Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1347/2024 01.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X6 və X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Beyləqan rayonu, Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsində nömrəsiz fərdi evdə yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq külli miqdarda yəni, ümumilikdə təmiz çəkisi 2178,31 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlayaraq daşımış, 2 oktyabr 2023-cü il tarixdə saat 16:20 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Azneft” dairəsinin yaxınlığında saxlanılıb idarə etdiyi 90-FX- 799 dövlət qeydiyyat nişanlı, ağ rəngli, “VAZ 21074” markalı avtomobili ilə birlikdə həmin İdarəyə gətirilmiş, orada 2 oktyabr 2023-cü il tarixdə saat 17:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 28,310 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 18:25 dəqiqədən etibarən idarə etdiyi **-FX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “VAZ 21074” markalı avtomobilinə baxış keçirilərkən həmin avtomobilin arxa hissəsindəki yük yerindən külli miqdarda 2 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1115,0 qram və 1035,0 qram olmaqla ümumi təmiz çəkisi 2150,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadə üçün qanunsuz olaraq əldə edib üzərində daşıdığı və avtomobilində saxladığı, ümumilikdə təmiz çəkisi 2178,31 qram təşkil edən külli miqdarda narkotik vasitə olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi adlanan yerdə BNMİ-nin əməkdaşları onu saxlayaraq BNMİ-nə aparmışlar. Həmin zaman onun üzərində istifadə etmək üçün bir büküm narkotik vasitə olmuşdur. İdarədə polis əməkdaşları onu döyməyə başlamışlar və bir torba narkotik vasitə verərək həmin narkotik vasitəni üzərinə götürməyini bildirmişlər. O da onlarla razılaşmış və həmin narkotik vasitəni öz üzərinə götürmüşdür. Şəxsi axtarış zamanı da polis əməkdaşlarının dediklərini təkrar edib həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Onu 4 nəfər saxlamışdır. Polislər onu zorla maşına mindirib idarəyə aparmışlar. Polislər idarədə onu döymüşlər. Şəxsi axtarış zamanı vəkil iştirak etmişdir. Onun tutulan zaman üzərində 1 büküm narkotik vasitə olmuşdur. Cinayət işində bəhs edilən 2 kq narkotik vasitə ona məxsus olmamışdır. Əli adlı şəxs qardaşının dostu olmuşdur. Ondan istifadə üçün 1 büküm narkotik vasitə almışdır. Nurlan onun bibisi oğludur. Onuda onunla birlikdə BNMİ-nə aparmışlar. Polislər onu Nurlanın yanında döymüşlər. Polislərin ona verdikləri narkotik vasitəni birinci dəfə ona idarədə vermişlər. Onu tutan polis əməkdaşlarını görsə tanıyar. Polislər əsasən onun belinə vurmuşlar. Bakı İstintaq Təcridxanasında müayinə olunmuş, ancaq bədənində heç bir xəsarət aşkar olunmamışdır. Müayinə edən şəxslərə baş verənlər ilə bağlı heçnə deməmişdir. Baş verənlər ilə bağlı onu heç bir prokurorluq orqanı araşdırma ilə bağlı çağırmamışdır. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik maddə olan qurudulmuş marixuandan istifadə edir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 2 oktyabr 2023-cü il tarixdə saat təxminən 16:20 radələrində qohumu Nurlan ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsinin yaxınlığında idarə etdiyi “VAZ 21074” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında hərəkətdə olan zaman 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşı olduğunu deyib, onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Onun barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu və avtomobilini BNMİ-nin inzibati binasına aparmışlar. Qohumu Nurlanı isə BNMİ-yə dəvət etmişlər. Oraya çatdıqdan sonra adını bilmədiyi əməkdaş onu tək halda ayrı otağa aparmış, orada sorğu edilən zaman o, üzərində qurudulmuş marixuana saxladığını deyib, avtomobilində hər hansı qanunsuz maddə saxlamadığını bildirib, üzərindəki narkotik vasitəni isə tanışı “Əli” adlı şəxsdən aldığını demişdir. Bu zaman həmin əməkdaş avtomobilinin yük yerində də narkotik vasitə aşkar etdiklərini ona demiş, o, isə avtomobilində hər hansı maddə olmadığını dedikdə, həmin əməkdaş ona həmin kütlənin özünə məxsus olmadığını bildirəcəyi halda onu daha ağır maddələrlə məsuliyyətə cəlb edəcəyini bildirmişdir. O da qorxduğu üçün bu təklifə razılaşmışdır. Sonra isə onu təhqiqatçı olan otağa aparmışlar, oraya onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixunam masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan həmin şalvarın sağ yan cibindən 2 ədəd açar, 1 ədəd “***-***-**-**” sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 ədəd özünə aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 30 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri özü, müdafiəçi, qohumu və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüş, 2 ədəd açar isə şəxsin özünə qaytarılmışdır. O, polis əməkdaşlarının öyrətdiyi kimi danışaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni əvvəlcədən tanışlığı olan, lakin anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsin telefon vasitəsi ilə ona dediyi ünvandan, yəni 10 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində gizlədilmiş yerdən başqa yerlərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona narkotik vasitə olan qurudulmuş marixuana verməsini, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa idarə etdiyi “VAZ 21074” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, daha əvvəl üzərinə baxış keçirilmədiyini, yanında olan Nurlan Abbasovun qohumu olmasını və narkotik vasitə saxlaması barədə xəbərinin olmamasını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. X4 verilən suallara cavab olaraq onunla qohum olduğunu, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olduğunu bildirmişdir. Şəxsi axtarışdan sonra o, müdafiəçisi, qohumu və polis əməkdaşları BNMİ-nin həyətində saxlanılan “VAZ 21074” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gedərək avtomobilə video çəkilişdən istifadə etməklə baxış keçirtməyə başlamışlar. Baxış zamanı ona avtomobildə saxladığı qanunla qadağan edilmiş kütlənin təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra o, avtomobilinin arxa yük yerindən 1 ədəd ağ rəngli kisənin içərisindən 2 ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuana kütlələrinin ümumillikdə çəkisi 2 (iki) kq 330 (üç yüz otuz) qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri özü, müdafiəçisi, qohumu Nurlan və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Videoçəkilişlə zamanı o, polis əməkdaşlarının öyrətdiyi kimi danışaraq avtomobilindən aşkar olunmuş həmin kütləni əvvəlcədən tanışlığı olan, lakin anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsin telefon vasitəsi ilə ona dediyi ünvandan, yəni 10 (on) gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində gizlədilmiş yerdən başqa yerlərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona narkotik vasitə olan qurudulmuş marixuana verməsini, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, daha əvvəl avtomobilinə baxış keçirilmədiyini, yanında olan Nurlan Abbasovun qohumu olmasını və narkotik vasitə saxlaması barədə xəbərinin olmamasını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. X4 verilən suallara cavab olaraq onunla qohum olduğunu, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olduğunu bildirmişdir. İlkin izahatında üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə olan qurdulmuş marixuananın özün məxsus olduğunu bildirməsi, sonrakı ifadələrində isə bunu inkar etməsi, bu ziddiyəti nə ilə izah etməsi, barədə verilmiş suala cavab olaraq bildirmişdir ki, o, BNMİ-də olan zaman polis əməkdaşlarının psixi təsiri altında qalıb qorxduğu üçün izahatını elə məzmunda vermişdir. Həqiqəti isə hazırda vermiş olduğu ifadəsində bildirmişdir. Yəni üzərindən aşkar edilmiş narkotik vasitədən savayı, əlavə olaraq onun üzərində və avtomobilində narkotik vasitə olmamışdır (cild 1, iş vərəqə 130-133). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Etimad doğuran, qərəsiz mənbədən daxil olmuş məlumat əsasında 2 oktyabr 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Anar Şıxəliyev və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1la birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saat 16:20-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsinin yaxınlığında idarə etdiyi ağ rəngli, “VAZ 21074” markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomobilin yanında saxlanılaraq avtomobil və yanında olan X4 ilə birlikdə BNMİ-nin inzibati binasına həyətinə gətirilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən inzibati binaya aparılmış, Nurlan Abbasov da onlarla birlikdə gəlmiş, inzibati binaya vəkil X2 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olması bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman videoçəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, vəkilin və digərlərinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 2 (iki) ədəd açar, 1 (bir) ədəd “***-***-**-**” sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləninin qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkisi ölçülmüş və çəkisi 30 qram idi. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. 2 (iki) ədəd açar isə şəxsin özünə qaytarılmışdır. Sorğu zaman o idarə etdiyi **-FX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “VAZ 21074” markalı avtomobilində narkotik vasitə saxladığını həmin maddəni təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazı olmadığını qeyd edib bu barədə ərizə yazmışdır. Sonra isə avtomobilin olduğu yerə gedib onun, Təqsirləndirilən şəxs, vəkilin və digərlərinin iştirakı ilə Əmrahın idarə etdiyi ağ rəngli, “VAZ 21074” markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomobilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bu zaman Əmrah idarə etdiyi “VAZ 21074” markalı avtomobilin arxa hissəsindəki yük yerindən 1 (bir) ədəd ağ rəngli kisənin içərisindən 2 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümlərin içində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr birlikdə tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 2330 qram olmuşdur. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılmış, sonra isə avtomobilə əlavə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edəcək başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsin telefon vasitəsi ilə ona dediyi ünvandan, təxminən 10 (on) gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində gizlədilmiş yerdən başqa yerlərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona narkotik vasitə olan qurudulmuş marixuana verməsini, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, daha əvvəl avtomobilinə baxış keçirilmədiyini, yanında olan Nurlan Abbasovun qohumu olmasını və narkotik vasitə saxlaması barədə xəbərinin olmamasını bildirmişdir. Əmrah həmin narkotik vasitəni Əli adlı şəxsdən aldığını və onun dediyi yerlərə qoyacağını bildirmişdir. X15 dairəsinin yaxınlığında saxlamışlar. Əmrah “VAZ 2107” markalı avtomobili idarə edirdi. Həmin avtomobilin qeydiyyat nömrəsini xatırlamır. Əmrahın üzərindən 30 qram narkotik vasitə olan marixuana aşkar edilmişdir. Əmrahın üzərindən əlavə olaraq açar və telefon aşkar olunmuşdur. Əmraha qarşı fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 2 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan həmin şalvarın sağ yan cibindən 2 (iki) ədəd açar, 1 (bir) ədəd “***-***-**-**” sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütlə eletron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 30 qram olmuşdur (cild 1, iş vərəqə 29-31). Cinayət işinin materiallarında olan “avtomobilə axtarış və götürmə aparılması haqqında” 2 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi idarə etdiyi “VAZ 21074” markalı avtomobilin arxa hissəsindəki yük yerindən l(bir) ədəd ağ rəngli kisənin içərisindən 2 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümlərin içində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr birlikdə tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 2330 qram olmuşdur (cild 1, iş vərəqə 35-37). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 3 oktyabr 2023cü il tarixli protokollarda yuxarıda qeyd olunanlar öz əksini tapmışdır (cild 1, iş vərəqə 55 və 56). Cinayət işinin materiallarında olan “telefona baxış keçirilməsi haqqında” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qara rəngli “Samsung’' markalı mobil telefonun “WhatsApp” proqramına (***-***-**-** saylı nömrə ilə qeydə alınmış) baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş qara rəngli “Samsung” markalı mobil telefonun “WhatsApp” proqramından habelə mesaj hissəsindən iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 83). Cinayət işinin materiallarında olan “Azercell MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında” 8 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 4 ədəd müxtəlif formatlı fayllar aşkar olunmuş, bütün fayllara açılıb baxılan zaman həmin fayllarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqə 111). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 oktyabr 2023-cü tarixli 3-16-16/2- 7/1367 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan zərfdə 1 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada təmiz çəkisi 28,310 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən” yazı və imzalar olan polietilen bağlamada 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamada hər birininin ayrı-ayrılıqda təmiz çəkisi 1115,0 qram və 1035,0 qram olmaqla, ümumi çəkisi 2150,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanaların ümumi çəkisi 2178,31 qram olub, tərkiblərinə görə eynidir (Qeyd: marixuananın ümümi təmiz çəkisi 2178,310 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram, qalıq 2178,160 qram, cild 1, iş vərəqə 49-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 8480 nömrəli 28 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 107-108). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” və “sübutların qiymətləndirilməsi haqqında” 9 yanvar 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra ümumi qalıq çəkisi 2178,160 qram olan narkotik vasitə qurudulmuş marixauna maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 3 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 139 və 114-123). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 104-105). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 113). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 oktyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 2 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 78-81). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 84-89). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 2178,160 qram olan narkotik vasitə qurudulmuş marixauna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 2178,160 qram olan narkotik vasitə qurudulmuş marixauna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1347/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1347/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver