Məhkəmə qərarları › İş №1(101)-1352/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1352/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1352/2025 29.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və “Alyans” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: 21 may 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini törədərkən hərbi qulluqçu olduğundan, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 68-ci maddəsinin tələbinə əsasən cinayət işinin baxılması hərbi məhkəmələrə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.3cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə işi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini törədərkən Türkiyə Respublikasında olmuş və oradan qeyd olunan məlumatları həyat yoldaşı Təqsirləndirilən şəxs2 göndərmişdir. Həyat yoldaşı tərəfindən isə həmin məlumatlar yaşadığı ünvanda yayılmışdır. Belə olan halda hazırki cinayət işi üzrə məhkəmə aidiyyəti Bakı Hərbi Məhkəməsi müəyyən olunmalı və cinayət işi aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Ona görə də qeyd edilənlərə əsasən hazırki cinayət işinin məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsində göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək və cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olmadığı üçün dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməli və bu cinayət işinə məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsində baxılmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284.2-ci maddəsi ilə ittiham ona görə elan edilmişdir ki, Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatları bir qrup şəxs halında ağır nəticələrə səbəb olmaqla dövlətə xəyanət əlamətləri olmadan qəsdən yaymışdır. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki «N» saylı hərbi hissənin Ermənistan Respublikası istiqaməti üzrə bölgə müxbiri vəzifəsində xidməti vəzifələrini icra edərkən 2017-ci ilin yanvar ayında yaşadığı Türkiyə Respublikası, İstanbul şəhəri, Fatih rayonu, Şəhrəmini məhəlləsi, X7 küçəsi, bina 18, mənzil 4 ünvanında xidməti vəzifəsinə görə ona məlum olan və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli fərmanı ilə təsdiq edilmiş “dövlət sirrinə aid edilən məlumatların siyahısı” ilə dövlət sirrinə aid kəşfiyyat fəaliyyətinin təşkilini, mənbələrini və planlarını açıqlayan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məxfiləşdirilmiş və müvafiq məxfilik dərəcələri verilmiş məlumatları dövlətə xəyanət əlamətləri olmadan arvadı Təqsirləndirilən şəxs2 bildirməklə qəsdən yaymış, sonuncu isə mobil telefonu vasitəsilə birdəfəlik istifadə üçün yaratdığı istintaqa məlum olmayan elektron poçt ünvanından Ermənistan Respublikasının media qurumunun nümayəndəsinə və xüsusi xidmət orqanının elektron poçt ünvanına göndərmiş və bir qrup şəxs halında törədilmiş qeyd olunan qanunsuz əməllər xarici xüsusi xidmət orqanı tərəfindən 02 iyul 2019-cu il tarixdə Ermənistan ictimaiyyətinə açıqlanaraq ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 ona etibar edilmiş dövlət sirrini təşkil edən məlumatları bir qrup şəxs halında ağır nəticələrə səbəb olmaqla dövlətə xəyanət əlamətləri olmadan qəsdən yaymışdır. Belə ki, o, bir qrup şəxs halında əri Təqsirləndirilən şəxs1 tərəfindən 2017-ci ilin yanvar ayında yaşadıqları Türkiyə Respublikası, İstanbul şəhəri, Fatih rayonu, Şəhrəmini məhəlləsi, X7 küçəsi, bina 18, mənzil 4 ünvanında ona etibar edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli fərmanı ilə təsdiq edilmiş “dövlət sirrinə aid edilən məlumatların siyahısı” ilə dövlət sirrinə aid kəşfiyyat fəaliyyətinin təşkilini, mənbələrini və planlarını açıqlayan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məxfiləşdirilmiş və müvafiq məxfilik dərəcələri verilmiş məlumatları dövlətə xəyanət əlamətləri olmadan 2019-cu ilin mart ayında yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə özünə məxsus «Samsung» markalı mobil telefonu vasitəsilə birdəfəlik istifadə üçün yaratdığı istintaqa məlum olmayan elektron poçt ünvanından Ermənistan Respublikasının media qurumunun nümayəndəsinə və xüsusi xidmət orqanının elektron poçt ünvanına göndərməklə qəsdən yaymış və qeyd olunan məlumatlar həmin xarici xüsusi xidmət orqanı tərəfindən 02 iyul 2019-cu il tarixdə Ermənistan ictimaiyyətinə açıqlanaraq ağır nəticələrə səbəb olmuşdur. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 16 aprel 2025-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs1 aid müvafiq sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən əməlin törədilməsi ərəfəsində hərbi qulluqçu olmuşdur (iş vərəqə: cild İ, səh.227-246). Eyni zamanda, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında yaşayış yeri ünvan 2 ünvanı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsinə əsasən, xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs1 törədilməsi ona istinad olunan cinayət əməli dövründə hərbi qulluqçu olduğundan, həmçinin həmin ərəfədə o, Türkiyə Respublikasında olsa da, cinayət işinə onun Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmədə, yəni Bakı Hərbi Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.5-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələyə baxılır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 77, 155, 299, 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Dövlət ittihamçısı cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı vəsatəti əsaslı olduğundan təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 284.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar