Məhkəmə qərarları › İş №1(101)-1352/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1352/2021

03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1352/2021 03.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Füzuli və Qubadlı Hərbi Məhkəməsinin 23 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 3 (üç) il sınaq müddəti müəyyən edilmiş), məhkumluğu ödənilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsi ev 13-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə 13 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən istirahət parkının yaxınlığında istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 5,658 qram külli miqdarda ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin və 0,427 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində daşımaqla saxlamış və 13 mart 2021-ci il tarixdə saat 21:40 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanda saxlanılaraq ünvan 2arəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən “West” markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofan bükümdə 0,427 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,851 qram, 0,376 qram, 0,861 qram, 0,993 qram, 0,906 qram, 0,912 qram, 0,373 qram, 0,386 qram, ümumi təmiz çəkisi 5,658 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 mart 2021-ci ildə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən istirahət parkında gəzən zaman yerdən “West” markalı siqaret qutusu tapmışdır. Qutunu götürüb yoxladıqda görmüşdür ki, içərisində 8 ədəd sellofan bükümdə metafetaminə bənzər, 1 ədəd sellofan bükümdə isə narkotik vasitə olan heroinə oxşayan maddə var. Narkotik vasitə istifadəçisi olduğundan həmin bükümləri istifadə etmək üçün gödəkcəsinin sağ cibinə qoymuşdur. Təxminən parkda 30-40 dəqiqə gəzdikdən sonra 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını deyib onlarla birlikdə Bakı şəhəri, Nizami RPİ-nə getmək lazım olduğunu bildirmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nizami RPİnə getmişdir. Bundan sonra idarənin xidməti otaqlarından birinə vəkil dəvət edilmiş və videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O da həmin siqaret qutusunu gödəkcəsinin sağ yan cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Həmin qutunun içərisində nə olduğu soruşulduqda 8 ədəd sellofan bükülüdə metafetamin və 1 ədəd sellofan bükülüdə isə heroin olduğunu, həmin maddələri tutulmazdan təxminən yarım saat əvvəl saxlanıldığı parkdan tapdığını və öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra həmin maddələr zərfə qoyulub möhürlənmiş, protokol tərtib edilib o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən yaşadığı evdə axtarış aparılmış, ancaq qanunsuz əşya aşkar edilməmişdir. Heroin və metafetamini falqanın üzərinə qoyub çəkmişdir. Əvvəllər heroin və metafetamindən bədənindəki ağrıları azaltmaq üçün istifadə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, əvvəllər Nizami rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 13 mart 2021-ci il tarixdə Elnur adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat raportla idarə rəisinə məruzə olunmuş, bundan sonra əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində Elnur adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən istirahət parkında olması dəqiqləşdirilmişdir. Saat 21:40 radələrində əməliyyat qrupunun üzvü ilə birlikdə həmin ünvana gəldikdə xarici əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən şəxsin olmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu dedikdə ona barəsində daxil olmuş əməliyyat məlumatının olduğunu bildirib onlarla birlikdə Nizami RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə Nizami RPİ-nə gəlmişdir. İdarədə videoçəkiliş ilə həyata keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunduqda sonuncu əynində olan gödəkcəsinin sağ yan cibində olan “West” markalı siqaret qutusunun içərisində 8 ədəd sellofan bükümdə ağ rəngli kristal maddəni və 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddəni təqdim edib bildirmişdir ki, 8 bükümdə olan maddələr metafetamin, 1 bükümdə olan maddə isə narkotik vasitə heroindir və onları şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonra bu barədə protokol tərtib edilmiş və oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunsuz başqa əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri şəxsi istifadəsi üçün aldığını və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılsa da, qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, həmin maddələri kiməsə satmasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 102-104). Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan açıq qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən “West” markalı siqaret qutusunun içərisindən şəffaf sellofanlara bükülmüş doqquz bükümü təqdim edərək həmin bükümlərdən səkkizində psixotrop maddə olan metafetamin, birində isə narkotik vasitə olan heroin olmasını, həmin maddələri Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən parkda tapmasını və şəxsi istifadəsi üçün saxlamasını bildirmişdir (cild 1, iş vərəqə 25-26). Cinayət işinin materiallarında olan “Axtarış və götürmə aparılması haqqında” 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanda keçirilmiş axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 76). Cinayət işinin materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı Mehrac Niftəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da təkliflə razılaşaraq əynində olan açıq qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən “West” markalı siqaret qutusunun içərisindən şəffaf sellofanlara bükülmüş doqquz büküm təqdim edərək həmin bükümlərdən səkkizində psixotrop maddə olan metafetamin, birində isə narkotik vasitə olen heroin olmasını, həmin maddələri Nizami rayonu Naxçıvanski küçəsində yerləşən parkda tapmasını və şəxsi istifadəsi üçün saxlamasını bildirmişdir (cild 1, iş vərəqə 79). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1039 saylı 14 mart 2021-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 162” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş 1 ədəd zərfin içərisindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,427 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 8 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,851 qram, 0,376 qram, 0,861 qram, 0,993 qram, 0,906 qram, 0,912 qram, 0,373 qram, 0,386 qram, ümumi təmiz çəkisi 5,658 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixrotrop maddə metafetamindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metafetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: Heroinin təmiz çəkisi 0,427 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,377 qram. Metafetaminin təmiz çəkisi 5,658 qram, tədqiqata sərf edildi 0,32 qram, qalıq 5,338 qram, cild 1, iş vərəqə 33-35). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 27 may 2021-ci il tarixli 1615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması mələhət görülmüşdür (cild 1, iş vərəqə 122-123). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, 25 iyun 2021-ci il tarixli qərarla şəxsi axtarış və götürmə aparılması və baxış keçirilməsi istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk, ümumi təmiz çəkisi 5,658 qram psixotrop maddə metafetamin və ümumi təmiz çəkisi 0,427 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqatdan sonrakı qalıq çəkiləri 5,338 qram psixotrop maddə metafetamin və 0,377 qram narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 128-132; 138). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 133-134). İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən istirahət parkının yaxınlığında istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 5,658 qram çəkidə külli miqdarda ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini və 0,427 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində daşımaqla saxlamış və 13 mart 2021-ci il tarixdə saat 21:40 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanda saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən “West” markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofan bükümdə 0,427 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,851 qram, 0,376 qram, 0,861 qram, 0,993 qram, 0,906 qram, 0,912 qram, 0,373 qram, 0,386 qram, ümumi təmiz çəkisi 5,658 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, əməliyyat məlumatı və məhkəməkimyəvi ekspertizasının rəyi ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi və satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, onu bükümlərə ayırmasını və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəyə aidiyyatı barədə məlumatı əldə etmiş və narkotik vasitə və psixotrop maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirinə rəhbərlik edərək həyata keçirmiş polis əməkdaşı Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni kiməsə satmasını müəyyənləşdirmək mümkün olmamış və onun yaşadığı evə baxış keçirilərkən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “telefon danışıqları siyahısına baxış keçirilməsi haqqında” protokollardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni kiməsə satmasını təsdiq edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqə 96-99). Cinayət işinin materiallarında olan narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə bu halı da nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metafetamin onun şəxsi istifadəsi ilə bağlı olmuşdur Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin 0,427 qram və psixotrop maddə metafetaminin külli miqdarda 5,658 qram olması kriteriyasından yanaşıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli və Qubadlı Hərbi Məhkəməsinin 23 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 3 (üç) il sınaq müddəti müəyyən edilmişdir (cild 1, iş vərəqə 83; 107-120). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən şərti məhkum edilmiş şəxslərin barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə sınaq müddəti başa çatdıqdan sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, o cümlədən cəzanı yüngülləşdirən halı, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 74). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 18). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 mart 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 71-72). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 mart 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,338 qram olan psixotrop maddə metafetamin və 0,377 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməli, baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197,198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,338 qram olan psixotrop maddə metafetamin və 0,377 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin, baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar