Məhkəmə qərarları › İş №1(101)-1355/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1355/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1355/2025 02.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Ragif oğlu, müdafiəçi – Presedent Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi2 Mübariz oğlu və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, massiv 1, mədən 7 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən “Çinar” kafesində olarkən digər masada sərxoş vəziyyətdə əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq onların əyləşdikləri masadakı xanıma baxaraq söz atması, daha sonra nalayiq ifadələrlə ona və orada olan hər kəsə söyüş söyməsi səbəbindən söhbət etmək adı ilə Zərərçəkmiş şəxs kafenin digər hissəsinə apardıqdan sonra orada aralarında mübahisə yaranmış və bu zaman o, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vurmaqla sonuncuya burun sümüklərinin yerdəyişməyən sınıqları ilə müşayiət olunan burun nahiyəsinin qançır şişkinlik halında əzilməsi və sıyrığı, təpə nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin faktiki halları

1. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Samir” və digər tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 yanvar 2025-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən “Çinar” kafesində olarkən digər masada sərxoş vəziyyətdə əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq onların əyləşdikləri masadakı xanıma baxmasını bəhanə edərək söhbət etmək adı ilə Zərərçəkmiş şəxs kafenin digər hissəsinə apardıqdan sonra orada “Samir” və digər şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vurmaqla sonuncuya burun sümüklərinin yerdəyişməyən sınıqları ilə müşayiət olunan burun nahiyəsinin qançır şişkinlik halında əzilməsi və sıyrığı, təpə nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib cibindəki 500 manat pulu ələ keçirərək birlikdə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs maddi ziyan vuraraq quldurluq etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. xx.xx.2025-ci il tarixli raportdan (cild 01, iş vərəqə 3) görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən DİN-nin 102 zəng mərkəzinə 3-4 nəfər şəxs tərəfindən döyülməsi və üzərində olan 500 azn pulun alınması barədə məlumat daxil olmuşdur.

3. xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 6-7) görünür ki, Zərərçəkmiş şəxs 14 yanvar 2025-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Çinar” kafesində ona qarşı zor tətbiq edilərək 500 manat pulunun ələ keçirildiyi yeri göstərmişdir.

4. xx.xx.2025-ci il tarixli ərizədən (cild 01, iş vərəqə 10) görünür ki, xx.xx.2025-ci il tarixədək, saat 02.00 radələrində ünvan 3 ünvanında yerləşən “Çinar” kafesində tanımadığı şəxslər onu döymüş və cibində olan 500 manat pul vəsaitini götürərək oradan uzaqlaşmışlar.

5. xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan (cild 01, iş vərəqə 11-12) görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli sərxoşluq vəziyyəti olmuşdur.

6. xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan ( cild 01, iş vərəqə 17-18) görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.

7. 18.01.2025-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 30-32) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs foto şəklini tanıyaraq onun 14 yanvar 2025-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Çinar” kafesində ona qarşı zor tətbiq edərək 500 manat pulunu ələ keçirən şəxslərdən biri olduğunu göstərmişdir.

8. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 43) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20.10-da Nəimi RPİ-nin İŞdə tutulmuşdur.

9. 07 fevral 2025-ci il tarixli cinayət işi üzrə əmlin tövsif edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 52) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 181.1ci maddəsindən, həmin Məcəllənin 181.2.1-ci maddəsinə tövsif edilmişdir.

10. 07 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 55) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır.

11. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-89/2025 saylıı, xx.xx.2025-ci il tarixli qərarından (cild 01, iş vərəqə 71-73) görünür ki, Təqsirləndirilən şəxs barəsində həsb qətimkan tədbiri seçilmiş, həbstmənin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən (cild 01, iş vərəqə 94-95) görünür ki, xx.xx.2023cü il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir.

13. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-cı il tarixli 71 nömrəli rəyindən (cild 01, iş vərəqə 107-110) göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüklərinin yerdəyişməyən sınıqları ilə müşayiət olunan burun nahiyəsinin qanşır-şişkinlik halında əzilməsi və sıyrığı, təpə nahiyəsinin dəri altı hematoması, alın nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər. Qərarın təsviri hissəsində göstərilən, xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmişin göstərdiyi şəraitdə yəni insan bədəninin hissələrinin (baş, əl, ayaq) təsirindən törənə bilərdilər.

14. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-cı il tarixli 1235 nömrəli rəyindən (cild 01, iş vərəqə 122-123) göründüyü kimi, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir pisixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterininin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.

15. 02.05.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 128-133) görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 181.2.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından "Samir" adlı şəxsin va qeyrilərinin barəsində CM-nin 181.2.1-ci maddəsi ilə müstəqil icraata cinayət işinin ayrılması və ********* nömrəli cinayət işinin materiallarında olan zəruri sənədlərin surətinin çıxarılaraq ayrılmış cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 181.2.5, 128, 221, 180 və 177.2.5-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-cı il tarixli 1235 nömrəli rəyinin, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-cı il tarixli 71 nömrəli rəyinin istintaq materiallarına uyğun verildiyi üçün sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin özünü müdafiə xarakteri daşıdığı üçün vəsatət kimi qəbul edilərək rədd edilməsinin nəzərə alınması qərara alınmışdır.

16. Cinayət işi materiallarından başqa cinayətişinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 135-136) görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə müstəqil icraata "Samir" adlı şəxsin və qeyrilərinin barəsində ********* nömrəli cinayət işinin ayrılması və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılmaqla, ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunması qərara alınmışdır.

17. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs müəyyən olunmadığı üçün icraat təqsirləndirilən şəxs müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinin tələblərinə əsasən dayandırılmışdır.

18. 16 oktyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər bildirirlər ki, xx.xx.2025-ci il tarixdə axşam radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında “Çinar” kafesində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüngül xəsarət yetirmişdir. Aralarında baş vermiş anlaşılmazlıq həl olmuşdur və Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdirş. Zərərçəkmiş şəxs Ragif oğlu ilə Təqsirləndirilən şəxs arasında barışıq olduğu üçün bir-birlərinə qarşı iddia, şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Tərəflər bildirirlər ki, gələcəkdə bu işlə bağlı bir-birlərinə qarşı heç bir məhkəmə orqanına şikayət etməyəcəklər.

19. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur

20. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ragif oğlu ifadəsində göstərmişdir ki, hadisə 14 yanvar 2025-ci ildə Bakı şəhərində yerləşən “Çinar” kafesində baş vermişdir. Kafedə dava baş vermiş və o da bunu görüb, kafedən qaçıb uzaqlaşmışdır. “Kontakt Home” mağazasının yanına çatan zaman əllərini ciblərinə salmış və bu zaman cibində olan pulların yoxa çıxdığını müəyyən etmişdir. O hadisə zamanı içkili olmuş, Təqsirləndirilən şəxs ilə dava etmişdir. Nə hadisənin təfərrüatlarını, nə də Elmanı tanımır. Elmanı əvvəllər tanımamış, onu yalnız mübahisə zamanı görmüşdür. “Çinar” kafesinə ara-bir gedirdi. Hadisə günü kafeyə Sadiq ilə birlikdə istirahət etmək məqəsədi ilə axşam saatlarında getmişdir. Hadisə mahnı sifarişi ucbatından yaranan anlaşılmazlıqdan başlamışdır. Hadisədən əvvəl 1 bokal pivə qəbul etmişdir. O mahnı sifariş etməmişdir. Anar adı ilə tanıdığı, əsl adı Təqsirləndirilən şəxs olan şəxs aralarındakı münasibətləri aydınlaşdırmaq üçün onu kafedən çölə dəvət etmiş, onlar Elmanla kafenin içərisində söhbət etməyə başladılar. Elman onunla danışan zaman kimsə onu arxadan vurmuş, o, yıxılmış və yerdə olarkən bir neçə nəfər şəxs onu döyməyə başlamışdır. Elman da onların içərisində idi. Elmanın və digər şəxslərin də onu hansı səbəbə vurduğu ona aydın deyildi. Onu vuran digər şəxslərdən biri Samir adı ilə tanıdığı şəxs idi. Digərlərini isə tanımır. Onu vuran şəxslər ona heç bir irad tutmadan, səbəbsiz yerə anidən döyməyə başlamışlar. Onu döyən şəxslər 6-7 nəfər olmuş, Elman onu döydükdən sonra özünü Anar kimi ona təqdim etmişdir. O, döyüldükdən dərhal sonra ayağa qalxaraq qaçıb kafeni tərk etmişdir. Qaçan zaman onun kafedə heç bir əşyası qalmamış, hadisə zamanı üzərində 526 manat pul olmuş, lakin üzərində mobil telefon olmamışdır. Həmin pulların 400 manatı yüzlük, 100 manatı əllilik əskinazlardan ibarət idi. Kafedə cəmi 03 manat musiqiçilərə pul vermişdir. Başqa pul xərcləməmişdir. Pullarının 500 manatlıq hissəsi bir cibində, 26 manatlıq hissəsi isə ayrı cibində idi. Musiqiçilərə verdiyi 3 manatı, 26 manat olan cibindən götürmüşdür. O, “Kontakt Home” mağazasının yanına çatan zaman cibində olan pulların yoxa çıxdığını görmüş, lakin pulların hara yoxa çıxması və ya kim tərəfindən götürülməsi ona məlum deyil. Hadisədən əvvəl Elmanı görməmiş, onunla göz kontaktı qurmamışdır. O, Elmanın quldurluq niyyətini sezməmişdir. Dava zamanı da Elmanın quldurluq niyyəti olmamışdır. O, davadan sonra Elman ilə söhbət etməmişdir. O, pulun cibindən düşməsini də istisna etmir. O, Elman ilə üzbəüz söhbət edərkən onu kimsə arxadan vurmuşdur. Arxasında bir çox şəxs var idi və o, kimin tərəfindən vurulduğunu bilməmişdir. Dava zamanı yalnız o döyülmüşdür. O nə səbəbə döyüldüyünü bilmir. Elman və digərləri onu döydükdən sonra, o, qapını açıb qaçmışdır. Ona arxadan ilk zərbə vurulduqdan sonra, o huşunu itirmiş və bir çox şəxsin onu vurduğunu hiss etmişdir. Onu vuran şəxslər, eyni zamanda ünvanına nalayiq ifadələr işlədirdilər. Həmin vaxt Elman da onu vururdu. Elman onu tanış olmaq məqsədi ilə geri çağırmışdı. O, qadınlara tamaşa edən zaman, Elman onu söhbət etmək üçün çağırmışdı. Kafedə olan şəxslərin heç birini tanımadığı üçün aralarındakı münasibətlər ona məlum deyildi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Elman dalınca gəlməyib. Lakin digər şəxslər arxasıyca gələrək, hadisə barədə polisə şikayət etməməsini tələb etmişlər. Elman onun cibinə girməyib. Dava zamanı şalvarının cibləri cırılmışdı. Hadisə zamanı əynində olan şalvarın materialı cins idi. Polis bölməsinə gedərkən əynində başqa şalvar var idi. Təqsirləndirilən şəxslə barışmış və heç bir şikayət və tələbi yoxdur.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə baş verən dövrdə o icarədar kimi obyekt işlədirdi. Zərərçəkmiş şəxs onun tanışıdır və hadisə günü sonuncu ilə görüşərək, birlikdə yeyib-içmişlər. Daha sonra məclislərini davam etdirmək üçün, digər dostları ilə birlikdə Çinar kafesinə gəlmişlər. Nicat da onlara qoşulub gəlmişdir. Hadisə də elə Çinar kafesində baş vemişdir. Onların niyyəti təxminən 30 dəqiqə kafedə əyləşib, daha sonra evə yollanmaq idi. Lakin Nicat əyləşdikdən sonra bir çox sifariş verməyə başlamışdır. Onların planı belə olmadığı üçün, o ayağa qalxıb hesabı ödəmiş və bundan sonra onların masasına əlavə heç nə gətirməməyi ofisiantlara tapşırmışdır. Həmçinin Nicat artıq öz hərəkətlərini idarə edə bilmir, digər masalarda əyləşən şəxslərə sataşırdı. O, Elmanın əyləşdiyi masaya tərəf nalayiq ifadələr deməyə başladı. Elman da onu münasibətlərini aydınlaşdırmaq üçün kafenin içərisindəki otaqların birinə dəvət etdi. Daha sonra Elman ilə Nicat arasında baş verənlər barədə hər hansı məlumatı yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elman masada xanımlarla birlikdə əyləşmişdir. Lakin həmin qadınları tanımır. Elmanın əyləşdiyi masada kişi də var idi. Elman Nicatı kafenin içərisindəki otaqların birinə dəvət etmişdir. Nicatın döyülməsini görməmişdir. Elman Nicatı başqa otağa apardıqdan sonra, o kafedə qalmamış, çıxıb getmişdir. Nicat onun dostu deyil sadəcə tanışıdır. Nicat onun işlətdiyi kafeyə gəlibgedirdi. Mübahisə zamanı artıq o kafedən çıxıb getmişdir. Nicatın üzərində pul olmadığını hesab edir. Həmin gün masanın hesabını o ödəmişdir, hətta Nicata siqareti belə o almışdır. Nicatın ona da borcu var idi, hadisə günü həmin borcu istəyən zaman, Nicat hələ əmək haqqı almadığını və borcu verə bilməyəcəyini bildirmişdir. Nicat hadisədən bir neçə gün sonra ona yaxınlaşaraq, bir neçə gün əvvəl Çinar kafesində baş verən dava-dalaş zamanı üzərində olan pulu itirdiyini bildirmişdir. O isə Nicata hadisə günü üzərində pul olmadığını demişdir. Hadisə günü Çinar kafesinə gəlməmişdən əvvəl Nicat ilə birlikdə spirtli içki qəbul etmişdir. Nicat adətən yeyib içdikdən sonra hesab gələn zaman hesabı ödəyə bilmir, həmişə müxtəlif bəhanələr gətirir, bir neçə gün sonra borcunu ödəyəcəyini bildirirdi. Çinar kafesinə yollanmağı Nicat ona təklif etmişdi. İlk dəfə hadisə günü o, Çinar kafesinə getmişdir. Başqa bir vaxtda orada olmamışdır. Hətta hadisə günü, Çinar kafesində olarkən, Nicata siqaret almışdır. Nicat Çinar kafesində olarkən, ondan borc pul da istəmiş, lakin o verməmişdir. Ayağa qalxıb hesabı ödəyib getmək istəmişdir. Nicat isə hələ də kafedə oturur və getmək istəmirdi. Elman əvvəlcə nalayiq ifadə işlətməməsi üçün Nicata xəbərdarlıq etmiş, daha sonra Nicatı kənarda söhbət etmək üçün dəvət etmişdir. Elman Nicatla söhbət etmək üçün kənara keçən zaman tək olmuşdur. Elman ilə Nicat getdikdən sonra, o da kafedən çıxıb getmişdir. Çinar kafesində Nicatın Elmandan başqa bir şəxs ilə mübahisəsinin şahidi olmamışdır. Nicata kafedə olarkən başqa bir şəxs zorakılıq etməmiş, onlar hadisədən bir neçə gün sonra görüşmüşlər. O, hadisə günü Elmanın kafedə başqa şəxslərin yanında Nicatı pərt elədiyini bildirdi. Nicat özü də dava zamanı Elmanı vurmuş, ondan geridə qalmamışdır. Nicat ona Elmanın onu vurması barədə heç nə deməyib. Nicat ona hadisə günü kafedə pulunu itirdiyini bildirmişdi. Nicatın cibində olan pulunu itirməsinin Elman ilə hər hansı əlaqəsi olması barədə ona heç nə demədi. Nicat hadisə zamanı Elmanın tək olduğunu bildirmişdi. Elman onlardan istirahətlərini pozduğu üçün üzr istəmişdi. Elman Nicat ilə mübahisə edən zaman tək idi. Elmanın planlı şəkildə Nicata yaxınlaşdığını düşünmür.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Çinar kafesində bir nəfər qadınla birlikdə oturmuşdur. Daha sonra Təqsirləndirilən şəxs kafenin qarşısına gəldi. O Elmanı masaya dəvət edərək, 5-10 dəqiqə əyləşib, daha sonra getməsini ondan xahiş etdi. Elman da gəlib onların masada oturdu. Bir qədər sonra Nicat onların masaya söz atmağa başladı. Bu zaman Elman 2-3 dəfə Nicata müraciət edərək, masada xanımların əyləşdiyini və öz işləri ilə məşğul olmalarını bildirdi. Bu zaman Nicat söyüşlər söyməyə başladı. Elman masadan qalxaraq, Nicata yaxınlaşdı və söyüş söyməməsini tələb etdi. Nicat yenidən söyüş söyməyə başladı. Bu zaman Elman Nicatı kafedən çölə dəvət etdi. Elmanı əvvəllər tanımışdır. Elman kafeyə tək gəlmişdi. O kafedə Arzu adlı qadınla birlikdə əyləşmişdir. Arzu həmin kafenin işçisi deyil. O həmin kafeyə müştəri kimi getmişdir. Elmanla O təsadüfən qarşılaşdılar və o Elmanı kafeyə dəvət etdi. Elman onlarla eyni masada 10-15 dəqiqə əyləşdi. Elman daha sonra digər masaya keçdi. Elmanın digər masada əyləşdiyi şəxsləri tanımır. Elmanın nəyə görə digər masaya keçdiyini bilmir. Elman kafedə Nicat ilə dava etmədi. Elmanın Nicatın yanında əyləşən oğlana yaxınlaşaraq, Nicatın söyüş söyməməsini ondan xahiş etdi. Elmanın yerini dəyişdiyi masa, onların masadan 2-3 masa uzaqlıqda idi. Elmanın digər masada əyləşdiyi şəxsləri tanımır. Nicat yenidən onlara tərəf baxaraq, söyüş söydüyü üçün, Elman onun əyləşdiyi masaya yaxınlaşdı. Daha sonra ikisi mehribancasına çölə çıxdılar. O yalnız Nicat ilə Elmanı çölə çıxarkən görmüşdür. Yanlarında başqa şəxs yox idi. O dava anını görməmişdir. Elman Nicata qarşı təzyiq və təhrik etmədi. O yalnız Nicat ilə Elmanı çölə çıxarkən görmüşdür. Yanlarında başqa şəxs yox idi. Elman ilə Nicat kafenin arxa tərəfinə çıxdılar. Elman kafeyə tək gəlmişdi. , Elman Nicatı çölə dəvət edərkən tək idi.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, hadisə baş verən günü o kafeyə yaxınlıqda yerləşən obyektdən bazarlıq edirdi. Bu zaman ofisiantlar kafedə insident baş verdiyini ona bildirdilər. O, dərhal kafenin arxasına tərəf getdi. Orada yerləşən bir otağa daxil olan zaman, otaqda 2 nəfərin dava etdiyini gördü. Dava edənlər təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs idi. Orada başqa heç kim yox idi, onda dava edən şəxsləri aralamağa çalışırdı. Verilmiş suallara cavab verərək bildirmişdir ki, o, mübahisə edən tərəflərə yaxınlaşan zaman onlar bir-birinin yaxasından tutmuşdular. O, hadisə vaxtı kafenin icarədarı idi. Hazırda isə oranı işlətmir. Təqsirləndirilən şəxsı əvvəllər müştəri kimi tanımışdır. O, Elmanı Anar adı ilə tanımışdır. Hadisə axşam 23:00-00:00 saatlarında baş vermiş, həmin vaxt kafedə müştəri çox olmuşdur. Elman kafenin girişin sağ tərəfindən 3-cü yaxud 4-cü masada əyləşmişdi. Kafedə masalar ancaq sağ və sol tərəfdə yerləşir. Əks tərəfdən 6-cı yaxud 7-ci masada Elman əyləşmişdir. Elmanın masada tək yaxud başqa şəxslərlə birlikdə əyləşdiyini xatırlamır. Elmanın kafedə Aytac adlı dostu da var idi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Nicatın masası kafeyə girişdə, sağdan sola doğru sıra sayı ilə 9 ya 10 yaxud 11-ci masa idi. Nicatın masasında 03 nəfər əyləşmişdi. Nicat ilə eyni masada əyləşən şəxsləri tanımır. Həm Elmanı, həm də Nicatı cəmi 2-3 dəfə görmüşdür. Elmangilin masasının qarşısında 6-7 ədəd ad günü tədbiri keçirilən masa var idi. Bu səbəbdən qarışıqlıq idi və Elmanın kimlər ilə əyləşdiyini xatırlamır. O, hadisənin başlanğıcını görməmiş, sonuna tərəf gəlib çıxmışdır. Elman ilə Nicat hadisə zamanı bir-birinin yaxasından tutmuşdular. Orada başqa heç kim yox idi, o da dava edən şəxsləri ayırmağa çalışırdı. Hadisə kafenin koridorunda baş verib. Nicat içkili idi və yəqin ki, o söyüş söymüş və Anar da qarşılıq vermişdi. Nicat problemli insandır. O daha əvvəllər də kafeyə gəlib insident yaratmışdı. Nicat onun oraya gəlməsindən sonra da söyüş söyməyə davam edirdi. O gəldikdən sonra Elman Nicatı vurmadı. Amma daha əvvəl vurmuş və Nicatın burnu qanamışdı. Nicatın paltarları hadisə zamanı cırılmamışdı. Nicatın hadisə günü hansı paltar geyindiyini xatırlamır. O, Nicatın cibində 500 manat olduğuna inanmır. Belə ki, Nicat həmişə hesabı ödəmir, etdiyi sifarişlərin pulunu vermirdi. Siqaretini belə ona başqa şəxslər alırdı. O, masada Elman və Aytacdan başqa şəxsi görməmişdir. Nicatın hadisə günü masada əyləşdiyi dostu Nicatdan daha tez masadan qalxaraq, həmin ana qədər olan hesabı bağladığını, hətta Nicata siqaret belə aldığını bildirmişdi. O da bu nöqteyi nəzərədən Nicatın üzərində 500 manat pulun olmasına inanmır. Dava edənlər təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs idi. Orada başqa heç kim yox idi. Tək o yox, kafedəki digər şəxslər də mübahisə edən tərəfləri ayırmağa çalışırdı. Zərərçəkmiş şəxsin üstündəki paltarları cırılmamışdı. Ona daha sonra ofisiantlar Nicatın bir neçə dəfə söyüş söydüyünü, Elmanın da ona xəbərdarlıq etdiyini, lakin Nicatın buna məhəl qoymadığını bildirmişdi. Elmanı mübahisəyə Nicat təhrik etmişdi. Mübahisə edən tərəfləri o yalnız ayırmağa çalışırdı. Hazırda verdiyi ifadə mötəbər hesab olunsun. Elmanın oturduğu şəxsləri tanımır. Elmanın oturduğu şəxslər ilə əvvəlcədən tanışlıqları olub-olmadığını xatırlamır. Kafenin həm həyətini, həm də zalı çəkən video görüntü kameraları mövcud idi. Lakin kameralar bildiyi qədəri ilə koridorun qeydiyyatını aparmır. Kafenin koridorundan mətbəxə qədər hər yerdə video görüntü kameraları var idi. Müstəntiqin neçə gün sonra gəlib kamera görüntülərini götürdüyünü xatırlamır. Müstəntiq kamera görüntülərinə baxış keçirdi. Müstəntiq video kameraları bütün əlaqəli sistemi ilə birlikdə götürərək araşdırılması üçün aparmışdı. Daha sonra geri gətirmişdi. Lakin həmin zaman da artıq o kafedə işləmirdi. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

24. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ad günü şənliyindən çıxıb hadisə baş verən kafeyə gəlmişdir. Həmin zaman yanında qadın var idi. Zərərçəkmiş şəxs həmin xanıma baxıb ona söz atmışdır. O fikir verməyib, ayağa qalxıb yerini dəyişmişdir. Sonra Nicat söyüşlə danışmağa başlamış, o da sonuncudan “niyə söyüş söyürsən, kimə söyürsən?” deyə soruşmuş, zərərçəkmiş şəxs də “elə hamıya söyürəm” cavabı vermişdir. Onlar Nicatla münasibətlərini aydınlaşdırmaq üçün obyektin arxasına çıxmış, orada da elə aralarında sözsöhbət, əlbəyaxa dava olmuşdur. O, həqiqətin ortaya çıxması üçün kafenin içərisindəki kamera görüntülərinə baxmağı təklif etmiş, müstəntiq isə araşdırdıqlarını demişdir. Hadisə yanvar ayının 14-ü baş vermiş, o da fevralın 5-i tutulmuşdur. O, bölməyə gedəndə öyrənmişdir ki, Nicat ifadəsində guya cibində 500,00 Azərbaycan manatı pulun olması haqqında ifadə verib. Orada Samirin də olduğu deyilir, amma o tək olmuş, yanında sadəcə 2 xanım olmuşdur. Kafedə olan müşahidə kamerasında qeydə alınmış video görüntülərə baxış keçirilərsə zərərçəkmiş şəxs və onunla eyni stolda oturanların sayı cəmi 4 nəfər idi. O hadisədən sonra zərərçəkmiş şəxslə eyni stolda oturmuş digər şəxslərdən üzrxahlıq edib mehribancasına ayrılmışdır. Ondan sonra o həmin obyektdə 30-40 dəqiqə oturub, pivə içmişdir. Sonra da qalxıb evə getmiş, səhəri gün də işə getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o kafeyə gələndə yer olmadığından bir nəfər tanışının masasına əyləşmişdir. 2 nəfər də onunla birlikdə idi, onlar da masaya əyləşmişdi. Sonra isə onlar boş masaların birinə keçmişlər. Onunla kafeyə gələn 02 nəfər qadın idi. Xanımlardan birinin adı Şəlalə idi, digərinin adını bilmir. Ona oturmağı təklif edən xanım isə Aytac idi. Aytacın yanındakı şəxsləri tanımırdı. Aytacın yanında qadın da var idi, kişi də var idi. Kafedə dostlarından heç kim olmayıb, o, tək olmuşdur. Əvvəlcə içəriyə girəndə yer olmadığı üçün Aytacgillə bir yerdə oturmuş, sonra yanında gələn xanımlarla bir yerdə masalarını dəyişdirmişlər. Həmin kafe Çinar kafesi idi və Nicatı əvvəl tanımırdı. Nicat onun yanımdakı xanıma söz atdı Nicat içkili idi. Nicat o tərəfə baxıb söyüşlə danışırdı, o da bu səbəbdən Nicata yaxınlaşmışdır. Nicat əvvəlcə yanındakı xanıma söz atmış, həmin an o, heç nə deməmiş, sonra isə Nicat artıq söyüş söyəndə onun yanındakı oğlan İman “camaata niyə sataşırsan, özünə problem yaratma” deyə irad bildirmişdir. Sonra da o, stolunu dəyişsə də Nicat yenə də söyüşlə danışmağa davam etmişdir. Ondan sonra çöldə söhbət eləməyə çıxdıqda hər ikisi tək olmuşdur. Onları kafedə işləyənlər gəlib ayırmışdır. Kafedə Fuad, müğənni Azad, bir neçə nəfər müştəri, ofisiantlar olmuşdur. Nicatın burnundakı xəsarəti o yetirmişdir. Həmin xəsarət əlindəki üzüklə, ona yumruq vuranda yaranmışdır. Nicatı yumruqla vurandan sonra obyektin qabağına gəlib əl verib görüşmüş, sonra da Nicat çıxıb getmişdir, hətta təklif etmişdir ki, gəlib qonağı olsun. Ondan sonra Nicatın arxasınca getməmişdir. Hadisədən sonra 30-40 dəqiqə də kafedə oturmuşdur. Nicatın bir yerdə oturduğu şəxslərdən yalnız İmanı tanıyır. O, Şahid2 tanımır. Şahid1 kafenin inzibatçısıdır. Nicatdan 500,00 Azərbaycan manatı ələ keçirməmişdir. Üzləşdirmə aparılan zaman Nicat onu heç tanımırdı. Nicat söyüş söyəndə İman eşitmişdi. Birinci dəfə Nicat söz atıb, söyüş söyəndə o fikir vermədi, masanı dəyişdirdi.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

25. Maddə 128.Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

26. Maddə 181.2.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdəsəkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

27. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

28. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdi.

29. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq ediliR.

30. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır

31. Maddə 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirlir.

32. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1-59.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

33. Maddə 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.

34. Maddə 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

35. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

36. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

38. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-cı il tarixli qərarı

40. Bənd 1. Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür.

41. Bənd 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır.

42. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun.

43. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarı

44. Bənd 3. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı

45. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarı

46. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarı

47. Bənd 5.1. Məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).

Avropa Məhkəməsinin presedent hüququ:

48. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi

49. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib cibindəki 500 manat pulu ələ keçirərək birlikdə hadisə yerindən uzaqlaşmış və quldurluq cinayət əməlini törətmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qarşısında duran ən vacib məsələ təqsirləndirilən şəxsin konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməkdən ibarətdir.

51. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Ragif oğluna münasibətdə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir.

52. Məhkəmə istintaqı zamanı tətqiq edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi materiallarında olan ekspertiza rəyləri və.s ilə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanın gəldiyi nəticə düzgün deyildir.

53. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, həqiqətən də 14 yanvar 2025-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən “Çinar” kafesində zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında mübahisə məhz zərərçəkmiş şəxsin ictimai qaydaya zidd hərəkətləri səbəbindən başlanmışdır. Belə ki, zərərçəkmiş şəxsin yanlarındakı masada əyləşən xanımlara, təqsirləndirilən şəxsə və ümumən hər kəsə qarşı nalayiq ifadələrlə söyüş söyməsində ifadə olunan ictimai əxlaq normalarına zidd hərəkətləri nəticəsində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yaxınlaşaraq təklikdə söhbət edib məsələni aydınlaşdırmaq istəmiş, lakin aralarındakı mübahisə gərginləşərək əlbəyaxa davaya çevrilmişdir. Həmin mübahisədə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsdən başqa kənar şəxs iştirak etməmiş və mübahisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanında əyləşən xanıma söz atması və daha sonra nalayiq ifadələr işlətməsi səbəbindən baş vermiş, kafedə çalışan şəxslər onları ayırmışdır.

54. İş üzrə Şahid2 Zərərçəkmiş şəxs ilə birlikdə kafeyə gəldiyini, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin masasında əyləşən xanımlara söz atdığını, Təqsirləndirilən şəxs bu barədə ona xəbərdarlıq etməsinə baxmayaraq zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətməyə davam etdiyini bildirmiş və bu səbəbdən təqsirləndirilən şəxs məsələni aydınlaşdırmaq üçün zərərçəkmiş şəxsi kafenin arxa tərəfinə çağırdığını, aralarında mübahisə və əlbəyaxa dava olduğunu, həmçinin Zərərçəkmiş şəxs üzərində pul olmadığını, hətta zərərçəkmiş şəxsin ondan borca pul istəməsi və ona siqareti də özünün aldığı barədə ifadəsində göstərmişdir. Bundan əlavə digər Şahid1 Zərərçəkmiş şəxs əvvəllər də kafedə sifariş etdiklərinin dəyərini ödəmədiyini, sonuncunun narahat insan olduğunu, əvvəllər də kafeyə gələrək müxtəlif insidentlər yaratdığını, bütün bu səbəblərdən hadisə vaxtı onda 500 AZN pulun mövcud olduğuna inanmadığını, mübahisənin yaranmasına səbəbin zərərçəkmiş şəxsin ictimai qaydanı pozan qanunsuz hərəkətləri olduğunu, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi mübahisəyə təhrik etdiyini, mübahisə iştirakçılarının yalnız zərərçəkmiş və təqsirləndirilən şəxsdən ibarət olduğunu bildirmişdir.

55. Məhkəmə iş üzrə Şahid2 ittiham tərəfinin şahidi, həmçinin zərərçəkmiş şəxsin tanışı olaraq ifadəsində göstərdiklərinin iş üzrə mötərəbər və cinayət işi üzrə obyektiv həqiqətin aşkar edilməsində xüsusilə mühüm sübut növü kimi qiymətləndirir.

56. Həmçinin cinayət işi materiallarında və iş üzrə tərəflərin ifadələrində zərərçəkmiş şəxsin üzərində ittihamda göstərilən 500 AZN miqdarında pul olması barədə heç bir sübut yoxdur. Hətta iş üzrə dindirilmiş şahid ifadələri ilə Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində həqiqətən 500 AZN pulun olması və həmin pulun Təqsirləndirilən şəxs tərəfindən quldurluq cinayəti törədilməklə ələ keçirilməsinə məhkəmə kollegiyasında əsaslı şübhələr yaranmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı onun üzərində mövcud olması iddia edilən 500 AZN pulu Təqsirləndirilən şəxs götürmədiyini qeyd etmiş, hətta həmin pulun kafedən çıxdıqdan sonra düşüb itə bilməsi ehtimalının olduğunu da təkzib etməmişdir.

57. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin "şəxsiyyəti istintaqa məlum olmayan “Samir” və digər tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək” məzmunlu verilmiş ittiham da öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ittiham verərkən onun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq şəxsiyyəti istintaqa məlum olmayan “Samir” və digər tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vurmaqla sonuncuya burun sümüklərinin yerdəyişməyən sınıqları ilə müşayiət olunan burun nahiyəsinin qançır şişkinlik halında əzilməsi və sıyrığı, təpə nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib cibindəki 500 manat pulu ələ keçirərək birlikdə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs maddi ziyan vuraraq quldurluq etmişdir” kimi göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxslərin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”.

58. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.

59. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır.

60. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində quldurluq cinayəti törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, “Samir” və digər şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vurmaqla sonuncuya burun sümüklərinin yerdəyişməyən sınıqları ilə müşayiət olunan burun nahiyəsinin qançır şişkinlik halında əzilməsi və sıyrığı, təpə nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib cibindəki 500 manat pulu ələ keçirərək birlikdə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs maddi ziyan vuraraq quldurluq əməlləri törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.

61. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“şəxsiyyəti istintaqa məlum olmayan ”Samir” və digər tanışları ilə” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir.

62. Beləliklə, məhkəmə kollegiyası belə qərara gəlir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında” quldurluq cinayərinin törədilməsi halı da sübuta yetirilməmişdir.

63. İş üzrə bütün şahidlər və təqsirləndirilən şəxs mübahisənin sadəcə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında baş verməsini bildirdiyi halda zərərçəkmiş şəxsin təkidlə bir neçə şəxs (bu hal ibtidai istitaq və məhkəmə dövründə zərərçəkmiş şəxs tərəfindən bəzən 2-3, bəzən isə 6-7 olaraq fərqli rəqəmlərlə göstərilmişdir) tərəfindən quldurluq cinayətinə məruz qalması barədə bildirməsi, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin fiziki göstəricilərinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı zor tətbiq edilməsi və sonuncunun pulunun ələ keçirməsi hadisəsinin baş verməsinə məhkəmədə əsaslı şübhə yaradır. Bundan başqa məhkəmə iş üzrə nəticəyə gələrkən zərərçəkmiş şəxsin üzərində dediyi miqdarda pul olduğu halda nəyə görə tanışı olan Şahid2 ona siqaret almasını, həmçinin sonuncudan aldığı borcu qaytara bilməməsini, əvvəllər də həmin kafedə verdiyi sifarişlərin hesabını ödəmə iqtidarında olmamasını və öz tanışı Sadiqə pulunun hadisə vaxtı itdiyini bildirdiyi zaman tanışının ona həmin gün üzərində pul olmadığını bildirməsini, iş üzrə bütün şahidlərin tərəflər arasında mübahisənin səbəbinin zərərçəkmiş şəxsin nalayiq ifadələrə işlətməsi barədə əsaslı şübhələri təqsirləndirilən şəxsin xeyrinə nəzərə alır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Basqın dedikdə, təqsirləndirilən şəxsin zərəçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşaiyət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə bir basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlmiş olsun.

65. Məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs hərəkətləri, yalnız zərərçəkmiş şəxsi nalayiq ifadələrlə söyüş söydüyü üçün əvvəl bir neçə dəfə ona irad bildirmək, daha sonra sonuncunun ictimai qaydaya zidd əməllərini davam etdirməsi nəticəsində sonuncunu söhbət etmək üçün kafenin arxa tərəfinə, yəni insanların olmadığı yerə aparması və aralarındakı sözlü mübahisənin gərginləşərək əlbəyaxa davaya çevirilməsindən və bu zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri ilə müşayiət olunana yüngül xəsarət yetirməsindəın ibarət olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qəflətən basqın etməməsi, təqsirləndirilən şəxsin niyyətinin zərərçəkmiş şəxsin hər hansı əmlakının ələ keçirilməsi deyil, məhz onun ictimai qaydanı pozan insanları təhqir etməyə, nalayiq ifadələr işlətməyə yönələn hərəkətlərinin qarşısını almaq, məsələni aydınlaşdırmaq məqsədi daşımışdır. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, quldurluq formal tərkibli cinayətdir və subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə, o cümlədən sonuncunun əmlakını ələ keçirmə məqsədilə basqın etməmişdir. Ümumiyyətlə, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı üzərində olduğunu iddia etdiyi 500 AZN məbləğində pul vəsaitini nə birbaşa, nə də dolayı yolla Təqsirləndirilən şəxs götürmədiyini bildirmişdir.

66. Digər tərəfdən məhkəmə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olub-olmamasını da yoxlamışdır. Xuliqanlıq- yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivinin olmadığı müəyyən edilmişdir.

67. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir.

68. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən törədilmişdir. Bu cinayətin törədilməsində məhz o, təqsirlidir.

69. Təqsirləndirilən şəxs əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir.

70. Bundan başqa, məhkəmədə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmiş və bu səbəbdən də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur.

71. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra qanunsuz əməlinə tənqidi yanaşaraq törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə ödəməklə əməlinin ictimai təhlükəliliyini aradan qaldırmışdır.

72. Bundan başqa təqsirləndirilən şəxsin əməli böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir.

73. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir.

74. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri xitam olunur.

75. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir.

76. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur.

77. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Məmmədli X1 və suverenlik ili münasibəti ilə Amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarın 5.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar