Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1358/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:00-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Heydər” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, İİ Alatava ünvanında ona təqdim etdiyi bir ədəd şəffaf plastik qabda, içərisində 8 ədəd şəffaf selofan bükümündə və bir ədəd gümüşü kağız bükümündə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,804 qram, 0,311 qram, 0,201 qram, 0,055 qram, 0,340 qram, 0,417 qram, 0,225 qram, 0,393 qram və 0,505 qram olmaqla cəmi təmiz çəkisi 3,251 qram təşkil edən qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroini və bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram və 0,254 qram olmaqla cəmi təmiz çəkisi 0,366 qram təşkil edən ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini götürüb əldə etməklə sonradan Heydər adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əvəzində həmin narkotik vasitənin və psixotrop maddənin bir qismini şəxsi istifadəsi üçün özündə saxlayacağı şərti ilə üzərində daşımaqla saxlamış, 26 fevral 2022-ci il tarixdə saat 23:30 dəqiqədə Yasamal RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, RPİ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin iç sol cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf plastik qabda, içərisində 8 ədəd şəffaf selofan bükümündə və bir ədəd gümüşü kağız bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,804 qram, 0,311 qram, 0,201 qram, 0,055 qram, 0,340 qram, 0,417 qram, 0,225 qram, 0,393 qram və 0,505 qram olmaqla cəmi təmiz çəkisi 3,251 qram təşkil edən qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram və 0,254 qram olmaqla cəmi təmiz çəkisi 0,366 qram təşkil edən ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3-4 il olar ki, narkotik vasitənin heroin növündən tüstüsünü çəkməklə qəbul etmiş, heroini qəbul etməkdə məqsədi bədənində olan ağrıları kəsmək olmuş, qeyd etdiyi narkotik vasitələri və psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən almış və qəbul etmişdir. Sonradan onun maddi vəziyyəti pisləşmiş, narkotik vasitə ala bilməmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yaşayan və qısa müddətdə tanıdığı Heydər adlı şəxslə görüşmüş, söhbət zamanı ona demişdir ki, «mənim bədənim ağrıyır, amma üzərimdə pulu yoxdur ki, narkotik vasitə alım, mənə narkotik vasitə verə bilərmi». Heydər adlı şəxs də ona “sənə ancaq belə köməklik edə bilərəm, sənin avtomobilin olduğundan, mən sənə xırda bükümlər halında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verərəm, sən həmin kütlələri mənim üçün qeyd edəcəyim şəxsə verərsən, sənə də zəhmət haqqı olaraq istifadən üçün bir bükümdə narkotik vasitə heroin verərəm” deyə bildirmişdir. Onun bədəni ağrıdığından, məcbur qalıb Heydər adlı şəxslə razılaşmış, ona «nə lazımdırsa, ver, aparım verim» demişdir. Lakin narkotik vasitələri kimə və harada verəcəyini xatırlamır. Bundan sonra Heydər ona bir ədəd şəffaf plastik qutuda, içərisində 8 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə psixotrop maddə metamfetamin vermiş, özünə də əlavə olaraq bir bükümdə narkotik vasitə heroin vermişdir ki, qəbul etsin, o, həmin kütlələri əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxlamışdır. O, Heydərdən ayrılmış, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti istiqamətinə getmiş və orada hərəkət etməyə başlamışdır. İncəsənət Universitetinə çatmağa az qalmış, məhəlləyə daxil olmuş, orada bədəni ağrıdığından əlavə olaraq ona istifadəsi üçün verilən narkotik vasitə heroini qəbul etmişdir. Sonra isə yaşadığı evinə getmiş, səhəri gün, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanın qarşısında avtomobildə əyləşən zaman ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşmış, özlərini ona Yasamal RPİ-nin əməkdaşları kimi təqdim etmişlər. Sonra ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onu Yasamal RPİ-nə dəvət etmişlər. O, da onlara etiraz etməmiş, onlarla birlikdə Yasamal RPİ-nə getmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmişdir, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan qara rəngli gödəkcəsinin sol iç cibində 8 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə psixotrop maddə metamfetamin vardır. Sonra o, əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf plastik qabın içərisində 8 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə psixotrop maddə metamfetamini, gödəkcəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini və gödəkcəsinin sol yan cibindən bir ədəd Samsunq markalı mobil telefonu çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı onun əynindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş 8 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə axşamüstü saatlarında Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində qısa müddətdə tanış olduğu Heydər adlı şəxsdən şəxsi istifadəsi üçün almış, bir ədəd elektron tərəzini də üzərində saxlamışdır ki, narkotik vasitələrin xırda bükümlərə bölünməsində istifadə etsin, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində saxladığı kütlələri qeyd edilən şəxsə çatdıra bilməmişdir. Onunla Heydər arasında ilk dəfə olmuşdur ki, belə razılaşma baş tutmuşdur. O, Heydərin ona vermiş olduğu narkotik vasitəni və psixotrop maddəni haradan əldə etməsini bilmir və bu barədə ona əvvəlcədən məlumat verməmişdir, üzərindən aşkar edilmiş bir ədəd şəffaf plastik qabın içərisində 8 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə psixotrop maddə metamfetamini o, Heydərlə aralarında olan razılaşmaya əsasən şəxsi istifadə məqsədilə əldə etmiş, həmin kütlələr ona məxsus olmuş, razılaşmaya əsasən, Heydər ona bir büküm istifadəsi üçün narkotik vasitə verəcəkmiş. O, üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkilərini bilməmiş, amma həmin narkotik vasitələr və psixotrop maddələr büküm şəklində olmuş, ona görə də o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayəti yoxdur. O, həmin şəxsi tanımır, onunla görüşmüş, orta boylu, ağarmış saçlı bir şəxsdir, həmişə onunla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən Məhəllə marketin yaxınlığında görüşmüş, ondan əvvəllər də özünün istifadəsi üçün narkotik vasitə almışdır. Hazırda narkotik vasitə istifadəsçisi olmasından peşmandır, lakin, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Səbayıl rayonu, Y.Məmmədəliyev küçəsi, ev 21, mənzil 11-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü İdarənin rəhbərliyinə məruzə edildikdən sonra, tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qurupuna o, rəhbərlik etmiş, əməliyyat qrupuna CAŞ-ın əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nə gəlmişlər. Yasamal RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə saat 23:30-da Yasamal RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında olan zaman saxlanıldığını, üzərində olan qara rəngli gödəkcəsinin sol iç cibində 8 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə psixotrop maddə metamfetamin vardır, o, həmin kütlələri təqdim edə bilər. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf plastik qabın içərisində 8 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə psixotrop maddə metamfetamini, gödəkcəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini və gödəkcəsinin sol yan cibindən bir ədəd Samsunq markalı mobil telefonu çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur, sonra Təqsirləndirilən şəxs elektron tərəzini, şəffaf plastik materiallı içərisində olan 2 ədəd bükümdə olan maddəni patı, digər 9 ədəd şəffaf selofonlarda olan maddələri isə heroin kimi tanıdığını narkotik maddə olduğunu, bu narkotik maddələri 25 fevral 2022-ci il tarixdə axşamüstü saatlarında Bakı şəhəri Yasamal rayonu İİ Alatava küçəsində qısa müddətdə tanış olduğu Heydər adlı şəxsdən satış məqsədilə almışdır ki, həmin əldə etdiyi bükümləri tanımadığı şəxslərə satsın və qazanc əldə etsin, bir ədəd elektron tərəzini də üzərində saxlamışdır ki, narkotik vasitələrin xırda bükümlərə bölünməsində istifadə etsin, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından, üzərində saxladığı kütlələri sata bilməmiş, Heydər adlı şəxslə aralarında razılaşmışlar ki, içərisində narkotik vasitə heroin olan bükümün hər birini 25 manata, içərisində psixotrop maddə metamfetamin olan bükümün hər birini 30 manata satsın, qazandığı pulu Heydərə versin, bunun müqabilində də Heydər ona hər gün istifadəsi üçün bir bükümdə narkotik vasitə verəcəkdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf plastik materiallı içərisində olan 8 ədəd şəffaf selofonda, 1 ədəd gümüşü kağızda olan tünd qəhvəyi rəngli maddəni heroin kimi 2 ədəd olmaqla bir ədəd gümüş rəngdə kağıza bükülü bir ədəd isə şəffaf selofana bükülü ağ rəngli metamfetaminə bənzər maddə, bir ədəd Samsung markalı mobil telefonu və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüş, zərfin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilmədi. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, video çəkiliş CD diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Onlara Təqsirləndirilən şəxs satış məqsədilə və özünün istifadəsi üçün şəffaf plastik materiallı içərisində olan 8 ədəd şəffaf selofonda, 1 ədəd gümüşü kağızda olan tünd qəhvəyi rəngli maddə heroini, 2 ədəd olmaqla bir ədəd gümüş rəngdə kağıza bükülü, bir ədəd isə şəffaf selofana bükülü ağ rəngli metamfetaminə bənzər maddəni satış məqsədilə və özünün istifadəsi üçün əldə etməsi, daşıması və saxlaması barədə məlumat daxil olmuşdur, bunun müqabilində əməliyyat axtarış tədbirləri keçirilərək, Orxanın üzərindən həmin kütlələr aşkar edilərək götürülmüşdür, Orxan özü də üzərindən aşkar edilmiş kütlələri satış məqsədilə əldə etməsini etiraf etmişdir, həmçinin Orxanın əvvəllərdə Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kiçik oğludur, Orxan təxminən 3 ildir ki, narkotik vasitə qəbul edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. Bu müddət ərzində o, dəfələrlə onun müalicə almasına səy göstərsə də, o, bu xəstəlikdən tam sağala bilməmişdir. Orxan ali təhsillidir, Azərbaycan Respublikası FHN akademiyasını bitirmişdir, sonradan təhsilini Belarusiya Respublikası FHN Akademiyasında təhsilini davam etdirmiş, təhsilini başa vurduqdan sonra Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Neftayırma zavodunda inspektor vəzifəsində çalışmışdır, narkotik vasitə qəbul etdiyi üçün öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında o, yaşadığı evində olmuş, həmin vaxt ona Yasamal rayon polis idarəsindən məlumat vermişlər ki, Orxan üzərində narkotik vasitə aşkar edildiyindən, saxlanılmışdır və şübhəli şəxs qismində tutulmuşdur. O, bundan sonra Polis İdarəsinə gəlmiş və orada ona məlum olmuşdur ki, Orxanın üzərində narkotik vasitə aşkar edilmişdir. Sonradan Orxanın barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. O, Orxanın narkotik vasitə qəbul etməsini bilir, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, lakin Orxanın narkotik vasitə satmasını və ya kənar şəxslərlə narkotik vasitə qəbul etməsini müşahidə etməmiş və görməmiş, bu barədə heç bir məlumatı olmamışdır, ümumiyyətlə Orxan yaşadığı evinə kənar şəxsləri gətirməmişdir. O, Orxanın narkotik vasitəni kimdən alması haqqında bir söz deyə bilməz, ola bilsin ki, Bakı şəhəri ərazisində müxtəlif şəxslərdən alsın. Orxanın satış məqsədilə narkotik vasitə əldə etməmiş, o, sadəcə narkotik vasitəni özünün istifadəsi üçün əldə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2022-ci il tarixli, 6/1213 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №42” möhür əksi, "...Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan bir ədəd zərfdə təqdim olunmuşdur. Zərfdə doqquz bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,804qram; 0,311qram; 0,201qram; 0,055 qram: 0,340 qram: 0,417 qram; 0,225 qram; 0,393 qram; 0,505 qram; Ümumi təmiz çəkiləri 3,251 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, doqquz bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram; 0,254 qram; ümumi təmiz çəkiləri 0,366 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetanimdir. iki bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İİ) daxildir. (iş vərəqə 37-41) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 968 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq, epilepsiya nəticəsində yaranan ağıl zəifliyi qıcolma tutmaları və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək, həmin əməli idarə edə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, hirslilik, məsuliyyətsizlik, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin xüsusiyyətlərinə görə törətdiyi əməl zamanı hadisə şəraitini nəzərə alaraq, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmədi.(iş vərəqə 142-144) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2708 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə 145-146) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcəsinin sol iç cibində 8 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə psixotrop maddə metamfetamin vardır, o, həmin kütlələri təqdim edə bilər. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf plastik qabın içərisində 8 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə narkotik vasitə heroin, bir ədəd gümüşü kağız bükümündə və bir ədəd şəffaf selofan bükümündə psixotrop maddə metamfetamini, gödəkcəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini və gödəkcəsinin sol yan cibindən bir ədəd Samsunq markalı mobil telefonu çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur, sonra Təqsirləndirilən şəxs elektron tərəzini, şəffaf plastik materiallı içərisində olan 2 ədəd bükümdə olan maddəni patı, digər 9 ədəd şəffaf selofonlarda olan maddələri isə heroin kimi tanıdığı narkotik maddə olduğunu, bu narkotik maddələri 25 fevral 2022-ci il tarixdə Heydər adlı şəxsdən İİ Alatavadan iki bükümünü 20 manat pula, satmaq məqsədilə almış və üzərində saxlamaqla daşımışdır. 27 fevral 2022-ci il tarixdə saat 23:30-da Yasamal RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf plastik materiallı içərisində olan 8 ədəd şəffaf selofonda, 1 ədəd gümüşü kağızda olan tünd qəhvəyi rəngli maddəni heroin kimi 2 ədəd olmaqla bir ədəd gümüş rəngdə kağıza bükülü bir ədəd isə şəffaf selofana bükülü ağ rəngli metamfetaminə bənzər maddə, bir ədəd Samsung markalı mobil telefonu və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ‘'Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (iş vərəqə 28-30) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti aparılarkən, həmin istintaq hərəkətinin video görüntüləri olan CD diskə baxış keçirilmiş və baxış zamanı, CD diskdə olan görüntülərdə xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolunda olan xüsusatlar tam şəkildə öz əksini tapmışdır. (iş vərəqə 118-119) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 091-7548-1121 saylı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində görüşdüyü və ya əlaqə yaratdığı, narkotik vasitənin satışı və daşınması ilə əlaqədar görüşdüyü şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, narkotik vasitəni hansı mənbədən əldə etməsi və hansı şəxslərə satmaqdan ötrü daşımasının müəyyən edilməsi və istintaq üçün maraqlı şəxslərin dairəsinin müəyyən edilməsi ilə əlaqədar əməliyyat tapşırığı verilmiş, 19 aprel 2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubunda, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsi və satışını həyata keçirməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa, əməliyyat tapşırığında qeyd edilən xüsusatlarının yoxlanılması ilə əlaqədar tərəflərindən əməliyyataxtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmaması, gələcəkdə, hər hansı istintaq üçün maraqlı məlumatlar əldə olunarsa, bu barədə istintaqa məlumat veriləcəyi qeyd olunmuşdur. (iş vərəqə 109-111,125) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, narkotik vasitə və psixotrop maddələri satmaq məqsədinin olmaması barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “diskə baxış keçirilməsi haqqında” protokol və digər sənədlərlə tam təkzib olunur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X1 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X1 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd şəffaf plastik qabda, içərisində 8 ədəd şəffaf selofan bükümündə və bir ədəd gümüşü kağız bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,804 qram, 0,311 qram, 0,201 qram, 0,055 qram, 0,340 qram, 0,417 qram, 0,225 qram, 0,393 qram və 0,505 qram olmaqla cəmi təmiz çəkisi 3,251 qram təşkil edən qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, həm narkotik vasitənin, həm də psixotrop maddənin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 129) İş materiallarında olan 293661 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Şahid3 Orxan qızı olmaqla bir azyaşlı uşağı vardır. (iş vərəqə 137) İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən verilmiş 510858 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Həsən-zadə Şirvan Xanoğlan oğluna 2-ci qrup əlillik dərəcəsi verilmişdir. (iş vərəqə 136) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, atası Həsən-zadə Şirvan Xanoğlan oğlunun 2-ci qrup əlil olmaqla onun qayğısına ehtiyacının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-170/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 fevral 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 21, 75-79) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2ndən daxil olmuş xx.xx.2022-ci il tarixli, 2708 №-li əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar –Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 3,116 qram çəkidə qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,306 qram çəkidə ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində videogörüntülər olan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar –Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş qalıq çəkisi 3,116 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,306 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 110 (yüz on) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1358/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1358/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver