Məhkəmə qərarları › İş №1(101)-1359/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1359/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1359/2022 19.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 20 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2, X5 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: 30 iyun 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İşin materiallarının ilkin öyrənilməsindən görünür ki, istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 13 iyul 2022-ci il tarixə saat 12:00 dəqiqəyə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına təyin edilib təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham aktında göstərilən ünvanlarına bildirişlər göndərilmişdir. Təyin olunan vaxtda təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 məhkəmənin hazırlıq iclasına gəlmiş, Təqsirləndirilən şəxs2 isə məhkəmənin iclasına gəlməmişdir. Bu səbəbdən də hazırlıq iclası 20 iyul 2022-ci il tarixə saat 12:05 dəqiqəyə təxirə salınmış və Təqsirləndirilən şəxs2 ittiham aktında göstərilən ünvanına məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barəsində bildiriş göndərilmişdir. Təyin olunan vaxtda təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 məhkəmənin hazırlıq iclasına gəlmiş, Təqsirləndirilən şəxs2 isə təkrarən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də məhkəmənin hazırlıq iclası təkrarən 10 avqust 2022-ci il tarixə saat 11:15 dəqiqəyədək təxirə salınmış və Təqsirləndirilən şəxs2 ittiham aktında göstərilən ünvanına bildiriş göndərilmişdir. Həmin tarixdə də Təqsirləndirilən şəxs2 məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Bundan sonra da məhkəmənin hazırlıq iclasları dəfələrlə təxirə salınmış, lakin Təqsirləndirilən şəxs2 olduğu yer məlum olmadığı səbəbindən onun məhkəmənin hazırlıq iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bundan sonra aparılan araşdırmalar zamanı Təqsirləndirilən şəxs2 başqa iş üzrə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Təhməzli Bəhrəm tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanıldığı müəyyən olunmuşdur. Bundan sonra məhkəmənin hazırlıq iclasının davamı 31 avqust 2022-ci il tarixə saat 12:30 tarixə təyin olunmuşdur. Həmin tarixdə təqsirləndirilən şəxslərin hazırlıq iclasında iştirakları təmin edilmişdir. Təqsirləndirilən şəxslər məhkəmənin hazırlıq iclasında barələrindəki cinayət işi üzrə ittiham aktını almadıqlarını, cinayət işinin materialları ilə tanış olmadıqlarını bildirdilər. Məhkəmədə həmin hallar araşdırılarkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki cinayət işinin 187-ci vərəqində Təqsirləndirilən şəxs1 07 iyun 2022-ci il tarixdə, həmin işin 188-ci vərəqində Təqsirləndirilən şəxs2 06 iyun 2022ci il tarixdə müdafiəçisi X2 iştirakı ilə tanış olması haqqında protokollar vardır. Protokollarda tanış olma yerləri göstərilməmişdir. Həmin protokllar icmal üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim olunduqda onlar həmin protokollarla tanış olmadıqlarını, protokollardakı qeydlərin və imzaların onlara məxsus olmamasını göstərdilər. Bundan əlavə Təqsirləndirilən şəxs2 izahatında göstərdi ki, o, 6 iyun 2022-ci il tarixdə başqa iş üzrə tutulub Sumaqyıt şəhərində müvəqqəti saxlama yerinə yerləşdirilmiş və 8 iyun 2022-ci il tarixdə 3 saylı istintaq təcridxanasına etap olunmuşdur. Həmin müddətdə də o, nə bu iş üzrə müstəntiqi Rəşad Cəfərovla, nə də vəkili İsrafilov İsgəndərlə görüşməmişdir. Məhkəmənin hazırlıq iclasına dəvət olunmuş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisi kimi göstərilmiş X4 məhkəməyə arayış verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində iştirak etmişdir. Sonradan onu müstəntiq işlə bağlı dəvət etməmişdir. Bu səbəbdən də o, iş üzrə ibtidai istintaqın qurtarmasından məlumatsızdır. Məhkəmədə icmal üçün ona təqdim olunmuş cinayət işinə əlavə olunmuş təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olma protokolunu o, əvvəllər görməmişdir. Həmin protokoldakı imza ona məxsus deyildir. O, həmin işin mterialları ilə tanış olmamışdır. Təqsirləndirilən şəxs2 da onun yanında cinayət işinin materialları ilə tanış olmamışdır. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X7 cinayət işinin materialları ilə tanış olmadıqlarını və onlara icmal üçün təqdim olunmuş cinayət işinin materialları ilə tanış olma protokolundakı imzaların onlara məxsus olmamasını bildirdilər. Məhkəmədə dövlət itthamçısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin cinayət işinin materialları ilə tanış olmaq hüqundan istifadə etməmələrinin onların müdafiə hüquqlarının pozulmasına səbəb olduğunu bildirib, məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verib işi ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını təklif etdi . Məhkəməyə həmin ahllarala bağlı 3 saylı İstintaq təcridxanasından daxil olmuş 19 sentyabr tarixli xx/xx-4458 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 7-8 iyun 2022-ci il tarixlərdə vəkili X4 ilə görüşməmişdir. Məhkəmədə cinayət işinin ilkin öyrənilməsi zamanı müəyyən olundu ki, cinayət işinin tikilişi işin materialları ilə tanış olmağa imkan vermir. Belə ki işin 2-ci cildi 182 vərəqdən ibarətdir. Həmin cildin 1-59 vərəqi ümumi qaydada tikilmiş, 59 vərəqədən sonra işin materialları 135-ci vəqəyə qədər vərəqələr əks istiqamətdə tikilmişdir. Məhkəmənin qənaətinə görə cinayət işinin materialları ilə tanış olan prosessual şəxsin bunu görməməsi və gördüyü halda isə irad kimi qeyd etməməsi inandırıcı deyildir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin bu işin materialları ilə tanış olmamaq haqqında bəyanatlarını həqiqətə uyğun hesab edib, dövlət ittihamçısının vəsatətinin təmin olunmasını əsaslı sayır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinin tələblərini rəhbər tutaraq qərara aldı

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Qərarın təsviri hissəsində yol verilmiş prosessual pozuntular aradan qaldırılsın, Sumqayıt ŞPİ-nin İstintaq İdarəsində Təqsirləndirilən şəxs2 barəsində digər Azərbaycan Respublikası CM-nin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olması nəzərə alınsın.

3. Bu iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam almaq seçilməsi nəzərə alınsın.

4. Qərarın surəti 3 gün müddətində tərəflərə təqdim olunması və ya göndərilməsi təmin olunsun. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Payşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar