Məhkəmə qərarları › İş №1(101)-1350/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1350/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1350/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, lakin üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozunda qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə, saat 22:00 radələrində sərxoş vəziyyətdə yaşadığı evə qayıdarkən ünvan 1 ünvanda yolun kənarında təsadüfən qarşılaşdığı və əvvəllər satdığı avtomobilin nasaz vəziyyətdə olması ilə bağlı narazı qalmış tanışı Zərərçəkmiş şəxs həmin məsələ ilə bağlı üstünə gəlib ünvanına nalayiq ifadələr işlətməsi və yumruqla sinəsindən vurması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla, təpiklə və üzərində olan istintaqa məlum olmayan bıçaqla qəsdən vuraraq Zərərçəkmiş şəxs başın alın-təpə nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən, sol əlin kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, eləcə də döş qəfəsinin sol yarısının ön-yan divarının plevra boşluğuna nüfuz edən, kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 mart 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində Bilgəh kəndi ilə Nardaran kəndi arasındakı ərazidə yaşayan dostu Ehtiramın yanına getmişdir. O və Ehtiram həmin gün bir yerdə oturub yemək yemişlər və spirtli içki içmişlər. O, həmin gün spirtli içki qəbul etsə də, tam sərxoş vəziyyətdə olmamışdır. Onların görüş əsnasında söhbətləri ondan ibarət olmuşdur ki, Ehtiram Rusiya Federasiyasına gedəcəkmiş, orada işləyib ona pul göndərəcəkmiş və o da Ehtiram üçün Nardaran kəndində ev tikdirməli olmuşdur. O, Ehtiramla yeyib-içdikdən sonra sonuncunun evindən çıxaraq yaşadığı evə getmişdir. O, evə gedərkən birdən yolun kənarında ağ rəngli bir avtomobilin dayandığını görmüşdür. Həmin avtomobildə Zərərçəkmiş şəxs olmuşdur. Bundan sonra o, Zülfüqardan soruşmuşdur ki, “eşitmişəm bir neçə vaxtdır ki, məni axtarırsan”. O, bunu dedikdən sonra Zülfüqardan hansı səbəbə görə onu axtardığını soruşmuşdur. Zülfüqar isə əsəbi şəkildə ona cavab vermişdir. Bundan sonra Zülfüqar onu axtardığını bildirib üzərinə gəlmiş və onu yumruqla vurmağa başlamışdır. Bu səbəbdən də onların arasında dava-dalaş yaranmışdır. Bu vaxt o, üzərində gəzdirdiyi qulpu taxtadan olan mətbəx bıçağını çıxararaq Zülfüqarı qorxutmaq istəmişdir. Lakin birdən əlindəki bıçaq Zülfüqarın döş nahiyəsinə dəymişdir. Onun Zülfüqarı bıçaqla qəsdən vurmaq və ya sonuncunu öldürmək kimi niyyəti olmamışdır. O, sadəcə istəmişdir ki, Zülfüqar onun əlindəki bıçağı görüb qorxsun və ondan uzaqlaşsın. O, hadisə anında bıçağın Zülfüqara necə dəydiyini bilməmişdir. O, həmin anı xatırlamır. O, Zülfüqarı bıçaqla vurduqdan sonra hadisə yerindən uzaqlaşmışdır. Halhazırda o, Zərərçəkmiş şəxsla barışmışdır. O, Zülfüqara dəymiş ziyanı ödəmək istəsə də, sonuncu baş vermiş hadisənin səbabkarı özü olduğunu bildirərək onun tərəfindən ziyanın ödənilməsinə razı olmamışdır. Təqsirləndirilən şəxs baş vermiş hadisəni zərərçəkmiş şəxsin ona qarşı zorakılıq etməsi, o cümlədən nalayiq ifadələr işlətməsi səbəbindən törətdiyini bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs 5 (beş) ildir ki, tanıyır və onların arasında dostluq münasibətləri olmuşdur. **-PG-*** dövlət nömrə nişanlı, “Khazar” markalı avtomobil onun dayısı Abgülə məxsus olmuşdur. O, hərdən həmin avtomobili dayısından götürüb idarə etmişdir. 2020-ci ilin əvvəllərində Rəşadət ona “VAZ” markalı avtomobil satmışdır. Lakin Rəşadətin ona satdığı avtomobil nasaz olduğundan o, bununla bağlı problemlə üzləşmişdir. Ona görə də o, Rəşadətə hirsli olmuşdur. 06 mart 2021-ci il tarixdə onun nənəsinin yas mərasimi olmalı imiş. O, 04 mart 2021-ci il tarixdə, axşam saatlarında dayısından avtomobili götürərək yas mərasimi üçün bazarlıq etmək istəmişdir. O, 05 mart 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində dəniz kənarından üzü Nardaran qəsəbəsi istiqamətində hərəkət edərkən avtomobildə nasazlıq hiss etmiş və ona görə də yolun kənarında avtomobili saxlayaraq mühərrikə baxmışdır. Sonra o, avtomobilin kapotunu bağlayıb avtomobilə əyləşmək istədikdə həmin yerdən keçən Rəşadəti görmüşdür. O, Rəşadəti görən kimi dərhal əsəbi şəkildə sonuncunun üzərinə gedərək neçə vaxtdır ki, Rəşadəti axtardığını deyib sonuncunu dələduz adlandırmışdır. Rəşadət ondan bu hərəkətinin səbəbini soruşduqda, o, bunu Rəşadətin 2020-ci ildə ona satdığı avtomobilin nasazlığı ilə əlaqəli olduğunu və bu səbəbdən də problemlə üzləşdiyini demişdir. Bundan sonra o, əsəbi halda qəflətən sağ əli ilə Rəşadətin sinəsinə yumruq zərbəsi vurmuşdur. Rəşadət isə onu itələmişdir. Lakin buna baxmayaraq, o, Rəşadəti yenidən əlləriylə vurmuşdur. Bu vaxt Rəşadət də onu vurmağa başlamışdır. Onların arasında dava-dalaş yaranmışdır. Bu vaxt Rəşadət cibindən bıçağı çıxararaq həmin bıçaqla onun sinəsinə zərbə endirmiş və zərbə nəticəsində o, yerə yıxılmışdır. Bundan sonra Rəşadət oradan çıxıb getmişdir. Sonra oradan keçən bir avtomobilin sürücüsü idarə etdiyi avtomobili saxlamışdır. Sonradan o, həmin şəxsin adının Xəyal olduğunu bilmişdir. Xəyal ona kömək edərək öz avtomobili ilə onu 3 saylı xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, uzun illərdir ki, taksi sürücüsü işləyir. **-PG-*** dövlət nömrə nişanlı, “Khazar” markalı avtomobil 1 (bir) ildən çoxdur ki, ona məxsusdur. O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun bacısı oğludur. O, Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. Lakin o, Rəşadəti kənd adamı kimi qiyabi şəkildə tanımışdır. 06 mart 2021-ci il tarixdə onun yeznəsi Rasibin anası mərhum Yaxşıxanımın yas mərasimi olmalı imiş. Ona görə də o, 04 mart 2021-ci il tarixdə, axşam saatlarında bacısının evində olarkən yas mərasimi üçün bazarlıq etmək məqsədi ilə öz avtomobilini Zülfüqara vermişdir. 05 mart 2021-ci il tarixdə, təxminən axşam 23:45 radələrində Təqsirləndirilən şəxs onun bacısı oğlu Zülfüqarı bıçaqlaması barədə ona məlumat vermişlər. Sonradan ona məlum olmuşdur ki, Rəşadət onun bacısı oğlu Zülfüqara bıçaqla xəsarət yetirmiş və həmin vaxt oradan keçən Xəyal adlı şəxs Zülfüqara kömək edərək xəstəxanaya aparmışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, “Priora” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, Təqsirləndirilən şəxs 20 (iyirmi) ildir ki, yaşadığı kənddən tanıyır. Onun Rəşadətlə yaxın münasibəti olmamışdır. Lakin onlar bir-biri ilə rastlaşdıqda salamlaşmışlar. O, Zərərçəkmiş şəxs da 1 (bir) ildir ki, tanıyır. O, 05 mart 2021-ci il tarixdə, təxminən 22:00 radələrində Nardaran kəndində fəaliyyət göstərən “Sea Breeze” istirahət mərkəzindən üzü Nardaran qəsəbəsi tərəfə avtomobili idarə edərkən yolun kənarında “Khazar LX” markalı, ağ rəngli avtomobilin yolun kənarında işıqları yanılı vəziyyətdə dayandığını görmüşdür. O, həmin avtomobilə yaxınlaşdıqda Zülfüqarı həmin avtomobilə söykənmiş vəziyyətdə görmüşdür. Həmin vaxt o, Zülfüqarın döş qəfəsinin qan içində olduğunu görmüşdür. O, dərhal avtomobili saxlayaraq Zülfüqara yaxınlaşmış və sonuncudan nə baş verdiyini soruşmuşdur. Zülfüqar da həmin vaxt ondan xəstəxanaya aparmasını xahiş etmişdir. O da dərhal Zülfüqarı avtomobilə otuzduraraq əvvəlcə Maştağa qəsəbəsində fəaliyyət göstərən təcili tibbi yardım stansiyasına, oradan isə 3 saylı xəstəxanaya aparmışdır. Onlar yolda olarkən Zülfüqar dayısına məxsus avtomobili Elnur adlı tanışına aparıb verməyi ondan xahiş etmişdir. Sonradan o, Elnur adlı şəxsə zəng edərək sonuncu ilə görüşmüş və Zülfüqarın həmin gün idarə etdiyi avtomobili Elnura təhvil vermişdir. Sonradan ona Rəşadətin Zülfüqarı bıçaqlaması məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün saat 01:00 radələrində 3 saylı ŞXK-dan Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə zəng olunmuş və Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olduğu bildirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 25-29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yeri olan ünvan 1 ünvanda əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 39) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 53-54) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 mart 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-146/2021 saylı qərarından (cild 1, iş vərəqə 77-79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 06 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 rayon şöbəsinin 291 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 80-83) görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön-yan divarının plevra boşluğuna nüfuz edərək, sol ağ ciyərin zədələnməsinə, hemopnevmotoraksa (döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin 2 (iki) ədəd kəsilmiş yarası, başın alın-təpə nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlərdən döş qəfəsinin sol yarısının ön-yan divarının plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət), sol əlin kəsilmiş yaraları kəsici kənara malik əşya, ola bilsin bıçağın təsirindən, başın alın təpə nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın təsirindən törənmişlər. Müddəti qərarda göstərilən 06 mart 2021-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə döş qəfəsinin sol yarısının ön-yan divarının plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol əlin kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, başın alın təpə nahiyəsinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 93-96) görünür ki, həmin gün “Khazar” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildə heç bir zədə izi aşkar edilməmiş, lakin avtomobilin qabaq sərnişin oturacağında çoxlu qan izləri aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 145) görünür ki, Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 121-123) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə barəsində olan cinayət təqibinə xitam verilmişdir. 06 mart 2021-ci il tarixdə onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin 730 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 158-160) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də hər hansı psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Hal-hazırda onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 146) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 155/2021-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 162- 170) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu olması, Təqsirləndirilən şəxs isə B (H)(111) olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs idman şalvarının səthi boyu, bir cüt idman ayaqqabısının hər iki tayında, Təqsirləndirilən şəxs cins şalvarının sağ ayaq nahiyəsinin ön səthində diz nahiyəsinə müvafiq hissədə həmin qan ləkələri Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus tumanda olan ləkə də, həmçinin hadisə yerindən iki ədəd çubuqların pambıq hissəsinə keçirilmiş maddələrdə zəif intensivlikdə qan aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 130/2021-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 172- 174) görünür ki, Təqsirləndirilən şəxs məxsus gödəkçənin astar səthinin sol yarısında 1 (bir) ədəd və qolsuz maykanın sol qolunun çiyin nahiyəsində 1 (bir) ədəd sökülmüş zədə var. Bu zədələr küt yaranma mexanizminə malikdir və paltarların həmin hissəsinin dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qolunun ön səthində 1 (bir) ədəd və cins şalvarın sağ ayağının arxa səthində 1 (bir) ədəd cırılmış zədə var. Bu zədələr küt yaranma mexanizminə malikdir və paltarın həmin hissəsinin dartılması nəticəsində törənmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 153) görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsdən götürülmüş geyim əşyalarının, eləcə də qan izlərinin maddi sübut kimi tanınması və Sabunçu RPİ-nin saxlanc otağına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən (cild 1, iş vərəqə 156) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 184-185) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 199-204) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, onun əməllərində Cinayət Məcəlləsinin 29,120, 126.2.4, 221 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 19) görünür ki, 19 aprel 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ilə X2 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs 2014-cü il təvəllüdlü oğlu vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 33) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də irəli sürülmüş ittihamı, ittiham tərəfinin əldə etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verməmişdən əvvəl bir-birilərini tanımışlar və onların arasında kifayət qədər yaxın dostluq münasibətləri olmuşdur. 05 mart 2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində Təqsirləndirilən şəxs dostu Ehtiram ilə sonuncunun yaşadığı evdə yeyib-içmişdir. Onlar həmin gün, həmçinin spirtli içki qəbul etmişlər və hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Lakin ibtidai istintaq zamanı qeyd edilən xüsusat üzrə araşdırma aparılmadığından məhkəmə istintaqında onun sərxoşluq dərəcəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yeyib-içdikdən sonra evə qayıtmaq qərarına gəlmişdir. O, evə gedərkən yolun kənarında, yəni ünvan 1 ünvanda Zərərçəkmiş şəxs ilə təsadüfən qarşılaşmışdır. Məhkəmə istintaqında onların həmin gün həmin yerdə və ya başqa yerdə görüşəcəklərini təsdiq edəcək heç bir hal müəyyən edilmədi. Onlar qarşılaşdıqları vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə gedərək sonuncuya fiziki zor tətbiq etmiş, yəni sinəsindən yumruqla vurmuş, eləcə də Rəşadətin ünvanına ağır söyüşlər söyərək təhqir etmiş və hətta sonuncunu dələduz adlandırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun zoraki və aqressiv hərəkətlərinin səbəbini soruşduqda, Zərərçəkmiş şəxs öz hərəkətlərinin səbəbini bir müddət əvvəl Təqsirləndirilən şəxs ona texniki cəhətdən saz olmayan avtomobil satması və nəticədə onun problemlə üzləşməsi ilə əlaqələndirmişdir. Bundan sonra onların arasında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə bir müddətdən sonra real dava-dalaşa çevrilmişdir. Onların arasında baş vermiş sözlü mübahisənin və dava-dalaşın səbəbinə gəldikdə isə məhkəmə onların məhkəmə istintaqında ayrı-ayrılıqda vermiş olduqları ifadələrə əsaslanaraq belə hesab edir ki, mübahisənin və dava-dalaşın səbəbi onların arasında cinayət hadisəsi baş verməmişdən bir müddət əvvəl avtomobilin alqı-satqısı ilə bağlı məsələ olmuşdur. Qeyd edilən məsələ üzrə məhkəmə istintaqında başqa hal müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də bir müddət əvvəl onların arasında avtomobilin alqı-satqısı ilə bağlı mülki hüquq münasibətləri olmuş və həmin məsələ üzrə onların arasında fikir ayrılığı yaranmışdır. Əks nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilmədi. Tərəflər arasında yaranmış sözlü mübahisə real dava-dalaşa çevrildikdən sonra Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs yumruq və təpiklə zərbələr endirmişdir. Başqa sözlə, dava-dalaş zamanı onlar bir-birilərinə qarşılıqlı şəkildə yumruqla və təpiklə zərbələr endirmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan güclü olduğunu görüb üzərində olan mətbəx bıçağını çıxararaq həmin bıçaqla sonuncuya xəsarət yetirmiş və bundan sonra hadisə yerindən uzaqlaşmışdır. Nəticədə zərərçəkmiş şəxs dərəcəsinə görə ağır zərərvurmaya aid xəsarət almışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu aqressiv davranış və zoraki hərəkətlər nəticəsində törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşki edir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli üzrə tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 mart 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan və zərərçəkmiş şəxs, eləcə də təqsirləndirilən şəxsdən götürülmüş geyim əşyaları, o cümlədən qan izləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan və zərərçəkmiş şəxsdən, habelə təqsirləndirilən şəxsdən götürülmüş geyim əşyaları və qan izləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar