Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1346/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü ildə Saatlı rayonu Fətəlikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, taksi sürücüsü işləmiş, məhkum olunmuş, Saatlı rayonu Fətəlikənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində kirayədə yaşamış, 3 saylı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs külli miqadar narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə «Məhəmməd» adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində «Məhəmməd» adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirməyi barədə razılığa gəlib 19 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən əvvəlcədən təyin edilmiş yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 4190,83 qram (4 kq. 190,83 qram) nakotik vasitə qurudulmuş marixuana, külli miqdarda, ümumi təmiz çəkisi 2012,635 qram (2 kq. 12,635 qram) narkotik vasitə heroin, külli miqdarda, ümumi təmiz çəkisi 90,1 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-BA-*** qeydiyyat nömrəli avtomobildə daşımaqla həmin narkotik vasitə və psixotrop madddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə avtomobildə saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsinin Narkotiklərə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 yanvar 2023-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib, xidməti otaqların birində üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd qara polietilen bükümdə təmiz çəkisi 40,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd yaşıl rəngli polietilen bükümdə külli miqdarda təmiz çəkisi 12,135 qram qəhvəyi rəngli tozçəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 23 radələrində Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə onun etibarnamə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış və götürmə aparılan zaman avtomobilin yük yerindən bir ədəd qara polietilen bağlamada külli miqdarda təmiz çəkisi 4150 qram (4 kq. 150 qr) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 2000,5 qram (2 kq. 0,5 qr) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 90,1 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan bir ədəd «Max. 5kqD=1g» yazılı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2013-cü ildən Bakı şəhərində kirayədə yaşamışdır. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Heroinin bir qramını 40 manata, marixuananın qramını isə 7-8 manata almışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 2022-ci ildə cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, elə həmin ildə cəzasını çəkib azadlığa çıxmışdır. «Hyundai Elantra» markalı avtomobili gündəlik 30 manata icarəyə götürüb etibarnamə ilə idarə etmiş, «Bolt» şirkətində taksi sürücüsü işləmişdir. Tutulmamışdan 2-3 gün əvvəl şəxsi istifadəsi üçün Məhəmməd kimi tanıdığı İran İslam Respublikası vətəndaşından 20 qram marixuana və 10 qram heroin almışdır. Belə ki, kartına pul göndərdikdən sonra sonuncu narkotik vasitələrin yerləşdirildiyi yer barədə ona məlumat vermiş və o, həmin yerə gedib narkotik vasitələri götürmüşdür. Əldə etdiyi heroinin 7-8 qramını istifadə etmişdir. 21 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Masazır qəsəbəsində Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb idarəyə gətirilmişdir. Şəxsi axtarış zamanı üzərindən 20 qram marixuana və 2-3 qram heroin aşkar edilmişdir. İdarə etdiyi avtomobilində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Şəxsi axtarış keçiriləndən sonra polis əməkdaşları avtomobilə narkotik vasitə və psixotrop maddə qoyacaqlarını bildirib, ondan videoçəkiliş zamanı həmin maddələrin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. O, əvvəlcə etiraz etmiş, buna görə əməliyyatçılar və onların rəisi tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Belə ki, idarənin dəhlizində 5-6 polis əməkdaşı tərəfindən döyülmüş, polislərdən biri onun belinə təpiklə vurmuş, lakin, gözə çarpacaq hansısa xəsarət almamışdır. İş üzrə adı şahid qismində keçən polis əməkdaşları da ona fiziki təzyiq göstərmişlər. Digər polis əməkdaşının adlarını bilmir. Bundan sonra məcbur olub, polislərin diktəsi ilə hərəkət etmiş, avtomobilə baxış keçirilərkən polis əməkdaşları tərəfindən əvvəlcədən qoyulan qara sellofan torbada olan narkotik vasitələr, psixotrop maddə, elektron tərəzi və digər əşyaların özünə məxsus olmasını bildirmişdir. Müdafiəçisi səhəri gün gəlib, özünü təqdim etmişdir. Narkotik vasitələri satmamış, bu məqsədlə heç kimlə qabaqcadan əlbir olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələri aldığı İran İslam Respublikası vətəndaşı ona narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərə yerləşdirib, pul qazanmağını təklif etsə də o, razılaşmamış və bunu etməmişdir. Bəzən tanışlarına narkotik vasitə vermiş, özündə olmayanda isə tanışları onu narkotik vasitəyə qonaq etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. İdarədə istintaq olunan ********* saylı cinayət işi üzrə 11 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat tapşırığına əsasən X1 narkotik vasitəni əldə etdiyi «Natiq» adlı şəxsin ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Nizami RPİ-nin rəisinə raportla müraciət edilmiş və müvafiq qərar qəbul edilmişdir. Həmin qərara əsasən «Natiq» adlı şəxsin tutulması üçün ondan və digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Ü.Hacıbəyov küçəsində saxlanılaraq Nizami RPİ-yə gətirilmişdir. İdarədə təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və müdafiəçi dəvət edilmişdir. Sonuncu şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman sonuncu əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd yaşıl rəngli polietilen bükümü və bir ədəd yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümü, gödəkçəsinin sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonu və üzərindən «H» hərfi əks olunmuş bir ədəd avtomobil açarını çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu, onları İran İslam Respublikası vətəndaşı Məhəmməd kimi tanıdığı şəxsdən satmaq üçün alıb üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olduğunu bildirdiyi bükümlər zərflərə qoyulmuş və zərflərin üzəri möhürlə möhürlənmişdir. Şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilmiş və oxunduqdan sonra bütün iştirakçılar protokolun düzgünlüyü imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai» markalı avtomobilində də narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə baxış zamanı sonuncu avtomobilin yük yerində ehtiyat təkərin olduğu hissədən göy rəngli çantanı çıxardıb yerə qoymuşdur. Çantanın içərisinə baxış keçirildikdə bir ədəd yapışqan lentə sarılmış iri həcmli qara polietilen bağlama, bir ədəd yapışqan lentə sarılmış qara polietilen büküm, bir ədəd şəffaf polietilen büküm, bir ədəd elektron tərəzi, bir ədəd yapışqan lent, qiymət kağızları, qara polietilen torbalar, bir ədəd içərisində qeydlər olan dəftər və bir ədəd qeydlər olunan kağız aşkar edilmişdir. Həmin yapışqan lentlə bağlanmış iri həcmli qara polietilen bağlamanın içərisinə baxış keçirildikdə spesifik qoxuya malik qəhvəyi rəngli maddə, şəffaf polietilenin bükümün içərisinə baxış keçirdikdə kristal halında maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iri həcmli ot kütləsinin narkotik vasitə qurudulmuş marixuana, qara bağlamadakı maddənin narkotik vasitə heroin, şəffaf polietilen bükümdəki maddənin isə «patı» olduğunu, onları 4 gün qabaq İran İslam Respublikası vətəndaşı Məhəmməd kimi tanıdığı şəxsdən satmaq niyyəti ilə alaraq avtomobildə saxladığını bildirmişdir. Qeyd olunanlardan başqa iş üçün əhəmiyyət kəsb ediləcək və qanunla qadağan olunmuş başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr, elektron tərəzi zərfə qoyulmuş, zərflərin üzəri möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı nə onun, nə də digər polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 1-ci cildinin 3-cü vərəqindəki Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Nizami RPİ-nin rəisinin adına ünvanlanmış raportdan görünür ki, 23 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Abşeron rayonu, Masazır qəsəbəsi, Ü.Hacıbəyov küçəsində narkotik maddələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs «Hyundai Elantra» markalı **-BA-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. İşin 1-ci cildinin 35-36-cı vərəqələrindəki şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə saat 21:00-da ünvan 5 ünvanının yaxınlığında Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə və eyni zamanda vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və sonuncunun buna etirazı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Sonuncu əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd yaşıl rəngdə polietilen bükümü və bir ədəd yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümü, gödəkçəsinin sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonu və üzərində «H» hərfi əks olunmuş bir ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymuşdur. Gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş yaşıl rəngli polietilen bükümün içərisinə baxış keçirildikdə spesifik qoxuya malik qəhvəyi rəngli maddə, digər qara rəngli polietilen bükümün içərisinə baxış keçirildikdə isə spesifik qoxuya malik yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddələrin narkotik vasitə və qurudulmuş marixuana olduğunu, onları İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsdən satmaq məqsədi ilə əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd yaşıl rəngli polietilen bükümdə qəhvəyi rəngli maddə və bir ədəd qara rəngli polietilen bükümdə spesifik qoxuya malik yaşıl rəngli ot kütləsi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İşin 1-ci cildinin 39-40-cı vərəqələrindəki nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Elantra» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə və eyni zamanda vəkilin iştirakı olmadan avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və sonuncunun buna etirazı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilində qanunla əldə edilməsi və gəzdirilməsi qanunla qadağan edilmiş maddi sübutun olub-olmadığı soruşulduqda sonuncu, avtomobilin yük yerində ehtiyat təkərin olduğu hissədən göy rəngli yol çantasını çıxardıb yerə qoymuşdur. Çantanın içərisinə baxış keçirildikdə bir ədəd yapışqan lentə sarılmış iri həcmli qara rəngli polietilen bağlama, bir ədəd yapışqan lentə sarılmış qara polietilen büküm, bir ədəd şəffaf polietilen büküm, bir ədəd elektron tərəzi, bir ədəd yapışqan lent, qiymət kağızları, qara rəngli polietilen torbalar, bir ədəd içərisində qeydlər olan dəftər və bir ədəd qeydlər olunan kağız aşkar edilmişdir. Həmin yapışqan lentlə bağlanmış iri həcmli qara polietilen bağlamanın içərisinə baxış keçirdikdə spesifik qoxuya malik yaşıl ot kütləsi, yapışqan lentlə bağlanılmış qara rəngli polietilenin bükümün içərisinə baxış keçirdikdə spesifik qoxuya malik qəhvəyi rəngli maddə, şəffaf polietilen bükümün içərisinə baxış keçirildikdə isə kristal halında maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs iri həcmli ot kütləsinin narkotik vasitə qurudulmuş marixuana, qara bağlamadakı maddənin narkotik vasitə heroin, şəffaf polietilen bükümdəki maddənin isə «patı» olduğunu, onları 4 gün qabaq İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsdən satmaq məqsədi ilə alaraq avtomobildə saxladığını bildirmişdir. Qeyd olunanlardan başqa iş üçün əhəmiyyət kəsb edəcək və qanunla qadağan olunmuş başqa bir əşya tapılmamışdır. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr, elektron tərəzi qablaşdırılmaqla götürülmüşdür. Zərfin üzəri möhürləndikdən sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, oxunduqdan sonra düzgünlüyü imzalarla təsdiq edilmişdir. İşin 1-ci cildinin 47-51-ci vərəqlərindəki məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli 7/94 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «...Təqsirləndirilən şəxs...» yazısı və imzalar olan polietilen torbadakı bir ədəd qara polietilen bağlamada təmiz çəkisi - 4150 qram və üzərində «üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan sarımtıl rəngli kağız paketdəki 1 (bir) ədəd qara poletilen bükümdə təmiz çəkisi 40,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 4190,83 qramdır (4 kq. 190,83 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş üzərində «..avtomobildən..» yazısı və imzalar olan sarımtıl rəngli kağız paketdəki bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. İşin 1-ci cildinin 52-57-ci vərəqlərindəki məhkəmə fıziki-kimyəvi ekspertizasının 24 yanvar 2023-cü il tarixli 6/436 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN zərflər üçün № 162» dairəvi möhür əksi, «üzərindən aşkar edilmiş» yazısı və imzalar olan paketdəki bir ədəd yaşıl rəngli polietilen bükümdə təmiz çəkisi 12,135 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün № 162» dairəvi möhür əksi, «avtomobildən» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2000,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 90,1 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «max. 5kqD=1g» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroin və metafetaminin izləri vardır. İz şəklində oldğu üçün heroinin və metamfetaminin çəkilərini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olubmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2012,635 qr (2 kq. 12,635 qr.) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. İşin 2-ci cildinin 43-47-ci vərəqələrindəki məhkəmə fıziki-kimyəvi ekspertizasının 28 fevral 2023-cü il tarixli 6/650 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin «Təhqiqat Obyekti 59» №-li ştamp əksi olan paketdəki Təqsirləndirilən şəxs üzərindən və **-BA-*** qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtomobilin yük yerindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlər və üzərində AR ƏN MEM-nin «Tədqiqat Obyekti № 67»-li ştamp əksi olan paketlərdəki X1 yaşadığı mənzildən və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlər kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə fərqlidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs üzərindən və **-BA-*** qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtomobildən aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 24 yanvar 2023-cü il tarixli 6/436 saylı, X1 yaşadığı mənzildən və üzərindən aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda təmiz çəkiləri 11 yanvar 2023- cü il tarixli 6/157 və 6/158 saylı ekspert rəylərində göstərilmişdir. İşin 2-ci cildinin 4-cü vərəqindəki protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməklə üzərində şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan prosesin aparılmasına etiraz etmədiyini bildirir. Təhqiqatçı polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələrini izah edir və prosesin videoçəkilişdən istifadə edilməklə keçirildiyini bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişdən istifadə edilməklə keçirilməsinə etiraz etmir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa, könüllü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd yaşıl rəngli polietilen və bir ədəd yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümü, sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonu və üzərində «H» hərfi əks olunmuş avtomobil açarını çıxardıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin birinin içərisində marixuana, digərinin içərisində isə heroin olduğunu, həmin maddələri İİR-sı vətəndaşı Məhəmməd adlı şəxsdən satmaq məqsədi ilə əldə edib saxladığını bildirir. Aşkar edilmiş narkotik vasitələr zərfə qoyulur, zərfin üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bununla bağlı protokol tərtib edilir, protokol iştirakçılara oxunur və sonuncular imzaları ilə protokolun doğruluğunu təsdiq edirlər. İşin 2-ci cildinin 5-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində narkotik vasitə olduğunu bildirir. Ona təhqiqatçı tərəfindən avtomobilində qanunsuz yolla əldə edilmiş hər hansı bir əşya və ya narkotik varsa, könüllü təqdim etməsi təklif edilir. X2 avtomobilin yük yerində ehtiyat təkərinin olduğu hissədən göy rəngli yol çantasını çıxarıb yerə qoyur. Həmin çantanın içərisinə baxış keçirildikdə bir ədəd yapışqan lentlə sarınmış iri həcmli qara rəngli polietilen bağlama, bir ədəd yapışqan lentə sarılmış qara rəngli polietilen büküm, bir ədəd şəffaf polietilen büküm, bir ədəd elektron tərəzi, bir ədəd yapışqan lent, qiymət kağızları, qara polietilen torbalar, bir ədəd içərisində qeydlər olan dəftər və bir ədəd qeydlər olunan kağız aşkar edilir. Yapışqan lentlə bağlanmış iri həcmli qara polietilen bağlamanın içərisinə baxış keçirildikdə spesifik qoxuya malik qəhvəyi rəngli maddə, şəffaf polietilen bükümün içərisinə baxış keçirildikdə kristal halında maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs iri həcmli ot kütləsinin narkotik vasitə qurudulmuş marixuana, qara bağlamadıkı maddənin narkotik vasitə heroin, şəffaf polietilen bükümdəki maddənin isə «patı» olduğunu, onları 4 gün əvvəl İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsdən satmaq məqsədi ilə əldə edib avtomobilində saxladığını bildirir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə və psxiotrik maddələr, elektron tərəzi zərfə qoyulub möhürlənir. Zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və iştirakçılar tərəfindən imzalanır. Baxış nəticələrinə dair tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanır. İşin 2-ci cildinin 48-49-cu vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 7 aprel 2023-cü il tarixli, 1971 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 40-42-ci vərəqlərindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 11 fevral 2023-cü il tarixli 368 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər «nevrasteniya» müəyyən edilsə də, halhazırda onda həmin xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyətinə malikdir. Təqsirləndirilən şəxs öz prosessual hüquqlarını şəxsən həyata keçirə bilər. İşin 1-ci cildinin 124-132-ci vərəqlərindəki mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «Redmi» markalı mobil telefona baxış keçirilmişdir. Telefonun «Qalereya» bölməsinə baxış keçirilən zaman müxtəlif ünvanların, müxtəlif əşyaların, həmçinin narkotik vasitələrin foto şəkilləri, müxtəlif çəkilərdə narkotik vasitələrin elektron çəki tərəzisində çəkilişinə aid video görüntülər və fotoşəkillər, "xxxx" MMC-yə məxsus 4098-5844-6896-3275 nömrəli plastik kartın foto şəkilinin olması aşkar edildi. Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitələri İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxs əvvəlcədən müəyyən edilmiş yerlərə qoyaraq həmin ünvanların foto şəkillərini «Whatsapp» vasitəsi ilə ona göndərmiş və o, həmin ünvandan narkotik vasitələri götürərək əvvəlcədən müəyyən edilmiş ünvanlara qoymuşdur. Həmin fotoşəkillər də həmin ünvanların foto şəkilləridir. Narkotik vasitələrlə bağlı olan fotoşəkilləri və video görüntüləri o, İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxsə narkotik vasitələri götürdüyünü bildirmək məqsədilə çəkib atmışdır. "xxxx" MMC-yə məxsus 4098- 5844-6896-3275 nömrəli plastik kart özünə məxsusdur və öz adınadır. Narkotik vasitələrin satışından əldə olunan pullar həmin plastik karta göndərilmişdir. «Redmi» markalı mobil telefonun içərisində olan «Whatsapp» proqramına daxil olduqda +98-938-074-1023 saylı mobil nömrə ilə narkotik vasitələrin alışı-satışı ilə bağlı mesajlar və narkotik vasitələrin yerləşdirildiyi ünvanların şəkilləri aşkar edildi. Təqsirləndirilən şəxs +98-938-074-1023 saylı mobil nömrənin ona narkotik vasitələrin satışı təşkil edən İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxsə məxsus olduğunu bildirdi. Həmin sms yazışmaları və fotoşəkillər çap olunaraq protokola əlavə olunmuşdur. İşin 1-ci cildinin 186-271-ci vərəqlərindəki sms yazışmaları və 2-ci cildinin 62-ci vərəqindəki 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı "xxxx" MMCdən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları və sms yazışmalarının əks olunduğu bir ədəd CD diskdən götürülmüş sms yazışmalarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, 1 sentyabr 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 16 dekabr 2022ci il tarixdə saat 22:35:31-də «Təyyar tema götürürük *pul işarəsi* veririy onu göndər 30 deyqe dedin gör necə», ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə 22 dekabr 2022-ci il tarixdə saat 02:01:04-də «Mene 1 list derman bir azda kola getirr gozduyurem», ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə 23 dekabr 2022-ci il tarixdə saat 21:00:05-da «Qardaşim gör ne direm ot var qaqaş oda isdiyen var menen xeber gözdeir bir xeber de mene buna diyim gelsin ya gelmesin» 23 dekabr 2022-ci il tarixdə saat 21:22:11-də Qardaşim sen bele elede qardaşimsan senide bezdirdeim qaqaşa de 2 dene torpağ 1 denede piti əlavə qoysun qardaşimsan» 23 dekabr 2022-ci il tarixdə saat 22:33:48-də «Qaqa 6 qram torpağ qram yarim pati bir basda ot», ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə 26 dekabr 2023-cü il tarixdə saat 18:53:17-də «Natiq qardaşim 35 manat pul düzəldmişem o qaqaş mene nese vere bile», 26 dekabr 2022-ci il tarixdə saat 20:40:53-də həmin nömrəyə cavab olaraq, «50 duzeld 2 dene versin gotur» sms yazışmalarının olması aşkar edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin Təyyara məxsus olduğunu və Təyyarın ondan narkotik vasitə almaq üçün mesaj yazdığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən kimin ona yazıb narkotik vasitə istədiyini xatırlamadığını bildirmişdir. İşin 2-ci cildinin 50-53-cü vərəqlərindəki əşyanın maddi sübut hesab edilməsi haqqında 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd qara polietilen bağlamada təmiz çəkisi - 4150 qram və 1 (bir) ədəd qara poletilen bükümdə təmiz çəkisi 40,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 4190,83 (tədqiqatlardan sonra qalıq 4190,53) qram narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd yaşıl rəngli polietilen bükümdə təmiz çəkisi 12,135 (tədqiqatlardan sonra qalıq 12,015) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2000,5 (tədqiqatlardan sonra qalıq 2000,28) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 90,1 (tədqiqatlardan sonra qalıq 90,0) qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində «max. 5kqD=1g» yazısı olan qara rəngli elektron tərəzi, 23 yanvar 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aprılması haqqında, avtomobilə baxış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən iki ədəd DVD-R disklər iş üzrə maddi sübut kimi tanınmış, disklər cinayət işinə əlavə edilmiş, narkotik vasitələr, psixotrop maddələr və tərəzi isə saxlanılması üçün Nizami RPİ-yə təhvil verilmişdir. İşin 2-ci cildinin 63-83-cü vərəqlərindəki 19 aprel 2023-cü il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı götürülmüş bir ədəd «Redmi» markalı mobil telefon, idarə etdiyi «Hyundai» markalı avtombildən götürülmüş bir ədəd yapışqan lent, bir top qiymət kağızları, bir top qara polietilen torbalar, bir ədəd içərisində qeydlər olan dəftər, bir ədəd qeydlər olan kağız maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-yə təhvil verilmişdir. Həmin qərarla hazırki cinayət işindən istintaqa İran İslam Respublikasının vətəndaşı «Məhəmməd» adi ilə bilinən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İşin 2-ci cildinin 15-30-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov rayon məhkəməsinin 8 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 15 aprel 2022-ci il tarixdə Saatlı rayon məhkəməsinin qərarı ilə 2 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 28 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşin 1-ci cildinin 32-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə qeyd edilən təcridxanaya daxil olmuş, sorğu zamanı o, zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı da yeni xəsarət və zədə izləri aşkar edilməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək şəxsi axtarış zamanı üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi 20 qram marixuana, 2-3 qram isə heroin aşkar edildiyini, idarə etdiyi «Hyundai» markalı avtomobildən aşkar edilmiş narkotik vasitələr, psixotrop maddə, elektron tərəzi və digər əşyaların polis əməkdaşları tərəfindən qoyulduğunu, narkotik vasitələri satmadığını, bu məqsədlə heç kimlə qabaqcadan əlbir olmadığını bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq edilmiş etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktub və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş bir ədəd qara polietilen bükümdə təmiz çəkisi 40,83 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara polietilen bağlamada təmiz çəkisi 4150 qram narkotik vasitə qurudulmuş marixuana olmaqla, ümumi təmiz çəkisi 4190,83 (tədqiqatdan sonra qalıq 4190,53) qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd yaşıl rəngli polietilen bükümdə təmiz çəkisi 12,135 (tədqiqatdan sonra qalıq 12,015) qram narkotik vasitə heroin, bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2000,5 (tədqiqatdan sonra qalıq 2000,28) qram narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 90,1 (tədqiqatdan sonra qalıq 90,0) qram psixotrop maddə metamfetamin, üzərində heroin və metamfetamin izləri olan bir ədəd «max. 5kqD=1g» yazılı elektron tərəzi, onun idarə etdiyi avtomobildə axtarış aparılarkən götürülmüş bir ədəd yapışqan lent, bir top qiymət kağızları, bir top qara polietilen torbalar, bir ədəd içərisində qeydlər olan dəftər, bir ədəd qeydlər olan kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd «Redmi» markalı mobil telefon onun qohumlarına qaytarılmalı, onun üzərində şəxsi axtarış və avtomobildə axtarış aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən iki ədəd DVD-R disklər və Azercell Telekom MMC-dən daxil olmuş bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 306 (üç yüz altı) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 144 (yüz qırx dörd) manat onun işlədiyi «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş bir ədəd qara polietilen bükümdə təmiz çəkisi 40,83 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara polietilen bağlamada təmiz çəkisi 4150 qram narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumi təmiz çəkisi 4190,83 (tədqiqatdan sonra qalıq 4190,53) qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd yaşıl rəngli polietilen bükümdə təmiz çəkisi 12,135 (tədqiqatlardan sonra qalıq 12,015) qram narkotik vasitə heroin, bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2000,5 (tədqiqatdan sonra qalıq 2000,28) qram narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 90,1 (tədqiqatdan sonra qalıq 90,0) qram psixotrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan bir ədəd «Max. 5kqD=1g» yazılı elektron tərəzi, onun idarə etdiyi avtomobildə axtarış aparılarkən götürülmüş bir ədəd yapışqan lent, bir top qiymət kağızları, bir top qara polietilen torbalar, bir ədəd içərisində qeydlər olan dəftər, bir ədəd qeydlər olan kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd Redmi markalı mobil telefon onun qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və avtomobildə axtarış aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən iki ədəd DVD-R disklər və Azercell Telekom MMC-dən daxil olmuş bir ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 306 (üç yüz altı) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 144 (yüz qırx dörd) manat onun işlədiyi «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1346/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1346/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver