Məhkəmə qərarları › İş №1(101)-1355/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1355/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1355/2021 20.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorlar- Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri- Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 32.4, 312.2 və 178.3.2-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə 15 avqust 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Şahid1, Şahid2 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Şahid1 və Şahid2 cinayət məsuliyyətindən azad edilmələrinə köməklik göstərilməsi üçün cinayətdən xəbərsiz olan Şahid6 vasitəsilə özünə edilmiş müraciətləri ilə əlaqədar 23 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində Şahid1 və Şahid2la görüşmüş, sonunculara Dövlət Təhlükəsizliyi Xidmətində işləyən yüksək səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə barələrində olan cinayət işi ilə bağlı onlara real köməklik edə biləcək imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 və Şahid2 xeyrinə ediləcək bilə-bilə qanunsuz hərəkətə görə, yəni sonuncuların Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə barələrində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilmələri üçün birbaşa yolla maddi nemət olan ilkin 15.000 manat, daha sonra 20.000 manat olmaqla ümumilikdə 35000 (otuz beş min) manat məbləğində pul vəsaitinin verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyinə dair yalandan vəd verib, Şahid1 və Şahid2 aldadaraq, sonuncuların əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Şahid1 və Şahid2la sövdələşmiş, razılaşmaya əsasən 2020-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Azadlıq Meydanı 674 ünvanında yerləşən “JW X13” otelinin qarşısında Şahid1 və Şahid2la görüşüb sonunculardan ilkin olaraq 15000 (on beş min) manat, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni məqsədlə müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinə vermək adı ilə 2020-ci ilin sentyabr ayından 2021-ci il mart ayının sonlarınadək olan dövr ərzində bir neçə dəfəyə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsində, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində və Bakı şəhərində müxtəlif ünvanlarda istintaqla müəyyən edilməyən günlərdə hissə-hissə, yəni 3000, 5000, 7000, 10000 və digər məbləğlərdə olmaqla Şahid1 49.700 (qırx doqquz min yeddi yüz), Şahid2 10000 (on min) manat məbləğində, cəmi 59.700 (əlli doqquz min yeddi yüz) manat pul vəsaitini nağd qaydada həmin şəxslərdən almaqla şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 və Şahid2 vahid niyyətlə ümumilikdə külli miqdar hesab edilən 59.700 (əlli doqquz min yeddi yüz) manat məbləğində əmlaklarını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 və Şahid2 xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahin Hüseynov və Şahid2 təhrik etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 32.4, 312.2 və 178.3.2-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, uzun müddət ərzində polis orqanlarında xidmət etmişdir. Bununla əlaqədər çox vəzifəli şəxslərin adların bildiyinə görə bundan istifadə etməklə qazanc yeri axtarmışdır. 2020-ci ilin avqust ayının 22-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində çayxanada qonşusu Şahid6lə və sonuncunun dostu Asiflə çay içən zaman Asif tanışları Şahid2 və Şahid1 idmançıların istifadə etdiyi dərmanları qaçaq gətirdiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində cinayət işi başlanıldığını dedi. Bayram onun tanışlarının ola biləcəyini zənn edib Emil və Şahinə köməklik edə bilib-bilməyəcəyini soruşdu. O da yalandan onlara cavab vermək üçün bir gün vaxt istəmişdir. Növbəti gündə də o, Şahin və Emillə görüşərkən Dövlət Təhlükəsizliyi Xidmətində tanışlarının olduğunu yalandan onlara bildirib köməklik edə biləcəyini deyib onları özünə inandırıb məsələ ilə qısa müddətdə maraqlanıb xəbər edəcəyini demişdir. Bundan da təxminən iki gün sonra o, Emil və Şahinlə Xətai rayonu, Əhmədli qəsəbəsində çay evində görüşərkən Dövlət Təhlükəsizliyi Xidmətinin bir neçə vəzifəli şəxslərinin adını çəkib onlarla məsələni danışdığını deyib bunun üçün Emilə və X4 Xidmətində işləri həll etməyi üçün 35000 (otuz beş min) manat lazım olduğunu, həmin pul vəsaitinin 15000 (on beş min) manatını əvvəlcə, 20000 (iyirmi min) manatını isə iş həll olunduqdan sonra alacağını bildirmişdir. Şahin və Emil razılaşdılar. Bu görüşdən iki gün sonra Emil və Şahin ona Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə çağırıldıqlarını dedilər. O da onlarla birlikdə Dövlət Təhlükəsiziyi Xidmətinin inzibati binasının qarşısına getmişdir. Ora getməkdə məqsədi sonuncularda özünə inam yaratmaq olmuşdur. O, Şahinlə Emil inzibati binaya daxil olduqdan sonra oradan getmiş, sonra da həmin yerə qayıdaraq Şahinə və X8 Xidmətinin əməkdaşının onu Səbail rayonu, Azadlıq Meydanı 674 ünvanında yerləşən “JW X13” otelinin yanında gözlədiyini, həmin şəxsə ilkin olaraq 15000 (on beş min) manatı verməli olduqlarını demişdir. Onlar da onunla razılaşıb birlikdə həmin otelin yaxınlığına gedərək orada Şahindən avtomobilin içərisində 15000 (on beş min) manat pulu alıb Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına vermək adı ilə oradan uzaqlaşmışdır. Bundan sonra otelin digər tərəfində yerləşən binaların arası ilə piyada gedib, təxminən 10-15 dəqiqədən sonra yenidən onların yanına geri qayıdaraq 15000 (on beş min) manat pulu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına verdiyini demişdir. 2020-ci ilin sentyabr ayında Şahin ona zəng edərək cinayət işinin Gömrük Komitəsinin İstintaq idarəsinə göndərildiyini dedi. O da onu inandırmaq üçün cinayət işinin Dövlət Gömrük Komitəsinə getməsini özünün təşkil etdiyini, qaçaqmalçılıq maddəsinin Gömrük Komitəsinin İstintaq idarəsində onlardan götürüldükdən sonra işin yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsinə göndəriləcəyini və orada işin xitam olunacağını demişdir. O, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayının axırlarınadək Şahindən və Emildən onları aldadaraq ümumilikdə 59700 (əlli doqquz min yeddi yüz) manat pul almışdır. Həmin pulun 10000 (on min) manatı Şahid2 puludur, lakin pulun hamısını ona Şahin vermişdir. O aldığı pulu hissə-hissə, müxtəlif vaxtlarda və yerlərdə aldığına görə pulları aldığı vaxtları və yerləri dəqiq xatırlamır, Şahingildən aldığı pulları Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin müstəntiqi İsmayıl adlı şəxsə və Dövlət Gömrük Komitəsinin İstintaq baş idarəsinin müstəntiqi Ülvi Əliyevə verdiyini yalandan demişdir. O, onlardan aldığı pulu şəxsi ehtiyyaclarına xərcləmişdir. O, Şahingili aldadıb pullarını almışdır. Onları rüşvət verməyə təhrik etməmişdir. İttihamın bu hissəsində o,özünü təqsirli bilmir. Məhkəmədə elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 32.4, 312.2 və 178.3.2-ci maddələri ilə elan olunmuş ifadələrində tam təqsirli bilərək göstərmişdir: « irəli sürülmüş ittihamın mahiyyəti ona aydındır, o xx xxxxxx 1977ci ildə Bakı şəhərində anadan olmuş, 1984-1994-cü illərdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 240 saylı tam orta məktəbdə orta təhsil almış, orta təhsilini başa vurduqdan sonra 1994-1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış, 1998-ci ildə leytenant rütbəsi alaraq Xaçmaz rayon polis şöbəsində iqtisadi sahədə cinayətkarlığa qarşı mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş, həmin vəzifədə 4 ay işlədikdən sonra müvafiq əmrlə Xudat şəhər polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş, 2000-ci ildək həmin vəzifədə işlədikdən sonra müvafiq əmrlə Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə məsul növbətçi vəzifəsinə, həmin vəzifədə 8 ay işlədikdən sonra həmin bölmədə cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsinə, həmin vəzifədə 3 ay işlədikdən sonra baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş, 2008-ci ilədək həmin vəzifədə işlədikdən sonra müvafiq əmrlə Binəqədi rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş, 2010-cu ilin noyabr ayında Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə müstəntiq vəzifəsinə təyin olunmuş və 2010-2012-ci illərdə həmin vəzifədə işlədikdən sonra, 2012-ci ildə Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə baş təhqiqatçı vəzifəsinə təyin olunmuş, həmin vəzifədə 1 il işlədikdən sonra Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə sahə müvəkkili, daha sonra sahə rəisi vəzifələrinə, 2016-cı ildə müvafiq əmrlə yetkinlik yaşına çatmayanlar üzrə müvəkkil vəzifəsinə təyin olunmuş, 2016-cı ilin mart ayının 16-da öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilmişdir. 1999-cu ildə Babaşova Fidan Mahmud qızı ilə ailə həyatı qurmuş, birgə nikahlarından Aydan və Ayla adlı övladları olmuş, 2018-ci ildə Fidan Babaşova ilə rəsmi qaydada boşanmışlar. Uzun müddət polis orqanlarında xidmət etdiyindən bir çox vəzifəli şəxslərin adların bildiyinə görə bundan istifadə etməklə qazanc yeri axtarırmış və 2020-ci ilin avqust ayının 22-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində çayxanada qonşusu Şahid6lə və sonuncunun dostu Asiflə çay içən zaman Asif tanışları Şahid2 və Şahid1 idmançıların istifadə etdiyi dərmanları qaçaq gətirdiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində cinayət işi başlanıldığını demiş, əvvəllər polis orqanlarında işlədiyinə görə Şahid6 tanışlarının ola biləcəyini zənn edib Emil və Şahinə köməklik edə bilib-bilməyəcəyini soruşduqda ona Şahinlə də birlikdə məsələni müzakirə etdikdən sonra köməklik edə bilib-bilməyəcəyini demiş, növbəti gün Şahin və Emillə görüşərkən Dövlət Təhlükəsizliyi Xidmətində tanışlarının olduğunu deyərək onlara köməklik edə biləcəyini deyib inandırmış və bu məsələ barədə qısa müddətdə maraqlanıb xəbər edəcəyini demiş, təxminən iki gün sonra Emil və Şahinlə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində çay evlərinin birində görüşərkən Dövlət Təhlükəsizliyi Xidmətinin bir neçə vəzifəli şəxslərinin adını çəkərək onlarla bu məsələni danışdığını demiş, bunun üçün Emilə və X4 Xidmətində işləri həll etməyi üçün 35000 (otuz beş min) manat pul vəsaitinin lazım olduğunu, həmin pul vəsaitinin 15000 (on beş min) manatını əvvəlcə, 20000 (iyirmi min) manatını isə iş həll olunduqdan sonra alacağını demiş, Şahin və Emil də onun təklifi ilə razılamışlar. Həmin görüşdən 2 gün sonra Emil və Şahin ona Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə çağırılmalarını demişlər və onlarla birlikdə Dövlət Təhlükəsiziyi Xidmətinin inzibati binasının qarşısına getmiş, həmin yerə getməkdə məqsədi sonuncularda ona qarşı inam yaratmaq olmuş, Şahinlə Emil inzibati binaya daxil olduqdan sonra oradan uzaqlaşmış, daha sonra həmin yerə qayıdaraq Şahinə və X8 Xidmətinin əməkdaşının onu Səbail rayonu, Azadlıq Meydanı 674 ünvanında yerləşən “JW X13” otelinin yanında gözlədiyini, həmin şəxsə ilkin olaraq 15000 (on beş min) manat pul vəsaiti verməli olduqlarını demiş, həmin otelin yaxınlığına gedərək orada Şahindən avtomobilin içərisində 15000 (on beş min) manat pul vəsaiti alaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına vermək adı ilə oradan uzaqlaşmış, otelin digər tərəfinə binaların arası ilə piyada getmiş, təxminən 10-15 dəqiqədən sonra onların yanına geri qayıdaraq 15000 (on beş min) manat pul vəsaitini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına verdiyini deyib onları inandırmış, 2020-ci ilin sentyabr ayında Şahin ona zəng edərək cinayət işinin Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinə göndərildiyini demiş, onu inandırmaq üçün cinayət işinin Dövlət Gömrük Komitəsinə getməsini özünün təşkil etməsini, qaçaqmalçılıq maddəsinin Gömrük Komitəsinin İstintaq idarəsində üzərilərindən götürüldükdən sonra işin yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsinə göndəriləcəyini və orada işin xitam olunacağını demiş, həmin vaxtdan, yəni 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayının sonlarınadək Şahindən və Emildən ümumilikdə 59700 (əlli doqquz min yeddi yüz) manat pul vəsaiti almış, həmin pul vəsaitinin 10000 (on min) manatı Şahid2 olmuş, lakin bütün məbləğləri Şahin ona şəxsən əlbəəl vermişdir. Verilən suallara cavabında həmin cinayət işi üzrə nə Dövlət Təhlükəsizliyi Xidmətinin, nə də Dövlət Gömrük Komitəsinin heç bir əməkdaşı ilə hər hansı formada danışığı və münasibətinin olmadığını, eləcə də heç kimə hər hansı məbləğdə pul vəsaiti vermədiyini, Şahid1 aldığı pul vəsaitlərini 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayının sonlarınadək hissə-hissə olmaqla müxtəlif vaxtlarda və müxtəlif yerlərdə aldığına görə dəqiq vaxtını və yerini xatırlamadığını, sonunculara onlardan aldığı pul vəsaitlərini Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin müstəntiqi İsmayıl adlı şəxsə və Dövlət Gömrük Komitəsinin İstintaq baş idarəsinin müstəntiqi Ülvi Əliyevə verdiyini yalandan deməsini, aldığı pul vəsaitlərini öz şəxsi ehtiyyaclarına, yəni gündəlik alış-verişinə, restoranlarda və çay evlərində xərcləməsini, Şahid1 və Şahid2 aldadaraq pul vəsaitləri almağı barədə başqa heç kimin xəbərinin olmadığını bildirmişdir.» Şahid1 ifadələrində göstərdi ki, “X17”nda fitness məşqçisi işləmişdir. Məşqçi işləyən zaman həm özü, həm də tələbələri üçün idmançılar üçün istifadə olunan dərmanları Rusiyadan dostu Şahid2 ilə birlikdə sifariş vermiş, Moskvadan gətirtmişdir, 2020-ci ilin avqust ayında o,yük maşını ilə Rusiyadan Azərbaycan Respublikasının ərazisinə keçərkən gömrük postunda yoxlanılmış və həmin dərman vasitələri bəyan edilmədən keçirildiyinə görə 15 avqust 2020-ci ildə onun, dostu Emil və digər şəxslər barələrində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılmışdır. O, həmin cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. 2020-ci ilin oktyabr ayında həmin cinayət işi aidiyyatı üzrə Dövət Gömrük Komitəsinin İstintaq idarəsinə göndərilmişdir. 2016-ci ildə idmanla məşğul olduğu zaman Şahid6 tanımışdır və həmin vaxtdan dostluq münasibətləri yaranmışdır. 2020-ci il avqust-sentyabr aylarında Bayram onun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işinin istintaqının aparılmasını eşitdikdə ona Təqsirləndirilən şəxs adlı dostunun əvvəllər polis orqanlarında işlədiyinə görə bu işdə kömək edə biləcəyini dedi. Bundan sonra Xətai rayonu, M.Hadi küçəsində yerləşən “KTV”-nin binasının qarşısında Bayram, Emil və İbrahimlə görüşmüşlər. İbrahimi ilk dəfə həmin vaxt görmüşdür. Görüş vaxtı İbrahim əvvəllər polis orqanlarında işlədiyini, Dövlət Təhlükəsizliyi Xidmətində işləyən yüksək vəzifəli şəxsin, konkret olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Rauf Xələfovun onun yaxın dostu olduğunu, həmin şəxsə pul verməklə onlara kömək edə biləcəyini, bunun üçün bir gün ərzində həmin şəxslə danışıb xəbər edəcəyini dedi. Bundan sonrakı gündə eyni yerdə Emil və Bayramla birlikdə İbrahimlə görüşmüşlər. İbrahim həmin vaxt da cinayət işinin istintaqını aparan şəxsləri və istintaq idarəsinin vəzifəli şəxslərini tanıdığını və onlarla əlaqəsinin olduğunu, həmin əlaqələrindən istifadə edərək həmin şəxslərə pul verməklə barələrində aparılan cinayət işini bir ay müddətində xitam etdirəcəyini dedi. O da ilk dəfə cinayət törətdiyindən və həbs olunmaqdan qorxduğu üçün İbrahimə inanaraq onun təklifini qəbul etmişdir. İbrahim cinayət işini xitam olunmasına görə müstəntiqə və digər vəzifəli şəxslərə çatdırması üçün 35000 (otuz beş min) manat pul vermək lazım olduğunu dedi. O, həmin məbləğdən 15000 (on beş min) manat pul vəsaitini əvvəlcədən, qalan 20000 (iyirmi min) manat pul vəsaitini isə iş həll olunandan sonra alacağını, göstərəcəyi köməyə görə özünə 2000 (iki min) manat pul istədi. Onlar da İbrahimin güclü əlaqələrinin olduğuna inanaraq barələrində olan cinayət işini xitam etdirə biləcəyini düşünüb sonuncunun təklifi ilə razılaşmış, üçdörd gün sonra, 2020-ci il avqust ayının sonları, ola bilsin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Azadlıq Meydanı 674 ünvanında yerləşən “JW X13” otelinin qarşısında 15000 (on beş min) manat pul vəsaitini nəğd formada Təqsirləndirilən şəxs dostları Emilin və Bayramın yanında vermiş, İbrahim pulu götürdükdən sonra işin dediyi vaxtda həll olunacağını deyib aldığı pulu “JW X13” otelinin arxa tərəfində onu gözləyən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsinin müstəntiqi Mehman adlı şəxsə verəcəyini deyib onlardan uzaqlaşaraq binaların arası ilə getdi, təxminən 10-15 dəqiqə sonra geri qayıdaraq 15000 (on beş min) manat pul vəsaitini Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin müstəntiqi Mehman adlı şəxsə verdiyini deyərək onları inandırmışdır. Bundan sonra İbrahim həftədə 2-3 dəfə olmaqla ondan mütəmadi olaraq müxtəlif məbləğlərdə pul vəsaitləri almağa başladı. İbrahim hər dəfə ondan pul alanda cinayət işinin xitamı üçün sənədlərin xərcinə, o cümlədən sənədləri imzalamaq üçün həmin sənədləri imzalayacaq yüksək vəzifəli şəxslərə verdiyini deyirdi. O, İbrahimə verdiyi pul vəsaitlərinin hamısını əlbəəl dostu Emilin yanında vermişdir. Emilin ona verdiyi 10000 (on min) manat pul vəsaitini də Emilin yanında İbrahimə vermişdir. İbrahim onu və Emili bu bəhanələrlə aldadaraq cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində olan zaman ümumilikdə 43700 manat pul aldı, 1900 (min doqquz yüz) manatı isə işləri apardığına görə zəhmət haqqı kimi özünə götürdü. 2020-ci ilin sentyabr ayında cinayət işi aidiyyatı üzrə Dövlət Gömrük Komitəsinə göndərildi. Onlar işin İbrahimin dediyi kimi getmədiyini görüb onları aldatmasından, yəni ona və Emilə qarşı dələduzluq etməsindən şübhələnib cinayət işinin Dövlət Gömrük Komitəsinə göndərilməsi barədə İbrahimdən soruşan zaman İbrahim özünün cinayət işini ora göndərtdiyini, Dövlət Gömrük Komitəsində daha çox tanışının olduğunu və işi daha tez xitam etdirəcəyini, ittiham olunduqları Cinayət Məcəlləsinin 206-ci maddəsi Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində, 240-ci maddəsi isə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsində xitam olunacağını dedi. Sonuncu dəfə isə İbrahimə 1000 (min manat) manatı təxminən 2021-ci ilin mart ayının sonlarında öz iş yerinin, yəni "xxxx" ASC-nin inzibati binasının qarşısında vermiş, həmin vaxt isə İbrahim cinayət işinə xitam verilməsi sənədini mart ayının 24-də ona təqdim edəcəyini bildirmiş, lakin bundan sonra ona heç bir sənəd təqdim etməmişdir. O, İbrahimin onu aldatmasını başa düşərək bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etmişdir. İbrahimin ondan və Emildən aparılan cinayət işini xitam etdirmək adı ilə aldadaraq ümumilikdə 59700 (əlli doqquz min yeddi yüz) manat pul vəsaiti aldığını, həmin məbləğin 49700 (qırx doqquz min yeddi yüz) manatı onun, 10000 (on min) manatı isə Emilin olmuşdur. 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayının sonlarınadək ümumilikdə 59700 (əlli doqquz min yeddi yüz) manat pul vəsaitini nağd formada Bakı şəhərinin müxtəlif ərazilərində, 15000 (on beş min) manat pul vəsaitini konkret olaraq “JW X13” otelinin qarşısında, qalan digər məbləğləri isə əsasən Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, M.Hadi küçəsində yerləşən “KTV”-nin binasının qarşısında, eyni zamanda Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsində vermişdir. İbrahimin ondan aldığı pul vəsaitlərinin konkret olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsinin müstəntiqləri Mehman və İsmayıl adlı şəxslərə, eyni zamanda Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində isə müstəntiq Ülvi Əliyevə və İstintaq idarəsinin rəisi Ülvi adlı şəxsə verəcəyini demişdi. O da ona inanıb pulu ona vermişdir. Şahid2 ifadələrində göstərdi ki, 2011-ci ildən hal-hazıradək fitness məşqçisi işləyir, hazırda “Bodyfactory” idman zalında idman müəllimi işləyir. Şahid1 əvvəlcədən tanıyır, aralarında dostluq münasibəti vardır. Şahid1la birlikdə Rusiya Federasiyasının Moskva şəhərindən idmanla məşğul olan şəxslərin qəbul etmələri üçün dərman vasitələri sifariş vermiş, həmin dərman vasitələri Azərbaycan Respublikasına keçirildikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və barələrində 15 avqust 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsində Cinayət Məcəlləsinin 206 (qaçaqmalçılıq) və 240-cı (güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılaraq dostu Şahid1 və digər şəxslərlə birlikdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşlar. Təxminən 2020-ci ilin sentyabr-oktyabr aylarında həmin cinayət işi aidiyyatı üzrə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinə göndərilmişdir. Cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində olan zaman Şahinin dostu Bayram adlı şəxs Dövlət Təhlükəsizliyi Xidmətində barələrində cinayət işi aparılmasını eşitdikdə Şahinə zəng edərək Təqsirləndirilən şəxs adlı dostunun olduğunu və onlara kömək edə biləcəyini dedi. O da Şahinlə birlikdə Xətai rayonu, M.Hadi küçəsində, “KTV”-nin binasının qarşısında Bayram və İbrahimlə görüşmüşdür. İbrahim dedi ki, əvvəllər polis orqanlarında işləmişdir. Dövlət Təhlükəsizliyi Xidmətində işləyən yüksək vəzifəli şəxslər onun yaxın dostudurlar. Həmin şəxslər vasitəsilə onlara kömək edə bilər. Bunun üçün bir gün vaxt istədi. Növbəti gün eyni yerdə İbrahimlə görüşən zaman İbrahim cinayət işinin istintaqını aparan şəxsləri və istintaq idarəsinin vəzifəli şəxsləri ilə əlaqəsinin olduğunu, həmin əlaqələrindən istifadə edib həmin şəxslərə pul verməklə barələrində istintaqı aparılan cinayət işinin bir ay müddətində xitam etdirəcəyini dedi. İlk dəfə cinayət törətdiyindən və həbs olunmaqdan qorxduğu üçün onun kömək təklifini qəbul etmişdir. İbrahim dedi ki, cinayət işinin xitam olunması üçün 35000 (otuz beş min) manat pul verməlidirlər. Həmin pul vəsaitini cinayət işinin istintaqını aparan və digər vəzifəli şəxslərə verəcəyini dedi. Özünə isə 2000 (iki min) manat pul vəsaiti istədi. Onlar da İbrahimin güclü əlaqələrinin olduğuna inanaraq barələrində olan cinayət işini xitam etdirə biləcəyini düşünüb onun təklifi ilə razılaşmışlar. İbrahim 15000 (on beş min) manatın əvvəlcədən, qalan 20000 (iyirmi min) manatı isə iş həll olunandan sonra alacağını dedi. Onlar İbrahimlə danışdıqdan sonra, təxminən sentyabr ayının əvvəllərində Şahin 15000 (on beş min) manatı “JW X13” otelin qarşısında onun və Bayramın yanında İbrahimə verdi, İbrahim pulu götürdükdən sonra cinayət işinin istintaqın aparan Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin həmin otelin arxasında gözlədiyini deyərək otelin arxa tərəfinə getdi, təxminən 15-20 dəqiqə sonra geri qayıdaraq 15000 (on beş min) manat pul vəsaitini Dövlət Təhlükəsizliyi Xidmətinin Mehman adlı müstəntiqinə verdiyini dedi. İbrahim hər həftə ondan və Şahindən cinayət işini xitam etdirmək adı ilə mütəmadi olaraq pul almağa başladı. Cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində olarkən ümumilikdə 43700 (qırx üç min yeddi yüz) manat aldı və həmin pulun 1900 manatını isə onlara köməklik etdiyinə görə Şahin İbrahimin özünə vermişdi. 2020-ci ilin sentyabr-oktyabr aylarında cinayət işi aidiyyatı üzrə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinə göndərildi. Onlar İbrahimin onları aldatmalarından şübhələnərək cinayət işinin Dövlət Gömrük Komitəsinə göndərilməsinin səbəbini soruşduqda o, özünün cinayət işini ora göndərtdiyini, Dövlət Gömrük Komitəsində daha çox tanışının olduğunu və işi daha tez xitam etdirəcəyini, ittiham olunduqları Cinayət Məcəlləsinin 206-ci maddəsi Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində xitam etdirəcəyini, bundan sonra cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinə qaytarılacağını, Dövlət Təhlükəsizliyi Xidmətinə qaytarıldıqdan sonra isə CM-nin 240-cı maddəsi xitam olunacağını dedi. İbrahim bu yolla onları aldadaraq barələrində istintaqı aparılan cinayət işi Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində olarkən müxtəlif məbləğlərdə və müxtəlif vaxtlarda pul aldı. Onlar sonuncu dəfə isə İbrahimə 1000 (min manat) manatı təxminən 2021-ci ilin mart ayının sonlarında Şahin öz iş yerinin, yəni "xxxx" ASC-nin inzibati binasının qarşısında verdi. İbrahim də cinayət işinə xitam verilməsi barədə sənədi mart ayının 24-də onlara təqdim edəcəyini dedi, lakin heç bir sənəd təqdim etməyib onları aldatdığına görə onun barəsində Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət etmişlər. Verilən suallara cavabında Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayının axırlarınadək ondan və Şahindən ümumilikdə 59700 (əlli doqquz min yeddi yüz) manat pul almışdır. Həmin pulun 49700 (qırx doqquz min yeddi yüz) manatı Şahin, 10000 (on min) manatını isə o vermişdir. Şahid6 ifadələrində göstərdi ki, 2014-cü ildən Bakı şəhəri, Nəsimi, Xətai və Binəqədi rayonlarında yerləşən idman zallarında məşqçi işləmiş, 2020-ci ilin mart ayından ünvan 5 ünvanında yerləşən idman zalını icarəyə götürərək işlətməyə başlamış, “COVİD 19” pandemiyası ilə bağlı həmin idman zalını bir neçə gün işlədə bilmişdir. 2018-ci ildə Xətai rayonunda, “Həzi Aslanov” Metrostansiyasının yaxınlığında idman zalı işlədərkən Şahid1 ona yaxınlaşaraq idman zalını idman qidaları ilə təmin edə biləcəyini bildirdikdə onunla razılaşmış, sonuncu idman qidaları gətirərək onun işlədiyi zala təhvil vermiş və o, həmin qidaların satışını təşkil etmişdir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun yaşadığı evin qonşuluğunda yaşayır, həmin şəxsi əvvəllər o, tanısa da, onunla münasibəti olmamışdır. 2020-ci ilin mart ayının axırlarında yaşadığı evin qarşısında olan zaman İbrahim ona yaxınlaşıb söhbət etmiş və həmin vaxtdan münasibətləri yaranmışdır. Söhbət zamanı İbrahim əvvəllər polis orqanlarından xidmət etdiyini demişdi. 2020-ci ilin avqust ayında dostları Vüqar, Sərxan, İbrahim və Asiflə birlikdə Asifin yaşadığı evdə çay içən zaman dostları əvvəlcədən tanıdıqları idmanla məşğul olan Şahid2 və Şahid1 Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldıqlarını bildirdilər. Onların saxlanılmasının səbəbini soruşduqda dostları bildirmişlər ki, Emil, Şahin və onlardan əlavə dörd nəfər başqa şəxslər xarici ölkədən idman qidaları gətirən zaman saxlanılmışlar. Həmin vaxt o, İbrahimdən Şahinə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. İbrahim də bir gün vaxt istədi. Onlar növbəti gün İbrahimlə yaşadığı evin qarşısında görüşən zaman İbrahim Şahinə kömək edə biləcəyini demişdir. Təxminən 17 avqust 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Şahid1la Şahid2 onun yaşadığı evə gəlmişlər, həmin vaxt İbrahim də orada olmuş və demişdir ki, Dövlət Təhlükəsizliyi Xidməti ilə məsələni həll edə bilər. Əgər Şahin və Emil razıdırsa o, müəyyən adamlarla danışıqlar aparsın. İbrahim onlara cinayət işi cəzası yüngül maddələrlə məhkəməyə gedəcəyi təqdirdə 20000 (iyirmi min) manata, əgər istintaq müddətində xitam olunmağı istəyirlərsə, işi 35000 (otuz beş min) manata həll edəcəyini dedi. İbrahimin deməsinə görə cinayət işi məhkəməyə gedəcəyi təqdirdə Şahin və Emil cərimə olunaraq məsuliyyətdən azad olunacaqdılar. Şahin və Emil cinayət işinin istintaq müddətində xitam olunmasına razılıqlarını bildirdikdən sonra İbrahim növbəti gün gedib Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsi ilə danışacağını dedi. Növbəti günü də X9 yaxınlığında yerləşən parkda o, Şahin, Emil və İbrahimlə görüşmüş, söhbət əsnasında X3 Xidmətinin vəzifəli şəxsi ilə danışdığını və həmin vəzifəli şəxsin ilkin mərhələdə 15000 (on beş min) manat, sonradan isə 20000 (iyirmi min) manat pul istədiyini dedi. Şahingil də razılaşdılar. Növbəti gün həmin parkın yanında Şahin, Emil və İbrahimlə görüşərək Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasına getmişlər. Həmin inzibati binanın yaxınlığına çatan zaman İbrahim avtomobildən düşərək Dövlət Təhlükəsizliyi Xidmətinin arxa girişinə tərəf getmiş, təxminən 10-15 dəqiqə sonra İbrahim geri qayıdaraq pul verəcəyi vəzifəli şəxsin Səbail rayonu, Azadlıq Meydanı 674 ünvanında yerləşən “JW X13” otelində olduğunu və həmin otelin yanına getməli olduqlarını dedi. Həmin vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının yaxınlığından yola düşərək həmin otelin qarşısına getmişlər və “JW X13” otelinin yanında Şahin İbrahimə inanaraq paketdə 15000 (on beş min) pul vəsaitini təhvil verdikdən sonra İbrahim avtomobildən əlində pul olan paketlə düşərək otelin arxa tərəfinə getdi. O, Şahin və Emillə avtomobildə qalıb təxminən 20 dəqiqə gözləmişlər. Bundan sonra İbrahim geri qayıtdı və pulu Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsinə verdiyini dedi. Təxminən iyirmi gün sonra 2020-ci ilin sentyabr ayında, Şahin ona zəng edərək İbrahimin ona gömrükdə saxlanılan idman qidalarında problem olduğunu dediyini, görüşmək lazım olduğunu dedi. Həmin gün X11 yaxınlığında yerləşən parkda o, İbrahim, Emil və Şahinlə görüşən zaman Şahin İbrahimə onun tələbi əsasında əlavə 3000 (üç min) manat pul verdi. İbrahim “Nərimanov parkı” kimi tanınan ərazidə avtomobildən düşərək onlardan uzaqlaşdı, təxminən 20-25 dəqiqə sonra geri qayıdaraq pul vəsaitini Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsinə verdiyini dedi. Həmçinin Şahin onun yanında İbrahimə onlara köməklik etdiyinə görə xidmət haqqı kimi 2020-ci ilin sentyabr ayının 15-də Xətai rayonunda yerləşən çay evində 1000 (bir min) manat, Şahinin deməsinə görə isə 19 sentyabrda isə X9 yaxınlığında yerləşən parkda 900 (doqquz yüz) manat vermişdir. Həmin vaxtdan sonra Şahinlə danışmamış, yalnız 2021-ci ilin mart ayının əvvəlində Şahin ona zəng edərək X2 Xidmətinin vəzifəli şəxsinə vermək məqsədi ilə ümumilikdə təxminən 59700 (əlli doqquz min yeddi yüz) manat pul verdiyini dedi. İbrahimin deməsinə görə Şahin və Emildən aldığı pulu o, Dövlət Təhlükəsizliyi Xidmətinin Mehman adlı əməkdaşına vermişdir, lakin o, Mehman adlı şəxsi görməmiş və onu tanımır. Şahid3 ifadələrində göstərdi ki, 2018-ci ildən 2020-ci ilin mart ayınadək Gəncə şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə özünə məxsus “Mercedes Vito” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşınması ilə məşğul olmuş, 21 sentyabr 2020-ci ildən 29 dekabr 2020-ci ilədək Vətən Müharibəsində iştirak etmiş və döyüşlərdə fərqləndiyinə görə “Kəlbəcər uğrunda” və “X5” medalları ilə təltif olunmuşdur. Şahid2 təxminən 2019-cu ildən tanıyır. Belə ki, özünə məxsus “Mercedes Vito” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Moskva şəhərləri arası sərnişin daşınması ilə məşğul olan zaman Şahid2la tanış olmuş, Şahid2 idmanla məşğul olduğuna görə onun sifarişi əsasında Moskva şəhərindən ona təhvil verilmiş idman qidalarını Azərbaycan Respublikasına gətirmiş, həmçinin Emilin sifarişi əsasında idman qidaları gətirib ona təhvil verən zaman Emilin dostu Şahid1 da tanımış, bildiyinə görə Şahid1 da idmanla məşğul olur. 2020-ci ilin avqust ayının əvvəllərində Şahid2 onunla telefon əlaqəsi yaradaraq Rusiya Federasiyasının Moskva şəhərində idman qidaları sifariş verdiyini, həmin idman qidalarını Azərbaycana gətirmək lazım olduğunu bildirmiş, ona “COVİD 19” pandemiyası ilə əlaqədar Moskva şəhərinə sərnişin daşımadığını demiş, lakin Şahid2 köməklik etmək üçün əvvəlcədən tanıdığı Rəşad adlı şəxslə danışıb həmin idman qidalarını Azərbaycana keçirmək lazım olduğunu bildirmiş, Rəşad isə digər dostu Vasif adlı şəxslə danışmış və Vasifin köməkliyi ilə Moskva şəhərində tanımadığı şəxsin yük avtomobili ilə həmin idman qidaları Azərbaycana keçirilmiş, həmin idman qidalarını Azərbaycana keçirmək əvəzində Şahid2 ümumilikdə yeddi min manat pul vəsaiti almış və həmin pul vəsaitini Vasif və Rəşadla birlikdə aralarında bölmüşlər. İdman qidaları gömrükdən keçirilib Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə Vasifin qohumuna məxsus yaşayış evinə qoyulmuş, daha sonra idman qidalarını Rəşad və Emillə həmin yaşayış evindən götürən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarənin inzibati binasına aparılmışlar və barələrində 15 avqust 2020-ci il tarixdə cinayət işi başlanılmışdır. O, Vətən Müharibəsinə qatıldığından cinayət işi barədə məlumatı olmamış, müharibədən qayıtdıqdan sonra Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinə dəvət olunmuş və həmin vaxt bilmişdir ki, cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətindən Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Vətən Müharibəsinə getməmişdən əvvəl Şahid1 onunla telefon əlaqəsi saxlayaraq bir nəfər şəxsin barələrində olan cinayət işinin xitam olunması üçün köməklik edəcəyini, əgər ehtiyyac olacağı təqdirdə həmin işin həll olunması üçün pul vəsaiti verməli olacağını dedi. O da Şahid1 nə onun, nə Vasifin, nə də Rəşadın pulu olmadığını və köməklik edə bilməyəcəklərini demişdir. 2021-ci ilin may ayında eşitmiş ki, barələrində olan cinayət işinin xitam olunması üçün Şahid1 Təqsirləndirilən şəxs verdiyi pul vəsaitini İbrahim şəxsi ehtiyyaclarına xərcləmiş və Şahinin şikayəti əsasında İbrahim həbs olunmuşdur. O, Təqsirləndirilən şəxs tanımır. 2021-ci ilin may ayında Şahinlə telefonla danışan zaman Şahin Təqsirləndirilən şəxs 49700 (qırx doqquz min yeddi yüz) manat, dostu Şahid2 isə ümumilikdə 10000 (on min) manat pul vəsaiti verdiklərini demişdi. Onun bu barədə başqa məlumatı yoxdur. Şahid4 ifadələrində göstərdi ki, 2020-ci ilin mart ayınadək Gəncə-Moskva şəhərləri arasında özünə məxsus “Mercedes Spirinter” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşınması ilə məşğul olmuş, 2020-ci ilin avqust ayının əvvəllərində dostu Şahid3 onunla telefon əlaqəsi saxlayaraq Moskva şəhərindən idman qidaları gətirmək lazım olduğunu və bu işdə ona köməklik edə biləcək adamın olub-olmadığını soruşmuş, həmin vaxt Gəncə şəhərində yaşayan, Gəncə-Moskva şəhərləri arası sərnişin daşınması ilə məşğul olan Şahid5lə danışmış, Vasif də həmin vaxt tanımadığı şəxslə danışmış və idman qidalarının Moskvadan Azərbaycana gətirəcəyini demiş, Asif həmin idman qidalarını Azərbaycana keçirilməsinə köməklik edəcəkləri halda ümumilikdə yeddi min manat pul vəsaiti alacağını və həmin pulu aralarında böləcəyini demişdir. İdman qidaları gömrükdən keçirilib Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə Vasifin qohumuna məxsus yaşayış evinə qoyulmuş, həmin idman qidalarını Asif və Emil adlı şəxslə həmin yaşayış evindən götürən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarənin inzibati binasına aparılmış və barələrində 15 avqust 2020-ci il tarixdə cinayət işi başlanılmışdır. Daha sonra cinayət işi Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinə göndərilmiş və orada təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. 2021-ci ilin may ayında eşitmiş ki, barələrində olan cinayət işinin xitam olunması üçün Şahid1 Təqsirləndirilən şəxs pul vermişdir, pulu da İbrahim şəxsi ehtiyyaclarına xərcləmişdir. Şahinin şikayəti əsasında İbrahim həbs olunmuşdur. O, özü Təqsirləndirilən şəxs tanımır. Ona hansı məbləğdə pul verilməsini bilmir. Şahid5 ifadələrində göstərdi ki, özünə məxsus sərnişin avtomobili ilə 2015- 2019-cu illərdə Gəncə-Moskva şəhərləri arası sərnişin daşınması ilə məşğul olmuşdur. 2020-ci ilin avqust ayının əvvəllərində əvvəlcədən tanıdığı Rəşad adlı şəxs onunla telefonla danışaraq Moskva şəhərində idman qidaları olduğunu və həmin qidaları Azərbaycana keçirmək lazım olduğunu, bu məsələdə köməklik edən şəxsin olub-olmamasını soruşdu. Həmin vaxt hazırda adını xatırlamadığı Gəncə-Moskva şəhərləri arası sərnişin daşıyan şəxsə bu barədə demiş, həmin şəxs də başqa bir şəxslə danışmış və beləliklə Rəşadın dediyi idman qidaları 2020-ci ilin avqust ayında Azərbaycan Respublikasına keçirilərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində qohumuna məxsus yaşayış evinə göndərilmişdi. İdman qidalarını Asif, Rəşad və Emil oradan götürən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həmin xidmətin inzibati binasına aparılmış və barələrində 15 avqust 2020-ci il tarixdə cinayət işi başlanılmışdır. Həmin cinayət işi daha sonra Dövlət Gömrük Komitəsinin İstintaq idarəsinə göndərilmiş və orada təqsirləndirilən şəxs qismində cəlb olunmuşlar. Barələrində cinayət işi başlanıldıqdan sonra Şahid1 və Şahid2 tanımış, onlarla bir dəfə Bakı şəhərində görüşmüşdür, 2021-ci ilin may ayında eşitmişdir ki, barələrində olan cinayət işinin xitam olunması üçün Şahid1 vəzifəli şəxslərə vermək üçün Təqsirləndirilən şəxs pul vermiş, həmin pulu da Təqsirləndirilən şəxs şəxsi ehtiyyaclarına xərcləmişdir. Şahinin şikayəti əsasında İbrahim həbs olunmuşdur. O, özü Təqsirləndirilən şəxs tanımır və onunla heç bir münasibəti yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 27.05.2021-ci il tarixli 10761 nömrəli məktubu ilə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilmiş 01 ədəd diskə və diskin yaddaşındakı qovluqlara baxış keçirilməsinə dair 31 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 050 555-14-77 mobil nömrəsi ilə Şahid1 məxsus 070 392-94-90 mobil telefon nömrəsi arasında 26 oktyabr 2020-ci il tarixdə saat 20:00-da 58 saniyə, Şahid1 məxsus 050 392-94- 90 mobil telefon nömrəsi arasında 03.11.2020-ci il tarixdə saat 15:03-də 67 saniyə, həmin tarixdə saat 20:39-da 141 saniyə, 04.11.2020-ci il tarixdə saat 20:44-də 56 saniyə, 20.11.2020-ci il tarixdə saat 11:57-də 87 saniyə, həmin tarixdə saat 15:10-da 20 saniyə, 22.11.2020-ci il tarixdə saat 16:35-də 7 saniyə, həmin tarixdə saat 17:22-də 36 saniyə, 24.11.2020-ci il tarixdə saat 18:23-də 64 saniyə, 25.11.2020-ci il tarixdə saat 14:46-da 32 saniyə, həmin tarixdə saat 17:36-da 114 saniyə, 01.12.2020-ci il tarixdə saat 15:02-də 21 saniyə, həmin tarixdə saat 15:05-də 21 saniyə, saat 15:06-da 34 saniyə, saat 15:09-da 48 saniyə, 05.02.2021-ci il tarixdə saat 20:08-də 77 saniyə, 02.06.2021-ci il tarixdə saat 09:56-da 295 saniyə, həmin tarixdə saat 10:40-da 73 saniyə, 07.02.2021-ci il tarixdə saat 21:26-da 196 saniyə, 14.02.2021-ci il tarixdə saat 18:55-də 12 saniyə, həmin tarixdə saat 19:14-də 102 saniyə, 15.02.2021-ci il tarixdə saat 15:12-də 36 saniyə, həmin tarixdə saat 15:38-də 22 saniyə, saat 15:47-də 60 saniyə, saat 18:45-də 34 saniyə, saat 20:23-də 94 saniyə, 17.02.2021-ci il tarixdə saat 21:30-da 68 saniyə, 18.02.2021-ci il tarixdə saat 09:15-də 21 saniyə, həmin tarixdə saat 11:55-də 108 saniyə, həmin tarixdə saat 12:44-də 258 saniyə, saat 14:45-də 70 saniyə, saat 15:34-də 24 saniyə, saat 15:47-də 10 saniyə, 17.03.2021-ci il tarixdə saat 17:40-da 59 saniyə, həmin tarixdə saat 20:20-də 45 saniyə, həmin tarixdə saat 20:33-də 6 saniyə və 23.03.2021-ci il tarixdə saat 2021-03-23 00:31-də 47 saniyə telefon danışığı olmuşdur. Həmin diskin yaddaşında olan “SMS bölməsi”nə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus 050 555-14-77 mobil nömrəsindən 14.02.2021-ci il tarixdə saat 16:31-də 050 555-14-77 mobil telefon nömrəsinə “Şahin basqa yerdəyəm danışa bilmirəm, həmin adama zəng çatmır, 5-6 dəfə yığmışam, xəbər çıxsın deyəcəyəm” məzmunlu, həmin tarixdə saat 23:13-də “axşamın xeyir qardaş, yığdım cavab vermədi, İsmayıl yığmışdı məlumat verdi dedim sənə deyim, indi evdəyəm, yatıram səhər danışarıq” məzmunlu, 15.02.2021-ci il saat 11:02-də “Qardaş salam. Mənim işlə bağlı başım qarışıqdı, saat 12-1 arası Əhmədli tərəfdə olacağam, zəngləşib görüşək” məzmunlu, 28.02.2021-ci il tarixdə saat 14:31-də “Şahin salam, mən onu yığıram telefon bağlıdır, özümdə başqa yerdəyəm danışa bilmirəm, xəbər çıxsın yığacağam səni” məzmunlu, həmin tarixdə saat 14:35-də 070 392-94-90 mobil telefon nömrəsindən 050 555- 14-77 mobil telefon nömrəsinə “noldu pulu götürəndə burda olu, sonra reski gedir rayona telefona da zəng çatmır, bezdirib uje, sən nə vaxt boşalacaqsan” məzmunlu, saat 14:44-də “İbrahim sən 2 dəqiqə vaxt elə məni yığda gözləyirəm” məzmunlu, 12.03.2021-ci il tarixdə saat 18649-da “qardaş salamatçılıqdı” məzmunlu, həmin tarixdə saat 19:08-də 050 555-14-77 mobil telefon nömrəsindən 070 392-94-90 mobil telefon nömrəsinə “Salam Şahin, hə salamatçılıqdı, adamlar var idi yanımda, danışa bilmirdim, saat doqquzun yarısı boşalım yığacağam” məzmunlu, 13.03.2021-ci il tarixdə saat 23:22-də 070 392- 94-90 mobil telefon nömrəsindən 050 ***-**-** mobil telefon nömrəsinə “İbrahim danışa bilmədin onunla” məzmunlu, 14.03.2021-ci il tarixdə saat 00:21-də 050 555-14-77 mobil telefon nömrəsindən 070 392-94-90 mobil telefon nömrəsinə “ yox qardaş, danışa bilmədim, mesaj yazdım cavab yoxdur, ona görə də yığmadım, səhər 12-də yığaram xəbər çıxsın deyərəm” məzmunlu, 070 392- 94-90 mobil telefon nömrəsindən 050 555-14-77 mobil telefon nömrəsinə “İbrahim salam, bir dənə məni yığ, danış İsmayıl ilə görək indi nə deyəcək” məzmunlu, saat 13:59-da “İbrahim yığda vaxt olan kimi” məzmunlu, saat 16:39da “Qardaş danışdınmı necə oldu. Bir xəbər yoxdur” məzmunlu, 15.03.2021-ci il tarixdə saat 23:31-də 050 555-14-77 mobil telefon nömrəsindən 050 392-94-90 mobil telefon nömrəsinə “Ağsaqqalın yanındayam, İsmayılın rəisi, çıxım yazacağam” məzmunlu, 22.03.2021-ci il tarixdə “Şahin danışa bilməmişəm, cavab vermir, nə zəngə, nə də mesaja, indi başqa yerdəyəm, ondan cavab gəlsin yığaram” məzmunlu və həmin tarixdə saat 22:11-də “Şahin xəstəxanadayam, çıxım yığaram” məzmunlu mesaj mətinləri göndərilmişdir. Həmin diskin yaddaşında olan “daxil olan və xaric olan zənglər bölməsi”nə baxış zamanı isə müəyyən edilmişdir ki, Şahid1 məxsus 050 392-94-90 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus oğluna məxsus 070 555-14-77 mobil telefon nömrəsi arasında 02.09.2020-ci il tarixdə saat 12:57-də 89 saniyə, həmin tarixdə saat 13:30-da 32 saniyə, saat 13:36-da 27 saniyə, 03.09.2020-ci il tarixdə saat 12:07-də 71 saniyə, həmin tarixdə saat 13:01-də 71 saniyə, saat 14:46-da 39 saniyə, saat 15:02-də 10 saniyə, 08.09.2020-ci il tarixdə saat 19:41-də 147 saniyə, həmin tarixdə saat 19:50-də 111 saniyə, 09.10.2020-ci il tarixdə saat 19:38-də 2 saniyə, həmin tarixdə saat 19:39-da 117 saniyə, 03.11.2020-ci il tarixdə saat 15:03-də 67 saniyə, 04.11.2020-ci il tarixdə saat 20:44-də 55 saniyə, 10.11.2020-ci il tarixdə saat 17:30-da 112 saniyə, həmin tarixdə saat 18:31-də 22 saniyə, 01.12.2020-ci il tarixdə saat 14:09-da 83 saniyə, saat 14:17də 54 saniyə, 08.01.2021-ci il tarixdə saat 13:33-də 76 saniyə, saat 20:20-də 37 saniyə, 09.01.2021-ci il tarixdə saat 14:45-də 89 saniyə, 14.02.2021-ci il tarixdə saat 18:55-də 12 saniyə, saat 19:14-də 102 saniyə, 15.02.2021-ci il tarixdə saat 12:45-də 427 saniyə, saat 12:55-də 99 saniyə, saat 15:12-də 36 saniyə, saat 15:38-də 22 saniyə, saat 15:47-də 60 saniyə, saat 18:45-də 34 saniyə, saat 20:23-də 94 saniyə, 18.02.2021-ci il tarixdə saat 12:44-də 258 saniyə, saat 15:34-də 24 saniyə, 17.03.2021-ci il tarixdə saat 20:33-də 6 saniyə, 22.03.2021ci il tarixdə saat 18:59-da 50 saniyə, 23.03.2021-ci il tarixdə saat 00:31-də 47 saniyə, 24.03.2021-ci il tarixdə saat 15:48-də 160 saniyə, 30.03.2021-ci il tarixdə saat 18:31-də 35 saniyə, saat 22:29-da 56saniyə, 31.03.2021-ci il tarixdə saat 22:33-da 16 saniyə, saat 22:42-də 37 saniyə və saat 22:49-da 12 saniyə telefon danışığı olmuşdur. Hhəmin diskin yaddaşında olan “SMS bölməsi”nə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 məxsus 050 392-94-90 mobil nömrəsinə 10.03.2021-ci il tarixdə saat 22:11-də Təqsirləndirilən şəxs məxsus 070 555-14- 77 mobil telefon nömrəsindən “Şahin evdəkilər yanımdadır, danışa bilmirəm, xəbər çıxsın yığacağam səni” məzmunlu, saat 22:12-də 050 392-94-90 mobil telefon nömrəsindən 070 555-14-77 mobil telefon nömrəsinə “gözləyirəm qardaş” məzmunlu, 14.03.2021-ci il tarixdə saat 13:59-da 050 392-94-90 mobil telefon nömrəsindən 070 555-14-77 mobil telefon nömrəsinə “İbrahim məni yığda vaxtın olan kimi”, saat 16:39-da “qardaş danışdınmı, necə oldu, bir xəbər var nəsə” məzmunlu, saat 21:08-də “qardaş bir xəbər olmadı?” məzmunlu, həmin tarixdə saat 21:14-də 070 555-14-77 mobil telefon nömrəsindən 050 392- 94-90 mobil telefon nömrəsinə “yox hələ qardaş, bir xəbər yoxdur, başqa yerdəyəm çıxım yığaram” məzmunlu, həmin tarixdə saat 21:15-də 050 392-94- 90 mobil telefon nömrəsindən 070 555-14-77 mobil telefon nömrəsinə “Ok qardaş birdənə maraqlanarsan qardaşımsan” məzmunlu, 15.03.2021-ci il tarixdə saat 23:15-də “qardaş noldu” məzmunlu, həmin tarixdə saat 23:31-də 070 555- 14-77 mobil telefon nömrəsindən 050 392-94-90 mobil telefon nömrəsinə “ağsaqqalın yanındayam, İsmayılın rəisi, çıxım yazacağam” məzmunlu, 22.03.2021-ci il tarixdə saat 22:21-də 050 555-14-77 mobil telefon nömrəsindən 050 392-94-90 mobil telefon nömrəsinə “Şahin xəstəxanadayam, çıxım yığaram” məzmunlu və 25.03.2021-ci il tarixdə “Şahin hələ oradan xəbər yoxdur, xəbər çıxsın özüm yığacağam səni, səbirli ol” məzmunlu SMS mətinləri göndərilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 03.06.2021-ci il tarixli AZF/LGL-14194/21 nömrəli məktubu ilə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilmiş 01 ədəd diskə və diskin yaddaşındakı qovluqlara baxış keçirilməsinə dair 31.05.2021-ci il tarixli protokoldan görünür ki, “daxil olan və xaric olan zənglər bölməsi”ndə Şahid1 məxsus 070 392-94-90 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus 070 555-14-77 mobil nömrəsi arasında 12.09.2020-ci il tarixdə saat 12:29-da 58 saniyə, saat 15:22-də 60 saniyə, 13.09.2020-ci il tarixdə saat 20:05-də 27 saniyə, 14.09.2020-ci il tarixdə saat 14:56-da 43 saniyə, 15.09.2020-ci il tarixdə saat 14:13-də 62 saniyə, 16.09.2020-ci il tarixdə saat 12:37-də 20 saniyə, 17.09.2020-ci il tarixdə saat 14:57-də 48 saniyə, 19.09.2020-ci il tarixdə saat 16:33-də 47 saniyə, 23.09.2020-ci il tarixdə saat 17:35-də 47 saniyə, 19:06-da 20 saniyə, 20:38-də 20 saniyə, 24.09.2020-ci il tarixdə saat 15:18-də 37 saniyə, 27.09.2020-ci il tarixdə saat 19:02-də 49 saniyə, 20:30-da 51 saniyə, 29.09.2020-ci il tarixdə saat 16:48-də 73 saniyə, 30.09.2020-ci il tarixdə saat 20:09-da 55 saniyə, 05.10.2020-ci il tarixdə saat 19:57-də 120 saniyə, 08.10.2020-ci il tarixdə saat 13:53-də 55 saniyə, 10.10.2020-ci il tarixdə saat 14:15-də 56 saniyə, saat 19:30-da 67 saniyə, 11.10.2020-ci il tarixdə saat 16:33də 21 saniyə, 12.10.2020-ci il tarixdə saat 14:19-da 90 saniyə, 13.10.2020-ci il tarixdə saat 11:49-da 104 saniyə, 17.10.2020-ci il tarixdə saat 16:36-da 54 saniyə, 20.10.2020-ci il tarixdə saat 13:43-də 70 saniyə, 11.11.2020-ci il tarixdə saat 16:16-da 71 saniyə, 12.11.2020-ci il tarixdə saat 17:24-də 110 saniyə, 14.11.2020-ci il tarixdə saat 12:35-də 50 saniyə, saat 16:36-da 75 saniyə, 16.11.2020-ci il tarixdə saat 15:33-də 43 saniyə, 18.11.2020-ci il tarixdə saat 14:23-də 28 saniyə, saat 16:54-də 119 saniyə, 01.12.2020-ci il tarixsdə saat 16:57-də 40 saniyə, saat 19:44-də 46 saniyə, 02.12.2020-ci il tarixdə saat 13:32də 54 saniyə, 17:01-də 43 saniyə, 06.12.2020-ci il tarixdə saat 14:56-da 44 saniyə, saat 16:57-də 39 saniyə, 21.01.2021-ci il tarixdə saat 19:22-də 60 saniyə, 23.01.2021-ci il tarixdə saat 15:26-da 43 saniyə, saat 15:41-də 44 saniyə, 27.01.2021-ci il tarixdə saat 18:11-də 60 saniyə, 29.01.2021-ci il tarixdə saat 12:15-də 74 saniyə, 29.01.2021-ci il tarixdə saat 18:18-də 31 saniyə, 02.02.2021-ci il tarixdə saat 14:08-də 38 saniyə, 04.02.2021-ci il tarixdə saat 11:20-də 39 saniyə, saat 11:41-də 71 saniyə, saat 12:54-də 19 saniyə, saat 13:56-da 62 saniyə, 07.02.2021-ci il tarixdə saat 15:16-da 13 saniyə, 08.02.2021-ci il tarixdə saat 17:05-də 66 saniyə, 09.02.2021-ci il tarixdə saat 16:51-də 56 saniyə, saat 22:58-də 61 saniyə, 10.02.2021-ci il tarixdə saat 21:20də 18 saniyə, 11.02.2021-ci il tarixdə saat 18:18-də 30 saniyə, 19.02.2021-ci il tarixdə saat 19:29-da 41 saniyə, 20.02.2021-ci il tarixdə saat 15:59-da 123 saniyə, 22.02.2021-ci il tarixdə saat 21:29-da 580 saniyə, 23.02.2021-ci il tarixdə saat 16:14-də 22 saniyə, 24.02.2021-ci il tarixdə saat 17:03-də 80 saniyə, 25.02.2021-ci il tarixdə saat 14:07-də 58 saniyə, 26.02.2021-ci il tarixdə saat 21:00-da 35 saniyə, 28.02.2021-ci il tarixdə saat 21:12-də 127 saniyə, 02.03.2021-ci il tarixdə saat 14:06-da 67 saniyə, saat saat 14:16-da 7 saniyə, 05.03.2021-ci il tarixdə saat 11:57-də 57 saniyə, saat 19:46-da 77 saniyə, 09.03.2021-ci il tarixdə saat 12:43-də 43 saniyə, saat 19:46-da 210 saniyə, 10.03.2021-ci il tarixdə saat 19:59-da 146 saniyə, 11.03.2021-ci il tarixdə saat 15:33-də 531 saniyə, 18.03.2021-ci il tarixdə saat 17:50-də 26 saniyə, saat 18:05-də 41 saniyə, saat 18:39-da 68 saniyə, 21.03.2021-ci il tarixdə saat 15:46da 62 saniyə, 22.03.2021-ci il tarixdə saat 12:15-də 72 saniyə, 23.03.2021-ci il tarixdə saat 15:28-də 42 saniyə, 24.03.2021-ci il tarixdə saat 23:30-da 367 saniyə, 26.03.2021-ci il tarixdə saat 17:48-də 42 saniyə, 26.03.2021-ci il tarixdə saat 18:24-də 82 saniyə və 31.03.2021-ci il tarixdə saat 18:07-də 45 saniyə telefon danışığı olmuşdur. Məhkəmədə araşdırılan telefon məlumatlarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 və Şahid2 arasında mütəmadi danışıqlar aparıb, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs “qardaş danışdınmı, necə oldu, bir xəbər var nəsə”; “qardaş bir xəbər olmadı?”; “İbrahim salam, bir dənə məni yığ, danış İsmayıl ilə görək indi nə deyəcək”; “noldu pulu götürəndə burda olur, sonra reski gedir rayona telefona da zəng çatmır, bezdirib uje” məzmunlu ismarıclər, Təqsirləndirilən şəxs isə onlara “Şahin hələ oradan xəbər yoxdur, xəbər çıxsın özüm yığacağam səni, səbirli ol”; “ağsaqqalın yanındayam, İsmayılın rəisi, çıxım yazacağam”; “Şahin danışa bilməmişəm, cavab vermir, nə zəngə, nə də mesaja, indi başqa yerdəyəm, ondan cavab gəlsin yığaram”; “Şahin salam, mən onu yığıram telefon bağlıdır, özümdə başqa yerdəyəm danışa bilmirəm, xəbər çıxsın yığacağam səni” eləcə də bu kimi sair məzmunlu ismarıclər yazmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, gömrük xidməti polkovnik-leytenantı X10 icraatında ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə baxış keçirilməsi haqqında 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi 15 avqust 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin Xüsusilə mühüm işlər üzrə idarəsinin rəisi ədliyyə polkovnik-leytenantı Emzar Qocayev tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-ci maddələri ilə başlanmış, istintaqın aparılması həmin idarənin baş müstəntiqi, ədliyyə mayoru Mehman Babayevə həvalə edilmiş, cinayət işinin başlanmasına səbəb və əsas Şahid2, Şahid1, Şahid3 və qeyrilərinin cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri Rusiya Federasiyasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirmələri, həmin külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmələri, saxlamaları və daşımaları olmuşdur. Cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin istintaq şöbəsinə göndərilmiş, 18 fevral 2021-ci il tarixdə Şahid2, 22 fevral 2021-ci il tarixdə Şahid1, 02 mart 2021-ci il tarixdə Şahid3, həmin tarixdə Şahid4, həmin tarixdə Şahid5 və 03 mart 2021-ci il tarixdə X12 Azərbaycan Respublikası CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 240.2.1, 240.2.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09.06.2021-ci il tarixdə təqdim edilən məlumatlardan görünür ki, Şahid1 09.09.2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələri ilə, Şahid2 isə 18.02.2021-ci il tarixdə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2, 200-1.2.2, 200-1.2.3, 206.3.2 və 240.3.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və həmin məcəllənin 32.4, 312.2-ci elan olunmuş ittihamının Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilib, ittihamın digər hissəsində özünü təqsirli bilmədi. Məhkəmədə həmin hallar araşdırılarkən Təqsirləndirilən şəxs ittihamın inkar etdiyi hissəsi ittiham tərəfinin təqdim etdiyi sübutlarla onun bu iddiası təkzib olundu. Məhkəmə, sübutların qiymətləndirilməsi statusuna əasən hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlarda Təqsirləndirilən şəxs digər tərəfi təhrikedici hərəkətələri onlara rüşvət verməyə təhrik etməyə yönəlmişdir. Çünkü o, pulu hüqüq mühafizə orqanında istintaqı aparan vəzifəli şəxslərə verib cinayət məsuliyyətinə cəlb edilmiş şəxsləri qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmək üçün almışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs başqa şəxslərin pulunu ələ keçirərəkən onları rüşvət verməyə təhrik etmədiyi hissəsi təkzib olundu. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı araşdırılan sübutlar və işin faktiki halları əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən törədilməsi sübuta yetirildi. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və həmin məcəllənin 32.4, 312.2-ci maddəsi ilə tövsif olunmasını əsəaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbdən də onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onu təqsirli bilib onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki məhkəmədə onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin xarakterini nəzərə alıb ona azadlıqdan məhrumetmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsəas müəyyən olunmadığı qənaətinə gəlib ona azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən 12 (on iki) saat, Müdafiəçi2 tərəfindən 25 (iyirmi beş) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 72 (yetmiş iki) manat, Müdafiəçi2 150 (yüz əlli) manat ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, bu məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünkü onu bu ödəmələrdən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 01 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs bu iş üzrə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılır. Məhkəmə həmin müddətin ona təyin ediləcək cəza müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın başlanğıcının 01 aprel 2021-ci il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-nin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını tam olaraq ödəmiş və yaşayış yerindən alınmış xasiyyətnamədə müsbət xarakterizə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16 mart 2017-ci il tarixli, 1(001)-92/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 17 iyun 2021-ci il tarixli, 21-1/3-3278/7 nömrəli məktubundan görünür ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 1(001)-92/2017 nömrəli hökmü ilə ona təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası, 05 oktyabr 2020-ci il tarixdə cəriməni bank hesabına ödəməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslə barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş olur. Təqsirləndirilən şəxs ona təyin olunmuş cərimə cəzasını 05 oktyabr 2020-ci ildə ödəyib, qeydiyyatdan çıxmışdır. Cinayət qanunu ilə ona cəzanı çəkib qurtardıqdan sonra bir il müddətinə məhkumluğ müəyyən olunmuşdur. O, hazırkı iş üzrə təqsirli bilindiyi əməli 2020-ci ilin avqust ayından 2021-ci il mart ayının axırlarınadək olan dövr ərzində, yəni məhkumluğu dövründə törətdiyi müəyyən olundu. Məhkəmə həmin halı Təqsirləndirilən şəxs oğlunun cəzasına təsir edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasına təsir edən işin faktiki hallarını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32,4, 312.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesab olunsun. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərildiyi üçün dövlət büdcəsi hesabına 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 Yaqub oğluna 72 (yetmiş iki) manat, Müdafiəçi2 150 (yüz əlli) manat ödənilməsi üçün Azərbaycan Respulikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar