Məhkəmə qərarları › İş №1(101)-1349/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1349/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1349/2021 28.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxx 1956-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, adı istintaqa İran İslam Respublikasının vətəndaşı “Fərahim” və “Mirhimayət” kimi məlum olmaqla şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib narkotik vasitələrin qanunsuz olaraq alınıb-satılmasmı həyata keçirmək üçün ümumi razılığa gələrək “Mirhimayət” adlı şəxsin vasitəsi ilə tanıdığı “Fərahim” adlı şəxsin göstərişinə əsasən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda kustar üsulla hazırlanmış iki ədəd sellofanda narkotik vasitə heroini 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində Qızıldaş dairəsinin yaxınlığında üzü Qazax rayonu istiqamətinə keçən hissədə avtomobil yolunun sağ kənarındakı boş sahədən əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 1 ünvanına qədər daşımış və 14 mart 2021-ci il tarixdə yaşadığı evdən çıxıb içərisində narkotik vasitə olan sellofanlardan birini əvvəlcədən götürdüyü boş sahədəki yerə qoymaq üçün daşıyarkən həmin tarixdə saat 17:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ev 38 ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada saat 19:20-dən 19:31-dək olan müddət ərzində üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy rəngli qalın qış gödəkcəsinin sol iç cibindən bir ədəd qırmızı rəngli sellofanda təmiz çəkisi 515,0 qram, habelə saat 21:00-dan 21:ll-dək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanında baxış və götürmə hərəkəti aparılarkən mənzilin giriş otağından sağ tərəfdə yerləşən otaqdakı yataq dəstinin alt hissəsindən bir ədəd qara sellofan kəsiyi bükümün içərisindən təmiz çəkisi 505,0 qram, xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ümumilikdə təmiz çəkisi 1020 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, 2020-ci ilin oktyabr ayında “Seyid” ləqəbli Mirhimayət gizlin nömrədən ona zəng edərək bildirmişdir ki, tanışı, İran İslam Respublikasında yaşayan “Fərahim” onunla əlaqə saxlayaraq heroini haradan götürməyini və gələcəkdə haraya verəcəyimi bildirəcək. Bunun müqabilində “Fərahim” adlı şəxsin ona zəhmət haqqı olaraq 1000 manat pul göndərəcəyini demişdir. Üstündən bir müddət keçdikdən sonra “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə “Fərahim” adlı şəxs heroinin qoyulduğu yerin şəkilini göndərmiş və oradan götürməyini bildirmişdir. Daha sonra “Fərahim” adlı şəxs həmin şəkili və yazdığı mətnləri dərhal silmişdir. Şəkil Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində Qızıldaş dairəsinin yaxınlığında lövhənin yanında otluq hissədə çəkilmişdir, o isə həmin ərazidə yaşadığı üçün oranı yaxşı tanıyırdı. 14 mart 2021-ci il tarixdə axşam saat təxminən 17:30 radələrində qeyd olunan yeri tapıb otluqların arasından bükümü götürdüyü anda polis əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Gödəkçənin cibindəki 01 ədəd sellofan torbada olan narkotik vasitə heroini, 01 ədəd “Nokia” markalı və 01 ədəd “Hoffman” markalı mobil telefonları 295 manat manat məbləğində pulu polis əməkdaşlarına təhvil vermişdir. Bildirmək istəyir ki, həmin maddəni o İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Fərahim” adlı şəxsin vasitəsilə Qaradağ rayonu, Qızıldaşı qəsəbəsi ərazisindən, ona deyiləcək yerdən götürüb başqa bir yerə qoymaq üçün götürmüşdür. Bu əməli törətməkdə məqsədi sadəcə gəlir əldə etməkdən ibarət olub. Belə ki, razılaşmaya əsasən bu işin yekununda “Fərahim” ona 1000 manat pul göndərməli imiş. Daha sonra polis əməkdaşları yaşadığı ünvana getmişlər. Evində qanunla qadağan edilmiş hər hansı bir maddə olmayıb. Polis əməkdaşları narkotik vasitəni onun evinə qoyublar. Belə ki, ona təzyiq olduğu üçün müəyyən sənədlərə imza etmək məcbutiyyətində qalmışdır. O, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, Fərahim adlı şəxsin tapşırığı ilə bir yerdən başqa yerə qoyurmuş. Lakin onun narkotik vasitələri haradan gətirdiyindən xəbəri olmayıb. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İşlədiyi Baş idarəyə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətovun 14.03.2021-ci il tarixli əmrinə əsasən əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsinə dair əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə olunmaqla Baş idarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da qrupun üzvləri təyin edilmişlər. Həmin qərara əsasən tərəflərindən əməliyyataxtarış tədbirləri həyata keçirilmiş və 14 mart 2021-ci il tarixdə saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 3 ünvanın yaxınlığında müəyyən edib ona yaxınlaşmışlar, xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra sonuncu həyacanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, eləcə də barəsində daxil olmuş məlumata əsasən qərar qəbul edildiyindən tərəflərindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Səbali rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən inzibati binasına dəvət edilmişdir. Daha sonra BNMİ-nin inzibati binasında təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən onların və dəvət edilmiş vəkil Ramiz Mirzəyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcəsinin sol iç cibindən 01 ədəd qırmızı rəngli sellofan torbam, sağ yan cibindən 01 ədəd “Nokia” markalı, 01 ədəd “Hoffman” markalı mobil telefon aparatlarını, yaşadığı mənzilə məxsus 01 ədəd açarı, sol yan cibindən isə 200 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qırmızı rəngli sellofan torbaya baxış keçirilmiş, həmin sellofan torbaya baxış zamanı içərisindən qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Qeyd edilən maddə elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 518 qram olması müəyyən olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs qeyd edilən maddənin heroin narkotik vasitəsi olduğunu, həmin narkotik vasitəni 28 oktyabr 2020-ci il tarixdə axşam saatlarında Qızıldaş qəsəbəsində yerləşən avtomobil yolu dairəsinin yaxınlığından götürdüyünü və qeyd edilən narkotik vasitənin həmin yerə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Fərahim” adlı şəxs tərəfindən qoyulduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs qeyd etmişdir ki, “Fərahim” adlı şəxsin tapşırığına əsasən həmin narkotik vasitəni müxtəlif yerlərə qoyduğu təqdirdə ona 1000 manat pul verilməli imiş. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ünvanda da bu növ narkotik vasitədən olduğunu və həmin narkotik vasitənin götürülməsi üçün yaşadığı ünvanda axtarış aparılmasına etirazı olmadığını demişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq “DİN-nin zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38, mənzil 33 ünvanına baxış keçirilməsi və götürməyə dair 14 mart 2021-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvana video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evdə saxladığı narkotik vasitəni onlara təqdim etməsi təklif olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildəki dəhlizdən sağ tərəfdə yerləşən otağa daxil olub oradakı yataq dəstinin alt hissəsindən bir ədəd sellofan torbanı təqdim edərək içərisindən narkotik vasitə heroin olduğunu demişdir. Həmin torbaya baxış zamanı içərisindən bir ədəd sellofan bağlamada qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Qeyd edilən maddə elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 517 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq “DİN-nin zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin narkotik vasitənin də “Fərahim” adlı şəxsə məxsus olduğunu bildirmişdir. Beləliklə də baxış başa çatmış və bununla bağlı tərtib edilmiş protokallar onunla yanaşı digər iştirakçılar tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli 6/1049 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksi olan, üzərində “X2 yaşadığı ünvandan aşkar edilmiş maddə...” yazılan zərfdə 505,0 qram və “X2 üzərindən aşkar edilmiş maddə...” yazılan zərfdə təmiz çəkisi 515,0 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin olub, xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-narkoloji ekspertizasının 31 may 2021-ci il tarixli 1649 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, narkotik vasitəni satış məqsədi olmadan əldə etməsini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun ifadəsinə bu hissədə tənqidi yanaşır və onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi dəlillərin işin faktiki hallarına uyğun olmadığından, həmin dəlillərin digər mötəbər sübutlarla təkzib olunduğundan onun ifadəsini inandırıcı hesab etmir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə gö rə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş 17.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəmənin 17 avqust 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinə əsasən 13 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 25.06.2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 1.2 bəndinə əssən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış lakin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Məhkəmə hesab edir ki, belə olan halda təqsirləndirilən şəxs İslam Sulltanovun məhkumluğu ödənilməmişdir bu səbəbdən də onun əməlində cinayətin təhlükəli residivi vardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsəlində cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, məhkuma azadlıqdan məhrumetmə növündə cəza çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində təyin edilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməldir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu, 14 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Qaradağ RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri 514,95 qram heroin və 504,95 qram heroin məhv edilməlidir. İş üzrə evkspertiza xərcləri 88,70 (səksən səkkiz manat yetmiş yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarında olan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərkəz” Vəkil Bürosunun vəkili Mirzəyev ramiz Məmməd oğlu tərəfindən müdafiə olunmuşdur və hüquqi yardımla bağlı ona dövlət hesabına ödənilməli məbləğ 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Qaradağ RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkiləri 514,95 qram heroinin və 504,95 qram heroin məhv edilsin. İş üzrə ekspertiza xərcləri 88,70 (səksən səkkiz manat yetmiş yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Mərkəz vəkil bürosunun vəkili Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Mərkəz vəkil bürosunun hesabına 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar