Məhkəmə qərarları › İş №1(101)-1357/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1357/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1357/2021 09.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 08 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 16, mənzil 43-də qeydiyyatda olan, ünvan 2ə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birgə külli miqdarda narkotik vasitələr əldə edib satmaq məqsədi ilə Həbib adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən onlar mənfəət olaraq gəlir əldə etmək müqabilində Həbib adlı şəxsə məxsus külli miqdarda narkotik vasitələrin satışını həyata keçirəcəkləri barədə razılığa gəlib sonuncunun tapşırığı ilə Bakı şəhəri Sabunçu rayonu ərazisində istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda qoyulmuş 1023,238 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 258,051 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək kirayə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 89/95, mənzil 224 ünvanına daşıyaraq orada saxlamış, satış məqsədi ilə həmin narkotik vasitələri bükümlərə ayıraraq, bir hissəsini yaşadıqları mənzilində, bir hissəsini isə üzərlərində saxlamaqla daşımış, 23 fevral 2021-ci İl tarixdə saat 13:30 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 yerləşən DİN-İn Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,206 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin ilə eynilik təşkil edən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,032 qram qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan başqa, həmin gün saat 16:30 radələrində öz razılıqları əsasında kirayə yaşdıqları Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 89/95 saylı evin 224 saylı mənzildə keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı güzgülü dolabın gözündən 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 1020 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd ağ rəngli sellofanın içərisində iki ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 255 qram və 3,051 qram, ümumi çəkisi 258,051 qram olan yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izi olan bir ədəd “AOSAİ” markalanma yazılı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birgə külli miqdarda narkotik vasitələr əldə edib satmaq məqsədi ilə Həbib adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən onlar mənfəət olaraq gəlir əldə etmək müqabilində Həbib adlı şəxsə məxsus külli miqdarda narkotik vasitələrin satışını həyata keçirəcəkləri barədə razılığa gəlib sonuncunun tapşırığı ilə Bakı şəhəri Sabunçu rayonu ərazisində istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda qoyulmuş 1023,238 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 258,051 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək kirayə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 89/95, mənzil 224 ünvanına daşıyaraq orada saxlamış, satış məqsədi ilə həmin narkotik vasitələri bükümlərə ayıraraq, bir hissəsini yaşadıqları mənzilində, bir hissəsini isə üzərlərində saxlamaqla daşımış, 23 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,206 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin ilə eynilik təşkil edən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,032 qram qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan başqa, həmin gün saat 16:30 radələrində öz razılıqları əsasında kirayə yaşdıqları Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 89/95 saylı evin 224 saylı mənzildə keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı güzgülü dolabın gözündən 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 1020 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd ağ rəngli sellofanın içərisində iki ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 255 qram və 3,051 qram, ümumi çəkisi 258,051 qram olan yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izi olan bir ədəd “AOSAİ” markalanma yazılı elektron tərəzi, aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, “Neftçilər” metrosunun yaxınlığında ev alqı-satqısı ilə məşğul olmuş, Ziyanı da işi ilə bağlı olaraq tanımış və sonradan Ziya ilə yaxın münasibəti yaranmışdır. O, Bakıda kirayədə qız dostu ilə birlikdə yaşamışdır. Xəstə anası rayondan gəlmiş, buna görə Ziyaya zəng edib onları xəstəxanaya aparmasını xahiş etmişdir. Ziyanın təklifi ilə Əhmədli qəsəbəsindəki 6 saylı xəstəxanaya gedib analiz vermişlər. Ertəsi gün analiz nəticələrini götürmək üçün yenidən xəstəxanaya getmişlər. O və anası xəstəxananın binasına tərəf getmiş, Ziya isə maşında qalmışdır. Binanın birinci mərtəbəsində mülki geyimdə bir neçə nəfər onu saxlayıb polis olduqlarını bildirmişlər. Bu zaman anası da onun yanında olmuşdur. Polislər onu saxlayan kimi üzərinə baxmışlar və bir şey müəyyən etməmişlər. Polis əməkdaşları ona evində heroin olduğunu bildirmişlər. O isə evində heroin olmadığını demiş və polis əməkdaşları onu yaşadığı evə aparmışlar. Evdə 300 qrama yaxın marixuana aşkar olunmuşdur. Polis əməkdaşları onu və evdə birlikdə yaşadığı qız dostunu Baş İdarəyə aparmışlar, sonradan qızı buraxmışlar. Anası isə evdə qalmışdır. İdarədə olarkən ona evdə çəkiliş aparacaqlarını, evə 1 kiloqram heroin qoyacaqlarını və həmin heroini qəbul etməzsə anasını və qız dostunu bu işə cəlb edəcəklərini bildirmişlər. O, deyilənləri qəbul etmiş və protokola imza etmişdir, lakin Polis idarəsində olan Ziya imza etməmişdir. Evə ikinci dəfə gedən zaman polislər özləri ilə birlikdə bükümləri gətirib evinin şkafına qoymuşlar və ona çəkiliş zamanı narkotikin ona aid olduğunu bildirməyini istəmişlər. O da polislərin dediyi kimi etmişdir. Məhəkəmə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, evdən aşkar olunan marixuana ona aid olmuş, marixuananı tanımadığı şəxsdən 500 manata əldə etmişdir. Özü yalnız marixuanadan istifadə etmişdir. Marixuananın qiyməti ucuz olduğuna görə o, 300 qrama yaxın alıb evdə saxlamış və həftədə 1 dəfə istifadə etmişdir. Evdə başqa qanunsuz əşya, o cümlədən elektron tərəzi aşkar edilməmişdir. Ziya onun narkotik vasitə istifadə etdiyini bilməmişdir. İran İslam Respublikası vətəndaşı olan kimisə tanımır, idarədə olan zaman təhqiqatçı protokolu yazmış, polis əməkdaşı Şahid2 İran İslam Respublikası vətəndaşını özündən protokola əlavə etmişdir. Polislər onu saxlayarkən anası da yanında olmuş və onları birbaşa yaşadığı evə aparmışlar, evə baxış keçirərkən anasını və qızı bayıra çıxarmışlar. Polis əməkdaşları ilə birlikdə 2 dəfə evdə olmuşdur, birinci dəfə səhər saat 11-12 radələrində, ikinci dəfə isə saat 18 radələrində evə daxil olmuşlar. Bununla belə, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadələrində göstərmişdir ki, o, 23 fevral 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində ünvan 5 ünvanın yaxınlığında, tanışı və bir evdə kirayədə yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs2, onun müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi xahiş edilmişdir. O, ilk növbədə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd "Samsung” markalı mobil telefonunu, sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 54 manat pul, 70 Türkiyə lirəsi, arxa sağ cibindən ona məxsus şəxsiyyət vəsiqəsini, “Kapital Bank”a məxsus üzərində 4169-7385-2313-0353 rəqəmləri əks olunmuş plastik bank kartını, əynində olan boz rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən 1 ədəd kirayə yaşadığı ünvanın açarını təqdim edərək masanın üzərinə qoymuş və təqdim etdiyindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Ona məxsus pul vəsaiti və yaşadığı mənzilin açarı özünə qaytarılsa da ona izah edilməklə 1 ədəd mobil telefonu, şəxsiyyət vəsiqəsi və “Kapital Bank”a məxsus üzərində 4169-7385-2313-0353 rəqəmləri əks olunmuş plastik bank kartı götürülmüşdür. Daha sonra təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik maddə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 1,1 (bir tam onda bir qram) qram olması müəyyən edilmişdir. Həmin büküm kağız zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı o, kirayə yaşadığı mənzildə də narkotik maddə olduğunu və onu da təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşları və Ziya ilə birlikdə yaşadığı mənzilə gələrək burada yerləşən yataq otağındakı 1 sellofan torbanı, 1 sellofan bağlamanı və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan torbanın içərisində narkotik vasitə marixuana, sellofan bağlamada isə narkotik vasitə heroin aşkar edilmişdir. Həmin maddələr elektron tərəzi ilə çəkildikdən sonra zərflərə qoyularaq qablaşdırılmış və götürülmüşdür, O, həmin maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Həbib adlı şəxsin qoydurduğu Sabunçu rayonu ərazisindən tanışı Təqsirləndirilən şəxs2lə birlikdə götürmüş, həmin narkotikləri ona Həbib adlı şəxs tərəfindən deyiləcək yerlərə qoymağı müqabilində pul əldə edəcəkmiş, lakin indiyə qədər bununla bağlı onlar pul əldə etməmişlər (cild 1, iş vərəqi 113-116). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə məhkum olunmuşdur. Ona kirayə ev lazım olduğu üçün Elçinlə tanış olmuşdur. Elçin ona anasının xəstə olduğunu və xəstəxanaya aparılmalı olduğunu bildirmiş, o da Elçini və anasını xəstəxanaya aparmışdır. Ertəsi gün analizin nəticələrini götürmək üçün yenidən xəstəxanaya getmişlər. Elçinlə anası xəstəxanadan çıxarkən polis əməkdaşları yaxınlaşıb onları Elçinin yaşadığı evə aparmışdır. Bütün bunlar şəhər kameralarına da əks olunmuşdur. Onun üzərindən bir ədəd falqada ərinmiş heroin qalıqları aşkar olunmuşdur. O bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Bundan sonra onları idarəyə aparmışlar. İdarədə əməkdaşlarla kobud davrandığı və məhkumluğu olduğuna görə, Elçinin yaşının az olduğu üçün bütün bunları təşkil edənin onun olduğunu bildirmişlər. Daha sonra polislər onları Elçinin yaşadığı evə gətirmiş, vəkillər evə gəlməmişdən əvvəl polis əməkdaşları bükümləri evə qoymuş, daha sonra vəkilləri dəvət etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, evdə tərəzi olub-olmadığını bilmir, onun üzərinə baxış keçirilən zaman cibindən bank kartı, telefonlar, şəxsiyyət vəsiqəsi, pul qabı və falqa üzərində ərinmiş heroin aşkar olunmuşdur, heroini saxlanıldığı gündən 1 gün əvvəl almışdır. İlk dəfə Elçinin evinə saat 11-12 radələrində üç nəfər polis əməkdaşı ilə birlikdə baxış keçirilmiş, yalnız marixuana aşkar olunmuşdur. Lakin o, şəxsən marixuananı görməmişdir. İkinci dəfə baxış keçirilərkən üç polis nəfəri, bir təhqiqatçı, binanın komendantı və vəkillər iştirak etmişlər. Daha sonra o bildirmişdir ki, onların qarşısına hazır protokollar qoyulub imza etdirilmişdir. O, İran İslam Respublikası vətəndaşı olan kimisə tanımır, idarədə olan zaman təhqiqatçı protokolu yazmış, polis əməkdaşı Şahid2 İran İslam Respublikası vətəndaşını özündən protokola əlavə etmişdir. Bundan başqa o, heroini Elçindən almamış, Elçinin narkotik vasitədən istifadə etdiyini bilməmiş və Elçinin evinə heç vaxt daxil olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 fevral 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində ünvan 5 ünvanın yaxınlığında, tanışı və bir evdə qaldığı Təqsirləndirilən şəxs1la birlikdə onları saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs1, onun və hər ikisinin müdafiəçilərinin iştirakı ilə onların üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı, 1 ədəd boz rəngli “F+“ markalı mobil telefonlarını, sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 39 mant pulu, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, “Kapital Bank”a məxsus üzərində 4169-7385-7209-5424 rəqəmləri əks olunmuş plastik bank kartını təqdim edərək masanın üzərinə qoymuş təqdim etdiklərindən başqa üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Ona məxsus olan pul özünə qaytarılmışdır. Təqdim etdiyi maddə elektron tərəzi ilə çəkilmiş və içərisi boş olan zərfə qoyularaq qablaşıdırılmışdır. O, həmin maddəni öz istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Həbib adlı şəxsin dediyi Sabunçu rayonu ərazisindən Elçin ilə birlikdə götümüşlər. Həbib adlı şəxs onlara satmaq üçün narkotik vasitə heroin və qurudulmuş marixuana göndərmişdir. Həmin maddələrin bir hissəsini kirayə yaşadığı mənzildə saxlayırlar. Həmin narkotiki saxlamaqda məqsədləri onlara deyilən yerlərə narkotiki qoymaq olmuşdur. O, bu fəaliyyətə görə həmin narkotikin (heroinin) bir hissəsini özü istifadə edəcəkmiş, Təqsirləndirilən şəxs1 isə bu fəaliyyətinə görə pul əldə etməli olmuşdur. Üzərinə şəxsi axtarış keçirildikdən sonra Elçinin və onun iştirakı ilə birlikdə kirayə yaşadıqları mənzilə baxış keçirilmişdir. Baxış zamanı Elçin mənzilin yataq otağında gizlətdiyi narkotik maddələri və elektron tərəzini təqdim etmişdir. Təqdim edilmiş maddələr də zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür (cild 1, iş vərəqi 100-103). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 23 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat barədə raportla əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə Baş İdarə rəhbərliyinə məruzə olunaraq icazə verildikdən sonra, əməliyyat axtarış-tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 adlı şəxsin Bakı şəhəri, Nizami rayonu “İnci” şadlıq sarayının yaxınlığında olması dəqiqləşdirildikdən sonra saat 13:30 radələrində əməliyyat qurupu üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, “İnci” şadlıq sarayının yaxınlığına gəldikdə, xarici əlamətləri Təqsirləndirilən şəxs1 adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin və yanında olan digər şəxsin olmasını görüb, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək, həmin şəxslərə özlərini təqdim etmələrini təklif etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Bundan sonra həmin şəxslərə narkotik vasitələrin qanunsuz əldə edərək, saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmasını bildirərək həmin şəxslərə onlarla birlikdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkliflə razılaşdıqdan sonra birlikdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş və bundan sonra videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı ilk olaraq Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 təkliflə razılaşaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümü, məbləğini xatırlamadığı miqdarda pulu, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, “Kapital Bank”a məxsus plastik bank kartı, əynində olan boz rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən 1 ədəd yaşadığı ünvanın açarını təqdim edərək masanın üzərinə qoymuş və təqdim etdiklərindən başqa üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edəcək heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Üzərindən aşkar edilmiş açarlar və pul vəsaiti Təqsirləndirilən şəxs1 qaytarılsa da, digər əşyaların iş üçün əhəmiyyət kəsb etməsi bildiriləcək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan bükülüyə baxış keçirildikdə içərisində qəhvəyi rəngli kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş bükülü tərəflərindən çəkildikdə 1 qramdan çox olması müəyyən edilmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 təkliflə razılaşaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı, 1 ədəd boz rəngli “F+” markalı mobil telefonları, sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümü, məbləğini xatırlamadığı miqdarda pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, “Kapital Bank”a məxsus plastik bank kartı təqdim edərək masanın üzərinə qoymuş və təqdim etdiklərindən başqa üzərində başqa əşya olmamışdır. Üzərindən aşkar edilmiş pul vəsaiti Təqsirləndirilən şəxs2 qaytarılsa da, digər əşyaların iş üçün əhəmiyyət kəsb etməsi bildirilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan bükülüyə baxış keçirildikdə içərisində qəhvəyi rəngli kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş bükülü tərəflərindən çəkildikdə 2,5 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu həmin maddəni təxminən 1 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı adını Həbib kimi bildiyi şəxs vasitəsi ilə 3 gün əvvəl Sabunçu rayonu ərazisindən yanında onunla birlikdə saxlanılmış dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə götürdüyünü, həmin maddəni götürdükdən sonra Ziya ilə birlikdə kirayə yaşadığı mənzilə gətirdiyini, həmin narkotiki götürməkdə məqsədinin Həbib adlı şəxsin deyəcəyi yerlərə qoymaqla pul əldə etmək olduğunu, lakin indiyə qədər pul ala bilmədiyini, üzərində olan maddəni üzərində saxlamaqda məqsədinin istifadə etmək olduğunu, Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayə yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin maddələri təqdim edə biləcəyini söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf rəngli maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi bildiyi şəxsin vasitəsi ilə əldə etdiyini, maddəni Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddənin götürməkdə məqsədinin sonuncuya deyilən yerlərə qoymaqla göndərilmiş narkotikin bir hissəsini öz istifadəsi üçün götürmək, üzərində olan maddəni üzərində saxlamaqda məqsədinin istifadə etmək olduğunu, kirayə yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin maddələri təqdim edə biləcəyini söyləmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və sonuncuların müdafiəçilərinin iştirakları ilə sonuncuların yaşadığı mənzilə gəlmişlər. Ünvana baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 mənzildə saxladığı narkotik maddəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra mənzildə saxladığı narkotik maddənin mənzilin yataq otağında olduğunu bildirərək mənzilin yataq otağına daxil olmuş və burada yerləşən güzgülü dolabın qapısını açaraq oradan 1 ədəd elektron tərəzini, 1 ədəd ağ rəngli sellofan torbanı, 1 ədəd şəffaf sellofan bağlamanı təqdim edərək həmin mənzildə başqa narkotik maddə saxlamadığını bildirmişdir. Mənzilin qonaq otağında olan zaman tərəfindən həmin sellofan torbada və sellofan bağlamada olan maddələrə baxış keçirilmişdir. İlk növbədə ağ rəngli sellofan torbaya baxış keçirilmiş və baxış zamanı sellofan torbanın içərisindən tünd yaşıl rəngli qurudulmuş halda, narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmiş, digər şəffaf sellofan bağlamaya baxış keçirilən zaman isə içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddənin təxmini çəkilərinin müəyyən edilməsi məqsədi ilə tərəflərindən elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bağlamanın çəkisinin 1 kiloqramdan çox, marixuananın çəkisinin 275 qram olması müəyyən edilmişdir. Həmin bağlamalar və bir ədəd elektron tərəzi qablaşdırılmaqla tərəflərindən götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 anasıdır. O, Ağcabədi rayonunda yaşamış və xəstəliyinə görə 21 fevral 2021-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. O, Bakıda oğlunun kirayədə yaşadığı mənzildə qalmışdır. Oğlu həmin mənzildə tək yaşamışdır. Oğlu dostu Ziyaya zəng edib onun üçün hansı həkimə gedəcəyi ilə bağlı məsləhət almış, 22 fevral tarixində Ziya onu və oğlunu maşını ilə Əhmədlidə yerləşən xəstəxanaya aparmışdır. Ertəsi gün, yəni 23 fevralda Ziya yenidən onu oğlu ilə birlikdə həkimə aparmış, xəstəxananın içərisində, həkimin otağının qapısında olarkən mülki geyimdə olan üç nəfər polis əməkdaşı onlara yaxınlaşıb oğlu ilə Ziyanı saxlamışdır. O, Bakı şəhərini yaxşı tanımadığına görə polis əməkdaşlarından onu oğlunun yaşadığı evə aparmasını xahiş etmiş, polis əməkdaşları onun telefonunu və çantasını götürmüş və onu da öz maşınlarına mindirərək oğlunun yaşadığı ünvana gətirmişlər. Polis əməkdaşları Elçinin kirayə yaşadığı evə qalxmazdan əvvəl öz maşınlarının baqaj hissəsində içi dolu olan yaşıl rəngli torbanı da götürüb Elçin və Ziya ilə birlikdə yuxarıya qalxmış, ona isə maşından enməyə icazə verməmişlər. O, həmin torbanın içərisində nə olduğunu bilməmişdir. Polis əməkdaşları Elçinin yaşadığı evə 2 dəfə qalxıb düşmüş, birinci dəfə yarım saat, ikinci dəfə isə iki saat yuxarıda qalmışlar. Polis əməkdaşları birinci dəfə Elçinin yaşadığı evə qalxdıqda Elçinlə Ziyanı yanlarında aparmamış, sonuncu dəfə aşağıya endikdən sonra həmin yaşıl torbanı ona göstərib “oğlunun evindən mal çıxdı” deyə bildirmişdir. Daha sonra o, maşın çağırıb evinə getmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 anasıdır, oğlu ilə birlikdə eyni evdə yaşayır, oğlu hər axşam saat 10-11 radələrində evə gəlmişdir. Oğlu ona zəng vurub Elçin adlı tanışının anasının xəstə olduğunu və həkim lazım olduğunu demiş, o da bir az sonra ona həkim tapıb nömrəsini vermişdir. O, Ziyaya tövsiyə etdiyi həkimlərin Əhmədlidə yerləşən 6 saylı poliklinikada işlədiyini bildirmişdir. Oğlu poliklinikaya getdikdən 2-3 gün sonra ona zəng edib poliklinikada olan zaman saxlanıldığı barədə məlumat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23.02.2021-ci il tarixli, 008-1717-1221 saylı raportdan görünür ki, ünvan 6 ünvanında kiyayədə yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 23.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23.02.2021-ci il tarixli, 78 saylı raportdan görünür ki, ünvan 6 ünvanında kiyayədə yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 23 fevral 2021-ci il tarixdə saat 13:30-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yanında olan Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibinin yuxan hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 54 manat pul, 70 Türkiyə lirəsi, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, “Kapital Bank”a məxsus üzərində 4169-7385-2313-0353 rəqəmləri əks olunmuş plastik bank kartı, əynində olan boz rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd yaşadığı ünvanın açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş açarlar və pul vəsaiti Təqsirləndirilən şəxs1 qaytarılsa da, digər əşyaların iş üçün əhəmiyyət kəsb etməsi bildiriləcək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan bükülüyə baxış keçirililən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş bükülü elektron tərəzidə tərəflərindən çəkildikdə 1,1 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı, bir ədəd boz rəngli “F+” markalı mobil telefonları, sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindn 39 manat pulu, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, “Kapital Bank”a məxsus üzərində 4169-7385-7209-5424 rəqəmləri əks olunmuş plastik bank kartı təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş pul vəsaiti Təqsirləndirilən şəxs2 qaytarılsa da, digər əşyaların iş üçün əhəmiyyət kəsb etməsi bildirilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş bükülü elektron tərəzidə çəkildikdə 2,5 qram çəkidə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni təxminən 1 ay öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı adını Həbib kimi bildiyi şəxs vasitəsi ilə 3 gün əvvəl Sabunçu rayonu ərazisindən onunla birlikdə saxlanılmış dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə götürdüyünü, həmin maddəni götürdükdən sonra Ziya ilə birlikdə kirayə yaşadığı mənzilə gətirdiyini, həmin narkotiki götürməkdə məqsədinin Həbib adlı şəxsin deyəcəyi yerlərə qoymaqla pul əldə etmək olduğunu, lakin indiyə qədər pul ala bilmədiyini, üzərində olan maddəni üzərində saxlamaqda məqsədinin istifadə etmək olduğunu, Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayə yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin maddələri təqdim edə biləcəyini söyləmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf rəngli maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi bildiyi şəxsin vasitəsi ilə əldə etdiyini, maddəni Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddəni götürməkdə məqsədinin sonuncunun deyəcəyi yerlərə qoymaq, göndərilmiş narkotikin bir hissəsini öz istifadəsi üçün götürmək olduğunu bildirmişdir (cild 1, iş vərəqi 46-49). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə haqqında 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 26 saylı evin 224 saylı mənzilinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 yataq otağında yerləşən güzgülü dolabın qapısını açaraq oradan 1 ədəd elektron tərəzini, 1 ədəd ağ rəngli sellofan torbanı, 1 ədəd şəffaf sellofan bağlamanı təqdim edərək həmin mənzildə başqa narkotik maddə saxlamadığını bildirmiş, aşkar edilmiş ağ rəngli sellofan torbaya baxış keçirilmiş, torbanın içərisindən tünd yaşıl rəngli qurudulmuş halda, narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmiş, digər şəffaf sellofan bağlamaya baxış keçirilən zaman isə içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvanda aşkar edilmiş maddələri ona Həbib adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyini, həmin maddələri əldə etməkdə məqsədinin ona deyilən yerlərə qoyması müqabilində pul əldə etmək olduğunu, özünün də narkotik maddələrdən bəzən istifadə etdiyini, indiyə qədər ona pul göndərilmədiyini, Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq aşkar edilmiş həmin maddəni birlikdə götürdüklərini, ona deyilən yerlərə qoyması müqabilində narkotiklərin bir qismini istifadə etməli olduğunu bildirmişlər (cild 1, iş vərəqi 53-54). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən videogörüntüyə baxış keçirilməsi haqqında 28 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs1 təkliflə razılaşaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 54 manat pul, 70 Türkiyə lirəsi, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, “Kapital Bank”a məxsus üzərində 4169-7385-2313-0353 rəqəmləri əks olunmuş plastik bank kartı, əynində olan boz rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən yaşadığı ünvanın 1 ədəd açarını təqdim edərək masanın üzərinə qoymuş və təqdim etdiklərindən başqa üzərində heç bir əşya və ya predmet olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edəcək heç bir qanunsuz əşya müəyyən edilmir. Üzərindən aşkar edilmiş açarlar və pul vəsaiti Təqsirləndirilən şəxs1 qaytarılsa da, digər əşyaların iş üçün əhəmiyyət kəsb etməsi bildirilərək götürülür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan bükülüyə baxış keçirildikdə içərisində qəhvəyi rəngli kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilir. Aşkar edilmiş bükülü tərəflərindən çəkildikdə 1,1 qram çəkidə olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs2 təkliflə razılaşaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı və bir ədəd boz rəngli “F+” markalı mobil telefonları, sağ yan cibinin yuxarı hissəsində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən 39 manat pulu, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, “Kapital Bank”a məxsus üzərində 4169-7385-7209-5424 rəqəmləri əks olunmuş plastik bank kartı təqdim edərək masanın üzərinə qoyur və təqdim etdiklərindən başqa üzərində başqa əşya olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edəcək heç bir qanunsuz əşya müəyyən edilmir. Üzərindən aşkar edilmiş pul vəsaiti Təqsirləndirilən şəxs2 qaytarılsa da, digər əşyaların iş üçün əhəmiyyət kəsb etməsi bildirilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan bükülüyə baxış keçirildikdə içərisində qəhvəyi rəngli kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş bükülü tərəflərindən çəkildikdə 2,5 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni təxminən 1 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı adını Həbib kimi bildiyi şəxs narkotik vasitələri 3 gün əvvəl Sabunçu rayonu ərazisindən onunla birlikdə saxlanılmış dostu ilə birlikdə götürdüyünü, həmin maddələri götürdükdən sonra Ziya ilə birlikdə kirayə yaşadığı mənzilə gətirdiyini, həmin narkotik götürməkdə məqsədinin Həbib adlı şəxsin deyəcəyi yerlərə qoymaqla pul əldə etmək olduğunu, lakin indiyə qədər pul ala bilmədiyini, üzərində olan maddəni üzərində saxlamaqda məqsədinin istifadə etmək olduğunu bildirir (cild 1, iş vərəqi 162-163). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 89/95 saylı evin 224 saylı mənzilinə keçirilmiş baxışın gedişatını özündə əks etdirən videogörüntüyə baxış keçirilməsi haqqında 28 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 89/95 saylı evin 224 saylı mənzilinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 mənzildə saxladığı narkotik maddəni təqdim etməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzildə saxladığı narkotik maddənin mənzilin yataq otağında olduğunu bildirərək mənzilin yataq otağına daxil olur və burada yerləşən güzgülü dolabın qapısını açaraq oradan 1 ədəd elektron tərəzini, 1 ədəd ağ rəngli sellofan torbanı, 1 ədəd şəffaf sellofan bağlamanı təqdim edərək həmin mənzildə başqa narkotik maddə saxlamadığını bildirir. Mənzilin qonaq otağında olan zaman tərəflərindən həmin sellofan torbada və sellofan bağlamada olan maddələr baxış keçirilir, ilk növbədə ağ rəngli sellofan torbaya baxış keçirilərkən torbanın içərisindən tünd yaşıl rəngli qurudulmuş halda, narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilir, digər şəffaf sellofan bağlamaya baxış keçirilən zaman isə içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir. Həmin maddənin təxmini çəkilərinin müəyyən edilməsi məqsədi ilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bağlamanın çəkisinin 1 kq 26 qram, içərisində tünd yaşıl rəngli kütlə olan bağlamanın isə çəkisinin 275 qram olması müəyyən edilir. Həmin bağlamalar və bir ədəd elektron tərəzi qablaşdırılmaqla tərəflərindən götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin bağlamada olan narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan Həbib adlı şəxsin göndərdiyini, narkotik vasitələri satış məqsəldi ilə əldə etdiklərini bildirirlər (cild 1, iş vərəqi 164). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24.02.2021-ci il tarixli, 7/216 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayədə yaşadığı mənzildən aşkar edilmiş maddə ...” yazılmış zərfdə təmiz çəkisi 255,0 qram yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik iyə malik bitki mənşəli kütlə və təmiz çəkisi 3,051 qram olmaqla, ümumi çəkisi 258,051 qram olan yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 88,70 manat təşkil edir (cild 1, iş vərəqi 64-66). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24.02.2021-ci il tarixli, 6/801 saylı rəyindən görünür ki: - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,206 qram qəhvəyi rəngli maddə kütləsi (№1) kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,032 qram qəhvəyi rəngli maddə kütləsi (№2) kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi, kirayə yaşadığı mənzildən aşkar edilmiş ...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1020 qram qəhvəyi rəngli maddə kütləsi (№3) kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 01 ədəd “AOSAİ” markalı elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz miqdarında olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün olmadı. - Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş heroinlə (oby.№1) Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroin (oby.№2) kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, lakin Təqsirləndirilən şəxs1 təqdim etdiyi, kirayə yaşadığı mənzildən aşkar edilmiş heroindən kimyəvi tərkibinə görə fərqlidir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 109,90 manat təşkil edir (cild 1, iş vərəqi 68-73). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15.04.2021-ci il tarixli, 1119 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, Təqsirləndirilən şəxs1 hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 229-230). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15.04.2021-ci il tarixli, 1117 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması mələhət görülür (cild 1, iş vərəqi 227-228). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 02.04.2021-ci il tarixli, 675 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili arasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-İn 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, ifadə vermək qabilyyətinə və baş verənləri, düzgün qavrayıb təsvir edə bilmək imkanına iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 221-223). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 02.04.2021-ci il tarixli, 676 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili arasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, ifadə vermək qabilyyətinə və baş verənləri, düzgün qavrayıb təsvir edə bilmək İmkanına iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 224-226). İşdə olan sübutların qiymətləndirilməsi barədə 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd CD disk, ümumi xalis çəkisi 1023,238 qram narkotik vasitə heroin və ümumi xalis çəkisi 258,051 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut qismində tanınmış və 02 ədəd CD disk iş materiallarına əlavə olunmuşdur. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 257,951 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1023,128 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsnin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 253-262). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından narkotik vasitələrin əldə edilməsi mənbəsinə dair Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 264-266). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 evdən aşkar olunmuş heroinin ona aid olmaması, həmin narkotik vasitəni evə polis əməkdaşlarının qoyması, evdən elektron tərəzi aşkar edilməməsi, evində polislər tərəfindən iki dəfə axtarış keçirilməsi, cinayəti polis əməkdaşlarının təzyiqi nəticəsində boynuna alması və sənədlərə imza etməsi, hər hansı İran İslam Respublikası vətəndaşı tanımaması, polis əməkdaşı Şahid2 İran İslam Respublikası vətəndaşını özündən protokola əlavə etməsi, digər Təqsirləndirilən şəxs2 polislərin onları Elçinin yaşadığı evə gətirərək vəkillər evə gəlməmişdən əvvəl bükümləri evə qoymaları, daha sonra vəkilləri dəvət etmələri, Polis idarəsində əməkdaşlarla kobud davrandığına və məhkumluğu olduğuna görə cinayəti onun boynuna qoymaları, onların qarşısına hazır protokollar qoyulub imza etdirilməsi, İran İslam Respublikası vətəndaşı olan kimisə tanımaması, idarədə olan zaman Şahid2 İran İslam Respublikası vətəndaşını özündən protokola əlavə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özlərini müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edərək, həmin ifadələri iş üzrə toplanmış və məhkəmədə tədqiq olunan digər sübutlarla müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və yaşadıqları mənzildən aşkar edilmiş narkotik vasitələrlə əlaqədar onlara qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapır. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 və X2 məhkəmədə verdikləri ifadələrinə də tənqidi yanaşır. Belə ki, şahid X4 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə aşkar olunan narkotik vasitənin dolayısı ilə ora polis əməkdaşları tərəfindən qoyulduğuna işarə edib polis əməkdaşlarının Elçinin kirayə yaşadığı mənzilə qalxmazdan əvvəl öz maşınlarının baqaj hissəsindən içi dolu olan yaşıl rəngli torbanı da götürüb Elçin və Ziya ilə birlikdə yuxarıya qalxdığını, aşağıya endikdən sonra həmin yaşıl torbanı ona göstərib “oğlunun evindən mal çıxdı” deyə bildirməsini qeyd etmişdir. Məhkəmə həmin ifadəni işin digər materialları ilə müqayisəli şəkildə təhlil etmiş, lakin nə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməsi barədə protokolda, nə təqsirləndirilən şəxslərin, nə də ki, şahidlərin həm ibtidai istintaq, həm də məhkəmədə verdikləri ifadələrində aşkar olunan narkotik vasitələrin yaşıl rəngli torbada olması halları müəyyən eilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, şahidlər X4 və X2 məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın qohumları olan təqqsirləndirilən şəxsləri müdafiə etmək məqsədi güdmüşlər və onların cinayət məsuliyyətindən azad olunmasını arzulamışlar. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımaları kifayət qədər sübuta yetirilir, onlar təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 09.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 193-194). Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 174-176,190-192) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi az ağır cinayətə görə cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş yeni cinayət törətdiyindən o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qanunun həmin müddəasından çıxış edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 23.02.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən barəsində 25.02.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 145-147). İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 23.02.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən barəsində 25.02.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 38, 148-150). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 23 fevral 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalan 257,951 qram narkotik vasitə qurudulmuş marixuana, 1023,128 qram narkotik vasitə heroin və maddi sübut kimi tanınmamış 01 ədəd “AOSAİ” markalı elektron tərəzi məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş şəxsi axtarışın, mənzilə keçirilmiş baxışın gedişatını əks etdirən 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o və Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarsı ilə əlaqədar cəmi 198,60 (yüz doxsan səkkiz manat altmış qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalan 257,951 qram narkotik vasitə qurudulmuş marixuana, 1023,128 qram narkotik vasitə heroin və həmin idarədə saxlanılan, iş üzrə maddi sübut kimi tanınmamış 01 ədəd “AOSAİ” markalı elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar - təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş şəxsi axtarışın və mənzilə keçirilmiş baxışın gedişatını əks etdirən 02 ədəd CD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 198,60 (yüz doxsan səkkiz manat altmış qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar