Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1346/2024 19.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı il Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Hüseyn» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 10 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixə keçən gecə saat 4 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən gizlədilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Grand” marketin yaxınlığında yaşayış evlərinin ümumi istifadədə olan küçəsində taxta dirəyin altından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 37,367 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 9,893 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, həmin tarixdə saat 04:30-da Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Grand” marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 6-cı PB-nin inzibati binasına gətirilmiş və orada saat 05:55-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən 9 ədəd selofan kəsiyi bükümdə nəm halda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,807 qr, 4,457 qr, 4,130 qr, 5,960 qr, 3,420 qr, 3,332 qr, 2,425 qr, 3,523 qr və 4,313 qram olmaqla, ümumi çəkisi 37,367 qram olan qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 7 ədəd sellofan kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,826 qr, 2,740 qr, 0,892 qr, 0,888 qr, 0,830 qr, 0,820 qr və 0,897 qram olmaqla, ümumi çəkisi 9,893 qram ağ rəngli kristall şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, sentyabr ayının 10-u axşam saat 21:00-22:00 aralığında metamfetamin götürmək üçün İran vətəndaşı tərəfindən ona atılan ünvana getmişdir. Polis əməkdaşları tərəfindən şöbəyə aparılmış, şöbədə kakos adlı narkotik vasitəni onun üzərinə yerləşdirərək onu yükləmişlər. İdarədə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Çəkiliş zamanı vəkil də yanında olmuş və o polisin dediklərini qəbul edərək, onların dediyi kimi ifadə vermişdir. O, 10 qram narkotik vasitəni 13-14 günə istifadə edirmiş. Çəkilişdə narkotik vasitənin ona məxsus olduğunu qəbul etmişdir. Sonuncu dəfə həmin şəxsdən 4 qram narkotik vasitə götürmüşdür. Narkotiki öz şəxsi istifadəsi üçün götürmüşdür. 5 aydır ki, narkotik vasitə istifadə etmir. İstintaqdakı ifadədisini təsdiq edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin sahə inspektoru vəzifəsində çalışır. Təqsdirləndirilən şəxsi hadisə zamanı tanımışdır. Bölmənin əməliyyat müvəkkilinə daxil olmuş məlumat əsasında əməliyyat tədbirində iştirak etmişdir. Şəxsi Biləcəri ərazisində saxlamışlar. Şəxsin üzərində təhqiqatçının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Üzərində qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, əynindəki cins şalvarın sol cibindən özünü dediyinə görə 52 büküm metamfetamin, 2 büküm heroin və digər cibindən İphone markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şəxsin barəsində protokol tərtib olunmuşdur. Təhqiqatçının və digər polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmışdır. Şəxsi sentyabr ayında saxlamışlar. Günün hansı saatı olduğunu xatırlamır. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki-psixi təsir olmamışdır. O, da polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Ağahüseyn Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bunda sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 7 ədəd ağ yapışqan kağızla bükülmüş və 2 ədəd şəffaf sellofana bükülmüş bükümləri və sağ yan cibindən bir ədəd iPhone markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş o, iPhone markalı mobil telefonun özünə məxsus olduğunu, təqdim etdiyi 7 ədəd ağ yapışqan kağızla bükülmüş və 2 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim etmişdir. Yapışqan kağıza bükülmüş 7 büküm açılmış və bükülülərdən 14 ədəd şəffaf selofana bükülmüş bükümlər çıxmışdır. Ümumilikdə 16 ədəd şəffaf sellofana bükülmüş bükülülər masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs 9 şəffaf sellofana bükülmüş bükülülərin içərisində olan vasitənin “kakos” adlanan narkotik vasitə “heroin” olduğunu, digər 7 ədəd şəffaf sellofana bükülmüş bükülülərin içərisində “patı adlanan psixotrop maddə metamfetamin olduğunun bildirmişdir. Şifahi sorğu sual zamanı həmin bükülünün içərisində olan narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu “Grand” marketin yaxınlığında əvvəlcədən təyin olunmuş yerə qoyulduğunu, oradan götürdüyünü və istifadəsi üçün özünü İran vətəndaşı olaraq təqdim edən Hüseyn adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra ona polis bölməsində və ya gətirilərkən hər hansısa fiziki güc tətbiq olunması barədə sual verilmiş, o, heç bir fiziki güc və ya zor tətbiq edilmədiyini qeyd etmişdir. Üzərindən aşkar edilmiş “heroin” və “metamfetamin” elektron tərəziyə qoyularaq ölçülmüş, “heroin”in ümumi çəkisi 42,34 qram ( 4,96 qram; 6,59 qram; 3,94 qram; 2,94 aram; 6,54 qram; 4,88 qram; 4,04 qram; 3,76 qram; 4,69 qram), psixotrop maddə “metamfetamin”-lətin ümumi çəkisi 11,39 qram (3,17 qram; 3,06 qram; 0,94 qram; 1,01 qram; 1,11 qram; 1,05 qram; 1,05 qram) təşkil etmişdir. Daha sonra, vətəndaşın üzərindən aşkar edilərək götürülmüş, 9 ədəd bükümdə narkotik vasitə “heroin”, 7 ədəd bükümdə psixotrop maddə “metamfetamin” və mobil telefonu zərfləşdirilərək möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4823 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdə 9 ədəd sellofan kəsiyi bükümdə nəm halda hər birinin ayrı-ayrılqda təmiz çəkisi 5,807 qr, 4,457 qr, 4,130 qr, 5,960 qr, 3,420 qr, 3,332 qr, 2,425 qr, 3,523 qr və 4,313 qram olmaqla,ümumi çəkisi 37,367 qram olan qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdə 7 ədəd sellofan kəsiyi bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 2,826 qr, 2,740 qr, 0,892 qr, 0,888 qr, 0,830 qr, 0,820 qr və 0,897 qram olmaqla, ümumi çəkisi 9,893 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustal üsulla hazırlamış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 37,367 qram, tədqiqata sərf edildi: 0,27 qram, qalıq 37,097 qram. Metamfetaminin ümumi təmiz çəkisi: 9,893 qram, tədqiqata sərf edildi: 0,21 qram, qalıq 9,683 qram. (Ekspertiza tədqiqatının dəyəri 88(səksən səkkiz) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “dvd disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan müəyən olunur ki, iş materiallarında olan diskə baxı keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs oğluna üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 7 ədəd ağ yapışqan kağızla bükülmüş və 2 ədəd şəffaf sellofana bükülmüş bükümləri və sağ yan cibindən bir ədəd İphone markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış: hər hansı bir əşya aşkar edilməmişdir. O, İphone markalı mobil telefonun özünə məxsus olduğunu bildirmiş, 7 ədəd ağ bükülünü və 2 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim etmişdir. Daha sonra yapışqan kağıza bükülmüş 7 büküm açılmış və 7 ədəd ağ yapışqan kağızla bükülmüş bükülülərdən 14 ədəd şəffaf selofana bükülmüş bükümlər çıxmışdır. Ümumilikdə 16 büküm masanın üzərinə qoyulmuş, onların nə olduğu sorişulduqda Təqsirləndirilən şəxs 9 ədəd şəffaf sellof bükümün içərisində “kakos” adlı narkotik vasitə “heroin”, digər 7 ədəd şəffaf sellofana bükümün içərisində “patı” adlanan psixotrop maddə metamfetamin olduğunun bildirmiş, həmin narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu “Grand” marketin yaxınlığında əvvəlcədən təyin olunmuş yerə qoyulduğunu, ordan götürdüyünü və istifadəsi üçün özünü İran vətəndaşı olaraq təqdim edən Hüseyn adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra ona hər hansı fiziki güc tətbiq olunması barədə sual edildikdə, cavab olaraq heç bir fiziki güc və ya zor tətbiq edilmədiyini bildirmişdir. Üzərindən aşkar edilmiş “heroin” və “metamfetamin”lər elektron tərəziyə qoyularaq ölçülmüş və heroinlərin ümumi çəkisi 42,34 qram ( 4,96 qram; 6,59 qram; 3,94 qram; 2,94 aram; 6,54 qram; 4,88 qram; 4,04 qram; 3,76 qram; 4,69 qram), psixotrop maddə “metamfetamin”-lətin ümumi çəkisi 11,39 qram (3,17 qram; 3,06 qram; 0,94 qram; 1,01 qram; 1,11 qram; 1,05 qram; 1,05 qram) təşkil etdiyi məlumolur. Daha sonra aşkar edilərək götürülmüş 9 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə “heroin”, 7 ədəd şəffaf sellofana bülümüş özünün deməyinə əsasən psixotrop maddə “metamfetamin" və mobil telefonu zərfləşdirilərək möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-959/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 7056 nömrəli rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Şəxsinin məhkəməpsixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3580 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir Psiki xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək İqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 37,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 9,683 qram kustal üsulla hazırlamış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 88 (səksən səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6(altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 88 (səksən səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 37,097 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 9,683 qram kustal üsulla hazırlamış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1346/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1346/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver