Məhkəmə qərarları › İş №1(101)-1354/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1354/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1354/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X6, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həyat yoldaşı (arvadı) X3 qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə zəngləşib danışmaqla münasibət saxlamasını öyrəndikdən sonra dəfələrlə sonuncunu həyat yoldaşından uzaq durması və zəng etməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq Zərərçəkmiş şəxs yenidən arvadı M.Sadıqova ilə əlaqə saxlamasından şübhələnmiş, 15 aprel 2023-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvanının qarşısında olarkən Zərərçəkmiş şəxs həmin küçə ilə piyada hərəkət etməsini görüb arvadı Mehriban Sadıqova ilə olan münasibətlərinə aydınlıq gətirmək üçün ona yaxınlaşıb qeyd edilən məsələ barədə danışmış, Zərərçəkmiş şəxs onun xəbərdarlıqlarına məhəl qoymayaraq M.İ.Sadıqova ilə münasibət saxlamaqda davam etməsini yəqin etdiyindən qeyd edilən səbəbdən qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla üç dəfə Zərərçəkmiş şəxs döş qəfəsi, sol bud və sağ əl barmağına qəsdən vuraraq sonuncuya sol budun yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, sağ əlin 1 barmağının 1(bir) ədəd kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və pnevmohemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna keçən l(bir)ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, onlar zərərçəkmiş şəxslə uşaq vaxtından bir-biri ilə tanışdılar, hətta 2018-ci ildə uşağı əsgərliyə gedəndə zərərçəkmiş şəxs onlara gəlib uşağı əsgərlikdə sərhəd qoşunlarına düzəltməyi təklif edib. Son zamanlar zərərçəkmişin onun yoldaşına telefonla zəng vurduğu halları müşahidə etmiş, ondan bu hərəkətlərinin qarşısını almasını həm özündən, həm də qardaşlarından tələb etmişdir, lakin həmin şəxs yenə də bu hərəkətləri etməyə davam etmişdir. O, yoldaşından bu barədə bir şey soruşduqda aralarında heç bir münasibət olmadığı cavabını almışdır. Hadisə baş verən gün 4-cü Yasamal adlanan yerdə saat 17:30 radələrində zərərçəkmiş şəxsi görmüş, ona yaxınlaşaraq danışdıqdan sonra onların arasında mübahisə yaranmış və əlbəyaxa olmuşlar. Bu zaman təqsirləndirilən şəxs, həmişə üstündə gəzdirmədiyi, evdən çıxarkən zərərçəkmişi qorxutmaq məqsədilə götürdüyü bıçağı cibindən çıxararaq zərərçəkmişi qorxutmağa çalışmışdır. Təqsirləndirilən şəxs zərərçəkmişə 3 bıçaq zərbəsi vurduğunu inkar etməyərək bildirmişdir ki, onlar əlbəyaxa olan zaman ağır çəkili olan zərərçəkmiş özünü saxlaya bilməmiş və bıçağın üstünə yıxılmışdır. O, digər bıçaq zərbələrinin də məhz o əsnada ayağa qalxmağa çalışarkən yetirildiyini bildirmişdir. Hadisədən sonra o, bir ay qaçıb gizlənmiş, istintaqdan yayınmışdır. Lakin zərərçəkmiş və yaxınlarının ailəsinə bir zərər verməsindən qorxaraq gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığını və əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin İ Qarabağ müharibəsində iştirak etdiyini bildirmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Bakı şəhərində anadan olmuşdur, anadan olduğu vaxtdan ünvan 3 ünvanında qeydiyatda olmaqla yaşamışdır. 1992-ci ildən 1996-cı ilədək hərbi xidmətdə olmaqla 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş,sonra müxtəlif yerlərdə mebel təmiri ustası kimi işləmiş, sifariş və razılaşma əsasında mebel təmiri və quraşdırılması ilə məşğul olmuşdur. Evlidir, 2 övladı var, əvvələr heç bir ruhi-əsəb xəstəliklərindən müalicə almamışdır. Zərərçəkmiş şəxs uşaq yaşlarından tanımış, müəyyən məsafədə eyni məhəllədə onunla qonşu olmuşdur.Zərərçəkmiş şəxsla düşmənçiliyi və ya ədavəti olmamışdı. Təxminən 6 ay olardı ki, Məmmədtağımn onun arvadı X1 keçərkən ona baxıb nəzər yetirdiyini görmüş və hiss etmişdir.Məmmədtağının bu kimi hərəkətləri onun xoşuna gəlməmiş və bu barədə onun özünü xəbərdar etdikdən sonra hərəkətləri barədə qardaşları Rəşad və Cavidə bildirmişdir.X5 Məmmədtağı ilə aralarındakı münasibət barədə soruşduqda heç bir münasibətinin olmadığını desədə özü Məmmədtağım qorxutmaq və ya başqa cür bu əməlindən çəkindirmək qərarına gəlmişdir. 15 aprel 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin mətbəxində istifadə olunan bıçağı götürərək Məmmədtağımn yaşadığı evin yaxınlığına gəlmişdir.Həmin vaxt Məmmədtağı evindən çıxaraq bir az uzaqlaşdığını gördükdə onu səsləyərək yanına çağırmış və kəmərinin arxasında olan bıçağı çıxararaq əlində saxlamışdır. Məmmədtağı onun əlində bıçağın olduğunu görərək yerdən taxta parçası götürüb üzərinə gəlmiş və onlar əlbəyaxa olmuşlar.Həmin vaxt əlindəki bıçaqla Məmmədtağının döş qəfəsi və sol buduna vurmuşdur. Məmmədtağı isə taxta parçası ilə onu vurmaq istədikdə özünü müdafiə etmiş və əlbəyaxa vəziyyətdə hər ikisi yerə yıxılmışdır.Həmin vaxt isə Məmmədtağı onun sifətindən yumruqla vurarkən yoldan keçən qadının «vay öldü...» sözlərini deyib qışqırması ilə ətrafa toplaşan şəxslər tərəfindən aralanmış və bundan sonra oradan uzaqlaşmış, həyacanlanlı olduğu üçün bıçağı hadisənin baş verdiyi ərazidə zibil qutularının birinə atmışdır.Bu hadisədən sonra Məmmədtağının qohumları və yaxınları tərəfindən cəzalandırıla biləcəyindən ehtiyat edərək yaşadığı ərazidən uzaqlaşmış,müəyyən müddət gecələr parklarda gecələmiş,bəzi hallarda evinə baş çəkib övladları ilə görüşmüşdür. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərmişdir ki, Məmmədtağı ilə mübahisə başlayan zaman hadisənin şahidi olan olmasada sonradan tanımadığı şəxslər hadisə yerinə toplaşaraq onları ayırmışlar. Aralarındakı mübahisə 7-10 dəqiqə davam etmiş, Məmmədtağını öldürmək niyyəti olmamış, arvadına baxdığına görə bıçaqla onu qorxutmaq istəmiş, Məmmədtağını vurduqdan sonra özü öz əməlinə son qoymuş,mübahisə zamanı hər hansı bədən xəsarəti almamış, Zərərçəkmiş şəxs bədən xəsarətinin yetirilməsində istifadə etdiyi qatlanmayan, mətbəxtdə istifadə edilən,ümumi uzunluğu təxminən 15 sm ,tiyəsinin uzunluğu isə təxminən 7 sm olan yaşadığı evin mətbəxindən götürdüyü bıçağı mübahisədən sonra hadisə yerinin ətrafındakı zibil qutularından birinə atmışdır.Təqsirləndirilən şəxs, daha sonra qeyd etmişdir ki, Zərərçəkmiş şəxs bacısı X9ma hadisənin baş verdiyi tarixdə və qeyri vaxtlarda söz atmamış, sataşmamış, o na qarşı xoşagəlməz ifadələr işlətməmiş,hadisə günü və həmin ərafələrdə Aidə Mayılovanı görməmiş və onun bu kimi iddialarının yalan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs,həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərkən şahidi olmuş, arvadı telefona cavab verdikdə isə əsil niyətini gizlədərək guya onunla danışmaq istədiyini bildirmişdir. Məmmədtağının onun arvadına zəng etməsinə görə arvadı Mehriban ona sonuncunun hərəkəti barədə hər hansı şikayət etməsədə onların qarşılıqlı danışdıqlarını başa düşmüş və bu səbəbdən sonralar Məmmədtağını bu barədə xəbərdar etsədə sonuncu onun xəbərdarlıqlarına məhəl qoymamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, işdən evə gəlirərkən görmüşdür ki, arxa tərəfdən Balaoğlan əlində bıçaqla ona tərəf gəlir və ona yaxınlaşaraq bıçaqla üç zəbə endirmişdir. O, isə bir təhər bıçağı onun əlindən alıb yerə atmışdır. Əvvəllər Balaoğlanla münasibətləri yaxşı olmuşdur. Balaoğlanın həyat yoldaşını tanıyır, onunla telefon danışıqları olub. Balaoğlan ona həyat yoldaşına zəng etməsi ilə bağlı irad bildirmişdir. Aralarında bununla bağlı da narazışılıqlar olmuşdur, lakin bışaqlanmasının səbəbini dəqiq bilmir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Balaoğlan barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq vaxtlarından tanımış,onunla həmin vaxtdan qonşuluq etmişlər.Baloğlan Sadıqov onun yaşadığı ünvan 4 ünvandan iki küçə aralıda onunla eyni məhəllədə yaşamışdır. Mebel sahəsində çalışdığından Baloğlan dəfələrlə onun üçün mebel sahəsində müştəri,həmdə iş tapmasını xahiş etmişdir. Qonşuluğu nəzərə alıb onu özünün işlədiyi Binəqədi rayoru DSK yolu deyilən yerdə mebel sexində laminat kəsimi işinə işə düzəltmişdir. Münasibətləri yaxşı olduğundan hətta Baloğlamn arvadı Mehriban anası Məlahətlə lotoreya oynayıb, götürdüyü sıra nömrəsinə görə hər ay 100 manat pul ödəmişdir. Lakin,Baloğlan işdən çıxdığı üçün onun lotoreya borclarını o, özü ödəmək məcburiyyətində qalmışdır. Baloğlamn yaranmış 600 manat borcunu qaytarmasını bir neçə dəfə xahiş edib istəmiş və hər dəfə söz versədə qaytarmamışdır. Onun üçün mebel sahəsində müştərilər tapmış və Baloğlamn həmin işi görüb pulunu qaytarmasına şərait yaratsa nəticədə ona olan borcunu qaytarmamışdır. 15.04,2023-cü il tarixdə saat 18 radələrində bacısı Aidə Mayılova bir neçə dəqiqə əvvəl marketdən əlində əşyalarla qayıdarkən Baloğlamn ona kömək etmək adı ilə sataşmaqla xoşagəlməz ifadələr işlətdiyini danışsada bacısından Baloğlana fikir verməməsini və onun doğrudanda səmimi olaraq kömək etmək istəməsini təklif etdiyini nəzərə almasını, ona əhəmiyyət verməməsini xahiş etmişdir.Həmin vaxt iftara hazırlıq üçün evə çörək almaq lazım olduğundan evdən çıxaraq yaxınlıqdakı çörək sexindən çörək almağa gedərkən Baloğlan onu səsləyib yanına çağıraraq nədən onun arvadına baxdığını deməklə kəmərinin altından taxta dəstəkli,iti uclu,bir tərəfi kəsici olan mətbəx bıçağını çıxararaq onu vurmaq üçün əlində saxlayaraq üzərinə gəlmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir.Özünü müdafiə etmək üçün yerdən taxta parçası götürsədə ondan istifadə edib bıçağı Baloğlanm əlindən yerə sala bilməmiş, sonuncu üzərinə hücum edərək ünvanına təkrar nalayiq ifadələr işlətməklə bıçaqla onun sol tərəf döş qəfəsi və sol bud nahiyyəsinə vuraraq ona xəsarət yetirmiş,bıçağı əlindən almağa çalışarkən bıçaqla sağ əlinin birinci barmağından da xəsarət almışdır.Həmin anda onlar əlbəyaxa olaraq yerə yıxılmış və ətrafda yaşayan və ya yoldan keçən tanımadığı şəxslər müdaxilə edərək onları aralamış və nəticədə Baloğlan əlində bıçaq oradan uzqlaşıb getmişdir.Hadisəni eşidən bacısı Aidə və qardaşı Rəşad gələrək ona yardım etmiş, əynindəki qanlı qara rəngli gödəkçə, qara şalvar və nazik poluverdən ibarət paltarı dəyişib yol maşınları ilə onu Ak.Mirqasımov adma Respublika Xəstəxanasına göndərmiş və özləri isə qardaşı Rəşada məxsus avtomobillə xəstəxanaya gəlmişlər. Orada müayinə zamanı sol döş qəfəsinin plevra boşluğunun kəsilmiş deşilmiş yarası və sol budun yuxarı 3/1-nin kəsilmiş deşilmiş yaralarından ibarət xəsarətlər aldığı məlum olmuş,həmin xəsarətlərlə əməliyyata alınmışdır. Həmçinin bildirmişdir ki, taxta parçası və ya əli ilə Baloğlan Sadıqova hər hansı bədən xəsarəti yetirməmiş, Baloğlan Sadıqovun ona qarşı hərəkətləri 20 dəqiqə ərzində davam etmiş,onun arvadına göz qoymamış, sataşmamış, əksinə bəzi hallarda arvadının əl yükünə kömək etmiş,Baloğlan onun həmin hərəkətini başqa səmdə yozaraq bəhanə gətirmiş,yaralı olduğundan onları ayırmış şəxslərə diqqət yetirməmiş və kimlərdən ibarət olduğunu bilməmiş, kənar şəxslər tərəfindən müdaxilə edildikdən sonra Baloğlan bir daha onun üzərinə hücum çəkməmiş, xəsarət yetirməmiş, buna cəhd etməmiş, onu ölümlə hədələməmişdir. O, daha sonra ifadəsində göstərmişdir istifadəsində olan ***-***-**-**,***-***-**-** mobil nömrələrlə Balaoğlanm istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zənglər etmiş, müəyyən vaxtlarda isə telefona arvadı Mehriban cavab vermişdir. 2022-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayma kimi gecənin gec vaxtları daxil olmaqla ***-***-**-** mobil nömrəsinə birinci nömrədən 66 və ikinci nömrədən 5 dəfə zənglər edib uzunmüddətli danışıqlarının səbəbini izah edə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, həmin gün mən səsküyə ayılmış və çölə çıxarkən də, zərər çəkənin maşına qoyulub aparıldığını bilmişdir. Sonradan eşitmişdir ki, tərəflər arasında Baloğlanın ailəsinə görə mübahisə olmuşdur. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində bildirmişdir ki, 15 aprel 2023-cü il tarixdə saat 18 radələrində kirayədə yaşadığı bakı şəhəri,ünvan 5 ünvanda olarkən küçədə səs-küy və qışqırıq səsləri eşidərək küçəyə çıxdıqda 10-15 nəfərdən ibarət əksəriyyəti tanımadığı qadın və kişilərdən olan şəxslərin qonşu kimi tanıdığı,qan içində olan Məmmədtağının ətrafına toplaşdığını, sonuncunun qardaşı Rəşad və bacısı Aidənin ona kömək edib avtomobilə əyləşdirib xəsatəxanaya göndərdiklərinin şahidi olmuşdur. Sonradan məhəllə sakinlərindən ona məlum olmuşdur ki,Baloğlan adlı həmin məhəllədə yaşayan şəxs Məmmədtağıya guya onun arvadına baxdığını bəhanə edərək onu bıçaqla vurub xəsarət yetirmişdir .Şahid3, həmçinin bildirmişdir ki, Məmmədtağının xəstəxanaya aparılmasından sonra hadisə yerinə toplaşmış şəxslər uzaqlaşıb getmiş və oda öz evinə getmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, o, hadisəni görməmiş, bir dənə onu görmüşdür ki, bayırda səs-küy var. Çölə çıxanda görmüşdür ki, bacısı Məmmədtağını maşına qoyub aparır. Sonradan eşitmişdir ki, Baloğlan Məmmədtağını bıçaqla vurub,lakin hadisənin səbəbini bilmir. Şahid2 ibtidai araşdırma zamanı Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X8 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 15 aprel 2023-cü il tarixdə təxminən saat 18 radələrində valideynlərinin yaşadığı ünvan 6 ünvanın yaxınlığında olan mağazadan bazarlıq edərək yaşadığı mənzilə qayıdan zaman həmin məhəllədə yaşayan Baloğlan adlı şəxs küçədə ona«ay xanım ağırdısa, sənə köməklik edim az...» və başaqa xoşagəlməyən sözlər deməklə ona söz atıb sataşmışdır. Onun bu hərəkətinə cavab olaraq ağlını başına yığması və hərəkətlərinə fikir verməsini tələb edərək ona iradını bildirib evinə getmişdir. Təxminən 5-10 dəqiqə sonra qardaşı Zərərçəkmiş şəxs evə gəldikdə ona baş vermiş hadisə barədə məlumat vermişdir.Qardaşı Məmmədtağı isə Baloğlanm sözlərinə fikir verməməyi məsləhət görmüş, onun danışığını itirdiyini,yaxud təmiz niyyətlə bunu edə biləcəyini bildirmişdir. Məmmədtağı evdə bir stəkan cay içdikdən sonra çörək almaq üçün məhəlləyə çıxmış və təxminən 10-15 dəqiqə sonra məhəllədən mübahisə səslərinin gəldiyini eşidərək küçəyə çıxmış və tanımadığı insanların toplaşdığı yerə getdikdə qardaşı Məmmədtağıının üst- başının qan olduğunu Baloğan adlı şəxsin isə təxminən 20-30 metr kənarda əlində bıçaqla uzaqlaşdığını görmüşdür.Qardaşı Məmmədtağı onun Balaoğlan tərəfindən bıçaqla vurulduğunu deyərək qorxmamağı tövsiyyə etdikdən sonra o,digər qardaşı Rəşad Mayılova hadisə barədə məlumat vermiş və hadisə yerinə gələn Rəşadla birlikdə Məmmədtağmı SN-nin M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına göndərmiş və özü qardaşı Rəşadla onun avtomobilində xəstəxanaya getmişdir.Xəstəxanada Məmmədtağıya tibbi yardım göstərilmiş və stasionar müalicəyə almaqla reanimasiya şöbəsinə yerləşdirilmiş. Xəstəxanada onlara qardaşı Məmmədtağının döş qəfəsinin sol yarısının boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli pnevmo hemotoraks diaqnozu qoyulduğu məlum olmuşdur.Qardaşına bədən xəsarəti yetirmiş Balaoğlanla aralarında ədavət və düşmənçilikləri olmamış, Məmmədtağı ilə Baloğlan arasında baş vermiş hadisə sonuncunun ona sataşdığım qardaşına deməsinə görə deyil, qardaşının çörək almağa gedərkən Baloğlanın Məmmədtağının guya onun arvadına baxdığını bəhanə edərək üzərinə bıçaqla hücum çəkməklə ünvanına nalayiq ifadələr işlədib bir neçə bıçaq xəsarəti yetirdiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa naməlum şəxs tərəfindən bıçaq xəsarəti alması səbəbindən Azərbaycan Respublikası CM-nin 126.1-cı maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin saxlanılması barədə” protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin xx.xx.2023-cü il tarixli 528 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-pnevmohemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası,sol budun yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin,sağ əlin 1 barmağının l(bir)ədəd kəsilmiş yarası isə iti kənarlı alətin təsirindən törənmişlər, belə ki, bu yaralar 1 (bir) bıçağın təsirindən törənə bilərdilər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla,qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə pnevmohemotoraksla müşaiyət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya,sol budun deşilmiş-kəsilmiş yarası və sağ əlin İ barmağının kəsilmiş yarası isə həm ümumilikdə,həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Bakcell MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-15336/23 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış keçirilməsi barədə 04 dekabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən başlayaraq Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən X3 istifadəsində olan ***- ***-**-** mobil nömrə ilə günün müxtəlif saatlarında 66 dəfə qarşılıqlı olaraq, xx.xx.2023cü il tarixədən xx.xx.2023-cü il tarixədək isə 5 dəfə qarşılıqlı danışıqlar olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan ərizədən və ifadələrdən görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və müharibə veteranı olaraq 80 manat məbləğində pensiya (təqaüd) alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) etiraf etməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxsin müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Axtarışda olan şəxsin saxlanılması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin digər qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan - mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş daxil olan zəngləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş daxil olan zəngləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar