Məhkəmə qərarları › İş №1(101)-135/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-135/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-135/2022 07.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, 8 mart küçəsi ev 44-də qeydiyyatda olan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən digər şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdə kirayə yaşadığı ünvan 1 ünvanının yaxınlığında yerləşən ərzaq mağazasında satıcı işləyən X1 ilə kobud danışması səbəbindən həmin gün saat 19 radələrində qeyd edilən ünvanda, kirayə yaşadığı 3 saylı evin həyətində sonuncunun övladı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə onu vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirməsinə əsəbləşib qisas almaq məqsədi ilə üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağı ilə qəsdən bir dəfə qarın nahiyəsinə vurub sonuncuya insan həyatı üçün təhlükəli olan böyük piylik və köndələn çənbər bağırsağın yaralanması ilə müşayiət olunan qarın boşluğunun daxilə nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə barışmışdır. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi ev 11, 3 saylı mənzildə kirayəşin yaşayır və tikintidə fəhlə çalışır. Təxminən bir ay əvvəl yaşadığı rayondan işləmək üçün Bakı şəhərinə gəlmiş və onunla eyni rayondan olan tanıdığı şəxslərlə kirayədə qalmışdır. Səhər evdən çıxıb işə gedir, axşam da evə qayıtmışlar. 05 mart 2021-ci il tarixdən işi olmadığı üçün evdə olmuşlar. 07 mart 2021-ci i! tarixdə səhər saat 11 radələrində kirayə yaşadığı evdən çıxıb yaxınlıqdakı ərzaq mağazasına getmiş və oradan çörək alıb pulunu verərkən üzərində olan 5 qəpiklik pulu da satıcı qadına vermişdir. Satıcı qadın 5 qəpiyi alarkən sonuncunun narazı olmasını görmüş və 5 qəpiyi götürüb-götürmədiyini soruşmuşdur. Satıcı qadın isə yenə də narazı halda çox vaxtı götürmədiklərini, lakin problemin olmamasını və 5 qəpiyi verməsini demişdir. O isə ona həmin 5 qəpiyi sonuncunun özünün ona 3-4 gün əvvəl verdiyini deyib, əlavə 10 qəpik verib mağazadan çıxıb evə getmişdir. Bundan təxminən 3- 4 saat sonra onun ev yoldaşı Əkrəm mağazaya gedərkən həmin satıcı qadın 10 qəpiyi sonuncuya verib, gətirib ona verməsini bildirdiyi üçün Əkrəm evə gələrkən 10 qəpiyi ona vermişdir. Həmin gün saat 19 radələrində o, yenə də mağazaya gedib soğan alarkən satıcı qadın onun düzgün hərəkət etmədiyini demiş və yavaş danışmasını bildirmişdir. O isə sonuncuya yavaş və alçaq səslə danışdığını, əksinə onun özünün yüksək səslə danışdığını bildirmişdir. Buna görə aralarında söz mübahisəsi düşmüş və satıcı qadın onun mağazadan çölə çıxmasını və ona ümumiyyətlə heç nə satmayacağını bildirmişdir. O isə həmin qadına başqa mağazalardan alver edəcəyini deyib mağazadan çıxıb getmişdir. Bu zaman məhəllədə sonradan adının Zərərçəkmiş şəxs olmasını bildiyi həmin satıcı qadının oğlu ona yaxınlaşmış və guya onun anasının üzərinə qışqırdığını demişdir. O isə belə halın olmamasını və yanlış anlaşılma olmasını bildirsə də Şamil ondan əl çəkməmiş və o, Şamili qaldığı evin həyətinə dəvət edib sakit halda söhbət edə biləcəklərini bildirmiş və onlar qaldığı evin həyətinə keçmişlər. Bu zaman həyətdə ev yiyəsi Rahim kişi və onun ev yoldaşı Elnur olmuşlar. O, orada da Şamilə səhv anladığını desə də Şamil yenə də onun üzərinə gəlib, geyindiyi şalvarın dar olmasını, pozğun qızlara bənzədiyini və s. bu kimi sözlər deyib ondan əl çəkmirmiş. O da Şamilə dediyi sözlərin sonuncunun özü olmasını demiş və bu zaman Şamil çölə çıxıb telefonunu çıxarıb kiməsə zəng eləmiş, 10-15 dəqiqə sonra tanımadığı əlavə 5-6 nəfər adamla yenidən qaldığı evin həyətinə daxil olmuşlar, Həmin adamlar içəri daxil olan kimi üzərinə gəlmişlər və hamısı onun bədəninin və başının müxtəlif nahiyələrindən vurmağa başlamışlar. O, sonuncuların əlindən çıxıb qapıdan gedərkən üzərində olan qara rəngli bıçaqla Şamilin sinə nahiyəsinə bir dəfə zərbə endirib, hadisə yerindən qaçmışdır. Qaldığı məhəllədən 1-2 küçə aralıda gizlənib həmin adamların onu tapmaması üçün bir müddət gözləmiş və daha sonra Şamilini vurduğu bıçaqla birlikdə polisə gəlib hadisə barədə məlumat vermişdir. Baş vermiş hadisə 5-6 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs ailəsi tərəfindən ona müalicə xərcləri ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, yaşadıqları evin qarşısında adı olmayan ərzaq mağazaları vardır və anası Narçiçək orada satıcı kimi işləyir. O, səhər işə gedib axşam gəlir. 07 mart 2021-ci il tarixdə axşamçağı evə gəlmişdir, Saat təxminən 19 radələrində anasının yanına mağazaya girərkən bir nəfər sonradan adının Məhəmmədəli olduğunu bildiyi şəxs mağazadan əsəbi halda çıxmışdır. Bu zaman anasının da əllərinin əsdiyini görmüş və nə baş verdiyini soruşmuşdur. Anası Məhəmmədəlinin onunla əsəbi danışdığını və guya xasiyyətinin elə olmasını, haqsız yerə anasını əsəbləşdirdiyini və kobudluq etdiyini demişdir. O, da bu zaman Məhəmmədəlini mağazanın qarşısında görmüş və sonuncuya yaxınlaşıb “kim sənə icazə verib ki, anamla kobud danışasan” demişdir, Məhəmmədəli isə ona əsəbi olmasını və sonuncunun yaşadığı evin həyətinə keçib orada söhbət etmələrini demişdir. Məhəmmədəlinin kirayə yaşadığı ev mağazalarından 20 metr aralı olmuş və həmin evin həyətinin ölçüləri də təxminən 3 metrin 3 metrə olarmış. Həmin həyətdə Məhəmmədəli ilə nə üçün anasının üzərinə qışqırmaq barədə danışarkən, Məhəmmədəli əvvəlcə başının sol tərəf üst hissini divara, daha sonra isə sağ tərəf üst hissəsini isə oradakı dəmir pilləkənlərə bərkdən vurub, guya ki, əsəbi olmasını və özünü idarə edə bilməməsini bildirmişdir. Bu zaman yanlarında ev sahibi Rahim kişi və sonuncunun adını bilmədiyi ev yoldaşı olmuşlar. Söhbət zamanı mübahisə böyümüş və onlar tutaşmışlar. Onları oraya gəlmiş məhəllələrindən olan Anar və Şahid6 qardaşları, həmçinin yenə də tutaşarkən Məhəmmədəlinin ev yoldaşı və Rahim kişi də ayırırmışlar. Bundan sonra səslərinə məhəllədə yaşayan bibisioğlu Rövşən də gəlmişdir. Onları aralayan zaman Məhəmmədəli əlindəki bıçaqla onun sol qarın nahiyəsindən vurmuş və o, da qışqırıb oradakı adamların ehtiyyatlı olmalarını, Məhəmmədəlinin əlində bıçaq olmasını demişdir. Bu zaman Məhəmmədəli də onu bıçaqla vurduğu evinin həyətindən qaçmışdır. Onu dərhal bibisioğlu Rövşən xəstəxanaya çatdırmışdır. Hadisə təxminən 7-8 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 07 mart 2021-ci il tarixdə saat 19 radələrində qonşuluqda yaşayan atasıgilin evinə getmişdir. Şamil qardaşıdır və atası ilə birgə yaşayır. Atasıgilin məhəlləsinə avtomobili ilə gələrkən Rahim kişinin həyətinin qarşısında qardaşı Şamil və bibisioğlu Rövşən, Anar və Elnurun orada olmalarını və Şamilin bıçaqlanmasını görmüşdür. O, hadisə yerinə çatarkən artıq Məhəmmədəli qardaşını bıçaqla vurub oradan getmişdir. Şamil isə bu zaman çölə çıxıb Məhəmmədəlinin arxasınca gedərkən Rövşən və Elnur sonuncunu saxlamışlar və Şamili onun avtomobili ilə xəstəxanaya aparmışlar. O, davanın sonunda hadisə yerinə gəlmiş və dava zamanı heç kimi vurmamış və Şamildən də başqa Məhəmmədəlini vuran şəxsin olubolmamasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07 mart 2021-ci il tarixdə saat 19 radələrində evinin həyətində güclü külək köməkçi tikilinin dam örtüyünü yerə atmışdır. O, həmin dam örtüyünü düzəldib yerinə bərkitmək üçün həyətdə işləmişdir. Çölə çıxarkən səs-küy eşitmiş və Rahim kişinin evinin qabağına gəlmişdir. Elə bu zaman dayısıoğlu Şamilin bıçaqlanması qışqırığını eşitmiş və Rahim kişinin həyətinə daxil olarkən Şamilin qarın nahiyəsindən xəsarət almasını və Məhəmmədəlinin də oradan qaçmasını görmüşdür. O, hadisə yerinə gələndə Şami! qardaşı Kamil hadisə yerinə ondan az öncə gəlmiş və orada həmçinin Anar və Elnur qardaşları olmuşlar. O, həyətə daxil olanda Məhəmmədəli artıq Şamili bıçaqla vurmuşdur və Elnur da Şamilin qarın nahiyəsini əli ilə tutmuşdur, Şamil isə bu zaman çölə çıxıb Məhəmmədəlinin arxasınca gedərkən o, və Elnur sonuncunu saxlamış və Şamili qardaşı Kamillə birlikdə xəstəxanaya aparmışlar. O, davanın sonunda hadisə yerinə gəlmiş və dava zamanı heç kimi vurmamış və Şamildən də başqa Məhəmmədəiini vuran şəxsin olubolmamasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında ünvan 2 ünvanında Rəhim kişinin evində kirayə Məhəmmədəli, qardaşı Əkbər və digər yoldaşı Ravin Hüseynov qalırmışlar. 07 mart 2021-ci il tarixdə saat 19 radələrində evdə yemək bişirmişdir. Bu zaman evin həyətində səs-küy eşitmiş və həyətə çıxarkən orada Məhəmmədəli və qonşu Şamilin mübahisə etdiklərini görmüşdür. O, sonunculara yaxınlaşıb onları aralamış və Məhəmmədəli də başını divara vurub əsəbi və dəli olmasını buna görə də Şamilin də çıxıb getməsini bildirmişdir. O, sonuncuları araladıqdan sonra Şamil həyətdən çıxıb getmiş və təxminən 5-10 dəqiqə sonra Şamil tanımadığı digər iki nəfər şəxs ilə həyətə daxil olmuşlar. Şamil bu dəfə də Məhəmmədəlinin üzərinə hücum edib sonuncunu vurmaq istəmişdir və o, ev yiyəsi və tanımadığı şəxslərlə birlikdə sonuncuları ayırmağa çalışmışlar. Həmin zaman Şamil ilə Məhəmmədəli biribirilərini vurmuşlar və Məhəmmədəli bıçaqla Şamili bir dəfə vurub həyətdən çıxıb getmişdir. Hadisə zamanı o, heç kimi vurmamış və heç kim də onu vurmamışdır. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 07 mart 2021-ci il tarixdə saat 19 radələrində evində yatmışdır. Mobil telefonuna gələn zənglə yuxudan oyanmış və məhəllədən səs-küy eşitmişdir. Çölə çıxarkən Rahim kişinin evinin qarşısında adamların (qadın uşaq) olmasını görmüşdür. Oraya yaxınlaşmış və Şamil dava etməsini qardaşı Anarın da həyətə keçməsini demişlər. O, Rahimin həyətinə daxil olarkən Məhəmmədəli də çölə çıxmış və həyətdə Şamil qışqıraraq Məhəmmədəlinin əlində bıçaq olmasını və ehtiyatlı olmalarını demişdir. Məhəmmədəli çölə əlində bıçaq çıxaraq dəli olmasını və onu zibilə salmalarını demişdir. Şamil isə çölə çıxıb Məhəmmədəlinin arxasınca gedərkən o, sonuncunu saxlamış və onlar Şamilin qarın nahiyəsində xəsarət görərkən Rövşən Şamili xəstəxanaya aparmışdır. O, davanın sonunda hadisə yerinə gəlmiş və dava zamanı heç kimi vurmamış və Şamildən də başqa Məhəmmədəlini vuran şəxsin olub-olmamasını bilmir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 07 mart 2021 -ci il tarixdə saat 19 radələrində siqaret çəkmək üçün məhəlləyə çıxmışdır. Bu zaman məhəllədə dayanmış qadınlar Rahimgilə getməsini əl işarələri ilə ona bildirmişlər. O, da Rahim kişinin evinin həyətinə yaxınlaşarkən oradan səsküy gəldiyini eşitmiş və həyətə daxil olmuşdur. Həyətdə məhəllə yoldaşı Şamilin məhəllədə kirayə yaşayan Məhəmmədəli ilə söhbət etmələrini görmüşdür. Sonuncuların yanında Rahim kişi və adını bilmədiyi Məhəmmədəlinin kirayə qaldığı ev yoldaşı olmuşlar. Az sonra söhbətin Məhəmmədəlinin Şamilin anasına nə isə deməsinə görə olduğunu başa düşmüş və bu zaman sonuncuların aralarında mübahisə kəskinləşmişdir. Şamil Məhəmmədəliyə təpik atmışdır. Məhəmmədəli də sonuncuya yumruq atmış və birbirilərinə ani olaraq təpik yumruq atmışlar. O, Şamilin qarın nahiyəsindən tutub çölə çıxarmış, Məhəmmədəlini isə Rahimlə digər şəxs ayırmışdır. Bundan sonra Məhəmmədəli həyətdə, Şamil isə həyətdən çöldə bir-biriləri ilə sözləşmişlər. Bu zaman Məhəmmədəli ona Şamilin zəng edib dostlarını çağırmasını və guya onu təkləmələrini bildirirkən, o, da Məhəmmədəliyə özünün məhəllədə qaldığını və səsi eşidib gəlməsini, adam çağırmağa qalsa o, da dostlarını çağıra bilər demişdir. Həmçinin Məhəmmədəliyə əgər Şamilin anasına kobud söz deyibsə sonuncudan üzr istəməli olmasını bildirmişdir. Məhəmmədəli isə üzr istəmədiyi üçün sonuncuların mübahisəsi davam etmişdir. Şamil yoldan Məhəmmədəlinin atasına kobud söz dediyi üçün Məhəmmədəli yenidən əsəbləşmiş və yola yəni məhəlləyə çıxarkən onlar sonuncunu həyətə geri qaytarmışlar. O, həyətin qarşısında Şamillə birgə dayanan zaman Şamil qəfil qapını açıb həyətə daxıl olmuş və bu zaman artıq yanlarına gəlmiş qardaşı Elnur və Şamilin bibisioğlu Rövşən ilə o, Şamilin arxasınca həyətə daxil olmuşlar. O, həyətə daxil olana kimi Şamilin Məhəmmədəlini vurmasının səsini eşitmiş və bundan sonra o, artıq həyətdə olmuş, Məhəmmədəli də həyətdən çölə çıxmışdır. Bu zaman Şamil qışqıraraq Məhəmmədəlinin əlində bıçaq olmasını və ehtiyatlı olmalarını demişdir. Məhəmmədəli çölə çıxarkən əlində bıçaq olmuş və əlində bıçaq dəli olmasını və onu zibilə salmalarını demişdir. Şamil isə çölə çıxıb Məhəmmədəlinin arxasınca gedərkən Elnur sonuncunu saxlamış və onlar Şamilin qarın nahiyəsində xəsarət görərkən Rövşən Şamili xəstəxanaya aparmışdır. Dava zamanı o, heç kimi vurmamış və Şamildən də başqa Məhəmmədəlini vuran şəxsin olub-olmamasını görməmişdir. Şahid qismində dindirilmiş X4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 07 mart 2021-ci il tarixdə saat 19 radələrində evinə gələrkən evin həyətində Məhəmmədəli ilə qonşusu Şamilin dava etməsini, bir-birlərinin yaxasından tutmalarını görmüşdür. Bu zaman həyətində indi xatırlamadığı qonşuları da olmuşlar. O, insult xəstəsi olduğu üçün həmin davanı görərkən huşu getmiş və yerə yıxılmışdır. Ayılanda artıq adamların getmələrini görmüşdür. Bir qədər sonra isə Məhəmmədəlinin Şamili bıçaqla vurmasını öyrənmişdir. Məhəmmədəli və yoldaşları evində təxminən 10-15 gün qalmışlar və aylıq razılaşdıqları kirayə haqqını da məlum səbəbə görə tam vermədən evindən çıxıb getmişlər. Orada Məhəmmədəli ilə Şamil bir-birlərini vururmuşlar və oradakı şəxslər onları ayırırmışlar. Lakin Şamilin bıçaqlanma anını dəqiq görməmişdir. Cinayət işinin 3-7-ci vərəqlərində olan «hadisə yerinə baxış keçirmə və götürmə haqqında» 07 mart 2021-ci ıl tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi ev 11, 3 saylı mənzilin qarşısında yerləşir. Cinayət işinin 8-10-cu vərəqlərində olan «Əşyaya baxış keçirmə haqqında» 07 mart 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd qara rəngli düymə ilə avtomatik açılan bıçaq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaqdır. Cinayət işinin 113-115-ci vərəqlərində olan üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 246 saylı 01 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ağamı oğlunda böyük piylik və köndələn çənbər bağırsağın yaralanması ilə müşayiət olunan qarın boşluğunun daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 07 mart 2021-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 139-142-ci vərəqlərində olan iş üzrə təyin edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 27 aprel 2021-ci il tarixli 927 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hazırda Dissosiativ (isterik) reaksiya müəyyən edilir. Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (SQ BKH-ı tərəfindən təqdim olunmuş çıxarış epikrizinə görə «Şəraitlə əlaqəli isterik reaksiya, isterik mutizm» diaqnozu ilə stasionarda müalicədə olması, sonda «Sağalma ilə nəticələnmiş dissosiativ reaksiya» diaqnozunun qeyd edilməsi, zahirən narahat olması, davranışında nümayişkarlıq elementlərinin müşahidə edilməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ruhi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir, Təqsirləndirilən şəxs dissosiativ (isterik) reaksiya aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan dissosiativ reaksiya onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarından mərhum etmir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istər ictimai təhlükəli-cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra, yəni hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Cinayət işinin 130-133-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 253/2021- MTBŞ saylı 22 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterdə qana şübhəli ləkələr aşkar olunmadı, bıçaqda isə qan aşkar olunmadı. Cinayət işinin 134-138-ci vərəqlərində olan məhkəmə-tibbi trasoloji ekspertizasının 07 may 2021- ci il tarixli 203/2021 MTKŞ saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön orta nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarın boşluğunun daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Zədə yetirilən zaman bıçağın tiyəsi 1,7 sm ölçüyə qədər olmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 1-ci cildinin 157-158-ci vərəqlərində olan 03 iyun 2021-ci il tarixli qərarla bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus köynək maddi sübut kimi tanınmış və maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Cinayət işinin 146-147-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş arayışdn görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli sərəncamına və Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlkik haqqında” Qanuna əsasən, 28.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, 29.09.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş və 09.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin 09.01.2021-ci il tarixli təşəkkür məktubundan görünür ki, göstərdiyi xidmətlərə görə Təqsirləndirilən şəxs ailəsinə təşəkkür məktubu göndərilmişdir. Həmin təşəkkür məktubuunda qeyd olunur ki, Təqsirləndirilən şəxs özünü qısa müddətdə nizam-intizamlı, qorxmaz, cəsur və igid Azərbaycan əsgəri kimi göstərmişdir. Ona havalə olunmuş silahı mükəmməl öyrənir, azğın düşmənin məhvi üçün onun imkanlarından məharətlə istifadə etməyə hazırdır. Hərbi hissədə vətənpərvəliyi, qayğıkəşliyi ilə yoldaşlarının və hərbi hissə komandanlığının dərin hörmətini qzanıb. Xidmətinə və nümunəvi intizamına görə dəfələrlə komandanlıq tərəfindən təşəkkürə layiq görülüb. Müstəqil Azərbaycan dövlət mənafəyini müqəddəs tutaraq torpaqlarımızın bütövlüyü uğrunda öz əsgəri borcunu layiqincə yerinə yetirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 7-ci vərəqində olan protokol və 61-62, 72-75-ci vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş, 17.03.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə müalicə xərcləri ilə əlaqədar maddi yardım göstərilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, 2-ci Qarabağ müharibəsində cəsur və igid əsgər kimi iştirakını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Təqsirləndirilən şəxs Məhəmməd oğluna cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, zərərçəkmiş şəxsə müalicə xərcləri ilə əlaqədar maddi yardım göstərilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, 2-ci Qarabağ müharibəsində cəsur və igid əsgər kimi iştirakını məcmu halda Təqsirləndirilən şəxs Məhəmməd oğluna münasibətdə müstəsna hal hesab edir və Təqsirləndirilən şəxs Məhəmməd oğluna cəza təyin edilərkən barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 01 (bir) ay müddət bir günə bir gün hesabı ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübutlar- Bakı şəhəri Nizami RPİ-də saxlanılan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus köynək - məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 07.03.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 01 (bir) ay müddət bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə həmin cəza tam çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv ədilsin. Maddi sübutlar- Bakı şəhəri Nizami RPİ-də saxlanılan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus köynək - məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar