Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1357/2022 26.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 noyabr 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Qobustan rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 18 yanvar 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq kimyəvi komponent tərkiblərinə görə aralarında eynilik təşkil edən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,879 qram və 1,598 qram olmaqla, ümumi təmiz çəkisi 2,477 qram olan külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 8 aprel 2022-ci il tarixdə əldə etdiyi 1 bükümdə 0,879 qram olan narkotik vasitəni 8 manat pul müqabilində tanışı Şahid1 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 8 aprel 2022-ci il tarixdə saat 18:50-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 ünvanında yerləşən binanın yaxınlığında saxlanılıb G.Şıxlinski küçəsi 49 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PBnin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,598 qram olan narkotik vasitə heroin əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illər narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni aslılığı olduğu üçün əziyyət çəkdiyindən ağrıları olan zaman istifadə etmişdir. Narkotik vasitə istifadə etdikdən sonra ağrıları azalmış və yenidən başladıqda isə təkrar narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən pulla, əsasən də, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində almışdır. 8 aprel 2022-ci il tarixdə yuxudan oyandıqdan sonra bədənində ağırılar şiddətləndiyi üçün səhər saatlarında narkotik vasitə almaq üçün Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivinə gəlmiş, orada bir nəfər şəxs ilə görüşmüşdür. Həmin şəxsdə narkotik vasitə olmasını öyrəndikdən sonra bədənində ağrılar olduğuna görə almaq istədiyini bildirmişdir. Həmin şəxsə 20 manat pulu olduğunu bildirdikdən sonra onunla yolun kənarında sakit bir yerə gəlmiş və həmin şəxs cibindən 2 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb ona vermişdir. Bükümləri açıb içərisinə baxmış və hər 2 bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə olmasını görmüşdür. Bundan sonra həmin şəxsə 20 manat pul vermiş və sonuncudan ayrılıb dayanacağa gəlmişdir. Marşrut avtobusu ilə Gəncə prospektinə gəlmiş, orada Elşad ilə görüşmüşdür. Söhbət zamanı Elşada üzərində narkotik vasitə olmasını və pulla aldığını bildirmişdir. Elşad narkotik vasitə istədikdə sonuncuya narkotik vasitəni pulla almağını bildirib qarşılığında pul istəmişdir. Bundan sonra Şahid1 8 manat pul verib artıq pulunun olmadığını demişdir. Həmin pulu ondan alıb üzərimdə olan 2 ədəd bükümün birini çıxarıb sonuncuya vermişdir. Elşad bükümü götürüb getmişdir. Daha sonra Kənd Əhmədli qəsəbəsinə gəlmiş, yolla gələn zaman Elşadın verdiyi 8 manat pulla yemək və su almışdır. Kənd Əhmədli qəsəbəsində heç kəsin olmadığı bir yerdə üzərində olan 1 ədəd bükümdəki narkotik vasitənin bir qismini istifadə etmiş, qalan qismini isə cibinə qoymuş və Gəncə prospektinə qayıtmışdır. Saat 18:50 radələrində Gəncə prospektində ünvanını bilmədiyi yerdə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra sonuncular narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə narkotik vasitə heroin vardır, narkotik vasitəni həmin gün səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmiş, bir qismini tanışı Elşada 8 manata satmışdır. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi isə 1.83 qram müəyyən olunmuşdur. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunub ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik maddələr olması və gəzdirməsi barədə heç kimin məlumatı olmamışdır. Heç vaxt Şahid1 ilə narkotik vasitə istifadə etməmiş, onunla narkotik vasitə əldə etməmiş və onun kimlərdənsə narkotik vasitə əldə etməsini bilməmişdir. Yalnız Elşadın şifahi olaraq narkotik vasitə istifadə etməsini bilmişdir. Narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını bilməmiş, onu yalnız üzdən tanımışdır. Elşadla görüşməyi planlaşdırmamış, təsadüfən rastlaşmışdır. Bundan əvvəl istər Şahid1, istərsə də başqa şəxslərə heç vaxt narkotik vasitə satmamışdır. Şahid1 verdiyi bükümdəki heroin külli miqdarda olmamışdır. Narkotik vasitəni ilkin olaraq şəxsi istifadəsi üçün əldə etmiş, lakin Şahid1 narkotik vasitə istədikdə narkotik vasitəni pulla aldığı üçün sonuncuya satmaq məcburiyyətində qalmışdır. Üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. Narkotik vasitənin heroin növündən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhər Xətai RPİ-nin 35-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 8 aprel 2022-ci il tarixdə xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Şahid1 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə edilmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Şahid1 qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və sonuncunun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 təyin olunmuşdur. Bundan sonra Şahid1 ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün Şahid3 ilə birlikdə məlumat əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 95 ünvanda yerləşən binanın yaxınlığına gəlmişlər. Saat 17:30 dəqiqədə ünvan 6vanın yaxınlığında Şahid1 əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim edib sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də adının Elşad, soyadının isə Həsənov olmasını bildirdikdə sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPİnin 35-ci PB-nə dəvət etmişlər, həmin şəxs də etiraz etməmişdir. Bundan sonra Şahid1 polis bölməsinə gətirmişlər. Bölmədə Şahid1 şəxsiyyəti dəqiqləşdirildikdən sonra raport yazıb bölmə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Şahid1 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Şahid1 üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Şahid1 əynində olan tünd qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuşdur. Şahid1 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni 8 aprel 2022-ci il tarixdə günorta saatlarında Xətai rayonu, Gəncə prospektində tanıdığı Süleyman adlı şəxsdən 8 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Həmin kağız büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 1.07 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Şahid1 üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşı, vəkil, Elşad və o imza etmişdir. Həmin gün təhqqiatçı tərəfindən Süleyman adlı şəxsin şəxsiyyətinin dəqiqləşdirilib müyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş və tapşırıq əsasında sonuncunun müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirmişlər. Əldə edilmiş məlumata əsasən Yəhya ilə Xətai rayonu, Gəncə prospekti 89 ünvanın yaxınlığına getmişlər. Gəncə prospekti 89 ünvanın yaxınlığında Şahid1 bildirdiyi əlamətlərə və onlarda olan məlumatlara əsasən Süleyman adlı şəxsi oxşadıb yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim etdikdən sonra sonuncunun adının Süleyman olmasını öyrəndikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib polis bölməsinə dəvət etmişlər. Bundan sonra Süleymanı polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər bir neçə dəfə məhkum olunmuş, ünvan 9 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Raport yazıb bölmə rəisinə məruzə etmişdir. Sonra bölməyə vəkil dəvət edilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofanda qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verildikdə sonuncu bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, nakotik vasitəni 8 aprel 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində gəzdirmiş, 8 aprel 2022-ci il tarixdə günorta saatlarında narkotik vasitənin bir qismini tanışı Elşad adlı şəxsə 8 manata satmışdır. Həmin kağız büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 1.83 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişdir. Əvvəlcə Şahid1 saxlanılmışdır. Təqsirləndirilən şəxsi Şahid1 bildirdiyi əlamətlərə və onlarda olan məlumatlara əsasən müəyyən edib yaxınlaşmışlar. Məlumat Şahid1 barəsində daxil olmuşdur. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 130- 134). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, heç bir yerdə işləmir, lakin müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırmışdır. 3-4 il olar ki, narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etmişdir. Narkotik vasitəni mütəmadi olaraq tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərindən pulla alaraq qəbul etmişdir. Təqsirləndirilən şəxs qısa zamandır ki, tanıyır və sonuncu ilə mütəmadi olaraq görüşərək söhbət etmişlər. 8 aprel 2022-ci il tarixdə günorta saatlarında Süleyman ilə Xətai rayonu Gəncə prospektində görüşmüşlər. Söhbət zamanı Süleymanın üzərində narkotik vasitə olmasını öyrənmiş və ondan narkotik vasitə istəmişdir. Əvvəlcədən Süleymanın narkotik vasitə istifadə etməsini şifahi olaraq bilmişdir. Süleyman da onun narkotik vasitə istifadə etməyini bilmişdir. Belə ki, onlar söhbət zamanı biri-birilərinə narkotik vasitə istifadə etməyi bildirmişlər. Süleymandan narkotik vasitə istədikdə sonuncu narkotik vasitəni pulla aldığını bildirib satdığını demişdir. Süleymana 8 manat pulunun olduğunu bildirmiş və həmin pulu sonuncuya verərək 1 ədəd büküm almışdır. Bükümü açıb içərisinə baxmış və görmüşdür ki, narkotik vasitə heroin vardır. Süleymandan narkotik vasitəni haradan almasını soruşmamış və oradan çıxıb getmişdir. Narkotik vasitə 1 ədəd gümüşü rəngli kağıza bükülmüşdür. Gəncə prospekti 95 ünvanın yaxınlığına çatdıqda 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş və 35-ci PB-nə dəvət edilmişdir. Heç bir etiraz etməmiş və polis bölməsinə gətirilmişdir. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd qəhvəyi rəgli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroini çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olmasını, narkotik vasitəni həmin gün günorta satlarında Gəncə prospektində tanıdığı Süleyman adlı şəxsdən 8 manata şəxsi istifadəsi üçün almağını və üzərində gəzdirməyini bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi 1,07 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər (cild 1, iş vərəqə 70-72). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 8 aprel 2022-ci il tarixdə saat 18:50 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 ünvanın yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisindəki tünd qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim edərək həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 8 aprel 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını, üzərində gəzdirməsini və 8 aprel 2022-ci il tarixdə günorta saatlarında narkotik vasitənin bir qismini tanışı Elşad adlı şəxsə 8 manata satmasını bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 1,83 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Şahid1 üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 26-28). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin disk “CD” formatlıdır, diskin üzərində markalanmaya dair heç bir göstərici və işarələr yoxdur, disk açıldıqda içərisində 1 ədəd “mp4” formatlı görüntü vardır, həmin görüntüdə Xətai RPİ-nin 35-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilmiş, belə ki, Təqsirləndirilən şəxs özünü təqdim etmiş, onun yanında 2 nəfər mülki geyimli polis əməkdaşlar vardır, polis əməkdaşları Xətai RPİnin 35-ci PB-nin əməliyyat müvəkkilidir, qarşıda olan stulda 13 saylı vəkil Bürosunun vəkili X5 əyləşmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan tünd göy rəngli şalvarın şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofanda qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, nakotik vasitəni 8 aprel 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində gəzdirmiş, 8 aprel 2022-ci il tarixdə günorta saatlarında narkotik vasitənin bir qismini tanışı Elşad adlı şəxsə 8 manata satmışdır. Həmin kağız büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 1,83 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 79-80). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 9 aprel 2022-ci il tarixli 6/1987 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün Ah 154" möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,598 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1,598 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,548 qram, cild 1, iş vərəqə 34-36). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 18 may 2022-ci il tarixli 6/2738 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş “...Şahid1” qeydli zərfdəki 1 ədəd bükümdə olan heroin kütləsi və “...Təqsirləndirilən şəxs...” qeydli zərfdəki 1 ədəd bükümdə olan heroin kütləsi kimyəvi komponent tərkiblərinə görə aralarında eynilik təşkil edir (Qeyd: heroinin ümumi təmiz çəkisi 0,829 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,729 qram, cild 1, iş vərəqə 122- 124). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 25 may 2022-ci il tarixli 2064 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülmüşdür (cild 1, iş vərəqə 98-99). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,448 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 ədəd “CD” disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 139-154). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Mehdiyev X2 rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 18 yanvar 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (cild 1, iş vərəqə 95-97). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını çəkib qutardıqdan bir il keçmədən yenidən cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Yuxarıda qeyd olunan normanın tələbinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mehdiyev X2 rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə residiv müəyyən edilən zamanı nəzərə alınmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 16). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 10 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 66-68). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 220 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,448 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 8 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 220 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,448 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1357/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1357/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver