Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1358/2021 09.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2 iyun 1985-ci ildə Ermənistanın Masis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan «Coşqun», «Heydər» adlı şəxslər və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri olan «Coşqun», «Heydər» adlı şəxslər və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirib satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə ona göndərdikləri və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Masallı və Lənkəran rayonları ərazisində naməlum şəxs vasitəsi ilə ona çatdırdıqları kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 9130,332 qram təmiz çəkidə narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 1880 qram təmiz çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 525 qram təmiz çəkidə narkotik vasitə tiryəki, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 1000,0 qram təmiz çəkidə narkotik vasitə həşişi, külli miqdarda təsiredici maddəsi metadonun ümumi miqdarı 76 qram təşkil edən 190 ədəd üzərilərində «Methadone 40 04 2022» göstəriciləri olan dərman konvalyutlarında «F/M40» göstəricili 1900 ədəd həblərdən ibarət narkotik vasitə metadon dərman preparatını satış məqsədi ilə qanunsuz əldə edib özü ilə Bakı şəhərinə daşıdıqdan sonra həmin narkotik vasitə heroinin bir hissəsini öz üzərində, qalan hissəsini isə digər narkotik vasitələrlə və psixotrop maddə ilə birlikdə özünün faktiki yaşadığı ünvan 1 ünvanında gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, ev 23 ünvanın yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada Təqsirləndirilən şəxs üzərində həmin gün saat 19:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə heroinin bir hissəsi olan 60,332 qram təmiz çəkidə narkotik vasitə heroin onun əynindəki tünd qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına 27 yanvar 2021-ci il tarixdə saat 21:00-dan etibarən onun özünün iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitə heroinin qalan hissəsi, eləcə də digər narkotik vasitələr və psixotrop maddə - külli miqdarda ümumilikdə 9070 qram təmiz çəkidə narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 970 qram, 990 qram, 940 qram, 1020 qram, 985 qram və 990 qram olmaqla 6 ədəd plastik qablarda, 1565 qram və 1610 qram olmaqla 2 ədəd bağlamalarda, külli miqdarda ümumilikdə 1880 qram təmiz çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram və 930 qram olmaqla 2 ədəd plastik qablarda, külli miqdarda 525 qram təmiz çəkidə narkotik vasitə tiryək 1 ədəd bağlamada, külli miqdarda 1000,0 qram təmiz çəkidə narkotik vasitə həşiş üzəri skoçla bağlanmış 1 ədəd polietilen bağlamanın içərisində sellofana bükülü kətan torbada, külli miqdarda təsiredici maddəsi metadonun ümumi miqdarı 76 qram təşkil edən «F/M40» göstəricili 1900 ədəd həblərdən ibarət narkotik vasitə metadon dərman preparatı 190 ədəd üzərilərində «Methadone 40 04 2022» göstəriciləri olan dərman konvalyutlarında olmaqla səthlərində narkotik vasitə heroin izləri olan 3 ədəd elektron tərəzilərlə birlikdə Təqsirləndirilən şəxs mənzildə girişdən sol tərəfdə yerləşən yataq otağında gizlədib saxladığı və çıxarıb təqdim etdiyi yer olan taxta konstruksiyalı dolabın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 1-də yaşayır. Ali təhsillidir. Bakı Dövlət Universitetini bitirmişdir. Əvvəllər iki ildən çox yataq xəstəsi olmuşdur. Bundan sonra 2020-ci ilin mart ayından etibarən narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Gün ərzində təxminən 4 qram heroin və metamfetamin qəbul etmişdir. Son zamanlar narkotik vasitə heroin və psixotrop maddə metamfetamini tanışı Lənkəran rayon sakini Bakı şəhəri Qara Qarayev metrostansiyasının yaxınlığında kirayədə yaşamış Hikmət adlı şəxsdən qramını 70-80 manata almışdır. Belə ki, narkotik vasitəyə ehtiyacı olduqda Hikmətlə əlaqə saxlamış, sonuncu özü narkotik vasitəni onun evinə gətirmişdir. 2021-ci ilin yanvar ayının sonlarında Hikmət onun evinə gəlib, əlində çanta gətirərək kirayədə yaşadığı evdən çıxdığını, yeni evə köçənə qədər həmin çantaları saxlamağını xahiş etmiş və o, etiraz etməmişdir. Hikmət həmin çantaları onun evinə qoymuşdur. Onların içərisində nə olduğundan xəbəri olmamışdır. Səhəri gün polis əməkdaşları evinə gəlmiş, bundan sonra çantaların içərisində ittihamda qeyd olunan narkotik vasitələrin olduğunu görmüşdür. Hikmət adlı şəxslə qabaqcadan əlbir olub narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmin maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsində iştirak etməmişdir. Evindən aşkar olunmuş narkotik vasitələr, psixotrop maddə və həblərdən xəbəri olmamışdır. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilidir. 27 yanvar 2021-ci il tarixdə Baş İdarəyə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxladığı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı dərhal raportla Baş İdarənin rəhbərliyinə məruzə etmiş, Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyataxtarış tədbirinin keçirilməsi qərara alınaraq əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. 27 yanvar 2021-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbiri zamanı saat 17:00da Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, ev 23 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifindən sonra əynindəki tünd qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən bir ədəd «Samsung» markalı və bir ədəd «Redmi» markalı mobil telefonlar, özünün şəxsiyyət vəsiqəsi və xarici pasportu aşkar olunmuşdur. Aşkar olunmuş, içində heroinə bənzər kütlə olan həmin büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Sonra içindəki qeyd edilən maddə ilə birlikdə həmin büküm götürülüb zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və pasportu, «Samsung» və «Redmi» markalı mobil telefonları iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini Türkiyədə yaşayan tanışı Coşqun adlı şəxsin vasitəsi ilə Lənkəran şəhərində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən əldə etdiyini bildirmiş və əlavə etmişdir ki, yaşadığı ünvan 1-də narkotik maddələri saxlayır. Bu proses başa çatandan sonra təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. Həmin gün saat 21:00-dan etibarən mənzilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifə əsasən mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağına keçib, oradakı taxta konstruksiyalı dolabın içərisindən 6 ədəd plastik qablarda və 2 ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər maddələri, 2 ədəd plastik qablarda psixotrop maddə metamfetaminə bənzər maddələri, 1 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddəni, 1 ədəd bağlamada narkotik vasitə həşişə bənzər maddəni, 190 ədəd konvalyutlarda cəmi 1900 ədəd həblərdən ibarət narkotik vasitə metadona bənzər dərman preparatını və 3 ədəd elektron tərəziləri çıxarıb təqdim etmişdir. Aşkar edilmiş həmin narkotik və psixotrop maddələrə bənzər kütlələr elə aşkarlandığı vəziyyətdə də yerindəcə elektron tərəziyə qoyulub çəkilmiş və çəkiləri müəyyənləşdirilmişdir. Sonra isə aşkar olunmuş həmin predmetlər götürülərək torbaya qoyulub qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı həmin maddələrin narkotik vasitə və psixotrop maddələr olduğunu, özünə məxsus olduğunu, qeyd edilən maddələri Türkiyədə yaşayan tanışı Coşqun adlı şəxsin vasitəsi ilə Lənkəran şəhərində adını bilmədiyi şəxsdən əldə edib Bakı şəhərinə evinə gətirib saxladığını, sonradan isə Coşqunun ona deyəcəyi yerlərə aparıb çatdırmalı olduğunu bildirmişdir. Bu proses də videoçəkilişlə həyata keçiriləndən sonra yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıdıb gəlmişlər. Baş İdarədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən yuxarıda qeyd edilən mənzilə baxış keçirilməsinə və oradan aşkar olunanlara dair protokol yazılıb tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar da protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Teymur oğlu Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İşin 31-34-cü vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, ev 23 ünvanın yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada onun üzərində saat 19:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən onun əynində olan tünd qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 ədəd bükümdə, qablaşdırma ilə birlikdə təxminən 66 qram çəkidə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İşin 37-40-cı vərəqlərindəki evə baxış keçirilməsi və götürmə haqqında 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına 27 yanvar 2021 -ci il tarixdə saat 21:00-dan etibarən onun öz iştirakı ilə keçirilmiş baxış zamanı evin girişindən sol tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı dolabda gizlədilmiş və çıxarıb təqdim etdiyi 6 ədəd plastik qablarda və 2 ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər, 2 ədəd plastik qablarda psixotrop maddə metamfetaminə bənzər, 1 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, 1 ədəd bükümdə narkotik vasitə həşişə bənzər, 1900 ədəd metadon həblərinə bənzər maddələr və 3 ədəd elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Qeyd edilən maddələrin ilkin çəkiləri yerində müəyyən edilərkən qablaşdırma ilə birlikdə heroinə bənzər maddələrin ümumilikdə 9 kiloqram 591 qram çəkidə, metamfetaminə bənzər maddələrin ümumilikdə 2 kiloqram 138 qram çəkidə, tiryəkə bənzər maddənin 559 qram çəkidə, həşişə bənzər maddənin isə 1 kiloqram 68 qram çəkidə olduğu müəyyən edilmişdir. İşin 49-57-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2021-ci il tarixli 6/386 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs...» sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 60,332 qram olan qəhvəyi rəngli maddə; üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...» sözləri yazılmış torbadakı içərisində 6 ədəd 2 litrlik plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 970 qram, 990 qram, 940 qram, 1020 qram, 985 qram, 990 qram; 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1565 qram, 1610 qram - ümumi təmiz çəkiləri 9070 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 2 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 930 qram-ümumi təmiz çəkisi 1880 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Bir ədəd bağlamada təmiz çəkisi 525 qram oian tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 190 ədəd üzərilərində «Methadone 40 04 2022» göstəriciləri olan dərman konvalyutunda 1900 ədəd (hər konvalyutda 10 ədəd olmaqla) açıq qəhvəyi rəngli «F/M40» göstəricili, eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 76 qram təşkil edir. Üç ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Bir ədəd kağız paketdəki və bir ədəd polietilen torbadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 9130,332 qram təşkil edir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir (kağız paketdəki təmiz çəkisi 60,332 qram heroinin 0,050 qramı tədqiqata sərf edildikdən sonra qalıq 60,282 qram çəkidə heroin, torbadakı ümumi təmiz çəkisi 9070 qram heroinin 0,080 qramı tədqiqata sərf edildikdən sonra qahq 9069,92 qram çəkidə heroin, torbadakı ümumi sayı 1900 ədəd metadon həblərindən 15 həb tədqiqata sərf edildikdən sonra qalıq 1885 ədəd metadon həbləri, torbadakı ümumi təmiz çəkisi 525 qram tiryəkin 0,100 qramı tədqiqata sərf edildikdən sonra qalıq 524,9 qram tiryək, torbadakı ümumi təmiz çəkisi 1880 qram metamfetaminin 0,100 qramı tədqiqata sərf edildikdən sonra qalıq 1879,9 qram çəkidə metamfetamin qalmışdır). İşin 61-63-cü vərəqlərindəki məhkəmə-bioloji ekspertizasının 28 yanvar 2021-ci il tarixli 7/120 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən....» yazılar və imzalar olan bir ədəd qara rəngli polietilen torbadakı 1 (bir) ədəd üzəri skoçla bağlanmış polietilen bağlamada sellofana bükülü kətan torbada təmiz çəkisi 1000,0 qram olan maddə (bitki mənşəli kütlə), tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşişdir. Təqdim olunmuş 3 ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur (təmiz çəkisi 1000,0 qram olan həşişin 0,2 qramı tədqiqata sərf edildikdən sonra qalıq 999,8 qram çəkidə həşiş qalmışdır). İşin 186-187-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 29 mart 2021-ci il tarixli 885 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 149-154-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr üzrə telefonla aparılan danışıqların və məlumatların "xxxx" Telekom MMC-dən və "xxxx" MMC-dən ələ keçirilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 fevral 2021-ci il tarixli qərarına əsasən "xxxx" Telekom MMCdən 23 fevral 2021-ci il tarixli 4037 nömrəli məktubla əldə edilmiş 1 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** mobil nömrəsinin "xxxx" Telekom MMCdə Təqsirləndirilən şəxs öz adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrədən 23 iyun 2020-ci il tarixdə saat 18:17 və saat 21:11-də « brat dal otağa kec ya kecey 10 ve 2 bildin da, mene 2 dene ayri ayri ya bidene k., lap bir damci da p,, verersen biz cixaq bayra sen cek tixara otur mene» məzmunlu, 050-701- 41-27 mobil nömrədən istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrəyə 24 iyun 2020-ci il tarixdə saat 08:49-da «Radnoy her weyimde var bir sene falqa goturun geldin rahat oturdu derdlewek» məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 24 iyun 2020-ci il tarixdə saat 12:38-də «Bildim 5.1 hazir et qoy bir yere men goturum onu yola salim sora gelim senin yaniva çatanda qapiya cix qapiya guya nese almağa getdim men» məzmunlu, ***-***-**-** mobil nömrədən 070- ***-**-** mobil nömrəyə 24 iyun 2020-ci il tarixdə saat 12:40-da «Gedirler bir az lengi i vse. Elmar da isteyib 2 dene» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 24 iyun 2020-ci il tarixdə saat 12:58-də «Ok brat sen de hemseki kimi edersen 5:2» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 25 iyun 2020-ci il tarixdə saat 16:07-də «Qaqas men yoldayam 10 qalmis 3 deyqe gorusmey lazimdi hazir ol» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 25 iyun 2020-ci il tarixdə saat 16:10-da «Brat 10 qalmiw 2 hazir. 1 qalir axrinci» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 25 iyun 2020-ci il tarixdə saat 16:14-də «Brat ozmuzun bas qatmağa biraz varsa bes eder mence» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 25 iyun 2020-ci il tarixdə saat 16:17-də «Bir azdan goturende vererik ona cemi 1 qalib bizde vermeye deymir axrincini» məzmunlu, 070-634-49- 49 mobil nömrədən ***-***-**-** mobil nömrəyə 27 iyun 2020-ci il tarixdə saat 19:22-də «Qaqa qadavi alaram sen bir mament tap kec iceri mene 1 dene kola ver gedim men qardasimsan nolar ureyim» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 5 iyul 2020-ci il tarixdə saat 21:58-də «Qaqas bunu getirirem sen canin vurub eleme pisim pisim pulumuzu alaq sora bax vurma bunu men bilirem pulu nece alaciyiq narahat olam burax mene» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 6 iyul 2020-ci il tarixdə saat 19:41-də «Qaqa buna da dedim 2 den artiq goturende 23-den olacaq bu da xoddanir sabaha 5 k 3 p zakaz eledi, ele dedim diyene kulvat eledi brat sen bele ele 2 dene kola bir qoy, 1 dene ayri qoy menen olsa meslehet beledi bunu hevese getirmey ucun 03 ya da yari ayri qoy verim buna deyim ki bunu da sene qret eledi ki basdasin isdemeye hele bunan da yaxsi olacaq» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 6 iyul 2020-ci il tarixdə saat 19:42-də «Dene sabah goturende artiq payivi verecekler 0.5» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 6 iyul 2020-ci il tarixdə saat 19:51-də «Brat hec olmasa balaca das bir balaca qoy» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 7 iyul 2020-ci il tarixdə saat 18:45-də «Qaqa 4 de kola 2 dene fanat fantalari ayri ayri qoy men gelirem» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 23 iyul 2020-ci il tarixdə saat 00:31-də «Brat bu 10 denenin pulunu verdi 195 manat deyir ki pati da qalsin isdiyirsense sabah pulunu verim 5 de sabah verecem anasini sikim kolani da verim yoxsa yox ne meslehet edirsen» məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 14 avqust 2020-ci il tarixdə saat 21:47-də «He qaqaw gotur xeber ele. Men qaracuxura gelmeliyemde ? Men birazdan cixim yavaw-yavaw gelim de, brat bir de olarnan daniw gor ne hormet eliye bilerler yeni iceriycun gedir de po meri vozmojnosti, her neye imkan varsa az-cox ferqi yoxdu, biraz o birsinnen qret eleseler zor olardi pati diyirem, baxda brat» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 14 avqust 2020-ci il tarixdə saat 21:56-da «Brat Qardascani pul para yoxumdu yol pulu eliyib gelmeye. hormet bele hec vaxt dememiwem ozleri imkan duwende eliyirler.sene gonderdiyleri payokuda mene gonderirdiler, evvelden resada men dedim sene Bret elesin. bele sag olsunlar mene gore o qiymete verirler. ozunde wahidsen ki 35den asaği veren yoxdu» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 14 avqust 2020-ci il tarixdə saat 22:16-da «Duzdu brat 10 denede 50m pul eliyir. uzum gelmir vermeye brat dodu pox qoyub onlari pakrivat eliyirem hele. cox wukur Allaha axrinci 10nu dunen dostume verdim.gel brat sen çatanda qayidacam men» məzmunlu, 055-240-66- 17 mobil nömrədən ***-***-**-** mobil nömrəyə 14 avqust 2020-ci il tarixdə saat 22:21-də «Qardawim seni bawa duwurem, indi orda ne baw veribse uzun gelmir,,, sen bidene olara tapwir ki bu tema bawqa yercundu, quru olsun da, yaw sulu olmasın qaqawimsan» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 18 avqust 2020-ci il tarixdə saat 20:56-da «Radnoy yoxlarıdı kola. Ancaq qara, bir de otu var. her 10qr ustunde 1 qr qret eliyir» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 18 avqust 2020-ci il tarixdə saat 21:01-də «Qaqaw qaranı 7m verir ? Bes otu neceden verir ? Brat kola iwi yeqin gelecey gunlerde duzeler de, yoxsa birdefeliy qutarmazki» məzmunlu, 050-701- 41-27 mobil nömrədən ***-***-**-** mobil nömrəyə 18 avqust 2020-ci il tarixdə saat 21:04-də «Yuz manata 8qr verir brat. cox götürsələr awagi almaq olar.olur beie brat yolda olanda bir iki gun ferqle» məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**- ** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 9 oktyabr 2020-ci il tarixdə saat 13:59-da «Salam qardashim, necesen? Gul balalar necedir eziz qardashim? Ay Qulam sene qurban meni hemishe sen duzgun basha dushmusen ona gore deyirem gor alinirsa o qaqashimizdan imkan olarsa butov bir dene ne goturerdik? Amma ki pulunu sabah axshama vererdim. Sozun yere dushmeyecekse tebii ki. Alinsa lap 5-10 manat artiq vererdim gozlediyi ucun. Mene bir xeber deyersen qurban sene. Yene de deyirem bir faiz bele otkaz shansi varsa nebade» məzmunlu, ***-***-**-** mobil nömrədən istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrəyə 22 oktyabr 2020-ci il tarixdə saat 16:58-də «Yaxwi brat. bir iki gune o terefden gelecek, Cox ucuz verirlər mene bu birinden de olur ucuz istesen deyerem ehtiyac olsa goturersen» məzmunlu, ***-***-**-** mobil nömrədən istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrəyə 26 oktyabr 2020-ci il tarixdə saat 23:53-də «Nece artiqiamasiynan vermisen ki 1ci de 30 m, 2 ci de 275 eliyirdi 240 atmiwdin 35 m borc alib vermiwem. 30 m deyirsen bir gun evvel 3, 5 pati vermiwdim hele deyirdin 230 m alacagim var. hele 120 m dediyve gore firlatdilar sene. bele olurda brat evde rahat otur getirim qapida verim pulu vermeye gelende min dene problem cixsin. men dediyimi eledim xeyirle cixacagimiz yerde ziyana duwdum. halbuki evvelde de deyirdin ziyan yoxdu ortada, sonda 5-10 m gore bu qeder uzandi» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 27 oktyabr 2020-ci il tarixdə saat 00:04-də «Ay qaqaw deyirsene evde oturduğun yerde getirib verdim, bes sen olari eridmey hele bele iw bilirsen? Evde sen oturdun men 1000m cox pul verdim sene, bunu sen hec hesab eliyirsen, haramzadeliy eliyen hec halala catmasin, qaldiki tel cavab vermemeye sen bele weyieri elemeye bawdadun, mene dedun pulu gonder ne qeder tez olsa gedib ora deye bilim, ginderdim pulu sabahsi bawdadunki hevesim yoxdu ne bilim xeyir yoxdu, sora getdun ora ne qeder zeng vurdum cavab yoxdu sabahsi cavab verdun dedun ay dava eledim orda kola yoxdu, men de neynemeliyem bu cur cavablardan sora sene qarwi kankret bawqa fikirde xetir hormet duzgunluy ama gordumki sen istiyirsen oturasan evde Emin dvijenide olsun soradaki werikiy biz ???? Dodini bawa duwmurdum» məzumnlu, 050- ***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 27 oktyabr 2020-ci il tarixdə saat 00:56- 00:04-də «Qaqaw ozuvu doduynan kankret bir qaba qoyma, bawa duwmeyede caliwma dodunun evinin bazaligina gedib. dodunun namus qeyretini yanindan durub gedib 20 oglanin icine girib söhbetini elemiwem tek. dodunun aylarnan taksi pulu siqaret pulu Yemeyi icmeyi Kayfi.onla beraber gelib senle derdlewmeyi İndi aydin oldu, Mene vermemisen ay qaqaw sene verilənin pulunu vermisen kesrle. heves sohbetide ona gore olub ki goturduyuvu kesrle vermisen. tele cavab vermemekde imkan olmuyub Werikiikde Sen getir men getirdiyim Kimi 75 faiz senin 25 faiz menim men yerbeyer eliyirem. Bele de qaqaw itiren Sen oldun men yox. dodu senin yaniva 12m gelib gedirdi. Dodunun senin haqqinda fikirlewdiyivi bilsen adini bele cekmezsen» məzmunlu, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə 28 oktyabr 2020-ci il tarixdə saat 10:16-10:28-də «Brat men senin goturduyun summadan xebersiz idim, reski dedin 300 goturmuwem. hemin gunu 9 gətirdim şeheri pulu soruwanda dedin borca vermiwem 300. halbuki menim taksi pulumu da vermedin hele 30 manat da catmirdi men borc tapmiwdim. heves kimde qalardi ki goturduyumuzde xeyir evezine 300 borc 50de men borc elemiwdim. dedin ortaliga narmalni summa atacam alacagim var onu da gormedik. sonra 10 da gelib apardın onun da pulu 36m eskik atdin.sonra 3.5 p verdim yox oldu, Brat sen hemin mament menim tocna yadimdadi oz ehtiyativi da goturmuwdun hele + sende 5-6 qr pati da var idi. Bele de bunu 23m versəydin o birini 30 m yene de kimnense 300 m goturmeye ehtiyac olmazdi. o 300 u niye goturdun mene hele də maraqlidi. hemin mament Sen deyirdin 60 da vermiwem kolani» məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə istifadəçiləri istintaqa məlum olmayan yuxanda qeyd edilən mobil nömrələr arasında narkotik vasitə heroinə «k», «kola», yaxud «fanta», psixotrop maddə metamfetaminə «pati» adları altında işarə edilməklə göstərilən məzmunlarda SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının aşkar edilməsi Təqsirləndirilən şəxs əvvəlki ötən dövr ərzində də narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması, qəbul edilməsi, daşınması, göndərilməsi və satılması, bu kimi qanunsuz maddələrin digər naməlum şəxslər tərəfindən əldə edilməsi üçün onlardan sifarişlər qəbul etməklə qanunsuz ticarət dövriyyəsini həyata keçirməsi fəaliyyəti ilə məşğul olduğunu xarakterizə edir. İşin 184-cü vərəqindəki Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan 29 may 2021-ci il tarixli 008-3814-1221 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun yaxın əlaqələri olan Coşqun və Heydər adlı şəxslərin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə heroini, tiryəki, həşişi, metadon dərman preparatını, psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində Türkiyə Respublikasında yaşayan Coşqun adlı şəxs və Heydər adlı şəxslərlə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, Coşqun və Heydər adlı şəxslərin həmin narkotik vasitəni və psixotrop maddəni cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə Türkiyədən qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərdiklərinə, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri Bakı, Masallı və Lənkəran şəhərləri ərazisində qanunsuz daşıma fəaliyyəti İlə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin Coşqun və Heydər adlı şəxslərin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. İşin 188-189-cu vərəqlərindəki şəxsin sərhədkeçməsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin Avtomatlaşdırılmış məlumat-axtarış sistemində qeydə alınmış sərhədkeçməsinə dair məlumatlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Gürcüstan Respublikası istiqamətində Azərbaycan Respublikasının dövlət sərhədindən Şıxlı sərhəd nəzarət məntəqəsindən 27 iyun 2016-cı il tarixdə saat 06:00-da çıxışına və həmin məntəqədən 28 iyun 2016-cı il tarixdə saat 02:13-də əks istiqamətdə girişinə, həmin məntəqədən 15 avqust 2017-ci il tarixdə saat 05:07-də Gürcüstan Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 15 avqust 2017-ci il tarixdə saat 16:56-da əks istiqamətdə girişinə, həmin məntəqədən 26 iyul 2019-cu il tarixdə saat 20:06-da Gürcüstan Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 22 oktyabr 2019-cu il tarixdə saat 22:45-də əks istiqamətdə girişinə, həmin məntəqədən 22 oktyabr 2019-cu il tarixdə saat 23:19-da Gürcüstan Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 26 oktyabr 2019-cu il tarixdə saat 22:59-da əks istiqamətdə girişinə, Biləsuvar sərhəd nəzarət məntəqəsindən 4 dekabr 2019-cu il tarixdə saat 18:17-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 4 dekabr 2019-cu il tarixdə saat 23:40-da əks istiqamətdə girişinə, Samur sərhəd nəzarət məntəqəsindən 9 dekabr 2019-cu il tarixdə saat 5:30da Rusiya Federasiyası istiqamətində çıxışına və həmin məntəqədən 9 dekabr 2019-cu il tarixdə saat 08:09-da əks istiqamətdə girişinə dair sərhədkeçmə məlumatlarının qeydə alındığı müəyyən edilmişdir. İşin 115-117-ci vərəqlərindəki əşyaların maddi sübut hesab edilməsi haqqında 4 fevral 2021ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatlarından sonrakı qalıq 60,282 qram çəkidə heroin, qalıq 9069,92 qram çəkidə heroin, qalıq 1885 ədəd metadon həbləri, qalıq 524,9 qram çəkidə tiryək, qalıq 1879,9 qram çəkidə metamfetamin, qalıq 999,8 qram çəkidə həşiş və 3 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İşin 190-203-cü vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, yaşadığı evə baxış keçirilməsi və götürmə aparılmasının videogörüntüləri olan iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 131-132-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 22-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 204-cü vərəqindəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 noyabr 2009-cu il təvəllüdlü Vəlili Zəhra və 8 aprel 2012-ci il təvəllüdlü Vəlili İnci adlı 2 azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü təqsirli bilməyərək cinayət törətmədiyini bildirdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin istirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə tam təkzib olunduğundan məhkəmə, onun ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsində iki azyaşlı azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonrakı qalıq 60,282 qram çəkidə heroin, qalıq 9069,92 qram çəkidə heroin, qalıq 1885 ədəd metadon həbləri, qalıq 524,9 qram çəkidə tiryək, qalıq 1879,9 qram çəkidə metamfetamin, qalıq 999,8 qram çəkidə həşiş və 3 ədəd elektron tərəzilər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması, evə baxış keçirilməsi və götürmə aparılmasının videogörüntüləri olan iki ədəd disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 148 (yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonrakı qalıq 60,282 qram çəkidə heroin, qalıq 9069,92 qram çəkidə heroin, qalıq 1885 ədəd metadon həbləri, qalıq 524,9 qram çəkidə tiryək, qalıq 1879,9 qram çəkidə metamfetamin, qalıq 999,8 qram çəkidə həşiş və 3 ədəd elektron tərəzilər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılması, evə baxış keçirilməsi və götürmə aparılmasının videogörüntüləri olan iki ədəd disklər iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 148 (yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1358/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1358/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver