Məhkəmə qərarları › İş №1(101)-1346/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1346/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1346/2022 24.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini, psixatrop maddə metamfetamini və narkotk vasitə asetilə edilmiş tiryəki qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 9 ədəd bükümdə ayrıayrlıqda təmiz çəkiləri 0,306 qram, 0,056 qram, 0,057 qram, 0,585 qram, 0,203 qram, 0,110 qram, 0,402 qram, 0,147 qram, 0,178 qram olmaqla ümumi təmiz çəkisi 2,044 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə təmiz çəkisi 2,782 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda asetilə edilən tiryəki qanunsuz olaraq əldə edib əynindəki yasəmən rəngli gödəkçənin sol iç cibində şəffaf sellofana torbaya bükülmüş halda daşımış və 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin NBM-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” metrostansiyasının qarşısında saxlanılıb adı çəkilən idarəyə dəvət edilərək, orada xidməti otaqların birində saat 18:55-də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan yasəmən rəngli gödəkçənin sol iç cibində şəffaf sellofana torbanın içindən 9 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,306 qram, 0,056 qram, 0,057 qram, 0,585 qram, 0,203 qram, 0,110 qram, 0,402 qram, 0,147 qram, 0,178 qram olmaqla ümumi təmiz çəkisi 2,044 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 2,782 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda asetilə edilən tiryək, 5 ədəd şpris, 2 ədəd başı kəsik ampula, 1 ədəd üzərində “Kent” yazısı olan limon duzu və həmin gödəkçənin sağ iç cibindən üzərində «Pocket Scale» yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, o, üzərində aşkar olunmuş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, təxminən 17 radələrində Yasamal rayonu ərazisində X7 150 manata alaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində «İçərişəhər» metrostansiyasının qarşısında iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək onun ad və soyadını soruşmuşlar. O da, özünü təqdim etdikdən sonra ondan üzərində narkotik maddənin olub-olmadığı soruşularkən o, üzərində narkotik vasitə olmadağanı bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları onu Səbail RPİ-nə dəvət etmişlər. Polis İdarəsində otaqların birində ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə keçirilmiş baxış zamanı əynindəki yasəmən rəngli gödəkçənin sol iç cibindən şəffaf rəngli sellofanın içərisindən 5 ədəd qəhvəyi rəngli kağıza bükülmüş bükülü, 3 ədəd şəffaf sellofana bükülmüş bükülü, 1 ədəd ağ rəngli kağıza bükülmüş bükülü, 1 ədəd şəffaf rəngli kağıza bükülmüş bükülü, 1 ədəd ağ kağıza bükülmüş bükülü, 5 ədəd tibbi iynələr, 1 ədəd üzərində “Kent” yazısı olan qabda limon duzu, 2 ədəd qırıq vəziyyətdə olan ampula, həmin gödəkçəmin sağ iç cibindən üzərində “Pocket Scale” yazısı olan qutu və qutunun içərisində ağ və sarı rəngli üzərində «Mesko» yazısı olan tərəzi, bundan başqa üzərində olan açıq mavi rəngli cins şalvarin qabaq sağ cibindən “Samsung A52” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra üzərindən çıxanları orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürləndikdən sonra tərəflərindən imzalanmışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində Təqsirləndirilən şəxs Səbail rayonu, "İçərişəhər” metro stansiyasının qarşısında olarkən saxlanılaraq Səbail RPİ-yə gətirilmiş, Səbail RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elnur Həsənov tərəfindən onun, polis kapitanı Şahid1, Səbail RPİ-nin KTQ-nin inspektoru, polis leytenantı X11, müdafiəçi X4 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmazdan əvvəl sonuncu bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki yasəmən rəngli gödəkçənin sol iç cibindən şəffaf rəngli sellofanın içərisindən 5 ədəd qəhvəyi rəngli kağıza bükülmüş bükülü, 3 ədəd şəffaf sellofana bükülmüş bükülü, 1 ədəd ağ rəngli kağıza bükülmüş bükülü, 1 ədəd şəffaf rəngli kağıza bükülmüş bükülü, 1 ədəd ağ kağıza bükülmüş bükülü, 5 ədəd tibbi iynələr, 1 ədəd üzərində "Kent” yazısı olan qabda limon duzu, 2 ədəd qırıq vəziyyətdə olan ampula, həmin gödəkçənin sağ iç cibindən üzərində "Pocket Scale" yazısı olan qutu və qutunun içərisində ağ və sarı rəngli üzərində "Mesko" yazısı olan tərəzini bundan başqa üzərində olan açıq mavi rəngli cins şalvarin qabaq sağ cibindən "Samsung A52” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütlələri Yasamal rayonu ərazsinidə "Emil’ adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra onların iştirakı ilə şübhəli şəxsin üzərindən çıxan əşyalar kağız zərfə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhürü ilə möhürlənərək götürülmüşdür. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərək müəyyən olunmuşdur ki, diskin içərisində 1 (bir) ədəd videofayl vardır; Video-diskdə olan video-fayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Samir Əkbərovun və vəkil X5 iştirakı ilə Qurbanov X21 şəxsi axtarışı həyata keçirilir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə o, əynindəki yasəmən rəngli gödəkçənin sol iç cibindən şəffaf rəngli sellofanın içərisindən 5 ədəd qəhvəyi rəngli kağıza bükülmüş bükülünü, 3 ədəd şəffaf sellofana bükülmüş bükülünü, 1 ədəd ağ rəngli kağıza bükülmüş bükülünü, 1 ədəd şəffaf rəngli kağıza bükülmüş bükülünü, 1 ədəd ağ kağıza bükülmüş bükülü, 5 ədəd tibbi iynələri, 1 ədəd üzərində "Kent" yazısı olan qabda limon duzunu, 2 ədəd qırıq vəziyyətdə olan ampulanı, həmin gödəkçənin sağ iç cibindən üzərində “Pocket Scale” yazısı olan qutu və qutunun içərisində ağ və sarı rəngli üzərində “Mesko" yazısı olan tərəzini, bundan başqa üzərində olan açıq mavi rəngli cins şalvarin qabaq sağ cibindən “Samsung A52” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, həmin narkotik vasitəyə bənzər kütləni Yasamal rayonu ərazsinidə "Emil” adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra onların iştirakı ilə şübhəli şəxsin üzərindən çıxan əşyalar kağız zərfə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhürü ilə möhürlənərək götürülmüşdür; Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Cinayət işinin materiallarında olan 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Diskin içərisində 2 ədəd dosye akşar olundu; 5(009) - 1310.2022 nömrəli 1-ci dosyeni açdıqda içərisində 5 ədəd «PDF» formatlı fayl akşar olundu; Birinci hissə «PDF» formatlı fayl açılaraq baxılan zaman müəyyən olundu ki, faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında müxtəlif şəxslərə məxsus mobil nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan SMS mətnləri vardır; İkinci hissə «PDF» formatlı fayl açılaraq baxılan zaman müəyyən olundu ki, faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmçinin anten əhatə dairəsi barədə məlumatlar vardır; Üçüncü hissə «PDF» formatlı fayl açılaraq baxılan zaman müəyyən olundu ki, faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmçinin anten əhatə dairəsi barədə məlumatlar vardır; Dördüncü hissə «PDF» formatlı fayl açılaraq baxılan zaman müəyyən olundu ki, xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrə nömrəyə yalnız "xxxx" MMC- yə məxsus mobil nömrələrdən zəng edən və zəng qəbul edən, həmçinin yalnız Bakcell MMC-yə məxsus mobil nömrələrdən SMS mətnləri göndərən və qəbul edən şəxslərin anket məlumatları verilmişdir; Beşinci hissə «PDF» formatlı fayl açılaraq baxılan zaman müəyyən olundu ki, xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrə nömrəyə yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrdən zəng edən və zəng qəbul edən, həmçinin yalnız Bakcell MMC-yə məxsus mobil nömrələrdən SMS mətnləri göndərən və qəbul edən şəxslərin anket məlumatları verilmişdir; 5(009) - 1364.2022 nömrəli 2-ci dosyeni açdıqda içərisində 4 ədəd PDF formatlı fayl akşar olundu; Birinci hissə «PDF» formatlı fayl açılaraq baxılan zaman müəyyən olundu ki, faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında X12 istifadəsində olan 055- ***-**-** saylı mobil nömrədən müxtəlif şəxslərə məxsus mobil nömrələrə göndərilən SMS mətnləri vardır; İkinci hissə «PDF» formatlı fayl açılaraq baxılan zaman müəyyən olundu ki, faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında müxtəlif şəxslərə məxsus mobil nömrələrdən X12 istifadəsində olan 055- ***-**-** saylı mobil nömrəyə daxil olan SMS mətnləri vardır; Üçüncü hissə «PDF» formatlı fayl açılaraq baxılan zaman müəyyən olundu ki, faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında X12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmçinin anten əhatə dairəsi barədə məlumatlar vardır; Dördüncü hissə «PDF» formatlı fayl açılaraq baxılan zaman müəyyən olundu ki, xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında X12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə nömrəyə yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrdən zəng edən və zəng qəbul edən, həmçinin yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrdən SMS mətnləri göndərən və qəbul edən şəxslərin anket məlumatları verilmişdir; Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: İkinci hissə faylda: Təqsirləndirilən şəxs məxsus ***-***-**-**nömrəsindən daxil olan və çıxan zənglərə baxış keçirilən zaman X16 məxsus ***-***-**-** nömrəsinə zəng etməsi müəyyən edilmişdir; Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı tarixdə, yəni, xx.xx.2022-ci ildə diskdə olan anten məlumatlarına əsasən saat 16:47-dən saat 18:53-dək Yasamal rayonu ərazisində olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung A52” markalı mobil telefonun «Whats app» mesajlarına baxış keçirilməsi barədə protokoldan görünür ki: «Ramiz Slava» adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrənin sahibi xx.xx.2022-ci ildə «Whats app» vasitəsi ilə mesajla "nağd l.m 40 (narkotik tərkibli preparat) zəhmət olmasa mn səndən xahiş edirəm əlaqələri işə sal, mən səndən çox xahiş edirəm” yazması müəyyən olunur; “Təqsirləndirilən şəxs’ cavabında “mənim qaynım Xırdalandadır. Mən xırdalana zəng vuraa bilərəm. Lakin o l.m 40 verməyəcək” “Ramiz Slava” cavabında yazır "bax da" sözlərini yazması müəyyən olunur; “Təqsirləndirilən şəxs" cavabında "ondan az götürmək lazımdır" sözlərini yazması müəyyən olunur; “Ramiz Slava “ cavabında "Bir təhər elə bezmişəm artıq, fikirləş mən onun üçün tapıram, o isə çıxmır, mamaçanı mən çalışıram” yazması müəyyən olunur; «X34» adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrənin sahibi xx.xx.2022ci ildə «Whats app» vasitəsi ilə mesajla “neçədə çıxırsan” Təqsirləndirilən şəxs mesajında “Gecə 1 sən məhlədəsən gəlim” sözlərini yazması müəyyən olunur; «X34» cavabında “Sumqayıtda” sözlərini yazır. “Təqsirləndirilən şəxs” isə işdən sonra mesajını yazması müəyyən olunur; «X34» “2 dənə” sözlərini yazır. “Təqsirləndirilən şəxs” cavabında “hə” mesajını yazır. «X34» isə “ok” sözünü yazır. Həmçinin xx.xx.2022-ci il tarixdə “Təqsirləndirilən şəxs” mesajında «X34» “2 dənə istəyirdim” sözlərini yazır. Daha sonra “onda 2 dənə amma ayrıayrı düzəldərsən da geyinim gəlirəm” sözlərini yazır. Yekunda isə “Ata mən hansı tərəfə gəlim” sözlərini yazması müəyyən olunur. Həmin «Whats app» ismarıclarından görünür ki, Qurbanov X6 Emil Kamil oğlundan narkotik vasitə istəyir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 30 mart 2022-ci il tarixli, 6/1700 nömrəli nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Şübhəli şəxs X2...» sözləri yazılmış zərfdəki 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,056 qram, 0,057 qram, 0,585 qram, 0,203 qram, 0,110 qram, 0,402 qram, 0,147 qram, 0,178 qram, ümumi təmiz çəkisi 2,044 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 2,782 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir, bir ədəd bükümdə təmiz çəkisi 0,986 qram, bir ədəd paketdə təmiz çəkisi 14,467 qram, ümumi təmiz çəkisi 15,453 qram olan ağ rəngli maddələr limon turşusudur. Limon turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nazarət edilən narkotik vasitələrin, psixotorp maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracana, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razələq) tələb olunan prekusorlarm siyahıları»-na və «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarmna daxil deyildir, beş ədəd birdəfəlik şpris, iki ədəd sınıq ampula, bir ədəd elektron tərəzidə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Resapublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in l Siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 11 may 2022-ci il tarixli, 6/2702 nömrəli nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,223 qram olan psixotrop maddə metamfetaminlə üzərində “X12 üzərindən aşkar olunmuş 4 ədəd” sözləri olan zərfdəki dörd ədəd bükümdə ümumi təmiz çəkisi 3,479 qram olan və üzərində “Emil Cabbarovun üzərindən aşkarlanmış” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,375 qram olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs 2” sözləri olan zərfdəki 9 ədəd bükümdə ümumi təmiz çəkisi 1,954 qram olan narkotik vasitə heroinlərlə üzərində “Emil Cabbarovun üzərindən aşkarlanmış” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,080 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 şəxsi Ambulator X1 xx.xx.2022- ci il tarixli, 2706 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı X3 OPİOİDLƏRİN və Psixostimulyatorlann birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,306 qram, 0,056 qram, 0,057 qram, 0,585 qram, 0,203 qram, 0,110 qram, 0,402 qram, 0,147 qram, 0,178 qram olmaqla ümumi təmiz çəkisi 2,044 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 2,782 qram olan asetilə edilən tiryək, 5 ədəd şpris, 2 ədəd başı kəsik ampula, 1 ədəd üzərində “Kent” yazısı olan limon duzu və üzərində “Pocket Scale” yazısı olan qutu və qutunun içərisində üzərində “Mesko" yazısı olan elektron tərəzi, “Samsung A52” markalı mobil telefon maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq 1,954 qram heroin, 0,223 qram metamfetamin, 2,732 qram asetilə edilən tiryək, 15,353 qram limon turşusu 5 ədəd şpris, 2 ədəd başı kəsik ampula, 1 ədəd üzərində “Kent” yazısı olan limon duzu və üzərində “Pocket Scale” yazısı olan qutu və qutunun içərisində üzərində “Mesko" yazısı olan elektron tərəzi, “Samsung A52” markalı mobil telefon zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diski və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diski maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29 mart 2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 sentyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuş və məhkumluğu ödənilməmiş təqsirləndirilən şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı ödənilmiş məhkumluqlar nəzərə alınmır. Himayəsində iki azyaşlı uşağın olması və əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 162 (bir yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Səbail RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 1,954 qram heroin, 0,223 qram metamfetamin, 2,732 qram asetilə edilən tiryək, 15,353 qram limon turşusu 5 ədəd şpris, 2 ədəd başı kəsik ampula, 1 ədəd üzərində “Kent” yazısı olan limon duzu və üzərində “Pocket Scale” yazısı olan qutu və qutunun içərisində üzərində “Mesko" yazısı olan elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung A52” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diski və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut olaraq Bakı şəhəri Səbail RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 1,954 qram heroin, 0,223 qram metamfetamin, 2,732 qram asetilə edilən tiryək, 15,353 qram limon turşusu 5 ədəd şpris, 2 ədəd başı kəsik ampula, 1 ədəd üzərində “Kent” yazısı olan limon duzu və üzərində “Pocket Scale” yazısı olan qutu və qutunun içərisində üzərində “Mesko" yazısı olan elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung A52” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diski və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi - 162 (bir yüz altmış iki) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar