Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1347/2022 14.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 17:35-də Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə baxaraq məhkəmə müəyyən etdi: Bakı Ağır cinayətlər Məhkəməsinin icraatına 28 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1347/2022 saylı cinayət işi daxil olmuş və 08 iyul 2022ci il tarixdə baxılması üçün məhkəmənin hazırlıq iclasına təyin edilmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 883,781 qram çəkidə narkotik vasitə marixuana əldə edib qeyd edilən çəkidə narkotik vasitə marixuananın 875 qramını bir bağlamada qablaşdırıb yaşadığı ünvan 1 ünvanının mətbəx otağındakı dolabın içərisində, 8,781 qramını ayrı-ayrılıqda 1,166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram çəkidə olan hissələrə bölüb səkkiz ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 12 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:24-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrıayrılıqda çəkiləri 1,166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram olmaqla ümumi çəkisi 8,781 qram narkotik vasitə marixuana bir ədəd sellofan bağlamanın içindəki səkkiz ədəd bükümdə olmaqla əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 fevral 2022-ci il tarixdə saat 15:13-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına öz icazəsi və iştirakı ilə baxış keçirilərkən külli miqdarda 875 qram çəkidə narkotik vasitə olan marixuana bir ədəd sellofan torbada olmaqla mətbəx otağındakı dolabın içərisindən aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, 12 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:24-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda çəkiləri 1,166 qram, 0,890 qram, 1,017 qram, 1,319 qram, 0,991 qram, 1,180 qram, 0,926 qram və 1,292 qram olmaqla ümumi çəkisi 8,781 qram narkotik vasitə marixuana bir ədəd sellofan bağlamanın içindəki səkkiz ədəd bükümdə olmaqla əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyatın davamı olaraq polis əməkdaşları tərəfindən 12 fevral 2022-ci il tarixdə saat 15:13-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına öz icazəsi və iştirakı ilə baxış keçirilərkən satış məqsədilə saxladığı külli miqdarda 875 qram çəkidə narkotik vasitə olan marixuana bir ədəd sellofan torbada olmaqla mətbəx otağındakı dolabın içərisindən aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs istinad edilən sonuncu cinayət əməli 12 fevral 2022-ci il tarixdə Sumqayıt şəhərində törədilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinin tələbinə əsasən isə cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli qərarına əlavə edilmiş siyahının 8-1.9-cu bəndinə əsasən Sumqayıt şəhəri ərazisində törədilmiş ağır cinayətlərə baxılması ərazi vahidi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən, məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir. Qanunun bu tələbi də nəzərə alınmaqla məhkəmənin həmin məsələ ilə bağlı gəldiyi qənaət isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli və həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətinə, yəni 14 noyabr 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 75 və 174-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 14 noyabr 2022-ci il tarixədək uzadılsın.
3. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.
Sədrlik edən, hakim: Azər Paşayev
Hakimlər: Rasim Sadıxov
Əhməd Quliyev