Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1356/2022 01.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, -Təqsirləndirilən şəxs (xx xxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan mənbədən qanunsuz olaraq kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 5 (beş) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,860 qram, 0,443 qram, 0,417 qram, 0,452 qram və 0,450 qram olmaqla, ümumi təmiz çəkisi 2,622 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış və 29 aprel 2022-ci il tarixdə əldə etdiyi 1 (bir) bükümdə 0,860 qram narkotik vasitəni 20 (iyirmi) manat pul müqabilində tanışı Şahid1 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 aprel 2022-ci il tarixdə, saat 14:30 dəqiqədə ünvan 2 ünvanda yerləşən evin qarşısında saxlanılıb Y.Səfərov küçəsi 4/6 ünvanda yerləşən 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək orada video çəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman satış məqsədi ilə məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı 4 (dörd) ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qram, 0,417 qram, 0,452 qram və 0,450 qram olmaqla, ümumi təmiz çəkisi 1,762 qram narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə səhər saatlarında evdə olarkən Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin əməkdaşları evinə gələrək onu şöbəyə aparmışlar. Həmin vaxt üzərində 1,5 qram narkotik vasitə heroin olmuşdur. Üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Evindən aşkar edilmiş tərəzini tapmışdır və həmin tərəzi xarab imiş. Polis Şöbəsində ona bildirmişlər ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. O da deyilənə inanaraq ona təqdim olunan sənədləri imzalamışdır. İstintaq Təcridxanasında olarkən ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsini bilmişdir. Üzərindən narkotik vasitə aşkarlansa da heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə satmamışdır. Şahid1 taksi sürücüsü kimi tanımış, ona 20 (iyirmi) manat müqabilində narkotik vasitə satmamışdır. Onun üzərindən aşkar edilən narkotik vasitə ilə Şahid1 üzərindən aşkar edilən narkotik vasitənin eyni tərkibli olmasının səbəbini dəqiq bilməsə də, ehtimal edir ki, ola bilər hər ikisi narkotiki eyni şəxsdən almışlar. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, avtomobil qaçırdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum edilmiş, cəzasını çəkib azadlığa buraxılmış və bir il narkotik vasitənin «kakos» kimi tanıdığı heroin növündən istifadə etmişdir. Narkotik vasitəni mütəmadi olaraq tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərində pulla alaraq müxtəlif yollarla, habelə doldurma yolu ilə qəbul etmişdir. Üç-dörd ay olar ki, internet sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş, danışdıqları vaxt sonuncu bildirmişdir ki, pul qarşılığında Bakı şəhərinə narkotik vasitələr göndərməklə məşğuldur. Həmin şəxs ilə sonuncu dəfə xatırlamadığı tarixdə telefonda danışan zaman lazım olduqda narkotik vasitə göndərə biləcəyini soruşmuş, sonuncu da demişdir ki, pulunu əvvəlcədən deyəcəyi hesaba ödədikdən sonra istənilən qədər müxtəlif növ narkotik maddələr göndərə bilər. Həmin şəxsdən narkotik vasitə heroin göndərməsini xahiş etmiş, o da pulu bildirdiyi hesaba köçürdükdən sonra deyəcəyi ünvana getdikdə narkotik vasitənin fotoşəkillərini göndərəcəyini bildirmişdir. 28 aprel 2022-ci il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı ilə danışan zaman sonuncu demişdir ki, hesab deyəcək və həmin hesaba 100 (bir yüz) manat pul ödəyəcək. Həmin günü xatırlamadığı ünvanda yerləşən dayanacaqda olan terminalın yanında onunla əlaqə saxlamış və bildirdiyi hesaba 100 (bir yüz) manat pul ödəmişdir. Terminaldan ödədiyi qəbzin fotoşəkilini çəkib həmin şəxsə göndərmiş, sonra isə izi itirmək üçün qəbzi yandırmışdır. Bundan sonra həmin şəxsin deməsi əsasında Bakı metropolitenin «Nərimanov» stansiyası yaxınlığına gəlmiş və gözləmişdir. Bir saat gözlədikdən sonra həmin şəxs narkotik maddələrin qoyulduğu yerin fotoşəkilini atmışdır. Həmin yeri bir neçə dəqiqə ərzində metronun ətrafında gəzərək tapmış və yerdən bir ədəd ağ rəngli sellofan bükümü götürmüşdür. Həmin bükümü əynində olan şalvarının cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Yaşadığı evdə bükümü açmış və içərisinə baxmışdır. Bükümdə ümumilikdə 5 (beş) ədəd xırda-xırda bükümlər olmuşdur. Bükümləri açmış və içərisinə baxmış və içərisində narkotik vasitə heroin olduğunu gördükdən sonra yenidən onları qablaşdırmışdır. Narkotik vasitənin bir bükümündən evdə istifadə etmiş, qalan bükümləri isə yenidən cibinə qoymuşdur. Gecəni evdə yatmış, səhər yuxudan oyanıb evdə olan bir ədəd elektron tərəzini götürüb cibinə qoyaraq evdən küçəyə çıxmışdır. Narkotik vasitələr şalvarının cibində olmuşdur. Əhmədli qəsəbəsində piyada yolla gedən zaman küçədə tanışı Ramizlə rastlaşmış, söhbət əsnasında Ramiz ondan narkotik vasitə istəmişdir. Ramizə narkotik vasitəni pulla aldığını deyib, qarşılığında pul istəmişdir. Bundan sonra Ramiz ona 20 (iyirmi) manat pul vermişdir. Həmin pulu ondan alıb üzərində olan narkotik vasitə bükümlərindən birini çıxarıb Ramizə vermiş, sonuncu da bükümü götürüb getmişdir. İşlərini həll etdikdən sonra yaşadığı evə qayıtmışdır. Həmin günü saat 14:30 dəqiqədə 7-ci Əhmədli küçəsi 29 üııvanın qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş və 34-cü Polis Şöbəsinə dəvət olunmuşdur. Etiraz etməmişdir. Polis Şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 (dörd) ədəd şəffaf sellofan bükümü və 1 (bir) ədəd qara rəngli tərəzini çıxardıb təqdim etmişdir. Bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, həmin bükümlərdə narkotik vasitə heroin olmasını və İran İslam Respublikasının vətəndaşından onlayn vasitə ilə hesaba 100 (bir yüz) manat pul ödəməklə aldığını bildirmişdir. Tərəzinin işləyib-işləməməsi barədə sual verildikdə tərəzinin işləmədiyini demişdir. Tərəzi polis əməkdaşı tərəfindən yoxlanılmış və bükümlər açılaraq baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi 1,98 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. O, ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik maddələr olması və gəzdirməsi barədə heç kimin məlumatı olmamışdır. Heç vaxt Şahid1 ilə narkotik vasitə istifadə etməmiş, onunla narkotik vasitə əldə etməmiş, onun kimlərdənsə narkorik vasitə əldə etməsini bilməmişdir. Yalnız şifahi olaraq Ramizin narkotik vasitə istifadə etməsini bilmişdir. Narkotik vasitəni ilkin olaraq şəxsi istifadəsi üçün əldə etmiş, lakin Ramiz narkotik vasitə istədikdə narkotik vasitəni pulla aldığı üçün satmaq məcburiyyətində qalmışdır. İstər Ramizə, istərsə də başqa şəxslərə heç vaxt narkotik vasitə satmamışdır. Narkotik maddələri aldığı şəxs İran İslam Respublikasının vətəndaşıdır və kimliyi barədə heç bir məlumata sahib deyil. Həmin şəxsi görməmiş və tanımamışdır. Həmin şəxs ilə internet sosial şəbəkəsində tanış olmuş və ona aid mobil telefonunda olan hər bir məlumatı silmişdir. Həmin şəxs haqqında başqa heç bir məlumata sahib deyil. Narkotik vasitələri 5 (beş) ədəd bükümdə almışdır. Bükümlərin birini Ramizə satmış, 4 (dörd) ədəd bükümü isə özünə götürmüşdür. Tərəzini yaşadığı evdən götürmüşdür. Tərəzini uzun illər əvvəl tapmış və evə gətirmişdir. Tərəzinin işləyibişləməməsini tapan zaman bilməmişdir. Tərəzinin işləmədiyini 29 aprel 2022-ci il tarixdə bilmişdir. Tərəzini üzərində götürmüşdür ki, narkotik vasitə çəkəcəyi halda lazım olar (iş vərəqi 188-191). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni həmin vaxt qardaşı ilə təhdid edildiyi, təzyiqə məruz qaldığı üçün məcburiyyət qarşısında qalaraq oxumadan imzaladığını, buna görə də həmin ifadəni təsdiq etmədiyini, məhkəmə istintaqında verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə Ramiz adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq saxlaması və qəbul etməsi ilə bağlı etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Şöbəsinə daxil olmuş məlumatın yoxlanılması, Ramiz adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə rəhbərliyə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Ramiz adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Bakı şəhəri Xətai Rayon Prokuroruna və Xətai Rayon Məhkəməsinin sədrinə məlumat verilmişdir. Yaradılmış əməliyyat qrupuna özü rəhbərlik etmiş, əməliyyat müvəkkili, polis mayoru Şahid3 isə üzv təyin olunmuşdur. Bundan sonra Ramiz adlı şəxsin ətrafında əməliyyat tədbirləri həyata keçirilməyə başlanılmışdır. Həmin gün Şahid3 ilə birlikdə məlumata əsasən ünvan 3 ünvanda yerləşən evin qarşısına gəlmiş, saat 12:10 dəqiqədə orada Ramiz adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxs onları görən kimi qaçmağa başlamış, lakin onun qaçmasına imkan verməyib, saxlamışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Şahid1 kimi təqdim etmişdir. Şahid1 onları gördükdə qaçmasının səbəbini soruşsalar da, doğru-güzgün cavab ala bilməmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Şahid1 etiraz etməmiş, birlikdə Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, saxlanılan şəxs həqiqətən də Şahid1dur. Bundan sonra Polis Şöbəsinə vəkil dəvət edilmiş, xidməti otaqların birində Şahid1 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Şahid1 üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu zaman Şahid1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) bir ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli maddə olduğu müəyyən olunmuşdur. Şahid1 ona ünvanlanan suallara cavab olaraq həmin maddənin narkotik vasitə heroin olduğunu və Nail adlı şəxsdən 20 (iyirmi) manata aldığını bildirmişdir. Aşkar edilmiş sellofan büküm elektron tərəzi ilə çəkildikdə çəkisi 1.00 qram müəyyən olunmuş, həmin maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra qeyd olunan istintaq hərəkətlərinin aparılmasına dair protokol tərtib olunmuş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak edən polis əməkdaşı, vəkil, Şahid1 və o, imza etmişlər. Məhkəmədə ifadəsi elan olunmuş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (iş vərəqi 133-136). Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə şöbəyə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 saxlanılaraq gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni Nail adlı şəxsdən aldığını bildirmişdir. Həmin günü təhqiqatçı tərəfindən Nail adlı şəxsin şəxsiyyətinin dəqiqləşdirilib müyyən edilməsi üçün verilmş əməliyyat tapşırığının icrası onunla əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tapşırılmışdır. Onlar tapşırıq əsasında Nail adlı şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirmişlər. Əldə edilmiş məlumata əsasən Şahid5 ilə ünvan 2 ünvanda yerləşən evin yaxınlığına gəlmişlər və saat 14:30 dəqiqədə həmin ünvanda yerləşən evin qarşısında onlarda olan əlamətlərə görə Nail adlı şəxsi oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim etdikdən sonra sonuncunun adının Nail olmasını öyrəndikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra şöbə rəisinə raportla məruzə etmişlər. Polis Şöbəsinə vəkil dəvət edilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Nail İldarəzadə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 4 (dörd) ədəd şəffaf rəngli sellofan bükümü və 1 (bir) ədəd elektron tərəzini çıxardıb təqdim etmiş, həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümlərdə qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından kartına 100 (bir yüz) manat pul köçürməklə Bakı metropolitenin «Nərimanov» stansiyası yaxınlığından götürmüş, bir bükümdə olan narkotik vasitəni Ramiz adlı şəxsə satmışdır. Aşkar edilmiş sellofan bükümlər elektron tərəzi ilə çəkildikdə çəkisi 1.98 qram olmuş və həmin maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün doğruluğu baxışda iştirak edən polis əməkdaşı, vəkil, Təqsirləndirilən şəxs və onun tərəfindən imza olunaraq təsdiq edilmişdir. Məhkəmədə dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, altı-yeddi ay narkotik vasitənin «kakos» kimi tanıdığı heroin növündən istifadə etməyə başlamış, narkotik vasitəni mütəmadi olaraq tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərindən pulla alaraq müxtəlif yollar ilə qəbul etmişdir. Barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi olunmuşdur və hazırda Xətai rayon Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Narkotik vasitə istifadə etdiyi üçün Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində üzərindən 1,215 qram narkotik vasitə heroin aşkar olunaraq götürlmüş, bundan sonra da narkotik vasitə istifadə etməkdə davam etmişdir. Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanıyır, mütəmadi olaraq görüşüb söhbət etmişlər. 29 aprel 2022-ci il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs ilə Əhmədli qəsəbəsində xatırlamadığı yerdə görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu öyrənmiş və ondan şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. Əvvəlcədən Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini şifahi olaraq bilmişdir. Nail İlarzadə də onun narkotik vasitə istifadə etməsini bilmişdir. Belə ki, əvvəllər söhbət zamanı biri-birilərinə narkotik vasitə istifadə etməklərini bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə istədikdə sonuncu narkotik vasitəni pulla aldığı üçün sata biləcəyini demiş, ona 20 (iyirmi) manat pul verərək 1 (bir) büküm narkotik almışdır. Bükümü açıb içərisinə baxanda narkotik vasitə heroin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan almasını soruşmamışdır. Bükümü cibinə qoyaraq şəhərə getmiş və işlərini həll etdikdən sonra yaşadığı evə qayıtmışdır. Saat 12:10 dəqiqədə 5-ci Əhmədli küçəsi ilə piyada gedən zaman 3 ünvanın qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş və 34-cü Polis Şöbəsinə dəvət olunmuş, etiraz etməmişdir. Polis Şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuş, vəkilin, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuş, bundan sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Həmin bükümdə narkotik vasitə heroin vardır və narkotik vasitəni Əhmədli qəsəbəsində Təqsirləndirilən şəxs 20 (iyirmi) manata almışdır. Büküm açılaraq polis əməkdaşı tərəfindən içərisinə baxış keçirilmiş, sonra elektron tərəzi ilə çəkildikdə çəkisi 1,00 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, doğruluğu axtarışda iştirak edən şəxslər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:30 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir (iş vərəqi 7A). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 17). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə şəxsi axtarış və götürmə aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində 4 (dörd) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli heroin (kakos) olan narkotik vasitəyə bənzər maddəni və 1 (bir) ədəd qara rəngli çəki tərəzisini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması barədə sual verilmiş, o da həmin maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddəni necə əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddəni tanımadığı İran İslam Respublikasının vətəndaşından kart vasitəsilə 100 (bir yüz) manat pul köçürməklə Bakı şəhərində yerləşən «Nərimanov» metrosunun yaxınlığından götürmüş və 1 (bir) ədəd bükümünü Ramiz adlı şəxsə satmışdır. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkildikdə çəkisi 1,98 qram müəyyən edilmiş və aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir; aparılmış videoçəkilişi özündə əks etdirən 1 (bir) ədəd disk protokola əlavə olunmuşdur (iş vərəqi 28-30). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2505 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,443 qram, 0,417 qram, 0,452 qram, 0,450 qram, ümumi təmiz çəkisi 1,762 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponenlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir; spektoqram və müvafiq aktın surəti rəyə əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (iş vərəqi 36-40). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 229/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 82-85). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində 34-cü Polis Şöbəsinin xidməti otağında şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş, özündə video görüntüləri əks etdirən 1 (bir) ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin disk DVD formatlıdır, diskin üzərində narkomaniyaya dair yazılar və göstərici işarələri vardır. Disk açıldıqda içərisində aşkar edilmiş bir ədəd «mp4» formatlı görüntüdə 34-cü Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqdim etmiş, onun yanında şöbənin iki nəfər mülki geyimli əməliyyat müvəkkilləri olan polis əməkdaşı vardır, qarşıda olan stulda Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 əyləşmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, o da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 4 (dörd) ədəd şəffaf rəngli sellofan bükümləri və 1 (bir) ədəd elektron tərəzini çıxardıb təqdim etmiş, həmin bükümlər açılaraq içərisinə baxış keçirilmişdir. Bükümlərdə qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da cavab vermişdir ki, həmin maddə narkotik vasitə heroindir və tanımadığı İran İslam Respublikasının vətəndaşından kartına 100 (bir yüz) manat pul köçürməklə Bakı metropoliteninin «Nərimanov» stansiyası yaxınlığından götürmüş, 1 (bir) bükümdə narkotik vasitəni Ramiz adlı şəxsə satmışdır. Aşkar edilmiş sellofan bükümlər elektron tərəzi ilə çəkildikdə çəkisi 1,98 qram olmuş, həmin maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (iş vərəqi 95-96). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqi 112-113). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin Ambulator X1 xx.xx.2022-ci il tarixli 2386 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 114-115). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X12 xx.xx.2022-ci il tarixli 1081 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 117). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı Şəhər Narkoloji Mərkəzi» X12 2121 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur (iş vərəqi 118). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2687 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin «Tədqiqat Obyekti №59»li ştamp əksi olan iki paketdəki, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümdəki heroinlər vət. Şahid1 üzərindən aşkar edilmiş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; 1 (bir) ədəd «gümüş» rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisinin bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş heroinlərin ayrı-ayrılıqda təmiz çəkisi xx.xx.2022-ci il tarixli 6/2005 və 6/2506 saylı ekspert rəylərində göstərilmişdir; İQS analizin nəticəsi rəyə əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (iş vərəqi 137-142). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3031 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş elektron tərəzinin «on/ofT» düyməsini basmaqla tərəzinin tablosunda «0,00s» yazısı yazıldıqdan sonra tərəzinin çəki gözünə 100 qramlıq çəki daşı qoyulduqda, rəqəmsal tablosunda 100,04-100,08 qram çəki göstərir. Bununla da, təqdim edilmiş elektron tərəzinin işlək vəziyyətdə olduğu, lakin qoyulan çəkidən 0,04-0,08 qram artıq göstərməklə xəta ilə işlədiyi müəyyən edildi. Bununla belə, tərəzinin göstəricisinin tam dəqiq olub-olmaması Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində (bundan s onra- Dövlət Agentliyi) müvafiq çəki etalonları vasitəsilə müəyyən edilə bilər (ləğv edilmiş Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və kefiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri bu quruma verilmişdir); aparılmış tədqiqatın dəyəri 102 (bir yüz iki) manat müəyyən edilmişdir (iş vərəqi 150-153). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,522 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi maddi sübut hesab olunaraq məhkəmə hökmünə qədər zərflərdə möhürlənmiş halda Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş; özündə videogörüntüləri əks etdirən 1 (bir) ədəd CD disk iş materiallarına əlavə edilmişdir (iş vərəqi 154-170). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamıs, Şahid1 narkotik vasitə satmaması kimi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin vəya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 nömrəli xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi özünün qismən etirafedici, məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi, üzləşdirmə kimi istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal cinayətlərin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində qeyd olunur ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normanın tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,522 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli; özündə videogörüntüləri əks etdirən 1 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 330 (üç yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu gündən, yəni 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin təyin edilsin, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxsun barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi ürə ekspertiza tədqiqatının dəyəri 330 (üç yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,522 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin; özündə videogörüntüləri əks etdirən 1 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1356/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1356/2022
01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver