Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1348/2022 27.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, hərbi qulluqçu statusu olmayan Azərbaycan Respublikası Fövqəladə Halllar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından mühafizə idarəsinin “Vixr- 08” yanğın söndürmə gəmisinin 2-ci dərəcəli matros yanğın söndürəni vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 09 fevral 2022-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonunun Xutor yaşayış massivində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan 25 manat pul müqabilində bir bükümdə 3,899 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və həmin gün, yəni 09 fevral 2022-ci il tarixdə Binəqədi RPİsi CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən keçmiş “Anar” şadlıq sarayının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nə gətirilmiş və saat 20:00-da Polis İdarəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,899 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir, lakin hərdən bir psixotrop maddələrdən istifadə edirmiş. Yaşadığı məhəllədə bir neçə nəfər narkotik vasitənin satışı ilə məşğul olduğuna görə o, onların narkotik vasitənin satışı ilə məşğul olmalarına iradını bildirərək onlara qənim kəsildiyi üçün onu tutmuşlar. Belə ki, o, 09 fevral 2022-ci il tarixdə səhər saatlarında evində olarkən qara rəngli “Prado” markalı avtomobillə 3 nəfər gəlmiş və onu Binəqədi RPİ-nə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış aparılacağını bildirmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Lakin, ona bir büküm verib həmin bükümün videoçəkiliş zamanı ona məxsus olmasını bildirməyini tapşırmışlar və bildirmişlər ki, o, bu maddə ilə getməlidir. O, narazılıq bildirdikdə isə, ona bildirmişlər ki, narahat olmasın ona kömək edəcəklər. O da onların deməsinə görə videoçəkiliş zamanı ona verdikləri bükümün ona məxsus olmasını bildirmişdir. Onu nəyə görəsə əsassız olaraq həbs etmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, idmançıdır. Hərdən bir psixotrop maddələrədən istifadə edirmiş. Hal-hazırda onun yadında deyil hansı psixotrop vasitələrdən istifadə etmişdir. Həmin psixotrop vasitələri ona tanışları verirmişlər. Hal-hazırda həmin tanışlarının adlarını və anket məlumatlarını xatırlamır. Onu səhər tezdən gəlib evdən aparmışlar. Ondan ilk izahatı tədqiqatçı almışdır. O, müsətiniqə demişdir ki, narkotik onda olmamış, müstəntiq də ona demişdir ki, o, bu maddə ilə getməlidir. Elan olunmuş cinayət işinin 34-35-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən təqsirləndirilən şəx Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolda göstərilən narkotik vasitə ona məxsus olmamışdır. Ona həmin bükümü vermişlər və videoçəkiliş zamanı ona məxsus olmasını deməyini bildirmişlər. O da onların deməsinə görə elə demişdir. Elan olunmuş cinayət işinin 100-101-ci vərəqələrində olan videogörüntülərə baxış keçirilməsi haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntülər zamanı ona verdikləri bükümü təqdim etmiş, həmin büküm ona məxsus olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 38-40-cı vərəqələrində olan izahatında, 50-53, 77-79, 195- 196-cı və 271-272-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... təxminən 5-6 aydır o, çəkmək yolu ilə narkotik vasitə olan heroin qəbul edir. 09 fevral 2022-ci il tarixdə günorta, təxminən saat 15 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Xutor adlanan yaşayış massivində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün şəffaf sellofana bükülmüş bir büküm narkotik vasitə olan heroin alıb əynindəki boz rəngli idman şalvarının cibinə qoyaraq üzərində saxlamışdır ki, sonradan istifadə etsin. Həmin gün, yəni 09 fevral 2022-ci il tarixdə axşam təxminən saat 18 radələrində piyada evlərinə tərəf gedərkən yolda, Binəqədi rayonunun 6cı mikrorayonunda, keçmiş “Anar” şadlıq sarayının qarşısından keçərkən, mülki geyimdə olan üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğu üçün əllərini ciblərimə salmağa imkan verməyərək onu Binəqədi RPİ-nə gətirmişlər. Polis İdarəsinin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkili X5 iştirakı ilə şübhəli şəxs qismində tutulandan sonra öz razılığı əsasında video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşların iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə olan tünd qəhvəyi rəngli kristal formada olan narkotik vasitə olan heroin aşkar olunaraq ondan götürülmüşdür. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. O, elan olunmuş izahatı və ifadələri oxumadan imza etmişdir. İfadəsində o, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyini göstərmişdir. Ona görə ki, məhkəmə-narkoloji ekspertizasının rəyində onda narkomaniya xəstəliyi aşkar olunmuşdur. O, bəzi hallarda psixotrop maddədən istifadə etdiyi üçün belə bir rəy verilmişdir. Ona görə də ifadəsində elə yazmış, lakin, o, saxlanılan gün onda heç bir narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, AR DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili işləyir. 09 fevral 2022ci il tarixdə Fərrux adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Binəqədi RPİ-nin 7ci Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil olmuşlar. Alınmış məlumatın yoxlanılması məqsədilə 09 fevral 2022-ci il tarixdə təxminən saat 16 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonuna getmişlər. Təxminən saat 18 radələrində 6-cı mikrorayonda, S.Məmmədova küçəsində yerləşən keçmiş “Anar” şadlıq sarayının qarşısında alınmış məlumatda göstərilmiş Fərrux adlanan şəxsin əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə də özünü təqdim etməyi təklif edilmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla Binəqədi Rayon Polis İdarəsinə getməlidir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Binəqədi Rayon Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində İdarənin təhqiqatçısı Fərid Şirinov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub-olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı bükümün içərisində nə olduğu soruşulanda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində el arasında “kakos” kimi adlanan narkotik vasitə olan heroinin olduğunu bildirmiş və həmin narkotik vasitəni o, həmin gün, yəni 09 fevral 2022-ci il tarixdə saat 15 radələrində Binəqədi rayonunun “Xutor” deyilən yaşayış sahəsində adını bilmədiyi, üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd şəffaf sellofan büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli kristal formada olan narkotik vasitəyə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənərək şəxsi axtarışda iştirak etmiş şəxslər, həmçinin Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Videoçəkiliş iştirakçılara nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da hər bir iştirakçı tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Miryusif Seyidov bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Narkotik vasitə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuşdur. Raport onun tərəfindən yazılmış və əməliyyat qrupunun rəhbəri də o, olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək şahid X1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Miryusif Seyidovun 09 fevral 2022-ci il tarixli raportundan görünür ki, “Fərrux” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, istifadə etməsi və daşıması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Miryusif Seyidovun 09 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, istifadə etməsi və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 117-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 5(001)- 297/2022 saylı qərarından görünür ki, Binəqədi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Miryusif Seyidovun əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 09 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşya varsa könüllü təqdim etməyi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan içərisində tünd qəhvəyi rəngli kristal formada narkotik vasitəyə bənzər maddəni çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, sorğu zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinin ona məxsus olduğunu, onu 09 fevral 2022-ci ildə saat 15 radələrində, tanımadığı şəxsdən Binəqədi rayonu, Xutor adlanan yaşayış sahəsindən 80 manata aldığını, 09.02.22-ci ildə isə polis əməkdaşları tərəfindən “Anar” şadlıq sarayının yanında saxlanıldığını bildirmişdir. Fərrux Məmmədov tərəfindən təqdim edilmiş bir ədəd büküm bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 44-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2022-ci il tarixli 6/832 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Məmmədzadə... ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,899 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X4 11 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs da yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən ünvana baxış keçirilməsinə icazə vermişdir. Cinayət işinin 82-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 fevral 2022-ci il tarixli evə baxışın keçirilməsi və götürülmənin aparılması barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi, döngə 1-də yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 fevral 2022-ci il tarili video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınış videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli kristal formada olan narkotik vasitəyə bənzər maddəni təqdim edərək həmin bükümün içərisində ona məxsus narkotik vasitə olan heroin olduğunu demiş, həmin bir büküm heroini həmin gün, yəni 09 fevral 2022-ci il tarixdə saat 15 radələrində tanımadığı şəxsdən Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” adlanan yaşayış sahəsində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli kristal formada olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 145-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 11 may 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hazırda "xxxx" MMC-də hər hansı nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 7-ci PŞ-dən daxil olmuş 19 fevral 2022-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxslə külli miqdarda satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 179-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 01 iyun 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birgə cinayəti törətmiş şəxs barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayarılaraq icraata qəbul edilmişdir. Cinayət işinin 226-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun 09 iyun 2022-ci il tarixli ittiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Məmmədov Nahid tərəfindən tərtib edilmiş ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə ibtidai istintaqın aparılmasından ötrü rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 icraatına verilmişdir. Cinayət işinin 229-230-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 09 iyun 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin 251-258-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 20 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ibtidai istintaqla şəxsiyyəti müəyyən edilməmiş Təqsirləndirilən şəxs ilə əvəlcədən əlbir olub birgə cinayət törətmiş şəxs barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayarılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, onda narkotik vasitə olmamış, onu öz yaşadığı evdə saxlamışlar, ona kömək edəcəklərini bildirdiyi üçün istintqada fərqli ifadə vermiş, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, hərdənbir psixotrop maddə istifadə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 123-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 24 fevral 2022-ci il tarixli, 1429 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 181-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı – 02 sentyabr 2017-ci il təvəllüdlü X7 vardır. Cinayət işinin 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 fevral 2022-ci il tarixli, 695 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işinin 169-170-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 may 2022-ci il tarixli, 1341 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz əməlini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs də hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 09 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan 09 fevral 2022-ci il tarixli cinayət törtəməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 109-113-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 4(001)-140/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq qalmış 3,849 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın video çəkilişinin bir ədəd diskinin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq qalmış 3,849 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın video çəkilişinin bir ədəd diskinin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1348/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1348/2022
27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver