Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-135/2021 30.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1976-cı il sentyabrın 02-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci, 234.4.3.-cü, 237.2.1.ci və 237.2.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə onları kultivasiya etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə onları toplamış, kultivasiya etmək və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr qurudulmuş marixuana və heroin əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə dayısı X13 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Bayram Nəcəfəli oğlu X1 şəxsi vəsaiti hesabına aldığı, 831 ədəd plastik dibçək qabında istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən əldə edib əkməsi üçün verdiyi, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki daş yarımtikilidə qanunsuz olaraq külli miqdarda əkib becərmiş, 2019-cu il mayın 25-dək X9 birbaşa rəhbərliyi və gündəlik nəzarəti altında aqrotexniki qaydada qulluq göstərməklə yetişdirmiş və kultivasiya etmiş, eyni zamanda Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən X13 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 1.155 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, 30.685,972 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla 515 qram çəkidəki hissəsini satmaq üçün X12 vermiş, 29.630 qram çəkidəki hissəsini isə və 1.155 qram çəkidə narkotik vasitə heroini, 2.550 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını həmin ünvanda yerləşən evin həyətyanı sahəsində, narkotik vasitə qurudulmuş marixuananın 535 qram çəkidəki hissəsini evin həyətində saxlanılan, özünün idarə etdiyi «Hyundai Sonata» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, 5,972 qram çəkidəki hissəsini isə əynindəki idman şalvarının sağ yan cibində saxlamış; Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2019-cu il mayın 25-də həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs göstərilən ünvanın qarşısında saxlandıqdan sonra üzərində aparılmış şəxsi axtarış vaxtı sonuncunun əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə 5,972 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qeyd edilən ünvanda yerləşən evə, həyətyanı sahəyə və nəqliyyat vasitəsinə özünün iştirakı ilə baxış keçirilərkən evin eyvanının sol tərəfindəki masanın altında olan altı ədəd 20 litrlik həcmli ağ rəngli plastik qabın içərisindən 92 ədəd polietilen torbada külli miqdarda, 29.630 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bağlamadan külli miqdarda, 1.155 qram çəkidə narkotik vasitə heroin, iki ədəd sellofan torbadan 2.550 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisinin toxumları, həmçinin iki ədəd elektron tərəzi, həmin nəqliyat vasitəsinin yük yerindən altı ədəd polietilen torbada külli miqdarda, 535 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, eyvana bitişik yeni tikilinin otaqlarının içərisindən 831 ədəd plastik dibçək qabında 3.555 qram çəkidə 4.051 ədəd əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüş; göstərilən tarixdə X9 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Kirov» adlanan dairədən Albalılıq yaşayış massivinə gedən yolda yerləşən «Bakı» kafesinin yaxınlığında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb idarə etdiyi «Mercedes Benz GL» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə gətiriməklə inzibati binasının həyətində özünün iştirakı ilə baxış keçirilərkən qeyd edilən nəqliyat vasitəsinin yük yerindən döşəmə örtüyünün altında gizlətdiyi, qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı bir ədəd polietilen bağlamada külli miqdarda, 515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə bir ədəd elektron tərəzi aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında ata, ana, arvadı və üç uşağı, qardaşı X17 və sonuncunun ailəsi ilə bərabər qalır. Narkotik vasitəni yaşadığı evə gətirib saxlasa da əkməmiş və istifadə etməmiş, həmin maddələri ona mərhum dayısı X2 vermişdir. İbtidai istintaq zamanı dayısına görə ittiham olunduğu əməlləri boynuna almış, ona zor tətbiq olunduğu üçün protokollara imza etmişdir. İş üzrə şahid qismində dindirilən əməlin törədilməsi vaxtı polis mayoru olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ifadəsində göstərdi ki, 2019-cu il mayın 25-də Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində Bayram adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün baş əməliyyat müvəkkili polis mayoru Şahid1, kiçik əməliyyat müvəkkilləri polis serjantları Şahid3 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, aparılan araşdırma zamanı Bayram adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilib sonuncu 2019-cu il mayın 25-də günorta saatlarında Bakı şəhəri, ünvan 1 ünvanının qarşısında saxlandıqdan sonra videoçəkilişlə üzərində aparılan şəxsi axtarış vaxtı əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülü vəziyyətdə spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar edilməklə götürülmüş, sonuncu göstərilən maddənin qurudulmuş marixuana olmasını, satmaq məqsədi ilə özünün yaşadığı evinin həyətində kultivasiya etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı evə videoçəkilişlə keçirilən baxış zamanı evin eyvanındakı masanın altında olan altı ədəd ağ rəngli, 20 litr həcmli su çəninin içərisindən sellofan torbalarda ot kütlələri, bitki toxumları, iki ədəd tərəzi aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs kütlələrin narkotik vasitə marixuana olduğunu, qeyd edilən maddəni kultivasiya edib qurutduğunu söyləmişdir. Bundan sonra evin eyvanına bitişik yeni yarım tikililərdən sağda yerləşən birinci otaqda 125 ədəd, həmin otağın eyvanına baxan pəncərədə iki ədəd, sağda yerləşən ikinci otaqda 11 ədəd, göstərilən otağın giriş hissəsində üç ədəd, sol tərəfdə yerləşən birinci otaqda 158 ədəd, qeyd edilən otağın bayır yan boyu ilə səkkiz ədəd, solda yerləşən digər otaqda 321 ədəd, həmin otağın bayır divar boyu ilə 11 ədəd, tikilinin giriş hissəsi ilə üzbəüz yerləşən otaqda 192 ədəd dibçək, dibçəklərdə isə spesifik iyə malik bitkilərin olduğu və onlara xüsusi qulluq edildiyi müəyyən olunmuş, mütəxəssis-aqronom dibçəklərdəki bitkilərin xüsusi aqrotexniki qulluq edilən narkotik tərkibli bitkilərin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs göstərilən çətənə bitkilərini dibçəklərdə özünün becərməklə qulluq etdiyini, məqsədinin qeyd edilən bitkiləri qurudaraq satıb gəlir əldə etmək olduğunu demişdir. Sonuncunun razılığı ilə evinin həyətində saxladığı «Hyundai Sonata» markalı **- SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış vaxtı nəqliyat vasitəsinin baqaj yerindəki ehtiyat təkərinin üzərindən altı ədəd ağ rəngli sellofan torbada spesifik iyə malik ot kütlələri aşkarlanmaqla Təqsirləndirilən şəxs həmin kütlələrin özü tərəfindən qurudulmuş narkotik vasitə marixuana olduğunu, toxumlarını dayısı X7 alaraq dibçəklərdə əkib kultivasiya etməklə qurutduğunu, sonuncunun tapşırdığı şəxslərə sataraq əldə etdiyi pulu X12 verdikdə dayısının ona zəhmət haqqını ödədiyini göstərmişdir. Götürülən maddi sübut əhəmiyyətli əşyalar qablaşdırılmaqla keçirdikləri əməliyyat-istintaq tədbirlərinə dair tərtib edilən protokollar bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təsir göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən əməlin törədilməsi zamanı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış İdarəsində kiçik əməliyyat müvəkkilləri işləmiş polis serjantları Şahid3 və Şahid5 Şahid2la oxşar ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, X13 onun əmisi, Təqsirləndirilən şəxs isə bibisinin oğludur. Dörd ildən çoxdur ayda bir-iki dəfə narkotik vasitə marixuana istifadə edir. 2018-ci ilin oktyabr ayında rəhmətə gedən atasının yas məclisində Bayram çəkmək üçün marixuana verərək istədiyi vaxt həmin maddəni ona gətirəcəyini bildirdikdən sonra sonuncudan şəxsi istifadəsi üçün marixuana almışdır. Dəfələrlə maraqlansa da Bayram marixuananı haradan aldığını, özünün yetirişdiribyetişdirməməsi barədə ona bir söz deməmişdir. Son iki ildə isə Kamilin Bayramla yaxınlığı bütün qohumların, həmçinin onun diqqətini cəlb etmiş, dəqiq xatırlamadığı tarixdə Bayram ona narkotik vasitə marixuananın satışına rəhbərliyi Kamilin etdiyini söyləmişdir. İş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, X13 onun əmisi oğlu və qayını, Təqsirləndirilən şəxs isə övladıdır. Kamil ona bir neçə güldan gətirib saxlamağını, həmin güldanlarda marixuana əkdiyini bildirmişdir. Bayramın dibçəklərə nəsə əkdiyini və onlara qulluq etdiyini görməmişdir, sonuncu narkotik vasitə istifadə etməmişdir. İstintaqdakı ifadəsini təsdiqləmir. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı izahatında, şübhəli və təqsirləqdirilən şəxslər qismində dindirilərkən ona elan edilən ittiham üzrə özünü tam təqsirli biliməklə 2014-cü ildə icarəyə götürdüyü «Xəyal» ticarət mərkəzində baş verən oğurluq hadisəsi nəticəsində külli miqdarda maddi ziyana düşməsinə görə bankdan 200.000 ABŞ dolları məbləğində kredit götürərək ödənişləri edə bilmədiyindən dayısı X9 məsləhəti ilə sonuncu ilə birlikdə çətənə kolları əkib-becərdiklərini, satışdan əldə etdikləri gəliri aralarında böldüklərini, 2018-ci ilin may ayında Kamilin verdiyi çətənə toxumlarını dibçəklərdə əkməklə yaşadığı evə bitişik yeni tikilinin otaqlarına yığdığını, otaqlardan birini qurutma otağı kimi boş saxladığını, özünə məxsus bağ sahəsində tapdığı, ağ rəngli sellofana bükülən narkotik vasitə heroini satmaq üçün götürdüyünü, 2019-cu il mayın 25-də günorta saatlarında ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edən bir neçə şəxsin videoçəkilişlə aparılan baxış və axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən və idarə etdiyi nəqliyyat vasitəsindən narkotik vasitə qurudulmuş marixuananın, yaşadığı evdən çətənə kollarının və çətənə bitkisinin toxumlarının aşkar edildiyini bildirsə də 2019-cu il fevralın 26-da əvvəllər verdiyi ifadələri inkar edib yalnız narkotik vasitə marixuananın kultivasiyası ilə məşğul olduğunu, heç kimə narkotik vasitə satmadığını, Kamilin törətdiyi cinayətlə əlaqəsinin olmadığını, ********** və ********** saylı mobil telefon nömrələrini istifadə etdiyini, özünün mobil telefonuna baxış zamanı aşkar edilmiş səs yazıları ilə bağlı verilən suallara mahiyyəti üzrə cavab verməyərək həmin səs yazılarında olan danışıqların onun və göstərilən şəxslərin arasında olduğunu etiraf etməklə mahiyyətinin yadında qalmadığını göstərmiş, şahid qismində dindirilən Şahid4 onun və Kamilin narkotik vasitələrinin satışını həyata keçirməsi ilə bağlı ifadəsində açıqladığı hallar barədə mahiyyəti üzrə cavab verməyərək göstərilən xüsusiyyəti danmış, sonuncunun 2019-cu il 27 may tarixli ifadəsində narkotik vasitələrin satışını etiraf etməsi ilə bağlı verilən suala cavab verməmişdir (1-ci cild, iş vərəqi 30-32, 109-111 və 138-141; 4-cü cild, iş vərəqi 157-167). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş iş üzrə şahid qismində dindirilərkən Şahid6 ibtidai araşdırmadakı izahatında övladı Təqsirləndirilən şəxs maddi vəziyyətinin pis olması səbəbindən dayısı X7 çətənə bitkisinin toxumlarını almaqla yaşadıqları evə bitişik olan hissədə dibçəklərə əkdiyini, onlara qulluq etdiyini, kolları yığaraq qurudub yenidən dibçəklərə toxumlar əkdiyini göstərsə də 2019-cu il oktyabrın 11də şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs yaxın qohumu olmasını əsas gətirməklə ifadə verməkdən imtina etmişdir (1-ci cild, iş vərəqi 38-39; 3-cü cild, iş vərəqi 56-57). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə şahid qismində dindirilərkən əməlin törədilməsi vaxtı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət- Axtarış İdarəsində baş əməliyyat müvəkkili işləmiş polis mayoru Şahid1 Şahid2 ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 237-242). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş ibtidai araşdırmada zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən X13 ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməklə ailəsinin maddi vəziyyətinin pisləşərək işlərinin düz gəlmədiyini, axır vaxtlar bu səbəbdən çətənə bitkisini əkib-becərməyi və onları qurutmaqla satmağı qərarlaşdıraraq əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından çətənə bitkisinin toxumlarını alıb dibçəklərdə əkməklə onlara qulluq etməyə başladığını, 2018-ci ilin sentyabr ayında çətənə bitkilərini qurudaraq sellofan torbalara yığdığını, bir hissəsini satıb pul əldə etdiyini, bir hissəsini isə yaşadığı evdə saxladığını, 2019-cu ilin əvvəllərində yenidən 831 ədəd dibçəkdə çətənə bitkisini əkməklə onlara qulluq etdiyini, 2019-cu il mayın 18-də yaşadığı evin qarşısında olan naməlum şəxslərin polis əməkdaşları olduqlarını düşünərək çətənə bitkilərini, o cümlədən qurudulmuş marixuanaları hissə-hissə özünə məxsus avtomobillə bacısı oğlu Təqsirləndirilən şəxs evində saxlamaq üçün apardığını göstərmişdir (1-ci cild, iş vərəqi 160-162). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 may tarixli protokollardan və eyni tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış vaxtı o, əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir büküm şəffaf sellofana bükülmüş, spesifik iyə malik ot kütləsini təqdim etməklə özünə məxsus olmasını bildirmiş, X3 razılığı ilə Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs evin eyvanında olan masanın alt hissəsindən altı ədəd ağ rəngli 20 litrlik su çənlərinin içərisindən ağ və göy rəngli sellofan torbalarda ot kütlələri, bitkin toxumları, bir ədəd böyük və bir ədəd kiçik ölçülü tərəzi təqdim edərək ot kütlələrinin özünün kultivasiya etdiyi və qurudaraq satmaq üçün evində saxladığı narkotik vasitə marixuana olduğunu söyləmiş, eyvana bitişik yeni tikilinin otaqlarının içərisində dibçəklərdə bitkilərin əkildiyi aşkar olunmuş, sonuncu həmin bitkilərin çətənə bitkisi olduğunu və onlara aqrotexniki qaydada qulluq etdiyini bildirmiş, protokolun düzgünlüyünü bütün iştirakçilar ilə yanaşı imzası ilə təsdiq etmiş, heç bir ərizə və şikayət daxil olmamış, fotocədvəllər protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 8-24). İş materiallarında olan 2019-cu il 25 may tarixli mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanındakı evin həyətyanı sahəsində ona təqdim edilmiş 831 ədəd dibçəkdə 4.051 ədəd çətənə bitkisinin kollarına baxaraq göstərilən kolların narkotik xassəli bitki növü olmaqla onlara aqrotexniki qaydada qulluq edilib kultivasiya olunması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 25). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə keçirilmiş baxış zamanı sonuncu nəqliyat vasitəsinin yük yerində ehtiyat təkərin üzərindən içərisində ot kütləsi olan altı ədəd ağ rəngli sellofan torba çıxarıb təqdim etməklə həmin kütlələrin özünün kultivasiya etdiyi və qurudaraq satmaq üçün evində saxladığı narkotik vasitə marixuana olduğunu söyləmiş, protokolun düzgünlüyünü bütün iştirakçilar ilə yanaşı imzası ilə təsdiq etmiş, heç bir ərizə və şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 26-27). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və idarə etdiyi avtomobildən aşkar olunan sellofan torbalara videoçəkilişlə keçirilmiş baxış zamanı altı ədəd ağ rəngli su çənindən ümumilikdə 99 ədəd ağ və göy rəngli sellofan torba olması, həmin torbaların 98 ədədində ot kütləsinin, bir ədədində ağ rəngli sellofana bükülmüş maddə aşkar edilməsi, qara rəngli sellofan torbada isə sonuncunun evində əkdiyi çətənə kolları və bir ədəd sellofan torbada çətənə bitkisinin toxumları müəyyən olunmuş, Təqsirləndirilən şəxs protokolun düzgünlüyünü bütün iştirakçilar ilə yanaşı imzası ilə təsdiq etmiş, heç bir ərizə və şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 36-37). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 47). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 2019-cu il 25 may tarixli 1/2881 nömrəli protokolunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs sidiyində tiryək aşkar edilmişdir (1-ci cild, iş vərəqi 54). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 25 may tarixli 13874 nömrəli rəyinin kserosurətindən görünür ki, tədqiqata təqdim edilib üzərində «X8 avtomobilindən götürülmüş...» yazıları və imzalar olan bir ədəd göy rəngli polietilen bağlamadakı 515 qram təmiz çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, qalıq 514,9 qramdır, qram ekspertiza tədqiqatının dəyəri 69 manat 82 qəpik təşkil edir (1-ci cild, iş vərəqi 91-92). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 25 may tarixli 13875 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin əkdiyi hissəsindən götürülmüş... qablaşdırıldı: müstəntiq (imza) Elvin Nəsibov...» qeydləri olan bir ədəd polietilen torbadakı bir ədəd bağlamada 1.155,0 qram təmiz çəkidə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqatdan sonrakı qalıq 1.154,9 qram, ekspertiza tədqiqatının dəyəri 91 manat 76 qəpik təşkil edir (1-ci cild, iş vərəqi 94-96). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 25 may tarixli 13876 nömrəli rəyindən görünür ki, üzərində «Təqsirləndirilən şəxs üzərindən...», «Təqsirləndirilən şəxs yaşadığı evdən...» və «Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş...» yazıları və imzalar olan müvafiq qaydada bir ədəd sellofan bükülüdə 5,972 qram təmiz çəkidə, dörd ədəd ağ rəngli plastik qabdakı 92 ədəd polietilen torbada 29.630 qram ümumi çəkidə, bir ədəd sarı rəngli sellofan torbadakı altı ədəd polietilen torbada 535 qram ümumi çəkidə bitki mənşəli kütlə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar tərkibinə görə eyni olmaqla ümumi çəkisi 30.170,972 (30 kiloqram 170,972 qram) qramdır; tədqiqata təqdim edilən üzərində «Təqsirləndirilən şəxs yaşadığı evin əkdiyi hissədən götürülmüş...» yazısı və imza olan bir ədəd qara rəngli polietilen bağlamadakı 3.555 qram ümumi çəkidə 4.051 ədəd yaş vəziyyətdə bitki şitilləri narkotik təbiətli çətənə bitkisinin şitilləri olub onlara aqrotexniki qaydada qulluq olunmuşdur; üzərində «Təqsirləndirilən şəxs evindən...toxumlar...» yazısı və imza olan bir ədəd göy rəngli polietilen torbanın içindəki bir ədəd sellofan torbada, bir ədəd ağ rəngli parça torbanın içərisindəki iki ədəd sellofan torbada 2.550 qram ümumi çəkidə toxumlar narkotik təbiətli çətənə bitkisinin toxumlarıdır, tədqiqatdan sonra narkotik vasitə qurudulmuş marixuananın qalığı 30.168,992 qram, narkotik təbiətli çətənə bitkisinin şitillərinin qalığı 3.553,74 qram, toxumların qalığı 2.549,8 qramdır, ekspertiza tədqiqatının dəyəri 69 manat 82 qəpik təşkil edir (1-ci cild, iş vərəqi 98- 100). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 2019-cu il 26 may tarixli 1/2898 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyində MOP aşkar edilmişdir (1-ci cild, iş vərəqi 114). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 26 may tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs və X13 üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu isə onun dediklərini təkzib etmişdir (1-ci cild, iş vərəqi 115-121). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 26 may tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.ci və 234.4.3.-cü maddələrinə tövsif olunmuşdur (1-ci cild, iş vərəqi 122-123). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 27 may tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 130-131). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2019-cu il 27 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il mayın 25-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 147-149). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2019-cu il 31 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı **-SV-*** dövlət nömrə nişanlı və X9 idarə etdiyi «Mercedes-Benz GL» markalı **-NB-*** dövlət nömrə nişanlı avtomobillər maddi sübut hesab edilməklə avtomobil duracağına yerləşdirilmişdir (1-ci cild, iş vərəqi 200). İş materiallarındakı 2019-cu il 04 iyun tarixli portaldan çıxarışlardan görünür ki, X5 «Hyundai Sonata» markalı **-SV-*** dövlət nömrə nişanlı avtomobili və X13 «Mercedes- Benz GL» markalı **-NB-*** dövlət nömrə nişanlı avtomobili 2022-ci il noyabrın 10-dək Təqsirləndirilən şəxs etibar etmişlər (1-ci cild, iş vərəqi 213-214). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 2019-cu il iyunun 10-da tərtib etdiyi tələbnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 227-228). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin 2019-cu il 24 iyun tarixli 042- 629-1219 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs və X9 narkotik vasitəni realizə etdikləri üsulların, narkotik vasitə heroini əldə etdikləri mənbənin və narkotik vasitə marixuana bitkisinin toxumlarını haradan, necə və kimin vasitəsilə əldə etmələrinin müəyyən olunması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (2-ci cild, iş vərəqi 96). İş materiallarında olan 2019-cu il 25 iyun tarixli 4622 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə almamışdır (2-ci cild, iş vərəqi 106). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2019-cu il 25 iyun tarixli **********16 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Yusif Məmmədəliyev 19 ünvanında yerləşən 121 saylı mağazaya dair 000435 saylı 2003-cü il 18 aprel tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə 17 saylı dövlət notariat kontorunun 2003-cü il 19 may tarixli 4/ə-1-42 nömrəli, ünvan 3 ünvanındakı əmlaka dair 002460 nömrəli 2002-ci il 15 oktyabr tarixli şəhadətnamə 17 saylı dövlət notariat kontorunun 2003-cü il 19 may tarixli alqı-satqı müqavilələri əsasında X11 adına özgəninkiləşdirilmişdir (2-ci cild, iş vərəqi 110). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2019-cu il 04 iyul tarixli 0037826-1219 №-li məktubunun kserosurətindən görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən TŞ 7-014 nömrəli kameralarının 2019-cu il 25 may tarixli görüntülərinin təqdim edilməsi mümkün olmamışdır (2-ci cild, iş vərəqi 140). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 2019-cu il 17 iyul tarixli 073-21039-1219 №-li məktubunun kserosurətindən görünür ki, «Hyundai Sonata» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı və «Mercedes-Benz GL» markalı **-NB-*** qeydiyyat nömrə nişanlı avtomobillərin idarənin inzibati həyətindən müvəqqəti dayanacağa evakuasiya edilməsi təmin edilmişdir (2-ci cild, iş vərəqi 142). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 24 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülən «Samsung Galaxy J7» markalı «SM- J730FM/DS» modelli «**********9816» imei kodlu mobil telefona baxış zamanı mobil telefon aparatının abunəçilər bölümündə cinayət işi üzrə digər təqsirləndirilən şəxs X9 istifadəsində olan +**********04 nömrəsi «Kamil dayi 1», +**********14 mobil nömrəsi «Kamil dayi sim», +**********25 mobil nömrəsi «Kamil dayi» adları ilə, +**********65 mobil nömrəsi «Alimammad Dayoğlu», +**********93 mobil nömrəsi «Aliyaqa Qatiqci», +**********19 mobil nömrəsi «Anara Dayqizi», +**********68 mobil nömrəsi «Aqil Xalaqlu», +**********68 mobil nömrəsi «Aqil xalaqulu nar», +**********41 mobil nömrəsi «At Rasim», +**********83 mobil nömrəsi «Azizaqa Xaloqulu», +**********00 mobil nömrəsi «Bələsuar Şəfi», +**********31 mobil nömrəsi «Bəşarət», +**********37 mobil nömrəsi «DayDay», +**********04 telefon nömrəsi «Dayday Baq», +**********37 mobil nömrəsi «Dayday Sim», +**********78 mobil nömrəsi «X22», +**********18 mobil nömrəsi «Elcin Taksi», +**********82 mobil nömrəsi «Elman Baq», +**********31 mobil nömrəsi «Elsan Qonsu», +**********42 mobil nömrəsi «X32», +**********56 mobil nömrəsi «Firudin.Qonsu», +**********01 mobil nömrəsi «X28», +**********46 mobil nömrəsi «Hasan Taksi», +**********42 «X33», +**********82 mobil nömrəsi «Hayat Baxtiyar», +**********19 mobil nömrəsi «Hayat Elnur», +**********79 mobil nömrəsi «İltifat Xaloqly», +**********01 mobil nömrəsi «İmaməli Kableyi», +**********01 mobil nömrəsi «İmaməli Kableyi», +**********17 mobil nömrəsi «X23», +**********12 mobil nömrəsi «İslam Əmiqlu», +**********95 mobil nömrəsi «Kanan», +**********99 mobil nömrəsi «X30», +**********70 mobil nömrəsi «X24», +**********02 mobil nömrəsi «M», +**********57 mobil nömrəsi «Murvat Turkan», +**********41 mobil nömrəsi «Nail Taksi», +**********14 mobil nömrəsi «X26», +**********95 mobil nömrəsi «Nasimi Mtn», +**********50 mobil nömrəsi «Nefçilar B Hikmət D», +**********11 mobil nömrəsi «Qara Taksi», +**********95 mobil nömrəsi «Ramin Taksi», +**********80 «Saleh ami Oqlu», +**********19 mobil nömrəsi «Sardar Taksi», +**********17 mobil nömrəsi «Sonbala Bag», +**********13 mobil nömrəsi «X29», +**********15 mobil nömrəsi «Xalqulu, Mehman», +**********85 mobil nömrəsi «Yusif Bibiqulu», +**********58 mobil nömrəsi «Zakir Bibyoqly», +**********43 mobil nömrəsi «Orxan Qonsu» adları ilə qeydə alınmış, «WhatsApp» ani mesajlaşma proqramında səsli danışıq hissəsində Təqsirləndirilən şəxs daimi əlaqə saxladığı istintaq üçün əhəmiyyət kəsb edə biləcək «Etos» adı ilə qeydə alınan +**********00, «Kamran Sim» adı ilə qeydə alınan +**********59 və «Qulamhüseyn» adı ilə qeydə alınan +**********01 saylı mobil nömrələr, habelə «callRecordsApp» proqramı ilə qeydə alınan 38 səs yazısı əsasında dialoq iştirakçıları arasında əvvəllər baş vermiş sövdələşməyə əsasən şifrələnmiş, qapalı mətnlə, danışıq zamanı açıq şəkildə adını çəkmək istəmədikləri maddənin, predmetin və ya əşyanın dövriyyəsi ilə bağlı danışıqlar aparılması müəəyyənləşdirilmişdir (2-ci cild, iş vərəqi 226- 247). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 07 noyabr tarixli 25946 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd həssas (sensorlu) təzyiqlə işləyən «Android» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy J7» markalı «SM-J730FM/DS» modelli «**********9816» imei kodlu mobil telefon işlək vəziyyətdə olub istifadəyə yararlıdır, həmin telefonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır, ekspertiza tədqiqatının dəyəri 59 manat 94 qəpikdir (3-cü cild, iş vərəqi 122-124). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 2019-cu il 20 noyabr tarixli 2755 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməməsi müəyyən edilməklə məcburi müalicəyə ehtiyacı yoxdur (3-cü cild, iş vərəqi 163-164). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 17 fevral tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 11 oktyabr tarixli 27944 №-li, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 29 noyabr tarixli BKC/LGL-23332/19 №-li və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 06 noyabr tarixli AZF/LGL-21896/19 №-li məktubları ilə daxil olan üç ədəd CD diskinə baxış zamanı 2018-ci il yanvarın 01-dən 2019-cu il mayın 25-dək Təqsirləndirilən şəxs istifadəsindəki +**********02 və +**********40 mobil nömrələri ilə müxtəlif mobil nömrələr arasında telefon danışıqlarının olması, habelə anten məlumatlarından sonuncunun Abşeron rayonu, Novxanı qəsəbəsi, 109 saylı bağ evində ümumilikdə 2.704 dəfə, digər təqsirləndirilən şəxs X9 isə 1.702 dəfə olmaları müəyyən olunmuşdur (4-cü cild, iş vərəqi 49-57). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 17 fevral tarixli protokoldan görünür ki, «Youtube» video portalında «Dayı adı ilə narkotik maddə satan şəxs və qohumu saxlanılıb» başlığı ilə «Azərtac» informasiya agentliyinin video kanalındakı 1 dəqiqə 13 saniyəlik videoya baxış keçirilərkən Təqsirləndirilən şəxs səs nitqinin stenoqramı «Dayımdan yardım istədim, o da mənə təklif elədi ki, o da ki, marixuana əkməkdi, toxum verdi mənə əkdim qurutdum verirdim ona özü yerbəyer edirdi ya da zəng eliyirdi mənə ki, filankəsə filankəslərə apar ver, mən heç tanımıram, aparıb verirdim belə, sonra da ki, pulunu alırdım götürüb verirdim, ondan da müəyyən hissə verirdi mənə, 29 kilo quru mal çıxıb polis əməkdaşları aşkarlayıb 4081 dənə də, dibçəkdə, hər dibçəkdə 3-4 dənə kol» şəklində aşkarlanmışdır (4-cü cild, iş vərəqi 58). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2020-ci il 19 fevral tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə olan 19005028-72 nömrəli cinayət işinin materiallarından X9 təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (4-cü cild, iş vərəqi 81-82). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 26 fevral tarixli 4880 nömrəli rəyindən görünür ki, təqdim olunan bir ədəd «Kodak» markalı CD diskindəki mübahisəli fonorqamlarda montaj əlamətləri, fiziki təsir əlamətləri aşkar edilməməklə bu danışıqlar spontan olub əvvəlcədən hazırlanma əlamətləri müəyyən olunmamış, «K1» kimi işarələnən diktor Təqsirləndirilən şəxs emosional və psixoloji vəziyyətində nisbi ekstremallıq müşahidə edilməmişdir, ekspertiza tədqiqatının dəyəri 300 manatdır (4-cü cild, iş vərəqi 143-155). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi 2020-ci il 26 fevral, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 2020-ci il 27 fevral tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrindən həmin Məcəllənin 234.4.1.-ci, 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələrinə tövsif edilməklə yenidən ittiham elan edilmiş, cinayət işinin materiallarından tibbi xarakterli məcbur tədbirlərin tətbiq edilməsi barədə ayrıca icraatda cinayət işinin istintaqının aparılması məqsədi ilə 2020-ci il fevralın 19-da X9 təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış, cinayətin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə başqa cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs avtomobilindən götürülən narkotik vasitə olan qurudulmuş marixuana kütlələrinin ağ sellofan torbada olması nəzərə alınmış, sonuncunun üzərinə keçirilmiş şəxsi axtarış zamanı idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə 5,972 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, fərdi yaşayış evinə, həyətyanı sahəyə və nəqliyyat vasitəsinə özünün iştirakı ilə baxış keçirilərkən aşkarlanmış altı ədəd 20 litrlik həcmli ağ rəngli plastik qabın içərisindən 92 ədəd polietilen torbada qablaşdırılmış 29.630 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bağlamada külli miqdarda 1.155 qram çəkidə narkotik vasitə heroin, iki ədəd sellofan torbada 2.550 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumları və iki ədəd elektron tərəzi, altı ədəd polietilen torbada qablaşdırılmış halda külli miqdarda 535 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 831 ədəd dibçəkdə külli miqdarda kultivasiya etdiyi 3.555 qram çəkidə 4.051 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin aşkar edilməsi nəzərə alınmış, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 11 oktyabr tarixli 27944 saylı, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 29 noyabr tarixli BKC/LGL-23332/19 saylı və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 06 noyabr tarixli AZF/LGL- 21896/19 saylı məktublarla daxil olmuş üç ədəd CD diski, habelə Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı «SM-J730FM/DS» markalı mobil telefon və həmin telefondan köçürülmüş telefon danışıqlarının səs yazıları olan «Kodak» markalı bir ədəd CD diski, sonuncunun kütləvi informasiya vasitələrinə verdiyi müsahibənin əks olunduğu bir ədəd DVD diski, Şahid4 şahid qismində dindirilmə prosesini əks etdirən bir ədəd DVD diski maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus «Hyundai Sonata» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı və X12 məxsus «Mercedes-Benz GL» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 2019-cu il 31 may tarixli qərarla maddi sübut hesab edilərək müvəqqəti duracağa yerləşdirilməsi, Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 30.170,972 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, 3.555 qram çəkidə 4.051 ədəd çətənə şitillərinin, 2.550 qram çəkidə çətənə toxumlarının, 1.155 qram çəkidə narkotik vasitə olan heroinin, X7 götürülmüş 515 qram çəkidə qurudulmuş marixuanın Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs şəxsi axtarışı, evinə, avtomobilinə, götürülmüş narkotik vasitələrə baxış keçirilməsi barədə protokollara əlavə edilmiş və üzləşdirmə istintaq hərəkətinin görüntülərinin əks olunduğu altı ədəd CD diskinin, eləcə də protokollara əlavə edilmiş bir ədəd flaş kartın maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (4-cü cild, iş vərəqi 175-213 və 216-217). Məhkəməyə təqdim olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 13 noyabr və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 03 mart tarixli qərarlarının surətlərindən görünür ki, 2020-ci il aprelin 11-də vəfat etmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1.-ci, 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş olduğu istinad edilən X13 cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən CPM-nin 39.1.5.-ci, 39.1.10.-cu və 43.1.2.-ci maddələrinə əsasən barəsindəki cinayət işi üzrə icraata xitam verilmiş, sonuncunun hüquqi varisi X14 müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəməyə təqdim olunan AZE seriyalı 11961376 №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2008-ci il 27 fevral təvəllüdlü Ələmdar adlı övladı vardır. Məhkəməyə təqdim olunan Bakı şəhəri Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 2011-ci il 30 mart tarixli 064922 №-li vəsiqəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSE-0 seriyalı 268186 №-li arayışının kserosurətlərindən görünür ki, onunla bir ünvanda yaşayan Təqsirləndirilən şəxs qardaşı X17 uşaqlıqdan müddətsiz İİ qrup əlildir. Məhkəməyə təqdim olunan Bakı Şəhər Baş Səhiyyə İdarəsi 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X6 2021-ci il 23 fevral tarixli çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu ildən şəkərli diabet İİ tip xəstəsidir. Məhkəməyə təqdim olunan AB seriyalı 000578 №-li arayışdan görünür ki, «Mercedes-Benz GL» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanma səbəbi qaldırıldığından mərhum X9 arvadı X15 qaytarılmışdır. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü, 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni əkib-becərməməsi, sadəcə yaşadığı evdə saxlaması barədə dediklərinə, bununla da özünü qismən təqsirli bilməsinə, habelə X9 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur, Təqsirləndirilən şəxs bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən kənarda qalmaq, X9 ifadəsini Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuananın-kannabis (qurudulmuş) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, İİİ siyahısında çətənə növlü bitkilərin xeyli miqdarı 2-10 ədəd (4-20 hissə), külli miqdarı (daxil olmaqla aşağı hədləri) 11 ədəd (21 hissə) müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, şahid ifadələri, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici ifadələr, şahidin izahatı, şahid ifadəsi və təqsirləndirilən şaxs qismində dindirilən X9 ifadəsi, videoçəkiliş aparılmaqla baxış, axtarış və götürmə və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza və məcburi-narkoloji yoxlamanın rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, xəstəliyini, qardaşının İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonrakı narkotik vasitə qurudulmuş marixuananın 30.168,992 qram çəkidə, 4.051 ədəd çətənə şitillərinin 3.553,74 qram çəkidə, çətənə toxumlarının 2.549,8 qram çəkidə, narkotik vasitə heroinin 1.154,9 qram çəkidə, X7 götürülən ekspertiza tədqiqatından sonrakı narkotik vasitə qurudulmuş marixuananın 514,9 qram çəkidə qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 9 saylı cərimə duracağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona məxsus «Samsung» markalı «SM-J730FM/DS» markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılmalı, X12 məxsus «Mercedes-Benz GL» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mərhumun arvadı X15 qaytarılması, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 11 oktyabr tarixli 27944 saylı, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 29 noyabr tarixli BKC/LGL-23332/19 saylı və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 06 noyabr tarixli AZF/LGL-21896/19 saylı məktublarla daxil olmuş üç ədəd CD diskinin, habelə Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı «SM-J730FM/DS» markalı mobil telefondan köçürülmüş telefon danışıqlarının səs yazıları olan «Kodak» markalı bir ədəd CD diskinin, sonuncunun kütləvi informasiya vasitələrinə verdiyi müsahibənin əks olunduğu bir ədəd DVD diskinin, Şahid4 şahid qismində dindirilmə prosesini əks etdirən bir ədəd DVD diskinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, evinə, avtomobilinə, götürülmüş narkotik vasitələrə baxış keçirilməsi barədə protokollara əlavə edilmiş və üzləşdirmə istintaq hərəkətinin görüntülərinin əks olunduğu altı ədəd CD diskinin, eləcə də protokollara əlavə edilmiş bir ədəd flaş kartın cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 591 manat 34 qəpik təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 66 iş saatı müddətində müdafiə etmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN **********) 396 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il mayın 25-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 237.2.1.-ci və 237.2.3.-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında qismən toplamaq yolu ilə o, qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 2019-cu il mayın 25-dən hesablansın. 591 manat 34 qəpik təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 396 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonrakı narkotik vasitə qurudulmuş marixuananın 30.168,992 qram çəkidə, 4.051 ədəd çətənə şitillərinin 3.553,74 qram çəkidə, çətənə toxumlarının 2.549,8 qram çəkidə, narkotik vasitə heroinin 1.154,9 qram çəkidə, X7 götürülən ekspertiza tədqiqatından sonrakı narkotik vasitə qurudulmuş marixuananın 514,9 qram çəkidə qalıqları məhv edilsin, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 9 saylı cərimə duracağında saxlanan Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil və ona məxsus «Samsung» markalı «SM-J730FM/DS» markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılsın, X12 məxsus «Mercedes-Benz GL» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhumun arvadı X15 qaytarılması, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 11 oktyabr tarixli 27944 saylı, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 29 noyabr tarixli BKC/LGL- 23332/19 saylı və «Azerfon» məhdud məsuliyyətli cəmiyyətindən 2019-cu il 06 noyabr tarixli AZF/LGL-21896/19 saylı məktublarla daxil olmuş üç ədəd CD diskinin, habelə Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı «SM-J730FM/DS» markalı mobil telefondan köçürülmüş telefon danışıqlarının səs yazıları olan «Kodak» markalı bir ədəd CD diskinin, sonuncunun kütləvi informasiya vasitələrinə verdiyi müsahibənin əks olunduğu bir ədəd DVD diskinin, Şahid4 şahid qismində dindirilmə prosesini əks etdirən bir ədəd DVD diskinin, Təqsirləndirilən şəxs məxsus «Hyundai Sonata» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı və X12 məxsus «Mercedes-Benz GL» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 2019-cu il 31 may tarixli qərarla müvəqqəti duracağa yerləşdirilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, evinə, avtomobilinə, götürülmüş narkotik vasitələrə baxış keçirilməsi barədə protokollara əlavə edilmiş və üzləşdirmə istintaq hərəkətinin görüntülərinin əks olunduğu altı ədəd CD diskinin, eləcə də protokollara əlavə edilmiş bir ədəd flaş kartın cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-135/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-135/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver