Məhkəmə qərarları › İş №1(101)-1350/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1350/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1350/2025 30.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X5 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1979-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,672 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 11 fevral 2025-ci il tarixdə saat 22:40-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Rahat” adlanan supermarketin yaxınlığında olan zaman özünü şübhəli apardığından Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 ədəd bükümdə təmiz çəkisi 3,672 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə götürmək üçün gedəndə polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman üzərində “şüşə”, yəni metamfetamin olmuşdur. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün rayondan almışdır. Saxlanıldıqdan sonra bölməyə aparılmış, bölmədə videoçəkiliş aparmaqla üzərinə baxış keçirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, bölmədə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiq olmamışdır. Narkotik videoçəkiliş zamanı özündə olmuşdur. Onun üzərində cəmi 2 qram metamfetamin olmuş, hətta Masallı rayonundan şəhərə gələnədək 2 qram metamfetaminin üzərindən bir qədər istifadə etmişdir. Lakin baxış zamanı tərəzidə çəkən zaman 3,6 qram çıxmışdır. Videoçəkiliş zamanı həmin narkotik vasitəni üzərindən çıxarıb masaya qoymuşdur. Üzərində olan metamfetaminin çəkisinin 2 qram olduğunu dəqiq bilir. Çünki həmin psixotrop maddəni aldığı şəxsin kartına 100 manat pul göndərmiş, həmin şəxs də “konum” yollamışdır, o da gedib təhvil almışdır. Bölmədə ona müdafiəçi təqdim olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarını görən kimi özünü çox şübhəli aparmağa başlamış, bu səbəbdən polislər Farizə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman digər əməkdaş Şahid2 da iştirak etmişdir. Onlar Farizdən şəxsiyyət vəsiqəsini istəmişlər. Lakin üzərində onun şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından onlar Farizi 13-cü Polis şöbəsinə aparmışlar. Şöbədə onun iştirakı ilə Farizin üzərinə baxış keçirilmiş, baxış zamanı Farizin üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. O, Farizin həmin maddəni nə üçün əldə etdiyini dediyini tam xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Farizin üzərindən narkotik sellofan bükümdə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı vəkil də iştirak etmişdir. Farizin üzərindəki narkotik vasitəni küçədə çıxartmamışlar. Farizin üzərindən aşkar olunan narkotik vasitənin çəkisini bilmir. Həmin narkotik vasitəyə əlavələr edilməmişdir. Belə halın şahidi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində digər polis əməkdaşı Şahid2 göstərmişdir ki, işin mahiyyəti üzrə bildirir ki, 11 fevral 2025-ci il tarixdə saat 20:00-da “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis nəfəri Şahid2 ilə birlikdə xidmətə başlamış, xidməti ərazisi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi olmuşdur. Saat 22:40-da Şahid2 idarə etdiyi xidməti avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi ilə hərəkətdə olarkən “Rahat” adlı supermarketin yaxınlığında bir nəfər kişi cinsli şəxsin hərəkətdə olmasını, özünü şübhəli aparmasını görüb avtomobili saxlayıb avtomobildən düşərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. Həmin şəxs onların suallarına cavab verməyib uzaqlşamağa çalışmış, onlar həmin şəxsin uzaqlaşmasına mane olub şəxsiyyəti təsdiq sənədini təqdim etməsini tələb etmişlər. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirmiş, həmin şəxsin hərəkətləri onda şübhə yaratdığından onu Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. 13-cü PŞ-nin inzibati binasında müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1979-cu il tarixdə Masallı şəhərində anadan olmuş Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, hüquq vəzifələri ona izah edilmişdir. Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Beləliklə, inzibati binanın xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə onun, Şahid2 və vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunan hər hansı əşya vardırsa, həmin əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan bükümü, bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu barədə soruşulduqda bildirmişdir ki, bükümün içərisindəki “şüşə”, yəni metamfetamindir, öz şəxsi istifadəsi üçün 100 manata almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılmış, içərisində ağ rəngli kristal şəkilli kütlə, yəni metamfetamin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, hər bir iştirakçı tərəfindən üzəri imzalanmış, bu barədə protokol tərtib edilmişdir. Həmçinin “Redmi” markalı mobil telefon da sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli raportun məzmunundan görünür ki, Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları xx.xx.2025-ci il tarixdə saat 22:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində bir nəfər vətəndaşın özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmiş, bu zaman həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək yayınmağa çalışmış, polislər həmin şəxsi saxlayaraq adının, soyadının və ata adının nə olduğunu soruşmuş, bu zaman həmin şəxs həyəcanlı vəziyyətdə tələsdiyini bildirmiş və yenidən yayınaraq getməyə çalışmışdır. Polis əməkdaşları həmin şəxsin üzərində qanunla saxlanılması, daşınması qadağan edilən hər hansısa bir əşyanın və ya maddənin olmasından şübhələnərək həmin şəxsi Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin xx.xx.1979-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində nörməsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 5). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və videodiskdə olan görüntülərdən görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş kristal formalı maddəni və bir ədəd "Redmi" markalı mobil telefon aparatını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 100 manata öz istifadəsi üçün almasını və üzərində saxlayıb gəzdirməsini bildirmişdir. Aşkar olunmuş 01 ədəd büküm açıldıqda, içərisindən ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur. Bundan sonra bükümdəki psixotrop maddəyə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd "Redmi" markalı mobil telefon aparatı üzərindəki sim-kartla birlikdə araşdirma üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şəxsi axtariş zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 25-26). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/629 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,672 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 32-35). - DVD diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd DVD diskə baxış zamanı müəyyən edildi ki, diskdə 01 ədəd video fayl vardır. Həmin video fayl 6 dəqiqə 18 saniyə davam edir. Həmin video görüntüdə Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinin təhqiqatçısı polis kapitanı X10 RPİ-nin Post Patrul Xidməti bölüyünün iki nəfər əməkdaşı və Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs sorğu-sual edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan bükümü, bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoyur. Bundan sonra üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Ondan həmin bükümün içərisində nə olduğu baradə soruşulduqda Təqsirləndirilən şəxs bildirir ki, bükümün içərisindəki "şüşə", yəni metamfetamindir, öz şəxsi istifadəsi üçün 100 manata almışdır. Daha sonra üzərindən aşkar edilmiş büküm açılır, içərisində ağ rəngli kristal şəkilli kütlə, yəni metamfetamin aşkar edilir. Bundan sonra üzərindən aşkar edilmiş 01 ədəd büküm ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürlənir, hər bir iştirakçı tərəfindən üzəri imzalanır, bu barədə protokol tərtib edilir. Həmçinin “Redmi” markalı mobil telefonu da sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür (cild 1, iş vərəqi 46). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 47-48). - mobil telefona baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonu “Redmi” markalı, “Note 8T” modelli, 8652 0704 6600 354/00 imei kodludur. Həmin mobil telefonun üzərində hər hansı bir zədə aşkar edilmədi. Mobil telefonun üzərində ***-***-**-** GSM nömrəsi vardır. Mobil telefonun menyusuna, zəng və SMS bölmələrinə, WhatsApp bölməsinə baxış keçirilmiş, lakin istintaq əhəmiyyəti kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 58). - maddi sübutun tanınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,672 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddı metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 3,622 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 73, 75). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 86). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 87-88). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu rayon Polis İdarəsi 13-cü Polis bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini aldığı, özünü İran İslam Respublikası vətəndaşı kimi qələmə verən "Şakir" adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən edib istintaqa təmin etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 98). - DVD diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS məlumatları və anten məlumatları barədə məlumatlar yazılmış, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, həmin diskdə 03 ədəd fayl vardır. 1-ci faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinə daxil olan və çıxan zənglər və anten barədə məlumatlar qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 22:16-dan 22:44-dək olan müddət ərzində ***-***-**-** GSM nömrəli mobil telefonun anten dairəsi Stimul Hospital/Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsini göstərir. 2-ci faylda ***-***-**-** GSM nömrəsinə daxil olan və çıxan SMS məlumatları vardır. 3-cu faylda zənglərin məxsusluq tarixçəsi qeyd edilmişdir. Baxış zamanı həmin diskin 2-ci və 3-cü faylında istintaq əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 100). - X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, o, əri Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonu müstəntiqdən işlək vəziyyətdə təhvil almışdır (cild 1, iş vərəqi 101). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1650 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 102-103). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin olması, lakin onun üzərindən aşkar olunan metamfetaminin sənədlərdə daha çox göstərilməsi, polis bölməsində ona müdafiəçi təqdim olunmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından, habelə üzərinə şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntülərdən görünür ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, şalvarının cibindən şəffaf sellofana bükülmüş metamfetamin kütləsini təqdim etmiş, həmin maddə onun və müdafiəçisinin yanında zərfə qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüş və ekspertizaya təqdim edilmişdir. Ekspertizanın verdiyi rəydən də görünür ki, təqdim edilmiş zərfin üzərində 160 saylı möhürün izi vardır. Rəydə zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Keçirilmiş ekspertiza ilə isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə metamfetamindir və onun təmiz çəkisi 3,672 qramdır. Şərh edilənlər ona dəlalət edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş maddənin çəkisinin daha az olması, onun müdafiəçi ilə təmin olunmaması ilə bağlı məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətini yüngülləşdirmək məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Nigar Hüseynzadə, xx.xx.2011-ci il təvəllüdlü Nuray Hüseynzadə və xx.xx.2014-cü il təvəllüdlü Süleyman Hüseynzadə adlı uşaqları vardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 fevral 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 11 fevral 2025-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 15, 67-72). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 11 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,622 qram metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,622 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar