Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1353/2021 02.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) - 1353/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 02 noyabr 2021-ci il Bakı şəhərində BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X4 və X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, müdafiəçilər: “Pro Bono” Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi3 və Müdafiəçi4, Bakı Şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı Şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və sonuncunun nümayəndələri Bakı Şəhər 17 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 və “LLC” Vəkil Bürosunda fəaliyyət göstərən vəki Nümayəndə iştirakları ilə xx.xx.1981-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, ona Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən kərpic sexini təmir etdirəcəklərinə və həmin sexdə istehsal olunan kərpicləri tikinti şirkətlərinə sataraq əldə olunan gəlirlərdən qazanc verəcəklərinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə 2019-cu ilin avqust ayının ortalarında ünvan 5 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2020-ci ilin oktyabr ayının ortalarında həmin ünvanda Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2020-ci ilin yanvar ayının ortalarında ünvan 7 ünvanında yerləşən «Şuşa» restoranının həyətində Azərbaycan manatı məzənnəsi ilə 11.900 (on bir min doqquz yüz) manat təşkil edən 7.000 (yeddi min) ABŞ dolları, 2020-ci ilin mart ayının ortalarında Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2020-ci ilin mart ayının sonlarında həmin ünvanda Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2020-ci ilin aprel ayının əvvəllərində ünvan 9 ünvanında yerləşən «Hyundai» avtomobil salonunun «Gənclik» filialının qarşısında Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları və 2020-ci ilin aprel ayının sonlarında Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları olmaqla ümumilikdə 215.900 (iki yüz on beş min doqquz yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə və ona, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən kərpic sexinin fəaliyyətinə 17.000 manat vəsait yatıracağı təqdirdə istehsalatı artıracaqlarına və həmin sexdə istehsal olunan kərpicləri tikinti şirkətlərinə sataraq əldə olunan gəlirlərdən ona hər ay 1.700 manat qazanc verəcəklərinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə 04 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xırdalan–Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X8 İdarəsinin inzibati binasının qarşısında 10.000 manat və 2020-ci ilin avqust ayının ortalarında Xırdalan şəhəri, məhəllə 24, ev 1 ünvanının qarşısında 7.000 manat olmaqla ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Əliyusiv Mirzəyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə və ona, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən kərpic sexinin fəaliyyətinə 15.000 manat vəsait yatıracağı təqdirdə istehsalatı artıracaqlarına və həmin sexdə istehsal olunan kərpicləri tikinti şirkətlərinə sataraq əldə olunan gəlirlərdən ona hər ay 1.200 manat qazanc verəcəklərinə dair yalan vəd verib aldadaraq, 2020-ci ilin avqust ayının ortalarında ünvan 5 ünvanında yerləşən “N.Nərimanov” istirahət parkında 15.000 (on beş min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə və ona, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən kərpic sexinə 13.000 manat vəsait yatıracağı təqdirdə istehsalatı artıracaqlarına və həmin sexdə istehsal olunan kərpicləri tikinti şirkətlərinə sataraq əldə olunan gəlirlərdən ona hər ay 1.600 manat dəyərində kərpic tikinti materialı verəcəklərinə dair yalan vəd verib aldadaraq, 2020ci ilin avqust ayının ortalarında ünvan 5 ünvanında yerləşən “N.Nərimanov” istirahət parkında 13.000 (on üç min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, ona Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən kərpic sexini təmir etdirəcəklərinə və həmin sexdə istehsal olunan kərpicləri tikinti şirkətlərinə sataraq əldə olunan gəlirlərdən qazanc verəcəklərinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə 2019-cu ilin avqust ayının ortalarında ünvan 5 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2020-ci ilin oktyabr ayının ortalarında həmin ünvanda Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2020-ci ilin yanvar ayının ortalarında ünvan 7 ünvanında yerləşən «Şuşa» restoranının həyətində Azərbaycan manatı məzənnəsi ilə 11.900 (on bir min doqquz yüz) manat təşkil edən 7.000 (yeddi min) ABŞ dolları, 2020-ci ilin mart ayının ortalarında Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2020-ci ilin mart ayının sonlarında həmin ünvanda Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2020-ci ilin aprel ayının əvvəllərində ünvan 9 ünvanında yerləşən «Hyundai» avtomobil salonunun «Gənclik» filialının qarşısında Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları və 2020-ci ilin aprel ayının sonlarında Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında Azərbaycan manatı məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları olmaqla ümumilikdə 215.900 (iki yüz on beş min doqquz yüz) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə və ona, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən kərpic sexinin fəaliyyətinə 17.000 manat vəsait yatıracağı təqdirdə istehsalatı artıracaqlarına və həmin sexdə istehsal olunan kərpicləri tikinti şirkətlərinə sataraq əldə olunan gəlirlərdən ona hər ay 1.700 manat qazanc verəcəklərinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə 04 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X8 İdarəsinin inzibati binasının qarşısında 10.000 manat və 2020-ci ilin avqust ayının ortalarında Xırdalan şəhəri, məhəllə 24, ev 1 ünvanının qarşısında 7.000 manat olmaqla ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə və ona, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən kərpic sexinin fəaliyyətinə 15.000 manat vəsait yatıracağı təqdirdə istehsalatı artıracaqlarına və həmin sexdə istehsal olunan kərpicləri tikinti şirkətlərinə sataraq əldə olunan gəlirlərdən ona hər ay 1.200 manat qazanc verəcəklərinə dair yalan vəd verib aldadaraq, 2020-ci ilin avqust ayının ortalarında ünvan 5 ünvanında yerləşən “N.Nərimanov” istirahət parkında 15.000 (on beş min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə və ona, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən kərpic sexinə 13.000 manat vəsait yatıracağı təqdirdə istehsalatı artıracaqlarına və həmin sexdə istehsal olunan kərpicləri tikinti şirkətlərinə sataraq əldə olunan gəlirlərdən ona hər ay 1.600 manat dəyərində kərpic tikinti materialı verəcəklərinə dair yalan vəd verib aldadaraq, 2020ci ilin avqust ayının ortalarında ünvan 5 ünvanında yerləşən “N.Nərimanov” istirahət parkında 13.000 (on üç min) manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə 2017- 2018-ci illərdə tanış olmuşdur. Həmin ərəfədə Təqsirləndirilən şəxs2 Aşağı Güzdək qəsəbəsində kərpic sexi işlədirmiş. 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs2 ona, işlətdiyi kərpic sexinin qaz idarəsinə 20.000 manat borcunun olduğunu bildirmiş, həmin pulu tapıb verməsini xahiş etmiş bir ay ərzində qaytaracağını vəd etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs2, əlində nağd pulunun olmadığını, ancaq Qasım adlı tanışından avtomobil götürüb təcili olaraq ucuz qiymətə satıb pulunu ona verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə ona, heç bir problem olmadığını, aldığı pulu və etdiyi bütün ziyanları 1 ay ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra o, tanışı Qasımdan 30.000 manat dəyərində avtomobil götürmüş, həmin avtomobili 25.000 manata satmış, pulun 5.000 manatını özünə götürərək 20.000 manatını İslama vermişdir. İslamın bütün bunlardan xəbəri olmuş, yəni avtomobili 6.000 manat ziyanla satdığını bilmiş, bu səbəbdən də ondan aldığı 20.000 manatın əvəzində 26.000 manat qaytaracağını bildirmişdir. Lakin 1 aydan sonra Təqsirləndirilən şəxs2 ona cəmi 19.000 manat pul vermişdir. Həmin pul Qasımın borcunu bağlamağa çatmadığı üçün o, pulun qalanını gözləmiş, lakin İslam pulun qalanını verməmişdir. Həmin ərəfədə tanışı Qasım ona verdiyi pulu tələb etmiş, o da həmin pulu Təqsirləndirilən şəxs2 tələb etmiş, İslam isə pulu qaytara bilməmşdir. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona sexin fəaliyyəti ilə bağlı əlavə 19.000 manat lazımdır. Buna görə onlar yenə də Qasımdan avtomobil götürüb dəyərindən ucuz qiymətə satmağı planlaşdırmışlar və Təqsirləndirilən şəxs2 da ona, satışda edəcəkləri ziyanı ödəyəcəyini bildirmişdir. Sonra o, İslamın razılığı ilə Qasımdan 22.300 manat dəyərində avtomobil götürmüş, həmin avtomobili 19.000 manata satmış və həmin 19.000 manatı İslama vermişdir. Beləliklə onların Qasıma 28.000 manat borcları yaranmışdır. İslam 1 ay ərzində həmin pulu qaytara bilməmiş və Qasımdan 3 ay vaxt almasını xahiş etmişdir. Qasım isə bildirmişdir ki, 3 ay vaxt verməsi üçün həmin pulun üzərində ona 38.000 manat pul verilməlidir. O, bu barədə İslama bildirmiş, İslam da 3 ay ərzində Qasımın 38.000 manatını ödəyəcəyinə vəd vermişdir. Lakin 3 aydan sonra İslam ona pul verməmişdir. 3 aydan sonra, yəni 2019-cu ilin təxminən iyul ayında Qasım pulunun verilməsini tələb etməyə başlamışdır. O, bu barədə İslama bildirmiş, İslam da ondan həmin pulu başqa adamlardan tapıb verməyini xahiş etmişdir. Həmin ərəfədə o, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 işlətdiyi kərpic sexinə vəsait yatırsa ona hər ay gəlir veriləcəkdir. Məqsədi isə təcili olaraq Aydından pul alıb Qasımın pulunun bir hissəsini ödəmək olmuşdur ki, Qasım sakitləşsin. Həmin vaxt Aydın ona 30.000 manat pul verə biləcəyini bildirmiş və bu pulun qarşılığında nə qədər qazanc olacağını soruşmuşdur. O, bu barədə İslama bildirmiş, Qasımın pulunu qaytara bilmələri üçün Aydından pul almaq məcburiyyətində olduqlarını, həmin pulun guya kərpic sexinə qoyulacağını və həmin pula görə Aydına qazanc adı ilə pul qaytarmalı olduqlarını bildirmişdir. İslam da demişdir ki, həmin 30.000 manatın qarşılığında 3.000 manat əlavə pul verə bilər. Sonra o, bu barədə Aydına bildirmiş və Aydın razılaşaraq ona 30.000 manat pul vermişdir. O, həmin 30.000 manat pulu Qasıma qaytararaq 8.000 manat borclu qalmışdır. Bir aydan sonra İslam ona həmin pulu qaytara bilməmiş, buna görə də o, İslamın xahişi ilə Qasımdan yenə də avtomobil götürərək 33.000 manata satmış və Aydından aldığım 30.000 manatı və vəd etdikləri 3.000 manat gəliri Aydına qaytarmışdır. Sonrakı müddət ərzində İslam ona pul verə bilmədiyi üçün o, İslamın xahişi ilə yenidən Aydından 20.000 ABŞ dolları pul almış, həmin pulun guya İslamın işlətdiyi sexin fəaliyyətinə sərf ediləcəyini və bir ayın tamamında ona 2.200 manat gəlir verəcəklərini bildirmiş, sonra həmin puldan istifadə etməklə Qasımdan sonuncu dəfə aldığı 33.000 manat pulu qaytarmışdır. 1 ay sonra İslam ona pul verə bilmədiyi üçün o, yenə də İslamın xahişi ilə Qasımdan borc pul alaraq Aydından aldığı 20.000 ABŞ dollarını və vəd etdiyi 2.200 manat gəliri qaytarmış və Qasıma borclu qalmışdır. İslam hər dəfə yaranmış borclarını qaytaracağını vəd etsə də, sonra ona pul verməmiş, buna görə də onlar məcbur olub Qasımdan pul alıb Aydına, sonra isə Aydından pul alıb Qasıma qaytarırmışlar və hər əməliyyat zamanı da Aydına gəlir vəd etdikləri üçün, eləcə də Qasımdan götürdükləri avtomobilləri dəyərindən ucuz qiymətə satdıqları üçün borclarının məbləği çoxalmışdır. Artıq 2019-cu ilin avqust ayında Qasıma xeyli borcları yaranmış və İslam da ona pul verməmişdir. Buna görə də o, İslamın razılığı ilə Aydından, guya sexdəki istehsalatı artırıb əldə olunan qazancdan ona da gəlir veriləcəyini bildirərək, yenə də 20.000 ABŞ dolları götürmüşdür. Təxminən 1 ay sonra o, yenidən İslamın razılığı ilə Aydından 20.000 ABŞ dolları götürmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 pulu almamışdan qabaq onu telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2la danışdırmış və Təqsirləndirilən şəxs2 özü də Zərərçəkmiş şəxs1 bildirmişdir ki, pulu versin, heç bir problem olmayacaq. Bundan sonra Aydın ona 20.000 ABŞ dolları vermiş və o, həmin puldan istifadə etməklə Təqsirləndirilən şəxs2 sexinə görə yaranmış borclarını ödəmişdir. 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs2 ona demişdir ki, işlətdiyi kərpic sexinin fəaliyyətini bərpa etdikdən sonra onun etdiyi bütün ziyanları qarşılayacaqdır, hazırda sex yaxşı işləmədiyi üçün pul qazana bilmir. Sonra Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs1la tanış etməyini xahiş etmiş və bildirmişdir ki, sexin fəaliyyətini bərpa etmək üçün ona 7.000 ABŞ dolları pul lazımdır, həmin pulu Aydından ala bilsə işçilərin əmək haqqlarını ödəyib yenidən sexi yaxşı işə sala biləcək və bütün ziyanları qarşılayacaqdır. 2020-ci ilin yanvar ayının sonlarında o, Aydınla İslamı görüşdürmüşdür. Həmin vaxt İslam Aydına demişdir ki, hazırda sexin fəaliyyəti ilə bağlı əlavə 7.000 ABŞ dolları lazımdır, həmin pulu 2 ay ərzində 3.500 manat gəlirlə geri qaytaracaqdır. Aydın da razılaşaraq Təqsirləndirilən şəxs2 7.000 ABŞ dolları pul vermişdir. Lakin 2 ayın tamamında Təqsirləndirilən şəxs2 işlərinin qaydaya düşməməsini bildirib Aydına pul qaytarmamışdır. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq, yenə də borc tapıb İslamın Aydına vəd etdiyi 3.500 manat pulu ödəmiş və İslamın aldığı 7.000 ABŞ dollarının qarşılığında hər ay 1.600 manat gəlir vermək şərti ilə İslamda qalmasının razılığını Aydından almışdır. Belə ki, Aydın ona bildirmişdir ki, onlara verdiyi pulların bir qismini öz evini banka girov qoyaraq əldə etmişdir və hər ay banka 1.600 manat pul ödənməlidir. O da Aydına bankın aylıq borcunu ödəməyi vəd etmiş və sonrakı müddət ərzində təxminən 4 ay evin banka olan aylıq borclarını ödəmişdir. 2020-ci ilin ortalarında, iyun ayının əvvəllərində o, Qasıma olan borclarının bir qismini ödəmək üçün İslamla əlaqə saxlayaraq pul lazım olduğunu bildirmişdir. Belə ki, həmin vaxt onun şəriki Qasıma təxminən 40.000 ABŞ dolları borcu yaranmış və Qasım həmin pulu qaytarmağını tələb etmişdir. O, borcun yarısını ödəmək üçün İslama zəng edərək ona təcili 20.000 ABŞ dolları lazım olduğunu demişdir. İslam isə pulunun olmadığını demiş və onlar birlikdə qərara gəlmişlər ki, borcları ödəmək üçün Aydından, kərpic sexinin fəaliyyətinə yatırmaq adı ilə əlavə 20.000 ABŞ dolları pul alsınlar. Bununla əlaqədar Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 zəng etmiş, guya sexin fəaliyyəti ilə bağlı ona əlavə 20.000 ABŞ dolları lazım olduğunu, həmin pulu verəcəyi halda aylıq qazanc verəcəyini bildirmiş və həmin pulu ona verməsini xahiş etmişdir. Bundan sonra o, Aydınla görüşərək 20.000 ABŞ dolları pulu götürmüş və Qasıma olan borcunun yarısını ödəmişdir. Bir neçə gün sonra Qasım ona zəng edərək borcun qalanını da qaytarmağını tələb etmişdir. Buna görə də o, yenidən Təqsirləndirilən şəxs2la görüşmüş və onun ucbatından Qasıma yaranmış borcları ödəmək üçün əlavə 20.000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 nağd pulu olmadığı üçün yenə də Zərərçəkmiş şəxs1 zəng etmiş, guya işlətdiyi kərpic sexinin fəaliyyətinə yatırmaq üçün əlavə 20.000 ABŞ dolları lazım olduğunu bildirmiş və həmin pulu ona verməsini xahiş etmişdir. O, Aydınla görüşərək həmin pula görə ona aylıq 4.000 manat gəlir veriləcəyini vəd etmiş, həmin pulu Aydından götürmüş və Qasıma olan borcunu bağlamışdır. Təxminən 1 ay sonra, yəni 2020-ci ilin iyul ayının əvvəllərində o, Aydından aldığı pulların bir hissəsini qaytara bilmək üçün yenidən tanışının avtomobilini 20.000 manata satmış və həmin pulu Aydına qaytarması üçün İslama vermişdir, İslam həmin pulun ana məbləğdən çıxılması şərti ilə Aydına qaytarmışdır. Sonrakı bir neçə gün ərzində o, İslamın vasitəsi ilə Aydına əlavə 6.000 və 3.500 manat olmaqla 9.500 manat qaytarmışdır. 2020-ci ilin iyul ayının sonlarında o, Təqsirləndirilən şəxs2 avtomobilini satdığı tanışının pulunu qaytarmaq lazım olduğunu demişdir. Lakin İslam pulunun olmadığını demiş və həmin pulu başqa şəxslərdən tapmağını xahiş etmişdir. Buna görə də o, İslamın xahişi ilə yenə də Aydından pul istəmiş, həmin pulun da sexin fəaliyyətinə sərf olunacağını və ona aylıq qazanc veriləcəyini bildirmişdir. Həmin vaxt Aydın yeznəsi Zaurdan 11.000 ABŞ dolları pul alaraq üstünə də 6.800 ABŞ dolları qoyub ona 17.800 ABŞ dolları vermişdir. O, həmin puldan istifadə edərək İsmayılın yeznəsindən götürüb satdığı avtomobilin pulunu qaytarmışdır. Təxminən 1 ay sonra Aydının yeznəsi Zaur pulunun qaytarılmasını tələb etmişdir. İslam isə hər dəfə işlərini qaydaya salıb bütün ziyanları ödəyəcəyini, lakin faktiki olaraq ona verməyə pulunun olmadığını demişdir. O, İslamın dediklərini Aydına izah edərək işlərin müvəqqəti dayanmasını və işlər qaydasına düşən kimi onun pullarının ödəniləcəyini demişdir. Buna görə də Aydın yeznəsi Zaurla münasibətlərinin korlanmaması üçün öz avtomobilini 15.500 ABŞ dollarına qiymətləndirib satmaq üçün ona vermişdir ki, satıb yeznəsi Zaurun pulunu qaytarsın. O, həmin avtomobili 13.000 ABŞ dollarına sataraq Zaurun 11.000 ABŞ dollarını qaytarmış, qalan 2.000 ABŞ dollarını isə öz ehtiyaclarına sərf etmişdir. Sonuncu dəfə o, 2020-ci ilin təxminən sentyabr ayının ortalarında Aydından 7.000 ABŞ dolları borc pul almışdır. Artıq 2020-ci ilin oktyabr ayında borclarının sayı həddən artıq çoxaldığı üçün o, Aydına vəd etdiyi aylıq ödənişləri edə bilməmişdir. Həmin vaxt onlar Aydınla görüşərək haqq-hesab aparıb müəyyən etmişlər ki, həmin vaxta kimi Aydından alınmış pulların ümumi məbləği 93.400 ABŞ dolları təşkil edir. Bundan başqa, 2020-ci ilin iyul ayında o, Təqsirləndirilən şəxs2 işlətdiyi kərpic sexi ilə bağlı Qasımdan aldığı pulları qaytarmalı olmuş və bu barədə İslama bildirmişdir. Həmin ərəfədə onlar artıq Aydından da xeyli pul alaraq qarşılığında qazanc vəd etmişlər, lakin həmin pulları da köhnə borcların ödənməsinə sərf etdikləri üçün Aydından əlavə pul ala bilmirmişlər. Buna görə də Təqsirləndirilən şəxs2 ondan, hardan olur-olsun əlavə pul tapıb müvəqqəti olaraq Qasımı sakitləşdirməyini xahiş etmiş və sex işə düşən kimi həmin pulları artıqlaması ilə qaytaracağını demişdir. Onlar başa düşürmüşlər ki, borc pul tapmaq mümkün olmayacaqdır, buna görə də pulla bağlı müraciət etdikləri şəxslərə, guya həmin pulların sexin təmirinə və istehsalatın artmasına sərf olunacağını bildirirmişlər. Həmin ərəfədə, yəni 2020-ci ilin iyul ayının sonlarında o, tanışı Zərərçəkmiş şəxs2lə görüşərək ona, Təqsirləndirilən şəxs2la iş birliyinin olmasını, İslama məxsus kərpic sexində istehsal olunan kərpicləri tikinti şirkətlərinə sataraq gəlir əldə etdiklərini, bu işə 30.000 manat vəsait yatırsa hər ay ona 3.000 manat gəlir verəcəklərini bildirmiş, Əliyusif də ona demişdir ki, avtomobilini girov qoyaraq maksimum 17.000 manat pul düzəldə bilər. O, razılaşaraq həmin məbləğə görə Zərərçəkmiş şəxs2 aylıq 1.700 manat gəlir veriləcəyini vəd etmişdir. Bundan sonra o, Əliyusifi inandırmaq üçün onu İslamın yanına aparıb onları görüşdürmüşdür. Artıq İslam da onun sözlərini təsdiq etdikdən sonra Zərərçəkmiş şəxs2 ona 2020-ci ilin avqust ayının əvvəllərində 10.000 manat və təxminən 15 gün sonra isə 7.000 manat pullar vermişdir. O, hər dəfə Əliyusifdən pulları götürərkən İslamın yanına getmiş və İslamın təlimatı ilə onun dediyi şəxslərə pulları sərf edirmiş. Əliyusifdən ilk dəfə aldığı 10.000 manat pulun hamısını İslamın sözünə əsasən Qasıma vermişdir. Əliyusifdən ikinci aldığı 7.000 manat pulun 4.800 manatını İslamın Zərərçəkmiş şəxs1 vəd etdiyi aylıq gəlirə görə Aydına vermiş, həmin pulun 1.600 manatını Aydının evinə görə banka, 3.200 manatını isə Aydının özünə vermişdir. Həmin puldan 1.000 manatını isə İslamın borclu olduğu Kamil adlı şəxsə vermişdir. Həmin pulun 1.200 manatını isə o, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa 2020-ci ilin avqust ayının ortalarında o, Təqsirləndirilən şəxs2la qabaqcadan razılaşaraq guya sexin fəaliyyətinə sərf edəcəkləri adı ilə yeznəsi Mübarizdən pul almaq qərarına gəlmişlər, bundan sonra o, Mübarizlə görüşərək bildirmişdir ki, İslamla birlikdə işlətdikləri sexə 15.000 manat pul yatırsa hər ay ona 1.200 manat gəlir verəcəklər. Əslində isə həmin ərəfədə onların təcili ödənməli olan borcları olmuş, həmin pullar İslam tərəfindən ödənməli idi, lakin İslam ona pul verə bilməmişdir. Ona görə də o, İslamla birlikdə yeznəsi Mübarizdən aldığı 15.000 manat pulun 1.200 manatını bir ay sonra Mübarizin özünə qazanc adı ilə qaytarmışlar, həmin puldan istifadə edərək İslamın borcundan 1.000 manat ödəmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs1 4.800 manat, bir neçə gün sonra 2.500 manat qazanc adı ilə pul vermişlər. Qalan 5.500 manatı ilə isə o, həmin ərəfədə olan şəxsi borclarını ödəmişdir. Bundan başqa o, digər tanışları və qohumları kimi Zərərçəkmiş şəxs4 da Təqsirləndirilən şəxs2 işlətdiyi kərpic sexinə vəsait yatırmağı təklif etmiş və 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2la görüşdürmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs2 Zakirə təklif edərək bildirmişdir ki, əgər onun işlətdiyi kərpic sexinə 70-100 min manat vəsait yatıra bilsə onu həmin kərpic sexinə şərik edə bilər. Zərərçəkmiş şəxs4 isə fikirləşib cavab verəcəyini demişdir. Təxminən 1 ay sonra o, İslam və Zakir yenidən görüşmüşlər. Həmin görüş zamanı Zakir bildirmişdir ki, yaşadığı evi girov qoyaraq onlara 13.000 manat pul verə bilər. Onlar da həmin pulun qarşılığında Zakirə hər ay iki maşın kərpic verəcəklərini bildirmişlər. 2020-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs4 ona 13.000 manat pul vermişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» istirahət parkında Zərərçəkmiş şəxs4la görüşərək həmin pulu götürmüş və dərhal da Zakirdən ayrılaraq İslamın yanına getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 razılığı ilə Zərərçəkmiş şəxs4 aldıqları puldan istifadə edərək Qasıma olan 11.000 manat borclarını qaytarmışlar. Bundan başqa o, İslamın borclu olduğu şəxsə 1.000 manat pul vermiş, qalan pulun 840 manatını hissə-hissə İslamın özünə vermiş, qalan 160 manatı isə özü xərcləmişdir. Sonradan Təqsirləndirilən şəxs2 yenə də işlərinin getməməsini əsas gətirib Zərərçəkmiş şəxs4 heç bir kərpic göndərməmiş, pulu da qaytarmamışdır. Bütün bu müddət ərzində Təqsirləndirilən şəxs2 ondan, istintaqa verdiyi ifadələrində onun adını çəkməməyini, aldığı pulların ona aidiyyatının olmadığını bildirməyini xahiş etmiş, belə edəcəyi halda Aydından, Mübarizdən və digərlərindən aldıqları bütün pulları qısa zaman ərzində ödəyəcəyini, ödəyə bilməsə belə həmin pulların qarşılığında mənzillər verəcəyini vəd etmişdir. Hətta istintaq zamanı Nərimanov rayon məhkəməsində onların barələrində həbs qətimkan tədbiri seçilməsindən imtina olunduqdan sonra da İslam hər gün onunla görüşür və hər dəfə vaxtı uzadaraq ziyanları ödəyəcəyini bildirirdi. Nəticədə o, başa düşmüşdür ki, İslam bu yolla bütün məsuliyyəti onun üzərində qoymaq, özü isə ona yalan vədlər verməklə məsuliyyətdən kənarda qalmaq məqsədi güdür. Ona görə də o, istintaqa həqiqətlər barədə ifadə vermək qərarına gəlib İslamın məlumatı, razılığı və xahişi olmadan heç bir şəxsdən heç bir məbləğdə pul almadığını, aldığı bütün pulları isə İslamın işlətdiyi kərpic sexinə görə yaranmış borcların ödənməsinə sərf etdiyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayına kimi işlətdiyi kərpic sexinin fəaliyyətinə sərf etmək üçün Təqsirləndirilən şəxs1 28.000 manat borc pul almasını, Təqsirləndirilən şəxs1 həmin vaxta kimi Zərərçəkmiş şəxs1 pul almasından məlumatının olmamasını, 2020-ci ilin yanvar ayında özünün Zərərçəkmiş şəxs1la görüşərək işlətdiyi kərpic sexinə sərf etmək üçün faizə 7.000 ABŞ dolları almasını, sonradan həmin pulu qaytara bilməməsini, həmin ilin may ayında yenidən kərpic sexinin fəaliyyətinə sərf etmək adı ilə Zərərçəkmiş şəxs1dan 20.000 ABŞ dolları pul almasını, lakin həmin pulu kərpic sexinin fəaliyyətinə deyil əvvəlki borclarının ödənilməsinə sərf etməsini, bir neçə gün sonra yenidən Təqsirləndirilən şəxs1 xahişi ilə Zərərçəkmiş şəxs1, guya kərpic sexinə sərf edəcəyi adı ilə əlavə 20.000 ABŞ dolları istəməsini, Zərərçəkmiş şəxs1 onun xahişi ilə həmin məbləği Təqsirləndirilən şəxs1 verməsini, bundan sonra Təqsirləndirilən şəxs1 29.500 ABŞ dolları pul alaraq Zərərçəkmiş şəxs1 verməsini, bundan başqa, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldığı digər pullardan onun məlumatının olmamasını, sonrakı müddət ərzində Təqsirləndirilən şəxs1 onun işlətdiyi kərpic sexinin fəaliyyəti ilə bağlı Zərərçəkmiş şəxs2 17.000 manat, Zərərçəkmiş şəxs3 15.000 manat və Zərərçəkmiş şəxs4 13.000 manat pul almasından məlumatının olmamasını göstərmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi cinayət işin 2-ci cildinin 90-94-cü vərəqlərində olan və məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, “təxminən 12-13 il olar ki, Sumqayıt yolunun üzərində, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən kərpic sexini işlədir. Təqsirləndirilən şəxs1 isə təxminən 3 il olar ki, tanıyır. 2019-cu ilin əvvəllərində o, Təqsirləndirilən şəxs1 müraciət edərək, işlətdiyi kərpic sexinin qaz idarəsinə borcunun olduğunu bildirmiş və bununla bağlı ona, 20.000 manat pul tapmasını xahiş etmişdir. Həmin vaxt Pərviz onun razılığı ilə hansısa tanışından avtomobil götürərək dəyərindən 6.000 manat ucuz qiymətə satmış və ona 20.000 manat pul vermişdir. O, həmin pulun qarşılığında bir ay ərzində 26.000 manat qaytaracığını vəd etmişdir. Lakin sonradan o, həmin pulun 24.000 manatını qaytarmış, 2.000 manat borclu qalmışdır. Sonra o, yenə də Pərvizdən, sexin fəaliyyəti ilə bağlı 19.000 manat pul istəmiş və Pərviz yenə də hansısa tanışından avtomobil götürüb 3.500 manat ziyanla sataraq ona 20.000 manat pul vermişdir. Həmin ərəfədə Pərviz ona əlavə pullar da vermiş, nəticədə onlar hesabat apararaq onun Təqsirləndirilən şəxs1 28.000 manat borcunun olduğunu müəyyən etmişlər. Lakin o, vəd etdiyi kimi bir ay ərzində həmin pulu qaytara bilməmiş və Təqsirləndirilən şəxs1 müraciət edərək pul sahibindən 3 ay vaxt almasını xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, pul sahibi 3 ay vaxt vermək üçün əlavə 10.000 manat pul istəyir. O, bu məbləğlə razılaşmış, lakin həmin 38.000 manatdan əlavə pul ödəməyəcəyini Pərvizə bildirmişdir. 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ondan pulları tələb edərkən o, bildirmişdir ki, işlətdiyi kərpic sexində işləri yaxşı getmədiyi üçün həmin pulu qaytara bilmir. Belə olan halda Təqsirləndirilən şəxs1 onu Zərərçəkmiş şəxs1la tanış etmiş və bildirmişdir ki, kərpic sexinin fəaliyyətini bərpa etmək üçün Aydından lazım olan məbləğdə pul ala bilərlər. Görüş zamanı o, Zərərçəkmiş şəxs1, işlətdiyi kərpic sexinin fəaliyyəti ilə bağlı 7.000 ABŞ dolları pul lazım olduğunu, həmin pulu verərsə 2 ay ərzində üzərində 3.500 manat faizlə həmin pulu qaytara biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşaraq 2020-ci ilin fevral ayında ona, 7.000 ABŞ dolları pul vermişdir. O, həmin pulu kərpic sexinin fəaliyyətinə, yəni işçilərin əmək haqqlarının ödənilməsinə və digər xərclərə sərf etmiş, lakin 2 ay sonra gəlirləri istədiyi kimi olmadığından Aydının 7.000 ABŞ dollarını və həmin pula görə vəd etdiyi 3.500 manatı qaytara bilməmişdir. Belə olan halda Aydınla aralarında, həmin 7.000 ABŞ dollarının hər ay 1.700 manat qazanc vermək şərti ilə onda qalmasına razılaşmışlar. 2020-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs1 onunla görüşərək bildirmişdir ki, 2019-cu ilin fevral ayında 20.000 ABŞ dolları aldığı, sonradan adının Qasım olduğunu dediyi şəxs onu sıxır və pulunu tələb edir, həmin tanışını sakitləşdirmək üçün təcili olaraq 20.000 ABŞ dolları tapıb qaytarmalıdır. Sonra Təqsirləndirilən şəxs1 ona, həmin 20.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 almağı təklif etmişdir. O, da məcburiyyət qarşısında qalaraq Zərərçəkmiş şəxs1 zəng etmiş, guya sexin fəaliyyəti ilə bağlı əlavə 20.000 ABŞ dolları pul lazım olduğunu bildirmiş və həmin məbləği Pərvizə verməsini xahiş etmişdir. 2020-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 onun sözü ilə razılaşaraq Təqsirləndirilən şəxs1 20.000 ABŞ dolları pul vermişdir. Təqsirləndirilən şəxs1 da ona, həmin pulu borclu olduqları tanışına verməsini bildirmişdir. Lakin o, Pərvizin pulu kimə verməsini və yaxud həqiqətən verib-verməməsini bilmirmiş. Bundan 2-3 gün sonra Təqsirləndirilən şəxs1 ona zəng etmiş, yalvararaq şəxsi problemi ilə bağlı ona 20.000 ABŞ dolları pul lazım olduğunu bildirmiş, həmin pulu ən geci 1 ay ərzində qaytaracığını demiş, həmin məbləği Zərərçəkmiş şəxs1 almaqlarını təklif etmiş və o, da Pərvizin xətrinə Aydın Mansrova, əlavə 20.000 ABŞ dolları lazım olduğunu demişdir. Aydın da onun sözünə əsasən Təqsirləndirilən şəxs1 yenə də 20.000 ABŞ dolları pul vermişdir. Bu hadisədən təxminən bir ay sonra Təqsirləndirilən şəxs1 onunla görüşərək sonuncu aldığı 20.000 ABŞ dollarına görə Aydına qaytarmağı üçün əvvəlcə 20.000 manat, bir neçə gün sonra 6.500 manat və daha bir neçə gün sonra isə 3.500 manat olmaqla cəmi 29.500 manat pul vermişdir. O, həmin pulları Zərərçəkmiş şəxs1 qaytarmışdır. Sonrakı müddət ərzində işlətdiyi kərpic sexinin fəaliyyəti istədiyi kimi olmadığından, gözlədiyi qədər gəlir əldə edə bilmədiyindən o, Aydın Mansrovun pullarını qaytara bilməmiş və məcburiyyət qarşısında qalaraq Zərərçəkmiş şəxs1 50.000 manat dəyərində mənzil vermişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldığı digər heç bir pullardan məlumatı olmamışdır. Pərviz qalan bütün pulları onun məlumatı olmadan almışdır. O, Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur. Əliyusiflə onun arasında heç bir vaxt onun işlətdiyi kərpic sexinə pul yatırılması ilə bağlı söhbət olmamışdır. O, 2020-ci ilin sentyabroktyabr aylarında ortaq dostlarından eşitmişdir ki, Zərərçəkmiş şəxs2 Pərvizə 5.000 manat pul verib. Bundan başqa o, Pərvizin Əliyusifə məxsus avtomobili girov qoyub 10.000 manat pul götürməsini eşitmişdir. Lakin o, Pərvizin Əliyusifdən həmin pulları nə üçün almasını bilməmişdir. Zərərçəkmiş şəxs2 Pərvizlə birlikdə onun işlətdiyi kərpic sexinə gəlib-gəlməməsini xatırlamır. Təqsirləndirilən şəxs1 heç bir vaxt ona, Əliyusifin də sexə pul yatıracağını və sexdə istehsal olunan kərpiclərin satışından ona qazanc veriləcəyini bildirməmişdir. Bundan başqa o, 2020-ci ilin avqust ayında Aydınla mübahisələri gedən ərəfədə Zərərçəkmiş şəxs3lə tanış olmuşdur. Mübarizlə onun arasında kərpic sexinə pul yatırılması ilə bağlı heç bir söhbət olmamışdır. 2020-ci ilin avqust ayında “N.Nərimanov” istirahət parkında görüşləri zamanı Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, o, kərpic sexinə yatırmaq üçün Təqsirləndirilən şəxs1 15.000 manat pul vermişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs3, həmin puldan xəbərinin olmadığını demişdir. Həmin vaxta kimi o, Pərvizin Mübarizdən pul almasını bilməmişdir. Təqsirləndirilən şəxs1 həmin pulu hara sərf etməsini bilmir. Bundan başqa o, Zərərçəkmiş şəxs4la da Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur. İlk dəfə 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4la birlikdə onun işlətdiyi sexə gəlmişdir. Həmin vaxt Pərviz Zakiri öz ağsaqqalı kimi təqdim etmiş, onlar bir qədər sexin ərazisində gəzdikdən sonra çıxıb getmişlər. Həmin görüş zamanı Zakirlə onun arasında sexə pul yatırmaqla bağlı hər hansı bir danışıq olmamışdır. O, Zakirə, işlətdiyi sexə 70-120 min manat yatırmağı və şərik olmağı təklif etməmişdir. Sadəcə olaraq ümumi söhbət əsnasında o, Zakirin yanında demişdir ki, sexin genişləndirilməsi üçün ona 70-120 min manat pul lazım olacaqdır. Bundan sonra 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1la aralarında problemlər yarandıqdan sonra Aydın və Pərviz onun yanına gəlmişlər və bildirmişlər ki, Zakirə Nərimanov rayonu ərazisində tikilən binaların birində 76 kv.m sahəsi olan mənzil verilmişdir, lakin həmin mənzilin pulu tam ödənilməmişdir, həmin mənzilin tam olaraq Zakirin adına keçirilməsi üçün təxminən 126.000 manat dəyərində kərpic verilməlidir, əgər o, həmin kərpicləri versə, Zakir də həmin mənzili Aydına olan borcun qarşılığında verəcəkdir. O. həmin təkliflə razılaşmış, bir dəfə həmin mənzilə görə 5-6 maşın kərpic göndərmişdir. Sonradan Zakir əvvəlcədən mənzili Aydının adına keçirə bilmədiyi üçün bu məsələ alınmamış, o, da kərpic göndərməyi dayandırmışdır. Təqsirləndirilən şəxs1 Zakir Quliyevdən 13.000 manat pul almasını piolis idarəsində olarkən eşitmişdir.” İttiham olunduqları cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, bir neçə ildir ki, fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 ilə təxminən 10 il əvvəl tanış olmuşdur. Təqsirləndirilən şəxs1 onun avtomobil ticarəti ilə məşğul olduğunu, buna görə də hər zaman avtomobil ticarətində istifadə etmək üçün nağd pulunun olduğunu bilirdi. İlk dəfə 2019-cu ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs1 onunla görüşərək bildirmişdir ki, dostu Təqsirləndirilən şəxs2 Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində kərpic zavodu vardır. İslamla dost olduğu üçün həmin zavoddan ucuz qiymətə kərpic alıb hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan şirkətlərə satmaq imkanı vardır. Təqsirləndirilən şəxs1 ona demişdir ki, əgər ona 20.000 ABŞ dolları versə, həmin məbləğə uyğun kərpic alaraq bir ay ərzində satışını təşkil edəcək, həmin işdən əldə etdiyi gəlirdən ona 3.000 manat qazanc verəcək və aldığı 20.000 ABŞ dollarını qaytaracaqdır. O, Təqsirləndirilən şəxs1 uzun illər tanıdığıvə ona etibar etdiyi üçün, gəlir əldə etmək məqsədi ilə razılaşaraq 2019-cu ilin avqust ayının ortalarında Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında Təqsirləndirilən şəxs1 20.000 ABŞ dolları vermişdir. Bundan sonra o, mütamadi olaraq Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq işlərin gedişatı ilə maraqlanmış, sonuncu da ona işlərin qaydasında olduğunu, kərpiclərin alqı-satqısını həyata keçirdiyini, hazırda şirkətlərdən pulları yığmaqla məşğul olduğunu və bir ayın tamamında ona verdiyi vədinə əməl edəcəyini bildirirmişdir. Həqiqətən də bir ay sonra - 2019-cu ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 onunla görüşərək aldığı 20.000 ABŞ dollarını 3.000 manat qazancla birlikdə geri qaytarmışdır. Bu hərəkəti ilə bağlı onun Təqsirləndirilən şəxs1 olan etibarı daha da artmışdır. Növbəti dəfə 2019-cu ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 yenidən onunla görüşərək, birlikdə Təqsirləndirilən şəxs2 işlətdiyi kərpic sexindən kərpic alıb tikinti şirkətlərinə satmağı təklif etmiş, bununla bağlı ona yenə də 20.000 ABŞ dolları lazım olduğunu, bu işdən əldə etdiyi gəlirdən isə ona 2.200 manat pul verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə vədinə əməl etdiyindən ona qarşı tam inamı olmuş və 2019-cu ilin oktyabr ayının sonlarında Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında yenidən Təqsirləndirilən şəxs1 20.000 ABŞ dolları vermişdir. Təqsirləndirilən şəxs1 növbəti ayın, yəni noyabr ayının sonunda ona 2.200 manat gəlir adı ilə pul vermiş, lakin 20.000 ABŞ dollarını qaytarmayaraq guya yenidən dövriyəyə buraxdığını bildirmişdir. O da bu işdə həqiqətən qazanc olduğunu görüb Təqsirləndirilən şəxs1 sözlərinə inanaraq gözləməyə başlamışdır. Növbəti dekabr ayının sonunda Təqsirləndirilən şəxs1 yenə də gəlir adı ilə ona 2.200 manat pul vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 20.000 ABŞ dollarını qaytarmasını xahiş etmiş, Təqsirləndirilən şəxs1 ona hazırda Təqsirləndirilən şəxs2la birlikdə kərpic zavodunu təmir etdirmələrini, bununla bağlı onlara pul lazım olduğundan onun pulunu təmirə sərf etmələrini, təxminən 3 ay ərzində zavodun təmir olunacağını, bundan sonra işləri qaydasına salacaqlarını və onun pulunu da əlavə qazancla birlikdə qaytaracaqlarını bildirmişdir. Hətta həmin vaxt Təqsirləndirilən şəxs1 onun yanında Təqsirləndirilən şəxs2 zəng etmiş, mobil telefonun səs gücləndirisini qoşmuş, Təqsirləndirilən şəxs2la ondan aldığı pul barədə söhbət etmiş və Təqsirləndirilən şəxs2 da Pərvizə, heç bir problem olmadığını, zavod təmir olunduqdan sonra onun pulunu artıqlaması ilə qaytaracaqlarını bildirmişdir. Beləliklə o, Təqsirləndirilən şəxs1 ondan aldığı pulları həqiqətən də Təqsirləndirilən şəxs2 kərpic sexinin fəaliyyətinə sərf etməsinə inanmış və sexin təmir olunmasını gözləməyə başlamışdır. 2020-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs1 onu Təqsirləndirilən şəxs2la görüşdürmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs2 həqiqətən də Pərvizin ondan aldığı 20.000 ABŞ dollarını zavodun təmirinə sərf etməsini, narahatlığa heç bir əsas olmadığını, qısa zaman ərzində zavodun fəaliyyətə başlayacağını, bundan sonra zavodun təmirinə sərf etdiyi pulları artıqlaması ilə qaytaracaqlarını bildirmişdir. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs2 ona, hazırda zavodun təmiri ilə bağlı əlavə 7.000 ABŞ dollarına ehtiyacının olmasını, həmin pulu verəcəyi halda 2020-ci ilin mart ayında - zavod təmir olunan kimi həmin pula görə ona 3.500 manat qazanc verəcəyini demişdir. O, razılaşaraq 2020-ci ilin yanvar ayının ortalarında ünvan 7 ünvanında yerləşən «Şuşa» restoranının həyətində Təqsirləndirilən şəxs2 7.000 ABŞ dolları vermişdir. 2020-ci ilin mart ayının ortalarında o, Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs1la görüşərək aldıqları pulları nə vaxt qaytaracaqlarını və vəd etdikləri qazancları nə vaxt ödəyəcəklərini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, mart ayının sonunda zavod təmirdən çıxacaq, bundan sonra onun pulları artıqlaması ilə geri qaytarılacaqdır, hazırda zavodun təmirinin yekunlaşması üçün onlara 40.000 ABŞ dolları pul lazımdır, həmin pulu verəcəyi halda aprel ayının əvvəllərində, zavod fəaliyyətə başlayan kimi ondan aldıqları pulların hamısını qaytaracaqlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 bildirmişdir ki, mart ayının sonlarında zavod təmir olunduqdan və fəaliyyətə başladıqdan sonra ondan aldıqları 40.000 ABŞ dollarına görə ona 6.000 manat gəlir verəcəklər. O, razılaşaraq yaşadığı mənzili banka girov qoymuş, 2020-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1 20.000 ABŞ dolları və həmin ayın sonlarında əlavə 20.000 ABŞ dolları olmaqla 40.000 ABŞ dolları vermişdir. O, həmin pulların hamısını Təqsirləndirilən şəxs1 Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında vermişdir. Həmin pulu əldə edə bilmək üçün mənzilini girov qoyduğu üçün bankın aylıq ödənişlərini ödəməyi Təqsirləndirilən şəxs1 öz öhdəliyinə götürmüşdür. 2020-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq bildirmişdir ki, onlara yenidən sexin fəaliyyətinə sərf etmək üçün təcili 20.000 ABŞ dolları lazımdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 hazırda əlində nağd pulunun olmadığını bildirmiş, lakin Təqsirləndirilən şəxs2 ondan əl çəkməyərək hardan olursa olsun təcili həmin pulu tapmağını xahiş etmiş və ən geci 15 gün ərzində həmin pulu qaytaracaqlarını bildirmişdir. Buna görə də o, Vüqar adlı dostundan 15 gün müddətinə 20.000 ABŞ dolları borc pul almış və elə həmin gün, yəni 2020-ci ilin aprel ayının əvvəllərində Vüqarın işlədiyi, ünvan 18 ünvanında yerləşən «Hyundai» servis mərkəzinin qarşısında Təqsirləndirilən şəxs1 vermişdir. 15 gün sonra o, tez-tez Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zəng edərək Vüqardan aldığı pulu təcili qaytarmalarını tələb etməyə başlamışdır. İslam və Pərviz vəd etdikləri gündə həmin pulu ona qaytarmasalar da, sonrakı bir neçə gün ərzində ona hissə-hissə, əvvəlcə 20.000 AZN, sonra 6.500 AZN, sonra 3.000 AZN və nəhayət 4.500 AZN olmaqla 20.000 ABŞ dollarına bərabər 34.000 AZN pul qaytarmışlar, o da həmin pulu dostu Vüqara qaytarmışdır. 2020-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs1 yenidən onunla görüşərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus kərpic sexi artıq təmir olunmuşdur, qısa zaman ərzində tikinti şirkətlərindən aldıqları sifarişləri istehsal edib külli miqdarda qazanc əldə edəcəklər, hazırda istehsala başlaya bilmələri üçün onlara sonuncu dəfə 20.000 ABŞ dolları lazımdır, həmin pulu da tapıb verəcəyi halda sifarişləri həyata keçirib ondan aldıqları pulları və vəd etdikləri gəlirləri qısa müddət ərzində ödəyəcəklər. Bundan başqa Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, hətta sifarişçilər sexin istehsal etdiyi kərpiclərin pullarını vaxtında ödəməsələr belə Təqsirləndirilən şəxs2 ondan alınan pulların əvəzində ona Qara-Qarayev prospektində tikilən hündürmərtəbəli binalardan 2 mənzil verəcəkdir. Belə ki, Təqsirləndirilən şəxs1 deməsinə əsasən tikinti şirkətlərinin bəziləri onlardan aldıqları kərpiclərin pulunu ödəyə bilmədikdə əvəzinə dəyərindən qat-qat ucuz qiymətə mənzillər verirmişlər, Təqsirləndirilən şəxs2 əlində bir neçə mənzil vardır. Buna görə də o, razılaşaraq 2020-ci ilin aprel ayının sonlarında Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkında yenə də Təqsirləndirilən şəxs1 əlavə 20.000 ABŞ dolları vermişdir. O, həmin 20.000 ABŞ dollarının 11.000 ABŞ dollarını yeznəsi Zaurdan borc almış və üstünü də düzəldərək Təqsirləndirilən şəxs1 20.000 ABŞ dolları vermişdir. Beləliklə həmin vaxta kimi o, kərpic sexinin fəaliyyəti ilə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə 127.000 ABŞ dolları pul vermişdir. Həmin pullardan isə İslam və Pərviz ona yalnız ilk dəfə aldıqları 20.000 ABŞ dollarını və Vüqar adlı dostundan borc aldığı 20.000 ABŞ dollarını qaytarmışdırlar. Bundan başqa 2020-ci ilin ortalarında yeznəsi Zaur ona borc verdiyi 11.000 ABŞ dollarını geri tələb etməyə başlamışdır. O, tez-tez Təqsirləndirilən şəxs1 zəng edərək təcili olaraq yeznəsindən aldığı 11.000 ABŞ dollarını qaytarmalı olduğunu bildirmiş, lakin Təqsirləndirilən şəxs1 ona pul verməmişdir. Buna görə də o, məcburiyət qarşısında qalaraq, yeznəsi ilə aralarında söz-söhbət yaranmaması üçün öz avtomobilini satması üçün 15.500 ABŞ dollarına qiymətləndirib Təqsirləndirilən şəxs1 vermiş və Təqsirləndirilən şəxs1 da həmin avtomobili dəyərindən ucuz qiymətə, yəni 13.000 ABŞ dollarına sataraq həmin pulun 2.000 ABŞ dollarını özünə götürüb 11.000 ABŞ dollarını isə yeznəsi Zaura qaytarmışdır. Avtomobilin alqı-satqısı ilə bağlı qalan pulu Təqsirləndirilən şəxs1 ona borclu qalmışdır. Bundan başqa, 2020-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs1 şəxsi problemləri ilə bağlı ondan 7.000 ABŞ dolları borc alaraq həmin pulu da hazırki vaxtadək qaytarmamışdır. Hazırki vaxtadək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəflərindən ona 30.000 manat dəyərində bir mənzil verilmiş və qazanc adı ilə hissəhissə 25.800 AZN pul verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona pul qaytarmamışlar, aldıqları pulları və vəd etdikləri qazancları ödəməmişlər. Hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir, odur ki, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 2020-ci ilin əvvəllərində tanış olmuşdur. Təqsirləndirilən şəxs2 ilə isə 2020-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2020-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun yaxın dostudur, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində kərpic sexi işlədir, yaxın dost olduqları üçün Təqsirləndirilən şəxs2 sexində istehsal olunan kərpiclərdən hər ay bir neçə maşın ona verir, o da həmin kərpicləri tikinti şirkətlərinə sataraq gəlir əldə edir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, əgər bu işə müəyyən məbləğdə vəsait yatırsa, həmin pulu sexin fəaliyyətinə, istehsalatın artmasına sərf edərək hər ay ona da müəyyən məbləğlərdə gəlir verə bilərlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 bu işə qoşulmağı üçün nə qədər vəsait tələb olunduğunu və həmin vəsaitin qarşılığında nə qədər gəlir əldə olunacağını soruşmuşdur. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2la bu barədə danışıb ona dəqiq məlumat verəcəkdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, həmin işi görmək üçün təxminən 30.000 manat pul lazımdır, bu pulu verəcəyi halda ona hər ay təxminən 3.000 manat gəlir verəcəklər. O, isə Təqsirləndirilən şəxs1, istədiyi məbləğə gücünün çatmadığını, lakin avtomobilini girov qoyub üstünü də düzəldərək təxminən 17.000 manat pul əldə edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da onunla razılaşaraq bildirmişdir ki, həmin pulun qarşılığında da ona hər ay 1.700 manat gəlir verəcəklər, istədiyi vaxt isə bir neçə gün qabaq onlara müraciət etməklə bu işə yatırdığı əsas məbləği götürə biləcəkdir. Təqsirləndirilən şəxs1 təklifi onu qane etsə də o, sonuncuya hər hansı bir məbləğdə pul verməmişdən əvvəl onu Təqsirləndirilən şəxs2la görüşdürməsini tələb etmişdir ki, həqiqətən də belə bir kərpic sexinin olub-olmamasını və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanıyıb-tanımamasını öyrənsin. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 onu Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinə aparmışdır. Orada həqiqətən də kərpic sexinin olduğunu görmüş və həmin sexin müdiri Təqsirləndirilən şəxs2la sonuncunun xidməti otağında görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 onu Təqsirləndirilən şəxs2 təqdim edərək, haqqında bəhs etdiyi, həmin sexin fəaliyyətindən gəlir əldə etmək məqsədi ilə vəsait yatıracaq şəxs olduğunu bildirmiş və bu gündən sonra şərikli işləyəcəklərini demişdir. Təqsirləndirilən şəxs2 da ona heç bir etirazının olmadığını bildirmiş, daha sonra rəhbərlik etdiyi kərpic sexini ona göstərərək tanış etmiş, gələcəkdə sexin fəaliyyətini daha da genişləndirəcəklərini, əlavə sexlər açacaqlarını, hazırda yeni kərpic peçlərinin quraşdırılması ilə məşğul olduqlarını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 dediklərinə tam inanıb həmin işə vəsait yatırmaq qərarına gəlmişdir. 04 avqust 2020-ci il tarixdə o, Xırdalan şəhərində yerləşən Baş X8 İdarəsinin qarşısında Təqsirləndirilən şəxs1la görüşmüş, orada Təqsirləndirilən şəxs1 ona məxsus olan «X7» markalı avtomobili özünün tapdığı hansısa şəxsə girov vermiş, avtomobilin texniki pasportu həmin şəxsin adına keçirilmiş və həmin şəxs ona 10.000 manat pul vermişdir. O, elə həmin tarixdə və həmin ünvanda 10.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona pulu təcili olaraq Təqsirləndirilən şəxs2 çatdırmalı olduğunu bildirmiş və çıxıb getmişdir. Bir neçə saat sonra Təqsirləndirilən şəxs1 ona zəng etmiş, hazırda Təqsirləndirilən şəxs2 yanında olduğunu və ondan aldığı pulu kərpic almaq üçün İslama verdiyini bildirmişdir. Bu hadisədən təxminən 10 gün sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında o, yaşadığı Xırdalan şəhəri, məhəllə 24, ev 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs1la görüşərək ona 7.000 manat da vermişdir. Sonrakı günlər ərzində o, mütamadi olaraq Təqsirləndirilən şəxs1 zənglər edərək işlərin nə yerdə olması ilə maraqlanırmış, Pərviz isə ona hazırda kərpic sexinin müvəqqəti olaraq istehsalatı dayandırmasını, lakin qısa müddət ərzində işlərin davam etdiriləcəyini və birlikdə yaxşı qazanclarının olacağını bildirmişdir. Aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ona bir ayın tamamında 1.700 manat gəlir veriləcəyini vəd etmişdir. Lakin o, 2020-ci ilin sentyabr ayının ortalarına kimi ona heç bir gəlir verilmədiyini görüb şübhələnməyə başlamış və Pərvizlə görüşərək ona heç bir gəlir lazım olmadığını deyib aldığı pulu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 isə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Hətta həmin vaxtdan sonra bir dəfə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə görüşləri olmuş və o, həmin şəxslərdən pullarının qaytarılmasını tələb etmişdir. Həmin görüş zamanı da həm Pərviz, həm də İslam ona pullarının qısa müddətdə qaytarılacağını vəd etsələr də yenə də vədlərinə əməl etməmişdirlər. Bir müddət sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan aldıqları pulları sexin fəaliyyətinə deyil, öz borclarını bağlamağa sərf etmişlər, o cümlədən onun kimi bir neçə baş-başqa şəxslərdən pul alaraq həmin şəxsləri də aldatmışlar. Hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir, odur ki, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur, Təqsirləndirilən şəxs2 ilə isə 2020-ci ilin avqust ayının əvvəllərində tanış olmuşdur. Belə ki, 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2 bir neçə il olar ki, tanımasını, iş birliklərinin olmasını, Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində kərpic sexi işlətməsini, özünün də İslamla şərik olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona təklif etmişdir ki, əgər istəyirsə onu da Təqsirləndirilən şəxs2la tanış edə bilər və müəyyən məbğəğdə vəsait yatıracağı halda ona da gəlir verə bilərlər. O, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmış və Təqsirləndirilən şəxs2la görüşmələrini xahiş etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edib Təqsirləndirilən şəxs2la birlikdə olduğunu bildirmiş və onu Təqsirləndirilən şəxs2la danışdırmışdır. Həmin telefon danışığı zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək həqiqətən də Aşağı Güzdək qəsəbəsində kərpic sexi işlətməsini, həmin sexdə istehsal olunan kərpicləri müxtəlif tikinti şirkətlərinə satmalarını, hazırda gün ərzində təxminən 2 yük maşını kərpic istehsal etmələrini, əgər həmin işə 15.000 manat pul yatırsa gündəlik istehsalı iki dəfə artıracaqlarını və ondan aldıqları pulun qarşılığında da ona, hər ay 1.200 manat qazanc verəcəklərini bildirmişdir. Təxminən 15 gün sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «N.Nərimanov» istirahət parkında Təqsirləndirilən şəxs1la görüşmüş və 15.000 manat pulu Pərvizə vermişdir. Təqsirləndirilən şəxs1 pulu sayıb qəbul etdikdən sonra həmin pulu Təqsirləndirilən şəxs2 verəcəyini bildirib çıxıb getmişdir. Həmin hadisədən sonra o, mütamadi olaraq Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb işlərin nə yerdə olması ilə maraqlanmış, Təqsirləndirilən şəxs1 isə işlərin qaydasında olduğunu, onun pullarının sexin təmirinə sərf edilməsini, artıq istehsalatın çoxalmasını, yaxşı sifarişlərinin olmasını bildirmişdir. Həqiqətən də bir aydan sonra, yəni 2020-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 onunla görüşərək ona, 1.200 manat pul verib həmin pulun sexdəki kərpiclərin satışından əldə edilən mənfəətdən onun payına düşən qazanc olduğunu bildirmişdir. Növbəti oktyabr ayında isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona verməli olduqları qazancı gecikdirməyə başlamışlar. O, bir neçə gün səbr etdikdən sonra Təqsirləndirilən şəxs2la Nərimanov rayonu ərazisində görüşüb nə baş verməsini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, ondan alınmış 15.000 manat pul həqiqətən də Təqsirləndirilən şəxs1 tərəfindən sexin fəaliyyətinə sərf edilmişdir, sadəcə olaraq hazırda müvəqqəti olaraq istehsalatla bağlı çətinlikləri yaranmışdır, lakin qısa müddət ərzində işlərini davam etdirəcəklər. Buna baxmayaraq, sonrakı müddət ərzində də İslam və Pərviz vədlərinə əməl etməyərək ona heç bir qazanc verməmişlər. Artıq 2020-ci ilin sonlarında o, eşitmişdir ki, Təqsirləndirilən şəxs1 ondan başqa bir neçə şəxslərdən, yəni dostu Aydın, Əliyusif, qohumu Zakir adlı şəxsdən də Təqsirləndirilən şəxs2 rəhbərlik etdiyi kərpic sexinə yatırmaq adı ilə müxtəlif məbləğlərdə pul almışdır. Bu səbəbdən o, Təqsirləndirilən şəxs1la görüşərək bütün bunların həqiqət olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs1 ona etiraf edərək bildirmişdir ki, hələ 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs2 sözü ilə müxtəlif şəxslərdən borc alaraq sexin təmirinə sərf edilməsi üçün İslama vermiş, sonradan İslam həmin borcu ödəmədiyi üçün o, İslamın razılığı ilə müxtəlif tanışlarından sexin fəaliyyətinə sərf edəcəyi və onlara gəlir verəcəyi adı ilə pullar almış, əslində isə həmin pulları sexin fəaliyyətinə deyil, İslamla birlikdə yaranmış borclarının ödənilməsinə sərf etmişlər. Ondan aldıqları pulu da bəzi borclarının ödənilməsinə sərf etmişlər, sadəcə olaraq birinci ay görüntü yaratmaq üçün onun öz pulundan özünə gəlir adı ilə 1.200 manat pul vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 ona və Təqsirləndirilən şəxs1 vasitəsi ilə pul aldığı bütün şəxslərə bildirmişdir ki, o, Bakı və Sumqayıt şəhərlərinin hər birindən mənzil götürüb bütün ziyan vurduğu şəxslərin pullarını ödəyəcəkdir. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona verdikləri vədlərinə əməl etməyib alınmış pulları qaytarmayıblar. Hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir, odur ki, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur, Təqsirləndirilən şəxs2 ilə isə Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2 bir neçə il olar ki, tanıyır, iş birlikləri vardır, Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində kərpic sexi işlədir, o, bir çox tanışlarından, o cümlədən Aydın adlı şəxsdən, yeznəsi Mübariz adlı şəxsdən müxtəlif məbləğlərdə pullar alaraq İslamın işlətdiyi sexə yatırmışdır, İslam tərəfindən həmin şəxslərə hər ay yaxşı gəlir verilir. Bundan sonra Pərviz ona bildirmişdir ki, İslam hazırda özünə şərik axtarır və istəsə onu İslamla tanış edə bilər. O, razılaşmış və Pərviz onu Təqsirləndirilən şəxs2 sexinə aparmışdır. Görüş zamanı Təqsirləndirilən şəxs2 onu sexlə tanış edərək bildirmişdir ki, təxminən 70-120 min manat civarında pul yatırsa onu da həmin sexə şərik edə bilər. O, Təqsirləndirilən şəxs2 dediyi məbləğlə razılaşmamışdır. Həmin görüşdən bir neçə ay sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xahişləri ilə sonuncuların istehsal etdikləri kərpicləri sata bilmələrinə şərait yaratmaq üçün bina tikintisi ilə məşğul olan dostuna müraciət etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 həmin tikintiyə 4-5 maşın kərpic göndərmiş, lakin həmin kərpiclər keyfiyyətsiz olduğundan tikinti şirkəti həmin kərpiclərdən imtina etmişdir. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, həmin kərpic sexində istehsal olunan kərpiclərin keyfiyyətini yaxşılaşdırmaq üçün onlara 13.000 manat pul lazımdır, İslam deyir ki, əgər həmin pulu onlara versə, istehsal olunan kərpiclərdən ona hər ay, hər bir maşının dəyəri 800 manat olan iki maşın kərpic veriləcəkdir. O, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşaraq 26 oktyabr 2020-ci il tarixdə yaşadığı mənzili banka girov qoyub 10.000 manat pul götürüb həmin pulun üzərinə əlavə 3.000 manat pul qoyaraq «N.Nərimanov» istirahət parkında Təqsirləndirilən şəxs1la görüşmüş və 13.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 pulu götürdükdən sonra ona həmin pulu aparıb İslama verəcəyini bildirmiş və çıxıb getmişdir. Lakin sonradan Pərvizgil tərəfindən ona heç bir kərpic verilməmişdir. Artıq bundan sonra Təqsirləndirilən şəxs1 deməsinə əsasən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 onun verdiyi 13.000 manat pulu əslində kərpic sexinin fəaliyyətinə yatırmayaraq borclarının bağlanmasına sərf etmişdir. Bununla yanaşı sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan başqa Aydın, Mübariz və Əliyusif adlı şəxslərdən də eyni üsulla, yəni guya sexin fəaliyyətinə sərf edəcəkləri adı ilə müxtəlif məbləğlərdə pul alaraq əslində öz borclarını bağlayıb həmin şəxsləri də aldadıblar. Hətta bütün bunlar aşkar olunandan sonra o, Təqsirləndirilən şəxs2la görüşərkən İslam özü onu etiraf edərək bildirmişdir ki, həqiqətən də onun Təqsirləndirilən şəxs1 taşınlarına ümumilikdə 170.000 manat məbləğində borcları yaranmışdır. Hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir, odur ki, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qaynıdır. Təqsirləndirilən şəxs1 isə təxminən 5-6 il olar ki, Zərərçəkmiş şəxs1 dostu kimi tanımışdır. 2020-ci ilin aprel ayının sonlarında Aydın Mansrov bildirmişdir ki, ona işləri ilə əlaqədar təcili 11.000 ABŞ dolları məbləğində pul lazımdır və həmin pulu təxminən 1 aydan sonra qaytaracaq. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 pulu nə üçün istədiyini soruşmuş, Aydın bildirmişdir ki, dostu Təqsirləndirilən şəxs1 bir nəfər İslam adlı şəxslə kərpic sexi işlədir, artıq bir neçə ay olar ki, Pərviz və İslam ondan, kərpic sexinin fəaliyyətini genişləndirmək üçün pul almağa başlayıblar, yaxın günlərdə sex işə düşdükdən sonra Pərviz və İslam tikinti şirkətlərinə satdıqları kərpiclərin gəlirindən ona da qazanc verəcəklər, hazırki vaxtadək Pərvizgilə təxminən 100.000 ABŞ dollar pul vermişdir. Sexin işə düşməsi üçün təcili olaraq 20.000 ABŞ dolları lazımdır, özündə 9.000 ABŞ dolları vardır, buna görə də ona əlavə 11.000 ABŞ dolları lazımdır. O, 2020-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs1 11.000 ABŞ dolları pul vermişdir. Bu hadisədən 1 ay sonra, yəni 2020-ci ilin may ayının sonlarında o, Zərərçəkmiş şəxs1 zəng edib aldığı pulu nə vaxt qaytaracağını soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona, Pərviz və İslamın vaxtı uzatmalarını, bu səbəbdən onun pulunu vaxtında qaytara bilməməsini bildirmişdir. 2020-ci ilin iyun-iyul aylarında, onun çoxsaylı zənglərindən sonra Təqsirləndirilən şəxs1 onunla görüşərək qaynı Zərərçəkmiş şəxs1 ondan aldığı 11.000 ABŞ dollarını geri qaytarmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Aydına heç bir pul vermədiyi üçün Aydın məcbur olaraq öz avtomobili satması üçün Pərvizə vermiş, Pərviz də həmin avtomobili sataraq onun pulunu qaytarmışdır. Artıq 2020-ci ilin avqust ayının əvvəllərindən etibarən Zərərçəkmiş şəxs1 deməsinə əsasən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Aydını aldadaraq heç bir qazanc verməyiblər və aldıqları pulları da qaytarmayıblar. Sonradan hər kəsə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaynı Zərərçəkmiş şəxs1 aldıqları pulları əslində sexin fəaliyyətinə yox, öz şəxsi borclarının ödənilməsinə sərf ediblər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. O Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 20 il olar ki, tanıyır. 2020-ci ilin aprel ayının əvvəllərində Aydın Mansrov işləri ilə əlaqədar 20.000 ABŞ dolları məbləğində pul lazım olduğunu və həmin pulu təxminən 1 aydan sonra qaytaracağını bildirmişdir. O, Aydın Mansurovu uzun illər tanıdığı üçün etiraz etməmişdir. Həmin tarixdə Zərərçəkmiş şəxs1 onun iş yerinə, yəni ünvan 18 ünvanında yerləşən «Hyundai» avtomobil salonunun «Gənclik» filialının qarşısına gəlmiş və orada o, Zərərçəkmiş şəxs1 20.000 ABŞ dolları vermişdir. Həmin ayın sonlarında Zərərçəkmiş şəxs1 onunla görüşərək borc aldığı 20.000 ABŞ dollarını geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 ondan borc aldığı 20.000 ABŞ dollarını hara sərf etməsindən məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmələr zamanı zərərçəkmiş şəxslər ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzlərinə qarşı bildirmişdir.(c-2; i.v1-15) Məhkəmə, təqsirləndirilən şəxslərin özlərini qismən təqsirli bilmələrinə baxmayaraq zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokollarını, eləcə də sənədləri təqsirləndirilən şəxslərin əməllərinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştiraklarının, törətdikləri əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən və hər birinə qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbul edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7№-li qərarında göstərilmişdir ki, Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını sənədləri tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətmələri məhkəmədə tam sübuta yetirilmişdir, buna görə də hər iki təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi yazılı ərizədə göstərmişdir ki, ona vurulmuş maddi ziyan tam ödənilmişdir, odur ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi yazılı ərizədə göstərmişdir ki, ona vurulmuş maddi ziyan tam ödənilmişdir, odur ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı yazılı ərizədə göstərmişdir ki, ona vurulmuş maddi ziyan tam ödənilmişdir, odur ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notariatda təsdiq olunmuş ərizəsindədə göstərmişdir ki, onun hər iki təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onlarla barışmışdır, xahiş edir ki, nəzərə alınsın. Cinayət işinin 1-ci cildinin 54-55, 80-81-c ivərəqlərində olan protokollardan görünür ki, 12 aprel 2021ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin 1-ci cildinin 162-167, 168-169, 172-173-cü vərəqlərində olan qərarlardan görünür ki, 14 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək azad edilmişlər və barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işininin 1-ci cildinin 35-36-cı vərəqlərində olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 2-ci cildinin 51-56-cı vərəqlərində olan sənələrdən görünür ki, Təqsirləndirilən şəxs1 ailəli olmaqla himayəsində 2019-cu il təvəllüdlü 1 nəfər azyaşlı uşağı var. Cinayət işinin 2-ci cildinin 58-62-cı vərəqlərində olan sənələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ailəli olmaqla himayəsində 2010-cu il təvəllüdlü 1 nəfər azyaşlı uşağı var. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim otdikləri ərizələrdə göstəmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələblərii yoxdur. Himayəsində 2 nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərlə barışması, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilərək aradan qaldırılması, əvvəllər məhkum olunmaması CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Zərərçəkmiş şəxslərlə barışması, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilərək aradan qaldırılması, əvvəllər məhkum olunmaması CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Hər iki təqsirləndirilən şəxsin ittiham olunduqları maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, yüngülləşdirici halların məcmusu, xüsusilə vurulmuş ziyanın tam olaraq ödənilməsini, zərəçəkmiş şəxslə barışmalarını nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmələri cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxslərin və ailələtini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə hər iki təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirə edilə bilinəcək əmlak müəyyən edilmədiyindən onların barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam olaraq ödənildiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6(altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 12 aprel 2012-ci ildən 14 aprel 2021-ci ilədək tutularaq saxlanıldığı 2 (iki) gün və 28 iyul 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın, barəsində CMnin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6(altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 12 aprel 2012-ci ildən 14 aprel 2021-ci ilədək tutularaq saxlanıldığı 2 (iki) gün və 28 iyul 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın, barəsində CMnin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər, apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1353/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1353/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver