məqsədi ilə Bayramın arxası ilə getmiş, lakin Bayramın yolda özünü maşının qarşısına ataraq saxlatdırmasını və oradan həmin avtomobil ilə uzaqlaşmasını görmüşdür. Yunisin Bayramı bıçaqla vurmasının bilavasitə şahidi olmamış, bu barədə Yunisdən eşidib bilmişdir. Özü, Fərhad və Baloğlan Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməmişlər, Bayram da onlara fiziki zor tətbiq etməmiş, xəsarət yetirməmişdir. Yunisə və digər dostları Fərhad və Baloğlana Bayramın ona etdiyi əxlaqsız təklifi barədə heçnə deməmiş, müstəntiq onun ifadəsini təhrif etmişdir. O sadəcə dostlarına bir şəxslə problemi olduğunu demişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PBnin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində yerləşən «Oba» marketin arxasında bıçaqlanıb, sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə X7 daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onu baçqla vurması nəticəsində bədən xəsarəti almışdır. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şhəri Sabunçu rayon məhkəməsinin 4(008)-925/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həbs etmənin əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin üzadılması barədə vəsatət təqsirləndirilən və zərərçəkən şəxslərin barışığı səbəbindən təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “qətimkan tədbirinin çesilməsi haqqında” 08 fevral 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək, yəni 02 ay 27 gün həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2022ci il tarixli, 2855 saylı rəyindən müəyyən olunur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs hemorragik şok və sol tərəfli hemopnevmotoroksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol ağciyərin, diafraqmanın və mədənin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol budun 1 (bir) ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti 11 noyabr 2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən hemorragik şok və sol tərəfli hemopnevmotoroksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol ağciyərin, diafraqmanın və mədənin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 3193 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri və ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir, fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədər özündən uydurmağa meyillik əlamətləri müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PBsininxx.xx.2023-cü il tarixli, ********* saylı məktubdan müəyyən olunur ki, cinayətin aləti olan bıçaq müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsti xparakterizə edən digər ənədlərdən müəyyən olunur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə tərkibi həm də nəzərə alır ki, bu cinayət hadisəsi məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında baş vermişdir. Belə ki, hadisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamışdır. Təqsirləndirilən şəxs tanışı Şahid1 cinsi azlığın nümayəndəsi olmadığını izah etmək istədikdə Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmiş, hadisə yerindən uzaqlaşmaq istəmiş, onu təqib edən Təqsirləndirilən şəxs bıçaqla sonuncunu vuraraq ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, xəstəxana xərclərinin ödənildiyi, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməsi ilə bağlı müddəa Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edərkən tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini həbsə alındığı 18 iyul 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) ay 27 (iyirmi yeddi) gün ərzində, yəni xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Allayar oğlunun xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı – 02 (iki) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar