Məhkəmə qərarları › İş №1(101)-1350/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1350/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1350/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:15 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Füzuli rayonunun Horadiz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Füzuli rayonu, Horadiz qəsəbəsi, Horadiz kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və satılması barədə razılıq əldə etdikdən sonra, onun vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından naməlum vaxtda və şəraitdə satış məqəsdi ilə 01 ədəd sellofan bükümdə təmiz çəkisi 78,702 qram, 02 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkiləri 12,233 qram və 11,643 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkiləri 102,578 qram təşkil edən narkotik vasitə olan heroini, 01 ədəd bükümdə təmiz çəkisi 0,054 qram, 01 ədəd bükümdə təmiz çəkisi 0,873 qram, 01 ədəd bükümdə təmiz çəkisi 0,627 qram, 01 ədəd qara rəngli polietilen parçasının içərisində olan 08 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,387 qram, 0,336 qram, 0,338 qram, 0,344 qram, 0,307 qram, 0,259 qram, 0,315 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,597 qram və ümumi cəmi təmiz çəkiləri 4,151 qram təşkil edən təşkil edən psixotrop maddə olan metamfetamini, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən evin otağında saxlamış, həmin narkotik vasitələrdən və psixotrop maddələrdən bir ədəd bükümdə külli miqdarda - çəkisi 11,643 qram olan narkotik vasitə heroini və 0,627 qram psixotrop maddə metafemtamini ünvan 3 ünvandakı otağında müvəqqəti bir ay ərzində Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayədə qalmaq müqabilində Şahid2, 01 ədəd bükümdə təmiz çəkisi 0,873 qram olan psixotrop maddə metamfetamini isə avtomobili ilə müxtəlif ünvanlara apararaq taksi xidmətini göstərməsi müqabilində Şahid1 25 oktyabr 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanında qanunsuz olaraq satmış, həmin günü yəni 25 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı ünvan 4 ünvanında baxış keçirilərkən, həmin evin ona və Təqsirləndirilən şəxs2 aid otağındakı masadan 01 ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusuna qoyulmuş 01 ədəd gümüşü rəngli folqa bükümdə külli miqdarda - təmiz çəkisi 12,233 qram təşkil edən narkotik vasitə olan heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,054 qram təşkil edən psixotrop maddə olan metamfetamin, habelə həmin otaqdakı şkafda saxlanılan qadın əl çantasında 01 ədəd sellofan bükümdə külli miqdarda - çəkisi 78,702 qram təşkil edən narkotik vasitə olan heroin, 01 ədəd qara rəngli polietilen parçasının içərisində olan 08 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,387 qram, 0,336 qram, 0,338 qram, 0,344 qram, 0,307 qram, 0,259 qram, 0,315 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 2,597 qram təşkil edən təşkil edən psixotrop maddə olan metamfetamin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 450 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və satılması barədə razılıq əldə etdikdən sonra, onun vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından naməlum vaxtda və şəraitdə satış məqəsdi ilə 01 ədəd sellofan bükümdə təmiz çəkisi 78,702 qram, 02 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkiləri 12,233 qram və 11,643 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkiləri 102,578 qram təşkil edən narkotik vasitə olan heroini, 01 ədəd bükümdə təmiz çəkisi 0,054 qram, 01 ədəd bükümdə təmiz çəkisi 0,873 qram, 01 ədəd bükümdə təmiz çəkisi 0,627 qram, 01 ədəd qara rəngli polietilen parçasının içərisində olan 08 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,387 qram, 0,336 qram, 0,338 qram, 0,344 qram, 0,307 qram, 0,259 qram, 0,315 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,597 qram və ümumi cəmi təmiz çəkiləri 4,151 qram təşkil edən təşkil edən psixotrop maddə olan metamfetamini, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən evin otağında saxlamış, həmin narkotik vasitələrdən və psixotrop maddələrdən bir ədəd bükümdə külli miqdarda - çəkisi 11,643 qram olan narkotik vasitə heroini və 0,627 qram psixotrop maddə metafemtamini ünvan 5 ünvandakı otağında müvəqqəti bir ay ərzində Təqsirləndirilən şəxs1 ilə birlikdə kirayədə qalmaq müqabilində sonuncunun vasitəsi ilə Şahid2, 01 ədəd bükümdə təmiz çəkisi 0,873 qram olan psixotrop maddə metafemtamini isə avtomobili ilə müxtəlif ünvanlara apararaq taksi xidmətini göstərməsi müqabilində yenə də Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid1 25 oktyabr 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanında qanunsuz olaraq satmış, həmin günü yəni 25 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı ünvan 4 ünvanında baxış keçirilərkən, həmin evin ona və Təqsirləndirilən şəxs1 aid otağındakı masadan 01 ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusuna qoyulmuş, 01 ədəd gümüşü rəngli folqa bükümdə külli miqdarda - təmiz çəkisi 12,233 qram təşkil edən narkotik vasitə olan heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,054 qram təşkil edən psixotrop maddə olan metamfetamin, habelə həmin otaqdakı şkafda saxlanılan qadın əl çantasında 01 ədəd sellofan bükümdə külli miqdarda - çəkisi 78,702 qram təşkil edən narkotik vasitə olan heroin, 01 ədəd qara rəngli polietilen parçasının içərisində olan 08 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,387 qram, 0,336 qram, 0,338 qram, 0,344 qram, 0,307 qram, 0,259 qram, 0,315 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 2,597 qram təşkil edən təşkil edən psixotrop maddə olan metamfetamin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 450 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə müvəqqəti kirayə tutduğu Şahid2 Səbail rayonu, Şərq küçəsi 4 B saylı ünvandakı evinin bir otağında yaşamış, heç bir yerdə işləməmişdir. O, uzun illərdir ki, narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitələri iyləyərək və şprislə venasına vurmaqla qəbul etmişdir. Narkotik vasitələri tanımadığı şəxslərdən əldə edib gizlin şəkildə istifadə etmişdir. Hərdən narkotik vasitələri Səkinə ilə birlikdə iyləyərək qəbul etmişlər. 25 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində o, Səkinə ilə birlikdə evdə olduğu zaman oraya polis əməkdaşları gəlmişdir. Həmin vaxt yanlarında hərdən onu və Səkinəni müxtəlif ünvanlara avtomobili ilə aparan taksi sürücüsü Şahid1 də olmuşdur. Polislər videoçəkiliş apararaq onun və Səkinənin narkotik vasitə və psixotrop maddələri saxlamaqları barədə məlumatlarının olduğunu bildirmiş və yaşadıqları otağa baxış keçirmişlər. Onda yarım qram “kakos” olmuş, başqa heç bir narkotik vasitə olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə istifadə etdiyi üçün səmimi peşmandır. Səkinənin günahı yoxdur. Ona görə də məhkəmədən Səkinəyə kömək göstərilməsini, lazımdırsa günahların onun üstündə qalmasını, ancaq özünün cəzalandırılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə müvəqqəti kirayə tutduğu Şahid2 ünvan 6 ünvandakı evin bir otağında yaşayır, heç bir yerdə işləmir. O, uzun illərdi ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur, qəbul etdiyi narkotik vasitələri iyləyərək və şprislə venasına vurmaqla qəbul edir, qəbul etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən əldə edib gizlin şəkildə qəbul edir. Hərdən isə narkotik vasitələri birgə yaşadığı Səkinə ilə birlikdə iyləyərək qəbul edir. 25 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə müvəqqəti kirayəyə tutub yaşadığı ünvan 7 ünvandakı otaqda olduğu zaman, oraya polis əməkdaşları gəlmiş, yanlarında hərdən onu və Səkinəni müxtəlif ünvanlara avtomobili ilə aparan taksi sürücüsü Şahid1 olmuşdur. Polis əməkdaşları videoçəkiliş aparaq, onun və Səkinənin narkotik vasitə və psixotrop maddələrin saxlamaları barədə məlumatları olmasını, yaşadıqları otağa videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. O, və Səkinə buna etiraz etməmiş, sonra polis əməkdaşları masa üzərində onun qarşısında olan, ona məxsus bir ədəd siqaret qutusu açdıqda içərisindən, bir büküm “kakos” adlanan narotik vasitə heroin və bir büküm “şüşə” adlanan psixotrop maddə metamfetamin, həmin maddələri iyləyərək qəbul etmək üçün kağız parçalarından yuvarlamaqla düzəldilmiş nazik borunu aşkar etmişlər. Həmin bükümlər açılıb içərisinə baxılaraq nə olması barədə ondan soruşulduqda o, çəkərək qəbul edilməsi üçün hazırlanmış “kakos” və “şüşə” adlanan narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu demişdir. Sonra polis əməkdaşı həmin bükümləri və borucuqları aşkar edilmiş boş siqaret qutusuna yenidən qoyaraq, zərfə yerləşdirib möhürləyərək götürmüş, həmin zərfin üzərini o, və digər polis əməkdaşları imzalamışlar. Sonra polis əməkdaşları videoçəkilişi davam etdirərək həmin otağa baxış keçirən zaman, otaqda olan şkafdakı Səkinəyə aid qara rəngli qadın əl çantasından bir ədəd büküm “kola” adlanan heroinin bükümü, bir ədəd içərisində xırda bükümlərə bükülərək hazırlanmış “patı” adlanan metamfetamin bir ədəd böyük bükümü, bir ədəd tərəzi, üzərində bank kartının nömrəsi olan kağız parçası, ödəniş qəbzləri, eyni zamanda əl çantasının yanında bir ədəd sellofan bağlamada nəşə adlanan qurudulmuş marixuananı aşkar etmişlər. Sorğu zamanı Səkinə həmin maddələrin ona məxsus olduğunu və satış üçün kağız parçasında olan bank nömrəsinə pul ödəməklə aldığı “kola” və “nəşə” adlanan narkotik vasitələr, “patı” adlanan psixotrop maddələr olduğunu bildirmişdlr. Polis əməkdaşları həmin maddələri və əşyaları zərfə qoyub möhürləmiş, həmin zərfin üzərini Səkinə və polis əməkdaşları imzalamışlar. Bundan sonra polis əməkdaşları videoçəkilişi davam etdirərək digər otaqda olan ev sahibi Şahid2 qaldığı otağa baxış keçirmişlər. Rzanın da otağında narkotik vasitələr aşkar edilmiş, dəqiq miqdarını bilməmişdir. Sonra o, polis əməkdaşı tərəfindən kirayədə yaşadığı ünvan 7 ünvandakı evə videoçəkilişlə baxış keçirməsinə dair tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, o, və orada olan digər şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu, Səkinə və Rzanı polis İdarəsinə aparmışlar. İdarədə xidməti otaqların birində polis əməkdaşları onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edib təqdim etmiş, hüquq və vəzifələrini izah edərək şübhəli şəxs qismində tutmuş, üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilməsinə dair qərarla tanış etmişlər. Sonra polis əməkdaşları üzərində şəxsi axtarış apararkən hər hansı bir qeyri-qanuni maddə və ya əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol o, orada olan vəkil və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə saxladığına görə səmimi peşman olduğunu bildirmişdir. O, özü narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasa da, həmin günü tanışı taksi sürücüsü Aqilə onu bir neçə ünvana avtomobili ilə apardığına görə, sürücüyə verməyə nağd pulu olmadığından, Aqilin narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün pul əvəzi ödəniş kimi bir büküm psixotrop maddə metamfetamini kirayədə yaşadığı ünvan 7 ünvanda vermişdir. Bundan başqa o, heç kəsə narkotik vasitə satmamışdır (cild 1, iş vərəqə 104-106,161-162,199- 200). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, həmin evdə yaşamamış, oraya əşyalarını götürmək üçün getmişdir. Təzəcə evə getmişdir ki, evə 9-10 nəfər polis daxil olmuş, onun olduğu otağın qapısını təpiklə vurub açmışlar. Həmin vaxt uşağı da yanında olmuşdur. Təqsirləndirilən şəxs1 də o biri otaqdan döyülmə səsi gəlmiş, içəri girən kimi ona də sillə vurmuşlar. Ondan soruşmuşlar ki, «mal hanı?» O da “mən bilmirəm mal hanı, mən yük dalınca gəlmişəm” demişdir. Sonra ona “istəmirsənsə uşağın yanında başqa şeylər olsun malın yerini de” deyə bildirmişlər. O, bir daha demişdir ki, “mən bilmirəm, görməmişəm”. Sonra polis əlində nəşə və tərəzi gətirib soruşmuşdur ki, “bunlar kimindir? ” O da bilmədiyini demişdir. Təqsirləndirilən şəxs1 də o biri otaqdan qışqırıb demişdir ki, “qızla əlaqəli heç nə yoxdur”. Sonra onları bölməyə aparmışlar, uşaq da yanında olmuşdur. Orada “qabağına nə qoysaq de ki, mənimdi” deyə tapşırılmışdır. O da məcbur olub çəkiliş zamanı tərəzini, “nəşə”ni, “patı”nı, üstündə 20 qram yazılan “kola”nı üzərinə götürmüşdür. Ona görə də məhkəmədən bu halların, azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə müvəqqəti kirayəyə tutub birgə yaşadığı ünvan 8 ünvandakı otaqda olduğu zaman polis əməkdaşları gəlmiş, sonuncuların yanında hərdən onu və Təqsirləndirilən şəxs1 müxtəlif ünvanlara avtomobili ilə aparan taksi sürücüsü Aqil olmuşdur. Polis əməkdaşları videoçəkiliş apararaq onun və Təqsirləndirilən şəxs1 narkotik vasitə, psixotrop maddə saxlamaları barədə məlumatları olduğunu, yaşadıqları otağa videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. O, və Təqsirləndirilən şəxs1 buna etiraz etməmiş, polis əməkdaşları masanın üzərində olan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd siqaret qutusunu açdıqda içərisindən bir büküm “kakos” adlanan narotik vasitə heroin və bir büküm “şüşə” adlanan psixotrop maddə metamfetamin, həmçinin həmin maddələri iyləyərək qəbul etmək üçün kağız parçalarından yuvarlamaqla düzəldilmiş nazik boru aşkar etmişlər. Polis əməkdaşı həmin bükümləri açıb içərisinə baxaraq nə olması barədə Təqsirləndirilən şəxs1 soruşduqda Təqsirləndirilən şəxs1 çəkərək qəbul edilməsi üçün hazırlanmış “kakos” və “şüşə” adlanan maddələrin özünə aid olmasını demişdir. Sonra polislər həmin bükümləri və borucuqları aşkar edilmiş boş siqaret qutusuna yenidən qoyub, ağ rəngli boş zərfə yerləşdirərək möhürləyib götürmüşlər. Həmin zərfin üzərini Təqsirləndirilən şəxs1 və digər polis əməkdaşları imzalamışlar. Sonra polis əməkdaşları videoçəkilişi davam etdirərək həmin otağa baxış keçirən zaman şkafda saxladığı ona aid qara rəngli qadın əl çantasından bir ədəd bükümdə “kola” adlanan narkotik vasitə heroin, bir ədəd içərisində xırda bükümlərə bükülərək hazırlanmış “patı” adlanan psixotrop maddə metamfetamin, bir ədəd tərəzi, həmçinin həmin narkotik maddə və psixotrop maddələri onlayn şəkildə aldığı İran vətəndaşının ona göndərdiyi ödəniş etmək üçün nəzərdə tutulmuş bank kartının nömrəsi və bir neçə ödənişlər etdiyi qəbzlər, eyni zamanda əl çantasının yanında bir ədəd sellofan bağlamada “nəşə” adlanan qurudulmuş marixuana aşkar etmişlər. Sonra polis əməkdaşları həmin maddələri və əşyaları zərfə qoyub möhürləmişlər, möhürlənmiş zərfin üzərini o və polis əməkdaşları imzalamışlar. Bundan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş davam etdirilərək digər otaqda olan ev sahibi Şahid2 otağa baxış keçirilmiş, Rzanın da otağında narkotik vasitələr aşkar edilmişdir. Sonra polis əməkdaşları tərəfindən evə videoçəkilişlə baxış keçirməsinə dair tərtib edilmiş protokol ucadan oxunduqdan sonra, o və orada olan digər şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu, Təqsirləndirilən şəxs1 və Rzanı polis İdarəsinə aparmışlar. İdarədə xidməti otaqların birində polis əməkdaşları onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edib təqdim etmiş, hüquq və vəzifələrini izah edərək şübhəli şəxs qismində tutulmasına dair protokolla tanış edilmişdir. Sonra polis əməkdaşı onu üzərində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmasına dair qərarla tanış etmiş, üzərində axtarış keçirilərkən hər hansı bir qeyri-qanuni maddə və ya əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol o, vəkili və orada olan digər iştirakçılar tərəfindən imzalanmışdır. O, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə saxladığına görə səmimi peşmandır. O, kirayə yaşadığı Şahid2 evindəki otaqda qara rəngli əl çantasında, çantanın yanındakı sellofan bükümdə olan narkotik vasitələrin və bir ədəd elektron tərəzinin özünə məxsus olmasını, həmin maddələri onlayn şəkildə özünü İran vətəndaşı adlandırdığı şəxsdən almasını, həmin əl çantasında aşkar edilmiş kağız parçasında yazılmış bank nömrəsinə müxtəlif ödənişlər etməsini, iranlı şəxsin də narkotik vasitələri müxtəlif yerlərdə qoymasını və ona bildirməsini, onun da həmin yerə gedib götürməsini, onun iranlıdan hər dəfə bir qiymətə az-az narkotik vasitə və psixotrop maddə almasını, həmin maddələri elekron tərəzi vasitəsilə ayrı-ayrı yarım qramlara bölüb bükümlər hazırlamasını, həmin bükümləri isə müxtəlif qiymətlərə 20-25 manata tanımadığı şəxslərə satmasını, onlardan eyni zamanda tanışı Təqsirləndirilən şəxs1 çəkmək üçün verməsini, ev yiyəsi Rzaya həmin bükümlərdən verərək kirayə pulu əvəzi ödəniş etməsini, həmin psixotrop maddələrdən hərdən tanışı Təqsirləndirilən şəxs1lə birlikdə çəkərək qəbul etməsini, iranlı ilə “WhatsApp” vasitəsilə çoxdan tanış olmasını, üzdən görməməsini, yalnız mesajla əlaqə saxlamasını göstərmişdir (cild 1, iş vərəqə 31-32,168-169,213-214). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş, digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Təqsirləndirilən şəxs1lə 1 ildir ki, dostluq edir. Təqsirləndirilən şəxs1gil kirayə qaldıqları evdən əşyalarını götürmüşdülər, onlar həyət evində qaldıği üçün bir günlük gətirib onların evinə qoymuşdular. Əşyalarını götürməyə təzə gəlmişdilər ki, çıxanda polis əməkdaşları birdən evə daxil olub evi axtarmağa başlamışlar. Evdən heç nə çıxmamış, onları döyə-döyə bölməyə aparmışlar. Ondan sadəcə şprisdə məhlul aşkar olunmuş, özünə aid olan narkotiki boynuna almışdır. Bölmədə qabaqlarına narkotik qoyub üzərilərinə götüməyə məcbur etmişlər. Orada balaca uşaq da olmuş, uşaq ağladığı üçün məcbur olub boyunlarına götürmüşlər. Sənədləri təzyiq altında imzalamışlar, heç bir ifadə verməmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda tək yaşayır, heç bir yerdə işləmir. O, dolanmaq üçün yaşadığı evin digər otağını tanışı Təqsirləndirilən şəxs1 və Səkinəyə kirayəyə verir. Həmin otağa görə Səkinə ayda ona 100 manat pul, hərdən isə narkotik vasitə aludəçisi olduğu üçün narkotik vasitə çəkmək və ya inyeksiya yolu ilə venaya vurmaq üçün verir. 25 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində o, evdə otağında olduğu zaman Səkinə və Təqsirləndirilən şəxs1 də öz otaqlarında olmuşlar. Bu vaxt evinə polis əməkdaşları gəlmiş, yanında hərdən onu müxtəlif ünvanlara avtomobili ilə aparan taksi sürücüsü Şahid1 olmuş, polis əməkdaşları videoçəkiliş aparaq, onun, Səkinə və Təqsirləndirilən şəxs1 narkotik vasitə, psixotrop maddə saxlamaları barədə məlumatları olmasını, yaşadıqları evə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişdir. O da buna etiraz etməmiş, polis əməkdaşları videoçəkilişlə əvvəlcə Səkinə ilə Təqsirləndirilən şəxs1 otağına baxış keçirdikdən sonra, onun otağına baxış keçirən zaman otaqda masanın üzərində istifadə etmək üçün bir ədəd şpristə məhlul halında hazırladığı narkotik vasitə olan heroinin məhlulu, bir büküm narkotik vasitə heroin və narkotik vasitəni bişirmək üçün istifadə etdiyi boş şüşələri aşkar etmişlər. Sorğular zamanı o, bir ədəd maye ilə doldurulmuş şpristəki məhlulun narkotik tərkibli olmasını, özünə vurmaq üçün hazırlamasını, masa üzərində olan bir ədəd bükümdəki heroinin özünə məxsus olmasını, həmin heroini narkotik vasitələrin istifadəçisi olduğundan evində kirayədə yaşayan Təqsirləndirilən şəxs2 kirayə haqqı əvəzi verdiyini bildirmişdir. Sonra polis əməkdaşı masa üzərində olan şprisləri, boş şüşələri və bir büküm maddəni ağ rəngli boş zərfə yerləşdirib möhürləyərək götürmüşlər. Həmin zərfin üzərini o və digər polis əməkdaşları imzalamışlar. Sonra polis əməkdaşı tərəfindən yaşadığı evə videoçəkilişlə baxış keçirilməsinə dair tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o və orada olan digər şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu, Səkinə və Rzanı Polis İdarəsinə dəvət etmişlər. İdarədə xidməti otaqların birində polis əməkdaşları onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edib təqdim etmiş, hüquq və vəzifələrini izah edərək narkotik vasitələri qanunsuz saxladığına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmağına dair protokolla tanış etmiş, üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilməsinə dair qərarla tanış etmişlər. Sonra üzərimə baxış keçirilən zamanı üzərindən hər hansı bir qeyriqanuni maddə və ya əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokol o, vəkili və orada olan digər iştirakçılar tərəfindən imzalanmışdır. O, qanunsuz olaraq narkotik vasitə saxladığına görə səmimi peşmandır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasa da, həmin gün tanışı taksi sürücüsü Aqilə onu bir neçə ünvana avtomobili ilə apardığına görə və Aqilə verməyə nağd pulu olmadığından sonuncunun narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün pul əvəzi ödəniş kimi Aqilə bir büküm psixotrop maddə metamfetamini yaşadığı ünvan 7 ünvanda vermişdir. Bundan başqa o, heç kəsə narkotik vasitə satmamasını, istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 80-81). Məhkəmədə şahid qismində dindirilmiş, digər cinayət işi üzrə məhkum edilmiş Şahid1 göstərdi ki, özü narkotik istifadəçisidir. Rzanın avtomobili xarab olduğuna görə sonuncuya avtomobil lazım olduğu üçün Rza onlara getməyini istəmişdir. O, təxminən 5 dəqiqə olardı ki, Rzanın evində olmuş, həmin vaxt polis əməkdaşları içəri daxil olub onu da tutub aparmışlar. Təqsirləndirilən şəxs1 həmin gün Rzanın evinə gedəndə tanımışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında yaşamış,rəsmi heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olur. 25 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində o, ünvan 10 ünvanda yerləşən mənzildən çıxıb Şərq küçəsi ilə Badamdar yolunun kəsişməsinə çatdıqda, idarə etdiyi avtomobili iki nəfər şəxs saxladıb yaxınlaşaraq, polis əməkdaşları olmalarını bildirib,ondan adını və soyadını soruşmuşlar. O,özünü təqdim etdikdən sonra polis əməkdaşları üzərində narkotik maddə olub-olmasını soruşarkən,o,heç nə olmamasını bildirmiş, buna baxmayaraq həmin polis əməkdaşları onu Səbail rayon Polis İdarəsinə dəvət emişlər .O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmiş,orada otaqların birində onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edib təqdim etmişlər.Sonra ona və təqdim olunmuş müdafiəçiyə üzərində şəxsi axtarışın aparılmasına dair qərar elan edilmiş,daha sonra vəkilin iştirakı ilə videoçəkiliş ilə üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş iki ədəd bükülüdə psixotrop maddə metamfetamin, bir ədəd tibbi şpris, bir ədəd qırıq vəziyyətdə olan ampula, bir ədəd gəhvəyi rəngli bağlı vəziyyətdə olan həbb, əynindəki gödəkçənin sol yan cibindən tərəzi, əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibində ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə olan metamfetamin,1 ədəd tibbi şpris,qırıq ampula,tərəzi orada olan şəxslərin iştirakı ilə boş zərfə qoyulub möhürlənmiş və həmin zərf, həmçinin həmin maddə və əşyaların aşkar edilib götürülməsi dair polis əməkdaşı tərəfindən tərtib edilmiş protokol,o,vəkili və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra o, üzərindən aşkar olunmuş narkotik vasitəni 25 oktyabr 2022-ci il tarixdə təxminən 16:30 radələrində Səbail rayonu, Şərq küçəsi 4 B saylı ünvanda yerləşən mənzildə Rza və Təqsirləndirilən şəxs1 adlı şəxsdən almasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etdiyi Rza və Təqsirləndirilən şəxs1 olduqları ünvanı göstərə biləcəyini polis əməkdaşlarına bildirmişdir. Sonra polis əməkdaşları onun iştirakı ilə həmin ünvana gedib videoçəkilişlə evə baxış keçirərkən, həmin ünvanda olan narkotik vasitə istifadəçiləri Rza, Təqsirləndirilən şəxs1 və Səkinə adlı qadının üzərinə baxış keçirmişlər (cild 1, iş vərəqə 148-149). Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 25 oktyabr 2022-ci il tarixdə Şahid1 Səbail rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə rəhbərliyə raportla məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid1 əməliyyataxtarış tədbirləri nəticəsində 25 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 11 ünvanda saxlanılmış və idarəyə aparılmışdır. Aqil Əİiyevin üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar edilmişdir. Sorğu zamanı Şahid1 narkotik vasitəni Şərq küçəsi 4“B" ünvanında Rza və Təqsirləndirilən şəxs1 adlı şəxslərdən aldığını bildirmişdir. Sonra Aqil adlı şəxsin və təhqiqatçının iştirakı ilə həmin evə baxış keçirilmiş, həmin evdə otaqların birində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Otaqda masanın üzərində Təqsirləndirilən şəxs1 qarşısında bir ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusu, bir ədəd gümüşü rəngli falqa bükümü, bir ədəd sellofan bükümü və iki ədəd pul əskinazından düzəldilmiş borucuqlar oduğunu müəyyən etmişlər. Falqanın içərisində qəhvəyi rəngli maddə, ikinci sellofan bükülüdə isə ağ rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 gümüşü bükümdəki maddənin heroin, ikinci sellofan bükümdəki maddənin isə metemfetamin olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əl çantasından bir ədəd sellofan bağlama, bir ədəd qara rəngli sellofan büküm, bir ədəd üzərində “20K” yazısı sellofan büküm, bir ədəd elektron tərəzi və bir ədəd plastik qaşıq aşkar edilmişdir. Sellofan bağlama açıldıqda içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar ot kütlə, bir ədəd qara rəngli sellofan bükümün içərisində metamfetaminə oxşar kütlə, üzərində “20K” yazısı olan bir ədəd selofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Sonra digər otaqdakı Şahid2 qarşısındakı masanın üzərində bir ədəd gümüşü rəngli folqa bükümü, bir ədəd içərisində narkotik vasitənin məhluluna oxşar maye olan şpris, iki ədəd boş şprislər, bir neçə boş vəziyyətdə olan ampulalar və dərman preparatları aşkar edilmişdir. Aşkar edilən maddələr qablaşdıraraq möhürlənmiş və iştirakçıların imzası ilə təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Polis İdarəsinə dəvət edilmiş, xidməti otaqların birində hər biri müdafiəçi ilə təmin edilməklə ayrı-ayrılıqda baş təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla üzərlərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz maddə və ya əşya aşkar edilməmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkan təqsirləndirilən şəxslərə qarşı heç bir qanunazidd hərəkət edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin digər əməkdaşları Şahid5 və Şahid3 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Şahid2 və Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı onlar ifadələrində göstərdiyi xüsusatları bir daha bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 223-224). Şəxsi axtarış və götürmə aparılması haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş iki ədəd bükülünü, bir ədəd boş şprisi, bir ədəd qırıq vəziyyətdə olan ampulanı, konvalyutda olan bir ədəd həbi, gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Şahid1 bükümlərin içərisindəki maddənin metamfetamin olduğunu, həmin maddələri 25 oktyabr 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Rza və Təqsirləndirilən şəxs1 adlı şəxslərdən aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 22-23). Baxış keçirilməsi haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 göstərməsinə əsasən onun narkotik vasitəni əldə etdiyi ünvan 12 ünvanına videoçəkilişlə baxış keçirilmiş, həmin evin yataq otağında özlərini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş şəxslər müəyyən edilmiş, otaqda Təqsirləndirilən şəxs1 məxsus bir ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusunda bir ədəd gümüşü rəngli folqa bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə, bir ədəd sellofan bükümdə ağ rəngli kristallik şəkildə psixotrop maddə metamfetaminə oxşar kütlə, həmçinin narkotik vasitələri qəbul edilməsi üçün hazırlanmış iki ədəd pul əskinazından düzəldilmiş borucuqlar aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 bükümlərdəki narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 şəxsi əşyalarına baxış zamanı, sonuncunun əl çantasından bir ədəd sellofan bağlamada içərisində yaşıl rəngli ot kütlə, bir ədəd qara rəngli sellofan bükümün içərisində 08 ədəd ağ rəngli sellofan bükümlərdə psixotrop maddə metamfetaminə oxşar kütlə, bir ədəd sellofan bükümdə üzərində “20K” yazısı olan qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə, bir ədəd elektron tərəzi və bir ədəd plastik qaşıq aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə və psixotrop maddələrin, həmçinin bir ədəd elektron tərəzi və bir ədəd plastik qaşığın ona məxsus olduğunu bildirmişdir. Bundan başqa həmin evin Şahid2 olduğu ikinci otağında masanın üzərində bir ədəd gümüşü rəngli folqa bükümünün içərisində qəhvəyi rəngli narkotik vasitə oxşar kütlə, bir ədəd içərisində narkotik vasitənin məhluna oxşar maye olan şpris və iki ədəd boş şpris, həmçinin bir neçə boş vəziyyətdə narkotik vasitəni qəbul edilməsi üçün hazırlanmış ampulalar və dərman preparatları aşkar edilmişdir. Şahid2 bükümdəki və şpristəki narkotik vasitənin ona məxsus olduğunu və evində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxs verdiyini bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-32). Şəxsi axtarış və götürmə aparılması haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində hər-hansı qanunla qadağan olunmuş əşyanın olmadığını bildirmiş,şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 52-54). Şəxsi axtarış və götürmə aparılması haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində hər-hansı qanunla qadağan olunmuş əşyanın olmadığını bildirmiş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 101-103). Məhkəmə-kimyəvi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 6/6202 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №51” dairəvi möhür əksləri olan zərflərdə: -üzərində"...Şübhəli şəxs “imza” Şahid1...” sözləri,ad,soyad və imzalar qeyd edilmiş bir ədəd şərti olaraq 2 nömrəli zərfdəki 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,873 qram, 0,627 qram, ümumi təmiz çəkisi 1,500 qram olan ağ rəngli kristallik maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 01 ədəd həbin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir; -üzərində "...Şübhəli şəxs “imza” Şahid1...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 ədəd bükümdə olan metamfetamin (şərti olaraq 1,2 nömrəli obyektlər) xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir; -üzərində"...Şübhəli şəxs “imza” Şahid1..." sözləri, “Təqsirləndirilən şəxs1 aşkar olunmuş...” sözləri və “Təqsirləndirilən şəxs2 aşkar olunmuş..." sözləri qeyd edilmiş üç ədəd zərfdəki olan metamfetamin (şərti olaraq 1-11 nömrəli obyektlər) xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir; - təqdim edilmiş 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqat aparılmadı; - təqdim edilmiş 01 ədəd 5 ml həcmli boş şprisin və 01 ədəd qırıq vəziyyətdə olan ampulanın içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in Siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in Siyahısına (Siyahı İİ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 1,400 qram, metadon həblərinin sayı 1\2 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 118-123). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 6/6203 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 51” dairəvi möhür əksləri olan zərflərdə: - üzərində “Təqsirləndirilən şəxs2 aşkar olunmuş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd üzərində “20k” yazısı olan sellofan bükümdə təmiz çəkisi 78,702 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd qara rəngli polietilen parçasının içərisində olan 08 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,387 qram, 0,336 qram, 0,338 qram, 0,344 qram, 0,307 qram, 0,259 qram, 0,315 qram, ümumi təmiz çəkisi 2,597 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - üzərində “Təqsirləndirilən şəxs1 aşkar olunmuş ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusunda 01 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 12,233 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,054 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - üzərində “Şahid2 aşkar olunmuş..." sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 11,616 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd 2 ml həcmli şprisdə 0,5 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi 0,027 qramdır; - üzərində “Təqsirləndirilən şəxs2 aşkar olunmuş...” və “Təqsirləndirilən şəxs1 aşkar olunmuş..."sözləri qeyd olunmuş iki ədəd zərfdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir; - üzərində “Təqsirləndirilən şəxs1 aşkar olunmuş..."sözləri və “Şahid2 aşkar olunmuş...” sözləri qeyd olunmuş iki ədəd zərfdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir; - üzərində “Təqsirləndirilən şəxs2 aşkar olunmuş...” sözləri qeyd olunmuş zərfdə olan heroin üzərində “Təqsirləndirilən şəxs1 aşkar olunmuş...” və “Şahid2 aşkar olunmuş...” sözləri qeyd olunmuş zərflərdə olan heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir; - üzərində “Şahid2 aşkar olunmuş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd 2 ml həcmli şprisdə olan heroinin məhlul halında olduğundan kimyəvi tərkibi dəyişdiyi üçün onun digər maddə nümunələri ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir; - təqdim olunan üzərində göstərici olmayan şəffaf rəngli sellofan paketdə və üzərində “LUNA 25” yazısı olan bir ədəd ağ rəngli plastik qabda olan ağ rəngli maddələrin, üzərində “Trombo ACC 100 mq” yazısı olan ağ rəngli dərman həblərin, üzərində “paraçetamol” yazısı olan dərman həbinin, üzərində “...ssençia ...orte H” yazısı olan qəhvəyi rəngli dərman kapsulanın tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir; - təqdim edilmiş 02 ədəd 5 ml həcmli boş şprisin, 02 ədəd qırıq vəziyyətdə olan ampulanın, 01 ədəd sınıq vəziyyətdə olan lampanın şüşə hissəsinin içərisindən, 01 ədəd çəhrayı rəngli plastik qaşığın üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı; - təqdim olunmuş 01 ədəd qara rəngli elektron tərəzinin üzərində və iki ədəd pul əskinasından düzəldilmiş üzəri polietilen parçası ilə sarılmış borucuğun içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Təqdim olunmuş çek kağızının və folqa kəsiklərinin üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 78,652 qram, heroinin ümumi qalıq çəkisi 23,749 qram, heroin məhlulunun qalıq çəkisi 0,3 ml, metamfetaminin qalıq çəkisi 2,381 qram, “Trombo ACC 100 mq” həblərinin qalıq sayı 8 ədəd, “paraçetamol” həbinin qalıq sayı 1\2 ədəd, “...ssençia ...orte H” kapsulunun qalıq sayı 1\2 ədəd, ağ rəngli maddənin ümumi qalıq çəkisi 28,928 qram təşkil etmişdir (cild 1, iş vərəqə 124-130). Məhkəmə-bioloji ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 7/1225 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 aşkar olunmuş maddi sübut...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bağlamada təmiz çəkisi – 450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd elektron tərəzinin, bir ədəd plastik qaşığın və iki ədə folqa kağızının üzərində marixuananın hissəscikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə müqayisəli tədqiqat aparılmadı. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 449,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 131-135). Diskə baxış keçirilməsi haqqında 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların istifadəsində olan mobil telefonlarında “WhatsApp” proqramına videoçəkilişlə baxış keçirilmiş, “Elvira” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil telefon istifadəçisindən daxil olmuş, “Eliş bilirsən mən hardayam, Badamdarda bir yer var, Təqsirləndirilən şəxs1 dostunun evidir, bir otaq götürdüm, bir az təmizliyini eliyim ki, ürəyin istəyir gəl bura, şey zad var pati, mati, gəlirsən gəl bura.konuç atım taksiyə min gəl, bir yerdə gedərik mənimlə aşağı”, “Səkinə bir dənə kartı atarsan mənə.dünənkilənin pulunu vurum sənə, qurban sənə”, “ayıb deyil, utanmırsan sən, sə dünənkiləri kim pulnan verdi, birdə ki, başa düşmədim, ondan deyirsən, başa düşmürəm ot deyirsən, yoxsa patı deyirsən,o mənə çatmır, hansından deyirsən, birdənə yaz bilim də”, “amma Ataz görməsin", “ot”, “az Səkinə, axşam çəkdiyi otdan, nə vardı çəkdi, alaçam indi verməyəcəm, sabah verəcəm", “Səkinə, Ayaz oğlanın yanına gedəcək, əgər alınsa bu gün ot istəsə Ayazla gələcək, yəni otuda götürəcək, bir az da otucaraq sizinlə, alınmasa nə bilim, baharda, nə vaxt istəsə onda götürər, ola bilsin bu gün yəni gəlib götürək”, “mənəm, Rəşad dünən Zaurnana gəlmişdim, tema üçün”, “hə eşidirəm qaqaş”,“nə qulluq”,“qaqa gör nə deyirəm, mən hər gün tema götürürəm, əyər katqısız çəkisi normal demorein imini təmiz 05 yox pirosda yani insafnan olsun, eyer alınsa senən mən götürüm”, “qaqaş birincisi, belə pis çıxmasın, insafa qalanda, insafdanda artıq vermişəm, sənə onu çatdıran adam, nəsə məsləhət bilib azaldıb verib,qaldı ki,ona tərəzini götür gəl 05-sə mən onu 06- da verərəm,mən ona görə özümü bir qəpiklik etmərəm də.yəginki məni tanıyırsan,məni yaxşı tanıyırsan sa,səni razı yola salaram,gəl brat”,“qaqaş sən mal artıqlaması ilə göndərmişəm, üstündən götrən varyoxunu ***,gəl gözvun qabağında çəkim verim get”,“mən tərəzdə az verib qan içən oğlan delem.təmz nədi onu qoyram",“başqa nə qulluq var”,“Allah səni var eləsin, qardaşım onda özüm bir başa yanıva gəm bilərəm də”,“qulluq sahibi olasan,mənə aid nə qulluğun olsajuboy vrenya, qulluğuvdayam, nə vaxt nəyəsə də,ehtiyac olar nəyəsə pulun şatmaz, mən sənə işivi aşırtmağa da kömək eliyərəm valla”, “Zaurnan gəlim, yoxsa tək özüm gəlim”,“necə istəyirsən gəl, nəqədər isdsən”, “özün gəldiyin yerə”,“05 qram”,“ge”,“Zaur Mama” adı ilə qeydə alınmış +99***-***-**-** saylı mobil telefon istifadəçisindən daxil olan, “qaqaş heç nədə,nə hərəkət elemişik, hərəkət deyəndə ki, 30 manat karta vurduq, torpağın pulunu deyirsənsə, mən götürdüm açdım çəkdim, ağrıyırdım torpağı açdım çəkdim, 15 manat borclu qalmışamsa,o pulu mən sənə verərəm, ikincisidə ki,mənə də yox də, bu nə həərəkətdi ki, ayıbdı mən sənə deyirəm ki, torpaq istəyirəm, hərəviz bir ağızdan dən vurursuz.o da deyir yoxdu,sən də deyirdən yoxdu,nə bilim qaqaş torpaq yoxdu”,“torpaq var”,“hə”,“20 manat”,“gə”,“20 manatlıq qoy", “tez gəl”,“Təqsirləndirilən şəxs1 tez düş",“Koko,yarın, bir”, “düşürt gəl, verək, gözlüyür”,“torpaq var”,“patı var? mama”,“Rövşən Rza”adı ilə qeydə alınmış mobil telefon istifadəçisindən daxil olmuş, “bizlik deyil ee brat, patı var,kola yoxdu”, “Kola düzüb qoşub, gələ bilərsən bura”, “biri var 30 manata yarım qıram deyir",+98***-***-**-** saylı mobil telefon istifadəçisindən daxil olmuş, “Təqsirləndirilən şəxs1,mənəm,Tahir, zəng et, lrani,tez zəng et, təcili”, “Fərid qardaşım” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil telefon istifadəçisindən daxil olmuş, “Səkinəyə denən, gül demişdim, 5 qram, onu necə verə bilər”, “necə yəni, necə verə bilərik, gəl burdan götür get, Badamdarda Akses bank var.zapravkadän bir az yuxanda,gəlib burda düşərlər,verəcəm,çıxıb gedəcəklər”, “qaqa 60 manat verəcək, 10 manat da kart var ona atar Səkinə", “sən Allah Səkinə səni yığsa,konturum yoxdu, sözünü ona denən, mənim başım çıxmır bu söbətdən.nə deməkdir bu",+99***-***-**-** saylı mobil telefon istifadəçisindən daxil olmuş,“qaqaş kodu atda,ay Təqsirləndirilən şəxs1”, “yaxşı qardaşın 10 dəqiqəyə “leo”karta vururam,evə qalxıram yuxan, bidə başıva dönərəm,o sarı temadan olmasın,qara varsa qaradan,çıxa bilmirəm ey səhərdən, 200 manat mala vermişəm,sən öl Təqsirləndirilən şəxs1,əlim ayağım əsir,soyuqdan donuram”,“Rüstəm məhlə” adı ilə qeydə alınmış +99***-***-**-** saylı mobil telefon istifadəçisindən daxil olmuş,“hə Təqsirləndirilən şəxs1 nədir?”, “kola,patı,nə istəsən de",“kola necəyədir”,“kola,45”,“bahadı”,“nə deyim qaqa,belə 50 demişdilər,sənə 45 deyirəm,Allah köməyin olsun,uzun ömür can sağlığı”, “patı necəyədir”,“oldu, lazım olsa deyərəm”,“qardaşım, mənə bir dənə patı lazımdı, nəsə eləməyə olar?”,“patını düzüb qoşmağa olar,kolanı yox”,“can qaqaş məsləhətli olar yəgin.bir də neçəyədir qiyməti”,“45 manat, 1 qram", “Təqsirləndirilən şəxs1 eşidirsən məni,tərəzi ilə çəkib götürəcəm,başqa söhbət eləmə, yəni, 09, 08,07,sən ölk ağlın o vaxtı temalara getməsin, 65 manat sənə pul verirəm, 60 manat eee,5 manat haradan çıxdı, bax olan qalan pulumdu, 5 manat maşına verməliyəm,qram yarım mənə çəkirsən,tərtəmiz patı verirsən,bir yerdə,bir dənə kulyokda, Allah köməyin olsun,heç olmasa bu qədər vaxtı,əlinə temə düşdü.olmayan vaxtlarda,heç olmasa aramızdakı olan söhbətlər,nə bilim halal xoşun,yəni hamısı temamı olsun,belə eliyəcəm.elə eləyəcəm,ayqaa, ayqaa,bidənə hərəkət elə də ala”,“deyirəm ki,60 manat verirəm sənə,1,5 tərtəmiz atıb tərəziyə götürəcəm,bir dənə jest elə də,kolanı neçəyə verirsən”,“Tofiq Saypa” adı ilə qeydə alınmış +99***-***-**-** saylı mobil telefon istifadəçisindən daxil olmuş,“hə at kartı mənə”, “deyirəm yetim,mən Badamdardayam, sən hara deyirsən gəlim ora puluvu verim”,“ala Təqsirləndirilən şəxs1 bu bankomat kartıdı,çıx da Təqsirləndirilən şəxs1 çıx,Təqsirləndirilən şəxs1 bu amanatı sən özün qoymusan,ya bunu kimsə qoyub,yarı deyil ee bu,sənin qoyduğun yarı ilə,qoyulan yarıya baxıram qaqaş,bu yarı deyir qaqaş,iki dənə çet elə belə,yaş mal atıblar,ora sürtüblər kulyonkaya veriblər,heç olmasa telefonu götür,belkə kim sə sənin adından gətirib verib mənə, heç olmasa subut edə bilim” məzmunda daxil olmuş səsli və yazılı mesajlarının göndərilməsi aşkar edilmişdir (cild 2, iş vərəqə 22-49). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 dekabr 2022-cİ il tarixli 7369 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Mehman qızında müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 54-55). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 dekabr 2022-ci il tarixli 7701 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 56-57). Ambulator məhkəmə psixiatrik ekspertizasının 23 yanvar 2023-cü il tarixli 135 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Mehman qızında hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixiopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, törətdiyi əməl dövründə öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 81-82). Ambulator məhkəmə psixiatrik ekspertizasının 23 yanvar 2023-cü il tarixli 136 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 83-84). İbtidai istintaq orqanının 27 aprel 2023-cü il tarixli qərarı ilə narkotik vasitələrin və psixotrop maddələrin əldə edildiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 159-161). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Mehman qızının himayəsində xx.xx.2010-cu il və xx.xx.2013-cü il təvəllüdlü iki azyaşlı uşaqları və xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı vardır (cild 2, iş vərəqə 13). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 10). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 Mehman qızı əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 11-12). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızının narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamalarına, ibtidai istintaq zamanı polis əməkdaşlarının fiziki və psixi təsirlərinə məruz qalmalarına dair hər hansı dəlillə təsdiq olunmayan verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspert rəyləri, iş üzrə ibtidai istintaq orqanı tərəfindən toplanmış digər çoxsaylı sübutların məcmusu və işin faktiki halları, o cümlədən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmalarını birbaşa özündə əks etdirən, mötəbərliyi hər hansı şübhə doğurmayan çoxsaylı sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızının törətdikləri cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələrinin həqiqəti əks etdirməsi iş üzrə digər bütün sübutların məcmusu ilə müqayisəli şəkildə təhlil edilərkən təsdiq olunduğundan, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə araşdırması zamanı həm də təqsirləndirilən şəxslərin, habelə şahidlər - digər cinayət işləri üzrə cinayət məsuliyyətinə cəlb edilmiş Şahid2 və Şahid1 polis əməkdaşlarının onlara qarşı qanunazidd davranmaları ilə bağlı bildirdikləri məqamlar heç bir halda təsdiqini tapmamışdır. Baş vermiş hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxslər kimi onların verdikləri məlumatların - ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada alınmış ifadələrinin sübut kimi qəbul edilməsini məhkəmə tam əsaslı və qanuni hesab edir. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların həlli üçün kifayət edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızının qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızına qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızına cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, məhkumluğunun olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Mehman qızının himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində həm də yetkinlik yaşına çatmayan uşağının olmasını, məhkumluğunun olmamasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 Mehman qızının barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızına təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızı 25 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 42, 91, 205-206, 219-221) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızına təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş qalıq çəkisi 78,652 qram təşkil edən heroin, 0,054 qram metamfetamin, qalıq çəkisi 2,381 qram təşkil edən metamfetamin, qalıq çəkisi 12,1060 qram təşkil edən heroin, qalıq çəkisi 449,8 qram təşkil edən marixuana, üzərində heroin izləri olan bir ədəd çəhrayı rəngli plastik qaşıq və bir ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ünvan 13 ünvanına baxış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd DVD disk, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızının istifadəsində olan mobil telefonlara baxış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş bir ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs2, bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızından hər birindən ayrı-ayrılıqda 104 (bir yüz dörd) manat olmaqla cəmi 208 (iki yüz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 118, 124, 131). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızının müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızının hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X1 və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Mehman qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 Mehman qızının cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Mehman qızının barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Mehman qızı ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş qalıq çəkisi 78,652 qram təşkil edən heroin, 0,054 qram metamfetamin, qalıq çəkisi 2,381 qram təşkil edən metamfetamin, qalıq çəkisi 12,1060 qram təşkil edən heroin, qalıq çəkisi 449,8 qram təşkil edən marixuana, üzərində heroin izləri olan bir ədəd çəhrayı rəngli plastik qaşıq və bir ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin (Şahid2 və Şahid1 aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə bağlı müvafiq qərarın aidiyyəti cinayət işləri üzrə qəbul edilməli olması nəzərə alınmaqla); - ünvan 14 ünvanına baxış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd DVD disk, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızının istifadəsində olan mobil telefonlara baxış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş bir ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs2, bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızından hər birindən ayrıayrılıqda 104 (bir yüz dörd) manat olmaqla cəmi 208 (iki yüz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına vəkillər X1 və Müdafiəçi hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mehman qızına isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar