Məhkəmə qərarları › İş №1(101)-1354/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1354/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1354/2022 22.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri-X10 və X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi-Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, ev 94-də qeydiyyatda olan və həmin ünvanda yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarında olan razılaşmaya əsasən «Babək» adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-ümumi təmiz çəkisi 100,101 qram narkotik vasitə olan heroini dəyərini sonradan ödəmək şərti ilə əldə edib 1,937 qramlıq hissəsini taksi sürücüsü X7 19 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanının yaxınlığında zəhmət haqqı olaraq verməklə satmış, qalan 98,164 qramlıq hissəsini üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotikləriə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 19 fevral 2022-ci il tarixdə saat 16:45 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, şöbədə onun üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 98,164 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eyni vaxtda onunla birlikdə saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş X5 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 1,937 qram, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddətdir ki, narkotik vsitələrin istifadəsi ilə məşğuldur. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Son zamanlar da adının «Babək» olduğunu deyən bir nəfər şəxs ilə telefon vasitəsi ilə tanış olmuşdur. Bir müddət yazışandan sonra ona demişdir ki, «deyəsən sən narkotik vasitə qəbul edirsən». O isə cavabında narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Ona bildirmişdir ki, istəsə onun üçün lazımı yerlərə narkotik vasitə qoydurar, o da gəlib götürər, sonra pulu bank kartına atar. O da razılaşmış, bir neçə dəfə ondan müxtəlif çəkilərdə 3 qram, 5 qram narkotik vasitə almışdır. Bəzi hallarda pulu olmamış, ona narkotikanı nisyə vermiş, sonra pulunu çatdırmışdır. 19 fevral 2022-ci il tarixdə Babəkə sifariş verdiyi 5 qram heroinin yerinin şəklini Babək ona «WhatssApp» vastəsi ilə atmışdır. O da əvvəldən tanıdığı taksi sürücüsü Vüqarla danışmış və Vüqar onu həmin yerə aparmışdır. O maşından duşub gedib bükümü götürüb gələndə Sabunçu qəsəbəsində polis əməkdaşları onu saxlayıb Vüqarla birlikdə Sabuçu rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində ayaqyolunun qarşısında polislərin heroini bölüşdürdüklərini görmüşdür. Polis əməkdaşları 2 qram sürücünün qalan 98 qram da onun üçün ayırmışlar. Lakin onun telefonunda mesajlar mövcuddur ki, o, 5 qram heroin sifariş vermişdir. Həmin heroinin çəkisini Polis İdarəsində artırmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olumuş ifadəsində göstərmişdir ki, X8 yaşadığı Bakı şəhəri, Xəzər rayonundan bir müddətdir tanıyır. Belə ki, Vüqar taksi fəaliyyəti ilə məşğul olduğu üçün bir neçə dəfə onu müxtəlif ünvanlara aparmışdır. Bu əsnada onunla münasibəti yaranmışdır. Həmçinin bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. İlk vaxtlarda ehtiyacı olan narkotik vasitələri müxtəlif üzdən tanıdığı, adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxslərdən almışdır. Sonradan isə sosial şəbəkələr vasitəsi ilə “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onunla tanış olduqdan sonra o, ehtiyacı olduqda narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Bu danışıqdan sonra bir neçə defə “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə “watsapp” sosial şəbəkəsi ilə danışaraq ondan narkotik vasitə almışdır. 18 fevral 2022-ci il tarixində yenidən “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə «WhatssApp» sosial şəbəkəsi ilə danışaraq ondan narkotik vasitə təşkil etməsini, narkotik vasitəni götürdükdən bir gün sonra pulunu ödəyəcəyini demişdir. “Babək” adlı İran İslam Respublikası vətəndaşı heç bir problemin olmadığını, təşkil etdikdə ona bu barədə məlumat verəcəyini bildirmişdir. 19 fevral 2022-ci il tarixində, saat 15 radələrində “Babək” adlı İran İslam Respublikası vətəndaşı «WhatssApp» sosial şəbəkəsi vasitəsi ilə ona sms yazmış və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə getməsini bildirmişdir. O, dərhal X7 zəng etmiş və ona Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə getməli olduğunu deyərək aparmasını xahiş etmişdir. Vüqar heç bir problemin olmadığını bildirmiş və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsindən onu götürmüşdür. X9 onu götürdükdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mirzə İbrahimov küçəsinə getmələrini bildirmişdir. Yolda Vüqar qeyd edilən ünvana nə üçün getdiyini soruşmuş və o, Vüqara narkotik vasitə almağa getdiyini, aldıqdan sonra ona da yol xərci olaraq istifadə etmək üçün bir “çet” verəcəyini demişdir. Vüqar onunla razılaşmış və dediyi ünvana onu gətirmişdir. Orada Vüqardan avtomobildə gözləməsini xahiş edərək avtomobildən düşmüşdür. “Babək” adlı İran İslam Respublikası vətəndaşının «WhatssApp» sosial şəbəkəsində ona atdığı yerə yaxınlaşaraq ora qoyulmuş narkotik vasitəni götürmüşdür. Götürdüyü zaman bir ədəd iri, bir ədəd kiçik ölçüdə büküm olduğunu görmüşdür. Hər iki bükümü cibinə qoymuş və Vüqar dayandığı yerə getdiyi zaman qarşıdan onun gəldiyini görmüşdür. Vüqar ona yaxınlaşdıqdan sonra bir ədəd kiçik ölçüdə olan narkotik vasitəni cibindən çıxardaraq ona vermişdir. Vüqar verdiyi narkotik vasitəni cibinə qoymuş və onlar birlikdə avtomobilə doğru getmişlər. Avtomobilə doğru getdikləri zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərarla onları tanış etmişlər. Qərarla tanış olduqdan sonra polis əməkdaşları onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getməklərinin zəruri olduğunu bildirmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gəlmişlər. Şöbədə dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişlər və bundan sonra şübhəli şəxs qismində tutulmaqları ilə bağlı qərar qəbul edilmişdir. Ona və tanışı Vüqara hüquq və vəzifələri izah edilmiş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra barələrində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə keçiriləcəyi bildirilərək bu barədə qərar qəbul edilmişdir. Qərarla onlar tanış olduqdan sonra polis əməkdaşlarından biri şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik maddə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra ilk əvvəl o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı və bir ədəd içərisində “Alcatel” markalı mobil telefon aparatları aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən mobil telefon aparatlarına baxış keçirilən zaman “Redmi” markalı mobil telefon aparatının içərisində 055 *** ** ** mobil telefon nömrəsinin, “Alcatel” markalı mobil telefon aparatının içərisində isə ədəd 070 *** ** ** mobil telefon nömrəsinin olduğu müəyyən edilmişdir. Həmçinin üzərindən aşkar edilmiş bükümə baxış keçirilən zaman içərisində olan narkotik vasitə heroin aşkar edilmişdir. Təqdim etdiyi heroin tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 98,10 qram olmuşdur. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan başqa üzərindən aşkar edilmiş iki ədəd mobil telefon aparatları da, ona izah verilməklə götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən X7 üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olduğu halda təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra X9 əynində olan şalvarın sağ yan cibindən saxlanılmamışdan əvvəl onun Vüqara verdiyi bir büküm narkotik vasitə heroini və “Redmi” markalı mobil telefonu cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra X9 barəsində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən üç manat nəğd pul aşkarlanmışdır. Bundan başqa şəxsi axtarış zamanı X4 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. X4 təqdim etdiyi bükümə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. X4 təqdim etdiyi narkotik vasitənin çəkisinin qablaşdırma ilə birlikdə 3,39 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri X9, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün X4 təqdim etdiyi bir ədəd “Redmi” markalı mobil telefon aparatıda bu barədə ona izah verildikdən sonra götürülmüş, 3 manat pul isə özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları həm ondan, həm də X2 üzərlərindən aşkar edilən maddələrin nə olduğunu, haradan, neçəyə və hansı məqsədlə əldə etdiklərini soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq X9 üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini saxlanılmamışdan bir neçə dəqiqə əvvəl onun taksi sürücüsü kimi dediyi ünvana gətirdiyi üçün istifadə etmək məqsədi ilə verdiyini bildirdi. O, isə heroinin özünə məxsus olduğunu, onu İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə, onun bildirdiyi yerlərə qoymaq üçün əldə etdiyini bildirmişdir. Suallara cavab verdikdən sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilmiş, həmin protokolu, o, Vüqar, vəkillər, eyni zamanda iştirak edən polis əməkdaşları imzalamışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində gösərmişdir ki, Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu müşahidə üçün Sabunçu dairəsi yaxınlığında mövqe seçmiş və orada 2 nəfər şübhəli şəxs saxlanılıb Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə gətirilmişdir. Üzərilərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 100 qrama yaxın narkotik vasitə heroin aşkar olunmuş, digər Vüqar adlı şəxsin üzərindən isə 3 qrama yaxın heroin aşkar olunub götürülmuşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, İran vətəndaşının vasitəsi ilə öz istifadəsi üçün almışdır. Sonra protokol tərtib olunmuş, maddi sübut qablaşdırılıb götürülmüş və protokol imza ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1, Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1045 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan: - üzərində “X4 təqdim etdiyi...” sözlər və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,937 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözlər və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bağlamada təmiz çəkisi 98,164 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1045 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 98,164 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 98,114 qram çəkidə narkotik vasitə heroin məsul saxlanış üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1474 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs və X4 üzərinə şəxsi axtarışın aparılması barədə görüntünü əks etdirən bir ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Alcatel” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon aparatı cinayət işi üzrə sübutu əhəmiyyət kəsb etmədiyindən yekun məhkəmə qərarı qəbul edilənədək məsul saxlanış üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən Təqsirləndirilən şəxs barəsində verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verərək onun üzərində həmin miqdarda narkotik vasitə olmadığını, onda cəmi 5 qram narkotik vasitə olduğunu və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə tövsüf edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhər Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş aparılmış tədqiqatdan sonra qalıq çəkisi 98,114 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması barədə görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır; - İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Alcatel” markalı mobil telefon aparatı yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi180 (yüz səksən) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhər Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş aparılmış tədqiqatdan sonra qalıq çəkisi 98,114 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması barədə görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın; - İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Alcatel” markalı mobil telefon aparatı yaxın qohumlarına qaytarılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar