Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1359/2025 03.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X7 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X3 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 1 aprel 1969-cu ildə Şamaxı rayonu Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şamaxı rayonu Adnalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi nömrəsiz evdə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 3 oktyabr 2025-ci il tarixdə, saat 14:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi R.Abdullayev küçəsində yerləşən 270 nömrəli məktəbin qarşısına gələrək orada xadimə işləyən keçmiş arvadı Zərərçəkmiş şəxs ilə görüşüb birgə yaşadıqları dövr ərzində sonuncuya və övladlarına sərf etdiyi vəsaiti geri qaytarmasını istəmiş, rədd cavabı aldıqda qəzəblənib qisas alacağını bildirərək uzaqlaşmış, daha sonra yaxınlıqda yerləşən kirayə yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz evə gedərək oradan özünə məxsus kəsici aləti (rezakı) götürmüş və təkrarən Zərərçəkmiş şəxs işlədiyi məktəbin qarşısına gələrək sonuncunun işdən çıxmasını gözləmişdir. Həmin tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs işdən çıxdıqda heç bir əsaslı səbəb olmadan, sonuncunun sözlərindən hiddətlənməklə özünü nüfuz sahibi kimi göstərərək öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıq-aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə ictimai yer olan məktəbin fəaliyyətini pozaraq orada yetkinlik yaşına çatmayan şagirdlərin narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməklə üzərində gətirdiyi, soyuq silah hesab edilməyən göy-ağ rəngli kəsici alət (rezak) tətbiq edərək, arxadan sonuncunun bədəninin həyat üçün əhəmiyyətli orqanlarının yerləşdiyi boğaz nahiyəsinə zərbələr vuraraq Zərərçəkmiş şəxs boynunun arxa səthinin, sol əlin arxa səthinin kəsilmiş yaraları və üzün sağ yan səthinin səthi kəsilmiş yarası kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin həmin vaxt məktəbin yaxınlığından keçən Şahid3 ona mane olduğundan və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, yəni o, öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək silah qismində istifadə olunan əşya tətbiq edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 10 fevral 2025-ci il tarixdə, saat 10 radələrində keçmiş arvadı Gülsadətin işlədiyi 270 saylı tam orta məktəbin həyətinə yaxınlaşaraq işçilərdən birindən Gülsadəti çölə çağırmasını istəmiş, sonuncu yanına gəldikdə ondan sənədlərini, şəkillərini, həmçinin 1996-cı il tarixdən 2024-cü il tarixədək ona və uşaqlarına çəkdiyi bütün xərcləri hesablayıb özünə ev tikə bilməsi üçün ona verməsini tələb etmişdir. Gülsadət ona cavabında “get tullan, harada yaşayırsan yaşa” deyib əl-qol hərəkətləri edərək kobud cavab vermiş, o isə Gülsadətə səhər gələcəyini və sənədlərini hazır etməsini deyərək oradan ayrılmış, lakin sonuncu ilə uzun müddət ər-arvad münasibətlərində olduğundan Gülsadətin ona göstərdiyi rəftarı unuda bilməmişdir. Buna görə də, həmin məktəbin həyətinə geri qayıtmış və Gülsadətin məktəbdən çıxıb evə tərəf deyil, 9 mərtəbə deyilən yerə tərəf getdiyini görmüş, onun yanına gedib “uşaqlarınla birləş pulumu ödə” demişdir. Belə ki, o, 2024-cü ilin fevral ayınadək keçmiş arvadı Gülsadətlə uşaqların kirayə pulunu və digər yaşayış xərclərini özü ödəmiş, bu səbəbdən onlara çəkdiyi xərclərin geri ödənilməsini tələb etmişdir. Gülsadətin ona “get tullan burdan, övladlarımın yerinə mən cavab verirəm” deməsi xoşuna gəlməmiş, bu səbəbdən sonuncunu cəzalandırmaq qərarına gəlmişdir. Gülsadət 9 mərtəbə deyilən yerə doğru gedərkən onu təqib etmiş, dediyi sözlərə əsəbiləşdiyindən sonuncunu cəzalandırmaq məqsədilə cibindəki rezakla boğazını kəsmişdir. Rezakı Gülsadətin bədəninin hansı hissələrinə vurmasını tam xatırlamır. Həmin vaxt ətrafda heç kim olmamış, sonradan kimsə onu saxlayaraq “bəsdir, artıq vurma” demiş, o da oradan uzaqlaşaraq məktəbin arxasında yerləşən kafedə araq içmişdir. O, Gülsadətlə 1-ci dəfə məktəbdə danışdıqdan sonra sonuncunun kobud sözlərinə görə rezakı götürmək üçün evə qayıtmışdır. Əgər hadisə vaxtı onu dayandıran olmasaydı, Gülsadəti vurmağa davam etməyəcəkdi. Onun Gülsadəti öldürmək niyyəti olmamış, məqsədi yalnız Gülsadəti cəzalandırmaq olmuş, əks halda sonuncunun birbaşa boğazını kəsərdi. O, ibtidai araşdırma zamanı birinci dəfə izahat verərkən içkili olmuşdur. Hadisə yerində “imkan verin missiyamı yerinə yetirim” kimi ifadə işlətməsini xatırlamır. Gülsadət pozğun həyat tərzi keçirdiyindən onunla yola getməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əlinin məhz Zərərçəkmiş şəxs qanına bulaşdığı üçün peşman olduğunu bildirərək məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etdi.
3. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə məhkəmə icraatı zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan tərəflərin vəsatəti əsasında həmin ifadələr də elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, keçmiş arvadı Zərərçəkmiş şəxs ilə 2009-cu ilə qədər qeyrirəsmi nikahda olmaqla həmin ildə aralarında rəsmi nikah bağlanmış, 2024-cü ilin fevral ayında rəsmi olaraq boşanmaqla birgə nikahlarına xitam verilmişdir. Zərərçəkmiş şəxs ilə evliliklərindən xx.xx.2001-ci il təvəllüdlü Hüseyn və xx.xx.1998-ci il təvəllüdlü Elmir adlı 2 oğlan övladı vardır. 10 fevral 2025-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs işlədiyi 270 saylı orta məktəbə getmiş, sonuncuya yaxınlaşmış və evində olan şəxsi sənədləri və əşyalarının olduğu çantanı verməsini istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona kobud cavab verərək xoşuna gəlməyən hərəkətlər etmiş, daha sonra keçmiş arvadından onlara 2003-cü ildən 2024-cü ilədək kirayə qaldıqları evlərdə sərf etdiyi pulları toplayıb qaytarmağını istəmiş, Zərərçəkmiş şəxs cavabında onu söyərək getməyini tələb etmişdir. O, söyülən söyüşdən sonra sonuncunun bıçaqla boğazına xəsarət yetirmək qərarına gəlmiş və məhz həmin məqsədlə qardaşı Babək Atakişiyev ilə birlikdə yaşadığı Hövsan qəsəbəsində dəqiq ünvanını bilmədiyi fərdi yaşayış evinə gedərək usta kimi istifadə etdiyi rezakı götürüb Zərərçəkmiş şəxs işlədiyi məktəbə geri qayıtmışdır. Zərərçəkmiş şəxs məktəbdən çıxandan sonra sonuncuya yaxınlaşaraq ayaqüstü vəziyyətdə arxadan boğaz nahiyəsinə bir neçə dəfə rezakla xəsarət yetirmişdir. Bu zaman yoldan keçən tanımadığı kişi onun əlindən rezakı almış, Zərərçəkmiş şəxs isə məktəbin həyətində uzanıqlı vəziyyətdə qalmışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra məktəbin arxasında yerləşən kafelərin birinə getmiş və sonradan polis tərəfindən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Polis 30-cu Polis Şöbəsinin (bundan sonra mətndə - Suraxanı RPİ-nin 30-cu PŞ) təhqiqatçısına verdiyi ilkin izahatında emosional cəhətdən gərgin olduğundan Zərərçəkmiş şəxs hansı vəziyyətdə və necə vurmağını dəqiq olaraq xatırlamamışdır. Zərərçəkmiş şəxs işdən çıxma vaxtını qabaqcadan bilmiş, bu səbəbdən 10 dəqiqə sonuncunu gözləmiş, sonra işdən çıxdığını görüb yaxınlaşaraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Xəsarət yetirməkdə məqsədi sonuncunu cəzalandırmaq olmuşdur. O, hansı səbəbdən keçmiş arvadı Zərərçəkmiş şəxs həyatı üçün vacib olan boğaz nahiyəsinə rezakla xəsarət yetirməsi sualına cavab verə bilmir. O, hadisə vaxtı spirtli içki və ya narkotik vasitədən istifadə etməmiş, hadisədən sonra spirtli içki qəbul etmiş, hadisə zamanı sol əlinin kiçik barmağından xəsarət almışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 13-14; 68-71; Cild 2, i.v. 74-77;).
4. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təhqiqatçıya verdiyi ilkin izahatı da tərəflərin vəsatəti əsasında elan edilərək tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin izahatında göstərmişdir ki, 1992-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən iki övladı dünyaya gəlmişdir. 2013-cü ildən ailəsi ilə birlikdə Hövsan qəsəbəsində yaşamağa başlamış, bir il öncə, 2024-cü il tarixində o, yoldaşından ayrılmışdır. Ayrılmasına səbəb isə həyat yoldaşının ona qarşı pis rəftar göstərməsi, övladlarını ona qarşı doldurması olmuşdur. Bundan sonra onda həyat yoldaşına qarşı kin yaranmış və onu öldürmək istəmişdir. 10 fevral 2025-ci il tarixində səhər saatlarında o, Zərərçəkmiş şəxs işlədiyi 270 saylı məktəbin yanına gedib sonuncu ilə söhbət etməyə çalışsa da, Gülsadət onu təhqir edərək ondan uzaqlaşmışdır. O isə əsəblərinə hakim ola bilməyib yenidən saat 15 radələrində keçmiş həyat yoldaşını öldürmək məqsədi ilə Gülsadətin işlədiyi 270 saylı tam orta məktəbin qarşısına gəlib sonuncunun işdən çıxmasını gözləmişdir. Gülsadət işdən çıxdıqdan sonra o, birinciyə yaxınlaşıb yerə yıxıb cibində olan rezakı çıxardıb Gülsadəti öldürmək niyyəti ilə boğazını kəsməyə başlamışdır. Bu zaman Gülsadət qışqırmağa başlamış, ətrafda olan bir nəfər yaxınlaşıb əlində olan rezakı ondan almaq istəmiş, o isə həmin şəxsi itələyib əlindəki rezakı Gülsadətə tərəf fırlatmaq istəmiş, lakin həmin şəxs onun əlindən rezakı almışdır. Bundan sonra o, hadisə yerindən uzaqlaşıb yaxınlıqda olan kafeyə getmişdir. Daha sonra polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. O, konkret olaraq keçmiş həyat yoldaşını öldürmək niyyəti ilə boğazını kəsmişdir (Cild 1, i.v.13-14;).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 270 nömrəli tam orta məktəbdə 2013-cü ildən xadimə işləyir. Təqsirləndirilən şəxs onun keçmiş əri olmuş, sonuncu ilə 1992-ci ildən 2024-cü ilə qədər rəsmi nikahda olmuş, 2024-cü ilin fevral ayında rəsmi qaydada boşanmış, birgə nikahdan iki oğul övladları vardır. Təqsirləndirilən şəxslə nikahda olduğu müddət ərzində sonuncu ona və ailə üzvlərinə həmişə əziyyət vermiş, ailəsinə və uşaqlarına layiqli baxmamış, spirtli içki aludəçisi olmaqla mütəmadi onu və övladlarını keçmişdə döymüş, təhqir etmiş və müxtəlif üsullarla alçaltmışdır. Əvvəllər dəfələrlə sərxoş vəziyyətdə evə gəlmiş, onu və uşaqlarını öldürməklə hədələmiş, qorxu hissi onu birgə nikah dövründə hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkindirmişdir. Təqsirləndirilən şəxs alkoqol və narkotik vasitə aludəçisi olmuş, sərxoş olduqda onu alçaltmış, döymə və öldürməklə hədələmişdir. Hədə-qorxudan polisə məlumat verə bilməmiş, ən çox övladları üçün qorxmuş, əks halda polisə müraciət etmək istəmişdir. 10 fevral 2025-ci il tarixdə, saat 11 radələrində 270 nömrəli məktəbdə işləyən Səadət adlı qadın Təqsirləndirilən şəxs məktəbin qarşısına gəlməsi haqqında ona bildirmişdir. Məktəbin qarşısına çıxıb keçmiş əri Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş və birgə yaşadığı müddət ərzində ona və oğlanlarına sərf etdiyi pul vəsaitlərini geri verməyini tələb etmiş, o isə cavabında evli olduğu zaman sonuncunun ailə başçısı olmaqla ailəsinə pul sərf etməyin vəzifəsi olduğunu, sərf etdiyi vəsaitin qarşısında ona qulluq etdiyini, övlad yetişdirib qayğı göstərdiyini bildirmişdir. Onun bu sözlərindən sonra Təqsirləndirilən şəxs qəzəblənmiş, onun ünvanına nalayiq ifadələr işlədərək vəfat etmiş anasının qəbrinə and içərək dediyi sözlərə görə onu həyatdan mərhum edəcəyini demiş və danışdıqları yerdən, yəni 270 nömrəli məktəbin həyətindən uzaqlaşmışdır. Həmin gün təxminən saat 14:30-da iş yerində imza edərək məktəbin binasını tərk etmiş, məktəbin həyətindən çıxaraq piyada yaşadığı “MİDA” yaşayış kompleksinə doğru getməyə başlamışdır. Bu zaman qəfil arxadan səs eşitmiş, geriyə döndükdə yenidən Təqsirləndirilən şəxs görmüş, sonuncu onunla işi olduğunu deyərək qəfil əli ilə boynuna dolanmış vəziyyətdə şərfdən tutub şərfi boynundan açmış, daha sonra isə qəflətən saçlarından tutub yerə yıxaraq üzərində gətirdiyi kəsici alətlə boğaz nahiyəsinə xəsarətlər yetirməyə başlamış və xatırlamadığı sözləri qışqıraraq demişdir. O, hadisənin təsirindən şok vəziyyətdə olmuş, Əfqanın onu öldürmək istədiyini başa düşərək əlləri ilə boğaz nahiyəsini tutaraq boğazının kəsilməsinin qarşısını almağa çalışmış, səs-küyə yolun kənarında dayanan tanımadığı şəxs yaxınlaşaraq Təqsirləndirilən şəxs dayandırmışdır. Bundan sonra baş verənləri isə xatırlamır. Hesab edir ki, yoldan keçən şəxs Təqsirləndirilən şəxs dayandırmasaydı, sonuncu onu həyatdan məhrum edəcəkdi. Sonradan gözlərini açdıqda məktəbin həyətində ona ilkin tibbi yardım göstərildiyini görmüş, daha sonra isə təcili tibbi yardım vasitəsi ilə Sabunçu rayonunda yerləşən tibb müəssisəsinə yerləşdirilmişdir. Sonradan Təqsirləndirilən şəxs onu öldürməsinin qarşısını alan şəxsin Şahid3 adlı bir nəfər olmasını öyrənmişdir. Sonuncu onu Əfqanın əlindən zorla almasaydı keçmiş əri onu qəsdən öldürəcəkdi. Təqsirləndirilən şəxs üzərində gətirdiyi kəsici alətlə bir neçə dəfə onun boğaz nahiyəsinə vurmuş, yoldan keçən Şahid3 adlı şəxs Əfqanı zorla dayandırmasaydı, sonuncu onu vurmağa davam edəcəkdi. Təqsirləndirilən şəxs hadisədən əvvəl onunla xx.xx.2025-ci ildə saat 10 radələrində görüşdükdə dövlət tərəfindən oğluna “44 günlük Vətən müharibəsi” zamanı iştirakı ilə əlaqədar verilən evi sataraq ona pul verməsini istəmiş, həmçinin birgə nikahda olduğu müddət ərzində ona və övladlarına sərf etdiyi vəsaitin geri qaytarılmasını tələb etmişdir. O, Əfqana ondan əl çəkməsini bildirdikdə, sonuncu anasının qəbrinə and içərək ondan aralaşmış, saat 14 radələrində yenidən işlədiyi məktəbin qarşısına gəlib onun çıxmasını gözləmiş, məktəbdən çıxan zaman qəfil arxadan yaxınlaşaraq söz deyəcəyini bildirib boğazında olan şərfi aralayıb, boğaz nahiyəsinə üzərində gətirdiyi rezakla xəsarət yetirməyə başlamış, saçından tutub yerə yıxmış və xəsarət yetirməyə davam etmiş, yoldan keçən adı ona sonradan məlum olan Şahid3 zorla onu Əfqanın əlindən almışdır. Təqsirləndirilən şəxs əvvəllər də mütəmadi olaraq onu və övladlarını döymüşdür.
8. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, keçmiş əri Təqsirləndirilən şəxslə boşanmalarının səbəbi sonuncunun narkotik vasitə və alkoqol aludəçiliyi, həmçinin özünü və ailə üzvlərini (bacısı və anası) mütəmadi söyərək təhqir etməsi olmuşdur. O, Təqsirləndirilən şəxslə boşanarkən düşmən kimi ayrılmamalarını, övladlarının xeyir işlərində yan-yana olmalarını təklif etmişdir. Lakin Əfqan boşanmalarına baxmayaraq, hələ də onun arvadı olduğunu deyərək bir müddət onlarla birlikdə yaşamağa davam etmişdir. O, Əfqana boşandıqdan sonra hələ də onun arvadı olması ilə bağlı hissədə etiraz edərək sonuncunu artıq əri kimi qəbul etmədiyini bildirmiş, lakin yenə də yeməyini verib paltarlarını yumuş, həmçinin dava-dalaşları bitməmişdir. Bir müddət sonra Əfqan ona zəng edərək “mənə pul tap, mən Rusiyaya gedirəm, sizinlə yaşamaq istəmirəm. Sizdən bezmişəm, siz səviyyəsizsiniz” demişdir. Əfqana pul verə bilmədikdə bacısıgilə zəng edib söyüş söyməyə başladığından Əfqanın çıxıb getməsi üçün məcbur qalaraq pul tapıb vermiş və daha sonra Əfqan ölkəni tərk edərək Rusiyaya getmişdir. 10 fevral 2025-ci il tarixdə işdə olarkən Əfqanın bacısı ona “Əfqan Rusiyadan gəlib, deyir ki, səni də, Babəki də, Gülsadəti və uşaqlarını da öldürəcəm” məzmununda mesaj yazıb ehtiyatlı olmalarını bildirmişdir. Belə ki, hadisə günü işdə olarkən günorta saat 12-1 radələrində qapıçı çağırıldığını bildirmiş, o da aşağı düşüb onu çağıranın Əfqan olduğunu görmüş, sonuncudan burada nə etdiyini soruşduqda “harada olmalıyam?!” cavabını vermişdir. Həmin vaxt Əfqan içkili olmuşdur. O, məktəbli uşaqların görməməsi üçün məktəbdən uzaqlaşmaq istəmişdir. Əfqan ona “sizi saxlamışam, yedirtmişəm, mənə borcunuz var, get uşaqlarla fikirləşin nə qədər borcunuz varsa qaytarın” dedikdə o da cavabında “sənə borcumuz yoxdur, ailə olmuşuq, sən ailənə baxmalısan. Get ver məhkəməyə, görək nə qədər borcumuz var sənə” demişdir. Bundan sonra Əfqan barmağını qaldırıb anasına söyərək “canınla ödəyərsən” demişdir. O da müəllimlərin baxdığını, Əfqanın hərəkətlərini görməmələri üçün buradan getməyini tələb etmiş, Əfqan isə “sizdə şəkillərim var, sabah gələcəm onu verərsən” demiş, o da “uşaqlara deyərəm, gedib evdən götürərsən” deyə cavab vermişdir. Əfqan onu bu formada şəkil adı ilə aldadıb çıxıb getmişdir. O, işdən çıxarkən arxadan səs eşitmiş, həmin səsin Əfqan olduğunu bilmiş, buna görə də mağazaya girmək istəsə də, sonuncu qarşısını kəsib onu tərpənməyə qoymamış, habelə təhqir edib söyməyə başlamışdır. O, Əfqana ondan əl çəkməyini, artıq boşandıqlarını deyərək məktəbə qayıtmaq istəmişdir. Həmin vaxt əynində qalın paltar olmuş, həmçinin şərfini da boynuna 2-3 dəfə dolamışdır. Əfqan onun boynundakı şərfi açmağa başladıqda ondan bunun səbəbini soruşmuş, necə olduğunu bilmədən qəflətən Əfqan rezakı çıxarıb boğazını kəsmək istəyərkən əlini tutmuş, bu zaman rezak əlini kəsmiş, Əfqan onu yerə yıxıb boğazını kəsə-kəsə “uşaqların yerinə sən qərar verirsən” demişdir. Əfqan onu öldürmək istəmiş, hətta anasının qəbrinə söyərək “canınla ödəyəcəksən” deyərək onu hədələmişdir. Həmin vaxt özünü müdafiə etməyə çalışmış, lakin gücü çatmamış, rezakın boğazının yan tərəfinə düşməməsi üçün üzünü çevirmişdir. Bundan sonra Cavid adlı taksi sürücüsü yaxınlaşıb “əli yalın bir qadına necə qıyırsan” demişdir. Cavid adlı şəxs həmin vaxt gəlməsəydi, Əfqan onu öldürəcəkdi. Əfqan hətta hazırda həbsdə saxlanılmasına baxmayaraq, onlara qardaşı və digər qohumları vasitəsilə xəbər göndərib hədələmişdir. Təqsirləndirilən şəxsin saxlanıldığı istintaq təcridxanasından onlara zəng edib hədə-qorxu gəlinməsinə son qoyulması üçün tədbirlər görülməsini xahiş edir. O, Əfqanla barışmamış və onu bağışlamamışdır. Mahirə adlı xanım ona ilkin tibbi yardım göstərmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etdi.
9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 10 fevral 2025-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi avtomobillə təsadüfən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 270 nömrəli orta məktəbin yaxınlığından keçərkən məktəbin qarşısı ilə hərəkət edən bir nəfər qadınla bir nəfər kişinin uca səslə hərəkətdə ola-ola mübahisə etmələrini, qəfildən həmin kişinin qadının saçından tutaraq yerə yıxdığını görmüşdür. Qadın “Ay camaat kömək edin” sözlərini uca səslə qışqırmış, lakin ətrafda olan hər hansı şəxsin həmin qadına kömək göstərmədiyini görüb dərhal idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq qadına köməyə getmişdir. Həmin qadınla kişiyə yaxınlaşdıqda sonradan adının Əfqan olduğunu öyrəndiyi kişinin Gülsadət adlı qadını yerə yıxaraq dizini sonuncunun başı üzərinə qoyub rezakla qadının boğaz nahiyəsinə xəsarətlər yetirdiyini görmüşdür. Əfqana yaxınlaşıb müdaxilə etdikdə sonuncu üzərinə gəlmiş, o, rezakı zorla Əfqanın əlindən almış və polis əməkdaşları gələnə qədər Əfqanı tutub saxlamaq istəmişdir. Lakin Gülsadət adlı qadından xeyli qan axdığını görüb Əfqanı buraxmış, Gülsadətə kömək etməyə başlamışdır. Hesab edir ki, həmin vəziyyətdə bir neçə saniyə gecikmiş olsaydı Gülsadət adlı qadın həyatını itirəcəkdi. Əfqan adlı şəxsin zorla Gülsadət adlı qadını yerə yıxıb kəsici alətlə maneəsiz boğazını kəsərək öldürmək istədiyini düşünür. Belə ki, o, Əfqana mane olaraq Gülsadətə xəsarət yetirməyə davam etməsinin qarşısını alaraq Əfqanı tutub saxladığı müddət ərzində sonuncu etiraz edərək ona görə işinin yarımçıq qalmasını demiş, hətta qışqıraraq “Sənə görə missiyam yarımçıq qaldı” deyə bildirmişdir. Təxminən 20 dəqiqə sonra təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmiş, onu 30-cu PŞ-yə aparmışlar. 30-cu PŞdə olan zaman ona məlum olmuşdur ki, küçədə qadına xəsarət yetirən şəxsin adı Təqsirləndirilən şəxs, xəsarət yetirdiyi şəxs isə sonuncunun keçmiş arvadı Zərərçəkmiş şəxsdır. Zərərçəkmiş şəxs hadisə yerində çəkdiyi foto şəklini araşdırmaya təqdim etmişdir. O, Təqsirləndirilən şəxs əlindən rezakı almasaydı, sonuncu keçmiş arvadı Zərərçəkmiş şəxs öldürəcəkdi. Belə ki, Təqsirləndirilən şəxs tutub saxlayarkən sonuncu “sənə görə missiyam yarımçıq qaldı”, “imkan vermədin, mən onu öldürməliydim” sözlərini ona demişdir.
10. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, o, ümumiyyətlə Təqsirləndirilən şəxs tanımır və sonuncuya qarşı hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. O, idarə etdiyi “Nissan” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, avtomobilində 360 dərəcəli ətrafı çəkə bilən video kamera vardır. 10 fevral 2025-ci il tarixdə təxminən saat 15 radələrində bir nəfər müştəri Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsindən 270 saylı orta məktəbə taksi sifariş vermiş, o, təyinat nöqtəsinə çatdıqda avtomobilin güzgüsündən sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxdıqda sonuncunun “ay camaat, kömək edin” deyə qışqırmasını eşitmişdir. İlk öncə avtomobili yolun ortasında saxlaya bilməmiş, lakin Gülsadət ikinci dəfə yenidən xırıltılı səslə “ay camaat, kömək edin” deyə qışqırdıqda o, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb dərhal hadisə yerinə çatmış və Əfqanın dizini Gülsadətin baş nahiyəsinə qoyaraq rezakla boğazını kəsdiyini görmüşdür. X10 yanına çatdıqda belə Əfqanın Gülsadətin boğazını kəsməyə davam etdiyini görmüşdür. O, dərhal Əfqana müdaxilə edərək sonuncunun rezak olan əlinin bilək nahiyəsindən tutub rezakı əlindən alıb yerə tullamış, Əfqanı isə zorla tutub saxlayaraq həmin ərazidən təxminən 20-30 metr kənara uzaqlaşdırmışdır. Həmin vaxt Əfqan ona “icazə ver missiyamı yerinə yetirim”, “sən imkan vermədin ki, mən missiyamı yerinə yetirim” tipli sözlər demişdir. O, Əfqanın missiya dedikdə zərərçəkmiş şəxsi öldürmək istəməsini nəzərdə tutmasını başa düşmüşdür. Zərərçəkmiş şəxs isə məktəbin həyətinə girmiş və orada huşunu itirərək yerə yıxılmışdır. O, Zərərçəkmiş şəxs kömək etmək məqsədi ilə Əfqanı buraxıb zərərçəkmiş şəxsin yanına getmiş və Əfqan oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, polisə və təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Daha sonra isə digər şəxslər Gülsadətə kömək etmişlər. O, Əfqana müdaxilə edərkən ətrafda olan digər şəxslər köməyə gəlməmişdir. O, avtomobildən Əfqanla Gülsadətin mübahisə etməsini görsə də, sonuncuların danışıqlarını eşidəcək məsafədə olmadığından etdikləri mübahisənin mahiyyətini bilməmişdir. O, sonradan sübut qismində istifadə olunması üçün istifadəsində olan mobil telefonla zərərçəkmiş şəxsin hadisə yerində fotoşəkillərini çəkib istintaq orqanına təqdim etmişdir. Həmin vaxt Əfqan artıq hadisə yerindən uzaqlaşıb getmişdi. Hadisənin üzərindən uzun müddət keçdiyindən avtomobilində olan kameranın çəkdiyi videogörüntülər yaddaşda qalmamışdır.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri ünvan 2 ünvanında qardaşı Şahid2 və anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma atasıdır. Atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə 1996-cı ildə qeyri-rəsmi nikahda olmuş, nikahlarını 2009-cu ildə rəsmiləşdirmiş, 2024-cü ildə isə rəsmi qaydada boşanmışlar. Atası Təqsirləndirilən şəxs öz ailə üzvləri, yəni onu, anasını və qardaşını aqressiv, qeyri-adekvat hərəkətləri ilə daima qorxutmaqla hədələmişdir. Atası Təqsirləndirilən şəxs Rusiya Federasiyası ilə əlaqəli olmuş, sonuncunun adlarını xatırlamadığı sinif yoldaşları Rusiyada yaşadığı üçün mütəmadi olaraq həmin ölkəyə gedərək orada yaşamışdır. Atası Təqsirləndirilən şəxs sonuncu dəfə 2024-cü ilin sonlarında dəqiq xatırlamadığı tarixdə Rusiya Federasiyasına getmiş və hadisədən bir neçə gün əvvəl Azərbaycan Respublikasına geri qayıtmışdır. Atası “WhatsApp” vasitəsi ilə xarici ölkə mobil telefon operatorlarına məxsus nömrələrlə onunla, o cümlədən qardaşı ilə əlaqə saxlayıb anası ilə yaxın olduqlarına görə onları təhdid və təhqirlər etmişdir. Atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs guya pozğun həyat tərzi sürdüyü üçün sonuncunun başını kəsməli olduğunu deyirdi. Bu kimi yazıların və təhqir olunmasının qarşısını almaqdan ötrü atasına onu polisə şikayət edəcəyini dedikdə, sonuncu aralarında olmuş yazılı və səsli mesajlarını silmişdir. Sonuncu dəfə atası ilə 2024cü ilin fevral ayında xaricə getməmişdən əvvəl görüşmüşdür. Təqsirləndirilən şəxs əsasən öz qardaşı Babəklə birlikdə yaşamış, lakin həbs olunmamışdan əvvəl harada yaşaması barədə dəqiq məlumatı olmamışdır. Belə ki, atası ilə bacardığı qədər az münasibət saxlamaqla ondan uzaqlaşmaq və ailəsinə yaxın buraxmamaq istəmişdir. Atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşamaq onlar üçün ağır və qorxulu olmuş, sonuncu mütəmadi olaraq anasına qarşı fiziki şiddət göstərmiş, lakin anası bu barədə hər hansı söz deməmiş, vaxt keçdikcə qardaşı ilə birlikdə böyüdüklərinə görə atası Təqsirləndirilən şəxs onların cavab vermə ehtimalından qorxduğu üçün anasını döyməkdən çəkinmişdir. Təqsirləndirilən şəxs çox pis valideyn olmuş, daim alkoqol qəbul etmiş, onunla və qardaşı ilə məşğul olmamış, əksinə onları təhqir etmişdir. Təqsirləndirilən şəxs həbs olunması onların rahat yaşamasına imkan yaratmışdır. Anası hadisə baş verdiyi məktəbdə, yəni 270 nömrəli tam orta məktəbdə 2013-cü ildən xadimə işləyir. 10 fevral 2025-ci il tarixdə saat 15:15-də bibisi Əfşan Qarayeva ona zəng edərək anası Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs tərəfindən vurulmasını demişdir. O həmin vaxt vurulma dedikdə Təqsirləndirilən şəxs anasını yumruqla döydüyünü düşünmüş və dərhal qardaşı ilə birlikdə 270 nömrəli məktəbin qarşısına getmiş, orada anasının Sabunçu xəstəxanasına aparılması bildirilmişdir. Bundan sonra həmin xəstəxanaya getmiş və orada anasının reanimasiyada cərrahi əməliyyatda olduğunu öyrənmişlər. Hadisədən sonra anası 3 saylı Sabunçu xəstəxanasında müalicə almış, 12 fevral 2025-ci il tarixdə saat 16 radələrində reanimasiya şöbəsindən çıxarılmışdır. Belə ki, anası işdən çıxarkən bioloji atası Təqsirləndirilən şəxs ona hücum edərək kəsici alət hesab edilən rezakla boyun nahiyəsini bir neçə hissədən kəsmişdir. Atası Təqsirləndirilən şəxs niyyətinin anası Zərərçəkmiş şəxs öldürmək olmasını düşünür, lakin yoldan keçən tanımadığı şəxs ona əməlini başa çatdırmağa imkan verməmişdir. Eşitdiyinə görə anası hadisədən sonra 270 nömrəli məktəbin heyətindən Yasəmən, Şəfəq və adını xatırlamadığı şəxslər tərəfindən təcili tibbi yardımla xəstəxanaya çatdırılmışdır.
12. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, atası Təqsirləndirilən şəxs xaricdən qayıtdığını öyrəndiklərindən anası Gülsadətə sonuncunun nəsə etməməsi üçün adətən anasını işdən çıxanda gedib gətirmişdir. Lakin hadisə günü o, gecə növbəsindən çıxdığından, evdə yatmış və qardaşı Elmir onu oyadaraq anasının atası tərəfindən vurulmasını bildirmişdir. Onlar dərhal məktəbə getmiş, lakin anasının artıq xəstəxanaya aparıldığını öyrənmişlər. Sonradan anasından atası Əfqanın onun boynundakı şərfi açaraq yerə yıxıb boynunu kəsmək istədiyini, lakin anasının əlləri ilə boynunu tutduğuna və kənardan bir nəfər şəxsin kömək etməsinə görə atası Əfqanın istədiyi kimi anasının boynunu kəsə bilmədiyini öyrənmişdir. Atasının həmin hərəkətləri ilə anasını öldürmək istədiyini düşünür. Hadisədən əvvəl atası Təqsirləndirilən şəxs onlara baxması və pul xərcləməsi ilə əlaqədar pullarının geri qaytarılmasını istəmişdir. Atasının ölkəyə qayıtması barədə bibisi onlara məlumat verərək ehtiyatlı olmalarını bildirmiş, bibisi Əfqanın ailə üzvlərini öldürəcəyini dediyini eşitmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Şahid2lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 16 saylı poliklinikada işləməsinə baxmayaraq, həmin poliklinikadan 270 nömrəli məktəbə tibb bacısı kimi ezam edilmişdir. 270 nömrəli məktəbdə tibb bacısı kimi 2018-ci ildən işləyir və Zərərçəkmiş şəxs da həmin tarixdən etibarən tanıyır. Zərərçəkmiş şəxs uzun müddətdir həmin məktəbdə xadimə işləyir. Birgə işlədikləri müddət ərzində Zərərçəkmiş şəxs sakit, zəhmətkeş, hər kəslə yola gedən, məsuliyyətli bir işçi kimi tanımış, sonuncunun əri barəsində hər hansı məlumatı olmamış, hətta baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxslə rəsmi qaydada boşanması ona məlum olmuşdur. 10 fevral 2025-ci il tarixdə, saat 15 radələrində 270 nömrəli məktəbdə texniki işçi kimi işləyən Sevinc xanım onu uca səslə çağıraraq ilkin tibbi yardım üçün zəruri dərmanları gətirməsini istəmişdir. O, dərmanlarla birlikdə məktəbin həyətinə düşdükdə, Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə görmüş, sonuncunun boynunun boğaz nahiyəsinə baxdıqda kəsilmiş yaralardan xeyli qan axdığını görmüş, həmin qan Zərərçəkmiş şəxs deməsinə görə keçmiş əri Təqsirləndirilən şəxs onu öldürməyə cəhd etməsi nəticəsində yaranmışdır. Qanaxmanın qarşısını ilkin tibbi yardımla aldıqdan sonra təcili tibbi yardım çağrılmış və təxminən 30 dəqiqə sonra saat 16 radələrində ilkin tibbi yardım gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. O, təcili tibbi yardım avtomobili gələnədək Gülsadətin boyun nahiyəsindən spirtli bintlə möhkəm tutaraq daha çox qan itirməsinin qarşısını almağa çalışmışdır. O, baş vermiş hadisənin birbaşa şahidi olmamış, lakin hadisədən bilavasitə sonra Zərərçəkmiş şəxs keçmiş ərindən canını qurtarıb məktəbin həyətinə girməsindən sonra görmüş və ilkin tibbi yardım göstərərək təcili tibbi yardıma təhvil vermişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs əvvəllər də hədələməsi və ya təqib edilməsi barədə hər hansı məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs ilkin tibbi müdaxilə edərkən sonuncunun boynundan qan axmağa davam etdiyindən Gülsadət qan itirmədən huşunu itirmək üzrə olmuşdur. Hesab edir ki, o, Zərərçəkmiş şəxs yarasına vaxtında ilkin tibbi müdaxilə etməsəydi, sonuncu daha çox qan itirərək ölə bilərdi.
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2018-ci ildən 270 nömrəli məktəbdə işləyir. Zərərçəkmiş şəxs 2024-cü il tarixdən tanıyır. Zərərçəkmiş şəxs həmin məktəbdə uzun müddətdir xadimə işləyir. Birgə işlədikləri müddət ərzində Zərərçəkmiş şəxs sakit, zəhmətkeş, hər kəslə yola gedən, məsuliyyətli işçi kimi tanımışdır. Zərərçəkmiş şəxs əri barəsində hər hansı məlumatı olmamış, hətta baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxslə rəsmi qaydada boşanmaları ona məlum olmuşdur. Hadisədən dərhal sonra Zərərçəkmiş şəxs yanında məktəbin işçilərindən o, Təhminə və Günel olmuşdur. 10 fevral 2025-ci il tarixdə saat 15 radələrində 270 nömrəli məktəbdə gündəlik iş fəaliyyətini yerinə yetirərkən hansısa şagirdlərdən birinin valideyni ona Zərərçəkmiş şəxs üzərində qan izləri olması haqqında bildirmişdir. Dərhal məktəbin həyətinə çıxdıqda Zərərçəkmiş şəxs üzərində qan izləri olan vəziyyətdə məktəbə daxil olmasını görmüş, bu zaman sonuncunun keçmiş ərinin sonradan adının Təqsirləndirilən şəxs olması ona məlum olan şəxsin uca səslə Zərərçəkmiş şəxs yaşamağa haqqı olmadığını, onların sonuncuya kömək etməmələrini, Zərərçəkmiş şəxs ölməyə layiq olduğunu və onu öldürəcəyi barədə demişdir. Təqsirləndirilən şəxs Gülsadəti nəzərdə tutaraq “ona kömək etməyin, onun yaşamağa haqqı yoxdur” kimi ifadələr işlədərək öldürəcəyini bildirirdi. Hadisədən dərhal sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd göstərməsi məlum olmuşdur. Yoldan keçən adını bilmədiyi şəxs hadisənin qarşısını almış, əks halda Zərərçəkmiş şəxs öldürüləcəkdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində bu kimi sözləri bildirərkən onu adı məlum olmayan cinayətin qarşısını almış şəxs saxlamışdır. Təqsirləndirilən şəxs sözləri ucadan qışqırmasına baxmayaraq məktəbin həyətinə daxil olmamışdır. Zərərçəkmiş şəxs əri tərəfindən ona xəsarət yetirildiyini demişdir. O, dərhal məktəbin rəhbərliyinə və tibb bacısına məlumat vermiş, tibb bacısı Gülsadətə ilkin tibbi yardım göstərmişdir. Gülsadət hadisənin təsirindən qorxmuş vəziyyətdə olmaqla danışa bilməmişdir. O, baş vermiş hadisənin birbaşa şahidi olmamış, lakin hadisədən bilavasitə sonra Zərərçəkmiş şəxs keçmiş ərindən canını qurtarıb məktəbin həyətinə girdikdən dərhal sonra sonuncunu görmüşdür. Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs əvvəllər də hədələməsi və ya təqib edilməsi barədə hər hansı məlumatı yoxdur.
16. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X6 və X2 ifadələri tərəflərin vəsatəti əsasında elan edilərək tədqiq edilmiş və sonuncuların Şahid5 ilə əsasən eyni məzmunlu ifadə vermələri müəyyən edilmişdir (Cild 1, i.v.189-191; 196-198;).
17. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
18. “Cinayət işi başlanması haqqında” qərardan görünür ki, 10 fevral 2025-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsində yerləşən 270 nömrəli məktəbin həyətində keçmiş arvadı Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə üzərindəki rezakla sonuncunun boğaz nahiyəsini kəsərək qəsdən xəsarət yetirərək öldürməyə cəhd etməsi faktına görə həmin tarixdə Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X16 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
19. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, həmin tarixdə iki nəfər hal şahidinin iştirakı ilə hadisənin baş verdiyi bildirilən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsində yerləşən 270 nömrəli məktəbin qarşısına baxış keçirilmişdir. Baxış işıqlı havada, təbii işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı həmin məktəbin qarşısından keçən torpaq piyada yolunda torpaq üzərində qana bənzər qırmızımtıl ləkələr müəyyən edilmişdir. Hadisə yerindən məktəblilər və piyadalar keçməklə, məktəb və məktəbə yaxın piyada yolunda qana bənzər bir neçə ləkələr müəyyən edilmişdir. Hadisə yerini 270 nömrəli məktəbdən nazik dəmirlərdən ibarət sıra ilə düzülmüş barmaqlıqlar ayırır. Hadisənin baş verdiyi yer məktəbin həyətinə girişdən 16 metr 5 sm şimal istiqamətində 40º21′22″N 50º04′43″E coğrafi koordinat üzərində olmaqla məktəbin inzibati binasının giriş hissəsindən hava ilə 24 metr 1 sm məsafədə yerləşir. Hadisə yerindən aşkar edilmiş 1(bir) ədəd qana oxşar maddəyə bulaşmış narıncı rəngli papaq, 1(bir) ədəd qana oxşar maddə və 1(bir) ədəd inşaatda istifadə olunan boz-göy rəngli Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs qarşı istifadə etdiyi kəsici alət hesab edilən rezak müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış zamanı məktəbin inzibati girişinin üzərində hadisə yerindən 24 metr aralıda 270 nömrəli tam orta məktəbə məxsus bir ədəd müşahidə kamerasının hadisənin baş verdiyi yeri əhatə etməsi müəyyən edilmişdir. Protokolda həmin kameradan müvafiq görüntülərin əldə edilərək protokola əlavə edilməsi qeyd olunmuşdur. X19 Nazirliyinin “Təhlükəsiz Şəhər” kameralarına aid olan üzərində “10-109” nişanlı dirəyi üzərindəki kameraların hadisə yerinin bilavasitə qarşısını çəkməsi müəyyən edilmişdir. Baxış zamanı “Apple” markalı mobil telefonla fotoşəkillər və video çəkilməklə protokola əlavə edilmişdir. Qeyd edilən video çəkilişə məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə baxılarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq onu yerə yıxması, əlindəki kəsici alətlə sonuncuya zərbələr vurması, bir neçə saniyədən sonra bir nəfər şəxsin yaxınlaşaraq Təqsirləndirilən şəxs maneçilik törədərək Zərərçəkmiş şəxs kənarlaşdırması və həmin şəxsin Təqsirləndirilən şəxs tutub saxlaması müəyyən edildi (Cild 1, i.v. 2-10;).
20. Suraxanı RPİ-nin 30-cu PŞ-nin məsul növbətçi əvəzi polis kapitanı Teymur Əliyevin 10 fevral 2025-ci il tarixli, HK\1-421 nömrəli raportundan görünür ki, 10 fevral 2025-ci il tarixdə saat 15:11 radələrində DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə ********** nömrəli daxil olmuş məlumatda Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ünvanında X12 ***-***-**-** mobil telefon nömrəsi ilə Gülsadətin ərinin onun boğaz nahiyəsini kəsməsi barədə məlumat vermişdir (Cild 1, i.v. 12;).
21. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan” 10 fevral 2025-ci il tarixli, 1/1365 nömrəli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə, saat 20:20də müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir (Cild 1, i.v. 19;).
22. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” 10 fevral 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:40-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 29-31;).
23. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılmasına dair” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsi 11 fevral 2025-ci il tarixdə müdafiəçisinin iştirakı ilə yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq edərək 10 fevral 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsində yerləşən 270 nömrəli məktəbin qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs ona dediyi kobud sözlərə görə sonuncunu cəzalandırmaq və ona olan əsəbini soyutmaq üçün özü ilə götürdüyü rezak vasitəsilə Zərərçəkmiş şəxs arxadan tutub boğaz nahiyəsinə vurduğunu bildirmişdir. Müdafiəçinin Zərərçəkmiş şəxs vurmaqda məqsədinin nə olmasına dair sualına cavab olaraq Təqsirləndirilən şəxs onun “pulu qoyaq ortalığa” deməsinə Zərərçəkmiş şəxs “get atlan o tərəfə” sözünü işlətməsini, əsəbiləşdiyinə görə sonuncunu cəzalandırmaq istədiyini, 32 ildir “belində” gəzdirdiyini, öldürmək niyyətinin olmadığını, belə bir niyyəti olardısa, başqa yerdə, yəni məktəbin qarşısında deyil, daha əlverişli yerdə öldürə biləcəyini bildirərək hadisə ilə əlaqədar bütün halları əyani şəkildə, ardıcıllıqla yerində göstərib təsvir etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti gündüz vaxtı aparılmaqla istintaq hərəkəti zamanı “Apple” markalı mobil telefonla video çəkiliş aparılmış və bununla əlaqədar bir ədəd disk protokola əlavə edilmişdir. Qeyd edilən videoçəkişilə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılarkən protokolda göstərilmiş halların tam olaraq öz əksini tapması müəyyən edilmişdir (Cild 1, i.v. 50-52;).
24. “Könüllü təqdim etmə haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən 10 fevral 2025-ci il tarixdə atası tərəfindən xəsarət yetirildiyi zaman anası Zərərçəkmiş şəxs üzərində olmuş ağ rəngli şərf, qara rəngli gödəkçə, qadına məxsus alt paltarı, qara şalvar və qara mayka araşdırmaya təqdim edilmişdir (Cild 1, i.v. 53;).
25. “Götürmə aparılması haqqında” 12 fevral 2025-ci il tarixli qərar və protokoldan, habelə əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş paltarlar, yəni ağ rəngli şərf, qara rəngli gödəkçə, qadına məxsus alt paltarı, qara rəngli şalvar və qara rəngli mayka iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilməklə götürülmüşdür (Cild 1, i.v. 54-59;).
26. “Götürmə aparılması haqqında” 12 fevral 2025-ci il tarixli qərar və protokoldan, habelə əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş hadisə zamanı üzərində olmuş paltarlar - boz rəngli şalvar, bir cüt ayaqqabı, qara rəngli gödəkçə (kurtka), yaşıl rəngli uzunqol jaket və corab iki nəfər hal şahidi və müdafiəçinin iştirakı ilə götürülmüşdür (Cild 1, i.v. 73-78;).
27. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 4(010)- 40/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında özünü qismən təqsirli bildiyini, ...... böyük oğlunun hərbçi olduğunu və sonuncuya dövlət tərəfindən 2022-ci il tarixdə ev verildiyini, Azərbaycana qayıtdıqdan sonra keçmiş həyat yoldaşına həmin evdə onun (Təqsirləndirilən şəxs) da payı olmasını bildirdiyini, onun (Zərərçəkmiş şəxs) da cavab olaraq “get harada qalırsan qal” kimi ifadə işlətdiyini, onu evə qoymadığını, bununla bağlı o, səhər saatlarında söhbət etmək üçün məktəbin həyətinə gedib onunla (Gülsadət Həmiodva) danışdığını, ona danışıq əsnasında “əlini endir əlsiz danış” kimi ifadələr işlətdiyini, o da həmin mübahisədən sonra aralaşdığını və yenidən onunla söhbət etməyə gəldiyini, 2-ci dəfə gəlişində üzərində “rezak” adlanan bıçaq götürdüyünü, lakin həmin bıçağı öldürmək üçün deyil, özünü müdafiə üçün götürdüyünü, keçmiş həyat yoldaşını öldürmək niyyətinin olmadığını, lakin xəsarət yetirməyə onu həmin şəxsin vadar etdiyini, yoldan keçən şəxsin ona “bıçağa ehtiyac yoxdur” deyərək həmin şəxsdən araladığını, lakin yoldan keçən şəxsin həmin an orada olmadığı təqdirdə keçmiş həyat yoldaşına yetirdiyi xəsarətlərə görə nəticələnə bilən hərəkətlərin hansı ölçüdə ola biləcəyini bilmədiyini bildirmişdir (Cild 1, i.v. 100-105;).
28. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 133-134;).
29. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Ağaşərif Atakişiyev, ögey anası Məhluqə Atakişiyeva, qardaşları Babək Atakişiyev və Xəzər Atakişiyevdən ibarətdir. O, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində hər hansı şikayət daxil olmamış, lakin uzun müddətdir Bakı şəhərində yaşamışdır (Cild 1, i.v. 144-145;).
30. “Baxış keçirilməsi haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası Daxili işlər Nazirliyindən əldə edilmiş “TŞ 10-109” saylı Təhlükəsizlik şəhər kamerası tərəfindən 10 fevral 2025-ci il tarixdə qeydə alınmış 3(üç) ədəd kompakt diskdə olan videogörüntülərə baxış keçirilmiş, baxış zamanı birinci “CD” diskdə 12 ədəd videogörüntünü əks etdirən faylın olması müəyəyn edilmişdir. Həmin videolar xx.xx.2025-ci il tarixdə saat 10:00-dan 13:00-dək Suraxanı rayon Hövsan Qəsəbəsi R.Abdullayev küçəsində yerləşən 270 nömrəli məktəbin qarşısını və qarşısında olan küçələri əhatə edir. Videogörüntülərə baxış zamanı məktəbin qarşısında daima insan kütləsinin hərəkət etməsi, maşınlardan ibarət tıxacın olması, daha çox şagirdlərin olması isə “TŞ10-109 1-2025-02- 10_13h03minl9s777ms” adlı faylın 00:17-ci saniyəsində xx.xx.2025-ci il tarixdə saat 13:03-də qeydə alınmışdır. İkinci “CD” diskdə 5 ədəd videogörüntü olan fayl vardır. Həmin videolar xx.xx.2025-ci il tarixdə 12:00-dan 15:00-dək qeydə alınmışdır. Həmin vaxtlarda məktəbin qarşısında daima insanların hərəkət etməsi və maşınlardan ibarət tıxac olması müşahidə edilir. Üçüncü “CD” diskdə 3 ədəd videogörüntü olan fayl vardır. Həmin videolar xx.xx.2025-ci il tarixdə 12:00-dan 15:00-dək qeydə alınmışdır. Həmin videogörüntülər təhlükəsizlik şəhər kameralarından ibarət dirəkdə quraşdırılmış fərqli kameraları əhatə edir. Həmin vaxtlarda məktəbin qarşısında daima insanların hərəkət etməsi və maşınlardan ibarət tıxac olması müşahidə edilir. “CD” diskə baxışda məktəbin ətrafında və qarşısında daima insanların hərəkət etməsi və çoxlu sayda şagirdlərin olması müəyyən edildi. Hadisə yerini ağaclar əhatə etdiyindən və kameraların bir qədər insan kütləsindən uzaq olması səbəbindən yolda hərəkət edən şəxslərin sifətlərini görmək mümkün olmamışdır. Bundan başqa, baxış zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs qətlə yetirməyə cəhd göstərdiyi 270 nömrəli tam orta məktəbin qarşısının insanların kütləvi toplaşdığı kütləvi yer olduğu və sonuncunun cinayət əməlini törədən zaman cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər etməsi müəyyən edilmişdir. Baxış zamanı göstərilənlərdən əlavə araşdırma üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 184;). Qeyd edilən video görüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılarkən protokolda göstərilən halların tam olaraq öz əksini tapması müəyyən edilmişdir.
31. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X18 3 aprel 2025-ci il tarixli 18-1-72/2- 484/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxananın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur (Cild 1, i.v. 205;).
32. "xxxx" 6 mart 2025-ci il tarixli, 75/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi B(İİİ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A(ll). Ekspertə təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd lifçik, qolsuz mayka, şalvar, şərf və papaqlı uzunqol gödəkçə, Təqsirləndirilən şəxs məxsus bir ədəd uzunqol köynək, şalvar və uzunqol gödəkçə, hadisə yerindən götürülmüş papaq, üç ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə və bir ədəd rezak üzərində qan ləkələri aşkar olundu. Bu ləkələr qanın qrup göstəriciləri ABO sistemində tədqiq edildikdə “B” antigeni Zərərçəkmiş şəxs məxsus bir ədəd lifçik, qolsuz mayka və şərf üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri V alfa (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur (Cild 1, i.v. 207-213;).
33. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 5 mart 2025-ci il tarixli, 125 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs boyunun arxa səthinin, sol əlin arxa səthinin kəsilmiş yaraları və üzün sağ yan səthinin səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər kəsici kənara malik alətin təsirindən törədilmişdir, qərarda göstərilmiş 10 fevral 2025-ci il tarixdə və şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Rəyin tədqiqi hissəsində qeyd edilmiş X15 tərtib olunmuş C537 saylı stasionar xəstənin tibbi kartasının kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs 10 fevral 2025-ci il tarixdə, saat 16-da xəstəxanaya gətirilmişdir...Xəstənin ümumi vəziyyəti çox ağırdır...Lokal müayinə: boyunun arxa səthində ölçüsü təxminən 10x2 sm yara var, yaranın kənarları hamar, bucaqları itidir. Sol əlin üst səthində ölçüsü təxminən 3x1 sm olan kəsilmiş yara var...Məlum oldu ki, yara kanalı boyun əzələsini kəsərək boyun fəqərəsinin üzərində qurtarmışdır. Əzələdəki yarada aktiv qanama var idi. Hemostaz təmin edildi. Yara antiseptiklərlə yuyuldu, quruduldu. Yara qat-qat tikildi, aseptik sarğı qoyuldu..(Cild 1, i.v.214-216;).
34. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 14 fevral 2025-ci il tarixli, 102 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs başın alın nahiyəsinin hər iki yan səthinin, sağ yanağın sıyrıqları və sol əlin V barmağının arxa səthinin səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarətlərdən sıyrıqlar təsir edən səthləri məhdud olan bərk küt əşyanın və ya alətin təsirindən törədilmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə törənə bilər, hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (Cild 1, i.v.217-218;).
35. "xxxx" 14 mart 2025-ci il tarixli, 49-2025/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin boyunluğunda 3(üç) ədəd, sol qolunun və sol çiyinin üzərində 2(iki) ədəd, sol qolunun ön səthinin yuxarı hissəsində 1(bir) ədəd və sol qolunun arxa səthinin orta nahiyəsində 1(bir) ədəd (cəmi 7(yeddi) ədəd) kəsilmiş zədələr vardır. Bu zədələr iti kənara malik hər hansı bir kəsici alətin təsirindən əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd büstqalter və bir ədəd şərf üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd pulover və bir ədəd gödəkçənin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus büstqalterin, həmçinin Təqsirləndirilən şəxs məxsus şalvarın, poliverin və gödəkçənin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik kontakt nəticəsində əmələ gəlmişdir, sonra fiziki kapillyarlıq faktoru üzrə səthə hopmuşdur. Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində aşkar olunmuş bəzi qan ləkələri qan mənbəyi ilə statik kontakt nəticəsində əmələ gəlmişdir, sonra isə fiziki kapillyarlıq faktoru üzərində səthə hopmuşdur, digər ləkələr isə qan mənbəyi və ya qanlı səthlə dinamik kontakt nəticəsində əmələ gəlmişlər və yaxma xarakterlidir. Zərərçəkmiş şəxs məxsus şalvarın yuxarı hissəsində və şərfin bir sərbəst kənarında olan qan ləkələri qan mənbəyi ilə statik kontakt nəticəsində əmələ gəlmişdir, sonra isə fiziki kapillyarlıq faktoru üzərində səthə hopmuşdur. Şərfin digər sərbəst kənarında aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səthə dinamik kontakt nəticəsində əmələ gəlmişlər və yaxma xarakterlidirlər. Şalvarın hər iki ayaqlarının üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyindən səthə az hündürlükdən əsasən şaquli istiqamətdə düşən damcılar nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş dəftərxana bıçağının üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səthə dinamik kontakt nəticəsində əmələ gəlmişlər və yaxma xarakteridirlər. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlamış kəsici xassəyə malik, təsərrüfat-məişət təyinatlı dəftərxana bıçağıdır (rezak) və soyuq silah hesab edilmir (Cild 1, i.v. 219-230;).
36. “Üzləşdirmə” 9 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyib təsdiq edərək Təqsirləndirilən şəxs məktəbin qarşısında zorla qadını yıxıb kəsici alətlə maneəsiz boğazını kəsərək qəsdən öldürməyə cəhd etdiyini, ona yaxınlaşıb müdaxilə etdikdə Təqsirləndirilən şəxs üzərinə gəldiyini, sonuncunun əlindən rezakı alıb polis əməkdaşları gələnədək onu saxladığını, qadından xeyli qan axdığını gördükdə isə Təqsirləndirilən şəxs buraxıb qadına kömək etməyə getdiyini, Təqsirləndirilən şəxs saxladığı müddət ərzində sonuncunun etiraz edərək ona görə işinin yarımçıq qaldığını, habelə “sənə görə missiyam yarımçıq qaldı” sözünü vurğuladığını göstərmişdir (Cild 1, i.v. 240-241;).
37. “Üzləşdirmə” 9 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti zamanı hər biri ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı deyərək təsdiq etmişlər (Cild 1, i.v. 242-244;).
38. “Elektron prokurorluq” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v.149;). Nizami Rayon Xalq Məhkəməsinin 3 iyun 1987-ci il tarixli, 1(007)-130/1987 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 207.2-ci maddəsi ilə təqsirli bilinərək (xuliqanlıq) 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində həmin məcəllənin 23-İ maddəsi tətbiq edilməklə 2(iki) il müddətinə hökmün icrasına baxan orqanların göstərdiyi yerdə cəzasını çəkməklə azadlıqdan şərti məhrum edilməklə məcburi əməyə cəlb edilmişdir (Cild 2, i.v. 4-11;).
39. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 2 may 2025-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ona təqdim edilən kəsici alətləri (rezakları) nəzərdən keçirib 10 fevral 2025-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs “2” nömrəsi ilə işarə olunmuş kəsici alətlə (rezakı) onu həyatdan məhrum etmək istəməsini (qəsdən öldürməyə cəhd göstərməsi) bildirmişdir (Cild 2, i.v. 17-18;).
40. “Nikahın pozulması haqqında” AZ-İ №515989 nömrəli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X1 nikahı 6 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən ər-arvadın 2 yanvar 2024-cü il tarixli birgə ərizəsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 22 fevral 2024-cü ildə 24 nömrə ilə qeyd aparılmışdır (Cild 2, i.v. 26;).
41. “Ambulator məcburi məhkəmə narkoloji tibbi ekspertizasının” 18 aprel 2025-ci il tarixli, 2208 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür (Cild 2, i.v.32-34;).
42. “Ambulator kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının” 14 mart 2025-ci il tarixli 853 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinəyə əsasən Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müşahidə olunur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli törətdikdən sonra hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində inadkarlıq, kinlilik, konfliktə meyilillik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması ondan müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (Cild 2, i.v. 35-39;).
43. “Əşyanın tanınma üçün təqdim edilməsi haqqında” 13 may 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təqdim edilən kəsici alətləri (rezakları) nəzərdən keçirib “1” nömrəsi ilə işarə olunmuş kəsici alətlə (rezakı) göstərərək 10 fevral 2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs həmin kəsici alətlə (rezakla) xəsarət yetirdiyini bildirmişdir (Cild 2, i.v. 42-44;).
44. “Sübutların qiymətləndirilməsi haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdə verilmiş ittihamın dəyişdirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə yeni ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi kəsici alətlə (rezakla) Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə zərbələr endirərək həmin bıçaqla başın alın nahiyəsinin hər iki yan səthinin, sağ yanağın sıyrıqları və sol əlin V barmağının arxa səthinin səthi kəsilmiş yarası xəsarətini cinayəti törədərkən öz ehtiyatsızlığı nəticəsində aldığından həmin xüsusat üzrə hər hansı cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respubnlikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən qeyd edilən fakt üzrə cinayət təqibinə xitam verilməsi, cinayətin törədildiyi yerin Bakı şəhəri Suraxanı Hövsan qəsəbəsi R.Abdullayev küçəsində yerləşən 270 nömrəli məktəbin qarşısının olmasının nəzərə alınması, iş üzrə qana oxşar maddəyə bulaşmış papaq, hadisə yerindən götürülmüş qana oxşar maddə, 1 ədəd qana oxşar maddəyə bulaşmış cinayətin aləti hesab edilən kəsici alət (rezak), hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş ağ rəngli şərf, qara rəngli gödəkçə, qadına məxsus alt paltarı, qara şalvar və qara mayka, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmaqla istintaqa təqdim etdiyi boz rəngli şalvar, qara rəngli gödəkçə (kurtka) və yaşıl rəngli uzunqol jaketin maddi sübut kimi tanınmaqla Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılması qərara alınmışdır (Cild 2, i.v. 45-63;).
45. “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələr edilməsi və yenidən ittiham elan olunması haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdə elan edilmiş ittiham dəyişdirilərək əlavələr edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (Cild 2, i.v. 66-67;).
46. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq X.Ə.Seyidov tərəfindən 20 may 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, qeyd edilən ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.87-98;).
47. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir (Cild 3;).
48. “Azemis” elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 18:45:16-da Azərbaycan Respublikasını Heydər Əliyev adına beynəlxalq hava limanı vasitəsilə tərk edərək Rusiya Federasiyasının Volqoqrad şəhərinə giriş etmiş, 6 fevral 2025-ci il tarixdə, saat 02:48:27-də isə Rusiya Federasiyasından Azərbaycan Respublikasına giriş etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci il təvəllüdlü Şahid1 və 3 iyun 2001ci il təvəllüdlü Şahid2 adlı iki övladı vardır (Cild 3;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
49. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
50. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
52. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
53. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
55. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
56. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
57. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.
58. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
59. CM-in 120.1-ci maddəsində qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzası nəzərdə tutulmuşdur.
60. CM-in 120.2.2-ci maddəsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
61. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
62. CM-in 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. CM-in 221.3-cü maddəsi həmin Məcəllənin 221.1 və 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmasına görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddəyə əsasən qeyd edilən cinayətin törədilməsinə görə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur.
63. Məhkəmə adam öldürmə cinayətinin tövsifi bağlı ilk növbədə qeyd edir ki, cinayət qanunvericiliyinə görə qəsdən adam öldürmə, digər şəxsi qəsdən həyatdan məhrumetmədə ifadə olunur. Adam öldürmə cinayətinin obyektini başqa şəxsin həyatı təşkil edir. Adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal və ya yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Adam öldürmə maddi tərkibli cinayət olduğundan törədilən əməllə (hərəkət və ya hərəkətiszliklə) baş verən nəticə arasında (ölüm) arasında səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər səbəbli əlaqə müəyyən edilməzsə, təsadüfi şərait zəminində ölümün baş verməsi qəsdən adam öldürmə sayıla bilməz. Təqsirkarın qəsdinin məzmunu və istiqaməti məsələsini həll edərkən törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmalı və xüsusilə cinayətin üsulu və alətini, yetirilən yaraların və sair bədən xəsarətlərinin sayını, xarakterini və bədənin hansı nahiyəsinə yetirildiyini (məsələn, həyat üçün mühüm olan orqanlara zərər yetirilməsini), cinayət hərəkətlərinin kəsilməsi səbəblərini araşdırmalı, habelə təqsirkarın şəxsiyyəti, onun zərərçəkmişlə qarşılıqlı münasibəti, hadisədən əvvəl və hadisədən sonrakı davranışı haqqında məlumatlar tədqiq edilməlidir. Adam öldürmə cinayətlərinin düzgün tövsifi üçün cinayətin motivinin, məqsədinin, üsulunun tam və hərtərəfli araşdırılması zəruridir.
64. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir (bax qərarın 2-ci bəndi). Əgər şəxsin əməlində qəsdən adam öldürməyə cəhd cinayətinin tərkibi olarsa, onda onun əməlini əlavə olaraq faktiki baş vermiş hər hansı nəticəni nəzərdə tutan maddə ilə tövsif etmək tələb olunmur.
65. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqaşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.
66. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün əhəmiyyətli orqanların yerləşdiyi boğaz nahiyəsinə çoxsaylı zərbələr endirməsi, zərərçəkmiş şəxsin fəal müqavimət göstərərək özünü zərbələrin təsirindən qorumağa çalışması (bax hökmün 35-ci bəndinə - zərərçəkmiş şəxsin hadisə zamanı əynində olmuş gödəkçəsinin boyunluğunda, sol qol və sol çiyin nahiyələrində ümumilikdə 7(yeddi) ədəd kəsik izləri aşkar edilmişdir), yalnız yoldan keçən Şahid3 İsmayıl oğlunun ona müdaxilə etməsindən sonra hərəkətlərinin qarşısının alınması, ətrafda olan şəxslərə zərərçəkmiş şəxsin ölməyə layiq olması haqqında söylədiyi fikirlər və zərərçəkmiş şəxsi vurduqdan sonra tibbi yardım göstərilməsi üçün hər hansı hərəkət etməməsi Təqsirləndirilən şəxs məqsədinin məhz Zərərçəkmiş şəxs öldürmək olduğunu göstərir. Bununla yanaşı, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra Suraxanı RPİ-nin 30-cu PŞ-də verdiyi izahatından da görünür ki, sonuncu keçmiş arvadı Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə boğazını kəsdiyini, lakin yoldan keçən tanımadığı şəxsin kəsici alət (rezakı) əlindən aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışı təhlil edilərkən sonuncunun niyyətinin Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə yönəlməsi məhkəmə istintaqı ilə tədqiq edilmiş sübutlarla tam təsdiq olunur. Belə ki, şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs əlindən kəsici aləti (rezak) aldıqdan sonra sonuncunun “sənə görə missiyam yarımçıq qaldı”, “imkan vermədin, mən onu öldürməliydim” dediyini bildirmişdir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş, eləcə də məhkəməyədək icraat zamanı şahid qismində dindirilməklə ifadələri elan edilərək tədqiq edilmiş Şahid5, Günel Abdullayeva, Təhminə Hacıyeva və Şahid4 ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra Zərərçəkmiş şəxs yaşamağa haqqı olmadığını, ölməyə layiq olduğunu, sonuncuya kömək etməmələrini, yerdə yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs öldürəcəyini bildirmişdir. Həmin hallar isə Təqsirləndirilən şəxs niyyətinin açıq-aşkar məhz Zərərçəkmiş şəxs həyatdan məhrum etməyə yönəldiyini sübut edir.
67. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işdən çıxdıqda heç bir əsaslı səbəb olmadan, sonuncunun sözlərindən hiddətlənməklə özünü nüfuz sahibi kimi göstərərək öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıq-aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə ictimai yer olan məktəbin fəaliyyətini pozaraq orada yetkinlik yaşına çatmayan şagirdlərin narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməklə üzərində gətirdiyi, soyuq silah hesab edilməyən göy-ağ rəngli kəsici alət (rezak) tətbiq edərək, arxadan sonuncunun bədəninin həyat üçün əhəmiyyətli orqanlarının yerləşdiyi boğaz nahiyəsinə zərbələr vuraraq Zərərçəkmiş şəxs boynunun arxa səthinin, sol əlin arxa səthinin kəsilmiş yaraları və üzün sağ yan səthinin səthi kəsilmiş yarası kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi onu göstərir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürməyə cəhd etmişdir.
68. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CM-in 221.3-cü maddəsi ilə əhatə olunan ittihamı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları baxımından da şərh etməyi və həmin qərarlara əsasən hüquqi qiymətləndirməyi zəruri hesab edir.
69. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı göstərilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi əlamətləri xuliqanlıq hadisəsini xarakterizə edir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir.
70. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir.
71. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.
72. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.
73. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.
74. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri ilə əlaqədar göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır.
75. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.
76. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.
77. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır.
78. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır.
79. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs ilə görüşüb birgə yaşadıqları dövr ərzində sonuncuya və övladlarına sərf etdiyi vəsaiti geri qaytarmasını istəməsi, rədd cavabı aldıqda qəzəblənib qisas alacağını bildirərək uzaqlaşıb sonradan kəsici alətlə geri qayıdaraq heç bir əsaslı səbəb olmadan, sonuncunun sözlərindən hiddətlənməklə ictimai yer olan məktəbin fəaliyyətini pozaraq orada təhsil alan yetkinlik yaşına çatmayan şagirdlərin, eləcə də müəllim heyətinin narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməklə üzərində gətirdiyi kəsici aləti (rezak) tətbiq edərək, həmin kəsici alətlə Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirməklə sonuncunu öldürməyə cəhd etməsi onu göstərir ki, Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd cinayəti ilə yanaşı CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan silah qismində istifadə olunan əşyaları tətbiq etməklə xuliqanlıq cinayətinin də tərkib əlamətləri mövcuddur.
80. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CM-in 29,120.2.2 və 221.3-cü maddələri ilə törətdiyi əməllər əməl qəsdən törədilmiş, müvafiq olaraq başa çatmamış və başa çatmış cinayətlər olmaqla, təsnifata görə xüsusilə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilir.
81. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
82. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
83. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı təkidlə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyəti və arzusunun olmamasını, zərərçəkmiş şəxsi qorxutmaq, habelə ona qarşı olan kobud münasibəti səbəbindən sonuncudan qisas almaq məqsədi ilə hadisə yerindən ayrılıb kəsici alət olan rezakı götürüb onu cəzalandırmaq üçün yenidən geri qayıdaraq boğaz nahiyəsindən zərbələr endirməsini və tanımadığı kənar şəxsin onları ayırmayacağı təqdirdə zərərçəkmiş şəxsi vurmağa davam etməyəcəyini, hadisənin məhz zərərçəkmiş şəxsin hadisə vaxtı ona qarşı xoşagəlməz ifadələr işlətməsinə görə baş verməsini göstərmişdir.
84. Halbuki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs qarşı olan qərəzli hərəkətlərinin əsası şəxsi münasibətlər zəminində və ya zərərçəkmiş şəxsin təhrikedici hərəkətlərinin nəticəsi olaraq deyil, məhz Təqsirləndirilən şəxs öz şəxsiyyətini aşkar surətdə zərərçəkmiş şəxsin fövqündə qoymaqla gücünü (eqoizmini) nümayiş etdirərək cüzi bəhanəni səbəb qismində istifadə etməklə keçmiş arvadı Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək istəməsi olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs mütəmadi olaraq, habelə Zərərçəkmiş şəxs ilə nikah münasibətlərinə rəsmi olaraq xitam verildikdən sonra da sonuncu ilə əlaqələrini kəsməyərək ondan dolanışığının təmin edilməsi üçün pul istəməsi, övladları ilə əlaqə saxlayaraq zərərçəkmiş şəxsin barəsində nalayiq ifadələr işlədərək guya sonuncunun pozğun həyat tərzi sürməsini bildirməklə aralarındakı münasibətlərə nifaq salmağa cəhd etməsi, eləcə də Rusiya Federasiyasına getmək üçün zərərçəkmiş şəxsdən təkidlə pul istəməsi, sonuncunun isə Təqsirləndirilən şəxs ölkədən çıxıb getməklə onu (Zərərçəkmiş şəxs) və övladlarını narahat etməyəcəyini düşünərək pul tapıb Təqsirləndirilən şəxs verməsi, Rusiya Federasiyasına gedib gəldikdən qısa müddət sonra (cəmi 4 gün) yenidən Zərərçəkmiş şəxs narahat edərək oğluna xidməti fəaliyyətinə görə dövlət tərəfindən verilmiş evin satılmaqla birgə nikah dövründə xərclənilmiş pul vəsaitlərinin ona geri qaytarılmasını təkid etməsi Təqsirləndirilən şəxs eqoizmini və özünün üstünlüyünün təmin edilməsi ilə hərəkət etdiyini bir daha təsdiq etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hadisə günü zərərçəkmiş şəxsdən birgə nikah dövründə ailəsinə xərclədiyi pulların hamısının hesablanmaqla, hətta oğluna verilmiş evin satılaraq alınacaq pul vəsaitinin ona verilməsini təkid etməsini, zərərçəkmiş şəxsin isə haqlı olaraq həmin istəyi rədd edərək (əvvəllər ailə başçısı kimi vəzifəsi olmasını bildirmiş) münaqişədən yayınmağa çalışması Təqsirləndirilən şəxs tərəfindən həmin halın guya şəxsi münasibətlərin pozulmasına səbəb olması və onun xuliqanlıq niyyəti ilə deyil, məhz şəxsiyyətinə toxunan hal kimi qəbul edilməsini ağlabatan hesab etmir və təqsirləndirilən şəxsin həmin tələblərinin cəmiyyətdə qəbul edilən normal insani davranış qaydalarına sığmadığını, eləcə də zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək üçün bəhanə gətirdiyini hesab edir. Həmçinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməllərə olan münasibəti aydınlaşdırılarkən onun dəfələrlə ifadə etdiyi kimi hər hansı peşmanlıq çəkmədiyini, zərərçəkmiş şəxsə münasibətdə kinayəli formada “belə bir şəxsin qanına” əlini bulamasına görə peşman olmasını bildirməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyini bir daha təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs hesabına Rusiya Federasiyasına gedib gəldikdən sonra ona pul lazım olmasına görə iş yerinə gedib ağlabatan olmayan tələbi barədə bildirdikdə Zərərçəkmiş şəxs həmin tələbi haqlı olaraq rədd edib münaqişədən uzaqlaşması Təqsirləndirilən şəxs onu qəsdən həyatdan məhrum etməsi üçün bəhanə rolunu oynamış, bu səbəbdən Təqsirləndirilən şəxs özünün şəxsiyyətinin fövqəlliyini nümayiş etdirmək məqsədilə kəsici alət götürüb yenidən geri qayıdaraq ictimai yer olan məktəbin normal fəaliyyətinin pozulmasına əhəmiyyət verməyərək zərərçəkmiş şəxsin həyatı üçün əhəmmiyyətli olan orqanına xəsarət yetirmiş, lakin həmin vaxt məktəbin yaxınlığından keçən Şahid3 ona mane olması, Zərərçəkmiş şəxs fəal müqaviməti və onun vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım alması nəticəsində həyatı xilas edildiyindən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürmədə ifadə olunan əməlini başa çatdıra bilməyərək silah qismində istifadə olunan əşyadan istifadə edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.
85. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs öldürmək məqsədi və niyyətinin olmaması, o cümlədən onu qorxudaraq cəzalandırmaq məqsədilə sonradan üzərində kəsici alət götürməsi və ifadəsində göstərdiyi digər ziddiyyətli xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından tam inkar edilir, məhkəmə, onun verdiyi həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır və az ağır cinayətləri törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, həmin hallar cinayət işinin materialları və digər mötəbər sübutlarla da tam şəkildə öz təsdiqini tapır.
86. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı müddəaları rəhbər tutaraq, habelə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 29,120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayət əməllərinin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 29,120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
87. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
88. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
89. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən 56 yaşında olmaqla qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını və məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
90. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
91. CM-nin 63-cü maddəsində başa çatmayan cinayətlərə görə cəza təyin edilməsinin əsaslarını müəyyən edir. Həmin maddənin dispozisiyasında göstərilir ki, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
92. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,120.2.2 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
93. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
94. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.
95. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər (CM-in 29,120.2.2-ci maddəsi) xüsusilə ağır cinayətlər və (CM-in 221.3-cü maddəsi) az ağır cinayətlər kimi təsnif edilmişdir.
96. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
97. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
98. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
99. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
100. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 10 fevral 2025-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.
101. Məhkəmə hökmün 41-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə alkoqolizmdən məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində alkoqolizmdən müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
102. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
103. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanması otağında 1 (bir) ədəd kəsici alət (rezak) məhv edilməli, Zərərçəkmiş şəxs məxsus ağ rəngli şərf, qara rəngli gödəkçə, qadına məxsus alt paltarı, qara rəngli şalvar və qara rəngli mayka onun özünə və ya digər qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus boz rəngli şalvar, qara rəngli gödəkçə (kurtka) və yaşıl rəngli uzunqol jaket onun özünə və ya digər qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 5 (beş) ədəd diskin isə hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.
104. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
105. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
106. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
107. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində alkoqolizmdən müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd kəsici alət (rezak) məhv edilsin, Zərərçəkmiş şəxs məxsus ağ rəngli şərf, qara rəngli gödəkçə, qadına məxsus alt paltarı, qara rəngli şalvar və qara rəngli mayka onun özünə və ya digər qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus boz rəngli şalvar, qara rəngli gödəkçə (kurtka) və yaşıl rəngli uzunqol jaket onun özünə və ya digər qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 5 (beş) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.