Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1353/2023 13.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərər çəkmiş şəxsin hüquqi varisi - X3, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 Xaliq qızının, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Leqal" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1981-ci il tarixdə Qubadlı rayonu, Xudular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Xudular kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 14 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 noyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1, 127.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma, 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində qəsdən adam öldürmə, eləcə də 01 avqust 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək olan dövr ərzində Bakı şəhərinin Xətai rayonu və digər ərazilərdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə 14 nəfər özgənin xeyli miqdarda əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə, saat 21 radələrində qeyri rəsmi ər-arvad münasibətində yaşadığı xx.xx.1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə birlikdə “Hyundai Azera” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhərinə gələrkən aralarında olan şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yolun Abşeron rayonu, Saray qəsəbəsində, Yeni məhəllədə yerləşən kənd qəbiristanlığının qarşısından keçən hissəsində idarə etdiyi qeyd olunan avtomobili saxlamış, hər ikisi aşağı endikdən sonra davam edən mübahisə zamanı avtomobilin saxlanc yerindən götürdüyü bıçaqla sonuncunun hər iki çiyin nahiyələrindən qəsdən vuraraq sol körpücük nahiyəsinin kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran və sağ körpücük sümüyü cisminin qəlpəli, yerdəyişmiş sınığı, sağ körpücük nahiyələrinin kəsilmiş yaraları ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs14 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən “Xətai park” yaşayış kompleksinin avtomobil dayanacağında olan yerlərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs14 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan yerlərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 01 avqust 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “X11 plaza”-dan mobil tətbiq vasitəsilə onun göndərdiyi bank kartı hesabına köçürülmə yolu ilə 1150 (min yüz əlli) manat, 06 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “X11 plaza”-dan mobil tətbiq vasitəsilə onun göndərdiyi bank kartı hesabına köçürülmə yolu ilə 2150 (iki min yüz əlli) manat olmaqla, ümumilikdə vahid niyyətlə 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs14 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs14 məxsus 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən “Xətai park” yaşayış kompleksinin avtomobil dayanacağında olan yerlərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs2 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan yerlərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 8 500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 10 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 30 ünvanının qarşısında qeyd olunan pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs2 məxsus 8.500 (səkkiz min beş yüz) manat məbləğində xeyli miqdarda pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən “Xətai park” yaşayış kompleksinin avtomobil dayanacağında olan yerlərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs3 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan yerlərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 2 000 (iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 18 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54G ünvanında nağd şəkildə 1500 manat, həmin gün saat 12:59-da ünvan 5 ünvanından mobil tətbiq vasitəsilə onun göndərdiyi 5103 0714 0521 3113 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə 501 manat olmaqla, ümumilikdə vahid niyyətlə 2001 (iki min bir) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs3 məxsus 2001 (iki min bir) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs4 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən “Xətai park” yaşayış kompleksinin avtomobil dayanacağında olan parklanma yerlərindən ikisini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs4 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan yerlərdən ikisinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 1000 (min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla onun göndərdiyi 5103 0714 0521 3113 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə 22 avqust 2022-ci il tarixdə, saat 16:59-da ünvan 7 ünvanında mobil tətbiq vasitəsilə 500 (beş yüz) manat, həmin gün saat 18:46-da Suraxanı rayonu, Zığ kəndində yerləşən “Nurunun marketi” adlı marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə 500 (beş yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə 1000 (min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs4 məxsus 1000 (min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs5 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən “Xətai park” yaşayış kompleksinin avtomobil dayanacağında olan yerlərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs5 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan yerlərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 1000 (min) manat məbləğində pul vəsaitindən verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 23 avqust 2022-ci il tarixdə, saat 10 radələrində onun göndərdiyi 5103 0714 0521 3113 nömrəli bank kartı hesabına Bakı şəhəri Xətai rayonu, ünvan 10 ünvanından “Birbank” mobil tətbiqi vasitəsilə köçürülmə yolu ilə 1 000 (min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs5 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs5 məxsus 1 000 (min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs15 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən “Xətai park” yaşayış kompleksinin avtomobil dayanacağında olan yerlərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs15 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan yerlərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 25 avqust 2022-ci il tarixdə, saat 12 radələrində ünvan 11 ünvanından mobil tətbiq vasitəsilə onun göndərdiyi 5103 0714 1916 0813 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs15 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs15 məxsus 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs6 əmək stajının artırılması üçün Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən binalardan birində xadimə kimi işə düzəlmək istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs6 pul vəsaitlərini ələ keçirmək məqsədilə onun işlə düzəlməsini təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 2000 (iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 02 sentyabr 2022-ci il tarixdə, saat 15:06-da Zaqatala şəhəri, F.Əmirov küçəsində quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə onun göndərdiyi 4098 5844 6554 0381 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə 2000 (iki min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs6 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs6 məxsus 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs8 Xaliq qızının Bakı şəhərində yerləşən mənzillərdən birini ipoteka ilə almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs8 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 14190 (on dörd min yüz doxsan) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 12 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 22 ünvanının qarşısında nağd şəkildə əlbəəl 9000 (doqquz min manat), həmin gün saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, X10 prospekti 202A ünvanında yerləşən “Melissa park” yaşayış kompleksindəki “Zeytun” marketin qarşısında quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə onun göndərdiyi 5103 0714 1916 0813 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə 5190 (beş min yüz doxsan) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs8 almış, daha sonra 13 sentyabr 2022-ci il tarixdə təkrarən sonuncuya zəng edərək əlində yaxşı bir mənzil olduğunu və ilkin ödəniş pulunu göndərəcəyi halda həmin mənzilin də alışını onun üçün təmin edə biləcəyini yalandan bildirib aldadaraq, həmin adla 5103 0714 1916 0813 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə Zaqatala şəhərində yerləşən 2 saylı bazarın içərisində quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə 15 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində 6120 (altı min yüz iyirmi) manat, 18 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində 1840 (min səkkiz yüz qırx) manat olmaqla, ümumilikdə vahid niyyətlə 22 150 (iyirmi iki min yüz əlli) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs8 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs8 məxsus 22150 (iyirmi iki min yüz əlli) manat məbləğində xeyli miqdarda pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs6 Bakı şəhərində yerləşən mənzillərdən birini ipoteka ilə almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs6 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 19416 (on doqquz min dörd yüz on altı) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla göndərdiyi 5103 0714 1916 0813 nömrəli bank kartına köçürülmə yolu ilə Lənkəran şəhəri, Mir Mustafaxan küçəsində yerləşən “Bazarstore” supermarketin qarşısında quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə 13 sentyabr 2022-ci il tarixdə, saat 15:58-də 5000 (beş min) manat və saat 16:01-də 2360 (iki min üç yüz altımış) manat, Bakı şəhəri Sabunçu rayonu, Zabrat şosesi C50 ünvanında yerləşən “Al” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə 18 sentyabr 2022-cil il tarixdə, saat 13:31-də 4000 (dörd min) manat, Lənkəran rayonu, Digah kəndində yerləşən “Çinar” marketdə quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə 18 sentyabr 2022-ci il tarixdə, saat 14:11-də 180 (yüz səksən) manat və saat 14:18-də 500 (beş yüz) manat, Lənkəran şəhəri, Bakı-Astara şossesində yerləşən “Bazarstore” supermarketində quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə 19 sentyabr 2022-ci il tarixdə, saat 10:12-də 5000 (beş min) manat və saat 10:14-də 876 (səkkiz yüz yetmiş altı) manat və Lənkəran rayonu, Digah kəndində yerləşən “Çinar” marketdə quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə 24 sentyabr 2022-ci il tarixdə, saat 11:50-də 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə 19416 (on doqquz min dörd yüz on altı) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs6 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs6 məxsus 19 416 (on doqquz min dörd yüz on altı) manat məbləğində xeyli miqdarda pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs7 Bakı şəhərində yerləşən mənzillərdən birini ipoteka ilə almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs7 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 10720 (on min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 28 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində 3000 (üç min) manat, 29 sentyabr 2022-ci il tarixdə, saat 09 radələrində 6720 (altı min yeddi yüz iyirmi) manat və 07 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində 1000 (min) manat olmaqla, ümumilikdə vahid niyyətlə 10720 (on min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaitini kirayə yaşadığı ünvan 15 ünvanında nağd şəkildə əlbəəl olaraq Zərərçəkmiş şəxs7 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs7 məxsus 10720 (on min yeddi yüz iyirmi) manat məbləğində xeyli miqdarda pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs9 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən “Xətai park” yaşayış kompleksinin avtomobil dayanacağında olan yerlərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs9 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan yerlərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 6000 (altı min) manat məbləğində pul vəsaitindən ilkin sənədləşmə işləri üçün təcili olaraq 2 000 (iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 09 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində onun göndərdiyi 5103 0714 1916 0813 nömrəli bank kartı hesabına ünvan 16 ünvanından “Birbank” mobil tətbiqi vasitəsilə köçürülmə yolu ilə 2 000 (iki min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs9 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs9 məxsus 2 000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs10 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən “Xətai park” yaşayış kompleksinin avtomobil dayanacağında olan yerlərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs10 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan yerlərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 2 000 (iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 24 oktyabr 2022-ci il tarixdə saat 15:37-də ünvan 17 ünvanında yerləşən "xxxx" bank ASC-nin “Həzi Aslanov” filialında quraşdırılmış terminal vasitəsilə onun göndərdiyi 5103 0714 6774 4773 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə 2000 (iki min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs10 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs10 məxsus 2 000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs11 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən “Xətai park” yaşayış kompleksinin avtomobil dayanacağında olan yerlərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs11 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan yerlərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 3 500 (üç min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla göndərdiyi **********744773 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə 27 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində ünvan 18 ünvanında yerləşən "xxxx" bank ASC-nin “Cəfər Cabbarlı” filialında quraşdırılmış terminal vasitəsilə 2500 (iki min beş yüz) manat, 29 oktyabr 2022-ci il tarixdə, saat 15:30-da Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 29/42 ünvanında yerləşən “Bravo” supermarketində quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə 500 (beş yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə 3 000 (üç min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs11 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs11 məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs12 santexnik-elektrik kimi işə düzəlmək istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs12 pul vəsaitlərini ələ keçirmək məqsədilə onun işə düzəlməsini təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı 1000 (min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla göndərdiyi 4169 7423 2168 5741 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Elmar” marketdə quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə 04 noyabr 2022-ci il tarixdə, saat 13:57-də 500 (beş yüz) manat və saat 13:59-da 500 (beş yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə 1000 (min) manat pul məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs12 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs12 məxsus 1 000 (min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində qeyri rəsmi ər-arvad münasibətlərində olduğu xx.xx.1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə kirayə yaşadığı ünvan 20 ünvanında görüşüb gecəni birlikdə qaldıqdan sonra 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində birlikdə evdən çıxmaq üçün qeyd olunan mənzilin qonaq otağında Zərərçəkmiş şəxs1 hazırlaşmasını gözləyərkən söhbət zamanı sonuncunun ünvan 21 ünvanında yerləşən yaşayış evini satıb özünə yeni avtomobil alacağını deməsindən əsəbiləşərək Zərərçəkmiş şəxs1 evini sataraq ona borclarını ödəməsində köməklik edəcəyi barədə vədini xatırlatdıqdan sonra aralarında yaranmış münaqişə zamanı ailəsinin dağılmasına, maddi vəziyyətinin pisləşərək borclanmasına səbəbkar olmasını sonuncuya bildirdikdə, Zərərçəkmiş şəxs1 onun ünvanına təhqiramiz ifadələr işlədib şəxsiyyətini alçaltdığı üçün sonuncudan qisas almaq niyyətilə qəsdən öldürmək məqsədilə qeyd olunan otaqdakı dolabın üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı əmək aləti olan soyuq silah hesab edilməyən çilingər açarı ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən zərbələr vuraraq kəllə tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sağ və sol göz ətrafı nahiyənin hematomaları, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs13 Bakı şəhərində yerləşən mənzillərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs13 pul vəsaitlərini ələ keçirmək məqsədilə qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli ilə bağlı ilkin sənədləşdirmə işləri üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 12 noyabr 2022-ci il tarixdə, saat 13:33-də Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin “Goran” təlim mərkəzindən “Birbank” mobil tətbiqi vasitəsilə onun göndərdiyi 5103 0714 6774 4773 nömrəli bank kartı hesabına köçürülmə yolu ilə 2 500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs13 alıb həmin gün ünvan 22 ünvanında yerləşən “Araz” supermarketində quraşdırılmış "xxxx" banka məxsus terminaldan çıxararaq öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs13 məxsus 2 500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1, 127.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 120.1, 127.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə qəsdən az ağır dərəcəli bədən xəsarəti yetirməsi, təkrarən, xeyli miqdarda dələduzluq cinayətlərini törətməsi və başqa şəxsi qəsdən öldürüb həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 127.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 hadisədən təxminən 2-3 il əvvəl tanımışdır. Belə ki, Kifayət sahə rəisi işlədiyi Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yaşayan sakin olmuşdur. Kifayəti əvvəllər işlədiyi ünvanda sakin kimi tanımış, 2022-ci ilin mart ayının sonlarından səmimi münasibətləri yaranmışdır. Kifayət “Laçın” ticarət mərkəzində mağaza icarəyə götürüb qadın geyimləri satmışdır. 2022-ci ilin mart ayında Kifayət onu Novxanıda yerləşən “Amor” restoranına aparmağını istəmiş, o da işdən çıxanda Kifayəti götürüb özünə məxsus “Mercedes ML” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin restorana aparıb düşürdərək evinə getmişdir. Təxminən 2-3 gün sonra işdə olan zaman Kifayət yenidən “Amor” restoranına gedəcəyini, rəfiqələri Tünzalə və Elvira ilə görüşəcəyini bildirib onlarla getməyini istəmişdir. O da razılaşıb Kifayət və Tünzalə ilə “Xətai park” yaşayış kompleksindən çıxıb Sumqayıtda da Elviranı götürüb həmin restorana getmişlər. Yemək yedikdən sonra onları evlərinə düşürdərək öz evinə getmişdir. Beləliklə, Kifayətlə münasibətləri ged-gedə daha səmimləşmişdir. Həmin ərəfədə yenidən Kifayətlə “Amor” restoranına gedib orada Elvira və onun sevgilisi ilə oturmuşlar. Yemək yemiş, onlar spirtli içki qəbul etmiş, özü isə, içməmişdir. Axşam restorandan çıxan zaman Kifayətə həmin gecəni birlikdə qalmağı təklif etdikdə, Kifayət də razılaşmış və birlikdə Xırdalan şəhərində yerləşən “Ağ” hotelə gedib gecəni orada qalmış, səhəri günü də birlikdə hoteldən çıxıb “Xətai park” yaşayış kompleksinə getmişdirlər. Artıq Kifayətlə sevgi münasibətləri yaranmağa başlamışdır. Bundan sonra Kifayətin gündəlik xərclərini qarşılaması üçün onun bank kartına hər gün 300-500 manat pul göndərmişdir. Aprel ayının əvvəllərində Kifayətlə telefonda danışan zaman ağladığını hiss edib səbəbini soruşduqda, Kifayət bir nəfərdən 5000 manat pul götürüb qardaşına verdiyini, qardaşının həmin pulu batırdığını, borc sahibinin isə pulu ondan tələb etdiyini bildirmişdir. Səhəri günü öz evindən gətirib Kifayətə 5000 manat pul verəcəyini demiş və dediyi kimi gətirib həmin pulu səhər saatlarında Kifayətin yaşadığı mənzildə ona vermişdir. Bunun üzərindən təxminən 5-6 gün keçdikdən sonra Kifayət yenə də ağlayaraq 3000 manat vergi borcunun olduğunu ona demişdir. Həmin gün 3000 manat pulu Kifayətə yaşadığı mənzildə vermişdir. Artıq Kifayətlə tez-tez onun yaşadığı mənzildə görüşüb cinsi əlaqədə olmuş, həftədə bir-iki gün də onun evində gecəni qalmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, aprel ayının sonlarında söhbət zamanı Kifayət ona qızılda yaxşı pul olduğunu, Türkiyədən gətirib sataraq çoxlu qazanc əldə etmək istədiyini, lakin bunun üçün maliyyə vəsaitinin olmadığını bildirərək birlikdə bu işi görməyi təklif etmişdir. Onun da ağlına batmış və həmin ərəfədə öz evinə gedib evdə arvadı Elnarənin yığdığı puldan hissə-hissə 26500, 2500 və 3000 manat olmaqla ümumilikdə 32000 manat pulu ondan götürmüş, pulu götürən zaman Elnarəni aldadıb, Yasamal rayonunda inşa edilən “Avant park” yaşayış kompleksindən ilkin ödəniş edərək oğlu İlqara mənzil götürəcəyini, qalan pulu isə hissə-hissə ödəyəcəyini demişdir. Bundan başqa, idarə etdiyi avtomobili tanışı Elşən Mikayılovun adına keçirdib iş görmək adı ilə ondan 9000 manat pul almışdır. Lakin, avtomobili özü idarə etməyə davam etmişdir. Bundan başqa, dostu Ceyhun Qurbanovdan 1000 manat pul borc kimi almış və özündə olan 8000 manatı da həmin pulun üzərinə qoyub, ümumilikdə 50 000 manat düzəldərək aprel ayının sonlarında “Əhmədli” metrostansiyasının çıxışında yerləşən “McDonalds”-ın arxasında Kifayət ilə görüşərək pulu əlbəəl onun özünə vermişdir. 29 aprel 2022-ci il tarixdə “Alliance garden” restoranında Kifayətə 30-40 nəfərlik tanışlarının iştirakı ilə adgünü keçirtmişdir. Artıq demək olar ki, öz evinə getməmiş, gecələri Kifayətin evində qalmışdır. Arvadı Elnarə ondan soruşduqda, işindən əlavə rayonda iş götürdüyünü rayona gedib gecələr orada qaldığını demiş, evə pul verməməyini irad bildirdikdə isə, guya götürdüyü mənzilin kreditini bağladığını demişdir. İyun ayının təxminən ortalarında Kifayət öz mağazasına qadın paltarları gətirmək üçün Türkiyə Respublikasına gedəcəyini, həmin işdə də yaxşı pul olduğunu deyib onunla şərik işləməyi təklif etmişdir. O da özündə yığıdığı 25000 manat pulu götürüb qadın geyim paltarları ticarətinə qoşulmaq üçün Kifayətin mənzilində ona vermiş, əlavə olaraq ofisdən də 2000 manat pul götürüb xərcləməsi üçün mənzilində Kifyayətə vermişdir. Kifayət Türkiyəyə getmiş, 3 gün orada qaldıqdan sonra qadın geyim paltarları sifariş edərək geri qayıtmışdır. İyul ayının əvvəllərində təxminən saat 18 radələrində Kifayətlə Sumqayıt şəhərində yerləşən “Turan” restoranında oturub yemək yeyən zaman ona iş görmək adı ilə verdiyi 75000 manat puldan söhbət açmışdır. Bu söhbət Kifayətin xoşuna gəlməmiş və ona “camaat sevgilisinə bahalı ev, avtomobil alıb, heç söhbətin də etmir” deyə bildirmişdir. Həmin ərəfədə Tünzalə ona Kifayətin “pulgir” olduğunu dediyi üçün, Kifayətin də bu sözlərindən həqiqətən də onunla pula görə münasibət saxladığını düşünmüşdür. Bu söhbətdən sonra restorandan qalxmış, Kifayətin “Hundai Azera” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmiş, Kifayət isə, arxada əyləşmişdir. Onlar birlikdə Bakı şəhərinə, Kifayətin yaşadığı evə qayıdan zaman yolda Kifayət ona “səninlə hər şey qutardı” demişdir. O isə qarşılığında Kifayətə “75000 manat pulumu qaytar, qurtaraq, sənə xərclədiyim pulları istəmirəm” demişdir. Bu sözündən sonra Kifayət əsəbləşib, arxa oturacaqdan onu əl çantası ilə başından vurmuş və saçından tutaraq sirkələmişdir. Dərhal avtomobili Saray qəsəbəsi ərazisində yerləşən kənd qəbiristanlığının qarşısında kənara çəkib saxlamış, ikisi də avtomobildən düşmüş, bu zaman Kifayət qışqıraraq üstünə gəlməyə başlamışdır. Kifayətə “məni başqası ilə səhv salma” dedikdə, sonuncu onu təhqir etmişdir. O da əsəbiləşib, təxminən 1 ay əvvəl Quba rayonunda olan zaman mağazadan alıb avtomobilə qoyduğu bıçağı avtomobilin salonunda olan saxlanc yerindən götürmüş və Kifayətə “səni deşik-deşik edərəm” demişdir. Bu zaman Kifayət onun sifət nahiyyəsindən sillə ilə vurmuşdur. O, Kifayətin üzərinə gəldiyini görüb daha da əsəbləşiərək sağ əlində olan həmin bıçaqla Kifayətin hər iki çiyin nahiyyəsindən zərbələr vurmuşdur. Kifayəti vurduqdan sonra yalvararaq onu çox sevdiyini deyib qucaqlamış və ona inandığını deyərək orada qoyub getməməyini istəmişdir. O da köynəyini çıxarıb Kifayətin çiyin nahiyyəsinə əli ilə sıxaraq avtomobilə əyləşdirmiş və Sumqayıt şəhərində yerləşən “Travmatologiya” xəstəxanasına aparmışdır. Yolda olan zaman Kifayətdən ondan şikayətçi olmamasını xahiş edib, bunun müqabilində ona 50.000 manat pul verəcəyini bildirmişdir. Xəstəxanaya daxil olduqda həkimlərə Kifayəti vurduğunu demişdir. Kifayət isə, borcları olduğu üçün özü-özünə xəsarət yetirdiyini bildirmişdir. Təxminən bir saat sonra polis əməkdaşları xəstəxanaya gəlib, onu sorğu-sual etmiş və hadisənin Saray qəsəbəsi ərazisində olduğunu öyrəndikdən sonra çıxıb getmişlər. Sonra isə Abşeron RPİ-nin Saray bölməsinin əməkdaşları xəstəxanaya gəlib onu həmin bölməyə aparmışlar. Araşdırma zamanı Kifayət ondan şikayətçi olmadığından onu polis bölməsindən buraxmışlar. Hadisədən sonra iki-üç gün ərzində yaxınlarından 15 000 manat pul toplayıb xəstəxanada Kifayətin özünə vermişdir. Kifayət 4 gün xəstəxanada qaldıqdan sonra, istəyinə əsasən onu Bakı Sağlamlıq Mərkəzinə yerləşdirmiş, həmin mərkəzdə yenidən əməliyyat olunub 3 gün qaldıqdan sonra evə buraxılmışdır. Bu hadisədən sonra Kifayət ondan şikayət edəcəyi adı ilə müxtəlif məbləğlərdə pul tələb etməyə başlamış, pulları həkimə, banka olan borclarına verəcəyini demişdir. O da məcbur qalıb 3-4 ay ərzində təxminən 80.000 manat pul tapıb Kifayətə vermişdir. Həmin pulları əsasən işlədiyi “Xətai Park” yaşayış kompleksinin sakinlərindən və tanışlarından alıb vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, son bir-iki ay ərzində Kifayətə pul verdikdə, ona yaşadığı mənzili satıb pulu qaytaracağını və borclarını bağlayacağını demişdir. Artıq borc sahibləri ondan pullarını istəməyə başlamışlar. Yaşayış kompleksinin sakinləri onun həmin pulları Kifayətə verdiyini bilmiş və bu səbəbdən də onu işdən çıxarılmışlar. İşdən çıxdıqdan sonra borcları qaytara bilməmişdir. Yenidən tanışlarından borca pul götürüb xərcləməyə başlamışdır. İşdən çıxdıqdan sonra “Xətai park” yaşayış kompleksinə gedə bilmədiyi üçün avqust ayının sonlarında təxminən 5-6 gün Kifayətlə birlikdə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində Kifayətin qardaşı Rövşənin evində qalmışlar. Bakı şəhərinə qayıtdıqdan sonra bir müddət Sumqayıt şəhərində bacısı Elnurə və Aygünün evində qalmış, daha sonra “Qara Qarayev” metrostansiyasının yanından kirayə mənzil götürüb orada yaşamağa başlamışdır. Borc sahibləri ondan pullarını tələbi ilə Saray qəsəbəsində yerləşən evinə getdikləri üçün o, evinə getmək istəməmişdir. Kifayət də hər gün onun kirayə götürdüyü mənzilə gəlmiş, tez-tez onunla gecəni həmin mənzildə qalmışdır. Həmin mənzili qaytardıqdan sonra Füzuli rayonuna gedib bir həftə Horadiz qəsəbəsində qalmışdır. Bakı şəhərinə geri qayıtdıqdan sonra təxminən noyabr ayının sonlarında ünvan 24 ünvanında yerləşən mənzili internet saytında görüb Elnur adlı şəxsdən kirayəyə götürmüşdür. Elnura orada qaldığı hər günün müqabilində 80 manat pul vermişdir. Kifayət də 2-3 gündən bir həmin mənzilə gəlib onunla qalmışdır. X4 və bacısı Kəmalə də ora gəlmişdir. Son zamanlar Kifayətin yaşadığı mənzili satıb ona pul verəcəyini ümid etdiyi üçün onunla münasibətini korlamamağa çalışmış, nə desə etmişdir. Hadisədən təxminən 3-4 gün əvvəl Kifayətlə mübahisəsi olmuşdur. Belə ki, bir müddət Kifayətə göndərdiyi pulların çeklərini özündə saxlamış, həmin gün Kifayət evdə olan zaman əlini cibinə atdıqda, çeklərin cibində olmadığını görmüşdür. Kifayətin götürdüyünü düşünüb ondan soruşmuş, Kifayət də həmin çekləri götürdüyünü və aparıb öz evində bir-bir baxacağını demişdir. Çekləri Kifayətin əl çantasından götürüb yenidən cibinə qoymuşdur. Həmin gün Kifayət “İphone 13 pro” mobil telefonu istədiyini bildirmişdir. O da üstündə olan puldan 2000 manat binanın həyətində Kifayətə vermişdir. Təxminən bir saat sonra Kifayət ona şəkil atıb həmin telefonu aldığını bildirmişdir. Mobil telefonu aldıqdan sonra yenidən mehribanlaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 10 noyabr 2022ci il tarixdə arvadı Elnarə ona Qubadlı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(028)- 574/2022 nömrəli qətnaməsini göndərib artıq boşandıqlarını bildirmişdir. Həmin ərəfədə onu polis əməkdaşları da axtarmağa başlamışdır. O isə ümidini yalnız Kifayətə bağlamışdır. Sonuncu dəfə 11 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Kifayət kirayə yaşadığı ünvan 24 ünvanına gəlmişdir. Kabab sifariş etmiş və biraz yeyib yataq otağına keçib yatmışlar. Həmin gün aralarında hər-hansı mübahisə və dava-dalaş olmamışdır. 12 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində yuxudan oyandıqdan sonra Kifayətin qızı Tahirə və onun övladları ilə “whatsapp” proqramı vasitəsilə birlikdə görüntülü danışmışlar. Binanın həyətində olan restorandan xaş sifariş etmiş, xaş yeyib spirtli içki qəbul etmiş, Kifayət isə, spirtli içki içməmişdir. Həmin vaxt Kifayət “instagram” sosial şəbəkində paltar görüb bəyənmiş və birlikdə gedib həmin mağazadan paltarı almağı istəmişdir. O da tanışı taksi sürücüsü Pənaha zəng edib təxminən 1 saata gəlib onu götürməsini istəmişdir. Kifayətlə evdən çıxmağa hazırlaşmışlar. Təxminən saat 11 radələrində əynini dəyişdikdən sonra divanda oturub Kifayətin hazırlaşmasını gözləyən vaxt Kifayət evini satdıqdan sonra özünə “Land Cruiser” markalı avtomobil alacağını demişdir. Bundan əvvəl, Kifayətin evi satdıqdan sonra onun borclarını bağlamağa köməklik edəcəyini dediyi üçün sonuncunun bu sözü onu əsəbiləşdirmişdir. Kifayətə etdiklərini sadalamağa başlamış və aralarında mübahisə yaranmışdır. Kifayət arvadı Elnarənin ona cadu etdiyi üçün işlərinin pis getdiyini, baş örtülü qadınların “cadugər” olduqlarını demişdir. Arvadı Elnarə də başörtülü olduğu üçün onu müdafiə etmişdir. Kifayətin danışıqlarından evini satdıqdan sonra borclarını bağlamaq üçün ona pul verməyəcəyini başa düşmüşdür. Ona verdiyi pulları təkrar sadalamış və ona “sən cındır hərəkətlər edirsən” demişdir. Kifayət də ona aqressiv cavablar verərək polisə verəcəyi ilə hədələdikdən sonra başa düşmüşdür ki, Kifayətə pul vermədiyi günlər ona qarşı münasibəti dəyişir. Həmin vaxt onun özünə məxsus silah yataq otağındakı şkafda olmuşdur. İlk öncə həmin silahı çıxardıb onu qorxudaraq 3-4 günə pul verməsini tələb etməyi düşünmüş, lakin etməmişdir. Həmin vaxt Kifayət ona lağ etməyə başlamış və “camaat mənə bu sənə yaraşmır deyir, mən isə sənin yanındayam, mənim kimi qadını bütün kişilər arzulayır” deyə bildirmişdir. O da Kifayətə pula görə yanında olduğunu, bütün günü borclarını qaytaracağı ilə bağlı ümid verdiyini demişdir. Ondan konkret olaraq pulu mənə nə vaxt verəcəyini soruşmuş, Kifayət cavabında evi satıb övladlarını çöldə qoya bilməyəcəyini demişdir. Etdiklərinə baxmayaraq, doğurdan da onu fikirləşmədiyini Kifayətə bildirmişdir. Kifayət isə, “gedim danışarıq” dedikdə, getməsinə imkan verməmiş, “sözümə cavab ver sonra get” deyərək sifətindən sillə ilə vurmuşdur. Kifayət çiynini açıb “gör məni nə günə qoymusan, sənə görə mən bir milyon pul itirdim” demişdir. O da Kifayətə verdiyi pulları demiş, Kifayət isə, yenə də özünü tərifləmişdir. Ona görə adını, hörmətini, ailəsini, qısacası hər şeyini itirdiyini Kifayətə bildirən zaman, qarşılığında “acizsən, sənin tayların heç evlənməyib, günah məndədirki, sənin yanına gəlirəm” dedikdə, daha da əsəbiləşmiş və televizorun yanında olan qırmızı rəngli qaz açarını götürüb Kifayətin baş nahiyəsindən sonradan xatırladığına görə bir zərbə vurmuşdur. Vurduqdan sonra onu tutub arxası üstə divana uzatmışdır. Həmin vaxt əli, köynəyi və şalvarı qan olduğu üçün hamam otağına girib köynəyini və şalvarını çıxartmış, yuyunduqdan sonra otağa girib Kifayətə baxmışdır. Kifayət hərəkətsiz vəziyyətdə olmaqla ondan heç bir səs gəlməmişdir. Kifayətin öldüyü ona məlum olduqdan sonra evdən tünd sarı rəngli torba götürüb qanlı köynək və şalvarını, evdə olan zibilləri, 01 ədəd viski, 06 ədəd pivə, 03 ədəd “Go” və 02 ədəd “Redbull” içkisini həmin torbaya yığmışdır. Həmin vaxt artıq Pənah gəlib çatmış, ona zəng etdikdə, Pənaha yuxarı qalxmamasını bildirmişdir. Təxminən 15 dəqiqə sonra özündə olan açarla mənzilin qapısını bağlayıb aşağı düşüb Pənaha məxsus “Kia Rio” markalı qırmızı rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib sonuncuya Sumqayıt şəhərinə sürməsini demişdir. Bundan sonra Sumqayıt şəhərinə gedən zaman Kifayətin qızı və oğlu ona zəng edib Kifayəti soruşmuşlar. Onlara Kifayəti geyim mağazasından paltar aldıqlarını, daha sonra onun yanından ayrılıb hazırda Sumqayıt şəhərinə getdiyini, Kifayətdən xəbəri olmadığını bildirmiş və qızına konum atmışdır. Tahirə ona “səni görmək istəyirəm” dedikdə, bir saat yarıma Bakıya gələcəyini demişdir. Sumqayıt şəhərinə çatdıqdan sonra bir müddət Pənahla birlikdə orada avtomobillə gəzmişdir. Daha sonra saat 14 radələrində anasının yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən evə gedib paltarlarını ora qoymaq istəmişdir. Pənaha yolu göstərib anasının yaşadığı binanın arxasına sürdürmüşdür. Məhəlləyə girişdə Pənahdan avtomobili saxlamasını istəmişdir. Avtomobildən düşüb telefonla tanışı Toğrulun iş yoldaşı hazırda adını xatırlamadığı şəxslə danışmışdır. Həmin şəxs ona guya ipoteka ilə ev düzəldəcəyi müqabilində ona 2500 manat pul göndərməli idi. Təxminən 10-15 dəqiqə ərzində həmin şəxs 2500 manat pulu ona göndərmişdir. Pulu göndərməsi üçün Pənahın kartını ona atmışdır. Bundan sonra anasının evinə getmək fikrindən daşınmışdır. Pənahın avtomobilinə əyləşmək istəyərkən içki, zibil və paltarlarını yığdığı torbanı görüb həmin ünvanda böyük zibil yeşiyi olduğu üçün həmin torbanı götürüb ora atmışdır. Daha sonra avtomobilə əyləşmiş və Pənahla gedib pulu Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində yerləşən “Araz” supermarketin yanındakı terminaldan çıxartmışdır. Pənah özü düşüb pulu çıxartmış və gətirib avtomobildə ona vermişdir. Daha sonra Pənahdan onu 10-cu mikrorayon ərazisisində düşürməsini istəmişdir. Pənahdan ayrıldıqdan sonra bir qədər irəlidə olan duracaqda “Vaz 2106” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşərək Masazır qəsəbəsinə xalası qızı Pərvanənin yoldaşı Vüsal gilin evinə getmiş, ora çatdıqda Vüsal gilin mənzildə olmadığını görüb yenidən Sumqayıt şəhərinə qayıdaraq “Ərçivan” adlanan kafedə oturub dayısı qızı Esmiranın həyat yoldaşı Şirinə zəng edərək burada olduğunu bildirmişdir. Bir müddət sonra Şirin həmin yerə gəlmiş və birlikdə oturub yeyib-içmişlər. Söhbət əsnasında 5 günlük ev lazım olduğunu demişdir. Şirin isə, bir-iki tanışına zəng edərək mənzilin olmadığını bildirmişdir. Bundan sonra Şirinə hadisə barədə məlumat verərək, münasibətdə olduğu Kifayətin ona olan borcunu qaytarmadığına görə vurduğunu demişdir. Şirin isə, içkili olduğundan onun sözlərinə əhəmiyyət verməyərək bu barədə ondan heç nə soruşmamışdır. Daha sonra onlar sağollaşaraq ayrılmış, Sumqayıt şəhərində yerləşən “Şahanə” restoranının qarşısında taksiyə əyləşərək Masazır qəsəbəsinə xalası qızının yoldaşı Vüsalın evinə getmişdir. Bir qədər orada oturduqdan sonra Vüsalı kənara çəkib mübasibətdə olduğu Kifayəti evdə olan qaz açarı ilə vurduğumu demişdir. Vüsal isə, ona hadisə ilə əlaqədar polisə təslim olmağını bildirmişdir. Təxminən 5 dəqiqə sonra Vüsalın istifadəsində olan mobil nömrəsinə polis əməkdaşları zəng edərək onun harada olamağını maraqlandıqda o, borcu ilə əlaqədar onunla danışmadığını bundan başqa heç bir məlumatı olmadığını demişdir. Həmin gün orada gecələmiş və 14 noyabr 2022-ci il tarixdə Vüsalın yaşadığı mənzildə olan zaman Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin mart ayından etibarən qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Zərərçəkmiş şəxs1 xəsarət yetirməkdə məqsədi onu qorxutmaq olmuş, onu öldürmək məqsədi olmamışdır. O, Zərərçəkmiş şəxs1 ona olan borclarını qaytarmaması, onu təhqir və lağ edərək əsəbiləşdirməsi səbəbindən vurmuşdur. Zərərçəkmiş şəxs1 vurduğunu çilingər açarını otaqda olan televizorun yanından götürmüş, götürməkdə məqsədi Kifayəti vurmaq olmuşdur. Həmin qaz açarını ev sahibi Elnur 10 noyapbr 2022-ci il tarixdə televizoru dəyişmək üçün gətirmiş, televizorun yanına qoyub sonra götürəcəyini bildirmişdir. Hadisə zamanı əynində ağ rəngli, boğazlı uzunqol köynək, boz rəngli cins şalvar olmuşdur. Hadisə zamanı həm köynəyinə, həm də şalvarına qan bulaşmışdır. Həmin paltarlar qana bulaşdığı üçün tünd sarı rəngli torbaya qoyub Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində böyük dəmir zibil qabına atmışam. Özünə məxsus “Barak” markalı, 635-H21PT-37 nömrəli silahı hadisədən təxminən 6-7 ay əvvəl almışdır. Sənədli silah olduğu üçün özü ilə gəzdirmişdir. Sonuncu dəfə 2022-ci ilin yay aylarında Qəbələ rayonunda olan zaman yoxlamaq məqsədilə havaya atəş açmışdır. Hadisədən sonra da əl çantasının içərisində olmuş və polis əməkdaşlarına təqdim etmişdir. Hadisədən sonra mənzili səliqəli şəkildə qoyub çıxmışdır. Hadisə zamanı da Kifayətlə mübahisəsində hər hansı əşyaya toxunmamışlar. Hadisə zamanı heç bir xəsarət almamışdır. X3 göstərdikləri tamamilə şər-böhtan xarakterlidir. Kifayətlə yanaşı onun özünə və qardaşına da pullar göndərmiş, hədiyyələr almışdır. Ona külli miqdarda borcları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Zərərçəkmiş şəxs14 Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yaşayan sakin kimi tanımışdır. Kompleksin həyətində və qarajında boş yerlər olmuşdur. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona parklanma yeri ayıracağını deyib 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini ondan almış və 2022-ci ilin sentyabr ayında həmin pul vəsaitlərini Zərərçəkmiş şəxs14 tam olaraq qaytarmışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yaşayan sakin kimi tanımışdır. Kompleksin həyətində və qarajında boş yerlər olmuşdur. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona yaşadığı binanın avtomobil qarajında yer ayıracağını deyib bunun müqabilində ondan 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini ondan almış və sonradan qaytara bilməmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs3 Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yaşayan sakin kimi tanımışdır. Kompleksin həyətində və qarajında boş yerlər olmuşdur. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacım olduğundan guya ona yaşadığı binanın avtomobil qarajında yer ayıracağını deyib bunun müqabilində ondan ümumilikdə 2001 (iki min bir) manat məbləğində pul vəsaitini ondan almış və sonradan qaytara bilməmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs4 Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yaşayan sakin kimi tanımışdır. Kompleksin həyətində və qarajında boş yerlər olmuşdur. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacım olduğundan guya ona parklanma yeri ayıracağını deyib 1000 (min) manat məbləğində pul vəsaitini ondan almış və sonradan qaytara bilməmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs5 Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yaşayan sakin kimi tanımışdır. Kompleksin həyətində və qarajında boş yerlər olmuşdur. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona parklanma yeri ayıracağını deyib 1000 (min) manat məbləğində pul vəsaitini ondan almış və təxminən 1 ay sonra onun pulunu tam olaraq qaytarmışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs15 Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yaşayan sakin kimi tanımışdır. Kompleksin həyətində və qarajında boş yerlər olmuşdur. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona parklanma yeri ayıracağını deyib 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini ondan almış və təxminən 1 ay sonra onun pulunu tam olaraq qaytarmışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs7 “Xətai park” yaşayış kompleksində yaşayan sakin Arzumanın vasitəsilə tanımışdır. Arzuman Sahibin mənzil almaq istədiyini bildirmişdir. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona ipoteka ilə mənzil almasına köməklik edəcəyi adı ilə “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən kirayə qaldığı mənzildə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində 3000 (üç min) manat, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində 6720 (altı min yeddi yüz iyirmi) manat və xx.xx.2022-ci il tarixdə saat 20 radələrində 1000 (min) manat olmaqla ümumilikdə 10720 (on min yeddi yüz iyirmi) manat pul vəsaitlərini ondan almış və sonradan qaytara bilməmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs8 Xaliq qızını tanışı Zərərçəkmiş şəxs6 vasitəsilə tanımışdır. Cəmilə Nərminənin ipoteka ilə mənzil almaq istədiyini mənə bildirmişdir. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona ipoteka ilə mənzil almasına köməklik edəcəyi adı ilə 12 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Nəsimi rayonu, Moskva prospektində görüşü zamanı 3 000 manat pulu əlbəəl nağd formada almış, həmin gün saat 20 radələrində 5190 manat, 15 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində 6120 manat, 18 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində 1840 manat pul vəsaitini bank kartına göndərməklə, ümumilikdə 16.150 (iyirmi iki min yüz əlli) manat məbləğində pul vəsaitlərini ondan almışam. Lakin, sonradan qaytara bilməmişdir. Nərminədən əlbəəl aldığı pul 9000 manat olmamışdır. Bundan başqa, o, zərər çəkmiş Zərərçəkmiş şəxs6 təmizlik işçisi kimi tanımış və ona işlər vermişdir. Cəmilə özü də ipoteka ilə mənzil almaq istədiyini mənə bildirmişdir. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona ipoteka ilə mənzil almasına köməklik edəcəyi adı ilə xx.xx.2022-ci il tarixdə 7360 manat, xx.xx.2022ci il tarixdə 4680 manat, xx.xx.2022-ci il tarixdə 5876 manat və xx.xx.2022-ci il tarixdə 1500 manat, ümumilikdə 19 416 (on doqquz min dörd yüz on altı) manat məbləğində pul vəsaitlərini ondan almış və sonradan qaytara bilməmişdir. Bundan başqa, o, zərər çəkmiş Zərərçəkmiş şəxs9 işlədiyi Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksindən tanımışdır. Kompleksin həyətində və qarajında boş yerlər olmuşdur. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona parklanma yeri ayıracağını deyib 2000 (iki min) manat məbləğində pul vəsaitini ondan almış və sonradan qaytara bilməmişdir. Bundan başqa, o, zərər çəkmiş Zərərçəkmiş şəxs10 Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yaşayan sakin kimi tanımışdır. Kompleksin həyətində və qarajında boş yerlər olmuşdur. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona parklanma yeri ayıracağını deyib 2000 (beş yüz) manat məbləğində pul vəsaitini ondan almış və sonradan qaytara bilməmişdir. Bundan başqa, o, zərər çəkmiş Zərərçəkmiş şəxs11 Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yaşayan sakin kimi tanımışdır. Kompleksin həyətində və qarajında boş yerlər olmuşdur. Həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya ona parklanma yeri ayıracağını deyib 3000 (üç min) manat məbləğində pul vəsaitini ondan almış və sonradan qaytara bilməmişdir. Bundan başqa, o, zərər çəkmiş Zərərçəkmiş şəxs12 ilə əvvəllər birlikdə Xırdalan şəhərində fəhlə işləmiş və dostluq münasibələri yaranmışdır. Kamranın iş axtardığını bildiyi üçün həmin ərəfədə Kifayətə vermək üçün pula ehtiyacı olduğundan guya onu santexnik-elektrik kimi işə düzəlməsini təmin edəcəyi adı ilə 1000 (min) manat məbləğində pul vəsaitlərini ondan almış və sonradan qaytara bilməmişdir. Ən nəhayət, zərər çəkmiş Zərərçəkmiş şəxs13 Xətai park yaşayış kompleksinin sakini Toğrul Nəzərovun vasitəsilə tanımışdır. xx.xx.2022-ci il tarixdə hadisədən sonra Sumqayıt şəhərinə gedərkən Toğrul ona zəng edərək Pərvizin mənzil almaq istədiyini bildirmişdir. O da “Nərimanov”, “Qarayev” və “İnqilab” adlanan ərazilərində olan mənzillərdən birinin alışını onun üçün təmin edə biləcəyi adı ilə həmin gün saat 13 radələrində ondan 2500 (iki min beş yüz) manat pul vəsaitlərini bank kartına göndərməsini istəyərək ondan almış və sonradan qaytara bilməmişdir. Bundan başqa, təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, qeyd olunan şəxslərdən aldığı pul vəsaitlərini özünə məxsus "xxxx" banka məxsus kart hesabına, Kifayətin bank kartına və tanışı Şahid4 bank kartına göndərmələrini istəmişdir. Tanıdığı “Rauf” adlı şəxs olmamışdır. Pul istədiyi şəxslərdən bəziləri çox sorğu-sual etdiyi üçün onlarda inam yaratmaqdan ötrü guya “Rauf” adlı şəxsin onların sənədlərini düzəldəcəyini bildirmişdir. “Rauf” adlı şəxsin adından digər hazırda dəqiq xatırlamadığı sonu 07-07 ilə bitən mobil telefon nömrələri ilə “whatsapp” mobil tətbiqi vasitəsilə yazışmışdır. Bir dəfəsində dostu Pənahdan səs göndərməsini də istəmişdir. Şahid4 bank kartına köçürülən bütün pulları gətirib əlbəəl ona təhvil vermişdir. Həmin pulların işlə bağlı göndərildiyini Pənaha bildirmişdir. O da taksi şoferi olduğu üçün pulları çıxararaq olduğu yerə gətirib vermiş, bunun qarşılığında ona sadəcə olaraq taksi haqqını vermişdir. Pənahın qeyd olunan məsələlərin heç birindən məlumatı olmamışdır. 2022-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ilə mübahisəsi yemək yedikləri zaman və avtomobildə olan zaman da olmuş, avtomobili Abşeron rayonu, Saray qəsəbəsi ərazisində kənd qəbiristanlığının yanında insanların olmadığı yerdə saxlamışdır. Onların mübahisəsini görən şəxs olmamışdır. Kifayətlə sevgi münasibətləri yarandıqdan sonra ona gündəlik pullar göndərməyə və problemlərini həll etməyə çalışmışdır. Kifayətə pul göndərməkdə məqsədi onun yaxşı yaşaması üçün olmuşdur. Həmin pul vəsaitlərini ondan tələb etməmişdir. Lakin, Kifayət özü söhbət zamanı evini satıb maddi köməklik göstərəcəyini desə də, vaxtı barədə dəqiq məlumat verməmişdir. Yalnız özü Kifayətə yaxşılıqlar etdiyi üçün və ondan qarşılıq görmədiyindən onun bu sözünə də tam inanmamışdır. Lakin, həmin ərəfələrdə ailəsi də dağıldığı üçün artıq Kifayətlə yaşamağa davam etmişdir. Kifayət ona hər hansı məbləğdə pul verməmişdir. Maddi vəziyyətinin pisləşməsinə, ailəsinin dağılmasına səbəb olduğu üçün içində Kifayətə qarşı nifrət hissi yaranmışdır (iş vərəqə: İ cild, səh. 104-112, 145-154, İİİ cild, səh. 173-191, V cild, səh. 156-186). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair protokoldan görünür ki, sonuncu ifadəsi hadisə yerində yoxlanılarkən sərpbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs1 ilə görüşdüyü, onu küt alətlə vurduğu yeri (ünvan 24 ünvanında yerləşən yaşayış evinin qonaq otağı), sonuncunu vurduqdan sonra getdiyi istiqaməti, hadisə zamanı əynində olan üzərinə qan ləkələri sıçramış köynəyi və şalvarı atdığı zibil qutusunu (Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsi ev 35) əyani olaraq göstərmişdir (iş vərəqə: İ cild, səh. 128-137). Məhkəmə baxışı zamanı iş üzrə dindirilmiş mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi - qızı X5 ifadəsində göstərdi ki, Hadisədən təxminən bir il əvvəl anası Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elnur həmin vaxt hazırda yaşadığı binada komendant işləmişdir. Həmin vaxtdanda o, Elnuru tanımışdır. İlk vaxtlar anası ilə Elnurun münasibətləri yaxşı olmuşdur. X1 anası ilə rəsmi qaydada boşandığı üçün o və qardaşı anasının şəxsi həyatına qarışmamışdır. Atasını uzun illər görməmiş və əlaqəsi olmamışdır. Anası Elnurla tanış olduqdan təxminən 3-4 ay sonra Elnur anasından borc pul istəmiş, anası da Elnura 11 000 manat pul vermişdir. Lakin, bir neçə ay keçsə də, Elnur pulu qaytarmamış, anası istədikdə, deməsinə görə hissə-hissə təxminən 5000 manat pul qaytarmışdır. Borc söhbətləri olduqdan sonra münasibətləri pisləşməyə başlamışdır. Bununla bağlı Elnur 2022-ci ilin ortalarında anasını Sumqayıtda çiynindən bıçaqlamış, anası 10 gün Sumqayıtda xəstəxanada yatmışdır. Bundan sonra oradan çıxardıb çiyinlərinə mil qoydurmuş və evinə aparmışdır. Həmin hadisə ilə bağlı anası şikayətçi olmamış və hadisədən sonra bir müddət Elnurla danışmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi - Tahirə Ayralova ifadəsinin davamında göstərdi ki, hadisədən təxminən 2 ay əvvəl anasının telefonuna baxdıqda olnun Elnurla danışdığını görmüş, onunla danışmamasını dedikdə, anası ona “işin yoxdur, düzəlibdir” demişdir. Bundan sonra o, anasının şəxsi həyatına qarışmamışdır. Bundan sonra münasibətləri yenə normallaşmış və görüşməyə başlamışlar. Anası həftədə bir dəfə Elnurun yanına gedib bir gecə qalıb evinə qayıtmışdır. Hadisədən təxminən 10 gün əvvəl anası Elnurun evində olan zaman ona «konum» atmış və adresi demişdir. Elnurun yaşadığı ünvan 24 ünvanına getmişdir. Mənzilə daxil olduqda, Elnurun da orada olduğunu görmüşdür. Oturub onlarla bir çay içmiş və biraz söhbətləşmişdir. Həmin vaxt münasibətlərinin normal olduğunu görmüşdür. Təxminən 1 saat oturduqdan sonra anası ilə birlikdə çıxıb evlərinə getmişdir. 11 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində anası Elnurun tez-tez zəng edib onun evinə gəlməsini istədiyini və ora gedəcəyini demişdir. Anasından onunla birlikdə getməyi xahiş etdikdə, “o ev bir otaqlıdır, sən harda yatacaqsan” deyib rədd etmiş və evdən çıxıb tək getmişdir. Həmin axşam saat 22 radələrində anası zəng etmiş, danışıq zamanı anasına yatmağa hazırlaşdığını, səhər gəlib onu fizioterapiyaya aparacağını bildirmişdir. Sağollaşıb övladları ilə yatmışdır. 12 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində yuxudan oyandıqda anasının zəng etdiyini görmüşdür. Ona geri zəng etmiş və görüntülü danışmışdır. Onunla və övladları ilə normal şəkildə danışmış və “dur nə qədər yatırsan, gedəcək yerlərimiz var” demişdir. Sağollaşdıqdan sonra övladlarını atalarının yanına göndərib anası ilə birlikdə fizioterapiyaya getməyə hazırlaşmışdır. Saat 13 radələrində anasına zəng etmiş, lakin zənginə cavab vermədiyi üçün işi olduğunu düşünmüşdür. Təxminən yarım saat sonra qardaşı da ona zəng edib anasının telefon zənglərinə cavab vermədiyini demişdir. O, yenidən 9-10 dəfə anasına zəng etmiş, lakin cavab verməmişdir. Anası da heç vaxt belə bir şey etmədiyi üçün başına bir hadisə gəlməsindən şübhələnmiş və Elnura zəng etmişdir. Elnur anasının özünə şalvar-kofta aldığını, daha sonra fizioterapiyaya düşürtdüyünü və hazırda Sumqayıta getdiyini bildirmişdir. Elnurdan fizioterapiya həkimi Alperin nömrəsini istəmiş, lakin Elnur onda nömrə olmadığını, tapıb verə biləcəyini demişdir. Qardaşından Alperin nömrəsini alıb zəng etmişdir. Alper həkim anasının onun yanına gəlmədiyini bildirmişdir. Daha sonra anasının rəfiqəsi Nüşabəyə zəng etmişdir. Nüşabə anası ilə 13 radələrində danışdığını və ona “gəlirəm” dediyini, sonradan isə, telefonları açmadığını bildirmişdir. Elnura təkrar zəng etmiş, ondan konum atmasını, onun evinin yanına gedəcəyini deyib ora gəlməsini istəmişdir. Elnur konum atıb Sumqayıtda olduğunu demiş, narahat olduğunu deyib bir saata gələ biləcəyini bildirmişdir. Daha sonra Elnura da zəng çatmamış və çox şübhələnmişdir. Qardaşına zəng etmiş, gəlib onu götürməsini və Elnurun evinə getməyini istəmişdir. Qardaşı 15 radələrində gəlib götürmüş, övladlarını atasının yanına qoyub qardaşı ilə birlikdə Elnurun yaşadığı ünvan 24 ünvanına getmişdir. Qapını döydükdə açan olmamışdır. Komendanta və DİN-in 102 xidmətinə məlumat vermişdir. Komendant tanımadığı bir nəfər göndərmiş və həmin şəxs qapını açmışdır. İlk öncə qardaşı Fərzalı içəri girmiş, həmin vaxt o, Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə danışmışdır. Qardaşı içəri girdikdən sonra qışqırmağa başlamışdır. Dərhal mənzilə tərəf qaçmışdır. İçəri girdikdə qardaşının otaqların qapısına təpiklə zərbələr vurduğunu və anasının qonaq otağındakı divanın üzərində hərəkətsiz uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Anasının heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Anasını qəsdən öldürmüş şəxsin ən ağır şəkildə cəzalandırılmasını tələb etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs “Xətai Park” yaşayış kompleksində mənzil alıb təmirə başladığı vaxtdan, yəni 2018-ci ilin sentyabr ayından əvvəllər ustaların rəhbəri, daha sonra komendant köməkçisi, sahə rəisi kimi tanımışdır. Onunla çox yaxın münasibəti olmamış, binanın həyətində hərdən dayanıb söhbət etmişlər. Elnur 10 avqust 2022-ci il tarixdə, təxminən saat günorta saatlarında zəng edərək və mesaj yazaraq, qarşıdakı günlərdə yanğın təhlükəsizliyi qaydalarına görə məhəllədə avtomobil saxlamağa icazə verilməyəcəyini bildirib binanın avtomobil dayanacağında yer ayıra biləcəyini demişdir. Ondan qiymət barədə soruşduqda 8500 manat pul ödəməli olduğunu bildirmiş və o, Elnurla razılaşmışdır. Həmin gün işdən çıxdıqdan sonra, saat təxminən 19 radələrində evinə gələn zaman binanın həyətində olan təsərrüfat otağında Elnurla yenidən söhbət etmişdir. Elnura beh verməyini təklif etsə də, Elnur bunun mümkün olmadığını bildirmişdir. Bundan sonra evə qalxıb 8500 manat pul vəsaitini götürmüş, Elnurun təklifi ilə “Bravo” marketin qarşısında görüşmüş və üzərində olan 8500 manat pulu nağd şəkildə əlbəəl Elnurun özünə vermişdir. Elnur məsələnin qısa müddətdə həll olacağını, maliyyə arayışını gətirib verəcəyini demişdir. Həmin vaxt Elnurun yanında heç kim olmamış, sonuncu kiminsə adını çəkməmişdir. Lakin, sonradan vədinə əməl etməmiş, hər dəfə aldadaraq qaytaracağını bildirmişdir. Daha sonra Elnurla əlaqə saxlaya bilməmişdir. Komendanta müraciət etdikdə Elnurun bir müddət əvvəl işdən çıxarıldığını və başqa şəxslərdən də bu kimi pullar alaraq mənimsədiyini öyrənmişdir. Aldadıldığını başa düşüb 23 avqust 2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Xətai Park” yaşayış kompleksinin sakinidir, Təqsirləndirilən şəxs kompleksdə komendant köməkçisi, sahə rəisi kimi tanımış, lakin yaxın münasibəti olmamışdır. 18 avqust 2022-ci il tarixdə, saat təxminən 11 radələrində binanın həyətində Elnurla rastlaşmış, sonuncu ona qarşıdakı günlərdə yanğın təhlükəsizliyi qaydalarına görə məhəllədə avtomobil saxlamağa icazə verilməyəcəyini bildirib, binanın avtomobil dayanacağında ona yer ayıra biləcəyini demiş, bununçün 2000 manat pul ödəməli olduğunu bildirmişdir. Elnurla razılaşmış və həmin vaxt üzərində olan puldan nağd şəkildə 1500 manat pulu Elnura vermiş və həmin gün saat 12:59-da evində olan zaman Elnurun göndərdiyi 5103 0714 0521 3113 nömrəli "xxxx" bank kartına öz kart hesabından 501 manat da göndərmişdir. Həmin vaxt Elnurun yanında heç kim olmamış, o, kiminsə adını çəkməmişdir. Elnurla danışdıqda o, pulun hesabına köçdüyünü təsdiqləmiş və qısa müddətdə həll olacağını, sənədi gətirib verəcəyini demişdir. Lakin Elnur sonradan vədinə əməl etməmiş və Elnurla əlaqə saxlaya bilməmişdir. Binanın həyətinə düşüb Elnuru soruşduqda onun bir müddət əvvəl işdən çıxarıldığını və ondan başqa digər şəxslərdən də bu kimi pullar alaraq mənimsədiyini öyrənmişdir. O da aldadıldığını başa düşüb 29 avqust 2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs “Xətai Park” yaşayış kompleksində mənzil aldığı vaxtdan, təxminən 2020-ci ilin iyun ayından həmin binada sahə rəisi kimi tanımışdır. Elnurla çox yaxın münasibəti olmamış, sakin kimi problemlər olduqda Elnura müraciət etmişdir. 22 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Elnur istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək, qarşıdakı günlərdə yanğın təhlükəsizliyi qaydalarına görə məhəllədə avtomobil saxlamağa icazə verilməyəcəyini, yaxınlıqdakı ərazidə parklanma yeri düzəldiləcəyini, onun və qardaşı Turanın da adını həmin siyahıya yazdıra biləcəyini demişdir. Qiymət barədə soruşduqda Elnur ona 1000 manat pul ödəməli olduğunu bildirmişdir. Elnurla razılaşıb iki parklanma yeri götürmək istədiyini bildirmişdir. Onunla danışdıqdan sonra Elnur öz adına olan 5103 0714 0521 3113 nömrəli bank kartını göndərərək pulu həmin hesaba köçürməli olduğunu bildirmişdir. Təxminən 1 saat sonra evində özünə məxsus "xxxx" banka aid bank kartı hesabından 500 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi 5103 0714 0521 3113 nömrəli bank kartına köçürmüş və çekini ona göndərmişdir. Elnurla danışdıqda o, pulun hesabına köçdüyünü təsdiqləmişdir. Bundan təxminən 2 saat sonra isə, Suraxanı rayonu, Zığ kəndində yerləşən “Nurunun marketi” adlı marketdə quraşdırılmış “eManat” terminalı vasitəsilə təkrarən 500 manat da göndərmişdir. Eyni zamanda 2 gün ərzində ödəmə barədə sənədi gətirib verəcəyini demişdir. Lakin, sonradan Elnurla əlaqə saxlaya bilməmişdir. Binanın sakinlərindən Elnurun bir neçə həftə əvvəl işdən çıxarıldığını və başqa digər şəxslərdən də bu kimi pullar alaraq mənimsədiyini öyrənmiş və aldadıldığını başa düşüb xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir. Daha sonra Elnurla əlaqəsi olmamışdır. Hadisə nəticəsində ümumillikdə ona 1000 manat ziyan dəymişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, təxminən 7 il bundan əvvəl qohumlarından “Xətai Park” yaşayış kompleksində işləyən şəxslər olmuş, o, onların vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Elnur həmin vaxt “Xətai Park” yaşayış kompleksində sahə rəisi (briqadir) kimi işləmişdir. Elnurun vasitəsilə tikilib təhvil verilmiş binalarda təmizlik işlərini görmüşdür. “Xətai Park” yaşayış kompleksi tam təhvil verildikdən sonra təxminən 3 il müddətində Elnurla əlaqəsi olmamışdır. 2022-ci ilin iyul ayında Elnurla telefon danışığı zamanı sonuncu geniş əlaqələrinin olduğunu, yaxınlarına ev lazım olarsa köməklik göstərə biləcəyini demişdir. Daha sonra telefon danışığı zamanı Elnura bacısı Elmiranın ev almaq istədiyini bildirmişdir. Elnur da köməklik edə biləcəyini demişdir. Həmin ərəfədə bacısıgildə olduğu zaman Elnur da onlara gəlmiş və birlikdə söhbət etmişər. Elnur bacısının ərinin hərbiçi olduğu üçün ona 2 faizdən ev almağa köməklik edə biləcəyini demişdir. Lakin, həmin vaxt bacısıgil ev almamışlar. Həmin vaxt Elnurla iş barədə də söhbət etmişlər. Elnur onu Xətai rayonunda yerləşən binalardan birində xadimə kimi rəsmi işə düzəldə biləcəyini demişdir. O da iş stajının artması üçün bununla razılaşmışdır. Elnur bunun müqabilində, 2000 manat pul verməli olduğunu bildirmişdir. Elnurun geniş əlaqələrinin olduğunu düşündüyü üçün 02 sentyabr 2022-ci il tarixdə Zaqatala şəhərində “MilliÖn” terminalı vasitəsilə Elnurun göndərdiyi oğlu Şahid3 adına olan bank kartı hesabına 2000 manat pul göndərmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərində rəfiqəsi Zərərçəkmiş şəxs8 ilə Zaqatala rayonunda görüşü zamanı sonuncu Bakı şəhərində ev almaq istədiyini bildirmişdir. Onun da ağlına Elnur gəlmiş və onunla məsləhətləşmək üçün Nərminənin yanında Elnura zəng etmişdir. Elnurdan ev almasında Nərminəyə köməklik etməsini xahiş etmişdir. Telefonu səsucaldana qoyduğu üçün Nərminə özü də Elnurla danışıb suallarını vermişdir. Elnur köməklik edə biləcəyini deyib Bakı şəhərində görüşüb söhbət etməyi təklif etmişdir. Bakı şəhərinə gəlib Elnurla görüşüb söhbət etmişdlər. Elnur ipoteka ilə ev düzəldə biləcəyini Nəriminəyə demişdir. Bunun üçün isə, növbənin uzun müddət çəkəcəyini, qısa müddətdə həll olunması üçün ilkin olaraq 14190 manat pul verilməli olduğunu demişdir. 12 sentyabr 2022-ci il tarixdə Nəsimi rayonu, Moskva prospektində yerləşən adını xatırlamadığı kafedə Elnurla görüşü zamanı Nərminə 9000 manat pulu əlbəəl Elnura vermiş və həmin gün Yasamal rayonu ərazisində yerləşən “Melissa park” yaşayış kompleksinin yanında quraşdırılmış “MiliÖn” terminalından əlavə olaraq 5190 manat pulu Elnurun verdiyi bank kartı hesabına köçürmüşdür. Həmin gün o, Lənkəran rayonuna qayıtmış, sonradan məlumatı olmuşdur ki, Elnur özü Nərminə ilə əlaqə saxlayaraq başqa evlər də götürmək üçün ondan pullar istəmiş və Nərminə də həmin pulları Elnurun bank kartına köçürmüşdür. Evinə qayıtdıqdan sonra oğlu Höccətlə ev məsələləri ilə bağlı danışmış, oğlu ilə ev almaq barədə razılaşmışdır. Yenidən Elnura zəng edərək danışıb ev götürmək istədiyini Elnura bildirmişdir. Oğlu Höccət də Elnurla danışmışdır. Elnur yenə də ipoteka ilə mənzil düzəldə biləcəyini demişdir. Bunun üçün oğulları Höccət və Rəşad tərəfindən xx.xx.2022-ci il tarixdə 7360 manat, xx.xx.2022-ci il tarixdə 4680 manat, xx.xx.2022-ci il tarixdə 5876 manat və xx.xx.2022-ci il tarixdə 1500 manat, ümumilikdə 19416 manat məbləğində pulu Elnurun göndərdiyi bank kartı hesablarına göndərmişlər. Elnur mənzil seçmək üçün növbənin təyin olunduğunu, bununla bağlı “28 may” metrostansiyasının yanında yerləşən “Asan Kommunal” mərkəzinə getməli olduğunu demişdir. Odur ki, Nərminə və övladları ilə birlikdə Elnurun dediyi gün dediyi yerdə olmuşlar. Orada Elnurun dediyi kimi bir növbənin olmadığı və bir neçə şəxsin də aldadılaraq ora göndərildiyini öyrənmişlər. Bundan sonra Elnurla əlaqə saxlaya bilməmişdirlər. “Xətai Park” yaşayış kompleksinə getdikdə Elnurun çox insanları aldatdığını və işdən çıxarıldığını öyrənmişlər. Elnurun arvadı Elnarə ilə əlaqə saxlayıb başına gələnləri danışdıqda, Elnarə də Elnurdan gileylənmiş və boşanmaq üçün ərizə verdiyini bildirmişdir. Artıq aldadıldığını başa düşüb müxtəlif qurumlara şikayətlər ünvanlamışdır. X7 adlı qadını öldürdüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində zərər çəkmiş Zərərçəkmiş şəxs8 9000 manat pul almasını inkar etməsi ilə əlaqədar cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində zərər çəkmiş Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, həmin ifadəsini bir daha təsdiq etmişdir (iş vərəqə: İV cild, səh. 159-162). Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdən iş yoldaşı Arzuman Yusubovun vasitəsilə tanımışdır. Belə ki, Arzuman “Xətai Park” yaşayış kompleksində mənzil alıb yaşamış, Elnuru da həmin binanın komendantı kimi tanımışdır. Elnur Arzumana mənzil almaq istəyən şəxs olarsa, əlaqələrindən istifadə edərək köməklik edə biləcəyini bildirmişdir. O, əvvəllər Arzumanla söhbət əsnasında ev almaq istədiyini ona dediyindən 28 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Arzuman ona zəng edərək Elnurun nömrəsini verib onunla əlaqə saxlayıb ev məsələsini həll edə biləcəyini demişdir. Elnura “whatsapp” mobil tətbiqi vasitəsilə zəng edib danışmışdır. Elnur da görüşüb söhbət etməyi təklif etmişdir. Həmin gün saat 21 radələrində “Qara Qarayev” metrosunun yaxınlığında yaşadığı mənzildə Elnurla görüşmüşdür. Elnur özünü Dövlət Sosial İpotaka Fondunun əməkdaşı kimi təqdim etmiş və ipoteka ilə ev düzəldə biləcəyini bildirmişdir. O da inanmış və həmin mənzildə Elnura əlbəəl ilkin olaraq 3000 (üç min) manat pulu vermişdir. Oradan çıxıb evinə getdikdən sonra Elnur saat 23 radələrində zəng edib işini həll etdiyini və mənzilin ilkin ödəniş pulunu ödəmək üçün səhər saatlarında 6720 (altı min yeddi yüz iyirmi) manat pulu ona çatdırmağını istəmişdir. 29 sentyabr 2022-ci il tarixdə, saat 09 radələrində yenidən Elnurun yaşadığı “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən mənzilə gedib həmin mənzildə 6720 (altı min yeddi yüz iyirmi) manat pulu əlbəəl Elnura vermişdir. Elnur pulu aldıqdan sonra ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətini ona verməyini istəmiş və götürmüşdür. 03 oktyabr 2022-ci il tarixdə, saat 14:41-də Elnur “whatsapp” mobil tətbiqi vasitəsilə mesaj yazaraq mənzil seçmək üçün növbənin 08 oktyabr 2022-ci il tarixə təyin olunduğunu, onunla 07 oktyabr 2022-ci il tarixdə görüşməyinin vacibliyini və əlavə olaraq 1000 (min) manat gətirməyini bildirmişdir. 07 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində o, yenidən Elnurun yaşadığı “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən mənzilə gedib onunla görəşək 1000 (min) manat pulu əlbəəl ona vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs ümumilikdə ondan 10720 (on min yeddi yüz iyirmi) manat pul almışdır. 08 və 09 oktyabr 2022-ci il tarixlərdə Elnurla telefonla əlaqə saxladıqda o, mənzilin seçilməsi gününün 10 oktyabr 2022-ci il tarixə təyin edildiyini və həmin gün saat 12:00-da “Nizami” metrostansiyasının qarşısında görüşərək gedəcəyini bildirmişdir. 10 oktyabr 2022-ci il tarixdə qeyd olunan yerdə Elnuru saat 13:00dək gözləmiş, lakin Elnur mesaj yazaraq işin alınmadığını və aldığı 10720 (on min yeddi yüz iyirmi) manat pulu artıqlaması ilə qaytaracağını bildirərək telefonlarını söndürmüşdür. Onun istifadəsində olan nömrələrə zəng vurduqda telefonunun sönülü olduğunu görmüşdür. Bundan şübhələndiyi üçün Dövlət Sosial İpoteka Fonduna gedərək Təqsirləndirilən şəxs adlı şəxsin orada işləməsi ilə maraqlandıqda, bu ad və soyadda bir şəxsin orada işləmədiyi bildirilmişdir. Bundan sonra Elnur telefon zənglərinə cavab verməmişdir. Aldığı 10 720 (on min yeddi yüz iyirmi) manat pulu geri qaytaracağı barədə dəfələrlə “whatsapp” mobil tətbiqi vasitəsilə mesaj göndərərək söz versə də, bu günədək qaytarmamışdır. Aldığı pulları əks etdirən yazışmaları, həmçinin göndərdiyi səsli mesajları ifadəsinə əlavə etmişdir. Sonradan sosial şəbəkələrdə Təqsirləndirilən şəxs bir nəfər qadını öldürməsi barədə məlumat almış və Nərimanov rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 Xaliq qızı ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının təxminən əvvəllərində rəfiqəsi Zərərçəkmiş şəxs6 vasitəsilə tanımışdır. Belə ki, həmin ərəfədə Bakı şəhərində özünə mənzil almaq istəmiş, yaşadığı Zaqatala rayonunda Cəmilə ilə görüşü zamanı onunla mənzil almaq barədə söhbət etmiş, Cəmilə də Elnur adlı tanışı olduğunu, mənzilin alınmasında köməklik edə biləcəyini demişdir. Həmin vaxt onun yanında Elnura zəng etmiş və telefonu səsucaldana qoyub danışmağa başlamışdır. Elnurdan mənzil alınmasında köməklik etməsini istəmişdir. Özü də Elnurla danışıb suallarını vermişdir. Elnur köməklik edə biləcəyini deyib Bakı şəhərində görüşüb söhbət etməyi təklif etmişdir. Onlar da Bakı şəhərinə gəlib Elnurla görüşüb söhbət etmişdir. Elnur ipoteka ilə ev düzəldə biləcəyini bildirərək, bunun üçün isə, növbənin uzun müddət çəkəcəyini, qısa müddətdə həll olunması üçün ilkin olaraq 14190 manat pul verməli olduğunu demişdir. 12 sentyabr 2022-ci il tarixdə, saat 13 radələrində Nəsimi rayonu, Moskva prospektində yerləşən adını xatırlamadığı kafedə Elnurla görüşü zamanı Cəmilənin yanında 9.000 manat pulu əlbəəl Elnura vermiş, həmçinin həmin gün saat 20 radələrində Yasamal rayonu ərazisində yerləşən “Melissa park” yaşayış kompleksindəki “Zeytun” marketdə quraşdırılmış “MiliÖn” terminalından 5190 manat pulu Elnurun göndərdiyi bank kartı hesabına göndərmiş və 13 sentyabr 2022-ci il tarixdə yaşadığı Zaqatala şəhərinə qayıtmışdır. Elnurla “whatsapp” mobil tətbiqi vasitəsilə yazışmağa və danışmağa başlamışdır. Elnur onunla çox mehriban münasibət saxlamış, ailə üzvlərini də götürüb Zaqatalaya gəlib qonağı olacağını demişdir. Həmin vaxt danışığı zamanı Elnur əlində yaxşı bir mənzil olduğunu və təcili satıldığını deyib onun üçün düzəldə biləcəyini bildirmişdir. Həmin mənzili almaq üçün ilkin ödənişi təcili olaraq göndərməyini istəmişdir. Pul tapıb 15 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Zaqatala şəhərində 2 saylı bazarın içərisində quraşdırılmış “MilliÖn” terminalından Elnurun göndərdiyi bank kartı hesabına 6120 manat pul göndərmişdir. Daha sonra isə 18 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində yenidən Zaqatala şəhərində 2 saylı bazarın içərisində quraşdırılmış “MilliÖn” terminalından Elnurun göndərdiyi bank kartı hesabına 1840 manat pul göndərmişdir. Elnurla danışdıqda, sonuncu pulun çatdığını bildirmişdir. Həmçinin, aldığı mənzilin yerləşdiyi binanın aşağısında qarajı da 1500 manata ayıra biləcəyini qeyd etmişdir. Lakin, artıq pulu olmadığını deyib bundan imtina etmişdir. Həmin ərəfədə rəfiqəsi Cəmilənin də ev götürmək üçün Elnura pullar göndərdiyini öyrənmişdir. Sentyabr ayının sonralarında Elnur mənzil seçmək üçün növbənin təyin olunduğunu, bununla bağlı “28 may” metrostansiyasının yanında yerləşən “Asan Kommunal” mərkəzinə getməli olduğunu demişdir. Cəmilə və övladları ilə birlikdə Elnurun dediyi gün dediyi yerdə olmuşdur. Orada Elnurun dediyi kimi bir növbənin olmadığı və onlar kimi bir neçə şəxsin də aldadılaraq ora göndərildiyi bildirilmişdir. Bundan sonra Elnurla əlaqə saxlaya bilməmişdir. “Xətai Park” yaşayış kompleksinə getdikdə Elnurun çox insanları aldatdığını və işdən çıxarıldığını öyrənmişdir. Daha sonra Cəmilə Elnurun arvadı Elnarə ilə əlaqə saxladıqda, Elnarə də ondan gileylənmiş və boşanmaq üçün ərizə verdiyini bildirmişdir. Artıq aldadıldığını başa düşüb müxtəlif qurumlara şikayətlər ünvanlamışdır. X7 adlı qadını öldürdüyünü öyrənmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində zərər çəkmiş Zərərçəkmiş şəxs8 Xaliq qızı ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, həmin ifadəsini bir daha təsdiq etmişdir (iş vərəqə: İV cild, səh. 155-158). Cinayət işinə məhkəmə baxışı zamanı, tədqiq olunan məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəməyə teleqramma ünvanlamış Zərərçəkmiş şəxs9 ifadəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs9 həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs “Xətai Park” yaşayış kompleksində mənzil alıb təmir etməyə başladığı vaxtdan, yəni 2020-ci ilin sonlarından komendant köməkçisi, sahə rəisi kimi tanımışdır. Elnurla çox yaxın münasibəti olmamışdır. Sakin kimi təmir işləri ilə bağlı hər hansı problemlər olduqda Elnura müraciət etmişdir. 09 oktyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində Elnur zəng edərək, qaraj lazım olub-olmadığını soruşmuş və binanın altındakı avtomobil dayanacağından yer ayıra biləcəyini demişdir. Ondan qiymət barədə soruşduqda, ümumilikdə 6000 manat pul ödəməli olduğunu bildirmişdir. Lakin, ilkin sənədləşmə işləri ilə bağlı təcili olaraq 2000 manat göndərməyini istəmiş və Elnurla razılaşmışdır. Bundan sonra Elnur 5103 0714 1916 0813 nömrəli bank kartı hesabına həmin pulu göndərməyini istəmişdir. Həmin gün saat 16 radələrində evində mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə 2000 manat pul vəsaitini Elnurun verdiyi 5103 0714 1916 0813 nömrəli bank kartına göndərmişdir. Bundan sonra Elnurla əlaqə saxladıqda, pulun çatdığını və işinin qısa müddətdə həll olacağını, sənədi götürə biləcəyini demişdir. Lakin, sonradan vədinə əməl etməmiş və Elnurla əlaqə saxlaya bilməmişdir. Təxminən 1 həftə sonra binanın komendantlığı ilə əlaqə saxladıqda Elnurun bir müddət əvvəl işdən çıxarıldığını və başqa digər şəxslərdən də bu kimi pullar alaraq mənimsədiyini öyrənmiş və aldadıldığını başa düşüb 17 oktyabr 2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir (iş vərəqə: İİİ cild, səh. 74-78, 231-233). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, baxılan iş üzrə təqsirləndərilən şəxs Təqsirləndirilən şəxs “Xətai Park” yaşayış kompleksində mənzil alıb təmir etməyə başladığı vaxtdan, yəni 2019-cu ilin sonlarından komendant köməkçisi, sahə rəisi kimi tanımışdır. Elnurla çox yaxın münasibəti olmamışdır. 22 oktyabr 2022-ci il tarixdə, saat təxminən 11 radələrində Elnur zəng edərək, qaraj lazım olub-olmadığını soruşmuş və binanın altındakı avtomobil dayanacağından yer ayıra biləcəyini demişdir. Qiymət barədə soruşduqda, ümumilikdə 4685 manat pul ödəməli olduğunu bildirmiş, lakin ilkin sənədləşmə işləri ilə bağlı təcili olaraq 2000 manat göndərməyini istəmişdir. O, razılaşmışdır. Bundan sonra Elnur ***-***-**-** nömrəsini vermiş və Rauf adlı şəxslə əlaqə saxlamağını bildirmişdir. Həmin şəxslə danışdıqdan sonra “Whatsapp” mobil tətbiqi vasitəsilə kart nömrəsi göndərmişdir. 24 oktyabr 2022-ci il tarixdə, saat 15:37-də “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" bank ASC-nin filialında quraşdırılmış terminaldan 2000 manat pul vəsaitini Elnurun dediyi Rauf adlı şəxsin göndərdiyi 5103 0714 6774 4773 nömrəli bank kartına göndərmişdir. Bundan sonra Elnur işinin qısa müddətdə həll olacağını, sənədi gətirib ona verəcəyini demişdir. Lakin, sonradan vədinə əməl etməmiş və Elnurla əlaqə saxlaya bilməmişdir. 01 noyabr 2022-ci il tarixdə binanın həyətinə düşüb Elnuru soruşduqda onun bir müddət əvvəl işdən çıxarıldığını və başqa digər şəxslərdən də bu kimi pullar alaraq mənimsədiyini öyrənmişdir. Aldadıldığını başa düşüb 05 noyabr 2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, o da digər zərərçəkmiş şəxslər kimi Təqsirləndirilən şəxs “Xətai Park” yaşayış kompleksində aldığı mənzili təmir etməyə başladığı vaxtdan, yəni 2020-ci ilin sonlarından binanın komendantının köməkçisi, sahə rəisi kimi tanımışdır. Elnurla çox yaxın münasibəti olmamış, bir sakin kimi yaranmış kiçik problemlərlə bağlı ona müraciət etmişdir. Elnur 27 oktyabr 2022-ci il tarixdə, saat təxminən 12:58-də ***-***-**-** nömrəsindən ona zəng edərək, qarşıdakı günlərdə yanğın təhlükəsizliyi qaydalarına görə məhəllədə avtomobil saxlamağa icazə verilməyəcəyini bildirmiş və binanın avtomobil dayanacağında ona yer ayıra biləcəyini demişdir. Qiymət barədə soruşduqda, o, 3500 manat pul ödəməli olduğunu ona bildirmişdir. Elnurla razılaşmış və həmin gün saat 13 radələrində 2500 manat pulu Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən "xxxx" banka məxsus terminal vasitəsilə Elnura göndərmişdir. 29 oktyabr 2022-ci il tarixdə Xətai rayonu, Gəncə prospekti 29/42 ünvanında yerləşən «Bravo» marketdə quraşdırılmış “Milliön” terminalı vasitəsilə ona daha 500 manat pul göndərmişdir. Elnura ümumilikdə 3000 manat pul göndərmişdir. Elnurla danışdıqda pulun hesabına köçdüyünü təsdiqləmiş və qısa müddətdə danışılan işin həll olacağını bildirmiş, sənədi gətirib verəcəyini demişdir. Lakin, sonradan vədinə əməl etməmiş və o, Elnurla əlaqə saxlaya bilməmişdir. Binanın həyətinə düşüb Elnuru soruşduqda onun bir müddət əvvəl işdən çıxarıldığını və başqa şəxslərdən də bu kimi pullar alaraq mənimsədiyini öyrənmişdir. Aldadıldığını başa düşüb 04 noyabr 2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PBnə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təxminən 10 il müddətində tanımışdır. Belə ki, Xırdalan şəhərində aparılan tikinti işlərində onunla birlikdə fəhlə kimi işləmiş və münasibəti yaranmışdır. Onunla düşmənçiliyi və ədavəti olmamış, daha sonra dostluq münasibəti yaranmışdır. Elnur 04 noyabr 2022-ci il tarixdə, saat təxminən 11:30 radələrində istifadəsində olan ***-***-**-** nömrəyə istifadə etdiyi ***-***-**-** nömrəsindən zəng edərək onu santexnik-elektrik kimi işə düzəldə biləcəyini vəd etmişdir. Bu məqsədlə ***-***-**-** nömrəsini ataraq həmin şəxsin Rauf olduğunu və onunla “whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamağını bildirmişdir. Həmin nömrəyə mesaj yazmış, həmin şəxs boyunu, ailə vəziyyətini, həbsdə olubolmadığını, şəxsiyyət vəsiqəsinin surətini istəmiş və gələcəkdə 3X4 şəkil və sağlamlıq haqqında arayış lazım olacağını bildirmişdir. Özünü Rauf kimi təqdim edən şəxs bildirmişdir ki, ona heç nə lazım deyil, ancaq tək olmadığını başqa iki nəfər olduğunu və həmin şəxslərin hər birinə 500 manat pul göndərməyini bildirmişdir. Özünü Rauf kimi təqdim edən şəxsin suallarını cavablandırmış və lazım olan sənədləri ona göndərmişdir. Həmin şəxs Elnurla əlaqə saxlamağı, Elnurun işə düzələcəyi ünvanı göstərəcəyini və 07 noyabr 2022-ci il tarixdə, saat 11:00-da onun qəbula gəlməli olduğunu demişdir. Elnurla əlaqə saxladıqda, sonuncu bildirmişdir ki, 07 noyabr qeyri-iş gününə düşdüyü üçün 10 noyabra təxirə salmışdır. Həmin gün yəni, 04 noyabr 2022-ci il tarixdə Elnurun göndərdiyi üzərində Zərərçəkmiş şəxs1, 4169 7423 2168 5741 rəqəmləri yazılmış "xxxx" banka aid karta və "xxxx" banka aid 5103 0714 6774 4773 saylı hesab nömrəsinə ayrı-ayrılıqda 500 (beş yüz) manat, ümumilikdə 1000 (min) manat pul göndərməyini bildirmişdir. Uzun müddət Elnurla yaxın dostluq münasibətində olduğu üçün ona inanmış və 04 noyabr 2022ci il tarixdə, saat 13:57:34-də Zərərçəkmiş şəxs1 kartına 500 (beş yüz) manat və 13:59:38də Elnurun göndərdiyi hesab nömrəsinə 500 (beş yüz) manat, ümumilikdə 1000 (min) manat pulu Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yerləşən «Elmar» marketdə quraşdırılmış «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə göndərmişdir. Daha sonra «Zəfər» bayramı ilə əlaqədar müxtəlif bəhanələrlə aldadmışdır. Sonradan Elnurla əlaqə saxlaya bilmədiyi üçün 22 noyabr 2022-ci il tarixdə Elnurun yaşadığı Abşeron rayonu Saray qəsəbəsindəki evinə getmişdir. Elnurun həyat yoldaşı qarşılamış və ona ərizədə yazdıqlarını bildirdikdə o, Elnurun 12 noyabr 2022-ci il tarixdə Nərimanov rayon ərazisində kirayə yaşadığı evdə sevgilisi Zərərçəkmiş şəxs1 küt alətlə qətlə yetirdiyini, hal-hazırda Elnurun həbs edildiyini və Nərimanov ravon prokurorluğunda araşdırma aparıldığını bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 11:36-da DİN-in 102 xidmətinə zəng edərək, şikayətini bildirmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs iş yoldaşı Toğrul Nəzərovun vasitəsilə tanımışdır. Belə ki, Toğrul “Xətai Park” yaşayış kompleksində mənzil alıb orada yaşamış, Elnuru da həmin binanın komendantı kimi tanımışdır. Elnur Toğrula mənzil almaq istəyən şəxs olarsa əlaqələrindən istifadə edərək köməklik edə biləcəyini bildirmişdir. 12 noyabr 2022-ci il tarixdə Goranboy rayonunda iş yoldaşı Toğrulla ezamiyyətdə olarkən səhər saatlarında söhbət əsnasında ev almaq istədiyini Toğrula bildirdikdə, Toğrul zəng edib Elnurla danışmışdır. Elnur “Nərimanov”, “Qarayev” və “İnqilab” adlanan ərazilərdə evlər olduğunu və həmin evlərdən birini seçə biləcəyini, həmçinin ilkin sənədləşmə işləri ilə bağlı 2500 manat pul vəsaitini verməli olduğunu demişdir. Daha sonra Elnurla danışmış və hazır evlərin olduğunu deyib növbəti həftə sonu gəlib baxa biləcəyini bildirmişdir. Bundan sonra saat 12:30 radələrində bir neçə mənzillərin şəkillərini göndərmiş, həmin şəkilləri heç kəsə göndərməməyini bildirmişdir. Şəkillərə baxdıqdan sonra Elnura inanıb fikrini qətiləşdirərək ev almaq istəyini bildirmişdir. Saat 13 radələrində Elnurun göndərdiyi Şahid4 adına olan 5103 0714 6774 4773 nömrəli bank kartı hesabına özünün “Birbank” hesabından 2500 manat pul göndərmişdir. Elnurla danışdıqda o, pulun hesabına köçdüyünü təsdiqləmiş və 19 noyabr 2022-ci il tarixdə ev məsələsinin öz həllini tapacağını bildirmişdir. Elnurla sonuncu yazışma saat 13:57-də olmuşdur. Bundan sonra axşam saatlarında Elnura mesaj yazdıqda ona mesajın çatmadığını görmüşdür. Bunu təsdiq edən sənədləri ifadəsinə əlavə etmişdir. Sonradan Elnurun bir nəfər qadını öldürdüyünü öyrənmişdir. 13 noyabr 2022-ci il tarixdə, saat 09:53də DİN-in 102 xidmətinə zəng edərək, Elnurun aldadıb 2500 manat pul vəsaitini mənimsədiyini bildirmiş və Elnurun aldadaraq aldığı 2500 manat pul vəsaitinin geri qaytarılmasında köməklik göstərməyi xahiş etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı, tədqiq olunan məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəməyə teleqramma ünvanlamış Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs5 həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs “Xətai Park” yaşayış kompleksində mənzil aldığı vaxtdan təxminən 2 il bundan əvvəl həmin binada komendant köməkçisi, sahə rəisi kimi tanımış, onunla çox yaxın münasibəti olmamış, bir sakin kimi problemlər olduqda Elnura müraciət etmişdir. 23 avqust 2022-ci il tarixdə, saat 10 radələrində Elnur özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək, qarşıdakı günlərdə yanğın təhlükəsizliyi qaydalarına görə məhəllədə avtomobil saxlamağa icazə verilməyəcəyini, yaxınlıqdakı ərazidə parklanma yeri düzəldiləcəyini, adını həmin siyahıya yazdıra biləcəyini demişdir. Ondan qiymət barədə soruşduqda sonuncu 1000 manat pul ödəməli olduğunu demişdir. Elnurla razılaşıb parklanma yeri götürmək istədiyini bildirmişdir. Onunla danışdıqdan sonra Elnur öz adına olan 5103 0714 0521 3113 nömrəli bank kartını göndərərək pulu həmin hesaba köçürməli olduğunu bildirmişdir. Təxminən 2-3 saat sonra mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə 1000 manat pulu Təqsirləndirilən şəxs kartına köçürmüşdür. Elnurla danışdıqda o, pulun hesabına köçdüyünü təsdiqləmişdir. Eyni zamanda səhəri gün gedib müqavilə imzalayıb götürə biləcəyini demişdir. Lakin, Elnurla əlaqə saxlaya bilməmişdir. Sonradan binanın sakinlərindən Elnurun bir neçə həftə əvvəl işdən çıxarıldığını və başqa digər şəxslərdən də bu kimi pullar alaraq mənimsədiyini öyrənmişdir. Aldadıldığını başa düşüb xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir. Bundan təxminən 2-3 gün sonra Elnur əlaqə saxlayıb onun bank kartını istəmiş və ondan aldığı 1000 manat pulu onun kartına göndərmişdir. Daha sonra Elnurla əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs almış olduğu 1000 manat pulu 2022-ci ilin sentyabr ayında geri qaytardığından hazırda ondan heç bir şikayəti və tələbi yoxdur (iş vərəqə: İİİ cild, səh. 13-17, İV cild, səh. 45-58). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs14 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs “Xətai Park” yaşayış kompleksində mənzil aldığı vaxtdan, yəni hadisədən təxminən 5 il əvvəl həmin binada işləyən ustaların rəhbəri, sahə rəisi kimi tanımışdır. Bina təhvil verildikdən sonra Elnur komendant köməkçisi olmuş, onunla çox yaxın münasibəti olmamış, bir sakin kimi problemlər olduqda Elnura müraciət etmişdir. 01 avqust 2022-ci il tarixdə, saat 14 radələrində Elnur istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ona zəng edərək, qarşıdakı günlərdə yanğın təhlükəsizliyi qaydalarına görə məhəllədə avtomobil saxlamağa icazə verilməyəcəyini, yaxınlıqdakı ərazidə parklanma yeri düzəldiləcəyini, adını həmin siyahıya yazdıra biləcəyini demişdir. Ondan qiymət barədə soruşduqda, sonuncu 3300 manat pul ödəməli olduğunu bildirmişdir. Elnurla razılaşıb parklanma yeri götürmək istədiyini bildirmişdir. Onunla danışdıqdan sonra Elnur öz adına və Zərərçəkmiş şəxs1 adına olan bank kartlarını göndərərək pulu həmin hesablara köçürməli olduğunu bildirmişdir. Həmin vaxt işlədiyi Xətai rayonu ərazisində yerləşən “X11 plaza”-da olan zaman özünə məxsus “Beynəlxalq” banka aid bank kartı hesabından mobil tətbiq vasitəsilə 1150 manat pulu Təqsirləndirilən şəxs kartına köçürmüşdür. Elnurla danışdıqda, sonuncu pulun hesabına köçdüyünü təsdiqləmişdir. Geri qalan 2150 manat pulu isə xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində işlədiyi Xətai rayonu ərazisində yerləşən “X11 plaza”-da olan zaman özünə məxsus “Beynəlxalq” banka aid bank kartı hesabından mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs1 adına olan kart hesabına göndərmişdir. Bundan sonra da Elnur pulun köçdüyünü təsdiqləmiş və ödəmə barədə sənədi gətirib verəcəyini demişdir. Lakin, sonradan Elnurla əlaqə saxlaya bilməmişdir. Daha sonra binanın sakinlərindən Elnurun bir neçə həftə əvvəl işdən çıxarıldığını və başqa digər şəxslərdən də bu kimi pullar alaraq mənimsədiyini öyrənmişdir. Aldadıldığını başa düşüb xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayında Elnur əlaqə saxlayıb aldığı 3300 manat pulu ona geri vermişdir. Daha sonra Elnurla əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs almış olduğu 3300 manat pulu 2022-ci ilin sentyabr ayında geri qaytardığından hazırda ondan heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: V cild, səh. 32-35). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs15 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 5 il bundan əvvəl “Xətai Park” yaşayış kompleksində mənzil aldığı vaxtdan tanımış, onu həmin binada işləyən ustaların rəhbəri, sahə rəisi kimi tanımışdır. Bina təhvil verildikdən sonra komendant Samir adlı şəxsin köməkçisi olmuşdur. Elnurla çox yaxın münasibəti olmamış, bir sakin kimi problemlər olduqda Elnura müraciət etmişdir. 25 avqust 2022-ci il tarixdə, saat 12 radələrində Elnur istifadəsində olan ***-***-**- ** mobil nömrəsindən zəng edərək, qarşıdakı günlərdə yanğın təhlükəsizliyi qaydalarına görə məhəllədə avtomobil saxlamağa icazə verilməyəcəyini, yaxınlıqdakı ərazidə parklanma yeri düzəldiləcəyini, adını həmin siyahıya yazdıra biləcəyini demişdir. Ondan qiymət barədə soruşduqda, o, 700 manat pul ödəməli olduğunu demişdir. Elnurla razılaşıb parklanma yeri götürmək istədiyini bildirmişdir. Onunla danışdıqdan sonra Elnur öz adına olan bank kartını göndərərək pulu həmin hesaba köçürməli olduğunu bildirmişdir. Həmin vaxt o, özünə məxsus "xxxx" banka aid bank kartı hesabından mobil tətbiq vasitəsilə 500 manat pulu Təqsirləndirilən şəxs kartına köçürmüşdür. Elnurla danışdıqda, pulun hesabına köçdüyünü təsdiqləmişdir. Eyni zamanda ödəmə barədə sənədi gətirib verəcəyini demişdir. Lakin, sonradan Elnurla əlaqə saxlaya bilməmişdir. Daha sonra binanın sakinlərindən Elnurun bir neçə həftə əvvəl işdən çıxarıldığını və başqa digər şəxslərdən də bu kimi pullar alaraq mənimsədiyini öyrənmişdir. Aldadıldığını başa düşüb xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayında Elnur əlaqə saxlayıb onun bank kartının nömrəsini istəmiş və aldığı 700 manat pulu onun kartına geri göndərmişdir. Təqsirləndirilən şəxs almış olduğu 700 manat pulu 2022-ci ilin sentyabr ayında geri qaytardığından hazırda ondan heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: İV cild, səh. 83-86). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs sabiq arvadı Şahid2 ifadəsində göstərdi ki, 2002-ci ildə Elnurla ailə həyatı qurmaqla rəsmi nigaha daxil olmuş, Qubadlı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(028)-574/2022 nömrəli qətnaməsi ilə Elnurdan boşanmışdır. Bu evlilikdən onların 2003, 2005 və 2013-cü il təvəllüdlü 3 uşaqları olmuşdur. Elnur əvvəllər müxtəlif yerlərdə olan tikintidə fəhlə işləmiş, son 5 ildə isə Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində komendant olaraq işləmiş və 2022-ci ilin iyul ayında işdən çıxmışdır. Son vaxtlar isə işsiz olmuşdur. 2022-ci ilin aprel ayına qədər Elnurla münasibətləri çox yaxşı olmuş, Elnur hər gün evə gəlmiş, ailəsi ilə maraqlanmışdır. Aprel ayından etibarən Elnur artıq evə-gec gəlməyə, bəzən gəlməməyə başlamışdır. Elnurdan səbəbini soruşduqda, işindən əlavə tikinti işi götürdüyü üçün rayonlara getdiyini demişdir. Elnura inanmış və çox üstünə getməmişdir. Lakin bu hərəkətləri uzun müddət davam etdiyindən, tez-tez evə gəlməməsindən, kobud danışaraq alçatmasından Elnura inamı azalmış və başqa bir qadınla onu aldatdığını düşünməyə başlamışdır. 07 iyul 2022ci il tarixdə baldızı Aygün Elnurun bir nəfəri bıçaqladığını demişdir. Həmin vaxt Elnurla münasibəti pis olduğu üçün onlarla birlikdə getməmişdir. Bir gün sonra qaynanası Çimnaz gəlmiş və Elnura zəng edərək onu gözlədiyini deyib evə gəlməsini istəmişdir. Həmin gün axşam Elnur evə gəlmiş və yataq otağında söhbət etmişlər. Söhbət zamanı Elnur Kifayət adlı qadını bıçaqla vurduğunu bildirmişdir. Səbəb olaraq isə, həmin qadının onu aldadaraq aprel ayında ev almaq üçün yaşadığı evdən götürüb apardığı 26 000 manat pulunu mənimsədiyini, pulu istədikdə qaytarmadığını, həmin gün də qadının avtomobilində olan zaman ona “sənin götünə ağac soxduraram” deyib başından vurduğu üçün bıçaqla həmin qadını vurduğunu göstərmişdir. Sonradan dərhal Kifayəti Sumqayıt şəhərində Travmatologiyaya apardığını bildirmişdir. Bu hadisədən sonra Elnur yenidən hər gün evə gec gəlməyə başlamışdır. Artıq söhbət etmiş, problemlərini danışmışdır. Deməsinə görə, Kifayətin ondan şikayətçi olmaması üçün onu həm müalicə etdirmiş, həm də müxtəlif məbləğlərdə pullar vermişdir. Bundan sonra məlum olmuşdur ki, Elnur Kifayəti komendant işlədiyi “Xətai park” yaşayış kompleksindən tanımışdır. Bir neçə aydır ki, kirayə ev tutaraq qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdırlar. Elnur bir neçə şəxsdən qaraj, obyekt və s. satmaq adı ilə pullar almış və həmin pulları Kifayətə vermişdir. Elnurun deməsinə görə, Kifayətə ümumilikdə təxminən 70000-80000 manat məbləğində pullar vermişdir. Daha sonra Elnurun pul aldığı adamlar ondan pullarını istəməyə başlamışdırlar. Hətta, İslam, Cəmilə adlı şəxslər və özünün həkim olduğunu təqdim edən şəxs zəng edib Elnurun onlara pul borclu olduğunu bildirmişdirlər. Elnura bildirdikdə, o, vəkil tutub Kifayətdən pullarını alaraq borc sahiblərinə qaytarıb hamısını həll edəcəyini demişdir. Lakin bir neçə ay keçsə də, Elnur borc məsələlərini həll edə bilməmişdir. Oktyabr ayının sonlarında Elnur evə gəlib ondan Kifayətgilə gedərək ona verdiyi pullardan İslama çatacaq olan 8800 manat pulu istəməyini xahiş etmişdir. Həmin ərəfədə İslam Elnuru polisə şikayət etmişdir. Elnuru bu vəziyyətdən çıxartmaq üçün onunla razılaşmışdır. Qərara gəlmişdir ki, guya Kifayətgilə gedib Elnurun onu sevdiyini, onunla qala biləcəyini, Elnura mane olmayacağını bildirib borc sahiblərinin narahat etməməsi üçün ona verdiyi puldan 8800 manat verməsini istəyəcəkdir. Qaynanasına da bunu danışmış, oda razılaşmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə qaynanası ilə Kifayətin yaşadığı “Xətai park” yaşayış kompleksindəki mənzilinə getmişdir. Kifayət qapını açmamışdır. Ona sakit söhbət etməyə gəldiyini bildirmiş. Daha sonra qapını açmış və evə tək girmişdir. Daha sonra qaynanası da evə girmişdir. Evdə Kifayət, oğlu və qızı olmuşdur. Onlarla oturub söhbət etmişdir. İlk öncə ona niyə görə evli kişi ilə gəzdiyini soruşmuşdur. Kifayət aqressiv halda Elnurun onu bıçaqladığını, onunla maraqlanmadığını bildirmişdir. Daha sonra nə olubsa, keçib artıq, demiş, İslamın pulunu istəməyə gəldiyini, bundan sonra Elnura qarışmayacağını, onunla yaşaya biləcəyini, borc sahiblərinin narahat etməməsi üçün Elnurun ona verdiyi puldan 8800 manat qaytarmasını xahiş etmişdir. Bundan sonra Kifayət Elnura zəng etmiş və “Qarayev” adlanan ərazidə kafeyə çağırmışdır. O, qaynanası, Kifayət və oğlu Kifayətin avtomobilinə əyləşib kafeyə getmişdir. Yolda Elnur da avtomobilə əyləşmişdir. Birlikdə hazırda adını xatırlamadığı kafedə oturmuşdur. Kifayət 4000 verə biləcəyini, qalanını isə, daha sonra verə biləcəyini dediyi üçün orada İslama zəng edib hissə-hissə verə biləcəyini demişdir. İslam isə, bunu rədd edib pulu tam şəkildə istədiyini, əks halda Elnurdan yenə də şikayətlər edəcəyini bildirib telefonu söndürmüşdür. İslam razı olmasa da, Kifayətdən 4000 manat pulu verməsini istəyib tam düzəldikdə İslama verəcəyini bildirmişdir. Kifayət də bununla razılaşmış və günü sabah 4000 manat bankdan götürüb verəcəyini, qalan pulu isə, evini satıb verəcəyini demişdir. Orada olan zaman Elnurla Kifayətin bir-birinə baxıb güldüklərini görmüşdür. Sanki, onları yenidən barışdırdığını hiss etmişdir. Kifayətlə razılaşdıqdan sonra kafedən ayrılıb evə gəlmişdir. Səhəri günü Kifayət pulu verməmişdir. Yenə də Elnuru tutduracağını deməyə başlamışdır. Lakin buna baxmayaraq, həmin görüşdən sonra Kifayətlə Elnurun münasibətləri yenidən düzəlmişdir. Elnur yenə də evə gəlməməyə başlamışdır. Artıq onun Kifayətlə birlikdə olduğunu bilmişdir. Onlar birlikdə Qazax rayonuna da gedib-gəlmişdirlər. Elnur yenidən eyni saymazyana hərəkətlərini təkrarladığı üçün ondan boşanmaq qərarına gəlmiş və məhkəməyə müraciət etmişdir. Qubadlı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(028)-574/2022 nömrəli qətnaməsi ilə Elnurdan boşanmış və qərarın surətini də Elnura göndərmişdir. Elnur problemlərini danışan ərəfədə tez-tez həyatdan bezdiyini, özünü öldürmək istədiyini deyib halallıq istəmişdir. Sonuncu dəfə Elnur 21-22-23 oktyabr tarixlərində gecələr evə gəlmişdir. xx.xx.2022-ci il tarixdən evdən çıxmış və gəlməmişdir. Onun Kifayətlə qaldığını düşünmüşdür. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Elnur mesaj yazaraq adam göndərəcəyini, həmin adama evdən əmək kitabçasını verməyini istəmişdir. Harada olduğunu soruşduqda Qəbələ rayonunda olduğunu demişdir. Kifayətlə birlikdə getdiyini düşünmüş və ona hakimin bizi boşadığını bildirmişdir. Elnur isə, “mənə heçkim lazım deyil, ama çox az qalıb, görəcəksən özün də” məzmunlu mesaj yazmışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12:43-də +**********41 saylı mobil nömrədən zəng gəlmiş özünü Nəsimi rayon polis idarəsinin əməkdaşı kimi təqdim edən, hazırda adını xatırlamadığı şəxs şikayətlə bağlı Elnuru axtardığını bildirmişdir. Elnurdan boşandığını demiş, həmin şəxs məhkəmə qərarını istəmişdir. Həmin vaxt yolda olduğu üçün evə gedəndə göndərə biləcəyini bildirmişdir. Bundan sonra saat 13:13-də Elnura mesaj yazıb Nəsimi polis idarəsindən onu axtardıqlarını demişdir. Elnur zəng etmiş, o isə, yolda olduğunu evə çatanda zəng etməsini yazmışdır. Elnur isə “səbəbini denən də, atırdım, denən oğruydu, ona buna atırdı, mənə atırdı”, “nə üstündə ayrılmısan bilirsəndə, nəyə görə ayrılmısan” məzmunlu səsli mesaj göndərmişdir. Saat 13:20-də “heç kim cəzasız qalmır, o, mənim hər şeyimi aldı” məzmunlu mesaj göndərmişdir. Daha sonra saat 14:19-da 27 saniyə “whatsapp” proqramı vasitəsilə sonuncu dəfə Elnurla danışmışdır. Telefon danışığı zamanı Elnur “məni birdə heç vaxt görməyəksən” demişdir. O isə, “3 uşağın yükünü mənim üzərimə qoydun, niyə belə edirsən?” demişdir. Elnur isə, “əlimdən heçnə gəlmir” demiş və telefonu söndürmüşdür. Bundan sonra Elnurla danışığı olmamışdır. Həmin gün axşam saat 01:30 radələrində Nərimanov rayon polis idarəsinin əməkdaşları yaşadığı evə gəlib Elnuru axtarmışlar. Həmin vaxt Elnurun Kifayəti öldürməsini öyrənmişdir. Polis əməkdaşlarının yanında Elnura “hardasan?” yazmışdır. Lakin, həmin mesaj ona çatmamışdır. Şahid2 əlavə olaraq göstərmişdir ki, İslam ***-***-**-**, Cəmilə ***-***-**-** saylı mobil nömrələrdən zəng etmişdir. Özünü həkim kimi təqdim edən şəxsin mobil nömrəsini bilməmişdir. xx.xx.2022-ci il tarixdə Elnurla danışığı zamanı Kifayətlə bağlı heç bir şey deməmiş, sağollaşıb bir daha onu görməyəcəyini bildirərək halallıq istəmişdir. Məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Şahid3 konstitusion hüququndan istifadə edərək atasının əleyhinə ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs hadisədən 6-7 ay əvvəl onlarla yaşamamışdır. Belə ki, atası ilə anasının arasında olan nikah Qubadlı Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə pozulmuşdur. Atası Bakı şəhəri, Xətai rayonu, «Xətai park» yaşayış kompleksindəki yeni tikili binalarda komendant işləmişdir. Lakin, eşitdiyinə görə dələduzluq etdiyi, yəni tanımadığı şəxsdən ona qaraj satmaq adı ilə pul aldığı üçün, son 3 aydır ki, işdən çıxarılmışdır. Atası onlarla eyni ünvanda yaşamasa da, anasının mobil telefonuna tanımadığı fərqli adamlar zəng etmiş və pullarının qaytarılmalarını tələb etmişlər. Həmin şəxslərdən biri atasının ona 35000 manat, digəri 8800 manat onlara pul borclu olduqlarını bildirmişlər. Lakin, anası atası ilə ayrıldığını və pulların qaytarılması üçün onu narahat etməmələrini bildirmişdir. Atası ilə anasının ayrılmasına əsas səbəblərdən biri də, atasının pul borclarının olması olmuşdur. Atası arabir yaşadığı evə gəlib gedən zaman, anası ona pul məsələlərinə görə zənglər gəldiyini demiş, atası isə vəkil tutacağını və bu məsələyə son qoyacağını bildirmişdir. Atasından harada yaşadığını soruşduqda, heç vaxt yaşadığı ünvanı dəqiq deməmişdir. Lakin, anasından eşitdiyinə görə, atasının qeyri-rəsmi yaşadığı bir nəfər qadın olmuş, pulları həmin qadına xərcləmişdir. Həmin qadını görməmiş və harada yaşadığını bilməmişdir. Həmin qadınla yaşadıqdan sonra atası evə gəlməməyə başlamışdır. Təxminən 4-5 ay əvvəl atası özünü öldürəcəyini demiş və ona halallıq verməyini istəmişdir. Lakin, həmin söhbətdən 2-3 gün sonra atası mesaj yazmışdır ki “hər şeyi sənə əmanət edirəm, mən bıçaqla adam vurmuşam və bir daha evə gəlməyəcəm”. Sonradan eşitdiyinə görə, həmin bıçaqladığı qadın şikayətçi olmadığı üçün həbs olunmamışdır. Atası ilə sonuncu dəfə təxminən bir-iki ay əvvəl, Sumqayıt şəhərində yerləşən Şərq bazarının yaxınlığında görüşmüş, atası haləhval tutduqdan sonra evə bazarlıq etmiş, həmin bazarlığı verib çıxıb getmişdir. Daha sonra atasını görməsə də, “whatsapp” vasitəsilə arabir yazışmışdır. 10 noyabr 2022-ci il tarixdə axşam saatlarında atası sms yazıb, onlardan hal-əhval tutmuş, bacısı və qardaşı barədə maraqlanmışdır. Bundan sonra atasından məlumatı olmamışdır. 12 noyabr 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gəlmiş və atası barədə sorğu-sual etmişdirlər. Şahid3 tədqiq olunan ifadəsində əlavə olaraq göstərmişdir ki, atasının heçkimlə düşmənçiliyi, ədavəti və qəsd-qərəzliyi olmamışdır. Özünə məxsus 4098 5844 6554 0381 nömrəli “Unibank”-a məxsus “Leo” bank kartı olmuşdur. 2022-ci ilin sentyabr ayının əvvəllərində atası Təqsirləndirilən şəxs pul göndərilməsi üçün bank kartı lazım olduğunu deyib ona məxsus 4098 5844 6554 0381 nömrəli bank kartı istədiyi üçün kartını atasına vermişdir. Mobil telefonunda yüklədiyi tətbiq vasitəsilə kartını görə bilmişdir. 02 sentyabr 2022-ci il tarixdə kartına 2000 manat pul yüklənilmiş və həmin gün də tam olaraq çıxarılmışdır. Bundan başqa, özünə məxsus tələbə kartı olmuşdur. Həmin karta hər ay tələbə təqaüdü vurulmuş, həmin kartla başqa bir əməliyyat aparılmamışdır. Zərərçəkmiş şəxs1 tanımamışdır. Atası ilə hər hansı bir münasibəti olması barədə məlumatı olmamışdır (iş vərəqə: İ cild, səh.69-73, V cild, səh. 01-04). Bundan başqa, iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, ixtisasca sürücüdür, kreditlə aldığı “Kia Rio” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərir. Əsasən “Bolt” mobil tətbiqi ilə sifarişlər əsasında işləyir. Təqsirləndirilən şəxs ilə təxminən 4-5 il əvvəl tanış olmuş, Elnurla düşmənçiliyi və ya ədavəti olmamışdır. Elnurun 3 övladı olduğunu, həyat yoldaşının adının Elnarə olduğunu təxmini bilmişdir. Elnur Abşeron rayonunun Saray qəsəbəsində yaşamış, deməsinə görə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xətai Park” yaşayış kompleksində komendant kimi işləmişdir. Şahid4 ifadəsində, həmçinin göstərdi ki, son 1-2 ay ərzində Elnurun xahişi ilə taksi kimi onu müxtəlif yerlərə aparmışdır. Əvvəllər Elnurun şəxsi avtomobili olmuş, son müddətlər onda “Mercedes ML” markalı avtomobilini görmüş, təxminən 1-2 ay öncə taksi müraciət etdikdə deməsindən bilmişdir ki, həmin avtomobilini satmışdır. Elnuru əsasən Saray qəsəbəsində yaşadığı evindən götürüb Sumqayıt şəhərinə aparıb-gətirmiş, həmin vaxt Elnur məzuniyyətdə olmasını demişdir. Elnurun qohum və tanışlarının əksəriyyəti Sumqayıt şəhərində qaldıqlarından, habelə Elnur özü Sumqayıt şəhərində böyüdüyündən vaxtının çox hissəsini Sumqayıt şəhərində keçirdiyini bilmişdir. 2022-ci ilin oktyabr ayının əvvəlində Elnurun sifarişi ilə onu hazırda xatırlamadığı oteldən götürüb “Q.Qarayev” metrostansiyası yaxınlığında yerləşən binanın qarşısına aparmışdır. Elnur həmin binada günlük kirayə ev götürdüyünü və bir müddət orada qalacağını demişdir. Elnurun deməsinə görə o, ailəsindən ayrılmış, lakin ayrılma səbəbi barədə dəqiq heç nə deməmişdir. Kirayə tutduğu evi isə Kifayət adlı xanım tanışı ilə birlikdə qalmaqdan ötrü götürmüşdür. Elnur mənzilinə qalxıb aşağı endikdən sonra birlikdə “Sədərək” ticarət mərkəzinə gedib ev üçün müxtəlif qab-qacaq, dəsmal və sair gündəlik evdə istifadə olunacaq əşyaları almışdır. Xatırladığı qədərilə, Elnur həmin mənzildə təxminən 10-15 gün qalmış, deməsindən bilmişdir ki, Kifayət həmin mənzilə gəlib-getsə də, Elnurla birgə vaxt keçirsə də, daimi olaraq Elnur ilə birgə qalmamışdır. O özü Kifayət adlı qadınla heç vaxt üzbəüz gəlməmiş, rastlaşmamış, yalnız Elnur bir dəfə mobil telefonunda onun şəklini göstərib Kifayətin həmin qadın olmasını, onunla yaşadığını, Kifayəti saxladığını demişdir. Həqiqətən də, dəfələrlə Elnurun müxtəlif terminallardan Kifayətin kart hesabına pul göndərməsini görmüş, Elnur həmin pul köçürmülərinə dair qəbzləri ona da göstərmişdir. Elnur deməsinə görə həmin qəbzləri saxlamış, deməsinə görə niyyəti Kifayətə maddi cəhətdən köməklik etmək olmuşdur. Elnurun deməsinə görə, Kifayət “Xətai Park” yaşayış kompleksində olan mənzilini satışa qoymuş, mənzil satıldıqdan sonra Elnurun ona göndərdiyi pulları geri qaytaracaqmış, Elnur da həmin qəbzləri özündə sübut kimi saxlamışdır. Elnur ilə Kifayət arasında olan münasibətlərinin dərinliyi barədə söhbət etməmiş, bunun ona aid olmadığını fikirləşmişdir. Elnurun ailəsindən ayrılmasının səbəbi ilə maraqlanmamışdır. Şahid4 daha sonra ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının ortalarında Elnur gizli nömrədən ona zəng edərək Qəbələ rayonuna qonaq gəldiyini, 4-5 gün qalıb Bakı şəhərinə qayıdacağını demişdir. Təxminən 4-5 gün sonra Elnur zəng edərək hazırda rayondan yol gəldiyini bildirmiş, gəlib onu “3-cü mikrorayon dairəsi»ndən götürməyi xahiş etmişdir. Həmin gün o, Elnuru dediyi ünvanda tək götürüb Sumqayıt şəhərində yerləşən kafeyə gətirmiş, 1-2 saat sonra isə onu təkrar həmin yerdən götürüb “Neapol” otelinə aparmışdır. Bundan sonra demək olar ki, hər gün Elnur zəng edərək onu müxtəlif yerlərə aparmağı istəmiş, əsasən gedib-gəldiyi yerlər Sumqayıt şəhərində yerləşən müxtəlif kafelər, hamamlar, otellər olmuş, bəzən də, onu qohumlarının evindən götürmüşdür. Həmin ərəfələrdə Elnur Bakıda gündəlik kirayə mənzillərlə maraqlanmış, mobil telefonda internet saytlarında elanlara baxmışdır. 2022-ci ilin oktyabr ayının sonlarında Elnur Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən gündəlik kirayə mənzil tapmış, birlikdə həmin ünvana getmiş, həyətdə avtomobildə gözləmiş, Elnur isə mənzilə gedib sahibi ilə razılaşmış və behləşmişdir. Həmin günün ertəsi Elnuru həmin ünvana aparmış, ardınca təkrarən “ünvan 272 gün sonra Kifayətin onun yanına gələcəyini demişdir. Həmin vaxt Elnur binanın həyətində marketdə alış-veriş etmiş, aldığı ərzağı yuxarı qaldırmaqdan ötrü bir dəfə ona kömək edən zaman qaldığı mənzilin binanın 19-cu mərtəbəsində yerləşdiyini bilmişdir. Elnurun həmin evdə qaldığı dövrdə özü bilavasitə Kifayətin həmin mənzilə gəlibgetməsini görməmişdir. O, Kifayəti ümumiyyətlə üzdən görməmişdir. Hətta Elnur mobil telefonla onunla danışarkən kənara çəkilmiş, onun yanında Kifayətlə danışmamışdır. Şahid4 ifadəsində daha sonra göstərdi ki, 10 noyabr 2022-ci il tarixdə Elnur daim istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “WhatsApp” mobil tətbiqi ilə zəng edərək Nərimanov rayonunda kirayə qaldığı yerə çağırmış və onu Sumqayıta aparmağını xahiş etmişdir. Yolda olarkən Elnur ona Sumqayıtda yeyib-içməyi təklif etmiş, onlar ikisi Sumqayıt şəhərində olan “Yaşar” kafesində əyləşib yemək yemiş, spirtli içki qəbul etmiş, ümumi söhbətlər edib vaxt keçirmişlər. 11 noyabr 2022-ci il tarixdə o, Elnurla mobil telefonla əlaqə saxlamış, Elnur zəng edərək 1-2 saat sonra zəng edəcəyini demiş, lakin 1- 2 saatdan sonra zəng edərək başqa tanışı ilə Sumqayıta gəldiyini, ertəsi günü, yəni 12 noyabr 2022-ci il tarixdə saat 10-11 radələrində zəng edəcəyini, onu Sumqayıtdan Nərimanov rayonuna gətirməli olacağını demiş, bunun üçün həmin vaxt başqa müştəri götürməməyini xahiş etmişdir. 12 noyabr 2022-ci il tarixdə, saat 10-11 radələrində Elnur ona zəng edərək gecəynən Bakı şəhərinə qayıtdığını, “saat 11:05-də bir yer var, orda olmalıyam, gəl məni Nərimanovdan götür, gedək ora, ancaq gecikmə” demişdir. Bundan sonra hazırlaşıb evdən çıxmış və gecikməklə saat 11 radələrində Elnurun yaşadığı blokun qarşısına gəlmişdir. O, yolda olarkən Elnur 5-6 dəfə yığıb tez gəlməyini xahiş etmişdir. Həmin zənglər zamanı telefondan qadın səsinin, çox güman ki, Kifayətin səsinin gəlməsini eşitmişdir. Elnurun yaşadığı blokun qarşısına çatdıqda onunla telefonla danışmış, Elnur 10 dəqiqə gözləməyini tapşırmışdır. Həmin vaxt qadın səsi eşitməmişdir. 10 dəqiqədən sonra Elnur ilə təkrarən danışdıqda, sonuncu 10 dəqiqəyə düşəcəyəni və hörmətini edəcəyini deyib gözləməyi xahiş etmişdir. Təxminən 10 dəqiqə sonra Elnur avtomobilinin arxa sağ qapısını açıb salona əyləşmiş, geriyə çevrilib ona baxdıqda onda hər hansı bir qəribəlik hiss etməmiş, yalnızca üzünə tibbi maska taxmış, oturacağın üstünə idman çantası qoymuşdur. Elnur avtomobilə mindikdən sonra Sumqayıta sürməyini söyləmişdir. Yolda olarkən Elnur mobil telefona başı qarışmış, aralarında hər hansı bir mövzuda söhbət olmamışdır. Saat təxminən 12:30 radələrində Elnur Sumqayıt şəhərində olan “Karvan” ticarət mərkəzində saxlamağı demişdir. Elnuru orada endirdikdən 15-20 dəqiqə sonra təkrarən avtomobilə qayıtmışdır. Elnurun əli boş gəldiyini görüb, onun heç bir şey almadığını fikirləşmişdir. Avtomobilə mindikdən sonra Elnur “Sür” dediyi üçün hərəkətə başlamış, lakin Elnur hara getməyini demədiyi üçün elə düz istiqamətdə getmişdir. Elnur tez-tez belə hərəkət etdiyindən buna təəcüblə yanaşmamışdır. Bir az getdikdən sonra Elnur sağda olan məhəlləyə girməyi və ardınca orada avtomobili dayandırmağını istəmişdir. O, maşını saxlamış, Elnur avtomobildən enib 5-10 metr kənara aralanaraq mobil telefonla kiminləsə danışmış, ardınca geri qayıdıb və yenidən “Sür gedək” demişdir. Məhlədən çıxıb yenə düz istiqamətdə getdikdə təxminən 3-4 dəfə Elnur təsadüfi məhəllələri işarə edib təkrar-təkrar avtomobili dayandırmağını istəmiş, hər səfər o, avtomobildən düşüb mobil telefonla kiminləsə danışmış və ardınca geri qayıtmışdır. Elnurun kiminlə danışdığını bilməmişdir. Elnur 3-cü dəfə məhəllənin birində avtomobildən endikdə arxa oturacaqdan sanki sallofan paketin xışıltı səsini eşidib arxaya baxmışdır. Elnur əlində bir ədəd açıq qırmızı rəngli sallofan paketi götürüb avtomobildən enmək istəmişdir. Ondan həmin paketin nə olmasını soruşduqda, Elnur paketdə zibil olmasını demişdir. Bu qədər yolu niyə zibillə birgə gəldiyini Elnurdan soruşduqda, cavabında paketi də tullayacağını demişdir. Elnur avtomobilin arxasına düşən hissəyə getdiyindən zibil paketini hara atdığını görməmişdir. Elnur bir müddət də orada telefonla danışıb təkrarən avtomobilə mindikdən sonra bank kartının nömrəsini istəyərək, həmin karta 2500 manat pul atılacağını və həmin pulu gedib çıxarıb ona verməyini istəmişdir. O da razılaşmış və Elnur kartının kodunu tanımadığı şəxsə smslə göndərmişdir. Məhəllədən çıxdıqdan sonra Elnur mobil telefonunda nömrəni dəyişmək istədiyi üçün nömrəni çıxartmaq üçün iynə tapmağını xahiş etmiş, bununla əlaqədar bir neçə mobil telefon dükanına dəyib həmin iynədən axtarmış, nəticədə tapıb Elnura vermişdir. Həmin ərəfədə kimsə Elnura zəng etmiş, Elnur həmin şəxsə “mənimlə deyil, məni düşürtdü getdi, tort zakaz verib, onu götürməyə getdi, məndə taksi ilə Sumqayıta gəlmişəm” dediyini eşitmişdir. O, Elnurun danışdığı şəxsin Elnura inanmadığını hiss etmişdir. Belə ki, Elnur “vallah Sumqayıtdayam, istəyirsən lap olduğum yerdən konum atım” deyə ifadə işlətmişdir. Elnur “konum” ata bilmədiyindən mobil telefonu ilə avtomobildə gedə-gedə video çəkmiş, video çəkərkən “bura Sumqayıtdır, 1-2 saata geri gələcəm” deyə ifadələr işlətmişdir. Sumqayıtda olmasını sübut etməkdən ötrü bu videonu həmin danışdığı şəxsə atmışdır. Bundan sonra onunla “Sputnik” adlanan əraziyə getdikdə Elnur oradan özünə yeni sadə mobil telefon almış, mobil telefonu enerji yığması üçün ona vermişdir. Mobil telefon aldıqdan sonra yolda gedən zaman Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” supermarketinin sağ tərəfində olan kapital banka məxsus terminalın yanında saxlamış və düşüb kartından 2500 manat pul vəsaitini çıxarıb avtomobilində Elnura vermişdir. Daha sonra Elnur onu Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Araz” supermarketi tərəfdə düşürməyini istəmiş, ora gedən vaxt “Araz” supermarketə çatmamış “Yaşıl Ada” kafesinin qabağında avtomobili saxlamağını demişdir. Orada avtomobili saxladıqdan sonra Elnur bibisiqızıgilin həmin ünvanın yaxınlığında yaşadığını demişdir. Bundan sonra, idman çantasını götürüb avtomobildən enmiş, 1-2 saat sonra zəng edəcəyini, gəlib onu götürüb Bakıya qaytarmağını istəmiş, ödənişi də həmin vaxt edəcəyini demişdir. Elnur əvvəllər tibbi maska taxan adam olmasa da, onunla avtomobildə olduğu müddət ərzində daima tibbi maskada olmuşdur. Təxminən 2-3 saat sonra ona zəng etdikdə Elnurun ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin heç birinə zəng çatmamışdır. Saat təxminən 21 radələrində Nərimanov rayonu ərazisində müştərini dediyi ünvana apararkən polis əməkdaşları onunla əlaqə saxlamış, Elnur barədə sorğu-sual etmiş, harada olması ilə maraqlanmış və ardınca onu Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə dəvət etmişlər. Sonradan polis əməkdaşlarının deməsindən Elnurun Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən və gündəlik olaraq kirayə götürdüyü mənzildə münasibətdə olmasını dediyi Kifayət adlı qadını öldürdüyünü öyrənmişdir. Şahid4 ifadəsində əlavə olaraq göstərdi ki, o, Elnurun “Rauf” adında dostu olmasını bilməmiş, “Rauf” adlı şəxsi tanımamışdır. Elnur iki dəfə zəng edərək onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “whatsapp” mobil tətbiqi vasitəsilə borcu olduğu şəxslərdən “Sahib” və “Cavid” adlarını çəkib işlərinin qısa müddətdə həll olunacağı barədə səsli mesaj göndərməyi istəmişdir. Əvvəl bundan imtina etsə də, dəfələrlə zəng edib pis vəziyyətdə olduğunu bildirmiş, münasibəti olduğu üçün Elnurun dediyi qaydada səsli mesajı onun ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərmişdir. Həmin şəxsləri tanımamış və görməmişdir. Elnurun da göndərdiyi səsli mesajları hansı məqsədlə istifadə etməsi barədə dəqiq məlumatı olmamışdır. Elnur ona səsli mesajlar göndərməyi ilə bağlı hər hansı məbləğdə pul verməmiş, nə də ki, bu barədə söhbəti olmamışdır. Taksi şoferi işlədiyindən və bank kartını bildiyindən Elnur arada bir zəng edib bank kartına pul göndərdiyini və həmin pulu çıxarıb ona gətirməyi istəmiş, o da pulu çıxarıb tam məbləğdə apararaq Elnura vermişdir. Elnur bunun qarşılığında sadəcə olaraq, taksi haqqını ödəmişdir. Həmin pul vəsaitlərinin kimdən gəlməsi və Elnurun pulları hara verməsi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs12un qeyd etdiyi xüsusatlarla bağlı heç bir məlumatı olmamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi Elnurun istifadəsində olmuş və “whatsapp” mobil tətbiqini də öz mobil telefonunda qeyd olunan nömrə ilə istifadə etmişdir. Zərərçəkmiş şəxs12 tanımamış, onunla heç vaxt danışmış və mesaj yazmamışdır. Cinayət işinə məhkəmə baxışı zamnı iştirakı təmin edilməmiş, ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 doğma anası olmuşdur. Hadisədən təxminən bir il əvvəl anasının Təqsirləndirilən şəxs adlı biri ilə münasibət saxladığını bacısından öyrənmişdir. Elnur həmin vaxtlar hazırda yaşadığı binada komendant işləmiş, o, Elnuru bir-iki dəfə görmüş, onunla bir neçə dəfə mobil telefonla danışmış, onunla yaxın münasibəti olmamışdır. X1 anası ilə rəsmi qaydada boşandığı üçün anasının şəxsi həyatına qarışmamışdır. Anası Elnurla tanış olduqdan təxminən 3-4 ay sonra Elnur anasından borc pul istəmiş, anası da Elnura 11 000 manat pul vermişdir. Lakin, bir neçə ay keçsə də, Elnur pulu qaytarmamış, anası istədikdə, anasının deməsinə görə hissəhissə olmaqla, təxminən 5000 manat pul qaytarmışdır. Borc söhbətləri olduqdan sonra münasibətləri pisləşməyə başlamışdır. Elnurun 2022-ci ilin ortalarında anasını Sumqayıtda çiynindən bıçaqlamasını bu gün, yəni ifadə verdiyi gün öyrənmişdir. Öyrəndiyinə görə anası 10 gün Sumqayıtda xəstəxanada yatmış, həmin hadisə ilə bağlı şikayətçi olmamış və hadisədən sonra bir müddət Elnurla danışmamışlar. Eşitdiyinə görə anası həftədə bir dəfə Elnurun yanına gedib bir gecə qalıb evinə qayıtmış, lakin həmin evin harada olmasını dəqiq bilməmişdir. O, anasını ünvan 24 ünvanına düşürtdükdə, anası rəfiqəsinin evi olduğunu demişdir. 11 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində anası evdən çıxıb “gəlirəm” deyib getmiş, lakin hara getdiyini o, bilməmişdir. 12 noyabr 2022-ci il tarixdə səhər saatlarında bacısından anasının gecəni Elnurun evində qaldığını öyrənmişdir. “Laçın” ticarət mərkəzində icarəyə götürdüyü mağazada olarkən saat 13 radələrində işlə bağlı anasına zəng etmiş, lakin sonuncu onun zənginə cavab verməmişdir. Bacısına zəng etmiş, bacısı bir az gözləməyi vıə təkrar yığmağı ona məsləhət vermişdir. Anasından xəbər çıxmadığı üçün Elnura zəng etmiş, Elnur anasının onunla birlikdə olduğunu, mağazadan şalvar aldığını demişdir. Saat 15 radələrində isə gedib bacısını götürmüş və birlikdə Elnurun yaşadığı ünvan 24 ünvanına getmişlər. Qapını döymüş, lakin açan olmadığından komendanta və DİN-in 102 xidmətinə məlumat vermişdir. Komendant tanımadığı bir nəfər göndərmiş və həmin şəxs qapını açmışdır. İçəri girdikdə anasının qonaq otağındakı divanın üzərində hərəkətsiz uzanıqlı vəziyyətdə başından qan gəldiyini görmüşdür. Həmin vaxt otaq səliqəli şəkildə olmuşdur. Çox əsəb, həyacan və stress keçirtdiyi üçün həmin vaxt özündən asılı olmadan otaqdakı əşyaları yumruqla vurmağa və dağıtmağa başlamışdır. Daha sonra hüquq-mühafizə orqanları əməkdaşları gəlmişdirlər (iş vərəqə: İ cild, səh. 25-29, 254-257). Ən nəhayət, cinayət işinə məhkəmə baxışı zamnı iştirakı təmin edilməmiş, ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 2022-ci ilin əvvəllərindən tanımışdır. Belə ki, anası rəhmətə gedən zaman Kifayət rəfiqələri ilə birlikdə yas mərasiminə gəlmiş və orada onu görüb tanımışdır. Bundan sonra Kifayət onun tibb bacısı işlədiyini bildiyi üçün zəng edib sistem qoşdurmaq istədiyini bildirdiyindən o, bir neçə dəfə onun yaşadığı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən “Xətai park” yaşayış kompleksində yerləşən mənzilinə gedib tibbi yardım göstərmişdir. Kifayətə tibbi yardım göstərən zaman Təqsirləndirilən şəxs da qeyd etdiyi mənzildə olmuş, Kifayət Elnuru təqdim edərkən sevgilisi olduğunu bildirmişdir. Gördüyü qədərilə onların münasibətləri çox yaxşı olmuşdur. Elnur sakit təbiətli olmuş, Kifayətin bütün istəklərini yerinə yetirmişdir. Təklikdə onlarla heç vaxt görüşməmiş, 3-4 dəfə biryerdə görüşüb yemək yemişdir. Kifayət həddən artıq çox pul xərcləmiş və bahalı paltarlar geyinmişdir. Kifayətlə birlikdə paltar almaq üçün onun «Laçın» ticarət mərkəzində işlətdiyi mağazaya da getmişdir. Həmin vaxt ən bahalı paltarları seçib almış və pulunu Elnur onun kartına göndərmişdir. Sonuncu dəfə 2022-ci ilin iyun ayında onlarla görüşmüşdür. Sonradan adi məişət mövzusunda söhbətə görə Kifayətdən inciyib telefon nömrələrini silmişdir. Ondan sonra Kifayət və Elnurla heç vaxt görüşməmişdir. 2022-ci ilin noyabr ayında Elnurun Kifayəti öldürməsi barədə rəfiqələrindən məlumat almışdır. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi barədə məlumatı olmamışdır (iş vərəqə: İİ cild, səh. 36-40). Qeyd olunanlardan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 140 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - kəllə tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sağ və sol göz ətrafı nahiyənin hematomaları həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların), ola bilsin ekspertizaya təqdim edilmiş qaz açarının təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Tədqiq olunan həmin rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb - kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 7-9 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Mərhum Zərərçəkmiş şəxs1 qeyd olunan xəsarətləri aldıqdan sonra sərbəst hərəkət etmək iqtidarında olmamışdır, qarşılıqlı mübarizə məhkəmə - tibbi məfhum deyildir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (iş vərəqə: İİİ cild, səh. 79-84). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 01/140 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər kəllə tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sağ və sol göz ətrafı nahiyənin hematomaları həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların), ola bilsin ekspertizaya təqdim edilmiş qaz açarının təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb-kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 7-9 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Mərhum Zərərçəkmiş şəxs1 qeyd olunan xəsarətləri aldıqdan sonra sərbəst hərəkət etmək iqtidarında olmamışdır, qarşılıqlı mübarizə məhkəmə - tibbi məfhum deyildir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, mərhum Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına daxil olmuşdur. Orada qoyulmuş “Sağ körpücük sümüyü cisminin qəlpəli, yerdəyişmiş sınığı, sağ və sol körpücük nahiyələrində kəsilmiş yaraları” iti kənarlı alətin, ola bilsin bıçağın tiyəsinin deşici - kəsici təsirindən törənmişdir, şəxsin tibbi müəssisəyə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə sağ körpücük sümüyü cisminin qəlpəli, yerdəyişmiş sınığı, sağ körpücük nahiyələrinin kəsilmiş yaraları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol körpücük nahiyəsinin kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd edilən xəsarətlərin xarakterinə, lokalizasiyasma və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyildir (iş vərəqə: İİİ cild, səh. 41-79). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1223 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir (iş vərəqə: İİ cild, səh. 181-184). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 Və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs ünsiyyətçillik, adaptivlik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq, özünə hörmət tələb etmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional halında hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (iş vərəqə: İİİ cild, səh. 85-90). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 21 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: İV cild, səh. 60-64). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 744/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: AB-/H//İV/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus jaket, köynək, şalvar, bustqalter, trusik, qaz açarı və hadisə yerindən 03 ədəd plastmas çubuq ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, B, H antigeniəri alındı. Beləliklə, bu qan ləkələri AB/H//İV/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 məxsus ola bilər (iş vərəqə: İİİ cild, səh. 146-152). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 594-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarların (kapyuşonlu jaket, uzunqol kofta, şalvar, bustqalter və trusik) üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş maddi sübutların (Zərərçəkmiş şəxs1 məxsus paltarların (kapyuşonlu jaket, uzunqol kofta, şalvar, bustqalter və trusik) və qaz açarının məhkəmə-bioloji tədqiqat zamanı 744/2022-MTBŞ saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirmək olar: - Zərərçəkmiş şəxs1 məxsus jaketin kapyuşonun orta və sol aşağı arxa səthlərində, jaketin ön sağ və sol yuxarı, ön sol aşağı, arxa sol aşağı səthində, sağ qolun arxa səthində, uzunqol koftanan ön səthinin yuxarı və orta səthində büstqalterin arxa səthində, trusikin daxili səthində solda və şalvarın sol ön nahiyəsində yuxarıda olan qan ləkələrinin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə ) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, bəzilərinin həmçinin sonra materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gələ bilərdi. - Zərərçəkmiş şəxs1 koftanın ön və arxa səthlərinin sol yuxarı nahiyəsində aşkar edilmiş bir neçə kiçik ölçülü qan ləkələrinin forma, xarakteri və morfoloji əlamətlərinə əsasən demək olar ki, bu qan ləkələri qan mənbəyindən (qanlı səthdən) səthə əsasən yuxarıdan aşağıya, müxətlif bucaqlar altında, ola bilsin ki, az hündürlükdən səthə düşən damcıları olmuşdur. - Ekspertizaya təqdim edilmiş qaz açarının əsasən işçi hissəsinin sağ və sol yan səthində, ön ucunun yuxarı kənarında aşkar edilmiş qan ləkələrinin xarakteri, forma və morfoloji əlamətlərinə görə demək olar ki, bu qan ləkələrin qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişlər. İİ. Ekspertizaya təqdim olunmuş çilingər açarı zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı əmək alətidir və soyuq silah hesab edilmir. Çilingər açarın üzərində zədə aşkar olunmadı. Çilingər açarın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: İİİ cild, səh. 139- 145). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1647/1648 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah - zavod üsulu ilə hazırlanmış, “Vinçester” tipli, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, “BARAK” modelli, 635-H21 PT-37 №-li, pompalı, təklüləli tüfəngdir, konstruksiyasında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Təqdim edilmiş 7 (yeddi) ədəd patron - zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 76 mm-dək olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, atəşə (istifadəyə) yararlıdırlar və təyinatlarına və kalibrlərinə uyğun olaraq həmçinin tədqiqata təqdim edilmiş 12 kalibrli, “BARAK” modelli, 635-H21 PT-37 №-li ov tüfəngində də istifadə oluna bilərlər. Tədqiqata təqdim edilmiş 12 kalibrli, “BARAK” modelli, 635-H21PT-37 №-li təklüləli ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir (iş vərəqə: İİİ cild, səh. 91-96). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin 12 aprel 2023-cü il tarixli, 2/2-4520 nömrəli əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 2022-ci ilin əvvəllərindən sevgili münasibətində olmuş, onların arasında əvvəllər heç bir mübahisə və ya münaqişə olmamışdır. Təqsirləndirilən şəxs uzun müddət Xətai rayonu, Gəncə prospektində yerləşən Xətai park yaşayış kompleksinin tikintisində sahə rəisi, daha sonra isə, komendant köməkçisi olaraq işləmişdir. Zərərçəkmiş şəxs1 isə, Laçın ticarət mərkəzində qadın paltarlarının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ünvan 29 ünvanında kirayə yaşamış, Zərərçəkmiş şəxs1 əvvəllər bir neçə dəfə həmin ünvana gəlib getmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saatlarında gəlib gecəni həmin ünvanda qalmışdır. Hadisə qeyd olunan ünvanın qonaq otağında baş vermiş, hadisə zamanı mənzildə onlardan başqa kənar şəxs olmamışdır. Hadisə xx.xx.2022-ci il tarixdə səhər saatlarında baş vermişdir. Hadisə baş verən zaman həmin mənzildən səs-küy eşidilməmiş, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra oradan çıxıb getmişdir. Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 2022-ci ilin avqust-sentyabr ayları ərzində Xətai park yaşayış kompleksinin skinləri tərədindən Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-nin 36-cı PB-nə şikayətlər edilmiş, həmin şəxslər Təqsirləndirilən şəxs onları aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirdiyini bildirmişdir. Bundan başqa da bir sıra məsələlərin həllində öz nüfuzundan istifadə edərək həll edəcəyi ilə bağlı vətəndaşlara vədlər verərək pul vəsaitlərini dələduzluq yolu ələ keçirmişdir. Əməliyyat tapşırığına verilən cavabdan həmçinin görünür ki, qeyd edilən, yəni Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən pul vəsaitlərinin ələ keçirilməsi əməliyyat tədbirləri nəticəsində təsdiq olunsa da, həmin şəxsin özündən başqa, iştirak edən şəxslərin dairəsini müəyyən etmək hələlik mümkün olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ələ keçirdiyi pul vəsaitilərini şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin pul vəsaitlərini hər hansı şəxs və ya şəxslərə rüşvət qismində təklif etməsi və yaxud verməsini müəyyən etmək hələlik mümkün olmamışdır (iş vərəqə: V cild, səh. 38-40). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyən edildi ki, Zərərçəkmiş şəxs1 məxsus paltarlar (kapyuşonlu jaket, uzunqol kofta, şalvar, bustqalter və trusik), hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş qırmızımtıl rəngli qana oxşar ləkələrdən xüsusi tampon vasitəsi ilə götürülmüş 03 ədəd nümunələr və 01 ədəd çilingər açarı, həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı, “S 22” modelli mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağına saxlanca verilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma, qəsdən adam öldürmə, həmçinin aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrarən dələduzluq etmə cinayətlərini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 127.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.1, 127.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyi, cinayət məsuliyyətindən yayınmaq və ya cinayət məsuliyyətinin yüngülləşdirilməsi istiqamətində heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild V, səh. 08-11). Həmçinin məhkəmə baxışı zamanı müəyyən olundu ki, dələduzluq cinayəti nəticəsində iş üzrə zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 yetirilmiş 1000 (min) manat, Zərərçəkmiş şəxs14 yetirilmiş 3300 (üç min üç yüz) manat, Zərərçəkmiş şəxs15 yfetirilmiş 700 (yeddi yüz) manat və məbləğində maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və qeyd olunan zərər çəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri qalmamışdır. Digər zərər çəkmiş şəxslərə vurulmuş maddi zərər ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxslərə yetirilmiş maddi zərərin qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cinayətlərin məcmusu halında qəsdən xüsusilə ağır və az ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 127.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla onun şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 noyabr 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq vurulmuş maddi ziyana görə 8500 (səkkiz min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 105 (yüz beş) manat, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq vurulmuş maddi ziyana görə 2001 (iki min bir) manat, ödənilmiş dövlət rüsumuna görə 40,01 (qırx manat 01 qəpik) manat, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq vurulmuş maddi ziyana görə 10.720 (on min yeddi yüz iyirmi) manat pul tələbi irəli sürmüşlər. Məhkəmə müdki iddiyaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 iddia olunan əsas məbləğlərdə maddi zərər yetirməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunduğundan, qaldırılan mülki iddialar tam təmin olunmalı, Təqsirləndirilən şəxs maddi zərərə görə 8500 (səkkiz min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 105 (yüz beş) manat tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, maddi ziyana görə 2001 (iki min bir) manat, ödənilmiş dövlət rüsumuna görə 40,01 (qırx manat 01 qəpik) manat tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 və maddi ziyana görə 10.720 (on min yeddi yüz iyirmi) manat tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ödənilməlidir. Məhkəmə dələduzluq cinayəti nəticəsində iş üzrə digər zərər çəkmiş şəxslərə yetirilmiş maddi zərərlə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15 vurulmuş maddi zərərin tam ödənilməsi nəzərə alınmalı, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia qaldırmamış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 Xaliq qızına, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddialar qaldırmaq hüquqlarının olması izah olunmalıdır. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Zərərçəkmiş şəxs1 məxsus paltarlar (kapyuşonlu jaket, uzunqol kofta, şalvar, bustqalter və trusik), hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş qırmızımtıl rəngli qana oxşar ləkələrdən xüsusi tampon vasitəsi ilə götürülmüş 03 ədəd nümunələr və 01 ədəd çilingər açarı məhv edilməli; -Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı, “S 22” modelli mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1, 127.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 12 (on iki) il, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 1 (bir) il, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 14 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs qarşı mülki iddiaları tam təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərə görə 8500 (səkkiz min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 105 (yüz beş) manat - cəmi 8605 (səkkiz min altı yüz beş) manat tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, maddi zərərə görə 2001 (iki min bir) manat, ödənilmiş dövlət rüsumuna görə 40,01 (qırx manat 01 qəpik) manat – cəmi 2041,01 (iki min qırx bir manat 01 qəpik) manat tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, maddi zərərə görə 10.720 (on min yeddi yüz iyirmi) manat tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 nəfinə ödənilsin. Zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15 vurulmuş maddi zərərin tam ödənilməsi nəzərə alınsın, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia qaldırmamış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 Xaliq qızına, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 onların mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddialar qaldırmaq hüquqlarının olması izah olunsun. İş üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Zərərçəkmiş şəxs1 məxsus paltarlar (kapyuşonlu jaket, uzunqol kofta, şalvar, bustqalter və trusik), hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş qırmızımtıl rəngli qana oxşar ləkələrdən xüsusi tampon vasitəsi ilə götürülmüş 03 ədəd nümunələr və 01 ədəd çilingər açarı məhv edilsin; -Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı, “S 22” modelli mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1353/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1353/2023
13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver