Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1346/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər- Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 qızı, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 29 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinə daxil olmuşdur. İşin baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mikayılov Eldar Əli oğlu (sədrliyi ilə), Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibə həvalə edilmişdir. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 09 iyul 2021-ci il tarixə, saat 14:00-a təyin edilmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən etmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “3 fevral 2021-ci il tarixli 2476 nömrəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkili haqqında Sərəncamı”na əsasən Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmişdir. Həmin Sərəncamın müddəalarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası 31 may 2021-ci il tarixli qərarı ilə özünün 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik etmişdir. Dəyişikliyə əsasən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyası müəyyən edilmişdir. Aşağıda sadalanan ərazi vahidləri Abşeron rayonu; Xaçmaz rayonu; Xızı rayonu; Qobustan rayonu; Quba rayonu; Qubadlı rayonu; Qusar rayonu; Siyəzən rayonu; Sumqayıt şəhəri; Şabran rayonu; Şamaxı rayonu; Şuşa rayonu; Zəngilan rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Daxil olmuş cinayət işi üzrə verilmiş ittihama görə Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş, tüfeyli həyat sürən, ailə üzvləri ilə birlikdə onunla bir evdə yaşamaqla faktiki olaraq himayəsində olan 1985-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs mütəmadi olaraq məruz qaldığı şəxsiyyətini aşağılayan təhqiredici və zorakı hərəkətlərinə birdəfəlik son qoymaq üçün ona ağır xəsarət yetirib fiziki cəhətdən şikəst edərək özündən tam asılı vəziyyətə salmaq qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2021 -ci il 21 mart tarixdə, səhər saat 06 radələrində, təsərrüfatda istifadə etdiyi balta ilə silahlanıb oğlunun ailə üzvləri üçün ayrılmış yataq otağına daxil olaraq döşəmədə salınmış yataqda arvadı X2 ilə uzanıb yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs yaxınlaşmış, otağın qaranlıq, - özünün isə həyacanlı olması səbəbindən əvvəlcədən planlaşdırdığı kimi baltanın küt deyil, kəsici tərəfi ilə bir dəfə sonuncunun təpə nahiyəsinə zərbə endirərək ona yetirilən »anda həyat üçün təhlükəli olması əlamətlərinə görə xəsarətlərin «ağır» növünə aid edilmiş «sağ gicgah nahiyəsinin kəllə qapağı sümüyünün sınığı və baş beyinə qansızma ilə müşayət olunan çapılmış yarasından» ibarət bədən xəsarətləri yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Şabran rayounuda qeydiyyatda olmaqla həmin rayon sakinidir və cinayət əməlini Şabray rayon Dəvəçi kəndində yaşadığı evdə törətmişdir. İttiham aktının tərtib edilməsi 22 iyun 2021 -ci il tarixdə saat 12:10-da Şabran RPŞ-nin İstintaq bölməsində başa çatdırılmışdır Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri Ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyatı üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cinayət hesab edilən əməllərini Şabran rayonu, Dəvəçi kəndində törətdiyindən və Şabran rayonu ərazi yurisdiksiyasına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü, 74.1-ci, 74.5-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyati üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyati üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Eldar Mikayılov Hakimlər Siyavuş Hacıyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1346/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1346/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver