Məhkəmə qərarları › İş №1(101)-135/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-135/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-135/2020 06.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib və Abasov Əliövsəd Məzahir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, Dövlət ittihamçısı və X2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1991-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməkli, əvvəllər məhkum olunmuş, Ağcabədi şəhəri, M.Ə.Sabir küçəsi ev 66-da pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN-i PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Aşıqlar” kafesinin qarşısında yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, Zərərçəkmiş şəxs onu kafedən küçəyə çıxarıb yumruqla vurması səbəbindən aralarında yaranmış mübahisənin gedişatında, şəxsi münasibətlər zəminində, üzərində gəzdirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurub Zərərçəkmiş şəxs diafraqmanın və qaraciyərin V seqmentinin yaralanması ilə nəticələnən döş qəfəsinin sağ yan səthinin sağ plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsarəti yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək etirafedici ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat təxminən 01 radələrində pivə içmək üçün Binəqədi şossesində yolun kənarında yerləşən “Aşıqlar” kafesinə getmişdir. Kafeyə daxil oub masaların birində əyləşib 2-3 bakal pivə içmiş, təxminən saat 02:30 radələrində digər masada tək əyləşmiş əvvələr tanımadığı söhbət əsnasında adının Mehman olduğunu bildirən, təxminən onunla eyni yaşda olan oğlan onu masasına çağırıb hər ikisinin tək olduğundan bir yerdə oturmağı təklif etmişdir. O, Mehmanın əyləşdiyi masaya keçib oturmuş və bir fincan çay içmişdir. Bu vaxt arxa masada tək əyləşmiş, əvvələr tanımadığım, adı hadisədən sonra ona məlum olan Samir onu yanına çağırıb, Mehmanı işarə edib onu haradan tanıdığını soruşnuş, o isə cavabında Mehmanı tanımadığını bildirib qayıdıb yenidən Mehmanla bir yerdə əyləşmişdir. Mehmanla söhbət zamanı Mehman ona Samirin bayaqdan ona sataşıb, sözlə atmacalar atdığını demişdir. Təxminən 7-8 dəqiqə sonra Samir onun yanına gəlib onu çölə çağırmış, birlikdə kafedən çölə çıxmışlar. Mehman isə içəridə qalmışdır. Kafenin qarşısında Samir ona “mənə qarşı fikriviz nədir? deyə bir ifadə işlətmiş, ilkin olaraq o Samiri başa düşməyib, ona qarşı heç bir fikirinin olmadığını demişdir. Elə bu zaman gözləmədiyi vaxt Samir ona yumruq atmış, yumruq burnundan dəymişdir, o da cibində olan bıçağı çıxarıb qəsdən Samirin qarın nahiyəsindən bir dəfə vurmuş və oradan uzaqlaşmışdır. Bıçağı elə o ətrafda tullamış, bir qədər sonra kefenin işçisi arxadan onu çağırlb, onu geri qaytarıb kafenin qarşısna gətirmiş və hadisə barədə polisə məlumat vermişdir. Bundan sonra ora PPX əməkdaşları gəlib Samiri və onu 6-cı polis bölməsinə aparmışlar, daha sonra Samiri oradan xəstəxanaya aparmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində Xırdalan dairəsi yaxınlığında yerləşən “Aşıqlar” kafesinə getmişdir. Kafedə masada tək əyləşib 5 bakal pivə içmişdir. Təxminən 2 saat sonra əvvələr tanımadığı, adı sonradan ona məlum olan Elməddin kafeyə gəlib başqa masada əyləşmiş, bir qədər sonra Elməddin onun yanına gəlib, onunla birlikdə oturmağı təklif etdmiş, lakin o, Elməddini tanımadığımdan buna etiraz etmişdir. Bir neçə dəqiqə sonra o, kafedən küçəyə çıxıb geri qayıtdıqda Elməddinin başqa masada əyləşmiş bir nəfər tanımadığı oğlanın masasında, arxası onun əyləşdiyi masaya doğu əyləşdiyini görmüşdür. Onların danışıqlarını eşitmiş, Elməddinin yanındakı oğlana onun barəsində “yaxşı oğlan olmadığını dediyini eşidib Elməddini çağırıb onunla küçəyə çıxmasını istəmişdir. Onlar ikisi birlikdə küçəyə çıxmış, Elməddindən nə səbəbə onun barəsində belə bir ifadə işlətdiyini soruşmuş, Bunun cavabında Elməddin ona “get ağıllı ol” deyərək cavab verib onun ünvanına söyüş söymüş, bu vaxt o yumruqla Elmədinin başından vurmuş, 2 ci dəfə yumruq atanda Elməddin geri çəkilib əlini onun qarnına tərəf atıb arxaya çəkilib dayanmışdır. Həmin vaxt hiss etmişdir ki, Elməddin onu bıçaqla vurub. Elməddin qaçıb oradan uzaqlaşmış kafenin işçisi kafedən çıxdıqda onu görmüş və Elməddinin arxasınca qaçıb tutub gətirmiş, daha sonra hadisə yerinə polis əməkdaşları gəlib onları bölməyə aparmış, oradan onu xəstəxanaya göndərmişlər. Hazırda ona dəymiş ziyan təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Şahid1 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Xırdalan dairəsində yerləşən “Aşıqlar” kafesini icarə əsasında işlədir. Qardaşı Rüstəmdə onunla birlikdə orada işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir neçə vaxtdır ki, tanıyır. Onlar müştəri kimi kafeyə gəlib gedirmişlər. xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs kafedə masada əyləşib pivə içirmiş daha sonra Elməddin kafeyə gəlib Samirin masasının önündəki masada əyləşmişdir. Bir qədər sonra Elməddin yanında tanımadığı bir nəfərin oturduğunu görmüşdür. Bundan sonra Samirin də Elməddingilin masasında oturduğunu normal vəziyyətdə söhbət etdiklərini görmüşdür. Saat təxminən 03 radələrində Elməddinlə Samir kafedən çıxmışlar. Bundan təxminən 5-6 dəqiqə sonra o kafedən küçəyə çıxdıqda Samirin küçədən kafenin həyət qapısına tərəf gəldiyini Elməddinin də onun arxası ilə gəldiyini görmüş, Samir qapının qarşısına çatdıqda yerə yıxılmışdır. O Samirin içkinin təsirindən yıxıldığını zənn edib qardaşı Rüstəmə Samiri qaldırmaqda kömək etməsini söyləmiş, Rüstəmlə birlikdə Samiri qaldırdıqda, Samir Elməddinin onu bıçaqladığını demişdir. Samirin paltarı da qan olmuşdur. Bu zaman Elməddin arxaya çevrilib qaçmaq istədikdə qardaşı tutub saxlamış, o hadisə barədə ərazinin əməliyyat müvəkkili Elnura zəng edib məlumat vermiş və polislərin gəlməyini gözləmişdir. Bu müddətdə Elməddin onların gözünzdən yayınıb yenə qaçmış və Xırdalan dairəsinin yanında qardaşı Rüstəm onu tutub saxlamışdır. Rüstəm Elməddini tutanda Elməddinin bıçağı yola atdığını demişdir. Polis əməkdaşları hadisə yerinə gəlib Elməddini və Samiri aparmışlar. Bıçağı nə qədər axtarsalarda qaranlıq olduğundan tapa bilməmişlər. Məhkəmədə Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, qardaşı Lətif Xırdalan dairəsində yerləşən “Aşıqlar” kafesini icarə əsasında işlədir, o da qardaşına kömək edir. Zərərçəkmiş şəxs bir neçə vaxtır ki, tanıyır, Samir bir neçə dəfə müştəri kimi onların kafesinə gəlib. xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs kafedə masada əyləşib pivə içirmiş, daha sonra adını sonradan bildiyi Elməddin kafeyə gəlib Samirin masasının önündəki masada Samirlə üz-üzə əyləşmiş, Bir qədər sonra Elməddin yanında tanımadığı bir oğlanın oturduğunu görmüşdür. Bir qədər sonra Samirlə Elməddinin bir masada oturub normal vəziyyətdə söhbət etdiklərini görmüşdür. Saat təxminən 03 radələrində Elməddinlə Samir ikisi kafedən çıxmışlar. Bundan bir qədər sonra Lətifdə kafedən çıxmış və geri qayıdıb onu çağırmışdır. O, kafenin həyət qapısına tərəf çıxdıqda Samirin yerdə yıxılmış vəziyyətdə paltarının qan içində olduğunu, Elməddin də Samirin yanında dayandığını görmüşdür. O, nə baş verdiyini soruşduqda. Samir Elməddin onu bıçaqladığını demiş, Elməddin “mən vurmuşam əziyyətini də mən çəkəcəm” deyə cavab vermişdir.Lətif ərazinin əməliyyat müvəkkilinə zəng edib hadisə barədə məlumat vermişdir. Elməddin polisə məlumat verdiklərini bildikdə qaçmaq istəmiş, ancaq o Elməddini tutub saxlamışdır. Samirə yardm göstərməyə başlaı qarışdığından istifadə edib Elməddin gözlərindən yayınıb yenə qaçmış, o, arxasınca qaçıb Xırdalan dairəsinin yaxınlığında Elməddinə çatmış, əlini atıb tutanda Elməddin əlindəki bıçağı yola atmışdır. ,O Elməddini tutub kafenin həyətinə gətirmiş, daha sonra polis əməkdaşları hadisə yerinə gəlib Elməddini və Samiri aparmışlar. Bıçağı nə qədər axtarsalar da qaranlıq olduğundan tapa bilməmişlər. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 664 saylı məhkəmə-tibbi ekspertin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – diafraqmanın və qaraciyərin V seqmentinin yaralanması ilə nəticələnən döş qəfəsinin sağ yan səthinin sağ plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən az əvvəl, yənin qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçaqla yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 656 saylı məhkəmə-tibbi ekspertin rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – boyunun sol-yan səthinin, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl məələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və təsvir olunan şəraitdə yəni, insan bədəninin hissələri (əl,əl barmağının dırnaqları və s) təsirindən əmələ gələ bilərdilər. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertin xx.xx.2019-cu il tarixli 269/2019 MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, köynək, sviter və şalvar üzərində olan ləkələrdə yalnız H antiqenti alındı. H antiqenti O alfa beta (1)qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri O alfa (1) qruplu şəxsə məxsus ola bilər. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi tərəfindən verilmiş məhkəmə-tibbi kriminalist ekspertin xx.xx.2019-cu il tarixli 177\2019 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin, köynəyin və maykanın hər birinin ön səthinin sağ yarısında bir ədəd deşilmişkəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü küp olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində, sol, birinci düymə ilgəyi üzərində bir ədəd kənari cırılmış zədə var. Bu zədə küt yaranma mexanizminə malik olub, dartılma nəticəsində əmələ gəlmişdir. Ekpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ sərbəst kənarı üzərində yuxarıdan saymaqla 1-ci və 2-ci düymənin öz yerində olmaması aşkar olundu. Bu düymələr köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşmüşdür. Ekpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin sağ və sol qolaltı nahiyələrində 04 ədəd küt yaranma mexanizminə malik sökülmə zədələri var. Bu zədələr sviterin müvafiq nahiyələrinin kəskin gərilib-darıtılması nəticəsində əmələ gəlmişdirlər. Ekpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlardan sviterin, köynəyin və maykanın hər birinin ön səthində olan bir ədəd deşilmiş-kəsilmiş zədəd ilə onun bədəninin döş qəfəsinin sağ yan səthinin sağ plevra boşluğuna nüfuz edən kəsilmişdeşilmiş yarası bir-biri ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən və Ağcabədi rayon məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 ( üç) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 200 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 26/20-38-04 nömrəli məktubundan görünür ki, "28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin olunmuş 200 manat cərimə cəzasından xx.xx.2016-cı il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətlər təsnifatına uyğun cinayətlər üzrə cəzanın çəkilib qurtarmasından sonra məhkumluğun ödənilməsi müddəti 2 il müəyyən edildiyindən, əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin “residivə görə cəza təyini”ndən bəhs edən 65-ci maddəsinin müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş üzrə maddi sübut kimi Binəqədi RPİ-nin növbətçi hissəssində saxlanılan bir Zərərçəkmiş şəxs məxsus geyim əşaları (sviter, köynək, mayka) - məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 30 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Binəqədi RPİ-nin növbətçi hissəssində saxlanılan bir Zərərçəkmiş şəxs məxsus geyim əşaları (sviter, köynək, mayka) - məhv edilsin. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Əliövsəd Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar