Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1353/2025 03.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç bir yerdə işləməmiş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2l tarixli qərarına əsasən barəsində əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs istintaqda şəxsiyyətini müəyyən etmək mümkün olmayan SMSlər göndərilməsi ilə qarşılıqlı mobil telefon əlaqəsi yaratdığı səxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona sonradan ödəyəcəyi pul müqabilində istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 96,806 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 68,878 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıyaraq yaşadığı ünvan 3 ünvanda yerləşən evinə gətirərək satış məqsədilə hissələrə bölüb həmin narkotik vasitə heroini ayrı-ayrılıqda təmiz çəkiləri 75,324 qram, 7,211 qram, 11,054 qram, 0,028 qram, 0,020 qram, 1,497 qram və 1,672 qram olmaqla 05 ədədi şəffaf sellofana və 02 ədədi isə ağ rəngli kağıza bükülmüş halda qablaşdırmaqla cəmi 07 ədəd bükümdə 01 ədəd mobil telefon aparatının boş qutusunun içərisində və həmin psixotrop maddə metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 2,617 qram, 25,970 qram, 1,041 qram, 5,235 qram, 4,881 qram, 1,987 qram, 1,347 qram, 0,527 qram, 0,074 qram, 21,784 qram, 1,415 qram olmaqla 10 ədəd ağ və şəffaf rəngli, 01 ədəd isə ağ rəngli kağıza bükülmüş halda qablaşdırmaqla cəmi 11 ədəd bükümdə 01 ədəd mobil telefon aparatının boş qutusunun içərisində yaşadığı həmin ünvandakı mənzilinin qonaq otağında olan servantın üzərində satış məqsədi ilə gizlədib saxlamış, eyni zamanda üzərində mobil telefon şəkilləri olan 01 ədədi eyni növ boş qutunun içərisində 01 ədəd gümüşü rəngli elektron tərəzini və digər 01 ədəd qutunun içərisində 04 ədəd 1 mi-lik şpris də narkotik vasitə və psixotrop maddələrin çəkisini müəyyən etməkdə istifadə etmək məqsədi ilə gizlədib saxlamış, 13 fevral 2025-ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs Xəzər rayon Pİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 4 ünvanının qarşısında saxlanılaraq üzərində narkotik vasitə və psixotrop maddə olmadığını müəyyən etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinə özünün iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman mənzilin qonaq otağında olan servantın üzərindəki 01 ədəd mobil telefon aparatının boş qutusunun içərisində satış məqsədilə hissələrə bölüb gizlədərək saxladığı həmin ümumi təmiz çəkisi 96,806 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 75,324 qram, 7,211 qram, 11,054 qram, 0,028 qram, 0,020 qram, 1,497 qram və 1,672 qram olmaqla 05 ədədi şəffaf sellofanda və 02 ədədi isə ağ rəngli kağıza bükülmüş halda qablaşdırılmış vəziyyətdə cəmi 07 ədəd bükümdə və 01 ədəd mobil telefon aparatının boş qutusunun içərisində satış məqsədi ilə hissələrə bölüb gizlədərək saxladığı həmin ümumi təmiz çəkisi 68,878 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 2,617 qram, 25,970 qram, 1,041 qram, 5,235 qram, 4,881 qram, 1,987 qram, 1,347 qram, 0,527 qram, 0,074 qram, 21,784 qram, 1,415 qram olmaqla 10 ədəd ağ və şəffaf rəngli, 01 ədəd isə ağ rəngli kağıza bükülmüş halda qablaşdırılmış vəziyyətdə cəmi 11 ədəd bükümdə, eyni zamanda üzərində mobil telefon şəkilləri olan 01 ədədi mobil telefon aparatının boş qutusunun içərisində narkotik vasitə və psixotrop maddələrin çəkisini müəyyən etməkdə istifadə etmək məqsədi ilə gizlədib saxladığı üzərində heroinin və metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi və digər 01 ədəd eyni növ qutunun içərisində üzərində heroin izləri olan 04 ədəd 1 ml-lik şpris aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə Xəzər rayonu ərazisində yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Bu barədə raportla polis şöbəsinin rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və iş yoldaşları daxil edilmişdir. Həmin şəxs sonrakı saatlarda müəyyən edilərək saat 20-30 radələrində ünvan 6 ünvanında saxlanılmışdır. Həmin şəxsi qərarla tanış edib, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qanunsuz maddələri saxlamasını etiraf edib, ərizə yazaraq evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Mənzilinə baxış keçirilmə və götürmə istintaq hərəkəti həyata keçirilən zaman mənzildə olan servantın üzərindəki telefon qutuların içərisində 07 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 75,324 qram, 7,211 qram, 11,054 qram, 0,028 qram, 0,020 qram, 1,497 qram və 1,672 qram olmaqla ümumi təmiz çəkisi 96,806 qram narkotik vasitə heroin və 11 ədəd bağlamalarda 2,617 qram, 25,970 qram, 1,041 qram, 5,235 qram, 4,881 qram, 1,987 qram, 1,347 qram, 0,527 qram, 0,074 qram, 21,784 qram, 415 qram olmaqla ümumi təmiz çəkisi 66,878 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd tərəzi , 4 ədəd şpris aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Şəxsə təzyiq edilməmiş, həmçinin şəxsin hüquqlarının müdafiəsi üçün ona vəkil də təqdim edilmiş, maddələr qablaşdırılıb, ekspertizaya göndərilmişdir. Həmçinin bütün hərəkətlər videoçəkilişlə qeydə alınmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci polis şöbəsinin əməliyyat müvəkkili X3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 13 fevral 2025-ci il tarixdə Xəzər rayonu ərazisində yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Bu barədə raportla polis şöbəsinin rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və iş yoldaşları daxil edilmişdir. Həmin şəxs sonrakı saatlarda müəyyən edilərək saat 20-30 radələrində ünvan 6 ünvanında saxlanılmışdır. Həmin şəxsi qərarla tanış edib, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qanunsuz maddələri saxlamasını etiraf edib, ərizə yazaraq evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Mənzilinə baxış keçirilmə və götürmə istintaq hərəkəti həyata keçirilən zaman mənzildə olan servantın üzərindəki telefon qutuların içərisində 07 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 75,324 qram, 7,211 qram, 11,054 qram, 0,028 qram, 0,020 qram, 1,497 qram və 1,672 qram olmaqla ümumi təmiz çəkisi 96,806 qram narkotik vasitə heroin və 11 ədəd bağlamalarda 2,617 qram, 25,970 qram, 1,041 qram, 5,235 qram, 4,881 qram, 1,987 qram, 1,347 qram, 0,527 qram, 0,074 qram, 21,784 qram, 415 qram olmaqla ümumi təmiz çəkisi 66,878 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd tərəzi , 4 ədəd şpris aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Şəxsə təzyiq edilməmiş, həmçinin şəxsin hüquqlarının müdafiəsi üçün ona vəkil də təqdim edilmiş, maddələr qablaşdırılıb, ekspertizaya göndərilmişdir. Həmçinin bütün hərəkətlər videoçəkilişlə qeydə alınmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci polis şöbəsinin əməliyyat müvəkkili X4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 13 fevral 2025-ci il tarixdə Xəzər rayonu ərazisində yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Bu barədə raportla polis şöbəsinin rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və iş yoldaşları daxil edilmişdir. Həmin şəxs sonrakı saatlarda müəyyən edilərək saat 20-30 radələrində ünvan 6 ünvanında saxlanılmışdır. Həmin şəxsi qərarla tanış edib, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qanunsuz maddələri saxlamasını etiraf edib, ərizə yazaraq evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Mənzilinə baxış keçirilmə və götürmə istintaq hərəkəti həyata keçirilən zaman mənzildə olan servantın üzərindəki telefon qutuların içərisində 07 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 75,324 qram, 7,211 qram, 11,054 qram, 0,028 qram, 0,020 qram, 1,497 qram və 1,672 qram olmaqla ümumi təmiz çəkisi 96,806 qram narkotik vasitə heroin və 11 ədəd bağlamalarda 2,617 qram, 25,970 qram, 1,041 qram, 5,235 qram, 4,881 qram, 1,987 qram, 1,347 qram, 0,527 qram, 0,074 qram, 21,784 qram, 415 qram olmaqla ümumi təmiz çəkisi 66,878 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd tərəzi , 4 ədəd şpris aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Şəxsə təzyiq edilməmiş, həmçinin şəxsin hüquqlarının müdafiəsi üçün ona vəkil də təqdim edilmiş, maddələr qablaşdırılıb, ekspertizaya göndərilmişdir. Həmçinin bütün hərəkətlər videoçəkilişlə qeydə alınmışdır. Cinayət işinin materiallarında olan 13 fevral 2025-ci il tarixli “baxışın keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsi, ev 14, mənzil 2 ünvanında yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin evdə qonaq otağında yerləşən, içərisinə qab-qacaq yığılmış servantın üzərində olan 2 ədəd qutunu çıxarıb təqdim etmişdir. Üzərində mobil telefon şəkilləri olan qutuların içərisindən 01 ədəd çəki tərəzisi, 18 ədəd bükümdə narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr, 4 ədəd şpris aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri tanımadığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs tərəfindən göndərildiyini, həmin narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşının təlimatı ilə satmaq üçün ona deyilən, GPS vasitəsi ilə göndərilən yerlərə, ünvanlara aparıb yerləşdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 18 ədəd büküm, 4 ədəd şpris və bir ədəd çəki tərəzisi şəffaf rəngli sellofana qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan 13 fevral 2025-ci il tarixli “Şəxsi axtarış, baxış və götürmə haqqında” protokoldan, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki qolları qara rəngdə, gövdəsi xaki rəngli gödəkçənin sol yan cibindən 01 ədəd”Rothmans” markalı siqareti və sağ yan cibindən 01 ədəd “Keneksi” markalı mobil telefonu təqdim edərək bundan başqa üzərində saxlanılması qadağan olunmuş heç bir əşya və predmet olmadığını bildirmişdir. Şəxsi axtarış, baxış və götürmə davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya, predmet və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Rothmans” markalı siqaret iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, 01 ədəd “Keneksi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən materiala əlavə olunmasından ötrü götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 14 fevral 2025-ci il tarixli, 3-13-45-1/2- 454 nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş maddi sübut saxlanılan şəxs (İmza) Təqsirləndirilən şəxs “yazısı və imzalar olan paketdə; - 7ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 75,324 qram, 7,211 qram, 11,054 qram, 0,028 qram, 0,020 qram, 1,497 qram, 1,672 qram, ümumi təmiz çəkisi tərkibinə görə eyni olub, kusta üsulla hazırlanmış narkotik vasitə heroindir, - 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,617qram, 25,970 qram, 1,041 qram, 5,235 qram, 4,881 qram, 1,987 qram, 1,347 qram, 0,527 qram, 0,074 qram, 21,784 qram, 1,415 qram, ümumi təmiz çəkisi 66,878 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 4 ədəd 1 ml-lik şprisdə heroinin izləri və bir ədəd tərəzidə heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkilərini və bükümlərdə olan metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli, 1397 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 fevral 2025-ci il tarixli 646 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək qailiyyətində olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: 1) xx-xx-2024 21:30:37 1.1.**********47 1.1.**********57 Qaqas isdiyen bayaqdan yiqiram got bala acmir gelem mene 25 manatdiq vere bilersen olanim budu isden gelirem. 2) xx-xx-2024 01:53:59 1.1.**********57 1.1.**********31 Yoxe yata bilmirem fikirlesiremki sen hacan geliceysenki soxaq cox cekiceye seninki. 3) xx-xx-2024 01:54:59 1.1.**********57 1.1.**********31 İki dene das qalib basqahecne yoxdu verdim gedi. 4) xx-xx-2024 09:11:50 1.1.**********57 1.1.**********31 fiso bidene qeseng das var isdeyen olsaydi vererdiy. bidene cavab di bilimde isimi. 5) xx-xx-2024 09:13:33 1.1.**********57 1.1.**********31 Gor torpaqin olsa mende das qoyardım lezedi olardi. Pulum yoxdu. 6) xx-xx-2025 11:21:38 1.1.**********97 1.1.**********57 ay ver ya belə indidən harasa qoyki mən qapida yuvanmiyim qardasim. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 1(003)-477/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 234.1-ci maddəsindən 234.2-ci maddəsinə tövsif edilmiş və 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 7(003)- 1300/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 il olar ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrin yerləşdirildiyi ünvanlar ona mobil telefonda göndərilir və o, da öz növbəsində həmin narkotik vasitələri ona göndərilən ünvandan götürürdü. Saxlanıldığı gün gedib bağlamada olan narkotik vasitələri və psixotrop maddələri ümumilikdə 18 ədəd bağlamada götürmüş və yaşadığı mənzilə gətirərək mənzildə olan servantın üzərindəki telefon qutularına yerləşdirib saxlamışdır. 13 fevral 2025-ci il tarixdə təxminən saat 20 radələrində o, yaşadığı Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsi ev 14 mənzil 2 ünvanın qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun kim olmağı barədə soruşmuşlar. O, də özünü Təqsirləndirilən şəxs Balaağa oğlu kimi təqdim etmişdir. Onlar onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək yaşadığı mənzildə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri İzah olunmuş və video çəkilişlə yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilinə baxış keçirilmişdi. Baxış zamanı polis əməkdaşları tərəfindən mənzildə qanunla qadağan olunmuş əşya və ya prerdmet olduğu halda təqdim etməyini bildirmişlər. O da yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr oluduğunu bildirmiş və mənzilin qonaq otağında olan servantın üzərindəki telefon qutularına yığılmış 18 ədəd bağlamalara bükülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin bağlamalar açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamaların içərisində nə olması barədə soruşulmuşdu. O da həmin 07 ədəd bağlamalarda narkotik vasitə heroin və 11 ədəd bağlamada psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr götürülərək qablaşdırılmışdır. Bundan sonra mənzilə baxış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdı. Bundan sonra polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Orada polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da əynində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra əynindəki qolları qara rəngdə, gövdəsi xaki rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Rothmans" markalı siqareti və sağ yan cibindən 01 ədəd “Keneksi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. O, saxlanılan zaman və Xəzər RPİ-nin 1-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 234.4.3. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 83.3.3. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 28.5. Şəxslərin cinayət törətməkdə təqsirli olmalarına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən psixotrop maddə metamfetaminin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar 400 qramdan artıq olduqda xüsusilə külli miqdar, narkotik vasitə heroinin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar, 800 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 06 may 2022-ci il tarixli Qərarında qeyd edilir ki, iştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaradır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin Qərarda qeyd edilir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı: Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndi. CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarı: Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı: Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Avropa Məhkəməsinin president hüququ: B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmənin hüquqi dəyərləndirməsi: Bununla da, məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları hərtərəfli araşdıraraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə heroini və küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi faktı mübahisəsiz olaraq tam sübuta yetirilir. Amma məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə heroini və küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma epizodu üzrə cinayətinin törədilməsi faktı kimi qiymətləndirilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin tövsifedici əlaməti kimi Azərbaycan Respublikasının CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İİR-ın vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə heroini və küllü miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarından da müəyyən olunduğu kimi cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində məhz birgə icraçı kimi iştirak etməsi zəruri olduğu halda, cinayət işinin materiallarında olan heç bir mötəbər sübutla ittihamda qeyd edilmiş şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşının Təqsirləndirilən şəxs ilə cinayətin törədilməsində birgə icraçı qismində iştirakı təsdiq edilmədiyindən, sonuncunun törətməkdə ittiham olunduğu hazırki cinayət əməlində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətinin mövcudluğu da sübut olunmur. Belə ki, cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak edərək satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə heroini və küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini təsdiq edən hər hansı sübut, yəni tərəflərin qabaqcadan sövdələşməsini təsdiq edən mobil telefon vasitəsilə danışıqları, hər-hansı səs yazısı, sms məlumatları, foto şəkillər və sair müəyyən edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda narkotik vasitə heroini və küllü miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlama, daşınması və gələcəkdə satışının həyata keçirilməsi barədə razılığa gələrək əldə edib saxlayaraq daşıması kimi” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə əldə etməmiş, narkotik vasitəni birlikdə daşımamış və satmamış, narkotik vasitənin satışından əldə olunan gəliri kiminləsə bölməmiş və bununla bağlı hər hansı şəxsə vəd verməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının belə yanaşması cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil etməklə bərabər, həm də hüquq düşüncəsi anlayışı ilə də uzlaşmır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxslərə həmin ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə heroini və küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayəti kimi deyil, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə heroini və küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayəti kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı bəndin, yəni Azərbaycan Respublikasının CM-in 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə heroini və küllü miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan videogörüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmçinin residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində qəbul edir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Əliyev X15 rayon Məhkəməsinin 1(003)- 477/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 234.1-ci maddəsindən 234.2-ci maddəsinə tövsif edilmiş və 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 7(003)-1300/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının 02 ay 28 gününü çəkməkdən şərti olaraq azad edilmişdir. Bununla da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə cəzanın sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2025-ci ildə yenidən qəsdən ağır cinayət törətmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici, ağırlaşdırıcı halı, yəni cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni xarakterli cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bala oğluna təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs Bala oğlu məhkumluğu olan şəxs hesab edildiyindən cəzaçəkmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bala oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 96,596 qram olan narkotik vasitə heroin və 66,548 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və 04 ədəd 1 ml-lik şpris məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 03 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Bala oğlundan 114 (yüz on dört) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bala oğlunun məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Bala oğluna məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait etmiş “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ümumilikdə 114 (yüz on dört) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 96,596 qram olan narkotik vasitə heroin və 66,548 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və 04 ədəd 1 ml-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1353/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1353/2025
03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver