Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1347/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakları ilə 18 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş, işsiz, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 26 mənzil 32-də pasport qeydiyyatında olan, faktiki Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ev 29/42A mənzil 77-də yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə başqası ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs təşkil etmiş, cinayətkar plana uyğun olaraq o, çalışdığı “Binə” ticarət mərkəzindən tanıdığı Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 122A saylı ünvanda 162 kv.metr ərazidə yerləşən mağazanın, eləcə də, “İnwool” mağazalar şəbəkəsinin sahibi olduğuna inandırdıqdan sonra həmin mağazanı və mağazada quracağı biznesini ona 105.000 ABŞ dolları pul müqabilində satacağına yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2020-ci ilin avqust ayının 15-dən həmin ilin sentyabr ayının əvvələrinə qədər olan müddət ərzində ünvan 2 ünvanda əvvəlcə həmin dövrdə manatın dollar qarşısındakı məzənnəsi görə 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat təşkil edən 75.000 (yetmiş beş min) ABŞ dolları, daha sonra cinayətkar planın davamı olaraq qrupun digər üzvünün vasitəsi ilə həmin dövrdə manatın dollar qarşısındakı məzənnəsi görə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları olmaqla, eyni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə həmin dövrdə manatın dollar qarşısındakı məzənnəsi görə 178.500 (yüz yetmiş səkkiz min beş yüz) manat təşkil edən 105.000 (yüz beş min) ABŞ dolları məbləğində pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Binə ticarət mərkəzində alt geyim ticarəti ilə məşğul olurdu. Zərərçəkmiş şəxs də həmin vaxtlardan tanıyır, o da Binə ticarət mərkəzində ticarətlə məşğul olurdu. X4 "xxxx" şirkətinin icraçı direktoru idi. Şirkətin təsisçiləri də iki türk vətəndaşı idi. Şirkətin «İnwool» adlı mağazalar şəbəkəsi var, həmin mağazalarda iç geyimlərinin satışı həyata keçirilir. Mağazalar şirkətin mülkiyyətində deyildi, icarəyə verilmişdi. Daha sonra qeyri-rəsmi olaraq o direktor kimi fəaliyyət göstərdi, hər gün mağazalara gedirdi, satılan mallarla maraqlanırdı və digər məsələlərə nəzarət edirdi. İcraçı direktor olduğu vaxtlarda şirkətin mağazalar şəbəkəsinin növbəti filialının açılışı planlaşdırılırdı. Həmin filial Memar Əcəmi filialı idi. Mağaza isə Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 122A saylı ünvanda yerləşirdi və 162 kvadrat metr idi. Zərərçəkmiş şəxs özü ona bildirmişdi ki, nəsə bir çətinli, sıxıntı olsa ona yardım etməyə hazırdır, şərik olmaq istiyər, hətta ona təklif etdi ki, «İnwool»-un filiallarında bijuteriya satışı həyata keçirsin və əldə olunan gəliri ikisi bölsünlər. Savada mağazanın filialları, həmçinin təsisçilərin türk iş adamları olduğu barədə məlumat vermişdi, Zərərçəkmiş şəxs 105.000 ABŞ dollarına mağaza və içərisindəki malları satmamışdır, təkcə həmin mağazanın bazar qiyməti təxminən 1.250.000 manata yaxındır. Zərərçəkmiş şəxs bijuteriya ortaqlığı üçün tanışı Vüsalın yanında birdəfəyə 25000 ABŞ dolları pul vermişdi. Həmin pul ona mağazalarda bijuteriya satmağına imkan yaratmağı üçün idi. Zərərçəkmiş şəxs özündə 20000 ABŞ dolları dəyərində bijuteriya məhsulları var idi, hansı ki, onları da Çindən gətirmişdi, mağazalarda sırf onun özünə məxsus mallar da var idi-iç geyimləri, ətirlər və sairə.Türk iş adamı da bundan xəbərdar idi. Sonradan qardaşı Azərin türk iş adamı ilə konflikti yarandı və artıq gördülər ki, onlarla işləmək mümkün deyil. Buna görə də o Savadla görüşüb ona bildirdi ki, pulu geri qaytaracaq, bijuteriya məsələsi baş tutmayacaq. Savaddan 4-8 ay vaxt istədi ki, Moskva şəhərinə gedib işləsin və ona həmin məbləği geri qaytarsın. Ancaq o ona möhlət vermədi. Zərərçəkmiş şəxs ona 105.000 ABŞ dolları pul verməyib. Memar Əcəmi filialının açılışı olduqdan sonra bijuteriyaların mağazada yerləşdirilməməsinə səbəb o deyildi, Zərərçəkmiş şəxs özü bu prosesi gecikdirmişdi, türk təsisçinin Savadla aralarında olacaq bijuteriya ortaqlığı barədə məlumatı varı idi, işləri baş tutmayacağı təqdirdə ona 4-8 ay müddətində qaytacağını bildirmişdi. Savada cəmi 13000 dollar borcu qalıb. Bijuteriyadan əldə olunan qazancı Savadla ikisi böləcəkdilər. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o 2012-ci ildən etibarən “Binə” ticarət mərkəzində ayaqqabı ticarəti ilə məşğul olur. Təqsirləndirilən şəxs həmin ticarət mərkəzində qardaşı ilə birlikdə iç geyim ticarəti ilə məşğul olduğu üçün tanımışdır. Mağazaları qonşu idi və Bəhruzla münasibətləri hər zaman normal olub. Bəhruz onu tanıdığı vaxtlardan etibarən həmişə şəhərdə mağaza açmaq və mağazalar şəbəkəsi qurmaq niyyətində olduğunu deyirdi. Bir müddət sonra Bəhruz “Binə” ticarət mərkəzindən ayrıldı və o bir neçə il onu görmədi. Bir dəfə isə Bəhruzu Neftçilərdə yerləşən mağazada gördü, Bəhruz həmin qarşılaşmadan sonra ona özü və sahibi olduğu şirkət haqqında məlumat verdi, bildirdi ki, "xxxx" şirkəti ona məxsusdur və bir neçə mağazadan ibarət şəbəkədir. Bəhruz ona şirkətin dörd mağazası olduğunu demişdi. Həmin mağazalar isə “İnwool” adlanırdı. Həmin gün onunla əlavə heç bir danışıqları olmadı, üstündən bir həfətəyə yaxın müddət keçdikdən sonra Bəhruz ona zəng etdi və Həzi Aslanov stansiyası yaxınlığında görüşdülər. Görüş zamanı Bəhruz həmin vaxt mövcud olan pandemiya şəraiti ilə əlaqədar maddi sıxıntıları olduğunu, həmçinin «Memar Əcəmi» stansiyası yaxınlığında, daha dəqiq Cavadxan küçəsi 26 saylı ünvanda yerləşən mağazanın açılışı olacağını bildirdi. Və ona həmin mağazanı içərisində olan mallarla birlikdə satmaq istədiyini dedi. O mağazaya gedib baxdı və həmin vaxt mağazada təmir işləri görülürdü. Mağaza təxminən 167 kvadrat metr həcmində idi və zirzəmisi də var idi. Mağaza ticarət üçün əlverişli yerdə yerləşdiyi üçün o yaxınlıqdakı mağazaların aylıq icarə ödənişləri və satış qiymətləri ilə maraqlandı. Daha sonra isə Bəhruzla birgə şəbəkənin digər mağazalarını gəzərək, təklif olunan məbləği analiz edirdi. Mağazalarda Bəhruz işçilər tərəfindən hörmətlə qarşılanırdı və bütün görülən işlərdə Bəhruzdan icazə alınırdı. O Bəhruzdan qardaşı Azər barədə də maraqlandı və o Azərin daha böyük bizneslə məşğul olduğunu dedi. Bəhruz dedi ki, mağazanın satışı, yəni aralarında olan danışıqlar barədə qardaşı Azəri də xəbərdar etməlidir və 2-3 gün vaxt istədi ki Azərlə məsləhləşsin, o da heç bir etiraz etmədi. Təxminən 3 gün sonra Bəhruz onunla görüşdü və qardaşının da razılaşdığını bildirdi. Ancaq o 105.000 ABŞ dollarını qardaşı Azərə verməli idi. Bəhruzun dediyinə görə həmin məbləğ Azərin həmin mağazadakı payı idi. O da Bəhruzun sözlərinə inandı. Bəhruz ona “əgər almaq fikrin varsa pulu sentyabr ayının sonuna qədər tam olaraq ödəyib qutarmalısan” dedi, o da onunla razılaşdı. 2020-ci ilin avqust ayının əvvəllərində 10.000 ABŞ dollar pulu Qara Qarayev prospektində yerləşən şirkətin «İnwool» adlı mağazasında Bəhruza verdi. Təxminən 1 aydan sonra, yəni avqust ayının ortalarında yenə də həmin mağazada qardaşı Azərə çatmalı olan 30.000 ABŞ dolları pulu verdi. Həmin vaxt yanında tanışı Şahid1 də var idi. Sentyabr ayının əvvəllərində Bəhruza yenidən 10000 ABŞ dolları pulu eyni mağazada verdi. Sonda isə, 2020-ci ilin sentyabr ayının 10-da 55.000 ABŞ dollarını tanışı Vüsalın da şahidliyi ilə Bəhruza verdi. Bəhruz ona Asan İmza üzərində işlər getdiyini dediyi üçün notarial qaydada alqı-satqı işləri apara bilmədilər. Bir müddət sonra aldadıldığını anladı və apardığı araşdırma zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adını çəkdiyi "xxxx" şirkəti həqiqət də ona aid olmamış, həmin şirkətin təsisçilərinin Türkiyə vətəndaşları Doygun Hakan və X2qlarını öyrənmişdir. O, bu məlumatı şirkətin mühasibi İmran adlı şəxsdən öyrənmişdir. Bəzi dəqiqləşmələr apararkən ona məlum olmuşdur ki, şirkətin icraçı direktoru isə Azər Əsgərovdur, Təqsirləndirilən şəxs isə şirkətdə heç bir vəzifə tutmamış, satacağı mağaza da şirkətə məxsus olmamışdır. O, hətta şirkətin rəhbəri olan Hakanla da görüşmüşdür. Bəhruz və Azər Əsgərovlardan onu aldadaraq aldıqları pulları tələb etməyə başladıqda isə Azər ona qısa vaxt ərzində 105.000 ABŞ dolları geri ödəyəcəyini demiş və ondan xahiş etmiş ki, bu haqda polisə müraciət etməsin. Lakin, xeyli vaxt keçməsinə baxmayaraq ona həmin pul qaytarılmamışdır. Bütün ödənişlər əlbəəl olub, heç bir qəbz olmayıb. Hazırda ona heç bir məbləğ qaytarılmayıb. Bəhruzu uzun müddətdir ki, tanıdığı üçün ödədiyi məbləğləri hər hansı formada rəsmiləşdirmədi. O həmin ərazidəki digər mağazaların qiyməti ilə maraqlanmışdı, mağazanın 50 kvadrat metrə yaxın ərazisi zirzəmi olduğu üçün, həmçinin pandemiya vəziyyəti olduğu üçün o Bəhruza inanıb həmin məbləğin real olduğunu düşündü. Bəhruz ona Memar Əcəmidəki mağazanın "xxxx" şirkətinin balansında olması ilə bağlı sənəd göstərmişdi. O «Memar Əcəmi» stansiyası yaxınlığında olan mağazanı Bəhruzun mülkiyyətindəymiş kimi zənn edirdi, o özü belə demişdi. Şərtlərindən biri də o idi ki, o mağazanı 6 ay “İnwool” adı altında işlədəcəkdi, 6 aydan sonra isə özü həmin mağaza üçün başqa ad müəyyənləşdirməli idi, şəbəkəyə məxsus olan digər mağazaların ona aidiyyatı olmayacaqdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Savad mənim uzun illərdir ki, dostudur. Bir dəfə o dedi ki, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “İnwool” adlı mağazanı almaq istəyir və ondan pul ödənilməsi zamanı onun yanında olmağını xahiş etdi. O da razılaşdı. Savadla söhbət zamanı o həmin mağazanın real qiymətinin 250-260.000 dolar olduğunu, lakin onun mağazanı maya dəyərindən 70-80.000 dollardan aşağı qiymətə, yəni 105.000 manata alacağını bildirmişdi. Birinci dəfə Neftçilərdəki “İnwool” adlı mağazada Savad Bəhruzun qardaşı Azərə 30.000 dollar verdi. İkinci dəfə isə Savad onun iştirakı ilə Neftçilərdəki “İnwool” adlı mağazada Bəhruza 55.000 dollar pul verdi. Bundan əlavə Savad ona demişdi ki, mağazanı almaq üçün onun iştirakı olmadan daha 10.000 dollar da əlavə verib, ümumlikdə Savad birinci dəfə Azərə, ikinci dəfə isə Bəhruza olmaqla, 85.000 dollar pul verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o "xxxx" şirkətində texniki inzibatçı kimi işləyir. O işə Bəhruzun qardaşı Azər götürmüşdü. Həmin vaxtlar şirkətin direktoru əvvəlcə, Azər idi. Sonra isə şirkətin direktoru Bəhruz oldu.Onun hadisə ilə əlaqədar heç bir məlumatı yoxdur, sadəcə sonralar İmran və Savaddan eşitdi ki, Bəhruz Savadı aldadaraq pulunu alıb. Onun yanında Bəhruz özünü Savada şirkətin direktoru kimi təqdim edib. Həmin vaxtlar Bəhruz həqiqətən də şirkətin direktoru idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019cu ilin oktyabr ayından etibarən "xxxx" şirkətində işləyir. İlkin olaraq həmin şirkətdə mühasib vəzifəsini icra edirdi, indi isə icraçı direktordur. İşlədiyi şirkətin təsisçisi Hakan adlı şəxsdir. İşə başladığı vaxt şirkətin direktoru Azər Əsgərov idi və o onu işə götürmüşdü. Bir müddət sonra Azər Əsgərov işdən çıxdı və ona deyildi ki, onun işləri çox olduğundan işdən çıxıb və bundan sonra şirkətin direktoru onun qardaşı Təqsirləndirilən şəxsdur. Bundan sonra şirkətin direktoru Bəhruz oldu. Savadı isə bir dəfə Neftçilər mağazasında Bəhruzun yanında görmüşdü, ikinci dəfə isə X6 yerləşən mağazaya gəlib bu mağazanın alqı-satqısı ilə əlaqədar sənədlərin hazır olub-olmamasını soruşdu. O da təəccübləndi və bildirdi ki, bu mağaza satılmır və buranı icarəyə götürüblər. Hətta icarə müqaviləsini də Savada göstərdi. Sonra Savad dedi ki, o mağazaya mal gətirilməsi üçün pul da verib. Savada pulu kimə veribsə, ondan da tələb etməli olduğunu dedi. O da Azərə zəng etdi və bu baş verənləri ondan soruşanda, Azər səhv olduğunu bildirdi. Bu hadisəsən sonra digər filiallara da xəbər verdi ki, Bəhruz və Savad onlara gəldiyi təqdirdə içəriyə daxil olmalarına icazə verilməsin. Bundan sonra şirkəti o idarə etməyə başladı. Savad mağazaya gəlib Bəhruzun mağazanı ona satdığını deyəndən sonra, Bəhruzun telefonuna zəng çatmırdı və mağazaya da gəlmirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o halhazırda Vizyon HH LTD şirkətində menecer kimi işləyir. Daha çox Neftçilərdə yerləşən mağazada fəaliyyət göstərir, lakin hadisənin olduğu vaxtlar Memar Əcəmi ərazisində yeni mağaza açacaqları üçün ora da gedirdi. İşlədiyi şirkət türklərə məxsusdur. Əvvəllər şirkətin icraçı direktoru Azər Əsgərov idi. Sonra isə şirkətin direktoru Azər Əsgərovun qardaşı Təqsirləndirilən şəxs oldu. Mağazada problem olduğu halda Təqsirləndirilən şəxs deyirdilər. Zərərçəkmiş şəxs isə Bəhruz vasitəsilə tanımışdır. Bəhruz deyirdi ki, Savad onun bjuteriyadan ortağıdır və mağazanın daxilində olan stendlərdən birini onunla şərikli hazırlayacaq. Onlar Bəhruzun sözlərinə inandılar, çünki həqiqətən də onlar Memar Əcəmidə yeni mağazanı açanda Bəhruzla Savad mağazaya birlikdə gəlirdilər və düşündülər ki, onlar şərikli işləyirlər. Təqsirləndirilən şəxs bundan əlavə onlara demişdi ki, kimsə soruşsa ki, bu mağazanın sahibi kimdir, deyərlər ki odur. Təqsirləndirilən şəxs soruşanlara bu formada cavab verməklərini istəməsinin səbəbini soruşduqda bildirirdi ki, əgər mağazanı icarəyə verən şəxslər bilsə ki, mağazanın sahibi türklərdi, o zaman icarə haqqını artıracaqlar. Bir dəfə Təqsirləndirilən şəxs mağazada olmadığı vaxt Zərərçəkmiş şəxs tək gələrək və mağazanın deposuna daxil oldu. Onun anbara daxil olmasından narahat oldu və Zərərçəkmiş şəxslə ünsiyyət qurmaq istəmədiyi üçün bu halı mühasibləriz İmrana zəng edib dedi. X7 Piriyev mağazadan çöldə nə isə danışdılar və İmran narazı formada mağazanın sahibləri olan türk müdirlərə zəng etdi. Bir neçə gün sonra Zərərçəkmiş şəxs onlara müraciət edərək, Təqsirləndirilən şəxs ona həmin mağazanı satacağı vədi ilə aldatdığını bildirdi və onların izahat verməklərini xahiş etdi. Həmin vaxtlar Təqsirləndirilən şəxs telefonuna cavab vermirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid4, Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda Təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirmişdir ki, o 2020-ci ilin avqust ayının əvvələrində pula ehtiyyacı olduğu üçün, tanışı Zərərçəkmiş şəxsı, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 122A saylı ünvanda yerləşən 162 kvadrat metr mağazanın ona məxsus olmasını inandırıb, həmin mağazanı satmaq adı ilə Savadla mağazanın 105000 ABŞ dollara satılmasına razılığa gələrək, Savadın tanışının yanında ümumilikdə ondan 85000 ABŞ dolları aldığını bildirmişdir. İş materiallarında olan 04 mart 2021-cı il tarixli tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 04 mart 2021-cı il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ibtidai istintaqda Təqsirləndirilən şəxs 105000 ABŞ dolları tələb edilməsi barədə ərizəsinə məhkəmə münasibət bildirərək, hesab edir ki, həmin ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaqda mülki idiiaçı kimi tanınsa da, onun ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3 maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 mart 2021-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ərizsi baxılmamış saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1347/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1347/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver