Məhkəmə qərarları › İş №1(101)-1357/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1357/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1357/2024 25.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X11 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda ƏN PX-nin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxta və şəraitdə naməlum mənbədən qanunsuz olaraq külli miqdarda 23,668 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış və onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 11 oktyabr 2023-cü il tarixdə, saat 20:05-də o, ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edərkən zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin inzibati binasına gətirilib həmin gün saat 21:00-dan radələrindən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçənin sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşığı 23,668 qram çəkidə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər öz feysbuk hesabında canlı yayın vasitəsilə general İslam Hümbətov barədə tənqidi sözlər işlətmişdir. Bu səbəbdən 2020-ci ilin oktyabr ayının sonunda Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Orada onu şərləmək istəmişlər. Lakin bir gün tutulduqdan sonra azad edilmişdir. Tutulduğu müddət ərzində döyülmüşdür. Hazlrki cinayət işi üzrə tutulmamışdan əvvəl öz feysbuk hesabında “Daxili İşlər Nazirliyini kafe kimi işlədirlər” məzmunlu paylaşım etmişdir. Nazirin generalları Vüqar Ələkbərov, İslam Hümbətov milləti narkotiklə zəhərləyir, narkotikin vasitələrin satışını təşkil edir, millətin balalarını məhv edirlər. Vilayət Eyvazovun narkotik biznesi vardır. Bu biznesdən polis, prokuror, hakimlər, Ədliyyə Nazirliyi də qazanc əldə edir. Belə bir status paylaşdığına görə Vilayət Eyvazovun sifarişi ilə həbs edilmişdir. Üzərindən aşkar edirlən narkotik vasitəni Səbail RPİ-nin 9-cu X12 adlı polis əməkdaşı cibinə qoymuşdur. Özü də videoçəkilişlə narkotiki onun cibindən çıxarmış, o, heç narkotikə əlini də vurmamışdır. Nəcəf adlı polis əməkdaşı həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur etmişdir. İttiham aktında qeyd edildiyi kimi küçədə olarkən saxlanılmamışdır. 10 oktyabr 2023-cü il tarixdə yaşadığı evdə olarkən 9-cu Polis Bölməsinə aparılmışdır. Bölmədə olan zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçisi Səttar adlı polis əməkdaşı onunla söhbət etmişdir. Sonuncu ona general İslam Hümbətovun onu şəxsən tanıdığını demişdir. Həmçinin şəxsi axtarış zamanı cibindən çıxan narkotik vasitənin onun olmasını etiraf etməsini də demişdir. Bölmədə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmışdır. Gecə bölmədə qaldıqdan sonra Səbail Rayon Polis İdarəsinin X7 təhvil verilmişdir. 2 gün MSY-də saxlayandan sonra 13 oktyabrda BNMİ-nin polis əməkdaşları Səttar və Nəcəf onun yanına gələrək feysbuk hesabında general İslam Hümbətov barəsində nə paylaşdığını soruşmuşlar. O, general İslam Hümbətov barəsində heç nə paylaşmadığını, Bakı Şəhər Baş Polis İdarəsinin generalı Vüqar Ələkbərov haqqında paylaşım etdiyini demişdir. Onu aldadaraq buraxacaqlarını demişlər. O da polis əməkdaşlarına inanmışdır. Həmçinin narkotik vasitələri boynuna götürməsə ailəsi ilə təhdid edilmiş, döyülmüşdür. Bundan sonra cibinə 01 büküm narkotik vasitə qoyulmuşdur. Şəxsi axtarış zamanı həmin büküm cibindən akar edilmiş, ifadələrini oxumadan imzalamışdır. Sonra ondan feysbuk hesabındakı paylaşımları silməsini tələb etmişlər. Həmin gün barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün Səbail Rayon Məhkəməsinə aparılmışdır. 19 yanvar 2024-cü ildə müdafiəçisi Müdafiəçi iştirakı ilə ifadə vermişdir. Həmin ifadədə Vüqar Ələkbərovun adını çəkdiyi üçün cinayət işinin materiallarına əlavə edilməmişdir. İçərişəhərdə dostunun evində olmuşdur. Bir həftəyə yaxın polislər tərəfindən axtarılmışdır. Tutulacağını bildiyi üçün Bakıya dostunun evinə gəlmişdir. Tutulan zaman mənzildə tək olmuşdur. 10 oktyabr 2023-cü ildə saat 17 radələrində Səbail RPİ-nin 9-cu PB-ə aparılmışdır. Şübhəli şəxs qismində vermiş olduğu ifadəsini imzalamamışdır. Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəni isə imza etmişdir. Lakin həmin ifadələr saxta olduğu üçün təsdiq etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıması özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Zəkanın şəxsiyyətini sorğu yolu ilə müəyyən etmişlər. Adını və harada anadan olduğunu bilmir, digər məlumatları elektron portaldan çıxarış yolu ilə əldə etmişlər. Həmin çıxarışın kim tərəfindən həyata keçirilməsi məxfidir. “Lider.lider06” operatorunun kim olması barədə məlumatlar da məxfidir. 11 oktyabr 2023-cü il tarixdə saat 20:05 radələrində əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat tədbirində onunla birlikdə Şahid3 və Şahid1 iştirak etmişdir. Zəkanı Bakı şəhəri, “İçərişəhər” deyilən ərazidə İlyas Əfəndiyev küçəsində saxlamayaraq polis bölməsinə gətirmişlər. Bölmədə Zəkanın üzərinə şəxsi axtarış keçirimişdir. Şəxsi axtarış zamanı Zəkanın üzərindən bir büküm narkotik vasitə aşkar edilmişdir. Sonuncu sorğu zamanı həmin bükümü tapdığını, maraqlı gəldiyi üçün özündə saxladığını bildirmişdir. Əməliyyat məlumatında Zəkanın narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu qeyd edilsə də, sonradan satış faktı öz təsdiqini tapmamışdır. Əvvəllər təqsirləndirilən şəxslə telefonla əlaqə saxlamamışdır. Səbail Polis İdarəsində Səttar adlı polis əməkdaşı vardır. 13 oktyabr 2023-cü ildə bölmədə Səttar və Nəcəf adlı şəxsləri görməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Əməliyyat qrupunda onunla birlikdə Şahid2 və Şahid1 iştirak etmişdir. Qrupa rəhbrəliyi Şahid2 etmişdir. Sonuncunun tapşırıqlarına əsasən əməliyyat axtarış tədbirləri keçirmişlər. 11 oktyabr 2023-cü il tarixdə 20-21 radələrində Səbail rayonunda saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-ə aparılmışdır. Onlarda olan məlumatda İçərişəhər ərazisində olduğu deyilmişdir. Bölmədə Zəkanın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən 200 manat pul və içərisində heroinə bənzər kütlə olan büküm aşkar olunaraq götürülmüşdür. Zəka sorğu zamanı narkotik vasitəni yerdən tapdığını, maraqlı olduğu üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonuncunu 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, İçərişəhər deyilən ərazidə İlyas Əfəndiyev küçəsində saxlayaraq Səbail rayon 9-cu Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Zəkanın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Zəkanın üzərindən bir büküm narkotik vasitə və 200 manat pul aşkar edilmişdir. Zəka sorğu zamanı həmin bükümü tapdığını, maraqlı gəldiyi üçün özündə saxladığını bildirmişdir. Sonradan Zəkanın narkotik vasitələrin satışını həyata keçirməsinin sübuta yetirilib-yetirilməməsi barədə məlumatı olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, icraatında olan işlərin çoxluğu ilə əlaqədar 17 yanvar 2024-cü il tarixdə MSY-də Təqsirləndirilən şəxslə bağlı hansı istintaq hərəkətlərinin keçrildiyini xatırlamır. Sonuncunu həmin tarixdə dindirilib-dindirilməməsi yadında deyil. Əgər cinayət işinin materiallarında Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə dindirilməsi barədə protokol yoxdursa, deməli həmin gün dindirilməmişdir. Həmin tarixdə Müdafiəçi və təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-də narkoloji ekspertizanın rəyi ilə tanış olmuş, zəruri sənədlər tələb etmişlər. Ümumilikdə Təqsirləndirilən şəxs bir neçə dəfə dindirmişdir. Zəka şifahi şəkildə ifadə verərək həmin ifadəsini məhkəmədə də olduğu kimi verəcəyini demişdir. Tarixi dəqiq xatırlamasa da 17 yanvarda müdafiəçi ilə Təqsirləndirilən şəxs yanına cinayət işinin materialları ilə tanış etmək üçün getmişlər. 13 oktyabrda Səbail Rayon Məhkəməsinə cinayət işinin başlanması haqqında qərar, tutma haqqında protokol, order, ekspertiza rəyini təqdim etmişdir. Məhkəməyə şəxsi axtarış və götürmə aparıması barədə protokolu təqdim etməmişdir. Həmin protokol zəruri hallarda hakim istədikdə təqdim edilir və protokolun surəti çıxarılır. Vəkilin yadından çıxdığı üçün şəxsi axtarış və götürmə protkolunu imzalamaya bilər. Lakin həmin protokolu təhqiqatçı tərtib etdiyindən vəkilin imzalamama səbəbini dəqiq bilmir. Özünün tərtib etdiyi sənədlərin hamısı müdafiəçi tərəfindən imzalanmışdır. Bütün sənədləri hazır edən kimi iştirakçılara imza etdirmişdir. Hər hansı sənədi kiməsə sonradan imza etdirməmişdir. Məhkəməyə təqdim edilən sənədlər birbaşa hakimə deyil, hakim köməkçisi və ya məhkəmə iclas katibinə təqdim edilir. MSY-də təqsirləndirilən şəxsin yanında olarkən onun telefonuna zəng gəlməsi, orada kimləsə telefonla danışması mümkün deyildir. Çünki MSY-ə telefonla daxil olmağa icazə verilmir. Yalnız telefonuna kimsə zəng etsə və növbətçi hissədən kimsə bu barədə ona məlumat versə MSY-nin girişinə gedə bilər. Həmin vaxt ərzində hansısa əməliyyatçının Zəkaya sənəd imza etdirib-etdirməməsindən xəbəri olmamışdır. BNMİ məxfi idarə olduğu üçün oranın əməkdaşlarını tanımır. 11 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxxx 1982-ci ildə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan Qəbələ rayonu, Vəndam kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi bildirilir. (i.v. 3) 11 oktyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 20:50-də (faktiki saxlanılma saat 20:05-də) Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin təhqiqat qrupunun baş təhqiqatçısı polis kapitanı Nəcəf Aburşu tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 27) 13 oktyabr 2023-cü il tarixli Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 91-93) 20 oktyabr 2023-cü il tarixli Bakı Apellyasiyasiya Məhkəməsinin qərarından görünür ki, Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs barəsində Səbail rayon məhkəməsi tərəfindən seçilmiş, xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə verilmiş vəsasət təmin edilməmişdir. (Cild 1 i.v. 119-124) 12 oktyabr 2023-cü il tarixli Səbail rayon məhkəməsinin qərarından görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 11 oktyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1 i.v. 42-43) 11 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. (Cild 1 i.v. 29-32) 13 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 Təqsirləndirilən şəxs üzünə törətmiş olduğu cinayət əməlini deyərək bir daha təqstiq etmişdir. (Cild 1 i.v. 78-79) 13 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə törətmiş olduğu cinayət əməlini deyərək bir daha təsdiq etmişdir. (Cild 1 i.v. 80-81) 13 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə törətmiş olduğu cinayət əməlini deyərək bir daha təsdiq etmişdir. (Cild 1 i.v. 82-83) 12 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5322 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan,”Təqsirləndirilən şəxs üzərindən ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 23,668 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1 i.v. 38-39) Məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 1505 nömrəli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. (Cild 1 i.v. 152-155) 13 yanvar 2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 179 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X5 NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1 i.v. 156-157) 08 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 23,618 qram olan narkotik vasitə heroin Səbail RPİ-nin Saxlama Kamerasına təhvil verilmişdir. (i.v.128-129) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 1 i.v.125) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı bədən səthində zədə və xəsarət izi aşkar olunmamışdır. (Cild 2 i.v.142-144) Səbail RPİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə Səbail RPİ-nin X7 daxil olarkən bədəni üzərində hər hası xəsarət aşkar edilməmişdir. (Cild 2 i.v.145-149) DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumatların İAMAS akt sistemlərindən və portaldan 2023-cü ilin oktyabr ayında nə vaxt və kim tərəfindən həyata keçirilməsi, həmçinin “lider lider (lider06)” operatorun kimliyi barədə məlumatların əldə edilməsi texniki imkanlar xaricindədir. (Cild 2 i.v.152) Azərbaycan Respublikası Daxilli İşlər Nazirliyi Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, xx xxxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində məlumatlarım “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin müvafiq altsistemlərindən və “Məlumat portalı”nda loqların saxlanması müddəti 1 ay olduğuna görə xx xxxxxxx 1982-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs barəsində məlumatların İAMAS alt sistemlərindən və portaldan 2023-cü ilin oktyabr ayında çıxarışların nə vaxt və kim tərəfindən həyata keçirilməsi barədə, eyni zamanda “lider lider (lider06)” operatorun kimliyi barədə məhkəməyə məlumat veilməsi mümkün olmamışdır. (Cild 2 i.v.204) Səbail RPİ-nin 9-cu PB-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BNMİ-nin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilmiş və bölmənin inzibati binasında sənədləşmə işləri aparılmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində hər hansı qeydiyyat işləri aparılmamışdır. (Cild 2 i.v.216) Səbail RPİ-dən daxil olmuş məktubdan görünür ki, Səbail RPİ-nin MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyatı kitabı yararsız hala düşdüyündən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə 11-13 oktyabr 2024-cü il tarixlərdə müdafiəçi X3 Səbail RPİ-ə gəlib-getməsi barədə məlumat verilməsi mümkün olmamışdır. 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Xidməti araşdırmalar idarəsində toplanmış 263-C-24 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (Cild 2 i.v. 200-202) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü masanın üstünə qoymuşdur. O, şəxsi axtarış zamanı həmin bükümlərin narkotik vasitə heroin olduğunu, 11 oktyabr 2023-cü il tarixdə saat 09:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqlərə məruz qalmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək müdafiə hüququnun təmin edilməsinə yönəlik vəsatətlər vermiş, həmin vəsatətlər təmin edilərək anten məlumatları əldə edilmiş, əlavə şahidlər dindirilmiş, sorğular verilərək zəruri sənədlər alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anadək qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan daha artıq çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroini könüllü təqdim etmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə hesab edir ki, əvvəlcə ittihamla bağlı həmin hallar müəyyən edilməli, bundan sonra ittiham və müdafiə tərəfinin təqdim etdiyi, eləcə də, məhkəmənin qərarı ilə götürülmüş sübutlar əsasında yoxlanılmalıdır. Hazırki cinayət işi üzrə mübahisələndirilən hallar aşağıdakılardan ibarətdir: Təqsirləndirilən şəxsin narkotik vasitələrə aidiyyətinin olub-olmaması. Təqsirləndirilən şəxsin saxlanılması zamanı, eləcə də, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki, eləcə də, psixoloji təzyiqlərə məruz qalıb-qalmaması. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulubpozulmaması. Məhkəmə narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olub-olmaması ilə bağlı onu qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı digər sübutlarla dəstəklənməyən ifadələr vermişdir. Bu səbəbdən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış və üzləşdirmə protokolları, şahidlərin ifadələri və digər sənədlərlə dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisəni ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Həmçinin məhkəmə baxışı zamanı ifadəsində də Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindəki imzaların özü tərəfindən icra edilməsini göstərmişdir. Narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi, eləcə də, fiziki və psixoloji təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq həmin heroini cibindən çıxarıb təqdim etmiş, əvvəllər narkotik vasitə istifadə etmədiyini, satışı ilə məşğul olmadığını, maraqlı olduğu üçün götürüb gəzdirdiyini, heç bir fiziki və psixoloji təzyiq olunmadığını bildirmiş, təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə kimyəvi-ekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində “Təqsirləndirilən şəxs ...” sözləri, Azərbaycan Respublikası DİN-nin 7 №-li dairəvi möhür əksi, imzalar olan 1 ədəd zərfdə 01 ədəd zərfdə təqdim edilmişdir. Zərfi açdıqda içərisindən bir ədəd bükümdə təmiz çəkisi 23,668 qram qəhvəyi rəngli maddə aşkar edildi. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizasına göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə qarşı fiziki təzyiqlərin edilməsi ilə bağlı onu da qeyd edir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçada Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı bədən səthində zədə və xəsarət izi aşkar olunmadığı qeyd edilmiş, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Xidməti Araşdırmalar idarəsində toplanmış 263- C-24 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, ibtidai istintaq zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində xəsarət və xəsarət izi aşkar olunmadığı müəyyən edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin narkotik vasitələrə aidiyyətinin olub-olmaması, eləcə də saxlanılması zamanı, eləcə də saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması ilə bağlı müdafiə tərəfinin məhkəmədə iddia etdiyi hallar cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilməklə sübut kimi qəbul edilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, üzləşdirmə protokolu, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təkzib edilmişdir. Müdafiə tərəfinin mübahisələndirdiyi digər məsələ ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulub-pozulmaması ilə bağlıdır. Təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə bağlı müdafiə tərəfinin mübahisələndiridiyi hallar aşağıdaklardan ibarətdir: Təqsirləndirilən şəxsin tutulması və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı müdafiəçi X3 iştirak etməməsi. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi və barəsində keçirilmiş əməliyyat tədbirinin yoxlanılması ilə bağlı materialların Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş materiallardan fərqli olması. 15-23 yanvar 2024-cü il tarixlərdə Müdafiəçi Səbail RPİ-nin müstəntiqi Vüqar Məcidov tərəfindən təqsirləndirilən şəxsin dindirilməsi və həmin dindirmə protokolunun müsəntiq tərəfindən cinayət işinin materiallarına əlavə edilməməsi. Müdafiə tərəfi Təqsirləndirilən şəxs rəsmi qaydada tutularkən, eləcə də, təqsirləndirilən şəxs qismində ifadəsi alınarkən müdafiəçisi Mehman Muradlının yanında olmamasını bildirmişdir. Bununla bağlı müdafiə tərəfinin vəsatəti əsasında vəkil Mehman Muradlının mobil telefon nömrəsinin anten məlumatları əldə edilərək tədqiq edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuma protokolundan görünür ki, xx.xx.2023-cü il saat 20:50-də həmin protokol tərtib olunmuş və tutuma rəsmiləşdirilmişdir. Şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış xx.xx.2023-cü il tarixdə saat 21:10-dan 21:16-dək aparılmış, daha sonra 21:17-dən 21:30-dək protokol tərtib edilmişdir. Müdafiəçi Mehman Muradlının mobil telefonu xx.xx.2023-cü tarixdə qeyd olunan saatlara yaxın saat 20:24:59-da “Baki sh., X18 kuc. Genclik Mall”, saat 21:42:23-də “Yasamal-Badamdar yolu "Qurd qapisi" rest.” antenalarının əhatə dairəsində olmuşdur. “Google map” proqramında 9-cu polis bölməsi ilə “Baki sh., X18 kuc. Genclik Mall” anteni arasında avtomobil yolu ilə 5,2 km məsafə olması və həmin məsafənin avtomobillə 14 dəqiqəyə gedilməsi göstərilmişdir. Belə olan halda saat 20:24-də həmin antenda olan Mehman Muradlının 14 dəqiqədən sonra 20:38-dən etibarən, yəni 20:50-də 9-cu polis bölmədə olması mümkündür. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 10:30-dan 11:15-dək Təqsirləndirilən şəxs qismində dindirilməsi aparılmışdır. Müdafiəçi Mehman Muradlının mobil telefonu qeyd olunan vaxta ən yaxın olan xx.xx.2023-cü il saat 11:33:59-da “Bayil qes.,Xanlar kuc” antenasında olmuşdur. “Google map” proqramında təqsirləndirilən şəxs qismində dindirmənin aparıldığı Səbail rayon polis idarəsi ilə “Bayil qes.,Xanlar kuc” anteni arasında avtomobil yolu ilə 3,2 km məsafə olması və həmin məsafənin avtomobillə 7 dəqiqəyə gedilməsi göstərilmişdir. Həmçinin telefon şəbəkəsinin hava yolu ilə siqnalı tutması nəzərə aldıqda həmin anten ilə Səbail rayon polis idarəsi arasında hava yolu ilə 792 metr məsafə olması müəyyən edilir. Göründüyü kimi Səbail rayon polis idarəsi ilə həmin anten arasında yaxın məsafə olmuşdur. Bundan başqa, “Azərsell”-dən verilmiş sorğuya cavab məktubundan da aydın olur ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə bilər. Bundan başqa, telekommunikasiya istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə (yükləmələrin) sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq cihazdan istifadə zamanı hansı şanın ərazisində olması dəyişə bilər. Yuxarıda qeyd olunanlar Mehman Muradlının xx.xx.2023-cü il tarixdə saat 10:30-dan 11:15-dək Səbail rayon polis idarəsində Təqsirləndirilən şəxs qismində dindirilməsində iştirak etməsini təsdiq edir. Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinin qanuniliyə ilə bağlı məhkəmə qeyd edir ki, 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun əmri ilə əməliyyat qrupu yaradılmışdır. 12 oktyabr 2023-cü il tarixli Səbail Rayon Məhkəməsinin qərarı ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 11 oktyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı materialların Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş materiallardan fərqli olması, yəni məhkəməyə təqdim edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolda (Cild 1, 29-30-cu vərəqələrdə) müdafiəçi Mehman Muradlının imzalarının olması, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı materiallara əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolun isə (Cild 2, 66-67-ci vərəqələrdə) müdafiəçi Mehman Muradlı tərəfindən imzalanmaması ilə bağlı məhkəmə qeyd edir ki, Səbail rayon məhkəməsindən əldə edilmiş şəxsi axtarış protokolunun surətində müdafiəçinin ilk iki səhifəsində imzası olmasa da, sonuncu səhifədə imzası vardır, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu 1 ədəd videodiskə baxış keçirən zaman müdafiəçi X3 həmin istintaq hərəkətində iştirak etməsi müəyyən edilmiş və şəxsi axtarış aparılmasına dair protokolda videoçəkiliş zamanı deyilən halların eynisi əks olunmuşdur. Yəni videoçəkilişlə protokol arasında heç bir ziddyəti yoxdur. Bu da şəxsi axtarış və götürmə protokolunun qanuniliyinə dəlalət edir. Həmçinin müdafiə tərəfinin iddia etdiyi 17 yanvar 2024-cü il tarixdə Müdafiəçi iştirakı ilə təqsirləndirilən şəxsin Səbail RPİ-nin müstəntiqi Vüqar Məcidov tərəfindən dindirilməsi və həmin dindirmə protokolunun müstəntiq tərəfindən cinayət işinin materiallarına əlavə edilməməsi ilə bağlı isə məhkəmə onu qeyd edir ki, məhkəmə istintaqında şahid kimi ifadəsi alınmış müstəntiq Vüqar Məcidovun ifadəsindən də aydın olur ki, həmin tarixdə Müdafiəçi və Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-də olmuş, sonuncular orada cinayət işinə əlavə edilmiş məhkəmə tibbi ekspertizası rəyi və məhkəmə nakoloji ekspertizası rəyi ilə tanış olmuş, ibtidai istintaqın qurtarması haqqında təqsirləndirilən şəxsə və müdafiəçisinə məlumat verilmişdir. Həmçinin müdafiəçi və təqsirləndirilən şəxsin imzaladğı xx.xx.2024-cü il tarixli ekspert rəyləri ilə tanış olma protokolları və ibtidai istintaqın qurtarmasının elan edilməsi protokolundan da həmin hərəkətləri edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin törətməkdə ittiham olunduğu cinayət əməlinin tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərindən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etmədiyini, narkotik vasitə istifadəçisi olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni maraqlı gəldiyi üçün özündə saxladığını etiraf etmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi narkotik vasitənin külli miqdar təşkil etməsi ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, narkotik vasitənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 23,668 qram qram heroin külli miqdar təşkil etsə də, şəxs həmin narkotik vasitəni az bir müddətdə ərzində istifadə edə biləcəyindən satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, ibtiadi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, habelə narkotik vasitələrinn satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 23,668 qram heroin çəkidə narkotik vasitə heroin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə belə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı narkotik vasitənin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Yəni ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə heroin əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşidirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 11 oktyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Səbail RPİ-nin Saxlama Kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 23,618 qram heroin məhv edilməli, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işinin materiallarında olan 2 ədəd mobil telefon Təqsirləndirilən şəxs (razılığı olduğu halda yaxın qohumlarına) qaytarılmalıdır. İş üzrə məhkəmə-kimyəvi və məhkəmə-komputer texniki ekspertizalarına sərf edilmiş 165 (yüz altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Səbail RPİ-nin Saxlama Kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 23,618 qram heroin məhv edilsin, 2 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, cinayət işinin materiallarında olan 2 ədəd mobil telefon Təqsirləndirilən şəxs (razılığı olduğu halda yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə-kimyəvi və məhkəmə komputer-texniki ekspertizalarına sərf edilmiş 165 (yüz altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov X13 Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar