Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1351/2025 07.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8, inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs 20 dekabr 2024-cü il tarixdə saat 00:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Pişəvari küçəsi 5 saylı evin həyətində uşaqlıq dostu və qonşusu olan Zərərçəkmiş şəxs ilə söhbət etdiyi zaman Zərərçəkmiş şəxs səbəbsiz olaraq ona qarşı kobudluq edib, “şapalaqlayacağı” ilə hədələyib, əlini qaldıraraq onu vurmaq istədiyindən hiddətlənərək bu səbəbdən özündə olan, istintaqla müəyyən edilməyən kəsici-deşici alətlə-bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə vurub Zərərçəkmiş şəxs soltərəfli hemotoraksla (döş boşluğuna sərbəst qanın yığılması) və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Sübutların tədqiqi: 3.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Ramal Bəhramovla birlikdə məhəllədə söhbət etdikləri zaman qardaşına zəng edərək onlara içki alıb gətirməsini demişdir. Bundan sonra qardaşı içkilərini alıb onlara gətirmiş və 1-2 dəqiqə dayandıqdan sonra isə çıxıb getmişdir. Ramalla əyləşərək pivə və “Jaguar” içkiləri qəbul etmişlər, zarafatlaşarkən Ramal onu vuracağını demiş, bu hadisədən sonra o da içkinin təsiri altında olduğundan və özündə olmadığından bilmədən bıçaqla Ramalı vurmuşdur. Bundan sonra Ramala kömək etmək istəmiş, lakin Ramal ona “sən get, mən özüm gedəcəm” demiş və o hadisə yerindən çıxıb getmişdir. Hadisə zamanı zərərəçəkmiş şəxs tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş və söyüş söyülməmişdir. Hadisəyə kimi Ramalla münasibətləri yaxşı olmuş və hadisədən sonra xəstəxanaya aparmaq istəsə də Ramal etiraz edərək yaxşı olduğunu bildirmişdir. O, həmin vaxt üzərində olan bıçağı maşının naqillərini düzəltmək üçün götürmüş, sonradan evə qoyacağını düşünmüş, lakin dostunun maşınını düzəltdiyindən bıçaq özündə qalmış və hadisəyə kimi bıçağı zərərçəkmiş şəxsə nümayiş etdirməmişdir. Həmin bıçaq açılıb-bağlanan bıçaqlardan olmuş və uşaqlıq dövründən evdə olmuşdur. Hadisədən sonra bıçağı hara atdığını bilməmişdir. Xəstəxanada olduğu vaxt Ramalın yanına getmiş, danışdığı vaxt Ramal polislərin onu axtardığını deməmiş və polisin gəlib Ramaldan ifadə almasını soruşmamışdır. Axtarışda olmasından onun məlumatı olmamış, hadisə törətdikdən sonra polisdən gizlənməmiş, polis onu çağırmamış və hadisədən sonra həm evdə, həm də iş yerində qalmışdır. O, hadisədən bir-iki ay sonra polislər tərəfindən “Meyvə bazarı” deyilən yerdə saxlanılmışdır. Təqsirləndirilən şəxs ailə üzvlərindən qardaşının 1-ci qrup əlil olmaqla iflic olduğunu, kuryer kimi fəaliyyət göstərərək ailəsinə baxdığını və əməlindən peşman olduğunu bildirmişdir. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyildir. Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsindən tanımışdır. Ramal ilə eyni məhəllədə böyüdüyündən uşaqlıqdan demək olar ki, onların hər günü bir keçmişdir. 19 dekabr 2024cü il tarixdə saat 22.30 radələrində Ramal ilə yaşadıqları məhəllədə görüşmüş, bir qədər oturub söhbət etdikdən sonra o, qardaşı Əvəzə zəng edərək onlara spirli içki alıb gətirməsini xahiş etmişdir. Təqribən saat 23.30 radələrində onun qardaşı Əvəz məhəlləyə gələrək onlara pivə və “Yaquar” alıb gətirmiş, qardaşının özü də onlarla oturmuşdur. Onun özü və Ramal spirtli içkilərdən içməyə başlamışdır. O, ikin olaraq “Yaquar”, Ramal isə pivə içmişdir. Az sonra onun qardaşı Əvəz çıxıb getmişdir. O və Ramal isə söhbət edərək spirtli içkiləri içməyə davam etmişlər. “Yaquar” içdikdən sonra onun özü 2 şüşə pivə də içmişdir. Ramal isə səhv etmirsə ancaq pivə içmişdir. Spirtli içkiləri içdikdən sonra onlar bir biri ilə zarafatlaşmağa, sonra itələşməyə başlamışlar. Zarafatlaşdıqdan sonra oturub söhbət etməyə davam etmişlər. Bu zaman o, spirtli içkinin təsiri altında üzərində olan bıçağı çıxardıb Ramala göstərmişdir. Bu zaman Ramal bıçağı yığışdırmağını ona bildirdikdə Ramala zarafatla “səni vuraram” demişdir. Ramal isə ona cavabında əlini göyə qaldıraraq “səni şapalaqlayaram” deyə bildirmişdir. Bu zaman o, Ramalın bu hərəkətindən hiddətlənərək əlində olan bıçaqla Ramalın sol böyründən zərbə ilə endirmişdir. Bıçağın Ramala girdyini hiss edərək ani məqamda ayılmış və öz özünə “nə etdim” deyə sual etmişdir. Bu zaman Ramal hadisə yerindən yola doğru hərəkət etməyə başlamışdır. Onun özü isə hadisənin təsirindən bir qədər hadisə yerində donub qaldıqdan sonra hadisə yerindən qaçaraq uzaqlaşmış və polisin onu tutacağından ehtiyyat edərək tutulanadək gizlənmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat təqribən 00.30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş vermişdir. Onun Ramalı vurmaq niyyəti olmamış, sadəcə spirtli içkinin təsiri altında zarfatlaşdıqdan sonra ani məqamda belə bir hadisə baş vermişdir. Ramal onun uşaqlıq dostudur. Hadisənin şahidi olmamışdır. Belə ki, hadisə zamanı hadisə yerində Ramaldan və ondan başqa kimsə yox idi. Onun qardaşı Əvəz gəlib onlara spirtli içkiləri verdikdən az sonra çıxıb getmişdir. Bu səbəbdən hadisə zamanı hadisə yerində ikisindən başqa kimsə olmamışdır. Hadisədən bir gün əvvəl həmin bıçaqla elektrik naqillərini təmizləyərək qəbul məntəqəsinə təhvil vermək istəmişdir. Naqilləri soyduqdan sonra bıçağı üzərində saxlamışdır ki, evə qoysun. Bu səbəbdən hadisə zamanı həmin bıçaq onun üzərində olmuşdur. Lakin hadisədən sonra həmin bıçağı yadında qalmadığı əraziyə atdığından həmin bıçağın harada olmasını deyə bilmir. Belə ki, hadisə zamanı spirtli içkinin, həmçinn hadisənin təsiri altında olduğundan bıçağı hansı əraziyə atmağı yadında qalmamışdır (İ cild, səh. 78-80,139-141). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə vaxtı Kamranla söhbətləşmişlər, Kamranı vuracağını demiş və bundan sonra biri-birinə əl qol atmışlar. Hadisənin necə olmasını özü də bilməmiş və mübahisələrindən sonra Kamran onu bıçaqla vurmuşdur. Bundan sonra Kamran əlində olan bıçağı tullamış və əllərini başına qoymuşdur. O, asta-asta yeriyən vaxt Kamran arxadan gələrək kömək etmək istəmiş, o isə Kamrana qayıtmasını demişdir. Sonra hadisə yerindən yola çıxdıqda məhəllə uşaqları olan Orxanı görərək onu xəstəxanaya aparmasını demişdir. Xəstəxanadan çıxandan sonra Kamranı görməmiş, tutulandan sonra görmüşdür. Xəstəxanaya Kamranın ailəsi gəlmiş və Kamranın özü onunla telefonda danışmışdır. Onlar mübahisə edən zaman özlərində olmamışlar, hadisəyə kimi Kamranla münasibətləri yaxşı olmuş və Kamranın üzərində heç bir vaxt bıçaq görməmişdir. O, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxs tərəfindən bütün xərcləri qarşılanmışdır. Şikayət və tələbi yoxdur. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla uşaqlıqdan dostluq edir. Belə ki, Kamranla eyni məhəllədə yaşadığından demək olar ki, onların hər günü bir yerdə keçmişdir. 19 dekabr 2024-cü il tarixdə təqribən saat 21:00 radələrində Kamranla görüşüb söhbət edə-edə gəzmişdir. Təqribən saat 22:30 radələrində yaşadıqları məhəllədə olan zaman Kamranın qardaşı Əvəz onların xahişi ilə onlara pivə və spirtli enerji içkisi olan “Yaquar” alıb gətirmişdir. Əvəz də onlarla birlikdə oturmuşdur. Onunla Kamran birlikdə enerji içkilərindən içib söhbət etmişlər. Az sonra Əvəz çıxıb getmiş, o, Kamranla içki içib söhbətlərinə davam etmişdir. Onun özü 3 şüşə pivə, Kamran isə əvvəl 1 banka “Yaquar”, daha sonra isə 2 şüşə pivə içmişdir. Onlar spirtli içkinin təsirindən bir-biri ilə zarafatlaşmağa başlamışlar. Hətta onlar zarafatyana itələşmişlər. Bundan sonra onlar zarafatlarını dayandırıb söhbət etmişlər. Həmin vaxt Kamran üzərində bıçağın olduğunu ona deyib üzərindəki bıçağı Kamran ona göstərdikdə Kamrana bıçağı yığışdırmasını bildirmişdir. Kamran isə ona cavab olaraq “bıçaqla səni vuraram” demişdir. O, Kamranla zarafatlaşdığına görə əlini göyə qaldırıb Kamrana “səni şapalaqlayaram” deyib zarafat etmişdir. Bu zaman Kamran ani məqamda əlində olan bıçaqla onun sol nahiyəsindən zərbə endirmişdir. Bu zaman Kamran nə etdiyini deyib təlaşa qapılmış və elə hadisə yerində qalmışdır. Onun özü isə yaşadığı məhəlləyə doğru hərəkət etmişdir. Bir qədər yeridikdən sonra məhəllə uşağı Orxanın idarə etdiyi “Kia” markalı sonu 171 olan dövlət qeydiyyat nişanlı avtomobili görüb avtomobilə yaxınlaşmış, Orxana Kamranın onu bıçaqla vurduğunu bildirib Orxandan onu xəstəxanaya aparmasını demişdir. Orxan onunla razılaşmış və daha sonra avtomobili ilə Orxan onu Sabunçu xəstəxanasına çatdırmışdır (İ cild, səh. 20-21). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, hadisə olan vaxt evə gedərkən yolda Ramalın böyrünü tuta-tuta gəldiyini görmüşdür. Nə olduğunu soruşduqda Ramal dava etdiyini və vurulduğunu demişdir. Köynəyini qaldırıb baxdıqda bıçaq zərbəsi aldığını görmüşdür. Ramal şok vəziyyətində olduğundan ona düzgün məlumat verməmişdir. Bundan sonra Ramalı xəstəxanaya apararaq həkimlərə təhvil vermişdir. Həmin vaxt Ramalın içkili vəziyyətdə olması hiss olunmuş, ona hadisənin məhəllələrində olduğunu demiş, lakin hadisənin kimin tərəfindən törədildiyini deməmişdir. Hadisə barəsində polisə xəstəxanada məlumat verilmiş, Ramalın ailəsinə isə o, xəbər vermişdir. Polislər onu əvvəlcə hadisə yerinə aparmış, həmin vaxt onlara zəng gəlmiş və Kamranın evinin hansı olduğunu soruşaraq hadisənin Kamran tərəfindən törədildiyini demişlər. Bu zaman o, hadisəni Kamranın törətdiyini bilmişdir. 8.Məhkəmə iclasında şahid X3 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla eyni məhəllədə yaşayır. 20 dekabr 2024-cü il tarixdə təqribən saat 00:30 radələrində idarə etdiyi “Kia” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Pişəvari küçəsində dayanan zaman Ramal ona yaxınlaşmışdır. Ramal söhbət zamanı ona bildirmişdir ki, məhəllə uşağı Kamranla zarafatlaşan zaman Kamrana onu şapalaqlayacağını dediyinə görə Kamran onu bıçaqlayıb və o, da xəsarət alıb. Ramal buna görə də ondan onu X12 təcili aparmağını xahiş etdikdə o, Ramala razılıq vermişdir. Bu xəbəri eşidən kimi və Ramalın özünü pis hiss etdiyini görüb Ramalı avtomobili ilə X12 gətirmiş və Ramal əməliyyat olunmuşdur. Tibb Mərkəzinə daha sonra Ramalın qohumları gəlmişdir. Ramalın qardaşı polisə şikayət etdiyi üçün onun özü bu barədə polisə məlumat verməmişdir. Kamranın Ramalı hansı şəraitdə və nəyə görə vurmasının şahidi olmamışdır. X10 arasında baş verdiyindən hadisənin şahidi olmamışdır (İ cild, səh. 111-112). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, yoldaşı onları tərk etmiş və oğlunun biri infarktdan dünyasını dəyişmişdir. Bir oğlu birinci qrup əlildir və bununla bağlı müavinət alır. Özü şəkər xəstəsi olduğundan işləyə bilmir. Evlərinə oğlu Kamran baxır və qızı da onlara maddi köməklik edir. 10.Məhkəmə iclasında Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsindən tanımış və Ramal onun qardaşı Kamranla dostluq edir. Ramal ilə Kamran eyni məhəllədə böyüdüklərindən uşaqlıqdan demək olar ki, bir yerdə olurlar. 19 dekabr 2024-cü il tarixdə saat 22.30 radələrində qardaşı Kamran ona zəng edərək Ramalla ona spirli içki alıb gətirməyini ondan xahiş etmişdir. Marketdən pivə və spirtli enerji içkisi olan “yaquar” alıb yaşadığı Bakı şəhəri, Sabunçu rayonu,Sabunçu qəsəbəsi, D.Pişəvari küçəsinə gəlmiş, içkiləri onlara vermişdir. Onun özü bir qədər Ramal və qardaşı Kamranla oturduqdan sonra çıxıb getmişdir. 20 dekabr 2024-cü İl tarixdə eşitmişdir ki, qardaşı Kamran Ramalı bıçaqla vurub və Ramal da Sabunçu xəstəxanasında əməliyyat olunub. Hadisənin şahidi olmadığından Kamranın Ramalı nəyə görə vurduğundan məlumatı yoxdur. O, onların yanında olan zaman onların arasında mübahisə olmamışdır və hər ikisi dostyana oturub söhbət etmişlər. Daha sonra qardaşı Kamran ona hadisənin necə olmasını danışandan sonra ona məlum olmuşdur ki, Ramal onun qardaşı Kamranla zarafat edən zaman Ramal əlini qaldırıb qardaşına “səni şapalaqlayaram” dediyi üçün qardaşı Kamran da Ramalı bıçaqla vurmuşdur. Bundan başqa onun heç bir məlumatı yoxdur (İ cild, səh. 114-115). 11.Məhkəmə-tibbi ekspertizasının 17 mart 2025-ci il tarixli, 519 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs soltərəfli hemotoraksla (döş boşluğuna sərbəst qanın yığılması) və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşicikəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. 2.Xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (İ cild, səh. 103-105). 12."xxxx" barədə 27 yanvar 2025-ci il tarixli, 618/2024-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, 1.2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəklərin arxa hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilərdi. 3.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəklərdə arxada solda aşkar edilmiş deşilmiş-kəsilmiş zədə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısında olan yara ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər (İ cild, səh. 38-40). 13."xxxx" barədə 23 yanvar 2025-ci il tarixli, 910/2024-TBŞ nömrəli ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB(İV) /axtarış vərəqəsinin kserosurətinə əsasən/. 2.Eskpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol kofta və uzunqol kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alındı, aqqlyutininlər isə alındı. Bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (İ cild, səh. 42-45). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 mart 2025-ci il tarixli, 888 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham oluan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 108-110). 15.«Sübutların qiymətləndirilməsi haqqında» 09 may 2025-ci il tarixli qərardan görünür ki, 25 dekabr 2024-cü il tarixdə X14 publik hüquqi şəxsdən götürülmüş Zərərçəkmiş şəxs məxsus uzunqol kişi köynəyi və qısaqol kişi köynəyi cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol kişi köynəyi və bir ədəd qısaqol kişi köynəyi saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir (İ cild, səh. 120-128). 16.«Axtarışda olan şəxsin tutulması barədə» 09 mart 2025-ci il tarixli protokodan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə Sabunçu rayonu ərazisində saxlanılaraq X9 təhvil verilməsi üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmişdir (İ cild, səh. 47). 17.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 4(008)- 115/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 90-96). 18.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 34). 19.İş materiallarında olan 19 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, hadisənin ilk günündən onunla maraqlanaraq dəymiş zərərləri ödədiyini, həmçinin onların uşaqlıq dostları olduqlarını və hadisənin istəmədən baş verdiyini bildirmişdir. 20.İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş 22 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər" altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyi olan şəxs Şahid1 (FİN xxxxxxx) qulluğa görə 100 (yüz) manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. (Təyinatın bitmə tarixi: müddətsiz bildirmişdir). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 25.Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma olan ictimai təhlükəli əməl hesab olunur və cinayət məsuliyyəti yaradır. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 mart 2025-ci il tarixli, 519 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş soltərəfli hemotoraksla (döş boşluğuna sərbəst qanın yığılması) və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasının həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olması, xəsarətin deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənməsi, törənmə müddətinin xx.xx.2024-cü il tarixə uyğun gələ bilməsi, xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsinin inkar olunması müəyyən edilir və həmin xəsarətlərin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı zamanı araşdırılmış subutlarla tam təsdiq olunur. 28.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 29.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 30.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. 32.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin Şəxsiyətinə uyğun olmalıdır. 33.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 34.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 35.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, birinci dərəcə əlilliyi olan şəxsə qulluq etməsini və əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 36.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 37.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 38.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 39.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 40.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 41.Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, birinci dərəcə əlilliyi olan şəxsə qulluq etməsi və əməlindən peşman olması kimi yüngülləşdirici halların məcmusunu, habelə törətdiyi cinayət əməlinə mənfi münasibəti kimi halları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. 42.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 43.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 45.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 46.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 47.Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 48.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 49.Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin ləğv edilməsini, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilməsini və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 50.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 51.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 53.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə əsasən, iş üzrə maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, bir ədəd uzunqol kişi köynəyinin və bir ədəd qısaqol kişi köynəyinin Zərərçəkmiş şəxs qaytarılmasını (qəbul edilmədikdə məhv edilməsini) əsaslı hesab edir. 54.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 55.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - bir ədəd uzunqol kişi köynəyi və bir ədəd qısaqol kişi köynəyi Zərərçəkmiş şəxs (qəbul edilmədikdə məhv edilsin) qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev