Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1348/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X17-Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə10, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi8, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi5, Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi2, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Sumqayıt Regional Vəkil bürosunun vəkili X5 və “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi9, qanuni nümayəndələr - Qanuni nümayəndə12, Qanuni nümayəndə22, Qanuni nümayəndə16, Qanuni nümayəndə23, Qanuni nümayəndə13, , təgsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ganunu nümayəndəsi Qanuni nümayəndə12 oglunun, Təqsirləndirilən şəxs2 ganunu nümayəndəsi Qanuni nümayəndə22, Təqsirləndirilən şəxs3 ganunu nümayəndəsi Qanuni nümayəndə16, Təqsirləndirilən şəxs4 ganunu nümayəndəsi Qanuni nümayəndə13, Təqsirləndirilən şəxs5 ganunu nümayəndəsi Qanuni nümayəndə23 iştiraklari ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxx 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi X59 Bakı Türk Liseyinin 11-ci sinif şagirdi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində 10 oktyabr 2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxx 2006-cı ildə Şəki rayonu Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi X59 Bakı Türk Liseyinin 11-ci sinif şagirdi, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış barəsində 10 oktyabr 2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3, 21 avqust 2006-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi X59 Bakı Türk Liseyinin 11-ci sinif şagirdi, Kəlbəcər rayonu, Nəcəfalı kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış barəsində xx.xx.2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan yetkinlik yaşına çatmayan , ,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs4, xx xxxx 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu 8 nömrəli tam orta məktəbin 11ci sinif şagirdi, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşamış, barəsində xx.xx.2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs5, xx xxx 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi X59 Bakı Türk Liseyinin 11-ci sinif şagirdi, ünvan 8 ünvanında qeydiyyatda olmaqla ünvan 9 ünvanında yaşamış, barəsində xx.xx.2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan yetkinlik yaşına çatmayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı yuvenal məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs onların və digər tanışlarının ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib, sonuncunun tanış olduğu qızlara psixotrop maddə qəbul etdirib köməksiz vəziyyətə salıb zorlamasını uydurub və öz uydurmalarını bəhanə edib 01 oktyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 236 nömrəli tam orta məktəbin yaxınlığında ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik edib, zərərçəkmiş şəxs üzərində zor tətbiq edib və belə zorun tətbiq edilməsi hərəkətləri etməklə hədələyib, o, cümlədən də Zərərçəkmiş şəxs hucum edib onun üz və bədən nahiyyələrinə yumruqla zərbələr endirib ağız nahiyyəsini qanadıb, sonuncuya yuxarıda göstərilən qaydada zor tətbiqini davam etdirmək üçün taksi fəalliyyət ilə məşğul olan “Toyota Prius (Hibrid)” markalı, Az **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbə qəbiristanlığına gəlib orada ona fiziki zor göstərib və belə zor göstərməklə hədələyib Zərərçəkmiş şəxs özlərinin üstünlüklərini sübüt etmək üçün onu alt geyimini soyunub yerə qoyduqları butulkanın üstündə oturmağa məcbur edib buna nail olaraq müəyyən olunmuş ictimai qaydaları pozaraq törətdikləri əməlin video görüntüsünü “Whatsapp” sistemi ilə tanışlarına və başqalarına göndərib bir qrup şəxs qismində xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, 6-cı sinifdən X59 Bakı Türk Liseyində oxuyur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 , Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 onunla eyni məktəbdə oxuyurlar. Münasibətləri normal olub. Məktəbdə ekskursiya təşkil edilən zaman bir yerdə olmuşlar. Bir-birilərinin telefonlarını bilmişlər, arada “WhatsApp”, “İnstagram” vasitəsilə bir-biriləri ilə danışmışlar. Zərərçəkmiş şəxsi, yəni Kamili isə əvvəllər tanımayıb. Onunla bağlı olmayan mübahisə ilə əlaqədar olaraq hadisədən bir-iki gün öncə Kamili tanımışdır. Məsələnin nə olduğundan xəbəri olmamışdır. O, törətdiyi əməldə nə seksual xarakterli hərəkət, nə çəkilən videoda pornoqrafiya görmür, nə də adam oğurluğu deyən bir şey olmayıb. Hamınınn razılığı olaraq birlikdə qəbiristanlığa taksi ilə getmişlər. Onun sözügedən butulkadan xəbəri olmayıb, sadəcə olaraq hadisə yerində butulkanı görmüşdür. Hadisə yeri zir-zibilin içərisində olan bir yer idi, o butulka da oradakı butulkalardan biri idi. Butulkanı kim çıxardı, necə qoydu o, bilmir. İstintaq zamanı verdiyi ifadələri xatırlayır, həmin ifadələrə təkrarən nəzər yetirdiyində, bir çox demədiyi şeylərlə rastlaşmışdır. Hətta ilk dəfə ifadə verəndə onun şok vəziyyətində olduğu nəzərə alınmamışdır. Kamilin nömrəsini haradan tapdığını xatırlamır. O,mübahisədən qabaq “Salam, Kamil, Hüseyndir, “aramızda olan mübahisəni istəyirəm danışıb həll edək” yazmışdır. Mübahisə onunla bağlı olmamışdır. İstəmişdir ki, Kamillə görüşüb dostları ilə Kamil arasında olan mübahisəni həll etsin. Onun Kamillə problemi olmayıb, bir səhv etmişdir ki, getmişdir. Hadisə yerinə də öz istəyilə getmişdir. Taksi sifariş etdikdə təyinat məntəqəsini o, yazmamışdır. Onda skoç və elektroşok cihazı olmayıb. Taksi çağırılan məqama qədər və çağırıldıqan sonra Kamilə qarşı zorla heç bir şey etməmişlər. Taksi gələndən sonra Kamil özü öz istəyi ilə maşına əyləşdi. Taksi çağırılan qədər aralarındakı söhbət Kamilin oradan uzaqlaşmaqlarını təklif etməsi oldu. Kamil oradan getməyi özü təklif etdi. Kamilin həmin vaxt kimsə tərəfindən vurulmasını görməyib. Taksinin hara getdiyini o, əvvəlcədən bilməmişdir. Taksi ilə uzağı 500 metrlik yol gedib, təyinat nöqtəsinə də çatmışlar. O, qabaqcadan ora gedəcəklərini bilməmişdir. Taksi dayananda o, təyinat yeri kimi qəbirstanlığın sifariş verildiyini bilmişdir. Taksinin arxa oturacağında o, Mirzəli, Kamil əyləşmişdir. Qabaqda da Ayxan oturmuşdu. Kamilin taksiyə oturulmasında onun iradəsi ziddinə olan hər hansı hərəkət olmamışdır. Kamil sürücüyə də heç bir şey demədi. Taksidən düşəndə pul ödənilmədi. Üstlərində xırda pul olmadı, taksi ilə gedilən məsafə də az idi deyə taksi şoferi də pul götürmədi. Qəbirstanlıqda taksi özü saxladı. Onlar maşından düşüb dayanmışlar. Qəbirstanlığa getməkdə məqsədləri Kamili döymək olmayıb. Ora heç bir məqsəd güdmədən getmişdir. Orada Kamillə məsələni aydınlaşmaq istəyiblər. Butulkanı görməmişdir. Taksidən düşdükdən sonra bir məntəqədən, daha sonra başqa yerə addımlamışlar. Kamili kim butulkanın üstünə otuzdurub bilmir. Hadisə yerinə sonradan gələn şəxsləri tanımır. O, Ayxan, Mirzəli Kamilin razıdığı ilə onunla birlikdə qəbirsanlığa getmişlər. Kamil dedi ki, "başqa yerə gedək". Ona görə də onlar başqa yer kimi ora getmişlər. “Adam oğurluğu” dedikdə bir insanın öz istəyi və razılığı olmadan onun azadlığının məhdudlaşdırılmasını başa düşür. “Pornoqrafiya” sözünün mənasını bilmir. Hadisə cərəyan edən vaxtda onun və digər şəxslərin üzərində qadağan olunmuş əşya olmayıb. Qəbirstanlığın yaxınlığında hadisə baş verən zaman kənar şəxslərdən yaxınlaşan olub, onların kim olduğunu tanımır, amma görmüşdür. Onların yanlarına yaxınlaşan ata və oğul idi. Onunla həmin şəxslər bir şey danışmadılar, sadəcə o, onları qıraqdan görmüşdür. Onlar Kamildən soruşdular ki, "nəsə bir problem var?" Kamilin özü həmin şəxslərə heç bir problemin olmadığını dedi. Həmin gələn oğlan və onun atası Kamilə oradan onlarla getməyi təklif etdi, lakin Kamil özü onlarla birgə getmək istəmədi. O şəxslər də çıxıb getdilər. O, hadisə ilə bağlı hər hansı bir məlumatı yaymamış, yayanları və çəkiliş aparanları tanımamışdır. Hadisə yerində olarkən telefonunun üzərində olmadığını görmüşdür. Daha sonra telefonunu axtararkən telefon hansısa uşaqlardan birindən çıxdı, sonra da ona geri qaytarmışlar. Ona görə də telefonda kimin çəkiliş apardığını bilmir. Hadisədən qabaq butulka məsələsi ilə bağlı hər hansı bir təklifi olmamışdır. Onlar gedəcəkləri yer barədə əvvəlcədən razılaşmamışlar. Sadəcə olaraq aralarındakı mübahisəni həll etmək üçün ora getmişlər. O, ifadələrinə əlavə olaraq göstərdi ki, 11-ci sinifdə oxuyur. Hadisələri qavramağı yaxşıdır. Adam oğurluğu ilə bağlı hadisə olmayıb, 144-cü maddə ilə razılaşmır. O, törədilən əməldə seksual xarakterli hərəkət görmür. Onun butulkadan xəbəri olmayıb, sadəcə olaraq butulkanı hadisə yerində görmüşdür. Hadisə yeri zir-zibilin içərisində olan bir yer idi, onun fikirincə o butulka da oradakı butulkalardan biri idi. Butulkanı kim çıxardı, necə qoydu bilmir. Badamdar qəsəbəsində olan adamlardan heç birini tanımır, adlarını belə bilmir. O, videoçəkiliş etməmişdir. Bunu tanımadığı adamlar ediblər. Hadisə zamanı telefonu bir müddətlik üzərində olmayıb və kimdə olduğundan da xəbəri olmamışdır. Sifariş edilən taksi kimin telefonundan çağırılıb bilmir. Onun telefonumdan taksi sifarişi olunmayıb. Taksi sifarişini onun yoldaşlarının, yaxud zərərçəkmiş şəxsin verdiyini bilmir. Kamilin ordan hadisə yerinə getməsinin səbəbi odur ki, bunu Kamil özü təklif etmişdi. Hadisə yerində Kamilə hansı fiziki təsirlərin göstərildiyini bilmir. Kamilə belə təsir göstərilməyib. O, Kamili butulkanın üstünə otuzdurmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrində onun demədiyi bir çox şeylər yazılıb. Ona müstəntiq tərəfindən psixi təsirlər göstərilib. Hətta ilk dəfə ifadə verəndə şok vəziyyətində olduğu nəzərə alınmamışdır. Müstəntiq bəzi şeyləri qeyd edəndə o, vəkilə deyilənlərin belə olmadığını deyirdi. Vəkil isə heç nə demirdi. Vəkil dövlət tərəfindən təyin olunmuşdu. Kamillə aralarındakı mübahisələrinə səbəb Kamilin onların ünvanlarına nalayiq ifadələr, söyüşlər söyməsi və onları görüşə dəvət etməsi olub. Kamil onların oxuduğları məktəbdəki əksəriyyət uşaqları söymüşdü, hər şey bundan başladı. Kamilin onları söyməsini uşaqlar demişdi. Kamillə görüşəndə onları söydüyünü təsdiq elədi və dedi ki, "səhv etmişəm, üzr istəyirəm". Məsələ də bununla qapanacaqdı, lakin sonradan ara qarışdı. Onun Kamillə görüşməkdə məqsədi məsələni bağlamaq olub. Kamillə göüşməyə başqa səbəb olmayıb, sadəcə səbəb Kamilin onları söyməsi olub. Kamilin qızlara psixotrop maddələr verib zorlaması ilə bağlı o, sadəcə başqalarından eşitmişdir. Məktəb daxilində gedən bir söhbətlərdən biri Kamilin bu hərəkəti barəsində idi. Orada olmağı səhv idi, törətdiyi əməldən peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli biməyərək istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 2017-ci ildən «Dəyanət» liseyində təhsil alır. Sinif yoldaşlarından Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Şahid6, eləcə də paralel sinifdə, 11F sinifində oxuyan Təqsirləndirilən şəxs3, Şahid3, 11B sinifində oxuyan Şahid2 adını göstərə bilər. Adlarını qeyd etdiyi şəxslərlə onun münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi olmamışdır, hazırda da yoxdur. Dəqiq tarixi yadında deyil, 2022-ci ilin sentyabr ayının sonlarında liseydə olarkən, fasilə vaxtı Bəylər yaxınlaşıb Mirzəli və Fatimənin yanında onlara bildirmişdir ki, əvvəllər «Dəyanət» liseyində oxumuş Zərərçəkmiş şəxs onun pis oğlan olduğunu demiş hamını ağır söyüşlə söymüşdür. Sonra dərs başlamış və dərs otağına keçməli olmuşlar. Növbəti fasilə zamanı liseydə oxuyan əksər şagirdlərin xəbəri olmuşdur ki, Zərərçəkmiş şəxs liseydə olan əksər şagirdlərin ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bu məsələ bir neçə gün məktəbdə, şagirdlər arasında müzakirə mövzusu olmuşdur. Bir neçə gün sonra o istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə, «Whatsapp» ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə sinif yoldaşı Bəylərdən aldığı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə, «Whatsapp»la yazaraq danışıb öz aralarında problemi həll etməyi təklif etmiş, çünki «Dəyanət» liseyində təhsil aldığı üçün Kamilin söydüyü söyüş ona da aid olmuşdur. Kamil isə səhv olduğu halda üstünə gəlmiş və düz etdiyini yazmışdır. Sinif yoldaşı Təqsirləndirilən şəxs3 onları təhqir etmiş Kamilin yerini öyrənə biləcəyini bildirmiş və Məcid adlı tanışından Kamilin hazırlığa getdiyi yeri öyrənmişdir. Həmin ərəfədə, axşam saatlarında, evdə olarkən Təqsirləndirilən şəxs3 ona, Mirzəli və Bəylərə zəng vuraraq ertəsi gün Kamilin Badamdar qəsəbəsində hazırlıqdan çıxacağını bildirmiş və razılaşdırmışlar ki, həmin vaxta yaxın görüşüb, birlikdə həmin yerə gedib Kamili görsünlər. 01 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində hazırlıqdan çıxıb və sinif yoldaşı Təqsirləndirilən şəxs3 zəng vurub harada olduqlarını soruşmuşdur. Ayxan bildirdi ki, «Bakı tikiş evi»nə yaxın «Ağ çiçəyim» gül dükanın qarşısında görüşək. Təxminən saat 14:00 radələrində o, «Ağ çiçəyim» gül dükanının qarşısına gəlmiş və orada Bəyləri, Şərifi, Mirzəlini, Əlini və Ayxanı görmüşdür. Həmin gün o dostu Təqsirləndirilən şəxs4lə də görüşməli olduğundan, buna görə «Ağ çiçəyim» gül dükanının qarşısında olarkən dostu Təqsirləndirilən şəxs4 zəng vurub «Ağ çiçəyim» gül dükanı qarşısında olduğunu və görüşmək üçün ora gəlməsini bildirmişdir, dostu Ayhan yaxınlıqda olduğundan tez bir zamanda ora gəlmişdir. Orada Bəylər bildirmişdir ki, paralel sinifdə oxuyan Şərifin çantasında şüşə qabı vardır, Kamili həmin şüşə qabının üstünə otuzduracayıq. Sonra sinif yoldaşı Təqsirləndirilən şəxs3 taksi sifariş etmiş, iri həcmli «Mercedes Vito» markalı taksi avtomobili gəlmiş və onlar 7 nəfər olmaqla həmin taksi avtomobilinə əyləşib Badamdar qəsəbəsinə getmişlər. Ünvanı sinif yoldaşı Ayxan bildiyindən, taksidən düşdükdən sonra Ayxanın həyətində olduqlarını görmüşdür. Sinif yoldaşı Ayxan bina evinə daxil olub bir neçə dəqiqə sonra düşərək özü ilə elektroşok gətirmişdir. Sonra həyətdəki besedkaya yaxınlaşanda sinif yoldaşı Ayxanın tanışı Şahid1 görmüşlər, sonuncu besedkada oturmuşdur. Elxan cibindən düymə ilə açılan (içdən deyil, yandan) bıçağı çıxarıb bizlərə göstərmiş və yenidən cibinə qoymuşdur. Oradan 8 nəfər olmaqla sinif yoldaşı Təqsirləndirilən şəxs3 göstərdiyi istiqamətdə, yəni Kamilin hazırlıqdan çıxacağı məhəlləyə doğru piyada hərəkət etməyə başlamışlar. Həmin yer yaxın bir ərazi olmuş, tez bir zamanda ora çatmışlar. Yolla gedən zaman xırdavat əşyaların satışı mağazasını görüb o və Şərif həmin mağazaya daxil olmuş və oradan bir ədəd skoç almış, pulunu o ödəmişdir. Həmin skoçu Şərif çantasına qoymuş və yollarına davam edib Kamilin hazırlıqdan çıxacağı məhəllənin girişinə gələndə orada adlarını sonra bildiyi Məcid, Yeniyol, Bəhlul və Məhəmməd adlı şəxsləri görmüşlər. Onlar ilk əvvəl sinif yoldaşı Ayxanla, sonra onlarla görüşmüşlər. Sonra hamısı, artıq 12 nəfər olmaqla məhəlləyə daxil olmuşlar. Təxminən 40-45 dəqiqə orada gözləmiş, çünki Kamil hazırlıqdan çıxmırmış. Bir qədər gözləyəndən sonra bölünmüş və bir neçə nəfərdən ibarət qruplar olmaqla məhəllənin hər tinində dayanmışlar ki, Kamil hazırlıqdan çıxanda onlardan yayına bilməsin, onu görə bilsinlər. Kamil hazırlıqdan çıxanda yanında 3 nəfər şəxs olmuşdur, onlar Kamillə birlikdə hazırlığa gedən uşaqlar olmuşdur. Onlar bunu görüb hamısı onlara yaxınlaşmış və Kamilə müraciət edib söhbət etmək üçün onlarla gəlməsini bildirmişlər, Kamil razılaşmış və özü onlarla kənara keçmişdir. Onunla birlikdə hazırlıqdan çıxmış 3 nəfər uşaqlar da onların arxasınca gəlmişlər. Oradan adam olmayan bir yerə gəlmiş və Kamilin ətrafına toplaşanda hərə cibindən bir mobil telefon çıxarıb video çəkiliş aparmağa başlamışdır. o Kamili qucaqlamışdır ki, qaça bilməsin, Mirzəli isə Şərifin ona verdiyi skoçu açıb Kamilin ağzını bağlamaq istəmişdir ki, səs salmasın, lakin skoç cırılmış, Mirzəli isə yumruqla Kamilin sifətinə və bədəninə bir neçə dəfə zərbə ilə vurmuşdur. Həmin vaxt Kamilin hazırlıq yoldaşı müdaxilə edib Mirzəliyə müraciət edərək Kamili vurmamasını xahiş etmişdir. Orada Kamillə söhbət edib onların ünvanına nalayiq ifadələri işlətməsinin səbəbini aydınlaşdırmağa çalışmış, lakin Kamil söhbəti uzadırmış. Daha sonra o Kamili buraxıb bir dəfə yumruqla sifət nahiyəsindən vurmuş, buna qədər Kamili qucaqlayıb saxlamışdır. Kamilin əlində mobil telefonu olmuş, onun ətrafına toplaşmış uşaqlardan kimsə bildirmişdir ki, "narkotik vasitə çəkdiyini və qızları zorlayıb şantaj edərək pul aldığını hamımız bilirik” həmin faktlarla bağlı videolar mobil telefonunda ola bilər, həmin videoları göstərməsini bildirmişlər. Kamil isə mobil telefonunda belə videoların olmadığını və belə hərəkətlər etmədiyini bildirib özü mobil telefonunu blokdan açaraq yaddaşına daxil olmuş, orada bir neçə video olmuşdur, həmin videolardan biri Kamilin cinsi əlaqədə olma zamanı özünün çəkdiyi video olmuş və həmin videonu göstərmişdir. Həmin yerdən insanlar keçirmiş, buna görə sinif yoldaşı Ayxan bildirmişdir ki, sakit və adam olmayan bir yerə getmək lazımdır, buna görə öz mobil telefonu ilə taksi sifariş vermişdir. Kamilin sifət nahiyəsində xəsarət izləri və qan olmuşdur, Bəylər ona bir ədəd tibbi maska vermişdir ki, üzünə geyinsin və xəsarət izləri görünməsin, Kamil maskanı üzünə geyinmişdir. Sonra taksi gəlmişdir. Sinif yoldaşı Ayxan bildirmişdir ki, Badamdar qəbiristanlığına gedəcəyik, taksi avtomobili xırda ölçülü olduğu üçün avtomobilə cəmi 4 nəfər, yəni o, Kamil, sinif yoldaşı Ayxan və Mirzəli əyləşmişdir. Ayxan qabaq sağ oturacaqda oturmuş, Kamil arxada ortada, o sağında, Mirzəli isə solunda əyləşmişdir. Təxminən 700-800 metr gedəndən sonra taksidən düşmüşlər, çünki Ayxan sifarişi səhv ünvana vermişdir. Bundan sonra arxada, Kamilin hazırlıqdan çıxdığı yerdə qalmış uşaqlar da onlara çatmış, birlikdə piyada şəkildə Badamdar qəbiristanlığına doğru hərəkət etmişlər. Badamdar qəbirsanlığına gəldikdən sonra adam olmayan bir yerdə dayanmışlar. Orada Mirzəli əsəbləşərək bir dəfə yumruqla Kamili vurmuş və kimlərsə onları ayırmışdır. Orada söhbət zamanı Kamilə bildirmişlər ki, onları təhqir etməklə səhv hərəkət etmişdir, Kamil də səhv etdiyini başa düşdüyünü bildirib onlardan üzr istəmişdir. Həmin söhbət zamanı Kamil narkotik vasitələrdən istifadə etdiyini, 4 nəfər qızdan hədə-qorxu ilə pul aldığını etiraf etmişdir. Sonra yoldan adını sonra eşitdiyi Kamran və oğlu keçəndə onları görmüş, onlara yaxınlaşmışlar, onlar hamsı Kamran və oğluna Kamilin hərəkətləri barədə məlumat vermiş, onlar isə Kamilin səhv etdiyini, lakin ona qarşı qanunsuz hərəkət etməməyi və buna görə problemlə üzləşə biləcəklərini bildirmiş və çıxıb getmişlər. O, Şərif, Bəylər, Əli, Mirzəli, sinif yoldaşı Ayxan və onun dostum Təqsirləndirilən şəxs4 orada Kamillə qalmışlar, digər şəxslər çıxıb getmişlər. Şərif çantadan şüşə qabını çıxartmış və ona vermiş, o da şüşə qabını Mirzəliyə verəndən sonra Mirzəli onu yerə qoymuşdur. Bu zaman orada olan əksər uşaqlar mobil telefonları ilə çəkiliş aparmağa başlamışlar, o da sinif yoldaşı Təqsirləndirilən şəxs3 mobil telefonunu götürüb həmin telefonla çəkiliş aparmağa başlamışdır, çünki onun mobil telefonunu uşaqlar götürüb çəkiliş aparırmışlar. Əli və Şərif bir qədər kənarda dayanmışdırlar, qalan 5 nəfər isə o daxil olmaqla Kamilə bildirmişlər ki, öz xoşu ilə şüşə qabının üstünə əyləşsin. Kamil onlardan bunu eşidib şalvarını aşağı endirmiş və şüşə qabının üstünə oturmağa çalışmışdır. Şüşə qabı nahamar yerdə dayandığından arxa dəliyinə daxil olmamışdır. Mirzəli bunu görüb təpiklə Kamili vurmuşdur, o Kamili söymüş, sonra bir dəfə əli ilə Kamili vurmuş, dostu Təqsirləndirilən şəxs4 isə əli ilə Kamilin başından aşağı sıxaraq şüşə qabının üstünə oturtmağa çalışırmış. Şüşə qabı Kamilin arxa dəliyinə daxil olandan sonra Kamil ayağa qalxmış, şüşə qabı yerdə qalmışdır, Kamil şalvarını yuxarı qaldırıb bağlayaraq hamısı ayrılıb öz yoluna davam etmişlər, Kamil bir tərəfə, onlar isə başqa bir tərəfə getmişlər. O mobil telefonu sinif yoldaşı Ayxana qaytarmışdır. Onun mobil telefonunu isə o öncə Bəylərə vermişdir, Bəylər çəkiliş aparırmış, sonra digər uşaqlar onun mobil telefonunu Bəylərdən götürüb çəkiliş aparmağa davam etmişlər. Beləliklə Kamilin şüşə qabının üstünə otuzdurulması videosu 2 mobil telefonda olmuşdur, o və sinif yoldaşı Təqsirləndirilən şəxs3 mobil telefonunda. Həmin gün, axşam saatlarında sinif yoldaşı Təqsirləndirilən şəxs3 ona və digər uşaqlara öz mobil telefonundakı həmin video görüntünü «Whatsapp» ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə göndərmişdir. Ona görə göndərmişdir ki, Ayxanın və onun mobil telefonunda fərqli rakurslardan çəkiliş aparılmışdır. O, öz mobil telefonu ilə həmin videoları heç kimə göndərməmiş, lakin sonradan həmin videolar yayılmışdırt. Onlarla olmuş Elxanda bıçaq, sinif yoldaşı Təqsirləndirilən şəxs3 elektroşoker olmasına baxmayaraq həmin alətlərdən istifadə edən olmamışdır, hər halda o bunu görməmişdir və həmin alətlərin Kamilə nümayiş olunduğunun da şahidi olmamışdır. Onu da əlavə etmək istəyirəm ki, sinif yoldaşı Təqsirləndirilən şəxs3 və tanışı Elxanın bildirməsinə görə Kamilin şüşə qabının üstünə otuzdurulması videosu Məcid tərəfindən yayılmışdır. Təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail rayonu 236 saylı məktəbin yaxınlığından taksi avtomobili ilə Badamdar qəbiristanlığı istiqamətində apararkən onun böyrünə bıçaq dirəməmiş, sonuncunun bildirdiklərinin yalan olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, X59 Bakı Türk Liseyində təhsil alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 onunla eyni məktəbdə oxuyurlar. Münasibətləri normal olub. Zərərçəkmiş şəxs da əvvəllər onun sinif yoldaşı olub, Kamil 8-ci sinifə qədər onunla «Dəyanət» liseyində təhsil almışdır. Hadisədən qabaq Zərərçəkmiş şəxs bir neçə dəfə nalayiq ifadələr işlədib, onları təhqir edib, bu tərzdə onlara mesajlar göndərib və görüşməyi təklif edib. O təklif ilə də onlara razılaşmışlar. Bundan sonra Kamillə görüşüb, Kamilin təklifi ilə qəbirstanlığa getmişlər. Bununla da bildirmək istəyir ki, törətdiyi əməldə adam oğurluğu yer almır. Butulka məsələsi haqqında əvvəllər heç nə eşitməmişdir. Kamili butulkaya kim otuzdurub bilmir. Hadisə yerində çəkilmiş video da onda olmayıb. Videonun kimin tərəfindən çəkdiyini, kimlərə göndərilməyi barədə heç bir məlumatı yoxdur. Kamil ilə görüşəndə tanışı ilə dərsdən çıxmışdır, digər uşaqlar da var idi. Həmin vaxt Kamilə ciddi xəsarətlər yetirilməmişdir. Kamilə yüngül xəsarətlər yetirilmişdi. Kamil ona qarşı nalayiq ifadələr işlətmişdi. Onda Kamilin söyüşü olan mesajı olmuşdur. Fatimə onun sinif yoldaşı olub. Kamil barəsində də məktəbdə çoxlu şayələr gəzirdi. O da onları araşdırmaq üçün Fatimə ilə danışmışdır. Fatimənin Kamil ilə münasibətələri var idi. Onlar Kamilə görüşmək üçün Kamilin hazırlığa getdiyi məktəbin həytində görüşmüşər. Taksinin kimin tərəfindən sifariş edildiyini xatırlamır. Taksi sürücüsünə nə qədər pul verdiklərini də xatırlamır. Orada Kamil onlara görüşü başqa yerdə davam edirməyi təklif etdi. Bundan sonra onlar taksi sifariş edib orada gözləmişlər. Taksi gələndən sonra onlar taksiyə minib qəbirstanlığa getmişlər. Kamilin özü də könüllü onların sifariş etdikləri də taksiyə minib onlarla qəbirstanlığa getmişdir. Kamili heç kim məcburi taksiyə minməyə məcbur etməyib. Kamil özü könüllü olaraq öz xoşu ilə taksiyə minib taksidə arxa oturacağda sol tərəfdə oturmuşdu. Onlar mübahisə edəndə Kamilin dostları da Kamilin yanında olublar. Onlar çox idilər. Kamilin qəbirstanlığa aparılması və orada butulkadan istifadə olunması əvvəlcədən planlanmış bir şey deyil idi. Qəbirstanlığa gedərkən Kamilə qarşı heç bir zorakılıq tədbiq olunmamışdır. Hadisə zamanı o, nə bıçaq, nə də elektroşoker görməmişdir. O, 17 yaşlı Azərbaycan gənci olaraq Kamilin ona mesajlarıda istifadə etdiyi söyüşləri təkrarən söyləmək istəmir. Onun fikirincə ona hamı təklikdə qulaq asa bilər. Kamil tək onu yox, ailə üzvlərini də söymüşdü və görüşməyi də Kamil tələb edirdi. Onunla görüşməyi tələb edirdi, görüşdən qaçanların ailə üzvlərini söyürdü. Onlar da bu səbəbdən Kamillə görüşmüşlər. Görüş zamanı o, Kamili vurmuşdur. O, Kamilin ağzını skoç ilə bağlamağa çalışmışdır, ancaq bunu edə bilməmişdir. Onlar dalaşan zaman kimsə ora butuka gətirdi. O, qabacadan uşaqlarda butulka olduğunu bilməmişdir. Butulkanı ora qabaqcadan məqsədli şəkildə gətirməmişlər. Onların Kamili butulka üzərində oturmaq haqqında nə söhbətləri, nə də razaşmaları olmayıb. Tam xatırlamır, deyəsən uşaqlardan kimsə özü ilə su götürmüşdü. O da onun butulkası ola bilərdi. Hər halda onların qabaqcadan Kamili butulkaya otuzdurmaq kimi məqsədləri olmamışdır. Butulka gələndən sonra o da Kamilə butulkaya otur demişdir. Kamil də butulkanının üstündə oturdu, lakin butulka Kamilə daxil olmayıb. O, Kamilə qarşı belə hərəkət etməkdə məqsədi onu hörmətdən salmaq olub, lakin onların Kamili nə oğurlamaq, nə ona qarşı seksual hərəkətlər etmək, nə də pornoqrafik nə isə etmək fikirləri olmayıb. O , bu barədə müstəntiqdən eşidib. Onlar Qəbirstanlığa getdiklər yol normal idi. Yolun kənarında çoxlu mağazalar var idi. Kamilin tanışları da onların qəbirstanlığa geidiklərini bilmişlər və onlar da ora gəlib onlara yaxınlaşmışlar. Kamil də özündə idi, heç bir problemi yox idi. Kamil maşına özü oturdu. Yolda gedərkən də sakit və sərbəst oturmuşdu. Kamilin tanışları onları görüb maşını saxlayanda Təqsirləndirilən şəxs3 da orada idi. Kamilə xəsarətləri o yetirib. Ondan başqa Kamilə heç kəs xəsarət yetirməyib. Hadisə vaxtı o, heç kəsin əlində elektroşoker və yaxud bıçaq görməmişdir. Onun Kamili vurmasına Kamilin reaksiyası o oldu ki, onların ünvanlarına söyüş söydüyünü boynuna aldı. Həmin hadisənin videosunda göstərilən halları təsdiq edir. Çəkilişin kimin tərəfindən aparıldığını xatırlamır. Hər halda çəkiliş bitdikdən sonra artıq mübahisə də bitmişdir. Baş vermiş hadisə sıradan olan bir hadisə olmasa da heç də qalmaqallı bir şey deyil, onu böyütməyə ehtiyac yoxdur. Bu uşaqlar arasında olan bir söhbətdir. O, ilkin ifadəsini polis əməkdaşlarına vermişdir. Uşaq olduğu üçün bu onun üçün çətin olmuşdur. Həmin ifadəsini o, oxumamışdır. Baş vermiş hadisənin törədilməsindən peşmandır. Zərəçəkmiş şəxslə barışmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli biməyərək göstərmişdir ki, xx xxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 10 ünvanında yaşayır. X60 Liseyinin 11-ci sinfində oxuyur. Vəkilləri və qanuni nümayəndəsinin iştirakı ilə ittihamla tanış olmuş, ittihamın mahiyyəti ona aydındır. Şübhəli şəxs qismində vermiş olduğu geniş ifadəsini təsdiq edir. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs əvvəllər onun sinif yoldaşı olub, Kamil 8-ci sinifə qədər onunla «Dəyanət» liseyində təhsil almışdır. Təxminən 3 il bundan qabaq, yəni 8-ci sinifdə oxuyanda Kamil bir sinif aşağı 7-ci sinifdə oxuyan qızı öpdüyünə və həmin öpüşmə səhnəsi də liseyin videomüşahidə kamerasının görüntülərinə düşdüyünə, bundan əlavə dərs qiymətləri bərbad olduğuna görə «Dəyanət» liseyindən xaric olunmuşdur. Yəni Kamil 8-ci sinifdən sonra onlarla oxumamışdır. Bundan sonra hadisəyə qədər o, Kamili bir dəfə, yəni onlar 9-cu sinifdə oxuyanda liseyin 9-cu sinfinə qəbul olunması üçün yenidən imtahan verəndə görmüşdür. Həmin imtahandan da Kamil keçə bilməmişdir. Təqsirləndirilən şəxs3 onunla eyni liseydə paralel 11-ci sinifdə oxuyur. Ayxan həmin Zərərçəkmiş şəxs ondan daha da yaxşı tanıyırmış. Təxminən 20+22-ci ilin sentyabr ayının ortalarında «Dəyanət» liseyinin yaxınlığındakı «Zabitlər parkın» da sinif yoldaşı Turqutla gəzişərkən həmin Təqsirləndirilən şəxs3 onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs haqqında danışaraq demişdir ki, həmin Kamil bir qızı evinə aparıb vuraraq bayıldıb zorlamış, həmin zorladığı anı da, mobil telefonuna çəkib telefonun yaddaşına yazmışdır. Qız ayılandan sonra da həmin qıza demişdir ki, əgər onunla bacısı ona pul verməsələr həmin video yazını sosial şəbəkələrdə paylaşıb onu rusvay edəcəkdir. Həmin qızın kim olmasını əvvəlcə Ayxan deməsə də, sonradan eşitmişdir ki, həmin qızın adı Nərmindir. Bu sözləri onlara Ayxan demişdir. Zərərçəkmiş şəxs keçmiş sinif yoldaşı kimi bilirmiş ki, Kamil hələ liseydə oxuyanda sinif yoldaşları Fatimə ilə görüşürmüş və Kamil liseydən qovulandan sonra da, onların əlaqələri davam edirmiş. Onun digər sinif yoldaşı Təqsirləndirilən şəxs5 da, həmin Fatimənin «instaqram» sosial şəbəkəsindəki takibçisi olmuş və Fatimənin həmin səhifəsində Kamillə fotoşəkil yerləşdirməsini görmüşdür. Bəylərin ona deməsindən məlum olmuşdur ki, 2022ci ilin sentyabr ayının axırlarında Bəylər həmin Fatiməyə demişdir ki, Kamildən aralı dursun, Kamili yaxşı oğlan kimi tanımırlar. Bəylər Kamilin liseydən qovulmasının səbəbi olan həmin qızı öpmək hadisəsini nəzərdə tutub bu sözləri Fatiməyə demişdir. Fatimə də bundan sonra Kamillə əlaqə saxladıqda Bəylərin ona dediklərini Kamilə demişdir. Yəni Kamilə bildirmişdir ki, Bəylər ona söyləmişdir ki, onu yaxşı oğlan kmi tanınmırlar. Fatimə bunu Kamilə deyəndən sonra Kamil «WhatsApp» proqramı vasitəsi ilə Bəylərə yazaraq nəyə görə onun haqqında dostu Fatimənin yanında mənfi fikirlər bildirdiyini soruşmuşdur. Həmin vaxtı Bəlyər də Kamilə «WhatsApp» proqramı vasitəsi ilə yazıb bildirmişdir ki, onsuz da səni heç kim yaxşı oğlan kimi tanımır. Kamil Bəylərin yazdıqlarını oxuyandan sonra Bəylərə «WhatsApp» proqramı vasitəsi ilə yazıb onun haqqında mənfi düşünənlərin analarını söymüşdür. Bəylərlə Kamilin arasında bu yazışmalar gedəndən sonrakı gün Bəylər gəlib liseydə onunla X28 «WhatsApp» proqramı vasitəsi ilə yazdıqlarını və onun haqqında mənfi fikir bildirənlərin analarını nəlayiq ifadələr işlədərək söydüyünü bildirmişdir. Onlar Bəylərdən həmin yazışmanı onlara göstərməsini istədikdə Bəylər demişdir ki, telefonu evdə qalmışdır. Lakin onlar Bəylərin dediklərinə inanmışlar. Hüseyn, o və Bəylər qərara gəlmişlər ki, Kamilə zəng edib onunla görüşüb, həm də, onun «WhatsApp» proqramı vasitəsi ilə yazdığı söyüşləri soruşub, həmçinin onlara deyilən qızı zorlama məsələsini də soruşsunlar. Ona pis təsir edirdi ki, onun keçmiş sinif yoldaşı nəyə görə bir qızı bayıldıb zorlamışdır, həmçinin videoya çəkib hədələmək istəyir. Həmçinin hamısı Kamil haqqında mənfi fikirdə olduqlarından onun söyüş söyməsi elə bir hamısına ünvanlanmışdır, ona görə də onunla görüşüb ondan nəyə görə söyüş söyməsini soruşmaq istəyirmişlər. Belə bir razılaşmaya gəldikdən sonra Bəylər Fatimədən həmin Kamilin mobil telefon nömrəsini götürüb onun mobil telefonunla həmin Kamilin hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng etdikdə Kamil əvvəlcə bildirmişdir ki, dərsdən çıxıb danışar. Lakin sonra o telefon zənglərinə cavab verməmiş. Həmin günü onlar Kamillə telefonla danışa bilməmişlər. Fatimə onlara demişdir ki, özü Kamillə danışıb onlara xəbər edər ki, Kamil onların zənglərinə cavab versin. Fatimə həmçinin şəxsən ona demişdir ki, Kamilə «WhatsApp» proqramı vasitəsi ilə yazsan cavab verər. Ona görə həmin günün axşamı, yəni hadisədən iki gün əvvəl o, şəxsi istifadəsində olan 070 *** ** ** saylı mobil telefon nömrəsindən Kamlin mobil telefon nömrəsinə «WhatsApp» proqramı vasitəsi ilə yazmağa başlamışdır ki, ona cavab versin. Bir neçə saatdan sonra Kamil nəhayət onun yazışmalarına cavab verərək «WhatsApp» proqramı vasitəsi ona yazıb kim olduğunu soruşduqda o Kamilə yazaraq bildirmişdir ki, «keçmiş sinif yoldaşın Mirzəlidir.» Kamil onu tanıdığını və onu dinlədiyini bildirdikdə o Kamilə «WhatsApp» proqramı vasitəsi ilə yazaraq bildirmişdir ki, iki məsələ ilə bağlı onunla görüşmək istəyirlər, biri Bəylərə yazdığı söyüşə görə, o birisi isə başqa məsələdir. Kamil də həmin vaxtı ona yazaraq soruşmuşdur ki, «qız zorlamaq məsələsi?». O da Kamilə «WhatsApp» proqramı vasitəsi ilə yazmışdır ki, bunu görüşəndə canlı danışarıq. Yəni Kamillə görüşmək istədiyini ona «WhatsApp» proqramı vasitəsi ilə yazıb bildirmişdir. Kamil də onun təklifini qəbul edib «WhatsApp» proqramı vasitəsi ilə ona yazaraq demişdir ki, harada, nə vaxtı istəsələr onlarla görüşə bilər. Hətta yazmışdır ki, Yasamalda kafeləri var, orada gəlib çay içib söhbət də edə bilərlər. Bu yazışmadan sonra o, Təqsirləndirilən şəxs3 və Hüseyn Nurizədəyə zəng edib Kamillə yazışa bilib əlaqə qura bildiyini söyləmiş və demişdir ki, Kamil onlarla görüşməyə razıdır. Səhərisi günü, yəni 30 sentyabr 2022-ci il tarixdə «Dəyanət» liseyində o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 bərabər söhbət edəndə qərara gəlmişlər ki, sabahısı, yəni 01 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Kamillə Badamdarda qaldığı evin yanında görüşsünlər. Həmin görüşə beş nəfər getsinlər. Yəni o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Hüseynin Ayhan adlı başqa dostu ilə görüşə getsinlər. Kamil həm də Ayxangilə qonşu olduğundan, Təqsirləndirilən şəxs3 onun qaldığı evin yerini bilirmiş, ona görə Kamillə evinin qarşısında görüşmək qərarına gəlmişlər. Hamısı qərara gəlmişlər ki, o, Kamilə zəng edib görüş vaxtını və yerini müəyyənləşdirsin. 30 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində o evdə olarkən şəxsi telefon nömrəsindən Kamilə zəng edib demişdir ki, sabah, yəni 01 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Bayılda qaldığı evin qarşısına gələcəklər, onlar beş nəfər olacaqlar, o da özü ilə əlavə dörd nəfər götürə bilər, beş- beşə görüşsünlər. Kamil də ona telefonda demişdir ki, problem deyil, o ola bilsin ki, 5 nəfərlə deyil 3-4 nəfərlə gəlsin. O da demişdir ki, "day özün bilərsən". Bu qaydada danışdıqdan sonra o, həmin danışıq barədə Ayxanla Hüseynə məlumat vermişdir, lakin həmin günün axşamı Kamil «WhatsApp» proqramı vasitəsi ilə ona yazmışdır ki, Badamdarda görüş alınmır, onlarla Yasamalda görüşmək istəyir. O da Kamilə «WhatsApp» proqramı vasitəsi ilə yazmışdır ki, birinci görüşmək üçün yeri onlar demişdir, Yasamalda görüşmək alınmayacaqdır. Bundan sonra Kamil «WhatsApp» proqramı vasitəsi ilə ona yazmışdır ki, “siz qorxursunuz, monitor şirisiniz”, o da Kamilə cavabında normal danışmasını tələb edəndə Kamil ona «WhatsApp» proqramı vasitəsi ilə yazmaqda davam etmişdir ki, “siz qorxursunuz ki, sizi Yasamalda pis günə qoyarıq”, o da Kamilə «WhatsApp» proqramı vasitəsi ilə söyüşlə yazmışdır ki, «bizi vura bilməzsiniz.» Bundan sonra onlar qarşılıqlı şəkildə yazışıb söyüşməyə başlamışlar, Kamil ona yazmışdır ki, “sənin başın qaçıb səni «s….. lər» siyahısına yazdım”, yəni onu söymüşdür. O da Kamilə nəyə görə belə söyüş yazdığını soruşduqda Kamil ona «sənin olmayan oğlanılığını s…… m,» sözlərini yazaraq söymüşdür. O da Kamilə cavabında yazmışdır ki, «sən də Badamdarda qızı zorlayan p.......sən, o......n» Kamil də «WhatsApp» proqramı vasitəsi ilə cavabında onun anasını, var-yoxunu söymüşdür. Yəni onlar qarşılıqlı şəkildə «WhatsApp» proqramı vasitəsi ilə yazışıb söyüşmüşlər. O, bu yazışmalardan sonra Ayxan, Bəylər, Hüseynlə «WhatsApp» qrupunda əlaqə saxlayıb baş verənləri danışmışdır. Həmin yazışmalar zamanı Hüseyn təklif etmişdir ki, onu bir yerdə tutub cəzalandıraq. Ayxan da həmin vaxtı qrupda yazaraq bildirmişdir ki, Kamil kursdan çıxanda tuta bilərik və aparıb bir yerdə cəzalandırarıq. Ayxan həmçinin bildirmişdir ki, Kamilin getdiyi kursun yerini dəqiq öyrənib onlara deyər. Ayxan həmin vaxtı başqa dostları Məcid və Elxanla yazışıb onlara bildirmişdir ki, Kamilin kursa getdiyi yeri öyrənmişdir, sabah saat 15 radələrində kursdan çıxacaqdır, Kamili kursdan çıxanda tuta bilərik. Beləliklə «WhatsApp» proqramı vasitəsi ilə konfrans şəklində qrupda o, Hüseyn və Ayxan danışaraq qərarlaşdırmışlar ki, 01 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində Kamil Badamdarddakı hazırlıq kursundan çıxanda onu qəflətən tutub kursun yanında bir yerə aparıb döyərik cəzalandırsınlar. Həmin zaman qərara gəlmişlər ki, həmin söhbətə onlardan əlavə Bəylər, həmçinin Hüseynin dostu Ayhan da gəlsin. 01 oktyabr 2022-ci il tarixdə onun «Dəyanət» liseyində dərsi olmamışdır. Həmin günü saat 13 radələrində o, hazırlıq kursundan çıxıb «Zabitlər parkın» da Bəylər, Ayxan, Şərif, Əli və Amil adlı uşaqlarla görüşmüşdür. O, həmin vaxtı bilmişdir ki, söhbətə onlardan əlavə Bəylərin çağırdığı Əli və Şərif də gedəcəklər. Amil onlarla getməyəcəni bildirmişdir. Həmin görüş zamanı Bəylər onlara bir butulka göstərib demişdir ki, bunu Kamilin arxasına soxacaq. Bundan sonra onlar Hüseynlə danışmış və onunla «Ağçiçəyim» adlanan gül mağazasanın qarşısında görüşmüşlər. Qərara gəlmişlər ki, Kamil saat 15 radələrində Badamdarddakı hazırlıq kursundan çıxanda tutub elə orada döyüb cəzalandırsınlar. «Ağçiçəyim»-in qarşısında Şərif bir ədəd «sarkız» kimi adlanan su almış, o həmin suyu içib qurtarandan sonra Bəylər ona demişdir ki, butulkanı atma, elə bu butulkanı Kamilin arxasına soxacaq. Bundan sonra boş butılkanı Bəylər ondan götürüb Şərifə vermişdir. Həmin davaya o, Hüseyn, Bəylər, Təqsirləndirilən şəxs3, Əli, Şərif və Hüseynin dostu Ayhan gedirmişlər. Hüseyn həmin görüş zamanı təklif etmişdir ki, özləri ilə skoç, «elektroşoker» və butulka götürsünlər ki, Kamili tutanda ona «elektroşoker»lə vurub, ağzını bağlasınlar. Hamısı razı olduqdan sonra piyada sirkin qarşısına getmiş, orada Hüseynin dostu Ayhan da onlara qoşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs3 onlara demişdir ki, onlarda evdə «elektro şokker» var, gedib onu götürsünlər. Onlarda oradan səhv etmirsə «bolt» taksi xidmətinə sifariş verib təsadüfi bir «taksi» maşını ilə Təqsirləndirilən şəxs3 yaşadığı Badamdarddakı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs3 evə qalxıb əynini dəyişmiş və özü ilə bir ədəd «elektroşoker» əşyasını götürüb aşağı düşüb onlara göstərmişdir. Hətta onlara «elektroşoker»in işlədiyini nümayiş etdirmişdir. Bundan sonra Hüseyn Ayxandan soruşmuşdur ki, nəyə görə skoç götürməyib o da demişdir ki, skoç lazım deyil. Hüseyn isə demişdir ki, skoç mütləq lazımdır və bundan sonra Hüseynlə Bəylər yaxınlıqdakı «1001 xırdavat» mağazasından bir ədəd skoç alıb onların yanına gəlmişlər və Hüseyn skoçu ona vermişdir. Beləliklə onlar özlərilə «elektroşoker», skoç və Kamilin arxasına soxmaq üçün bir ədəd boş butulka götürmüşlər. Bundan sonra bərabər Təqsirləndirilən şəxs3 göstərdiyi məkana, yəni Kamilin hazırlıqda olduğu kursun yerləşdiyi ünvana gəlmişlər. Hələ saat 15 olmamışdır. Qərara gəlmişlər ki, kursun bütün çıxışlarını bağlasınlar ki, Kamil çıxanda görsünlər. Hüseyn onları bölmüşdür, razılaşmaya əsasən onunla Bəylər kursun çıxışından sola dönən yerdə, Hüseyn və Təqsirləndirilən şəxs3 kursun çıxışından nisbətən sağda, Şərif, Əli və Ayhan isə kursun çıxışından bir balaca aşağıda gözləməyə başlamışlar. Saat 15 radələrində Kamil kursdan çıxmış, həmin vaxtı Hüseyn arxadan Kamilə yaxınlaşıb onun boynundan əli ilə tutub demişdir ki, «səni zorlayacağıq». Kamil onların gəlməyini gözləmirmiş, o görmüşdür ki, onlar çoxdur. Hüseyn Kamilin boynundan tutanda onlar Kamili əhatəyə almışlar. Kamilin yanında iki oğlan olmuşdur. Onlar Kamillə bərabər hazırlıqdan çıxırmışlar. Onlar nə məsələ olduğunu soruşanda Hüseyn onlara demişdir ki, başlarını bəlaya soxmasınlar gedib işləri ilə məşğul olsunlar. Onlardan biri aralansa da, eynəkdə olanı Kamilin yanında qalmışdır. Hüseyn Kamilin boynundan əli ilə tutub ona nümayiş etdirərək deyirmiş ki, necə maldır ? O, həmin vaxtı Kamilin sifətindən bir dəfə yumruqla zərbə vurmuşdur. Hüseyn onu buraxmırmış və onu tutub zorla hazırlıq kursunun kənarına aparmışdır. Orada qərara gəlmişlər ki, Kamilin ağzını skoçla bağlasınlar ki, danışmasın və onu döysünlər. Çünki Kamil onlardan soruşurmuş ki, nəyə görə onu vururlar. Hazırlıq kursunun tinində o Kamilin ağzını üzərində olan, əvvəlcədən gətirdikləri skoçla bağlamağa başlayanda Kamil buna imkan verməyib, yəni başını, ağzını kənara tərpədərək ağzını skoçlamağa qoymurmuş. O, həmin vaxtı onun müqavimətini qırmaq üçün sifətindən, qarnından, bədənindən ardıcıl olaraq yumruqlarla zərbələr vurmağa başlamışdır. Hüseyn həmin vaxtı Kamilin əlindən «İphone 13» markalı mobil telefonun götürmüşdür ki, telefonun «Gallereya» bölümünə baxsınlar. O Kamili döyəndə Əli Hüseynin mobil telefonu ilə bunu çəkirmiş. Ondan əlavə Hüseyn də, Kamilə yumruqlarla sifətindən, qarnından zərbələr vururmuş. Həmin vaxtı onlar Hüseynin Kamilin əlindən aldığı mobil telefonun yaddaşındakı «Gallereya» bölümünə baxmağa başlamışlar. Həmin telefonun yaddaşına baxdıqda müxtəlif pornoqrafiq fotoşəkillər görmüş, həmçinin görmüşlər ki, Kamil bir qızla cinsi əlaqədə olur. Həmin videoda Kamilin sifəti düşsə də, qızın sifəti düşməmişdir. Onlar zənn edirmiş ki, həmin qız Təqsirləndirilən şəxs3 onlara dediyi zorlamaya məruz qalmış qız ola bilər. Onlar həmin görüntüləri öz mobil telefonları ilə video çəkiliş edərək telefonların yaddaşına yazmağa başlamışlar. Onlar Kamili döyəndə onun ağzını daha bağlamamışlar. Həmin vaxtı hazırlıq kursunun müəllimləri çölə çıxmağa başlayanda Hüseyn soruşmuşdur ki, bunu hara aparaq. Təqsirləndirilən şəxs3 da demişdir ki, yaxınlıqdakı qəbirstanlığa aparaq. Onların fikri Kamili döyüb butulka üstündə otuzdurmaq olmuşdur. Ona görə qəbirstanlığa getmək üçün Təqsirləndirilən şəxs3 mobil telefonla «taksi» sifariş etmişdir. Bəylərin üstündə qara rəngli tibbi maska varimiş. Bəylər həmin maskanı döydükləri, ağzı qanayan Kamilin ağzına taxmışdır. Taksi gələndə qabaqda Ayxan Abas, arxada isə Hüseyn, o və Kamil oturmuşlar. Kamili Hüseynlə o araların otuzdurmuşlar, Hüseyn onun çiynindən sıxırmış ki, taksidə artıq-əskik danışmasın, qışqırmasın. Ayxanın bildirməsinə əsasən «taksi» sürücüsü onları Badamdar qəbirstanlığının yaxınlığındakı bir yerə aparmışdır. Əli, Şərif, Bəylər və Ayxan onların arxasınca başqa «taksi» ilə birbaşa qəbirstanlığa yollanmışdar. Yolda Kamil danışmamış, «taksi» sürücüsünə döyüldüyünü, başına gələnləri bildirməmişdir. Hüseyndən qorxub sakit dururmuş. Badamdar tərəfdə Ayxan «taksi» sürücüsünü saxladıb yola salmışdır. Onlar qəbirstanlığa piyada getməyə başlamışlar. Həmin isiqamətdə piyada gedəndə qarşıların Badamdar uşaqları çıxmışlar. Onları zəninncə hadisə yerinə Təqsirləndirilən şəxs3 çağırmışdır. Badamdar uşaqları onlardan xahiş etmişlər ki, Kamili vurmasınlar. X67 başından vura-vura qəbirstanlığa tərəf aparırmış. Onlar qəbiristanlığa çatanda orada Bəyləri, Şərifi, Əlini və Ayhanı da görmüşlər. Onlar başqa «taksi» ilə qəbirstanlığa gəlib çatmışlar. Onlar piyada qəbirstanlığın içi ilə axıra kimi düz gedib qəbirstanlığın qurtaracağında dayanmışlar. Qəbirstanlığın içində X45 sifətinə sillə ilə zərbələr vuraraq onu alçaldırmışlar. Həmin vaxtı o da Kamilin sifətindən, bədənindən yumruqlarla vurmağa başlayanda arxalarından gələn Badamdar uşaqlarından olan, qiyabi tanıdığı Məcid onu tutub sakitləşdirmişdir. Həmin vaxtı onlara yaxınlaşan Badamdar uşaqlarından Yeniyol adlanan oğlan onlardan Kamili nəyə görə döyklərini soruşduqda onlar Yeniyola mobil telefonun yaddaşındakı Kamilin onları söydüyü səsləri nümayiş etdirdikdə onlar bunları eşidib sakitcə kənara çəkilib durmuşlar. Həmin vaxtı Bəylər Hüseynin mobil telefonu ilə Kamili çəkməyə başlamışdır. Həmin an Hüseyn Kamili sorğu sual edirmiş ki, necə qızı zorlamışdır. Kamil də, etiraf etmişdir ki, dörd qıza «patı» kimi adlanan narkotik verib zorlamışdır. Həmin vaxtı onlara Badamdarda yaşayanlardan adı hadisə yerində ona məlum olan Kamran adlı şəxslə atası yaxınlaşmışlar və nəyə görə Kamili döydüklərini soruşduqda Kamil onlara da, qız zorladığını etiraf edəndə Kamrangil onlara söyüşlə bunu pis günə qoyun deyib getmişlər. Kamranla atası gedəndən sonra Hüseyn Kamili alçatmaq üçün ondan tələb etmişdir ki, əynindəki şalvarını çıxarıb soyunsun. Kamil də Hüseynin tələbi ilə əynindəki şalvarını aşağı çəkib soyunduqda Hüseyn ona göstəriş vermişdir ki, Şərifdən özlərilə gətirdiyi boş butılkanı götürüb Kamilin altında elə yerə qoysun ki, Kamil əyiləndə düz butulkanın üstündə otursun, butulka Kamilin arxasına girsin. O da Şərifdən boş su qabını, yəni «sarkız» suyunun boş susuz şüşəsini, yəni butulkanı götürüb yerə qoymuşdur. Kamil Hüseynin tələbi ilə butulkanın üstündə oturmuş və Hüseynin tələbi ilə həmin butulkanı əli ilə yerdən götürüb butulkanın baş hissəsini lüt vəziyyətdə olan arxa tərəfinə soxmağa başlamışdır. Həmin vaxtı Kamil butulkanı arxasına soxanda o, təpiklə butulkanın alt tərəfindən vururmuş ki, butulka onun arxa tərəfinə bərk girsin. Hüseyn həmin vaxtı Kamili məcbur edirmiş ki, Kamil yerdəki butulkanın üstündə otursun. Kamil də butılkanın üstündə oturmuşdur. Həmin vaxtı başqa uşaqlar da, onu alçaldırmışlar və mobil telefonla çəkirmişlər. Yəni onlar Kamili özlərilə gətirdiyi şüşə butulkanın üstündə otuzdurmuş, butulkanı onun arxasına soxmuş və alçattmışlar. Həmin anlar mobil telefonla çəkilirmiş. Hüseyn Kamilə etiraf etmişdir ki, dörd qıza «patı» kimi adlanan narkotik verib zorlamışdır. Lakin Kamil ümumi şəkildə sözlə etiraf etmişdir, qızların adlarını onlara bildirməmişdir. Onlar da qızların kim olmasını soruşmamışlar. Bundan sonra onlar Kamili buraxmışlar. Oradan o, Hüseyn, Təqsirləndirilən şəxs3, Bəylər, Əli, Şərif, Ayhan, habelə Badamdar uşaqlarından olan Elxanla bərabər piyada qəbiristanlıqdan çıxıb Badamdarın aşağı tərəfinə düşmüş və oradan çıxıb evlərinə yollanmışlar. Təqsirləndirilən şəxs3 hadisə vaxtı «elektroşokerindən» istifadə etməmişdir. Kamili onlara söyüş söydüyünə və qızlara qarşı qanunsuz əməllərə yol verdiyinə görə döyüb, söyüb, butalkanın üstündə otuzdurmuşlar. 10 oktyabr 2022-ci il tarixdə elan edilmiş ittihamla razı deyildir. Baş vermiş hadisə zamanı heç birində bıçaq olmamış, Zərərçəkmiş şəxs heç biri bıçaq tətbiq etməmişdir. Təqsirləndirilən şəxs3 elektroşok olmasına baxmayaraq həmin elektroşok hadisə zamanı istifadə edilməmiş, Təqsirləndirilən şəxs3 elektroşoku cibindən belə çıxarıb nümayiş etdirməmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri 236 saylı məktəbin yaxınlığından Badamdar qəbiristanlığına apararkən sonuncunun öz xoşluğu ilə taksiyə əyləşdiyini, ona zor tətbiq edilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs taksidə olarkən onlara və taksi sürücüsünə taksidən düşməklə istəməsi barədə heç bir müraciət etməmişdir. Belə ki, Kamil özü onların ünvanına təhqiramiz ifadələr işlədərk onları söhbətə çağırmışdır. Dedikləri Whatsapp yazışmaları ilə də öz təsdiqini tapır. Badamdar qəbiristanlığına çatdıqdan sonra Hüseyn gətirdikləri butulkanın üzərində Kamili oturtmaq üçün əynindəki şalvarıənı soyunmasını tələb etdikdə Kamil əynində olan şalvarını soyunmağa başlayarkən hadisə yerində ona məlum olan Kamran adlı şəxs atası ilə yoldan keçərkən Kamilin yenidən şalvarını geyindiyini, həmin zaman Kamran və atası Kamilə oradan onlarla getməyi təklif etsədə Kamilin bundan imtina etdiyini, dalaşmadığını, sadəcə söhbət etdiyini, söhbət qurtardıqdan sonra gedəcəyini onlara demişdir. Kamilin bu sözündən sonra Kamran və atası onların yanından uzaqlaşmışdır. Daha sonra Kamil onların sözünə əsasən şalvarını soyunmuşdur. O, Şərifdən aldığı butulkanı yerə qoyub Kamilə həmin butulkanın üzərində oturmasını bildirmişdir. Kamil butulkanın üzərində otursada butulka onun anus dəliyinə keçməmişdir. Bundan sonra Kamilə evinə gedə biləcəyini bildirib getməsi üçün cibində pul olubolmadığını, əgər yoxdursa pul verə biləcəklərini demişlər. Kamil isə cibində pulu olduğunu deyib onların yanından uzaqlaşmışdır. Kamil öz xoşluğu ilə Bakı şəhəri 236 saylı məktəbin yaxınlığından Badamdar qəbiristanlığına getmişdir. O, Zərərçəkmiş şəxs təklifinə əsasən görüşə getmişdir, hadisə yerinə getmək üçün qabaqcadan heç bir hazırlıq görəməmişdir. Kamil onları Yasamalda “Kaktus” adlanan yerə çağırdığından həmin yerin ictimai yer olmasını, əhalinin çox olmasını nəzərə alıb ictimai yer olmayan qəbiristanlığa aparmışlar. Kamilin dostlarının onlardan böyük olduğundan onları söhbətə qatmamaq və daha böyük mübahisə yaratmamaq üçün Kamilə xəbər vermədən hazırlıq keçdiyi yerin yaxınlığına getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs3, ifadələrində özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxslər kimi ona təqdim olunan Təqsirləndirilən şəxs4 istisna olmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 tanıyır. Təqsirləndirilən şəxslərdən daha çox Hüsyenli Mirzəlini tanıyır, çünki Mirzəli onun sinif yoldaşı olmuşdur. Bildirir ki, məktəbdə Kamilin bir neçə nəfər şagirdi nalayiq ifadələr işlədərək təhqir etməsi barədə şayələr yayılmağa başladı. Hadisə günü də o, əvvəl dərsdən evə gəlmişdir, evdə paltarını dəyişib çölə çıxmışdır və məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxslərlə görüşmüşdür. Görüş zamanı uşaqlara onda evdə elektroşoker olduğunu demişdir. O, həmişə üzərimdə elektroşoker daşımışdır. Çünki axşamlar evə qayıdarkən artıq hava qaranlıq olur, o da hər ehtimala qarşı öz müdafiəsini təşkil etmək üçün üzərində elektroşoker daşıyır. Uşaqlar məktəbin yanına getdilər. Məktəbin həyətində Kamili görüb ona yaxınlaşdılar. O da orada olmuşdur. Kamilə konkret olaraq kimin yaxınlaşmasını xatırlamır. O, Kamili nə söyməmiş, nə də vurmamışdır. Ümumiyyətlə elə bir şey olmayıb. Sadəcə digər uşaqların onunla söhbət etmələrinə qulaq asmışdır. Beləliklə də söhbət davam edirdi. Sonra, səhv etmirsə, iki nəfər müəllim onların olduğları məkandan keçdi. Kamilin müəllimləri idi. Kamil onları gördükdən sonra ərazidən uzaqlaşmağı təklif etdi. Kamili heç kəs qolundan tutmayıb ki, o, başqa yerə getməsin. Kamilin azadlığı məhdudlaşdırılmamışdır. Kamillə görüşməkdə məqsədi aralarında yaranmış anlaşılmazlıqları həll etmək idi. Anlaşılmazlıq o idi ki, Kamil onlara qarşı nalayiq ifadələr, söyüşlər işlədirdi. Taksi gələndən sonra o, Hüseyn, Mirzəli və Kamil məktəbin həyətindən çıxıb maşına minmişlər. Maşında o, qabaqda sürücünün yanında oturmuşdur. O, oturarkən arxaya baxmamışdır, ona görə də dəqiq deyə bilmir, Kamil maskada idi, yoxsa yox. O, Kamilə çox da yaxın durmamışdır. O, Kamilin sifətində maska görməmişdir.Taksidə gedərkən hamısı söhbət etmişlər. Əgər onlar Kamilin azadlığını məhdudlaşdırmış olsaydılar, Kamil taksi sürücüsünə şikayət edə bilərdi. Qəbirstanlığa çatana qədər də hardasa on beş dəqiqə vaxt sərf olundu. Digər uşaqlar qəbirstanlığa piyada gəldilər. Gələnlərin içərisində Kamilin hazırlıq yoldaşları da var idi. Butulka söhbəti əvvəlcədən planlaşdırılmayıb, müzakirə olunmayıb. Sonradan baş verdi. Onlar Kamili yanlarında zorla saxlamamışdılar. Kamil istəsəydi, ərazidən qaça bilərdi. Münaqişə Kamilin söyüş söyməyinə görə başlamışdı. Kamilin onları söydüyünə görə aralarında münaqişə yaranmışdır. Onun şəxsən Kamil ilə arasında mübahisə olmayıb. Mübahisə zamanı çox adam var idi. Ona görə də ağlına taksi olaraq “Vito” sifariş etmək gəlmişdir. Taksi gəldikdən sonra məktəbdən çıxıb getimişlər. Taksi sifariş verəndə təyin etdikləəri məkanın qəbirstanlıq olduğunu bilmişdir. Qəbirstanlığda sakitçilik idi, ona görə də orada danışmaq rahat idi. Zərərçəkmiş şəxsin butulkaya oturdulması zamanı cinsi həzz alması məsələsinin ona aidiyyatı yoxdur. Belə şey mümkün deyil. Əvvəlcədən aralarında butulka ilə bağlı heç bir razılaşma olmayıb. Kamlin oğurlanmasını, onun parnoqrafiyasını çəkməyi, sonra yaymağı, ona qarşı seksual xarakterli hərəkətlər etmək barəsində müstəntiqdən eşidib. Kamillə görüşməmişdən qabaq və ya görüşəndə onların ağlına belə fikir gəlməyib. Bu barədə müstəntiqdən eşidib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs3 ona ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli biməyərək göstərmişdir ki, X36 Bakı Türk Liseyinin 11 F sinifində təhsil alır. Şahid6 onunla liseydə paralel sinifdə, yəni 11 H sinifində oxuyur. 26 sentyabr 2022-ci il tarixdə 11 H sinifində oxuyan dostu Təqsirləndirilən şəxs5 ona demişdir ki, sinif yoldaşı Fatimə əvvəllər onlarla eyni liseydə 8-ci sinifədək təhsil almış Zərərçəkmiş şəxs videoya çəkib instagram sosial şəbəkəsində hekayə bölümündə paylaşmışdır. O da buna görə Fatiməyə Kamildən uzaq olmasını, Kamilin qeyri-əxlaqi hərəkətləri olduğunu, liseyin 8-ci sinifində oxuyarkən liseyin zirzəmisində yerləşən sinif otaqlarının birində qızla öpüşərkən kamera görüntülərinə düşdükləri üçün həmin qızla bərabər liseydən qovulduğunu demişdir. Fatimdə onun sözlərini Kamilə çatdırmış, Kamillə onun arasında mobil telefonda mübahisə yaranmış və söhbət etmək üçün Kamil onu təkidlə sabahsı gün yəni 27 sentyabr 2022-ci il tarixdə Yasamal rayonuna görüşə dəvət etmişdir. Bəylər onun Zərərçəkmiş şəxsla əvvəllər yaxşı münasibətinin olduğunu bildiyi üçün bu barədə ona demişdir. O da Bəylərə Kamilin sözlərinə fikir verməməsini bildirmişdir. 27 sentyabr 2022-ci il tarixdə liseydə dərs arası tənəfüsdə olarkən Bəylərlə rastlaşmışdır. Ona bu gün Kamillə görüşə gedib-getməməsini soruşmuşdur. Bəylər isə özündə mobil telefon olmadığı üçün digər sinif yoldaşı Təqsirləndirilən şəxs2 telefonu ilə Kamilə zəng edəcəyini bildirmişdir. Həmin zaman orada sinif yoldaşları Təqsirləndirilən şəxs1 Rafiq oğlu, Şahid2, Bəylər və Mirzəli olmuşdur. Bəylər Mirzəlinin mobil telefonu ilə dəfələrlə Zərərçəkmiş şəxs mobil telefonuna zəng etsədə Kamil telefonlara cavab verməmişdir. Kamilin telefonlara cavab vermədiyini görüb dərsə qayıdıb daha sonra evlərinə getmişlər. Həmin günü axşam saatlarında Təqsirləndirilən şəxs2 whatsapp prorqramı vasitəsi ilə Kamillə danışdığı ismarıcların öz aralarında “ss” dedikləri ekran surətinin çəkib ona göndərmişdir. Həmin göndərilən footoşəkillərdən görünürmüşki ki, Kamillə Mirzəli bir-birlərini nalayiq sözlərlə təhqir edirmişlər. Daha sonra Kamil Mirzəliyə səsli ismarıc göndərərək həmin həftənin şənbə günü, yəni 01 oktyabr 2022-ci il tarixdə Yasamal rayonunda əmisi oğluna məxsus xatırlamadığı kafeyə Bəylərlə Mirzəlini dəvət etmiş, əgər deyilən vaxtı orada olmasalar onların ünvanına nalayiq sözlər işlətmişdir. Həmin zaman onların whatsapp proqramında qrubları olmuşdur. Həmin qrupda Bəylər, Mirzəli, Hüseyn və o olmuşdur. Sabahkı gün dərsdə olarkən Mirzəli, Hüseyn və Bəylərlə görüşərkən onlar ona demişlər ki, “whatsapp qrubunda axşam danışdıqlarımıza baxmısan?” O isə baxmadığını nə olduğunu soruşduqda onlar ona demişdir ki, belə qərar gəlmişlər ki, Kamilin təkidlə onları Yasamala dəvət etməkdə məqsədini bilmirik. Bunun üçün ondan soruşmuşlar ki, Kamilin həftə sonu hazırlığa gedibgetməməsini öyrənə bilərəmmi. O da onlara demişdir ki, Kamillə birlikdə hazırlığa gedən Məcid adlı tanışım var. Məciddən dəqiq olaraq soruşub bu barədə məlumat verər. Buna görədə o Məcidə zəng etmişdir. Ona Kamillə dostları arasında baş verən mübahisə barədə məlumat verib və xahiş etmişdir ki, Kamilin həftəsonu gedəcəyi hazırlıq vardırsa bu barədə ona köməklik edib məlumat versin. Məcid Kamillə hazırlıq yoldaşı olduğunu, həftənin şənbə günü, yəni 01 oktyabr 2022-ci il tarixdə Badamdar qəsəbəsində 236 saylı məktəbin yaxınlığında hazırlıqda olacağını, saat 14 radələrində hazırlıqdan çıxacağını, həmin yerin söhbət üçün münasib olmasını demişdir. O da Məcidin sözlərini whatsapp qrubunda dostlarına bildirmişdir. Dostlarının məqsədi Kamilin onlara dediyi sözlərə görə üzr istəmək, əgər üzr istəməsə onun döyərək məcburi qaydada üzr istətmək olmuşdur. Buna görədə razılığa əsasən 01 oktyabr 2022-ci il tarixdə Kamillə görüşməyi gözləmişlər. O, Kamillə görüşə getmək istəməsə də dostları Hüseyn, Mirzəli və Bəylər onun Badamdar qəsəbəsində yaşadığını, həmin ərazini yaxşı tanıdığını bunun üçün onunda onlarla birlikdə gəlməyini xahiş etmişlər. O da etiraz etməyərək onlarla razılaşmışdır. 01 oktyabr 2022-ci il tarixdə saat 08:30 dəqiqədə Təqsirləndirilən şəxs5la birlikdə liseydə kursa getmişlər. Kurs saat 12:00-da başa çatdığından o, Bəylərlə liseyin həyətində biraz dolanmışlar. Onların gözləməkdə məqsədi dostlarının onların yanına gəlməsi olmuşdur. Onlar Mirzəli və Hüseyni gözləyirmişlər. Saat 13 radələrində digər sinif yoldaşı Şahid2 onların yanına gəlmişdir. Onun yanında Şahid3da olmuşdur. Şahid3 və Əli onların Kamillə olan söhbətindən məlumatlı olmuşdur. Bunun üçündə Əli ilə Şahid3 Kamillə olacaq söhbətə onlarla birlikdə gəlmək istəmişdir. Onlarda buna görə onlara etiraz etməmiş, gələ biləcəkləri demişlər. Hüseynlə telefonla danışıb harada olmasını soruşduqda Hüseyn onlara demişdir ki, Rusiya Səfirliyinin yanına gəlsinlər, onları orada gözləyəcəkdir. Onlarda, yəni Mirzəli, Bəylər, Əli və Şərif birlikdə Rusiya Səfirliyinin yanına getmişlər. Ora çatdıqdan sonra avtobus dayanacağında Hüseynlə görüşmüşlər. Hüseyn demişdir ki, Ayhan adlı dostu var, o da bu məsələdən məlumatlıdır. Bunun üçün Ayhanda onlarla birlikdə Badamdar qəsəbəsinə gedəcəkdir. Hüseyn demişdir ki, Ayhan Zabitlər parkının yanında Bolmart mağazasının qarşısında onları gözləyir, piyada şəkildə gedib Ayhanla görüşüb oradan taksi ilə Badamdar qəsəbəsinə getsinlər. X61 mağazasının qarşısında görüşmüşlər. O, Ayhanı ilk dəfə olaraq həmin ünvanda görmüşdür. Onunla əvvəllər ünsiyyəti və tanışlığı olmamışdır. Orada taksi sifariş edib ünvan 11 ünvanında yerləşən evinə getmişlər. Onun evə getməkdə məqsədi əynimdə olan paltarını dəyişmək olmuşdur. O, paltarını dəyişdikdən sonra dostlarının yanına yaxınlaşmışdır. Həmin zaman dostu Şahid1 onun yaşadığı binanın qarşısına gəlmişdir. Onun whatsapp proqramında dotları Şahid1 və Şahid5la qurubu vardır. Dostlarına Kamillə olan söhbətini həmin qrupda onlara demişdir. Onlarda həmin söhbət zamanı Kamili tanıdıqlarından orada olacaqlarını ona demişlər. Onlarında həmin mübahisəyə gəlməkdə məqsədləri olacaq mübahisəni kənarda izləmək olmuşdur. Elxana məhəllədə olduğunu dediyindən o, onun yaşadığı məhəlləyə gəlmişdir. O dostlarının yanına gəldikdən sonra onlara üzərində elektroşoker olduğunu bildirmişdir. Onlara elektroşokerlə təmasda olan şəxsin huşunu itirəcəyini demişdir. Hüseyn ona demişdir ki, əgər Kamil qaçmaq istərsə elektroşokeri ona tətbiq edərlər. O, isə cavabında Hüseynə demişdir ki, elektroşoker dava zamanı istifadə edilməyəcəkdir. Daha sonra onlar piyada şəkildə 236 saylı məktəbin yaxınlığına getmişlər. Məktəbə tərəf gedərkən Hüseynlə Mirzəli mağazaya girib bir ədəd skoç kimi bildiyi yaqpışqan lent almışlar. Lenti almaqda məqsəd dava zamanı əgər Kamil qışqırarsa onun ağzını bağlayacaqmışlar. Onlar 236 saylı məktəbin yaxınlığına çatdıqda Şahid4 orada onları gözləyirmiş. Onun yanında elə də yaxından tanımadığı Şahid7 və Şahid8 olmuşdur. X37 orada olmasından məlumatım olmamışdır. Bu barədə Məcid onlara məlumat vermişdir. Məcid onlara Zərərçəkmiş şəxs hazırlığa getdiyi evi göstərmişdir. Az sonra Kamilin hazırlıqdan çıxacağını, onunla söhbət etmək üçün əlverişli yerin 236 saylı məktəbin yaxınlığı olmasını bildirmişdir. Daha sonra onların yanına dostu Şahid5 gəlmişdir. Yeniyolunda Kamillə əvvəllər münasibəti olmuşdur. Yeniyol ona zəng edərkən ona bildirmişdir ki, 236 saylı məktəbin yaxınlığındadır, buna görədə həmin ünvana gəlsin. Onlar məktəbin yaxınlığında elə bir yerdə dayanmışdırlar ki, həmin yerdə demək olar ki, başqa şəxslər olmamışdır. Mirzəli ilə Hüseyn Kamilin hazırlıq keçdiyi evin yaxınlığında dayanmışdılar. Onların olduğu yerlə Hüseyngilin gözlədiyi yer arasında 100 metr məsafə olarmış. O, olduğu yerdən Hüseyngilin yanına getdikdə Hüseynin Kamili arxadan tutaraq saxlayıb və onların olduğu yerə gətirmişdir. Bu zaman Kamilində hazırlıq yoldaşları olan Sübhan və digər adını bilmədiyi şəxsdə onların olduğu yerə gəlmişdir. Hüseyn onlara demişdir ki, sizə aid olmayan söhbətdir, bunun üçündə getməyiniz yaxşıdır. Hüseynin bu sözündən sonra Sübhan onların yanından çıxıb getmişdir. Kamilin digər hazırlıq yoldaşı təkidlə qalmaq istədiyini bildirdiyindən onların yanında qalmışdır. Hüseyn Kamilin arxa hissəsində duraraq özünə sıxmışdır. Mirzəli aldıqları yapışqan lenti Kamilin ağız nahiyyəsinə dolamağa çalışsada bunu edə bilməmişdir. Çünki Kamil özünü müdafiə edirmiş. Mirzəli lenti bağlaya bilmədiyindən lenti yerə ataraq Kamilin ağız və bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr endirməyə başlamışdır. Daha sonra Hüseyn Kamilin çənə nahiyyəsindən bir yumruq vurmuşdur. Kamil həmin zərbənin nəticəsində yerə yıxılmışdır. X38 üzünə nalayiq sözlər söyürmüş, hətta bir neçə dəfə Bəylər də Kamili nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra Mirzəli Kamilin mobil telefonunu cibindən götürüb Hüseynə vermişdir. Hüseyndə Kamildən telefonun şifrəsini öyrənib, telefonu açdıqdan sonra qalareya bölməsindən Kamilin çəkdiyi və həmin videoya görə hədə qorxu yolu ilə tanımadığı qızdan pul aldığı videonu axtarmağa başlamışdır. Onlar videonu tapa bilmədiklərindən Kamil özü telefonu onlardan geri istəyib videonu təqdim edəcəyini bildirmişdir. Kamil videonu onlara təqdim etmişdir. Onlar videoya baxmışlar. Həmin videonun məzmunundan görünürmüş ki, Kamil siqaret çəkərək təbii yolla qızla cinsi əlaqədə olur. Qızın isə özündə olmadığı görünür. Kamil həmin qızın fahişə olduğunu, pul qarşılığında həmin qızla görüşdüyünü bildirmişdir. Həmin videonu Hüseyn öz mobil telefonu ilə videoqeydiyyata almışdır. Bu zaman onların olduğu yerə kənardan iki nəfər qadının gəldiyini görmüşlər. Buna görədə biraz kənara çəkilmişlər. Hüseyn ondan soruşmuşdur ki, heçkəsin olmadığı rahat yer haranı tanıyırsan ora gedək. Badamdar qəsəbəsində olan dostlarından rahat yerin hara olmasını soruşduqda onlar ona demişdir ki, Badamdar qəbiristanlığı rahat yerdir, ora heçkim gəlməz. Buna görədə Hüseynə demişdir ki, qəbiristanlıq tərəfə gedək, ora da rahat ola bilərik. Hüseyn ona demişdir ki, taksi çağır qeyd edilən ünvana gedək. Buna görədə o, bolt taksi xidmətindən taksi sifariş vermişdir. Kamilin ağzından qan gəldiyi üçün Bəylər üzərində olan maskanı Kamilə vermişdir ki, ağzına geyinsin taksi sürücüsü onun həmin vəziyyətini görməsin. Taksi sürücüsü yanlarına çatdıqda sonra Mirzəli, Hüseyn, Kamil və o həmin taksi ilə Badamdar qəbiristanlığı istiqamətində hərəkət etmişlər. Taksi yanlış istiqamətdə getdiyindən onlar yolda taksidən yerə enmişlər. Taksi sürücüsü qəbiristanlıqdan xeyli kənarda saxlamışdır. Bunun üçündə piyada şəkildə qəbiristanlıq istiqamətində getmişlər. Qəbiristanlığa gedərkən dostları Şahid5, Şahid4, Şahid7 və Şahid8da qəbiritsanlığa getdiyini görmüşlər. Buna görədə onlarla birlikdə qəbiristanığın giriş hissəsinə çatmışlar. Giriş hissədə Bəylər, Elxan, Əli, Ayhan və Şərif onları gözləyirmiş. Elxanla o qəbiristanlığın sonunda boş yer olduğunu bilirmişlər. Buna görədə Hüseynə qəbiristanlığın arxa hissəsinə getməli olduqlarını, həmin yerin sakit yer olmasını bildirdiyindən qəbiristanlığın arxa hissəsinə getmişlər. Kamilin yanında olan hazırlıq yoldaşı qəbiristanlığa gəlməmişdir. Həmin yerə çatdıqdan sonra Yeniyol Hüseynə demişdir ki, Kamili döyməyin, səhvini etiraf edibdir, üzr istəyibdir buna görədə sərbəst buraxın çıxıb getsin. Hüseyn demişdir ki, Kamili vurmayacaq sadəcə olaraq dediyi sözlərə görə onu alçaldacaq. Yeniyol, Bəhlul, Şahid8 və Məcid onların yanından uzaqlaşmışlar. Həmin vaxtdan sonra Hüseyn Kamillə söhbət etməyə başlamışdır. Onlar kənarda dayanıb onlara baxırmış. Kamil söhbət zamanı kimi söyübdürsə üzr istədiyini, qızı videoya çəkməyin yanlış olmasını demişdir. Həmin qızı videoya çəkərkən qıza narkotik vasitə olan patı verdiyini, özünündə həmin zaman narkotik vasitə istifadə etdiyini, narkotik vasitənin təsiri altında cinsi əlaqədə olduqlarını bildirmişdir. Qızın özündən bir yaş kiçik olduğunu, daha sonra həmin video görüntülərə görə həmin qızdan 200 manat pul aldığını, əlavə olaraq da 3 nəfər qıza qarşı eyni əməlləri törətdiyini və onlardan da pul aldığını, ümumilikdə həmin qızlardan 700-800 manat pul aldığını onlara demişdir. Kamilin bu sözlərindən sonra Hüseyn əsəbləşmişdir. Həmin zaman yoldan keçən avtomobil onların toplaşdığını görüb avtomobili saxlamışdır. Avtomobildən düşən şəxsin Kamran olmasını görmüşdür. Kamranı 2 il olarmış ki tanıyırmış. O tək deyilmiş. Atası Vidadidə onun yanında olmuşdur. Kamran atası ilə onların yanına yaxınlaşmışdır. O, Kamili tanıyırmış. Kamilin oxuduğu məktəbdən məzun olmuşdur. Onlar Kamrangilə mübahisə etmədiklərini, sadəcə söhbət etdiklərini bildirmişlər. Hətta Kamildə bunu təsdiq etmişdir, lakin Kamilin üzündə qan olmuşdur. Kamran onların mübahisə etdiklərini və onu döydüklərini anlamışdır. Buna görə Kamranın atasıda onların yanına yaxınlaşıb onları danlamışdır. Mübahisənin səbəbini soruşduqda onlarda Kamilin törətdiyi əməli ona demişlər. Kamranın atası Kamili sərbəst buraxmalarını tələb etmişdir. Hüseyn Kamilə xəsarət yetirməyəcəklərini, sərbəst şəkildə onu yola salacaqlarını bildirmişdir. Kamran avtomobilə əyləşməzdən əvvəl Mirzəliyə demişdir ki, Kamilə nə istəyirsinizsə edə bilərsiniz. Daha sonra Kamran oradan çıxıb getmişdir. Bundan sonra Kamranla atası avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Kamranla atası getdikdən sonra Təqsirləndirilən şəxs1 Şahid3 demişdir ki, “bayaq içdiyin Sarıkız suyunun butulkasını ver Kamili butulkanın üzərində oturdacam”. Bu zaman Şahid3 və Şahid2 buna etiraz etsə də Hüseyn təkid etdiyindən Şahid3 şüşə butulkanı Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 Kamilə şalvarını əynindən çıxarmasını tələb etmişdir. Hüseyn Şahid3 aldığı şüşə butulkanı Mirzəliyə vermişdir ki, yerə qoysun. Mirzəli Hüseynin dediyi kimi şüşə butulkanı yerə qoymuşdur. Hüseyn Kamilə ya xoşluqla butulkanın üzərində oturacaqsan yadaki zorla butulkanı sənin arxa keçəcəyinə soxacam dediyindən Kamil əynində olan şalvarını soyunmuş və butulkanın üzərində oturmağa başlamışdır. O, buna görə biraz kənara çəkilmiş və həmin anları görməmək üçün üzünü yana çevirmişdir. Dostlarından xatırlamadığı biri onun mobil telefonunu əlindən alaraq telefonu ilə Kamili çəkməyə başlamışdır. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs butulka üzərində oturmasını videoya çəkmişlər. Daha sonra Kamil ayağa qalxaraq əynini geyinməyi istədiyindən Hüseyn ona icazə vermişdir. Kamil əynini geyindikdən sonra çantasını və mobil telefonunu özünə qaytarıb Hüseyn onu tənbeh edib yola salmışdır. Daha sonra dosltarı taksi sifariş verərək həmin ərazidən uzaqlaşmışdır. O da Elxanla birlikdə piyada yaşadığı evə getmişdir. Daha sonra mobil telefonuna baxdıqda Kamilin soyunaraq butulka üzərində oturmasının əks olunduğu videonun olmasını görmüşdür. Həmin videonu hazırki vaxta kimi öz mobil telefonunda saxlamışdır. Həmin videonu heçkəsə göndərməmişdir. Hadisə zamanı elektroşokerdən ümumiyyətlə istifadə edilmədiyini, Zərərçəkmiş şəxs yalnız tanışları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döydüyünü, bildiyi qədəri ilə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 Kamili videoya çəkmiş, sonuncunu videoya çəkməkdə və ona qarşı əxlaqsız hərəkətlər etməkdə məqsəd sonuncunun azyaşlı qızlara narkotik vasitə verərək onlarla cinsi əlaqədə olması olmuşdur. Hüseyn Kamillə söhbətini davam etdirmək üçün sakit bir yerə getmək istədiyindən qəbiristanlığa getdiklərini, qəbiritsanlığa gedənə kimi sonuncuya qarşı əxlaqsız hərəkətlər ediləcəyi barəsində söhbətlərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 onunla eyni məktəbdə oxuyurlar. Münasibətləri normal olub. Zərərçəkmiş şəxs Kamili əvvəllər tanımışdır. Kamil ilə onun arasında mübahisə olmuşdur. Mübahisə onunla Zərərçəkmiş şəxs arasında olmuşdur. Sonradan başqa uşaqlar da mübahisəyə qoşuldular. Mübahisə əvvəlcə telefon vasitəsi ilə başlamışdır, yəni telefon söhbətləri zamanı mübahisə etmişlər, sonradan isə görüş keçirməyi qərara almışlar. Görüşməkdə məqsədləri mübahisəni həll etmək olub. Göorüşməyi də əvvəllcə Kamil təklif etdi. Hadisədən sonra xeyli qədər vaxt keçdiyi üçün hər şeyi tam xatırlamır. Onu deyə bilər ki, aralarında mübahisələr olub. Əvvəlcə məktəbin həytində görüşüblər, oradan müəllimlərin gəldiyini görüb taksi sifariş verərək hamısı birlikdə qəbirstanlığa doğru getmişlər. Bütün bunların kimin tərəfindən törədildiyini, təşkil edildiyini xatırlamır. Kamil ilə onun arasında telefon bağlantısı ilə ilk dəfə Kamilin ona zəng etməsindən sonra olub. Onun telefon nömrəsini Kamil özü tapmışdır. Kamilin onun telefon nömrəsini haradan əldə etdiyini bilmir. Onunla Kamil arasında anlaşılmazlıq olmuşdu. Kamil ilə münaqişəsi olan tək o, olmamışdır. Məktəbdə Kamil haqqında bəzi xoşagəlməz məlumatlar eşitmişdir. Xoşagəlməz məlumatlar dedikdə, Kamilin qız zorlamasını eşitdiyiyni nəzərdə tutur. Həmin qız məktəbdən deyil idi, qıraqdan idi. Məktəb yoldaşları Fatimənin də Kamil ilə aralarında dostluq münasibətləri var idi. O da həmin məlumatları alan kimi onlar barədə Fatiməyə bildirmişdir. Ona görə bildirmişdir ki, sabah o, cür işlər Fatimənin başına gəlməsin. O, Kamilin şəkilini Fatimənin telefonunda yox, sosial şəbəkədə görmüşdür. O, həmin şəkili sosial şəbəkədə görəndə heç bir şərh yazmamışdır. Onunla da Kamil arasında mübahisə həmin söhbətdən sonra başlamışdır. Həmin söhbətdən sonra Kamil onunla telefon əlaqəsi yaradıb ona, "sən mənim barəmdə belə-belə sözlər demisən" deyib soruşduqdan sonra mübahisə başladı. Kamil onun barəsində dediklərini Fatimədən bilmişdir. O, Fatiməyə Kamilin qızlar ilə əxlaqsızlıqlar etdiyini demişdir. Kamil onunla telefonda danışarkən söyüşlər söyüb Yasamala kafeyə görüşə çağırdı. Yasamalda dəqiq harada görüşməli olduğularını xatırlamır. Aralarında qoyduğları vaxt məhdudiyyəti ondan ibarət idi ki, telefonda danışdığları həftədə görüşsünlər, lakin həmin telefon danışığı zamanı görüş yerini dəqiqləşdirməmişlər. O, bu mübahisəni uşaqlar ilə, yəni bu iş üzrə cəlb olunmuş digər təqsirləndirilən şəxslər ilə müzakirə etmişlər. Uşaqlar ilə söhbətlərinin nəticəsi o, oldu ki, Yasamala getməli olmamışlar. Kamil onları Yasamalda yerləşən kafelərinə dəvət edirdi. Ora getməməklərinin təşəbbüskarının kim olduğunu xatırlamır. Onlar Kamillə dalaşmaq istəməmişlər. Onu başa salmaqdan ötrü Kamilin hazırlıq dərslərinin olduğu yerə getmişlər. O, Kamillə görüşməmişdən qabaq uşaqların heç birində skoç görməyib. Onlar Kamili hazırlıqdan çıxarkən görmüşlər. Kamili görüb üzdən tanımışlar. Hamısı birlikdə Kamilə yaxınlaşmışlar. Kamil tək deyil idi, hazırlıq yoldaşları da onun yanında idi. Kamil tək onu yox, uşaqlardan da bəzilərini söymüşdü. Kamil Mirzəlini də söymüşdü. Kamil ilə görüşəndə mübahisə düşdü. Onlar bir-birldərini vurmuşlar. Dava başlayanda orada ancaq özləri olublar. Kənar şəxslər müdaxilə etməyiblər. Kamil pis gündə idi. Məsələni elə orada bitirmək olardı, lakin Kamil həmin ərazidən uzaqlaşıb söhbəti başqa yerdə davam etdirməyin yaxşı olduğunu, başqa yerə getməyin yaxşı olduğunu deyib, başqa yerə getməyi təklif etdi, Onlar da Kamillə razılaşmışlar. Çünki orada adamlar gəzirdi, məhəllədən xanımlar keçdi, razılaşmışlar ki, kənar şəxslərin keçdiyi ərazidən uzaqlaşsınlar. Ona görə də orada qəbirstanlığa getsinlər. Özu Kamilin telefonunu yoxlamamışdır, amma eşitdiyinə görə orada Kamil tərəfindən çəkilmiş qızların iştirak etdiyi əxlaqsız videolar olub. Hadisə zamanı qəbirstanlıqda o, butulka görüb, lakin butulkanın haradan çıxdığını görməmişdir. Qəbirstanlıqda Kamili susdurmaq üçün elektroşokerdən istifadə olunmamışdır. Qəbirstanlığda söhbət etdikləri yer qapalı deyil idi. Kamili oğlurlamaq, ona qarşı seksual hərəkətələr etmək, pornoqrafya barədə ancaq müstəntiqdən eşidib. Heç kimin Kamili oğlurlamaq, ona qarşı seksual xarakterli hərəkətələr etmək, onu butulkanın üstündə otruuudub şəkilini pornoqrafiya kimi yaymaq fikiri olmayıb. Kamil onları söydükləri üçün aralarında dava olmuşdur. Davadan sonra bilmişdir ki, dava zamanı kimsə davanı çəkib kiməsə gönldərmişdir. Bunu da nə məqsədlə göndərdiyini bilmir. Onun özündə həmin video olmayıb. Qəbirstanlıqda Kamil qızlara qarşı əxlaqsız hərəkətlər etdiyini etiraf etdi. Onlar da Kamil onları söydüyü üçün onu döymüşlər. Onlar dava zamanı Kamili susdurmaq və ya başqa məqsədlə ona qarşı elektroşokdan istifadə etməyib. Onun özündə həmin video olmayıb. Video çəkilib qurtardıqdan sonra artıq heç nə etməmişlər. Kamil onların düşməni deyildi. Dalaşmaqlarının səbəbi “WhatsApp” yazışması olub. O, onunla birlikdə Kamilin yanına gedən uşaqlardan heç birini Kamillə dalaşmağa getməyə çağırmamışdır. İstintaq zamanı verdiyi ifadələrini müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı olmadan verib. İfadəsini də təsir altında vermişdir. Təsir dedikdə onu nəzərdə tutur ki, əllərini qandalla bağlayıb yerə uzadıblar, döyüblər. Həmin ifadələrini təsdiq etmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası CM-in 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli biməyərək göstərmişdir ki, X36 Bakı Türk Liseyinin 11 H sinifində təhsil alır. Şahid6 onun sinif yoldaşıdır. Fatimə ilə onun münasibəti daima yaxşı olmuş, onunla dostluq münasibəti olmuşdur. 25 sentyabr 2022-ci il tarixdə özünə məxsus olan “ttheprivv_23” adlı instagram hesabında tanışlarının paylaşımlarına baxarkən sinif yoldaşı Şahid6 istifadə etdiyi “nothing.speciall” adlı profil hesabından iki ədəd video və bir ədəd şəkil paylaşıldığını görmüşdür. Həmin videodan görünürmüş ki, sinif yoldaşı Fatimə mobil telefonla onlarla eyni liseydə 8-ci sinifədək təhsil almış Zərərçəkmiş şəxs videoya çəkir, Kamil dolya mahnısı ilə oynayaraq idman hərəkətləri etməsi videoda əks olunmuşdur. Fotoşəkildə isə Fatimə ilə Kamilin əllərinin fotoşəkili çəkilmişdir. O, həmin paylaşıma baxdıqdan sonra rəy bölümündə heç bir fikir bildirməmişdir. Sabahkı günü, yəni 26 sentyabr 2022-ci il tarixdə liseyə getdikdən sonra Fatiməyə yaxınlaşıb Zərərçəkmiş şəxsla dostluq münasibətlərinin olub-olmamasını soruşmuşdur. Fatimə Kamillə dostluq münasibətlərinin olmasını ona demişdir. O, Kamilin öz yaşadığı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində hörmətinin olmadığını, liseyin 8-ci sinifində oxuyarkən liseyin zirzəmisində yerləşən siniflərin birində qızla öpüşərkən kamera görüntülərinə düşdükləri üçün həmin qızla bərabər liseydən qovulduğunu və onu “yaxşı oğlan” kimi tanımadığını demişdir. Şahid6 onun bu sözlərinə inanmamış, Kamili yaxşı tanıdığını, Kamildən ona heç bir ziyan gəlməyəcəyini demişdir. Ona Zərərçəkmiş şəxs həmin hərəkətlərini onunla eyni sinifdə təhsil alan sinif yoldaşı Şahid20 demişdir. Bunun üçündə Şahid20 yanına dəvət etmiş və Kamil haqqında bildiklərini Fatiməyə danışmasını xahiş etmişdir. Şahbazda ona dediklərinin eynisini Fatiməyə danışmışdır. Daha sonra Fatimə onun yanından uzaqlaşmışdır. Dərs bitdiyi üçün öz evlərinə getmişlər. Həmin tarixdə axşam saatlarında istifadəsində olan ***-***-**-** mobil nömrəsinin whatsapp tətbiqinə xatırladığı qədəri ilə ***-***-**-** mobil nömrəsindən mesaj gəlmişdir. Mesajın məzmunu “salam Bəylərdir?” olmuşdur. O təsdiqlədikdən sonra həmin mobil istifadəçi Kamil olmasını, onun haqqında danışdığı sözləri ona kimin deməsini soruşmuşdur. O həmin zaman anlamışdır ki, Fatimə aralarında olan danışıqları Kamilə çatdırmış, Kamildə buna görə ona yazmışdır. Kamil onun barəsində həmin sözləri deyən şəxsin kim olmasını ona deməyini tələb etmişdir. O isə ad çəkməyəcəyini Kamilə bildirmişdir. Kamil yenidən ona mesaj yazaraq onun barəsində həqiqətə uyğun olmayan sözlər səsləndirənlərin ailə üzvlərinə və özlərinin ünvanlarına nalayiq sözlər işlətmişdir. O ona nalayiq sözlər işlətməməsini bildirmişdir. Kamil isə buna baxmayaraq onunda ünvanına nalayiq sözlər deməyə başlamışdır. Daha sonra onunla görüşməyini təklif etmişdir. Onun barəsində Şahid6 dediyi sözləri onun üzünə deməyini, bundan başqa onun barəsində deyilən sözləri ona kim demişdirsə həmin şəxsləri də görüşə dəvət etdiyini bildirmişdir. Mütəmadi olaraq Yasamal rayonu ərazisində olduğundan dərsdən çıxdıqdan sonra axşam saatlarında Yasamalda görüşməyi təklif etmişdir. Yasamal rayonunda dəqiq olaraq hara gəlməyini deməmişdir. Kamilə gündəlik olaraq hazırlıqlara getdiyi üçün vaxtı olmadığını demişdir. Kamil isə həftə sonu ona yazacağını, hətta sabah üçün ona zəng edəcəyini, münasib vaxtı olarsa onun təyin etdiyi yerdə görüşəcəklərini bildirmişdir. O da Kamillə razılaşmışdır. Daha sonra bir-birilərinə mesaj yazmamışlar. 27 sentyabr 2022-ci il tarixdə o dostu, həmdəki onunla eyni sinifdə təhsil alan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla whatsapp proqramı vasitəsi ilə arasında olan danışıqları demişdir. Hüseyn də Kamili müsbət xarakterizə etməyərək onun adının başqa söhbətdə də, yəni bir nəfər qız uşağına qarşı seksual xarakterli hərəkətlər etməsini, həmin anları videoya çəkərək həmin qızdan pul almasını demişdir. Buna görədə Kamillə olan görüşə tək getməməyini bildirmişdir. Hüseyn onunla olan danışığı digər sinif yoldaşı Təqsirləndirilən şəxs2 danışmış, Mirzəlidə ona yaxınlaşaraq Kamillə tək görüşməməyini məsləhət görmüşdür. Onun mobil telefonu dərs oxumağına maneçilik törətməsin deyə daimi evdə olurmuş. Bunun üçün liseydə dərs arası, tənəfüs zamanı sinif yoldaşı Mirzəlinin mobil telefonu ilə Kamilin telefonuna zəng etmişdir. Kamil dərsdə olduğunu, dərsdən çıxdıqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir.Onların dərsləri yekunlaşdıqdan sonra Kamilin istifadəsində olan mobil nömrəyə nə qədər zəng etsələrdə o telefonlara cavab verməmiş, bir müddət sonra isə o Mirzəlinin mobil telefon nömrəsini bloka atmışdır. Kamilin telefona cavab vermədiyini görüb öz evlərinə getmişlər. Axşam evdə olarkən Kamil onun mobil telefonuna whatsapp proqramı vasitəsi ilə mesaj yazaraq bu gün üçün vaxtı olmadığını, buna görə telefonlara cavab verə bilmədiyini demiş, münasib vaxt edib görüşəcəyini bildirmişdir. 28-29 sentyabr 2022-ci il tarixlərdə o, Zərərçəkmiş şəxsla əlaqə saxlamamış, lakin bildiyi qədəri ilə sinif yoldaşı Təqsirləndirilən şəxs2 Kamillə telefon əlaqəsi saxlamış, həmin söhbət əsnasında Kamillə Mirzəli bir-birlərinə qarşı nalayiq söz işlətmiş, Mirzəli Kamilə onunla olan görüşünə Hüseynində gələcəyini demişdir. 30 sentyabr 2022-ci il tarixdə sinif yoldaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə dərs zamanı söhbət edərkən 01 oktyabr 2022-ci il tarixdə Kamillə görüşüb-görüşməyəcəklərini soruşmuşdur. Həmin zaman liseydə paralel sinifdə oxuyan Təqsirləndirilən şəxs3 orada olmuşdur. Ayxan onların söhbətini eşitmişdir. Oda onlarla birlikdə Kamillə edəcəkləri söhbətə gələcəyini demişdir. Onların arasında olan söhbəti sinif yoldaşları Şahid2 və Şahid3 da eşitmişdir. Onlar söhbəti eşitdikləri üçün bu hadisədən məlumatlı olmuşlar və onlarda Kamillə edəcəkləri söhbətə gəlmək istədiklərini bildirmişlər. Həmin günü axşam saatlarında Zərərçəkmiş şəxs whatsapp proqramı vasitəsi ilə səsli ismarıc göndərmişdir. Həmin səsdə Kamil onun və sinif yoldaşı Mirzəlinin anasını, həmçinin onların adına nalayiq sözlər işlədərək sabah, yəni 01 oktyabr 2022-ci il tarixdə saat 17:30 da Mirzəli və Hüseynlə birlikdə Yasamal rayonuna gəlmələrini, əgər gəlməsələr yenədə onların adına nalayiq sözlər işlətməsi həmin səsdən görünürmüş. O, Zərərçəkmiş şəxs whatsapp proqramı vasitəsi ilə ona göndərdiyi səsli ismarıcı sinif yoldaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göndərmişdir. Kamilin göndərdiyi səs yazısına görə Hüseynlə Mirzəli əsəbləşmişlər. O, Hüseynlə telefon əlaqəsi saxladıqda Hüseyn demişdir ki, sinif yoldaşları Təqsirləndirilən şəxs3la danışmışdır. Təqsirləndirilən şəxs3 Kamilin hazırlığa getdiyi yeri və saatını dəqiq öyrənəcək, o hazırlıqdan çıxdıdan sonra onlar onu saxlayıb söhbət etməyib bu sözlərindən sonra döyəcəklər. xx.xx.2022-ci il tarixdə sinif yoldaşı Təqsirləndirilən şəxs3la birlikdə saat 08.30-da Dəyannət Liseyində təşkil olunan kursa getmişlər. Saat 12:00 dəqiqədə kurs başa çatdığı üçün Ayxanla birlikdə kursdan çıxmışlar. Təqsirləndirilən şəxs3 ona demişdir ki, Zərərçəkmiş şəxs hazırlığa getdiyi yeri maraqlanmışdır. Zərərçəkmiş şəxs Səbail rayonu Badamdar qəsəbəsində hazırlığa gedir. Hazırlıqdan saat 15 radələrində çıxacaqdır. Kamil hazırlıqdan çıxdıqdan sonra onlar onu saxlayıb işlətdiyi nalayiq sözlərə görə onu döyəcəklər. Bundan başqa Təqsirləndirilən şəxs3 dostları olan, adlarını ilk dəfə eşitdiyi Yeniyol və Elxan adlı dostlarınında bu söhbətdən məlumatlı olduğunu, onların Səbail rayonu Badamdar qəsəbəsində yaşadıqlarını və onlarla birlikdə Kamillə edəcəkləri söhbətə gələcəklərini demişdir. O, Ayxandan Kamil barəsində məlumatları haradan öyrəndiyini soruşduqda Ayxan ona demişdir ki, Məcid adlı dostu var, Kamil barədə məlumatları Məcidin dediyini, Məcidində onlarla birlikdə olacağını bildirmişdir. Təxminən 1 saata yaxın Ayxanla liseyin həyətində gəzişdikdən sonra Mirzəli ona zəng edərək liseyə gələcəyini bildirmişdir. Bunun üçündə onlar onu gözləmişlər. Mirzəli gəldikdən sonra paralel sinifdə təhsil alan Şahid3 və Şahid2 onların yanına gəlmişdir. Onlar birlikdə məktəbdən çıxaraq Rusiya Səfirliyinin yanına getmişlər. Səfirliyin yanında olan dayanacaqda Hüseyn Nuruzadənin gəlməsini gözləmişlər. Hüseyn gəldikdən sonra Badamdar qəsəbəsinə getmək üçün taksi sifariş verməyi qərarlaşdırmışlar. Hüseyn dostu olan Ayhanında onlarla birlikdə gedəcəyini, onunda bu söhbətdən məlumatı olduğunu, Ayhanın Zabitlər parkının yaxınlığında yerləşən Bolmart mağazasının yaxınlığında onları gözlədiyini bildirmişdir. O, digər dostları Hüseyn Nuruzadə, Təqsirləndirilən şəxs2, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs3la birlikdə Zabitlər parkının yaxınlığında yerləşən Bolmart mağazasının yanına getmişlər. Ayhan həqiqətəndə onları qeyd edilən ünvanda gözləyirmiş. O, ilk dəfə olaraq Ayhanı görmüşdür. Ayhanla görüşdükdən sonra Bolt proqramı vasitəsi ilə xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs3 taksi sifariş vermişdir. Taksi ilə Səbail rayonu Badamdar qəsəbəsində xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs3 öz yaşadığı məhəlləyə getmişlər. Təqsirləndirilən şəxs3 öz yaşadığı evə qalxaraq əynində olan paltarları dəyişmişdir. Onlar taksi ilə gedərkən Təqsirləndirilən şəxs3 demişdir ki, evdə onun elektroşok aparatı var, onuda özü ilə birlikdə götürəcəkdir, əgər Zərərçəkmiş şəxs müqavimət göstərmək istəsə həmin elektroşok aparatını ona tətbiq edəcəkdir. Təqsirləndirilən şəxs3 deməsinə görə elektroşok aparatını tətbiq etdikdən 1 saniyə sonra həmin şəxs huşunu itirir. Təqsirləndirilən şəxs3 paltarını dəyişən zaman onun dostu Elxanda onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs3 paltarını dəyişib aşağı düşdükdən sonra birlikdə Zərərçəkmiş şəxs hazırlıq keçdiyi ünvanın qarşısına doğru hərəkət etmişlər. Sinif yoldaşı Təqsirləndirilən şəxs1 mağazadan bir ədəd skoç kimi bildiyi yapışqan lent almışdır. O, Hüseyndən skoçu nəyə görə aldığını soruşduqda sonuncu demişdir ki, Kamili döyən zaman qışqırsa həmin skoçla onun ağzını bağlayarıq. Onlar Zərərçəkmiş şəxs hazırlıqda olduğu ünvana çatdıqda sinif yoldaşı Təqsirləndirilən şəxs3 dostları adlarını Yeniyol, Bəhlul, Məcid və Məhəmməd kimi bildiyi şəxslərində orada olduğunu görmüşdür. Həmin şəxslər onlara yaxınlaşaraq salamlaşmış və Kamilin hazırlıqda olduğu ünvanın onlara dəqiq olaraq yerini göstərib biraz kənara çəkilmişlər. Üzərindən çox keçməmişdir ki, Kamilin yanında əlavə olaraq 2 nəfər şəxslə yaşayış evindən çıxdığını görmüşlər. Bu zaman Təqsirləndirilən şəxs1 qaçaraq Kamili arxadan tutaraq qabaqcadan müəyyən etdikləri, Bakı şəhəri 236 saylı məktəbin həyətinə aparmışlar. Kamili 236 saylı məktəbin həyətinə aparacaqlarını Təqsirləndirilən şəxs3 onlara demişdir. Çünki, o, Badamdar qəsəbəsində yaşadığından həmin ərazini yaxşı tanıyırmış. Onlar, Kamili 236 saylı məktəbin həyətinə apararkən onunla birlikdə hazırlıqdan çıxan 2 nəfər tanımadığı şəxsdə onların arxasınca gəlmişlər. Təqsirləndirilən şəxs1 həmin 2 nəfər şəxsə demişdir ki, sizlərə problem lazım deyilsə siz buradan uzaqlaşın. Həmin iki nəfər şəxsdə onların yanından uzaqlaşmışlar. Məktəbin həyətində Təqsirləndirilən şəxs2, Hüseyn Nuruzadə, Şahid2, Şahid3, Şahid1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Şahid5, Şahid4, Şahid7, Şahid8 olmuşdur. Təqsirləndirilən şəxs1 Kamili arxadan tutmuşdur. Mirzəli Kamilin əllərini skoçla bağlamaq istəsədə Kamil özünü müdafiə etdiyi üçün skoçu əlinə vura bilməmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üz və sinə nahiyyəsinə yumruqla bir neçə zərbə vurmuşdur. Həmin an Kamil Hüseynin əlindən çıxaraq qaçmaq istəyərkən Hüseyndə Kamilin ağız hissəsindən yumruqla vurmuşdur. Həmin zərbənin təsirindən Kamilin ağzından qan gəlmiş və o, yerə yıxılmışdır. Onlar Kamilin onlara işlətdiyi sözlərə görə onun üzünə nalayiq sözlər işlətmişlər. Daha sonra Mirzəli Kamilin mobil telefonunu cibindən götürüb Hüseynə vermişdir. Hüseyndə Kamildən telefonun şifrəsini öyrənib, telefonu açdıqdan sonra qalareya bölməsindən Kamilin çəkdiyi və həmin videoya görə hədə qorxu yolu ilə tanımadıqları qızdan pul aldığı videonu axtarmağa başlamışdır. Onlar videonu tapa bilmədiklərindən Kamil özü telefonu onlardan geri istəyib videonu təqdim edəcəklərini bildirmişdir. Kamil videonu onlara təqdim etmiş, onlar videoya baxmışlar. Həmin videonun məzmunundan görünürmüş ki, Kamil siqaret çəkərək təbii yolla qızla cinsi əlaqədə olması, qızın isə özündə olmaması görünürmüş. Kamil həmin qızın fahişə olduğunu, pul qarşılığında həmin qızla görüşdüyün bildirmişdir. Həmin videonu Hüseyn öz mobil telefonu ilə videoqeydiyyata almışdır. Bu zaman məktəbin həyətinə kənardan 2 nəfər qadının gəldiyini görmüşlər. Həmin şəxslər onların mübahisə etdiklərini görməsinlər deyə yol kənarına doğru getmişlər. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 demişdir ki, gedə biləcəkləri sakit bir yer varsa onları ora aparsın. Təqsirləndirilən şəxs3 Badamdar qəsəbə qəbiristanlığının yanında boş yer olduğunu, həmin yerin münasib olduğunu və ora heçkimin gəlməyəcəyini demişdir. Buna görədə Hüseyn taksi sifariş vermişdir. Hüseyn Nuruzadə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs eyni taksi ilə Ayxanın dedikləri ünvana doğru getmişlər. Kamilin üzündə qan ləkələri olmuşdur. Onun üzündə qan olması bilinməsin deyə o, cibində olan tibbi maskanı Kamilə vermişdir ki, ağız hissəsinə geyinsinki taksi sürücüsü onun ağız hissəsində qan olduğunu görməsin. Ayhanda onlar üçün taksi sifariş vermişdir. O, Təqsirləndirilən şəxs4, Şahid2, Şahid3 və Şahid1lə birlikdə taksi ilə Təqsirləndirilən şəxs3 qeyd etdiyi ünvana, yəni Badamdar qəbiristanlığı istiqamətində getmişlər. Yeniyol, Məcid, Məhəmməd və Bəhlul piyada şəkildə Ayxanın dedikləri yerə gələcəklərini bildirmişlər. Onlar, taksi ilə sifariş verdikləri ünvana çatdıqda Hüseyngilin harada olmasını soruşmaq üçün Şahid2 ona zəng etmişdir. Hüseyn yanlış yerə getdiklərini, bunun üçündə piyada şəkildə qəbiristanlığa gələcəklərini bildirmişlər. Üzərindən 4-5 dəqiqə sonra Hüseyngil qəbiristanlığa çatmışlar. Onlarla birlikdə qəbiristanlığın son hissələrinə tərəf getmişlər. Bu zaman Yeniyol, Məcid, Məhəmməd və Bəhlulda onların yanına çatmışdır. Onlar qəbiristalığın son hissəsində qarajların olması və qarajların yaxınlığında yarımtikili bir yerin olmasını görmüşlər. X24baqda aparmışdırlar. O, içəri keçdikdə Mirzəlinin Kamili əlləri ilə vurmasını gormüşdür. Bu zaman X47 etiraz edərək Kamili vurmamalarını bildirmişdir. Bəhlulla Məhəmməd kənarda dayanmışdır. X54 döyməmələrini dediyi üçün Hüseynlə buna görə mübahisə etmişlər. Hüseyn Kamili döyməcəyini onlara söz vermişdir. Kamillə söhbət zamanı o onlardan üzr istəmiş, qızı videoya çəkməyin yanlış olmasını demişdir. Həmin qızı videoya çəkərkən qıza narkotik vasitə olan patı verdiyini, özünündə həmin zaman narkotik vasitə istifadə etdiyini, narkotik vasitənin təsiri altında cinsi əlaqədə olduqlarını bildirmişdir. Qızın özündən bir yaş kiçik olduğunu, daha sonra həmin video görüntülərə görə həmin qızdan 200 manat pul aldığını, əlavə olaraq da 3 nəfər qıza qarşı eyni əməlləri törətdiyini və onlardan da pul aldığını, ümumilikdə həmin qızlardan 700-800 manat pul aldığını onlara demişdir. Kamilin bu sözlərindən sonra Hüseyn əsəbləşmişdir. Həmin zaman yoldan keçən avtomobil onların toplaşdığını görüb avtomobili saxlamışdır. Avtomobildən düşən şəxsin sonradan adının Kamran olmasını bilmişdir. Kamran atası ilə onların yanına yaxınlaşmışdır. O, Kamili tanıyırmış. Kamilin oxuduğu məktəbdən məzun olmuşdur. Onlar mübahisə etmədiklərini demişlər. Hətta Kamildə bunu təsdiq etmişdir, lakin Kamilin üzündə qan olmuşdur. Kamran onların mübahisə etdiyini və onu döydüklərini anlamışdır. Buna görə Kamranın atasıda onların yanına yaxınlaşıb onları danlamışdır. Mübahisənin səbəbini soruşduqda onlarda Kamilin törətdiyi əməli ona demişlər. Kamranın atası Kamili sərbəst buraxmamalını tələb etmişdir. Hüseyn Kamillə xəsarət yetirməyəcəklərini, sərbəst şəkildə onu yola salacaqlarını bildirmişdir. Bundan sonra Kamranla atası avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Kamranla atası getdikdən sonra Təqsirləndirilən şəxs1 Şahid3 demişdir ki, bayaq içdiyi Sarıkız suyunun butulkasını ver Kamili butulkanın üzərində oturdacam. Bu zaman o, Şahid3 və Şahid2 buna etiraz etlərdə Hüseyn təkid etdiyindən Şahid3 şüşə botulkanı Hüseyn Nuruzadəyə vermişdir. Təqsirləndirilən şəxs1 Kamilə şalvarını əynindən çıxarmasını tələb etmişdir. Hüseyn Şahid3 aldığı şüşə botulkanı Mirzəliyə vermişdir ki, yerə qoysun. Mirzəli Hüseynin dediyi kimi şüşə butulkanı yerə qoymuşdur. Hüseyn Kamilə ya xoşluqla butulkanın üzərində oturacaqsan yadaki zorla butulkanı sənin arxa keçəcəyinə soxacam dediyindən Kamil əynində olan şalvarını soyunmuş və butulkanın üzərində oturmağa başlamışdır. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs butulka üzərində oturmasını videoya çəkmişlər. Daha sonra o, Zərərçəkmiş şəxs ayağa qalxmasını və əynini geyinməsini tələb etmişdir. Kamil əynini geyindikdən sonra çantasını və mobil telefonunu özünə qaytarıb onu tənbeh edib yola salmışlar. Onlarda taksi sifariş verərək həmin ərazidən uzaqlaşmışlar. Daha sonra bildiyi qədəri ilə Zərərçəkmiş şəxs şüşə botulka üzərində oturmasını qeyd alınmış video görüntülər dostları bir-birilərinin mobil telefonlarına göndərmiş, Təqsirləndirilən şəxs3 videonu Şahid1 göndərmiş, Elxanda Məcidin telefonuna göndərmişdir. Bildiyi qədəri ilə Məcid həmin videonu başqa şəxslərə göndərmiş və bununlada həmin video yayılmışdır. Onda Zərərçəkmiş şəxs şüşə botulka üzərində oturması qeydə alınmış videogörüntülərin olmamasını, Hadisə zamanı elektroşokerdən ümumiyyətlə istifadə edilmədiyini, Zərərçəkmiş şəxs yalnız tanışları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döydüyünü, bildiyi qədəri ilə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 Kamili videoya çəkdyini, sonuncunu videoya çəkməkdə və ona qarşı əxlaqsız hərəkətlər etməkdə məqsəd sonuncunun azyaşlı qızlara narkotik vasitə verərək onlarla cinsi əlaqədə olması olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda nəzərədə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, onun hazırlıq yoldaşı olmuşdur. Dostluğu onda başa düşür ki, insanlar arasında qarşılıqlı hörmət və xoş münasibət olur. Hüseyn ilə birgə ali məktəbə hazırlıq dərslərinə getmişdir. Onu oradan tanıyır. Onun digər təqsirləndirilən şəxslərlə dostluq münasibəti olmamışdır. Səmimiyyətlə deyir ki, onun mübahisədən xəbəri olmayıb, sonradan bunu Hüseyndən eşidib bilmişdir. Zərərçəkmiş şəxs tanımır. Hadisə yerinə digər uşaqlarla qoşulub getmişdir. Bir nəfərlə dərsdən çıxıb taksi sifariş vermişdir. Hadisə yerinə o, başqa maşınla getmişdir. Yolları Badamdar qəsəbsinə olmuşdur. Orada da mübahisə gedən zaman Kamil ilə başqalarını aralamışlar. Kamilin kimin tərəfindən döyüldüyünü xatırlamır. Orada çox adam var idi. O, həmin şəxslrə diqqət yetirməmişdir. Müəyyən müddət orada qaldıqdan sonra o və bəzi başqa uşaqlar Badamdar qəbirstanlığından uzaqlaşmağı qərara alıb oradan piyada uzaqlaşmışlar. Özü uşaqlara qoşulub getmişdir. O, qəbirstanlığda olanda uşaqlardan kimsə onun telefonunu götürüb dedi ki, video çəkilməlidir. O, isə dərhal telefonunu geri almışdır. Bildirmək istəyir ki, onun telefonunda heç bir video olmamışdır, o, heç kimə hər hansı videonu paylaşmamışdır. Kamili də söyməmişdir. O, Kamili şəxsən tanımamışdır, lakin Kamil barəsində çox pis məlumatlar ortaya çıxmışdı. Hadisə zamanı Kamili vurmamışdır. O, uşaqlarla ora getmişdirsə, bu o demək deyil ki, o da Kamili vurmalı, mübahisədə iştirak etməli idi. O, hər şeyi tam xatırlamır, xatırladığı ancaq bir neçə kadrdır. Həmin kadrlardan birisi də odur ki, o, Kamili görəndə Kamil iki nəfər ilə sadəcə söhbət edirdi. Səhv etmirsə, Kamilin söhbət etdikləri şəxslər Mirzəli ilə Bəylər idi. Orada çoxlu adam var idi, həm də səs-küy idi. Ona görə də onların nə danışdığını eşitməmişdir. Hadisənin birinci epizodunun baş verdiyi yerdə kənar şəxslər var idi. Müəllimlərdən bir-iki nəfər orada keçmişdi. Müəllimlər uzaqdan gəlirdilər, Kamil də onların gəldiyini bildi və söhbət etmək üçün başqa yerə getməyi təklif edib kənarlaşdı. Onlar da oradan uzaqlaşıb taksi sifariş verib taksi gələndən sonra həmin taksiyə Kamil, Hüseyn, Ayxan, Mirzəli mindilər. Kamili həmin taksiyə minməyə məcbur edən olmadı. Özü könüllü təkasiyə mindi. O isə həmin maşına minməmişdir. Özü Badamdarı yaxşı tanımır. Sadəcə olaraq uşaqlar qəbirstanlığa getdiyindən o da onlarla birlikdə ora getmişdir. Orada təqsirləndirilən şəxslərin heç birinin əlində bıçaq və ya silah görməmişdir. Mübahisə zamanı Kamili qışqırmamışdır, heç kəsi köməyə çağırmamışdır. Əksinə axıra kimi dalaşmaqda davam etmişdir. Kamilin telefonuna baxış zamanı ona qarşı heç bir zorakılıq edilməsişdlir. Kamil özü könüllü olaraq telefonunu təqdim etmişdi. Qəbirstanlığda olan zaman yüksək ton ilə danışmaq, qışqırmaq kimi hərəkətlər olmayıb. Onun pornoqrafiya haqqında anlayışı yoxdur. Kamilin butulka üstündə oturmasını görmüşdür. Bu hal onda intim hissiyata təsir etməmişdir. Bu haqda da fikirləşməmişdir. Hadisə zamanı orda bir maşın dayandı. Maşından ata ilə oğul düşərək Kamilə maşına əyləşməyi təklif etdilər. Kamil isə bundan imtina etdi. Dedi ki, söhbəti bitirib özü evə gələcək. Hüseyn hadisə günü hər hansı bir xüsusi vəziyyətdə deyildi və o, bu səbəbə görə münaqişəyə qatılmamışdı. Sadəcə o, onlar aralarında yaranmış mübahisə barədə eşitmişdir. Bu hadisə də ona maraqlı gəlmişdir. Butulkanı bu cür istifadə etməklə uşaqların hansı hisslər keçirdiyini deyə bilmir. Hadisə zamanı butulkadan istifadə olunması intim münasibətlərə aidiyyəti olmayıb. O, Kamilin dörd qıza “patı” verərək zorlaması barədə eşitmişdir. Ancaq bu məlumat nə qədər düzgündür, deyə bilməz. Mübahisənin başlanmasının səbəbi həmin söhbətlər olmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyib göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 7 ünvanında anası X13 ilə birlikdə daimi yaşayır. Hazırda Bakı şəhəri Nəsimi rayonu 8 nömrəli tam orta məktəbdə 11 A sinifində təhsil alır. 28 sentyabr 2022-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdə olarkən dostu Təqsirləndirilən şəxs1 ona zəng edib onunla hal-əhval tutmuşdur. Söhbət əsnasında ona demişdir ki, əvvəllər “Dəyanət” liseyində onunla birlikdə oxumuş “Kamil” adlı şəxs “patı” çəkərək qız zorlamışdır. Növbəti gün günorta saatlarında Hüseyn ona yenidən zəng edərək bildirmişdir ki, “Dəyanət” liseyində dərs vaxtı siniflərində olan “Bəylər” adında bir nəfər uşaq Kamilin “p....r” kimi tanındığını demişdir. Telefon danışığı zamanı Hüseyn təklif etmişdir ki, dostlar olaraq görüşüb bu məsələni aydınlaşdırsınlar. Bu məqsədlə 29 sentyabr 2022ci il tarixdə axşam saatlarında o, Hüseynlə görüşüb birlikdə ortaq dostları olan Təqsirləndirilən şəxs2 “İnqilab” adlanan ərazidə yerləşən evlərinə getmişlər. Evin həyətində o, Hüseyn, Mirzəli və sonuncunun kiçik qardaşı olan Ceyhun birlikdə oturub həmin məsələni müzakirə etmişlər. Söhbət zamanı Mirzəli bildirmişdir ki, Kamil adlı şəxs “patı” çəkərək qız zorlamışdır. Bundan sonra Mirzəli istifadəsində olan mobil telefonunu çıxarıb whatsapp proqramına girərək Kamil adlı şəxsin Bəylərə göndərdiyi səsli mesajı onlara eşitdirmişdir. Səsli mesajda bir nəfər şəxs nalayiq ifadələr işlədərək Bəylər və Mirzəlini təhqir edirmiş. Bu vaxt Mirzəli onlara demişdir ki, həmin Kamil adlı şəxsi onu söydüyünə görə vuracaqdır. Mirzəli və Hüseyn təklif etmişlər ki, Kamili bir yerə çağırsınlar və Mirzəli onu vursun. Öz aralarında razılıq əldə etmişlər ki, Kamili Səbail rayonu, Badamdar qəsəbəsi ərazisinə çağırsınlar. Yeri Mirzəli təklif etmiş, həmin yerin seçilməsində səbəb o olmuşdur ki, Mirzəlinin dediyinə görə Kamili həmin ərazidə bir neçə dəfə başqa şəxslər “p....r” çıxarmışlar. Həmçinin, söhbətlərdən elə başa düşmüşdür ki, həmin Kamil adlı şəxsin “Elmlər” adlanan ərazidə tanışları çox olduğundan onları təkləyə bilərlər. Öz aralarında söhbətləşirmişlərki, onlarda bıçaq olsa nə edəcəklər. Qərara gəlmişlər ki, Kamili 01 oktyabr 2022ci il tarixdə görüşə dəvət etsinlər, lakin həmin gün onun vacib imtahanı olduğundan uşaqlara demişdir ki, imtahandan çıxıb bəlkə yatdım, ona görə də gələ bilməsə onu üzrlü saysınlar. Sonra Mirzəli və Hüseyn onu sifariş etdiyi taksiyə qədər yola salmış, ondan 01 oktyabr 2022-ci il tarixdə Kamillə görüşə gəlib-gəlməyəcəyi barədə soruşduqda o yatmasa gələcəyini demişdir. Daha sonra o, taksi ilə yaşadığı evə getmişdir. 01 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Səbail rayonu, Badamdar qəsəbəsi ərazinsində yerləşən “Avropa-Azərbaycan” məktəbində baş tutmuş xaricdə təhsil (SAT) imtahanından çıxmış, küçədə olarkən Hüseynə zəng etmişdir. Hüseyndən Kamillə görüş barədə soruşmuşdur. Hüseyn demişdir ki, Kamillə danışmışlar, Kamil elə bilir ki, onunla “Elmlər” də görüşəcəklər, amma onlar onu Badamdarda Kamilin hazırlığa getdiyi məhəllə tutacaqlar. Hüseyn həmçinin demişdir ki, “Dəyanət” liseyində onunla birlikdə oxuyan Təqsirləndirilən şəxs3ov adlı şəxs Kamilin hazırlığa getdiyi yeri araşdıraraq müəyyən etmişdir. O da demişdir ki, evə gedib, evdəkilərlə danışıb, əgər evdəkilər onunla harasa getməyəcəksə onlara qoşulacaqdır. Beləliklə, o evə getmiş, evdə olarkən ona aydın olmuşdur ki, anası harasa yas mərasiminə getməlidir. O da anasından xahiş etmişdir ki, onu aparıb yolda “Dəyanət” liseyinin yaxınlığında yerləşən “Bolmart” marketin qarşısında düşürsün. Həmin gün saat 13 radələrində anası X13 idarə etdiyi avtomobillə onu “Bolmart” marketin yaxınlığında düşürmüşdür. O, “Bolmart” marketə tərəf getdikdə Hüseyn, Mirzəli, Bəylər, Şərif, Ayxan və adını bilmədiyi digər bir nəfər şəxs artıq orada olmuşdur. Onlar ona irad bildirmişlər ki, “hardasan bir dənə sən qalmısan”. Beləliklə, onlar taksi sifariş etmiş, taksi ilə Badamdar istiqamətində hərəkətə başlamışlar. Yolda olarkən Ayxan demişdir ki, “evdə elektroşok aparatı var, onu da götürəcəkdir”. Onun həmin elektroşok aparatı ilə bağlı məulmatı olmamışdır. Avtomobildə gedən söhbətlərdən elə başa düşmüşdür ki, uşaqların hamısının elektroşok aparatından xəbəri vardır. Söhbət əsnasında Hüseyn Ayxana demişdir ki, “evdən elektroşoku götürəndə skoç da götür”. Daha sonra Badamdar qəsəbəsi ərazisində dəqiq bilmədiyi yerdə onlar taksidən enmiş, Ayxan evinə getdiyini deyərək uzaqlaşmış, onlar məhəllə tərəfə hərəkət edərkən orada onları çoxsaylı uşaq gözləyirmiş, onlar “bizdən Ayxanın dostu sizsinizmi?” deyə soruşaraq onları besetkaya dəvət etmişlər. Onların arasında bir nəfər nisbətən yaşlı oğlan da olmuşdur. Onun adını Elxan deyə öyrənmişdir. Orada belə başa düşmüşdür ki, onları qaşılayan uşaqlardan yalnız Elxanın Kamillə bağlı məsələdən məlumatı olmuşdur. Onlar Ayxanı gözləməyə başlamışlar. Bu vaxt Elxan bir ədəd düyməli bıçaq çıxardıb onlara göstərmişdir. Hüseyn ondan bıçağı alıb baxmış, daha sonra Mirzəli də bıçağı alıb baxaraq Elxana qaytarmışdır. O isə Elxana kənara çəkib demişdir ki, bu söhbətdə bıçağa yer yoxdur, ondan xahiş etmişdir ki, bıçağı cibində saxlasın. Bir neçə dəqiqə sonra Ayxan qayıtmış, əlində onlara qara rəngli silindir formasında olan elektroşok aparatını göstərmişdir. Hüseyn ondan elektroşok aparatını alıb baxmış və özünə qaytarmış, lakin, Ayxan skoç gətirməmişdir. Buna görə də Hüseyn yaxınlıqdakı marketə gedib bir ədəd skoç almışdır. Skoçun lentini açmaq bəzən çətinlik törətdiyindən Hüseyn əvvəlcədən müvafiq qaydada onu düzəltmişdir. Söhbətlərdən belə başa düşmüşdür ki, onlar skoçla Kamilin ağınızı qışqırmasının qarşısını almaq məqsədi ilə bağlamaq istəyirmişlər. Sonra onlar Kamilin hazırlığa getdiyi məhəlləyə tərəf piyada getmişlər. Ayxan və Elxan Badamdar sakinləri olduqlarından Kamilin hazırllığa getdiyi yeri də onlar müəyyən etmişdirlər və onları öz arxalarınca aparırmışlar. Kamilin hazırlaşdığı məhəlləyə çatdıqda onların qarşısına Məcid, Bəhlul və onların tanımadığı iki nəfər dostu da çıxmışlar.Həmin şəxsləri aralarında yalnız Ayxan tanıyırmış. Ayxan onlarla görüşmüşdür. Orada olan Badamdar sakinləri müəyyən etmişlər ki, Kamilin hazırlaşdığı fərdi yaşayış evinə bənzər tikilidən Kamil yalnız iki istiqamtədə çıxa bilər. Buna görə onlar bölünmüş, o, Şərif və Şərifin tanımadığı bir nəfər dostunu nisbətən geniş olan çıxışa göndərmişlər. Onlar əvvəlcə telefonda Kamilin özünü çəkdiyi videosunu göstərmişlər ki, yolda onu görsələr tanıya bilsinlər. Beləliklə, onlar üçü təyin edildikləri çıxışa doğru getmişlər. Aralarında vaxt aşırı zəngləşərək bir-birilərinə vəziyyəti, o cümlədən Kamilin çıxıb-çıxmaması barədə məlumatlar verirmişlər. Bir neçə dəqiqə sonra onlar uzaqdan görmüşdürlər ki, Hüseyn bir nəfər şəxsi tutmuş və onlar həmin yerə yığışmışlar. Yaxınlaşdıqda görmüşdür ki, Hüseynin tutduğu şəxs həmin Kamil adlı şəxsdir. Daha sonra aralarında Badamdar sakinləri olan uşaqların məsləhəti ilə Kamili iki hasarın ortasında qalan nazik bir yola gətirmişlər. X68 boynundan tutmuşdur, Mirzəli isə ona yaxınlaşıb üzündən yumruqla bir dəfə vurmuşdur. Daha sonra Hüseyn Kamili arxasından qucaqlayıb tutmaqla divara söykəmişdir. Əlində skoçun kəsilmiş hissəsi olan Mirzəli Kamilin ağzını bağlamağa cəhd etsə də o, bildiyinə görə Kamil skoç lentini dişlədiyindən Mirzəli buna müvəffəq olmamışdır. Mirzəli buna əsəbləşərək Kamilin üz, döş qəfəsi, böyrək nahiyyələrindən 4- 5 dəfə yumruq zərbələri endirmişdir. Bu vaxt Kamilin tanımadığı bir nəfər hazırlıq yoldaşı gələrək Mirzəlinin qarşısını almağa çalışmış və məsələni danışaraq həll etməyə çağırmışdır. Hüseyn və Mirzəli həmin şəxsə başa salmışlar ki, Kamil etdiyi hərəkətlərə görə cavab verməlidir və demişlər ki, onlar onu onsuz da döyəcəklər. Kamilin hazırlıq yoldaşı isə bir az geri çəkilib onun yanında dayanmışdır. Bu vaxt Mirzəli əsəbi formada Kamildən onu söyməsinin səbəblərini soruşmuşdur. Bu sözlərdən sonra Kamil nəsə demiş, bundan sonra Hüseyn Kamilin arxasında dayanaraq yumruqla onun ağız nahiyəsindən bir dəfə vurmuşdur. Onun ardınca isə Mirzəli Kamilin üzündən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Hüseyn Kamili buraxıb ondan mobil telefonunu istəmişdir. Hüseyn Kamilin qızı zorlaması videosunun olub-olmamasını yoxlamaq üçün ondan mobil telefonunu istəmişdir. Bu vaxt Kamil nəsə demiş və Hüseyn Kamilə bir dəfə üzündən yumruqla vurmuşdur. Kamil isə yerə yıxılmış, onları ayırmağa çalışmışlar. O da Hüseyni tutub ayırmışdır. Daha sonra Hüseyn Kamilin mobil telefonunu götürmüş və əsəbi formada Kamildən kodunu deməsini istəmişdir. Kamil də demişdir ki, telefonda anasının, bacısının şəkilləri vardır, bunlar şəxsidir, ona görə də kodu deməmişdir. Məcid isə bildirmişdir ki, “Hüseyn ona aid olmayan şəkillərə baxmaz kodu de”. Bundan sonra Kamil kodu demiş və Hüseyn telefonu açıb şəkillər bölməsinə daxil olmuşdur. Hüseyn şəkillərə baxarkən Kamil “bəsdirin baxdınız demiş”. Bu vaxt Hüseyn ona tərəf çönüb söyərək qışqırmışdır. Bu anda oraya iki nəfər nisbətən yaşlı şəxs gəlmiş, Onlar həmin şəxsləri gördükdə Məcid demişdir ki, “gəlin burdan gedək”. Hüseyn isə demişdir ki, onun Kamillə işi hələ bitməyib və Ayxandan sakit bir yer soruşmuşdur. Ayxan da “mən bilirəm hara gedə bilərik” deyərək taski sifariş etmiş. Bir neçə dəqiqə sonra taksi gəlmiş, Mirzəli, Ayxan, Hüseyn və Kamil taksiyə minmişlər. Taksiyə minməmişdən əvvəl mübahisə düşmüş belə ki, orada olan Badamdar uşaqları Hüseynə demişlər ki, “sən bu uşağı burdan alıb başqa zonaya gedə bilməzsən”. Hüseyn isə bildirmişdir ki, “siz bu uşağa paddeşka durursunuz, buna görə də o, etdiklərini boynuna almayacaqdır”. Beləliklə, onlar taksi ilə getmişlər. Onlar isə Badamdar ərazisini tanımadıqları üçün onların hara getməsini Elxandan soruşmuşlar, Elxan isə demişdir ki, “qəbirstanlığa gedirlər”. Sonra Elxan mənim mobil telefonumu götürüb taksi sifariş etmişdir. Taksi gəlmiş və o, Bəylər, Elxan, Şərif və bir nəfər adını bilmədiyi şəxs taksi ilə qəbirstanlığa getmişlər. Taksidən düşüb bir qədər irəlilədikdən sonra zəngləşib Hüseyngillə qarşılaşmışlar. Birlikdə bir qədər də kənara çəkilib sakit bir yerə gəlib çıxmışlar. Hüseyn Kamili tutaraq bir an belə olsun buraxmırmış. Boş əraziyə çatan kimi Mirzəli Kamilin sifətindən vurarkən Kamil əyilmiş, yumruq onun döş qəfəsi nahiyəsinə dəymişdir. Sonradan oraya Badamar sakinləri olan Məcid, Bəhlul və onların iki nəfər adlarını bilmədiyi dostları da gəlmişdir. Onlar Hüseyn və Mirzəliyə irad bildirmişlər ki, Kamili niyə vururlar. Çünki onlar söz vermişlər ki, Kamili vurmayacaqlar. Bundan sonra Hüseyn Kamilin “whatsapp” proqramı vasitəsi ilə göndərdiyi səsli mesajı Badamdar uşaqlarına qulaq asdırmışdır. Bu səsli mesajı eşidəndən sonra Badamdar uşaqları kənara çəkilmişlər. Bundan sonra Hüseyn Kamilə neçə nəfər qız zorladığı barədə suallar vermişdir. Kamil də əvvəlcə demişdir ki, üç nəfər qız zorlamışdı, onların videolarını çəkmişdir, bu videolarla onları hədələyib pul almışdır. Daha sonra Kamil demişdir ki, əslində 4 nəfər qız zorlamışdır, lakin üçündən pul almışdır. Kamilin bu sözlərindən sonra Badamdar uşaqları olan Məcid, Bəhlul və onların iki dostu qəbirstanlığı tərk etmişlər. Bundan sonra Şərifin məktəbli çantasından Hüseyn bir ədəd “sarıkız” butulkasını çıxarmışdır. Hüseyn Kamilə demişdir ki, “bu sənə girəcək”. Mirzəli ilə o Hüseynə irad bildirmişdir ki, belə şey eləməsin. Lakin, Hüseyn əsəbi şəkildə o, buna layiqdir demişdir. Bundan sonra Mirzəli butulkanı Hüseyndən alıb demişdir ki, “sən etmə qoy heç olmasa özü etsin” və butulkanı yerə qoymuşdur. Bundan sonra Hüseyn Kamilə demişdir ki, şalvarını çıxarsın. Hüseyn məcbur etmiş və Kamil özü şalvarını yarıya qədər çəkmişdir. Bu vaxt yoldan maşın keçmiş və iki nəfər ata ilə oğul maşından enib onlara tərəf gəlmişlər. Atası onlara “uşağı niyə təkliyirsiniz?” demiş. Bu vaxt məlum olmuşdur ki, həmin şəxsin oğlu Kamili tanıyırmış. Onlar Kamili maşına dəvət etsələr də Hüseyn və Mirzəli onlara yaxınlaşıb Kamilin patı çəkdiyini, qızları zorlayaraq hədələyib pul aldığını onlara demişdir. Həmin şəxslər isə onlara haqq qazandırıb çıxıb getmişər. Bundan sonra Hüseyn Kamili yenidən kənara çəkmiş, şalvarını yarıya qədər çıxartdırmışdır. Eyni zamanda da mobil telefonu ilə Kamili çəkirmiş. Hüseyn Kamilin şalvarın tutub aşağı çəkirmiş. Buna görə də çəkilişi davam etdirə bilməmiş və mobil telefonunu ona vermişdir. O da videoçəkilişi davam etdirmişdir. Beləliklə, Kamil şalvarını aşağı çəkmiş, Mirzəli butulkanı yerə qoymuş və Kamil məcbur qalıb təhdid altında butulkanın üstünə oturmuşdur. Lakin, Kamil tam oturmadığından Hüseyn onun üstünə qışqırırmış. O da də bir dəfə Kamilin çiynindən aşağıya doğru toxunmuşdur. O, ona görə bu hərəkəti etmişdir ki, Kamil prosesi uzatdığından Hüseyn əsəbləşərək onu daha şiddətli döyəcəkmiş, istəyirmiş ki, bu məsələ qısa müddətdə onlardan evə nə deyəcəyi ilə bağlı soruşmuşdur. Hüseyn və Mirzəli demişdir ki, “sən bir şey taparsan deməyə”. Kamil piyada olaraq ərazini tərk etmişdir. Onlar da hər biri evlərinə getmişlər. Bir-iki gün sonra isə Hüseyn ona demişdir ki, bir nəfər Miri adlı şəxs ona zəng edib Kamilin əmisi oğlu olduğunu deyərək onunla mübahisə etmişdir. Miri adlı şəxs Hüseynin dediyinə görə bir neçə gün dalbadal ona mesaj yazıb hal-əhval tuturmuş və işlədiyi kafeyə dəvət edirmiş. Onun bundan başqa məlumatı yoxdur. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X14 tanıyır. Hazırda onlarla hər hansı münasibəti yoxdur. 2022-ci ilin sentyabr ayında o, təsadüfən Fatimə ilə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşmüşdür. Həmin görüşdən sonra Fatimə, “İnstaqram” sosial şəbəkəsində özünə məxsus profildə onun iştirakı ilə çəkilmiş videogörünütüləri paylaşdı. Ondan bir gün keçdikdən sonra Fatimə ona bildirdi ki, Bəylər onun haqqında olduqca pis danışdı. Sonra o, bilavasitə Bəylər ilə əlaqəyə keçmiş, onunla bu məsələdən ötrü danışmağa başlamışdır. Danışıqlar mobil telefon vasitəsi ilə apardıqları yazışmalardan ibarət olub. Həmin yazışmalar zamanı aralarında mübahisə yarandı. Həmin mübahisəni müzakirə edib həll etmək üçün onlar, canlı görüş təşkil etmək qərarına gəlmişlər. Təxminən beş gün sonra həmin canlı görüş baş tutdu. Ümumillikdə təxminən on beş nəfər adam var idi. O, hazırlığ dərsindən çıxıb yolu ilə getmişdir. Qəflətən hiss etmişdir ki, kimsə onun çiyninə bərk bir zərbə vurdu. Bundan sonra aralarında dava-dalaş başladı. Sonra onun hazırlıq yoldaşı Sübhan onları biri-birindən ayırdı və onlar söhbət etməyə başlamışlar. Apardıqları söhbət ondan ibarət olub ki, ondan hansı səbəbdən kimisə söyməyini soruşurdular, o isə cavablarında başa salmağa çalışmışmışdır ki, başqa şəxsləri, yəni barəsində yalan məlumatlar yayanları söymüşdür. Ondan sonra onlar iddia etdilər ki, onun telefonunda müxtəlif videolar var. O da telefonunu cibindən çıxararaq onlara vermişdir. Onun telefonunda olan videogörüntü onun qadınla cinsi əlaqədə olmasını əks etdirirdi, lakin o, hələ ibtidai istintaq zamanı bildirmişdir ki, cinsi əlaqədə olduğu qadın yetkinlik yaşına çatmış fahişə olub və o, onunla pul müqabilində görüşmüşdür. O, heç kəsin köməksiz vəziyyətindən istifadə edib cinsi ehtirasını ödəməmişdir. Onlar da onun telefonunda həmin videogörüntüləri tapıb öz telefonlarına çəkirdilər. Onlar qrup şəkildə söhbət etmişlər, ona görə də o, qəbirstanlığa getməyin dəqiq kimin tərəfindən təklif olunmasını xatırlamır. Sadəcə onlar söhbət edərkən xanımları gördükdən sonra danışıb qənaətə gəlmişlər ki, xanımların keçdiyi yerdə etdikləri söhbəti eləmək düzgün deyil, kənar bir əraziyə getməlidilər. Beləliklə, onlar Badamdar qəbirstanlığına getmişlər. Xatırladığına görə, sifariş etdikəri taksi maşını qara rəngli idi. Təqsirləndirilən şəxslərdən də kiminsə əlində bıçaq var idi. Maşının arxa oturcağında qaranlıq olması səbəbindən o, təqsirləndirilən şəxslərdən məhz hansının əlində bıçağın olub-olmamasını müəyyən etməkdə çətinlik çəkmişdir. O, taksi maşınına özü minmişdir. Taksi maşınında olarkən ona hər hansı zərbə endirilməmişdir. Aralarında olan razılaşma ondan ibarət idi ki, söhbətlərini sözlə danışıb bitirəcəklər. O, taksi maşınında arxa oturacağın ortasında oturmuşdur. Arxa oturacağın ortasında ona görə oturmuşdur ki, təqsirləndirilən şəxslərin ikisi onunla bərabər arxaya əyləşmişlər və o, ortada qalmışdır. Maşına əyləşmələrinin ardıcıllığı ondan ibarət idi ki, əvvəlcədən o, arxa oturacağa əyləşmişdir, ondan sonra isə digər iki nəfər arxa oturacağına əyləşdi. Bu cür ardıcıllıq ona başqa yerdə əyləşməyə imkan vermirdi. O, maşının içində olarkən elektroşokeri görmüşdür. Elektroşokerin səsi onun diqqətini cəlb etdi. Taksi maşınında olarkən onun üzündə tibbi maska olmuşdur. Tibbi maskanı taxmasında məqsədi o olmuşdur ki, qanamış üzü görsənməsin. O, maşında olarkən təqsirləndirilən şəxslərin birinin əlində bıçağa oxşar bir şey görmüşdür. Onlar taksi maşınından düşdükdən sonra qəbirstanlığdan nisbətən aralı məsafədə idilər, qəbirstanlığa çatmaq üçün piyada şəkildə müəyyən məsafə qət etməli oldular. Qəbirstanlığa gedərkən onu kürəyindən tuturdular. Onun fikrincə, onlar onun qaçmağından ehtiyyatlanıb belə edirdilər. Lakin o, özü də qaçmazdı. Taksi maşını qəbirstanlığdan ona görə aralı saxladı ki, taksi sifariş verən mobil tədbiqdə dayanma məkanını belə qeyd etmişdir. Taski maşını da tədbiqdə qeyd olunmuş nöqtədə dayandı. Qabağ oturacğında ondan əvvəl artıq əyləşmişlər. Taksi tutmamışdan əvvəl yolda bir-iki nəfər ilə qarşılaşdıq. Qarşılaşdıqdan sonra onlar bizimlə birlikdə qəbirstanlığa getdilər. Qəbirstanlığda dağıdılmış bir yer var idi. Orada dayanıb söhbətlərini davam etdirmişlər. Onlar ondan soruşurdular ki, nə üçün o, narkotiklərdən istifadə edir, nə üçün o,qızlara təcavüz edir. Orada onu heç kimi tutmamışdır. Üzbəüz dayanmışlar. O da onların dediklərini inkar etmişdir. Bu da hardasa otuz dəqiqə çəkdi. Yəni, təkcə bunun üstündə yarım saat söhbət getdi. Hadisdən qabaq o, özü Bəylər ilə görüşmək üçün özü əlaqəyə girmişdir. İlk növbədə danışdığı şəxsin dəqiq Bəylər olub olmasını soruşmuşdur. Onun Bəylər olduğunu bilib, sonra isə özümü təqdim etmişdir. Bəylərə barəsində Fatimədən “belə-belə” şeylər eşitdiyini bildirib, nə məsələ olduğunu bilmək istədyiyni demişdir. Bəylər də ona onun barəsində çox pis şeylər danışıldığını dedi. O da ondan kimin onun haqqında ona belə şeylər deməsini soruşmuşdur. Bəylər isə cavab vermədi. Axırda da o, məsələni aydınlaşdırmağın lazım olduğnu demişdir. Hadisədən artıq doqquz ay keçib, ona görə də aralarında məhz kimin görüş barədə təklif verməsini dəqiq xatırlamır. Məsələni araşdırmaq ilk növbədə onun özünün marağımda olub. Dava-dalaş zamanı onunla birlikdə hazırlığ dərsi yoldaşı Sübhan və bir başqası da olub. Sübhan ilə digər hazırlıq yoldaşı o, taksi maşınına minənə qədər orada olublar. Ondan sonra gəlmədilər. Onların gəlməməsinə başqa maneə olmayıb. Özləri gəlməyiblər. Dalaşmadan sonra o, onları bir müddət görməmişdir. Müəyyən müddətdən sonra görüşdükdə isə onlara heç bir sual verməmişdir. O, hadisə zamanı çox zədələnmişdir. Onun narkotiklərdən istifadə etməyi, qızlara təcavüz etməyi barədə söhbət onlar maşından düşdükdən sonra başladı. O, maşında oturarkən yanındakı şəxslərin əlində dəqiq bıçaq olub-olmadığını bilmir. Ola bilər ki, maşında olarkən elektroşokeri bıçaqla səhv salır. Maşında olanda qorxmamışdır, amma maşından düşdükdən sonra artıq elektroşokeri görüb qorxmuşdur. Elektroşokeri Ayxanın əlində görmüşdür. Hadisə yerinə, yəni qəbistanlığa uşaqlıq dostu Kamran atası ilə birlikdə gəlmişdi. Ona hücum edənlərin sayı on beş nəfər idi, Kamrana və onun atasına da xəsarət yetirə bilməklərindən ehtiyatlanmışdır. Ona görə də onlarla birlikdə getməmişdir. Ona qarşı olan şəxslərin Kamran və onun atasına hədələyəcəyi bir söz deməyib. O özü onlara problem yaşatmaq istəməmişdir. Ona görə də onları özündən uzaqlaşdırmışdır. O, Bəylər ilə Mirzəlini söymüşdür. Söyüş söyməyinin səbəbi özünün və və ailəsinin təhqir edilməsi olub. Bəylərə söyşy məhz özünün ailəsinin təhqir olunması ilə əlaqədar söyüş yazmışdır. İlk söyüş Bəylərdən çıxmışdır. Ona görə də o, onunla danışmaq istəmişdir. Söhbəti məktəbin yanında deyil, kənar ərazidə aparması təklifini kimin tərəfindən verildiyini xatırlamasa da, onu deyə bilər ki, həmin təklif ilə hamı razılaşmışdır. Onu məktəbin yanından zorla aparmayıblar, apara da bilməzdilər. Onlarla getməməyi qüruruna sıxışdıra bilməmişdir. Qürurlandığına görə onlarla birlikdə getmişdir. İnanmır ki, onlar onu məcburən harasa apara bilərdilər. Maşında olarkən onun yanında oturan şəxslərdən biri əli ilə bıçağa bənzər nəyisə çıxardı, amma şifahi şəkildə bıcaqla əlaqədar heç nə demədi. Maşından düşdükdən sonra o, kiminsə əlində bıçaq görməmişdir. Elektroşoker görmüşdür. Onlar onu döymüşlər, ona xəsarətlər yetirmişlər. Buna əsaslanaraq Kamrana və onun atasına təhlükə yaratmaq istəməmiş və onlara qoşulub ərazini tərk etməmişdir. Elektroşoker ata-oğul gəldiyindən əvvəl çıxardılmışdı. Dava zamanı onları ayıran şəxslər olmuşdur. Hadisədən başqa şəxsiyyətinə toxunan ancaq ona söyüş söymələri olub. O, təqsirləndirilən şəxslərin ona qarşı belə hərəkət etməsinin səbəbini onun qızlara qarşı səhv eləməyini düşünərək onu cəzalandırmaq istəməkləri olub. Onların başqa niyyətləri var idisə, onu bilmir. Bu barədə ona heç nə deməyiblər. O, narkotik və yaxud hər hansı digər qanunsuz maddənin aludəçisi olmamışdır, qızlara görə heç vaxt təqsirləndirilən şəxslərin iddia etdikləri hərəkətləri etməmişdir. Onların danışıqları sırf ondan ibarət idi ki, o, narkomandır, qızları köməksiz vəziyyətə salaraq zorlamışdır. Onların olmayan şeyləri niyə fikirləşdiklərinin səbəblərini bilmir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, xx xxxx 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur, 16 yaşı var, 17 yaşın içindədir. Hazırda atası Qanuni nümayəndə10, anası X6 və 2010-cü il təvəllüdlü bacısı X21 ilə birilkdə ünvan 12 ünvanında yaşayır. ünvan 13vəllər, yəni 1-ci sinifdən 6-cı sinfə qədər Bakı şəhəri, Səbail rayonu 236 saylı tam orta orta məktəbdə, 6-cı sinifdən 8-ci sinfə qədər isə Türkiyə X49 oxumuşdur. Türkiyə X49n sonra hazırki vaxta qədər Bakı şəhəri, Səbail rayonu, 329 saylı tam orta məktəbdə təhsil alır, dərs qiymətləri yaxşıdır. Şahid6 onun qız dostudur, əvvəllər onunla Türkiyə X49 oxumuş və həmin liseydən çıxandan sonra da Fatimə ilə münasibət saxlayır, onunla zəngləşib görüşürmüş. 25 sentyabr 2022-ci il tarixdə Fatimə ilə «Elmlər Akademiyası» metrostansiyası ərazisində görüşdükdə o özünün mobil telefon aparatı ilə onun fotoşəklini çəkib sosial şəbəkədə şəxsi «instaqram» səhifəsində paylaşmışdır. Həmin günün səhərisi, yəni 26 sentyabr 2022-ci il tarixdə Fatimə ona «WhatsApp» proqramı vasitəsi ilə «səsli» mesaj göndərib bildirmişdir ki, onun fotoşəklini «instarqam» səfləsində paylaşandan sonra onunla eyni liseydə oxuyan Bəylər həmin fotoşəkli görüb ona bildirmişdir ki, onunla münasibəti dayandırsın, çünki guya o, Biləcəridə «p....r» çıxmışdır. Fatimə həmçinin ona «səsli» mesaj göndərərək bildirmişdir ki, Dəyanətdə oxuyan Şahbaz da Bəylərin dediklərini ona təsdiq etmişdir. O da Fatiməyə cavab olaraq «WhatsApp» proqramı vasitəsi ilə yazmışdır ki, onların dedikləri düzgün deyil. Fatimə bunları ona deyəndən sonra Fatimədən onun arxasınca əsassız, yalan fikirlər söyləyən Bəylərlə danışmaq və onun barəsində nəyə görə əsassız, yalan fikirlər söyləməsinin səbəbini aydınlaşdırmaq üçün Bəylərin mobil telefon nömrəsini istəmişdir. Fatimə də, onun xahişi ilə ona «WhatsApp» proqramı vasitəsi ilə Bəylərin 050 *** ** ** saylı mobil telefon nömrəsini göndərmişdir. O, əvvəllər Bəylər və X39 Vakfı Liseyində paralel sinifdə oxumuşdur. Bəylərlə yaxın münasibəti olmasa da, onu bir lisey uşağı kimi qiyabi tanıyırmış. Bəylərlə yalnız salam-sağolu olmuş, Şahbazla isə münasibətləri həmişə yaxşı olmuşdur. Beləliklə o, 050 *** ** ** saylı mobil telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Bəylərin mobil telefon nömrəsinə mesaj yazaraq nəyə görə onun haqqında Fatiməyə əsassız, düzgün olmayan fikirlər bildirdiyini soruşduqda Bəylər ona cavabında yazmışdır ki, ondan başqa hamı bu fikirdədir, ona belə deyirlər. O, həmin vaxtı Bəylərdən onun haqqında əsassız, yalan məlumatlar, fikirləri deyənlərin adlarını soruşduqda ad çəkməmiş, buna görədə yalan, əsassız fikirlər söyləyən şəxsləri söymüşdür. Bəylərə ona heç bir ad çəkmədiyindən o sonra ona yazmışdır ki, “əgər sənin tanışlarını mən söydüyüm halda mənə cavab vermirsənsə sənin oğlanlığını s…..,” yəni onun oğlanlığı söymüşdür. Bundan sonra artıq onlar «WhatsApp» proqramı vasitəsi ilə yazışaraq qarşılıqlı şəkildə söyüşməyə başlamışlar. Bəylər onu pis söydüyündən görüşüb söhbət etməyi təklif etmişdir. Bəylər ona yazaraq «Zabitlər parkı»na gəlməyini tələb etsədə, o da görüş yerini Yasamala salınmasını təklif etmişdir. Həmin yazışmalar zamanı onlar qarşılıqlı şəkildə söyüşsələr də, görüş vaxtını və yerini dəqiqləşdirə bilməmişlər. Bəylərin onun haqqında Fatiməyə bildirdikləri tamamilə yalandır, o heç yerdə, həmçinin Biləcəridə, Badamdardda «p....r» çıxmamış, heç vaxtı səhv və qanunsuz hərəkətlərə yol verməmişdir. Bəylərin əsassız olaraq onun haqqında qız dostu Fatiməyə fikir bildirməsindən əsəbiləşib Fatimədən Bəylərin telefon nömrəsini alıb ona yazaraq Fatiməyə dediklərinin mənbəyini və səbəbini soruşduqda o yayınndırıcı cavablar verərək, konkret olaraq nəyə görə onu Fatiməyə pisləyib «p….r» demişdir. Bəylərin səbəbsiz və yersiz olaraq onun haqqında Fatiməyə əsassız sözlər deməsindən o əsəbiləşmiş, bundan sonra da qarşılıqlı olaraq söyüşmüşlər. Bununla bağlı görüşüb söhbət etmək istəsələrdə, görüşün vaxtı və məkanı ilə bağlı razılaşmadıqlarından görüş baş tutmamışdır. «WhatsApp» proqramı vasitəsi ilə Bəylərə göndərdiyi, sonuncununda ona göndərdiyi yazışmalar, «səsli» mesajlar mobil telefonunun yaddaşında qalmışdır. Bəylərdən əlavə Şahbaza zəng etməmiş, fikirləşmişdir ki, Bəylərin dedikləri boş şeydir, əgər Bəylərlə məsələni həll edərsə Şahbazla da özlüyündə məsələ həll olunacaqdır. Həmin günün səhərisi, yəni 27 sentyabr 2022-ci il tarixdə günorta saatlarında əvvəllər onunla Türkiyə X49 eyni sinifdə oxuyan Mirzəli 070 *** ** ** saylı mobil telefon nömrəsindən ona zəng etsə də, həmin vaxtı dərsdə olduğundan zəngə cavab verə bilməmişdir. Bir az sonra ona həmin nömrədən yenidən zəng gələndə o telefona cavab verərkən telefondan «Bəylər» sözünü eşitmiş, həmin an dərsdə olduğundan danışa bilmədiyindən ona zəng edənə demişdir ki, «bir azdan özüm yığaram». O, hələ həmin vaxtı həmin nömrənin Mirzəlinin telefon nömrəsi olduğunu bilməmişdir. Həmin nömrədən gələn zəngə cavab verəndə «Bəylər» sözünü eşidərkən elə zənn etmişdir ki, ona zəng edən elə Bəylərdir. Lakin o zəng edənə bir az sonra zəng edəcəyini bildirsə də, dərsdən çıxandan sonra başı qarışdığından geri dönüş zəngi etməmişdir. Həmin günü saat 16-17 radələrində ona Fatimə «WhatsApp» proqramı vasitəsi ilə yazmışdır ki, sənə Mirzəli zəng edir, telefona cavab ver, onlar səninlə saat beşin yarısına qədər görüşmək istəyirlər, özü də orada olacaq. Fatimənin yazmasından sonra bilmişdir ki, 070 *** ** ** saylı mobil telefon nömrəsindən ona zəng edən Mirzəlidir. O da Fatiməyə cavabında yazmışdır ki, hazırlıqdayam yacazağam. Yəni Mirzəliyə geri dönüş edəcəyini nəzərdə tutmuşdur. Həmin vaxtı Fatimə ondan harada olduğunu soruqşduqda ona yazmışdır ki, hazırlıqdayam, o hazırlığın bitmə vaxtını soruşaraq bildirmişdir ki, Mirzəli onunla saat beş, yəni 17 radələrinə qədər görüşmək istəyir. O da bu gün alınmayacağını bildirmişdir. Həmçinin Fatimədən soruşaraq dəqiqləşdirmişdir ki, ona zəng edən şəxs məhz onunla əvvələr Türkiyə X49 eyni sinifdə oxuyan Mirzəlidir. X18 vasitəsi ilə xəbər göndərmişdir ki, zəng edən odur, görüşmək istəyir. Fatimə Mirzəlinin telefon zənglərinə cavab verməməyini Mirzəlinin özündən bilmiş və onun sözlərini çatdırmışdır. O həmin günü Mirzəli ilə görüşməkdən imtina etmiş, lakin həmin günün axşamı Mirzəli «WhatsApp» proqramı vasitəsi ilə ona mesaj yazaraq onun mesajlarına cavab verməyini tələb etməyə başlamışdır. O da ona cavab verərək mesaj yazmağının səbəbini soruşduqda buna cavab olaraq yazmışdır ki, sabah görüşmək istəyir. Ondan görüşməsinin səbəbini soruşduqda o əvvəlcə yayındırıcı cavablar yazmış, daha sonra yayılan bəzi «temalarla» bağlı görüşüb söhbət etmək istədiyini, daha sonra isə guya hansısa qızı zorladığını, həmin zorlama məsələsi ilə əlaqədar görüşmək istədiyini bildirmişdir. O, belə bir faktın olmadığını yazıb bildirəndə Mirzəli əvvəlcə müxtəlif yayındırıcı cavablar yazmış, daha sonra isə bu məsələni, yəni guya qızı zorlamağı ilə əlaqədar söhbəti hamıya Təqsirləndirilən şəxs3 və Şahbazın yaydığını demişdir. O, əvvəllər Təqsirləndirilən şəxs3la Türkiyə X49 eyni sinifdə oxumuşdur, həmin liseydən çıxandan sonra da Ayxanla münasibəti qiyabi qalsa da, son üç il müddətində onunla görüşmürmüş. Beləliklə o Mirzəliyə «WhatsApp» proqramı vasitəsi ilə yazmışdır ki, Ayxanın, Şahbazın dedikləri təmami ilə yalandır, heç bir qızı zorlamamışdır. Həmin yazışmalar zamanı Mirzəli ondan Bəyləri nəyə görə söydüyünü soruşduqda ona yazmışdır ki, Bəylər onu söydüyündən, həm də arxasınca barəsində əsassız, yalan fikirlər bildirdiyindən söymüşdür. Bundan əlavə o Mirzəliyə yazmışdır ki, daha narahat etməsin, sözləri varsa onun özünə desinlər. Mirzəli görüşmək istədiklərini yazanda o həftənin şənbə günü Yasamalda görüşəcəyini bildirmişdir. Mirzəli də bununla bağlı razılaşaraq görüşəcəklərini bildirmişdir. Bu qaydada ilk olaraq Mirzəli ilə onun arasında «WhatsApp» proqramı vasitəsi ilə yazışmalar olmuşdur. Mirzəlinin ona yazmasının səbəbi görüşmək istəməsi olmuşdur. Mirzəlidən görüşmək istəməsinin səbəbini soruşduqda o cavab yazaraq bildirmişdir ki, qız zorladığını bildiklərindən bu məsələni soruşmaq üçün görüşmək istəyirlər. O Mirzəlidən fakt tələb edəndə, o heç bir sübut, fakt təqdim etməmiş, sadəcə bildirmişdir ki, bu söhbətləri Təqsirləndirilən şəxs3 danışmışdır. Mirzəlinin onunla görüşmək istədiyini bilib ona təklif etmişdir ki, Yasamala gəlsinlər, orada kafelərin birində oturub söhbət edərik. Dostlarının əksəriyyəti Yasamal uşağı olduğundan və Badamdarda onu çox adam tanıdığından o görüş yerini Yasamala salmaq istəyirmiş. Həmin günü Mirzəli Yasamalda görüşməyə razı olduğunu bildirmiş və ona yazmışdır ki, həmin görüşə beş nəfərlə gələcəklər. O da Mirzəliyə yazmışdır ki, biz də 3-4 nəfər olarıq. Bu qaydada aralarında yazışma olduqdan sonra sağollaşmışlar. Həmin günü aralarında heç bir ciddi mübahisə olmamışdır. O, Mirzəliyə 01 oktyabr 2022-ci il, yəni həftənin şənbə gününə görüşməyi təklif etmişdir. 30 sentyabr 2022-ci il tarixdə saat 19:40 radələrində o sabahki görüşün dəqiq vaxt və məkanını dəqiqləşdirmək üçün şəxsi nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Mirzəlinin mobil telefon nömrəsinə yazıb ondan nə vaxtı görüşə biləcəklərini soruşduqda Mirzəli cavabında ona yazmışdırkı «saat 18:30 radələrində Badamdarda baxça tərəfdə görüşək.» Həmin vaxtı o Badamdardda görüşünün mümkün olmadığını yazıb onları Yasamala gəlməli olduqlarını bildirdikdə Mirzəli ona Yasamala gəlməyəcəklərini yazmışdır. Həmin vaxtı o Mirzəliyə yazaraq Yasamala gəlməyə qorxduqlarını bildirdikdə həmin yazışmaları əsnasında mübahisə düşmüş, Mirzəli ona ardıcıl söyüşlər yazmağa başlamışdır. O Mirzəlinin söyüşlərinə cavab verməsə də onun «p....r» və digər ağır söyüşlər söyməsindən əsəbləşib onun anasının ünvanına söyüş yazmışdır. Beləliklə onlar qarşılıqlı şəkildə bir-birlərini söyməyə başlamışlar. Həmin yazışmalar zamanı görüş vaxtını və yerini müəyyənləşdirə bilməmişlər. Beləliklə o əvvəlcə Mirzəli ilə 01 oktyabr 2022-ci il tarixdə Yasamal ərazisində görüşməyə razılaşsa da, 30 sentyabr 2022-ci il tarixdə Mirzəli ilə yazışıb görüşün vaxtını dəqiqləşdirmək istədikdə Mirzəli Yasamala gəlməkdən imtina etmiş və görüşü Badamdara saldırmaq istəyənda onların Yasamala gəlmək istəməmələrini qorxaqlıq kimi ona yazaraq bildirmiş və bundan sonra Mirzəli ona yazaraq onu söyməyə başladıqda o da onun söyüşlərinə cavab olaraq ünvanına söyüşlər yazmışdır. Bundan sonra onlar bir-birilərini söyməkdə davam etmiş və görüşlərlə bağlı heç bir nəticəyə gələ bilməmişlər. Mirzəli ilə qeyd etdiyi yazışmalardan sonra o «WhatsApp» proqramı vasitəsi ilə Bəylərin nömrəsinə «səsli» mesaj göndərmişdir. Həmin mesajda qeyd etmişdir ki, “mənim söhbətim səninlədir, dostun nəyə görə girib ortaya, sabah Yasamala gəlin orada söhbət edərik” lakin Bəylər ona «işim var, sonra yazaram» məzmunlu cavab yazıb daha onunla əlaqə saxlamamışdır. Həmin gecə, yəni 30 sentyabr 2022-ci il tarixdə ona 050 *** ** ** mobil nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə zəng gəlmişdir. O, həmin zəngə cavab verməmişdir. Daha sonra həmin mobil nömrə istifadəçisi «WhatsApp» proqramı vasitəsi ilə mesaj yazaraq ona zəng etməyini tələb etmişdir. O bununla bağlı ondan kim olmasını soruşduqda həmin şəxs Hüseyn olmasını demişdir. Hüseyn əvvəlcə bir-birilərinə söyüş söymədən normal danışmağı təklif etmiş və demişdir ki, “sən bizi Yasamala dəvət edirsən, biz Yasamala gəlmək istəmirik, çay evində camaat olacaq, istər-istəməz bizim səsimiz yüksəldikdə problem yaranacaq” o da ona demişdir ki, “narahat olma çay evi özümüzünküdür, lazım olsa bir saatlıq bağlatdırıb söhbətimizi edərik”. Hüseyn də ona yazmışdır ki, “birdən sözümüz düz gəlməz dava edərik, çay evi alınmayacaq”. O da ona yazmışdır ki, siz dava etməyə gəlirsiz mənimlə? Hüseyn də yazmışdır ki, lazım olsa dava edəcik. Görüş üçün yenə də Badamdara gəlməyini tələb etmişdir. O da ona yazmışdır ki, onu orada hamı tanıyır və dostları Badamdara gələ bilmir. Həmin vaxtı o Hüseynə yazmışdır ki, dostları ilə danışmışdır, Yasamala gəlməyənə söyüş qoymuşdur. O da cavabında yazmışdır ki, bu söhbətlərdən xəbəri var, ona qarant verirki, bu söyüşləri dostlarının üzünə deyə bilməyəcəkdir. O da Hüseynə yazmışdır ki, onunla normal danışsın. Bundan sonra Hüseyn ona cavab verməmışdir. Hadisəyə qədər sonuncu dəfə o «WhatsApp» proqramı vasitəsi ilə Hüseynlə yazışmışdır. Sadaladığı bütün yazışma və səs yazıları onun mobil telefonunun yaddaşında mövcuddur. Faktiki olaraq o Hüseyn, Mirzəli və Bəylərlə görüş zamanı və məkanı ilə bağlı orta məxrəcə gəlməmişdir. O fikirləşirmiş ki, növbəti günlərdə onlarla yazışar, lazım olsa görüşüb söhbət edərlər. Onun dava etmək fikri olmamışdır. Elə zənn edirmiş ki, bu adi bir mübahisədir, sözlə bu məsələni aralarında yoluna qoyarlar. Ağlına gəlməzdiki səhərisi gün onlar qəflətən onun qarşısını kəsib ona qarşı ağır cinayət əməlləri törədəcəklər. Hüseyn də Dəyanət Liseyində oxuduğundan o həmin liseyin əvvəlki şagirdi kimi onu sifətdən tanıyırmış. Onlar paralel siniflərdə oxuyurmuşlar. Hüseynlə onun yaxın ünsiyyəti və təması olmamışdır. O, heç vaxt onu söyməmişdir. Hüseyn qəflətən ona zəng edərək görüşlə bağlı onunla yazışmaqla ona dostlarına görə hədə-qorxu gəlmişdir. Beləliklə 01 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində o Badamdar qəsəbəsində köhnə hərbi hissənin yaxınlığında tarix fənnindən hazırlıq kursuna getmişdir. Həmin hazırlıq kursu saat 14:30 radələrində bitirmiş. Onun həmin günü Hüseyn, Mirzəli və Bəylərgillə görüşmək fikri və razılaşmalarıda olmamışdır. O, günorta hazırlıqdan çıxdıqdan sonra Badamdardda 3-cü massivdə ingilis dilində başqa hazırlığa getməlimiş. Həmin hazırlıq saat 15 radələrində başlayıb saat 16:30 radələrində tamamlanmalı idi. Həmin hazırlıqdan sonra o nə edəcəyini hələ planlaşdırmamışdır. Birinci hazırlığa getməmişdən əvvəl Əli ilə zəngləşib razılaşmışdır ki, saat 14:30 radələrində o tarixdən hazırlıq kursundan çıxanda hazırlığın qarşısında görüşüb növbəti hazırlığa gtsinlər. Beləliklə 01 oktyabr 2022-ci il saat 14:30 radələrində o Badamdar qəsəbəsində Sübhan adlı hazırlıq yoldaşı ilə hazırlıqdan çıxıb həmin hazırlığın qarşısında onları gözləyən Əli ilə görüşmüşlər. Onlar bərabər Badamdarın içi ilə məhəllə arası yolla növbəti hazırlıq kursuna tərəf gedərkən qəflətən arxadan onun çiynindən kimsə əli ilə tutub saxlamışdır. O geriyə çevrildikdə onu saxlayan şəxsin Hüseyn olduğunu görmüşdür. Özünü tanımamazlığa vurub Hüseyndən kim olduğunu, ondan nə istədiyini soruşduqda o əli ilə onun bədəninin kənarından tutub sıxaraq onu qucaqlayıb yolun əks tərəfinə doğru aparmağa başlamışdır. O, Hüseyndən onu hara aparmaq istədiyini soruşduqda Hüseyn demişdir ki, narahat olma gedək bilərsən. Hüseyn onu tutanda onun yanında Mirzəli, Təqsirləndirilən şəxs3, Bəylər, «Dəyanət» liseyinin şagirdlərindən olan Ayhanı, Şərifi və başqa sifətdən tanıdığım iki lisey şagirdləri olmuşdur. Həmin uşaqlar onlarla birlikdə Hüseynin onu apardığı tərəfə gəlirmişlər. Onun hazırlıq yoldaşları Əli ilə Sübhan Hüseyndən onu hara apardığını soruşduqda Hüseyn onlara gedib işləri ilə məşğul olmalarını, əks halda başlarının ağrayacağını bildirib onları qorxutmuşdur. Beləliklə Hüseyn onu yaxınlıqdakı 236 saylı orta məktəbin qarşısındaki küçədə tünlük bir yerə gətirmişdir. Həmin yerdə Hüseyn onu tutub saxlamaqda davam edirmiş. Həmin vaxtı Mirzəli onun qarşısına keçib «mənə söyürdün?» deyərək yumruqla onun sifətindən, ağzından ardıcıl zərbələr vurmağa başlamışdır. Hüseyn onu tutduğundan o, Mirzəlinin yumruq zərbələrindən yayına, özünü qoruya bilmirmiş. Mirzəli onu döyüb qurtardıqdan sonra Hüseyn əlləri ilə onun bədənindən tutub divara doğru sıxmışdır. Həmin vaxtı Mirzəli əlində skoç ona tərəf yaxınlaşmış, skoçla onun ağzını və başını bağlamaq istədikdə o, başını sağ-sola tərpədərək buna imkan verməmişdir. Bundan sonra Mirzəli skoçu kiməsə vermiş, bunun ardınca Hüseyn onu buraxıb qarşısına keçərək yumruqla onun ağzından, sifətindən, başından, bədənindən, qarnından ardıcıl zərbələr vurmuşdur. Həmin zərbələrdən o yerə yıxılmışdır. Lakin Hüseyn ondan əl çəkməyib yerdə də onun başına və bədəninə yumruq zərbələri vurmaqda davam edirmiş. Hüseynin və ondan əvvəl Mirzəlinin yumruq zərbələrindən o, ciddi xəsarətlər almış, ağzı qanamışdır. Hüseyn onu yerdə döyəndə Əli ilə Sübhan araya girmişlər. Əli Hüseyni ayırıb kənara çəkmiş, Sübhan isə onu yerdən qaldırmış. Hüseyn Əliyə söz vermişdir ki, onu daha vurmayacaqdır. Bundan sonra Hüseyn ona yenə yaxınlaşıb nəyə görə onu və dostlarını söydüyünü soruşduqda o Hüseynə demişdir ki, “səni yox, Mirzəli ilə Bəyləri söymüşəm, onları da mənə söydüklərinə görə söyüb cavablarını vermişəm”. O Hüseynə və ətrafdakılara haqlı olduğunu sübut etmək üçün «İphone 13 Pro Max» markalı mobil telefonunu cibindən çıxarıb telefonun yaddaşındakı yazıları Hüseynə nümayiş etdirmək istədikdə Hüseyn onun əlindən mobil telefonunu dartıb götürmüş və içərisindəki «Gallereya» bölümündə arxivləşdirilmiş foto və videoları nəzərdən keçirmək üçün mobil telefonu özü ilə gəldiyi başqa bir adını bilmədiyi dostuna vermişdir. Həmin dostu telefonun «Gallereya» bölümünə daxil olub oradakı foto və videoları nəzərdən keçirəndə onun keçən il pulla intim münasibətdə olarkən özünü mobil telefonla çəkdiyi videoyazını görüb həmin görüntüdəki qızın onun tərəfindən təcavüzə məruz qaldığını bildirmişlər. Həmin video yazıda qızın sifəti düşməmişdir. Onlar qızın sifətini görmədən onu təcavüzə görə günahlandırması ona dəlalət edirmiş ki, bunlar onu şərləməyə gəliblər. Həmin qız «28 may» tərəfdə masaj salonunda işləyirmiş. O onunla pul qarşılığında intim münasibətdə olanda ona xəbər etmədən mobil telefonla özünü çəkmişdr. Həmin videoyazıda telefonunun yaddaşında qalmışdır. Hüseyn də, bu yazını görüb onun üstünə hücum etmişdir ki, guya söz-söhbət gəzən, təcavüzə məruz qalan qızlardan biri budur. Hadisədən təxminən iki həftə əvvəl o, Fatimə ilə «instaqram» sosial şəbəkəsində yazışanda ona özünü göstərmək üçün özündən əfsanə uydurmuşdur. Fatiməyə yalandan demişdir ki, bir qızla intim əlaqədə olanda onu gizlin mobil telefon aparatı ilə çəkmişdir və sonra həmin görüntülərlə ona hədə-qorxu gəlib pul tələb edib almışdır. Həmin uydurduğu məlumatı da Fatimə liseydəkilərə yaymışdır. Yəni qıza təcavüz məsələsi yalnız Fatimə ilə onun arasında olan uydurma yazışmadan yarana bilər. Həqiqətdə o, heç bir qıza təcavüz etməmiş, hədə-qorxu gəlib pul almamışdır. Beləliklə Hüseyngil onun telefonuna baxıb bu görüntüləri görəndə onun yanındakılardan Bəylər həmin anı öz mobil telefonuna çəkirmiş. Həmin vaxtı Hüseyngillə gələnlərdən biri Hüseyngilə yaxınlaşıb demişdir ki, yuxarıda adamlar var, onları görə bilərlər, kənara çəkilsinlər. Bundan sonra Hüseyn onu qucaqlayıb sıxaraq kənara çəkmiş və Təqsirləndirilən şəxs3 göstəriş vermişdir ki, «taksi» sifariş etsin ki, onu başqa yerə aparsınlar. Həmin vaxtı o, görmüşdür ki, hadisə yerinə artıq onunla tarixdən hazırlığa gedən Məcid, Badamdar uşaqlarından Bəhlul, Məhəmməd və Yeniyol da gəlmişlər. Məcid onunla tarixdən Bayılda hazırlıq kursuna gəlirmiş, lakin Məcid həmin hadisə günü tarixdən hazırlıq kursuna gəlməli olsa da, müəlliməyə yalandan demişdir ki, xəstədir gələ bilmir. Lakin buna baxmayaraq hadisənin baş verdiyi yerə özünü çatdırmışdır və tam sağlam olduğunu görünmüşdür. Təqsirləndirilən şəxs3 «taksi» çağıranda Bəhlul Hüseynə yaxınlaşıb xahiş etmişdir ki, onu buraxıb sözlə danışsınlar. Lakin Hüseyn onu buraxmaqdan imtina edib Bəhlula demişdir ki, problem istəmirsinizsə gedin. Ayxanın «Bolt» və ya «Uber» vasitəsi ilə sifariş etdiyi markasına, dövlət qeydiyyat nişanına fikir vermədiyi «taksi» avtomobili 2-3 dəqiqəyə gəlmişdir. «Taksi» gələnə qədər Hüseyn onun ağzına bir ədəd qara tibbi maska taxmışdır ki, «taksi» sürücüsü onun ağzının qanamasını görməsin. Hüseyngilin onu hara apardıqlarını bilmirmiş. X25 hara apardıqlarını soruşduqda Hüseyn onlara demişdir ki, qaldığı «Dostluq» kinoteatrına tərəf gedirlər. «Taksi» gələndən sonra Təqsirləndirilən şəxs3 qabaq sağda əyləşmiş. Hüseynlə Mirzəli isə onu arxa oturacağa əyləşdirmişlər. Mirzəli onun solunda, Hüseyn isə sağında əyləşmişdir. Taksiyə əyləşən kimi Hüseyn taksi sürücüsünün gözündən yayınaraq cibindən bir ədəd düymə ilə açılıb bağlanan uzunluğunu dəqiq görə bilmədiyi, orta ölçülü, tiyəsi qara dəmirdən olan, qara dəstəkli bıçağın tiyəsini onun bədəninin sağına dirəyib demişdir ki, “səsini çıxartsan səni öldürəcəyəm”. O, Hüseynin bıçaqla onu hədələdiyini görüb qorxusundan səsini çıxartmamış və «taksi» sürücüsündən kömək istəyə bilməmişdir. Əgər Hüseyn bıçaqla onu hədələməsi idi o «taksi» sürücüsücündən kömək istəyəcəkmiş. Taksi ilə təxminən 500 metr qabağa gedib Badamdar qəsəbəsində «köhnə yarmarka» deyilən yerdə taksidən düşmüşlər. «Taksi» sürücüsünə hara gedəcəkləri və harada düşəcəklərini Təqsirləndirilən şəxs3 əvvəlcədən telefonu ilə sifariş etmişdir. Taksini yola saldıqdan sonra onlar piyada Badamdar qəbirstanlığına tərəf getməyə başlamışlar. Ətrafda heç kəs olmadığından o, kömək istəyə bilmirmiş. Qəbiristanlığa doğru yolu qabaqda gedən Təqsirləndirilən şəxs3 göstərirmiş. O, yol boyu Hüseyndən onu hara apardığını soruşmaq istədikdə Hüseyn ona danışmağa imkan verməyib başından sillə, qapaz vuraraq ondan sakit durmağını tələb edirmiş. Onlar qəbiristanlığa çatarkən yolda digər şəxsləri, yəni onların arxasınca gələn Bəyləri, Şərifi, Ayhanı, Elxanı, Yeniyolu, Bəhlulu, Məcidi, Məhəmmədi və daha iki nəfər Hüseynin tanışlarını görmüşdür. Onun hazırlıq yoldaşları Əli və Sübhan artıq qəbiritsanlığa gəlməmişlər. Onlar Hüseyngil onu birinci döydüyü yerdə qalmışlar. Hüseyn onu tutub qəbiristanlığın içərisi ilə axıra kimi aparıb qəbiristanlıq ərazisində lap axır tərəfdə üç tərəfi daş hasarla əhatə olunmuş, içərisində heç bir tikinti olmayan, boş, kimsəsiz tünlük sahəyə gətirmişlər. Həmin yerdə Hüseyn Bəylərdən soruşmuşdur ki, «bundan ürəyin soyuyub?» Bəylər də cavabında «yox» deyəndə, Hüseyn ona demişdir ki, «bir dənə vur soyusun.» Bəylər də Hüseynin sözlərindən ürəklənib onun sifətinin sağından bir dəfə sillə ilə zərbə vurmuşdur. Həmin vaxtı Hüseyn ondan soruşmuşdur ki, «qızlara niyə təcavüz etmisən?» O Hüseynə heç bir qıza təcavüz etmədiyini deyəndə Hüseyn onun sifətinə sillə vurub «yalan deyirsən» demişdir. Bunun ardınca Hüseyn ona demişdir ki, “səni burada videoya çəkəcəyik, biz nə desək deməlisən”. O, Hüseynin bu təklifindən imtina edəndə orada olan Təqsirləndirilən şəxs3 çantasından bir ədəd metalik rəngində uzun “elekroşoker” əşyası çıxarıb həmin “elekroşokeri” işə salaraq səsini ona nümayiş etdirməklə onu qorxutmuşdur. Təqsirləndirilən şəxs3 “elekro şokkeri” ona nümayiş etdirməklə faktiki olaraq ona psixi təzyiq edirmişki onların dediklərini etsin. Həmin an Hüseyn də cibindəki həmin bıçağı ona nümayiş etdirmişdir. Hüseyn də ona həmin hərəkəti ilə psixi təsir etmiş və ardınca ona demişdir ki, «dediklərimizi etməsən səni öldürəcəyik.» O, artıq Hüseyngilin üzərində bıçaq, «elektroşoker», həmçinin skoç olduğunu, tünlük yerdə olduğunu, ətrafda heç kəsin olmadığını görüb Hüseynin təklifinə razılıq vermişdir ki, təki canı bunların əlindən qurtarsın. Beləliklə o razı olandan sonra Hüseyn ona demişdir ki, eyni ilə onun dediyi sözləri videoçəkiliş aparıldıqda deməlidir. Hüseyn ona bildirmişdirki, “səndən qız adı soruşan yoxdur, əvvəlcə səndən soruşacağam ki, neçə qıza təcavüz etmisən? sən də mənə birinci heç bir qıza təcavüz etmədiyini deyərsən, həmin vaxtı mən sənə sillə vuracağam, bundan sonra sən boynuna alıb bir qıza təcavüz etdiyini, narkotik maddə «patı» verib bayıldaraq zorlayıb mobil telefona çəkdiyini, sonra da həmin çəkilişlə qızı hədələyərək pul istəyib aldığını deyərsən, bunun ardınca mən sənə yalan deyirsən !!! çox qız zorlamısan !!! deyəndə sən bir deyil iki qızı, daha sonra üstünə qışqırdıqda üç, daha sonra isə dord qızı zorladığını boynuna alıb bildirməlisən”. O, məcburiyyət qarşısında Hüseyni dinləyib uydurduğu yalanlarını yadda saxlayıb onları mobil telefonla aparılan videoçəkiliş zamanı deməklə təsdiq etməyə başlamışdır. Beləliklə Hüseyn uydurduğu bu yalanı o deyəndə Ayhan və hadisə yerində olan başqa bir adını bilmədiyim şəxs mobil telefonuna çəkərək qeydə almağa başlamışlar. Yəni, bir az əvvəl bildirdiyi kimi Hüseyn onun üstünə qışqırandan sonra o mobil telefonla video çəkiliş gedə-gedə yalandan Hüseynə və ətarfdakılara deməyə başlamışdır ki, əvvəlcə bir qıza, daha sonra iki, daha sonra üç, daha sonra dörd qıza «patı» kimi adlanan narkotik maddə verərək bayıldıb zorlamaqla təcavüz etmiş və həmin anı mobil telefonu ilə video çəkiliş edib telefonunun yaddaşında saxlayıb arxivləşdirmiş, sonra da həmin videogörüntülərlə qızları hədələyib pul tələb etmişdir, yəni demişdir ki, ona pul vermədikləri təqdirdə onların intim görüntülərini paylaşacaqdır. Bunların hamısı Hüseynin diktə və ssenarisi üzrə çəkilmiş videgörüntülər olmuşdur. Həqiqətdə o heç bir qıza qarşı təcavüz etməmişdir. Həmin görüntüləri Hüseyngil qeydə aldıqdan sonra hadisə yerində olan Məcid, Bəhlul, Yeniyol və Məhəmməd hadisə yerini tərk edib getmişlər. Hadisə yerində sona kimi Hüseyn, Mirzəli, Bəylər, Təqsirləndirilən şəxs3, Elxan, Ayhan, Şərif, onlarla gələn adlarını bilmədiyim daha iki nəfər qalmışlar. Beləliklə görüntüləri Hüseyngil qeydə aldıqlan sonra Hüseyn qəflətən yerə bir ədəd yaşıl rəngli «Sarıkız» suyunun boş butulkasını, yəni şüşəsini qoyub ona demişdir ki, “soyun, öz rızanla butlıkanın üstünə otur”. O, Hüseynin butılkanı haradan çıxartdığını görməsə də, şikayətdən sonra Səbail Rayon Polis İdarəsində gətirilən Təqsirləndirilən şəxs3la polis idarəsində ayaq üstü danışdıqda o demişdir ki, həmin butulka Şərifin çantasında olmuşdur. Beləliklə Hüseyn ona butulkanın üzərində oturmağını tələb edəndə o, sakit durmaqla bundan imtina edərkən Hüseyn üzərindəki bıçağı yenə ona nümayiş etdirib onu qorxutmuşdur. O artıq döyüldüyündən, halsız olduğundan Hüseyngildən canını qurtarmaqdan ötrü butulkanın üzərində oturmağa razılıq vermişdir. Fikri o olmuşdur ki, özünü yalandan butulkanın üstünə oturmuş kimi göstərsin ki, ondan əl çəksinlər. O, Hüseynin tələbi ilə əynindəki cins şalvarını və tumanını aşağıya çəkib lüt bədənə Hüseynin yerə dikinə qoyduğu butulkanın üstünə oturmaq istəyərəkən həmin vaxtı yoldan keçən təsadüfü bir maşın onları görüb yanlarında saxlamışdır. O, həmin vaxtı aşağı dartdığı şalvar və tumanını tez yenidən yuxarı qaldırıb əynini geyinmişdir. Hüseyn də butulkanı ayağı ilə kənara itələmişdir ki, maşından düşən şəxs həmin səhnəni görməsin. O, maşından düşən kişini tanımışdır. Həmin şəxs Badamdar sakini Şahid9, tanışı Kamranın atası olmuşdur. Vidadi onu tanımasa da o tanıyırmış. Vidadı ona yaxınlaşaraq nə baş verdiyini soruşduqda Hüseyngil heç nə baş vermədiyini demişlər. Lakin Vidadi inanmamış, onları sorğu-sual etməkdə davam edirmiş. Həmin vaxt Kamran da maşından düşmüşdür. Kamran onu tanıyıb nə olduğunu soruşduqda o, Hüseyngilin qorxusundan heç nə olmadığını bildirmişdir. O, döyüldüyündən, qorxduğundan, həmçinin onlarda onun çəkilişləri olduğundan sakit durmağı, Kamrangildən kömək istəməyə özünə məsləhət bilmişdir. Vidadigil onları sorğu-sual edəndə Hüseyn onları aldadaraq demişdir ki, guya o qızlara narkotik maddə verib zorlamış, guya həm də narkotik istifadəçisidir. Hüseyn hətta onlara demişdir ki, bunu təsdiq edən videogörüntülər var. Kamran bunun həqiqət olub-olmadığını ondan soruşduqda o, onların çıxıb getmələri üçün yalandan demişdir ki, həmin şeylər olub həm özü narkotik istifadə etmiş, həm də, qızlara təcavüz etmişdir. Bundan sonra Kamran ona «səndən gözləməzdim» deyərək atası ilə bərabər getmişdir. Kamranla atası çıxıb gedəndən sonra Hüseynin tələbi ilə bu dəfə Mirzəli həmin «sarıkız» suyunun boş butılkasını kənarda yerdən götürüb ona tərəf gəlib yerdə dikinə qoymuş və Hüseyn ona demişdir ki, otur butılkanın üstünə. O, onların əl çəkmədiyini görüb əynimdəki şalvarı, tumanı yenidən aşağı çəkib soyunmuş və çöməlib lüt arxası üstə butılkanın yuxarı tərəfinə oturmuş kimi etmiş, butılkanın yuxarı tərəfi onun arxa tərəfinə toxunmuşdur. O onlara həmin vəziyyəti nümayiş etdirəndə Hüseyn demişdir ki, götür butılkanı sox arxana, o da yerdən həmin butılkanı əli ilə götürüb arxa tərəfinə apararaq arxasına soxmuş kimi edəndə yanında duran Mirzəli butılkanın altından təpiklə vuraraq butulkanın onun arxa tərəfinə bərk girib incitməsini istəyirmiş. Hətta Mirzəli onun çiynindən aşağıya doğru sıxırmış ki, o butılkanın üstünə bərk otursun ki, butılka arxasına bərk girsin. Həmin vaxtı Hüseyn, Ayxan və Ayhan həmin anları mobil telefonla çəkirmişlər. Beləliklə Hüseyngil onun arxa tərəfinə butılka soxmaqla bağlı hərəkətlərə yol verməklə ona qarşı zor tədbiq etmişlər. Həmin butulkanın üstü onun arxa tərəfinə dəyib keçirmiş. Həmin zaman Hüseyn onu vuraraq ondan soruşmuşdur ki, qızlara təcavüz etmisənmi ? O da əl çəksin deyə yalandan demişdir ki, etmişəm. Hüseyndə onu söyüb sifətindən sillə vuraraq demişdir ki, bir də qızlara təcavüz etsən səni tapacağam. Bu sözləri deyib onlar çəkilişi dayandırmışlar və ondan əl çəkmişlər, Hüseyn demişdir ki, gedə bilərsən. O, şalvarını, tumanını yuxarı dartıb əynini geyinmiş və onlardan aralanıb piyada qəbirstanlığın aşağısına doğru yerimişdir. Onlar, yəni Hüseyn, Təqsirləndirilən şəxs3, Ayhan, Şərif, Mirzəli, Bəylər, Elxan və daha iki nəfər onun arxasınca qəbirstanlığın aşağısına doğru düşmüşlər. O, həmin vaxtı başqa dostu Babəkə zəng edib onu qəbirstanlığa çağırmışdır. Babək «taksi» ilə gəlib onu Badamdar qəbirstanlığından evə aparmışdır. O, evə dəyəndən sonra Babəklə birlikdə digər dostu Ruslanla görüşüb Mirinin Yasamaldakı çay evinə yollanıb orada Miriyə, Ruslana və Babəkə baş verənləri danışmışdır. Mirigil onu dinlədikdən sonra Miri Hüseynə zəng edib nə məsələ olduğunu soruşduqda Hüseyn ona görüşüb danışarıq desə də, görüşməkdən yayınmışdır. O hələ əvvəlcə valideynlərinə bu barədə danışmamışdır. Hadisədən sonra 03 oktyabr 2022-ci il tarixdə Badamdardakı qonşusu Elsun ona zəng edərək, dava edib-etmədiyini soruşduqda o Elsuna döyüldüynü etiraf etmişdir. Həmin vaxtı Elsun ondan dava zamanı butılka olub-olmamasını soruşduqda o, utandığından və Hüseyngilin çəkilişi yaymayacağını zənn edərək yalandan Elsuna demişdirki, butulka söhbəti olmayıb. Elsun ona yalan deyirsən söyləyərək səhər ona video göstərəcəyini bildirmiş və həqiqətən səhərisi onunla görüşəndə öz mobil telefonundan Hüseyngilin onun butılka üstündə otuzdurmaqlarını əks olunan videogörüntüləri nümayiş etdirmişdir. O, həmin videonun onda haradan olmasını soruşduqda Elsun demişdir ki, həmin video yazını ona «WhatsApp» proqramı vasitəsi ilə Bəhlul göndərmiş, Bəhlula da Təqsirləndirilən şəxs3 göndərmişdir. O, artıq bilmişdir ki, Hüseyngil həmin video görüntüləri paylaşmağa başlamışlar. Beləliklə 01 oktyabr 2022-ci il tarixdə Hüseyn, Bəylər, Mirzəli, Təqsirləndirilən şəxs3, Ayhan, Şərif, Elxan və başqaları o, hazırlıqdan çıxanda qəflətən onun qarşısını kəsmişlər, Hüseyn onu tutub zorla hazırlıq kursunun yaxınlığındakı tünlük yerə aparmışdır. Orada Hüseyn və Mirzəli onu döymüşlər. Mirzəli skoçla onun ağzını, başını bağlamağa cəhd etmişdir. Onlar zornan onun telefonunun yaddaşına baxmışlar və onu yalandan qız zorlayıb çəkməkdə günahlandırmışlar. Kənar şəxslər görməsin deyə sonra onlar onu zorla taksiyə əyləşdirib Badamdar qəbiristanlığına aparmışlar. Taksidə Hüseyn onun bədəninin sağına səsini çıxardığı halda onu öldürməklə hədələmişdir. Qəbirisitanlıqda Hüseyn, Mirzəli və Bəylər onu döymüşlər. Hüseyn ondan onun diktəsi ilə deyəcəyi sözləri mobil telefonun çəkilişinə söyləməyini tələb edərkən o bundan imtina etdikdə Ayxan ona «elektroşoker», Hüseyn isə bıçaq nümayiş etdirib onu öldürməklə hədələyib qorxuzmuşlar və mobil telefonla videoçəkiliş gedə-gedə əynindəki şalvarını, tumanını çıxardıb yerə dikinə qoyduqları «sarıkız» boş su şüşəsinin üzərinə oturmağına nail olmuşlar. Hətta Mirzəli həmin şüşənin arxa hissəmə bərk girməsi üçün şüşənin altına təpik vurmuş, yuxarıdan da çiynindən aşağı basırmış. Onlar onu döyüb, söyüb alçatmışlar. Bütün bu baş verənləri Hüseyn, Ayhan Təqsirləndirilən şəxs3 və Bəylər mobil telefona çəkirmişlər. Həmin su şüşəsini Şərif gətirmişdir. Bundan sonra onlar həmin video görüntüləri paylaşmağa başlamışlar. Atası baş verənləri biləndən sonra polisə müraciət etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin darvazasının qarşısına gələrək həmin evdə tarix fənni üzrə hazırlıq kursu keçdiyini, 01 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində hazırlıq kursuna gəldiyini, kursun saat 14:30 radələrinə kimi davam etdiyini, hazırlıq kursu bitdikdən sonra isə Əli və Sübhan adlı hazırlıq yoldaşları ilə birlikdə növbəti hazırlığa getməyi planlaşdırdığını, saat 14:30 radələrində hazırlıq kursunu tərk etdiyini bildirmişdir. Hazırlıq kursundan Səbail rayonu Nurəddin Paşayev küçəsi istiqamətində bir qədər piyada hərəkət etmişdir ki, orada olan fərdi yaşayış evlərinin birinin qarşısında olarkən qəflətən onu arxadan kiminsə çiynindən sıxaraq saxladığını görmüş, geriyə doğru döndükdə onu saxlayan şəxsin Hüseyn olmasını görmüşdür. Hüseyn onu tutub saxlayaraq əks istiqamətə, yenidən hazırlığa getdiyi evə tərəf aparmışdır. Hüseynin yanında, Mirzəli, Təqsirləndirilən şəxs3, Bəylər, Ayhan, Şərif və iki nəfər “Dəyanət” liseyinin şagirdlərinin olduğunu görmüşdür. Daha sonra hazırlıq kursunun yanındakı sərt döngəni göstərib bildirmişdir ki, Hüseyn, Mirzəli, Bəylər və qeyriləri onun arxasınca məhz həmin yolla gəlmişdir. Daha sonra bir qədər qarşıya gedib tünlük bir yerdə Hüseyn onu tutub saxlamış, Mirzəli isə qarşısına keçib onu yumruqla vurmuş, hətta skoçla ağzını bağlamaq istəyərkən başını sağa-sola tərpətdiyindən bu baş verməmişdir. Sonra Hüseyn onun qarşısına keçib sifət və bədəninin müxtəlif nahiyyələrinə ardıcıl zərbələr vurmuş, bu zərbələrin təsirindən o yerə yıxılmışdır. Buna baxmayaraq Hüseyn onu vurmaqda davam etmişdir. Hüseyn nəyə görə onu və dostlarını söydüyünü soruşduqda o, Hüseyni yox, Mirzəli və Bəylərin söyüşlərinə cavab verdiyini demişdir. O, “İphone 13 pro max” markalı telefonunu çıxarıb yaddaşındakı yazıları göstərmək isədikdə Hüseyn telefonu əlindən alaraq yanındakı başqa şəxsə vermişdir. Həmin şəxs onun keçən il telefonda pulla intim münasibətdə olarkən özünü mobil telefonla çəkdiyi videogörüntüləri görüb həmin görüntüdəki qızın onun tərəfindən təcavüzə məruz qaldığını bildirmişdir. Hüseyn bu görüntünü gördükdən sonra üzərinə hücum etmişdir. Daha sonra həmin yerə kimsə gəldiyi üçün Hüseyn onu qucaqlayıb sıxaraq kənara çəkmiş və onlar irəliləmişlər. Hüseynin göstərişi ilə Təqsirləndirilən şəxs3 taksi sifariş vermişdir. Həmin vaxt hadisə yerinə onunla tarix fənnindən hazırlığa gedən Məcid, Badamdar uşaqarından isə Bəhlul, Məhəmməd və Yeniyol gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Nurəddin Paşayev küçəsinə gələrək bildirmişdir ki, Ayxanın sifariş etdiyi markasını bilmədiyi taksi həmin ünvana gəlmişdir. İfadənin yerində yoxlanılması zamanı DİN-in Təhlükəsiz Şəhər Xidətinin “T-1-173” nömrəli kameranın olduğu müəyyən edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, taksi avtomobili gələnə kimi Hüseyn onun ağzına qara tibbi maska geyindirmişdir ki, onun ağzının qanaması görünməsin. Taksi gələndən sonra Təqsirləndirilən şəxs3 qabaq sağ oturacaqda, Hüseyn isə arxa oturacaqda onun sağında, Mirzəli isə onun solunda əyləşmişdir. Taksiyə əyləşən kimi Hüseyn sürücünün görmədiyi şəkildə cibindən bir ədəd bıçaq çıxarıb onun bədəninin sağına dirəyib səsini çıxararsa öldürəcəyini demişdir. O da qorxduğu üçün səsini çıxarmamışdır. Daha sonra Zərərçəkmiş şəxs Səbail rayonu Əziz Nəzərov və Məktəbli küçələrinin kəsişməsində “Köhnə yarmarka” deyilən yerə gələrək bildirmişdir ki, taksidən həmin ünvanda enmiş və həmin ünvandan Badamdar qəbiristanlığı istiqamətində hərəkət etmiş, yol boyu heç kim olmadığından köməklik istəyə bilməmiş, yolu isə onlara Təqsirləndirilən şəxs3 göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs “Badamdar Qəbiristanlığının” giriş hissəsinə gələrək bildirmişdir ki, qəbiristanlığa çatarkən onların arxasınca gələn Bəylər, Şərif, Ayhan, Elxan, Yeniyol, Bəhlul, Məcid, Məhəmməd və daha iki nəfər şəxsi görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs qəbiristanlığın içərisi ilə təxminən 2 km məsafə qət edərək sonda üç tərəfi mişar daşları ilə hörülmüş bir tərəfdən isə istifadə edilməyən yeni tikili olan, boş, kimsəsiz, tünlük sahəyə gəlib bildirmişdir ki, Hüseyn onu tutaraq binaya qədər gətirmişdir. Orada Bəylər və Hüseyn onu döymüşlər. Daha sonra Hüseyn onu videoya çəkəcəklərini, nə desələr onu təkrar etməsini demiş, o etiraz etdikdə isə elektorşok və bıçaq nümayiş etdirərək müqavimətini sındırmışlar. O, canın qurtarmaq üçün razılaşmışdır. Daha sonra Hüseynin qız zorlamaq, narkotik qəbul etmək, qızları şantaj etməklə bağlı uydurduğu yalanları videoçəkiliş altında demişdir. Bundan sonra Məcid, Bəhlul, Yeniyol, Məhəmməd hadisə yerini tərk etmişlər. Hüseyn markalanma nişanı soyulmuş, yaşıl rəngli, boş “sarıkız” butulkasını göstərərək bildirmişdir ki, məhz o butulkanı yerə qoyub üstündə oturmasını ona demişdir. O, imtina etdikdə isə ona yenidən bıçaq nümayiş etdirib psixi təsir göstərmişlər və məcbur qalıb razı olmuşdur. O ilk əvvəl butulkanın üst tərəfinə oturmuş kimi etmiş, butulka onun arxa tərəfinə toxunmamışdır. Hüseyn tələb etmişdir ki, butulkanı götürüb arxasına soxsun. O da butulkanı yerdən götürərək arxasına aparıb soxurmuş kimi tutumuşdur. Bu vaxt Mirzəli təpiklə butulkanın altından vurmuşdur ki, butulka onun arxasına bərk girərək onu incitsin, hətta Mirzəli onun çiynindən aşağıya doğru basmışdır ki, butulka onun arxasına girsin. Həmin vaxt Hüseyn, Ayxan və Ayhan həmin anları mobil telefonla çəkirmişlər. Onun arxa tərəfinə butulka soxmaqla bağlı hərəkətlərə yol verərək ona qarşı zor tətbiq etmişlər. Həmin zaman Hüseyn onu vuraraq qızlara təcavüz etmisən deyə soruşmuşdur. O da məcbur qalıb etdiyini demişdir. Daha sonra onlar videoçəkilişi dayandırıb ondan əl çəkmişlər. O da şalvarını və tumanını çəkib onlardan aralanıb uzaqlaşmışdır. İfadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs göstərdiyi “Sarıkız” butulkası qablaşdırılararaq götürülmüşdür. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunanlardan o, yalnız Təqsirləndirilən şəxs3ı tanıyır. Zərəçəkmiş şəxsi isə hadisədən əvvəl yaxından tanımırdı. Kamili tanıdığı qədər mənfi xarakterizə edir, çünki o, məktəbdən qovulmuşdur. Hadisədən çox vaxt keçdiyinə görə çox şeyi xatırlamır. 2022-ci ilin oktyabr ayı idi. Hadisə günü o, hazırlığ dərsinə gedirdi. Ayxan ona zəng etmişdir. Ona demişlər ki, elə-belə söhbət var, o da qoşulmaq istədi. Söhbətin səbəbi Kamil tərəfindən uşaqların söyülməsi olmuşdur. Həmin münaqişədə o, Ayxanın tərəfində idi. Onlar görüşüb Kamilin hazırlığ dərsi olan yerə getmişlər. Kamil hazırlığ dərsindən çıxdıqdan sonra uşaqlar onu tutmuşlar, bir qədər uzağa aparmışlar və orada söhbət etdilər. Gördüyü adi danışıq idi, söhbət idi. Sonra həmin yerdən müəlimə keçdiyinə görə onlar başqa yerə getməyi qərara almışlar. Başqa yerə getmək təklifinin kimin tərəfindən verildiyi o, eşitmədi, sonradan anladı ki, müəllimlər görməsinlər deyə söhbət etmək üçün başqa məkana gedirlər. Onlar taksi sifariş verdilər. Taksinin dəqiq olaraq kimin tərəfindən çağırılmasından xəbəri yoxdur. Onlar da digərlərinin arxalarınca qəbirstanlığa getdilər. Qəbirstanlığın girişində molla var idi, onlar isə molladan nisbətən uzaqlıqda idilər. Ona görə də molla onları eşitməmişdir. Dalaşanlar öndə getmişlər, onlar isə arxalarınca. Onlar öndə gedənlərə çatmamış öndəkilər artıq dönmüşlər. Orada da söhbət aparılmışdır, ancaq o, danışanların danışdıqlarını nisbətən uzaq məsafədə olduğundan eşitdə bilmədi. Sonra isə ona anası zəng etmişdir. Anası onun hazırlığ dərsinə getmədiyini öyrənmişdir. O da anası ilə danışmaq üçün uşaqlardan daha çox uzaqlaşdı. Anası ilə danışdıqdan sonra qayıdıb Kamilin sumkasını götürüb getdi. O, məsələni tam olaraq əvvəlcədən bilmirdi, sonradan bildi. Dava-dalaş zamanı Kamilin eynəyi yerə düşmüşdür. O, elektroşokeri görəndə uzaqda deyil idi. Yaxınlaşanda artıq elektroşoker qoşulmuşdur, səsi gəlirmiş. Kamil özü elektroşokeri görməmişdir, çünki sonradan gəlmişdir. O, elektroşokeri əvvəlcədən, yəni Kamil gəlməmişdən əvvəl görmüşdür. Kamil ilə Mirzəli arasında nəsə baş vermişdir, ona görə də Mirzəli Kamili vurmuşdur. Onları dərhal aralamışlar. Digər uşaqlar, o cümlədən dostu Ayxan ancaq baxırdılar. O, videoçəkilişin yalnız Bəylər tərəfindən aparıldığını görürdü. Videoçəkilişlə onlar Kamilin telefonunda olanları çəkirdilər. Uşaqlar dairəvi şəkildə durduqlarına görə Kamilin telefonunda baxdıqlarına o, baxa bilmədi. Ancaq onu bilir ki, məsələ qızlarla bağlıdır. Videolarda qız var idi. Hadisə zamanı çəkilmiş videonu sonradan qrupa atmışlar. Videonun kimin tərəfindən qrupa atıldığını xatırlamır. Butulka epizodu ilə bağlı olaraq deyə bilər ki, bu əvvəlcədən planlanmış bir şey deyil idi. O, butulkanı kiminsə əlində gördü. Həmin adam butulkadan su içmişdir. Səhv etmirsə, Kamil elədiyini təsdiq etmişdir, ona görə də sonradan butulkaya oturduldu. O, butulkanın kimin tərəfindən sumkadan çıxarılıb yerə qoyduğunu görməyib. Hadisə zamanı çəkilmiş videonu sonradan qrupa atmışlar. Hadisə zamanı kənar şəxslər də var idi, yəni Kamran və onun atası. Onlar maşınla həmin ərazidən keiçirmişlər. Onları gördükdən sonra maşını saxlamışlar, onların Kamilin ətrafında yığışdıqlarına görə məsələni aydınlaşdırmaq istəmişlər. Onlar Kamili qırağa aparıb onunla söhbət etmişlər. Ondan sonra Kamran ilə atası maşına minib getmişlər, Kamil isə onlarla qalmışdır. Kamran ilə atası onları görəndə hələ heç nə baş verməmişdir. Onlar heç kəsin yolunu kəsməmişlər. Onları görüb yaxınlaşmayan kənar şəxslər yox idi. Kamilin üzünə maska hər hansı məcburiyyət aldında kiminsə tərəfindən taxılmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, ünvan 14 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 15 ünvanında daimi yaşayır. Bakı şəhəri Səbail rayonu 132 nömrəli tam orta məktəbdə 11 A sinifində oxuyur. 01 oktyabr 2022-ci il tarixdə günorta saatlarında evdə olarkən məhlə uşağı və dostu olan Təqsirləndirilən şəxs3 ona zəng edərək Kamilin onu, Mirzəlini, Hüseyni və Bəyləri söydüyünü bildirmişdir. O, Kamili üzdən qəsəbə sakini kimi tanıyırmış, əvvəllər bir dəfə onu 9-cu sinifdə oxuyarkən Ayxanın yanında görmüşdür. Lakin, Mirzəli, Hüseyn və Bəyləri əvvəllər tanımamış, Ayxan onları öz məktəb yoldaşları kimi təqdim etmişdir. Belə ki, Ayxanın dediyinə görə onlar birlikdə “Dəyanət” liseyində oxuyurlar. Beləliklə, telefon danışığı zamanı Ayxan ona demişdir ki, özü ilə elektroşok aparatı götürmüşdür, skoç almışlar, bundan başqa, Kamilin başına oyun açacaqlarını bildirmişdir. Həmçinin Ayxan demişdir ki, hazırda 6-7 nəfər “Dəyanət” liseyində oxuyan uşaqlarla birlikdə 236 saylı orta məktəbin binasının yaxınlığında ara küçədədirlər. Ayxan onu da oraya dəvət etmiş, o da razılıq verib evi tərk edərək həmin ünvana getmişdir. Oraya çatdıqda Ayxan, tanımadığı 6-7 nəfər “Dəyanət” liseyində oxuyan uşaqlar, eləcə də Kamili görmüşdür. Bir qədər sonra isə Badamdar sakinləri olan Məcid, Məhəmməd, Yeniyol və Bəhlul adlı şəxslər də oraya gəlmişlər. O gələrkən sonradan adının Hüseyn olduğunu öyrəndiyi şəxs Kamilin arxa tərəfindən qucaqlayaraq əlləri ilə onu tutumuş, sonradan adının Mirzəli olduğunu öyrəndiyi şəxs isə Kamillə qarşı-qarşıya dayanıb onu üz nahiyyəsindən yumruqlarla vururmuş. O isə kənardan dayanıb baxırmış. Bu vaxt Hüseyn Ayxandan elektroşok aparatını istəmişdir, Ayxan isə məktəbli çantasından bir ədəd silindir formalı, qabı qara, özü isə boz rəngdə olan elektroşok aparatını çıxarıb Hüseynə vermək istədikdə o Ayxana irad bildirmişdir. Ayxan da aparatı çantasına qoymuşdur. Bu vaxt bir qədər aralıda dayanmış Məcid, Bəhlul və Məhəmməd gəlib məsələnin mahiyyəti ilə yaxından maraqlanmağa başlamış və tərəflərə suallar vermişlər. Hüseyn Kamilin onları söydüyünü, həmçinin qız zorladığını bildirmişdir. Hüseyn Kamildən telefonunu tələb etmiş, Kamil telefonunu açıb Hüseynə vermiş, Hüseyn isə Kamili tutub saxladığıdan telefonu Mirzəliyə vermişdir. Mirzəli telefonun şəkillər bölümünə daxil olub axtarmağa başlamışdır. Kamil də şəxsi şəkillərinin olduğunu ona deyərək Mirzəlinin onun telefonuna baxmasına etiraz etmişdir. Kamilin etirazı qarşılığında Hüseyn onu üzündən iki dəfə yumruqla vurmuş və Kamil yerə yıxılmışdır. Onlar Hüseyngili ayırmış, bu vaxt Bəylər öz məktəbli çantasından qara rəngli tibbi maska çıxartmışdır. Kamilin ağzı qanadığı üçün Bəylər ondan tələb etmişdir ki, maskanı üzünə taxsın, Kamil də maskanı ondan alıb üzünə taxmışdır. Bundan sonra Hüseyn Ayxana demişdir ki, taksi sifariş etsin, Ayxan da onlayn qaydada taksi sifariş etmişdir. Taksi gələnə kimi o, Məcid, Bəhlul, Məhəmməd və Yeniyol onlara demişlər ki, “Kamilə əliniz dəyməsin üzr istəyib gedəcəkdir”. Hüseyn onlara söz vermişdir ki, Kamili döyməyəcəklər. Bir neçə dəqiqə sonra “Toyota Prius” markalı taksi maşını gəlmiş, Hüseyn, Ayxan, Mirzəli və Kamil taksiyə minmiş və getmişlər. Getməmişdən əvvəl Ayxan ona demişdir ki, onlar “Badamdar qəbirstanlığı” na gedəcəklər. Həmçinin Ayxan ondan digər “Dəyanət” liseyinin uşaqlarını həmin yerə gətirməyini xahiş etmişdi. Bundan sonra adını Ayhan olduğunu öyrəndiyi şəxs onlayn qaydada taksi sifariş etmişdir. Bir neçə dəqiqə sonra xatırladığı qədəri ilə “Hyundai” markalı, qara rəngli taksi gəlmiş, o, Bəylər, Ayhan, Məhəmməd və sonrdan adının Əli olduğunu öyrəndiyi “Dəyanət” liseyində oxuyan uşaq taksiyə əyləşmiş, taksi ilə “Badamdar qəbirstanlığı” na getmişlər. Ayhan taksi sifariş edərkən ünvanı o izah etmiş və əvvəlcədən qəbirstanlığa gedəcəkləri barədə sifariş etmişdir. Beləliklə, onlar qəbirstanlığın girişinə gəlmiş, taksidən enib birlikdə bir qədər içəriyə doğru piyada hərəkət etmişlər. Bir az getdikdən sonra Ayxan, Hüseyn, Mirzəli və Kamillə rastlaşmışlar. Sonra hamısı birlikdə qəbirstanlığın nisbətən yuxarı tərəfinə getmişlər. Bir neçə dəqiqə sonra onların arxasınca Məcid, Bəhlul, Məhəmməd və Yeniyol da gəlib çatmışlar. Boş bir əraziyə çatan kimi Mirzəli Kamili sifət nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Onlar Mirzəlini ayırmışdır. Bu vaxt Yeniyolla Hüseynin arasında sözlə mübahisə yaranmışdır. Hüseyn Badamdar uşaqlarının getməsini tələb etmişdir. Yeniyol isə Kamili vurmamalarını onlardan tələb etmişdir. Mübahisə qızışmış və Kamildən etdiyi hərəkətlərlə bağlı soruşduqda Kamil etiraf etmişdir ki, qız zorlayıb, onlara psixotrop maddə “patı” verib, videolarını çəkib və həmin videolarla onları hədələyərək pul almışdır. Kamilin bu sözlərindən sonra Məcid, Bəhlul, Yeniyol və Məhəmməd belə desək bir növ Hüseyngilə haqq qazandıraraq oranı tərk etmişlər. Onlar getdikdən sonra da Kamil öz etiraflarını davam etdirirmiş. Bəylər və Ayhan isə onu mobil telefonla çəkirmişlər. Həmin vaxt Badamdar qəsəbə sakini kimi üzdən tanıdığı Kamran və atası “Mercedes” markalı maşınla yaxınlıqdan keçirmişlər. Həmin şəxslər onları görüb maşını saxlamış hər ikisi enib onlar tərəfə yaxınlaşmışlar, Kamranın atası elə bilmişdir ki, onlar Kamili şantaj edərək videoçəkiliş edirlər. O buna görə irad bildirmişdir. lakin sonradan Ayxan ona Kamilin etdikləri barədə bildirdikdə onlar çıxıb getmişlər. Kamil və Kamran da bir-birilərini tanıyırmışlar. Kamran özü də getməmişdən qabaq Kamilin etdiklərini eşitdikdən sonra demişdir ki, “Kamillə istədiyiniz şeyi edin”. Beləliklə, Hüseyn ona və Ayxan demişdir ki, “Kamili bir az daha alçatdıqdan sonra buraxacaqlar”. Bu vaxt o, “whatsapp” proqamı vasitəsi ilə xatırlamadığı bir nəfərlə mesajlaşırmış, buna görə də kənara çəkilməli olmuşdur. Kənarda olarkən digərlərinin Kamillə nə etdiklərini görməmişdir. Çünki, aralarında divar olmuş, həmin divar onu görməyinə mane olurmuş. Bir neçə dəqiqə sonra onlar hamısı qayıtmışlar. Bu vaxt o, Kamilin şalvarını yuxarıya çəkib bağladığını görmüşdür. Daha sonra Kamil çantasından yerə səpələnmiş ləvazimatları yığmışdır. Bundan sonra o və Ayxan piyada olaraq evlərinə qayıtmışlar. Növbəti gün günorta saatlarında yaşadığı yerə yaxın yerləşən çayxanaların birində Yeniyol, Məcid və sonuncunun tanımadığı dostları ilə əyləşmişdir. Məcid öz dostları ilə birlikdə onlardan bir qədər aralıda əyləşmişdir. “whatsapp” proqramında o, Yeniyol və Ayxanın daxil olduğu qrup vardır. Çayxanada olarkən Ayxan həmin qrupa Kamilin videosunu göndərmişdir. O, videoya baxanda görmüşdür ki, Kamili butulka üzərində oturmağa məcbur edirlər. O, Məcidin xahişi ilə videonu ona göndərmişdir. Məcid ona söz vermişdir ki, videonu yaymayacaqdır. O, məhz buna görə videonu ona göndərmişdir. Məcid isə videonu yanındakı dostlarına göstərməyə başlamışdır. Təxminən 3- 4 gün sonra isə o eşitmişdir ki, video artıq bir çox yerlərdə yayılmışdır. Onun bundan başqa məlumatı yoxdur. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X14 tanıyır, onun məktəb yoldaşlarıdır, onlarla yaxşı münasibətələri olmuşdur, ədavəti yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs da qiyabi olaraq onların məktəbdə oxumuş şəxs kimi tanıyır. Onunla da ədavəti yoxdur, onu üzdən yalnız bir dəfə görmüşdür. Hadisə barədə o, ancaq onudemək istəyir ki, həmin uşaqların Kamil ilə hansısa probelmləri var idi, onlar da həmin problemləri həll etmək üçün Kamil ilə görüşüb danışmaq istəmişlər. Onlar əvvəlcə Kamilin hazırlıq dərsi olan yerdə görüşmüşlər, sonra isə həmin yerdən müəllimlər keçdiyinə görə kənar bir yerə getmişlər. Söhbət etmək barədə razılıq məktəbdə əldə olunmuşdur. Onlar getdikləri yeri heç özləri qabaqcan bilməmişlər. Məktəbin həyətində dedilər ki, burada qadınlar keçir, başqa yerə gedək. O, söhbətdə təqsirləndirilən şəxslərin tərəfində iştirak etmişdir. Kamillə birinci görüşəndə, yəni Kamilin hazırlığa getdiyi yerdə olan görüşdə uşaqlar Kamil ilə sadəcə danışdılar , problemlərini həll etməyə çalışdılar. Onun özü bir az uzaqda dayanmışdır. Daha sonra dava bir az qızışışdı. Düzdür, o, uzaqda dayandığına görə çox şeyi görməmişdir, amma bunu hiss etmişdir. Daha sonra uşaqlar və Kamil görmüşlər ki, həmin ərazidən müəllimlər keçir və ortaq bir qərara gəlmişlər ki, başqa yerdə söhbətlərini davam etsinlər. Haraya getməklərini heç özləri də bilməmişlər, axırda qəbirstanlığa getmişlər. Beləliklə də söhbət qəbirstanlığda davam etdi. O və onunla birlikdə olan Şahid2 oradan uzaqlaşmışlar. Onda olan butulka kofe butulkası idi. O, şəkər xəstəliyindən əziyyət çəkir, ona görə də mağazalardan kofe almır, kofeni evdə bişirib butulkaya süzüb çantasında gəzdirir. Yay mövsümu zamanı soyuq kofe içir. Kofeni “Sarıkız” butulkasına süzüb gəzdirir. O, hadisə vaxtı heç kimə butulka verməmişdir. Butulka sumkanın içində idi. Kimsə butulkanı sumkanın içərisindən götürmüşdür. Onlar sifariş verdikləri “Vito” maşınına minib qəbirstanlığa getmişlər. O, maşına əyləşərkən onların Badamdara getdiklərini bilmişdir. Kamillə görüşməməişdən qabaq həmin günü yığışıb söhbət edib Kamilin olduğu yerə getmişlər. Kamil ilə söhbət etmək üçün onunla görüşmüşlər. Uşaqlar Kamil ilə aralarında olan problemləri həll etmək üçün onla söhbət etmək istəyirdilər. Kamil hazırlıqdan çıxaraq kimin tərəfindən onun vurulmasını görmədim. O, qəbirstanlıtğa piyada deyil, ayrı taksi maşını ilə qəbirstanlığa getmişdir. Hadisə günü o, mağazadn sadə içməli su almışdır. Həmin su plastik butulkada idi. O,suyu axıra qədər içmişdir. İçdiyi “Sirab” suyu idi. Onun söhbətdə hansısa rolu olmayıb. O, Kamilin kiminsə tərəfindən döyülməsini görməmişdir. Həmin günü o,“Sarıkız” butulkasında olan kofeni içmişdir, lakin tam içməmişdir, dibində qalmışdı.“Sirab” suyunu hadisədən sonra almışdır. Su hadisədən sonra bitmişdir. Kofe butulkasını gəzdirmişdir, su butulkasını isə içində su qaldığına görə saxlamışdır. Suyu içdikdən sonra həmin butulkanı atmışdr. Butulka sumkada idi, yenə də deyir ki, butulkanın sumkadan kimin tərəfindən götürülməsini bilmir, məlumatı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, o, xx xxxxxx 2005-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, 16 yaşı tamam olub 17 yaşın içindədir. Valideynləri və kiçik bacısı 2019-cu ildən Türkiyə Respublikasının İstanbul şəhərində yaşayırlar. Valideynləri orada işləyir. O, babası Qanuni nümayəndə3 və nənəsi Esmira Əbdürrəhimova ilə bərabər ünvan 17 ünvanında yaşayır. X60 Liseyinin 11-ci sinfində oxuyur. Zərərçəkmiş şəxs əvvəllər onunla eyni liseydə oxuyub, lakin onunla heç vaxtı tanışlığı olmamışdır. Onu qiyabi bir məktəb yoldaşı kimi tanıyırmış. Kamil 8-ci sinfə qədər onunla eyni, yəni «Dəyanət» liseyində təhsil alırmış. Təxminən 3 il bundan qabaq, yəni 8-ci sinifdə oxuyanda Kamil məktəbdə oxuyan bir qızı öpdüyünə və həmin öpüşmə səhnəsi də liseyin videomüşahidə kamerasının görüntülərinə düşdüyünə görə, həmçinin dərs qiymətləri bərbad olduğuna görə «Dəyanət» liseyindən xaric olunmuşdur. Kamil 8-ci sinifdən sonra oxumamış, ondan sonra hadisəyə qədər heç vaxtı Kamili görməmişdir. Təqsirləndirilən şəxs3 onunla eyni sinifdə oxuyur. 2022-ci ilin sentyabr ayının sonuncu günlərində o, sinif yoldaşı Təqsirləndirilən şəxs3la bərabər liseydə olarkən lisey yoldaşları Bəylərin, Mirzəlinin və Hüseynin geyinməsoyunma otağına keçdiklərini görüb maraq üçün onların yanına getmişlər. Həmin vaxtı Bəylərin danışığından ona bəlli olmuşdur ki, Bəylər sinif yoldaşı Fatimənin liseydən qovulan Kamillə əlaqəsinin olduğunu bildiyindən Fatiməyə məsləhət vermişdir ki, Kamillə danışmasın, onu yaxşı oğlan kimi tanımırlar. Bundan sonra Fatimə Bəylərin dediklərini Kamilə bildirmişdir. Kamil də sonra Bəylərlə əlaqə yaradaraq onun haqqında nəyə görə Fatiməyə mənfi sözlər danışdığını soruşduqda aralarında mübahisə baş vermişdir, həmin vaxtı Kamil onu və anasını söymüşdür. Həmin zaman o, həmçinin Ayxanın deməsindən bilmişdir ki, həmin Kamil başqa bir qızı evinə aparıb zorlamışdır və həmin səhnəni mobil telefonuna çəkərək sonradan qıza bildirmişdir ki, pul verməsə həmin görüntüləri yayıb onu rüsvay edəcəkdir. Bunlara görə Hüseyn, Bəylər, Mirzəli həmin Kamillə söhbət etmək qərarına gəlmişlər. Onlar qərarlaşmışlar ki, Kamillə əlaqə saxlayıb onu görüşə çağırsınlar. Bundan təxminən bir- iki gün sonra Təqsirləndirilən şəxs3, Əli, Mirzəli, Hüseyn və Bəylər bərabər liseydə yığışanda onların danışığından ona aydın olmudur ki, Mirzəli «WhatsApp» proqramı vasitəsi ilə Kamillə yazışanda Kamil onun oğlanlığını və anasını söymüşdür. Hətta Kamil onun haqqnında mənfi fikirlər irəli sürənlərin hamısının analarnı söymüşdür. Mirzəli demişdir ki, Kamil telefonda Hüseynin də ünvanına söyüşlər işlətmişdir. Yəni Kamil telefonla Bəylərdən əlavə artıq Mirzəlini, Hüseyni də söymüş və hətta ümumi söyüşlər işlətmişdir. Həmin vaxtı Mirzəninin deməsindən ona bəlli olmuşdur ki, yazışanda o Kamillə görüşməyi təklif etmiş, Kamil isə onları Yasamala dəvət etmişdir. X50 görüşməkdən imtina edəndə onların arasında mübahisə düşmüş və həmin mübahisə zamanı Kamil Mirzəlini söymüşdür. Onlar qərarlaşmışlar ki, Kamillə görüşüb söhbət etsinlər. Hətta ona hamısı təklif etmişdir ki, o, onların söhbət etmələrinə baxmağa getsin. 01 oktyabr 2022-ci il tarixdə günortaya yaxın saatlarda liseydə o, Təqsirləndirilən şəxs3, Əli, Bəylər, Mirzəli ilə görüşüb söhbət edəndə Mirzəlinin deməsindən ona aydın olmuşdur ki, onlar həmin günü Kamili tutub onları söydüyünə görə söbhət etmək istəyirlər. Həmin danışıq zamanı ona aydın olmuşdur ki, onlar Yasamala getmək istəmirlər, Kamil hazırlıq kursundan çıxanda onu qəflətən tutub söhbət etmək istəyirlər. Hətta ona aydın olmuşdur ki, artıq Təqsirləndirilən şəxs3 Badamdar qəsəbəsində yaşayan Məcid adlı şəxsin vasitəsi ilə Kamilin hazırlıq kursundan çıxan vaxtı da dəqiqləşdirmişdir. Məlum olmuşdur ki, Kamil saat 15 radələrində kursdan çıxır. Beləliklə Kamillə danışıb söhbət etmək məqsədi ilə həmin yerə yollanmaq qərarına gəlmişlər. Həmin vaxtı o, liseyin yaxınlığındakı «Beegros» adlanan mağazadan aldığım Beypazarı adlanan suyu içib qurtarandan sonra zibil qabına tullamaq istəyəndə Bəylər Mirzəlinin, Təqsirləndirilən şəxs3, Əlinin yanında onun əlindən su qabını götürüb demişdir ki, elə bu butulkanı Kamilin arxasına soxacaqdır. Bəylər həmin su qabını yanındakı uşaqların birinin çantasına qoymuşdur. O, artıq bu söhbətin içində olduğundan, maraq üçün Təqsirləndirilən şəxs3, Hüseyn, Bəylər, Əli, Mirzəli ilə birlikdə həmin Kamillə söhbət etməyə getməyə razılıq vermişdir. Həmin söhbət zamanı onların yanında Amin adlı sinif yoldaşları olsa da, o həmin görüşə getməkdən imtina etmişdir. Onlar, yəni o, Mirzəli, Təqsirləndirilən şəxs3, Əli və Bəylər piyada «Ağçiçəyim» adlanan gül mağazasanın qarşısına gedib orada Hüseynlə görüşmüşlər. Hüseyngil qərara gəlmişlər ki, Kamil saat 15 radələrində Badamdarddakı hazırlıq kursundan çıxanda tutub elə orada söhbət etsinlər. «Ağçiçəyim» in qarşısında Mirzəli onun çantasının çöl cibindəki içərisində kofe olan, daim şüşəsindən istifadə etdiyi «sarıkız» kimi adlanan su qabını çantanın cibindən çıxarıb içindəki kofeni içəndən sonra o, həmin butılkanı yenidən çantasına qoymuşdur. Hüseyn həmin görüş zamanı təklif etmişdir ki, özüləri ilə skoç götürsünlər ki, Kamili tutanda qışqırsa ağzını bağlayarlar. O, hətta həmin vaxtı buna etiraz etmişdir ki, skoç aparmaq lazım deyil. Bundan sonra piyada sirkin qarşısına getmişlər, orada Hüseynin dostu Ayhan da onlara qoşulmuşdur. Bundan sonra səhv etmirsə «bolt» taksi xidmətinə sifariş verib təsadüfi bir «taksi» maşını ilə Təqsirləndirilən şəxs3 yaşadığı Badamdarddakı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs3 evə qalxıb əynini dəyişmiş və özü ilə bir ədəd «elektroşoker» əşyasını götürüb aşağı düşüb onlara göstərmişdir. Hətta onlara «elektroşoker» in işlədiyini nümayiş etdirmişdir. Bundan sonra Hüseyn Ayxandan soruşmuşdurki, nəyə görə skoç götürməyib, o da demişdir ki, skoç lazım deyil. O, hətta demişdir ki, skoç lazım deyil, Ayxana da demişdir ki, «elektroşokerə» ehtiyac yoxdur. Hüseyn isə demişdir ki, skoç mütləq lazımdır və bundan sonra Hüseynlə Bəylər yaxınlıqdakı «1001 xırdavat» mağazasından bir ədəd skoç alıb onların yanına qayıtmışlar və Hüseyn skoçu onun çantasına qoymuşdur. Beləliklə onlar özləri ilə «elektroşoker», skoç götürmüşlər. Bundan sonra bərabər Təqsirləndirilən şəxs3 göstərdiyi yerə, yəni Kamilin hazırlıqda olduğu kursun yerləşdiyi ünvana gəlmişlər. həmin vaxt günorta saatları olarmış. Qərara gəlmişlər ki, kursun bütün çıxışlarını bağlasınlarki, Kamil çıxanda görsünlər. Hüseyn onları bölmüşdür, razılaşmaya əsasən Mirzəli ilə Bəylər kursun çıxışından sola dönən yerdə, Hüseyn və Təqsirləndirilən şəxs3 kursun çıxışından nisbətən sağda, o, Əli isə kursun çıxışından bir balaca aşağıda gözləməyə başlamışlar. Hüseyn onlara demişdir ki, birdən Kamil onlar tərəfdən çıxsa ona deysinlər. Ayhan əvvəlcə onların yanında dursa da, sonra o biri tərəfə getmişdir. Saat 15 radələrində Kamil kursdan çıxmış, həmin vaxtı Hüseyn arxadan Kamilə yaxınlaşıb onun boynundan əli ilə tutmuşdur. Kamil onların gəlməyini gözləmirmiş, Kamil görmüşdür ki, onlar çoxdur. Kamilin yanında iki oğlan da olmuşdur. Onlar Kamillə bərabər hazırlıqdan çıxırmışlar. Həmin şəxslər nə məsələ olduğunu soruşduqda Hüseyn onlara demişdir ki, başlarını bəlaya soxmasınlar gedib, işləri ilə məşğul olsunlar. Onlardan biri aralansa da, eynəkdə olanı Kamilin yanında qalmışdır. Hüseyn Kamilin boynundan əli ilə tutub nə isə deyirmiş, o həmin sözləri onlardan bir az arxada olduğundan eşidə bilmirmiş. Hüseynin yanında Mirzəli də olmuşdur. Hüseyn Kamili buraxmırmış və onu tutub zorla hazırlıq kursunun kənarına aparırmış. Həmin vaxtı onların yanındaimiş və çantasını yerə qoymuşdur. Kursun kənarında Mirzəli, ya da Hüseyn onun çantasından həmin skoçu götürmüş və həmin skoçla Mirzəli Kamilin ağızını bağlamaq istədikdə Kamil başını, ağzını kənara tərpətdiyndən buna mane olmuşdur, yəni Mirzəli Kamilin ağızını skoçla bağlaya bilmirmiş. Həmin vaxtı Mirzəli Kamilin müqavimətini qırmaq üçün qarnından, bədənindən ardıcıl olaraq yumruqlarla zərbələr vurmağa başlamışdır. Bundan sonra Hüseyn də Kamilin ağzından yumruqla zərbələr vurmuş, hətta Hüseynin yumruq zərbələrindən Kamilin ağzı qanamışdır. Həmin vaxtı Hüseyn Kamilin əlindən «İphone 13» markalı mobil telefonunu götürmüşdür ki, telefonun «Gallereya» bölümünə baxsın. X46 döyəndə onlardan kimsə mobil telefonu ilə çəkirmiş. Həmin vaxtı onlar, yəni Hüseyn, Mirzəli, Ayxan, Bəylər Kamilin əlindən aldığı mobil telefonun yaddaşındakı «Gallereya» bölümünə baxmağa başlamışlar və ona Bəylər demişdir ki, telefonda müxtəlif pornoqrafiq fotoşəkillər görmüşlər, həmçinin görmüşlər ki, Kamil bir qızla cinsi əlaqədə olur. Həmin videoda Kamilin sifəti düşsə də, qızın sifəti düşməmişdir. Onlar zənn edirmiş ki, həmin qız Təqsirləndirilən şəxs3 onlara dediyi zorlamaya məruz qalmış qız ola bilər. Uşaqlar həmin görüntüləri öz mobil telefonlarına video çəkiliş edərək telefonlarının yaddaşına yazmağa başlamışlar. X46 döyəndə onun ağzını daha bağlamamışlar. Həmin vaxtı hazırlıq kursunun müəllimləri çölə çıxmağa başladıqda Hüseyn soruşmuşdur ki, bunu hara aparaq. Təqsirləndirilən şəxs3 da demişdir ki, yaxınlıqdakı qəbirstanlığa aparaq. Ona görə qəbirstanlığa getmək üçün Təqsirləndirilən şəxs3 mobil telefonla «taksi» sifariş etmişdir. Bəylərin üstündə qara rəngli tibbi maska olmuşdur. Bəylər həmin tibbi maskanı döyülən, ağzı qanayan Kamilin ağzına taxmışdır. Taksi gələndə həmin taksidə qabaqda Təqsirləndirilən şəxs3, arxada isə Hüseyn, Mirzəli və Kamil oturmuşdur. Həmin vaxtı Ayhan da «taksi» sifariş vermişdir ki, onlarda, yəni o, Elxan, Əli, Bəylər və Ayhan həmin «taksi» ilə Badamdar qəbirstanlığına yollanmışlar. Hüseyn özünə sahib çıxmayan, tez özündən çıxan şəxs olduğundan o da onu saxlamaq və sakitləşdirmək üçün qəbirstanlığa getmişdir. Onlar qəbiristanlığa yollanmamışdan əvvəl dava yerinə gələn Badamdar uşaqları onların hara getdiklərini soruşduqda Ayxan onlara demişdir ki, Badamdar qəbirstanlığına gedirik. Onlar qəbirstanlığa çatanda hələ Hüseyn, Mirzəli, Kamil, Təqsirləndirilən şəxs3 qəbirstanlığa çatmamışlar. Həmin vaxtı uşaqlardan kimsə Təqsirləndirilən şəxs3 zəng etmiş, lakin o telefon zənginə cavab vermədiyindən Hüseynə zəng olunmuşdur. Hüseyn demişdir ki, gəlirlər. Buna görədə onları gözdəmişlər. Lakin onlar gec gəldiyindən narahat olub yenə Hüseynə zəng etdikdə bu dəfə Ayxanla danışmış, o onlara telefonda bildirmişdir ki, narahat olmayaq piyada qəbirstanlığa gəlirlər. Onları təxminən 15 dəqiqə ərzində Badamdar qəbirstanlığının girişində skamyada oturub gözləmişlər. 15 dəqiqədən sonra onlar yanlarına yaxınlaşmışlar. Həmin vaxtı onlara Badamdar uşaqları da yaxınlaşmışlar. Qəbirstanlığın çıxışı tərəfdə Mirzəli Kamili yumruqla vurmağa başlamışdır. Badamdar uşaqları Mirzəlini Kamildən ayırmışlar. Bundan sonra onlara Badamdar uşaqlarından Yeniyol adlanan oğlan Hüseynlə Kamilin arasına girib Hüseyni sakitləşdirmək istəyirmiş. Həmin vaxtı X38 səsli söyüş mesajlarını həmin Yeniyola qulaq asdırandan sonra Yeniyol Kamilə demişdir ki, üzr istə söhbət qurtarsın. Kamil Hüseyn, Mirzəli, Bəylərdən üzr istədikdə Hüseyn bu dəfə Kamildən soruşmuşdur ki, neçə qızı zorladığını deyə bilərsənmi ? Kamil də cavabında demişdir ki, dörd qız zorlamışdır. Hüseyn narkotik vasitə qəbul edib etmədiyini Kamildən soruşduqda Kamil narkotik vasitə qəbul etdiyini, hətta narkotiki Çapayevdə birindən aldığını bildirəndə həmin Badamdar uşaqlarından Məhəmməd o biri Badamdar uşaqlarına demişdir ki, gəlin çıxıb gedək başımız bəlaya girər. Bundan sonra Badamdar uşaqları Hüseyngildən uzaqlaşmışlar. Bundan sonra Hüseyn Kamili danışdırmaqda davam edirmiş. Həmin vaxtı onlara adı hadisə yerində ona məlum olan Kamran adlı şəxs atası ilə təsadüfən onlara yaxınlaşdıqda Kamran və atası Kamili görüb tanımışlar, həmin vaxtı Hüseyn Kamranla atasına Kamilin qızları zorladığını, narkotik istifadəçisi olduğunu bildirəndə onlar bu söhbətə qarışmayıb çıxıb getmişlər. Həmin vaxtı Hüseyn Kamili təhdid etmək üçün ondan butulkanı istəmişdir. Hüseyn demişdir ki, Kamili butulka üstündə otuzduraq. Lakin o, butulkanı, yəni çantasında olan boş su qabını Hüseynə verməmişdir. Həmin vaxtı Mirzəli çantaya yaxınlaşdıqda o, həmin butulkanı gizlətmək üçün çantasından götürəndə Mirzəli ona yaxınlaşıb butılkanı ondan almışdır. O, elə zənn etmişdir ki, Mirzəli butulkanı gizlətmək istəyir, lakin Hüseyn Mirzəlnin əlindən butulkanı götürmüş və Kamili təhdid etməyə başlamışdır ki, “ya hər şeyi danışassan, ya da ki, səni butılkanın üstündə otuzduracağıq”. O, hətta həmin vaxtı Hüseynə demişdir ki, elə etmə, yəni butulka üstündə heç kmi otuzdurmaq lazım deyil. Hüseyn isə onu vecinə almamışdır, o, həmin vaxtı Hüseynin, Kamilin, Bəylərin, Mirzəlinin yanından uzaqlaşmış, həmin vaxtı Əli də onun yanına gəlmişdir. Hüseyn, Mirzəli, Bəylər, Ayhan isə Kamili təhdid edirmişlər. Həmin vaxtı Elxan və Ayxan onlardan aralaşıb başqa tərəf getmişlər. Sonra da Hüseyn, Bəylər və Mirzəli Kamili buraxmışlar. Kamil çantasını götürüb getmişdir. Hüseyn, Mirzəli və Bəylər onlara tərəf gülə-gülə yaxınlaşıb demişlər ki, Kamilin arxasına butulka soxublar. Onun boş butullkası hadisə yerində qalmışdır. Sonra onlar oradan ayrı- ayrılıqda iki taksiyə minib həmin yerdən uzaqlaşmışlar. O, Bəylər və Əli ilə birlikdə «Elmlər Akademiyası» metrostansiyasına tərəf getmişlər. Oradan da, evə getmişdir. İki gün sonra Hüseynin telefonunda onların Kamilin arxasına Mirzəlinin onun çantasından götürdüyü butılkanı necə soxduqlarını kiçik parça şəklində görmüşdür. Həmin vaxtı görüntüdə Ayhanı görmüşdür. Ayhan Kamilin arxasına butulka soxulmasını arxadan mobil telefonu ilə videoya çəkirmiş. O, hadisə vaxtı Kamili vurmamış, söyməmiş, arxasına butulka soxmamışdır. Kamil əvvəlcədən Bəyləri, Hüseyni, Mirzəlini telefonda söydüyündən onunla görüşəndə Hüseyn, Mirzəli onu döyüb söymüşlər, onun arxasına butulka soxulanda o kənarda imiş, həmin səhnəyə baxa bilmirmiş, həmin butulka soxulanda Kamilin yanında Bəylər, Ayhan, Mirzəli və Hüseyn olmuşdur. Həmin butulka soxulmağını Ayxan da mobil telefonuna çəkmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X14 tanıyır, onlarla yaxşı münasibətələri olmuşdur, ədavəti yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs da tanıyır onunla münasibətləri demək olar ki, yoxdur. Həmin şəxslərlə qohumluğu da yoxdur. O, tutulub üç gün təcridxanada saxlanılmışdır. Təqsirləndirilən şəxsləri də oradan tanıyır. Barəsində cinayət təqibi aparılır. O başqa bir cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cxəlb olunmuşdur. O, məktəbin yanında hadisə yerində olmuşdur. Orada onlar bir neçə nəfər olaraq Kamil ilə söhbət etmişlər, lakin o, özü şəxsən söhbətdə demək olar ki iştirak etməmişdir. Bircə onu eşitmişdir ki, Kamil başqa yerə getməyi təklif etmişdir, məktəbin yaxınlığında söhbət etmək istəməmişdir. Kamilin dediyi kimi olundu, uşaqlar taksi maşınını sifariş etdilər və onların hamısı qəbirstanlığı getmişlər. Qeyd edir ki, o, həmin ərziləri yaxşı tanımır. Onu söhbətə Ayxan çağırmışdı. Əslində onun söhbətdə iştirak etməyinə heç ehtiyac da olmamışdır. Hadisə olan yeri özü yaxşı tanımır. Kamilin olduğu məkanın yerinin kimin tərəfindən göndərilməsini bilmir. O, Kamilin özünü demək olar ki, tanımır. Ayxan demişdi ki, bəs uşaqlarla birlikdə gedib Kamillə söhbət edəcəyik, istəyirsənsə sən də gəl. O da sadəcə söhbətdə iştirak etmək üçün getmişdir. Onların Kamili döymək barədə hər hansı bir planları olmayıb. Ayxhan əvvəlcədən qüvvə toplammamışdır. Onun və digərlərinin Kamili döymək kimi fikirləri olmamışdır. Onun getdiyi kurs Nizami metrosunun yaxınlığındakı ərazidə yerləşirdi, o, həmin vaxt Badamdar ərazisində olmuşdur. İçərisində butulka olan Sumka Şərifdə olmuşdur. O, həmin sumkanı əlindən buraxmamağa çalışırdı. Sumka Şərifdə olsa da, butulkanın kimə məxsus olması barədə onun məlumatı yoxdur. Kamillə söhbətdə əsasən Hüseyn iştirak edirdi. Hüseyn Kamil ilə danışan zaman onlar arasında itələşməyi, dalaşmağı, Hüseynin Kamili vurmasını görməmişdir. Orada çox adam olmuşdur, onun özü də söhbətdə fəal iştirak etməmişdir. Kamilin vurulmasını də görməmişdir. Onların qəbirstanlığa getməyə dair hər hansı planları olmayıb.Məktəbin yanından kənar yerə getməyi Kamil təklif etmişdi. Kamil olduqları məktəbin ərazisində, hazırlıq yerlərində olmasından narahat idi. Onun özü Badamdarı tanımıram. O, söhbət zamanı onlarla olanların çoxunu tanımır. Onlar özləri üç nəfər olmuşlar. Onlar Badamdarlı deyildilər. Onlar Nizami metrosunun yaxınlığından Badamdara hamısı bir maşınla getmişlər. O,Kamili çox da tanımamışdır. Kamil onlarla bir kursa getmirdi. Onu çox da tanımamışdır. Onlar məktəğin yanına çatdıqdan beş-on dəqiqə sonra Kamil gəldi. Onun söhbətdən çox da xəbəri olmadığından çox da söhbətə girişməmişdir. O, müahisə yerinə lap yaxında durmamışdır, ona görə də söhbət zamanı danışılanlardan çox da xəbəri olmamışdır. Həmçinin hava da küləkli idi. Onun gözləri zəif görür, uzağı görmür.Yenə də deyir ki, o, uşaqlardan uzaqda durmuşdur və hər hansı ətraflı məlumat deyə bilmir. Gördüyü ancaq o oldu ki, uşaqlar Kamil ilə nədənsə söhbət edirdilər. Butulka ortalığa çıxmayana qədər söhbət artıq gedirdi. Onlar mübahisənin başladığı yerdən taksi maşınına minib qəbirstanlığa getmişlər. Kamili də ondan əvvəl görüşmüşlər, məktəbin həyəinin müşdük. Kamil özü demişdir ki, söhbət başqa yerdə aparılmalıdır, çünki yaxınlıqda məktəb, hazırlıq kursu, müəllimlər var. Kamil özü də taksi maşınına minib hamı ilə birlikdə Qəbirstanlığa getdi. O, Kamillə deyil, başqa maşında qəbirtanlığı getmişdir. Ona görə də Kamilin getdiyi maşında hansı oturacağında oturmasını bilmir. Qəbirstanlıqda olan adlarını çəkmədiyi adamlardan yalnız iki nəfər, Kamilin tanışları ata ilə oğul həmin ərazidən keçmişlər.Həmin adamlar uşaqlara yaxınlaşıb, nə baş verdiyini soruşdular. Uşaqlar da onlara bildirdilər ki, Kamil dörd qızı zorlamışdır. Kamil özü də həmin sözləri təsdiq etmişdir. Həmin ata ilə oğul maşınla qəbirstanlıq ərazisindən keçəndə onların söhbət etməkləri görmüşlər. Ona görə də nə baş verdiyini öyrənmək üçün maşını saxlayaraq maşından düşüb onların yanlarına gəlmişlər. Ora gəlib Kamili tanımışlar. Hüseyn ata ilə oğula izah etmişdir ki, Kamil narkotik istifadəçisidir və bir neçə qızı zorlamışdır. Kamil də Hüseynin dediklərini təsdiq etdi. Qəbirstanlıqda söhbət bitdi. Söhbət bitdikdən sonra da onların hamısı oradan uzaqlaşmışlar. Söhbət başlamazdan əvvəl Kamilin harada olmasını ona heç kəs deməmişdir.Barəsində cinayət təqibinin aparılmasının səbəbini bilmir. Dava-dalaş zamanı Kamilin telefonunun kimdə olması barədə məlumatı yoxdur. Bildikləri bu qədərdir ifadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, 2019-cu ildən «Dəyanət» liseyində, 11 B sinifində təhsil alır. Liseyin 11-ci siniflərinin bir çox şagirdlərini tanıyır, paralel sinifdən daha çox Təqsirləndirilən şəxs3ov və Şəriflə yoldaşlıq edir. Eləcə də Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 ilə onun münasibəti vardır. Adlarını qeyd etdiyi şəxslərlə onun münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi olmamışdır, hazırda da yoxdur. Dəqiq tarixi xatırlamasada 2022-ci ilin sentyabr ayının ortalarına yaxın, hələ dərslər başlamamış, Bakı şəhərində yerləşən «Zabitlər parkı»nda Mirzəli və Ayxanla görüşmüş, Mirzəli ona bildirmişdir ki, Kamil bir qızı zorlayıb şantaj edərək pul almışdır. Kamili özü o vaxta kimi görməmişdir, lakin liseydə oxuduğu müddətdə eşitmişdir ki, əvvəllər liseydə Kamil adlı şəxs oxumuşdur və tələbə qızla öpüşdüyünə görə liseydən xaric edilmişdir. 2022-ci ilin sentyabr ayının axırlarına yaxın, liseydə, tənəffüs zamanı Təqsirləndirilən şəxs3ov, Mirzəli, Bəylər və Hüseynin yanında olarkən onların arasındakı danışıqdan eşidib bilmişdir ki, Kamil Mirzəlini və Bəyləri ağır söyüşlərlə söymüş, analarını təhqir etmiş, Hüseynin ünvanına da təhqiredici ifadələr səsləndirmişdir. Bəylər mobil telefonundakı Kamilin səsli mesajını onlara dinlətdirmiş, o da Kamil tərəfindən Mirzəli və Bəylərin analarının ünvanına ağır söyüşlər söyüldüyünü eşitmişdir. 01 oktyabr 2022-ci il tarixdə liseydə təşkil olunmuş kurslara gəlmişdir. Tənəffüs zamanı Təqsirləndirilən şəxs3ov ona yaxınlaşıb bildirmişdir ki, Kamillə söhbət etmək üçün uşaqlar onun hazırlığa getdiyi yerə gedəcəklər və onun da gəlmək istəyib-istəmədiyimi soruşmuşdur. Həmin gün asudə vaxtı olduğu üçün və ona maraqlı olduğundan razılaşmışdır. Saat 12:00 radələrində liseydən çıxıb yaxınlıqdakı marketə gəlmişlər. Orada Şərif özü üçün «sarı kız» qazlı suyu almış və içərək futbol oynamaq üçün liseyə qayıtmışlar. Saat 13:00 radələrində isə futbol başa çatmış və o, Mirzəli, Bəylər, Ayxan və Şərif yaxınlıqdakı «Ağ çiçəyim» gül dükanının qarşısına gəlmişlər. «Ağ çiçəyim» gül mağazasının qarşısında gözləyərkən ora Hüseyn gəlmiş və Şərif əlindəki «sarı kız» suyunu içərkən Hüseyn bildirmişdir ki, həmin suyun şüşə qabını Kamilin arxa dəliyinə daxil etmək lazımdır. Lakin orada Hüseynin bu sözünü ciddiyyə almamış, zarafat etdiyini düşünmüşdür. Sonra onlar Hüseynin dostu Ayhan adlı şəxs qoşulmuş və «Mercedes Vito» markalı taksi avtomobili ilə hamısı oradan Badamdar qəsəbəsinə gəlmişlər. Yolda gələrkən, taksi avtomobilində Hüseyn Şərifin çantasının kənarında «sarı kız» suyunun boş şüşə qabını görüb bir daha bildirmişdir ki, həmin şüşə qabını Kamilin arxasına daxil edəcəkdir. Hüseynin sözünü onlar yenə ciddiyyə almamış. Taksi ilə ilk olaraq «Dəyanət» liseyində təhsil alan Ayxanın yaşadığı ünvana getmiş, Ayxan evinə daxil olub paltarını dəyişərək aşağı düşmüşdür. Sonra Ayxanın göstərdiyi istiqamət üzrə hərəkət edib başqa bir ünvana gəlmiş, Kamilin hazırlığa getdiyi yerə. Ayxanın dostu Məcid bildirmişdir ki, Kamil həmin yerdə hazırlığa gedir və orada olacaqdır. Bir qədər gözləyəndən sonra Hüseyn bildirmişdir ki, qruplara bölünüb fərqli yerlərdə dayansınlar ki, Kamil hazırlıqdan çıxandan sonra qaça bilməsin. O və Şərif bir yerdə, qalanları isə fərqli yerlərdə dayanıb gözləməyə başlamışlar. Kamil onların yanından keçməli olsa digər uşaqlara xəbər verməli imiş. Bir müddət gözləyəndən sonra Kamilin bir neçə nəfər şəxslə hazırlıqdan çıxdığını və Hüseynin qaçaraq Kamili tutduğunu görmüşdür. Buna görə o və Şərif onlara tərəf yaxınlaşmışdır. Hüseyn Kamili tutub kənara tərəf çəkmiş, Kamil razılaşıb onunla getmişdir. Onlar da arxasınca hərəkət etmiş, az sayda adam keçən yerə gəlmişlər. Hüseyn Kamili tutmuşdur və bu zaman Mirzəlinin yumruqla Kamili bədənindən vurduğunu görmüşdür. Daha sonra Hüseyn yumruqla Kamilin sifət nahiyəsindən vurmuşdur ki, nəticədə ağızından qan açılmışdır. O, Şərif və Badamdar uşaqları (Yeniyol və digərləri) kənarda dayanıb sadəcə baxırmışlar. Bəzən baş verənləri dəqiqliklə görə bilmirmiş, çünki hündürboylu uşaqlar görünüşü məhdudlaşdırırmışlar. Bu zaman Badamdar uşaqları yaxınlaşıb Kamili vurmamağı demişlər. O və Şərif belə bir hadisənin baş verməsini gözləmirmiş, çünki Bəylər, Hüseyn və Mirzəli onlara demişdirlər ki, Kamilə üzr istədib sərbəst buraxacaqlar. Kamilin ağız nahiyəsindən qan gəlirmiş. Bəylər şalvarının arxa cibindən tibbi maska çıxarıb Kamilə vermişdir ki, ağzına geyinsin ki, qan görünməsin. Sonra Ayhan taksi sifariş vermişdir. «Bolt» taksi şirkətinə məxsus minik avtomobili ora gəlmiş, Kamil, Hüseyn, Ayxan və Mirzəli həmin taksi avtomobilinə əyləşmişlər ki, Kamili Badamdar qəbirsanlığına aparsınlar. Onlar çıxıb gedəndən sonra o, Şərif, Elxan, Ayhan, Bəylər piyada şəkildə Badamdar qəbirsanlığına tərəf hərəkət etməyə başlamış, yol uzaq olduğu üçün Ayhan taksi sifariş etmiş və taksi avtomobili ilə oradan Badamdar qəsəbəsinin qarşısına gəlmişlər. Badamdar qəsəbəsini tanımadığı üçün, oranı tanıyan və orada yaşayan birinci taksi ilə gedən sinif yoldaşı Ayxan olduğundan məcbur olub Badamdar qəbirsanlığına getmişdir ki, sonra Ayxanla geri qayıtsın. İlk əvvəl onlar ora çatmış və bir qədər gözləyəndən sonra digərləri, o cümlədən Kamil, Ayxan, Hüseyn və Mirzəli gəlib çıxmışlar. Qəbiristanlıqda Hüseyngilin arxasınca gəlmiş və adam olmayan bir yerdə hamı dayanmışdır. Orada Mirzəli yenidən yumruqla Kamili vurmuş. Bu zaman Badamdar uşaqları müdaxilə edib Kamili vurmamağı demişlər və ora gəlməkdə məqsədin də sadəcə söhbət etmək olduğunun onlara deyildiyini bildirmişlər. O və Şərif bir qədər geri çəkilib kənardan baş verənləri izləməyə başlamışlar. Hüseyn, Mirzəli və Bəylər Badamdar uşaqlarına bildirmişlər ki, Kamil onların ünvanına ağır söyüşlər söymüşdür və mobil telefonda həmin söyüş səsini onlara dinlətdirmişlər. Badamdar uşaqları bunları eşidib Kamilə demişlər ki, üzr istəsin və hamısı çıxıb getsin. O da Şərifə demişdir ki, Kamil üzr istəsin, çıxıb gedək. Kamil üzr istəmirmiş, lakin Badamdar uşaqlarının da söyüşləri eşidib artıq onu müdafiə etmək istəklərinin olmadığını görərək razılaşıb üzr istəmişdir. Bundan sonra Hüseyn bildirmişdir ki, Kamili daha vurmayacaq, sadəcə söhbət edəcək, buna görə Badamdar uşaqları oradan çıxıb getmişlər. Orada qalan Kamilin ətrafında toplaşmış Mirzəli, Bəylər, Hüseyn və Ayhan olmuşdur, o və Şərif isə kənara çəkilib baş verənləri izləyirmiş, sinif yoldaşı Təqsirləndirilən şəxs3ov və Elxan isə ortada, yəni o və Şəriflə Hüseyngilin ortasında dayanıb baxırmışlar. Badamdar uşaqları oradan gedəndən sonra Hüseyn Şərifi çağırıb çantasının yanında saxladığı «sarı kız» suyunun boş şüşə qabını götürmüş və əlində saxlayıb Kamilə müraciət edərək şalvarını aşağı endirməsini istəmişdir. Şərif yenə ona yaxınlaşmış və onlar birlikdə dayanıb baxmaqda davam etmişlər. Kamil şalvarını aşağı salmağa başlayarkən kənardan avtomobil gəlmiş və içində adlarını sonradan bildiyi Kamran və yaşlı atası olmuşlar. Yaşlı kişi nə baş verdiyini soruşanda Hüseyn heç bir şey olmadığını, sadəcə söhbət etdiklərini bildirmişdir. Kamran və atası maşından düşüb Hüseyngil tərəfə yaxınlaşmış, bu zaman Kamran Kamili tanımışdır. Kamran nə baş verdiyini soruşanda Hüseyngil onlara Kamilin 4 qız zorlayıb hədə-qorxu ilə pul tələb edərək aldığını, eləcə də narkotik vasitə istifadə etdiyini bilmişdirlər. Kamran isə Kamildən narkoltik vasitə istifadə edib-etmədiyini soruşanda, Kamil öncə heç nə deməsə də 2-3 saniyyə sonra etiraf etmişdir, əvvəllər bunu etdiyini bildirmiş və Kamran Kamili tənbeh edərək atası ilə çıxıb getmişdir. Hüseyn yenidən Kamilə müraciət edib şalvarını aşağı endirməsini demişdir. Kamil bunu etmiş, sonra Hüseyn, Ayhan, Mirzəli və Bəylər Kamili əhatəyə aldıqları üçün, o və Şərif isə kənarda dayanıb üzlərini çevirdiyi üçün baş verənləri görmürmüş. O və Şərif qəbirsanlığın çıxışına doğru hərəkət etmiş, Ayxan da gəlmiş və oradan taksi ilə o, Bəylər və Şərif evə getmişlər. Həmin gün, axşam saatlarında Təqsirləndirilən şəxs3ov ona Kamilin şüşə qabının üstünə oturması videosunu göndərmiş, baxıb iyrənərək dərhal həmin videonu silmişdir. Kamili o vurmamışdır, ona qarşı heç bir qanunazidd hərəkət etməmiş, Kamillə danışmamış, sadəcə baş verənləri izləmişdir. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlundan, Təqsirləndirilən şəxs3 ,Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X7 yalnız Təqsirləndirilən şəxs3 və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanıyır. Kamillə üç ilə yaxındır ki, dostluq etmişdir. Onunla uzgüçülüyə bir getmişlər. münasibətlərimiz yaxşıdır, ona qarşı ədavəti yoxdur O, hadisə yerində olarkən isə digər təqsirləndirilən şəxsləri tanımışdır. Onlarla ədavəti yoxdur. Zərərçəkmiş şəxsi də tanıyıram. Bir dəfə Ayxan onu çağırmış və ona bildirmişdir ki, Kamil ilə bağlı bir problem var. Onunla görüşüb söhbət etmək isdəkləri deyib on udə söhbətdə iştirak etməyə dəvət etmişdir. O da Kamili çoxdan tanıdığı üçün təəccüblənib onlarla birlikdə getməyə razılaşmışdır. Hadisə yerinə axırıncı gələn o, olmuşdur. O, orada mübahisə edənlərin heç kimin tərəfindən getməmişəm. Orada o, Bəhlul və Məcid qırağa çəkilmişlər, çünki məsələyə qarışmaq istəməmişlər. Orada təxminən beşon dəqiqə kənarda durduqdan sonra Kamil ilə uşaqlar arasında nəsə çaxnaşma baş verdiyiyni görmüşlər. Qeyd etmək istəyir ki, danışdıqları hərbi hissənin yaxınlığında, Kamilin hazırlığa getdiyi yerin yaxınlığında olmuşdur. Uşaqlara yenidən yaxınlaşdıqdan sonra Kamilin üzündə tibbi maska olduğunu görmüşlər. Uşaqlar Kamillə onun narkotiklərdən istifadə etməsi barədə danışırdılar. Dava-dalaş başlandı. Açığı, onlar uşaqların dediklərinə inanmamışlar, Kamili onlardan ayırmağa çalışmışlar. Onlar dedilər ki, onlar qəbirstanlığa getmişlər. Kamilgili taksi maşınına minib getdilər. Uşaqlar onlara söz vermişdilər ki, Kamilə heç nə etmyəcəklər, lakin onlar narahat olub onların arxalarınca piyada qəbirstanlığa getmişlər. getdik. Qəbirstanlığa o, Məcid və Bəhlul ilə getmişlər. Ondan sonra da o, Hüseyn ilə danışmışdır ki, Kamilə əl vurmasın. Hüseyn də söz vermişdir ki, Kamilə qarşı heç bir hərəkət etməyəckdir. Ondan sonra da orada baş vermiş hadisənin hallarından onun xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs qarşı cinayət əməllərini törətməkdə təqsirləndirilir, bununla bağlı da istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirildiyim maddələrin mahiyyətini bilmir. O, Kamilin oğurlanmasında və bir xatırlamadığı əmələ görə təqsirləndirilir. Dava-dalaş başlayanda o, davaya müdaxilə etmişdir. Müdaxiləmdən sonra dava-dalaş dayandırıldı, söhbət başlandı. Təxminən beş dəqiqə sonra da uşaqlar taksi sifariş verib getdiilər. O, Kamilə bir neçə dəfə getməyi təklif etdim, lakin o, getmək istəmədiyiyni deyib, getmədi və orada qaldı. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zavmanı göstərmişdir ki, Şahid4 10 ildən artıq bir müddətdir ki, tanıyır, belə ki, Məcid onunla eyni binada, yəni Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, bina 12 ünvanında yaşayır, münasibətləri yaxşıdır, dostluq edirlər, ədavət və düşmənçilikləri olmamışdır və hazırda da yoxdur. Təxminən 3- 4 il bundan əvvəl Məcid onu Təqsirləndirilən şəxs3ovla tanış etmişdir, hamısı dostluq edirlər, Ayxanla da yaxşı münasibəti vardır, ədavət və ya düşmənçiliyi olmamışdır və hazırda da yoxdur. Təqsirləndirilən şəxs3ovun «Dəyanət» liseyində 11 sinifdə təhsil aldığını o bilir. Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır, dostluq etmiş, ədavət və düşmənçiliyi olmamışdır və hazırda da yoxdur. Təqsirləndirilən şəxs3ov da onun Kamillə əvvəllər dostluq etdiyini, yəni Kamili tanıdığını yaxşı bilirmiş, hətta əvvəllər birlikdə görüşmüşlər. 01 oktyabr 2022-ci il tarixdə, təxminən günorta saatlarında yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs3ov «Whatsapp»la onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «Whatsapp» ani mesajlaşma mübadiləsi sisteminə yazaraq Kamillə bağlı söhbətin olduğunu bildirərək onun da həmin söhbətdə iştirak etmək üçün gələ bilib-bilməyəcəyini soruşmuş, maraqlı olduğu üçün və nə məsələ olduğunu öyrənmək üçün razılaşmışdır. Bir neçə dəqiqə sonra Ayxan yenidən ona yazaraq Badamdar qəsəbəsində yerləşən köhnə hərbi hissənin qarşısına gəlməyini demişdir, o da razılaşmış və tək həmin yerə gəlmişdir. Ora gəldikdə Təqsirləndirilən şəxs3ovu, Məcidi, Elxanı, Bəhlulu, Məhəmməd adlı şəxsi, eləcə də onların yanında olmuş təxminən 7-8 nəfər şəxsləri görmüşdür. Məhəmməd adlı şəxsi o, əvvəllər bir neçə dəfə Məcidgilin yanında görsə də onunla yaxınlığı olmamışdır. Onlara yaxınlaşıb salamlaşmış. Orada olan zaman həmin şəxslərin arasındakı danışıqdan başa düşmüşdür ki, Kamillə söhbət etmək üçün ora gəliblər, hətta ehtimal vardır ki, Kamillə dava-dalaş edə bilərlər. Ayxangil demişlər ki, dayandıqları yer Kamilin hazırlıqdan çıxacağı yerdir. Ayxan həmçinin ona bildirmişdir ki, onda elektroşoker vardır. Həmin elektroşokerdən istifadə etmək niyyətinin olub-olmadığını ondan soruşanda, Ayxan cavab vermişdir ki, hələ bunu bilmir. O isə ondan Kamilə qarşı elektroşokerdən istifadə etməməsini xahiş etmiş, Ayxan bir söz deməmişdir. Bir neçə dəqiqə orada dayanandan sonra o, Bəhlul, Məcid və Məhəmməd kənara çəkilib öz aralarında söhbət etməyə davam etmişdir. Bunu ona görə etmişlər ki, bir-birilərini yaxından tanıyıdıqlarından və söhbət edə biləcəkləri mövzular olmuş orada olan əksər şəxslərlə isə tanışlığı olmamışdır. Bir neçə dəqiqədən sonra səs-küyə çönəndə Kamilin əhatəyə alındığını görmüş və hamısı həmin yerə, yəni Kamilin əhatəyə alındığı yerə yaxınlaşmışlar. Yaxınlaşanda görmüşdür ki, Ayxanın sinif yoldaşı olan Hüseyn adlı şəxs Kamili qucaqlayaraq tutubdur, Kamilin ağzı qan içində olmuşdur. Sonra Hüseyn və «Dəyanət» liseyində oxuyan tələbələr Kamili yenə vurmaq istəmişlər, Məcid araya daxil olub Kamili vurmaq istəyənlərə müraciət edərək bunu etməmələrini bildirmişdir. Görmüşdür ki, Hüseyn Kamili qucaqlayıb kənara çəkmək və harasa aparmaq istəyir, Kamil isə getmək istəmir, müvazinətini saxlayıb yerində qalmağa çalışır. O və Məcid oradan Kamili hara aparmaq istədiklərini Hüseyngildən soruşanda, demişlər ki, Kamili qəbiristanlığa aparmaq istəyirlər, döyməyəcəklər, sadəcə söhbət edib başa salacaqlar. Orada olanlardan kimsə taksi çağırmış və həmin müddətdə, taksi gələnə kimi kimsə tibbi maskanı Kamilə verib sifətinə geyinməsini bildirmişdir ki, üzündəki xəsarət və qan görünməsin, Kamil də maskanı geyinmiş. Bir neçə dəqiqə sonra taksi avtomobili ora gəlmiş və Kamil, Hüseyn, eləcə də bir neçə nəfər şəxslər həmin taksi avtomobilinə əyləşib getmişlər. Onların yanında «Dəyanət» liseyində təhsil alan şagirdlər qalmışdır və o, onlardan Kamilin hara aparıldığını soruşanda, demişlər ki, Kamil Badamdar qəbiristanlığına aparılır. Yanlarında qalmış «Dəyanət» liseyinin şagirdləri Badamdar qəbirsanlığına tərəf piyada hərəkət etməyə başlamışlar. Onlar, yəni o, Məcid, Bəhlul və Məhəmməd də onlara qoşulub eyni istiqamətdə piyada hərəkət etməyə başlamışdır. Bir qədər gedəndən sonra Hüseyn, Kamil və onlarla taksi avtomobilinə əyləşmiş şəxsləri görmüş ki, piyada şəkildə Badamdar qəbiristanlığına doğru hərəkət etmişlər. Orada məlum olmuşdur ki, taksiyə səhv sifariş verildiyindən taksidən düşmüşlər. Hamısı birlikdə Badamdar qəbirsanlığına doğru piyada hərəkət etməyə davam etmişdir. O, Məcid, Bəhlul və Məhəmmədin ora getməkdə məqsədi dava-dalaşın, Kamili döymələrinin qarşısını almaq olmuşdur. Yolda hərəkət zamanı Kamili vuran, zor tətbiq edən şəxs olmamışdır. Qəbiristanlıqda olarkən gözündə eynək olan və «Dəyanət» liseyində olan şəxs Kamili yumruqla sifətindən vurmuş, Məcid və o müdaxilə edib bildirmişdir ki, Kamili vurmasınlar, axı onlara demişdirlər ki, Kamillə sadəcə söhbət edəcəklər. Orada olan və «Dəyanət» liseyində oxuyan şagirdlərdən kimsə mobil telefonunda Kamilin onların ünvanına yazdığı söyüşləri ona göstərmiş, o, nə üçün bunu etdiyini Kamildən soruşanda, Kamil səhv etdiyini deyib, onlardan üzr istəmişdir. O da Kamilin artıq üzr istədiyini deyib onu daha vurmamalarını, buraxmalarını bildirmişsdir. Həmin şəxslər Kamil üzr istədiyindən ona qarşı başqa bir hərəkət etməyəcəklərini, sadəcə bir qədər onunla söhbət edib buraxacaqlarını bildirdiklərindən o, Məcid, Bəhlul və Məhəmməd oradan çıxıb getmişlər. Sonra nəyin baş verməsinin şahidi olmamışlar. O, Kamili və ya başqa şəxsi həmin hadisə zamanı vurmamış, artıq söz belə deməmişdir, əksinə məqsədi əvvəldən axıra kimi onları aralamaq, dava-dalaş olmasının qarşısını almaq, Kamilə qarşı zor tətbiq edilməsinə yol verməmək olmuşdur. Bu məqsədlə o, Badamdar qəbiristanlığına getmişdir ki, dava-dalaş olmasına imkan verməsin. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlundan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X7 bəziləri tanıyır. Onlardan Ayxanı çoxdan tanıyır. Zərərçəkmiş şəxs da tanıyır. Onunla bağçadan bəri münasibətləri vardır. Aralarında dostluq münasibətləri var. Hadisə ilə bağlı onu deyə bilərə ki, ona hadisədən bir gün əvvəl Ayxan yazıb ondan Kamil ilə eyni hazırlığa gedib-getməməyini, hazırlıq keçdiyi yerin harada olduğunu soruşmuşdu. O da Ayxana hazırlıq keçdiyi yeri demişdir. Ondan sonra o da Ayxandan nə məsələ olduğunu soruşmuşdur. Sabahısı gün də o, Məhəmməd məktəbdən çıxanda orada məktəbin qarşısından çıxanda Ayxanı görüb onunla salamlaşlar. Ayxan ondan Kamilin hazırlıq dərsinin keçirildiyi yerin harada olduğunu, Kamilin oradan nə vaxt çıxacağını soruşdu. O da onun suallarına cavab vermişdir. Sonra da Ayxanın bu cür suallar verdiyinə görə təəccüblənib ərazidən bir qədər uzaqlaşıb orada dayanmışdır. Müəyyən müddət keçdikdən sonra Kamil hazırlıq dərsindən çıxdı. Hüseyn və digərləri Kamilə yaxınlaşaraq onu tutdular. O da dərhal onlara yaxınlaşanda Kamilin üzündə qan görmüşdür. Onlar Kamili uşaqlardan araladıq və nə məsələ olduğunu soruşmuşdur. Onlar da dedilər ki, Kamil narkotik istifadəçisidir, bir neçə nəfər qızı zorlayıb. Onlar bunu deyib Kamilin telefonunu götürüb baxmaq istədilər. Uşaqlar Kamilin telefonunu açıb gördülər ki, onun doğrudan da hansısa qızla cinsi əlaqədə olmasını əks etdirən videosu var. Həmin video səssiz idi. Uşaqlar yenə də Kamilə müraciət edərək dedilər ki, sən bu qızı zorlamısan. Ondan sonra da orada danışılanlar barədə mənim məlumatı yoxdur. Ora taksi çağırıb taksiyə minəndə o, Ayxandan soruşmuşdur ei, onu haraya aparırsınız. Ayxan da dedi ki, Kamili qəbirstanlığa aparırlar. Onlar da Kamilgilin ardınca piyada qəbirstanlığa getmişlər. Qəbirstanlığa çatarkən taksi sürücüsünün uşaqları yarı yolda düşürtduüynü görmüşlər. Orada onların həmin uşaqlarla aramızda çoxlu çəkişmələr olmuşdur, çünki onlar bir neçə dəfə onlara Kamili vurmayın demişlər. Uşaqlar da onlara dəfələrlə söz vermişlər ki, Kamili vurmayacaqlar. Sonra həmin dava-dalaşda iştirak edən uşaqlar Kamili videoya çəkməyə başlamışlar. Video çəkərkən onlar Kamildən soruşmuşlar ki, Kamil, sən qız zorlamısan, o da cavabında bildirmişdir ki, bəli, o, dörd nəfər qız zorlamışdır. Sonra da onlar Kamili onun narkotik aludəçisi olub-olmamamsı haqqında soruşmuşlar. Kamil onu da təsdiq etdi. Kamilin narkotik barədə dediklərindən sonra onlar oradan uzaqlaşmışlar. Hadisədən sonrakı gün isə o, bu barədə eşitmişdir. O, Ayxanın belə bir şey edəcəyi ağlına gəlməzdi. O, onların belə bir şey edəcəklərinə inana bilmir. Onun bildiyinə görə Kamil uşaqların sinif yoldaşını videoya çəkib paylaşmışdır. Həmin sinif yoldaşı qız olmuşdur. Həmin qızın təqsirləndirilən şəxslərə hansısa aidiyyatın olub-olmamasını bilmir, məlumatı yoxdur. O, təqsirləndirilən şəxslərdən yalnız Ayxanı nisbətən yaxından tanıyıram, ona görə də onun olanlardan xəbəri yoxdur. O, hadisə zamanı Kamilə bacardığı qədər kömək etməyə çalışmışdır. Hadisə günü Ayxan ilə telefon vasitəsilə bir-iki dəfə danışmışdır. Həmin telefon danışıqları zamanı Ayxanın onunla nəyi danışdığını tam xatırlamır. Təkcə onu xatırlayır ki, ondan Kamilin harada olmağını soruşmuşdu. Kamilin maşına kimin tərəfindən mindirildiyini, onun üzünə maskanın kimin tərəfindən taxıldığını görməmişəm. O, Kamildən narahat olduğuma görə davadalaşın keçirildiyi yerə getmişdir. Kamili tək qoymamışdır. Hadisə yerində Kamil narkotik istifadə etdiyini təsdiqlədi, o da eşitdiyindən qorxduğuma görə həmin an uzaqlaşmışdır. O, Kamilin narkotikdan istifadə etdiyini görməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun tanışıdır, onu Kamil vasitəsi ilə tanımış, Ayxanın da Badamdar tərəfdə yaşadığını bilir. Təxminən 30 sentyabr 2022-ci il tarixdə Ayxan ona Whatsappla mesaj yazaraq Zərərçəkmiş şəxs tanıyıb-tanımamağını soruşmuşdur. O demişdir ki, Kamil onun hazırlıq yoldaşıdır onu tanıyır. Həmin Ayxan ondan Kamilin həftə sonu nə zaman hazırlığa gedəcəyini soruşmuşdur. O da Ayxana demişdir ki, Kamil sabah, yəni 01 oktyabr 2022ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 236 saylı məktəbin yaxınlığındakı «köhnə ças» kimi adlanan yerdə hazırlığa gedəcəkdir. Həmin hazırlıqdan təxminən 15 radələrində çıxacaqdır. Həmin «ças» əvvəllər hərbi hissə olubdur, hazırda fəaliyyət göstərmir, hazırlıq kursu onun yanındakı evlərdədir. O, Ayxana «köhnə ças» deyəndə o hazırlıq kursunun olduğu yerin harada təşkil olunduğunu başa düşmüşdür. Beləliklə Ayxandan nəyə görə Kamili maraqlanmasını soruşduqda o demişdir, Kamilin onun dostları ilə mübahisəsi yaranmışdır. Bunun üçün onunla sadəcə söhbət edəcəklərini və hazırlıq keçiriləcək dəqiq yeri ona göstərməyini xahiş etmişdir. O da ona hazırlıq keçiriləcək dəqiq yeri göstərə biləcəyini bildirmişdir. Sabahkı gün, yəni 01 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Ayxan ona Whatsappla mesaj yazmışdır. O, 236 saylı məktəbin ətrafının qarşısının konumunu Whatsapp vasitəsi ilə ona göndərib Zərərçəkmiş şəxs dəqiq olaraq hansı ünvandan hazırlıqdan çıxacağını soruşmuşdur. O da həmin yeri konum şəklində dəqiq olaraq Ayxana göndərmişdir. 236 saylı məktəbdə oxuduğundan onlarda şənbə günləri də dərs keçirilir. Buna görədə həmin tarixdə saat 13:30 radələrində dərsdən çıxmışdır. Onun yanında dostları Şahid8 və Şahid7 olmuşdur. O, dostları ilə şəhərə gedəcəkmiş. Onlara demişdir ki, Təqsirləndirilən şəxs3 3-4 nəfər dostu ilə bura gələcəkdir. Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranıb, buna görə Kamillə söhbət edəcəklər. Onlar üçü birlikdə 236 saylı məktəbin qabağından keçərkən Ayxanın təxminən yanında 9-10 nəfərlə dayandığını görmüşdür. Ayxanın yanına yaxınlaşıb onunla görüşmüşdür. Ayxan Kamilin hansı evdə olduğunu soruşduqda o, Kamilin hazırda hazırlıq keçdiyi evi göstərərək Kamilin hazırda həmin evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 əlində elektroşoker olmuşdur. Ondan həmin elektroşokkeri nə edəcəyini soruşduqda həmin vaxtı Ayxan və Hüseyn ona demişlər ki, Kamili döyəcəklər. O və yanında olan dostları onlara Kamili döyməməyi, sadəcə söhbət etməyi xahiş etmişdir. Orada ilk dəfə olaraq gördüyü, adı hadisə yerində ona məlum olan Hüseyn ona demişdir ki, sən bu məsələyə qarışma, çalış buradan uzaqlaş. Buna görədə onlardan xeyli kənara çəkilmişlər. Təxminən 30 dəqiqə sonra Hüseynin Kamili tutaraq 236 saylı məktəbin yaxınlığına apardığını və orada onunla başqa bir şəxsin, yəni adı hadisə yerində ona məlum olan Mirzəli adlı şəxsin döyməsini görmüşdür. Mirzəli onun siftəindən yumruqla vururmuş. Onlar yenə də onların yanına getmişlər. Onları kənara çəkib Kamili döyməmələrini bildirmişlər. Orada olan şəxslərdən biri, yəni Mirzəli Kamilin ağzını skoçla bağlamağa çalışsa da buna nail ola bilməmişdir. Həmin vaxtı Kamil başını sağa-sola tərpədərək buna imkan verməmişdir. Həmin vaxtı Hüseyn Kamilin sifətindən yumruqlarla zərbələr vurmağa başlamışdır.O, Bəhlul və Məhəmməd araya girib Hüseyni Kamildən ayırmağa başlamışlar. Hüseyngil, yəni Hüseyn, onun yanındakı uşaqlar Kamili nalayiq sözlərlə təhqir edirmişlər. Daha sonra Hüseyn Kamilin mobil telefonunu alıb şifrəsini Kamildən öyrəndikdən sonra orada onun telefonundan hansısa videonu öz telefonlarına çəkdiklərini görmüşdür. Bu zaman onların olduğu yerə kənardan iki nəfər qadının gəldiyini gömüşlər. Buna görədə Hüseyn, Mirzəli, Ayxan Kamili kənara çəkib ağzına maska geyindirib taksi dəvət edərək onu Badamdar qəbiristanlığına aparacaqlarını bildirmişlər. Həmin yerdən Kamili qəbirstanlığa aparmaq fikrini Ayxan təklif etmişdir. Onlar Ayxanın mobil telefonla sifariş etdiyi taksi maşını ilə Badamdar qəbirstanlığına getmişlər. Ayxan, Hüseyn və Mirzəli Kamili taksiyə mindirəndə o, Ayxandan Kamili hara apardıqlarını soruşduqda o demişdir ki, Kamili Badamdar qəbirstanlığına aparırlar. O və dostları Şahid8, Şahid5 və Şahid7 Kamildən narahat olduqları üçün piyada şəkildə həmin yaxınlıqdakı Badamdar qəbiristanlığına getmişlər. Onlar qəbiristanlıq istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs3, Hüseyn, Mirzəli və Kamilin onların arxasından piyada şəkildə gəldiklərini görmüşlər. Onlar biraz kənara keçib onların yanına çatmasını gözləmişlər. Onlar çatarkən nəyə görə piyada gəldiklərini soruşmuşdur. Təqsirləndirilən şəxs3 ona demişdir ki, taksi səhv istiqamətdə aparıbdır, buna görədə yarıyolda taksidən düşmüş qəbiristanlıq tərəfə piyada getmişlər. Heç bir söz demədən onlardan qabaqda irəliləməyə başlamışlar. Onlar qəbiristanlığına çatdıqda qəbiristanlığın arxa hissələrinə getmişlər. Onlar yenə də Hüseyngilin yanına yaxınlaşıb Kamili döyməmələrini xahiş etmişlər. Hüseyn və Mirzəli Kamilin bədən nahiyyələrinə əlləri ilə zərbələr vururmuşlar. O, Bəhlul və Məhəmməd Mirzəli ilə Hüseynə yaxınlaşıb Kamili döyməmələrini, nə məsələləri vardırsa danışaraq həll etmələrini xahiş etmişlər. Hüseyn yenə də bu məsələyə qarışmamalarını onlara demişdir. Daha sonra Mirzəli kimi bildiyi şəxs Kamili vurmaq istəyərkən o buna mane olmuşdur. Mirzəli Kamildən bir söz öyrənməli olduqlarını, Kamildən o sözü almayınca buraxmayacaqlarını demişdir. Kamil telefonunda olan çəkdiyi videodakı qıza narkotik vasitə olan patı verdiyini, özünündə həmin zaman narkotik vasitə istifadə etdiyini, narkotik vasitənin təsiri altında cinsi əlaqədə olduqlarını bildirmişdir. Qızın özündən bir yaş kiçik olduğunu, daha sonra həmin video görüntülərə görə həmin qızdan pul aldığını, əlavə olaraq da 3 nəfər qıza qarşı eyni əməlləri törətdiyini və onlardan da pul aldığını onlara demişdir. Bu sözlərdən sonra, yəni Zərərçəkmiş şəxs narkotik vasitə istifadə etməsi və qızlara qarşı əxlaqsız hərəkətlər etməsini öyrənib Bəhlul, Şahid8, Şahid5 və o həmin yerdən uzaqlaşmışlar. Daha sonra orada nə baş verdiyindən məlumatı olmamışdır. 02 oktyabr 2022-ci il tarixdə Badamdar qəsəbəsində yaşayan Şahid1 Whatsappla bir video göndərməsini görmüşdür. Həmin videoya baxdıqda Hüseyn Kamili yaşıl rəngli butulkanın üzərində oturmağa məcbur etdiyini, hadisə zamanı tanıdığı və adını Ayhan kimi bildiyi şəxsin Kamili mobil telefon vasitəsi ilə videoya çəkdiyini, Hüseynin Kamili sillə ilə vuraraq ondan nə etməsini soruşduqda Kamilin 4 qızı zorladığını və onlara narkotik vasitə verməsinin görüntüləri olmuşdur. O, bu videoya baxdıqdan sonra həmin videogörüntünü sinif yoldaşı Şahid18 göndərdiyini xatırlayır. Ondan başqa xatırladığı qədəri ilə heçkimə göndərməmişdir. 01 oktyabr 2022-ci il tarixdə Badamdar qəbiritsanlığında olarkən “Hər şeyi boynuna al, elədiyini, eləmədiyini! Əgər, istəyirsənsə səni burda meyid edib atsınlar, Qurana and olsun indi bunun dediklərini boynuna almasan mən səni meyid edib atacam. Bu qaqaşın da səni vurmağına heçnə deməyəcəyəm. Fso, bax, bax dedim, nə deyir boynuna al. Düzdür, səhvdir bilmirəm, boynuna al çıx get özündə rahat ol, bax nə dedim!” sözlərini ona görə demişdir ki, qəbiristanlıqda Hüseyn ona demişdir ki, onlar Kamildən bir neçə söz alınb buraxacaqlar. O, Hüseynin Mirzəli ilə Kamilin üstünə düşüb onu sözlə, döyməklə, arxasına butulka soxmaqla hədələdiklərini görüb Kamilə görə narahat olaraq ona həmin vaxtı yuxarıda göstərilən məzmundakı sözləri demişdir. O, həmin sözləri ona görə Kamilə demişdir ki, birdən nəisə gizlədirsə desinki ondan əl çəksinlər, onu döyməsinlər və vurmasınlar. Həqiqətən həmin vaxtı Hüseyn Kamilin arxasına “butılka” soxacağını deyib hədələsə də o, bunun həqiqətən baş verəcəyini düşünmürmüş. Elə bilirmiş ki, onu sadəcə sözlə qorxudurlar. Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Onunla uşaq bağçasına birlikdə getmiş, 10 ilə yaxındır ki, dostluq münasibətləri saxlayır, hal-hazırda da onunla yaxşı münasibəti vardır. 30 sentyabr 2022-ci il tarixdə axşam saatlarında hazırlıq kursunda olarkən Badamdar qəsəbəsindən tanıdığı və əvvəllər yaxın münasibəti olan Zərərçəkmiş şəxs tanış etdiyi Təqsirləndirilən şəxs3 ona Whatsappla mesaj yazaraq hal-əhval tutduqdan sonra Kamillə hazırlıq kursuna gedib-getmədiyini soruşmuşdur. O, Kamillə hazırlığa getdiyini ona demişdir. Ayxan sabahkı gün, yəni 01 oktyabr 2022-ci il tarixdə Kamillə hazırlığının olub-olmayacağını ondan soruşduqda ona birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 236 saylı məktəbin yaxınlığındakı «köhnə ças» kimi adlanan yerdə birlikdə hazırlıqda olacaqlarını demişdir. Ayxan hazırlıqdan nə vaxt çıxacaqlarını soruşduqda o, saat 14:30 dəqiqədə hazırlığın başa çatacağını ona bildirmişdir. Ayxandan nəyə görə ondan Kamil barədə soruşduğunu öyrəndikdə Ayxan ona səsli mesaj atacağını, həmin mesajda soruşmasının səbəbini deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 göndərdiyi səsli mesajın məzmunu belə olmuşdur ki, “Kamillə qız söhbətimiz vardır, görüşüb söhbət etməliyik”. Daha sonra Ayxan onu Whatsapp proqramında qrub zənginə qoşacağını deyib onu həmin qrub zənginə qoşmuşdur. Həmin qrub danışığında iki ədəd tanımadığı mobil nömrə, Təqsirləndirilən şəxs3 mobil nömrəsi və o olmuşdur. Orada gedən danışıq zamanı həmin tanımadığı şəxslərdən biri ondan Kamili haradan tanıdığını, onunla nə kimi münasibətinin olmasını soruşmuşdur. O, Kamilin hazırlıq yoldaşı olduğunu demişdir, Həmin şəxs ondan Kamil haqqında bildiklərini, yəni onu nə vaxtdan tanıdığını, narkotik vasitə istifadə edib-etmədiyini, qızlara narkotik vasitə verərək zorlayıb-zorlamadığını, hazırlığıın nə zaman başlayıb-qurtardığını soruşmuşdur. O da Kamillə hazırlığın başlayıb-bitmə saatlarını demişdir, Kamilin narkotik vasitə istifadə etməsi və qızlara narkotik vasitə verərək onları zorlaması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Həmin şəxslərdən biri ona sadəcə olaraq Kamillə qız söhbətlərinin olduğunu, Kamilin onları Yasamala çağırdığını, onlar isə Yasamala getmədiklərini bildirmişlər. Daha sonra o, həmin qrup zəngindən çıxmışdır. 01 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, 236 saylı məktəbə getmişdir. Məktəbdə olarkən saat 09 radələrində Ayxan ona Whatsappla mesaj yazaraq onlara gedəcəkləri hazırlığın yerini konum vasitəsi ilə ona görəndərməsini istəmişdir. Onun interneti zəif olduğundan konum ata bilməyəcəyini Ayxana demişdir. Ayxan fotoşəkil formasında “köhnə ças” adlanan ərazini konum şəkilində ona göndərib hazırlıq olacaq evi ona göstərməyini bildirmişdir. O da həmin şəkilin üzərində işarə qoyaraq hazırlıq olacaq evin yerini Ayxana göndərmişdir. Daha sonra onunla əlaqə saxlamamışdır. Saat 14:00-da 236 saylı məktəbdən çıxmışdır. Dostları Şahid8 və Şahid7 məktəbin qabağında onu gözləyirmişlər. Onlarla şəhərə gəzintiyə gedəcəkmiş. Dostları ilə “köhnə ças” adlanan ərazidən bir məhəllə qarşıya, yəni tarix hazırlığı olan evdən əks istiqamətdə hərəkət etmişlər. Bu zaman təsadüfən Təqsirləndirilən şəxs3ı yanında təxminən tanımadığı 7 nəfər şəxslə görmüşdür. Həmin şəxslərdən Badamdar qəsəbəsində yaşayan yalnız Elxan və Təqsirləndirilən şəxs3ı tanıyırmış. Onlarla üzbə-üz qarşılaşmış, Təqsirləndirilən şəxs3la görüşmüşlər. Ayxan ondan hazırlıq olan evin dəqiq yerini soruşmuşdur. O da Ayxanla hazırlıq olan evin yaxınlığına getmiş, evin yerini ona göstərmişdir. Belə ki, onlar həmin evlə yaxınlıqda, yəni bir məhəllə kənarda olduqlarından asanlıqla həmin hazırlıq olan evə çatmışlar. Hazırlıq olan evin yaxınlığında Təqsirləndirilən şəxs3 elektoşok çıxararaq, həmin elektroşoku işə salıb onlara nümayiş etdirmişdir. O, Ayxana Kamillə nə edəcəklərini soruşmuşdur. Təqsirləndirilən şəxs3 ona hadisə barədə geniş danışmışdır. O, Kamilin onun sinif yoldaşlarına söyüş söydüyünü, onunla dava edəcəklərini demişdir. O da onlara dava etməmələrini, Kamilin yaxşı uşaq olduğunu, dava-dalaşa ehtiyac olmadığını bildirmişdir. Daha sonra adını Hüseyn kimi bildiyi şəxs arxadan onun yanına yaxınlaşıb “özünüzü zibilə salmayın çıxın gedin burdan” demişdir. Buna görədə o, dostları Şahid5, Məhəmməd və Bəhlul həmin yerdən uzaqlaşıb getmişlər. Şahid5 həmin yerə Təqsirləndirilən şəxs3gil gəldikdən 15-20 dəqiqə sonra gəlmişdir. Buna görədə oda Kamilin söhbətində iştirak etməmək üçün onlarla çıxıb getmişdir. Onlar Təqsirləndirilən şəxs3gilin yanından 500-600 metr uzağa getmişdir. Orada fikirləşmişdir ki, Kamil təkdir, onlar isə çoxdurlar, yəni 8-9 nəfərdirlər, Kamili təkliyib döyərlər, buna görədə Kamildən narahat olduqları üçün geri qayıtmışlar. Onlar hazırlıq keçilən evin yaxınlığına çatdıqda dar döngədə Hüseynin Kamili döydüyünü, tanımadığı bir şəxsin isə əlində skoçla Kamilin yanında dayandığını görmüşdür. Buna görədə onlar, yəni Yeniyol, Şahid8, Bəhlul və o Kamili Hüseyndən ayırmışlar. Onlar ayırdıqdan sonra Hüseyn Kamilin mobil telefonu götürmüş, Kamildən telefonun şifrəsini açmağı tələb etmişdir. Kamil isə ona heç bir şey etmədiyini, haqsız yerə döyüldüyünü, onu şərlədiklərini deyərək ondan kömək istəmişdir. Daha sonra Hüseyn Kamilin mobil telefonunun şifrəsini öyrənib telefonu açdıqdan sonra telefonda nəisə axtarmağa başlamışdır. Hüseynin yanındaki tanımadığı şəxslər mobil telefonla Kamili və ətrafı videoya çəkirmişlər. Daha sonra onların olduğu əraziyə iki nəfər qadının gəldiyini görmüşlər. Buna görədə Ayxan və yanındakı tanışları olduqları yerdən uzaqlaşaraq əsas yol istiqamətində hərəkət edib yola çıxmışlar. Hüseyn Kamili əli ilə tutmuşdur. O, Ayxana Kamili hara aparacaqlarını soruşduqda Təqsirləndirilən şəxs3 ona demişdir ki, onu qəbiristanlığa aparacaqlar, buna görədə taksi sifariş vermişlər. Hüseyn yenədə Kamili əlləri ilə tutmuşdur. O, tanışları Bəhlul və X57 sərbəst buraxmasını desələrdə Hüseyn onların sözünə heç bir əhəmiyyət verməmişdir. Hüseyn bədəncə onlardan qüvvəli olduğundan və onların sayının onlardan çox olması səbəbindən qorxub onlara müdaxilə edə bilməmişlər. Kamilin ağzından qan gəldiyindən onun ağzına xatırlamadığı şəxs maska geyindirmişdir. Daha sonra xatırladığı qədəri ilə Hüseyn, Təqsirləndirilən şəxs3 və Mirzəli Kamili taksiyə mindirərək Badamdar qəvbiristanlığı istiqamətində aparmışlar. Təqsirləndirilən şəxs3 taksiyə oturmamışdan qabaq birdaha Kamili döyməmələrini demişdir. Təqsirləndirilən şəxs3la gələn digər tanışlarıda xatırladığı qədəri ilə qaçaraq qəbiristanlıq istiqamətində getmişlər. Onlarda, yəni Yeniyol, Şahid8, Bəhlul və o Kamili tək qoymamaq üçün, həmçinin Kamildən nigaran qaldıqlarından piyada Badamdar qəbiristanlığı istiqamətində getmişlər. Onlar biraz getdikdən sonra, qəbiristanlığa çatmağa az qalmış onların arxasından Kamilin yanında Hüseyn, Təqsirləndirilən şəxs3 və Mirzəli ilə gəlməsini görmüşlər. Özlüyündə fikirləşmişdir ki, bunlar taksi ilə getmişdirlər, nə yaxşı onlardan tez çatmayıblar. Buna görə də onları gözləmişlər, onlar yanlarına çatdıqda o, Təqsirləndirilən şəxs3 nə üçün onlardan tez çatmadıqlarını soruşdur. Ayxan ona demişdir ki, taksinin onları yarı yolda düşürdüyünü demişdir. Hüseyn Kamilin baş hissəsini əli ilə tutub qəbiristanlıq istiqamətində aparırmış. Buna görə də onların yanına getməyə başlamışlar. Yol boyunca Hüseynə Kamili döyməməsini, onu tanıdığını, pis uşaq olmamasını dedikdə Hüseyn onlarla razılaşıb döyməyəcəyini demişdir. Onlar qəbiristanlığın girişinə çatdıqda Təqsirləndirilən şəxs3la birgə gəlmiş digər tanışlarının girişdə gözlədiklərini görmüşdür. Onlar birlikdə qəbiristanlığın içi ilə hərəkət etmiş və Kamili qəbiristanlığın sonunda üç tərəfi hasaralanmış yerə aparmışlar. Onlarda yəni Yeniyol, Şahid8, Bəhlul və o, Təqsirləndirilən şəxs3 və tanışlarından 30- 40 metr kənarda dayanmışlar. Biraz yaxına getdikdə gözündə eynək olan adını sonradan Mirzəli kimi bildiyi şəxsin Kamilə yumruq zərbələri endirdiyini, həmin yumurqların isə Kamilə dəymədiyini görmüşdür. Buna görədə onların yanına gedib Mirzəli və Kamili ayırıb kənara çəkmişdir. Bu zaman Hüseynə demişdir ki, “bayaq bizə deyirdin bəs Kamili döyməyəcəksiniz, nə oldu, niyə döyürsünüz?” Bu zaman Hüseyn ona demişdir ki, “mən demişdim Kamili döymüyəcəm” əli ilə yanındakıları göstərib “bunlar deməyibki” demişdir. O da nə fərqi var, döyməyin buraxın demişdir. Hüseyn isə demişdir ki, “Kamildən söz almalıyıq, həmin sözü almayınca onu buraxmayacayıq” O da Kamili qorumaq,onun daha çox döyülməməsi üçün ona həmin zaman “elədiyin, eləmədiyin hər şeyi boynuna al, əl çəksinlər səndən, yoxsa mən səni döyəcəm” demişdir. Kamildə ona həyaxşı demiş və başı ilə razılaşdığını bildirmişdir. Hüseyn Kamilə “qız zorlamısan, patı çəkmisən?” deyə sual vermişdir. Kamildə patı çəkdiyini və qız zorladığını Hüseynə demişdir. Bu sözdən sonra Hüseyn Kamildən istədiyi sözü aldığını və narkotik vasitə olan patı söhbəti getdiyindən həmin söhbətdə iştirak etməmək üçün onlar, yəni Yeniyol, Şahid8, Bəhlul və o, onların yanından uzaqlaşmışdır. Onlar hesab etmişlər ki, bununla da Kamillə mübahisələri qurtarmışdır, hətta gedən zaman Bəhlul arxadıkalara Kamili vurmayın dedikdə, onlarda, yəni Hüseyn və Mirzəli hə deyib vurmayacaqlarını bildirmişlər. 02 oktyabr 2022-ci il tarixdə günorta saatlarında sinif yoldaşı Şahid18lə 236 saylı məktəbin yaxınlığında olarkən təsadüfən Şahid1 və Şahid5la rastlaşmışdır. Elxandan dünənki, yəni Kamillə olan söhbətin sonunun necə olmasını soruşduqda Elxan, Kamilin butulkanın üzərinə oturduğunu demişdir. O, Elxana inanmadığını dedikdə, Elxan həmin anların videosunun olduğunu, videonu ona göndərəcəyini deyib həmin videonu ona göndərmişdir. O videoya baxdıqda Kamilin yaşıl rəngli butulkanın üzərində zornan otuzdurulmasını görmüşdür. Bu zaman sinif yoldaşı Şahid18 həmin videonu ona göndərməyini xahiş etdiyindən o, Kamilin butulka üzərində oturmasını əks etdirən videogörünütünü Whatsappla Vüsala göndərmişdir. 04 oktyabr 2022-ci il tarixdə Kamillə tarix hazırlığından çıxarkən görüşmüşlər. Kamil “bilirsən axrı necə qurtardı?” ondan soruşmuşdur. O isə hə bilirəm demişdir. Kamil, zorla ona həmin hərəkəti etdiklərini, Hüseynin onun üstünə bıçaq çıxardığını, patı çəkmədiyini, qız zorlamadığını, qorxduğu üçün məcbur qalıb dediyini, ailəsini qorumaq üçün baş vermiş bu söz-söhbəti heçkimə deməyəcəyini demişdir. Kamil videosunun onun telefonunda olub-olmamasını soruşduqda o videonu sildiyindən videonun onda olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs3 Kamili döyəcəkləri barədə ona məlumat vermədiyini, 01 oktyabr 2022-ci il tarixdə məktəbdə keçirilən riyaziyyat fənnindəki hazırlıq kursundan Elnurə müəllimi onları əlavə dərsə saxladığından hazırlığa gedə bilməmişdir. Bu barədə tarix müəllimi Sara müəlliməyə məlumat vermişdirı, Kamili qorumaq istədiyindən digər şəxslərin Kamildən əl çəkməsi, daha çox döyülməməsi, Kamilin tez çıxıb getməsi, mübahisənin tez bitməsini istədiyi üçün hadisə zamanı Kamilə həmin sözləri dediyini, Kamilin butulka üstündə oturması videosunu yalnız sinif yoldaşı Şahid18 göndərdiyini, başqa heçkəsə göndərmədiyini, Mədəmməd Məmmədov və Şahid7 236 saylı məktəbin yaxınlığında məlumat verdiyini bildirmişdir. Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2, X14 və iş üzrə zərərçəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs tanıyır. Onlarla yaxşı münasibətləri vardır. Onlarla ədavəti yoxdur. 2022-ci ilin sentyabr 25-də axşam saatlarında o, Elmlər Akademiyası metrostansiyasının qarşısında olarkən təsadüfən Kamili görmüşdür. Onunla söhbət edib sonra isə sağollaşıb ayrılmışlar. Ondan sonra o, özünə məxsus “İnstagram” sosial şəbəkəsində Kamil ilə bağlı “story” paylaşımı etmişdir. Həmin paylaşım onun mobil telefonunun yaddaşında qalmış Kamilin əvvəlki video görüntüsü olmuşdur. Bundan sonra Bəylər məktəbdə ona yaxınlaşıb ondan Kamillə görüşüb-görüşmədiyini soruşmuşdur. O da təsdüfən X10 təsədüfən görüşdüyünü demişdir. Bəylər də Kamilin pis hərəkətələr etdiyiyni dedi. O da Bəylərə Kamil barəsində dediklərinə inanmadığı demişdir,lakin bundan sonra o, Bəylərin Kamil barəsində dediklərini Kamilə bildirmişdir. Bundan sonra onların dalaşdıqlarını eşitmişdir. O, ifadələrinə əlavə olaraq göstərdi ki, həmin paylaşım telefonunun yaddaşında qalmış Kamilin video görüntüsü olmuşdur. O, Kamili 6-cı sinifdə onlarla birlikdə X59 Bakı Türk Liseyində oxuduğuqları vaxtlardan tanıyır. Kamil səhv etmirsə, onlarla birlikdə 8-ci sinifə qədər oxumuşdur. “İnstagram” sosial şəbəkəsində Kamil ilə bağlı video paylaşmışdır. Video Kamilin bizimlə oxuduğu vaxtlara aid əvvəlki video görüntüdən ibarət olmuşdur. Bəylər həmin videoya münasibətdə Kamil ilə nə əlaqəsi olduğunu ondan soruşdu. O da Bəylərə cavab olaraq, Kamil ilə normal münasibətinin olduğunu dedi. O, Bəylərdən nəyə görə ondan belə şey soruşduğunu dedikdə, Bəylər ona heç nə demədi. O, təqsirləndirilən şəxslərlə Kamil arasında olan hadisə barədə sonradan liseydə uşaqlar danışarkən bilmişdir. O, Bəylərin Kamillə bağlı ona yazdığını Kamilə deməyinin belə nəticələrə gətirib çıxardacağını bilə bilməzdi. O, ittiham aktında deyildiyi kimi uşaqların bir araya yığışıb Kamill ilə bağlı videoya baxdıqlarını görməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən qanuni nümayəndəsi yəni, atası yanında idi. İbtidai istintaq zamanı ifadə verərkən həyəcanlı idim deyə ifadəsini oxumadı, sadəcə imza çəkdi. Təqsirləndirilən şəxslər indiyə qədər heç kimlə problem yaşamayıb, dərslərini həmişə əla qiymətlərlə oxuyurdular. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, 2017-ci ildən etibarən o, «Dəyanət» liseyində təhsilini davam etdirir və hazırda həmin liseyin 11H sinifində oxuyur. Onun sinif yoldaşlarından Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1 və Mirzəli Hüseynovun adlarını qeyd edə bilər. Liseyin 11F sinifində isə Təqsirləndirilən şəxs3ov, Şahid3, Şahid2 oxuyurlar. Adlarını qeyd etdiyi bütün şəxslərlə onun münasibəti yaxşıdır, ədavət və ya düşmənçiliyi olmamışdır, hazırda da yoxdur. Bundan başqa, 2019-cu ilədək onunla eyni sinifdə Zərərçəkmiş şəxs təhsil almışdır, sonra liseydən qovulmuşdur. Zərərçəkmiş şəxsla da onun münasibəti yaxşı olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində təhsili ilə bağlı bəzi sənədlərin surətini çıxarmaq üçün Elmlər Akademiyası metrostansiyasının qarşısında olarkən təsadüfən Kamili görmüşdür, görüşüb söhbət etmiş, bir neçə il olmuşdur ki, onu görmədiyindən onunla ordan-burdan söhbət edib ayrılmışdır. O evə gəlib «İnstagram» sosial şəbəkəsində, özünə məxsus «Fatima.rlz» profildə Zərərçəkmiş şəxsla bağlı «story» paylaşımı etmişdir, həmin paylaşım mobil telefonunun yaddaşında qalmış Kamilin əvvəlki video görüntüsü olmuşdur. Ertəsi gün, xx.xx.2022-ci il tarixdə səhər saatlarında təhsil aldığı liseyə gəlmişdir. Təqsirləndirilən şəxs5 onun parta yoldaşıdır, eyni parta arxasında əyləşirmişlər. Bəylər liseydə onu görüb Kamillə danışıb-danışmadığını soruşmuş, o müsbət cavab verib Kamillə danışdığını bildirmişdir. Bunu demişdir ki, Bəylər yaxşı insan olmadığından və hərəkətləri yaxşı olmadığından Kamillə danışmamağını bildirmişdir. O, hansı hərəkətlərdən söhbət getdiyini və Kamilin nəyə görə pis insan olduğunu Bəylərdən dəqiqləşdirmək istəyəndə, ötəri cavab verib Kamilin pis insan olduğunu eşitdiyini bildirmişdir. Beləliklə Bəylər ona konkret bir cavab vermədiyi üçün və bu da onun marağına səbəb olduğundan dərslərdən sonra evə qayıtdıqda istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə bağlı «Whatsapp» ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə Zərərçəkmiş şəxs ***-***-**-** mobil telefon nömrəsinə bağlı «Whatsapp» ani mesajlaşma mübadiləsi sisteminə yazaraq Təqsirləndirilən şəxs5 onun pis insan olması və pis hərəkətlər etməsi haqqında ona məlumat verdiyini deyib bunu deməsinə səbəbin nə olmasını Kamildən soruşmuşdur. Kamil heç bir pis hərəkətinin olmadığını deyib ondan Bəylərin mobil telefon nömrəsini istəmişdir ki, Bəylərlə danışacaqdır, o da «Whatsapp» ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə Bəylərin mobil telefon nömrəsini Kamilə yazıb göndərmişdir. Bir neçə dəqiqə sonra Kamil ona Bəylərlə arasındakı «Whatsapp» yazışmalarını göndərmiş, oxuyanda görmüşdür ki, Kamil Bəyləri və onun pis hərəkətlər etməsini demiş başqa şəxslərin ünvanına söyüşlər söymüşdür. Bəylər isə cavab olaraq Kamildən həmin söyüşləri üzünə deyə biləcəyini soruşanda, Kamil bunu edə biləcəyini yazmış və bundan sonra Bəylər görüşməyi Kamilə təklif etmişdir. Bu yazışmadan o belə bir nəticəyə gəlmişdir ki, görüşməkdə məqsədləri dava-dalaş etməkdir. Ertəsi gün, məktəbdə Bəylərə görüşmək fikirindən vaz keçməsini demiş, o isə sadəcə söhbət etmək üçün Kamillə görüşə gedəcəyini bildirmişdir. X51 Abbasovun da anasını söydüyünü gördüyü üçün Bəylərdən Ayxanın da həmin görüşə gedib-getməyəcəyini soruşanda, bildirmişdir ki, görüşə tək gedəcəkdir. Həmin danışıq zamanı Bəylər sözünü Kamilə çatdırdığı üçün, yəni Kamilin pis insan olub pis hərəkətlər etdiyi barədə Kamilə məlumat verdiyi üçün ondan incimiş və 2-3 gün onu danışdırmamışdır. 2022-ci ilin sentyabr ayının son günlərində liseydə dəhlizdə Bəylər onu görüb bildirmişdir ki, başqa adamların da Kamillə söhbəti vardır, həmin adamların söhbəti ayrı, onun söhbəti ayrı olacaqdır və o Kamillə söhbət etməzdən əvvəl başqaları Kamillə söhbət edəcəklər. Bəylərin «başqaları» adlandırdığı adamların sonradan onunla eyni liseydə təhsil alan Hüseyn, Ayxan və Mirzəli olduqlarını bilmiş, həmin vaxt isə bunu bilmirmiş, çünki Bəylər ona konkret ad deməmişdir. Həmin gün, liseydə, fasilə vaxtı Bəylər, Hüseyn, Ayxan və Mirzəlinin kənarda dayanıb söhbət etdiklərini görəndə təxmin etmişdir ki, Bəylərin «başqaları» dediyi adamlar onlardır. Adlarını qeyd etdiyi şəxslərin birlikdə nəyi isə müzakirə etdiklərini görəndə onların içində olmuş Hüseyn onu çağırmış, onlara yaxınlaşmış və Hüseyn ona Kamilin haqqında çox şey öyrəndiyini, Kamilin yaxşı insan olmadığını deyib, sonuncu ilə danışmamağı bildirmişdir. Mirzəli isə müdaxilə edib Kamilin qızlara münasibətdə pis hərəkətlər etdiyini, bu səbəbdən də onunla danışmamağı bildirmişdir. Təxminən 3 saat sonra, hazırlığa gedərkən Kamilə «Whatsapp»la yazmışdır ki, artıq neçənci adamdır ki, onun haqqında pis insan olması ilə bağlı məlumat verir və nə məsələ olduğunu soruşanda, ona narahat olmamağı, belə bir hal olmadığını, özü söhbət edib həmin məsələni həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra Kamilin mobil telefon nömrəsindən, «Whatsapp»la ona yazılmışdır ki, «bütün məsələlərdə mən səhvəm, mənimlə danışma». O, Kamilə yazıb bunun nə məsələ olduğunu, fərqli sözlər dediyindən bir açıqlama verməsini istəyəndə, cavab verməmiş, bir neçə saat sonra isə ona səsli SMS göndərmişdir ki, hər şey qarışıbdır, danışa bilmir, sonra onunla danışacaqdır. Həmin hadisə xatırladığı qədər şənbə günü olmuşdur, tarixi yadında olmasada 2 gün sonra isə, bazar rtəsi dərsə gələndə Bəylər ona mesaj gəlib-gəlmədiyini soruşmuş, ona bildirmişdir ki, Kamil ona yazıb bütün məsələlərdə səhv olduğunu bildirmişdir, o isə ona dediklərində haqlı çıxdığını, hətta Kamilin özünün bunu etiraf etdiyini və həmin mesajı Kamilin onun sözü ilə ona göndərdiyini bildirmiş, həmçinin məsələnin tam həll olunduğunu demişdir. Təxminən 2-3 gün sonra liseydə oğlanların bir araya yığışıb Təqsirləndirilən şəxs3ovun mobil telefonunda nəyə isə baxdıqlarını və müzhakirələr apardıqlarını görmüş, soruşanda Bəylər baxdıqları videonun Kamilin üzr istəmə videosu olduğunu ona bildirmişdir. Həmin videonu o görməmişdir, ona göndərilməmişdir, lakin videonun Təqsirləndirilən şəxs3ovun mobil telefonunda olduğunu özü görmüşdür. Ayxan həmin videonu ətrafına toplaşmış Bəylər, Hüseyn və Mirzəliyə göstərirmiş. Bəylərlə danışanda onu yalnız söhbət edəcəklərinə arxayın etdiyü üçün bu barədə heç kimə məlumat verməmiş, düşünmüşdür ki, sözlə danışıb öz aralarındakı problemi həll edərlər. Şahid8 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X14 tanıyır, onları hadisə olan tarixdə məktəbin yaxınlığında görüb. Əvvəllər onlarpı tanmayıb, onlalarla ədavəti yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs onunla eyni mülləim yanınıa hazırlıq kursuna gedir. Hadisə olan tarixdə Kamillə Sübhan ondan az əvvəl hazırlıqdan çıxıb getdilər. O da onlardan az sonra hazırlıqdan çıxıb başqa yolla gedəndə qəflətən məhkəmədə ona təqdim olunan uşaqlar Kamil arasında arasında dava getdiyiyni görüb nə baş verdiyiyni öyrənmək üçün onlara yaxınlaşmışdır. Ora yaxınlaşanda hal-hazırda xatırlamadığım iki nəfər oğlanın Kamillə söhbət etdiklərini görmüşdür. O, ora yaxınlaşanda söhbətin sonuna yaxın idi. Ona görə də söhbətin mövzusunun nə olduğunu bilmir. Dava olan yerdə bir neçə nəfə var idi. Həmin yerindən səsküy gəlirdi. O, səs-küy olduğu yerə gələndə orada Kamili görmüşdür,lakin Kamildə xəsarətlərin olmasını görməmişdir. Kamilin eynəyi də özündə idi. Həmin yoldan müəllimlər keçdiyinə görə uşaqlar qərara gəldilər ki, taksi sifariş edib oradan uzaqlaşsınlar. O, həmin vaxtda Kamilin zorla harasa aparıldığını görməmişdir. Ona keç kəs ifadəsini hansı tərzdə verəməyimə dair göstəriş verməyib. Uşaqlar Kamillə dost kimi rəftar edirdilər. Dostlar bir-biri ilə necə rəftar edirlərsə, yəni biri digərinin çiyninə əlini ata bilər, başqa hərəkətlər edə bilər, eyni cür də uşaqlar Kamil ilə rəftar edirdilər. Uşaqların və Kamilin taksi maşınına minmə ardıcıllığını xatırlamır. Səhv etmirsə, əvvəl Kamil, sonra isə digər uşaqlar taksi maşınına minmişlər. Kamilin üzündə maska var idi. O,bunun səbəblərini bilmir. O, Kamilin üzündə maskanın olmasını Kamil taksi maşınına minərkən görmüşdür. Məcid ilə Bəhlul uşaqlara aralamışlar ki, dava-dalaş olmasın. Taksi sürücüsündən getdiyi istiqaməti soruşub ondan uşaqlar qəbirstanlığa getdikləri bilmişdir. Bundan sonra onlar da piyada qəbirstanlığa getmişlər. Piyada getdikləri üçün də qəbirstanlığa gec çatmışlar. Onlar qəbirstanlığa çatdıqda uşaqların sadəcə söhbət etdikləri görmüşlər. Bundan da az sonra evə tələsdikləri üçün qəbirstanlığı tərk etmişlər. Uşaqlardan kimsə digərlərindən söz vermələrini tələb etdi ki, dava-dalaş olmasın, onlar da buna arxalanaraq oradan çıxıb gketmişlər. Yəni, söhbətin axırına qədər qalmamışlar. O, nə məktəbin yaxınlığında, nə də qəbirstanlıqda. Kamilin döyülməsi görməmişdir, onun döyülməsi ilə bağlı məlumatı sonradan almışdır. Kamilin butulkaya oturdulmasını da sonradan eşitmişdi. Özü bunun şahidi olmamışdır, qəbirstanlıqda çəkilmiş videonu görməmişdir. İbtidai istintaq zamanı o, ifadələrində uşaqların məktəbin yanından Kamilin zorla aparılması haqqında dediklərini xatırlamır. Yəni, belə bir sözün deməyini xatırlamır. O, Hüseyni şəxsən tanımamışdır. Hüseyni hadisə yerində görmüşdür. Lakin, o, yenə qeyd edir ki, istintaq zamanı ifadələrində Kamilin harasa zorla aparılmağını deməsini, onun tərəfindən ifadələrində, alçaltma, sözünün işlədilməsini xatırlamır. O, uşaqlara da Kamili söhbət etmək üçün başqa küçəyə aparmasınlar demişdir. O, yaranmış səs-küyə görə dava-dalaşın yaranması ehtimalından narahat olmuşdur. O, Mirzəlinin Kamilin ağzını skotçla bağlamağa cəhd etməsini görməmişədir. Bunu o, başqalardan eşitmişdir. Bunların hamısı ona başqaları tərəfindən danışılmışdır. Gözlərilə görməmişdir. Uşaqlar Kamili tutmamışlar, sadəcə onunla birlikdə getmişlər. Maska Kamilin öz cibindən çıxmışdı. Kamil özü onu çıxarıb üzünə taxmışdı. Müstəntiqə təqsirləndirilən şəxslərin adlarını başqalardan eşidib yadda saxladığı üçün demişdir. Ümumiyyətlə isə təqsiləndirilən şəxslərin hər birini adı ilə tanımamışdır. Təqsirləndirilən şəxs2 də hadisə yerində görüb tanmışdır. O, uşaqlara, dava-dalaş olmasın demişlər. Hüseyn isə onlara söz vermişdi ki, dava-dalaş olmayacaq.O, hadisə yerinə sadəcə Kamili tanıdığına görə getmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini xatırlamır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid8 ibtidai istintaq zamanı göstərmişdir ki, xx xxxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur, 16 yaşım tamam olub 10 oktyabr 2022-ci ildə 17 yaşı olacaqdır. Atası Gürcüstanda işləyir. Hazırda ana nənəsi ilə bərabər ünvan 18 ünvanında yaşayır. Anası Qanuni nümayəndə9 Buzovna qəsəbəsində tək qalır, orada kafedə işləyir. O, anasının nəzarətindədir. Orta məktəbi bitirmiş, Türkiyə Respublikasının Ankara şəhərində yerləşən «Ostim» texniki universitetinin kompüter mühəndisliyi fakultəsinə daxil olmuş, bu yaxınlarda Türkiyə yollanacaq və təhsillinə başlayacaqdır. 01 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Badamdar qəsəbəsində qalan Bəhlulla bərabər Məcidi Badamdar qəsəbəsində yerləşən hazırlıq kursundan çıxmasını gözləyirmiş ki, onlarla şəhərin mərkəzinə gedib gəzişsinlər. Məcid hazırlıq kursundan çıxandan sonra onlar bərabər piyada Badamdar qəsəbəsi ilə gedərkən yaxınlıqdakı başqa hazırlıq kursunun yanından keçəndə görmüşlər ki, Kamili «Dəyanət» liseyinin uşaqları tutub o biri küçəyə doğru zorla aparırlar. O, şəxsən görmüşdür ki, adı hadisə yerində ona məlum olan Hüseyn Kamilin arxasından əlləri ilə tutub digər küçəyə doğru zorla aparır. Kamilin yanında iki nəfər başqa uşaq da olmuş, onlar Kamillə hazırlığa gedənlər imiş. Həmin uşaqlar «Dəyanət» liseyinin uşaqlarını Kamildən kənara çəkib aparmalarına mane ola bilmirmişlər. Həmin yernən çox adam keçdiyindən Hüseyngil Kamili zorla o biri küçəyə doğru həyət evlərinin yanına tərəf aparmışlar. Məcid də Kamili tanıdığından onunla Bəhlula demişdir ki, Kamili tək qoymaq lazım deyil ki, döysünlər. Onlarda ona görə Hüseyngilin arxasınca getmişlər. Onlar yaxınlaşanda görmüşdür ki, Hüseyn Kamil divara sıxıb, hadisə yerində adı ona məlum olan Mirzəli, skoçla Kamilin ağzını bağlamaq istəyir, həmin vaxtı Hüseyn Kamilin ağzından yumruqla zərbə vurmuş, Kamilin ağzı qanamışdır. Həmin vaxtı Hüseyn Kamilin əlindən mobil telefonunu alıb telefonun «Gallereya» bölümünə baxmağa başlamışdır. Hüseynlə Mirzəlinin yanındakı uşaqlardan bəziləri mobil telefonla həmin Kamilin telefonunun yaddaşındakı görüntüləri çəkirmişlər. Həmin telefonda nə kimi görüntülərin olmasını o görməmişdir. Həmin vaxtı hadisə yerinə doğru başqa təsadüfi adamlar gələndə Hüseyn, Mirzəli, həmçinin adı hadisə yerində ona məlum olan Bəylər, Ayxan, Elxan, Ayhan və başqaları Kamili tutub yola tərəf aparmağa başlamışlar. Onlar həmin şəxslərdən aralıda imiş. Kamili Hüseyn, Mirzəli və Ayxan sifariş verib çağırdıqları dövlət qeydiyyat nişanına fikir vermədiyi bir «taksi» maşınına əyləşmişlər və yola düşmüşlər. Onlar Kamili taksiyə otuzdurmamışdan əvvəl Kamilin ağzına qara tibbi maska taxmışdılar. Adları hadisə yerində ona məlum olan Ayhan, Əli, Məhəmməd, Bəylər isə başqa «taksi» gözləyirmişlər. Onlarda narahat olmuşlar ki, Hüseyngil Kamili yenə bərk döyərlər. Ona görə Məhəmmədgilə yaxınlaşıb Hüseyngilin hara getdiyini soruşduqda onlar bildirmişlər ki, Badamdar qəbirstanlığına gedirlər. Onlar «taksi» ilə tələsik qəbirstanlığa yollananda onlar da arxasınca piyada qəbirstanlığa yola düşmüşlər. Onlar qəbirstanlığa çatanda görmüşlər ki, Ayhan, Bəylər, Əli, Məhəmməd artıq qəbirstanlığa çatıblar, qəbirstanlığın içi ilə gedirlər. O, Məcid və Bəhlul qəbirstanlığın içinə girəndə görmüşdür ki, Hüseyn, Mirzəli, Ayxan və Kamil də qabaqdadırlar. Onlara yaxınlaşdıqda şəxsən o, görmüşdür ki, Mirzəli Kamilin sifətindən yumruqlarla zərbələr vuraraq onu söyüb təhqir edir. Bunu görən və Kamili tanıyan Məcid araya girib Mirzəlini sakitləşdirirmiş. Hüseyn də onlara söz vermişdir ki, daha Kamili vurmayacaqlar. Həmin vaxtı onlar, yəni o, Məcid və Bəhlul tələsdiklərindən davanın sonunu gözləmədən qəbirstanlığı tərk etmişlər. Mirzəli, Hüseyn, Ayxan, Ayhan, Bəylər, Elxan, Məhəmməd Kamillə bərabər qəbirstanlıqda qalmışlar. Həmin gün onlar Hüseyngilin Kamilin arxasına butulka soxub alçaltmalarını görməmişlər. Həmin hadisənin səhərisi Məcid ona Elxan tərəfindən «WhatsApp» proqramı vasitəsi ilə göndərilmiş bir video yazı göstərib demişdir ki, həmin videonu Elxana Ayxan göndərmişdir. Həmin video yazıya baxanda görmüşdür ki, Hüseyn, Mirzəli, Ayhan onlardan sonra həmin Kamili qəbirstanlıqda butulka üstündə otuzdururlar, Hüseynin tələbi ilə Kamil əynindəki şalvarı çıxarır, Mirzəli yerə butulka, yəni boş şüşə su qabını qoyur, Kamil həmin butulkanın üstündə oturur və sonra Hüseynin tələbi ilə butulkanı arxa tərəfinə soxmağa başlayır. Həmin vaxtı Mirzəli təpiklə butulkanın alt tərəfindən zərbələr vururmuş ki, butulka Kamilin arxa tərəfinə bərk girsin. Bunları da arxadan Ayhan, qabaq tərəfdən də zənnincə Bəylər mobil telefona çəkirmiş. O, həmin hadisəni görməmişdir. Bu hadisə o, Məcid və Bəhlul gedəndən sonra baş vermişdir. O, heç kimi vurmamış, söyməmiş, zor tətbiq etməmişdir. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2, X14 hadisədən qabaq heç birini tanımamışdır.İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanıyır. O, Kamil ilə əvvəllər bir məktəbdə oxumuşdur. Hadisə günü, ayı, günü xatırlamır, hadisə yerində ,hadisə məktəbin yanında idi Kamil uşaqlarla söhbət edirdi. Kamilin sifətində, daha doğrusu ağzı tərəfdə qana bənzər ləkələr var idi. O da uşaqlara yaxınlaşaraq dava etməyin demişdir. O,uşaqlara yaxınlaşandan sonra onların yanlarından müəllimlər keçdi. Kamil təklif etdi ki, söhbəti başqa yerdə etsinlər, çünki durduqları yerdə onları görə bilərlər. Təklif olundu ki, qəbirstanlığa getsinlər. Bunun üçün uşaqlar, yəni Kamillə dalaşan uşaqlardan kimsə taksi sifariş etdi. O,həmin şəxsin kim olduğunu bilmir. O da başqa uşaqlara qoşulub qəbirstanlığa getmişdir, amma yolun yarısından geri qayıtmışdır, çünki şəhərin mərkəzinə gedib paltar almalı olmuşdur, paltar almağa gecikdiyi üçün geri qaytımışdır. Onlar qaydanda dörd nəfər olublar. Səhv etmirsə onunla qayıdan Məhəmməd və Yeniyol olmalı idi. Onun özü qəbirstanlığda beş dəqiqə olub, sonra isə oranı tərk etmişdir. Orada ümumən doqquz nəfərə yaxın adam var idi.O, Kamilin uşaqlarla sadəcə söhbət etdiyini görmüşdür. Doqquz nəfər bir tərəfdən, əks tərəfdə isə Kamil idi. Onların nədən danışdıqlarını eşitməmişdir. Onun Kamil ilə münasibətlərim normaldır.. Əvvəl bir məktəbdə oxumuşlar, sonra isə bir yerdə hazırlığ dərslərinə getmişlər. Kamil uşaqların çağırdığı taksi maşınına minərkən rahat şəkildə oturdu. O, maşına məcburən minməmişdir.O, məhz Kamilin tərəfini tutmaq üçün onlara yaxınlaşmışdır. Onlar taksi sifariş edib maşında qəbirstanlığa getdilər. Onlar da qaça-qaça onların arxalarınca qəbirstanlığa getmişlər, lakin az sonra qəbirstanlıqdan qayıtmışlar. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X26 ibtidai istintaq zamanı göstərmişdir ki o, ünvan 19 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə ünvan 20 ünvanında daimi yaşayır. Hazırda Sumqayıt Dövlət Universitetində İqtisadiyyat fakültəsi Marketinq ixtitası üzrə 1-ci kursda oxuyur. 01 oktyabr 2022-ci il tarixdə günorta saatlarında o, dostları Şahid4 və Şahid8la birlikdə şəhərin mərkəzinə gedib Məcidə yeni paltar almaq üçün əvvəllər oxuduğu Bakı şəhəri Səbail rayonu 236 saylı orta məktəbin binasının qarşısında görüşmüşlər. Məcid hazırda 236 saylı məktəbdə 11-ci sinifdə oxuyur. Məhəmməd isə orta məktəbi bitirmişdir və Türkiyədə təhsilini davam etdirməyə hazırlaşır. O, Məhəmmədlə birlikdə Məcidin dərsdən çıxmasını məktəb binasının qarşısında dayanmaqla gözləyirmiş. Məcid gəldikdən sonra isə onlar əsas yola çıxıb şəhərin mərkəzinə getmək üçün piyada olaraq gedərək ara yola daxil olmuşlar. Bu vaxt həmin ara yolda təsadüfən əvvəllər onunla birlikdə eyni məktəbdə bir sinif aşağıda oxumuş, habelə Coğrafiya fənni üzrə hazırlıq yoldaşı olmuş Kamili görmüşdür. Kamilin ağzı və burnu qan içərisində olmuş, onu pis döymüşdülər. Həmçinin görmüşdür ki, sonradan adının Hüseyn olduğunu öyrəndiyi şəxs Kamilin arxasında dayanıb qucaqlamaqla əlləri ilə tutub onu saxlamışdır. Kamilin ərtafında tanımadığı 7-8 nəfər şəxs toplaşmışdır. O, Kamili tanıdığı üçün ona köməklik etmək məqsədi ilə Məcid və Məhəmmədlə birgə yaxınlaşıb Hüseyn adlı şəxsə irad bildirmişdir ki, Kamili vurmasınlar. Yaxınlaşdıqda Kamilin ərtafına toplaşmış şəxslərin arasında Badamdar sakini kimi tanıdığı Ayxan və Elxanı da orada görmüşdür. Onlar kənarda dayanmışdırlar. Beləliklə, onlar iradlarına qarşılıq olaraq Hüseyn onlara “siz qarışmayın başınızı bəlayə salmayın” deyərək onlardan getmələrini tələb etmişdir. Onlar isə Kamili bu qədər şəxsin arasında tək qoyub getməmiş, narahat imişlərki, ona ağır xəsarətlər yetirə bilərlər. Kamili niyə döydükləri barədə soruşduqda onlar hərəsi bir tərəfdən eyni anda “anamı söyüb”, “qızları zorlayıb” və “qızları şantaj edib” kimi sözlər demişlər. Buna baxmayaraq onlar yenə də getməmişlər. Həmin vaxt o, elektrik səsi eşitmiş, çönüb baxdıqda Ayxanın əlində elektroşok aparatı görmüş, lakin onun həmin aparatdan istifadə etdiyini görməmişdir. Daha sonra xatırladığı qədəri ilə Hüseyn Kamilin “İphone 13” markalı mobil telefonunu ondan məcburi şəkildə əlindən tutub almış, kodu Kamildən öyrənib şəkillər və videolar blümünə daxil olub axtarış etmişdir. Bu vaxt təsadüfən 236 saylı məktəbdə coğrafiya müəlliməsi işləyən Aytən müəllimə və yanında tanımadığı bir nəfər qadın birlikdə oradan keçmişlər, müəllimələri görən kimi onların hamısı qaçıb gizlənmiş, Kamili də tutaraq özləri ilə kənara aparmışlar. Orada o, Məhəmməd və Məcid qalmışlar. Lakin, müəllimələr nə baş verdiyinə diqqət etməmiş və çıxıb getmişlər. Müəllimələr getdikdən sonra isə onlar Kamili tək qoymamaq üçün onların ardınca məktəb binasının qarşısına gəlmişlər. Oraya çatdıqda Kamilin üzündə qara rəngli tibbi maska görmüşdür. Hüseyn yenə də Kamili qucaqlayıb tutmuşdur. X69 buraxmasını bildirmişlər. Hüseyn isə demişdir ki, “siz qarışmayın, biz artıq taksi çağırmışıq”. Bir neçə dəqiqə sonra taksi gəlmiş və Hüseyn, Kamil və digər iki nəfər şəxs taksiyə oturub oradan uzaqlaşmışlar. Digər şəxslər isə başqa bir taksi tutub getmişlər. Onlar Kamili hara aparmaq istədikləri barədə onlardan soruşduqda demişlər ki, “Badamdar qəbirstanlığı” na gedirlər. Onlar da Kamili tək qoymamaq üçün piyada olaraq həmin qəbirstanlığa getmişlər. Onlar ərazini yaxşı tanıdıqları üçün kəsə yollarla qəbirstanlığa getmiş və onlarla demək olar ki, eyni anda çata bilmişlər. O, görmüşdür ki, Hüseyn yenə də Kamili arxasında dayanmaqla qucaqlayıb tutmuş və qəbirstanlığın içərisinə doğru aparırmış. Onlar həmin şəxslərə yaxınlaşıb irad bildirmişlər, məqsədlərinin nə olması barədə soruşmuş, Kamili vurmamalarını xahiş etmişlər. Hüseyn isə bildirmişdir ki, əsəbi soyumayıb. O da soruşmuşdur ki, “əsəbin soyumasa necə olacaq?, axşama qədər döyəcəksən Kamili?”. Hüseyn də demişdir ki, “sadəcə söhbət edib buraxacam”. Qəbirstanlıqda söhbət zamanı eynək taxmış Mirzəli adlı şəxs Kamilə qəflətən şillə vurmuş. Onlar isə onları ayırmışlar. Həmin vaxt Kamilin ətrafındakı şəxslərdən 3-4 nəfəri əllərində mobil telefon tutaraq Kamilin videosunu çəkməyə başlamışlar. Onların iradlarından sonra bir müddət Kamili vurmamışlar, başda Hüseyn olmaqla onunla söhbət etməyə başlamışlar. Onlar isə aranın sakitləşdiyini düşünmüşlər. Təxminən 2 saat şəhərə gecikdikləri üçün Kamili vurmamaları barədə onlarla razılaşıb oranı tərk etmişlər. Qayıdarkən orada olmuş Yeniyol adlı şəxs də onlara qoşulub gəlmişdir. Yeniyolu da o, oxuduğu məktəbdən üzdən tanıyırmış. Yeniyol Kamilə heç bir zərər verməmişdir, o da onlar kimi Kamilə köməklik etməyə çalışırmış. Qəbirstanlıqdan çıxarkən yolda Kamran adlı şəxsi atası ilə birlikdə maşınla Kamilgil tərəfə getdiyini görmüşdür. Bundan sonra Yeniyol evlərinə getdiyini deyib onlardan ayrılmış, onlar isə şəhərin mərkəzinə gedib “28 mall”dan Məcidə yeni paltar almış. Növbəti gün o, yaşadığı məhəllədə olarkən Məcidin telefonunda Kamilin videosuna baxmışdır. Videoya baxdıqda görmüşdür ki, Kamili butulkaya otuzdururlar və təhqir edirlər. Məciddən videonu kimin ona göndərməsi barədə soruşduqda o, demişdir ki, videonu ona Elxan göndərmişdir. Həmçinin dediyinə görə Elxana da həmin videonu Ayxan göndərmişdir. Onda Kamilin videosu heç bir zaman olmamışdır. Hadisə ilə bağlı onun bundan başqa məlumatı yoxdur. Şahid9 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X14 tanımır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Eynula oğlunu tanıyır. Onunla yaxın münasibəti və ədavəti yoxdur. O, Badamdar qəbirstanlığının axırında asfalt yolda oğlu Kamran ilə hadisə olan gün, günü xatırlmır, maşın sürərkən ərazidə hardasa on beş nəfər uşaq olduğunu və onların dalaşdıqlarını görmüşdür. Onlar həmin ərazini tərk edərkən Kamran dalaşanların içində Zərərçəkmiş şəxs tanıdı. Kamili tanıdıqdan sonra onlar maşını saxlamaq qərarına gəlmişlər. Maşından düşdükdən sonra uşaqlardan nə baş verdiyiyni soruşmuşdur. Onlar da cavab olaraq bildirdilər ki, heç bir məsələ yoxdur, hər şey yaxşıdır. O da şəxsən Kamili tanımamışdır. Kamran Kamilə yaxınlaşdı və ondan şəxsən nə məsələ olduğunu soruşdu. Kamil də öz növbəsində bildirdi ki, ciddi bir problem yoxdur, uşaqlarla xırda söhbətləri var, onu həll edirlər. Uşaqlar da ona dedilər ki, narahat olmayım, söhbətlərini həll edib gedəcəklər. O, Kamilə maşına əyləşməyi təklif etmişdir. Kamil isə bundan imtina etdi, dedi ki narahat olmayım, məsələsini həll edib evə gedəcək. Ona orada olanlardan bir-iki nəfərin üzləri ona tanışı gəldi. O da onlardan atasının adlarını soruşmuşdur Onlardan kimsə bir ad dedi. Amma ona nədənsə elə gəldi ki, o ad səhv bir addır. Bundan sonra uşaqlara polis çağıra biləcəyi barəsində xəbərdarlıq etmişdir. Onlar isə buna ehtyaj olmadığını dedilər. Kamil isə maşına minib getmək təklifindən yenidən imtina etdi, onlar da maşına minib ərazidən getmişlər. Kamiligilin mübahisəsinin səbəbini və sonradan orada nə baş verdiyiyni bilmir. Orada olan uşaqların hamısı cavan idi. O da onların hər birinin üzünü yadda saxlaya bilməmişdir. Orada Kamil sakit dayanmışdı, onda xüsusi heç nə hiss etməmişdir. O, Kamilə qarşı olan hər hansı hərəkəti görməmişdir. Kamilin kiminlə söhbət etməyini xatırlamır. Amma söhbəti sakit edirdilər, orada o, hər hansı bir aqressiya görməmişdir. Oğlanın atasının adını ona görə soruşmuşdur ki, ona ən çox narahat olmayın deyən o idi. Onun özünün əlli iki, oğlunun on doqquz yaşı var. O, uşağları gördüyü yer qəbisrtanlığ deyil idi, çıxacağı, yiyəsiz bir yer idi. O, sosial şəbəkədə hadisə ilə bağlı heç bir video görməmişdir. O, hadisənin təfərrüatı haqqında polisə çağırılanda eşitmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istisntaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid9 Ələsəgər oğlu ibtidai istintaq zamanı göstərmişdir ki, fərdi əməklə məşğul olur. X71 Polşa Respublikasının Varşava şəhərində yerləşən “Vistula” Universitetində ali təhsil aldığından hazırda həmin şəhərdə yaşayır. Kamran həmin universitetin 2-ci kursunda oxuyur. Təhsilini davam etdirmək üçün 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhərindən Varşava şəhərinə getmişdir. Baş vermiş cinayət hadisəsi ilə bağlı onu qeyd edə bilər ki, oğlu Kamran sürücülük vəsiqəsini yeni aldığından avtomobili rahatlıqla idarə edə bilmirmiş. Bunun üçündə o, oğlunun asudə vaxtlarda avtomobili yaxşı idarə edə bilməsi üçün təlim keçirmişdir. 01 oktyabr 2022-ci il tarixdə oğlu Kamranla birlikdə idarə etdiyi “Mercedes” markalı “E class” modelli **-LZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində “Badamdar qəbiristanlığı” adlanan ərazinin yaxınlığına getmişlər. Həmin ərazi yaşayış məntəqələrindən kənarda yerləşdiyindən demək olarki çox maşın olmur, təlim üçün əlverişli yer olduğundan o da buna görə həmin ərazini seçmişdir. Kamran həmin ərazidə avtomobili idarə edərkən Badamdar qəbiristanlığının sonundan 10-12 nəfər oğlu Kamranla eyni yaşlarda olan uşaqların toplaşmasını görmüşdür. Kamrana nə baş verdiyini öyrənmək üçün avtomobili kənara çəkib saxlamasını bildirmişdir. Kamran avtomobili kənara çəkib saxladıqdan sonra o, avtomobildən yerə enmişdir. Onun ardınca Kamranda avtomobildən yerə enmişdir. Həmin zaman oğlu orada olan uşaqların bəzilərini tanıdığını, həmin uşaqlardan bir neçəsinin Badamdar qəsəbəsində yaşadığını, Kamil adlı şəxsin isə onunla eyni məktəbdə oxuduğunu, lakin ondan yaşca kiçik olduğunu bildirmişdir. Onlar nə baş verdiyini soruşmaq üçün həmin uşaqların yanına yaxınlaşmışdır. Bu zaman adını həmin zaman oğlu Kamranın deməsinə görə bildiyi Kamil adlı 16-17 yaşlarında olan bir uşağın ağız hissəsinin qan içərisində olmasını görmüşdür. O, həmin uşaqlardan nə baş verdiyini, Kamili nəyə görə döydüklərini soruşduqda orada olan, digər şəxslərdən bədəncə cüssəli və idman görünüşlü, daha sonralar adını Hüseyn kimi bildiyi şəxs ona “dayı sən çalış baş qoşma bu məsələyə, yoxsa sənində başın ağrıyar” demişdir. O isə onun verdiyi cavaba gülmsəyib oğlu yaşında olduğunu, nəyə görə bir-birləri ilə mübahisə etdiklərini soruşmuşdur. Yenədə Hüseyn ona Kamilin narkotik vasitə olan “patı” çəkdiyini və satdığını, həmin narkotik vasitə olan patını 4 nəfər qız uşağına verərək onunla cinsi əlaqədə olduğunu, bunun üçündə etdiklərinə görə ona layiq olduğu cəzanı verəcəklərini bildirmişdir. Mən isə Kamilə baxdıqda zahiri görünüşcə narkotik vasitə istifadə edən olmadığını, əynindəki geyimin səliqlə olmasını görüb Hüseynin sözü ona inandırıcı gəlməmişdir. Hüseynə “Kamil bir neçə qıza narkotik vasitə veribsə nəyə görə həmin qızların valideynləri bu işə biganə yanaşıb polisə şikayət etməyib? Yəqin ki sizə kim nə söz çatdırıbdırsa yalan deyibdi. Kamilin sifətinə baxdıqda elə uşağa oxşamadığı görünür, əgər bu iş olubdusada belə bu işin həllini yalnız hüquq-mühafizə orqanları edə bilər” deyib onlara irad bildirib bu işə son qoymağı tələb etmişdir. Daha sonra Hüseynin dediklərinin doğru olub-olmamasını öyrənmək üçün Kamildən soruşmuşdur. Kamil isə başını aşağı tutaraq ona heç bir cavab verməmişdir. Həmin zaman Hüseyn ona demişdir ki, əmi narahat olma, sadəcə söhbət edirik, birazdan burdan gedəcik. Hətta buna görədə ona Allaha and vermişdir. O da həqiqətəndə onların uzaqlaşacağını fikirləşib oğlu ilə birgə maşına əyləşib yollarına davam etmişlər. Onlar evə çatdıqdan 3-4 saat sonra Kamil oğlu Kamranın mobil telefonuna zəng edərək əynindəki paltarı pis vəziyyətdə olduğundan gecəni evə getməyəcəyini, əgər onu axtarsalar onu görmədiyiklərini deməyini bildirmişdir. Kamran bununla bağlı ona dedikdə o, Kamilin mobil telefon nömrəsinə zəng edib onun harada olmasını soruşmağını istəmiş, lakin Kamran zəng etdikdə Kamilin mobil telefonuna zəng çatmadığından onunla telefon əlaqəsi saxlaya bilməmişlər. Üzərindən 1 həftə sonra Kamilin sosial şəbəkələrdə videosunun yayıldığını görmüşdür. Ona hadisə zamanı idman cüssəli, yəni sonradan adının Hüseyn kimi bildiyi şəxsin və orada olan digər şəxslərin əxlaqsız hərəkətlər etdiyini görmüşdür. Hadisə zamanı Zərərçəkmiş şəxs həmin yerdən getməyi təklif etməmişdir. Çünki Hüseyn ona Allaha and verərək qəbiristanlıqdan uzaqlaşacaqlarını, Kamillə heç bir işlərinin olmayacağını dediyindən onun verdiyi anda görə səmimiyyətinə inanmışdır. Buna görədə oğlu Kamranla həmin ərazidən uzaqlaşmışdır. Hadisə zamanı Kamillə söhbət edən şəxslərin əllərində heçnə görməmiş, o, oğlu ilə avtomobildən düşən zaman Kamilin başına toplaşıb əlləri ilə Kamili danlayan kimi söhbət etdiklərini, onlar ora yaxınlaşıb nə baş verdiyini öyrəndikdən sonra təxminən 5 dəqiqəyə yaxın müddətdə həmin yerdə qalıb uzaqlaşdıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs tanıyır, onunla dost münasibətində olmuşam. Hazırda əlaqəsi yoxdur. Həmin hadisə baş verdikdən sonra ümumiyyətlə danışmamışlar, görüşməmişlər. Münasibətləriinin olmamasını ədavət kimi qəbul etmək olmaz. Hadisə ilə bağlı onu göstərə bilərə ki, həmin vaxt o, qardaşı ilə marketdə işləmişdir. Kamil də onlara zəng edib demişdir ki, məni buradan götürün. Onlar da taksi sifariş edib onun dediyi yerə gedib Kamili oradan götürmüşlər. Onlar Kamili götürdükdən sonra o, onlara baş vermiş hadisə haqqında danışmışdır. Kamil əvvəlcədən ona zəng edib xahiş etmişdir ki, onlar onunla birlikdə getsinlər. Onlar da onunla birlikdə söhbətin təyin olunduğu yerə getmişlər. Məhz orada dəqiq başa düşmüşlər ki, dava-dalaş olacaq. Elə də oldu, dava-dalaş başladı. Kamil bir neçə nəfər tərəfindən döyüldü. Həmin şəxslərdən yalnız Hüseynin adını xatırlayır. Həmin dava-dalaş da video çəkilişlə müşahidə olundu. Hadisə zamanı Kamilə qarşı butulkadan istifadə olunmuşdur. Butulkadan istifadə etmənin məqsədi Kamili alçatmaq olmuşdur. Onlar söhbətin baş verdiyi yerdən aralıda olmuşlar, olduğumuz yer də dərə kimi bir yer idi. Amma Kamil onları oralarda olan restoran tərəfə çağırmışdır, məhz restoran tərəfdə davadalaş olmalı idi. Onu da qeyd edir ki, Kamil həmin vaxt çox həyacanlı olmuşdur. Kamil qəbirstanlığanecə getdiyini onlara danışmamışdır. Onlar sadəcə olaran onun dalaşdığı uşaqlarla birlikdə getdiyiyni bilmişlər. O, yalnız Kamilin qəbirstanlığa taksi maşını ilə, “Dəyanət” liseyindən olan uşaqlarla birlikdə getdiyini bilir. Kamilin ona özünün qəflətən tutularaq taksi maşınına mindirilib aparılması ilə bağlı deyib-deməməsini xatırlamır. Kamil ona qəbirstanlığa getdiiyni demişdir, amma “qəflətən” sözünü işlətməmişdir. Kamil onunla danışan zaman “oğurluq” sözündən istifadə etməmişdir. Yəni, özünü oğurlanıb qəbirstanlığa aparılması barədə heç nə deməmişdir. Kamil ona butulka ilə ona qarşı seksual xarakterli hərəkətlərin törədilməsi barədə heç nə deməmişdir. Kamil ona yalnız demişdir ki, dava-dalaş videoya çəkilmişdir. Kamil ona onun iştirakı ilə hansısa pornoqrafik materialların çəkildiyini deməmişdir. İbtidai istintaq zamanı bu barədə ifadə verib-vermədiyimi xatırlamır. Şahid Qanuni nümayəndə10 ifadlərində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs3 əvvəldən, Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X14 hadisədən sonra tanmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs onun oğludur. Hadisədən müəyyən vaxt keçdikdən sonra məlumatlı olub. Kamil ona hadisə barədə əvvəlcə danışmayıb, sonra danışanda da hadisənin təfərrüatını açıqlamamışdır. Hadisə barədə bildikdən sonra onlar birbaşa polisə getmişlər. Orada oğlumun izahatından hadisənin necə baş verdiyini öyrənmişdir. Hadisə yerinə əməliyyat qrupu ilə birlikdə özü getmişdir. Onun oğlu təqsirləndirilən şəxsləri hadisədən əvvəl demək olar ki, heç tanımayıb. Oğlunun vaxtıkən məktəbdən çıxarmasının səbəbkarı o, olmuşdur. Məktəb rəhbərliyinin təkidlərinə baxmayaraq, oğlunu məktəbdən çıxarmışdır. çünki uşaqlar dava-dalaş etmişdilər. Dava-dalaşın da səbəbi odur ki, onun uşağı ölsə də sözündən geri çəkilən deyil, həmişə mübahisə edir, özünü irəli çəkir. Həmin davadalaşla əlaqədər oğluna qarşı irəli sürülmüş bütün iddialar, şayələr də əsassızdır. Hamısının yalan olmasını o, aşkara çıxarmışdır. “Dəyanət” liseyində tərbiyəsizlik baş alıb gedir. O da bunları görüb oğlumun orada təhsilini davbam etdirməyə etiraz etmişdir. Hazırkı iş üzrə də bildirmək istəyir ki, bəli, mənim uşağı söyüş söyüb, nalayiq ifadələr işlədib. Buna görə o, hamıdan üzr istəyirəm, çünki bu onlara yaraşmaz. O, videoya tam olaraq baxa bilməmişdir, çünki evdəkilər buna etiraz edirdi, bilirdilər ki, o, bir az çılğın adamdır. Baxın, kim o söyüşləri ilk başladı, kim o təhqilərə əl atdı. Təqsirləndirilən şəxslərin törətdikləri bütün əməllər əvvəlcədən planlaşdırılmış ssenari üzərində həyata keçirilib. Onun bu uşaqlara yazığı gəlmir, onların valideynlərinə yazığı gəlir. Ona görə də o, istintaqa hərtərəfli köməklik etmişdir, indi də onu davam etdirməyə hazırdır. Kamilə tərbiyə vermiş ata kimi oğlunun etdikləri təhqiramiz hərəkətlərindən xəcalət çəkir, utanır. O, təqsirləndirilən şəxslərin valideynlərinə yazığı gəldiyindən onlardan şikayəti və tələbi yoxdur. Bu barədə də ərizə vermişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid Qanuni nümayəndə10 ibtidai istintaq zamanı göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Anasının səhətində problem olduğu üçün 27 sentyabr 2022-ci il tarixdə Salyan rayonu Marışlı kəndinə getmişdir. 28 avqust 2022-ci il tarixdə anası vəfat etdiyindən 1 həftə yas mərasimi keçirmək üçün həmin kənddə qalmışdır. 05 oktyabr 2022-ci il tarixdə Salyan rayonu Marışlı kəndindən Bakı şəhərinə gəlmişdir. O, Salyan rayonunda olduğu ərəfədə oğlu Kamil və qızı Ülkər orta məktəbdə oxuduqlarından və hazırlıq kurslarına getdiklərindən onlar Bakı şəhərində anası ilə birgə qalmışdır. O da onları təhsillərindən ayırmamaq üçün Salyan rayonuna gəlmələrinə icazə verməmişdir. Kənddə olduğu müddətdə daima ailə üzvləri ilə maraqlanırmış. Anasının yas mərasimindən sonra Bakı şəhərinə gəldikdə işlədiyi “X19 Müəssisəsində” 1 həftə rayonda olduğumdan təmir işləri zəifləmiş və verilmiş sifarişlər hazırlanmamışdır. Bunun üçündə Bakıya gəldikdən sonra müəssisədə işçilərlə gecə gec saatlara kimi işləyir, 3-4 saat evdə yatdıqdan sonra yenədə işə qayıdırmış. 07 oktyabr 2022-ci il tarixdə günorta saatlarında evdə olarkən həyat yoldaşı Tərlan Rəhimova ona yaxınlaşaraq yasda olduğundan ona demədiyini, lakin Kamil evdə tanışları ilə telefonla danışarkən onu 10-12 nəfər şəxsin Badamdarda döydüyünü, daha sonra həmin şəxslərin Kamili yenədə döymək üçün Badamdar qəbiristanlığına apardıqlarını, həmin ünvandada Kamili öldürməklə hədələyib daha sonra yenədə döyərək huşsuz hala gətirdiklərini demişdir. O, bu xəbəri eşitdikdən sonra anasının vəfatından sonra ikinci şoku yaşamış, həmin şəxslərin kim olmasını bilmədiyindən oğlunu döyərək xəsarət yetirən şəxslərin müəyyən edilərək barələrində tədbir görülməsi üçün Bakı şəhəri, Səbail Rayon Polis İdarsinin 41-ci Polis Bölməsinə getmişdir. Həmin zaman Kamil dərsdə olmuş, onun polis bölməsinə getməyindən onun məlumatı olmamışdır. Polis Bölməsində oğlunu döyərək xəsarət yetirmələri ilə bağlı məlumat versədə dəqiq olaraq kimlərin döyməsi və xəsarət yetirməsini bilmədiyindən buna görədə oğlu Kamilin dərsdən çıxaraq polis bölməsinə gəlməsini gözləmişdir. Təxminən 17 radələrində Kamil dərsdən çıxdıqdan sonra o, onu götürərək polis bölməsinə gəlmişdir. Polis əməkdaşlarının Kamillə söhbət zamanı məlum olmuşdur ki, həmin şəxslər heç bir əsas olmadan oğlu Kamili Bakı şəhəri Səbail rayonu 236 saylı məktəbin, “köhnə ças” kimi adlanan ərazinin yaxınlığında döyərək daha sonra Badamdar qəbiristanlığına apararaq orada onu yenidən döyüb, skoçla ağzını bağlamalarını, elektroşok və bıçaq nümayiş etdirərək Kamili qorxudub üzərində əxlaqsız hərəkətlər etdiklərini, yəni butulkanın üstündə oturtmalarını, daha sonra həmin anları videoya çəkərək öz aralarında paylaşmalarını öyrənmişdir. Həmin zamana kimi o, sadəcə Kamili döymələrini bilirmişdir. Bu hal polis bölməsində olarkən ona məlum olmuşdur. Buna görədə başqa bir hadisə baş verməsin deyə Səbail Rayon Polis İdarəsinin 41-ci Polsi bölməsində ərizə yazaraq yetkinlik yaşına çatmayan övladı Kamilə qarşı həmin əxlaqsız hərəkətləri törədən şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. 41-ci Polis Bölməsinin əməkdaşlarının operativ xidməti nəticəsində oğlu Kamilə qarşı cinayət əməli törədən şəxslərin bir neçəsinin Badamdar qəsəbəsində yaşadığını, həmin şəxslərin Kamili tanıdıqlarını bilmişdir. Oğlu Kamildən hadisənin nə səbəbdən baş verməsini soruşduqda o, tanışı olan Fatimə adlı köhnə sinif yoldaşı ilə şəkil çəkdirdiyi üçün Bəylər adlı X20 oxuyan sinif yoldaşının Fatiməyə Kamilin “Biləcəri p....ri” olmasını deməsi üstündə yarandığını, Kamilə də bu söz pis təsir etdiyindən Fatimədən Bəylərin mobil telefon nömrəsini alaraq həmin sözün səbəbini və ona nəyə görə həmin sözü deməsini öyrənmək üçün zəng etməsi üstündə yarandığını demişdir. Oğluna qarşı cinayət əməli törədən şəxslər heç bir əsas olmadan guyaki Kamilin narkotik vasitə olan “patı” çəkdiyini və həmin narkotik vasitəni qızlara verərək 4 qızı zorladığını, buna görədə onu cəzalandırmaq üçün döydüklərini bildirmişlər. Bildirmək istəyir ki, oğlu Kamil narkotik vasitə istifadə etmir və heç bir qıza qarşı cinsi zorakılıq etməmişdir. Oğluna qarşı həmin cinayət əməlini törədən şəxslər heç bir əsas olmadan onun ləyaqətini alçaldıb, daha sonrada videoya çəkib paylaşmışlar. Hazırda oğluna qarşı cinayət əməli törədən şəxslərin hər birindən şikayətçidir və onların qanunvericilklə nəzərdə tutulmuş cəzanı almasını xahiş edir.» Şahid14 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X14 tanıyır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs da tanıyır onun oğludur. Onlarla ədavətləri olmayıb. O, “Dəyanət” liseyində oxuyarkən birlikdə idman ilə məşğul olmuşdur. Hadisəni tam xatırlamır, çünki üstündən çox vaxt keçibdir. Kamil demişdir ki, onlarla onun dava-dalaşı olmuşdur. O, isə onları məktəbin qarşısında görmüşdür. Onun tanışı ona Kamildən eşitdiklərini danışmışdır. O, özü də həmin uşaqları Kamil ilə birlikdə məktəbin qarşısında görmüşdür. Onların orada toplaşmağı ona qəribə gəlmişdi, ona görə də ora yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid14 ibtidai istintaq zamanı göstərmişdir ki , Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayından tanıyır. Onunla tanışlığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “XB fitness” zalından yaranmışdır. Həmin zala X52 məzun olmuş, hazırda Azərbaycan Tibb Universitetində təhsil alan dostu Aminlə birlikdə getdiyindən Amin Kamili tanıdığı üçün onu tanış etmiş, həmin zamandan sonra ünsiyyəti yaranmış və həmin zalda idman etmişlər. İdmana getdikləri günlər Kamillə görüşür, zaldan çıxdıqdan sonra kafeyə gedir, oyun zallarından oyun oynayırmışlar. Sumqayıt Dövlət Universitetində təhsil aldığından Badamdar qəsəbəsindən tanıdığı, həmçinin Bakı şəhəri, Səbail rayonu, 236 saylı məktəbdə paralel siniflərdə oxuduğu Şahid7 ilə universitetə bəzi vaxtlarda birlikdə gedib-gəlirlər. 2022-ci ilin oktyabr ayının 3-də səhər saat 07 radələrində yuxudan oyanıb əl-üzünü yumuşdur ki, istifadəsində olan +**********73 mobil nömrəsinə Şahid7 xatırlamadığı mobil nömrəsindən «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə video gəldiyini görmüşdür. Həmin video göndərənin «WhatsApp» proqramında olan seçiminə əsasən baxdıqda sonra silinəcək imiş. Həmin videogörüntülərdən dostu Amin vasitəsi ilə tanıdığı məşq yoldaşı Kamili bir neçə nəfərin nalayiq sözlərlə təhqir etməsi, döyməsi və butulkanın üstündə oturtması görünürmüş. Videoya baxdıqdan sonra video silinmiş, o da Bəhlula cavab yazmadan evdən çıxaraq universitetə getmişdir. Saat 08 radələrində Bəhlulla Sumqayıt Dövlət Universitetinin həyətində görüşmüşdür. Bəhluldan həmin videonun nə olmasını soruşduqda o, Dəyanətdən bir nəfər şəxsin Kamilin “p....r” olması barədə bir qıza söz dediyini, həmin qızın Kamilin dostu olduğu üçün bu sözü Kamilə çatdırdığını, Kamillə həmin Dəyanətdəki oğlanın mübahisəsi yarandığını, buna görədə 01 oktyabr 2022-ci il tarixdə saat 18:00-da Yasamalda görüşəcəklərini, lakin həmin şəxslərin Kamilin hazırlıq kursundan çıxacağı saatı öyrənib 10-12 nəfər şəxslə birlikdə onu Badamdar qəsəbəsində tutaraq 236 saylı məktəbin yaxınlığına apardıqlarını, orada onu döyərək elektroşokla qorxudub, ağzına maska geydirib daha sonra taksiyə mindirərək Badamdar qəbiristanlığına apardılarını, qəbiristanlıqda Kamilin bir neçə qıza narkotik vasitə olan patı verərək zorladığını, həmin qızların videosunu çəkərək yaydığını etiraf etdiyini, buna görədə Kamili cəzalandırmaq üçün butulkanın üstündə oturtuqlarını bildirmişdir. O, həmin videonun montoj edildiyini və inanmadığını bildirdikdə Bəhlul yenədə Kamilin Badamdar qəbiristanlığında çəkilmiş videosunu ona göndərmişdir. Bəhlul həmin videoçəkilişi ona Dəyanət liseyində oxuyan Ayxanın göndərdiyini, Elmir və Məcid adlı şəxslərində həmin videoçəkilişləri Badamdar qəsəbəsində paylaşdığını bildirmişdir. Daha sonra Bəhlulla sağollaşıb dərsə getmişdir. Xatırladığı qədəri ilə dərs bitdikdən sonra istifadəsinə olan +**********73 mobil nömrəsindən Kamilin istifadəsində olan +**********31 mobil nömrəsinə zəng edib necə olduğunu və nə problemi olduğunu soruşmuşdur. Kamil yaxşı olduğunu, hazırda anası ilə birgə olduğu üçün danışa bilmədiyini demişdir. Ona videosunun çəkilib-çəkilmədiyini soruşduqda Kamil elə bir videçəkilişinin olmadığını bildirib telefonu söndürmüşdür. Sabahkı gün Kamilə «WhatsApp» ünsiyyət proqramı vasitəsi ilə mesaj yazaraq necə olmasını soruşmuşdur. O, yaxşı olduğunu dedikdən sonra «WhatsApp» ünsiyyət proqramı vasitəsi ilə ona zəng etmişdir. Həmin zaman telefona başqa bir şəxs cavab vermişdir. Həmin şəxs adının Miri olduğunu, Kamilin böyük dostu olmasını bildirmişdir. Miridən Kamilin necə olmasını, onunla danışa bilib-bilməyəcəyini soruşduqda Miri sabah Yasamala gəlməyini, öz kafesində onu qonaq edəcəyini, həmin məsələni orada danışacaqlarını bildirmişdir. O da etiraz etməyərək onunla razılaşmışdır. Miri istifadəsində olan mobil nömrəsini göndərəcəyini, kafeyə gələrkən onunla əlaqə saxlamağını bildirmişdir. Sabahkı gün yəni 05 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində dostu Ehtiramla görüşmüşdür. O da onlarla birlikdə idmana getdiyi üçün Kamili oradan tanıyırmış. Ehtirama Kamilin bir neçə gün bundan əvvəl söhbətinin düşdüyünü deyib onunun vəziyyətini öyrənmək üçün Yasamal gedəcəyini bildirmişdir. Ehtiramda bekar olduğundan onunla birlikdə Yasamala getmək istədiyini demişdir. Ehtiramla birlikdə Yasamalda Nəşriyyat adlanan yerin yaxınlığına çatdıqda Mirinin istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edib kafenin harada olmasını soruşmuşdur. Miri Nəşriyyatın yaxınlığındakı məsciddən biraz yuxarı qalxdıqdan sonra kafeni görəcəklərini bildirmişdir. Onlar biraz yuxarı qalxmışdır ki, Kamilin marşurutdan düşdüyünü görmüşlər. Buna görədə Kamillə görüşüb kafeyə getmişlər. Kafedə Kamildən nə olduğunu soruşduqda Miri Kamilə danışmağa icazə verməyib 10 nəfərin Kamili döyərək videosunu çəkdiyini, həmin videoları kimlərin paylaşdığını bildiyini demişdir. Kamil onun videosunun onda olub-olmadığını soruşmuş, əgər varsa silməyini tələb etmişdir. O da videonun onda olduğunu, lakin sildiyini bildirmişdir. Kamil son silinənlərdə videonun qalacağını bildirib mobil telefonunu ondan alaraq telefonun son silinənlər bölməsindən videonu tapıb həmin videonu Mirinin istifadəsində olan mobil nömrəyə göndərmişdir. Bundan sonra Kamil həmin şəxslərin onu elektroşok və bıçaqla qorxuzduqlarını, daha sonra onu döydüklərini, həmin məsələ ilə bağlı günahının olmadığını, hamıya onu yaxşı oğlan kimi tanıtmalarını xahiş etmişdir. Təxminən kafedə yarım saat oturduqdan sonra Kamil və Ehtiramla birgə marşurutla Badamdar qəsəbəsinə getmişlər. Həmin zamandan sonra Kamillə heç bir əlaqə saxlamamış, hətta idman zalına getsə də onu orada görməmişdir. Həmin videoçəkilişi onun mobil telefonundan yalnız Zərərçəkmiş şəxs özü dostu Mirinin mobil telefonuna göndərdiyini bildirmişdir. Şahid13 ifadələrində göstƏrdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X14 tanımır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs da tanıyır, onu bir dəfə görmüşdür. Onunla da münasibətləri yoxdur. Tarixi xatırlmır, Kamil özü ona danışmışdır ki, Yasamal ərazisində olan evinə gedərkən də bir neçə nəfər ilə davadalaşı olmuşdur. Dostunun telefonunda Kamilin döyüldüyünü əks etdirən video var idi. O da həmin videoya da baxmışdır. Dava-dalaşın səbəbləri ona məlum deyil. Kamildən bu barədə soruşmamışdır. Videonu Miri adlı şəxsin telefonunda görmüşdür. Həmin videonu Kamil özü Miri adlı şəxsə özü göndərmişdi. Videonu onun dostunun telefonuna kimsə atmışdı, dostu da videonu silmişdi. Lakin həmin video onun telefonunun zibil qutusunda qalmışdır. O da oradan görmüşdür. Kamil özü də hadisə barədə danışmışdı. Amma danışdığını qəqiq xatırlamır. Kamil danışmışdır ki, bir neçə nəfər tərəfindən döyülmüşdür. Onsuz da o, Kamili döyən şəxslərdən heç birini tanımır. O,özü məhz Kamilin özünün Miri adlı şəxsə video göndərməsini görmüşdür. Başqa şəxslərin həmin videonu kiməsə göndərmələri barədə onda məlumat yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istisntaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid13 ibtidai istintaq zamanı göstərmişdir ki, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İqtisad və Menecment fakulətsinin İqtisadiyyat ixtisası üzrə 1-ci kursunda ali təhsil alır. Şahid14 onun dostudur. Onunla sinif yoldaşı olmuşdur. Tarixi dəqiq xatırlamasa da 2022-ci ilin oktyabr ayının əvvəllərində Elsun istifadəsində olan ***-***-**-** mobil nömrəsində istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək görüşmək istədiyini bildirmişdir. O, etiraz etmədiyindən Elsunla Səbail rayonu Badamdar qəsəbəsində görüşmüşdür. Elsun onlarla birlikdə idmana gedən Kamilin bir neçə gün bundan əvvəl söhbətinin düşdüyünü, bunun üçündə onun vəziyyətini öyrənmək üçün Yasamal gedəcəyini bildirmişdir. Elsun Kamilin onlarla birlikdə idmana getdiyini desədə o, Kamilin kim olmasını xatırlamamışdır, həmçinin Elsun Kamilin səhətinin necə olduğunu öyrənmək üçün görüşmək istədiyini dediyindən o, problemli bir şey olmadığını düşünüb etiraz etmədən onunla razılaşıb birlikdə marşurutla Bakı şəhəri Yasamal rayonu, Nəşriyyat adlanan yerin yaxınlığına getmişlər. Onlar Nəşriyyata çatdıqdan sonra marşrutdan düşüb orada olan Məscid istiqamətində hərəkət etmişdir. Bu zaman Elsun Məscidin yaxınlığında bir nəfərlə görüşmüşdür. Həmin zaman ona məlum olmuşdr ki, Elsunun görüşdüyü şəxs Kamildir. O, Kamili ilk dəfə olaraq orada görmüşdür. Onunla birlikdə Badamdar qəsəbəsində idmana getsəklərdə gördüyünü xatırlamırmış. Kamil və Elsunla birlikdə biraz yuxarı qalxdıqdan sonra çay evinə getmişlər. Xatırladığı qədəri ilə çay evinin müdirinin adı Miri olmuş, sonuncu Kamilin yaxın dostu olduğunu onlara demişdir. Kafedə oturub çay içərkən Elsun Kamildən nə baş verdiyini, kimlərlə söhbətinin düşdüyün soruşmuşdur. Kamil də hazırlıqdan çıxarkən 10 nəfərin onun üstünə gələrək tutub əlqolunu bağlayıb döydüklərini, daha sonra onu Badamdar qəbiristanlığına apardıqlarını, onu yenidən döyərək butulkanın üstündə oturtduqlarını, həmin şəxslərin onu elektroşok və bıçaqla qorxuzduqlarını, həmin məsələ ilə bağlı günahının olmadığını, hamıya onu yaxşı oğlan kimi tanıtmalarını bildirmişdir. Həmin zaman Miridə Kamilin dediklərini təsdiq etmişdir. Daha sonra X64 butulka üstündə oturmasını əks etdirən videoçəkilin onda olub-olmamasını soruşduqda Elsun videonun ona göndərildiyini, lakin sonradan sildiyini bildirmişdir. Kamil bəlkədə həmin çəkilişlərin telefonun zibil qutusunda olduğunu deyərək Elsundan telefonunu alıb baxmağı xahiş etmişdir. Elsunda telefonu Kamilə verdikdən sonra Kamil özünün butulka üstündə oturmasını əks etdirən videoçəkilişi zibil qutusundan geri yükləmiş, daha sonra həmin videoçəkilişi dostu Mirinin telefonuna göndərmişdir. Kamil videoçəkilişi göndərdikdən sonra həmin videoçəkilişi kimlərin yaydığını axtardığını, onları şikayət edəcəyini bildirmişdir. Təxminən kafedə yarım saat oturduqdan sonra Kamil və Elsunla birgə marşurutla Badamdar qəsəbəsinə getmişlər. Həmin zamandan sonra Kamillə heç bir əlaqə saxlamamış və onu görməmişdir. Zərərçəkmiş şəxs butulka üstündə oturmasını əks etdirən videoçəkilişi Yasamalda yerləşən Mirinin kafesində olarkən görmüşdür. Zərərçəkmiş şəxs Elsunun mobil telefonunda videonu Mirinin telefonuna göndərdikdən sonra Mirinin telefonunda baxarkən həmin videoçəkilişi görmüşdür. Həmin videçəkiliş onda yoxdur, ona heçkim göndərməmişdir. Elsuna həmin videogörünütün kimin göndərməsi barədə heç bir məlumatı yoxdur. Şahid11 Şücaət oğlu ifadələrində göstərdi ki, təqsirləndirilən şəxslərdən heç kəsi tanımır, onlarla ədavəti yoxdur. O, Yasamal rayonu ərazisində yaşayır. Hadisə günü işə gedərkən ona Kamil zəng etmişdir. Onun harada olduğunu soruşduqdan sonra Kamil ondan xahiş etmişdir ki, o, Kamili kafenin yanından götürsün və Yasamala çatdırsın. Həmin söhbətdən sonra o, taksi sifariş verib Kamilin dalınca getdi. Kamili götürdükdən sonra onlar birlikdə Yasamala getdilər. O, Kamildən nə baş verdiyini soruşdu, Kamil isə ona cavab olaraq bildirmişdir ki, dava-dalaşda iştirak etmişdir. Sonra isə o, Kamil ilə sağollaşıb işə getdi. Kamilin butulka üzərində oturmasını əks etdirən video görüntüləri o, “Tik-tok” sosial şəbəkəsində gördü. Həmin görüntüləri ona heç kəs göndərməmiş və həmin video görüntülər onun mobil telefonunda yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid11 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2019-cu ildən tanıyır. Onunla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 329 saylı tam orta məktəbdə tanış olmuşlar. Belə ki, o, həmin məktəbi 2021-ci ildə bitirmiş və Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur. Məktəbdə 11-ci sinifdə təhsil alarkən Kamil 9-cu sinifdə təhsil alırmış. Həmin vaxtlardan onunla tanışlığı yaranmışdır. Universitetə daxil olduqdan sonra Kamillə əlaqəsi olmamış, 2022-ci ilin təxminən avqust ayından yenidən əlaqə saxlamağa başlamışdır. Kamil onun istifadəsində olan +**********73 mobil nömrəsinə istifadəsində olan +**********31 mobil nömrədən “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə mesaj yazaraq yeni nömrəsinin olduğunu, nə işlə məşğul olduğunu soruşaraq onunla hal-əhval tutmuşdur. Bakı şəhəri, Yasamal rayonu, “1 saylı” ASAN Xidmətin yaxınlığında yerləşən marketdə kassir işlədiyindən, işlədiyi yer barədə Kamilə məlumat verdiyindən o, bir neçə dəfə həmin mağazaya gəlmiş və onunla görüşmüşdür. Onunla birlikdə qardaşı Şahid12 bəzi vaxtlarda marketə onun yanına gəlir, onu nahar fasilələrində əvəz edirmiş. Kamil qardaşı Ruslanıda oxuduqları məktəbdən tanıyır. İşlədiyi marketin yaxınlığında “Qədir Xum” adlı kafe olduğundan orada Minbudaq adlı bir şəxs ofisiant olaraq işləyir. Onu öz aralarında “Miri” deyə çağırırmışlar. Kamil işlədiyi marketə gələrkən bir neçə dəfə “Qədir Xum” adlı kafedə nahar etmişlər. Həmin zaman Kamil orada Minbudaqla tanış olmuş, sonradan onunla yaxın dostluq münasibətləri yaranmışdır. 01 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan +**********31 mobil nömrəsindən istifadəsində olan +**********73 mobil nömrəyə zəng edərək həyəcanlı şəkildə harada olduğunu soruşmuşdur. Onun qaçdığı üçün nəfəsinin daraldığını hiss edib nə baş verdiyini soruşduqda Kamil heçnə olmadığını, tez gəlib onu “Wooden house” adlı restoranın yaxınlığından götürməyini xahiş etmişdir. Yenədə işə qardaşı Ruslanla getdiyindən o onun yanımda olmuşdur. Kamilin həyəcanlı şəkildə ona zəng etməsinə narahat olduğu üçün yenədə nə baş verdiyi soruşduqda o heçnə deməmişdir. Taksidə olduğu və Səbail rayonu Badamdar qəsəbəsində yaşadığından Kamilin qeyd etdiyi restoran yaxınlıqda yerləşdiyindən taksi ilə həmin ünvana getmişdir. Kamilin ona zəng etməsindən təxminən 10 dəqiqə sonra onun yanında olmuşdur. Kamilin dediyi restoran “Dərə yolu” kimi biliyi yolun giriş hissəsində olmuşdur. Onlar restoranın yaxınlığına çatdıqda Kamilin restoranın qarşısında onları gözlədiyini görmüş və o “Wooden house” adlı restoranın qarşında taksiyə əyləşmişdir. Taksidə olarkən ondan nə baş verdiyini soruşduqda Kamil heçnə deməmişdir. Lakin onun ağız nahiyyəsində qan olmasını görüb onun dava etdiyini düşünmüşdür. Taksidə olarkən Kamil demək olarki heç bir söz deməmişdir. Yasamal rayonunda işlədiyi marketin yaxınlığında taksidən enmişdir. İş saatının başlamasına biraz vaxt qaldığı üçün Kamillə birlikdə “Qədir Xum” adlı kafeyə getmişdir. Kafedə ofisiant işləyən Minbudaqda kafedə olmuşdur. Kafedə masaların birində əyləşib çay sifariş verib Kamildən yenədə nə baş verdiyi soruşmuşdur. Minbudaqda Kamilin həyəcanlı olmasını görüb nə baş verdiyini soruşduqda Kamil günorta saatlarında hazırlıqdan çıxarkən 10-12 nəfərin qəflətən onu arxadan tutaraq taksiyə mindirib Badamdar qəbiristanlığa apardıqlarını, həmin ünvanda onu döydüklərini, onu döyən şəxslərin əvvəl təhsil aldığı Dəyanət Liseyinin uşaqları olduğunu demişdir. Minbudaq nəyə görə əvvəlki sinif yoldaşlarının onu döyməsini soruşduqda Kamil onlarla əzəldən münasibətinin yaxşı olmadığını, buna görədə onu döydüklərini demişdir. Kamilin dediklərini inandırıcı gəlmədiyi üçün onlar nə qədər dəqiq səbəbini ondan öyrənməyə çalışsalarda Kamil heç bir məlumat verməmişdir. O da problem yaşamamaq üçün və Kamilin yalan dediyini düşündüyündən qardaşı Ruslanla birlikdə “Qədir Xum” kafesindən çıxaraq işlədiyi marketə getmişlər.Yolda qardaşı Ruslana Kamillə əlaqəsini kəsməyini, onun problemli uşaq olmasını bildirmişdir. Qardaşıda dediklərini təsdiq edərək onunda Kamildən uzaq durmağımı xahiş etmişdir. Axşam saat 23 radələrində Minbudaq marketə alış-veriş etmək üçün gələrək Kamilində onlardan sonra kafedən çıxıb getdiyini demişdir. Minbudaq marketdən getdikdən sonra qardaşı Ruslana Kamilin yəqinki kafedə yanından getdikləri üçün onlardan küsdüyünü, elə buna görədə onunla tamamilə əlaqə saxlamamasını bildirmişdir. Həmin hadisədən təxminən 10 gün sonra Minbudaq işlədiyi marketə gələrkən Kamilin onun yanına gəldiyini, onu döyən şəxslərdən şikayət etdiyini, araşdırmanın Bakı şəhər Baş Polis İdarəsində aparıldığını, həmin şəxslərin artıq tutulduğunu, Kamili döyən şəxslərin həmin vaxtı “sarıkız” butulkasının üzərində oturtduqlarını bildirmişdir. 01 oktyabr 2022-ci il tarixdən hazırki vaxtadək Kamillə nə onun, nədəki qardaşı Ruslanın əlaqəsi olmamışdır. Kamilin butulka üzərində oturulma videosunu “Tik-tok” sosial şəbəkəsində görmüşdür. Həmin videonu ona heçkim göndərməmiş və həmin video onun mobil telefonunda yoxdur. “Wooden house” adlı restoran Badamdar qəbiristanlığının yolunda olsada biraz uzaq məsafədə yerləşir. Kamil restoranın yaxınlığına qaçaraq gəldiyini zənn edir. Çünki onu görərkən nəfəs almaqda çətinlik çəkirmiş. Yasamalda Mirinin işlədiyi kafedə oturarkən Kamil sadəcə olaraq onu döydüklərini demiş, onun butulkanın üstündə oturtması ilə bağlı heç bir məlumat verməmişdir. Həmin şəxslərin Kamilin butulka üstündə oturtmalarını hadisədən təxminən 10 gün sonra Minbudaqdan öyrənmişdir. Şahid12 Şücaət oğlu ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxslər kimi ona təqdim olunan Təqsirləndirilən şəxs4, Hüsyenov Bəylər oğlunu,Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3 tanmır. O özü Yasamal rayonu ərazisində yaşayır. İşə gedərkən ona Kamil zəng elədi. Harada olduğunu soruşduqdan sonra xahiş etdi ki, onu kafesinin yanından götürüb onu Yasamala çatdırım. Ondan sonra o da taksi sifariş verib Kamilin dalınca getmişdir. Kamili götürüb onunla birlikdə Yasamala getmişlər. Kamildən nə baş verdiyini soruşanda köhnə məktəbin uşaqları ilə dava dalaşda iştirak etdiyini dedi. Kamil onun zorla maşına oturdulması barədə heç nə danışmamışdır. Onun ancaq Kamilin dava-dalaşda iştirak etməyi barədə məlumatı olub. O,Kamili Yasmala gətirib oradan işə getmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid12 Sücaat oğlu ibtidai istintaq zamanı göstərmişdir ki Zərərçəkmiş şəxs 2019-cu ildən tanıyır. Onunla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 329 saylı tam orta məktəbdə tanış olmuşdur. Belə ki, o, həmin məktəbi 2022-ci ildə bitirmiş və Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur. Məktəbdə 11ci sinifdə təhsil alarkən Kamil 10-cu sinifdə təhsil alırmış. Həmin vaxtlardan onunla münasibəti olsada yaxın ünsiyyət saxlamamışdır. Lakin Kamilin istifadəsində olan +**********31 mobil nömrəsi onda olduğundan “Whatsapp” ani mesajlaşma mübadilə sistemində bir-birilərinin paylaşdıqları paylaşımlara rəy bildirirmişlər. 2022-ci ilin iyul ayından Bakı şəhəri, Yasamal rayonu “1 saylı” ASAN Xidmətin yaxınlığında yerləşən marketdə işləməyə başlamışdır. Daha dəqiq desə marketdə qardaşı Şahid11 kassir kimi işləyirmiş, O da qardaşına bəzi vaxtlarda köməklik edirmiş. Marketdə olarkən “whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə paylaşımlar edirmiş. Həmin paylaşımların birinə Kamil rəy yazaraq harada işləməyini ondan soruşmuşdur. O da işlədiyi yer barədə ona məlumat verdikdə Kamil Yasamaldakı hazırlıq kursuna yaxın yer olduğunu bildirib həmin vaxtdan sonra bəzi vaxtlarda onları, yəni qardaşı Babəki və onu görmək üçün marketə gəlirmiş. İşlədiyi marketin yaxınlığında “Qədir Xum” adlı kafe olduğundan orada Minbudaq adlı bir şəxs ofisiant olaraq işləyirmiş. Onu öz aralarında “Miri” deyə çağırırmışlar. Kamil işlədiyi marketə gələrkən qardaşı ilə həmin kafedə çörək yeyərkən Minbudaqla tanış olmuş, sonradan onunla yaxın dostluq münasibətləri yaranmışdır. 01 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində qardaşı Babəklə Yasamala marketə işə getmək üçün yaşadıqları Səbail rayonu Badamdar qəsəbəsindəki evdın çıxıb taksi sifariş verib taksi gözləyirmişlər ki, Zərərçəkmiş şəxs istifadəsində olan +**********31 mobil nömrəsindən qardaşı Babəkin istifadəsində olan +**********73 mobil nömrəyə zəng etdiyini görmüşdür. Babək danışığı bitirdikdən sonra ondan nəyə görə Kamilin zəng etdiyini soruşduqda qardaşı Kamilin həyəcanlı şəkildə Badamdarda yerləşən “Wooden house” adlı restoranın yaxınlığından onu götürməyini xahiş etdiyini demişdir. Babək telefonu bitirdikdən sonra taksi avtomobili onların yanına yaxınlaşmışdır. Onlar taksiyə sifarişi dəyişdirdirdiklərini, “Wooden house” adlı restoranın yaxınlığından bir nəfər şəxsi götürəcəklərini, ondan sonra Yasamal gedəcəklərini bildirmişlər. Taksidə onlarla razılaşaraq “Wooden house” adlı restoranın yaxınlığına getmişdir. Kamilin qardaşına zəng etməsindən təxminən 10 dəqiqə sonra onun yanında olmuşlar. Kamilin dediyi restoran “Dərə yolu” kimi biliyi yolun giriş hissəsində olmuşdur. Onlar restoranın yaxınlığına çatdıqda Kamilin restoranın qarşısında onları gözlədiyini görmüşlər və o “Wooden house” adlı restoranın qarşında taksiyə əyləşmişdir. Taksidə olarkən onlar Kamildən nə baş verdiyini soruşduqda Kamil heçnə deməmişdir. Lakin onun ağız nahiyyəsində qan olmasını görüb onun dava etdiyini düşünmüşdür. Taksidə olarkən Kamil demək olarki heç bir söz deməmişdir. Yasamal rayonunda işlədiyi marketin yaxınlığında taksidən enmişdir. İş saatının başlamasına biraz vaxt qaldığı üçün Kamillə birlikdə “Qədir Xum” adlı kafeyə getmişlər. Kafedə ofisiant işləyən Minbudaqda kafedə olmuşdur. Kafedə masaların birində əyləşib çay sifariş verib Kamildən yenədə nə baş verdiyi soruşmuşlar. Minbudaqda Kamilin həyəcanlı olmasını görüb nə baş verdiyini soruşduqda Kamil günorta saatlarında hazırlıqdan çıxarkən 10-12 nəfərin qəflətən onu arxadan tutaraq taksiyə mindirib Badamdar qəbiristanlığa apardıqlarını, həmin ünvanda onu döydüklərini, onu döyən şəxslərin əvvəl təhsil aldığı Dəyanət Liseyinin uşaqları olduğunu demişdir. Minbudaq nəyə görə əvvəlki sinif yoldaşlarının onu döyməsini soruşduqda Kamil onlarla əzəldən münasibətinin yaxşı olmadığını, buna görədə onu döydüklərini demişdir. Kamilin dediklərini inandırıcı gəlmədiyi üçün onlar nə qədər dəqiq səbəbini ondan öyrənməyə çalışsalarda Kamil heç bir məlumat verməmişdir. Daha sonra qardaşı Babək ona işə gecikdiklərini deyərək kafedən çıxmağını tələb etmişdir. Yolda qardaşı Babək ona Kamillə əlaqəni kəsməyini, onun problemli uşaq olmasını bildirmişdir. O da onunla razılaşaraq onunda Kamildən uzaq durmasını xahiş etmişdir. Həmin hadisədən təxminən 10 gün sonra qardaşı Babək Minbudaqın marketə gələrək Kamilin onun yanına gəldiyini, onu döyən şəxslərdən şikayət etdiyini, araşdırmanın Bakı şəhər Baş Polis İdarəsində aparıldığını, həmin şəxslərin artıq tutulduğunu, Kamili döyən şəxslərin həmin vaxtı “sarıkız” butulkasının üzərində oturtduqlarını dediyini bildirmişdir. 01 oktyabr 2022-ci il tarixdən hazırki vaxtadək Kamillə nə onun, nədəki qardaşı Ruslanın əlaqəsi olmamışdır. Kamilin butulka üzərində oturulma videosunu Minbudaqın telefonunda görmüşdür. Həmin videonu ona heçkim göndərməmiş və həmin video onun mobil telefonunda yoxdur. “Wooden house” adlı restoran Badamdar qəbiristanlığının yolunda olsada biraz uzaq məsafədə yerləşir. Kamil restoranın yaxınlığına qaçaraq gəldiyini zənn edir. Çünki onu görərkən nəfəs almaqda çətinlik çəkirmiş. Yasamalda Mirinin işlədiyi kafedə oturarkən Kamil sadəcə olaraq onu döydüklərini demişdir. Onu butulkanın üstündə oturtmaları ilə bağlı heç bir məlumat verməmişdir. Kamilin butulka üstündə oturtmalarını hadisədən təxminən 10 gün sonra Minbudaqın deməsinə görə qardaşından öyrənmişdir. Daha sonra Minbudaq öz mobil telefonunda Kamilin butulkanın üstündə oturulması videosunu ona göstərmişdir. Şahid15 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X14 hadisə ilə bağlı tanıyır. Əvvəllər onları tanmayıb, onlarla ədavəti yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs da tanıyır. Təqsirləndirilən şəxslər Kamil ilə məktəbin yaxınlığında dalaşırdılar. O, isə onları aralamağa çalışmışdır. Qəflətən həmin məkandan müəllimə keçdi. Hamısı müəllimə ilə salamlaşmışlar. Bundan sonra söhbət kənar yerdə davam etdirildi. Sonra isə o, öz işi ilə əlaqədar oradan uzaqlaşmışdır. Hadisə xatırladığı qədər sentyabr ayından sonra baş vermişdi. Hər halda onu xatırlayır ki, hadisə onun ad günümdən sonra olmuşdur, amma dəqiq tarixi göstərə bilmi. 2022-ci ilin sentyabr ayı idi. Hadisənin baş verməsinin səbəblərini bilmir, sadəcə onu bilir ki, kifayət qədər aqressiv bir davadalaş oldu. Dava-dalaşın səbəblərini bilmədən söhbətə müdaxilə etmişdir, orada olan uşaqlara mübahisəni məktəbin yaxınlığında yox, başqa bir yerdə davam etdirmələrini təklif etmişdir. Ondan sonra da göstərdiyi kimi, ərazidən müəllimə keçdi və uşaqlar başqa yerdə söhbətlərini davam etdirdilər. O, qəbirstanlığa getməmişdir. O, Kamilin digərləri tərəfindən döyülməsini görməmişdir, sadəcə bir-iki dəfə qulağından vurulduğunu görmüşdür. Həmin anlarda da o, araya girərək dava-dalaşı dayandırmağa cəhd etmişdir. Hadisə zamanı elektroşoker görməmişdir. Hadisə zamanı skotç görmüşdür, lakin onun nə vəziyyətdə, yəni açılmış yoxsa bağlanmış şəkildə olduğunu xatırlamır. Kamil ondan kömək istəməmişdir. Uşaqlar isə ona demişlər ki qırağa çəkilim, başını ağrıtma, o isə onların dediklərinə reaksiya verməyib dalaşanları aralamağa çalışmışdır. Dava-dalaş zamanı mən Kamili döyənlərin üzlərinə baxmadığına görə hal-hazırda onları tanıya bilmir. Məktəbin yaxınlığında baş vermiş dava-dalaşın başlanılmasından əvvəl kiminsə Kamilə yaxınlaşıb onu qucaqlayıb hadisə yerinə aparması halını tam xatırlamır, ona görə də təstiq edə bilmir. Elan olunan ifadəmin heç bir hissəsi yadına gəlmir. Dava zamanı Taksi maşının sifariş edilməsi epizodu yadında deyil. Hadisə on ay bundan əvvəl baş vermişdir. Ona məhkəmədə bu cür ifadə verməyim üçün heç kəs ona təsir göstərməyib. Onun ağlında ancaq dərs oxuyaraq imtahanlara hazırlaşmaq var. Bunlar onun üçün baş vermiş dava-dalaşdan daha vacibdir. Ona görə də vaxtıkən baş vermiş hadisənin hallarını xatırlamamağı normaldır. Yenə də deyir ki, hadisənin bütün hallarını xatırlamır. Dava zamanı uşaqların Kamili nə üçün tutduqlarını bilmir. Uşaqlardan heç kimi Kamili taksi maşınına heç kəs itələyib mindirməmişdir. Kamil öz razılığı ilə taksi maşınına mindi. Kamili qəbirstanlığa zorla aparmamışlar. Həmin vaxt onun fikri dərsdə olmuşdur. Hadisəyə görə o, həmin günə təyin olunmuş növbəti dərsə iyirmi dəqiqə gecikmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid15 ibtidai istintaq zamanı göstərmişdir ki Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayının 15-dən tanıyır. Onunla tanışlığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ingilis dilindən hazırlığa gedərkən yaranmışdır. Belə ki, hər ikisi Səbail rayonu, Badamdar qəsəbəsində ingilis dilindən fənn hazırlığı keçən Günay müəllimənin yanına hazırlıq kursuna gedirlər. Kamil də Badamdar qəsəbəsində yaşadığından hazırlıq kursuna birlikdə getmək üçün bir-birilərinin mobil telefon nömrələrini almışdırlar. Hadisə baş verən günə kimi, yəni 01 oktyabr 2022-ci il tarixədək onunla bir neçə dəfə telefon əlaqəsi saxlayıb birlikdə hazırlıq kursuna getmişlər. 01 oktyabr 2022-ci il tarixdə günorta saat 14:30 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan +**********31 mobil nömrəsindən onun istifadəsində olan +**********75 mobil nömrəsinə zəng edərək hazırda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbsində yerləşən 236 saylı məktəbin yaxınlığında hazırlıq kursunda olduğunu, saat 15:00-da ingilis dili fənnindən hazırlıq kursu başlayacağı üçün birlikdə kursa getməkdən ötrü məktəbin yaxınlığına gəlməyini, birlikdə görüşərək getməyi təklif etmişdir. O, Bakı şəhəri, Səbail rayonu, 236 saylı məktəbin yaxınlığında yaşadığından, həmin məktəbə piyada şəkildə çatmağı təxminən 10 dəqiqə olduğundan paltarını və hazırlıq kursunda istifadə edəcəyi kitablarını bel çantasına qoyaraq Bakı şəhəri, Səbail rayonu, 236 saylı məktəbin yaxınlığına getmişdir. Kamil hazırlıq kursunun yerini ona izah etdiyindən o, ora rahatlıqla çatmış və Kamillə hazırlıq kursu keçdiyi evin qarşısında görüşmüşdür. Kamilin yanında tanımadığı, onlarla eyni yaşlarda başqa bir şəxsdə olmuşdur. Onun adının sonradan Sübhan olduğunu bilmişdir. 10-15 addım atmışdır ki, təxminən 5 nəfər şəxsin arxadan onların üstünə gəldiyini görmüşdür. Həmin şəxslərdən biri Kamilin hər iki əlini arxaya çəkib özüdə onu qucaqlayaraq aparmağa başlamışdır. Həmin zaman nə baş verdiyi öyrənmək üçün Kamilin yaxınlığına getmək istəsədə tanımadığı iki nəfər şəxs onlara, yəni Sübhanla ona yaxınlaşıb “gəlmiyin, yoxsa sizində başınız ağrıyar” demişdir. Onlar buna görədə biraz kənarda dayanmış, çünki nə baş verdiyini bilmirmişlər. Kamili qucaqlayaraq aparan şəxslər onlardan 15-20 metr uzaqlaşdıqdan sonra onlarda nə baş verdiyini öyrənmək üçün həmin şəxslərin arxasınca getmişlər. Həmin şəxslər Kamili “köhnə ças” adlanan əraziyə, dar döngəyə aparmışlar. Həmin zaman ağ rəngli qısaqol köynək geyinmiş, gözündə eynək olan şəxs anidən Kamilin üz nahiyyəsindən yumruqla vurmuşdur. Həmin zərbənin nəticəsindən Kamilin gözündə olan eynək yerə düşmüşdür. Həmin zaman tanımadığı, əlində mobil telefonla videçəkiliş aparan şəxs Kamilin eynəyini yerdən götürərək ona vermişdir. O, eynəyi götürdükdən sonra döngəni dönmüşdür ki, süd rəngi köynək geyinmiş şəxs Kamili əlləri ilə arxadan tutaraq onun hərəkət etməsinə icazə vermədiyini görmüşdür. Həmin zaman ağ rəngli qısaqol köynək geyinmiş, gözündə eynək olan şəxs Kamilin ağzını əlində saxladığı skoçla bağlamağa çalışmışdır. Kamil buna mane olmağa çalışan zaman həmin şəxs Kamilin baş və bədəninin müxtəlif nahiyyələrindən çoxsaylı yumruq zərbələri vurmuşdur. Bu zaman o, həmin şəxsin qarşısını alaraq aralarında olan məsələni danışaraq həll etmələrini təklif etmişdir. Həmin şəxs sakitliklə məsələni danışacaqlarını desədə Kamilin ona söyüş söyməsini əsas gətirərək yenədə özü və Kamili arxadan qucaqlayan şəxs Kamilin baş və bədəninin müxtəlif nahiyyələrindən vurmağa başlamışlar. O yenədə onları kənara çəkərək etdikləri hərəkətin düzgün olmadığını, aralarında olan mübahisəni danışaraq həll etmələrini, nəyə görə Kamili döymələrini soruşmuşdur. Həmin şəxslər Kamilin onların analarının ünvanına söyüş söydüyünü, buna görədə onu cəzalandırdıqlarını demişlər. Həmin zaman yenədə orada olan şəxslərdən qara rəngli paltar geyinmiş, gözündə eynək olan şəxs onu kənara çəkərək həmin hadisəyə müdaxilə etməməyimi, danışıb məsələni həll edəcəklərini bildirmişdir. Buna görə o da kənara çəkilmişdir. Kənardan durub baxarkən həmin şəxslərin Kamilin mobil telefonuna baxdıqlarını, öz mobil telefonları ilə Kamilin telefonunu çəkdiklərini görmüşdür. Daha sonra yenədə orada olmuş şəxslərdən süd rəngi köynək geyinmiş şəxs Kamilin sifət nahiyyəsindən yumruqla vurmuşdur. Kamil həmin zərbənin təsirindən yerə yıxılmışdır. Təxminən 20-25 dəqiqə orada olduqdan sonra ətrafdan kimsə müəllimələr gəldiyini dediyindən hamı uzaqlaşmağa başlamışdır. Həmin şəxslər biraz uzaqlaşıb yolun kənarında dayanaraq taksi avtomobili sifariş verəcəklərini demişlər. Həmin zaman süd rəngi köynək geyinmiş şəxs yenədə Kamilin çiyninə əlini ataraq onun hərəkət etməsdinə icazə vermirmiş. Hətta həmin zaman kimin dediyini görməsədə orada olanlardan onsuzda Kamil qaçan deyil burax rahat dursun desə də həmin şəxs yenədə Kamili sərbəst buraxmamışdır. Onların taksi çağırdığını görüb Kamillə mübahisə edən şəxslərə Kamili aparmamalarını, məsələni burda həll eliyib sərbəst buraxmalarını desə də onun sözünə əhəmiyyət verən olmamışdır. Xatırladığı qədəri ilə iki taksi avtomobili gəldikdən sonra orada olan şəxslər Kamili itələyə-itələyə taksi avtomobilinə oturtmuşlar. Kamilin öz iradəsinə zidd olaraq avtomobilə oturması onun hərəkətlərindən görünürmüş. Həmin şəxslərin taksi ilə uzaqlaşdığını görüb orada heçkəsin olmadığına əmin olub Sübhanla sağollaşmışdır. Saata baxdıqda artıq hazırlığa 20 dəqiqə gecikdiyini görmüşdür. Buna görədə piyada ingilis dilindən hazırlıq kursu keçəcəyi yerə getmişdir. O, hazırlıq kursuna çatdıqda saat 15:40 olarmış. Kamilin hazırlıq kursuna gələcəyini gözləsə də Kamil gəlməmişdir. Hətta hazırlıq müəllisi Günay müəllimə Kamilin harada olmasını ondan soruşduqda məlumatı olmadığını ona demişdir. Hazırlıq kursundan çıxdıqdan sonra nə baş verdiyini öyrənmək üçün Kamilin istifadəsində olan +**********31 mobil nömrəsinə dəfələrlə zəng etsə də sonuncu telefonlara cavab verməmişdir. Buna görədə evə doğru hərəkət etməyə başlamışdır. Yolda Badamdar qəsəbəsindən tanıdığı, hadisə zamanı orada olan Məcidi görmüşdür. Məciddən Kamilin harada olmasını və söhbətin nə yerdə olmasını soruşduqda, Məcid sadəcə olaraq söhbətin bağlandığını ona demişdir. O da başqa bir söz demədən oradan uzaqlaşmış, marşuruta minərək evə getmişdir. Marşurutda olarkən Kamil ona zəng edərək onu Badamdar qəbiristanlığına apardıqlarını, onu butulka üstündü oturtduqlarını, bu məsələnin aralarında qalmasını bildirmişdir. Həmin zamandan sonra Kamili 05 oktyabr 2022-ci il tarixdə görmüşdür. Onun ad günü 27 sentyabrda olsada uşaqlarla münasib vaxt təyin etdikləri üçün 05 oktyabr tarixində qeyd edirmiş. Kamilidə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyasi metrostansiyasının yaxınlığında “Masa” adlı kafeyə ad günü tədbirinə dəvət etmişdir. Həmin zaman ara qarışıq olduğu üçün Kamildən hadisə barədə soruşsa da o qısa şəkildə ona hadisəni danışmışdır. O da ad günü tədbirinə dəvət etdiyi dosltarı bilməsin deyə Kamilə çox sual verməmişdir. Daha sonra atası zəng etdiyi üçün Kamil tədbirdən çıxıb getmişdir. Onunla sonradan əlaqə saxlayanda atasınında həmin hadisədən məlumatlı olduğunu demişdir. Üzərindən 10-15 gün sonra Kamilin videoçəkilişinin “Telegram” səhifəsində görmüşdür. Həmin zaman ona məlum olmuşdur ki, Kamilə qarşı əxlaqsız hərəkət edən şəxslər tutulmuşlar. Hadisə zamanı orada olan şəxslərin əlində bıçaq, elektroşok və ya digər kəsici-deşici alətlərin olmasından məlumatım olmamış, daha dəqiq desə görməmiş, sadəcə olaraq orada olan şəxslərdən ağ rəngli qısa qol köynək geyinmiş, gözündə eynək olan şəxsin əlində skoç olduğunu görmüş, həmin skoçla Kamilin ağzını bağladıqlarını, hadisə zamanı Kamili döyməmələri üçün Məcid, Bəhlul və onun müdaxilə etdiyini bildirmişdir. Şahid19 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan şəxslərdən Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanıyır. Kamillə normal münasibətələri olub. Kamil onun məşq yoldaşı olub. O özü “Dəyanət” liseyini bitirmişdir, hal-hazırda Türkiyədə ali təhsil alır. Hadisə ilə bağlı göstərə bilərə ki, o da hadisə yerində olmuşdur. O,hadisə olan günü,tarixi xatırlamır, Kamil ilə məşğələdən çıxıb gedərkən onların araxasınca yeddi-səkkiz nəfər gəlmişdir. Onlar çevrilib arxaya baxanda onların ardınca gələn uşaqlar Kamilə kənara çəkilib söhbət etməyi təklif etdilər. Əvvəlcədən də xəbərdar etdilər ki, heç bir dava-dalaş olmayacaqdır. Amma sözlərinin üstündə durmadılar, Kamili vurmağa başladılar, ağzına skotç bağlalamağa xəhd etdilər. Kamil isə böuna imkan vermədi. Bir neçə nəfər Kamili təkləmişlər, Kamil onlara qarşı tək vuruşmağa cəhd edirdi. Məktəbin yaxınlığında olarkən təqsirləndirilən şəxslər Kamilin əllərini və ağzı skotça bağlanmamışdı. Həmin ərazidən çoxlu adam keçirdi, ona görə də Kamilin ağzını skotçla bağlamamağı qərara aldılar. Hazırlığdan çıxdıqda Kamili saxladılar, həmin məhəllədə dalaşmağa başladılar, sonra onlar məktəb tərəfə getdilər, orada da bir az dalaşdılar. Məktəbyanı ərazidən çoxlu adamlar keçdiyinə görə başqa bir yerə getmək təklif olundu. Bundan ötrü taksi sifariş edildi. Kamil öz xoşu ilə maşına əyləşdi. Görünürdü ki, Kamil öz xoşu ilə maşına minir. Onu heç kəs əlindən dartaraq maşına minəyə məcbur etməyib. O,onların haraya getmək istədiklərini bilməmişdir. Özü də onlarla və ya onların ardınca qəbirstanlığa getməyib O, onlarla məktəbin yanındakı ərazidə olmuşdur, onlar həmin ərazidən uzaqlaşdıqdan sonra evinə getmişdir. İbtidai istintaq zamanı ifadə vermişdir, İfadəsini müstəntiq yazmışdır. Yazıb qirtardıqdan sonra o, ifadəni ona imzalamağı demişdir. O,məktəbin həyətində Kamili üsütünə iki nəfərin gəldiyiyni görmüşdür. Onların geyindiyi paltarların rəngini xatırlamır. Kamil onlarla yan-yana gedirdi, sonra onlar Kamil ilə birlikdə qırağa çəkildilər, bundan da sonra ora əlavə uşaqlar gəldi. O, Kamilin yanında olmuşdur, əlavə uşaqların gəlməyini onlar hələ uzaqda olarkən görmüşdür. Hadisə uzun müddət bundan əvvəl baş vermişdir, ona görə də o, konkret olaraqKamili kimin birinci vurduğunu xatırlamır. Çox guman ki birinci zərbəni vurmuş şəxs Təqsirləndirilən şəxs1dir. Hüseyn Kamili vurduqdan sonra Kamilə qırağa keçməyi təklif etdi. Hüseyn həmin təklifi etdikdən sonra Kamil öz xoşu ilə onunla birlikdə getdi. Hüseyn Kamili zorla aparmadı. Digər uşaqlar isə Kamil ilə Hüseynin arxalarınca getdilər. Onunla digər uşaqlarla arasında məsafə var idi. Ona görə də olan söhbəti xatırlamır. Dava gedirdi, davada da bir neçə nəfər iştirak edirdi. Dəqiq kimin davada iştirak etdiyini xatırlamır. Kamil Hüseynin zərbəsindən yıxıldı. Kamilin eynəyi sınmışdı. Onların məktəbin yanındakı dava-dalaşı hardasa on beş dəqiqə vaxt çəkdi. Dava-dalaş zamanı səs-küy var idi. Zərbə səsləri var idi. Hüseyn tərəfindən vurulan zərbələrdən səs gəlirdi. Kamil ona vurulmuş zərbədən yıxılmışdı. Dav –dalaş olan yerin yaxınlığından müəllimə keçdi , orada yaşayan insanlar oradan keçirdi. Birinci tələbələr çıxıb getdilər, sonra da müəllimlər keçdi. Davanın olduğu yer adi küçə idi. Davao lan yerdə o, sırf skotçu görmüşdür, lakin skoçun ora kimin gətirdiyiyni bilmir. O, hadisə zamanı elektroşoker görməmiş və səsini də eşitməmişjir. Dava zamanı Kamil ilə Hüseyn biri birinə zərbələr vururdular. Kamilin əllərini, ayaqlarını skotçla bağlamadılar, bağlamağa cəhd etmişlər. Kamilin skotç bağlayan şəxsə müqavimət göstərib-göstərmədiyini xatırlamır. O, yenə də deyir ki, o, yalnız skotçun çıxarılmasını və onun zərərçəkmiş şəxsə tətbiq olunmasının cəhdini görmüşdür. Kamilin ayaqlarını, əllərini bağlamaq istəyən uşaqlar bunu istəsəydilər onlar skoç ilə Kamilin əllərini də, ayaqlarını da bağlaya bilərdlər. Təqsirləndirilən şəxslərin Kamilin ayaqlarını və əllərinin bağlamaq niyyəti sadəcə onun özünün ağlına gəlmişdir. Məntiqi olaraq belə bir nəticəyə gəlmişdir. O, sadəcə kiminsə tərəfindən skoç çıxarıldığını görmüşdür, bunu gördükdən sonra isə belə bir qənaətə gəlmişdir ki, yəgin o skotçla Kamilin əllərini və ayaqlarını bağlamaq istəyirlər.Əslindən uşaqlar Kamilin yalnız ağzını bağlamağa cəhd etmişlər ki, qışqırsa səsi çəıxması,yoldan keçənləri əcəlb etməsin. Skotçun kimin əlində olduğunu xatırlamır. Hadisə zamanı onunla dava edilən yer arasında msafə hardasa on metr olardı.Tam dəqiq xatırlamır, səhv etmirsə, yol boş idi, maşınlar həmin yoldan keçmirirdi. Dava zamanı məktəbin yaxınlığında o, Əli və iki nəfər başqa dostları olmuşqdur. Onlar dava-dalaş başlayarkən dalaşanları ayırmağa çalışmışlar. Hadisə zamanı oranın yanından keçən müəllimənin uşaqlar tərəfindən tanınıb-tanınmamasından məlumatı yoxdur. O, müəllimənin gəldiyini görmüşdür. Müəllimləri ilk görən mən oldum. Onları gördükdən sonra tez onlara yaxınlaşdı, çünki onların bizi görüb yaxınlaşmağını istəmirdim. O. müəllimləri görüb müəllimlərə yaxınlaşmışdır. Müəllimlər ondan nə baş verdiyini soruşdular. O da müəllimlərə hər şey yaxşıdır, heç bir narahatçılığa əsas yoxdur demişdir. Həmin müəllimlər isə ona evə getməli olduğumu bildirdilər. Kamil də, onunla dalaşanlar da qırağa çəkildilər. Kamil müəllimləri görüb kənar yerə çəkilərkən onu heç kəs qolundan tutmamışdı. O, müəllimləri uşaqlarla görüşdürmək istəməmişdir, çünki onlar da yaşlıdırlar, onlardan ayıbdır. O, məsələnin öz aralarında həll yolunu tapmaq istəmişdir. Davadan qabaq Kamili dalaşanlardan bir tutmuşdu. Onlar Kamili tutmuqda məqsədələri onun davadalaşdan qaçmağınının qarşısını almaq olub. Mühahisəni həll etmək istəyirdilər. Həmin vaxt o, mübahisənin səbəbəini öidməmişdir. Onlarla birlikdə olan Əli də təqsirləndirilən şəxslərlə söhbət etmişdir, dava-dalaşın səbəblərini öyrənmək istədi. Onun dava-dalaşın səbəbləri barədə məlumatı yoxdur. O, sadəcə Kamillə onların aralarında hansısa söhbətlər olduğunu və sözlərinin tutuşmadığını bilmişdir. Dava zamanı Hüseyn Kamili döydü, həm də Kamilə kömək etmək istəyən Əlini də oradan kənarlaşdırdı. Dava-dalaş zamanı onlar Kamilin telefonunu əlindən aldılar. Təqsirləndirilən şəxslərdən kiminsə Kamilin telefonunun şəklini çəkib-çəkməməyi yadında deyil., Kamilə hansı hərəkət eləməyi qoymurdular. Hazırda məhkəmədə verdiyi ifadə doğrudur. Tam dəqiq məlumatı olmayıb. Ona görə də ibtidai istintaq orqanına məhz həmin tərzdə ifadə vermihdir. O, təqsirləndirilən şəxslər tərəfindən Kamili itələyə-itələyə taksi maşınına oturdmaqlarını görməmişdir. O, heç kəsə böhtan atmır, gördüyünü deyir. O, Hüseynin soyadını məhkəmədə ona təqdim olunanda eşitmişdir. Ona görə də onun adını işlədir. Bildirir ki, Kamil yekəpər oğlan ilə dalaşmışdır. Hazırkı məhkəmə iclasında təqsirləndirilən şəxslərona təqdim olunarkən onların arasında yeganə bədən quruluşuna görə yekəpər olan şəxsə baxıb onu Hüseyn kimi tanıyıb o, olduğnu bilmişdir. Məktəbin yaxınlıqdakı dava-dalaş hardasa on beş dəqiqə davam etdi. Səs-küy ilə bağlı həmin ərazidən keçən müəllimlər onlara irad bildirdilər. Dava-dalaş zamanı onun mobil telefonu üstümdə olub. Kamil ondan polis çağırmağı xahiş etmədi. O, çalışmışdır ki, dava-dalaş olmasın, uşaqlar sakit söhbət edib məsələlərini həll etsinlər. Əvvəldən onun dava-dalaş və bunun səbəbləri barədə xəbəri olmayıb. Uşaqların hansı səbəbdən dalaşdığını bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid19 ibtidai istintaq zamanı göstərmişdir k,i Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayından tanıyır. Onunla tanışlığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən tarix fənnindən hazırlığa gedərkən yaranmışdır. Belə ki, hər ikisi Səbail rayonu, Badamdar qəsəbəsində tarix dərsindən fənn hazırlığı keçən Sara müəllimənin yanına hazırlıq kursuna gedirmiş. 01 oktyabr 2022-ci il tarixdə saat 13:00 dəqiqədə yenədə tarix fənnindən hazırlıq kursu olduğundan Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 236 saylı məktəbin yaxınlığında hazırlığa getmişlər. Hazırlıq kursu 1 saat 30 dəqiqə çəkdiyindən saat 14:30 dəqiqədə hazırlığı bitdiyi üçün Kamillə birlikdə kursdan çıxaraq yol istiqamətində hərəkət etməyə başlamışlar. Həmin zaman Kamilin hazırlıq yoldaşı olduğunu bildiyi, bir-iki dəfə Kamilin yanında gördüyü hazırlıq yoldaşı olan Əlidə Kamili gözləyirmiş. Həmin zaman o da Əliylə salamlaşmışdır. 5-10 addım getmişdir ki, arxadan təxminən 5 nəfər şəxsin arxadan onların üstünə gəldiyini görmüşdür. Həmin şəxslərdən biri Kamilin hər iki əlini arxaya çəkib özüdə onu qucaqlayaraq aparmağa başlamışdır. Həmin zaman nə baş verdiyi öyrənmək üçün Kamilin yaxınlığına getmək istəsələrdə tanımadığı iki nəfər şəxs onlara, yəni Əliyləona yaxınlaşıb “gəlmiyin, yoxsa sizində başınız ağrıyar” demişdir. Onlar buna görədə biraz kənarda dayanmışdır, çünki nə baş verdiyini bilmirmişlər. Kamili qucaqlayaraq aparan şəxslər onlardan 15-20 metr uzaqlaşdıqdan sonra onlarda nə baş verdiyini öyrənmək üçün onların arxasınca getmişlər. Həmin şəxslər Kamili “köhnə ças” adlanan ərazidə dar döngəyə aparmışlar. Həmin zaman ağ rəngli qısaqol köynək geyinmiş, gözündə eynək olan şəxs anidən Kamilin üz nahiyyəsindən yumruqla vurmuşdur. Həmin zərbənin nəticəsindən Kamilin gözündə olan eynək yerə düşmüşdür. Həmin zaman tanımadığı, əlində mobil telefonla videçəkiliş aparan şəxs Kamilin eynəyini yerdən götürərək Kamilin hazırlıq yoldaşı Əliyə vermişdir. Biraz da irəli hərəkət etdikdə süd rəngi köynək geyinmiş şəxs Kamili əlləri ilə arxadan tutaraq onun hərəkət etməsinə icazə vermədiyini görmüşdür. Həmin zaman ağ rəngli qısa qol köynək geyinmiş, gözündə eynək olan şəxs Kamilin ağzını əlində saxladığı skoçla bağlamağa çalışmışdır. Kamil buna mane olmağa çalışan zaman həmin şəxs Kamilin baş və bədəninin müxtəlif nahiyyələrindən çoxsaylı yumruq zərbələri vurmuşdur. O, qorxduğu üçün biraz kənarda dayanmışdır. Kamilin hazırlıq yoldaşı olan Əli həmin şəxslərin qarşısını alaraq aralarında olan məsələni danışaraq həll etmələrini təklif etsədə onlar buna əhəmiyyət verməyib baş və bədəninin müxtəlif nahiyyələrindən vurmağa başlamışlar. Əli yenədə onları kənara çəkərək etdikləri hərəkətin düzgün olmadığını, aralarında olan mübahisəni danışaraq həll etmələrini, nəyə görə Kamili döymələrini soruşanda həmin şəxslər Kamilin onların analarının ünvanına söyüş söydüyünü, buna görədə onu cəzalandırdıqlarını demişlər. Orada olan şəxslər Əlinin Kamili döyməmələri üçün müdaxilə etdiyini görüb onu kənarlaşdırmağa çalışırmışlar. O, yenədə kənardan durub baxrakən həmin şəxslərin Kamilin mobil telefonuna baxdıqlarını, öz mobil telefonları ilə Kamilin telefonunu çəkdiklərini görmüşdür. Daha sonra yenədə orada olmuş şəxslərdən süd rəngi köynək geyinmiş şəxs Kamilin sifət nahiyyəsindən yumruqla vurmuşdur. Kamil həmin zərbənin təsirindən yerə yıxılmışdır. Təxminən 20-25 dəqiqə orada olduqdan sonra ətrafdan kimsə müəllimələr gəldiyini dediyindən hamı uzaqlaşmağa başlamışdır. Həmin şəxslər biraz uzaqlaşıb yolun kənarında dayanaraq taksi avtomobili sifariş verəcəklərini demişlər. Həmin zaman süd rəngi köynək geyinmiş şəxs yenədə Kamilin çiyninə əlini ataraq onun hərəkət etməsinə icazə vermirmiş. Onların taksi çağırdığını görüb Kamillə mübahisə edən şəxslərə Kamili aparmamalarını, məsələni burda həll eliyib sərbəst buraxmalarını desələrdə onların sözünə əhəmiyyət verən olmamışdır. Xatırladığı qədəri ilə iki taksi avtomobili gəldikdən sonra orada olan şəxslər Kamili itələyə-itələyə taksi avtomobilinə oturtmuşlar. Kamilin öz iradəsinə zidd olaraq avtomobilə oturması onun hərəkətlərindən görünürmüş. Həmin şəxslərin taksi ilə uzaqlaşdığını görüb orada heçkəsin olmadığına əmin olub Əli ilə sağollaşıb evə getmişdir. Nə baş verdiyini öyrənmək üçün üzərindən 1 saat keçmişdir ki, Kamilin istifadəsində olan +**********31 mobil nömrəsinə dəfələrlə zəng etsə də Kamil telefonlara cavab verməmiş, hətta telefon söndürüldüyündən zəng çatmamışdır. Üzərindən 2-3 saat sonra Kamilin telefonuna zəng çatmışdır. Ondan necə olmasını və harada olmasını soruşduqda Kamil Badamdar qəbiristanlığında olduğunu bildirmişdir. O, Kamilə köməyə ehtiyac olub-olmamasını soruşduqda Kamil köməyə ehtiyac olmadığını, işi olduğu üçün gedəcəyini, onunla sonra əlaqə saxlayacağını bildirmişdir. O, Kamildən qəbiristanlıqda nə baş verdiyini, bədənində yaralanma olub-olmamasını soruşduqda Kamil onu döydüklərini və butulkanın üstündə oturtduqlarını, bu məsələni heçkimə deməməyini bildirmişdir. Həmin zamandan sonra Kamili yenədə tarix fənnindən hazırlıq kursunda görmüşdür. Həmin zaman Kamildən hadisə barədə soruşsa da o qısa şəkildə əhvalı yaxşı olmadığı üçün danışmaq istəmədiyini bildirmişdir. Həmin hadisənin üzərindən 10-15 gün sonra Kamilin videoçəkilişinin “Telegram” səhifəsində görmüşdür. Həmin zaman ona məlum olmuşdur ki, Kamilə qarşı əxlaqsız hərəkət edən şəxslər tutulmuşlar. Hadisə zamanı 10-12 nəfər şəxsin olduğunu, həmin şəxslərdən sadəcə onlarla tarix fənnindən hazırlıq kursuna gələn Məcidi tanıdığını, Məcidin həmin günü, yəni 01 oktyabr 2022-ci il tarixdə tarix fənnindən hazırlıq kursuna gəlmədiyini, Hadisə zamanı kimlərinsə üzərində bıçaq, elektroşok və ya digər kəsici-deşici alətlər görmədiyini, ağ rəngli qısa qol köynək geyinmiş, gözündə eynək olan şəxsin əlində skoç olduğunu, Kamili döyməmələri üçün hazırlıq yoldaşı Məcid, Əli və tanımadığı bir nəfər şəxsin müdaxilə etdiyini, Kamilin butulka üstündə oturulma videosunu sadəcə olaraq “Telegram” səhifəsində gördüyünü, həmin zamana kimi Kamilin videosun görmədiyini bildirmişdir. Şahid20 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3,Təqsirləndirilən şəxs2 tanıyır. Bir məktəbdə oxumuşlar. O, Ayxan ilə məktəbə bir getmişdir. Ona görə də Ayxan ona digərlərinə nisbətən daha yaxındır. Başqalardan fərqli olaraq, məktəb qurtardıqdan sonra Ayxan ilə münasibətləri qalmışdır. Baş vermiş hadisə barədə məlumatı hadisə artıq olduqdan sonra amışdır. Əvvəlcə bilavasitə dava-dalaş barədə eşitmişdir, daha sonra isə əlavə məlumatlar öyrənmişdir. O, Kamilin qızları zorlaması, narkotik aludəçisi olması barədə məlumatlar almışdır. Özü dava-dalaşda iştirak etməmişəm, öz gözü ilə heç nəyi görməmişəm. Belə bir dava-dalaşın olacağını da əvvəlcədən bilməmişdir. Müstəntiq ondan dava-dalaşda iştirak edib-etmədiyinii və dava-dalaşın baş verəcəyini əvvəlcədən bilib-bilmədiyini soruşmuşdur. O da ona hazırda verdiyi cavablarla eynilik təşkil edən cavablar vermişdir. Hadisədən bir-iki gün sonra sadəcə davadalaşın baş verdiyini öyrənmişdir, hardasa üç-dörd gün sonra da məlumatı olmuşdur ki, , davadalaşın kökündə Zərərçəkmiş şəxs tərəfindən narkotiklərin istifadəsi və qızların zorlamağı durur. Kamilin qızları zorlaması ilə bağlı məlumatı kimdən eşitdiyini xatırlamır. Məktəbdən çıxmazdan əvvəl onların üçlüyü olmuşdur. Valideynləri onları birlikdə məktəbə aparırdılar. Bu üçlük dostluğu hardasa iki-üç il davam edirdi. Onlar eyni sinifdə olmamışlar. Bütün uşaqlarla münasibəti normal olub. Kamilin narkotiklərdən istifadə etməsini və qızları zorlamağını şəxsən özü dəqiq bilmir. Hadisə zamanı çəkilmiş video görüntüləri görməmişdir. Onlar özləri hadisə barədə danışırdılar, ona görə məlumatı var. O, Fatiməni təxminən iki il olar ki, tanıyır. Fatimə normal qızdır. Tam sakit bir qız olduğunu deyə bilmir, amma o, onu normal qız kimi tanıyıram. Fatimə oğlanlarla danışırdı. Bu barədə rahat qız idi. Fatimənin təqsirləndirilən şəxslərlə yaxın münasibətlərdə olubolmasınıdan xəbəri yoxdur. Fatimənin zərərçəkmiş şəxs Kamillə hansı münasibətlərdə olduğunu da bilmir. O, Ayxanın əlində heç vaxt elektroşoker görməmişdir. Ayxan onların parklarından, yəni “Heydər Əliyev” parkından bir az yuxarıda qalır. O,Badamdar ərazisində qalır. Ayxanla birlikdə dərsə gedib-gəldikləri zaman o, Ayxandan Zərərçəkmiş şəxs ailəsi barəsində heç bir xoşagəlməz hal eşitməmişdir. O özü silah qismində istifadə oluna biləcək heç nəyi üzərimdə gəzdirmir. X22rı zorlamağı və narkotiklərdən istifadə etməyi barədə söhbətləri olmayıb. O, Kamilin adının pis hallanması barəsində Bəylərin yanında Fatiməyə heç nə deməyib. O, ifadə vermək üçün Bakı şəhəri Baş Polis İdarəsinə gedərkən atası ilə birlikdə getmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid20 ibtidai istintaq zamanı göstərmişdir ki Şahid6 tanıyır. Onunla X36 Bakı Türk Litseyində eyni sinifdə təhsil alır, aralarında düşmənçilik və ədavət yoxdur. Sinif yoldaşı Şahid6 onun barəsində dediklərinin tamamilə əsassız olduğunu, çünki onun sinif yoldaşları Fatimə və Bəylərlə heç bir zaman Kamillə bağlı söhbəti olmadığını, Kamil barədə ona heç bir söz demədiyini, Kamillə əvvəllər Dəyanət litseyində paralel siniflərdə təhsil aldığını, hər ikisi Səbail rayonu, Badamdar qəsəbəsində yaşadıqlarını, onunla 2 ildən çoxdur ki, münasibəti və əlaqəsi olmadığını, həmin müddət ərzində ünsiyyət saxlamadığını, Fatimənin nəyə görə onun adını çəkməsindən məlumatsız olduğunu, sinif yoldaşlarının Zərərçəkmiş şəxs qarşı törətdikləri cinayət əməlinə görə tutulduqdan sonra Kamilin qız zorlaması, həmin qızlara narkotik vasitə verməsini öyrənmişdir. Həmin vaxta kimi onun bundan məlumatı olmamışdır. Sinif yoldaşları tutulmayana kimi məktəbdə gedən söz-söhbətdən ona məlum olmuşdur ki, Kamillə adını bilmədiyi sinif yoldaşları bir-birlərini söymüş, buna görədə onlar Kamili aparıb döymüşlər. Həmin zaman Kamili sadəcə döydüklərini eşitmişdir. Daha sonralar Kamili qız zorlamasına görə döydüklərini, hətta butulkanın üstündə oturtduqlarını eşitmişdir, Sinif yoldaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid3, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Şahid2 Zərərçəkmiş şəxs qarşı qabaqcadan planlaşdırdıqları cinayət əməlini törətmələri barədə məlumatı olmadığını, adları qeyd edilən şəxslərin heç biri ilə onun elədə yaxın münasibəti olmadığını, eyni məktəbdə təhsil aldıqlarından sadəcə olaraq onlarla salam-sağolu olmuşdur. Sonradan onlarla eyni sinifdə təhsil aldığından çoxda ünsiyyət saxlamamışdır. Zərərçəkmiş şəxs butulka üstündə oturulma videosunu görmədiyini və həmin görüntülərin ona göndərilmədiyini bildirmişdir. Şahid17 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Nurizadə X42 Ayxan Emin oğlu ,Təqsirləndirilən şəxs2, X27 onun sinif yoldaşları olmuşdur. Onlarlın hamısı ilə normal münasibətələri olmuşdur. olmayıb İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Eünulla oğlunu da onların məktəbələrində oxuyub sonradan məktəbədən çıxmış şəxs kim tanıyır. Bildiyimə görə, Təqsirləndirilən şəxs1 Rafiq oğlu və başqaları ilə Zərərçəkmiş şəxs arasında hadisə, yəni dava-dalaş olmuşdur. O, özü dava-dalaşda iştirak etməmişdir. Dava-dalaşın əks olunduğu videonu görmüşdür. Həmin videoda ona sinif yoldaşı tərəfindən göstərilmişdir. Videonu ona kimsə yaxınlaşıb göstərməmişdir. Sadəcə sinifdə uşaqlar ona baxanda o da videoya baxmışdır. Videonun kimin telefonunda gördüyünü xatırlamıram. Vidionu göstərlənlər, videonu göstərib fərəhlənməmişlər, sadəcə dava-dalaşın necə olduğunu göstərmişlər. Kamilin bir qızla əlaqəsi olmuşdur, ona görə də onu məktəbdən xaric etmişlər. Əlaqə dedikdə, onların aralarında olan yaxınlığı nəzərdə tutur.. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid17 ibtidai istintaq zamanı göstərmişdir ki, X59 Bakı Türk Litseyinin 11-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 onun sinif yoldaşlarım olmuşdur. Onların hər biri ilə münasibəti yaxşı olmuşdur. Tarixi dəqiq xatırlamasa da 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər bağında” sinif yoldaşı Təqsirləndirilən şəxs2 ilə dərs bitdikdən sonra oturub söhbət edərkən digər sinif yoldaşı olan Təqsirləndirilən şəxs3 onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs3 onlarla hal-əhval tutduqdan sonra əvvəllər eyni liseydə oxumuş Zərərçəkmiş şəxs Nərmin adlı bir qızı evlərinə apararaq bayıltdığını, daha sonra onunla cinsi əlaqədə olduğunu, cinsi əlaqədə olma zamanı həmin anları videoçəkilişə aldığını, daha sonra həmin videoçəkilişlərlə Nərmini və bacısını şantaj edərək pul aldığını demişdir. Zərərçəkmiş şəxsla 8-ci sinifədək Dəyanət Litseyində oxumuşdur. Onunla münasibəti həmin zamanlar daima yaxşı olmuş, Kamil 8-ci sinifdə oxuyarkən məktəbin şagirdlərindən olan bir qızı öpdüyü üçün liseyin direktoru tərəfindən o və həmin qız məktəbdən xaric edilmişdir. Buna görədə həmin zamandan sonra onunla ünsiyyəti olmamış və əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs3 sözlərindən sonra Kamilin litseydən etdiyi əxlaqsız hərəkətlərə görə xaric edilməsi onun qız bayıldaraq zorlamasını inandırıcı edirmiş. Mirzəlidə onunla eyni fikirdə olmuşdur. Təqsirləndirilən şəxs3 Kamilin qızı bayıldaraq zorlamasını hardan eşitdiyini onlara deməmişdir. Daha sonra onlarda sağollaşaraq hərəsi öz evinə getmişdir. Üzərindən bir-neçə gün sonra litseydə olarkən eşitmişdir ki, Zərərçəkmiş şəxsla Bəylərin arasında mübahisə yaranmış, Kamil Bəyləri söymüş, buna görədə aralarında yaranmış məsələni görüşüb aydınlaşdırmağa qərar vermişlər. 01 oktyabr 2022-ci il tarixdə 30 sentyabr 2022-ci il tarixdə litseydə olarkən Mirzəli və Hüseyn ona yaxınlaşaraq Kamilin Bəyləri söydüyü üçün söhbətə gedəcəklərini, onunda orada iştirak etməyini bildirmişlər. O isə sabahkı gün, yəni 01 oktyabr 2022-ci il tarixdə “SAT” imtahanı olacağından görüşə gələ bilməyəcəyini bildirmiş, həmdəki həmin söhbətlərdən uzaq durmaq üçün onları yayındaramağa çalışmışdır. Hüseyn və Mirzəli ondan başqa Litseyin digər şagirdlərinədə bu təklifi etmiş, litsey şagirdlərindən Şahid3 və Şahid2 onlarla razılaşaraq getmişlər. Mirzəli və Hüseyn Kamilin hazırlıq kursu keçdiyi yeri qabaqcadan öyrəndiklərini, onun hazırlıqfdan çıxdıqdan sonra tutaraq döyəcəklərini demişdirlər. 03 oktyabr 2022-ci il tarixdə dərs başladıqdan sonra Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq Kamili döydüklərini, etdiyi söyüşə və 4 qıza patı adlanan narkotik vasitə verib zorladığı üçün onu cəzalandırmaq məqsədi ilə butulkanın üstündə oturtduqlarını bildirib həmin anları videoçəkilişlə çəkdiklərini demişdir. Daha sonra o öz mobil telefonunda Zərərçəkmiş şəxs butulka üstündə oturmasını əks etdirən videoçəkilişi ona və digər sinif yoldaşlarına göstərmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra səhər saatlarında dərsə gələrkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Şahid3 və Şahid2 etdikləri əmələ görə tutulduqlarını öyrənmişdir. Şahid3lə Şahid2 Hüseyn və Mirzəlinin təklifindən sonra Kamillə olan söhbətə getmiş, Şərifin dediyinə görə Kamilin üzərində oturduğu butulkanı o vermiş, Şahid2 isə hadisə anını videçəkilişə almışdır. Kamilin butulka üstündə oturmasını əks etdirən videoçəkilişlərin onun mobil telefonunda olmadığını, ona həmin videoçəkilişəri heçkəsin göndərmədiyini. ümumiyyətlə onun mobil telefonu sadə telefon olduğu üçün heç bir foto və videoçəkiliş qəbul etmədiyini, sadəcə olaraq Təqsirləndirilən şəxs1 telefonunda Kamilin butulka üstündə oturmasını göstərən çəkilişlərə baxdığını, həmin mübahisədə iştirak etməyə onu dəvət etdikdə Kamilin butulka üstündə oturdacaqları ilə bağlı məlumat vermədiklərini, 01 oktyabr 2022ci il tarixdə imtahanı olduğu üçün ümumiyyətlə litseyə getmədiyini bildirmişdir. Şahid16 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlundan, Təqsirləndirilən şəxs3 ,Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X7 dördünü, bəzilərini tanıyır. Təqsirləndirilən şəxs1i, Hüseynov Mirzəlini mənim həm kurs yoldaşı, həm də məktəb yoldaşı kimi tanıyır. Təqsirləndirilən şəxs3 da onun sinif yoldaşı olmuşdur, dostudur. Zərərçəkmiş şəxs da tanıyır, Kamil ilə hər hansı münasibətləri, əvvəlcədən yaxınçılığım olmayıb. Hadisə ilə əlaqədar göstərə bilər ki, bildiyinə görə uşaqlar kiminləsə söhbətə getmişlər. Orada nə baş veriyini bilmir. Uşaqlar söhbətdən qayıtdıqdan sonra çəkdikləri videonu başqalarına göstərmişlər, o da həmin videonu məktəbdə uşaqlarda görmüşdür. Başqa məlumatı yoxdur.Videonu kimin telefonu ilə çəkildiyini bilmir. Videoda kənar adamlar çox idi, kimlər olduğunu bilmir. Videonu başqalara göstəmək fikrinin kimə məxsus olduğunu bilmirə. O, uşaqlar videoya baxıdıqlarını görüb onlara qoşulmuşdur. Heç kəs xüsusi olaraq ona video göstərməyib. Yenə də deyir ki, o, videoya baxan uşağları görüb onlara qoşulmuşdur. Gördüyü videonun ona heç bir təsiri olmadı. Videonun başqalara təsir edibetməməsi ona məlum deyil. Heç kəs ona bu barədə heç nə deməmişdir. İfadələrinə başqa əlasi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid16 ibtidai istintaq zamanı göstərmişdir ki, X59 Bakı Türk Litseyinin 11-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs5 onun sinif yoldaşları olmuşdur. Onların hər biri ilə münasibəti yaxşı olmuşdur. 30 sentyabr 2022-ci il tarixdə litseydə dərs arası tənəffüs zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən onlar ona demişlər ki, litseyin əvvəlki şagirdi olmuş Zərərçəkmiş şəxsla mübahisələri yaranmış, Kamil onların ünvanına nalayiq sözlər söymüş, buna görədə onunla həmin söhbəti sonlandırmaq üçün görüşəcəklərini, onunda həmin söhbətdə iştirak edibetməyəcəyimi təklif etmişlər. Həmçinin onlar Zərərçəkmiş şəxs Nərmin adlı bir qızı evlərinə apararaq bayıltdığını, daha sonra onunla cinsi əlaqədə olduğunu, cinsi əlaqədə olma zamanı həmin anları videoçəkilişə aldığını, daha sonra həmin videoçəkilişlərlə Nərmini və bacısını şantaj edərək pul aldığını demişdir. Zərərçəkmiş şəxsla 8-ci sinifədək Dəyanət Litseyində oxumuşdur. Sinif yoldaşlarından eşitdiyi qədəri ilə Kamil 8-ci sinifdə oxuyarkən məktəbin şagirdlərindən olan bir qızı öpdüyü üçün litseyin direktoru tərəfindən o və həmin qız məktəbdən xaric edilmişdir. Buna görədə həmin zamandan sonra onunla ünsiyyəti olmamış və əlaqə saxlamamışdır. O da həmin söhbətləri eşitdiyindən onları yayındırmaq üçün işi olduğunu, getməyəcəyini bildirmişdir. Çünki hazırki yaşıma qədər heçkimlə dava etməmiş, valideynlər tərəfindən hər zaman ona davadan uzaq durmağı deyilmişdir. Həmdəki oxuduğu məktəbdə ciddi nizam-intizam qaydaları olduğundan, bu söhbət litseydə bilinsə onun litseydən xaric olmağı təhlükəsi ola bilərmiş. Bu səbədən Hüseyngilin təklifini rədd etmişdir. 01 oktyabr 2022-ci il tarixdə “Zabitlər Bağının” yaxınlığında yerləşən litseyin futbol meydançasında saat 12 radələrində futbol oynayarkən xatırladığı qədəri Təqsirləndirilən şəxs1 saat 13:00 üçün Kamillə görüşə gedəcəklərini, görüşə getməyə onlarla razılaşan uşaqların bir yerə yığışmasını bildirmişdir. Futbol bitdikdən sonra məlum olmuşdur ki, Kamillə görüşməyə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Şahid3 və Şahid2 gedəcəklər. Onlar Kamillə görüşə getdikdən sonra görüşün sonunun necə bitməsi barədə maraqlanmamışdır. 03 oktyabr 2022-ci il tarixdə litseydə dərsə gələrkən Təqsirləndirilən şəxs2 eşitmişdir ki, Kamillə görüşə gedilmiş, onu tutaraq qəbiristanlığa aparıb döydüklərini, etdiyi söyüşə və 4 qıza patı adlanan narkotik vasitə verib zorladığı üçün onu cəzalandırmaq məqsədi ilə butulkanın üstündə oturtduqlarını bildirib həmin anları videoçəkilişlə çəkdiklərini demişdir. Daha sonra o öz mobil telefonunda Zərərçəkmiş şəxs butulka üstündə oturmasını əks etdirən videoçəkilişi ona və digər sinif yoldaşlarına göstərmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra səhər saatlarında dərsə gələrkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Şahid3 və Şahid2 etdikləri əmələ görə tutulduqlarını öyrənmişdir. Şahid3lə, Şahid2 Hüseyn və Mirzəlinin təklifindən sonra Kamillə olan söhbətə getdiyini, Zərərçəkmiş şəxs butulka üstündə oturmasını əks etdirən videoçəkilişlərin onun mobil telefonunda olmadığını, ona həmin videoçəkilişəri heçkimin göndərmədiyini, ümumiyyətlə mobil telefonu olmadığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsla edəcəkləri mübahisə zamanı onu butulkanın üstündə oturdacaqları barədə qabaqcadan məlumat vermədiyini bildirmişdir. Şahid18 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 tanıyır, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs isə onun sinif yoldaşı olmuşdur. O, 2006-cı ildə Badamdar qəsəbəsində doğulmuşdur. Hazırkı ildə tam orta təhsilimi başa vurmuşdur. Təqsirləndirilən şəxslərdən Ayxanı tanıyır, o, onun sinif yoldaşı olmuşdur. Səmədəov Kamil də onun sinif yoldaşı olmuşdur. Onunla münasibətlərim yaxşıdır, ədavəti yoxdur. Hadisə ilə bağlı onu göstərə bilər ki, onun telefonuna video gəlmişdir. Həmin videonu ona Məcid göndərmişdir. Videoda bir neçə nəfər sinif yoldaşlarını görmüşdür. Məcid hazırkı cinayət işi üzrə şahid qismində ifadə vermişdir. O, nə məktəbin yaxınlığında, nə də qəbirstanlıqda dava-dalaşda iştirak etməmişdir. Hadisənin səbəbi kimi uşaqların arasında kiminsə söyüş söyməsi olduğunu bilir. Söyüşün kimin tərəfindən işlədilməsini dəqiqliyi ilə xatırlamıram, çünki hadisədən uzun müddət vaxt keçib. Məcidi isə ibtidai siniflərdən başlayaraq tanıyır. Xatırladığı budur, ifadəsinə hər hansı əlavəsi yoxdur Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid18 Pencəli oğlu ibtidai istintaq zamanı göstərmişdir ki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin 11 B sinifdə təhsil alır. Şahid4 onun həmin məktəbdən sinif yoldaşıdır. Onunla münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi olmamışdır, hazırda da yoxdur. Onunla həmçinin tarix və coğrafiya fənlərindən birlikdə hazırlığa gedirlər. Dəqiq tarixi yadında deyil, 2022-ci ilin oktyabr ayının əvvəllərində, daha dəqiq desə həmin ayın ilk beş günlüyündə sinif yoldaşı Şahid4la söhbət zamanı ona demişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbə sakini Zərərçəkmiş şəxs Dəyanət liseyinin şagirdləri ilə mübahisəsi yaranmış, Kamil onları söymüş, həmin söyüşə görə onu döyərək butulkanın üstündə oturtmuşlar. Oda həmin mübahisədə iştirak etsədə Kamilə köməklik etdiyini, lakin buna baxmayaraq oradan getdikdən sonra liseyin uşaqlarının Kamilə qarşı əxlaqsız hərəkətlər etdiyini ona demişdir. O, həmin liseydən Badamdar qəsəbə sakini Təqsirləndirilən şəxs3ı tanıyırmış. Məcidin deməsinə görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və sinif yoldaşlarının ünvanına söyüş söydüyü üçün onu cəzalandırmaq məqsədi ilə 236 saylı orta məktəbin yaxınlığından hazırlıqdan çıxdıqdan sonra qəflətən onu tutub döyərək daha sonra Badamdar qəbiristanlığına aparıb orada butulkanın üstündə oturdublar. Zərərçəkmiş şəxs Badamdar qəsəbəsindən tanıyır, onunla 10-cu sinifdə oxuyarkən birlikdə Coğrafiya fənnindən özəl hazırlıq kurslarına getmiş, həmçinin onunla ibtidai sinifdə bir yerdə oxumuşdur. Onunla münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi olmamışdır, hazırda da yoxdur. O, Məcidə dediklərinə inanmadığını bildirmişdir. Məcid isə ona videogörüntü göndərəcəyini, həmin görüntünü ona Badamdar qəsəbə sakini olan Şahid1 göndərdiyini, Elxanada Təqsirləndirilən şəxs3 göndərdiyini, həmin görüntülərdə Kamilin həqiqətəndə butulka üstündə oturmasının əks olunduğunu görəcəyini bildirmişdir. Daha sonra Şahid4 «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə bir ədəd video göndərdiyini görmüşdür. Həmin videogörüntüyə baxdıqda həqiqətəndə Zərərçəkmiş şəxs butulka üstündə otururması görünürmüş. Həmçinin həmin görüntülərdə tanımadığı şəxslərin Kamili nalayiq sözlərlə təhqir edib döymələri, butulkanın üstündə zorla oturtmaları, mobil telefonlarla çəkiliş aparmaları, Kamilin isə 4 qızı narkotik vasitə verərək zorladığını etiraf etməsi görünürmüş. Həmin videogörüntü çox iyrənc olduğundan o, həmin görüntüyə baxdıqdan sonra silmişdir. Üzərindən bir neçə gün sonra eşitmişdir ki, Kamili butulka üstündə oturtmuş Dəyanət liseyinin şagirdləri polis tərəfindən tutulmuşdur. Daha sonra Kamilin butulka üstündə oturması əks olunmuş videogörüntülərin sosial şəbəkələrdə də paylaşıldığını görmüşdür. Bundan başqa həmin videogörüntüləri ona heçkim göndərməmiş və həmin hadisə ilə bağlı başqa heç bir məlumatım yoxdur. Zərərçəkmiş şəxs butulka üstündə oturulma videosunu ona heçkimin göndərmədiyini bildirmişdir. Şahid X32 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2, X14 və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanımır. O, “Bolt” taksi xidmətində taksi sürücüsü kimi fəaliyyət göstərir. Özü də Badamdar qəsəbəsində yaşayır. 2022-ci ilin oktyabr ayının 2-də təxminən günorta saatlarında ona 236 saylı məktəbin yaxınlığında olan ərazidən sifariş gəldi. Sifarişi qəbul edib həmin əraziyə getmişdir. Oraya çatarkən orada təxminən yeddisəkkiz nəfər məktəbli uşaqların toplaşdıqlarını görmüşdür. O, uşaqlara çox da fikir verməmişdir. Fikri əsasən mobil telefonumda olmuşdur ki, çünki sifarişi düşünmüşdür. O, uşaqları görəndə onlar arasında hansısa münaqişənin, dava-dalaşın əlamətlərini olmasını görməmişdir. Buna görə də heç nədən şübhələnmədim. O, məktəbin yanında maşını saxlamışdır. Uşaqlar maşına mindilər. Maşina ham özü minmişdir. Heç kim heç kimi zorla maşına mindirməmişdir. Uşaqlar maşina mindikdən sonra o, hardasa cəmi beş yüz metr yol getmişlər. Həmin müddət ərzində maşında uşaqlar arasında hər hansı səs-küy, qışqırıq, nalayiq davranış olmadı. Bununla da demək istəyir ki, o, uşaqların arasında mübahisənin baş verməsinin əlamətlərini hiss etməmişdir. Polisə çağırılana qədər hansısa hadisənin baş verdiyini bilməmişdir. O, sadəcə ona diqqət yetirmişdir ki, uşaqların hər biri məktəblidir.Həmin uşaqların üzləri yadında deyil, uzun müddət vaxt keçdiyinə görə, gündəlik fəaliyyətimdə çoxlu müştərilərlə təmasda olduğuma görə halhazırda onları tanıya bilmi. Uşaqlardan bir nəfər qabağda oturmuşdu, üç nəfər da arxada. Ancaq təqsirləndirilən şəxslərdən konkret olaraq kimin harada və necə oturmasını xatırlamır. Həmçinin, onu da bildirmək istəyir ki, sürdüyü məsafə qısa olduğuna görə sərnişinlərlə hər hansı bir təmasa girə bilməmişdir. Nə danışıb söhbət edə bilmiş, nə də xarici görünüşlərinə diqqət yetirə bilməmişdir. Uşaqlar da maşına minərkən özlərini sakit aparmışlar. Uşaqlar arasında kiminsə kiməsə hədə-qorxu gəlməsi, qorxuzması müşahidə olunmurdu. Onların aralarında olan söhbət yalnız pul söhbəti idi. Yəni, çatdırılma nöqtəsinə çatdıqda uşaqlara ödənilməli olan məbləğin miqdarını onlara bildirmişdir. Onlar da həmin məbləği ona verdilər. O, uşaqların davranışında aralarında kiməsə qarşı zor tətbiq etmək, məcburiyyət altında nəyisə elətdirmək kimi hərəkətlər görməmişdir. Maşında əyləşmiş uşaqların hər hansı birinin digərlərinə qarşı müqavimət göstərmək istədiyini də görməmişdir. Uşaqlar maşına minərkən uşaqların hər hansı birinin digər uşağı hədələməyini də görməmişdir, eşitməmişdir. Uşaqlar maşına minərkən onların hər hansı birinin itələnib maşına əyləşməsini də görməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid X8 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1 Rafiq oğlunu, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2, X14 və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanımır. Özü psixologiya üzrə ali təhsillidir. 2007-ci ildən başlayaraq Məhkəmə Ekspertizası Mərkəzinin psixoloji ekspertiza şöbəsində işləyir. Ekspert kimi fəaliyyət göstərir. İlkin ixtisası insan psixologiyası üzrədir. Hazırkı ixtisaslaşması isə pornoqrafiq materialların tədqiqindən ibarətdir. Təqsirləndirilən şəxsləri cinayət işi ilə əlaqədar tanıyır, onların heç biri ilə qohumluğu, yaxınlığı və yaxud düşmənçiliyi yoxdur. Hazırkı iş üzrə həyata keçirdiyi ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinə Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi tərəfindən təyin olunmuşdur. Ekspertiza keçirildikdən sonra o, ekspert olaraq rəy vermişdir. Həmin rəyin təsviri hissəsində istintaq orqanı tərəfindən təqdim olunmuş kompakt disklər tədqiq olunmuşdur. Həmin disklərdə əks olunan kadrlar tədqiq olunub müvafiq qənaətə gəlinmişdir. Sonra isə cinayət işinin materialları, o cümlədən də həmin disklər istintaq orqanına qaytarılmışdır. Disklər tədqiq olunarkən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs böyük psixoloji təsiretmə imkanına malik olan cinsi istismara məruz qalmışdır. Bu səbədən də həmin CD disklərdəki videolar pornoqrafik xarakterli videolar kimi qiymətləndirilmişdir. Həmin videolardan görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayandır, psixoloji təsirə, cinsi istismara məruz qalır, cinsi ehtiras isə qeyri sağlam şəkildə oyadılır. Bu kriteriyalara uyğun olaraq o, yəni ekspert mövcud olan qənaətə gəlmişdi. “Erotika” insanın bütün fikirləri, hissləri, həyacanı ilə təsvir olunur. Həmçinin də erotika incəsənətin bir nümunəsidir. Erotika insan azadlığının sərhədlərini genişləndirir, əxlaqının, dəyərlərinin meyarlarını özündə saxlayır. “Pornoqrafiya” termini isə “porno”, yəni pozğun, “qraf”, yəni qeyd etmək, yazmaq sözlərindən ibarətdir. Pornoqrafiya insanda qıcıq yaradır. Pornoqrafiyada cinsi aktlar həyata keçirilir, cinsi davranış nümayiş etdirilir. Pornoqrafiyadakı cinsi davranış insani kontekstdən kənardır, insanın cinsi davranışına xas olan aktları qabarıq göstərir, ona baxanlarda qıcıq yaradır. Erotikada, eyni zamanda pornoqrafiyada da tərəf müqabili mövcuddur. Sözügedən videoda tərəf müqabili, yəni partnyor yox idi, sadəcə orada ictimaiyyət tərəfindən qəbul edilmiş normaların pozuntusu məsələsi var idi. Orada zərərçəkmiş tərəf psixoloji təsirə məruz qalır. Təqsirləndirilən şəxslər tədqiqat üçün təqdim edilməmişlər və o, onların cinsi oriyentasiyası ilə bağlı məlumatıı olmayıb. Bu səbəbədən də uşaqlar həmin əməli törədərkən və törətdikləri əməli qeyd edərkən onların nə cür hisslərin keçirməsini müəyyən etmək ekspert üçün çətin sualdır. Çünki onların şəxsiyyətlərinə, cinsi oriyentasiyalarına bələd deyildir. O, sadəcə o cəhətdən qənaətə gəlmişdir ki, baş vermiş hadisə, törədilmiş əməl ictimai əxlaq normalarına ziddir. O, yalnız o meyardan çıxış etmişdir. Təhqiqat zamanı tədqiq olunan sənədlər sırasında məhkəmə-tibb ekspertizasının rəyinin olub-olmamasını tam dəqiqliyi ilə deyə bilmir.Çünki hadisənin üzərindən uzun müddət keçdiyinə görə xatırlamır. Tədqiq etdiyi videokadrlarda tam fokuslanma yox idi, sadəcə bir fraqmentdə görsənir ki zərərçəkmiş şəxs butulkanın üzərinə əyləşir və hətta həmin an ətrafında olan şəxslərdən biri ona deyir ki, bir az da dərin əyləşsin. O, sadaladıqlarına əsaslanaraq rəydə “butulkanın anusa soxulması” ifadəsini işlətmişdir. Onun bu sahədəki bilikləri aldığım ali təhsildən, elmi ədəbiyyatdan qaynaqlanır. Bildirmək istəyir ki, ekspertizadan keçirilməsi üçün təqdim olunmuş videokadrlarda nə cinsi əlaqə, nə tərəf müqabili, yəni partnyor, nə də cinsi meyl aşkar olunmamışdı. Göstərilmiş psixoloji təsir, dava-dalaş seksual ehtirası yarada bilməz. Pornoqrafiya seksual ehtirası yaradır. Təqsirləndirilən şəxslərin törətdikləri əməldə seksual xarakterli hərəkətlər yoxdur. Yenə də qeyd edir ki, o, təqdim edilmiş videokadrlarda əks olunmuş alçaldıcı hərəkətlərin olmasına, şəxsin yetkinlik yaşına çatmamasına və bu kimi meyarlara əsaslanmışdır. Baş vermiş hadisədə cinsi münasibətlər müşahidə olunmur. Videokadrlarda pornoqrafiya əks olunmayıb, sadəcə uşaqların arasında baş vermiş mübahisə əks olunur. Bu qənaət qərarın təsviri hissəsində də yer almışdır. Uşaqlar tərəfindən butulkanın bu cür istifadə olunması qisas almaq, alçaldmaq formasıdır. Cinsi ehtiras bu şəkildə, bu cür üsullarla təmin olunmur. Onlara təqdim olunmuş videokadrlar üç kadrdan ibarət olmuşdur. Onlar əmin videokadrlarda qiymət verərkən ilk növbədə onu nəzərə almışdırlar ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayandır. Həmin video insanda ikrah hissi yardadır. İkrah hissi” ifadəsini o, həmin ifadəni “nifrət” sözünün mənasında işlədir. Orada məsələ həmçinin primitiv hisslərlə bağlıdır. “Primitiv hisslər”, yəni alçaldıcı, aşağılayıcı hisslər başa düşülür. O, videokadrlara diqqətlə baxmışdır. Həmin videokadrlarda işgəncə əks olunub. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı söyüş söymüşdür, onlar da bunun müqabilində zərərçəkmiş şəxsdən qisas almaq qərarına gəlmişlər. Butulkanın zərərçəkmiş şəxsin arxa keçəcəyinə daxil edilməsi zorakılıqdır, pornoqrafiya və yaxud erotika deyil. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-fonoskopik ekspertizasını 16 fevral 2023cü il tarixli 4/40-4/42 nömrəli rəyi ilə tədqiq olunmuş ekspertizaya təqdim edilmiş mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnlərindən görünür: “İMG_6898” K2 – qəşəy mahnıdı ha... diyan diya diyan K10 – Niyə çəkirsiz? K5 – Çəkiləsi uşaqdı da. Qaqaş götür bunun açkisini K1 – Açkim hanı? Açkim hanı mənim? K3 – başa düşdüm e, indi insanı normal insan kimi danışacıyıq K – Normal insan kimi/// K5 – Ayxan gəl sən çək də mən baxım. Çək çək K – gözlə indi mən səni başa salacam K5 – Fisyo çək K1 – Ə, burax görüm nağayrırsan? Ə, nağayrırsan? Məcid K5 – Brat hamımıza ana söyüşü söyüb də yəni, düzdü?! K – Ə, ana söyüşü söyüb, var-yox söyüşü söyüb mənnik bir şey yoxdu K5 – Yox e, qaqaş düzgün deyil K5 – Ayə nağarırsan a kişi K1 – Uff K – Eləmə, eləmə qaqaş indi belə danışa bilərik də yəni K3 – Vurmuram, Allaha and olsun vurmuram. K2 – Bu dəyqə sənin ağzın dağılannan sora gəlmə bura K – X73 K8 – Qorxmalı bir şey yoxdu e, bi dənə gəl mən sənə göstərim başa düşdüm də K1 – qaqaş bir dənə burax, söz deyirəm K2 – ver şokeri ver K – vermə Ayxan eləmə, lazım deyil, a kişi lazım deyil, ə saxla, eləmə Ayxan, eləmə, eləmə K3 – niyə söyürsən məni? Niyə söyürsən? K1 – Ə, sən məni niyə söyürsən qardaş? Birinci sən məni/// K3 – niyə söyürsüən? Niyə söyürsən? Oğlanlığını söymüşəm p....r, sənin bütün varyoxunu Hüsyn Nurizadə K2 – Qışqırma blət qəşqırma dedim sənə K5 – Hüseyn sakit K – Hüseyn Hüseyn K – Ə, indi insan kimi söhbət eləməy olar da, olmaz? K1 – Məni burax xahiş eliyirəm K – Onu burax Hüseyn burax K2 – Sikdir burdan, sikəcəm səni K3 – Əlini çək də K1 – Qaqa bi dənə qulaq as qulaq as K10 – Başa düşdüm K1 – Ayə sənə p....r söymüşəm? K3 – ...p....r K1 – p....r söymüşüy düzdü? K3 – Ə, sən söymədin p....r? K1 – Ayə, p....r söymüşüy? K3 – mənim oğlanlığımı söyməmisən? K1 – Birinci sən söymüsən K4 – ... bəs kim gəlir? Məcidgildi elə? K – Hə K3 – Oğlanlığımı söymüsən mənim K1 – Sən birinci söymüsən K3 – Sən məni söymüsən( sol əli ilə Kamilin üz hissəsinə bir sillə vurur) K1 – Burax görüm də məni K – Qaqaş, insan kimi danışmaq olmur? İnsan kimi danışaq da yəni vurmaqnan zadnan heç nə olmur səni yəni başa düşürəm. K3 – Yaxşı vurmuram, vurmuram ( hər iki əlini göyə qaldır) K1 – Mən səni söymüşəm? K3 – Sən niyə birinci söyürsən e, sən nə poxsan K2 – Kimsən e sən K3 – Sən niyə birinci söyürsən e kimsən sən, nə poxsan? Mən sənnən söyüşnən danışdım lap başdan? K1 – Birinci məni Bəylər söyübdü K – Nolub? K4 – Ayə, a kişi, Məcid Məcid K – Eləmə, eləmə, eləmə K4 – Ayə çək də o Bəhlulu K7 – Bəhlul çəkil, Bəhlul çəkil K4 – Bəylər o uşağı çək Bəylər K – Maşın gəlir K5 – .... gələn var ... K1 – Birinci o məni söyüb a kişi ... K6 – Aaaa, qaqaş videonu bağla qaqaş “İMG_6903” K – ...vurma-vurma dəyan K2 – Telefonu ver bura. Kamil telefonu ver bura, Kamil telefonu ver bura K1 – Bir şey göstərməliyəm e... K2 – Telefonu ver bura K5 – Ayxan telefonu ver bir dənə K1 – Ver bura K7 – Yaxşı verir, verir, verir, diyan, diyan, qaqa bir dəyqə Kamilə verək Kamil özü açsın, həylə eləmə K2 – Qaqa mənə vatsap lazım deyil, vatsap lazım deyil Əli K7 – Vatsap lazım deyil? K1 – Ver telefonu. Telefonu ver bi dənə atıram cibimə K – Sənin açqindi? K1 – Yo yo mənim deyil. Bi dənə telefonu ver atıram cibimə telefonu K7 – Ayxan, sizə qalareya lazımdı Ayxan? K1 – Ayə, a kişi telefonda şəxsi şəkillər var nağarırsan? K2 – Elə sənin şəxsi işlərin gedəcək məndən dayan. K1 – Ayə bir dəyqə telefonuma girib qaqa mən K – Ver heç olmasa sənin əlində olmasın K2 – Bunu çək bunu çək K1 – Sənə nə lazımdı qaqa nəyə baxırsan? Ayə mənim anamın bacımın şəkilləri var orda and ola Allaha K2 – Sənin anan bacın.... K – Məcid gə sən tut sənin əlində baxsın. Ver onun əlində baxsın. Ver onun əlində/// ver onun əlində K – Sənin ananın bacının şəkillərinə baxmırlar ay qəhbə, ay Kamil K1 – Nəyə baxırlar? K2 – ...p....r qız deyirəm p....r K7 – Kimdi bu? K2 – Gözdə indi tapanda tapacıyıq hər şeyi, al qırağa, qızlar hardadı? Qızlar hardadı? Söyməyin anasını, özüm ölüm heç bir ana layiq deyil bunun kimi p....rə görə söyülməyə, hanı bunun gizli şəkilləri, qal qırağa demirəm sənə? Adam balası kimi dur yoxsa sikəcəm sənin ağzını. Mən sözün əsl mənasına deyirəm e, ağzıva götürüb soxacam nəsə, hanı o gizli qalannarı, aç bunu tez elə. K1 – Orda heç nə yoxdu K2 – Aç dedim, parolun nədi sənin? parolu de K1 – Hamısı iki, iki, iki, iki K2 – Həə, iki iki iki, burda heç nə yoxdur, bunu aralı saxla bu dəyqə telefonu götürüb hamını sikəcəm K7 – Kamil sakit dur, əgər nəsə artıq varsa sən narahat olma, anavın şəkilinə qurana and olsun deyirəm bu oğlanın öz oğlanlığı var, durub baxmayacaq sənin ananın, bacının şəkilnə K1 – Fsyo yaxşı yaxşı lap yaxşı baxmasın K7 – Fsyo lap yaxşı baxmır səndə bax gör bax, bunlara baxırlar qaqa, bunlara lazımdı lazım deyil bilmirəm K2 – Problem burda yoxdu. Döyülən, hardadı burda o qızı? Hanı qız, zorladığın qız? hardadı? Özüm ölüm de sənə heçnə eləmiyəcəm K1 – Zorlamamısan K3 – Zorlamısan, qızdan pul almısan özdə bir dənəsindən almamısan K2 – Görsən heçnə eləmiyəciyik sənə, nə Fatim nədəki... K7 – Düzün denən heç nə eləmirlər K1 – Qaqam Allaha and olsun.... K7 – Yanımdasan narahat olma, bax qaqaş səni vurmur, diyir əgər eləmisənsə, boynuva al göstər fsyo K1 – Qaqaş mən qız zorlamamışam, qıznan yatmışam, o qədər qızınan yatmışam ki, K7 – Qıznan yatmısan göstər yatdığını K1 – Heç nə eləməmişəm K3 – Ə, eləmisən axı K1 – Heç kim bilmir a kişi K3 – Ə, nətəri heç kim bilmir bütün söhbətin yayılıb hər yerə, məzələnirsən sən? K1 – Bircə dənə bir dənə qıznan videom var, onu da özümü çəkmişəm K3 – Niyə çəkmisən? K2 – Kamil bu dəyqə sən deməsən hardadı səni burdan təzdən sikəcəm K1 – Qaqaş videoya yoxdu K2 – Vallah deyirəm bax. Bu qədər oğlan deyir ha eləmə eləmə heç kim bu dəyqə mənim qabağımı alammaz, deyirəm hardadı o şəkillər? K1 – Eşidirsən söz deyirəm sənə K2 – Eşitmirəm, hardadı şəkillər K1 – Deyirəm ki, qızınan birdənə videom var o da ki, şəkil yox videodu K2 – Heroin poxudu, o poxudu,hardadı bunlar hamısı? K – Heroin? K2 – Həə. Özüm ölüm deyirəm heş kim əlimnən alammıyacax K1 – Get axtar orda heroin zad yoxdu K2 – Sən görsət e, tapsam səni özüm yenə sikəcəm, tapsam təzdən sikəcəm K1 – Sənə deyirəm ki orda birdənə sikişmək videom var odaki qəhbədi ver göstərim K2 – Hardadı? Hardadı? K1 – Ver göstərim K5 – Baxa-baxa get a kişi ayə baxa baxa keç K1 – Yox e bir dənədi onuda göstərim o da ki, qəhbənin biridi, qaqa bidənə olar telefonu əlimə alıb göstərim? K2 – Yo olmaz dedim sənə K1 – Tam görmürəm də indi rahat görüm deyə K2 – Hmm noldu belə cəsur deyilsən ha dediyin kimi anasıynan güləcəymiş, bacısıynan güləşəcəymiş, oy blə sən p....rsən, sən p....rsən K1 – Ayə nə danışırsan sən? K2 – Sən p....r deyilsən? K1 – Xeyr K7 – Qaqaş vurma K – Vurma qaqa K2 – Silmisən ə? K1 – Vallah silməmişəm. K2 – Hardadı? K1 – Budey budu. Qızınan bir dənə videom var K2 – Fisyo qaqa bəsdi qal qırağa K2 – Bəsdi qal qırağa K – Gözdə gəl bura gəl bura K2 – Mən nömrəmi bi dənə qeyd eiliyim buna, çək bunu, bu p....ri çək, sifətin çək bu p....rin. Hələ burda çox videosu var bunun K1 – Sənin nömrən olmalıdı da onsuz burda K – Nə çəkirsiz orda nə var? Nə çəkirsiz? K2 – P....ri çək bi dənə K – Videolara bax videolara K2 – Hələ burda çox var. Hələ burda çox var. Ay blə diyan görüm K1 – Sənin nömrən var da, qızınan sənə deyirəm bir dənə video var, başqa video yoxdu.heroin zaddaki nəyə deyirsən? Heroin-meroin yoxdu. K2 – Çək bu p....rin sifətini. Diyan görək. K – Gəl ey gəl K – Hansı məllimə? K – Aytən/// “İMG_6903” K1 – Budey budu. Qızınan bir dənə videom var Fisyo qaqa bəsdi qal qırağa K2 – Bəsdi qal qırağa K – Gözdə gəl bura gəl bura K2 – Mən nömrəmi bi dənə qeyd eiliyim buna, çək bunu, bu p....ri çək, sifətin çək bu p....rin. Hələ burda çox videosu var bunun K1 – Sənin nömrən olmalıdı da onsuz burda K – Nə çəkirsiz orda nə var? Nə çəkirsiz? K2 – P....ri çək bi dənə “İMG_6905” K2 – Qəhbəə K1 – Hə K2 – Pula çıxan demək deyil K1 – Kayfına çıxandı K2 – Kayfına çıxandı K3 – Kayfına çıxandı hə K2 – Hər nə qəhbə olur olsun sən K3 – Video çəkmək K2 – Video çəkirsən, intiqam alırsan, dostunun sevgilisinə neynirsən, dostun sevgilisinə qəhbə deyir belə başa düşürəm? Ya belə ... vaxtında sevişiriy K1 – Yox, dostumun bu qızdan xoşu gəlib, sonram bilib ki, bəs tanıyıb da qızı əvvəl K2 – Hə K1 – Soram arxadan olub ki, qız qəhbədi, bunnan uzaq diyanıb K2 – Hə K3 – Sora sən niyə yaxınnaşmısan? K2 – Sən niyə ortalığa düşmüsən? K1 – Yox, bu qızınan mən sonram eləbil danışırdım K3 – Niyə? Səbəb? Sən dostunun xoşladığı... K1 – Yox dostum uje xoşlamırdı. Dostum xoşlamıyandan sonra dostumun da xəbəri varıydı. Mən qızınan danışrıdım. Qız özü gəldi mənə açıqca dedi ki. K2 – Bax tema belə olub ki, sən dostuna xəbər eləmisən ki, mən bundan intiqamımı alacam, elə eliyəcəm, belə eliyəcəm K1 – Mənim məqsədim varıydı intiqam almax K3 – Bular yoxdu e, ə K2 – Məqsədin varıydı hə, nə cür məntiqin? İntiqam alasıydın, döyəsiydin? K1 – Döymüyəciydim. Yox, qıza əl qaldırmamaram mən. K3 – Ay blə K1 – Nə isə “İMG_6907” K6 – Bax bax bunu gördük ki, bax Kamil sənin tərəfini tutmuram, ya da bu qaqaşdarında tərəfini tutmuram, mən neytralam, mən yəni heş nə bax görsən ki, mən sənnən normal danışıram, bu qaqaşnan da normal danışıram. Bax sən bunu vatsapda söymüsən də, səsləri görsənir K1 – Ola bilər ki, hə K6 – Vatsapda söymüsən, bax indi burda üzünə söyə bilirsən? K1 – Yoox K2 – Söyə bilmirsən düzdü? K1 – Hə K6 – Bax bunu yəni özün fikirləş də bu nə çıxır? K1 – Şərəfsizlik K6 – Şərəfsizlik. Bax görsən qaqa bax qəbul eliyəni nəyə vurursan? Hüseyn K2 – Qəbul eləməyə hələ sənin yanında danışır, bayaq mən bunla danışa bilərdim? 5 – Bayaqdan qaqaş qəbul eləmirdi ona görə vururuq bizdə, biz nağaraq K2 – İndi sən prostu mənə bir dənə imkan ver, mən uje bunu vursam gedəcək sifətinə deyəcək buram qırılıb buram qırılıb yəni şeyləmirəm uzaq başı alçaldacam burda hamının yanında siz də görün yəni amma videosu da bunun olacaq əlimdə, bunu alçaldacam K – Amma qırağa çıxmıyacaq, bizim aramızda qalacaq orda burda K – Ancaq özümüz K2 – Bunu da tanıyacaqlar birdə elə görsə pay bıy ble K – ... Telefonu sikdirdi ay bləə. Heş nə olmaz K2 – Üzr istiyirəm üzr istə qaqa bi dənə bunnan K6 – Qaqa bax Patandart uşağıdı, yəni özün də bilirsənki qəbul eliyir şərəfsiz olduğunu, K2 – Patandart uşağı temasına gəlmişikən bilirsən qəhbəxanadı ala özüm ölüm mən indi harda qalıram-qalmıram, yəni o zonamnan mən p....r tapsam, yəni p....rnən aram yoxdu heç vaxt olmuyub K6 – Bizdə yoxdum, prostu ki K2 – Gəlib məhləmnən onu vurub, sikib blet, başına işiyib gətirib götürsəz maşında aparsaz, mən orda ortalıxda olmuyacam, yəni demək istiyirəm ki, durub mən indi bunu öldürmürəm ki, özümü poxa salmıyacam, mən prosto bunu deyərm bunu burda alçaldacam, sözlərinin hamısın deyəcəm, bayaxdan danışmırdı indi danışdıracam, ona görə rahat yer axtarırıx bəyaxdan K6 – Bax görsən bax qəbul elədi, qəbul eliyən adamı yəni özündə bilirsənki düzgün deyil də günah sayılır K3 – Alçalsın bəsdi K6 – Alçalsın fiso da ama vurmaq lazım deyil K2 – Vurmuyacaydıq bunu vurduq da düzdü? Vurdux da prostu indi K6 – Hə K2 – Amma sən bax o dostun bayaxdan mənim üzümə durub ki, sən onu niyə vurdun. O elədiyim hərəkəti bayaxdan mənim üzümə vurur ki, sən onu niyə vurdun onu. Düz deyil axı K6 – Ayə o hələ demirdi e, qaqa, o deyirdi ki, sən dedin ki, vurmuyacam, vurdun, birincidə K2 – Yox e, birincidə mən a kişi mən birincidə heçkiminən söhbət eləmirdim, mən tutmuşam belə arxadan uje çevirdim bunu K6 – Ayə səhf anlaşılma olub bax siz söhbətinizi eliyin, bax biz qarışmırıq bax ya buna varata deyilik, ya da burda başqa adama varata deyilik. Mən burda Məcidə varatayam, bu Ayxana varatayam, bir də Elxana varatayam, birdə tanışlara, Patandart uşaqlarına varatayam da, yəni buna varata deyiləm, bax yaxşılara varatayam, belə deyək K2 – İndi mən sənə birdənədə tema deyim Batandartdan, bu Patandartda qalır hə. ... bunun demək teması nədi, bu bicbala qız zorlayaraq pulunu alıb əlindən, qəşəy də pulu olub, keçib Yasamal tərəfə, Yasamal tərəfdə bunu tanıyan olmuyubdu, Yasamal tərəfdə mən bildiyimə görə kafesi zadı var, kimdi məni burda təsdiqliyən. Hardasa dostuynan kafe zad işlədir, orda bunun puluna görə hörməti var birəz, yəni bu Yasamalda kafeyə də bizi çağırıbdı, kafedə biz sənə bu hərəkəti edə bilmərik də, yəni sənnən gərək küçədə görüşək K6 – Yasamalda sən kimi tanıyırsan? K3 – Tofiq kimdi? K2 – Yəni sən bunu danışdıranmarsan qaqa, özüm ölüm bu sənə heç nə başa salanmıyacaq K3 – Tofiq kimdi e Tofiq? K1 – Tofiq mən bilən Yasamalın vəziyyətinə baxır K6 – Ayə Yasamalın vəziyyətinə Baba Yasamal baxır K1 – Mənə Tofiq deyirlər, Tanımıram Tofiqi K2 – Nəysə qalsın qırağa, bu Patandardtan çıxıb yəni. Panandart uşaqlarıynan zadnan siznən arası ola bilməz K6 – Vapşe aramız yoxdu bunnan ümumiyyətcə aramız yoxdu, prosto ki, dava vəziyyətində istəmirəm ki, olsun K1 – Denən ki, vurulacax da mən də bilim K6 – Ayə bir dəyqə sən şərəfsiz olduğunu sübut elədin, sübut elədin deyəndə təsdiqlədin, fiso kutardı söhbət, sözünüzü deyin, vurub zad eləmiyin, vurduz fsyo K2 – Bax bilirsən necə mən sənə deyirəm də, mən dedim ki, buna görə mən buna görə poxa düşmərəm, bu p....rə görə poxa düşmərəm K6 – Narahat olma, narahat olma K2 – İndi gəl biz sənnən əlimizi sıxaq, siz də bax evinizdən bura kimi əziyyət elədiz bayaxdan bura gəlirsiz, gedin şeyliyin, biz də taksiyə oturacıyıq birazdan bunu gətirib düşürdəciyik K6 – Yox biz burda dayanacayıq, Qıraxda dayanacayıq, biz heç nə eləmiyəciyik, vursaz bax, vursaz uje sənin günahındı özün də qəbul eliyirsən K2 – Vursam bax günah nədə görürsən sən K6 – Günah yəni sən dedinki vurmuyacam K2 – Mən buna görə poxa salmaram K6 – Yəni belə çxır sözünü danırsan da vursan K2 – Mən sözümü heç vaxt danmıram K6 – Fiso da K2 – Mən vurmax temasına heç nə demirəm, prosto buraxdım bunu Mirzəliyə, çünki əsas buna birinci girmişdi, onu da vurmaqda buna heçkim haqsız deyə bilməz K6 – Buna haqsız demirəm. Bu vurdu, ayə yox e, sən dedin ki, vurmuyacam K2 – Fiso qurtardı K6 – Vurmuyassan da K2 – Yox K6 – Fiso. Bağlandı söhbət. İndi danışın bunnan K – Bunu vurvurux heç kim vurmur. Çəkirəm K2 – Gəl bura. Bax əvvəlcədən başdıyıram. Sən niyə durub birdən birə naxalni ana-bacı söyüşü/// “İMG_6908” K2 – Onu bilmirəm düşdü yəqin ki, o Ayxanın telefonundan kamera. Niyə söyürsən? K1 – Söymüşəm mən. Mənə söyülüb mən də söymüşəm K2 – Bax sən yenə dirəşirsən bax bu qədər uşağın yanında yenə dirəşməyə başdıyırsan e. Sən çünki oğlan deyilsən K3 – ... K1 – Bi dənə söz soruşum? K2 – ... K1 – Bi dənə söz soruşum? K5 – Ayə üzürüvü istə çıxaq gedəkdə eyy K2 – Anavı söyüb? Bacıvı söyüb? sən onsuz da p....rsən K5 – Üzürüvü istə çıxaq gedək K – Qaqaş, eşitdin nə dedi? Bi dənə təkrar elə K5 – Üzürüvü istə sözünü de çıxaq gedək K2 – Üzürünü istə çıxaq gedək teması deyil K7 – Hər şeyi boynuva al. Elədiyin eləmədiyin, əgər istiyirsənsə səni burdan meyid eliyib atsınlar, qurana and olsun indi bunun dediylərini boynuna almasan mən səni burda meyid eliyib atacam, bu qaqaşın səni vurmağına da heç nə demiyəcəm, fsyo, bax bax dedim. Nə deyir boynuva al, düzdü səhvdi bilmirəm, boynuva al çıx get, özün də rahat ol K1 – Yaxşı mən söym/// K2 – Bir dəyqə diyan sən saxla sənin danışdın sonra mən deməyinə deyil bax indi icazə ver mən, bax indi sən təzdən başlıyıram durub naxalni mənə, mənim qardaşıma, mənim yaxınıma, ailəyə niyə söyürsən K1 – Səhf eləmişəm K2 – Səhf eləmisən, səhf də eləməmisən içini sikim sən böyük bir pox yemisən K1 – Qələt eləmişəm K2 – Sən həqiqətən üz qarasısan K3 – Denən ki, pox yemişəm K1 – Pox yemişəm həə K2 – Hə pox yeməyinə onsuz da yemisən, bax sən bidənə bax artıq danışacaqlarımdan artıq kəlmə gəlsən özüm ölüm sənə demiyəcəm soyundurub butulkanı sənin götünə soxacam. Özüm ölüm deyirəm bilirsən ki, eliyərəm. Niyə qız zorlamısan? Bax mən sənə deyirəm. Bax qız zorlamağa bayaqdan dirəşirsən, dirşəsən soxacam götünə. Dirəşmə! Niyə sən/// Gördük telefonda, yəni görüntünü gördük, niyə blet qızın səsi də çıxmır orda, mən adım kimi əminəm ki, sən patı vurmusan, çəkmisən də, telefonda saxlayıb, paylaşmamasın da deməmişəm ha K1 – Kayfda olmuşam K2 – Qıza göstərmisən, demisən K3 – Paylaşmısan da K2 – Bir dəyqə diyan. Bax sən paylaşmamısansa bu qədər uşağın nədən xəbəri var qızdan, bax sən azdırırsan yoxsa bilmirəm, həddin nədi azdırasan, ama telefona baxanda da var, sənin telefonunda bu dəyqə hamı görüntünü gördü onu, qızdan da səs çıxmır, təzdən açıb göstərək o videyonu səə? Sən qızı bayıltmısan, bilmirəm nə içizdirmisən, nə eləmisən K1 – Qız yox e ikimizdə, kayfdaydıq K2 – Deyirəm bilmirəm sən indi dozasını ona çox vermisən mən sənə uje deyirəm. görsən uje yavaş-yavaş gəlir. K1 – İkimizdə kayfda olmuşuq K2 – Dozasın vermisən,onun səsi çıxmır orda başa düşdün? Yəni sən onsuzda götdübaşdı hərəkət eləməmisən, dozasın artıq eləmisən qız səsin çıxarda bilmir, o videonu sən çəkəndən sonra adım kimi əminəmki göstərmisən, telefonda bütün şəkillərinlə bir yerdə, sən onu blət nəydi o təhdid eləmisən ki, mən o videonu paylaşacam sən pul mənə gətirməlisən. Sən o p....rliyi eləmisən. Adım kimi əminəm ki, eləmisən, yəni hər cür sübut da var uje hər şeyi gördük. K – Vidyovu gördük yəni K1 – Mən demişəm ki, yəni ya pul ver, ya da videonu paylaşacam, eləmişəm? K2 – Sən bunu eləmisən a kişi eləmisən K1 – Yaxşı eləmişəm. K2 – Bax indi bilmirəm e, sənin kimilərə görə peşimanam. Niyə o poxu yemisən hə, mənə cavab ver? Niyə o p....rliyi eləmisən? K – Diktor sən qızı zorlamısan? Sən qızı zorlamısan? K2 – Pul lazımıydı hələ belə hərəkətlər eləmisən? Hələ bir camaata da genələ-genələ gəlirsən ki, səni belə eliyərəm elə eliyərəm bu nə hərəkətdi? K – Sən qızı zorlamısan? K2 – Qızı zorlamağın onsuz da boynuna da alınbdı yaxın çək səsi də düşsün ora. Qızı niyə zorlamısan mənə bi dənə cavab ver qızı niyə zorlamısan? K – Təcavüz eləmisən K1 – Kayfda olmuşam da deyirəm K2 – Pul götürmüsən. Niyə pul götürmüsən? K1 – Pul lazımıydı da çünki K2 – Pul nəyə görə sənə lazımıydı a p....r pul nəyə görə sənən lazımıydı? Cavab ver mənə K1 – Yadımda deyil zaraftsız , poxdaydıq pul lazımıydı K2 – Poxdaydıq pul lazımıydı demək sənin belə p....rliyə əl atmaq lazımıydıda hə K5 – Hesabıvı satardın da, pab-ci hesabıvı gördük... satardın puluvu götürərdin K1 – O hesabım təzəlikcə var K2 – Azərbaycan əhalisi əziyyət çəkir, yaxına gəl kuryer işləyən var, taksi işləyən var, halal zəhməti ilə pul alır, sənin kimi p....r gör birdənə qıza nəyə görə eliyir. Neçə dəfə sən bu qızı zorlamısan? Neçə dəfə fərqli qızı K1 – Bir dəfə K2 – Bir dəfə deyil ağzımı açdırma K1 – O qızı bir dəfə deyirəm K2 – Başqa hansı qızı zorlamısan? Bicbala K1 – Yox başqasın zorlamamışam, birdənə onu zorlamışam, birdənə onu zorlamışam K2 – Bəs bayaq deyirsən birdənə onu zorlamamışam K1 – Yox başqa qızınan olmuşam e K2 – Şərif ver mənə o butulkanı, uje yavaş-yavaş gəlir butulka bir dəyqə saxla K1 – Bir dənə söz deyim? Başqa qızınan olmuşam e, sikmişəm. zorlamaq birdənə onda olub K2 – Məcid! Məcidin dostları boynuna alır yavaş-yavaş qızı zorlayana nəsə mən hərəkət eləsəm haqsızlıq demiyəssiz? K7 – Bomba kimi sənə haqsız demirəm, zorlayıb, pox yeyib, özü də deyir pox yemişəm, səhv eləmişəm, K2 – Dirəşmə K7 – Dirəşmə ehtiyac yoxdu, dirəşmə K2 – Kayfda olmuşam deyirsən hə, nəyin kayfında olmusan nə çəkmisən p....r, nə vurmusan damarıva K – Nə çəkmişdin? K2 – Ağzına kimi danış, özüm ölüm bu dəyqə butulka gələcək sənin götünə, yavaş yavaş danış K1 – Patı çəkmişəm K2 – Patı çəkmisən qıza niyə çəkdirmisən p....r Mirhəzli K3 – Oy bləəə K1 – Qızınan çəkmişəm K2 – Harda çəkdirmisən, kimin evində? Harda? K1 – Qızın evində K5 – Qızın evi hardadı? K2 – Qızın evində çəkdirmisən sən? Qızın evi hardadı? Sən tanıyırsan bu qızı? K1 – Elə belə tanıyıram K2 – Neçə il onunla bir yerdə oldun başın aldatdın? Sən helə belə durduq yerdə qızı aldadanmarsan K1 – O qızınan üç ay danışmışam K2 – Üç ay danışandan sonra, yaxına gəl səs düşmür, yaxına gəl K – Sağ olun K2 – Fsyo gördüz də bunun hərəkətini, öpürəm sizi sağ olun K – Ama vurmuyun da K2 – Sağ-salamat bunu göndərəcəm, bəsdir qardaşım davay öpürəm səni K – Davay sağ ol K1 – Üç ay danışmışam qaqaş K2 – Yaxına gəl K1 – Üç ay sonra da kı şeydi nədi onun adı qıznan bir dəfə çəkmişik, çəkəndən sonra da kayfda olmuşuq eləmişik K – Ə,düz diyir? K2 – Ay p....r camaatın niyə bacısını, nəbilim qızını niyə zəhərliyirsən K1 – Deyrəm kayfda olmuşuq K2 – Niyə blət pul al/// O qız sənə demək K1 – Yo, yo patını qız istəyib, patı qızda olub qıznan çəkmişik K3 Bu telefonun pulun qızlar verən puldu elə? K1 Yo yo onu ata alıb, Allaha and olsun ata alıb K3 – Heç sənin atanın xəbəri yoxdu axı bu telefondan deyirlər K1 – Var var atanın xəbəri var K8 – Zəng vuraq soruşaq? K1 – Yox xəbəri var, mən belə pis çıxmasın bütün günü o telefondayam atam görür də K2 – Bi dəyqə saxla sənə deyirəm danışma K1 – Buyur de K2 – O qızı, yəni o qızı yox, o qızı bildim ki, bir dəfə zorlamısan sən o qızdan nə qədər pul götürmüsən? Cavab ver blət, cavab ver götüvə butulka girəcək mən yalan desən, mən bilirəm temaları K1 – 200 manat olub deyəsən, iki yüzə yaxın K2 – Sən pox yimisən ə, cavab ver. Şərif butulkanı gətir, Şərif butulkanı gətir, Şərif butulkanı ver bura, Şərif butulkanı ver bura, bir az da səni soyunduracam uje K1 – Ayə nə butulka qaqaş K3 – Dayan dayan gözlə danışsın, boynuva al, boynuva al 200 manatdan çox almısan K1 – Qızdan 200 manat pul almışam, vallah 200 almışam. K2 – Deməli sən deyirsən ki, bir dəyqə. Sən deyirsən ki, qız razı olmuyub mənim onunla sikişməyimə, yəni o qız onsuz da qəhbədi demək deyil K1 – Razı yox ikimiz də heç kayfda olmuşuq xəbərimiz olmayıb... K2 – Ver bura butulkanı. Uşaqlar gedibdi? Ver bura butulkanı K – Videonu hardan çəkmisən kayfda olmusansa?) K1 – Yəqin onun dozası çpoxuydu mən yaxşıydım K2 – Qız bayılıb düzdü? Qız bayılıb düzdü? Hiss eliyirsən? Hiss eliyirsən? O qız bayılıb, tutub zorlamısan yəni, pulun da almısan, durub hələ qəhbə adıynan gəzə-gəzə də demisən, hələ bir onnan sonra da durub burda yaxşı oğlanların da blət söymüsən hə, onsuz da söyüşün qəbul deyil prosto, nə bilim sənə hər hərəkət düzdü söymüsən hə? K1 – Düzdü. Düzdü. K2 – Neçə dənə qızı zorlamısan? Mənə cavab ver! Neçə dənə qızı zorlamısan? Çünki, bildiyim qədəri ilə üç dənəsindən minimum xəbərim var K3 – Video heç yerə çıxmıyacaq a narahat olma, ancaq özümüz, sadəcə bir pox yesən uje sən siktirdin yəni K2 – Sən... düşəsən nə vaxtsa, öz blət puluva görə hörmət qazandığın dostun falan eşidəm biləm ba burda olan uşaqların hansınınsa yaxınlaşıb Kamilə nəsə elədiyinə görə aydınlığ eliyə səni evindən tutaram, oğraşdı deyirəm blət sənə eləmədiyim hərəkət qalmaz, belə o patını sənə çəkdirib, o qədər doza çəkdirərəm, blet sən komaya girərsən o həftə sənə blə eləmədiyim pox qalmaz, götüvü aralayıb cıraram başa düşdün içini sikim üz qarası cavab ver deyirəm, neçə dənə qız zorlamısan? K1 – Elə üşdü düzdü K2 – Üç dənə qız zorlamısan, hamısından da pul almısan K3 – Oy bləə ayə niyə sözüvü danırsan de də düzünü 2 saatdı səni burda gözlüyürük e xiyar a K2 – Yaxın çək, neçə qız zorlamısan cavavb ver K1 – 3 dənə K2 – 3 dənə qız zorlamısan hələ düşüb ortalığa hamısınnan da pul götürmüsən K3 – Nə qədər pul almısan ümumilikdə? K1 – İkisindən almışam birindən almamışam. Birindən 200 götürmüşəm, birindən də 300 yox 300 yox 350 K2 – Sənin o şəkillərivi .... K3 – O birin necə zorlamısan yaxşı? K1 – Necə? K3 – O birin necə zorlamısan K2 – Ona nə çəkdirmisən? K1 – Eyni şeydi də patı çəkmişik K2 – Patı çəkdirmisən K3 – Yenə çəkirsən? K1 – Yoo uje çəkmirəm K2 – Patını kimdən tapırsan? K1 – Necə? K2 – Patını kimdən tapırsan K1 – O vaxt Çapayevda bariqa varıydı uşağın tanışıydı K2 – Barıqanın adın denən K1 – Emil K2 – Barıqanin adın denən Çapayevdə hansı zonada K1 – Yox zonanı bilmirəm uje K3 – Soyad K1 – Yox soyadın da bilmirəm bir dənə adın bilirəm Emil K3 – Nömrəsi var? K1 – Əvvəlki nömrədə varıydı amma onu da silmişəm telefonu... K3 – Adres zad K2 – Sənə demişdim yalan danışma? Çünki, qızın sayısı üç dənə deyil, daha çoxdu, yenə mənə yalan danışdın? Niyə mənə yalan danışdın? Axırıncı şansı verirəm, mən ürəyi yumşağam, sən burda ciddiyyətə almasan butulka girəcək götünə, neçə dənə qız zorlamısan? Neçə dənə qız zorlamısan? K1 – ... K2 – Yalan danışma, yalan danışma, yalan danışma. Yalan danışma, butulka girəəck götünə yalan danışma, yalan danışma neçə dənə qız zorlamısan cavab ver, pulun miqdarın sən indi düz danışmasan , səni sikəcəm mən burda K1 – Opşi deyrəmdə 600-700 olar K2 – 600 manat deyil K1 – Opşi deyirəm K2 – 600-700 deyirsən bayaqdan atış gəlirsən 200-350 deyirdin K1 – Opşi bir yerdən 600-700 deyirəm K2 – O 550 eliyir 700 çatmır axı, sənə deyirəm mən pulun qiymətini bilirəmnə qədərdi orda, cavab ver içini sikim, oğraşdı deyirəm iki dənədi butulka, birisin göndərəcəm ikincisi də dalınca gələcək K1 – Pul 700-dən çox olammaz, 600-700 arası olar K2 – Neçə dənə qız zorlamısan? Pul almadan neçə dənə qızı zorlamısan içini sikim? Neçə dənə qızı zorlamısan K1 – Opşi? Pul almadan? K2 – Opşi neçə dənə qız zorlamısan? K1 – Həə o dörd dənədi, biri ayrıdı K3 – Yenə artır e, bir-bir artır K8 – Butulkanın birin də çıxarım 5-6 olsun da K2 – Getdilər uşaqlar? K – Hə hə getdilər K1 – Üçündən pul almışam, birindən almamışam K8 – Yetim eləmə demisən yəni Hüseyn K2 – Alə vurmuram ama bu gedəcək, bu olacaq mən buna ürəyi yumşaqcasına K1 – ...3 dənə K2 – Sox içinə, ürəyi yumşaqcasına bayaxdandı şans verirəm, düzəlmir bu adam(gülüş səsləri eşidilir) düzəlmir bu adam düzəlmir, qız zorlaya-zorlaya gedir. Sən dörd dənə deyim indi öz dilinlə yalan da olsa, bilirəm onsuz da yalandı K1 – Yoo yoo K2 – Sox içinə, sox içinə sox (taqqıltı səsləri eşidilir) sən dörd dənə camaatın qızına patı çəkdirib zorluyub bədbəxt eləmisən, onlar bilirsən sənə niyə iş vermiyib? K3 – ..bu kimdi K1 – Uşaqdı tanışdı? Hüseyn K2 – Onlar sənə, onlar sənə iş vermiyib bilirsən niyə? Çünki bura Azərbaycandır, qız bildiyin yəqin ki, o 350, 200 manatı normal qız tapanmaz imkanlı ailə/// K9 – Pul var? zorluyax alaq? K1 – Orginal əsl deyil o götür istiyirsən K3 – Əsl deyil?dayan görüm nə qədər pul var? K1 – İki manat var üstümdə K2 – İki manatı sən yeyəcəksən birazdan dayan K5 – Deyin də day onu da püləməz də K – Ə, yetim sox da ora da gijdıllax aa K2 – Nəysə, sən dörd dənə camaatın qızına, bi dənə danışmıyın bunu səsi düşməsin də, bidənə bunun səsi düşməsin də K8 – Düz deyir də K2 – Belə düşsün bunun səsi, sən dörd dənə camaatın qızına patı çəkdirib zorlamısan videosun da çəkmisən düzdü? K1 – .. olub hə düzdü K2 – Düzdü bax onlar sənə niə iş vermiyiblər, səni çünki K1 – Onu bilmirəm K2 – Bilirsən niyə, çünki səni blə o qızı bilmirəm açmısan, sikmisən, zorlamısan K1 – Hamısı açığıydı K2 – O qız düşə bilməzdi ki, ortalığa desinlər ki, məni zorladılar, o gələcəyin bir anasıdı K1 – ...yoox K2 – Bir dəyqə sox içinə. O gələcəyin bir anası ola bilərdi, sən isə onu bədbəxt elədin qoydun ortalığa, bədbəxt elədin camaatın balasın qoydun ortalığa, özün də blət nəşə xorlayıb narkotik çəkən blə K1 – Birdənə söz deyim? K2 – Yox. Sox içivə. Sən blet üz qarasısan sox içivə, düşüb ortalığa heç kimi söyənmərsən, ö söydüyün söyüşlərin bir dənə cavabın ver, o söydüyün söyüşlərin bir dənə cavabın ver, cavabın ver K1 – Üzr istiyirəm də o söyüşlərə görə K2 – Üzr istəməy yox K3 – Denən Mirzəlidən belə hamıdan üzr istyirəm K1 – Hamıvızdan belə burda kim varsa, kimə söymüşəmsə hamıvızdan üzr istiyirəm K2 – Pox yemisən, p....rin ən böyüyü sənsən Mirzəli K3 – Denən pox yemişəm K1 – Pox yemişəm K2 – P....rin ən böyüyü sənsən denən, denən. Denən K1 – Pox yemişəm, üzr istiyirəm. Yəni hamıvızı söymüşəm üzr istiyirəm. K2 – Denən. Denən p....rin ən böyüyü elə sənsən, qız zorlayan p....rəm denən kameraya, qız zorlayan K1 – Qaqaş qız zırlamışam e K2 – Qız zorlayan p....rəm denən K3 – Denən də denən K1 – Qız zorlayan p....rəm elə K2 – Qız zırlayan p....rsən sən elə, düzdü, camaat yoxdu ətrafda K – Yo yoxdu K9 – Nəsə də çıxart şalvarıvı K3 – Çəkmişik bunu çəkmişik çəkmişik K2 – Düz eliyəciyik vallah düz eliyəciyik, mənə girişmiyin ölüb elməyicək, özüm ölüm gedib bir dənə həkimdə anasının atasının yanında götün göstərmiyəcək ki, mənim götümə soxublar K1 – Qaqaş bir dənə söz deyim də K2 – Olmaz K1 – Mən səhvimi boynuma almışam da, üzr istəmişəm K2 – Səndə səhv deyil e a kişi, səhv deyil K1 – Bilirəm böyük səhv buraxmışam K2 – Böyük səhv buraxmışam yox e, sən düzəlmiyəssən. Mən adam balası kimi söz başa salanmıram sənə bəsdi də yox e, bəsdi də K3 – Girəcək, deyirəm axı girəcək poxa keçəciyik axı K8 – Hüseyn K5 – Hüseyn yaxşıda Hüseyn K8 – Yox denən ki, öz xoşuynan otursun, öz xoşuynan otursun, qoy ora özü otursun dəydirsin K5 – Öz xoşuynan otur K1 – .... K2 – Gördülər sənin söhbətini getdilər, hamısı getdi səni heçkim burda qurtarmayacaq, evivədə tez getmək istiyirsənsə K5 – Öz xoşuynan otur K2 – Ağzıvın qanamasın, durub nəbilim bita kimi nəyinənsə döyməyimizi istəmirsənsə, özüm ölüm deyirəm üstümüzdə hər şey var, eləmək istəmirsənsə bunları, öz xoşluğunla səni burda sikin var ha balaca belə iyrənc adam kimi soxduğun ha, huşunu itirmiş qızlara, biz səni bu huşda olan eliyəciyik, sən onnan sonra həyatla əvəzələşəcəksən K – Maşın gəlir maşın gəlir K2 – Həyatla əvəzləş qoy haqq ədalət yerin bulsun K8 – 11-15, 11-20 K1 – Bu qandı belə üstümdəki? Birdənə bax gör opşi üstüm qan deyil K2 – Maskasın ver bunun K3 – Yerdədi K2 – Yerdən götür K2 – Maska kimdədi? K4 – Maska yerdədi K2 – Camaat getdi?(ətarfdakılara sual verir) K8 – Hüseyn oz xoşluğuyla şeyləsin də K2 – Öz xoşuynan yox K5 – Öz xoşuynan otursun çıxaq gedəkdə K2 – Bəylər,Bəylər eliyəciyik bunu, mən bunu eliyəcəm K8 – Hüseyn K5 – Hüseyn a kişi öz xoşluğuynan otursun sən nə özünə əziyyət verirsən, öz xoşuynan otursun K8 – Butulkanı qoyun ora hazırlıyın K2 – Çünki səni alçaldaraq eləsək daha.. K1 – Söz soruşum? K2 – Yox K5 – Çıxar şalvarıvı. Çıxart şalvarıvı K2 – Çıxart şalvarıvı K1 – Ayıbdı K2 – Məcbur çıxardaq, məcbur çıxardaq daha biyabır olasan sənin dartıb cıracıx şeylərivi K5 – Elektroşok var da yəni, çıxart aç K2 – Bax bayılassan. Şalvarını çıxart K1 – Ayıbdı K5 – A kişi çıxart da deyirəm sənə ey blin K2 – Şalvarını çıxart K1 – Toz olmasın K2 – Bi dəyqə bi dəyqə dayan K5 – Gözdə gözdə “İMG_6909” K8 – Sakit durun da K1 – ... K2 – ... (gülüş səsləri eşidilir) K3 – Özü öz xoşluğuynan K1 – Xahiş edirəm.... K8 – Ala özü öz xoşuynan, öz xoşuynan K5 – Qoy yerə otursun K3 – ....ləzzət eliyir K3 – Dayan da bildim. Bura qoyum?Bura qoyum? K2 – Bunu çıxart qapağı K5 – Başın çıxart K8 – Yetim Hüseyn özü, özüü K2 – Özü olmaz, bu bir dənə dombalacaq biz onun götünə butulka soxacıq K1 – Ora oturacam? K8 – Hə ora oturassan K3 – Bu oturassan K8 – Hə fiso oturassan K1 – ... K2 – Çıxar səni buraxacıyıq K3 – Demirəm e dibinə qədər sox, sadəcə oturassan K2 – Otur onun üstünə K2 – Yox e, yox otur soyun otur üstünə, tez elə biz getməliyik K5 – Gecikirik a kişi tez oll K3 – Polis gəlir tez elə K1 – Buna oturum? K9 – Tez elə səni göndərək gedəsən K – Dog style (gülüş səsləri eşidilir) K2 – Otur tez elə yox e yox şalvarını çıxardassan, götüvə girəcək sənin (ətarfdakılar oy bləəə gülürlər) K1 – Qaqaş zarafat edirsiz e K2 – Yox zarafat eləmirəm PPX gəlib götürəcək bu dəyqə səni ( bu zaman Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarını soyunub yerə əyilir) K3 – Sox, sox, sox K1 – ...(butulkanı əli ilə düzəldir) K3 – Ə, onu əlinnən sox özünə, yox e soxxx K1 – Ay bləə K – ... K3 – Girmir? soxx, soxxx K – ... K2 – Sox içinə otur orda, otur Kamil otur, üstünə otur K8 – Oturub, oturub K2 – Kamil otur onun üstünə. İtələ blə. İtələ içivə, İtələ içivə K1 – Getmir də çıxır K2 – İtələ içivə K3 – Getmireee (gülür) yağ gətirin yağ, vazelin sürtün (yenə də ikrah hissi ilə gülməyə başlayır) dalbayov oturda təmizzz K2 – İtələ içivə K1 – Qardaş bu qədər gedir K – Otur da otur dalbayob K2 – Ayağının dibində saxlayıb ona görə, bi dənə dombal sənin götünə soxaq çıxaraq daa, dombal bidənə heçnə olmaz, Kamil birdənə dur dombal belı divara tərəf onu götüvə soxaq buraxaq səni K5 – Kamil onsuz birdəfəmə eliyəssən də gec tez K2 – Otur onun üstünə K1 – Oturmuşam. Allaha and olsun oturmuşam (ətarfdakılar gülməyə başlayırlar) K3 – Dur, dur, dur (gülürlər) dur “VİD-20221008-WA0017” K2 – Sox içinə otur orda, otur Kamil otur, üstünə otur K8 – Oturub, oturub K2 – Kamil otur onun üstünə. İtələ blə. İtələ içivə, İtələ içivə K1 – Getmir də çıxır K2 – İtələ içivə K3 – Getmireee (gülür) yağ gətirin yağ, vazelin sürtün (yenə də ikrah hissi ilə gülməyə başlayır) dalbayov oturda təmizzz K2 – İtələ içivə K1 – Qardaş bu qədər gedir K – Otur da otur dalbayob K2 – ayağının dibində saxlayıb ona görə, bi dənə dombal sənin götünə soxaq çıxaraq daa, dombal bidənə heçnə olmaz, Kamil birdənə dur dombal belı divara tərəf onu götüvə soxaq buraxaq səni K5 – Kamil onsuz birdəfəmə eliyəssən də gec tez K2 – Otur onun üstünə K1 – Oturmuşam. Allaha and olsun oturmuşam (ətafdakılar gülməyə başlayırlar) K3 – Dur, dur, dur (gülürlər) dur K1 – Durum da. Durum? K5 – Ə, dur dur K2 – Sözün əsl mənasında blə p....rsən üz qarası. Üz qarası. Neçə dənə qız zorramısan bir də de. Bir də de neçə dənə qız zorramısan? K1 – Dörd dənə K2 – Dörd dənə qız zorramısan pul da almısan düzdü? K1 – Düzdü K2 – Patı çəkdirmisən? Eləmisən o p....rriyi K1 – Düzdü K2 – Bir də düşəsən o ... səni tapacam/// Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə aşkar edilən tədqiqatı tələb olunan mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitq Zərərçəkmiş şəxs, «K2» kimi işarə olunmuş diktorun səsi və nitq Təqsirləndirilən şəxs1 Rafiq oğluna “K3” kimi işarə olunmuş diktorun səsi və nitqTəqsirləndirilən şəxs2,«K4» kimi işarə olunmuş diktorun səsi və nitq X33, “K5” kimi işarə olunmuş diktorun səsi və nitq Təqsirləndirilən şəxs5 «K6» kimi işarə olunmuş diktorun səsi və nitq Şahid5, «K7» kimi işarə olunmuş diktorun səsi və nitq Şahid4, «K8» kimi işarə olunmuş diktorun səsi və nitq Təqsirləndirilən şəxs4, «K9» kimi işarə olunmuş diktorun səsi və nitq Şahid1, danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «K10» kimi işarə olunmuş diktorun səsi və nitq Şahid2 məxsusl olması müəyyən olunmuş, «K» kimi işarə olunmuş diktorların danışıq materialları eyniləşdirici tədqiqat üçün yararsız olduğundan həmin diktorlardan hansı birinin səs və nitqinin Şahid3 və ya digər şəxsə məxsus olub-olmamasını müəyyən etmək mümkün olmaması, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqlarda iştirak edən diktorların danışıq anında emosional-psixoloji vəziyyətində ekstremallıq müşahidə olunması müəyyən edilmişdir. Məkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı nümayiş etdirdikləri mövqe və ifadələrinə uyğun olaraq onlara elan olunmuş ittihamda özələrini təqsirli bilməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə dalaşdıqlarını, buna səbəb zərərçəkmiş şəxsin onların özlərinin və yaxınlarının ünvanlarına söyüş söyməsini göstərdilər. Məkəmədə Zərərçəkmiş şəxs da mahiyyət etibarı ilə ibtidai istintaq zamanı verdiyi ifadələrinə uyğun ifadələr verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 ona Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 236 saylı məktəbin yaxınlığında onun tutub onunla dalşdıqlarını, sonradan isə qarşılıqlı razılaşma əsasında ordan Badamdar qəsəbəsinə də yerləşən qəbirstalığa gedib oradada münaqişələrini davam etdirmələrini, orada ona qarşı psixi və fiziki zor göstərdiklərini təsdiq etdi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 ifadələri zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədəki ifadələri iş üzrə ittihamı təsdiq edən məhkəməyə təqdim olunmuş ibtidai istintaq zamanı və məhkəmədə dindirmiş şahidlərin ifadələrinin məcmusu, ekspertiza rəyləri, cinayət işinin materilları ilə müqayisəli tədqiq olunduqda şahidlər: - Şahid20 Zərərçəkmiş şəxs qızları zorlaması, narkotik aludəçisi olması barədə məlumatları olduğunu, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs ilə dalaşmalarının kökündə Zərərçəkmiş şəxs tərəfindən narkotiklərin istifadəsi və qızların zorlamağı durduğunu; - Şahid12 Şücaət oğlu ifadələrində xatırlamadığı tarixdə işə gedərkən Zərərçəkmiş şəxs ona zəng edib taksi sifariş edib onu kafenin yanından götürüb Yasamala aparmağı xahiş etdiyini, özünün də taksi tutub Kamilin dediyi kafenin yanına gedib Kamili oradan götürüb onunla birlikdə Yasamala getdiklərini, Kamildən nə baş verdiyini soruşanda onun köhnə məktəbin uşaqları ilə dava-dalaşda iştirak etdiyini deməsini, dalaşan şəxslərin Kamili zorla maşına oturdulması barədə heç nə danışmadığını; - Şahid9 ifadələrində zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Eynula oğlunu tanıdığını, onunla yaxın münasibəti və ədavəti olmadığını, hadisə olan tarixdə Badamdar qəbirstanlığının axırında asfalt yolda oğlu Kamran ilə maşın sürərkən ərazidə hardasa on beş nəfər uşaq olduğunu və onların dalaşdıqlarını görüb maşından düşdükdən sonra uşaqlardan nə baş verdiyini soruşduğunu, uşaqların ona heç bir məsələ olmadığını, hər şeyin yaxşı olduğunu dediklərini, həmin vaxtda özünün Kamili tanımadığını, oğlu Kamranın isə Kamili tanıyıb ona yaxınlaşıb ondan şəxsən nə məsələ olduğunu soruşduğunu, Kamilin də ona ciddi bir problem yoxdur, uşaqlarla xırda söhbətləri var, onu həll edirlər deməsini, uşaqların da ona narahat olmayın, söhbətlərini həll edib gedəcəklər deməsini, onların Kamilə maşına əyləşib onlara getməyi təklif etdiklərini, Kamilin bundan imtina edib “narahat olmayın, məsələsini həll edib evə gedəcəm” deməsini, bundan sonra özələrinin maşina minib oradan getdiklərini, hadisə yerində Kamilin sakit dayandığını, onda xüsusi bir narhatçılıq hiss etmədiyini, Kamilə qarşı olan hər hansı hərəkəti görmədiyini, Kamilin kiminlə söhbət etməyini xatırlamadığını, amma söhbəti sakit etdiklərini, orada o, hər hansı bir aqressiya görmədiyini, sosial şəbəkədə də hadisə ilə bağlı heç bir video görmədiyini, hadisənin təfərrüatı haqqında polisə çağırılanda eşitdiyini; -Qanuni nümayəndə10 ifadələrində göstərdi ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs onun oğlu olduğunu, hadisə barədə hadisədən müəyyən vaxt keçdikdən sonra məlumatlı olduğunu, bu barədə barədə bildikdən sonra oğlu ilə birlikdə polisə getdiklərini, orada oğlumun izahatından hadisənin necə baş verdiyini öyrəndiyiyni, Kamilin ölsə də sözündən geri çəkilən olmadığını, həmişə mübahisə etdiyiyni, özünü irəli çəkdiyiyni, hazırkı iş üzrə də Kamilin söyüş söyüb, nalayiq ifadələr işlətdiyiyni, buna görə Kamillə uşaqlar arasında dava düşdüyünü; - Şahid17 ifadələrində eşitdiynə görə Təqsirləndirilən şəxs1 Rafiq oğlu və başqaları ilə Zərərçəkmiş şəxs arasında dava- dalaş olduğunu, özünün dava-dalaşda iştirak etmədiyiyni, dava-dalaşın əks olunduğu videonu gördüyünü, videonu ona kiminsə yaxınlaşıb göstərmədiyiyni, sinifdə uşaqlar ona baxanda o da vidioya baxdüğünü, videonun kimin telefonunda gördüyünü xatırlamadığını, vidionu göstərlənlərin, videonu göstərib fərəhlənmədiklərini, sadəcə dava-dalaşın necə olduğuna baxdıqlarını, Kamilin bir qızla əlaqəsi olduğunu, ona görə də onun oxudu məktəbdən xaric edildiyiyni, əlaqə dedikdə, onların aralarında olan yaxınlığı nəzərdə tutduğunu; . - Şahid14 ifadələrində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs da tanıdığını, “Dəyanət” liseyində oxuyarkən Kamillə birlikdə idman ilə məşğul olduğunu, Kamillə dalaşan uşaqları Kamil ilə birlikdə məktəbin qarşısında gördüyünü, onların orada toplaşmağı ona qəribə gəldiyiynidə ora yaxınlaşıb nə baş verdiyini soruşduğunu, - Şahid13 ifadələrində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanıdığını xatırlamadığı tarixdə Kamilin özünün Yasamal ərazisində olan evinə gedərkən də bir neçə nəfər ilə dava-dalaşı olduğunu ona deməsini, onun dostunun telefonunda Kamilin döyüldüyünü əks etdirən video olduğunu, özünün də həmin videoya da baxdığını,dava-dalaşın səbəblərinin ona məlum olmadığını, özünün Kamildən bu barədə soruşmadığını, videonu Miri adlı şəxsin telefonunda gördüyünü, həmin videonu Kamilin özünün Miriyə göndərdiyiyni, Kamilin ona, bir neçə nəfərşəxs tərəfindən döyüldüyünü dediyiyni, özünün Kamili döyən şəxslərdən heç birini tanımadığını, məhz Kamilin özünün Miri adlı şəxsə video göndərməsini gördüyünü, başqa şəxslərin həmin videonu kiməsə göndərmələri barədə onda məlumatı olmadğını;. - Şahid2 ifadələrində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanıdığını, özünün məktəbin yanında hadisə yerində olduğunu, orada onlar bir neçə nəfər olaraq Kamil ilə söhbət etdiklərini, bircə söhbəti davam etdirmə\k üçün Kamilin başqa yerə getməyi təklif etdiyiyni eşitdiyiyni, Kamilin məktəbin yaxınlığında söhbət etmək istəmədiyiyni,, Kamilin dediyi kimi olundunu, uşaqların taksi maşınını sifariş edib hamısın qəbirstanlığı getdiklərini, onların Kamili döymək barədə hər hansı bir planları olmadığını, içərisində butulka olan sumkanın Şərifdə olduğunu, Şərifin həmin sumkanı əlindən buraxmamağa çalışdığını, sumka Şərifdə olsa da, butulkanın kimə məxsus olması barədə onun məlumatı olmadığını, Hüseynin Kamil ilə danışan zaman onların qəbirstanlığa getməyə dair hər hansı planları olmadığını, məktəbin yanından kənar yerə getməyi Kamil təklif etdiyiyni, Kamil olduqları məktəbin hazırlıq yerlərində olmasından narahat olub Kamil özünün söhbət başqa yerdə aparmağı itəklif etdiyiyni, yaxınlıqda məktəb, hazırlıq kursu, müəllimlər olduğundan Kamilin narahat olduğunu,. Kamilin özünün taksi maşınına minib hamı ilə birlikdə Qəbirstanlığa getdini, Kamilin tanışları ata ilə oğul həmin ərazidən kediklərini, onların uşaqlara yaxınlaşıb, nə baş verdiyini soruşduqlarını, uşaqların onlara Kamilin dörd qızı zorladığını dediklərini, Kamilin özünün də də həmin sözləri təsdiq etdiyiyni, Qəbirstanlıqda Kamillə söhbət bitdiyin, söhbət bitdikdən sonra da onların hamısının oradan uzaqlaşdıqlarını; - Şahid5 ifadələrində g iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanıdığını, Kamillə üç ilə yaxındır ki, dostluq etdiyiyni, hadisə Kamilin hazırlığa getdiyi yerin yaxınlığında olduğunu, uşaqlara yenidən yaxınlaşdıqdan sonra Kamilin üzündə tibbi maska olduğunu gördüyünü, uşaqlar Kamillə onun narkotiklərdən istifadə etməsi barədə danışdıqlarını, davadalaş başlandığını, özünün Kamili onlardan ayırmağa çalışdığını, oradan qəbirstanlığa getdiklərini, Kamilgilin qəbirstanlığa taksi maşınına minib getdiklərini, Kamillə gedən uşaqların onlara heç nə etmyəcəklərinə söz verdiklərini, lakin özlərinin narahat olub onların arxalarınca piyada qəbirstanlığa getdiklərini, özünün qəbirstanlığa Məcid və Bəhlul ilə getdiklərini, orada Hüseynə Kamilə əl vurmamağı deməsini, Hüsyenin də Kamilə qarşı heç bir hərəkət etməyəcəyi barədə söz verdiyiyni, lakin dava-dalaş başladığını, özünün də davaya müdaxilə etdiyiyni, onun müdaxiləsindən sonra dava-dalaş dayandırıldığını, söhbət başlandıbğını, təxminən beş dəqiqə sonra da uşaqlar taksi sifariş verib getdklərini, özünün Kamilə bir neçə dəfə getməyi təklif etdiyini, lakin Kamilin getmək istəmədiyiyni deyib, getmədini və və orada qaldğını;. - Şahid4 ifadələrində Zərərçəkmiş şəxs da tandığını, onunla bağçadan bəri münasibətləri olduğunu, araralarında dostluq münasibətləri olduğunu təqsirləndirilən şəxs Ayxanın ondan Kamilin hazırlıq dərsinin keçirildiyi yerin harada olduğunu, soruşduğunu, özünün də ona həmin yeri g\östərdiyiyni, müəyyən müddət keçdikdən sonra ora gedib Kamil hazırlıq dərsindən çıxdını gözlədiklərini, müəyyən müddətədən sonra Kamilin hazırlıqdan çıxdığınıv Hüseynin və digərləri Kamilə yaxınlaşaraq onu tutduqlarını, özünün də onlara yaxınlaşanda Kamilin üzündə qan gördüyünü, onların Kamili uşaqlardan aralayıb nə məsələ olduğunu soruşanda uşaqların Kamilin narkotik istifadəçisi oldğunu, bir neçə nəfər qızı zorladığını deyib Kamilin telefonunu götürüb baxdıqda onun doğrudan da hansısa qızla cinsi əlaqədə olmasını əks etdirən videosu olduğunun aşkar edildiyiyni, ora taksi çağırıb taksiyə minəndə o, Ayxandan Kamili hara apardıqlarını soruşduqda Ayxanın ona Kamili qəbirstanlığa apardıqlarını dediyiyni, özlərinin də Kamilgilin ardınca piyada qəbirstanlığa getdiklərini, orada onların həmin uşaqlarla aralarında çoxlu çəkişmələr olduğunu, onların həmin uşaqlara bir neçə dəfə onlara Kamili vurmayın dediklərini, dava-dalaşda iştirak edən uşaqların Kamili videoya çəkməyə başladıqlarını, video çəkərkən onların Kamildən qız zorlamısını soruşduqda Kamilin uşaqlara dörd nəfər qız zorladığını deməsini, Kamilin narkotik barədə dediklərindən sonra oradan uzaqlaşdıqlarını, bildiyinə görə Kamil uşaqların sinif yoldaşını videoya çəkib paylaşdığını, özünün hadisə zamanı Kamilə bacardığı qədər kömək etməyə çalışdığını, Kamilin maşına kimin tərəfindən mindirildiyini, onun üzünə maskanın kimin tərəfindən taxıldığını görmədiyiyni, özünün Kamilin taleyindən narahat olduğuma görə dava-dalaşın keçirildiyi yerə getdiyini, Kamili tək qoymadığını, hadisə yerində Kamilin narkotikdən istifadə etdiyini təsdiqlədiyini; - Şahid3 ifadələrindəiş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs qiyabi olaraq onların məktəbdə oxumuş şəxs kimi tandığını,.təqsirləndirilən şəxslərin Kamil ilə hansısa problemləri olduğunu, onların da həmin problemləri həll etmək üçün Kamil ilə görüşüb danışmaq istdiklərini, onlar əvvəlcə Kamilin hazırlıq dərsi olan yerdə görüşdüklərini, sonra isə həmin yerdən müəllimlər keçdiyinə görə kənar bir yerə getdiklərini, mktəbin həyətində burada qadınlar keçir, başqa yerə gedək deyib oradan getdiklərəini Kamillə birinci görüşəndə, yəni Kamilin hazırlığa getdiyi yerdə olan görüşdə uşaqlar Kamil ilə sadəcə danışıb problemlərini həll etməyə çalışdıqlarıfnı, daha sonra uşaqlar və Kamil həmin ərazidən müəllimlər keçdiklərini görüb başqa yerdə söhbətlərini davam etdirmək qərəarına gəlib haraya getməkələrini heç özləri də bilmədiklərini, axırda sifariş verdikləri “Vito” maşınına minib qəbirstanlığa getdiklərini, söhbəti qəbirstanlığda davam etdirdiklərini, onda olan butulkanın kofe butulkası oldbunu, özünün şəkər xəstəliyindən əziyyət çəkdiyiyni, mağazalardan kofe almayıb, kofeni evdə bişirib butulkaya süzüb çantasında gəzdirdiyiyni, kofeni “Sarıkız” butulkasına süzüb gəzdirdiyiyni, hadisə vaxtı heç kimə butulka vermədiyiyni, butulkanın sumkanın içində olduğunu, butulkanın sumkadan kimin tərəfindən götürülməsini bilmədiyiyni; - Şahid16 ifadələrində Zərərçəkmiş şəxs tanıdığını, bildiyinə görə təqsirləndirilə şəxslərin kiminləsə söhbətə getdikləriəni, orada nə baş veriyini bilmədiyiyni, uşaqlar söhbətdən qayıtdıqdan sonra çəkdikləri videonu başqalarına göstədiklərəiəni, özünün həmin videonu məktəbdə uşaqlarda gördüyünü, heç kəs xüsusi olaraq ona video göstərmədiyiyni, özüünün videoya baxan uşağları görüb onlara qoşulduğunu, gördüyü videonun ona heç bir təsiri olmadığını, videonun başqalarına təsir edib-etməməsi ona məlum olmadığını,heç kəsin ona bu barədə heç nə demədiyiyni; - Şahid19 ifadələrində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanıdığını, Kamillə normal münasibətləri olduğunu, Kamilin onun idmanda məşq yoldaşı olduğunu, Kamillə məktəbin yaxınlığında görüşüb onunla dalaşanda həmin ərazidən çoxlu adam keçdiyiyni, ona görə də Kamilin ağzını skotçla bağlamamağı qərara aldıqlarını, məktəbyanı ərazidən çoxlu adamlar keçdiyinə görə başqa bir yerə getmək təklif olunduğunu, bundan ötrü taksi sifariş edildiyini, Kamilin öz xoşu ilə maşına əyləşdini, onu heç kəs əlindən dartaraq maşına minəyə məcbur etmədiyiyni, onların haraya getmək istədiklərini bilmədiyiyni, özünün də onlarla və ya onların ardınca qəbirstanlığa getmədiyiyni, uşaqlar həmin ərazidən uzaqlaşdıqdan sonra evinə getdiyiyni, dava zamanı Kamil ilə Hüseyn biri birinə zərbələr vurduqlarını, təqsirləndirilən şəxslər tərəfindən Kamili itələyə-itələyə taksi maşınına oturdtduqlarını görmədiyiyni, heç kəsə böhtan atmadğını, gördüyünü dediyiyni, dava-dalaş zamanı onun mobil telefonun üstündə olduğunu, Kamil ondan polis çağırmağı xahiş etmədini, əvvəldən onun dava-dalaş və bunun səbəbləri barədə xəbəri olmadığını, uşaqların hansı səbəbdən dalaşdıqlarını bilmədiyiyni; - Şahid8 ifadələrində təqsirləndirilən şəxsləri hadisə olan tarixdə məktəbin yaxınlığında gördüyünü, əvvəllər onları tanmadığını, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs onunla eyni mülləim yanınıa hazırlıq kursuna getdiyiyni, hadisə olan tarixdə Kamillə Sübhanın ondan az əvvəl hazırlıqdan çıxıb getdiklərini, özünün də onlardan az sonra hazırlıqdan çıxıb başqa yolla gedəndə qəflətən məhkəmədə ona təqdim olunan uşaqlar Kamil arasında arasında dava getdiyiyni görüb nə baş verdiyiyni öyrənmək üçün onlara yaxınlaşanda hal-hazırda xatırlamadığım iki nəfər oğlanın Kamillə söhbət etdiklərini gördüyünüeü, dava olan yerdə bir neçə nəfə olduğunu, həmin yerindən səsküy gəldiyiyni, orada Kamildə xəsarətlərin olmasını görmədiyiyni, Kamilin eynəyinin də özündə olmasını, həmin yoldan müəllimlər keçdiyinə görə uşaqlar taksi sifariş edib oradan uzaqlaşmaq qərəarına gəldiklərinei, həmin vaxtda Kamilin zorla harasa aparıldığını görmədiyiyni, uşaqların Kamillə dost kimi rəftar etdiklərini, dostlar bir-biri ilə necə rəftar edirdilərsə, yəni biri digərinin çiyninə əlini ata bilər, başqa hərəkətlər edə bilər, eyni cür də uşaqlar Kamil ilə elə rəftar etdiklərini, uşaqların və Kamilin taksi maşınına minmə ardıcıllığını xatırlamadğını, səhv etmirəmsə, əvvəl Kamilin, sonra isə digər uşaqların taksi maşınına mindiklərini, Kamilin üzündə maska olduğunu, bunun səbəbəiəni bilmədiyiyni, Məcid ilə Bəhlulun dava-dalaş olmasın deyə uşaqları araladıqlarını, onların qəbirstanlığa getdikləri bilib özlərinin də onların ardınca piyada qəbirstanlığa getdiklərini, qəbirstanlığa çatdıqda uşaqların sadəcə söhbət etdikləri gördükləriəni, az sonra evə tələsdikləri üçün qəbirstanlığı tərk etdiklərini, uşaqlardan kimsə digərlərindən dava-dalaş olmamasını tələb etdiyiyni, özlərinin də buna arxalanaraq oradan çıxıb getdiklərini, Kamilin döyülməsi və butulkaya oturdulmasını da sonradan eşitdiyiyni, özünün bunun şahidi olmadığını, qəbirstanlıqda çəkilmiş videonu görmədiyiyni, ibtidai istintaq zamanı o, ifadələrində uşaqların məktəbin yanından Kamilin zorla aparılması haqqında söz deməsini, alçaltma sözünün işlədilməsini xatırlamadığını, uşaqların Kamili tutmadıqlarını, sadəcə onunla birlikdə getdiklərəiəni, maskanın Kamilin öz cibindən çıxardıb üzünə taxdığını, müstəntiqə təqsirləndirilən şəxslərin adlarını başqalardan eşidib yadda saxladığı üçün dediyini,özünün uşaqlara dava-dalaş olmasın dediyiyni, Hüseynin də onlara söz, dava-dalaş olmayacağı barədə vəd verdiyiyni, özünün hadisə yerinə sadəcə Kamili tanıdığına görə getdiyiyni; - Şahid15 ifadələrindəi iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs da tanıdığını, təqsirləndirilən şəxslərin Kamil ilə məktəbin yaxınlığında dalaşdıqlarını, özünün onları aralamağa çalışdıqlarını, qəflətən həmin məkandan müəllimə keçdiyini, onların hamısının müəllimə ilə salamlaşdıqlarını, bundan sonra söhbət kənar yerdə davam etdirildiyini, özünün işi ilə əlaqədar oradan uzaqlaşdığını, hadisənin baş verməsinin səbəblərini bilmədiyiyni, kifayət qədər aqressiv bir dava-dalaş olduğunu xatırladığını, özünün dava-dalaşın səbəblərini bilmədən söhbətə müdaxilə etdiyiyni, orada olan uşaqlara mübahisəni məktəbin yaxınlığında yox, başqa bir yerdə davam etdirmələrini təklif etdiyiyni, bundan sonra uşaqların başqa yerdə söhbətlərini davam etdirdiklərini, özünün isə qəbirstanlığa getmədiyiyni, Kamilin digərləri tərəfindən döyülməsini görmədiyiy, sadəcə bir-iki dəfə qulağından vurulduğunu gördüyünü, həmin anlarda da özünün araya girərək dava-dalaşı dayandırmağa cəhd etdiüiüni, hadisə zamanı elektroşoker görmədiyiyni, skotç gördüyünü, lakin skoçun nə vəziyyətdə, yəni açılmış, yoxsa bağlanmış şəkildə olduğunu xatırlamadığını, hadisə zamanı Kamilin ondan kömək istəmədiyiyni, ona məhkəmədə bu cür ifadə verməyə heç kəsin ona təsir göstərmədiyiyni, uşaqlardan heç kimin Kamili taksi maşınına itələyib mindirmədiyiyni, Kamilin öz razılığı ilə taksi maşınına mindiyini, Kamilin qəbirstanlığa zorla aparmadığını; - Şahid6 ifadələrində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tandığını, 2022-ci ilin sentyabr 25-də axşam saatlarında o, Elmlər Akademiyası metrostansiyasının qarşısında olarkən təsadüfən Kamili görüşdüyünü, onunla söhbət edib sağollaşıb ayrıldüğını, ondan sonra o, özünə məxsus “İnstagram” sosial şəbəkəsində Kamil ilə bağlı “story” paylaşımı etdiyiyni, bundan sonra Bəylər məktəbədə ona yaxınlaşıb ondan Kamillə görüşüb-görüşmədiyiyni soruşub onun təsdüfən X10 təsədüfən görüşdüyünü bilib, Bəylərin də Kamilin pis hərəkətələr etdiyini ona deməsini, özünün də Bəylərə Kamil barəsində dediklərinə inanmadığı deyib, lakin bundan sonra o, Bələrin Kamil barəsində dediklərini Kamilə bildirdiyiyni, bundan sonra onların dalaşdıqlarını eşitdiyiyni; - Şahid18 ifadələrində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs isə onun sinif yoldaşı olduğunu ,onunla münasibətlərim yaxşı olduğunu, baş vermiş hadisə ilə bağlı onun onun telefonuna Məcid tərəfəiəndən vidi göndərildiyiyni, videoda bir neçə nəfər sinif yoldaşlarını gördüyünü, özünün nə məktəbin yaxınlığında, nə də qəbirstanlıqda olan dava-dalaşda iştirak etmədiyiyni, Hadisənin səbəbi kimi uşaqların arasında kiminsə söyüş söyməsi olduğunu bildiyiyni, söyüşün kimin tərəfindən işlədilməsini dəqiqliyi ilə xatırlamadığını, - X9 ifadələrində iş üzrə təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tanımadığını,özünün psixologiya üzrə ali təhsilli olduğunu, 2007-ci ildən başlayaraq Məhkəmə Ekspertizası Mərkəzinin psixoloji ekspertiza şöbəsində ekspert kimi fəaliyyət göstərdiyiyni, hazırkı iş üzrə həyata keçirdiyi ekspertiza tərəfəiəndən müstəntiqi tərəfindən təyin olunmuş qərara əsəasən istintaq orqanı tərəfindən təqdim olunmuş kompakt diskləri tədqiq olunduğunu, tədqiqat zamanı yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs böyük psixoloji təsiretmə imkanına malik olan cinsi istismara məruz qaldığı qənəaətinqə gəlib bu səbəbdən də həmin kompakt disklərdəki «CD» videolar pornoqrafik xarakterli videolar kimi qiymətləndirdiyiyni, həmin videolardan zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxsin, psixoloji təsirə məruz qalıb cinsi istismara məruz qaldığınır, cinsi ehtiras isə qeyri sağlam şəkildə oyadıldığını, bu kriteriyalara uyğun olaraq özlərinin z mövcüd olan qənaətə gəldiklərini, “Pornoqrafiya” termini “porno”, yəni pozğun, “qraf”, yəni qeyd etmək, yazmaq sözlərindən ibarət olduğunu, Pornoqrafiya insanda qıcıq yaratdığını, pornoqrafiyada cinsi aktlar həyata keçirildiyiyni, cinsi davranış nümayiş etdirildiyiyni, Pornoqrafiyadakı cinsi davranış insani kontekstdən kənar olduğunur, insanın cinsi davranışına xas olan aktları qabarıq göstərdiyini, pornoqrafiyada da tərəf müqabili mövcud olduuğnu, tədqiq olunan videoda tərəf müqabili, yəni partnyor olmadığını, sadəcə orada ictimaiyyət tərəfindən qəbul edilmiş normaların pozuntusu məsələsi, zərərçəkmiş tərəf psixoloji təsirə məruz qalması, təqsirləndirilən şəxslərin tədqiqat üçün təqdim edilmədikləri, onun özünün də onların cinsi oriyentasiyası ilə bağlı məlumatıı olmadığı səbəbəindən uşaqlar həmin əməli törədərkən və törətdikləri əməli qeyd edərkən onların nə cür hisslərin keçirməsini müəyyən etmək ekspert üçün çətin sual olduğunu, onların şəxsiyyətlərinə, cinsi oriyentasiyalarına bələd olmadığını, özünün sadəcə, baş vermiş hadisəni, törədilmiş əməl ictimai əxlaq normalarına zidd olması meyardan çıxış edib rəydəki qənəatə gəldiyiyni, tədqiq etdiyi videokadrlarda tam fokuslanma olmadığını, sadəcə bir fraqmentdə zərərçəkmiş şəxs butulkanın üzərinə əyləşməsi, həmin an ətrafında olan şəxslərdən biri ona bir az da dərin əyləşsin deməsini, özünün sadaladıqlarına əsaslanaraq rəydə “butulkanın anusa soxulması” ifadəsini işlətdiyiyni, ekspertizadan keçirilməsi üçün təqdim olunmuş videokadrlarda nə cinsi əlaqə, nə tərəf müqabili, yəni partnyor, nə də cinsi meyl aşkar olunmadığını, zərərçəkmiş şəxsə göstərilmiş psixoloji təsir, dava-dalaş seksual ehtirası yaratmasının mümkün olmadüğünü, pornoqrafiyanın seksual ehtirası yaratdığını, təqsirləndirilən şəxslərin törətdikləri əməldə seksual xarakterli hərəkətlər olmadığını, o, təqdim edilmiş videokadrlarda əks olunmuş alçaldıcı hərəkətlərin olmasına, şəxsin yetkinlik yaşına çatmamasına və bu kimi meyarlara əsaslanıb rəy verdiyiyni, lakin baş vermiş hadisədə cinsi münasibətlər müşahidə olunmadığını, videokadrlarda pornoqrafiya əks olunmadığını, sadəcə uşaqların arasında baş vermiş mübahisə əks olunduğunu, uşaqlar tərəfindən butulkanın bu cür istifadə olunması qisas almaq, alçaldmaq forması olduğunu, cinsi ehtirasın bu şəkildə, bu cür üsullarla təmin olunmadığını, ekspertiza tədqiqatının obyekti olmuş vidioda əks olunan görüntülərin insanda ikrah hissi yaratdığını, ikrah hissi” ifadəsini o, “nifrət” sözünün mənasında işlətdiyiyni, orada məsələnin həmçinin primitiv hisslərlə bağlı olduğunu, “primitiv hisslər”, dedikdə alçaldıcı, aşağılayıcı hisslər başa düşüldüyünü, butulkanın zərərçəkmiş şəxsin arxa keçəcəyinə daxil edilməsi zorakılıq olduğunu, pornoqrafiya və yaxud erotika olmadığını; - X32 ifadələrində «Bolt» taksi xidmətində taksi sürücüsü kimi fəaliyyət göstərdiyiyni, 2022-ci ilin oktyabr ayının 2-də təxminən günorta saatlarında ona 236 saylı məktəbin yaxınlığında olan ərazidən sifariş alıb oraya çatarkən orada təxminən yeddi-səkkiz nəfər məktəbli uşaqların toplaşdıqlarını, lakin onlar arasında hansısa münaqişənin, dava-dalaşın əlamətlərini olmasını görmədiyiyni, heç nədən şübhələnmədiyini, məktəbin yanında maşını saxladığını, uşaqlar maşına mindiklərini, maşina minən uşaqların hamısının özlərinin minqdiklərini, heç kimin heç kimi zorla maşina mindirmədiyiyni, uşaqlar maşina mindikdən sonra o, hardasa cəmi beş yüz metr yol getdiklərini, həmin müddət ərzində maşında uşaqlar arasında hər hansı səs-küy, qışqırıq, nalayiq davranış olmadığını, uşaqların arasında mübahisə baş verməsinin əlamətlərini hiss etmədiyiyni, polisə çağırılana qədər hansısa hadisənin baş verdiyini bilmədiyiyni, həmin uşaqların üzləri yadında qalmadığını, sürdüyü məsafə qısa olduğuna görə sərnişinlərlə hər hansı bir təmasa girə bilmədiyiyni, uşaqlar da maşına minərkən özlərini sakit apardıqlarını, uşaqlar arasında kiminsə kiməsə hədə-qorxu gəlməsi, qorxuzması müşahidə olunmadığını, uşaqların davranışında aralarında kiməsə qarşı zor tətbiq etmək, məcburiyyət altında nəyisə elətdirmək kimi hərəkətlər etməsini, , maşında əyləşmiş uşaqların hər hansı birinin digərlərinə qarşı müqavimət göstərmək istədiyini, uşaqlar maşına minərkən uşaqların hər hansı birinin digər uşağı hədələməyini də görmədiyiyni, eşitmədiyiyni, uşaqlar maşına minərkən onların hər hansı birinin itələnib maşına əyləşməsini də görmədiyiyni, - Şahid7 ifadələrində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxsn tanıdığını, Kamilin əvvəllər onunla bir məktəbdə oxuduğunu, Kamilin uşaqlarla söhbət etdiyiyni, Kamilin sifətində, daha doğrusu ağzı tərəfdə qana bənzər ləkələr olduğunu, özünün də uşaqlara yaxınlaşaraq dava etməyin deməsini, özünün uşaqlara yaxınlaşandan sonra onların yanlarından müəllimlər keçdyini, Kamilin olduqları yerdə onları görə biləckəlrini deyib söhbəti başqa yerdə etməyi təklif etdiyiyni, bundan sonra söhəbəti davam etdirmək üçün qəbirstanlığı getməyin təklif olunduğunu, bundan sonra Kamillə dalaşan uşaqlardan birinin taksi sifariş etdyini, özünün də başqa uşaqlara qoşulub qəbirstanlığa getdiyiyni, amma ammma oradan tez geri qayıtdığını, buna səbəb şəhərin mərkəzinə gedib paltar almalı olması, paltar almağa gecikdiyi üçün geri qayıtdığını, özünün Kamilin uşaqlarla sadəcə söhbət etdiyini gördüyünü, onların nədən danışdıqlarını eşitmədiyiyni, Kamilin uşaqların çağırdığı taksi maşınına minərkən rahat şəkildə oturduğunu, onun maşına məcburən minmədiyiyni, o, məhz Kamilin tərəfini tutmaq üçün həmin uşaqlara yaxınlaşdığını göstərdilər., Məhkəmədə elan olunub araşdırılmış hadisə yerinə baxış protokolundan və hadisə zamanı video görüntüyə alınmış açıqlanmış danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və başqaları ilə birlikdə Zərərçəkmiş şəxs 01 oktyabr 2022-ci il tarixdə tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 236 nömrəli tam orta məktəbin yaxınlığında tutub orada onu döyüb, sonrada Badamdar qəbərstanlığına gedib ora da Zərərçəkmiş şəxs zor göstərmişlər. Məhkəmədə elan olunub araşdırlmış məhkəmə-fonoskopik ekspertizasını 16 fevral 2023-cü il tarixli 4/40-4/42 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri eksperzada tədqiq olunduqda orada 14 (on dörd) nəfər kişi cinsli şəxslərin əks olması, həmin şəxslər vizual baxış əsasında (geyimlərinə əsasən) şərti olaraq “1-14” rəqəmləri ilə işarələnmiş, videogörüntülərdən çıxarılmış və şərti olaraq “1” rəqəmi ilə işarələnmiş şəxsin “Təqsirləndirilən şəxs4”olduğu, “2” rəqəmi ilə işarələnmiş şəxsin “Təqsirləndirilən şəxs1”olduğu, “3” rəqəmi ilə işarələnmiş şəxsin “Təqsirləndirilən şəxs2” olduğu, “4” rəqəmi ilə işarələnmiş şəxsin “Təqsirləndirilən şəxs5” olduğu müəyyən olunmuşdur. Məhkəmə yuxarıda göstərilən və araşdırılan sübutlara araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Rafiq oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 yetkinlik yaşına çatmayan şəxslər olub təqsirləndirildikləri əməli törətməmişdən qabaq psixolji inkişaf mərhələsində olub infant düşüncə (mahiyyətini bilmədən, hadisələr, əşyalar, bilik, düşüncə, ətraf mühüt haqqında, şəxslərvə sairə hallar barəsində özünün görüşlərinə uyğun fikir yürütmək) sahibləri kimi heç bir əsası olmadan Zərərçəkmiş şəxs narkoman, qızlara qarşı cinsi zorakılıq etməsi barəsində uydurma məlumatları yayıb sonuncunun bunu bilib, həmin məlumatların mənbəyini soruşduqda özələrinin Zərərçəkmiş şəxs üstünlüklərini nümayiş etdirmək üçün onun olduğu ictimai yeri müəyyənləşdirib orada və oradan sonar birgə razılıqları ilə getdikləri ərazidə ona yuxarıda təsvir olunan qaydada hücum edib ona qarşı zorakılıq hərəkətləri etmişlər. Məhkəmədə araşdırılmış sübutlardan zahirən görünür ki, təqsirləndirilən şəxslər bu hərəkətləri zərərçəkmiş şəxsin onları söyməsi nəticəsində törətmişlər. Bu də əməlin zərərçəkmiş şəxsin qeyri-hüquqi hərəkətlərinin nəticəsi kimi törədilməsi görüntüsünü yaradır. Həmin halllar araşdırıldıqda müəyyən olundu ki, Zərərçəkmiş şəxs belə hərəkət etməsinə səbəb təqsirləndirilən şəxslərin mənsub olduqları qrupun üzvü Təqsirləndirilən şəxs5 tərəfindən onun barəsində uydurma məlumatların yayılması olmuşdur. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin törətədikləri əməlin zərərçəkmiş şəxsin təşəbbüsü ilə deyil, özlərinin təşəbbüsü ilə başlayan əməl kimi qiymətləndirir. Məhkəmənin bu qənaəti təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxs barəsində yaydıqları məlumatları məhkəməyə təqdim etməmələri baxımından da əsaslıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxsun, iş üzrə ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin, cinayəti işi üzrə ittiham və müdafiə tərəfinin sübutlarını, işin faktiki hallarının müqayisəli tədqiq edib təqsirləndirilən şəxslərin əməllərində onlara elan olunmuş ittihamda nəzərdə tutulan Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin, yəni bir qrup şəxs tərəfindən xuliqanlıq etmək cinayətinin tərkib əlamətləri olmasının sübuta yetirildiyi qənaətinə gəlir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 məhkəmədə müəyyən olunmuş həmin hərəkətlərini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Şahid1, Şahid2, Şahid3, Şahid4 və digərləri ilə birgə silah qismində istifadə edilən əvvəllər onunla bir məktəbdə oxumuş xx xxxx 2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onun və digər tanışlarının ünvanına nalayiq ifadələr işlətməsini və guya tanış olduğu qızları psixotrop maddə qəbul etdirib köməksiz vəziyyətə salmaqla zorlamasını səbəb kimi qəbul edərək sonuncunu oğurlayıb üzərində zor tətbiq etməklə ləyaqətini alçaldıb cəzalandırmaq məqsədi məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu, aşkar surətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə, eləcə də, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayan şəxsin aşkar seksual hərəkətlərdə iştirakını əks etdirən realistik təsvirlərdən ibarət uşaq pornoqrafiyasını yaymaq məqsədilə çəkib hazırlama, saxlama, başqasına vermə, göndərmə və yayma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qabaqcadan aralarında əldə olunmuş ümumi razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 30 sentyabr 2022-ci il tarixdə “WhatsApp” ani mesajlaşma mübadilə sistemində “Son p….r bükücülər” və “.” adlı qapalı danışıq qrupları yaradıb orada cinayətkar niyyətlərini nə vaxt, harada və hansı şəraitdə həyata keçirəcəkləri barədə səsli və yazılı mesajlarla müzakirələr aparmış, həmin müzakirələrin nəticəsi olaraq Zərərçəkmiş şəxs olduğu yeri öyrənmək üçün Təqsirləndirilən şəxs3 tanışı Şahid4 istifadəsində olan +**********12 mobil telefon nömrəsindən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Təqsirləndirilən şəxs3 istifadəsində olan +**********60 mobil telefon nömrəsinə göndərdiyi fərdi hazırlıq kursundakı yoldaşı Zərərçəkmiş şəxs 01 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 236 nömrəli tam orta məktəbin yaxınlığında fərdi hazırlıq kursuna getdiyi dəqiq ünvan və kursdan çıxma vaxtı barədə məlumatları əldə edib sonuncunu iradəsinə zidd şəkildə həmin yerdən oğurlayaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qəbiristanlığa aparacaqları, orada şüşə butulkanın üstündə oturmağa məcbur edib ləyaqətini alçaltmaqla istifadələrində olan mobil telefonlar vasitəsilə qeyd olunan hərəkətlərin videoçəkilişini aparıb görüntüləri yayacaqları barədə razılıq əldə edib bu barədə digər qrup üzvlərinə məlumat verdikdən sonra 01 oktyabr 2022-ci il tarixdə saat 13:50 radələrində Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs3la Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Zabitlər bağı”nın yaxınlığında görüşüb sifariş etdikləri şəxsiyyəti istintaqa məlum olmayan sürücünün idarə etdiyi naməlum taksi avtomobili ilə Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 22 ünvanının qarşısına getmiş, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsi saxlayarkən müqavimətini qırmaq üçün istifadə etmək məqsədi ilə həmin binada yaşadığı 66 nömrəli mənzildən özünə məxsus işlək vəziyyətdə olan, zavod üsulu ilə istehsal edilmiş, özünümüdafiə təyinatlı elektroşok cihazını özü ilə birlikdə götürmüş, Təqsirləndirilən şəxs3 yaxın tanışı olan digər qrup üzvü Şahid1 isə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən üzərində gəzdirdiyi bıçaqla onların yanına gəlmiş, Zərərçəkmiş şəxs saxlanılarkən qışqırıb səs-küy salmaqla kənardan insanları köməyə çağırmaq imkanının qarşısını almaq üçün Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən yapışqan lent (skoç) alaraq Şahid3 məktəb çantasına qoyub birlikdə ünvan 23 ünvanında yerləşən 236 nömrəli tam orta məktəbin yaxınlığına getmiş, qabaqcadan aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Şahid4 onları qarşılayıb Zərərçəkmiş şəxsla birlikdə fərdi hazırlıq kursuna getdikləri ünvanı göstərmiş, Zərərçəkmiş şəxs kursdan çıxarkən onları görüb qaça bilməməsi üçün Şahid4 məsləhətinə əsasən qruplara bölünməklə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs5la birgə hazırlıq kursunun yerləşdiyi ünvanın çıxışının sol tərəfində, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birgə sağ tərəfdə, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs4 aşağı hissədə, Şahid4, Şahid1 və digərləri isə bir qədər kənarda mövqe seçib ərazinin giriş-çıxış yerlərini tutmaqla pusquda dayanıb gözləmiş, bir qədər sonra qrup üzvləri hazırlıq kursunun keçirildiyi ünvandan çıxan Zərərçəkmiş şəxs ictimai yer hesab edilən küçədə əhatəyə alaraq arxadan qucaqlamaqla tutub saxlayaraq, ucadan nalayiq ifadələrlə onu təhqir edib baş və bədən nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq, Təqsirləndirilən şəxs2 Şahid3 çantasından götürdüyü yapışqan lenti Zərərçəkmiş şəxs ağız nahiyəsinə dolayıb bağlayarkən sonuncu müqavimət göstərib yapışqan lenti açdığından onun sifət və bədən nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq, yerə yıxıb bədəninə təpik zərbələri endirərək, iradəsinə zidd surətdə əlindən aldıqları mobil telefonunun yaddaşında saxlanılan Zərərçəkmiş şəxs şəxsiyyəti istintaqa məlum olmayan qadınla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri Təqsirləndirilən şəxs1 mobil telefonu ilə videoçəkilişlə qeydə alaraq guya həmin qadını zorlamasını iddia edib yenidən nalayiq sözlərlə şəxsiyyətini alçaldıb bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmaqla ona ağız nahiyəsində qanaxmadan ibarət gözlə görünən xəsarət və fiziki ağrı yetirmiş, Zərərçəkmiş şəxsla birgə fərdi hazırlıq kursundan çıxmış yoldaşlarının narazılığına, təşvişə düşmələrinə və narahat olduqları üçün hadisəyə müdaxilə etmələrinə əhəmiyyət verməyərək təxminən 30 dəqiqə ərzində bir qrup şəxs halında ətrafdakı şəxslərə aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətə açıqca hörmətsizlik, ictimai qaydanın kobud surətdə pozulması və şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq cinayətini törətmiş, qanunazidd hərəkətlərinin həmin ərazidən keçən kənar şəxslər tərəfindən müşahidə edildiyini gördükdən sonra cinayətkar hərəkətlərinin davamı olaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs şəxsiyyətini alçaldıb barəsində seksual xarakterli zorakılıq hərəkətləri etməklə mobil telefonları vasitəsi ilə həmin hərəkətləri çəkib videogörüntüləri yaymaq niyyətlərini reallaşdırmaq məqsədi ilə onu oğurlayıb insanların olmadığı “Badamdar qəbiristanlığı” adlanan əraziyə aparmaq üçün elektroşok cihazını işə salaraq səsli elektrik cərəyanı buraxdığını nümayiş etdirməklə tabe olub deyilənləri yerinə yetirmədiyi təqdirdə həmin silah qismində istifadə olunan əşyanın tətbiq olunacağı ilə hədələyərək zərərçəkmiş şəxsin müqavimət göstərmək imkanını qırıb məhdudlaşdırmış, “Bolt” taksi xidmətindən sifariş etdikləri taksi avtomobili çatanadək Zərərçəkmiş şəxs üz nahiyəsindəki gözlə görünən xəsarət və qan izlərinin kənar şəxslər, o cümlədən taksi sürücüsü tərəfindən görülməməsi və cinayət əməllərinin aşkarlanmaması üçün üzünə tibbi maska geyindirmiş, “Bolt” taksi xidmətindən etdikləri sifariş əsasında onların həqiqi niyyətindən məlumatsız olmaqla cinayətə aidiyyəti olmayan sürücü X15 idarə etdiyi “Toyota Prius (Hibrid)” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili gəldikdən sonra Zərərçəkmiş şəxs zor tətbiq etmək hədəsi və psixi təsir altında iradəsinə zidd surətdə taksi avtomobilinin arxa oturacağında otuzdurmaqla Təqsirləndirilən şəxs3 qabaq sağ oturacaqda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə arxa oturacaqda müvafiq olaraq Zərərçəkmiş şəxs sağ və sol tərəfində əyləşməklə Zərərçəkmiş şəxs müqavimət göstərməsinin qarşısını almaq üçün Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağın tiyəsini Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yan tərəfinə dirəyərək səs-küy salacağı halda bıçaqla xəsarət yetirəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs iradəsinə zidd surətdə qanunsuz olaraq taksi avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbə qəbiristanlığının yaxınlığındakı ünvansız və üç tərəfdən daş hasara alınmış kənar şəxslərin olmadığı nəzarətsiz yarımtikili sahəyə oğurlayıb aparmış, cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Şahid3, Şahid2 və Şahid1 istintaqa məlum olmayan başqa taksi avtomobili ilə, Şahid4 isə qeyriləri ilə qəbiristanlığın yaxınlığındakı həmin yerə piyada gələrək onlara qoşulduqdan sonra Zərərçəkmiş şəxs yenidən əhatəyə alıb döyərək zor tətbiq etməklə fiziki ağrılar yetirib və elektroşok cihazını işə salıb elektrik cərəyanı buraxdığını nümayiş etdirməklə üzərlərində olan mobil telefonlar vasitəsi ilə videoçəkiliş apararaq guya tanış olduğu dörd nəfər qadına psixotrop maddə metamfetamin qəbul etdirib köməksiz vəziyyətə gətirməklə onları zorlaması barədə yalandan etiraf etməsinə nail olub müqavimətini tamamilə qırdıqdan sonra Zərərçəkmiş şəxs fiziki və psixi təsir göstərib onun köməksiz vəziyyətindən istifadə edərək mobil telefonlarla aparılan videoçəkilişi davam etdirib ləyaqətini alçaldan nalayiq ifadələrlə təhqir etməklə Şahid3 ümumi cinayətkar niyyətlərini həyata keçirmək üçün qabaqcadan məktəb çantasına qoyub özü ilə gətirdiyi şüşə butulkanı yerə qoyub Zərərçəkmiş şəxs psixoloji təsirlər göstərməklə və yenidən elektroşok cihazını işə salıb elektrik cərəyanı buraxdığını nümayiş etdirməklə zor tətbiq etmə hədəsi ilə butulkanın üstündə oturmağa, butulkanın onun arxa keçəcək dəliyinə daxil olmasına məcbur edərək cinsi istismara məruz qoyub, cinayətkar niyyətlərini başa çatdırmaq üçün Zərərçəkmiş şəxs çiynindən aşağı basmaqla və şüşə butulkanın onun arxa keçəcək dəliyinə daxil olması üçün butulkanın altından təpiklə vuraraq ləyaqətini alçaldıcı şəkildə onu butulkanın üstünə zor tətbiq edərək məcburi şəkildə otuzdurub aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmiş, hadisələrin gedişi zamanı mobil telefon vasitəsilə çəkiliş aparmaqla ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırmaq, başqalarında ikrah hissi oyatmaq, cinsi istismara fokuslanması kimi əlamətlər üzə çıxmaqla insanın və erotikanın humanistliyini məhv edən, primitiv hisslər və münasibət yaradan pornoqrafik xarakterli videogörüntülərdən ibarət uşaq pornoqrafiyasını çəkib hazırlamış, yetkinlik yaşına çatmayan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə iştirakını əks etdirən realistik təsvirlərdən ibarət həmin uşaq pornoqrafiyasını istifadəsində olan mobil telefonun yaddaşında saxlamaqla “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə tanışlarına göndərib başqalarına verib və yaymaq kimi qiymətələndirib onların əməllərini Azərbaycan Respublikası CM-inin 221.2.1-ci maddəsi ilə bərabər yetkinlik yaşına çatmamış şəxsi formasında adam oğurlamasına görə məsuliyyət nəzərdə tutuan həmin məcəllənin 144.3-cü maddəsi ilə, bir qrup şəxs tərəfindən yetikinlik yaşına çatmamış şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyə görə məsuliyyət nəzərdə tututan həmin məcəllənin 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada) maddələri, uşaq ponoqrafiyasını dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan 171-1.2.2-ci maddələri ilə tövsif etmişdir. Məhkəmənin qənaətinə görə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafiq oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X16 (bundan sonra təqsirləndirilən şəxslər) həmin maddə ilə ittiham elan etmək üçün əsas olan 1 oktyabr 2022-ci il tarixdə təxminən saat 15:00 radələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafiq oğlunun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X11 Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 236 nömələri məktəbin həyətində Zərərçəkmiş şəxs ilə görüşüb dalaşan zaman oradan kənar şəxslərin keçməsi səbəbindən dalaşamanı başqa yerdə davam etdirmək haqqında qarşılıqlı razılığa gəlib Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin sifariş etdikləri taksi maşınına onlarla birlikdə minib Badamdar qəbirstanlığa gedib orada dalaşmaları faktı olmuşdur. Məhkəmə adam oğruluğunun rəsmi şərhini deyil təfsirini verərək qeyd edir ki, adam oğurluğu adı altında zərərçəkmiş şəxsin iradəsinə zidd və ya iradəsindən kənar onu daimi, müvəqqəti olduğu yerdən başqa yerə aparıb ətrafdakılardan gizlədilməsi, əməli törətmiş şəxsin (şəxslərin) iradəsindən asılı olaraq zərərçəkmiş şəxsin oğurlanmasının bəyan edilməsini və edilməməsini ehtiva edilir. Məhkəmə qeyd edir ki, adam oğurluğu cinayətinin birbaşa obyektini şəxsin azadlığı, əlavə obyekti kimi şəxsin həyatı, sağlamlığı, bəzi hallarda isə oğurlanmış şəxsin azad olunması üçün əmlak tələb edilərsə, mülkiyyəti qoruyan münasibətlər, obyektiv tərəfini (actus reus) isə məhz adam oğurlamaq məqsədi ilə zərərçəkmiş şəxsin iradəsinə zidd və ya iradəsindən kənar onu daimi və ya müvəqqəti olduğu yerdən başqa yerə aparılıb ətrafdakılarıdan gizlədilməsində ifadə olunan cinayətin törədilməsinin hallarını xarakterizə edən fiziki elementini təşkil edən təqsirli hərəkətlər (guilty act) təşkil edir. Məhkəmə, qeyd edir ki, adam oğurluğu cinayətinin subyekti məhz qəsdən adam oğurlamış, cinayət törədilərkən həmin tarixdən qabaq on dördüncü ad gününü keçirmiş şəxsdir. Bu cinayətin subyektiv tərəfini birbaşa qəsd təşkil edir. Yəni cinayət birbaşa qəsdlə törədilir. Əməli törədən şəxs (şəxslər) zərərçəkmiş şəxsi qəsdən oğlurlamaq istədiyini bilir, bunu təqsirli olaraq (mens rea) arzu edir. Bu cinayət müxtəlif motivlərlə törədilə bilər. Bu zaman motivlərdən aslı olmayaraq cinayətin törədilməsində əsas məqsəd başqa şəxsi oğurlamaqdır. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə şəxsiyyət əleyhinə və onun ləyaqəti əleyhinə fəslinə daxil olan adam oğurluğu törədilərkən şəxsiyyətin məzmununu təşkil edən münasibətlərin məcmusu mahiyyəti etibarı ilə dəyişdirilmir, lakin bu əməli törətmiş şəxs (şəxslər) oğurlanmış şəxsi digər talama cinayətlərinin predmeti kimi fetişləşdirir və öz hərəkətlərini formal cəhətdən gizli oğurluq törədilməsi zamanı müəyən edilmiş davranış qaydası seçib həmin davranış qaydalarına uyğun hərəkət edirlər. Yəni adam oğlurluğunu gizli törədirlər. Bu əməli törədən şəxs törətdiyi əməli heç kəsin görmədiyi şəraitdə, başqalarının gördükləri halda isə, onların belə hərəkətlərin qanunsuz olduğunu dərk etmədikləri şəraitdə törədilməsini, habelə uydurma səbəb adı altında şəxsi aldadıb oğurlayaraq cəmiyyətdən təcrid edib gizli saxlanılmasını həyata keçirir. Məhkəmə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini, yəni yetkinlik yaşına çatmamış şəxs barəsində adam oğurluğu törətməkdə ittiham elan etmək üçün əsas kimi istinad etdiyi Təqsirləndirilən şəxs1 Rafiq oğlunun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X11, Zərərçəkmiş şəxs, iş üzrə dindirilmiş bütün şahidələrin, ekspertiza rəylərinin, hadisə yerinə baxış protokollarının, hadisə zamanı təqsirləndirilən şəxslərin öz aralarında, onların zərərçəkmiş şəxslə və başqaları arasında gedən danışıqlarının əks olunduğu açıqlamaların məzmunlarında, təqsirləndirilən şəxslərin ittiham olunduqları əməlləri törətməmişdən qabaqkı, məhkəmədə sübuta yetirildiyi yuxarıda göstərilən əməli törədərkən və ondan sonrakı davranışlarını, işin faktiki halları və cinayət işinin materialları araşdırlarkən onların əməllərində adam oğurluğu, hazırkı halda isə Zərərçəkmiş şəxs oğulunun oğurlamasına təsdiq edən nə sübut, nə də məlumat müəyyən olunmadı. Çünki məhkəmədə Təqsirləndirilən şəxs1 Rafiq oğlunun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Zərərçəkmiş şəxs hucum edib ona fiziki təsirlər yetirilməsi, onların əvvəlcə Zərərçəkmiş şəxs Bakı şəhəri 236 məktəbin yanında tapıb orada ona fiziki təcavüz etmələri, həmin vaxtda oradan Zərərçəkmiş şəxs oğunun hazırlığa getdiyi müəllimlərinin və başqa şəxslərin keçdiyi səbəbindən dalaşmanı başqa yerdə davam etdirmək üçün qarşılıqlı razılaşma əsasında taksi maşınında Badamdar qəbirstanlığına gedib orada Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətləri etdikləri müəyyən olundu. Məhkəmə qeyd edir ki, həmin münaqişə zamanı Zərərçəkmiş şəxs azad olmuşdur, onun istənilən vaxtda oradan getmək, onun yanına gəlmiş şəxslərin köməyindən istifadə etmək, hüqüq mühafizə orqanlarına müraciət etmək və başqa üsullarla ona qarşı edilən zorakılıq hərəkətələrindən yayınmaq hüququndan istifadə etmək imkanı olmuşdur, lakin o, özünün iradə azadlığından isifadə edərək dalaşmada iştirak etməməyi, dalaşmanı davam etdirmək üçün başqa yerə getməməyi özünün şəxsiyyətinə ( zərərçəkmiş şəxsin özünün ifadələrində bəyan etdiyi kimi qüruruna sıxışdırmadığından) sıxışdırmayıb təqsirləndirilən şəxslər tərəfindən başlanılmış dalaşmanın sonununa qədər iştirak etmiş, dalaşmada qüvvələr nisbətinin onun xeyrinə olmadığından onun azadlığının məhdudlaşdırılması ilə əlaqədar olmayan zorakılıq hərəkətələrinə məruz qalmışdır. Məhkəmənin gəldiyi bu qənaət Zərərçəkmiş şəxs Bakı şəhəri 236 məktəbin yanında özünün iradəsi ilə olması, oradan da qarşılıqlı razılaşma əsasında taksi maşınında Badamdar qəbirstanlığına getdiyini, ora getməməyi öz qüruruna sığışdırmadığını, onun iradəsininin ziddinə onu olduğu yerdən qəbirstanlığa aparılmasının mümkün olmadığını, qəbirstanlıqda olarkən tanışlarının onu görüb, onlarla getmək barəsində onun təklifini öz iradəsinə uyğun qəbul etmədiyini təsdiq etdiyi ifadələri baxmınından da əsaslıdır. Çünki onun bu ifadələrində göstərdiyi hallar iş üzrə şahid qismində dindirimiş Şahid9 dalaşmanı görüb oğlu Əliyev Kamranın dalaşanlardan birinin oğlunun tanışı Zərərçəkmiş şəxs olduğunu tanıyıb dalaşlanla yaxınlaşıb nə baş verdiyini soruşub, həmin şəxslərin hər şeyin qaydasında olduğunu dediklərindən sonra özlərinin Zərərçəkmiş şəxs onların maşını minib onlarla birlikdə getməyi təklif etdiklərini, lakin onun heç nə olmadığını, söhbətlərini yekunlaşdırıb özünün evə gedəcəyi barəsindəki ifadələri, hadisə zamanı Zərərçəkmiş şəxs tərəfindən hadisəyə Zərərçəkmiş şəxs müdafiəsinə yönələn şəxslərin iştirak etməsi, həmin şəxslərdə və Zərərçəkmiş şəxs özündə mobil telefon olması, bu zaman Zərərçəkmiş şəxs nə özünün, nə də ona hadisə zamanı mərəhəmətlik göstərən tanışlarına ona kömək göstərmələrini, nə də telefon vasitəsi ilə başqalarına, o cümlədən də hüquq mühafizə orqanlarına müraciət etməyi xahiş etməməsi baxımından əsaslıdır. Çünki hadisə vaxtı Təqsirləndirilən şəxs1 Rafiq oğlunun məhkəmə fonoskopik ekspertizasının rəyi ilə bu iş üzrə şahid qismində dindirilmiş Şahid5 arasında gedən söhbətindən görünür ki, Şahid5 Zərərçəkmiş şəxs tanışıdır. O, Təqsirləndirilən şəxs1ə Zərərçəkmiş şəxs vurmayıb məsələni araşdırmağı təklif edir. Hüseyn də Yeniyola Kamili vurmayacağını, qeyri-etik ifadələr ilə özünün vəziyyətini pisləşdirməyəcəyini, “gəl biz səninlə əlimizi sıxaq, siz də bax evinizdən bura kimi əziyyət elədiz bayaqdan bura gəlirsiz, gedin, biz də taksiyə oturacıyıq birazdan bunu gətirib düşürdəcəyik” deyir. Şahid5 isə orada qıraqda dayanacaqlarını, heç nə eləmiyəcəklərini, Kamili vursalar Hüseynin günahı olacağını, Hüseynində bunu qəbul etdiyini bildirir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandığı sübutların mötəbərliyinin bütün mümkün olan ağlabatan şübhələrdən kənar oluğunu qəbul edir. Çünki məhkəmədə araşdırılmış məhkəməfonoskopik ekspertizasının tədqiq olunmuş tərəflər arasında dalaşma zamanı aparılan danışıqlardan da təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs qarşı etdikləri zorakılıq hərəkətləri sonuncunun onları və yaxınlarını söyüş təhqir etdiyi üçün onu döyüb özlərinin ondan üsütünlüklərini təsdiq etmək məqsədi güdmüşdür. Məhkəmə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Rafiq oğlu ilə Şahid5 arasında istinad edilən danışıqı müzakirə edərək danışığın Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 236 nöməri məktəbin yanında deyil, Badamdar qəsəbəsində yerləşən qəbirstanlıqda aparıldığını nəzərə alır və qeyd edir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin bir qismi ilə birlikdə Badamdar qəsəbəsində yerləşən qəbirstanlığa gedərkən onun və təqsirləndirilən şəxslərin tanışları onların qəbirstanlığa getdiklərini bilib onların ardınca qəbarstanlığa gəlib tərəflər arasında yaranmış münasibələrə müdaxilə edib onlara müxtəlif davranış qaydaları təklif etmişlər. Məhkəmə, həmin halları nəzərə alıb təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs oğurlamasının istisna olunduğu qənaətinə gəlir. Əks halda adam oğrusunun qurbanı üzərində davranış qaydasını özü müəyyən etdiyi halda kənar şəxsin onun davranışını müəyyən etməsi və ya adam oğrusunun oğrurladığı şəxsi taksi ilə gətirib düşürdəcəyini vəd etməsi, oğurlanması iddia olunan şəxsin isə özünün müdafiəsi üçün mümkün olan səmərəli vasitələrdən, o cümlədən də sadəcə polis orqanlarına məlumat vermək imkanından istifadə etməyib özünü rəqəbətdə olduğu şəxslərin qurbanına çevirməsi ağlabatan deyildir. Məhkəmənin qənaətinə görə yuxarıda göstərilən əsaslarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafiq oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 tərəfindən 2 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs oğurlamaları sübuta yetirilmədi. İstinaq orqanı təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs 2 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 236 saylı məktəbin yanında hucum edib oradan qarşılıqlı razılaşma əsasında Badamdar qəbirstanlığına getmələrini Zərərçəkmiş şəxs oğurlamaq kimi qiymətləndirməkdə haqlı olmamışdır. Həmin əməllər bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq hərəkətləri olmuşdur. İstintaq orqanı isə eyni əməli həm xuliqanlıq, həm də adam oğurluğu kimi qiymətləndirmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafiq oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 elan olunmuş ittihamlardan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin xaric edilməsini əsaslı sayır.. Məhkəmədə ittiham tərəfi də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafiq oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, X16 elan olunmuş ittihamlardan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin ittihamdan xaric edilməsini təklif etdi. Məhkəmə həmin halı nəzərə alır və ittihamdan xaric edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Rafiq oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 (bundan sonra təqsirləndirilən şəxslər) oğluna Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələrində, yəni bir qrup şəxs tərəfindən yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və ya belə zor təbiq etmək hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq etmək və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməkdə ittiham elan etmək üçün istintaq orqanının istinad etdiyi əsaslar araşdırıldı. Məhkəmə hesab edir ki, istintaq orqanı bu nəticəyə gəlmək üçün əsas kimi təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs zor göstərib sonuncunun şalvarını və alt paltarını soyundurub onun arxa keçəcəyi istiqamətindən təqsirləndirilən şəxslər tərəfindən yerə qoyulmuş butulkanın ağız istiqamətində oturmağa məcbur edib, sonuncunun arxa keçəcəyinə butulkanın soxulmasının imitasiya edilməsini əks etdirən formal videogörüntülər, video görüntülərin statikliyini, yəni fiziki hərəkətin olmasını təsdiq edən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin özünün, şahidlərin ifadələri, videogörüntüdə cinsi istismara fokuslanma üzə çıxması barədə məhkəmə-əmtəşünaslıq ekspertizasının 14 dekabr 2022 tarixli 11/514 saylı rəyini götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərə elan olunmuş ittihamda nəzərdə tutulan seksual xarakterli zorakılıq hərəkətləri kimi təsvir olunmuş əməldə cinayət qanununda nəzərdə tutulmuş əməlin olmasını müəyyən etmək üçün törədilməsi iddia olunub seksual xarakterli əməl kimi təsvir edilən hərəkətlərdə həmin əməlin cinayət tərkibinin elementlərini olub-olmamasını təhlil etməyi əsaslı sayır. Məhkəmə qeyd edir ki, bu cinayətin tərkibinin ehtiva etdiyi əlamətlər cinayətin subyektini, subyektiv cəhətini, obyektini və obyektiv cəhətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün elementləri olduqda həmin cinayətin tərkibi yaranır və cinayət törədilmiş hesab olunur. Əgər bu elementlərdən biri olmazsa, əməlin cinayət olması istisna edilir. Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələrinin dispoziyasında seksual xarakterli hərəkətlər kimi uşaqbazlıq və ya seksual xarakterli digər zoraklıq hərəkətləri nəzərdə tutlulmuşdur. Məhkəmənin qənaətinə görə istintaq orqanı da təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələri ilə ittiham elan edərkən seksual xarakterli zorakılıq hərəkəti kimi təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs zor göstərib sonuncunu şalvarını və alt paltarını soyundurub onun arxa keçəcəyi istiqamətindən təqsirləndirilən şəxslər tərəfindən yerə qoyulmuş butulkanın ağız istiqamətində oturmağa məcbur edib, sonuncunun arxa keçəcəyinə butulkanın soxulmasının imitasiya edilməsini nəzərdə tutmuşdur. Çünki ittihamda nəzərdə tutulmuş dövrdə və yerdə təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs cinsi orqanına başqa formada müdaxilə etmələri müəyyən olunmadı. Bununla da istintaq orqanı təqsirləndirilən şəxslərin bu hərəkətlərini Zərərçəkmiş şəxs qarşı zor göstərib sonuncuya qarşı uşaqbazlıq etdikləri qənaətinə gəlib onların əməllərini zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmadığını nəzərə alıb Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər tərəfindən zərərsəkmiş şəxs Zərərçəkmiş şəxs soyundurub onu arxa keçəcyi istiqamətindən butulkanın ağızının çıxış hissəsində oturdub, butulkanın sonuncunun arxa keçəcyinə daxil olması imitasiyasını yaratmalarını qəbul edir. Məhkəmə qeyd edir ki, ümumi anlamda seksual xarakterli uşaqbazlıq dedikdə kişinin kişi ilə qeyri təbii yolla cinsi əlaqədə olması ehtiva olunur. Bu zaman kişilərdən bir passiv, digəri aktiv rol oynayır və ya hər ikisi rollarını dəyişə bilir. Belə cinayətlər cinsi ehtirasın təmin olunmasına yönəlir və homoseksualizm kimi tanınır. Bu cinayət qisas və sair motivlə törədilməsi də mümkündür, lakin bütün hallarda belə cinayətin törədilməsi üçün mövcud anlamda zərərçəkmiş şəxsin cinsi toxunulmazlığına təqsirkar şəxs tərəfindən tərəfdaş kimi cinsiyyət orqanı vasitəsi ilə cinsi təcavüz nəzərdə tutulur və bu zaman əməlin məqsədi özündə yalnız birbaşa cinsi əlaqəni ehtiva edir. Təqsirkar tərəfindən cinsi əlaqə olmadan qurbanın cinsi toxunulmazlığına başqa formada, o cümlədən də, sonuncunun cinsiyət orqanına başqa əşyalara təcavüz etmə, (sadizm və ya başqa cinsi orientasiyasi olan şəxslər istisna olmaqla), xəsarət yetirmə, cinsi qabliyyətini itirməsinə səbəb olan hərəkətlərin, o cümlədən də cinsi orqanlara hər hansı müdaxilə seksual xarakterli hərəkət kimi qiymətləndirilə bilməz, həmin əməllər nəticələrindən asılı olaraq cinayət qanunun müxtəlif maddələri ilə tövsif olunmalıdır. Məhkəmə ittihamda təsvir olunan hərəkətlərdə təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs şalvar və alt paltarının soyundurulub arxa keçəyinə butulka daxil olunmasına yönələn hərəkətlərini müzakirə edərkən qeyd edir ki, ümumi anlamda cinayət tərkibinin elementini təşkil edən obyektiv tərəfini xarakterizə edən hərəkət (və ya hərəkətsizlik) dedikdə əməlin imitasiaysını, yəni görüntüsünü yox, cinayət hadisəsi baş verən və ya planlaşdırlan zaman törədilən hər hansı hərəkət deyil, məhz planlaşdırılmış cinayət əməlinin məqsədinə nail olmaq üçün hərəkət və hərəkətsizlik ehtiva olunur. Hazırkı iş üzrə isə cinayətin obyektiv tərəfinin əlamətləri dedikdə təqsirləndirilən şəxslərin cinsi ehtiraslarını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə onu hədələyib seksual xarakterli hərəkətlərin törədilməsinə yönələn hərəkətlər ehtiva olunur. Məhkəmə, təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs şalvar və alt paltarının soyundurulub arxa keçəciyinə butulka daxil olunmasına yönələn hərəkətlərini zərərçəkmiş şəxsə qarşı fiziki zorakılıq hərəkətlər kimi qəbul edir. Bununla bərəbər məhkəmə qeyd edir ki, bu zaman obyekt formal cəhətdən zərərçəkmiş şəxsin cinsi toxunulmazlığı olsa da təqsirləndirilən şəxslərin təhlil olunan bu hərəkətləri zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmək məqsədi ilə deyil, ondan qisas almağa yönəlmişdir. Məhkəmənin bu qənaəti yuxarda təsvir edilmiş sübutlarda bəyan olunmuş məlumatlarla, o, cümləndən də həmin fakt üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs bütün ifadələri və işin faktiki halları ilə sübut olunur. Məhkəməyə istintaq orqanı tərəfindən təqdim olunmuş sübutlarda və işin faktiki hallarında təqsirləndirilən şəxslərin təsvir olunan hərəkətlərinin seksual xarakterli olmasını təsdiq edən hal müəyyən olunmadı. Məhkəmənin bu qənaəti ibtidai istintaq zamanı həmin hərəkətlərin əks olunduğu videogörüntülərdə əks olunan təsvirlərin məhkəmə sənətşünaslıq ekspertizasını aparmış və məhkəmədə əlavə şahid kimi dindirilmiş ekspert X4 istintaq orqanı tərəfindən seksual hərəkətlər kimi törədilmiş hərəkətlər kimi qiymətələndirdiyi təqsirləndirilən şəxslərin hərəkətələrinin təsvir oluduğu videogörüntülərin erotik və pornoqrafik olmadığını təsdiq edən ifadələri baxımından da əsaslı sayır. Ümumi anlamda da görüntüsü erotik (yəni cinsi hisslərə təsir etməyən) və pornoqrafik olmayan hərəkət ümumi anlamda seksual xarakterli hərəkət kimi qəbul oluna bilməz. Məhkəmə göstərilənləri nəzərə alıb, təqsirləndirilən şəxslərin əməllərində Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin əməllərində onlara Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətlərinin tam olmadığı qənaətinə gəlir. Çünki təqsirləndirilən şəxslərin əməllərində Zərərçəkmiş şəxs cinsiyyət orqana toxunmaları təsdiqini tapmadı. Əksinə bu hal ekspert rəyi və digər mötəbər sübutlarla təkzib olundu. Məhkəmə ittihamda iddia olunan seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsində təqsirləndirilən şəxslərin əməllərində subyektiv cəhətinin əlamətinin olub-olmamasını müzakirə edib qeyd edir ki, başqa şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri birbaşa qəsdlə törədilir. Təqsirkar şəxs (hazırkı halda təqsirləndirilən şəxslər) öz qurbanına zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya qurbanının köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və bunu arzu edir. Belə xarakterli cinayətin törədilməsi motivindən, yəni belə əməlləri törətməyə təhrik edən daxili istəkdən asılı olmayaraq cinayət əməli birbaşa qəsdlə törədilir. Şəxsin qəsdi motivdən asılı olmayaraq məqsədi başqa şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməsinə yönəlir. Seksual xarkterli zorakılıq hərəkətlərinin törədilməsinə yönəlməyən qəsd təqsirkar şəxsin əməlində belə əməlin subyektiv cəhətini istisna edir. Yuxarıda təsvir olunun hallara əsasən məhkəmə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə seksual xarakterli hərəkətlər etməkdə ittiham elan üçün qəsdləri olmamışdır, bu səbəbdən də onların hərəkətlərində ittiham olunduqları Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin subyektiv cəhətinin əlamətləri olmamışdır. Məhkəmənin bu qənəati məhkəmədə elan olunmuş araşdırılmış Məhkəmə-Tibbi Ekspertiza və X53-Təcrübi və Tədris Birliyinin 10 oktyabr 2022-ci il tarixli 839 saylı rəyi baxımından da əsaslıdır. Çünki həmin rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda arxa keçəcəkdə hər hansı bir dəyişiklik, eləcə də xəsarət və ya onun izi, o cümlədən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmədə araşdırılıb təhlil olunan istintaq oqanının ittihamı təsdiq edən sübut kimi təqdim etdiyi sübutlarda törədilmiş əməlin seksual xarakterli olmasını təsdiq edən fakt, hall, məlumat və dəlil müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulmuş məsələlərə münasibətdə yuxarıda qeyd etdiyi hallara və gəldiyi nəticələrə əsaslanaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin əməllərində həmin maddələrdə nəzərdə tutulmuş əməllərin tərkib əlamətləri tam olmamışdır. İstintaq orqanının təqsirləndirilən şəxslərin seksual xarakterli hərəkətləri kimi qiymətləndirilən hərəkətləri onların məhkəmə tərəfindən təqsirli bilindikləri xuliqanlıq hərəkətlərinin tərkib hissəsi olmuşdur. Bu səbəbdən də məhkəmə, istintaq orqanı tərəfindən eyni bir əməli müxtəlif maddələrlə tövsif olunması qənaətinə gəlir və ittihamdan xaric edir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs1 Rafiq oğlunun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 əməllərində Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələrinin tərkib əlamətlərinin olmadığı qənaətinə gəlir və ittihamın bu hissəsinə Azərəycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində göstərilən əsaslarla, yəni əməldə cinayət tərkibi olmaması əsasları ilə bəraət verilməsini əsaslı sayır. Məhkəmə, istintaq orqanı təqsirləndilən şəxslərə Azərbaycan Respublikası CM-nin 171- 1.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik (təşkilat) tərəfindən uşaq pornoqrafiyasının dövriyyəsində verilmiş ittihamda müzakirə olunarkən təqsirləndirilən şəxslərə həmin maddə ilə ittiham elan etmək üçün əsas təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs şavarını və alt paltarını soyundurub onu butulkanın üzərinə əyləşdirib onu həmin vəziyyətdə əks etdirən mobil telefonda video görüntüyə alınmış təsvirlərin mobil telefon vasitəsi ilə təqsirləndirilən şəxslər tərəfindən yayılması və videogörüntüdə yaılan təsvirlərin pornoqrafiya olmasını göstərən məhkəmə-sənətşünaslıq ekspertizasının 14 dekabr 2022-ci il tarixli 11/577 nömrəli rəyinin olması müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış 14 dekabr 2022-ci il tarixli 11/577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd CD diskdə olan “Zərərçəkmiş şəxs” adlı qovluqdakı “VİD-202210**-WA-***1” və “VİD-202210**-WA-***7” adlı videogörüntülərdə şəxsin butulkanı anus dəliyinə soxması, yetkinlik yaşına çatmaması və həmin görüntüyə fokuslanma müəyyən edilir. Həmin görüntülərdə yetkinlik yaşına çatmayan şəxsə qarşı psixoloji təsirlər göstərilməklə cinsi istismara məruz qalması, cinsi istismarın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi yer alır. Həmin videogörüntülərə baxan şəxslərdə qıcıqlanma və ikrah hissinin yaranması kimi hallar ortaya çıxır. Tədqiq olunan videogörüntünün başlıca məqsədi ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırmaq, başqalarında ikrah hissi oyatmaqdır. Tədqiq olunan video görüntüdə cinsi istismara fokuslanma üzə çıxmaqla, həmin görüntü insanın və erotikanın humanistliyini məhv edir, primitiv hisslər və münasibət yaradır. Bu səbəbdən tədqiqata təqdim edilmiş 01 ədəd CD diskin yaddaşında olan videogörüntülər pornoqrafik xarakterlidir. Məhkəmə, araşdırılmış bəzi sübutlar əsasında müəyyən edilən halların Azərbaycan Respublikası CPM-nin 140-cı maddəsində nəzərdə tutulduğunu, lakin həmin hallar sırasında məhkəmə-sənətşünaslıq ekspertinin rəyinin olmadığını nəzərə alıb məhkəmə-sənətşünaslıq ekspertizasının 14 dekabr 2022-ci il tarixli 11/577 nömrəli rəyinin əsaslı şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir. Çünki həmin rəydə ekspert görüntülərdə yetkinlik yaşına çatmayan şəxsə qarşı psixoloji təsirlər göstərilməklə cinsi istismara məruz qalması, cinsi istismarın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi yer almasını mücərrəd formada göstərib həmin cinsi istismarın oyadılması və gücləndirilməsinin təqsirləndirilən şəxslərə hansı adiyyətinin olmasını və ya təqsirləndirilən şəxslərin belə məqsəd daşımalarını göstərməmişdir. Yəni ekspert belə videonun görüntüyə alınmasını zərərçəkmiş şəxsə psixoloji təsir göstərməklə almasını qeyd etdiyi halda, təqsirləndirilən şəxslərin həmin videonu lentə alarkən onların həmin görüntülərə psixoloji elementlərini, xüsusən də onların cinsi ehtirasına hansı formada təsir göstərməklə, cinsi ehtiraslarına təsirini, təsvir etməməklə gəldiyi nəticəni şübhələrlə müşahidə etmişdir. Ekspert rəyində görüntülərə baxan şəxslərdə qıcıqlanma və ikrah hissinin yaranması kimi hallar ortaya çıxmasını qeyd edib videogörüntünün başlıca məqsədi ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfi qıcıqlandırmaq, başqalarında ikrah hissi oyatmağı qeyd etməklə qeyri müəyyən nəticəyə gəlmişdir. Çünki məhkəmənin gəldiyi nəticəyə görə pornoqrafik görüntülər ümumi anlamda cinsi ehtirasları pozğun formada təmin etməyi əks etdirir, lakin yuxarıda qeyd edilyi kimi təsvir olunan videogörüntülərdə cinsi ehtirası təmin edilməsinə işarə edən hal olmamışdır. Bu səbəbdən də həmin rəy ittihamın əsası ola bilməzdi. Çünki “Pornoqrafiya” termini isə “porno”, yəni pozğun, “qraf”, yəni qeyd etməkdən ibarət olub pozğun formada baş vermiş və ya törədilməsi planlaşdırılan belə cinsi aktı qrafik və ya başqa formada əks olunmasını ehtifa edir. Pornoqrafiya zamanı cinsi aktlar təsvir olunur, cinsi davranış nümayiş etdirilir. Pornoqrafiyadakı cinsi davranış insanın cinsi davranışına xas olan aktları qabarıq göstərir. Pornoqrafiyada tərəf müqabili mövcuddur. Tədqiq olunan videoda tərəf müqabili, yəni partnyor yoxdur. Pornoqrafiya seksual ehtirası yaradır. Məhkəmənəin təqsirləndirilən şəxslərin əməllərində ona elan olunmuş ittihamda nəzərdə tutulan Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələrinn tərkib hissələrinin olub-olmamasını müzakirə edərkən gəldiyi nəticələrə əsasən onların törətdikləri əməldə seksual xarakterli hərəkətlər yoxdur. Bu hadisədə cinsi münasibətlər müşahidə olunmur. Videokadrlarda pornoqrafiya əks olunmayıb, sadəcə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə qarşı törətdikləri xuliqanlıq hərəkətləri zamanı cinayətin qurbanına zor göstərmək üçün istifadə etdikləri alət olmuşdur. Uşaqlar tərəfindən butulkanın bu cür istifadə olunması qisas almaq, öz üstünlüyünü nümayiş etdirmək formasıdır. Cinsi ehtiras bu şəkildə, bu cür üsullarla təmin olunmur. Məhkəmənin gəldiyi bu qənaət məhkəmədə əlavə şahid qismində dindirilmiş məhkəməəmtəşünasılq ekspertizasının 14 dekabr 2022-ci il tarixli 11/577 nömrəli rəyinin vermiş X3 ifadələri baxımından da əsaslıdır. O, ifadələrində göstərmişdir ki, “Erotika” insanın bütün fikirləri, hissləri, həyacanı ilə təsvir olunur. Həmçinin də erotika incəsənətin bir nümunəsidir. Erotika insan azadlığının sərhədlərini genişləndirir, əxlaqının, dəyərlərinin meyarlarını özündə saxlayır. “Pornoqrafiya” termini isə “porno”, yəni pozğun, “qraf”, yəni qeyd etmək, yazmaq sözlərindən ibarətdir. Pornoqrafiya insanda qıcıq yaradır. Pornoqrafiyada cinsi aktlar həyata keçirilir, cinsi davranış nümayiş etdirilir. Pornoqrafiyadakı cinsi davranış insani kontekstdən kənardır, insanın cinsi davranışına xas olan aktları qabarıq göstərir, ona baxanlarda qıcıq yaradır. Erotikada, eyni zamanda pornoqrafiyada da tərəf müqabili mövcuddur. Sözügedən videoda tərəf müqabili, yəni partnyor yox idi, sadəcə orada ictimaiyyət tərəfindən qəbul edilmiş normaların pozuntusu məsələsi var idi. Pornoqrafiya seksual ehtirası yaradır. Təqsirləndirilən şəxslərin törətdikləri əməldə seksual xarakterli hərəkətlər yoxdur. Videokadrlarda pornoqrafiya əks olunmayıb, sadəcə uşaqların arasında baş vermiş mübahisə əks olunur. Uşaqlar tərəfindən butulkanın bu cür istifadə olunması qisas almaq, öz üstünlüyünü nümayiş etdirmək formasıdır. Cinsi ehtiras bu şəkildə, bu cür üsullarla təmin olunmur. Onlara təqdim olunmuş videokadrlar üç kadrdan ibarət olmuşdur. Onlar həmin videokadrlara qiymət verərkən ilk növbədə onu nəzərə almışdırlar ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayandır. Həmin video insanda ikrah hissi yardadır. İkrah hissi” ifadəsini o, həmin ifadəni “nifrət” sözünün mənasında işlədir. Orada məsələ həmçinin primitiv hisslərlə bağlıdır. “Primitiv hisslər”, yəni alçaldıcı, aşağılayıcı hisslər başa düşülür. O, videokadrlara diqqətlə baxmışdır. Həmin videokadrlarda işgəncə əks olunub. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı söyüş söymüşdür, onlar da bunun müqabilində zərərçəkmiş şəxsdən qisas almaq qərarına gəlmişlər. Butulkanın zərərçəkmiş şəxsin arxa keçəcəyinə daxil edilməsi zorakılıqdır, pornoqrafiya və yaxud erotika deyil. Məhkəmədə ittiham tərəfi də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafiq oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 elan olunmuş ittihamdan Azərbaycan Resublikası CM-nin 171-1.2.2-ci maddəsinin xaric olunmasını təklif etdi. Məhkəmə həmin halı nəzərə alaraq, yuxardakı təhlil olunan sübutlara və Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələrinin tərkib hissələrinin müzakirə edərkən istinad etdiyi əsaslara istinad edərək onlara elan edilmiş ittihamdan Azərbaycan Resublikası CMnin 171-1.2.2-ci maddəsini xaric edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rafiq oğlu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 bir qrup şəxs halında xuliqanlıq etdiklərinin subuta yetirildiyi qənaətinə gəldiyindən onların bu əməllərə görə cəzalanmalı olmaları qənaətinə gəlir. Çünki onların törətdikləri əməli törədərkən anlaqlı olub həmin əməli qəsdən törətmişlər. Buna görə də məhkəmə onların təqsirli bilinib cəzalanmalarını əsaslı sayır. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus **********35853, **********77069 İMEİ kodlu “iPhone 12” markalı, Təqsirləndirilən şəxs3 məxsus **********38447 İME kodlu “iPhone 11” markalı, Təqsirləndirilən şəxs2 məxsus **********14712/01, **********14710/01 İMEİ kodlu “Samsung Galaxy A51” markalı mobil telefon aparatlarının onların şəxsi əşyaları kimi ailə üzvlərinə qaytarılmasını, Bakı Şəhər Baş Polis İdarəsinin Maddi sübutları saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs3 məxsus olan zavod üsulu ilə istehsal edilmiş özünümüdafiə təyinatlı elektroşok cihazının məhv edilməsini və Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş, üzərində hadisənin izlərini daşıyan bir ədəd yaşıl rəngli boş şüşə butulka və iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmiş hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus əşyalar həmin (230200019 nömrəli) cinayət işinə aid edilməsini əsaslı sayır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə əmtəəşünasıq ekspertizasının, məhkəmə ballistik, məhkəmə-fonoskopik və məhkəmə portret ekspertizasının keçirilməsinə ümümilikdə 834 (səkkiz yüz otuz dörd) manat xərcələnmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər təqsirli bilindikləri əməli törədərkən valideynlərinin himayəsində olmuşlar. Onların müstəqil gəlir mənbəyi olmamışdır. Bu səbəbdən də məhkəmə həmin məbləğin təqsirləndirilən şəxslərin qanuni nümayəndələrindən tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 18 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi6, Müdafiəçi5 tərəfindən hüquqi yardım göstərilməsi, bu səbəbdən də Müdafiəçi2 240 ( iki yüz qırx) manat, Müdafiəçi1 240 (iki yüz qırx) manat, Müdafiəçi4 240 (iki yüz qırx) manat, Müdafiəçi6 330 (üç yüz) manat, Müdafiəçi5 300 (üç yüz) manat pul vəsaitinin ödənilməli olması müəyyən olundu. Məhkəmə müdafiə ilə əlaqədar məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib təqsirləndirilən şəxslərin qanuni nümayəndələrini həmin məbləğləri ödəməkdən azad olunmalarını əsaslı sayır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hazıkı iş üzrə 8 oktyabr 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 10 oktyabr tarixdə təqsirləndirilən şəxs kimi cəlb edilib barələrində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılmışlar. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışlar. Məhkəmədə, Zərərçəkmiş şəxs və onun qanuni nümayənədsi Qanuni nümayəndə10 oğlu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə barışdığını, onları bağışladığını onlara qarşı şikayəti və tələbi olmadığını, gələcəkdə də olamayacağını bildirdi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hallar kimi, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmadıqları dövrdə törətmələri, əvvəllər məhkum olunmamaları, təqsirli bilindiyi əməlləri törədilməsi halları barəsində ətraflı ifadələr verib, cinayətin açılmasında iştirak etmələri,törətdiyi əməldən peşman olmaları zərərçəkmiş şəxslə barışıq əldə etmələri müəyyən olundu. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən onların təqsirli bilindiyi əməli törətməmişdən qabaq və sonrakı davranışını təhlil edib onların təqsirli bilindiyi əməli törətməmişdən qabaq hüquqa zidd əməl törətməmələri, belə əməllərə görə cəlb olunmamaları, əməli törətdikdən sonra zərərçəkmiş şəxsə evə getmək üçün cibində pulunun olub-olmamasını soruşub ona qayğı göstərmələri, tam orta məktəbin şagirdlər olmaları müəyyən olundu. Məhkəmə qeyd edir ki, ümümi anlamda yetkinlik yaşına çatmayan şəxs dedikdə fiziki və psixoloji inkişafı özünü və ətraf aləmi tam dərk etməyən şəxs ehtiva edilir. Bu zaman yetkinlik yaşına çatmayanlar törədikləri əməllərin mahiyyətini və nəticələrin modelləşdirmir, infant düşüncə sahibi kimi həm yaşıdları arasında uydurma nüfuz görüntüsü yaradan hərəkətlər edir. Birləşmiş Millətlər Təşkilatının üzv ölkələri tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvesiyanın 37-ci maddəsində 18 yaşına çatmayan uşağın azadlıqdan məhrum olunmasını yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq olunması nəzərdə tutlumuşdur. Avropa Şurasının Nazirlər Kabinetinin 17 noyabr 2010-ci tarixli uşaqlara dost ədalət məhkəməsinə tövsiyyələrində Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərin həmin öhdəliklərini təsdiq edərək yuvenal məhkəmələri həyata keçirən səlahiyyətli orqanlara uşaqlara münasibətdə ədalət məhkəməsini həyata keçirən məhkəmələrə məhkəmə baxışı və iş üzrə yekun qərarı qəbul edilərəkən uşaqların ən vacib maraqlarının təmin edilməsini, uşaqların dünyagörüşünə və fikirlərinə lazımı səviyyədə diqqət yetirməyi, uşağın ən vacib maraqları ilə bərabər onun digər maraqlarının, o cümlədən də uşağın psixoloji və fiziki rifahını, uşaq barəsində qəbul ediləcəkə qərarın uşağın ən vacib maraqlarına mütanasibliyinin uyğun olmasını və sair halları nəzərə almağı tövsiyə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında yetkinlik yaşına çatmamış şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində göstərilən, törədilmiş cinayətin xarakteri, ictiami təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarllardan başqa həmçinin həmin məcəllənin 86-cı maddəsində nəzərdə tutulan yetkinlik yaşına çatmamış şəxsin həyat tərzi, tərbiyə şəraiti, əqli və fiziki inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və sair halları nəzərə almaqla, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyünü nəzərə almağı tövsiyə etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən hallar Azərbaycan Resbulikasının Konstitutsiyasına və cinayət prosesini həyata keçirilməsini və cəza təyin olunmasını tənzimləyən qanunverciliyin tələbləri ilə üst-üstə düşür. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən onların yetkinlik yaşına çatmamasını, hazırda valideynlərinin himayəsində yaşamalarınıı, valideynlərinə bağlı olub, valideynlərindən ayrı yaşamasının onların inkişafına mənfi təsir etməsini, bu inkişafın onların gələcək davranışına neqativ təsir edə bilmə ehtimalını, habelə ümumi anlamda onun yetkinlik yaşına çatmaması səbəbindən hazırda psixoloji və fiziki inkişafda olmalarını nəzərə alır. Məhkəmə, yuxarda göstərilən halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən onlar barəsində azadlığdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması cəzasına nisbətən yüngül cəza təyin edilməsini mümkün sayır, lakin onlar barələrində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılmalarını nəzərə alıb onlara daha yüngül cəza təyin edilməsini mümkün saymır. Çünki onlar artıq uzun müddətdə həbsdə olmaları onlara daha yüngül cəzanın təyin olunması hüquqi nihilizmə səbəb olub cəzanın məqsədinə nail olmağa lüzumsuz vasitə olardı. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 azadlıqdan məhrum etmə cəzasını təyin edilməsini əsaslı sayır. Məhkəmə, yuxarda göstərilən halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən təyin olunacaq cəzanın onların formalaşmasına edə biləcək təsirləri nəzərə alıb, aşağı həddə cəza təyin olunmasını əsaslı sayır və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunub onların cəmiyyətə reintqrasiyasına xidmət etməli olmasını nəzərə alır. Məhkəmə, bu qənaətə gəldiyindən yuxarda göstərilən halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən onlar barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təyin olunacaq cəzanı fərdiləşdirərkən onların təqsirli bilindikləri əməldə eyni dərəcədə iştirak etdikləri qənaətinə gəlir. Məhkəmə, yuxarda göstərilən halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin edərkən onlar barəsində təyin ediləcək azadlığdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, oların şəxsiyyətlərini, onların cəzalarını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 ( bir ) il 03 ( üç ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasının çəkilməsinin əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 maddələri xaric edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 ( bir ) il 03 ( üç ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 cəzasının çəkilməsinin əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 maddələri xaric edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 ( bir ) il 03 ( üç ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 cəzasının çəkilməsinin əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin olunmuş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 maddələri xaric edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 ( bir ) il 03 ( üç ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs4 cəzasının çəkilməsinin əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 ona təyin olunmuş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 maddələri xaric edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 ( bir ) il 03 ( üç ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs5 cəzasının çəkilməsinin əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 ona təyin olunmuş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 144.3, 150.2.1, 150.2.3 (27 dekabr 2022-ci il tarixədək qüvvədə olan redaksiyada), 171-1.2.2 maddələri xaric edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 ödənilməli olan 240 (iki yüz qırx) manat, Müdafiəçi1 ödənilməli olan 240 (iki yüz qırx) manat, Müdafiəçi4 ödənilməli olan 240 (iki yüz qırx) manat, Müdafiəçi6 ödənilməli olan 330 (üç yüz otuz) manat, Müdafiəçi5 ödənilməsi üçün 300 (üç yüz) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına, məhkəmə ekspertizaların keçirilməsinə sərf edilmiş ümumi məbləği təşkil edən 834 (səkkiz yüz otuz dörd) manat Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxslər müdafiəçilərə ödənilmiş məbləğləri ödəməkdən azad olunsunlar, ekspertizaların keçirilməsinə sərf olunmuş məbləğ isə onların qanuni nümayəndələrindən bərabər hissələrlə tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus **********35853, **********77069 İMEİ kodlu “iPhone 12” markalı, Təqsirləndirilən şəxs3 məxsus **********38447 İME kodlu “iPhone 11” markalı, Təqsirləndirilən şəxs2 məxsus **********14712/01, **********14710/01 İMEİ kodlu “Samsung Galaxy A51” markalı mobil telefon aparatları onların ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Maddi sübutları saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs3 məxsus olan zavod üsulu ilə istehsal edilmiş özünümüdafiə təyinatlı elektroşok cihazı məhv edilsin, Zərərçəkmiş şəxs məxsus **********46402 **********11281 İMEİ kodulu “iPhone 13 Pro” markalı mobil telefon aparatı, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş, üzərində hadisənin izlərini daşıyan bir ədəd yaşıl rəngli boş şüşə butulka və iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmiş hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus əşyalar həmin (230200019 nömrəli) cinayət işinə aid edilsin. Hökmdən elan olunduğu, oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1348/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1348/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver