Məhkəmə qərarları › İş №1(101)-1352/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1352/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1352/2024 12.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 20 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Azad» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, «Azad» adlı şəxsin «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı, sonuncunun ona bildirdiyi məlum olmayan tarixdə və ünvandan ümumi təmiz çəkisi 99,572 qram olan külli miqdarda narkotik vasitə heroini və 81,149 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq, ünvan 2 ünvanının yaxınlığına daşımış, 20 sentyabr 2023-cü il tarixdə saat 01:50 radələrində həmin ünvanda Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, 13-cü polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə külli miqdarda - təmiz çəkisi 99,572 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd selofan bükümdə külli miqdarda - təmiz çəkisi 81,149 qram olan ağ rəngli kristalllik maddə kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamin, həmin gödəkçənin sol yan cibindən üzərində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan əvvəl həyat yoldaşı 2023-cü ilin aprel ayında həbs olunmuş və bundan sonra o, ərinin işlərini davam etdirmişdir. Belə ki, həbs olunduqdan sonra həyat yoldaşı Emil ona Azad adlı şəxslə əlaqə saxlamasını və Azadın dediyini yerinə yetirməsini bildirmişdir. O da ərinin dediyi kimi edərək Azad üçün narkokuriyerlik etmiş, yəni narkotik vasitələri qoyulan yerlərdən götürüb ona deyilən başqa yerlərə qoymuşdur. Sonuncu dəfə narkotik vasitəni Masazırdan götürüb taksi ilə evə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan vaxt onda 100 qram heroin və 100 qrama yaxın metamfetamin olduğunu, narkokuryerlik etdiyi üçün Azadın ona hər həftəyə 500 manat pul verdiyini, bu işlə tutulmamışdan dörd ay əvvəldən məşğul olduğunu, özünün isə səkkiz ay əvvəldən narkotiklərdən istifadə etdiyini, iki azyaşlı uşağının olduğunu, balaca qızının autizim xəstəliyinə tutulduğunu, əvvəllər təxminən 18 il hava limanında kinoloq vəzifəsində işlədiyini, polis əməkdaşları evə gələn zaman evdə anasının və iki uşağının olduğunu, həyat yoldaşı Emilin 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, Zaur adlı şəxsin Azada borclu olduğunu, tutulan vaxt işlədiyini, lakin həmin müddətdə məzuniyyətdə olduğunu, törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. 20 sentyabr 2023-cü il tarixdə 13-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid2lə birlikdə ünvan 4 ünvanının qarşısında Səbinə adlı xanımı saxlayıb şübhəli şəxs qismində 13-cü polis şöbəsinə dəvət etmişlər. Orada inzibati otaqların birində təhqiqatçının tərəfindən videçəkiliş aparılmaqla Səbinə xanımın üzərinə şəxzsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunla qadağan olunmuş əşya və predment olduğu halda, təqdim etməsi təklif olunmuşdur. Səbinə xanım əynində olan qara gödəkçənin sağ yan cibindən bükümlərdə olan heroini və metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs qadın olduğu üçün onun şəxsi axtarışı şöbədə xadimə kimi fəaliyyət göstərən Şahid3 iştirakı ilə aparılmışdır. Şəxsi axtarış zamanı Səbinədən əlavə olaraq mobil telefon, elektron tərəzi və siqaret götürülmüşdür. Həmin vaxt Səbinədən narkotik vasitəni üzərinidə saxlamasının səbəbi soruşulmuş, Səbinə isə iranlının narkotik vasitələri müəyyən yerlərə qoyduğunu və həmin yerlərin konumlarını ona atdığını, o isə, narkotik vasitəni həmin yerlərdən götürüb payladığını bildirdirmişdir. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunərkən onun həmin ifadəsində Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 105-107). Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid3 həmin ifadəsində bildirmişdir ki, o, Sabunçu RPİ, 13-cü Polis şöbəsində xadimə kimi fəaliyyət göstərir. X7 əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 20 sentyabr 2023cü il tarixdə saat 02 radələrində o, Bakıxanov qəsəbəsi, Məktəbli küçəsində yaşadığı evdə olan zaman 13-cü Polis şöbəsinin növbətçi hissəsindən onun mobil nömrəsinə zəng edilərək saxlanılan qadının üzərinə axtarış keçirilməsi zərurəti ilə bağlı polis şöbəsinə gəlmək xahiş edilmiş, o da, razılaşmışdır. Evi 13-cü PŞ-nə yaxın məsafədə yerləşdiyi üçün təxminən 10 dəqiqə sonra şöbəyə gəlmişdir. Polis şöbəsində əməliyyat müvəkkilləri Şahid2 və Şahid1la birlikdə təhqiqatçı İlqar Əsədovun xidməti otağında onun iştirakı ilə saxlanılan şübhəli şəxs X4 üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Şəbinə Nadirova əynində olan qara rəngli gödəçkənin sağ yan cibindən bir ədəd selofan bükümdə “kakos" adlanan və bir ədəd selofan bükümdə olan ağ rəngli “şüşə” adlanan metamfetamini, gödəkçənin sol yan cibindən isə elektron tərəzini çıxarıb təqdim etmişdir. Qadın olduğu üçün Şəbinə Nadirovaya özü yaxınlaşıb üzərində axtarışı davam etdirdikdə, onun əynində olan qara rəngli gödəkçənin sol cibindən “Sobranie” markalı siqaret və 1 ədəd “Redmi” markalı mobil telefon da aşkar edilmiş və təhqiqatçı sübut üçün lazım olduğundan həmin mobil telefonu götürmüşdür. Sorğu-sual zamanı Şəbinə Nadirova həmin qəhvəyi rəngli maddənin “kakos” adlanan narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli maddənin isə "patı” adlanan narkotik maddə olduğunu bildirmiş və İran vətəndaşınin göstərişi ilə deyilən ünvanlara qoymaq üçün əldə edib üzərində saxladığını etiraf etmiş, evində başqa heç bir narkotik maddələr olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən 2 ədəd selofan bükümdə olan maddələr və elektron tərəzi zərfə qabiaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 123-127). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 20 sentyabr 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə saat saat 01:50 radələrində X9 ünvan 2 ünvanının qarşısında Sabunçu RPİ, 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 və baş əməliyyat müvəkkili Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs qismində saxlanılaraq 13-cü polis şöbəsinə gətirilmiş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən, Şəbinə Nadirova əynində olan qara rəngli gödəçkənin sağ yan cibindən bir ədəd selofan bükümdə “kakos” adlanan narkotik vasitə olan heroini və bir ədəd selofan bükümdə olan ağ rəngli “şüşə” adlanan metamfetamini, gödəkçənin sol yan cibindən isə elektron tərəzini çıxarıb təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirildikdə əynində olan qara rəngli gödəkçənin sol cibindən "Sobranie” markalı siqaret və “Redmi” markalı mobil telefon da aşkar edilmiş və götürülmüşdür. Sorğu-sual zamanı o, həmin maddələrin “kakos” adlanan narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli maddənin isə “patı” adlanan narkotik maddə olduğunu, 16 sentyabr 2023-cü il rarixdə İran vətəndaşının “Whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi ünvan üzrə Masazır qəsəbəsindən götürdüyünü, həmin narkotikləri iranlının göstərişi ilə deyilən ünvanlara qoymaq üçün əldə edib üzərində saxladığını etiraf etmiş, evində başqa heç bir narkotik maddələr olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd selofan bükümdə olan maddələr və elektron tərəzi zərfə qablaşdırıtaraq üzəri “DİN-in “Zərflər üçün 160” nömrəli möhürü ilə möhürlənmiş və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 26-27). Cinayət işinə əlavə olunmuş 01 oktyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə X4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər yerləşdirilmiş və həmin görüntülərin 20 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla uyğunluq təşkiol etməsi müəyyən olunur (cild 1, iş vərəqi 92-94). Məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2023-cü il tarixli 3-16/2-6/4954 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 160” dairəvi möhür əksi, “ Vət. X5 üzərindən...” və s. sözlər, imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 81,149 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 99,572 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. (Qeyd: Metamfetamin - 81,149 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 81,049 qram, heroin - 99,572 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 99,472 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin ““Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir (cild 1, iş vərəqi 35-39). Məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2023-cü il tarixli 7917 nömrəli rəyindən görünür ki, müayinə zamanı X6 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 120-121). Cinayət işində olan“Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 24 oktyabr 2023-cü il tarixli 7765 saylı məktubundan görünür ki, X9 arxiv məlumatına görə hal-hazırkı tarixədək xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 61). Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən təqsirləndirilən şəxs X4 istifadəsində olmuş 099 ***-**-** saylı abonent nömrəsinə 01 yanvar 2023-cü il tarixindən 21 sentyabr 2023-cü il tarixədək daxil olan, çıxan zənglərin, mesaj mətnlərinin və anten dairələrinə dair telefon məlumatları olan 1 ədəd DVD disk daxil olmuş, diskə baxış zamanı "SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması”, “Zənglərin Detallaşması”, “X1”, X1” adlı 8 ədəd pdf formatlı faylların olması müəyyən edilmişdir. “SMS Tarixçəsi” faylları açıldıqda xx-xx-2023-cü il tarixdə saat 14:12 radələrində təqsirləndirilən şəxs Şəbinə Nadirovanın istifadəsində olan +**********13 saylı abonent nömrəsindən +**********62 saylı mobil nömrəsinə göndərilmiş “Men gedirem. Temani zk qoymusam zeng edersen pulu karta atarsan yerin deyerem goturersen.” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 15:02 radələrində təqsirləndirilən şəxs Şəbinə Nadirovanın istifadəsində olan +**********13 saylı abonent nömrəsindən +**********77 saylı abonent nömrəsinə göndərilmiş “Zaur ne polucaetsa s dengami? on suka uje kogo to poprosil mne s Baku paren zvonit, cto otvet Azadu’ məzmununda; xx-xx-2023-cü il tarixdə saat 19:06 radələrində +**********26 saylı abonent nömrəsindən təqsirləndirilən şəxs Şəbinə Nadirovanın istifadəsində olan +**********13 nömrəsinə göndərilmiş “Sebish privet bax xocew ver xocew ne ver duzdu axırda hemiwe men pis oluram no uje privik ya tebe ne kkidal 170 manat pul qalmiwdi mende onun 30zun eminqiilde sene verdim 140 mende qaldi ti sama u nas skazala na apiraciyu ostav sebe vot vso cto ostalos u mena a tak mal senen firladan nakiwidi ya teba na decil ne kinul i daje ne podumal neise posle ne budu pisat no yA ne v ponatke dosixpor potomu doljen bil skazat wesliva allah seni qorusun.” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 19:23 radələrində +**********34 saylı abonent nömrəsindən təqsirləndirilən şəxs Şəbinə Nadirovanın istifadəsində olan +**********13 saylı abonent nömrəsinə göndərilmiş “Sebiw qurban sene nolar biraz cox qoyarsanda nolar hemise cox qoymusan yaxsi qoymusan Allah seni var elesin” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 19:53 radələrində +**********68 saylı abonent nömrəsindən təqsirləndirilən şəxs Şəbinə Nadirovanın istifadəsində olan +**********13 saylı abonent nömrəsinə göndərilmiş “Sebiş 20 yə gücüm çatmır 15dən alinar 2qram götürüm birdə yarı daş, yox 0.2zad qoya bilərsən onada 10 manat verim opşi 40nəğd verəcəm”, xx-xx-2023cü il tarixdə saat 23:02 radələrində +**********68 nömrəsindən göndərilmiş “səbiş gəlirəm imkan varsa 02də daş qoy 20 atacam kartiva 5 burdan borclu qalaram 25de borcum var idj” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 22:33 radələrində +**********43 saylı abonent nömrəsindən təqsirləndirilən şəxs Şəbinə Nadirovanın istifadəsində olan +**********13 nömrəsinə göndərilmiş “Farida uje usla esli U tebya est torpaq pomenyalis bi da s daş ilə” məzmununda; xx-xx-2023-cü il tarixdə saat 17:04 radədə **********910 saylf abonent nömrəsindən təqsirləndirilən şəxs Şəbinə Nadirovanm istifadəsində olan +**********13 nömrəsinə göndərilmiş “Sabina men yanu sene hecne demirem men maii piwirirem senel onun terkibinde o geder gatgi var ozude mohur oomoyemu osadok znayew kakoy bil ujas olmesem yaxwidi sen onlara denen da bela olmaz ya tri etire filtra pomenala yenadaa grazniy bil cert s nim grazniy ee lijbi ne trixala’ məzmununda narkotik vasitələrin və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsinə dəlalət edən SMS mesaj mətinlərinin olması müəyyən edilmişdir. “X1” adlı fayl açıldıqda həmin siyahıda olan +992933113 nömrəli abonent nömrəsi BAKİ şəh., SABUNÇU ray., BAKİXANOV QƏS, GƏNCLİK KÜÇ, ev. 126, m. 81 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilir (cild 1, iş vərəqi 130-141). Cinayət işində olan mobil telefona baxış keçirilməsi haqqında 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X8 məxsus olan mobil telefona baxış zamanı həmin telefonun “Redmi-Xiaomi” markalı android programlı, sensorlu mobil telefon olması müəyyən edilir. Telefon iki SİM nömrəlidir və üzərində ********** abonent nömrəsi vardır, digər nömrə yeri boşdur, əlavə yaddaş kartı yoxdur. Telefon açıldıqda orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı Şəbinə Nadirovanın istifadəsində olan ********** abonent nömrəsinin “WhatsApp” ani mesajlaşma tətbiqindən +**********83 İran Beynəlxalq kodu ilə olan nömrəyə xx.xx.2023-cü il tarixdə saat 00:35 radələrində göndərilmiş məlum olmayan küçənin fotoşəkili və “Dusurem” mesaj mətni aşkar edildi, +**********83 abonent nömrəsinin “WhatsApp” ani mesajlaşma tətbiqin profilinə baxış zamanı adının “Azikoo” yazılması müəyyən edildi, qalan mesajlar silinmişdir. Mobil telefonda başqa narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı aidio və video materiallar, fotoşəkillər aşkar edilməmişdir (cild 1, iş vərəqi 96-99). İbtidai istintaq orqanının 25 sentyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs X3 götürülmüş külli miqdarda - 99,572 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda - 81,149 qram çəkidə psixiotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 99,472 qram heroin və qalıq çəkisi 81,049 qram təşkil edən metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 87-89). İstintaq orqanının 09 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin əks olunduğu1 DVD disk və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mobil telefon məlumatları olan "xxxx" MMC-dən götürülmüş 1 ədəd SD disk cinayət işi üzrə maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 154-161). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 olmaqla iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 151-153). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 111-112). Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirini etiraf edərək öz müdafiəsi üçün hər hansı dəlil gətirmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, onları Azad adı ilə tanıdığı İran vətəndaşının konum atdığı yerdən götürüb ona deyiləcək müxtəlif ünvanlara çatdırmaq üçün narkokuryerlik etdiyini səmimi etiraf etməsini, onun bu cür fəaliyyətlə məşğul olmasını təsdiq edən çoxsaylı SMS yazışmalarının mövcud olmasını, aşkar olunmuş maddələrin həm narkotik vasitə, həm də psixotrop maddə olmaqla 2 müxtəlif növlərdə olmasını, onların satış məqsədi ilə bükümlərə bölünməsini təmin etmək üçün elektron tərəzinin aşkar olunmasını, həmçinin aşkar edilmiş narkotik və psixotrop maddələrin hər birinin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını, həmçinin qadın olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini səmimi etiraf etməklə peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 20 sentyabr 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2023-cü il tarixli 7917 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 99,472 qram çəkidə narkotik vasitə heroin və 81,049 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarına əlavə edilmiş orderlərdən və hesabatlardan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili X13 müdafiə etmiş və bununla bağlı vəkilin sərf etdiyi vaxt 25 saat hesablanmışdır. Məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxsin hüquqları Bakı şəhəri, 4 saylı vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Səməd Əliyevə ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun, vəkil Müdafiəçi ödəniləcək 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 99,472 qram çəkidə narkotik vasitə heroin və 81,049 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X12 ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar