Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1344/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X12 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-cü il ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, əvvəllər sürücü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, ünvan 3 2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 5,967 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Rüfət Məcidov 04 oktyabr 2023-cü il tarixdə saat 16:15-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 18:05-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı qara rəngli əl çantasının içərisindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 04 ədəd bükümdə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda çəkiləri 2,123 qram, 1,162 qram, 0,699 qram, 0,485 qram və 01 ədəd bükümdə tərkibinə görə digərlərindən fərqli olan 1,498 qram olan, ümumilikdə, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 5,967 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 oktyabr 2023-cü il tarixdə, saat 12:45 radələrində avtomobillə Azərbaycan Dövlət Neft Akademiyasının binasının yaxınlığında olarkən Yol Patrul Xidmətinin əməkdaşı sanki vaxt udmağa çalışaraq, ona qəribə suallar verməyə başlamışdır. Həmin vaxt onun sürücüsü işlədiyi şəxsin uşağı da avtomobildə olmuşdur. Saat 13:08 radələrində həmin uşağın oxuduğu Bakı Slavyan Məktəbinə çatmış, sonuncunu avtomobildən düşürtmüş, bu zaman ona yaxınlaşan İbrahim və Anar adlı iki nəfər, özlərini polis əməkdaşları kimi təqdim etmiş şəxslər onun özləri ilə polis idarəsinə getməli olduğunu bildirmişlər. Bu zaman İbrahim adlı polis əməkdaşı onun telefonunu da götürmüşdür. O, polis əməkdaşları ilə birlikdə özünün idarə etdiyi avtomobillə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına yollanmışdır. Təxminən 30-40 dəqiqə sonra, saat 13:45-də onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasında olmuşdur. Burada polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilmiş və bunun nəticəsində növbəti gün, yəni 05 oktyabr 2023-cü il tarixdə keçirilmiş videoçəkiliş zamanı sonuncular tərəfindən ona əvvəlcədən təqdim olunmuş bükümlərdə olan maddənin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Halbuki o, narkotikv vasitələrdən və psixotrop maddələrdən, ümumiyyətlə, istifadə etmir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 onun tutulması zamanı iştirak etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 04 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Nəsimi rayonuna getmişlər. 04 oktyabr 2023-cü il tarixdə saat 16:15-də ünvan 4 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu yaxınlıqda yerləşən DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla DİN-in BMCMİ-nin inzibati binasına gəlmişdir. DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Arif Rzayev tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 04 oktyabr 2023-cü il tarixdə saat 18 radələrdə Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, sağ əlində saxladığı qara rəngti əl çantasının içərisindən bir ədəd qara rəngli pul qabı, iki ədəd böyük şəffaf sellofan bükümü, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı, bir ədəd “İphone” markalı mobil telefonu və sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış zamanı böyük şəffaf sellofan bükümün birinin içərisində iki ədəd sellofan bükümün, digərinin içərisində isə iki ədəd gümüşü rəngli kağız büküm, bir ədəd qızılı rəngli kağız bükümün olması və həmin bükümlərdən birinin içərisində qəhvəyi, digərlərinin içərisində isə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümün və üç ədəd kağız bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul qabının içərisində 249 manat və 4 ABŞ dollar pul və beş ədəd plastik pul kartı, Rüfət Məcidova məxsus sürücülük vəsiqəsi və qara rəngli əl çantasının içərisindən qəbzlər aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Rüfət Məcidovun üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı, bir ədəd “İphone” markalı mobil telefonlar, ona məxsus sürücülük vəsiqəsi və beş ədəd plastik pul kartı götürülmüşdür. Rüfət Məcidovun üzərindən aşkar edilmiş 249 manat və 4 ABŞ dollar pulu ilə qara rəngli pul qabı və qara rəngli əl çantası onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini sosial şəbəkə vasitəsi ilə tanış olduğu və sonradan “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsin kart hesabına 150 manat pul köçürərək, sonradan sonuncunun göndərdiyi məkan vasitəsi ilə 04 oktyabr tarixində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən ağacın altından yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat tədbirində üç nəfər olmuşlar. Təqsirləndirilən şəxsi məktəbin yaxınlığında, yolun kənarında dayanan zamanı tutmuş, sonuncunu idarənin inzibati binasına sonuncunun avtomobili ilə deyil, xidməti avtomobillə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat tədbirində üç nəfər olmuşlar. X18 rayonu, S.Rəhimov küçəsi ərazisində dayanan zaman tutulmuşdur. Həmçinin sonuncunun tutulduqdan təxminən 20 dəqiqə sonra onlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin binasında olmuşlar. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin əməkdaşı Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Bakı Slavyan Məktəbində sürücü işləyir, “Mercedes Vito” markalı avtomobil idarə edir, Rüfət Məcidovu 2022-ci ilinin sentyabr ayından tanıyır, belə ki, onlar boş vaxtları olanda məktəbin qarşısında söhbətləşmişlər. Hadisənin baş verdiyi gün o, avtomobilində olan uşaqları məktəbə apararkən, Rüfətin avtomobili ondan bir avtomobil qabaqda olmuşdur. O, məktəbə çatarkən günorta vaxtı təxminən saat birə qalmış olmuşdur. Günorta saat ikiyə işləmiş olarkən uşaqları avtomobilindən düşürmüş, həmin vaxt Rüfətin avtomobilinə baxdıqda bir nəfər tanımadığı şəxsin sonuncunun avtomobilinin sürücü oturacağında, Rüfətin isə arxa oturacaqda oturduğunu görmüşdür. O, Rüfət Məcidovun 13:00 radələri tutulduğunu dəqiq bilir, ona görə ki, həmin saatlarda sürcüsü işlədiyi ailənin uşağını məktəbə gətirir. Müdafiə tərəfinin vəsatəti əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Bakı Slavyan Məktəbində sürücü işləyir, “Renault” markalı avtomobil idarə edir, Rüfət Məcidovu da elə sürücü işlədiyi vaxt tanımışdır. Hadisənin baş verdiyi gün, saat 13:00 radələrində iki nəfər tanımadığı şəxsin Rüfətə yaxınlaşaraq, sonuncunun apardığının şahidi olmuşdur. O, Rüfət Məcidovun 13:00 radələri tutulduğunu dəqiq bilir, ona görə ki, həmin saatlarda sürcüsü işlədiyi ailənin uşağını məktəbə gətirir. Müdafiə tərəfinin vəsatəti əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2006-cı ildən etibarən səyyar tərcüməçi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs tanıyır və 04 oktyabr 2023-cü il tarixdə sonuncuya tərcümə xidməti göstərmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə, saat 17:00-17:30 radələrində tutulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinə göstərdiyi tərcümə xidmət ilə orta hesabla ayda 3 dəfə çağırılır. Yaşadığı evdən BMCMİnin binasına 40 dəqiqəyə, iş yerindən isə 20 dəqiqəyə çatır. 05 oktyabr 2023-cü il tarixdə BMCMİ-ə hər hansı işlə bağlı çağırılmayıb, həmin tarixdə orada olmayıb. Müdafiə tərəfinin vəsatəti əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 04 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmək üçün BMCMİ-nin binasına getmiş və sonuncunun orada tanımışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, müdafiəçinin dəvət edilməsi haqqında qərar Bakı şəhəri 25 saylı Vəkil Bürosuna daxil olmuş, sözügedən qərar barədə ona təxminən 16:00 radələrində məlumat verilmiş, bu zaman “Vasif” adlı digər vəkil növbətçi olmasına baxmayaraq, sonuncunun işləri olduğundan o, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etmək üçün idarəyə getmişdir. 05 oktyabr 2023-cü il tarixdə hazırki cinayət işi ilə bağlı heç bir istintaq hərəkəti keçirilməyib. İş materiallarında əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin oduğunu bildirib, sağ əlində saxladığı qara rəngli əl çantasının içərisindən 01 ədəd qara rəngli pul qabı, 02 ədəd böyük şəffaf sellofan bükümü, əynində olan tünd boz rəngli cins şalvarın sol an cibindən 01 ədəd “Samsung” markalı, 01 ədəd “İphone” markalı mobil telefonu və sağ yan cibindən 01 ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış zamanı böyük şəffaf sellofan bükümün birinin içərisində 02 ədəd sellofan bükümün, digərinin içərisində isə 02 ədəd gümüşü rəngli kağız büküm, 01 ədəd qızılı rəngli kağız bükümün olması və həmin bükümlərdən birinin içərisində qəhvəyi, digərlərinin içərisində isə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə metamfetamini sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu sonradan “Whatsapp" vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsin kart hesabına 150 manat pul köçürərək, sonradan sonuncunun göndərdiyi konum vasitəsi ilə 04 oktyabr tarixində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar" metrostansiyası yaxınlığında yerləşən ağacın altından yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 05 oktyabr nömrəli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/5209 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,123 qram və 1,162 qram, 1 (bir) ədəd “gümüşü“ rəngli kağız bükümdə təmiz çəkisi 0,699qram,1 (bir) ədəd “qızılı” rəngli kağız bükümdə təmiz çəkisi 0,485 qram ağ rəngli kristallardan ibarət maddələr və 1 (bir) ədəd “gümüşü" rəngli kağız bükümdə təmiz çəkisi 1,498 qram açıq qəhvəyi rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd bükümdəki metamfetaminin ümumi təmiz çəkisi 5,967qram təşkil edir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4(dörd) ədəd bükümdəki ağ rəngli kristallardan ibarət metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 1 (bir) ədəd bükümdəki qəhvəyi rəngli kristallardan ibarət metamfetamin isə onlardan xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 oktyabr 2023-cü il tarixli, 6561 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş, cinayət işinin istintaq zamanı psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı İlə məşğul olması barədə əlavə əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbacan Respublikasının ərazisinə keçiribkeçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq psixotrop maddə əldə edib saxlaması cinayətini törətməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edilmişdir, bu baxımdan məhkəmə hesab edir ki, həmin sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Öncəliklə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq materiallarında göstərilən, şübhəli şəxs qismində tutulma, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin aparılması vaxtının reallığı əks etdirib-etdirməməsi ilə bağlı məsələni aydınlaşdırmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, cinayəti törətməkdə şübhəli olan şəxsə tutulma tətbiq oluna bilər. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Tutulma haqqında protokolda tutulmanın aparıldığı yer, tarix və vaxt göstərilməlidir. Məhkəmə cinayət işinin materiallarında olan 04 oktyabr 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolu və “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, qeyd edilən prosessual sənədlərin məzmunu təhrif edilərək tərtib edilmişdir və işin həqiqi hallarını əks etdirmir. Belə ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə, saat 16:15-də ünvan 4 ünvanının yaxınlığına olarkən şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə, saat 17:30-da müdafiəçisi Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili X8 və tərcüməçisi Teymur Süleymanovun da iştirakları ilə barəsində “Şübhəli şəxsin tutulması haqqında” protokol tərtib edilmiş, həmin gün saat 18:05-dən 18:33-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək, barəsində “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol tərtib olunmuş, protokolun tərtibi saat 18:40-dan 19:15-dək davam etmiş, protokol Təqsirləndirilən şəxs, onun müdafiəçisi Cavid Abbasov və tərcüməçisi Teymur Süleymanov tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinə əsasən, o, 04 oktyabr 2023-cü il tarixdə, saat 13:08 radələrində polis əməkdaşları tərəfindən tutulmuş, saat 13:45-də artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasında olmuş, barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti isə növbəti gün, yəni 05 oktyabr 2023-cü il tarixdə keçirilmişdir. Təqsirləndirilən şəxs tutulması, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilmə zamanının gələcəkdə aparılmış şəxsi axtarışın mötəbərliyinə təsir edən tutulma prosesinin qanunamüvafiq aparılıb-aparılmadığını müəyyən etmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1344/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarı ilə müdafiə tərəfinin vəsatətinə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** və 070 ***-**-** mobil telefon nömrələrin 04 oktyabr 2024-cü il tarixdə anten əhatə dairəsi barədə məlumatlar müvafiq mobil operatorlardan əldə edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** və 070 ***-**-** saylı mobil telefon nömrələrinin anten məlumatları «Google Maps” veb saytı vasitəsilə yoxlanılarkən aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə; 1) xx.xx.2023-cü il tarixdə, saat 13:03-də LBBK2439O2/LBBK2439 Suleyman Rahimov/"ünvan 5 ünvanında 3 nömrəli binanın zirzəmisi"/Nasimi/ (40.378xx/xx.83678) anteninin əhatə dairəsində olmuşdur, bu ünvan Təqsirləndirilən şəxs faktiki olaraq şübhəli şəxs qismində tutulduğunu bildirdiyi Bakı şəhəri, Süleyman Rəhimov 145 ünvanında yerləşən Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasına 72,37 metr, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 2,64 km məsafədə yerləşir (cinayət işinin materiallarında əlavə edilmiş 01 ədəd CD daşıyıcıda olan şəkil 1 və şəkil 2); 2) xx.xx.2023-cü il tarixdə, saat 13:14:06-da UBBK6253B/UBBK6253 Tezebazar/"Bakı şəhəri, Nəsimi rayonu,S.Vurğun küç,368-ci kvartal"/Nasimi/ (40.38xx/xx.83855) anteninin əhatə dairəsində olmuşdur, bu ünvan Təqsirləndirilən şəxs faktiki olaraq şübhəli şəxs qismində tutulduğunu bildirdiyi Bakı şəhəri, Süleyman Rəhimov 145 ünvanında yerləşən Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasına 541,33 metr, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 2,07 km məsafədə yerləşir (şəkil 3 və şəkil 4); 3) xx.xx.2023-cü il tarixdə, saat 13:17:51-də UBBK2429B/UBBK2429 Anvar Gasimzadeh_kuch/"Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 23"/Nasimi/ (40.390xx/xx.83903) anteninin əhatə dairəsində olmuşdur, bu ünvan Təqsirləndirilən şəxs faktiki olaraq şübhəli şəxs qismində tutulduğunu bildirdiyi Bakı şəhəri, Süleyman Rəhimov 145 ünvanında yerləşən Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasına 1,33 km, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,66 km məsafədə yerləşir (şəkil 5 və şəkil 6); 4) xx.xx.2023-cü il tarixdə, saat 13:27:51-də LBBK6109O2/LBBK6109 C. Zeynalov 8/"Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov 8"/Nasimi/ (40.393xx/xx.8577) anteninin əhatə dairəsində olmuşdur, bu ünvan Təqsirləndirilən şəxs faktiki olaraq şübhəli şəxs qismində tutulduğunu bildirdiyi Bakı şəhəri, Süleyman Rəhimov 145 ünvanında yerləşən Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasına 2,52 km, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 246,60 metr məsafədə yerləşir (şəkil 7 və şəkil 8); 5) xx.xx.2023-cü il tarixdə, saat 15:43:33də LBBK4815O2/LBBK4815 T_Bahramov_stad/"Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyiski 98A"/Narimanov/ (40.396xx/xx.85322) anteninin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 342,49 metr məsafədə yerləşir (şəkil 9); 6) xx.xx.2023-cü il tarixdə, saat 15:56:33-də, 16:11:33-də 16:13:49-də, 16:19:20-də, 16:19:52-də, 17:09:49-də və həmin günün sonunadək olan müxtəlif saatlarda LBBK5417O3/LBBK5417 ABU_ARENA/"Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küçəsi ,13, 13A , 17"/Narimanov/ (40.39xx/xx.8581) anteninin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 304,26 metr məsafədə yerləşir (şəkil 10). Beləliklə, təqsirləndirilən şəxs Rüfət Məcidova məxsus telefon nömrələrin anten məlumatları sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq edir, belə ki, həmin məlumatlardan aydın olur ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrə özünün şübhəli şəxs qismində faktiki olaraq tutulduğunu bildirdiyi saat 13:00 radələrində Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasının yaxınlığında yerləşən antenlərin əhatə dairəsində olmuş, həmin vaxtdan saat 13:27-dək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus mobil telefonun siqnalları hərəkət edərək Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin binasının yaxınlığında yerləşən antenlərdən uzaqlaşmış, eyni vaxtda da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının yaxınlığında yerləşən müxtəlif antenlərin əhatə dairəsinə tədricən daxil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs məxsus mobil telefonun siqnalları saat 13:27də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının 246,60 metrliyində yerləşən antenin əhatə dairəsinə daxil olmuş, bu vaxtdan günün sonunadək, eləcə də, ibtidai istintaq materiallarında onun şübhəli şəxs qismində tutulma saatı kimi göstərilən 16:15-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 304,26 metr məsafədə yerləşən antenin əhatə dairəsində olmuşdur. Qeyd edilənlər Təqsirləndirilən şəxs ibtidai istintaq materiallarında göstərildiyi kimi 04 oktyabr 2023-cü il tarixdə, saat 16:15-də deyil, özünün ifadəsində qeyd etdiyi saatda, yəni saat 13:00 radələrində şübhəli şəxs qismində tutulduğunu təsdiq edir. Həmçinin müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 və X5 ifadələrində Rüfət Məcidovun faktiki tutulma vaxtı barədə qeyd etdikləri, o cümlədən, sonuncunun 04 oktyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində tutulması barədə ifadələri Təqsirləndirilən şəxs bu barədə məhkəmə iclasında vermiş olduğu ifadəsini bir daha dəstəkləyir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs onun barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin faktiki olaraq tutulduğu gündən sonrakı gün, yəni 05 oktyabr 2023-cü il tarixdə keçirilməsi ilə bağlı ifadəsində qeyd etdiyi xüsusatların araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1344/2024 saylı, 26 aprel 2024-cü il tarixli qərarı ilə müdafiə tərəfinin vəsatətinə əsasən cinayət işinin ibtidai istintaqının gedişində iştirak etmiş Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili X8 ifadəsində olan 055 201-02-52, 051 918-18-58, 051 793-43-33, ***-***-**-** mobil nömrələrə, tərcüməçi Teymur Süleymanovun istifadəsində olan 051 ***-**-** mobil nömrəyə dair xx.xx.2023-xx.xx.2023cü tarixlərdə anten əhatə dairəsi, həmin tarixlərdə hər iki şəxsin istifadəsində olan mobil nömrələrə daxil olan və mobil nömrələrdən çıxan zənglər barədə məlumatları müvafiq mobil operatorlardan əldə edilmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına əsasən, müdafiəçi Cavid Abbasov və tərcüməçi Teymur Süleymanov 04 oktyabr 2023-cü il tarixdə, saat 17:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması rəsmiləşdirilərkən, saat 18:05-dən 18:33-dək sonuncu barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən və “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol tərtib olunub qurtardığı saat 19:15-dək olan müddət təqsirləndirilən şəxsin hüquqi yardım və tərcüməçinin köməyində istifadə hüququnun təmin edilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında olmuş, müvafiq prosessual sənədləri imzaları ilə təsdiq etmiş, beləliklə də ibtidai instintaq materiallarına əsasən, sonuncular 04 oktyabr 2023-cü il tarixdə saat 17:30-dan 19:15-dək olan müddətdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında olmuşlar. Cinayət işinin ibtidai istintaqının gedişində iştirak etmiş, məhkəməyə şahid qismində dəvət olunmuş vəkil X8 ifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları «Google Maps” veb saytı vasitəsilə yoxlanılarkən aşağıdakılar müəyyən edilmişdir: X8 ifadəsində olmuş mobil nömrə:
1. xx.xx.2023-cü il tarixdə, saat 18:28:40-da 40.399xx/xx.87579 koordinatlarında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,67 km məsafədə yerləşir (şəkil 11).
2. xx.xx.2023-cü il tarixdə, saat 18:29:07-də 40.406xx/xx.88697 koordinatlarında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 2,79 km məsafədə yerləşir (şəkil 12).
3. xx.xx.2023-cü il tarixdə, saat 18:48:17-dən 19:16:50-dək olan müddət ərzində 40.399xx/xx.87279 koordinatlarında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,41 km məsafədə yerləşir (şəkil 13). Qeyd edilən göstəricilərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində rəsmi prosessual hərəkətlərə başlanıldığı vaxtdan (Şübhəli şəxs qismində tutulma barədə protokolunun tərtib edildiyi saat 17:30-dan) həmin hərəkətləri başa çatdığı vaxtadək (Şəxsi axtarış və götürmə haqqında protokolun tərtib edilib yekunlaşdığı saat 19:15-dək) olan müddət ərzində müdafiəçi Cavid Abbasovun mobil telefonu ən yaxını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,41 km məsafədə yerləşən antenə siqnal ötürmüşdür. Bundan başqa əldə olunmuş məlumatlardan Cavid Abbasovun hərəkətdə olması qeyd olunur. Bu baxımdan və aşağıda göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, həmin vaxt sonuncunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında olması mümkün deyil. Belə ki həmçinin cinayət işinin ibtidai istintaqının gedişində iştirak etmiş, məhkəməyə şahid qismində dəvət olunmuş tərcüməçi Teymur Süleymanovun ifadəsində olan 051 855- 58-68 saylı mobil telefon nömrəsinin anten məlumatları «Google Maps” veb saytı vasitəsilə yoxlanılarkən müəyyən edilmişdir ki, həmin nömrə xx.xx.2023-cü il tarixdə, saat 17:53-dən 18:57-dək olan müddət ərzində Azneft İB-nin "Bibiheybetneft" NQCİ-nin erazisində yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 9,17 km məsafədə yerləşir (şəkil 14). Həmin göstəricidən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində rəsmi prosessual hərəkətlərə başlanıldığı vaxtdan (Şübhəli şəxs qismində tutulma barədə protokolunun tərtib edildiyi saat 17:30-dan) həmin hərəkətləri başa çatdığı vaxtadək (Şəxsi axtarış və götürmə haqqında protokolun tərtib edilib yekunlaşdığı saat 19:15-dək) olan müddət ərzində tərcüməçi Teymur Süleymanovun mobil telefonu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 9,17 km məsafədə yerləşən antenə siqnal ötürmüşdür. Teymur Süleymanovun istifadəsində olan mobil telefonun ötürdüyü siqnalın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına qədər olan məsafəsini nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, həmin vaxt sonuncu istintaq hərəkətlərinin aparıldığı idarənin inzibati binasında olmamışdır, əks halda Teymur Süleymanovun istifadəsində olan mobil telefon həmin inzibati binaya yaxın ərazidə yerləşən antenlərə siqnal ötürərdi. Məhkəmə hesab edir ki, Bakı şəhərinin Nəriman Nərimanov qəsəbəsi ərazisində (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının yerləşdiyi ərazi) istifadə olunan mobil telefonun ondan 9,17 km məsafədə yerləşən Bakı şəhəri, Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində yerləşən antenə siqnal ötürməsi faktiki olaraq mümkün deyil. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparıldığı zaman qeydə alınmış diskdəki görüntülərin vizual olaraq müşahidəsi zamanı müdafiəçi Cavid Abbasovun və tərcüməçi Teymur Süleymanovun hər ikisinin istintaq hərəkətinin keçirildiyi yerdə iştirak etməsi müəyyən olunur. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tərcüməçi Teymur Süleymanovun təqsirləndirilən şəxs barəsində prosessual hərəkətlərin aparıldığı yerdə iştirak etməməsi müdafiəçi Cavid Abbasovun iştirakını da istisna edir. Müvafiq mobil operatorlardan müdafiəçi X8 ifadəsində olan 055 201-02-52, 051 918- 18-58, 051 793-43-33, ***-***-**-** mobil nömrələrin və tərcüməçi Teymur Süleymanovun istifadəsində olan 051 ***-**-** mobil nömrənin anten əhatə dairəsi məlumatlara baxış keçirərkən müəyyən edilmişdir ki, sonuncular 04 oktyabr 2023-cü il tarixdə nəinki saat 17:30-dan 19:15-dək olan müddətdə, ümumiyyətlə, həmin gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında olmamışlar. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixli izahatı da sübutların siyahısından çıxarılmalıdır, o əsasla ki, müdafiəçi Cavid Abbasov və tərcüməçi Teymur Süleymanov həmin gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında olmamalarına baxmayaraq, həmin izahat sonuncular tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixli izahatı da sübutların siyahısından çıxarılmalıdır, o əsasla ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı və 232-ci maddələrinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs qismində tanınır. Şübhəli şəxsin dindirilməsi onun tutulmasından dərhal sonra aparılır. Şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. Məhkəmə ibtidai istintaq materiallarına baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixli “Sübhəli şəxsin tutulması haqqında” qərarla şübhəli şəxs statutu almasına baxmayaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müvafiq prosessual qaydalara uyğun olaraq şübhəli şəxs qismində dindirilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət daşıması barədə xəbərdar edilərək izahatı alınmışdır. Məhkəmə həmçinin müdafiəçi X8 ifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları «Google Maps” veb saytı vasitəsilə yoxlanılarkən aşağıdakıları müəyyən etmişdir: X8 ifadəsində olmuş mobil nömrə:
1. xx.xx.2023-cü il tarixdə, saat 16:26:34-də 40.40xx/xx.8677 koordinatlarında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,05 km məsafədə yerləşir (şəkil 15).
2. xx.xx.2023-cü il tarixdə, saat 16:30:27-də 40.39684/49. 85322 koordinatlarında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 432,34 metr məsafədə yerləşir (şəkil 16).
3. xx.xx.2023 16:30:32-də 40.40xx/xx.8677 koordinatlarında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,05 km məsafədə yerləşir (şəkil 15).
4. xx.xx.2023-cü il tarixdə, saat 16:46:49-da 40.393xx/xx.8577 koordinatlarında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 247,91 metr məsafədə yerləşir (şəkil 17).
5. xx.xx.2023 16:58:50-də və 16:59:41-da 40.40xx/xx.8677 koordinatlarında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 1,05 km məsafədə yerləşir (şəkil 15). Məhkəmə həmçinin tərcüməçi Teymur Süleymanovun ifadəsində olan 051 ***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları «Google Maps” veb saytı vasitəsilə yoxlanılarkən aşağıdakıları müəyyən etmişdir: Teymur Süleymanovun ifadəsində olmuş mobil nömrə:
1. xx.xx.2023-cü il tarixdə, saat 15:27-də Baki seh, Nerimanov r-nu, Xatai pr.172 “Messanet Holding” ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 661,12 metr məsafədə yerləşir (şəkil 18).
2. xx.xx.2023-cü il tarixdə, saat 15:39-da Nerimanov r-nu, Tebriz kuc 61, “Susa Restorani” ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 539,21 metr məsafədə yerləşir (şəkil 19).
3. xx.xx.2023-cü il tarixdə, saat 16:44-də Nerimanov r-nu, X23 30.”Chanaqqala restorani” ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 282,82 metr məsafədə yerləşir (şəkil 20).
4. xx.xx.2023-cü il tarixdə, saat 16:51-də F.X.Xoyski pr, 98a Tofiq Behramov adına stadionu ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 429,60 metr məsafədə yerləşir (şəkil 21).
5. xx.xx.2023-cü il tarixdə, saat 18:17-də Azneft İB-nin “Bibiheybetneft” NQCİ-nin erazisi ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur, bu ünvan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 9,17 km məsafədə yerləşir (şəkil 14). X8 və Teymur Süleymanovun istifadəsində olan mobil nömrələlərin 05 oktyabr 2023-cü il tarixinə olan anten məlumatlarına, xüsusilə də, yuxarıda göstərilən, sonuncuların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına ən yaxın ərazidə və ortaq vaxtlarda ötürülən mobil telefon siqnallarına dairə göstəricilərə əsasən məhkəmə belə qənaətə gəlir ki, müdafiəçi X8 və tərcüməçi Teymur Süleymanovun 05 oktyabr 2023-cü il tarixdə və hər bir halda 16:26-dan 16:51-dək olan müddət ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında olmuşlar. Bundan başqa Teymur Süleymanovun istifadəsində olan mobil telefon həmin gün saat 18:17-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına 9,17 km məsafədə yerləşən Bibiheybetneft” NQCİ-nin ərazisində yerləşən antenə məlumat ötürdüyündən, həmçinin tərcüməçinin istintaq hərəkətinin həyata keçirilməsi zamanı müvafiq idarədə iştirak etməməsi müdafiəçinin də iştirakını istisna etdiyindən, məhkəmə belə qənaətə gəlir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti nəinki cinayət işinin materiallarında göstərildiyi tarixdə, hətta cinayət işinin materiallarında göstərildiyi saatda keçirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsinin tələblərinə əsasən, tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müdafiəçinin yardımından pulsuz istifadə etmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92-ci maddəsinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçini tələb etdikdə həmin andan cinayət prosesində müdafiəçinin iştirakı təmin olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-cu maddəsinin tələblərinə əsasən tərcüməçi tərcüməni təmin etmək üçün zəruri olan bütün müddətdə istintaq və ya digər prosessual hərəkətlər aparılan yerdə olmaq, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolunda tərcümənin tam və düzgün qeyd olunmasını və cinayət prosesində iştirak edən şəxslərə təqdim olunan sənədlərdə tərcümənin düzgünlüyünü imzası ilə təsdiq etmək vəzifələrini yerinə yetirməlidir. Cinayət işinin ibtidai istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə, saat 14:30-dan 15:10-dək olan müddət ərzində Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili X8 və tərcüməçi Teymur Süleymanovun iştirakı ilə şübhəli şəxs qismində dindirilmiş, “Şübhəli şəxsi dindirmə haqqında” protokol onların hər biri tərəfindən imzalanmışdır. Müdafiəçi X8 istifadəsində olan mobil telefon nömrələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, sonuncunun mobil telefonu 05 oktyabr 2023-cü il tarixdə, saat 14:58:09-dan 15:02:55-dək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən müxtəlif antenlərə siqnal ötürmüşdür. Həmçinin tərcüməçi Teymur Süleymanovun istifadəsində olan mobil telefon nömrəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, sonuncunun mobil telefonu 05 oktyabr 2023-cü il tarixdə, saat 15:08-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına 10,37 km məsafədə yerləşən Bibiheybet qəsəbəsi ərazisində yerləşən antenə siqnal ötürmüşdür. Əldə olunmuş anten məlumatları məhkəmə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirildiyi 14:30-dan 15:10-dək olan müddətdə nə müdafiəçi X13, nə də tərcüməçi Teymur Süleymanov dindirmənin keçirildiyi yerdə iştirak etməyiblər. Bu baxımdan məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs müdafiə və tərcüməçinin köməyindən istifadə hüquqları pozulduğundan, sonuncunun 05 oktyabr 2023-cü il tarixli “Şübhəli şəxs qismində dindirilməsi haqqında” protokol da sübutların siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatəti ilə cinayət işinin ibtidai istintaq mərhələsində iştirak etmiş və məhkəmə iclasına şahid qismində dəvət edilmiş Cavid Abbasov və Teymur Suleymanovun telefon anten məlumatlarının əldə edilməsi onların şəxsi həyatı ilə bağlı məlumatlarını pozmamış və yol verilən hesab edilməlidir. Belə ki, əldə edilmiş məlumatlar məhdud çərçivədə sırf təqsirləndirilən şəxsin təqsirsizliyinin sübut edilməsi ilə əlaqədar olmuşdur. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə də uyğundur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin «d» bəndində qeyd edilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. Məhkəmə də müdafiə tərəfinin vəsatəti əsasında bu məlumatları əldə etməklə Təqsirləndirilən şəxs həmin hüququnu təmin etmişdir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin «Mirilaşvili Rusiyaya qarşı» 1 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, şahid terminin müstəqil təfsir etmək lazımdı və bu hal nəinki şahidlərə, həmçinin digər sübutlara tətbiq edilə bilər. Belə ki, Konvensiyanın həmin bəndi təqsirləndirilənə istinad edilən cinayət işi ilə bağlı olan yazılı sənədlərə, kompüter fayllarına da aid edilə bilər. Məhkəmə yuxarıda qeyd olunan sübutların tədqiqindən belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, məhkəmə baxışında göstərdikləri digər sübutlarla, təqsirləndirilən Təqsirləndirilən şəxs, şahidlər X6, X5 ifadələri və xüsusən təqsirləndirilən şəxsin, müdafiəçi X8 və Teymur Süleymanovun anten məlumatları ilə dəstəklənmişdir. Məhkəmə həmçinin onu da müəyyən etmişdir ki, cinayət işinin ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə istintaqa vermiş olduğu ilkin izahatından (İ cild, 49-cu səhifədə yerləşən) əvvəlki səhifədə (İ cild, 48-ci səhifədə) 05 oktyabr 2023-cü il tarixdə cons-ovir.apps.iamas.gov.az veb saytında sorğulanmış çıxarış yerləşdirilmişdir, hansı ki, burada təqsirləndirilən şəxsin şəxsiyyətinin eyniləşdirilməsinə dair məlumatlar, yəni Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatları öz əksini tapmışdır. Qeyd edilən hal bir daha onu təsdiq edir ki, hər nə qədər cinayət işinin materiallarında “Şübhəli şəxsin tutulması” və “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokolların 04 oktyabr 2023-cü il tarixdə tərtib edilməsi göstərilsə də, əslində həmin protokolların təsvir etdiyi prosessual hərəkətlər faktiki olaraq bir gün sonra, yəni 05 oktyabr 2024-cü il tarixdə keçirilmişdir. Əks halda təqsirləndirilən şəxsin şəxsiyyətinin eyniləşdirilməsinə dair məlumatlar sonuncu Daxili İşlər Nazirliyi BMCMİ-nin inzibati binasına gətirildiyi gün sorğulanardı. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Şərh olunanlar şəxsi axtarış və götürmə aparılması barədə protokolu sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının “Şəxsi axtarış və götürmə aparılması” barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları da şübhə altına alır. Beləliklə, məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş 04 oktyabr 2023-cü il tarixli “Şübhəli şəxs qismində tutulması haqqında” protokol, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, 06 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokol və şahidlər Şahid3 və Şahid1 ifadələri təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, dindirmə protokollarında təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 86.3-ci maddəsində göstərilmişdir ki, cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Lakin Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə təhqiqatçı tərəfindən qanunun bu tələbləri pozulmuşdur. Belə ki, CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılmalı olmasına baxmayaraq, cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs rəsmi olaraq tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə, saat 16:15-də tutulmuş, şübhəli şəxs qismində dindirilməsi xx.xx.2023-cü il tarixdə, saat 14:30-dan 15:10-dək olan müddətdə aparılmışdır. Yəni Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi dərhal deyil, təxminən 22 saat sonra aparılmışdır. Bundan başqa şahidlər Şahid3 və Şahid1 istintaq zamanı verdiyi ifadələri tədqiq etdikdə məlum olur ki, şahidlərin ifadələri biri digərindən köçürülmüş və bu da həmin ifadələrin inandırıcı olmasına şübhələri daha da artırır. Avropa Məhkəməsi “Kobiaşvili Gürcüstana qarşı” işində göstərmişdir ki, polis əməkdaşları ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Avropa Məhkəməsi “Hüseyn və digərləri Azərbaycana qarşı” işində göstərmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırılması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Məhkəmə yuxarıdakı sübutların tədqiqindən Şahid3 və Şahid1 ifadələrinin digər sübutlarla təsdiq olunmaması öz növbəsində sonuncu tərəfindən qəbul edilmiş əməliyyat axtarış-tədbirinin keçirilməsi haqqında qərarın mötəbərliyini də şübhə altına alır. Yəni Təqsirləndirilən şəxs barəsində hər hansı narkotik vasitəni saxlaması və istifadəsi barədə əvvəlcədən hər hansı məlumat olmamışdır. Həmçinin Avropa Məhkəməsi «Kobiaşvili Gürcüstana qarşı» qərarında ərizəçinin şəxsi axtarışının məhkəmə qərarı olmadan aparılmasını, buna səbəb olmuş əməliyyat məlumatının faktiki olaraq mövcud olmamasını və polis əməkdaşlarının şəxsi axtarışın faktiki hallarına dair ziddiyyətli ifadələrini nəzərə alaraq ərizəçinin şəxsi axtarışı nəticəsində əldə edilmiş sübutun etibarlılığının və mötəbərliliyinin şübhə doğurduğunu bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, iki polis əməkdaşının ifadələrini də təqsirləndirilən şəxsə elan edilmiş itiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şübhəli şəxsin üzərində axtarış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, növbəti gün Daxili İşlər Nazirliyinin BMCMİ-nin inzibati binasına keçirilmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında saxlanılması iddia edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bu qədər vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şübhəli şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Məhkəmə həmçinin şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin keyfiyyəti və burada aşkar olunmuş şübhəli məqamları qeyd edir. Videoçəkilişin 05:44-05:55-ci dəqiqəsində Təqsirləndirilən şəxsla təhqiqatçı Arif Rzayev arasında aşağıdakı məzmunlu dialoq baş tutmuşdur: Təhqiqatçı: Üzərinizdə qanunla qadağan edilmiş əşya-predmet nə isə var? Təqsirləndirilən şəxs: Xeyr. Təhqiqatçı: Necə yəni xeyr? Təqsirləndirilən şəxs: İstifadə etdiyim var, metamfetamin var. Bundan başqa şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin 23:24-23:27ci dəqiqəsində təqsirləndirilən şəxs Rüfət Məcidov hər iki əlinin baş barmağını əlinin içinə doğru qatlayıb, ardınca digər barmaqlarını ovucunun içində sıxaraq morze əlifbası ilə ifadə edilən, beynəlxalq səviyyədə tanınmış, yardıma ehtiyacı olmaq mənasını ifadə edən “SOS” (X24) əl siqnalını icra etmişdir. Məhkəmə iclası zamanı da təqsirləndirilən şəxs Rüfət Məcidov “SOS” əl siqnalını məqsədli şəkildə icra etdiyini bildirmişdir. Keçirilmiş videoçəkiliş zamanı Təqsirləndirilən şəxs, təhqiqatçının onun üzərində qanunla qadağan edilmiş əşya-predmet olmasına dair vermiş olduğu sualı “Xeyr” deyərək cavablandırması, təhqiqatçının təqsirləndirilən şəxsin üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olmasını dəqiq bilirmiş kimi “Necə yəni xeyr?” deyərək yönləndirici sual verməsi, yalnız bundan sonra təqsirləndirilən şəxsin üzərində metamfetamin olduğunu bildirməsi və sonuncunun yardıma ehtiyacı olmaq mənasını ifadə edən “SOS” (X24) əl siqnalını icra etməsi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin şəffaf şəkildə keçirilməməsinə, burada təqsirləndirilən şəxsin həqiqi iradəsinin təhrif olunmasına və kənar təsirlərə məruz qalmasına dair məhkəmədə kifayət qədər əsaslı şübhələr yaradır. Cinayət işinin materiallarında olan materialların-məhkəmə ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 6/5209 rəyi isə özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddəni növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. İttiham aktında sübut kimi istinad olunan ambulator məcburi narkoloji yoxlamanın 16 oktyabr 2023-cü il tarixli 6561 saylı rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Yekun olaraq məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, şəxsi axtarış və götürmə haqqında protokolda təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Məhkəmə hesab edir ki, şahidlərin Təqsirləndirilən şəxs üstündə narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi 04 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi barədə protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin baxış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq külli artıq miqdarda psixotrop maddə əldə edib özündə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 5,967 qram metafetaminin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan cinayət işi üzrə maddi sübut 5,967 qram psixotrop maddə metafetaminin ekspertiza təqdiqatından sonrakı 5,717 qram qalığı materiala əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə materiallarında məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti dövlətə aid edilməli, həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin 01 dekabr 2023-cü il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X9 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 5,967 qram psixotrop maddə metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə - metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 5,717 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılsın. Şübhəli şəxs qismində tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə materiallarında məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X9 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Elnur Nuriyev
Hakimlər: Kamran Muxtarov Azər Tağıyev