Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1347/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X4 və X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X8 və Dövlət ittihamçısı, müdafiəçi - “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi- X5, Zərərçəkmiş şəxsoviç, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Lənkəran rayonu, Port-İliç qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xıl ərazi dairəsi, Xıl kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, yeni sahə, fərdi tikilmiş evdə yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında saat 16:25-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə, saat 07 radələrində Zərərçəkmiş şəxsoviçin yaşadığı ünvan 1 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxsoviç ilə aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs əli və qaz balonu ilə vuraraq ona baş-beynin əzilməsi, ağciyərlərin kontuziyası, ikitərəfli hemopnevmotoroksla müşayiət olunan döş qəfəsinin və qarnın küt travması, təpə nahiyəsinin, sol almacıq nahiyəsinin, sol qulağın, burnun əzilmiş yaraları, sağ və sol gözətrafı nahiyəsinin, çənəaltı nahiyənin qançırları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa qəsdən AĞİR zərər vuran bədən xəsarəti yetirmişdir. İşin halları: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin DRES yaşayış sahəsində olan marketlərin birindən çörək alarkən sonradan tanıdığı Zərərçəkmiş şəxsoviçin marketə girib siqaret, araq və digər ərzaq alaraq kassaya yaxınlaşdığını görüb kassa növbəsində Zərərçəkmiş şəxs irəli buraxmış, Zərərçəkmiş şəxs də aldığı ərzaqların pulunu verərək çölə çıxmışdır. O, marketdən çölə çıxdıqda Zərərçəkmiş şəxs arağı əlində tutaraq ora-bura baxdığını görüb sonuncudan siqaret istədikdən sonra tanış olub söhbət etdikləri vaxt yaşadığı Zirə kəndinə gedənə kimi 3-4 avtobus dəyişdiyini, səhər tezdən yenidən Şüvəlan qəsəbəsinə qayıtmalı olduğunu deyərək Zərərçəkmiş şəxs əyləşib birgə “Yeni il” bayramını qeyd etməyi təklif etmiş, Zərərçəkmiş şəxs tək qaldığını deyərək evinə dəvət etdikdə razılaşmışdır. Zərərçəkmiş şəxs evində yemək yeyib araq içərkən, sonuncunun işlətdiyi ifadə onun əhvalını korladığından Zərərçəkmiş şəxs bir sillə vuraraq “xeyir ola, sən mənim kefimi pozursan, bayramdır, bayramı korlama, mən sənin qonağınam, qəbahət olmadı ki, səni tanımadan evinə gəldim” demiş, getmək istədikdə Zərərçəkmiş şəxs yenidən zarafat etməyəcəyini bildirərək qalmasını xahiş etmişdir. O və Zərərçəkmiş şəxs 2-3 gün ərzində araq alıb yeyib içmişlər. Həmin ərəfədə Zərərçəkmiş şəxs öz-özünə yerə yıxıldığı üçün gicgahı stolun küncünə dəyərək qanadıqda, bunun səbəbini soruşaraq nəyə görə belə etdiyini, qəfildən yerə yıxılıb bayramını korladığını dedikdən sonra Zərərçəkmiş şəxs üzündəki qanı silərək stulda əyləşdirib araq süzmüş, yenidən içmişlər. O, əlini yumağa çıxanda Zərərçəkmiş şəxs yenə yıxıldığını görmüş, daha sonra isə Zərərçəkmiş şəxs onu yatdırıb həvəngdəstənin qulpu ilə başından vurmaq istədiyini gördükdə hirslənərək çarpayının altından qaz balonunu götürüb Zərərçəkmiş şəxs sinəsinə vurmuş, ayıldıqdan sonra etdiyi əməldən peşmanlıq hissi keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində hadisənin yeri, zərərçəkmiş şəxslə tanışlıqları barədə məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə versə də, baş vermiş hadisənin gedişatı ilə bağlı fərqli məzmunda ifadə verərək 04 yanvar 2023-cü il tarixdə gecə vaxtı içkili olduğuna görə Zərərçəkmiş şəxs səbəbsiz yerə onunla mübahisə etdikdə o, sakit olmasını, yatmaq istədiyini bildirsə də, Zərərçəkmiş şəxs buna məhəl qoymayıb onun üzərinə hücum çəkərək vurmaq istədiyindən, əli ilə Zərərçəkmiş şəxs geri itələmiş, Zərərçəkmiş şəxs təxminən saat 02:30 radələrində evdən çıxıb getmiş, bir qədər sonra evə qayıdaraq yenidən spirtli içki qəbul etmişdir. O, Zərərçəkmiş şəxs sakitləşdirib yerinə uzadaraq yatması üçün üstünü örtmüş, bir müddət sonra o, ayıldıqda Zərərçəkmiş şəxs çarpayısının yanında yerə yıxıldığını görərək etirazını bildirmiş, Zərərçəkmiş şəxs saat 07 radələrində ayağa qalxaraq yenidən onunla mübahisə etməsi xoşuna gəlmədiyinə görə əsəbləşdiyindən evdə olan qaz balonunu götürüb Zərərçəkmiş şəxs sinəsinə zərbə ilə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs başı çarpayıya dəyərək yerə yıxıldığından xəsarət almışdır. Sonradan həmin yerə gələn təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Etdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxsoviç verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Yeni il” bayramı ərəfəsində təsadüf nəticəsində tanımışdır. O, 2022-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evinə “Yeni il” bayramını qeyd etmək üçün dəvət etmiş, birlikdə yeyib-içmişlər. 04 yanvar 2023-cü il tarixdə səhər vaxtı sonradan xatırlamadığı səbəbdən aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs onu döymüş, ardınca isə evində olan qaz balonu ilə sinəsinə vurmuşdur. Zərbənin təsirindən huşunu itirdiyindən hara yıxıldığını, kimin ona kömək etdiyini, sonradan nə baş verdiyini xatırlamır. Xəstəxanada ayılmışdır. Həmin hadisədən əvvəl onun bədənində hər hansı xəsarət olmamış, heç yerdə yıxılmamışdır. Təqsirləndirilən şəxs müqavimət göstərməyi, özünü qorumağı, sonuncunu vurmağa cəhd etməyi yadına gəlmir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, barışmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsoviç qonşusudur və tək yaşayır. “Yeni il” bayramından bir neçə gün sonra, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində X11 səhər vaxtı saat 5 radələrində yaşadığı qəsəbədə 24 saat ərzində işləyən mağazaya siqaret almaq üçün gedərkən yoxuşda Zərərçəkmiş şəxs ilə rastlaşdıqda sonuncu X11ə polisdən gəldiyini bildirdiyinə görə qardaşı bunun səbəbini soruşmuş, Zərərçəkmiş şəxs evində olan qonağının içki içib dava saldığından ehtiyat etdiyini söylədiyindən, Elçin Babayev mağazaya getdiyini, qayıtdıqdan sonra qardaşını, yəni onu götürüb gələcəyini demişdir. Həmin gün saat 6 radələrində o və X11 işə gedərkən Zərərçəkmiş şəxs qapısını döydükləri vaxt qapını açan olmadığından qapını sındırıb içəri girmiş, evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs səsləsələr də, cavab verən olmamışdır. Anidən sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs yatdığını bildirmiş, otağa daxil olduqda Zərərçəkmiş şəxs çarpayıda üstü örtülü vəziyyətdə görmüşlər. Zərərçəkmiş şəxs üstünü açdıqda üzünün bütovlükdə şişdiyini, başının “şar” kimi şişmiş vəziyyətdə olduğunu görüb təcili tibbi yardımı çağırmışlar. X11 Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda, Təqsirləndirilən şəxs heç nə etmədiyini, Zərərçəkmiş şəxs evə həmin şəkildə gəldiyini bildirmiş, daha sonra təcili tibbi yardım gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs evində Təqsirləndirilən şəxs başqa şəxs olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin məsul növbətçisi tərəfindən tərtib edilmiş 04 yanvar 2023-cü il tarixli, 42 nömrəli raportdan görünür ki, Şahid həmin gün saat 08:37 radələrində “102” Zəng Mərkəzinə qonşuluqda yaşayan kişi cinsindən olan şəxsin naməlum şəxs tərəfindən döyüldüyünü, üzərində qan izləri olan bir nəfər şəxsin orada olduğunu bildirmişdir. (Cild 1, iş vərəqə 4) 04 yanvar 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən evdir. Baxış zamanı Təqsirləndirilən şəxs evdə olan 1 ədəd qaz balonunu təqdim edib hadisə vaxtı həmin qaz balonu ilə Zərərçəkmiş şəxsoviçə xəsarət yetirdiyini bildirmiş, həmin qaz balonu sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. (Cild 1, iş vərəqə 12-15) 06 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 28-29) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 4(003)-5/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Həmin məhkəmənin 04 aprel 2023-cü il tarixli, 4(003)-168/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 ay, yəni 06 may 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 44-45, 82-84) Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 02 fevral 2023-cü il tarixli, 3-13-45-1/2-1360-2023 nömrəli məktubundan görünür ki, hadisənin şahidləri müəyyən edilməmiş, hadisə yerinin yaxınlığında müşahidə kamerası aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 54) 09 mart 2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxsoviç zərər çəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 62) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 07 yanvar 2023-cü il tarixli, 25 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsoviçin bədənində aşkar edilmiş xəsarətlər – baş-beynin əzilməsi, ağciyərlərin kontuziyası, ikitərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin və qarnın küt travması, təpə nahiyəsinin, sol almacıq nahiyəsinin, sol qulağın, burnun əzilmiş yaraları, sağ və sol gözətrafı nahiyəsinin, sol almacıq nahiyəsinin, çənəaltı nahiyənin qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X13” X14 müraciətindən az əvvəl olmaqla, xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxsoviçin bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. (Cild 1, iş vərəqə 69-71) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2023-cü il tarixli, 367 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 73-74) 31 mart 2023-cü il tarixli “Cinayət işinin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 75) 26 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş əşxs Zərərçəkmiş şəxsoviçə bədən xəsarəti yetirdiyi 1 ədəd qaz balonu maddi sübut kimi tanınaraq saxlanılması üşün zərərçəkmiş şəxsə qaytarılmış, məhkəmə-tibbi və ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyləri, dindirmə, hadisə yerinə baxış və götürmə protokolları, fotoşəkillər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 93-97) 27 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 97- 98) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 23 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Maxsudov X6 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına, həmin Məcəllənin 185.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixdə Lənkəran Rayon-Şəhər Polis Şöbəsi, xx.xx.2019-cu il tarixdə isə Masallı Rayon Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan cinayət işlərinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə xitam verilmişdir. (Cild 1, iş vərəqə 53) Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 04 iyul 2023-cü il tarixli, 1-1207 nömrəli və 31 avqust 2023-cü il tarixli, 2-533/23-62-16 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs cərimə cəzasından ödəniş etməmiş, cərimə cəzasına amnistiya tətbiq edilməmiş və islah işləri cəzasını isə ödəmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Təkrar kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 04 avqust 2023-cü il tarixli, 105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Paranoid şizofreniya” xəstəliyi dayanıqlı remissiya vəziyyətində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs müəyyən edilən “Paranoid şizofreniya” xroniki psixi xəstəliyi onda tibbi sənədlərə əsasən cinayət əməlini törətməzdən əvvəl yaranmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi xəstəlik dayanıqlı remissiya vəziyyətindədir. Buna görə də, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. “Anlaqlılıq” və “Anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malikdir. Yoxlanılan Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan Təqsirləndirilən şəxs mənəvi kasadlıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, özünə qarşı hörmət tələb etmək, inadkarlıq, kobudluq, eqosentrizm, məsuliyyətsizlik, impulsivlik kimi xarakterik xüsusiyyətlərinə malikdir. Yoxlanılan Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs hadisə ilə bağlı özündən uydurmağa, yalan danışmağa meyillilk əlamətləri aşkar edilmədi. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Həmin maddəyə görə, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların qanunsuz yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs qaz balonu ilə Zərərçəkmiş şəxsoviçin sinəsinə vurduğunu həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı desə də, həmin zərbənin təsirindən başının çarpayıya dəyərək xəsarət aldığını məhkəmə baxışı zamanı bildirməmiş, Zərərçəkmiş şəxs müvafiq zorakılıqdan əvvəl yerə yıxıldığı söyləmişdir. Lakin Zərərçəkmiş şəxs həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun sinə nahiyəsinə qaz balonunu vurması səbəbindən yerə yıxılıb huşunu itirmiş, əvvəl hər hansı xəsarət almamışdır. Habelə, həmin hadisədən sonra evə gəlmiş Şahid də Zərərçəkmiş şəxs huşunun itmiş vəziyyətdə baş nahiyəsində şişkinlik olduğunu görmüşdür. Təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsində qeyd etdiyi kimi, yəni zərərçəkmiş şəxsin içkinin təsirindən yerə yıxılması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatı özünü müdafiə xarakterli olması qənaətinə gəlməklə, rədd edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxsoviçin həvəngdəstənin qulpu ilə onu vurmaq istədiyini bildirsə də, həmin hal da məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Habelə, 26 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarın nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi mövcud olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusat uydurma olmaqla, digər sübutlarla təkzib edilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən hissələrdə irəli sürülmüş ittihamı mübahisələndirməsini uğursuz özünümüdafiə taktikası kimi qiymətləndirir və bu səbəbdən də, onun məhkəmə istintaqında verdiyi ifadəsini həmin hissədə mötəbər sübut hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini qismən cinayət işinin materiallarına uyğun olmayan ifadə kimi qiymətləndirir. Məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradıb sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini, zərərçəkmiş şəxsin və şahidin həm ibtidai istintaq zamanı verdiyi, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və digər sənədləri əsas götürür. Təqsirləndirilən şəxs özünü törədilmiş əməldə təqsirli bilməsə də, məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxsoviçə qaz balonu ilə vurduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə yekun hüquqi qiymət verərkən və onun cinayət əməlini törətməkdə təqsirliliyi məsələsini müəyyən edərkən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxs və şahidin ifadələrində göstərilən xüsusatları nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, yəni qəsdən saglamlığa ağır zərərvurmaya görə ittiham irəli sürülmüşdür. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarının 1.2-ci maddəsinə əsasən, baş beynə təzyiq edilməsi (sıxılması) və ya edilməməsi (sıxılmaması) ilə nəticələnən ağır dərəcəli beyin əzilmələri, beyin kötüyünün zədələnməsi simptomları ilə müşayiət edilən orta dərəcəli beyin əzilmələri, döş qəfəsinin plevra və ürək kisəsi boşluqlarına, divararalığına keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq) həyat üçün təhlükəli olan xəsarətlər siyahısına aid olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin məhkəmə baxışı zamanı və məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə əhatə olunmamış, habelə o, xuliqanlıq cinayətini törətməmişdir. Cinayətin aləti soyuq silah hesab edilmədiyindən, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin tərkib əlamətləri yoxdur, habelə zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Beləliklə, məhkəməyə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan göründüyü kimi Təqsirləndirilən şəxs ona təyin edilmiş 3500 manat cərimə cəzasını bu günə kimi ödəməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən az ağır cinayət törətməyə görə məhkum edilərkən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasina aiddir və barəsində olan 2012-ci il tarixli hökm yeddi ildən artıq müddətdə icra edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-2-ci maddəsinə əsasən ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində həmin Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qanunvericiliyin həmin maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxsoviç barışmış və zərərçəkmiş şəxs bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin ağırlığını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-5/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış bir ədəd qaz balonunun Zərərçəkmiş şəxsoviçə saxlanilması üçün təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qaz balonunun Zərərçəkmiş şəxsoviçə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1347/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1347/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver