Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1356/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1984-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Quruzma ərazi dairəsi, Kovlar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu. Masazır qəsəbəsi, qurtuluş 93, bina 25-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir; belə ki, Təqsirləndirilən şəxs 2016-cı ilin ortalarında ünvan 1 ünvanında olarkən Zərərçəkmiş şəxs1 ilə danışaraq ona Türkiyə Respublikasının Konya şəhərində qadın gözəllik salonlarının birində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 29 iyul 2016-cı il tarixdə saat 18:56-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Konya şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 01 avqust 2016-cı il tarixdən 16 avqust 2016-cı il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir; bundan başqa. Təqsirləndirilən şəxs təkrarən, 2019-cu ilin aprel ayının sonlarında ünvan 2 ünvanı tam bəlli olmayan fərdi yaşayış evində olarkən Zərərçəkmiş şəxs2 ilə danışaraq ona Türkiyə Respublikasının Konya şəhərində normal, yüksək gəlirli iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş. Zərərçəkmiş şəxs2 razilıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 10 may 2019-cu il tarixdə saat 17:45-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Konya vilayətinin Karaman şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 12 may 2019-cu il tarixdən 16 may 2019-cu il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ilin sonlarından Türkiyə Respublikasına ticarətlə məşğul olmaq üçün gedib-gəlmiş, o, Türkiyə Respublikasında alverlə məşğul olmaqla bərabər maddi ehtiyaclarına görə orada tanış olduğu kişi müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmuş, təxminən 2016-cı ilin may ayında Türkiyə Respublikasından qayıdarkən yolda tanış olduğu qadınla söhbət etdiyi zaman qadın Türkiyə Respublikasının Konya vilayətinin Karamanlı şəhərində yaşayan türk vətəndaşı olan Adəm adlı şəxsin mobil telefon nömrəsini ona vermiş, o, Adəmlə danışdıqdan sonra Adəm ona özü ilə bərabər yanına bir və ya iki qadın da gətiməsini təklif etmiş, o, həmin vaxt Bakı şəhərindən tanıdığı Nəzakət adlı qadını özü ilə birlikdə Adəmin yanına aparmağı qərarlaşdırmış, həmin vaxt Nəzakətin maddi sıxıntıları olduğunu bildiyi üçün Nəzakətə bu təklifi etdiyi zaman Nəzakət onunla razılaşacağına əmin olmuş, bundan sonra o, Nəzakətin istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq Nəzakətə onunla birlikdə işləmək üçün Türkiyə Respublikasının Konya vilayətinin Karamanlı şəhərinə getməyi təkulif etmiş, Nəzakət onunla razılaşdıqdan sonra onlar 29 iyul 2016-cı il tarixdə Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan da avtobus vasitəsilə Türkiyə Respublikasının Konya vilayətinin Karaman şəhərinə getmişlər; Nəzakət üçün bileti Adəm almış, orada onları Adəm qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, Adəm ona Azərbaycandan qadın gətirməyinə görə pul verəcəyini vədd etsə də o Adəmdən pul almamışdır; bundan sonra o və Nəzakət oraya gələn müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağa başlamış, Adəmin ondan xoşu gəldiyi üçün onlar ərarvad münasibətində yaşamış və bundan sonra o, müştərilərlə görüşməmiş, lakin Nəzakət pul qarşılığında müştərilərlə görüşməyə davam etmiş, bir müddət sonra Adəmlə Nəzakət arasında mübahisə yarandığı üçün Adəm ona Nəzakəti geri göndərmək lazım olduğunu demiş, o da Nəzakətə özünün də Bakı şəhərinə qayıtmalı olduğunu bildirib Nəzakəti İstanbul şəhərinə yola salmış, Bakıya gəldikdən sonra isə onlar biri-biri ilə əlaqə saxlamamışlar, Nəzakət Türkiyədə onlarla birlikdə təxminən 15 gün qalmış, hətta o, Nəzakətlə Ankara şəhərinə qədər birlikdə getmişdir. 2019-cu ilin əvvəllərində tanışı Şəlalə Məməmdova ondan özü ilə birlikdə Adəmin yanına aparmasını xahiş etmiş, o, bu barədə Adəmə məlumat verdikdən sonra Adəmlə Şəlalə instagram sosial şəbəkəsindən əlaqə saxlamışlar, onun bildiyinə görə Şəlalə İstanbul şəhərinə gedib orada fahişəliklə məşğul olmuş, hətta eşitdiyinə görə əvvəllər də Adəmin yanında da fahişəliklə məşğul olmuşdur; Adəm də Şəlalənin gəlməyinə razılıq verdikdən sonra onlar getməyi qərarlaşdırmış və birlikdə 10 may 2019-cu il tarixdə Şıxlı nəzarət buraxılış məntəqəsindən keçərək Gürcüstana, oradan da Türkiyə Respublikasın Konya vilayətinin Karaman şəhərinə Adəmin yanına getmişlər. Onun orada deportasiya edilmə məsələsi olduğu üçün Gürcüstandan Türkiyə Respublikasına keçə bilməsəydi Şəlalə özü Adəmin yanına gedəcəkdi, lakin o, deportasiya edilmədiyi üçün Şəlalə ilə birlikdə Adəmin yanına getmişlər, Şəlalə getdiyi gün Adəmin tapdığı müştəri ilə cinsi əlaqədə olmuşdur. Ondan sonra müştəri ilə cinsi əlaqədə olmamış, Şəlalə orada bir gün Adəmin tapdığı müştəri ilə görüşmüş, bir müddət sonra Şəlalə evdə olan vəziyyətlə əlaqədar Bakı şəhərinə qayıtmaq istədiyini bildirdikdə Adəm də buna etiraz etməyərək Şəlaləni Azərbaycana yola salmışdır; O, həmin müddət ərzində də Adəmlə ər-arvad münasibəti olduğu üçün işləməmiş, sadəcə olaraq Adəm xəstə olduğu üçün Adəmə baxmışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Bakı şəhərində müxtəlif çay evlərində xidmətçi kimi işləyib günlük 10-15 manat pul qazanıb ailəsini saxlamış, çay evlərində işləyən zaman təxminən 2016-cı ilin əvvəllərində Kəmalə adlı qadınla tanış olmuş və Kəmalə ilə yaxın münasibəti yaranmış, Kəmalə tez-tez onun yaşadığı evə gəlib-getmiş, o, həmin zamanlar da hazırda yaşadığı ünvan 3 ünvanında yaşamışdır; 2016-cı ilin ortalarında Kəmalə onun yaşadığı evə gəldiyi zaman maddi sıxıntıları olmuş, bu barədə Kəmalə ilə söhbət edən zaman Kəmalə ona əgər istəsə Türkiyə Respublikasına gedib orada yaxşı iş tapa biləcəyini bildirmiş, o, Kəmalədən necə olacağı barədə soruşduqda Kəmalə Türkiyə Respublikasında tanışlarının olduğunu, ikisi birlikdə gedib orada gözəllik salonlarının birində işləyə biləcəklərini bildirmiş, o, Kəmaləyə heç zaman xarici ölkədə olmadığını bildirdikdə Kəmalə narahat olmamağını tapşırmış və pasport almaq üçün ona hazırda xatırlamadığ məbləğdə pul vermiş, o, gedib özünə pasport almış, Kəmalə avtobusa hər ikisi üçün bilet aldıqdan sonra onlar Kəmalə ilə birlikdə 29 iyul 2016-cı il tarixdə Bakı Beynəlxalq avtovağzalından Türkiyə Respublikasına yola düşmüş və 29 iyul 2016-cı ildə Şıxlı nəzarət-buraxılış məntəqəsindən Gürcüstana, oradan da Türkiyə Respublikasına gedərək 31 avqust 2016-cı il tarixdə Türkiyə Respublikasının Konya vilayətinin Karaman şəhərinə çatmışlar, orada Kəmalə kirayə ev tutmuş və oraya yerləşmişlər, 01 avqust 2016cı il tarixdə Kəmaləyə iş barədə sual verdikdə Kəmalə onun işi pul müqabilində kişi müştərilərlə görüşməkdən ibarət olacağını bildirmiş, o, Kəmaləyə təəccüblə baxmış və onunla zarafat etdiyini düşünmüş, lakin sonradan Kəmalənin ciddi olduğunu görmüş və Kəmaləyə bunu etməyəcəyini bildirmiş, Kəmalə ona burada heç kimi tanımadığını bildirib nə dedisə onu da etməli olacağını bildirmiş, həmin vaxt onun mobil telefon nömrəsi olmadığı üçün heç kimlə əlaqə saxlaya bilməmiş, Kəmalə onun gəlməyi üçün pasport və bilet pulu verdiyini bildirib borclu olduğunu demiş, o, artıq çıxış yolu olmadığını görüb Kəmalə ilə razılaşmış, həmin gündən sonra Kəmalə onunla görüşdürmək üçün kişi müştərilər tapmış və o da həmin evdə müştərilərlə cinsi əlaqədə olmuş, Kəmalə onu hər gün 5-6 kişi müştəri ilə cinsi əlaqədə olmağa məcbur etmiş, Kəmalə müştəri ilə özü danışmış və özü müştərilərdən pul almış, lakin Kəmalə ona hər hansı məbləğdə pul verməmiş, bir neçə gündən sonra müştərinin mobil telefonundan istifadə edib Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan qohumlarına zəng etmək istədikdə Kəmalə bundan xəbər tutmuş və aralarında mübahisə düşmüşdür; o artıq evdən qaçmaq istəsə də Kəmalə buna imkan verməmiş, təxminən 16 avqust 2016-cı il tarixdə Kəmalə Azərbaycan Respublikasına qayıtmalı olduğunu bildirmiş və onu evdən çıxarıb pulsuz vəziyyətdə orada qoyub çıxıb getmiş, bundan sonra Karaman şəhərində tanımadığı şəxslərdən birindən xahiş edib Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan qohumları ilə əlaqə yaratmış və qohumlarına pulsuz vəziyyətdə Karaman şəhərində qaldığını bildirmiş, bundan sonra həmin qohumları ona bilet almış və o, avtobus vasitəsilə İstanbul şəhərinə getmiş, orada qahumlarının evinə gedib bir neçə gün qalmış, qohumlarına iş üçün gəldiyini, lakin alınmadığı üçün pulsuz qaldığını bildirmiş, bundan sonra qohumları ona bilet alıb Bakı şəhərinə yola salmışlar, o, 29 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdür. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Kəmalə adlı qadınla təxminən 2018-ci ilin mart ayında Biləcəri qəsəbəsində tanış olmuş, bir müddət tanışlıqdan sonra aralarında yaxın münasibət yaranmış və sonra Kəmalə ara-bir onun kirayə yaşadığı mənzildə qalmış. Təxminən 2019cu ilin aprel ayının sonlarında Kəmalə onun işsiz olduğunu bilib ona əvvələr Türkiyə Respublikasında müxtəlif yerlərdə yaşadğını, yaxşı tanışlarınını olduğun, həmin tanışları vasitəsi ilə ona Türkiyə Respublikasında yaxşı iş tapa biləcəyini demiş, o, razılıq verməmiş və oradan məişət əşyaları gətirib satsa da yaxşı qazanc əldə edə bilmədiyini bidirmiş, maddi cəhətdən çətinlik çəkdiyindən Kəmaləyə bilet və yol pulunun olmadığını demiş, lakin Kəmalə ona konkret nə işlə məşğul olacağını deməmiş, sadəcə olaraq tanışlarının olduğunu və yüksək gəlirli iş tapacağını bildirmişdir; bundan sonra Kəmalə hər gün onunla əlaqə saxlamış və getmək üçün hazırlaşmağını tapşırırmış, onlar 10 may 2019-cu il tarixdə Şıxlı nəzarət-buraxılış məntəqəsindən avtobus vasitəsi ilə Gürcüstandan keçərək Türkiyə Respublikasının Konya şəhərinin Karaman vilayətinə getmişlər, onlar bir qədər dincəldikdən sonra Kəmalənin kirayə tutduğu mənzilə getmiş, 11 may 2019-cu ildə axşam saatlarında onlar Konyaya çatmışlar, o, Kəmaləyə burada nə iş görəcəklərini soruşduqda Kəmalə ona nəzarəti altıda gətirdiyi kişi müştərilərə cinsi xidmət göstərəcəyini demiş, o, əvvəl bunu zarafat kimi qəbul etsə də sonradan Kəmalənin fikrinin ciddi olduğunu başa düşmüş, Kəmalə ona dediklərini etmədiyi təqdirdə birlikdə yaşadığı türk sevgilisinin vasitəsi ilə onu zorlayıb videogörüntüyə çəkərək yaxınlarına göndərəcəyi ilə hədələməyə başlamış, o, çarəsiz vəziyyətə düşmüş və Kəmalənin orada sevgilisi olduğunu həmin zamanlar bilməmişdir; o, Adəmi təxminən 1-2 dəfə evdə görmüş, lakin Adəmlə ünsiyyəti olmamış, həmin zamanlar yemək yemək və gecələmək üçün pulu da olmamış, o, ətraf ərazini tanımamış, düşdüyü vəziyyətə görə özünü qınamış, bundan sonra məcbur olub Kəmalənin təklifi ilə razılaşmış, təxminən 5-6-gün Kəmalənin gətirdiyi kişilərə cinsi xidmət göstərmiş, hər gün təxminən 10-15 nəfər müştəri olmuş, Kəmalə müştəriləri özü qəbul edərək onu müştərilərə təqdim etmiş, o, düşdüyü vəziyyətlə bağlı Kəmaləyə barəsində şikayət edəcəyini bildirmiş, artıq düşdüyü vəziyyətə dözə bilmədiyi üçün Kəmalə ilə mübahisə etməyə başlamış, çünki Kəmalə onu evdən buraxmamış, heç kimlə telefon əlaqəsi də saxlaya bilməmişdir; Kəmalənin müştərilərdən hansı miqdarda pul alması barədə onun məlumatı olmamış, Kəmalə ancaq ona gündəlik olaraq yemək vermis, sonra Kəmalə ilə mübahisə etmiş və onu sərbəst buraxmasa binadan qışqırıb polis çağıracağını bildirmiş, bundan sonra Kəmalə qorxmuş və onu sərbsət buraxmaq qərarına gəlmiş, Kəmalə ona 16 may 2019-cu ildə bilet alaraq Azərbaycan Respublikasına yola salsa da ona yol xərci verməmiş, beləliklə o, 18 may 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmiş, lakin utandığından başına gələnlər barədə heç kimə danışa bilməmiş, hər dəfə Kəmalənin onun başına gətirdikləri barədə fikirləşəndə stress keçirmiş, hətta bir neçə dəfə özünə qəsd etmək istəsə də hər dəfə azyaşlı uşaqlarına görə bu fikirdən daşınmışdır. Hazırda Təqsirləndirilən şəxs Qulamli qızı ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan 09 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir (1-ci cild iş vərəqi 70- 73). İşdə olan 09 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir (1-ci cild iş vərəqi 74-77). İşdə olan Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilməsi haqqında 13 may 2021-ci il tarixli protkoldan görünür ki, Zərərçəkmiş şəxs1 29.07.2016-cı il tarixdə saat 18:56 dəqiqədə «C00857527» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 29.08.2016-cı il tarixdə saat 00:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur; Zərərçəkmiş şəxs2 10.05.2019-cu il tarixdə saat 17:45 dəqiqədə «C01767269» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş. 18.05.2019-cu il tarixdə saat 01:16 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur; Təqsirləndirilən şəxs 29.07.2016-ci il tarixdə saat 18:56 dəqiqədə «C001138610» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 18.08.2016-cı il tarixdə saat 10:01 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə 10.05.2019-cu il tarixdə saat 17:45 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, 20.05.2019-cu il tarixdə saat 19:35 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur (1-ci cild iş vərəqi 47) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 07 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllr məhkum olunmamışdır (1-ci cild iş vərəqi 46). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 110-112). Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq və təhlil edilmiş sübutları, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq aşağıdakı qənaətə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş üzrə təqsirləndirilən şəxs X2 və zərərçəkmiş şəxslərin ifadələrinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmiəsi tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Kəmalə Cəfərvanın ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. X1rşı mübarizə haqqında 16 may 2005-ci il tarixli Konvensiyasının (Aəzarbaycan Respublikasının 11 may 2010-cu il tarixli Qanununu ilə təsdiq edilmişdir) 4-cü maddəsinə əsasən a) "İnsan alveri" dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə, qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən süi-istifadə etməklə və yaxud pul və ya digər maddi vəsaitlər vermək və ya almaqla hər hansı bir şəxsdən onun himayəsində olan şəxs barəsində razılıq almaqla, şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür. İstismar dedikdə, ən azı, başqalarını məcburi fahişəliyə cəlbetmə və digər cinsi istismar formaları, məcburi əmək və ya xidmətlər, köləlik, daxili orqanların çıxarılması və buna bənzər əməllər nəzərdə tutulur; b) “insan alveri” qurbanının həmin maddənin (a) bəndində nəzərdə tutulan istismar üçün öz razılığının olması (a) bəndində göstərilən üsullardan hər hansı birinin tətbiq olunduğu təqdirdə nəzərə alınmır; c) istismar məqsədilə uşaqların cəlb olunması, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi, hətta bu maddənin (a) bəndində qeyd olunan üsullardan heç biri tətbiq olunmadığı təqdirdə belə “insan alveri” hesab olunur; d) “uşaq” dedikdə on səkkiz yaşına çatmamış istənilən şəxs başa düşülür; e) “qurban” dedikdə bu maddədə anlayışı verilmiş insan alverinə məruz qalan istənilən fiziki şəxs başa düşülür. həmin Konvensiyanın 18-ci maddəsinə əsasən Konvensiyaya qoşulan hər tərəf həmin Konvensiyanın 4-cü maddəsində göstərilən hərəkətlər qəsdən törədildiyi təqdirdə, onların cinayət əməli kimi qəbul olunması üçün lazımi qanunvericilik və digər tədbirləri həyata keçirməlidir; həmin konvensiyanın 19-cu maddəsinə əsasən hər bir tərəf şəxsin insan alveri qurbanı olduğunu bilə-bilə onun, bu Konvensiyanın 4-cü maddəsinə uyğun olaraq istismar obyekti "hesab olunan xidmətlərindən istifadə etməyin öz daxili qanunvericiliyinə əsasən cinayət əməli kimi qiymətləndirilməsi üçün zəruri olan qanunvericilik və digər tədbirlərin həyata keçirilməsini nəzərdən keçirməlidir; həmin Konvensiyanın 20-ci maddəsinə əsasən hər bir Tərəf qəsdən və insan alveri məqsədilə törədildikdə aşağıdakı əməllərin cinayət əməli hesab olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir: a) yol və şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması; b) bu növ sənədlərlə təmin və təchiz etmə; c) hər hansı bir digər şəxsin yol və ya şəxsiyyətini təsdiq edən sənədlərini qanunsuz olaraq götürmək, saxlamaq, gizlətmək, zədələmək və ya məhv etmək. Göründüyü kimi Təqsirləndirilən şəxs hərəkətlərində insan alveri cinayətinin bütün əlamətləri mövcuddur, belə ki, o, iş üzrə zərərçəkmiş şəxsləri işə düzəlmək adı ilə aldadaraq Azərbaycan Respublikasının hüdudlarından kənara aparmış, onların köməksiz vəziyyətindən istifadə etməklə və hədə-qorxu gəlməklə pul müqabilində kişilərlə cinsi əlaqədə olmağa məcbur etmiş, azadlıqlarını məhdudlaşdırmış, əldə olunan pul vəsaitlərini hamısını mənimsəmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın, Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində nəzərdə tutumuş cəzasını ağırlaşdıran halın olmasınıı, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxsnun cəza çəkməsinin başlanğıcı həbs olunduğu 11 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxsnun cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın, Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsində nəzərdə tutumuş cəzasını ağırlaşdıran halın olmasınıı, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 11 iyun 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar yoxdur. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 144-1.2.1, 144-1.2.2 və 144- 1.2.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin və maddi sübutun olmaması və mülki iddianını veriləməməsi nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1356/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1356/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver