Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1351/2022 12.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X4 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə “Rza” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Rza” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, sonuncu tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan qrup üzvünün vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 20 ünvanında yerləşən zibil qutularının yaxınlığına 3005 qram narkotik vasitə qurudulmuş marixuananın və ünvan 6 binanın 2-ci girişində, 1 və 2-ci mərtəbələr arasında quraşdırılmış, içərisində su sayğacı yerləşdirilmiş plastmas qutunun içərisinə isə cəmi 55.463 qram narkotik vasitə heroinin əvvəlcədən qoyulması təşkil edildikdən sonra o, «Rza» adlı şəxsin tapşırığı ilə 20 fevral 2022-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 20 ünvanında yerləşən zibil atılması üçün nəzərdə tutulmuş qutuların yaxınlığından külli miqdarda, təmiz çəkisi 3005 qram narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib saxlamaqla daşımış və növbəti qoyulmuş narkoik vasitəsitəni götürmək üçün hərəkət edərkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə, gecə saat 03:55 radələrində ünvan 6 binanın 2-ci girişində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan narıncı rəngli sellofan torbanın içərisindən, külli miqdarda, təmiz çəkisi 3005 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 20 fevral 2022-ci il tarixdə saat 05:20 radələrində Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə ünvan 6 binanın 2-ci girişində, 1 və 2-ci mərtəbələri arasında quraşdırılmış, içərisində su sayğacı yerləşdirilmiş, yaşıl rəngli plastmas qutunun içərisindən mavi rəngli bağlamada 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 35,195 qram və 20,268 qram, ümumilikdə təmiz çəkisi 55.463 qram olan, külli miqdarda tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan başqa, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 06:15 radələrində Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə keçirilmiş baxış zamanı mənzilin yataq otağının sağ tərəfində qəhvəyi rəngli tumbanın üstdən 1-ci siyiritməsindən üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl ünvan 1 ünvanında yaşamışdır. Təxminən 16 yaşından etibarən müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələrin uzunmüddətli qəbulu nəticəsində o, Hepatit-C və QİÇS xəstəliklərinə yoluxmuşdur. 2018-ci ildə o, Narkoloji Dispanserdə 21 gün müalicə almış, lakin çıxdıqdan sonra vaxtaşırı narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. Həmin ildə o, Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2020-ci ildə cəzasının sonu ilə azadlığa buraxılmışdır. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələrini hal-hazırda təsdiq etmir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, əvvəl fiziki və mənəzi təziq altında həqiqətə uyğun olmayan ifadələr versə də, ibtidai istintaqın sonrakı mərhələlərində vediyi əlavə ifadələrində həqiqəti əks etdirən tam və dolğun ifadələr vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində o, tanışı Şahid5 ilə birlikdə əsgər yoldaşı olmuş Renat Məmmədovla görüşmək üçün Nizami rayonunda yerləşən “GünayBank”-ın qarşısına gəlmişdir. Həmin vaxt, o, Renatla görüşüb ondan 50 manat borc pul götürdükdən sonra taksi sifariş vermişdir. Hava soyuq olduğu üçün onlar Zeynəblə birlikdə binanın içərisinə girib taksini orada gözləmişlər. Binanın blokunda taksi avtomoilini gözlədikləri zaman 3 nəfər polis əməkdaşları binaya daxil olaraq onu və Zeynəbi tutub Nizami rayon Polis İdarəsinə gətirmişlər. Nizami rayonu Polis İdarəsinə gəldikdə polis əməkdaşları ondan narkotik vasitənin harada olduğunu soruşmuşlar, o da polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları qarşısına bir paket qoyub bu narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. Həmin vaxt o, polis əməkdaşları ilə razılaşmamış, həmin şəxslər isə elektroşok işlətməklə və siqareti qolunun və əlinin müxtəlif nahiyələrində söndürməklə ona işgəncə vermişlər. Bu zaman o, əzablara dözməyib məcbur olub boynuna alaraq narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni təxminən 2 ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü Rza kimi təqdim edən İran İslam Respublikası vətəndaşından aldığını, təxminən 1 aya yaxın müddət ərzində Rza ilə danışıb həmin şəxsin ona dediyi yerlərə gedib gizlədilmiş narkotik vasitələri götürüb həmin şəxsin sonradan ona dediyi yerə qoyduğunu, xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində onunla danışan zaman həmin şəxsin ona Nizami rayonu, Sevinc kinoteatrının qarşı tərəfində olan “GünayBank”-ın qarşısındaki binanın həyətində olan zibil yeşiklərinin yanında gizlədilmiş paketdə marixuanna olduğunu deməsi və götürməyini xahiş etməsi, onun marixuananı götürüb Nizami metrosunun yanında deyəcəyi yerə qoymalı olduğunu və buna görə həmin şəxs ona 100 manat pul verəcəyini, lakin binanın içərisində su sayğacının plastmas qabında yerləşdirilmiş narkotik vasitənin çatdırılmasına görə Rza adlı şəxsin ona nə qədər pul verəcəyi barədə məlumatı olmadığını, həmin narkotik vasitəni götürdükdən sonra Rza adlı şəxslə bu barədə danışacağını, bundan sonra onun həmin yerə gedib üzərində “BMW” yazısı olan narıncı rəngli paketi götürdüyünü və həmin binanın 2-ci blokunun 2-ci mərtəbəsində olan Rzanın ona dediyi yerdən, yəni blokun içərisindəki su sayğacında da heroin və metamfetamin narkotik vasitələri götürəcəyini bildirmişdir. Həqiqətdə isə saxlanılarkən üzərində narkotik vasitə olmamış, yaşadığı evdən aşkar olunmuş narkotik vasitə də ona məxsus deyil. O, ibtidai istintaq vaxtı polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmiş və həmin şikayət əsasında ondan izahat alınmışdır. Elan edilməklə ona təqdim olunmuş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokol ona tanışdır, həmin protokolun məzmununda onun istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə üzrə göndərilmiş və daxil olmuş sms yazışmalarının olduğu, həmin ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Mende var, ne lazimdi kola,pati,yoxsa derman..qarada var aaa”, həmin nömrəyə xx.xx.2021-ci il tarixdə “He..basa düsdüm..indi bu deqiqe gel bize,isim var sennen.kakraz lomkadanda Çıxardaram seni,indi gel gözleyirem seni tez..” məzmunlu, xx.xx.2021-ci il tarixdə həmin nömrəyə “Nasirde tema yoxdu.bunu bil..amma menim özümde (P) yoxdu.bu gün götürecem” məzmunlu, xx.xx.2021-ci il tarixdə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqasim eger terezi varindisa gotur onu gel bize. Eger terezi yoxdusa na soybetimiz qaldi sehere. Sen 5 denenin pulunu duzeldene qeder. Tam hamisini pulu duzelt”, xx.xx.2021-ci il tarix saat 01:03:11-də ***-***-**-** saylı mobil nömrəyə “qaqas das dasimisan?? Yarim qram senin fikrince azdi?? Eger yarim grete azdisa day sene sozum yoxdu.”, xx.xx.2021-ci il tarix saat 18:23:55-də ***-***-**-** saylı mobil nömrəyə “Beyem birdefeynen qurtardi. Sen yene lomkada olacaxsanmene deyeceysen pulum yoxdu agriyiram. Onda deyecem gel. Beyem bu yarimnan vidalasirix???”, saat 18:28:48-də “Yeri gelende mali atdiran MEN, yerden goturen MEN getiren MEN. Sen hele bele yanimda gezib firlanmaginnan yarim qram qabag dusursen, ito nedovolin. Risk eliyirsen?”, saat 20:20:22də “30 M 1qr butov duzeler.. 10 manati saxla ozuncun yolpulu edersen”, saat 01:23:24-də “Anamin cani mende soxdum getdim. Yari bisirdim vurdu, gordum ki neyse nedabordi, partkoja vururam axi, ona gore nedabor oldi, atdim obirisi yarimida bisirdim.”, xx.xx.2021-ci il tarix saat 22:13:38-də ***-***-**-** saylı mobil nömrəyə “İndi tem atmalidirlar, eger isin zadin yoxdusa ozun bilirsen neynemek lazimdi.”, saat 22:16:07-də “Qaqas pati cekmek isteyirsen gel bize evdeyem, gel qapini doy acim.”, xx.xx.2021-ci il tarix saat 17:25:13-də ***-***-**-** saylı mobil nömrəyə “Qaqas dunen 0.3 pati verdim yoxdu day cekdim.” , xx.xx.2021-ci il tarix saat 23:05:56-da ***-***-**-** saylı mobil nömrəyə “Sene demisem axi, ozude defelernen, Nasirden tema isteme, ona zeng eleme tema deme. Bu isler hamisi cerez men gedir. Sen yenede ona yigirsan axi niye. Dedim axi sene her bir kelmeden menim xeberim olur. Hamsini bilirem sen basqalari Nairnen danismagdanhamisina kursam. Xeyri yoxdu yenede ona yigirsan.”, saat 23:33:02-də “Ay qaqas, ay brat Vallah serf elemir sen deyen qiymetnen, riskine deymir. Onlara serf eliyir. Cunki oturublar İranda ne siklerine, riski eliyen basqasidi, ona gore.”, “Brat elim catir menim, amma bu qiymetnen 30k.. 40p bes-bes gotursen, 25k..30p.. on-on gotursen 20k.. 25p.”, “dene-dene istesen 30k...50p...yarim istesen 20k...25p.. Bu denelerin qiymetleri.”, xx.xx.2021-ci il tarix saat 01:02:29-da ***-***-**-** saylı mobil nömrəyə “Kolbani getir, birdene lezztdi yasil zelyonkla tapmisam senin ucun”, xx.xx.2021-ci il tarix saat 06:16:56-də ***-***-**-** saylı mobil nömrəyə “ged indi axtar gor harda mennen ucuz yer tapa bilirsen. Xuy hec harda tapa bilmiyeceysen mennen ucuz yoxdu. Daha yanima gelme.”, xx.xx.2021-ci il tarix saat 17:57:30-da ***-***-**-** saylı mobil nömrəyə Ay Feyzi niye bele eliyirsen axi? Bes men camahata pul vermeliyem ki tezden yene temna goturum, pulum kemdi catmir sene gore ilisib qalmisam nece edim men yetim.”, xx.xx.2021-ci il tarix saat 17:02:37-də ***-***-**-** saylı mobil nömrəyə “Brat and icir soyus soyur ki yoxdu alisa isteyir elin catir alisaya goturey her liste 5 manat tutax”, xx.xx.2021-ci il tarix saat 00:01:51-də ***-***-**-** saylı mobil nömrəyə “Qaqasi PT var mende ozun bilirsen axi.”, xx.xx.2021-ci il tarix saat 20:40:31-də ***-***-**-** saylı mobil nömrəyə “Tema sorusursan mende deyirem satdix isteyirsen yoxsa nece lomkadan cixmaga”, xx.xx.2021-ci il tarix saat 01:49:46-da ***-***-**-** saylı mobil nömrəyə “Vereceksen 20 manata qrami yoxsa yox. De bilim isimi, yoxsa gedim Boyukagadan goturum, kakraz geyinmisem eynimi o terefe gedirem”, xx.xx.2021-ci il tarix saat 14:25:41-də ***-***-**-** saylı mobil nömrəyə “Gel bize men qalxa bilmirem verecem arvada otursun sene siqaret qutusunda”, xx.xx.2021-ci il tarix saat 21:11:16-da ***-***-**-** saylı mobil nömrəyə “Nasir zeng eledi mene dedi hacan ayaga qalxsan deyersen mal atacax gedib goturecem ordan 3 qr sene verecem on skazal 3 qr verersen Terlana 7 qr senin ozuvun.”, xx.xx.2021-ci il tarix saat 23:36:23-də ***-***-**-** saylı mobil nömrəyə “450 m eliyir 25 qram. 10 manat verecem sene rasot sennen acix”, xx.xx.2021-ci il tarix saat 04:44:24-də ***-***-**-** saylı mobil nömrəyə “Yox evde deyilem gedmisem tema goturmeye atdirmisam zig kruqu.”, xx.xx.2021-ci il tarix saat 21:13:40-da ***-***-**-** saylı mobil nömrəyə “2-P...1/k rovni 105 manat ni bolsi ni mensi”, xx.xx.2021-ci il tarix saat 16:04:39-da ***-***-**-** saylı mobil nömrəyə “Gelirem ala pula gore gecimirem eze tema goturdum, ona gore ngecikdim.”, xx.xx.2022-ci il tarix saat 01:33:36-da ***-***-**-** saylı mobil nömrəyə Brat kola butov 30m.. yari 20m (Pati) butov 40m..yari 20 m..danisdim onunla qaqasim Vallah asagi elemir. Deyir nece asagi eliyim. Bileceriden gelirem 20 yanvara sene gore taksiynen.”, xx.xx.2022-ci il tarix saat 03:42:26-da ***-***-**-** saylı mobil nömrəyə “Hecne zakladsik telefonu suya salib pox olub butun isler. Bele dediler.” məzmunlu smslərin yazıldığının müəyyən edilməsi ona aydındır. Sadalanan smslərin məzmunundan narkotik vasitələrin satışının və müxtəlif ərazilərə çatdırılması ilə bağlı söhbətlərin aparılması ona aydındır. Lakin bildirir ki, qeyd olunan məzmunda smsləri onun yazdığını və ya ona yazıldığını xatırlamır. İbtidai istintaq orqanı tərəfindən ona elan olunmuş ittihamda özünü təqsirli bilmir, Hepatit-C və QİÇS kimi ağır xəstəliklərdən əziyyət çəkdiyini nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin NArkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirindən əvvəl tanımamışdır. 20 fevral 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Orxan adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 04 radələrində əməliyyat qrupunun üzvü Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, Şahid3 və sonradan tədbirə kömək üçün dəvət edilmiş Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ilə birlikdə ünvan 6 ünvana gəldikdə binanın girişində xarici əlamətləri “Orxan” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. ünvan 6 ünvanda vətəndaş Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunzuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli şəxs kimi onlar tərəfindən saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Nizami Rayon Polis İdarəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstün şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən əlində olan üzərində “BMW” yazısı olan narıncı rəngli sellofan torbanın içərisindəki qara rəngli bağlamanı təqdim etmiş və həmin bağlamanın içərisindəki maddənin marixuana olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşının Bakı şəhərində olan tanışı tərəfindən əvvəlcədən “GünayBank”-ın üzərindəki binanın qarşısında olan zibil yeşiklərinin yanında gizlədilmiş yerdən götürdüyünü, İran İslam Respublikasının vətəndaşının ona deyəcəyi yerə qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın çərisində marixuanaya bənzər maddə sübut əhəmiyyətinə malik olduğundan onlar tərəfindən zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs Nizami rayonu, Q.Qarayev prospekti 20 saylı binanın 2-ci girişində nə etməsi ilə bağlı sual verildikdə o, həmin binanın 2-ci mərtəbəsində su sayğacı qutusunun içərisində İran İslam Respublikasının vətəndaşının Bakı şəhərində olan tanışı tərəfindən əvvəlcədən gizlətdiyi heroin və metamfetamin narkotik vasitəni götürmək üçün girdiyini bildirmişdir. Nizami rayonu, Q.Qarayev prospekti 20 saylı ünvanda 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən yaşıl rəngli su sayğacının qutusunun içərisində Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirdikdə 1 ədəd bükümdə skoçla bağlanmış bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində metamfetamin və heroin olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının Bakı şəhərində olan tanışı tərəfindən ora qoyulduğunu və ona götürməsi üçün xəbər verildiyini, lakin saxlanıldığı üçün götürə bilmədiyini bildirmişdir. Həmin bağlama sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyulub qablaşdırılmış və Nizami Rayon Polis İdarəsinin 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında yerləşən açıq qəhvəyi rəngli tumbanın üstdən 1-ci siyirtməsində olan elektron tərəzini çıxarıb təqdim etmiş və həmin elektron tərəzidən narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Həmin elektron tərəzi sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyulub qablaşdırılmış və Nizami Rayon Polis İdarəsinin 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər və öz ifadələri ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun tanışıdır, onlar bir müddət birlikdə yaşamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini hal-hazırda təsdiq etmir. xx.xx.2022-ci il tarixdə gecə saat 01:00 radələrində o, Orxanla birlikdə saat yaşadıqları Yasamal rayonu, Ə.Cəmil küçəsi 38 ünvanında evdən çıxıb “GünayBank”-ın qarşısında taksidən düşərək, Orxanın əsgər yoldaşı olmuş Renat adlı şəxslə görüşmüşlər. Orxan həömin şəxslə bir qədər söhbət etdikdən sonra onlar taksi çağırmışlar, lakin həmin vaxt hava soyuq olduğuna görə binanın blokuna girərək orada taksi avtomobilini gözləmişlər. Bu zaman 3 nəfər polis əməkdaşı bloka girərək onları tutub Nizami rayon Polis İdarəsinə aparmışlar. Bölmədə olduqları zaman polis əməkdaşları onun və Orxanın qarşısına bir paket qoyaraq, ona həmin paketin içərisində kofe olduğunu bildirmişlər. Həmin vaxt o, paketin içərisinə baxdıqda orada həqiqətən kofe olduğunu görmüş, lakin sonradan həmin maddənin kofe deyil, narkotik vasitə olduğunu bilmişdir. Polis əməkdaşları həmin paketi Orxanın qabağına qoyaraq, narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsini tələb etmişlər. Orxan onların dedikləri ilə razılaşmadıqda polis əməkdaşları ona işgəncələr verərək, daha sonra Orxanı onun tutulması ilə hədələmişlər. Həmin vaxt polis əməkdaşları onu da narkotik vasitələrin satıcısı kimi cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdiklərinə görə o, onların dediyi ilə razılaşaraq həqiqətəuyğun olmayan məzmunda ifadə vermişdir. Orxanın narkotik vasitələrin istifadəçisi olduğu barədə bilsə də, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Onlar Orxanla birlikdə polis əməkdaşları tərəfindən saxlanıldıqları zaman nə Orxanın, nə də ki, onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 03:55-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 22). İşdə olan “şəxsi axtarış və götürülmə haqqında” 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Nizami Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Kənan Əliyev tərəfindən 20 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklifi olunur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan üzərində “BMW” yazısı olan narıncı rəngli paketin içərisindəki qara rəngli bağlamanı təqdim edərək onun içərisindəkinin narkotik vasitə sayılan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni X6 vətəndaşının Bakı şəhərində tanışı tərəfindən əvvəlcədən “Günay” bankın üzərindəki binanın qarşısından, zibil yeşiklərinin yanında gizlədilmiş yerdən götürdüyünü və İran İslam Respublikasının vətəndaşının ona deyəcəyi yerə qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt küçədə üzərində bağlamayal gəzməsi ilə əlaqədar sual verildikdə o narkotik vasitə olan marixuananı əldə etdiyi yerdə olan binanın 2ci blokunun 2-ci mərtəbəsindəki su sayğacının qutusunda İran İslam Respublikası vətəndaşının Bakı şəhərində olan tanışı tərəfindən əvvəlcədən gizlətdiyi heroin və metamfetamin narkotik vasitəni götürmək üçün getdiyini və həmin narkotik vasitələri də əldə etdikdən sonra İran İslam Respublikası vətəndaşının ona deyəcəyi yerə qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir (cild 01, iş vərəqə 32-33). İşdə olan “baxış və götürülmə aparılması haqqında” 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Nizami Rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru Kənan Əliyev Təqsirləndirilən şəxs xidməti otaqda baxış keçirilərkən bildirdiyi ünvan 6 ünvanda yerləşən 2-ci blokun 2-ci mərtəbəsindəki yaşıl rəngli su sayğacı qutusuna keçiriləcək baxış və götürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra ünvan 6 ünvanda yerləşən 2-ci blokun 2-ci mərtəbəsindəki yaşıl rəngli su sayğacı qutusu açıldıqda oradan 1 ədəd bükümdə skoçla bağlanılmış bağlama aşkar edilmişdir. Həmin bağlamaya baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində heroin və metamfetamin narkotik vasitələrin olduğunu və həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının Bakı şəhərində olan tanışı tərəfindən ora qoyulduğunu və ona götürməsi üçün xəbər verildiyini, lakin saxlanıldığı üçün götürə bilmədiyini qeyd etmişdir (cild 01, iş vər. 37- 38). İşdə olan Təqsirləndirilən şəxs Nizami rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısına ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısına müraciət edərək polis əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 23, mənzil 19 ünvavına baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (cild 01, iş vər. 40). İşdə olan “baxış və götürülmə aparılması haqqında” 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Nizami Rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru Kənan Əliyev Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanındakı evinə keçiriləcək baxış və götrürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra ünvan 1-a baxış keçirilərkən mənzildən içəri daxil olduqda sol tərəfdə yerləşən Təqsirləndirilən şəxs yataq otağında sağ tərəfdə yerləşən açıq qəhvəyi rəngli güzgülü tumbanın üst siyirməsini açaraq orada olan tərəzəini tumbanın üstünə qoyub təqdim edərək həmin tərəzi vasitəsilə narkotik vasitəni çəkdiyini bildirmişdir (cild 01, iş vər. 43-45). Məhkəmə-bioloji (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertizasının 20 fevral 2022-ci il tarixli 7/159 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narıncı rəngli polietilen bağlamadakı 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 3005 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər.63-64). Məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertizasının 20 fevral 2022-ci il tarixli 6/1048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs məxsus maddə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bağlamada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 35,195 qram, 20,268 qram ümumi təmzi çəkisi 55,463 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 01, iş vər. 65-69). Məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertizasının 20 fevral 2022-ci il tarixli 6/1049 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs məxsus tərəzi” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə-metamfetaminin və narkotik vasitə-heroinin izləri aşkar edilmişdir. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş (6/1048 nömrəli rəy) heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir (cild 01, iş vər. 71). İşdə olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 86-87). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-81/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 fevral 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 108-110). Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin 11 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.4, 62.1-ci maddələri ilə 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur. Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 65.3-cü maddələri ilə şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzası təyin edilmişdir. CM-nin 69.4-cü maddəsinə əsasən şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə cəzası ilə əvəz edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 01 il islah işləri cəzası təyin edilmişdir. Yasamal Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, iş vər. 127-129). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020xx.xx.2020-ci il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində stasionar müailəcədə olmuşdur (cild 01, iş vər. 136). «Videogörüntüyə baxış keçirilməsi haqqında» 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, 20 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru Kənan Əliyevin xidməti otağında Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götrürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklifi olunur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan üzərində “BMW” yazısı olan narıncı rəngli paketin içərisindəki qara rəngli bağlamanı təqdim edərək onun içərisindəkinin narkotik vasitə sayılan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni X6 vətəndaşının Bakı şəhərində tanışı tərəfindən əvvəlcədən “Günay” bankın üzərindəki binanın qarşısından, zibil yeşiklərinin yanında gizlədilmiş yerdən götürdüyünü və İran İslam Respublikasının vətəndaşının ona deyəcəyi yerə qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt küçədə üzərində bağlamayal gəzməsi ilə əlaqədar sual verildikdə o narkotik vasitə olan marixuananı əldə etdiyi yerdə olan binanın 2-ci blokunun 2-ci mərtəbəsindəki su sayğacının qutusunda İran İslam Respublikası vətəndaşının Bakı şəhərində olan tanışı tərəfindən əvvəlcədən gizlətdiyi heroin və metamfetamin narkotik vasitəni götürmək üçün getdiyini və həmin narkotik vasitələri də əldə etdikdən sonra İran İslam Respublikası vətəndaşının ona deyəcəyi yerə qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir (cild 01, iş vər. 137). «Videogörüntüyə baxış keçirilməsi haqqında» 19 mart 2022-ci il tarixli protokoldan görünür ki, 20 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru Kənan Əliyev Təqsirləndirilən şəxs xidməti otaqda baxış keçirilərkən bildirdiyi ünvan 6 ünvanda yerləşən 2-ci blokun 2-ci mərtəbəsindəki yaşıl rəngli su sayğacı qutusuna keçiriləcək baxış və götrürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra ünvan 6 ünvanda yerləşən 2-ci blokun 2-ci mərtəbəsindəki yaşıl rəngli su sayğacı qutusu açıldıqda oradan 1 ədəd bükümdə skoçla bağlanılmış bağlama aşkar edilmişdir. Həmin bağlamaya baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində heroin və metamfetamin narkotik vasitələrin olduğunu və həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının Bakı şəhərində olan tanışı tərəfindən ora qoyulduğunu və ona götürməsi üçün xəbər verildiyini, lakin saxlanıldığı üçün götürə bilmədiyini qeyd etmişdir (cild 01, iş vər.138) «Videogörüntüyə baxış keçirilməsi haqqında» 26 mart 2022-ci il tarixli protokoldan görünür ki, Nizami Rayon Polis İdarəsinin təhqiqatçısı, polis mayoru Kənan Əliyev Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşayan ünvan 1 ünvanındakı evinə keçiriləcək baxış və götrürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra ünvan 1-a baxış keçirilərkən mənzildən içəri daxil olduqda sol tərəfdə yerləşən Təqsirləndirilən şəxs yataq otağında sağ tərəfdə yerləşən açıq qəhvəyi rəngli güzgülü tumbanın üst siyirməsini açaraq orada olan tərəzəini tumbanın üstünə qoyub təqdim edərək həmin tərəzi vasitəsilə narkotik vasitəni çəkdiyini bildirmişdir (cild 01, iş vər. 139). «Mobil telefona baxış keçirilməsi haqqında» 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung A32” markalı ***-***-**-** saylı nömrə altında işləyən mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı, ***-***-**-** saylı nömrə altında işləyən mobil telefonda olan “Whatsapp” proqramında onun müxtəlif şəxslərlə narkotik məzmunlu yazışmaları olduğu müəyyən edilmişdir. Belə ki, mobil telefonda olan “Whatsapp” proqramina baxış keçirdikdə mesajlar bölümündə “Sevgilim (MəşTaGa)” adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrədən 18 oktyabr 2021-ci il tarixdən 21 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik məzmunlu müxtəlif mesajlar, səsli mesajlar və tərəzi üzərində olan narkotikə bənzər maddələrin şəkilləri göndərilmiş və eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitələrin alışı və satışı ilə bağlı mesajlar, səsli mesajlar və şəkillər getmişdir. “Xirda-sey” adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrədən 12 noyabr 2021-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik tərkibli dərman olan metadon barədə mesajlar, səsli mesajlar göndərilmiş eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik tərkibli dərman olan metadon satması barədə mesajlar, səsli mesajlar mesajlar və şəkillər getmişdir. “Şöşi” adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrədən 23 noyabr 2021-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ondan narkotik vasitə patı alması ilə bağlı mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar, həmçinin narkotik vasitəni digər alıcının götürməsi üçün məkan şəkilləri getmişdir. “Elio” adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrədən 12 oktyabr 2021-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitə alqı-satqısı ilə bağlı mesajlar səsli mesajlar, eləcə də bank hesablarına müəyən miqdarlarda pul məbləği göndərilməsi ilə bağlı qəbz şəkilləri, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. “Joni-Jon” adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrədən 29 dekabr 2021-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ondan narkotik vasitə alması ilə bağlı mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar, həmçinin səsi mesajlar getdiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrədən 12 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ondan narkotik tərkibli dərmanlar olan alisa və M40 istəməsi ilə bağlı mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrədən 29 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ondan pati adlandirdiqlari narkotik vasitə istəməsi ilə bağlı mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə yazılı və səsli mesajlar getdiyi müəyyən edilmişdir. “Marif-Evlax” adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrədən 18 oktyabr 2021-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitə alqı-satqısı ilə bağlı mesajlar səsli mesajlar, eləcə də bank hesablarına müəyən miqdarlarda pul məbləği göndərilməsi ilə mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə yazılı və səsli mesajlar getdiyi müəyyən edilmişdir. “Bicjo” adı ilə qeydiyyatdan keçmiş ***- ***-**-** saylı mobil nömrədən 25 sentyabr 2021-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitə alqısatqısı ilə bağlı mesajlar eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrədən 04 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitə alqı-satqısı ilə bağlı mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. “Cəncə-Anar” adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrədən 30 sentyabr 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ondan pati və kola adlanan narkotik vasitə istəməsi ilə bağlı alqı-satqı məzmunlu səsli mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. “Niziko” adı ilə qeydiyyatdan keçmiş ***-***-**- ** saylı mobil nömrədən 12 oktyabr 2021-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitə alqısatqısı ilə bağlı mesajlar səsli mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrədən 23 noyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ondan kola və payi adlanan narkotik vasitə istəməsi ilə alqı-satqı məzmunlu mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrədən 05 yanvar 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik tərkibli dərman alqı-satqısı ilə bağlı mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik tərkibli dərman satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrədən 31 dekabr 2021-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitə alqı-satqısı ilə bağlı mesajlar səsli mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrədən 09 dekabr 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitə alqı-satqısı ilə bağlı mesajlar səsli mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. “Nahid” adı ilə qeydiyyatdan keçmiş ***-***-**-** saylı mobil nömrədən 05 oktyabr 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitə alqı-satqısı ilə bağlı mesajlar səsli mesajlar, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir. “N/-\S” adı ilə qeydiyyatdan keçmiş +**********56 saylı İran islam Respublikasına məxsus mobil nömrədən 12 oktyabr 2021-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitə alqı-satqısı ilə bağlı mesajlar səsli mesajlar, narkotik vasitəyə bənzər maddələrin tərəzi üzərində şəkilləri, sonuncu narkotik vasitələri Nizami rayonunda qoyduğu yerlərin fotoşəkilləri, eləcə dəeləcə də bank hesablarına 1000 manat miqdarlarda pul məbləği göndərilməsi ilə bağlı qəbz şəkilləri, eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik vasitə satması barədə mesajlar getdiyi müəyyən edilmişdir (cild 01, iş vər. 164-166). Məhkəmə-narkoloji ekspertizasının 15 mart 2022-ci il tarixli 1324 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 178-179). İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs polis əməkdaşların tərəfindən döyülməsi barədə Bakı şəhəri Nizami RPİ-dən daxil omuş məlumat əsasında aparılmış araşdırma nəticəsində cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 187- 189). «Telefon danşıqları cədvəlinə baxış keçirilməsi haqqında» 06 iyun 2022-ci il protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-12100/22 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilərkən SMS_Tarixçəsi__**********3855_705600757 və SMS **********3859__705600757” adlı fayllar açıldıqda ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və həmin mobil nömrədən çıxan, iş üçün əhəmiyyət kəsb edən SMS məzmunlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarix saat 20.40.43-də ***-***-**-** nömrəsindən “Ala bu da nem num edir. Sene birazdan 30 manat borcumu verende hesablasarig, 0,2 komey ede bilersen?”, xx.xx.2021-ci il tarix saat 00:37:52-də ***-***-**-** nömrəsindən “Qoydum pillekenin resotkasinin yanina ag kagiza bukulu”, xx.xx.2021-ci il tarix saat 20:35.45-də ***-***-**-** nömrəsindən “Bu gun 800 defe sene zeng elemishem. Pul gelib gedib, gelib gedib. Biraz sonra goturecem yene pul. M40 var. 8 eded”, xx.xx.2021-ci il tarix saat 20:47:42-də ***-***-**-** nömrəsindən “ Ay qaqas qapidan getirib kime vererim cavab verdin telefkna? Qaqash derman var?” xx.xx.2021-ci il tarix saat 16:59:57-də ***-***-**-** nömrəsindən “salam. Sene borcumun evezine bir de telefonun evezine kola versem goturersen?”, xx.xx.2021-ci il tarix saat 18:55:29-da ***-***- **-** nömrəsindən “Ay qaqash ograshin balasidir yalan deyen nece vaxtdi pulnan emelli bashli cetinliy cekiremk. Kolani indi uere bilerem ya da ki bukvalna yarim saat gözle 1 adama verib pulunu alib verecem sene” xx.xx.2021-ci il tarix saat 19:58:58-də ***-***-**-** nömrəsindən “Men geldim senin mertebede yarim saat dayandin birnece defe zeng eledim cavab vermedin dermani qoydum suourgenin arxasina cixib getdim. Onu ordan gotur sonra hesablasariq”, xx.xx.2021-ci il tarix saat 12:08:04-də ***-***-**-** nömrəsindən “Ay muxa kiminle deyise bilerem bir tike patiynan kolani? Geceye yoxumdu ograshdi. Guya sene deyeceydim patiynan kola deyismey olar. Eee sene de zeng catmir.” xx.xx.2021-ci il tarix saat 15:39:23-də ***-***-**-** nömrəsindən “İndi birqa yoxundu veziyyetden cixmaga? Sen cavab vermedin gece elyo dedi ver men deyishim verdim cinder goturdu getdi telefonu sondurdu. Geceden beri ne pul var ne pati ona gore hence eleye bilmemishem”, xx.xx.2021-ci il tarix saat 17:37:04-də ***-***-**-** nömrəsindən “Kola indi vaar”, xx.xx.2021ci il tarix saat 19:54:04-də ***-***-**-** nömrəsindən “25-e bir dene duzeler”, saat 20:24:58də “Alisalarin qayitdi”, saat 20:34:08-də “Mene puluynan 4 dene lazimdi” , xx.xx.2021-ci il tarix saat 17:06:47-də ***-***-**-** nömrəsindən “Salam pati var qaqash”, saat 18:03:46-da “Ok. Popozje podoydu. Kola nese zeif idi a dunen”, xx.xx.2021-ci il tarix saat 13:19:32-də ***-***-**-** nömrəsindən “Salam Qaqash kolaynan veziyyet necedi”, xx.xx.2021-ci il tarix saat 00:32:28-də ***-***-**-** nömrəsindən “Salam qaqas necesen? Atam 1 litr kola lazimdi”, xx.xx.2021-ci il tarix saat 16:17:02-də ***-***-**-** nömrəsindən “Muxa pulum axsham olacag indi veziyyet cox pisdi. Biraz kolan yoxdu veziyyetden cixmaga? Sene pul borclu idim vurdum senin karta duzdu? Bes sene on dene de alias verdim axi”, xx.xx.2021ci il tarix saat 17:59:19-də ***-***-**-** nömrəsindən “Heri. Voobshe bele pulnan almaga p var qaqash. 1 dene ozume lazimdi. Pulum otursun karta 2 dene k, 1 dene p isteyerem alinar?”, xx.xx.2021-ci il tarix saat 18:04:29-da ***-***-**-** nömrəsindən “Deyirem belke nasirnen danishim birdefelik 10 dene atdirim ne deyirsen”, xx.xx.2021-ci il tarix saat 19:32:50-də ***-***-**-** nömrəsindən “Ala prisipka olsaytdi sevinerdim evde lazim olur da herden. Bu heqiqeten pati idi amma toz da qaqash, fu ele hamisi ucsun”, xx.xx.2021-ci il tarix saat 22:53:26-də ***-***-**-** nömrəsindən “brat tema olacag, gedeceysen alatavaya? Olurem disimin agrisindan muxa Quran hakki. Pulu olan ushag da sikdirdi getdi” “ladno brat, gorum 1 yerden yarim dene tapim gedim eve”, xx.xx.2021-ci il tarix saat 04:56:49-da ***-***- **-** nömrəsindən “Ay gagash tema lazimdir”, xx.xx.2021-ci il tarix saat 14:15:38-də ***-***- **-** nömrəsindən “orxan salam brat. Pulum ancaq axsam olacaq veziyyet ise acinacaqlidi komey elini uzada bilersen? 2ci variant 3 dene kolani neceden verersen”, xx.xx.2021-ci il tarix saat 00:59:39-da ***-***-**-** nömrəsindən “menim cemisi 1-2 qram neyimse olur ito qret edende normal edirem. 1 denike senden nese istememishem ki, bu gun lazim idi deye sene dedim noram ver daje sabah pulunu vererem yananda kullu mioqdarnan getmeyden hec danismiram. Ona gore bele dobriy verdin? cox sagol”, xx.xx.2021-ci il tarix saat 20:14:28-də ***-***-**-** nömrəsindən “O gunu men 1 yere gedeceydim heqiqeten de mene normal tema lazim idi getdim sebuhiden borca goturdum. Neise. Zabe. İndi rovno 40 manatim var. Gelsem ne vere bilersen mene?” xx.xx.2021-ci il tarix saat 20:23:31-də ***-***- **-** nömrəsindən “Pulum 50 manatdi da 10 saxlamisham. Qaqash mene yarim p lazimdi bes kola ne qeder duzeler?”, xx.xx.2021-ci il tarix saat 17:11:23-də ***-***-**-** nömrəsindən “ salam. Evdesen qaqash, gelsem 1 tike p vere bilersen mene?” “ yoxdu yoxdu da canun sag olsun amma 0.3 u mene vermemisen brat, onun evezine men 1 qram kola vermisem.” “Oz aramizdi kolani da mene az vermisdin, kulyok qrishig 6.7 idi”, xx.xx.2021-ci il tarix saat 20:25:19-da ***-***-**-** nömrəsindən “Getmedin pati ucun?” “Ay orxan getmedin pati ucun?”, xx.xx.2021-ci il tarix saat 01:20:09-da ***-***-**-** nömrəsindən “Ay brat saat 2 oldu axi. Mene biraz p qoymag yadindan cixmasin”, saat 23:10:51-də “Ay qaqas xeberin var lap yaxshi. Sen mene 15 man k 20 man p vere bilirsense ne sikirem ona zeng edem ele gelib senimle uz uze oturub cekib goturerem de malimi”, xx.xx.2021-ci il tarix saat 14:15:10-da ***-***-**-** nömrəsindən “qaqash varindisa 1 tike pati da ver de mene”, xx.xx.2021-ci il tarix saat 22:20:24-də ***-***-**-** nömrəsindən “Qaqash senin bextindendi nedi yene emle gelmedi. Varyoxunu sen sikesen yalan deyenin gece teze adres Verdi orda da kola atdi p yox.” “O 20 m dan əlavə 15 m versəm 10 kola/ 5-də fanta alınar narmalniy?”, xx.xx.2021-ci il tarix saat 03:19:01-də ***-***-**-** nömrəsindən “ay qaqash day men neyneyim axi gelmishdim blokunun agzina kimi ki, sene pati verem cekmeye cavab vermedin. Sonra da deyirsen ki yalan danisirsan”, xx.xx.2021-ci il tarix saat 20:43:42-də ***-***-**-** nömrəsindən “Hem ele hem bele. Men ozum lomkadayam cunki cirig dunenden mali atmayib. 1 nefer de 5 dene isteyir 22 manatdan”, xx.xx.2021-ci il tarix saat 01:40:49-da ***- ***-**-** nömrəsindən “Ay blyaa bu nedi e ushag kimi kusursen. Gotur terezini get eve gelerem size”, xx.xx.2021-ci il tarix saat 14:56:30-da ***-***-**-** nömrəsindən “Brat bu nasir yene sene perevod edir strelkani 5 qrama gore”, saat 16:53:45-də “pati d aver 1 tike gardashimsan”, xx.xx.2021-ci il tarix saat 04:03:48-də ***-***-**-** nömrəsindən “Ay qaqas agriyiram, o gun gosterdiyin kulyoklardan 2 sini ver sabah 30 manat 1 qramin pulun vererem de. Eve gede bilmemisem ograsdi”, xx.xx.2021-ci il tarix saat 23:36:25-də ***-***- **-** nömrəsindən “450 m eliyir 25 qram”, xx.xx.2021-ci il tarix saat 20:59:34-də ***-***-**-** nömrəsindən “qaqash menim zaryadkam olur ona gore bilmey isteyirdim ne vaxt geleceyik? Birde ki gelib 0.5 i goture bilerem brat getmemishden qabag vazalsya bi”, xx.xx.2021-ci il tarix saat 02:28:10-da ***-***-**-** nömrəsindən “qaqash pulnan tema duzeler?”, xx.xx.2021-ci il tarix saat 20:11:22-də ***-***-**-** nömrəsindən “Goture bildin mal brat”, xx.xx.2021-ci il tarix saat 12:02:29-da ***-***-**-** nömrəsindən “Muxa 4 dene meti lazimdi imkan varsa duz qos”, xx.xx.2021-ci il tarix saat 18:07:57-də ***-***-**-** nömrəsindən “2 dene kola vermishdin mene demishdin ne vaxt istesen gelib goturersen. İndi 100 manat deyirsen? Mene komey elemey lazim deyil soxum o telefona.”, xx.xx.2021-ci il tarix saat 21:03:14-də ***-***-**-** nömrəsindən 2 pati+ 1kola emele geler, gelerse neceye emele geler. P neceyedi ki qaqash?” saat 21:43:09-da “Onda gelib 1 dene kola goturerem”, saat 23:21:29-da “Muxa pati var 1 qram?”, xx.xx.2022-ci il tarix saat 03:58:41-də ***-***-**-** nömrəsindən “Brat salam muzefferdi bayramin mubarek narahat eliyirem bagiüda 2 dene kok lazimdi 50 manata duzeler? Vajni lazim idi ona gore sene didim.”, xx.xx.2022-ci il tarix saat 23:05:51-də ***-***-**-** nömrəsindən “Yasamalda musabekov poketdearkinnan asagi dusende sagda ENGLİSSH HOME dukaniyla uzbeuz 5 mertebenin 1ci 23 nomreli blokunun yaninda sekildeki pencerenin resotkasinda qara”, xx.xx.2022-ci il tarix saat 23:32:04-də ***- ***-**-** nömrəsindən “Elmlerde metrodan huseyn cavid parkina yox o biri terefe 4 yol teref gedende FLO ayaqqabi dukaninin yaninnan sola don flo dukanin yaninda sekildeki masinin arxa tekerinin ustunde siqaret packasinda”, xx.xx.2022-ci il tarix saat 18:47:55-də ***-***-**- ** nömrəsindən “Orxan burdayam 14 man pulum var mene k birde biraz p vere bilersen agriyiram. Birde adi su”, xx.xx.2022-ci il tarix saat 17:43:34-də ***-***-**-** nömrəsindən “Mne 1 qr koli nujna i 0.3 padpres”, xx.xx.2022-ci il tarix saat 17:19:08-də ***-***-**-** nömrəsindən “Orik mne ujna kola İ padpres İ koluci tebe peredat svejis sa mnoy”, xx.xx.2022-ci il tarix saat 20:32:58-də ***-***-**-** nömrəsindən “Alisa ili resept sdelay plz” mesajları yazılması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarix saat 01:24:18-də ***-***-**-** saylı mobil nömrəyə “Ged gotur mene lazim deyil. Ne ozun eledin, nede mene imkan vermdedin eliyin. Bele olma ala, her ne gorub isteme. Sen koko vurursan, men vurmuram axi. Bu qarani.”, xx.xx.2021-ci il tarix saat 23:27:22-də ***-***-**-** saylı mobil nömrəyə “+**********16 saylı İran İslam Respublikasına məxsus mobil nömrə”, xx.xx.2021-ci il tarix saat 17:30:32-də ***-***-**-** saylı mobil nömrəyə “Mende var, ne lazimdi kola, pati, yoxsa derman.. qarada var aaa”, xx.xx.2021-ci il tarix saat 17:52:20-də ***-***-**-** saylı mobil nömrəyə “50 ne dumay sto tak doroqo, bir damci toz yoxdu, hamsi das qaya.” “Yox senin dozan coxdu. Ona gore sene zeyif geldi inan mene.”, xx.xx.2021-ci il tarix saat 21:46:59-da ***-***-**-** saylı mobil nömrəyə “He basa dusdum. İndi bu deqiqe gel bize, isim var sennen kakraz lomkadanda cixardaram seni. İndi gel gozleyirem seni tez.”, xx.xx.2021-ci il tarix saat 18:08:24-də ***-***-**-** saylı mobil nömrəyə “Nasirde tema yoxdu. Bunu bil. Amma menim ozumde (P) yoxdu. Bu gun goturecem.”, xx.xx.2021-ci il tarix saat 06:26:21-də ***- ***-**-** saylı mobil nömrəyə “Qaqasim eger terezi varindisa gotur onu gel bize. Eger terezi yoxdusa na soybetimiz qaldi sehere. Sen 5 denenin pulunu duzeldene qeder. Tam hamisini pulu duzelt”, xx.xx.2021-ci il tarix saat 01:03:11-də ***-***-**-** saylı mobil nömrəyə “qaqas das dasimisan?? Yarim qram senin fikrince azdi?? Eger yarim grete azdisa day sene sozum yoxdu.”, xx.xx.2021-ci il tarix saat 18:23:55-də ***-***-**-** saylı mobil nömrəyə “Beyem birdefeynen qurtardi. Sen yene lomkada olacaxsanmene deyeceysen pulum yoxdu agriyiram. Onda deyecem gel. Beyem bu yarimnan vidalasirix???”, saat 18:28:48-də “Yeri gelende mali atdiran MEN, yerden goturen MEN getiren MEN. Sen hele bele yanimda gezib firlanmaginnan yarim qram qabag dusursen, ito nedovolin. Risk eliyirsen?”, saat 20:20:22də “30 M 1qr butov duzeler.. 10 manati saxla ozuncun yolpulu edersen”, saat 01:23:24-də “Anamin cani mende soxdum getdim. Yari bisirdim vurdu, gordum ki neyse nedabordi, partkoja vururam axi, ona gore nedabor oldi, atdim obirisi yarimida bisirdim.”, xx.xx.2021-ci il tarix saat 22:13:38-də ***-***-**-** saylı mobil nömrəyə “İndi tem atmalidirlar, eger isin zadin yoxdusa ozun bilirsen neynemek lazimdi.”, saat 22:16:07-də “Qaqas pati cekmek isteyirsen gel bize evdeyem, gel qapini doy acim.”, xx.xx.2021-ci il tarix saat 17:25:13-də ***-***-**-** saylı mobil nömrəyə “Qaqas dunen 0.3 pati verdim yoxdu day cekdim.” , xx.xx.2021-ci il tarix saat 23:05:56-da ***-***-**-** saylı mobil nömrəyə “Sene demisem axi, ozude defelernen, Nasirden tema isteme, ona zeng eleme tema deme. Bu isler hamisi cerez men gedir. Sen yenede ona yigirsan axi niye. Dedim axi sene her bir kelmeden menim xeberim olur. Hamsini bilirem sen basqalari Nairnen danismagdanhamisina kursam. Xeyri yoxdu yenede ona yigirsan.”, saat 23:33:02-də “Ay qaqas, ay brat Vallah serf elemir sen deyen qiymetnen, riskine deymir. Onlara serf eliyir. Cunki oturublar İranda ne siklerine, riski eliyen basqasidi, ona gore.”, “Brat elim catir menim, amma bu qiymetnen 30k.. 40p bes-bes gotursen, 25k..30p.. on-on gotursen 20k.. 25p.”, “dene-dene istesen 30k...50p...yarim istesen 20k...25p.. Bu denelerin qiymetleri.”, xx.xx.2021-ci il tarix saat 01:02:29-da ***-***-**-** saylı mobil nömrəyə “Kolbani getir, birdene lezztdi yasil zelyonkla tapmisam senin ucun”, xx.xx.2021-ci il tarix saat 06:16:56-də ***-***-**-** saylı mobil nömrəyə “ged indi axtar gor harda mennen ucuz yer tapa bilirsen. Xuy hec harda tapa bilmiyeceysen mennen ucuz yoxdu. Daha yanima gelme.”, xx.xx.2021-ci il tarix saat 17:57:30-da ***-***-**-** saylı mobil nömrəyə Ay Feyzi niye bele eliyirsen axi? Bes men camahata pul vermeliyem ki tezden yene temna goturum, pulum kemdi catmir sene gore ilisib qalmisam nece edim men yetim.”, xx.xx.2021-ci il tarix saat 17:02:37-də ***-***-**-** saylı mobil nömrəyə “Brat and icir soyus soyur ki yoxdu alisa isteyir elin catir alisaya goturey her liste 5 manat tutax”, xx.xx.2021-ci il tarix saat 00:01:51-də ***-***-**-** saylı mobil nömrəyə “Qaqasi PT var mende ozun bilirsen axi.”, xx.xx.2021-ci il tarix saat 20:40:31-də ***-***-**-** saylı mobil nömrəyə “Tema sorusursan mende deyirem satdix isteyirsen yoxsa nece lomkadan cixmaga”, xx.xx.2021-ci il tarix saat 01:49:46-da ***-***-**-** saylı mobil nömrəyə “Vereceksen 20 manata qrami yoxsa yox. De bilim isimi, yoxsa gedim Boyukagadan goturum, kakraz geyinmisem eynimi o terefe gedirem”, xx.xx.2021-ci il tarix saat 14:25:41-də ***-***-**-** saylı mobil nömrəyə “Gel bize men qalxa bilmirem verecem arvada otursun sene siqaret qutusunda”, xx.xx.2021-ci il tarix saat 21:11:16-da ***-***-**-** saylı mobil nömrəyə “Nasir zeng eledi mene dedi hacan ayaga qalxsan deyersen mal atacax gedib goturecem ordan 3 qr sene verecem on skazal 3 qr verersen Terlana 7 qr senin ozuvun.”, xx.xx.2021-ci il tarix saat 23:36:23-də ***-***-**-** saylı mobil nömrəyə “450 m eliyir 25 qram. 10 manat verecem sene rasot sennen acix”, xx.xx.2021-ci il tarix saat 04:44:24-də ***-***-**-** saylı mobil nömrəyə “Yox evde deyilem gedmisem tema goturmeye atdirmisam zig kruqu.”, xx.xx.2021-ci il tarix saat 21:13:40-da ***-***-**-** saylı mobil nömrəyə “2-P...1/k rovni 105 manat ni bolsi ni mensi”, xx.xx.2021-ci il tarix saat 16:04:39-da ***-***-**-** saylı mobil nömrəyə “Gelirem ala pula gore gecimirem eze tema goturdum, ona gore ngecikdim.”, xx.xx.2022-ci il tarix saat 01:33:36-da ***-***-**-** saylı mobil nömrəyə Brat kola butov 30m.. yari 20m (Pati) butov 40m..yari 20 m..danisdim onunla qaqasim Vallah asagi elemir. Deyir nece asagi eliyim. Bileceriden gelirem 20 yanvara sene gore taksiynen.”, xx.xx.2022-ci il tarix saat 03:42:26-da ***-***-**-** saylı mobil nömrəyə “Hecne zakladsik telefonu suya salib pox olub butun isler. Bele dediler.” məzmunlu mesajları göndərilməsi müəyyən edilmişdir (cild 01, iş vər. 190-193) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından naməlum mənbəyə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 01, iş vər. 282-283). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “Baxış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi haqqında” 20 fevral 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, narkotik vasitə marixuananın 500 qramdan artıq olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, maddi sübutlarla, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən istifadəsində olmuş telefon nömrəsi ilə aparılmış sms yazışmalarının məzmununu və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olmadığı, polis bölməsində olduğu vaxt ona qarşı işgəncələr edildiyi və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin ora polis əməkdaşları tərəfindən qoyulduğu barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sadalanan mövqeyinə uyğun olaraq Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs zorakılığa məruz qalaraq, qeyri-qanuni hərəkətlər edilərək xəsarətlər alması faktına münasibətdə qeyd edir ki, qeyd edilən məsələyə Bakı şəhəri Nizami Rayon Prokurorluğunun müstəntiqi X1 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarı ilə qiymət verilməklə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan zorakılığa məruz qalması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması müəyyən olunduğuna görə rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını və himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, iş vər. 127-129). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkum olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 20 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxsu opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 3004,8 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 55,363 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL- 12100/22 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung A32” markalı, ***-***- **-** saylı nömrə altında işlənən mobil telefon aparatı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 208,82 manat (iki yüz səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 3004,8 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 55,363 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış zaman qeydə alınmış videogörüntülər olan iki ədəd «DVD» disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL- 12100/22 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus “Samsung A32” markalı, ***-***-**- ** saylı nömrə altında işlənən mobil telefon aparatı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin. İş üzrə ekspertiza xərcləri cəmi 208,82 manat (iki yüz səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlətin büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1351/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1351/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver